Ən-Nəsr Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Nəsr surəsi, 1-3-cü ayələr
Nəsr surəsi, 1-3-cü ayələr
بِسْمِاللهِالرَّحْمنِالرَّحِيمِ
إِذَا جَاء نَصْرُ اللَّهِ وَالْفَتْحُ .١
وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا .٢
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا .٣
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Allahın köməyi və qələbə gəlib çatdığı zaman,
2\. insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördükdə
3\. Rəbbinə həmd və tərif de, Ondan bağışlanmağını dilə. O, çox tövbə qəbul edəndir!
Ayələrin təfsiri
Sonuncu zəfərin vaxtı yetişən zaman...
Surənin ilk ayəsi belə başlayır:
"Allahın köməyi və qələbə gəlib çatdığı zaman
“ (إِذَا جَاء نَصْرُ اللَّهِ وَالْفَتْحُ)
"insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördükdə,”
(وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ في دين الله أَفْوَاجًا)
Belə bir böyük nemətin və Allahın köməkliyi ilə qazanılan qələbənin şükrünü yerinə yetirmək üçün “Rəbbinə həmd və tərif de, Ondan bağışlanmağını dilə. O, çox tövbə qəbul edəndir
(إِنَّهُ كَانَ تَوَّابًافَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ )
Yuxarıda qeyd etdiyimiz görünüşcə kiçik, amma məna və məz- mun baxımından olduqca dərin, eləcə də diqqət tələb edən ayələrdə, surənin hədəflərindən xəbər verən çox sayda incəliklər gizlənmişdir.
Birinci ayədə "nüsrət" (yardım) kəlməsi birbaşa Allah sözü ilə əlaqələndirilmişdir. Yəni iki müstəqil sözdən mürəkkəb kəlmə – “nəsrullah" alınmışdır. Bu kəlmələr zahirdə ayrı yazılsa da, tərcümə və məna baxımından bir-biri ilə sıx əlaqəlidir. Əlbəttə, bu sözə yalnız bu ayədə deyil, Quranda çox ayələrdə rast gəlmək olur. O cümlədən “Bəqərə” surəsi, 214-cü ayədə oxuyuruq:
أَلا إِنَّ نَصْرَ اللَّهِ قَرِيبٌ
“Bilin ki, Allahın köməyi yaxındır.”
Və ya “Ali-İmran” surəsinin 126-cı ayəsində də eyni ilə bu cümləyə rast gəlirik:
وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
“Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır.”
"Ənfal" surəsi, 10-cu ayədə də bu məzmunda ayə vardır:
وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ الله
"Qələbə yalnız Allahdandır."
Həmçinin bu kimi ayələrdən çox sayda nümunə gətirmək mümkündür.
Xülasə, bütün bu ayələrdən aldığımız son nəticə bundan ibarətdir ki, qələbə və zəfər əldə etmək yalnız Allahın köməkliyi ilə mümkün olur.
Əlbəttə, hər bir qələbə ağıllı tədbir və təcrübəli döyüş taktikasına bağlıdır. Amma müvəhhid bir insan Allaha təvəkkül edir və bütün müvəffəqiyyət, habelə uğurlarını ağıllı tədbirlə yanaşı, Ondan umur. Buna əsasən də qələbə zamanı qürrələnib öyünmək əvəzinə, şükür səcdəsi yerinə yetirərək Allaha təşəkkür edir.
Surədə ilk olaraq ilahi yardımdan, daha sonra qələbədən, ardınca İslam dininin genişlənməsindən və inkişafından, sonda isə insanların dəstə-dəstə dinə tərəf axın etməsindən danışılır. Bunların hər üçü səbəb və nəticə qanununa əsaslanır. Yəni ilahi yardım olmasa, qələbə də olma- yacaq. Əgər qələbə olmasa, inkişaf yollarından maneələr qaldırılmayacaq və insanlar dəstə-dəstə təslim olaraq müsəlmanlığı qəbul etməyəcəkdir. Bütün bunlar zəncirvari bir-biri ilə sıx əlaqəli məsələlərdir. Əlbəttə,olduqca böyük nemətlərdən sayılan bu üç mərhələnin davamında dördüncü mərhələ dayanır. Bu mərhələnin adı şükür və həmd-səna etmək, Allaha sitayiş edərək bütün uğurlar üçün təşəkkür etmək mərhələsidir.
Digər tərəfdən də ilahi kömək vasitəsi ilə uğur və qələbə qazanmağın son hədəfi, insanların dəstə-dəstə İslam dininə üz tutması, onların azğınlıqdan doğru yola yönəlməsi üçündür.
Ayədəki "fəth” sözü burada mütləq şəkildə qeyd olunmuş, xüsusi bir mövzu üçün vurğulanmamışdır. Amma öncə qeyd etdiyimiz yaxın əlamətlərdən və hadisənin tarixindən belə məlum olur ki, buradakı “fəth” və "fatehlik” Məkkə şəhərinin alınmasına işarədir. Məkkənin fəthi İslam tarixində yeni bir fəsil açmışdır. Çünki şirkin əsl mərkəzi dağıdılmış, bütlər məhv edilmiş, bütpərəstlərin ümidləri tamamilə boşa çıxmış, insanların İslama iman gətirməsinə əngəl olan maneələr aradan qalxmışdı.
Buna görə də Məkkənin fəthini İslamın Ərəb yarımadası və eyni zamanda dünyada sabitləşmə mərhələsi hesab etmək olar. Çünki ondan sonra qarşısı çox sürətlə alınan bir hal istisna olaraq, müşriklər tərəfin- dən heç bir müqavimət olmamış, insanlar İslamı qəbul etmək üçün Ərəbistan yarımadasının hər yerindən Peyğəmbərin (s) yanına axın etmişdilər.
Ayədə Peyğəmbərə (s) – o cümlədən möminlərə də şamil edilir – üç mühüm göstəriş verilmişdir. Bu böyük nemətə görə Peyğəmbərdən (s) Allaha zikr və tərif deməsi istənilir, bağışlanma diləməsi göstərişi verilir.
Allahı zikr və mədh etmək Onun bütün eyiblərdən pak və münəzzǝh olduğunu bildirir.
Həmd-səna etmək Onu kamal sifətləri ilə vəsf etməkdir.
İstiğfar və bağışlanmaq diləmək isə bəndələrin ilahi qatda təqsirli və xətakar olduqları üçündür.
Zehinləri şirklə qarışmış, haqq yolundan sapmış müşriklər bu böyük qələbədən sonra haqq yola tərəf döndülər və Allahın camal, kamal sifətləri daha aydın zahir oldu.
Həmçinin bu böyük fəthdən sonra insanların düşüncəsinə – “Allah heç vaxt öz bəndələrini tənha buraxmır.” sözləri həkk oldu. Allah bütünvədələrinə sadiq və vədələrini yerinə yetirmək qüdrətinə malikdir. Odur ki, bəndələr də öz xəta və nöqsanlarını ilahi əzəmətin qarşısında etiraf etməklə öz bəndəliklərinə sadiq qalmalıdırlar.
Bundan əlavə, qələbə zamanı insan sevincdən məst olaraq qürrǝlənib öyünə və ya məsələni şəxsi mübarizəyə çevirib düşməndən amansızcasına intiqam ala bilər. Bütün bu arzuolunmaz halların baş verməməsi üçün Qurani-Kərim sonuncu ayədə buyurulmuş üç əsas məsələyə diqqət yönəldir. Qələbənin alovlu vaxtı Allahın camal və kamal sifətlərini yad etməklə bütün qələbəni Ondan görmək, günahların, eləcə də nöqsanların aradan qaldırılması üçün tövbə edərək bağışlanmaq diləmək insanı qürur və öyünməkdən qoruduğu kimi, intiqam almaq hissindən də qoruyur.
İslam Peyğəmbərinin (s) digər peyğəmbərlər (ə) kimi məsum olması şəksiz və aydın məsələdir. Bəs ayədə istiğfar və bağışlanmağa dəvət nə üçündür?
İlkin cavab bundan ibarətdir ki, bu məsələ bütün ümmət üçün nümunə olmalıdır. Çünki birincisi, təxminən iyirmi il sürən bu çətin və uzun mübarizə müsəlmanlara olduqca ağır, olduqca çətin başa gəlmişdir. Həmin çətin günlərdə bəzən elə ağrılı-əzablı hadisələr baş vermişdi ki, onlar bu çətinlikdən cana doymuş, hətta müsəlmanların bəzisi ilahi vədələr barəsində pis gümanlara düşmüş, qeybi yardımlara qarşı bədbin olmuşdular. Necə ki buna bənzər hadisə Əhzab döyüşü zamanı baş vermişdi. Quran o hadisəni xatırladaraq buyurur:
وَبَلَغَت الْقُلُوبُ الْحَنَاجِرَ وَتَظُنُّونَ بِاللَّهِ الظُّنُونَا
"O vaxt gözlər qorxudan bərəlmiş, ürəklər ağıza gəlmiş və siz Allah barəsində zənnə-gümana qapılmışdınız."
Amma qələbə çaldıqda bədgüman olduqlarını dərhal anlayırlar. Məhz buna görə də istiğfar və bağışlanmaq diləməlidirlər.
İkincisi, insan nə qədər şükür və həmd-səna etsə də, yenə də Allahın ona verdiklərinin qarşılığında heç nə deyil. Odur ki, bütün şükür və həmdin sonunda öz günahlarını etiraf etməli və bağışlanmaq diləməlidir.
Üçüncüsü, adətən, haqq bir qələbədən sonra şeytanın vəsvəsələri işə düşür və insan bütün qələbəni özünkü bilərək qürrələnir, öyünür, bu səbəbdən də digər xoşagəlməz hisslər baş qaldırır. Həmin hisslərdən biri, intiqam almaq və qarşı tərəflə həddən artıq tünd rəftar etmək niyyəti başlayır. Bu yerdə gərək Allahı zikr etməli, Onu xatırlamalı, ardıcıl istiğfar deməli, tutduğu işdən və niyyətdən dönmək üçün tövbə etməlidir ki, bu halların heç biri baş verməsin, əgər baş vermişsə də, dərhal özünə qayıtsın.
Dördüncüsü, öncədən də işarə etdiyimiz kimi, belə bir qələbənin elan olunması həm də Peyğəmbərin (s) ömrünün sonuna doğru hərəkət etməsi, vəhyin yer üzündən kəsilməsinə yaxınlaşması və Peyğəmbərin (s) ilahi görüşə hazırlaşması deməkdir. Belə bir vəziyyətdə zikr demək, həmd etmə və bağışlanmaq diləmək tam vəziyyətə uyğundur. Hətta hədislərdən oxuyuruq ki, bu surə nazil olduqdan sonra Peyğəmbər (s) bu cümləni tez-tez təkrar edərmiş:
# سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، اللهُمَّ اغْفِرْ لِي إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ
"İlahi! Sən pak və münəzzəhsən. Sənə həmd və sitayiş edirəm! İlahi, bizi bağışla və sən ən gözəl bağışlayan və mehribansan!"
Ayədəki “innəhu kanə təvvabən" cümləsi istiğfar etmək üçün əsas səbəbi izah edir. Yəni "tövbə et, çünki Allah ən gözəl tövbə qəbul edəndir."
Bu cümlənin əsnasında belə bir xəbərin də ötürülməsi mümkündür: Allah-taala sizin tövbələrinizi qəbul edib bağışladığı kimi, siz də əsirliyinizdə olanların təqsirindən keçərək onları bağışlayın. Nə qədər ki, onlar sizin əleyhinizə hiylə və kələk işlətməyiblər, onları özünüzdən uzaqlaşdırmayın. Bəli, tarixdən oxuduğumuz kimi, Məkkənin fəthindən sonra Peyğəmbər (s) məkkəlilərlə mehriban davrandı, onların təqsirlərindən keçərək İslam dininin rauf və mehriban simasını öz əməllərində onlara göstərdi.
Bunu da qeyd edək ki, qələbədən sonra zikr və istiğfar etmək yalnız Peyğəmbərimizin (s) tarixində deyil, sair peyğəmbərlərin də (ə) tarixində baş vermişdir. Məsələn, böyük çətinlikdən sonra Yusuf peyğəmbər (ə)Misir hakimliyinin idarəçiliyinə başçılıq edir. Uzun ayrılıqdan sonra bütün yaxınlarını Misirə gətirərək onlara qovuşan zaman deyir:
رَبِّ قَدْ آتَيْتَنِي مِنَ الْمُلْكِ وَعَلَّمْتَنِي مِنْ تَأْوِيلِ الْأَحَادِيثِ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ
أَنتَ وَلِيِّي فِي الدُّنْيَا وَالْآخِرَةِ تَوَفَّنِي مُسْلِمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ.
"Ey Rəbbim! Sən mənə böyük bir hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim himayədarımsan. Canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur.”
Və ya Süleyman Peyğəmbər (ə) Səba şahzadəsinin taxtını qarşısında gördükdə deyir:
هَذَا مِنْ فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ
"Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam."
İncəliklər:
1\. Məkkənin fəthi İslam dininin ən böyük qələbəsidir Öncəki mövzularda da qeyd etdiyimiz kimi, Məkkənin fəthi İslam tarixində yeni bir fəsil açmışdır. Çünki düşmənin iyirmi illik müqavi- mətindən sonra baş tutan bu qələbə sözün əsl mənasında şirkin mərkəzini dağıtmış, bütləri məhv etmiş, bütpərəstlərin ümidlərini tamamilə boşa çıxarmış, insanların İslama iman gətirməsinə əngəl olan maneələri aradan qaldırmışdı. Buna görə də Məkkənin fəthini İslamın Ərəbistan yarımadası və eyni zamanda dünyada sabitləşmə mərhələsi hesab etmək olar.
Hadisənin xülasəsini aşağıda qeyd edirik:
Hüdeybiyyə sülhündən sonra Məkkə müşrikləri sülhnamənin şərtlərinə əməl etməyərək Peyğəmbərin (s) Məkkədəki yaxınlarına, o Həzrətlə əhd bağlayanlara əziyyət etməyə, onlar üçün bütün işlərdəçətinlik törətməyə başladılar. Bu işdə Peyğəmbərlə (s) əhd bağlayanlar Məkkə müşriklərindən ona (s) şikayət etdikdən sonra Allahın Rəsulu (s) onlara kömək etmək qərarına gəldi.
Digər tərəfdən isə bütpərəstliyin mərkəzi olan Məkkədə artıq bütləri yığışdırmaq, yəni onlarla mübarizəyə qalxmaq üçün münasib şərait yaranmışdı. Əlbəttə, bu iş gec və ya tez Peyğəmbərin (s) vasitəsi ilə baş tutmalı idi. Odur ki, Allahın əmri gəldikdən sonra Peyğəmbər (s) Məkkəyə tərəf böyük bir qoşunla hərəkət etdi.
Məkkənin fəthi üç mərhələdən ibarətdir:
Birincisi, lazım olan qüvvələrin müəyyən və əlverişli şəraitdə hazırlanması, şəhər barəsində bütün məlumatların əldə olunması, düşmənin bütün mövqelərinin dəqiq araşdırılması, onların ruhi və fiziki güclərinin nə yerdə olmasının dəqiq şəkildə öyrənilməsi.
İkincisi, şəraitdən olduqca məharətlə istifadə edərək qan tökmədən fəthin baş tutması.
Üçüncüsü isə fəthin təsirləri və nəticələri barəsindədir.
2\. Yuxarıdakı üç mərhələnin izahı:
Birinci mərhələ olduqca zərif və incəliklə həyata keçirilir. Belə ki Allahın Rəsulu (s) ordunu Məkkə və Mədinə yolunda elə gizlədir ki, Məkkə müşriklərinin bundan qətiyyən xəbəri olmur. Buna görə də onlarda İslam ordusunun qarşısına çıxmaq üçün qətiyyən hazırlıq görül- məmişdir. Onlar tam arxayın şəkildə həyat sürdükləri zaman İslam dininin böyük qoşunu ilə üzləşirlər. Bu səbəbdən həmin müqəddəs torpaqlarda heç bir qan tökülmədən böyük fəth, Məkkənin fəthi baştutur.
Hətta müsəlmanlardan imanı zəif olan Hatib ibn Əbubəltəə müsəl- manların bu işindən Məkkə müşrikləri üçün xəbərdarlıq məktubu yazaraq Məzinə tayfasından olan Sara, ya Kəfud adlı qadınla Məkkəyə yollayır. Amma Peyğəmbərin (s) möcüzəvi taktikası nəticəsində məsələ aşkara çıxır. Beləliklə də, Peyğəmbərin (s) göstərişi ilə Əli (ə) bir neçə nəfərlə sürətlə Məkkəyə tərəf hərəkət edərək həmin naməni şəhərin yaxınlığında qadından almış və qadının özünü də yenidən Mədinəyəyollamışlar. Əlbəttə, bu barədə “Mumtəhinə” surəsinin birinci ayəsinin təfsirində geniş şəkildə məlumat verilmişdir.
Allahın Rəsulu (s) Mədinə şəhərinə, öz yerinə vali təyin edərək hicrətin səkkizinci ili, Ramazan ayının onuncu günü Məkkə şəhərinə tərəf hərəkət edir. On gündən sonra Məkkəyə yetişir.
Peyğəmbər (s) yolda Məkkədən Mədinəyə hicrət edən əmisi Abbasla rastlaşır. Peyğəmbər ona deyir: “Yükünü Mədinəyə yolla və bizimlə Məkkəyə gəl. Sən sonuncu mühacirsən."
Sonda müsəlmanlar Məkkənin bir neçə kilometrliyindəki “Mərrül- zöhran" adlanan yerdə düşərgə salırlar. Gecə özlərinə yemək hazırlamaq və ya uzaqdan məkkəlilərə daha böyük görünmək üçün çox bu sayda tonqal qalayır. Gecənin qaranlığında məkkəlilər bu alovu görür, müsəlmanların böyük bir ordu ilə Məkkəni mühasirə etməsini düşünərək heyrətdən qorxuya düşürlər.
Peyğəmbərin (s) gəlişinin əsas səbəbləri məkkəlilər üçün aydın olmazdan öncə Əbusüfyan və müşriklərin başçılarından bir neçə nəfər 410 məsələnin nə yerdə olmasını öyrənmək üçün Məkkədən bayıra çıxmağı qərarlaşdırırlar. Bu zaman Peyğəmbərin (s) əmisi Abbas: “Bəlkə, Pey- ğəmbər Məkkəyə daxil olarkən məcbur qalıb bütün məkkəliləri qılıncdan keçirə.” — fikri ilə Peyğəmbərdən (s) onun atını minərək Məkkəyə tərəf getməyə icazə alır. O, ata minərkən deyir:
Gedirəm qarşıma çıxan məkkəlilərə indidən gəlib aman istəməsi üçün xəbərdarlıq edim.
Abbas bir az getmişdi ki, yaxınlıqdan Əbusüfyanın dostu Bədilənin belə dediklərini eşidir: Mən heç vaxt bu qədər tonqal görməmişəm. Bu zaman Abbas Əbusüfyanı səsləyir. Əbusüfyan Abbası tanıyaraq deyir:
– Düzü, nə xəbərdir belə?
Abbas deyir:
Gələn Böyük İslam Peyğəmbəri (s) və on minlik müsəlmanlardan ibarət olan qoşundur.
Əbusüfyan tez əl-ayağa düşüb deyir:
\- Mənə məsləhətin nədir?
Abbas deyir:
\- Mənimlə gəl və Peyğəmbərdən (s) aman istə! Əks-halda, öldürüləcəksiniz!
Bundan sonra Abbas Əbusüfyanı Peyğəmbərin (s) miniyinə mindirib ordunun arası ilə Peyğəmbərə (s) tərəf gətirir. Yolda onları görənlər deyirdilər: Bu Peyğəmbərin (s) miniyində olan əmisi Abbasdır.
Nəhayət, birdən Ömər ibn Xəttab bu mənzərə ilə rastlaşır. Tez yerindən qalxaraq deyir:
– Ey Əbusüfyan, daha sənə qaçış yeri və aman yoxdur. - Bunu deyərək tez Peyğəmbərin (s) hüzuruna gələrək onun boynunu vurmaq üçün icazə istəyir.
Bu zaman Abbas deyir:
\- Ey Allahın Rəsulu! (s) Mən ona aman vermişəm.
\- "Mən də elə indilik ona aman verirəm. Amma sabah onu mənim yanıma gətir” – deyə Peyğəmbər (s) buyurur.
Səhəri gün Abbas Əbusüfyanı Peyğəmbərin (s) hüzuruna gətirir. Allahın Rəsulu (s) ona buyurur:
\- Vay olsun sənə, Əbusüfyan! Axı Allaha iman gətirməyin vaxtı yetişməyibmi?!
Əbusüfyan deyir:
Bəli, anam-atam sənə fəda olsun, ey Allahın Rəsulu! Mən Allahın varlığına və yeganəliyinə, bənzərsiz olmasına şəhadət verirəm! Əgər bütlərin əlindən bir iş gəlsəydi, mən bu günə düşməzdim.
Daha sonra Peyğəmbər (s) yenidən soruşur:
\- Məni Allahın elçisi kimi tanımağın vaxtı çatmayıbmı? Əbusüfyan cavab verir:
Anam-atam sənə qurban, hələ də qəlbimdə sənə qarşı şəkk var. Amma sonda Əbusüfyan və onunla gələn iki nəfər yoldaşı da müsəlman olurlar.
Allahın Rəsulu (s) Abbasa buyurur:
Əbusüfyanı Məkkənin keçidinə apar və müsəlmanlar oradankeçərkən onları müşahidə etsin.
Abbas deyir:
\- Əbu Cǝh adlı-sanlı adamdır. Ona bir sıra üstünlüklər verin. Peyğəmbər (s) buyurur:
\- Əbusüfyanın evinə və Məscidül-hərama daxil olan, o cümlədən evində oturub bayıra çıxmayan hər bir kəs amandadır.
Əbusüfyan ordunun böyüklüyünü gördükdə, həqiqətən, müqavimət göstərməyin yersiz olduğunu bir daha yəqinliklə başa düşür, üzünü Abbasa tutaraq deyir:
\- Qardaşın oğlunun səltənəti olduqca əzəmətli olmuşdur.
Abbas deyir:
\- Vay olsun sənə! Bu səltənət deyil, nübüvvətdir.
Daha sonra Abbas ona göstəriş verir: Sürətlə Məkkəyə tərəf get və camaatı vəziyyətdən hali et. Çalış, heç kəs İslam ordusuna müqavimət göstərmək fikrinə düşməsin.
Əbusüfyan Məscidül-hərama daxil olaraq fəryad çəkir:
\- Ey Qüreyş camaatı! Muhəmməd elə bir ordu ilə sizin üstünüzə gəlmişdir ki, onlara müqavimət göstərmək gücümüz yoxdur. – Daha sonra sözünə əlavə edir: – Kim mənim evimə daxil olarsa, amandadır! Kim Məscidül-həramda oturarsa, amandadır! Kim evindən bayıra çıxmazsa, yenə də amandadır!
Daha sonra fəryadına davam edir:
\- Ey qüreyşlilər! Təslim olaraq müsəlman olun ki, amanda qalasınız!
Bu vaxt onun arvadı Hind onun saqqalından tutaraq deyir: "Boş ver qışqırmağı, əgər sən də iman gətirməsən, öldürüləcəksən! Tez evǝ daxil ol!"
Bu zaman Peyğəmbər (s) İslam ordusu ilə hərəkətə keçərək “Ziy- tuva" adlanan təpəyə çatır. Bu təpədən Məkkənin bütün evləri görünürdü. Bu anda Peyğəmbərin (s) məcbur qalaraq gizlin şəkildə Məkkəni tərk etməsi yadına düşür. Amma indi böyük və əzəmətli bir ordu ilə Məkkənin fəthinə gəlmişdi. Odur ki, alnını dəvənin belindəki yəhərə qoyaraq şükür səcdəsi edir.
Daha sonra Peyğəmbər Məkkənin Hücun adlanan hündür məhəl- lələrinin birində (Xədicənin qəbri də oradadır.) dəvədən düşərək qüslalır. Sonra döyüş paltarını, zirehini və silahını geyinib öz miniyinin üzərində oturur. Ardınca isə “Fəth” surəsini oxuya-oxuya Məscidül- hǝrama daxil olaraq uca səslə təkbir deyir. Bu zaman bütün İslam ordusu uca səslə təkbir deyir. Belə ki təkbir səsləri bütün daş və qayalarda əks-səda verir. Daha sonra isə dəvəsindən enərək bütləri sındırmaq üçün kəbə evinə yaxınlaşır. Kəbə evinin bütlərini yerə çırpıb sındıraraq bu ayəni oxuyur:
جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا
"Haqq gəldi, batil məhv oldu. Həqiqətən də, batil məhvə məhkumdur.
Mühüm bütlərdən bir neçəsini Kəbə evinin tavanına yaxın yapışdırdıqları üçün Əlini (ə) çağıraraq onun çiyninə çıxıb onları aşırmasını əmr edir. Möminlərin əmiri də Peyğəmbərin (s) əmrinə itaət edərək onun çiyinlərinə çıxıb bütləri aşırır.
Daha sonra Kəbə evinin açarını alaraq içəri daxil olur. Kəbənin içəri divarlarına çəkilmiş bir neçə peyğəmbər şəkillərini də divardan silir. Bu böyük qələbədən sonra Peyğəmbər (s) Kəbə evinin qapısının halqasından tutub üzünü ətrafda toplanmış camaata çevirərək deyir: Siz necə düşünürsünüz? Nə deyirsiniz? Sizin barənizdə necə hökm çıxarım?
Hamı bir ağızla deyir:
\- Biz sənin bizim barəmizdə xeyirli hökm çıxaracağından savayı ayrı hökm haqqında düşünmürük. Sən bizim böyük qardaşımızın oğlu olmaqla yanaşı, həm də bizim böyük qardaşımızsan. Bu gün qüdrətə çatmısan. Bizi bağışla!
Peyğəmbərin (s) deyir göz yaşları axır və məkkəlilər də ağlamağa başlayırlar.
Mən sizin barənizdə qardaşım Yusufun dediklərini deyirəm:
قَالَ لَا تَشْرَيبَ عَلَيْكُمُ الْيَوْمَ يَغْفِرُ اللَّهُ لَكُمْ وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ
"Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhimlisidir.
Bu minvalla hamını bağışlayaraq: “Hamınız azadsınız! Hara istǝ- səniz, gedə bilərsiniz." - deyir
Bu əsnada orduya heç kəsə mane olmamaq, kiminsə qanını tök- məmək əmri verilir. Amma bəzi rəvayətlərə əsasən, altı nəfər (hansı ki pis sözlərlə müsəlmanları təhqir edirdilər) istisna edilir.
Peyğəmbər (s) hətta eşidəndə ki, ordunun bayraqdarı uca səslə: "Bu gün qisas günüdür." - deyə hay-haray salıb, tez əlini göndǝrǝrǝk ona özü bayraqdar olmağı və bu sözləri – “Bu gün mərhəmət günüdür!” deməyi əmr edir.
Bu gedişlə heç bir qan tökülmədən müsəlmanlar müqəddəs Məkkə şəhərini fəth edirlər. Fəth zamanı baş verən əfv və bağışlama hadisəsi insanların qəlbində elə müsbət təsir qoyur ki, hamı dəstə-dəstə İslam dininə üz tutaraq müsəlman olurlar. Bu böyük fəthin səs-sədası bütün Ərəbistan yarımadasına yayılır. İslam dininin sorağı bütün Ərəbistanda, hətta sərhədlərdən kənarda belə yayılmağa başlamışdı. Buna görə də Məkkənin fəthini İslamın Ərəbistan yarımadası və eyni zamanda sərhəd şəhərlərin sabitləşmə mərhələsi hesab etmək olar. Yəni o gündən sonra İslam dini həm Ərəbistan yarımadasında, həm də sərhəddən kənarda artıq öz sözünü demiş sayılırdı.
Bəzi tarixi səhifələrdə gəlmişdi ki, Peyğəmbər (s) Kəbə evinin qarşısında dayanıb belə deyir:
# لا إلهَ إلا اللهُ وَحْدَهُ وَحْدَهُ، أَنْجَزَ وَعْدَهُ، وَ نَصَرَ عَبْدَهُ، وَ هَزَمَ الْأَحْزَابَ وَحْدَهُ، أَلَّا ان كُلِّ مَال أَوْ مَأْثَرَة أَوْ دَم تُدْعَى فَهُوَ تَحْتَ قَدَمَى هاتين!...
"Allahdan başqa Allah yoxdur! O, yeganə məbuddur! Sonda öz vədəsinə vəfa etdi və bəndəsinə yardım edərək bütün ordunu məğlub etdi!
Ey insanlar! Bilin ki, bütün üstünlüklər, mal-dövlət və qan davaları cahillik dövrünə aid olan düşüncələrdir. O qanunların hamısı mənim ayağımın altındadır." (Yəni kiminsə var dövləti qarət olubsa, qan düşmənçilikləri varsa, qəbilə üstünlükləri ilə öyünmələr və s. hamısı keçmişdə, cahillik dövründə qaldı. Daha onların söhbətini etməklə kin-küdurət yaratmayın. Onların istintaq müddəti başa çatmış və işi bağlanmışdır).
Bu, cahil ərəbləri keçmişlərindən ayırmaq və onlara unutdurmaq üçün əfv layihəsinin əsnasında hicazlılara elan edilmişdir. Onlar artıq keçmiş qaranlıqları haqqında deyil, yeni parlayan İslam şüaları altında yaşamağa qədəm qoymuşdular. Peyğəmbər (s) onları qaranlıq keçmiş haqqında deyil, parlaq gələcək haqqında düşünməyə sövq etmiş və bu yolda onlara təkan vermişdir.
Peyğəmbərin (s) atdığı bu müdrük addım İslam dininin çiçəklən- ǝrǝk geniş şəkildə yayılmasına şərait yaratdı. Əlbəttə, bu əzəmətli hərəkat bu gün də hər bir müsəlman üçün örnək və yolgöstərən qanundur.
Nəsr surəsinin sonu.