Ən-Nas Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Nas surəsi, 1-6-ci ayələr
Nas surəsi, 1-6-ci ayələr
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ .١
ملك النَّاسِ .٢
إِلَهِالنَّاسِ .٣
مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ .٤
الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ .٥
مِنَالْجِنَّةِوَالنَّاسِ .٦
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. De: "Sığınıram insanların Rəbbinə,
2\. insanların hökmdarına,
3\. insanların məbuduna!
4\. Gizli iş görən vəsvəsəçinin şərindən
5\. ki, insanların qəlbinə vəsvəsə salır,
6\. (həmin vəsvəsəçi) istər cinlərdən olsun, istərsə də insanlardan!”
Ayələrin təfsiri
Sığınıram insanların Rəbbinə!
Bildiyimiz kimi, bu surə Quranın sonuncu surəsidir. Qurani-Kərim sözü, nəhayət, Peyğəmbərin (s) insanlar arasında rəhbərlik və öndərlik mövzusuna çəkərək buyurur:
"De: "Sığınıram insanların Rəbbinə,"
"insanların hökmdarına,"
“insanların məbuduna!”
Diqqət etsək, yuxarıdakı ayələrdə Allahın üç əsas sifətinə işarə olunmuşdur. Onlar insanların şeytanın caynağından xilas edilməsi və tərbiyəsi ilə birbaşa əlaqəli olan rübubiyyət (mütləq sahiblik), maliklik və ilahlıq (mütləq məbudluq) sifətləridir.
Əlbəttə, Allaha sığınaraq Ona pənah aparmaq yalnız dildə deyil, əməldə də özünü göstərməlidir. Bunun üçün insan fikir və düşüncəsində, iman və əməlində özünü Allahın hüzurunda hiss etməli və əməllərini Onun göstərişlərinə əsasən tənzimləməlidir. Həmçinin bununla yanaşı, şeytanın vəsvəsələrindən uzaq durmalı, onun proqramlarının icrasından yayınmalı, şeytani fikir və təbliğatlardan uzaq qaçmalı, şeytani məclislərdən, toplantılardan kənar gəzməlidir. Bunun əksinə olaraq, rəhmani məclislərdə olaraq ilahi razılığı qazanmalıdır. Təbii ki, özünü şeytanın tufanlı vəsvəsələrinin qarşısında qoyan insan yalnız bu surəni oxumaqla heç bir nəticə əldə edə bilməyəcək.
İnsan (insanların Rəbbi) deməklə Allahın bəşəriyyət üzərində olan mütləq sahibliyini etiraf edib, özünü Onun tərbiyəsinin əhatəsində hiss edir.
Davamında (insanların hökmdarına) dedikdə isə Allahın mütləq malikliyini, bütün yaradılışın məhz Onun mülkünün olmasını təsdiq edərək, özünün Onun əmrlərinə itaət etməyə hazır vəziyyətdə olmasını bir daha təsdiqləyir.
Üçüncü ayədə isə (insanların məbuduna) deməklə Onun ibadi proqramları əsasında addımladığını, Ondan savayı heç bir Məbudunibadətə layiq olmadığını etiraf edir. Aydın məsələdir ki, bu üç sifət əsasında etiqadını tənzimləyərək mömin olan şəxs şeytanın təlatümlü vəsvəsəsinin qarşısında davam gətirəcək və ilahi dərgaha sığınaraq amanda qalacaqdır. Əks-halda, yalnız surəni oxumaqla heç bir müvəf- fəqiyyətdən söz açmağa dəyməz.
Əslində, bu üç sifət, üç mühüm tərbiyəvi dərs, üç qabaqlayıcı proqram və insanı şeytanın vəsvəsəsindən sığorta edən üç nicat yoludur. Odur ki, ayə davamında buyurur:
(مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ) "
Gizli iş görən vasvasaçinin şərindən
"ki, insanların qəlbinə vəsvəsə salır, “(həmin vəsvəsəçi) istər cinlərdən olsun, istər sə də insanlardan!”
(مِنَ الْجِنَّةِ وَ النَّاسِ)
Ayədəki “" (vəsvas) sözü Rağib İsfahaninin lüğətinə əsasən, "musiqi alətinin ritminin pozulması nəticəsində çıxan yavaş səs” mənasındadır.
Həmçinin bütün pıçıltı ilə deyilən sözlərə, insanın qəlbində və ruhunda təsir qoyan pis və xoşagəlməz düşüncələrə də aid edilir. Çünki bu sözlər sanki insanın qulağına pıçıltı ilə təlqin olunduqdan sonra o, pis fikrə düşür.
"Vəsvas" sözü bəzən məsdər, bəzən də fail, yəni vəsvəsə edən kimi İşlənir. Yuxarıda qeyd etdiyimiz ayədə də təxminən eyni mənalardadır. (xənnas) "xunus" sözünün şiddətli və təkidli forması olub, toplanmaq və geriləmək mənalarındadır. Ərəb qrammatikasında sözün bu formasına mübaliğə deyilir. Ayədə bu sözdən istifadə edilməsinin Əsas səbəbi Allahın adı çəkilərkən şeytanın qaçması və etdiyi vəsvəsədən geri çəkilməsidir. Bu söz "məxfi", "boğuq" mənalarında da işlənir.
Yuxarıdakı izaha əsasən, ayənin ümumi məzmunu belədir:
` `"De! Mən Allahın adı çəkilərkən geri çəkilərək qaçan şeytanın vəsvəsələrindən Allaha pənah aparıram.”
Adətən, şeytanlar gizli fəaliyyət göstərirlər. Bəzən insanın qulağına elə üfürürlər ki, şeytanın fikrinin özünə aid bir fikir olduğunu güman edirsən. Bu da insanın haqq örtüyü altında haqdan sapmasına, doğru yoldan çıxmasına səbəb olur.
Pis bir şeyi bəzəyərək təqdim etmək, batilliyini gizləmək, təqdim edəcəyi batilə haqq donu geyindirmək, doğruya yalan biçmək, ibadət paltarında günah etmək və azğınlıq yolunu hidayət yolu kimi təqdim etmək şeytanın əsas fəaliyyət proqramlarındandır.
Xülasə, onlar fəaliyyət proqramlarında gözə görünmədikləri kimi, həm də özləri gizlin və gözəgörünməzdirlər. Bu məsələ haqq yolunun yolçularına ciddi xəbərdarlıqdır. Onlar daim bu məsələlərdə diqqətli olmalıdırlar. Onlar şeytanı öz həqiqi simasında görmək intizarında olma- malıdırlar. Bu, heç vaxt belə olmayacaqdır. Onlar vəsvasi-xənnas- dırlar. Yəni onların əsas işi məxfi və gizlin yollarla insanları yolundan azdırmaqdır. Əsas işləri haqqı gizlətmək, riyakarlıq etmək, yalan danışmaq, hiylə işlətmək və bütün işləri zahiri alqışlar əsasında yerinə yetirməkdir.
Əlbəttə ki, əgər onların həqiqi simaları aşkar olsa, haqqı batillə qarışdırmasalar və düzü düz, əyrini əyri kimi təqdim etsələr, dünyada hər bir iş qaydasında olardı. İmam Əli (ə) demişkən:
# لَمْ يَحْفَ عَلَى الْمُرْتَادِينَ
"Mətləb haqq axtaranlar üçün gizlin qalmazdı." İmam Əli (ə) sözünün davamında buyurur:
# فَهُنالك يَسْتَوْلِى الشَّيْطَانُ عَلَى أَوْليائه
"Şeytan insanların başını qatır, onlara hakim olur."
"" (ki, insanların qəlbinə vəsvəsə salır) ayəsindəki "qəlblərə vəsvəsə” sözü bu məsələyə xüsusi təkid edir.
Bura kimi söylədiklərimiz öz yerində. Amma ayəsi şeytanın daha təhlükəli oyunundan xəbər verir. Bu surəyə görə bütün gizli iş görən şeytansifətlər ayrıca bir qrup şəklində fəaliyyət göstərmirlər, insanlar və cinlər arasına müxtəlif libaslarda və formalarda yayılıblar. O cümlədən, uyğun olmayan dostlar, azğın öndərlər, vəsvəsəçi kütləvi informasiya vasitələri və sair geniş miqyasda gizli vəsvəsəçilər sırasına daxildirlər. İnsan bunların hamısından Allaha sığınmalıdır.
İncəliklər:
Nə üçün Allaha pənah aparmalıyıq?!
İnsanın hər zaman yolunu azması mümkündür. Xüsusən də Allah- taala öz Peyğəmbərinə (s) “vəsvasi-xənnas”dan uzaq durmağı və onun şərindən Allaha pənah aparmağı tapşırırsa, bu, məsələnin olduqca ciddi və təhlükəli olmasını çatdırır.
Peyğəmbərin (s) daim ilahi lütfdən yararlanmasına, qeybi yardımlar almasına baxmayaraq, o Həzrət, yenə də bu surəni oxuyur və şeytanın gizlin vəsvəsələrindən Allaha pənah aparırdı. Buna istinadən də digərlərinin vəzifəsi aydın olur.
Amma bütün bunlara baxmayaraq, məyus olmamalıyıq. Çünki təhlükəli şeytanların qarşısında insanlara, xüsusən də mömin və haqq yolunun yolçularına daim yardımçı olan, səmadan enən mələklər vardır. Möminlər yalnız deyillər. Səmadan enən mələklər onlara haqq yoldan sapmamaqda yardımçı olurlar.!
Quranda bu barədə buyurulur:
إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ
“Həqiqətən də: “Rəbbimiz tək olan Allahdır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: "Qorxmayın və kədərlənməyin."
Ayələrdəki "nas” sözünün üç dəfə təkrar olunması barəsində təfsirçilər belə yazırlar:
Hər ayədə qeyd olunan "nas" sözü fərqli mənalarda işlənmişdir. Amma görünən odur ki, bu, Allahın üç sifətini ümumi olaraq təkid etmək üçün gələrək vahid məna kəsb edir.
Peyğəmbərdən (s) nəql olan hədisdən oxuyuruq:
# ما مِنْ مُؤْمِن إِلا وَ لِقَلْبِهِ فِى صَدْرِهِ أُذُنانِ : أُذُنٌ يَنْفُتُ فِيهَا الْمَلَكُ، وَ أُذُنٌ يَنْفُثُ فِيهَا
# الْوَسْواسُ الْحَنّاسُ فَيُؤَيِّدُ اللهُ الْمُؤْمِنَ بِالْمَلَكِ، وَ هُوَ قَوْلُهُ سُبْحَانَهُ: وَ أَيَّدَهُمْ بِرُوحٍ مِنْهُ
Hər möminin qəlbində iki qulaq var. O qulaqlardan birinə mələk ilham, digərinə isə şeytan vəsvəsə edər. Allah mömini mələyin vasitəsi ilə təsdiq edər. "Allah imanı onların qəlb səhifəsinə yazmış və Öztərəfindən bir ruhla onlara güc bəxş etmişdir." - ayəsinin həqiqəti də məhz budur!
İmam Sadiqdən (ə) nəql olan dərin və təkanverici hədislərin birindəoxuyuruq:
# وَ الَّذِينَ إِذا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ
"Ey günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyən, bilərəkdən günah etməkdə israrlı olmayan şəxslər! Günahları Allahdan başqa kim bağışlaya bilər ki?” – ayəsi nazil olduqdan sonra şeytan Məkkədə dağın başından fəryad edərək bütün ordu başçılarını ora topladı. Onlar dedilər: - Ey bizim sərvərimiz, bizi nə üçün bura toplamısan? Şeytan dedi:
\- Belə bir ayə nazil olmuşdur. Hansı ki, burada insanlara arxa çıx- maqla bizi zəiflətməkdən danışılır. Kim bu ayənin qarşısına çıxa bilər? Şeytanların böyüklərindən biri dedi:
\- Mən belə bir hiylə əsasında bunu bacararam.
Amma şeytanonun hiylə və planını bəyənmədi. Bu zaman digər bir şeytan öz proqra- mını dilə gətirdi. Yenə də İblis onun proqram və hiyləsini bəyənmədi. Bu zaman “vəsvasi-xənnas" ayağa qalxaraq dedi:
\- Mən onların öhdəsindən gələrəm.
Şeytan dedi: Necə gələcəksən öhdələrindən?
Dedi:Onların diqqətlərini vədələr və uzun arzularla yayındıraram. Daha sonra bu vasitə ilə günaha sövq edərəm. Elə ki günah etdilər, daha sonra tövbəni onların yaddaşlarından silərəm.
İblis dedi:Mən bu hiyləni bəyənir və sənə Qiyamətə kimi bu işini davam etdirməyi tapşırıram. Həqiqətən, bu minvalla onları məhv etmək mümkündür.