Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Kafirun Surəsinin Ayələrinə Qayıt →
Əl-Kafirun Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Kafirun surəsi, 1-6-cı ayələr

Kafirun surəsi, 1-6-cı ayələr



بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيمِ


قُلْيَاأَيُّهَاالْكَافِرُونَ .١


لَاأَعْبُدُمَاتَعْبُدُونَ .٢


وَلَاأَنْتُمْعَابِدُونَمَاأَعْبُدُ .٣


وَلَاأَنَاعَابِدٌمَّاعَبَدتُّمْ .٤


وَلَاأَنتُمْعَابِدُونَمَاأَعْبُدُ .٥


لَكُمْدِينَكُمْوَلِيَدِينِ .٦


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. De: "Ey kafirlər!

2\. Mən sizin ibadət etdiyinizə ibadət etmərəm,

3\. siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.

4\. Mən sizin ibadət etdiyinizə ibadət edən deyiləm,

5\. siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.

6\. Sizin dininiz sizə, mənim dinim də mənədir!"

Ayələrin nazilolma səbəbi



Rəvayətdə deyilir: Bu surə Qüreyş müşriklərinin başçıları, o cümlədən Vəlid ibn Muğeyrə, As ibn Vail, Haris ibn Qeys və Üməyyə ibn Xələf barəsində nazil olmuşdur. Onlar dedilər: "Ey Muhəmməd, sən gəl bizim dinimizə əməl et, biz də sənin dininin göstərişlərinə əməl edərik. Bundan sonra səni öz imtiyazlarımıza şərik edərik. Sən bir il bizim tanrılarımıza ibadət et, biz də bir il sənin Allahına ibadət edərik. Əgər sənin dinin gözəl olsa, çox gözəl. Biz bu dindən bəhrələnmiş olarıq. Eyni zamanda bizim dinimiz gözəl olarsa, sən də heç nə itirmirsən, ondan bəhrələnmiş sayılırsan."

Peyğəmbər (s) buyurdu: “Allaha sığınıram dediklərinizdən, hansı ki mən o Allaha sizin dediklərinizi tay tutacağam."

Bu sözdən sonra dedilər: “Bizim tanrılarımızdan heç olmasa bir neçəsini seç və onlara təbərrük ünvanında əl sürt. Biz də dediklərimizə əməl edərək sənin dininə ibadət edək.”

Peyğəmbər (s) buyurdu: “Mən Allahımın əmrini gözləyirəm.”

Bu zaman “Kafirun” surəsi nazil oldu. Peyğəmbər (s) Məscidül- hərama gəldi. Həmin an Qüreyşin bütün başçıları orada toplaşmışdılar. Peyğəmbər (s) onlara yaxınlaşaraq bu surəni əvvəldən sona kimi oxudu. Onlar Peyğəmbərdən (s) bu surəni eşitdikdə məyus oldular və Peyğəmbərə (s), onun yaxınlarına əziyyət etməyə davam etdilər.

Ayələrin təfsiri



Surənin ayələri Peyğəmbərə (s) xitab edərək buyurur: "De: "Ey kafirlər!"

“Mən sizin ibadət etdiyinizə ibadət etmərəm," “siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz."

Bu tərtiblə onlarla özünün yolunu aydınlaşdıraraq və hərəkət istiqamətlərini ayıraraq: “Mən sizin ibadət etdiyinizə ibadət etmərəm” - deyir. Yəni mən heç vaxt sizin kimi bütpərəst olmayacağam. Həmçinin siz də, sizə çoxlu xeyir gətirən, sizin pis əməllərinizə don geyindirən, sizi fitnə-fəsaddan uzaqlaşdırmayan allahlarınızdan əl çəkib mənim pak və xalis olan Allahıma iman gətirməyəcəksiniz. Buna sizin nə dünyapərəstliyiniz, nə də inadkarlığınız imkan verməyəcəkdir.

Qurani-Kərim növbəti dəfə onları bir daha naümid və məyus etmək, tövhid dinini heç vaxt bütpərəstliyə dəyişməyəcəyini elan etmək üçün buyurur:

“Mən sizin ibadət etdiyinizə ibadət edən deyiləm, “Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.”

“Sizin dininiz sizə, mənim dinim də mənədir!"

Təfsirçilərin çoxunun fikrinə əsasən, surədəki “kafirlər” sözü naziloma səbəbində qeyd etdiyimiz kimi, Qüreyşin başçılarına ünvanlanıb. "Kafirun” sözünün əvvəlində gələn "əlif-lam" sözönü burada bütün kafirlərə deyil, nəzərdə tutulmuş kafirlərə aid edilir. Bu sözün dəlili bundan ibarətdir ki, Məkkə şəhərinin fəthi zamanı orada yaşayan kafirlərin əksəriyyəti dəstə-dəstə İslamı qəbul edərək müsəlmanların sırasına daxil oldular. Amma yuxarıda adlarını çəkdiklərimiz heç vaxt İslam dinini qəbul etmədilər. Əgər ayə yalnız onlara deyil, bütün kafirlərə aid edilsə, ayədəki: “Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz." - cümləsi ilə uyğun gəlməyəcəkdir.

Suallar və incəliklər:

Burada bir neçə sual mövcuddur ki, onları cavablandırmaq vacibdir. Nə üçün surə (de!) əmri ilə başlayır? Əgər (Ey kafirlər) – deyə başlasaydı, daha uyğun olmazdı?

Sualı ayrı-ayrı şəkildə izah etsək, yəni Peyğəmbər (s) Allahın əmrini yerinə yetirərək "يَاأَيُّهَاالْكَافِرُونَ“ : (Ey Kafirlar) deyə müraciət etməli idi. Bəs nə üçün “de” sözü də surədə təkrar edilir?

Sualın cavabı üçün surənin məzmununa diqqət yetirsək, tam aydın olar. Bildiyimiz kimi, müşrik ərəblər Peyğəmbərlə (s) onların bütlərinə ibadət etməsi haqqında danışıqlara gəlmişdilər. Peyğəmbər də (s) bu mətləbi özündən uzaqlaşdırmalı idi. Odur ki, buyurdu:

Mən sizin ibadət etdiyiniz bütlərə heç vaxt ibadət etməyəcək və öz tövhidimi sizin bütlərlə çirkləndirməyəcəyəm. Əgər cümlənin əvvəlində “de” sözü olmasa, söz Allahın sözü olacaqdır. Belə olarsa, “mən sizin ibadət etdiyinizə ibadət etmərəm” ayəsi ilə bərabər digər ayələrin də çatdıracaq mesajı qalmayacaqdır.

Bundan əlavə, "de" sözü Allah-taalanın sözü olub, Cəbrail (ə) vasitəsi ilə Peyğəmbərə (s) yetişmişdir. Həmçinin Peyğəmbərin (s) vəzifəsi heç bir hərfi, əskiltmədən, olduğu kimi, ayəni öz müxatəblərinə çatdırmaqdır. Ona görə də Peyğəmbər (s) ayəni olduğu kimi müşrik- lərin başçılarına elan edir. Digər tərəfdən isə bu məsələ Quranın orijinallığına bir daha sübutdur. Buradan aydın olur ki, nə Cəbrail (ə), nə də Peyğəmbər (s) Quranın bir hərfini belə əskiltməmişlər. Necə ki “Yunus” surəsinin 15-ci ayəsində buyurulur:

قُلْمَايَكُونُلِيأَنْأُبَدِّلَهُمِنْتِلْقَاءِنَفْسِيإِنْأَتَّبِعُإِلَّامَايُوحَىإِلَيَّ


"Onlara de: "Mənim onu özbaşına dəyişmək səlahiyyətim yoxdur. Mən ancaq mənə vəhy olunana tabe oluram".

Məgər bütpərəstlər Allahı inkar edirdilər?

Bildiyimiz kimi, Məkkə bütpərəstləri heç vax Allahı inkar etmir- dilər. Qurani-Kərim birbaşa bu məsələyə toxunaraq deyir:

وَلَئِنْسَأَلْتَهُمْمَنْخَلَقَالسَّمَاواتِوَالْأَرْضَلَيَقُولُنَّالله


Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyəcəklər.

Bəs bu cümlə onlara necə: “Mən sizin ibadət etdiyinizə ibadət edən deyiləm, nə də siz mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.” – deyir?

Surənin mövzusunun yaradılış deyil, ibadət olmasını nəzərə alsaq, sualın cavabı aydınlaşar. Bütpərəstlər dünyanın yaradılışının birbaşa Allahla əlaqəli olduğunu deyirdilər. Amma ibadət mövzusuna gəlincə: "Biz gərək yer üzündə olan bütlərə ibadət edərək Allahla öz aramızda onları vasitəçi edək.” deyirlər. – Ümumiyyətlə, biz Allaha ibadət etməyə layiq deyilik. Bizim ancaq cisimdən olan bütlərə ibadət etməyə ləyaqətimiz çatır." Bu yerdə Quran onların bu etiqadlarının üzərindən xətt çǝkǝrǝk buyurur: İbadət büt üçün deyil, yalnız yeganə olan Allah üçündür!

Surədə təkrar ayələrin olmasının nə anlamı var?

Ayədə Peyğəmbərin (s) bütləri özündən uzaq tutaraq yalnız Allaha ibadət edəcəyi və eyni zamanda bütpərəstlərin də Allahı özlərindən uzaq tutaraq bütlərə ibadət etmələri mövzusu təfsirçilər tərəfindən geniş müzakirə obyektidir.

Bir çox təfsirçilərin rəyinə əsasən, bu, müşriklərin qəti şəkildə məyus edilməsi və bütlərlə ilahi yolun tam ayrı istiqamətlər olduğunu bildirmək üçündür. Həmçinin İslam dini ilə bütpərəstlərin arasında heç vaxt belə bir danışıqların baş tutmayacağını bir daha təkidlə xatırladır.

Digər yanaşmaya əsasən, onlar Peyğəmbəri (s) israrla, təkrar- təkrar bütpərəstliyə dəvət etdikləri üçün Quran da onların cavabını təkrar olaraq verir.

Hədislərdə gəlmişdir ki, Əbu Şakir Deysani (İmam Sadiqin (ə) zamanında yaşayan zındıqlardan biri) İmamın (ə) ən yaxın tələbələrindən biri olan Əbu Cəfər Əhvəldən (Məhəmməd ibn Əli Nomani Kufi - “mömini-Taq” kimi tanınan şəxsiyyət) "Kafirun” surəsindəki təkrar barəsində soruşaraq deyir: Hikmət sahibi olan birisi üçün kəla- mında təkrara yol verməsi nə dərəcədə düzgündür?

Əbu Cəfər Əhvəl bu sualın cavabını bilmədiyi üçün Mədinəyə - İmam Sadiqin (ə) yanına gedir və bu barədə İmamdan (ə) soruşur. İmam (ə) buyurur: Məkkə müşrikləri Peyğəmbərə (s): “Sən gəl bizim dinimizə əməl et, biz də sənin dininin göstərişlərinə əməl edərik. Sən bir il bizim tanrılarımıza ibadət et, biz də bir il sənin Allahına ibadət edərik. Növbəti il yenidən sən bizim tanrılarımıza ibadət et və ondan sonrakı ili biz sənin Allahına ibadət edərik.” – deyə təklif irəli sürmüş- lər. Yuxarıdakı ayələr nazil olaraq bütün təklifləri rədd etmişdir.

Əbu Cəfər Əhvəl bu cavabı Əbu Şakirə dedikdən sonra Əbu Şakir deyir:

# هذاماحَمَلَهُالإِبِلُمِنَالْحِجَازِ !


\- Bu elə bir yükdür ki, dəvələr Mədinədən gətirmişlər. (Yəni bu cavab sənin öz məhsulun deyil, əksinə, bunu sənə İmam Sadiq (ə) demişdir.)

Bəzilərinin dediklərinə əsasən, birinci ayə hazırkı vəziyyətə, ikinci ayə isə gələcəyə işarə etmişdir. Yəni nə indi, nə də gələcəkdə sizin bütlərə pərəstiş etməyəcəyəm.

Amma ümumi kontekstdən aldığımız nəticəyə əsasən, bu təfsir o qədər də uyğun və münasib deyil.

Bu mövzuda üçüncü təfsir də mövcuddur; Birincisində məbudların arasında ciddi fərqi, ikincisində isə ibadətlər arasında olan fərqi aşılayır: Nə sizin bütlərə pərəstiş edərəm, nə də mənim ibadətim sizin ibadətə bənzəyir. Çünki mənim ibadətim xalis olmaqla yanaşı, eyni zamanda şirkdən də uzaqdır. Amma sizin bütlərə olan ibadətiniz təqlid və korkoranəlikdəndir. Mənim Allaha olan ibadətim isə tədqiq və şükür səbəbindəndir.

Amma görünən budur ki, təkrarın səbəbi təkid üçündür. Həmçinin İmam Sadiqdən (ə) nəql olunan hədis bunu bir daha təsdiq edir.

Ayələrdəki təkrar barəsində dördüncü fikir də mövcuddur. O da bundan ibarətdir ki, ikinci ayədə - "Sizin indi pərəstiş etdiklərinizə mən heç vaxt ibadət etmərəm.", dördüncü ayədə isə - "Mən keçmişdə belə sizin məbudlarınıza ibadət etməmişdim, o ki qaldı, indi pərəstiş edəm?" - deyilir.

Bu rǝy ikinci ayədəki (təbudunə) feilinin indiki zamanda, dördüncü ayədə isə (əbədtum) feilinin keçmiş zamanda olmasına rəğmən, münasib və uyğun nəzərə çarpır.

Ayədəki (sizin dininiz) ifadəsi kiməsə bütpərəst olmaq icazəsi verirmi?

Bu surənin sonuncu ayəsini oxuyarkən (“Sizin dininiz sizə, mənim dinim də mənədir!") bəzən insanda elə təsəvvür yaranır ki, burada ümumi sülh bağlanmış və onlara bütə pərəstiş etməyə icazə verilmişdir. Çünki bütün bu deyilənlərin və təkliflərin qarşısında onlar İslam dininə təşviq və dəvət olunmurlar.

Amma bu təsəvvür olduqca əsassızdır. Çünki ümumi kontekstǝ əsasən, sonuncu ayənin intonasiyasından əsas başa düşülən fikir bir növ təhdid və təhqirdir. Yəni sizin dininizin dəyəri elə özünüzə qalsın! Və tezliklə bu azğın yolun sizə verəcəyi “töhfəni” dadacaqsınız. Əlbəttə, buna bənzər "Qəsəs" surəsinin 55-ci ayəsini nümunə gətirmək olar. Ayədə deyilir:

"Onlar boş və mənasız sözlər eşitdikləri zaman ondan üz çevirib: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” – deyirlər."

Əlbəttə, nümunə ünvanında Qurani-Kərimdən yüzlərlə şirki rədd edən və onun bütün işlərdən çirkin olduğunu bildirən ayələr qeyd etmək olar.

Sözügedən ayələr barəsində digər rəylər də mövcuddur. O cümlə- dən bu ayənin kəlmələrinin arasında digər yazılmayan sözlərin olduğunu deyən təfsirçilər də vardır:

# لَكُمْجَزَاءُدِينِكُمْوَلِيَجَزَاءُدِينِي


"Sizin dininizin cəza və mükafatları sizin, mənim dinimin cəza və mükafatları mənim olsun."

Digər nəzər də bundan ibarətdir ki, “din" sözünün mənası burada cəza və mükafat olduğu üçün ayə: "Siz öz mükafatınızı, biz də öz mükafatımızı alacağıq.” – kimi tərcümə olunacaqdır.

Bütün bu rəylərə baxmayaraq, birinci təfsir daha münasib və uyğundur.

O heç vaxt, bir an belə müşriklərlə razılaşmamışdır

Surənin ümumi məzmunu ciddi bir həqiqətdən xəbər verir. Surədə tövhid və şirkin iki təzadlı yolu və müxtəlif yaşam proqramı vardır. Hansı ki bu iki yolun və yaşam proqramının heç bir müştərək cəhətləri yoxdur. Tamamilə bir-birindən ayrı yollar və inanc əsaslarıdır. Tövhid insanı Allaha yaxınlaşdıraraq daim onunla rabitədə saxlayır. Şirkdə isə bu, tam əksinədir. Şirk insanı Yaradana qarşı süstləşdirir.

Tövhid bütün sahələrdə yeganəlik və vəhdət rəmzidir. Amma bunun əksi olaraq, şirk və bütpərəstlikdə bu məsələ o qədər də önəm daşımır.

Tövhid insanı maddi aləmdən çıxarıb fövqəltəbii aləmlərə, mənəvi seyrə birləşdirir. Amma bunun əksi olaraq, şirk və bütpərəstlik də insanı daim təbiət quyusunda dolandırır və onu məhdud, zəif və sonda fani olacaq varlığa çevirir. Odur ki, böyük İslam Peyğəmbəri (s) və digər peyğəmbərlər (ə) həyatları boyunca heç vaxt müşriklərlə sazişə getməmiş, onlarla razılaşmamış və daim şirk, eləcə də müşriklərlə vuruşmağı ön planda saxlamışlar.

Bu gün də, həmçinin, din təbliğatçıları, din mütəxəssisləri, haqq yolunun yolçuları bu yolu davam etdirməli, bütün sahələrdə şirkin pis olduğunu, ondan bizar olduqlarını aşkar şəkildə elan etməklə yanaşı, heç vaxt şirk əhli ilə sazişə getməyəcəklərini bildirməlidirlər. İslam dininin əsas yolu bundan ibarətdir!

Kafirun surəsinin sonu