Əl-Fələq Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Fələq surəsi, 1-5-ci ayələr
Fələq surəsi, 1-5-ci ayələr
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ .١
مِن شَرِّ مَا خَلَقَ .٢
وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ .٣
وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ .٤
وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَه .٥
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. De: "Sığınıram sübh çağının Rəbbinə!
2\. Bütün yaratdıqlarının şərindən,
3\. gecələr gələn hər bir şər varlığın şərindən,
4\. düyünlərə ofsun üfürən qadınların şərindən
5\. və həsəd aparan zaman paxılın şərindən!"
Ayələrin təfsiri
Sığınıram sübh çağının Rəbbinə!
İlk ayə Peyğəmbərə (s) nümunə ünvanında belə göstəriş verərək deyir:
(قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ)
De: “Sığınıram sübh çağının Rəbbinə!“
(مِن شَرِّ مَا خَلَقَ)
",Bütün yaratdıqlarının şərindən"
“Bütün yaratdıqlarının şərindən" deyərkən şər insanlar, cinlər, heyvanlar, hadisələr, başa gələcək pis hadisələr və nəfsi-əmmarə (pis- liklərə dəvət edən nəfs) nəzərdə tutulur.
Ayədəki (fələq) sözü “fəlq” kökündən alınmış, bir şeyi yarmaq, ayırmaq mənasındadır. Dan yeri sökülərkən şəfəq gecənin qaranlıq pərdəsini yarıb gündüzü yavaş-yavaş zahir etdiyi üçün burada “fələq” sözündən istifadə olunmuşdur. Başqa sözlə desək, gecənin qaranlıq pərdəsini yaran sübhün doğuşuna “fələq" deyilir. "Fəcr” sözündən dan yerinin sökülməsi başa düşüldüyü kimi, burada da “fələq” sözündən “sübhün doğuşu” başa düşülür.
Bəziləri bu sözdən bütün doğuşlar üçün istifadə edir, o cümlədən insanların, heyvanların və bitkilərin doğmasına və ya bar verməsi haqda deyirlər. Çünki bitkilərin bar verməsinin ilkin mərhələsi tumurcuqların yarılması, daha sonra qönçələrinin gül açması nəticəsində baş verir. Bu zaman təbiət aləmində yeni bir sıçrayış başlayır. Nəhayət, sanki dünyanı yeni bir dünya ilə dəyişərək təbiətə yeni bir rəng qatırlar. Bit- kilərin bu mərhələsi təbiətin ən heyrətamiz mərhələlərindən sayılır. "Ənam" surəsinin 95-ci ayəsində oxuyuruq:
إِنَّ اللَّهَ فَالِقُ الْحَبِّ وَالنَّوَى يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَمُخْرِجُ الْمَيِّتِ مِنَ الْحَيِّ
"Toxumu da, çəyirdəyi Allah çatladır. Ölüdən diri, diridən də ölüçıxarır."
Bəzi təfsirçilər isə “fələq” sözünün daha geniş məna kəsb etdiyini yazır. Buna əsasən də “fələq” sözünü bütün doğuş və yaradılışa şamil edirlər. Çünki hər bir yaradılış yoxluq pərdəsini yararaq, var olaraq aşkara çıxır.
Yuxarıda qeyd etdiyimiz hər üç məna – sübhün doğması, bütün canlıların doğuluşu və bütün varlıqların yaradılması düşünən hər bir kəsi heyrətdə qoyan, Allahın, Yaradanın və Tədbirçinin varlığını vəsf edən dəlillərdən biridir. Yaradanın bu şəkildə vəsf olunması dərin məna və məzmundan xəbər verir.
Bəzi hədislərdə "fələq” sözü belə izah olunmuşdur: O, Cəhənnəmin ortasından, hamı tərəfindən görünən atəşlə dolu quyu və ya zindandır.
Əlbəttə, bu hədisin “fələq” sözünün nümunələrindən olması mümkündür. Amma buna baxmayaraq, bu sözün əhatəsini məhdudlaşdırmır.
(Bütün yaratdıqlarının şərindən) ayəsindən Allahın zatən şər yaratması kimi başa düşülməməlidir. Çünki yaradılışın özü icaddır. İcad isə şər deyil, əksinə, yenilik və xeyirdir. Necə ki Quranın "Səcdə” surəsinin 7-ci ayəsində buyurulur:
الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ
"O, həmin varlıqdır ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmışdır.” Şər, insanların haqq yoldan azması və ilahi qanunlardan üz dön- dərməsi zamanı baş verir. Əks-halda, şər adlı varlıq yaranmamışdır. Məsələn, bizim düşmənlərdən qorunmaq üçün silahdan istifadə etdiyimiz kimi, heyvanların da zəhəri və ya iti buynuzları onları öz düşmənlərinin hücumundan müdafiə edir. Əgər biz silahı yerində və lazımı qaydada istifadə etsək, bu, bizim üçün xeyir, əks-halda isə şər sayılacaqdır.
Bundan əlavə, bir çox zahiri şər görünən əməllər vardır ki, batində və ya özü-özlüyündə xeyirdir. Məsələn, insanları qəflət yuxusundan oyadaraq diqqətini Allaha tərəf yönəldən hadisə və müsibətləri buna nümunə olaraq göstərmək olar. Təbii ki, bu kimi hadisələr bizim nəzərimizdə şər deyildir.
Surənin davamında bu məsələnin izah və təfsir edərək buyurulur: “gecələr gələn hər bir şər varlığın şərindən,” Ayədəki "" (ğasiq) sözü, Rağib İsfahaninin lüğətinə əsasən, "gecənin qatı qaranlığına və zülmət zamanına” deyilir. Necə ki Allah- taala məğrib namazının son vaxtına işarə edərkən deyir:
إلَى غَسَقِ اللَّيْل
“Gecənin zülmət qaranlığınadək”.
Odur ki, "ğəsəq” sözünü gecənin ilkin vaxtları kimi tərcümə edən bəzi lüğət kitabları mənadan uzaqlaşmış sayılırlar. Xüsusən də bu sözün əsl lüğəvi kökü "dolmaq" mənasındadır. Gecənin tam qaranlıq zamanınıngəlməsi üçün gecə yarısını gözləmək lazımdır. Yəni gecənin zülmətlə dolması, onun “ğəsəq” olmasına işarədir. Həmçinin bu sözün digər mənası “hücum” olduğu üçün bu mənada da işlənmişdir.
Buna əsasən, ayədəki “ğasiq” sözü gecənin qaranlığından istifadə edərək hücum edən şəxsə, ya da hər hansı bir şər fərdə aid edilir. Bildiyimiz kimi, gecənin qaranlığından istifadə edərək hücuma keçən yalnız yırtıcı heyvanlar deyil, şər insanlar da öz mənfur məqsədlərinə yetişmək üçün bu vaxtdan istifadə edirlər.
Ayənin sonundakı (vəqəb) sözü “oyuq” və “daşın ortasındakı çökəklik” mənalarındadır. Bu söz feillə birlikdə işləndikdə “gecənin qaranlığından öz məqsədləri üçün istifadə edən şər və mənfur insanların çökəkliklə, yəni məxfiliklə hərəkət etməsi” nəzərdə tutulur. Bundan əlavə, gecənin qaranlığında “nüfuz etmək” mənasında da işlənməsi mümkündür.
Ayənin davamında buyurulur:
"Düyünlərə ofsun üfürən qadınların şərrindən“
Ayədəki (nəffəsat) sözü (nəfs) kökündən alınmış, “az miqdarda suyu ağıza tökmək” mənasındadır. Burada isə "üfürmək”, (nəf) mənasındadır. Amma buna baxmayaraq, təfsirçilərin çoxu bu sözü “cadugər qadınlar” kimi təfsir etmişlər. (Bunu da qeyd edək ki, “nəffəssat” sözü “nəffasət” sözünün qadın cinsində işlənmiş cəm formasıdır).
Bu sözün düyünlərə vird oxuyub onların üzərinə üfürən qadınlar kimi təfsir olunmasına baxmayaraq, bəzi təfsirçilər bu sözü vəsvəsə edən qadınlar mənasında da təfsir etmişlər. Xüsusən də öz ərlərinin qulaqlarına gecə-gündüz öz istədiklərini söyləməklə onları xeyir işlərdən saxlayır, xalqın işinə ürək yandırmaqdan süstləşdirir və sair fəsadlara yol açırlar. Bu kimi vəsvəsələr tarix boyunca bir çox qanlar tökmüş, arzuolunmaz hadisələr törətmiş və ölümlərə səbəb olmuşdur. O cümlədən bir çox əzmkarların əzmini sındırmış və süstləşdirmiş, fitnələr alovlandırmışdır.
Fəxr Razi deyir: "Qadınlar öz məhəbbətlərini kişilərin qəlbində yerləşdirdikdən sonra ondan istifadə edirlər."
Bu məna bizim əsrimizdə hər an aktualdır. Çünki dünya siyasi arenasında casus şəbəkələrində daim qadınlardan istifadə olunur. Həmin vəsvəsə edən casus qadınlar açılmayan sirr sandıqçalarını kəşf edir və lazım olan məqsədləri üçün istifadə edib düşmənlərə ötürürlər.
Bəziləri “nəffəsat” sözünü “şər nəfslər" və ya "insanlara vəsvəsə edən toplum" kimi təfsir edirlər. Onlar insanların arasında gəzir, iradə düyünlərini öz sözləri ilə qırır və insanların iradəsini xeyir əməllərə qarşı süstləşdirirlər. Əlbəttə, bu kimi təfsirlərin ümumi olaraq ayənin mənasına dəlalət etməsi heç bir ziddiyyət təşkil etmir. Yəni ayənin ümumi əhatəsinin bütün bu mənalara şamil edilməsi mümkündür. Hətta aravuran və sözgəzdirənlərin şərlərini də bu mənaya daxil etmək mümkündür.
Əlbəttə, diqqət etmək lazımdır ki, bu təfsir öncəki nazilolma səbəbi barəsində məqbul saymadığımız hədisin düzlüyünə dəlalət etmir. Sadəcə, burada İslam Peyğəmbəri (s) şər insanlardan Allaha sığınır və onların fitnə-fəsadlarından, habelə ziyanlarından amanda qalmaq üçün dua edir. Bu, sanki, sağlam adamın heç vaxt xərçəng tutmamasına baxmayaraq, yenə də o xəstəlikdən amanda qalması üçün etdiyi duaya bənzəyir.
Surənin sonuncu ayəsində buyurulur:
“və həsəd aparan zaman paxılın şərindən!”
Bu ayədən də həsədin necə də pis və əxlaqa zidd olan əməl və xasiyyət olduğu məlum olur. Həmçinin Quran bu xüsusiyyətn vəhşi və yırtıcı heyvanların, ilanların və şeytanların xüsusiyyətlərindən olduğunu qeyd edir.
İncəliklər:
1\. Şər və fəsadın ən mühüm səbəbləri
Surənin əvvəlində Peyğəmbərə (s) göstəriş verilir: "Bütün şər yaranmışların şərindən Allaha pənah apar və ona sığın.” Bunun açıq- lamasında isə üç növ şərə işarə edilir:
Hücum edənlərin şəri - onlar gecənin qaranlığından sui-istifadə edərək öz məqsədləri üçün hücuma keçirlər.
Vəsvəsə edənlərin şəri - onlar sui-təbliğatların sayəsində insanların əqidələrini, imanlarını, iradələrini, əzmlərini, məhəbbətlərini və vəhdətlərini sındırır, onları zəiflədirlər.
Həsəd aparan insanların şəri – bu barədə yuxarıda izah gətirdik. Yuxarıdakı nümunələrdən şər və fəsadın əsas mənbələri, qaynaq nöqtələri və səbəbləri aydın olur.
2\. Ayələrin bağlılığı
Birinci ayədə Peyğəmbərə (s) “fələq”in Rəbbinə bütün yaranmış şərlərdən pənah aparmağı göstəriş verir. Şər yaranmışlar gündüzün əmin- amanlığını insanın əlindən aldığını, başqa sözlə ifadə etsək, günün gündüzünü insan üçün gecənin zülmətinə çevirdiyi üçün burada Peyğəmbərə (s) “fələqin Rəbbi”nə pənah aparmaq məsləhət görülmüşdür. Fələqin Rəbbi bütün zülmətləri yararaq aydınlıq yaradandır.
3\. Cadunun təsiri
Bu təfsirin birinci cildində, “Bəqərə” surəsinin 102-103-cü ayələri- nin təfsirində cadunun insan həyatındakı təsirindən, İslam dini nöqteyi- nəzərindən cadunun hökmlərindən və cadunun təsirinin həqiqət oldu- ğundan ümumi, həmçinin geniş danışılmışdır. Bu mövzuda daha geniş məlumat üçün həmin cildə və verilən ünvana müraciət edə bilərsiniz.
Amma burada cadu mövzusunda deyilməsi zəruri olan mətləb bundan ibarətdir ki, ayədə Peyğəmbərə (s) “cadunun şərindən Allaha pənah aparmaq göstərişinin" verilməsindən onun Peyğəmbərə (s) təsir etməsini başa düşməməliyik. Əksinə, Peyğəmbər (s) bütün xəta vəgünahlardan Allaha pənah aparmışdır. O cümlədən bu kimi sehr və cadunun şərindən də daim Allahın lütfünə sığınaraq onların şər və xətərlərindən amanda qalmışdır. Təbii ki, əgər Allahın lütf və iradəsi olmasaydı, Peyğəmbər də (s) bu kimi xətərlərdən amanda qalmazdı.
Digər tərəfdən isə ayədəki “Düyünlərə ofsun üfürən” cümləsində söhbətin sehrbaz və cadugərlərdən getməsi barədə dəlilimiz yoxdur.
4\. Həsəd aparanların şəri
Həsəd insanda baş qaldıran şeytan xüsusiyyətlərindəndir. Onun müxtəlif təsirindən insanın imanı zəifləyir, qəlbində paxıllıq baş qal- dırır, dar düşüncəli və bu kimi xoşagəlməz xüsusiyyətlərə mübtəla olur. Belə bir əxlaqi xüsusiyyətdən sonra isə digərlərinin əlində olan nemətlərə paxıllıq edərək həmin nemətlərin onların əllərindən çıxmasını arzulayır.
Həsəd bir çox böyük günahların mənbəyi hesab olunur. Necə ki İmam Baqirdən (ə) nəql olunmuş hədisdə deyilir:
# الْحَسَدَ لَيَأْكُلُ الْإِيمَانَ كَمَا تَأْكُلُ النَّارُ الْحَطَبَ إن
"Atəş odunu yediyi kimi, həsəd də insanın imanını yeyir."1 İmam Sadiqdən (ə) nəql olunan digər hədisdə buyurulur:
# آفَةُ الدِّينِ الْحَسَدُ وَ الْعُجْبُ وَالْفَحْرُ
“Özünü hamıdan böyük sanmaq, öyünmək və həsəd dinin ziyanınadır."
Həsəd və paxıl olan insan daim ilahi qanun və hökmlərə etiraz edərək: “Nə üçün filankəslərin nemətləri var?” – deyə deyinir. “Nisa” surəsinin 54-cü ayəsində mövzuya uyğun olaraq buyurulur:
أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَى مَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْله
“Yoxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara (Peyğəmbərə və onun nəslinə) paxıllıq edirlər?”
Paxıl və həsədcil insanlar işlərində heç vaxt müvəffəqiyyət uğur qazanmırlar. Onlar ixtiyarlarında olan nemətlərin başqasına nəsib olmaması üçün onu yandırır və ya suda batırırlar. Necə ki tarix boyunca bu kimi nümunələrdən çox görmüş və çox oxumuşuq. Həsədin tərifini vermək və onun nə dərəcədə çirkin xüsusiyyət olduğunu bilmək üçün dünyanın formalaşma dövründə iki qardaşın Qabilin Habili öldürmə- sini nümunə göstərmək kifayət edir. Qabil həsəd və paxıllıq səbəbindən öz doğma qardaşı Habili qanına qəltan edərək onu öldürür.
Paxıl və xain insanlar daim peyğəmbərlərin və nəbilərin yollarının üzərində olublar. Odur ki, Allah-taala Peyğəmbərə (s) onların şərindən amanda qalmaq üçün Onun dərgahına sığınmağı tövsiyə edir.
Bu və növbəti surənin xitabları Peyğəmbərə (s) olmasına baxmayaraq, ayələr hamıya aiddir. Sadəcə, burada Peyğəmbər (s) nümunəvi insan və həmçinin Quranın müxatəbi olduğu üçün xitablar o Həzrətə ünvanlanmışdır. Odur ki, hamı şər insanların xəyanət və ziyanlarından amanda qalmaq üçün Allaha pənah aparmalıdır.
Fələq surəsinin sonu.