Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-İxlas (Ət-Tövhid) Surəsinin Ayələrinə Qayıt →
Əl-İxlas (Ət-Tövhid) Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

İxlas surəsi, 1-4-cü ayələr

İxlas surəsi, 1-4-cü ayələr



بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ


قُلْ هُوَ اللَّهُ أَحَدٌ .١


اللهُ الصَّمَدُ. ٢


لَمْ يَلِدْ وَلَمْ يُولَدْ .٣


وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ .٤


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. De: "O Allah təkdir!

2\. O, bütün ehtiyaclıların üz tutduğu Allahdır.

3\. Nə doğub, nə doğulub,

4\. Onun bənzəri də yoxdur.”

Ayələrin təfsiri



O, Yeganə və Şəriksizdir

Surənin birinci ayəsində müxtəlif insanların və qövmlərin Peyğəmbərdən (s) təkrar şəkildə Allahın sifətləri barəsində soruşduqları suala cavab olaraq deyilir:

"De: "O Allah təkdir!"

Bildiyimiz kimi, (huvə-o) şəxs əvəzliyi heç kəsi tanıtmadan,

şəxsiyyəti və adı məchul qalan şəxsdən xəbər verir. Ayənin “O” (huvə) şəxs əvəzliyi ilə başlaması Allahın zatının bütün yaradılış üçün daim məchul qalacağı və insanların Onu olduğu kimi başa düşməyəcəklərinə incə işarə edir. Bütün sahələrdə məhdud olan insanın yaradılış aləmində bütün nişanə və əlamətləri ilə aşkar olan Allahın sonsuz zatını dərk etməsi mümkün deyil. “Fussilət” surəsinin 53-cü ayəsində Allah-taalanın aşkar nişanələrinə işarə edilərək buyurulur:

الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي


"Onun haqq olduğu onlara aydın olana qədər Biz nişanələrimizi onlara həm kainatda, həm də onların özlərində, mütləqdir ki, göstərəcəyik."

Davamında tanınmamış həqiqətin üzərindən pərdə götürərək Onu vəsf etməyə başlayır: "O yeganə və bənzərsizdir."

İmam Baqir (ə) bu ayəni oxuyarkən deyir: “Bütpərəstlər öz büt- lərinə işarə edərək danışırdılar. Yəni daim bütlərdən danışarkən birinci işarə əvəzliyindən istifadə edərdilər. Onlar bütlərinə işarə edərək deyər- dilər: “Bunlar bizim bütlərimizdir, ey Muhəmməd! Sən də öz Allahını vəsf et! Bu zaman bu ayə nazil olur.

Ayədəki “huvə” sözündəki “hu” hərfi diqqəti yönəltmək üçün işarə, "vav” hərfi isə görünməyən, qeybdə olan, hazırda əl vurulması mümkün olmayan əvəzlikdir.

Möminlərin əmiri İmam Əlidən (ə) nəql olan digər bir hədisdə oxuyuruq: Bədr döyüşünün gecəsində Xızırı yuxuda gördüm. Ondan düşmənlərə qalib gəlmək üçün bir şey istədim. O dedi:

# يا هو، يا مَنْ لا هو الا هو


\- De! Ya huvə, ya mən la huvə illa hu.

Sübh açıldıqdan sonra Peyğəmbərin (s) yanına gedib yuxunu o Həzrətə danışdım. Peyğəmbər (s) buyurdu:

# يا على عُلَمْتَ الاسْمَ الْأَعْظَمَ


"Ey Əli, sənə ismi-əzəm öyrədilmişdir. Bu dua Bədr döyüşünə başlayarkən dilimin əzbəri olmuşdu”.

Əmmar Yasir Siffeyn döyüşündə İmam Əlinin (ə) döyüş başlayan zaman bu duanı oxuduğunu görüb onun nə oxuduğu haqqında soruşur. İmam buyurur:

\- Bu, tövhidin sütunu və Allahın ismi-əzəmidir.

İncəliklər:



1\. Allah.

"Allah" Allah-taalanın xüsusi adıdır. İmamın sözünün məğzi bundan ibarətdir ki, bu bir kəlmədə Allahın bütün cəlal və camal sifət- ləri və xüsusiyyətləri cəm olmuşdur. Məhz bu səbəbdən də buna Allahın ismi-əzəmi deyilir. Yəni Allahın ən böyük adı.

Bu ad Allahdan başqasına aid edilmir. Amma bildiyimiz kimi, Allahın digər cəlal və camal xüsusiyyətlərini izah edən adlardan istifadə mümkündür. O cümlədən “Alim", "Xaliq", "Rəzzaq” və sair kimi adları Allahdan başqası şəxslər üçün də istifadə etmək mümkündür.

Allah sözünün əsl kökü “vələh", "heyran" və "təəccüb” mənasın- dadır. Çünki bütün məxluqat, ağıl o əzəmətli və pak Zatın qarşısında aciz, Onun böyüklüyünə heyrandır. Möminlərin əmiri olan İmam Əlidən (ə) nəql olan hədisdə buyurulur:

# الله مَعْناهُ الْمَعْبُودُ الّذى يَأْلَهُ فيه الْخَلْقُ، وَ يُؤلَهُ إِلَيْهِ، وَ اللهُ هُوَ الْمَسْتُورُ عَنْ دَرَى


# الْأَبْصَارِ الْمَحْجُوبُ عَنِ الْأَوْهَامِ وَ الْخَطَراتِ


“Allah sözünün mənası elə bir məbud deməkdir ki, yaradılış Onun vəsfinə heyrandır və Ona məhəbbət bəsləyir. Allah gözlərdən qaib, dərklərdən uzaq, ağıllara sığmayan məbuddur.

Bəziləri bu sözün kökünün “ilahə"olduğunu bildirirlər. Yəni əsli “əl-ilahə", yəni “tənha haqq olan məbud” mənasındadır.

Xülasə budur ki, sözün kökünün necə olmasından asılı olamayaraq, sonradan xüsusi ismə çevrilmiş və yalnız Allahın özünə aid edilmişdir. Bu ad Allahın bütün cəlal və camal sifətlərinə işarə etməklə yanaşı, həm də Onun bütün eyiblərdən münəzzə və pak olmasını çatdırır.

Allah-taalanın bu müqəddəs və bənzərsiz adı digər adlarından fərqli olaraq Qurani-Kərimdə təxminən min dəfə çəkilmişdir. Allahın heç bir müqəddəs adı Quranda bu qədər qeyd olunmamışdır. Bu, elə bir addır ki, insanın qəlbini aramlaşdırır, ona güc verir və onun həyatını səfa-səmimiyyətə qərq edir.

2\. Əhəd.

“Əhəd” sözü vəhdət sözündən alınmışdır. Amma bəziləri “əhəd”lə “vahid” sözlərinin eyni mənada olmasını qeyd edərək deyirlər ki, hər iki söz tayı-bərabəri olmayan müqəddəs Zatdan xəbər verir. Məsələn, elmdə təkdir, qüdrətdə bərabəri yoxdur, rəhman və rəhimlikdə bənzər- sizdir, xülasə, bütün xüsusiyyət və sifətlərdə ikinci bir oxşarı yoxdur.

Amma bəzilərinin tədqiqinə əsasən, “əhəd” və “vahid” sözlərinin arasında fərq vardır. “Əhəd" elə bir Zata aid edilir ki, Onun zahirdə və batində, keçmişdə və gələcəkdə ikincisi yoxdur. Rəqəmlər sayına daxil olmadığı üçün heç vaxt Onu saymaq olmur. Amma vahiddən sonra ikinci və üçüncü təsəvvür olunur. Yəni ədədlər sayına daxil olaraq sayılır. Bu say istər zahirdə, istərsə də batində olsun, nəticə budur ki, sayılması mümkündür. Misala diqqət edək, məsələn, deyəndə ki, "onlar- dan bir nəfər belə gəlmədi”, burada “əhəd” mənasındadır. Amma belə deyək: “Onlardan bir nəfər gəlmədi.” Burada onlardan üç-dörd nəfərin gəldiyi üçün, ola bilsin, belə deyilir. Yəni onlardan bir nəfər deyil, iki üç nəfər gəldi. Birinci say sırasına daxil olmadı. Çünki bir nəfər belə gəlmədi. Amma ikincisində digər rəqəmlər təsəvvür olunur.

Amma bu fərq Quran və hədislərin verdiyi izahla uyğun gəlmir.

Bəzi təfsirçilər belə deyirlər ki, “əhəd” sözü bütün tərkiblərin (zahiri, batini və bütün mahiyyətlərin) tam əksinə olan sırf bəsitlik mənasındadır. Amma “vahid” sözü Onun zatının xarici aləmdəkilərin çoxluğunun qarşısında yeganəliyini bildirir.

İmam Baqirdən (s) nəql olan hədisdən oxuyuruq: “Əhəd” sözü tək və yeganə mənalarındadır. Həmçinin “əhəd” və “vahid" sözləri eyni məna kəsb edir. Elə bir yeganə Zatdan xəbər verir ki, Onun Özündənsavayı heç bir bənzəri yoxdur. Tövhid sözü, Onun yeganəliyindən və yalnız fərd olduğundan xəbər verir.

Həmin hədisin ardında oxuyuruq: "Vahid" rəqəm deyil, rəqəmin əsası və bünövrəsi sayılır. Ədəd ikidən başlayır. Buna baxmayaraq, "Allahu-ǝhǝd" qısa cümləsinin izahı bundan ibarətdir: Elə bir məbuddur ki, insanlar Onun zatını dərk etməkdə acizdirlər. O, üluhiyyətdə, yəni ilahlıq məqamında yeganədir. Yaradılmışların bütün müsbət xüsusiy- yətlərinin ən kamili Ondadır və bütün gözəlliyin mənbəyi yalnız Ondan qaynaqlanır.

Həmçinin Quranın məntiqinə əsasən, "əhəd” və “vahid” sözləri eynimənalı sözlər kimi qəbul olunduğu üçün hər iki söz Allahın pak zatına aid edilir.

Daha təəccüblüsü "Tövhidi-Səduq” kitabında qeyd olunmuşdur: Cəməl döyüşü zamanı bir bədəvi ərəb yerindən qalxıb belə dedi:

Ey möminlərin əmiri! Sən Allahın vahid olduğunu deyirsən? Vahid hansı mənanı kəsb edir?

Birdən yerdəkilər onun sözünü hay-küylə qarşılayaraq, sanki, ona hücum edirlərmiş kimi, o an: “Ay ərəb, bu nə sualdır verirsən? Gör- mürsən, möminlərin əmirinin başı döyüş məsələlərinə qarışıb və o, bu saat yalnız döyüş haqqında düşünür? Hər sözün, sualın öz yeri var.” – deməyə başladılar.

Əmirəlmöminin (ə) buyurdu:

\- Kişini öz halına buraxın. Qoyun rahat olsun. Çünki onun verdiyi sualı mən bu saat düşməndən istəyirəm (Yəni o kişi tövhiddən sual verib. Odur ki, mən də düşmənlə tövhidə görə vuruşuram.)

Daha sonra əlavə etdi:

\- Ey bədəvi ǝrǝb! “Allah vahiddir.” ifadəsindən dörd məna kəsb edə bilərik. O dörd mənanın ikisini Allaha aid etmək düzgün sayılmır. Amma iki mənası düzgündür. İki düzgün olmayan məna barəsində, birincisi bundan ibarətdir ki, həmin deyilən "vahid" sözü ədədlər sıra- sına daxil edilərsə, düzgün sayılmayacaq. (Məsələn, əgər “O, birdir, iki deyil." deyilərsə, bundan belə başa düşülür ki, onun ikincisi olmasada, təsəvvür olunması mümkündür. Allah birdir. İkincisi yoxdur. Amma ikincisinin təsəvvür olması da burada qadağan edilmir. Bir halda ki, bizə Allahın nəhayətsiz və sonsuz haqq olması məlumdur, sonsuz haq- qın ikincisinin olması isə mümkün deyil. Başqa sözlə desək, ibtidası və intəhası məlum olmayan varlığın ikincisinin olması mümkün deyil.) Çünki ikincisi olmayan bir varlığın sayını ədədlər sırasına daxil etmək düzgün deyil. Odur ki, təslis (xristianların üç uqnumu) deyənlər kafir sayılır.

İkinci düzgün olmayan məna barəsində: “Vahid” sözündən növ kimi istifadə olunarsa, bu da Allah-taala barəsində düzgün səslənmə- yəcəkdir. Məsələn: "Filankəs də həmin camaatın bir üzvüdür.” kimi istifadə olunan bir sayı Allahın barəsində işlənməməlidir. Çünki Allah növ deyil və heç bir növə də aid deyil. Bu kimi istifadələr də bir növ bənzərlik mənasındadır. Bildiyimiz kimi, Allah-taala bənzərsiz və bütün eyib və nöqsanlardan münəzzəhdir. brav

Allah-taala barəsində işlənməsinin eyibsiz və düzgün olan məna- ları barəsində: Birincisi bundan ibarətdir ki, "vahid" sözündən istifadə olunarkən belə deyilməlidir: Allah vahiddir. Yəni maddi və mənəvi aləmdə Özü kimi ikinci bir bənzəri yoxdur. Bəli, bizim Allahımız təkdir və heç bir bənzəri yoxdur.

İkincisi isə bundan ibarətdir: Deyilərkən labüddür ki, bu şəkildə deyilsin: Allah elə bir vahiddir ki, Onun zatı bölünmür. Yəni Onun zatını qisimlərə nə zehində, nə ağılda, nə təsəvvürdə, nə də fəhmdə ayırmaq, bölmək və sadalamaq mümkündür. Bəli, bizim Uca Allahımız belədir.

Xülasə bundan ibarətdir ki, Allah-taala Əhəd və Vahiddir. Yeganə və bənzərsizdir. Onun vahidliyi və əhədliyi növdən, bənzərlikdən və cinsdən uzaqdır.

Bu sözün dəlili aydındır. Onun zatı, bütün cəhətlərdən bənzərsizdir və nəhayətsizdir. İki nəhayətsiz zatın təsəvvür olunması belə mümkün deyil. Çünki iki zat deyildikdə, hər iki zat məhdudlaşır və birində olan kamillik digərində olmur, digəri də həmçinin.

Növbəti ayədə Müqəddəs Zat barəsində ikinci vəsfə imza atılır. Ayədə deyilir:

“O, bütün ehtiyaclıların üz tutduğu Allahdır.”

“Səməd” sözü barəsində təfsirçilər və lüğətşünaslar çox sayda açıqlama vermişlər. O cümlədən Rağib İsfahani “Müfrədat” kitabında deyir:

"Səməd" "ağa” və “böyüklük” mənasındadır. Hansı ki camaat ehtiyacı üçün onun qapısına gedir.

Digərləri deyirlər: "Səməd" içi boş deyil, dolu və möhkəm mənasındadır.

“Müqayisul-lüğət” kitabında deyilir: “Səməd” sözünün iki kökü var. Biri niyyət mənasındadır, digəri isə möhkəmlik. Allah-taalaya ona görə "səməd" deyilir ki, bəndələri daim onun dərgahına yaxınlaşmağı niyyət edirlər.

Ola bilsin ki, buna əsasən, “səməd” sözü barəsində lüğətşünaslar çoxlu izah vermişlər. Onlardan bəzisini aşağıda qeyd edirik:

\-Sonsuz əzəmət sahibi olan şəxsdir.

\-Ondan üstünü olmayan şəxsdir.

\- Xalqın fəna olmağından asılı olamayaraq, daimi, əbədi olan kəs. Həmçinin İmam Əli ibn Hüseyn (ə) “səməd” sözü barəsində beş məna izah etmişdir:

\- "Səməd". sonsuz böyüklüyü və ucalığı olan kəsdir.

\-"Səməd" - əbədi, əzəli və sonsuz olan kəsdir.

\- "Səməd". qarnı olmayan varlıqdır.

\- “Səməd” – yeməyə və içməyə ehtiyacı olmayan kəsdir. “Səməd” – yatmağa ehtiyacı olmayan varlıqdır.

Digər təriflərdə deyilir: "Səməd"in vücudu yalnız özündəndir. Yəni zatidir və heç bir şeyə ehtiyacı yoxdur.

"Səməd”in vücudunda heç bir dəyişiklik baş vermir. Yəni öncəki aradan gedərək yenilik baş vermir.

İmam Əli ibn Hüseyndən (ə) bu söz barəsində nəql olunan digər hədisdə buyurulur:

“Səməd” şəriki və bənzəri olmayan varlıqdır. Ondan nəyisə gizlət- mək mümkün deyil, O, hər şeyi biləndir. \[17\]

Bəzilərinin tərifinə əsasən, “səməd” bir şeyin var olması üçün ona "ol" deyərkən olar. Yəni yaratması üçün Onun zatında heç bir dəyişiklik baş vermir.

Hədisdə buyurulur: Bəsrədən olan bir nəfər İmam Hüseynə məktub yazaraq “səməd” sözünün mənasını soruşur. İmam məktubun cavabında buyurur:

"Bismillahir-rəhmanir rəhim.

Quran barəsində agahlığınız olmasa, heç bir dialoqa və müzakirələrə qoşulmayın. Çünki mən cəddim Rəsulallahdan (s) eşitmişəm ki, Quran barəsində müzakirələr aparan elmsiz şəxs Cəhənnəmdə öz yerini hazırlamış olur. Allah-taala özü “səməd” sözünü təfsir etmişdir: (Nə doğub, nə doğulub, Onun bənzəri dəyoxdur.)

Bəli, Səməd olan Allah digər yaranmış məxluqlar kimi özünə övlad götürmür, doğmur və doğulmamışdır. Hətta lətif şeylər belə ondan doğulmur, əksinə, Onun əmri ilə vücuda gəlir. Onun yuxuya, oyaqlığa, təfəkkürə, qəmə, hüznə, sevincə, şadlığa gülməyə, ağlamağa, qorxuya, ümidə, bütün meyillərə, o cümlədən aclığa və toxluğa ehtiyacı yoxdur.

Nəhayət, digər bir hədisdən oxuyuruq: Muhəmməd ibn Hənəfiyyə İmam Əlidən (ə) “səməd” sözü barəsində soruşduqda İmam (ə) buyurdu:

“Səməd” sözünün açıqlaması bundan ibarətdir ki, onun nə ismi var, nə cismi. Nə özü kimisi var, nə də bənzəri. Nə siması var, nə də onun kimisi. Nə həddi var, nə hüdudu, nə məhəlli var, nə məkanı, nəkeyfiyyəti var, nə gözü, nə buradadır, nə də orada. Nə doludur, nə də boş. Nə oturub, nə durub, nə sükunəti var, nə də hərəkəti. Nə zülmətdir, nə də nur, nə nuranidir, nə də cismani, nə də bir anlığa hansısa məkan onsuz deyil. Heç bir məkana da sığmır. Nə rəngi var, nə də insanın qəlbinə daxil olmuşdur. Nə iyi var, nə də ki, bunun kimi şeylər onun zatına yaxındır."

Bu hədisdən “səməd” sözünün necə geniş və dərin mənalı olması aydın olur. Belə ki, bu söz yaranmışlarda olan bütün sifət və xüsusiyyətləri Allah-taaladan uzaq tutur. Çünki məhdud və aydın olan adlar, o cümlədən cismanilik, rəng, iy, məkan, sükunət, hərəkət, keyfiyyət, hədd, hüdud və sair kimi yaranmışlara aid olan xüsusiyyətlər ehtiyacdan doğan xüsusiyyətlərdir. Xülasə, bütün bunlar maddi aləmdəkilərə xas olan xüsusiyyətlərdir. Allah-taala bütün bunlardan uzaq və ucadır.

Son kəşflərə əsasən, maddi cahan tamamilə olduqca kiçik atom zərrəciklərindən təşkil olunmuşdur. Atom özü iki hissədən ibarətdir. Nüvə (mərkəzi hissə) və elektron. Elektron daim nüvənin ətrafında dövr edir. Təəccüblü olan budur ki, elektron ilə nüvə arasında olduqca geniş məsafə var. Əgər bu məsafələr azalsa, cisimlər bizi heyrətə salacaq qədər bizim üçün kiçiləcəkdir.

Əgər bir insanın bədənindən atom zərrələrini götürərək onu sıx- salar, insan, hətta mikroskop altında görünə biləcək qədər kiçiləcəkdir. Atomlar insanın bütün bədənini əhatə edərək ona çəki verir.

Bütün bu elmi kəşflərə və “səməd” sözünün yuxarıdakı izahına görə, Qurani-Kərimin Allah-taala barəsindəki təsəvvürü bundan ibarətdir ki, O, bütün təsəvvür olunan (hətta görünməyən molekul) cisimlərdən uzaqdır. Başqa sözlə desək, bütün cisimlər atomla mürəkkəb olmuşdur (tərkib tapmışdır). Atomun isə izahı yuxarıda verilmişdir.

Bütün yuxarıda deyilənlərə əsasən, “səməd” sözü Quranın elmi möcüzələrindən sayılır.

Amma unutmaq olmaz ki, “səməd” sözünün lüğətdəki mənası "hamının ona ehtiyacı olan böyük” mənasındadır. Yəni elə bir böyük ki, hamı öz ehtiyaclarını qarşılamaq üçün onun qapısını döyür və ona möhtacdır. Həmin “böyük” bütün sahələrdə varlı və qadirdir. Həmçinin bura kimi deyilən bütün təfsir və izahlar bu kökdən qaynaqlanmışdır.

Daha sonra Qurani-Kərim xaçpərəstlərin, yəhudilərin və ǝrǝb müşriklərinin əqidəsini rədd edərək (bildiyimiz kimi, onlar Allah- taalaya ata və övlad kimi maddi aləmə xas olan qanunları mənsub edirdilər. Hətta müşriklər mələklərin Allahın qızları olduğunu deyirdilər.) buyurur:

“Nə doğub, nə doğulub,”

Bu söz, əslində, təslis ardıcıllarına cavab olaraq deyilmişdir. Yəni xaçpərəstələr özlərini səmavi dinin ardıcıllarından saymaqlarına bax- mayaraq, bizim etiqad bəslədiyimiz Allahla, onların inandığı allahın arasında ciddi fərq var. Onlar Allaha oğul, ata və Ruhul-qudus münasibəti bəsləyirlər.

Xaçpərəstlər İsa (ə), yəhudilər isə Üzeyir peyğəmbərin (ə) Allahın oğlu olduğunu iddia edirlər. Quran bu barədə buyurur:

وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ابْنُ اللهِ وَقَالَتِ النَّصَارَى الْمَسِيحُ ابْنُ اللهِ ذَلِكَ قَوْلُهُمْ بِأَفْوَاهِهِمْ 446 يُضَاهِمُونَ قَوْلَ الَّذِينَ كَفَرُوا مِنْ قَبْلُ قَاتَلَهُمُ اللَّهُ أَنَّى يُؤْفَكُونَ.


“Yəhudilər: “Üzeyir Allahın oğludur."”, xaçpərəstlər də: “Məsih Allahın oğludur." dedilər. Onların ağzında gəzən bu sözlər daha öncə küfr edənlərin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də haqqı təhrif edirlər!"

Ərəb müşriklər isə mələklərin Allahın qızları olmalarına inanırdılar.

وَخَرَقُوا لَهُ بَنِينَ وَبَنَاتِ بِغَيْرِ عِلْمٍ


"Allaha şərik qoşdular, yalandan və bilmədən Onun üçün oğul və qızlar uydurdular.

Bəzi rəvayətlərdən belə başa düşülür ki, “ləm yəlid və ləm yulǝd" ayəsindəki təvəllüd sözünün mənası olduqca dərin və genişdir. Buradakı doğuş və ya vücuda gəlmək Ondan doğan bütün lətif və bərk cisimlərnəzərdə tutulmaqla yanaşı, eyni zamanda bunun əksi də başa düşülür. Yəni Allahın da (nəuzubillah), həmçinin lətif və bərk cisimlərdən doğulması nəzərdə tutulur. İmam Hüseynin (ə) bəsrəlinin sualına geniş cavab verdiyi məktubda “ləm yəlid və ləm yuləd” ayəsi belə təfsir olunmuşdur: Ayədəki “ləm yəlid” sözünün mənası bundan ibarətdir ki, Ondan heç bir maddi nəsə doğulmamış, xaric olmamışdır. Yəni digər yaranmışlardan xaric olan və ya doğulan şeylər, övlad Ondan heç vaxt doğulmayacaqdır. Həmçinin digər məxluqlardan olan gözləntilər, o cümlədən yuxu, xəyal, hüzn, şadlıq, ağlamaq, qorxu, ümid, şövq, görüş, danlaq, aclıq, toxluq və sair Allah-taaladan gözlənilmir və O, bütün bunlardan ehtiyacsızdır.

“Ləm yulǝd” sözü göstərir ki, O, nədənsə doğulmaqdan (istər maddi olsun, istərsə də lətif) daha fövqdədir. Məsələn, diri mövcüdatların bir-birindən doğulduğu, bitkilərin torpaqdan çıxdığı, suyun bulaqdan qaynadığı, meyvənin ağacdan dərildiyi, lətif əşyanın mənbəsindən qopduğu, gözün görməsi, qulağın eşitməsi, burunun duyması, ağızın dadması, dilin danışması, qəlbin mərifəti və atəşin qığılcımı kimi ehti- yaclı deyil. Çünki bütün bu saydıqlarımızın hamısı var olması üçün özündən öncəyə ehtiyaclıdır.

Ayədəki "doğulmaq" sözünün hədisdə deyildiyi kimi, olduqca geniş mənası vardır. İlahi zatı bütün növ doğulmalardan, tutulmalardan, alınmalardan, çəkilmələrdən və sair kimi vücuda gələ biləcək hər şeydən uzaq tutur. Allah-taalanın övladının olmaması Onun bütün maddi və lətif aləmdən daha ali mərtəbədə olmasından xəbər verir.

Nəhayət, sonuncu ayə Allah-taalanın sifətinin kulminasiya mər- hələsini bəyan edərək buyurur:

“Onun bənzəri də yoxdur”.

Ayədəki (kufuv) sözünün mənası Allah-taalanın ən ali sifətlərindən biridir. Yəni Allah-taala bütün bənzərlərdən, oxşarlardan və hətta təsəvvürlərdən belə uzaqdır. Onun bütün cəhətlərdən bənzəri olacaq heç nə və kimsə yoxdur. Əlbəttə, surənin əvvəlində bu barədəgeniş izah verilmişdir. Yəni o elə bir Əhəddir ki, heç bir bənzəri, tayı- bərabəri yoxdur. Onun nə zati, nə sifati, nə də feili bənzərliyi yoxdur. Bütün cəhətlərdən bənzərsiz və müqayisəsizdir.

Möminlərin əmiri İmam Əli (ə) “Nəhcül-bəlağə”də, xütbələrin birində buna işarə edərək buyurur:

# «لَمْ يَلِدْ» فَيَكُونَ مَوْلُوداً، وَ لَمْ يُولَدْ فَيَصِيرَ مَحْدُوداً... وَ لا «كُفوء» لَهُ


# فيكافتَهُ، وَ لَا نَظِيرَ لَهُ فَيُساوِيَه


"O, kimsəni doğmadığı üçün özü də doğulmamışdır. Kimdənsə doğulmadığı üçün heç bir məhdudiyyəti yoxdur. Onun bənzəri olma- dığı üçün tayı da yoxdur. Oxşarı olmadığı üçün müqayisə ediləcək heç nə və kimsə yoxdur."

Bu tövhidi ən ali dərəcədə izah edən təfsirdir. (Allahın salamı olsun sənə, ey möminləri Əmiri!)

İncəliklər:



1\. Tövhidi dəlillər

Tövhid deyərkən Allah-taalanın yeganəliyi, bənzərsiz və Ona həmtayın olmaması nəzərdə tutulur. Bunun isbatı üçün ayə və hədislərdən savayı kifayət qədər rasional dəlillər də mövcuddur. Onlardan bir neçəsini olduqca xülasə şəkildə burada qeyd edirik:

2\. Mütləq vücudun dəlili

Xülasə bundan ibarətdir ki, Allah-taala qeyd-şərtsiz, mütləq vücuddur. Heç bir sərhəd və məhdudiyyət tanımır. Mütləq vücudun naməhdud olması onun mütləqliyinin əsas şərtidir. Çünki əgər O, məhduddursa, demək ki, hansısa tərkibdən mürəkkəb olmuşdur. Bu da nəhayət, onun yox və puç olmasına aydın dəlillərdəndir. Çünki müəyyən səbəb və təsirdən vücuda gələn başqa müəyyən səbəb və təsir nəticəsində də aradan getməyə məhkumdur. Təbii ki, bütün varlıqların əsas qaynaq və dayaq nöqtəsi olan heç vaxt yox olaraq aradan getməməlidir.

Əgər kimsə bunun əksini düşünsə, demək ki, ümumi tövhid mövzusunu anlamamışdır.

Digər tərəfdən, iki naməhdud varlıq cahanda təsəvvür olunmazdır. Çünki iki paralel (naməhdud olsalar belə,) mövcud ona görə ikidir ki, onlar ayrı-ayrılıqda təkdilər. Həmçinin birində olan kamal potensialı digərində yoxdur. Digəri də həmçinin. Yəni bunları iki edən aralarında olan fərqdir. Fərq isə bundan ibarətdir ki, bunda olan onda, onda olan bunda yoxdur. Nəticədə, hər ikisi naqis və məhduddurlar. Bu dəlil Allahın yeganəliyinə və zatının vacibül-vücud olmasına aydın dəlildir.

3\. Elmi dəlil

Bütün yaranmışlara diqqət yetirdikdə ilk andan insana müxtəlif və pərakəndə gəlir. Yer, göy, Günəş, Ay, ulduzlar, müxtəlif bitkilər, fərqli heyvanlar və sair. Amma daha diqqətlə nəzərdən keçirdikdə bütün bu yaranmışların bir-biri ilə sıx əlaqəli olduğunu müşahidə edirik. Demək ki, bünlar zahirdə müxtəlif və fərqli yaradılış kimi görünsələr də, həqiqətdə, vahid və bir-biri ilə sıx əlaqəli olan tək yaradılışdır. Müəyyən olunmuş silsiləvari qanunla idarə olunan cahan vahid hakimiyyətdən xəbər verir.

Dünyada elm və bilik daha geniş və əhatəli inkişaf etdikcə yaradılış arasındakı vəhdət daha da sıxlaşır və vahid hakimiyyət prinsipi dünyanın üzvlərində daha çılpaq görünməyə başlayır. Bəzən kiçik bir analiz bütün cahanda hökm sürən böyük, vahid qanunun kəşf olunmasına səbəb olur. (Məsələn, ağacdan düşən alma hadisəsi kimi. Bunun sayəsində İsak Nyuton cazibə qüvvəsini kəşf edir.).

Varlıq aləmində vahid nizam və onu idarə edən vahid qanun, həmçinin onların arasında olan sıx bağlılıq Yaradanın vahid, eləcə də yeganə olmasını sübut edir.

4\. Ziddiyyət dəlili

Allah-taalanın yeganəliyini sübuta yetirən digər fəlsəfi dəlil "Ənbiya" surəsinin 22-ci ayəsinə əsasəndir:

لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَنَا ۚ فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّ يَصِفُونَ

"Əgər göydə və yerdə Allahdan başqa tanrılar olsaydı, dağılıb məhv olardılar. (Dünyanın nizam-intizamı bir-birinə dəyərdi.) Ərşin sahibi olan Allah onların aid etdiyi sifətlərdən ucadır!”

5\. Nəbilərin tək olan Allaha tərəf ümumi dəvəti

Nəbilərin insanları yalnız yeganə və vahid olan Allaha tərəf dəvət etməsi tövhidin isbatı üçün növbəti dəlildir. Əgər iki vacibül-vücud olsa, hər ikisinin feyz mənbəyi olması labüddür. Çünki nəhayətsiz və kamil olan vücudun paxıl və simic olması qeyri-mümkündür. O, mütləq şəkildə yaratdıqlarını bəhrələndirməlidir. Ona görə ki, bəhrəni əsirgəmək kamil vücud üçün nöqsandır. Həmçinin Onun həkim sifətinə xələl gətirir.

Bildiyimiz kimi, sözügedən feyz iki hissədən ibarətdir. Təkvini, yəni yaradılış aləmində və xüsusi proqram əsasında olan feyz; təşrii - hidayət proqramı əsasında olan feyz. Əgər aləmdə iki Allah olsaydı, hər ikisinin mələkləri hidayət proqramı üçün yerə enməli və öz nəbi- lərini seçməli idilər. İmam Əli (ə) övladı Həsən Müctəbaya (ə) etdiyi mühüm vəsiyyətlərin birində buyurur:

# وَ اعْلَمْ يا بُنَيَّ أَنَّهُ لَوْ كَانَ لِرَبِّكَ شَرِيكَ لاَ تَتْ رُسُلُهُ وَ لَرَأَيْتَ آثَارَ مُلْكه وَ سُلْطانه، وَ لَعَرَفْتَ أَفْعَالَهُ وصفاته، وَ لَكنَّهُ إِلهُ واحِدٌ كَما وَصَفَ نَفْسَه


"Övladım, bunu bilməyin lazımdır! Əgər Allahdan savayı ikinci allah olsaydı, onun da nəbiləri sənin sorağına gələr, onun səltənətindən, onun yaradılışından sənə xəbərlər gətirər, sən də onun səltənətini müşahidə edər, feil və sifətləri ilə tanış olardın. Amma O, yeganə məbuddur, necə ki Özü Özünü vəsf etmişdir."

Bütün bunlar Allahın zatının yeganəliyinə sübutdur.

Bildiyimiz kimi, Allah-taalanın zatında heç bir tərkib və əza yoxdur. Çünki Onun xarici əza və tərkibi olsaydı, Allahın ona ehtiyacı olardı. Vacibül-vücudun nəyəsə ehtiyacının olması qeyri-rasionaldır.

Əgər tərkib əqli tərkib olarsa, (mahiyyət, keyfiyyət və cinslə tərkiblənmiş olarsa), bu da qeyri-mümkündür. Mahiyyət və vücudlatərkiblənmiş hər bir vücud yenə də məhdud sayılır. Amma əvvəldə də sübut etdik ki, Onun müqəddəs zatı naməhduddur. Onun nə cinsi, nə tərkibi, nə sinfi, nə də şəxsiyyəti vardır.

6\. Tövhidin qolları

Adətən tövhid üçün dörd əsas qol qeyd edirlər.

1- Zatda tövhid (substational tövhid)

2- Sifətdə tövhid (atributiv tövhid)

3- İbadətdə tövhid

4- Tövhidi-əməli

Zatda tövhid (substational tövhid) barəsində yuxarıda geniş izah verilmişdir. Allahın yeganəliyindən, zatının paklığından, bəsitliyindən və bu kimi mövzulardan danışan bəhslər tövhidi-zati bölümünə aiddir. Sifətdə tövhid (atributiv tövhid) deyərkən nə başa düşülür?

Tövhidi zati deyərkən, Allahın bütün sifətlərini müqəddəs zatdan ayrı bilməməkdir. Yəni Allahın bütün sifətləri Onun zatı ilə eynidir və heç bir sifəti Onun zatından ayrı deyildir. Həmçinin bu sifətlər öz- özlüyündə də bir-birindən ayrı deyildir. Məsələn, elm və qüdrət sifəti iki vəsf olsalar da, bir-birindən ayrı deyil. Amma bu xüsusiyyət və sifət bizə şamil edildikdə, öncə bizim vücudumuz, daha sonra bizim vücudumuza əlavə olan qüdrət və elm sifətləri başa düşülür. Həmçinin elmin mərkəzi bizim ruhumuz, qüdrət və qüvvətin mərkəzi isə cisimdir. Məsələn, güc-qüvvət deyərkən biləklər, qol və onları təşkil edən əzə- lələr nəzərdə tutulur. Amma Allah-taalanın heç bir sifəti Ona sonradan əlavə olunmamışdır. Həmçinin Onun bütün sifətləri zatı ilə eynidir. Allahın vücudu tamamilə qüdrət, elm və sair sifətlərindən ibarətdir. Amma burada dediyimiz məsələ Onun zatının tərkiblənməsindən xəbər vermir. Əgər bundan ayrı təsəvvür olunsa, istər-istəməz tərkib mövzusu yenidən qayıdacaqdır. Əgər tərkib olarsa, ehtiyac mövzusundan başlamalıyıq. Möhtac olan isə heç vaxt vacibül-vücud ola bilməz.

İbadətdə tövhid deyərkən yalnız və yalnız Allaha pərəstiş etmək və ondan başqasını pərəstişə layiq bilməməkdir. Çünki ibadətə və pərəs- tişə yalnız mütləq kamal olan varlıq layiqdir. Yəni bütün cəhətlərdən ehtiyacsız, bütün ehtiyaclarını kamil şəkildə ödəyən, bütün nemətlərinsahibi mütləq yaradan olmalıdır. Bildiyimiz və bura kimi danışdığımız mövzudan bəllidir ki, Ondan başqa heç kimdə kamil xüsusiyyət yoxdur və yalnız ibadətə layiq olan kəs məhz Odur!

İbadət etməkdə əsas məqsəd Onun mütləq kamalına doğru addımlamaq, sonsuz varlığın dərgahına yaxınlaşmaq, nəfsi istəklərdən uzaq durmaq, nəfsi saflaşdırmaq, əməlləri həqiqi kamalın istəklərinə uyğun olaraq tənzimləməkdir. Bu izahdan anlaşılan budur ki, ibadət yalnız namaz qılmaq və oruc tutmaqda xülasələşmir, əksinə, Ona xatir atılan bütün addımlar ibadət sayılır. Əgər Allah olmasaydı, bütün bu əməlləri şövqlə yerinə yetirmək mümkün olmazdı.

Əməldə tövhid deyərkən, aləmdə baş verən bütün hərəkətlər və feillər başa düşülür. Hansı ki həmin feil və hərəkətlər Onun müqəddəs zatından qaynaqlanır. Bütün səbəblərin və illətlərin qaynağı ondan qaynaqlanır. Hətta bizim feil və hərəkətlərimiz də dolayı yolla Onun müqəddəs zatından ilham alır. Bizə iradə, ixtiyar və qüdrət verən məhz odur. Buna görə də biz öz feillərimizin failiyik. Yəni əməlləri yerinə yetirən biz özümüzük. Məhz bu səbəbdən də bütün əməllərin məsuliyyəti bizim öz öhdəmizdədir. Amma bütün bunlara baxmayaraq, bütün varlığımız Ona bağlıdır.

7\. Əməli-tövhidin bölümləri

Əməli-tövhidin də öz növbəsində çox sayda bölümləri vardır. Amma biz burada onlardan cəmi altısına, yəni ən mühümlərinə işarə edəcəyik.

8\. Xaliqiyyətdə tövhid (yaratmaqda) Allah-taala Quranda buyurur:

قُلِ اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ


"De: "Hər şeyi yaradan Allahdır."

Bunun səbəbi aydındır. Çünki öncəki aidiyyəti mövzuda bu məsə ləni dəlillərlə izah etdik. Məlum oldu ki, vacibül-vücud yalnız Odur və Ondan savayı bütün yaranmışlar mümkünəl-vücuddur. Yəni digərlərininvücudu həmin vacib olan vücuddan qaynaqlanmışdır. Xülasə, bütün yaranmışların, yəni xəlq olmuşların yeganə yaradanı Allah-taaladır.

9\. Rübubiyyətdə (idarəetmə) tövhid

Uca Allah dünyanın yeganə xaliqi olduğu kimi, həm də onun müstəqil tədbirçisi və idarəedicisidir. Quran buyurur:

قُلْ أَغَيْرَ اللَّهِ أَبْغِي رَبًّا وَهُوَ رَبُّ كُلِّ شَيْءٍ


"De: "Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbb istəyərəm?”

Bunun da əsas səbəbi vacibül-vücudla tövhidin bir-birindən ayrı olmamasıdır. Yəni bütün sifətlərin tövhidindən doğan dəlildir.

10\. Qanunvericilikdə tövhid Quranda bu barədə buyurulur:

وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَئِكَ هُمُ الْكَافِرُونَ


"Allahın nazil etdiyi hökmlər əsasında hökm etməyənlər kafirdirlər.

Allah-taalanın tədbirçi və idarəedici olmasını mütləq şəkildə isbat etdikdən sonra yalnız Onun hökmlərinin icra olunması labüddür. Çünki bütün yaradılışın mütləq hakimi kimdirsə, təbii ki, bütün bəşəriyyət Onun hökmləri ilə idarə olunacaqdır. Ümumiyyətlə, belə bir şəraitdə digərlərinin hökm vermək səlahiyyəti olmadığı üçün onların hökmlərindən istifadə etmək qəti şəkildə yolverilməzdir. Çünki onların yaradılışda heç bir şərikliyi və səlahiyyəti yoxdur.

Əlbəttə, hətta digərlərinə belə bir səlahiyyət verilsə belə, yenə də bu işin öhdəsindən gəlmək qüdrətinə malik deyillər. Çünki Allahdan savayı yaradılışın sirrinə heç kəs vaqif deyildir. (tərc.)

11\. Maliklikdə tövhid

Burada hüquqi və təkvini maliklik nəzərdə tutulur. Yəni hər ikisi Allaha məxsusdur. Quran da bu barədə buyurur:

وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ


Göylərin və yerin hökmranlığı Allaha məxsusdur."

Həmçinin "Hədid" surəsinin yeddinci ayəsində yenidən bu məsələyə qayıdaraq buyurulur:

وَأَنْفِقُوا مِمَّا جَعَلَكُمْ مُسْتَخْلَفِينَ فِيهِ


“Sizi Özünün canişini və nümayəndəsi etdiyi maldan (xeyirxah işlərə) sərf edin!"

Bu sözün əsas dəlili yaradılışda olan tövhiddir. Bütün yaradılış Ona aiddirsə, təbii ki, hər bir yaranmışın sahibi və maliki də O olacaqdır. Bundan başqa, bütün maliklər nisbi olmaqla yanaşı, əsas maliklik hüququnu ondan alırlar.

12\. Hakimiyyətdə tövhid

Dünya ictimaiyyətinin hökumət və hakimiyyət məsələlərinə ehtiyaclı olması zəruridir. Çünki ictimai yaşayış vahid idarəçilik sistemi, nizam- intizam olmadan mümkün deyil. Hər bir cəmiyyətdə proqramların tərtib olunması, ictimai asayişin qorunması, məsulların təyin edilməsi, cinayətkarlığın qarşısının alınması, müdiriyyət məsələləri və sair kimi işlər yalnız hökumət binası tərəfindən idarə olunmalıdır. Həmçinin sadala- dığımız bu və ya digər məsuliyyətlər yalnız hökumət və vahid idarəçilik sistemi olduqda təsirli olacaqdır.

Digər tərəflərə isə əsli azadlıq tərəfdarları deyirlər: Heç kəsin digərlərinin üzərində hökmranlıq etmək, onların idarəçiliyi üçün qanun- lar tərtib etmək hüququ yoxdur. Bu, yalnız mütləq hakimin icazəsi əsasında baş verə bilər. Onun icazəsi olmadan kimsə belə bir hüquqa malik deyil. Buna əsasən, hakimiyyətinin sonu ilahi hökmlərə əsaslanmayan hakimlik və idarə sistemini qəbul etmir, belə bir sisteminictimaiyyəti səadətə çatdıracağını qənaətbəxş bilmirik. Bu səbəbdən hökumət Peyğəmbərin (s), ondan sonra imamların (ə) və hazırkı zamanda vəliyyi-fəqihin göstərişləri əsasında məqbul hesab olunur.

Əlbəttə, bir ölkədə insanların çoxu bir nəfərə səs verərək onun hakimlik dövrünü təsdiqləməsi mümkündür. Amma burada qeyd etdiyimiz hakimiyyət hamı tərəfindən qəbul olunacaq və müxaliflərin dəlillərini əsassız sayacaq hakimiyyətdir. Təbii ki, burada Allahın yaşam proqramları əsasında qurulmuş hakimiyyət nəzərdə tutulur.

Əlbəttə, unutmamalıyıq ki, rübubiyyət tövhidi təkvin aləmi ilə, qanunvericilik və hakimiyyət tövhidi isə təşrii aləmlə sıx əlaqəlidir. Quran da bu barədə son sözə imza ataraq buyurur:

إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ


"Hökm yalnız Allaha məxsusdur."

13\. İtaətdə tövhid

Yekun olaraq deyə bilərik ki, itaət olunması vacib olan varlıq yalnız Allah-taaladır. Ondan başqa mütləq itaətə layiq olan ikinci bir varlıq yoxdur. Digər vacib olunan itaətlər əgər Ondan qaynaqlanmasa, Onun icazəsi olmasa, xülasə Ona itaət sayılmasa, batildir və düzgün deyil. Bu sözün dəlili aydındır.

Yaradılış və mütləq hakimlik yalnız Ona məxsusdursa, təbii ki, itaətin də yalnız Ona olması labüddür. Odur ki, peyğəmbələrə, imamlara və onların canişinlərinə itaət etmək, Allaha itaət sayıldığı üçün vacib sayılır. Quran bu sözü təsdiq edərək buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ


"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və əmr sahiblərinə (Peyğəmbərin canişinlərinə) itaət edin!"

Digər ayədə buyurur:

منْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ


"Peyğəmbərə itaət edən şəxs Allaha itaət etmişdir.”

Əlbəttə, yuxarıda qeyd olunan bütün başlıqlar barəsində söz çoxdur. Amma hazırkı mövzumuz təfsir olduğu üçün daha geniş izah etməyə ehtiyac bilmir, yuxarıda qeyd etdiyimiz kimi, həmin mövzuların xülasə şəkildə izah olunması ilə kifayətlənirik.

İxlas surəsinin sonu.