Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Yusuf Surəsinin Ayələrinə Qayıt →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Yusuf surəsi, 1-3-cü ayələr.

Yusuf surəsi, 1-3-cü ayələr.



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


الر تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ .١


إِنَّا أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ .٢


نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَذَا الْقُرْآنَ وَإِنْ كُنْتَ مِنْ قَبْلِهِ لَمِنَ الْغَافِلِينَ .٣


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Əlif, Lam, Ra. Bunlar açıq-aydın kitabın (Quranın) ayələridir!

2\. Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, bəlkə, dərk edəsiniz.

3\. Biz bu Quran vasitəsilə sənəən gözəl qissələri danışırıq. Şübhəsiz ki, sən bundan əvvəl ondan xəbərsiz idin.

Ayələrin təfsiri.



“أَحْسَنَ الْقَصَص” dastanların ən yaxşısı sənin qarşındadır.

Bu surə də müqəttəə hərfləri (Əlif, Lam, Ra) ilə başlamışdır və bu, Quranın və bu ayələrin cümlə tərkibinin əzəmət və dərinliyindən, mənadolu olmasından və onların ən sadəəlifba hərflərindən (Əlif, Lam, Ra) təşkil edilməsindən xəbər verir. İndiyə qədər Quranın müqəttəə hərfləri barəsində üç surədə ("Bəqərə", "Ali-İmran" və “Əraf” surələrinin başlanğıcında) kifayət qədər şərh vermişik, onların Quranın əzəmətinə dəlalət etdiyini sübuta yetirmişik və təkrara ehtiyac yoxdur. Bəlkə də, müqəttəə hərflərindən sonra dərhal Quranın əzəmətinə işarə edilməsinin səbəbi də budur: “Bunlar açıq-aydın kitabın (Quranın) ayələridir!"

Bu ayələr haqqı batildən ayırd edən, doğru yolu, qələbə və nicat yolunu göstərən kitabın ayələridir.

Maraqlıdır ki, sözügedən ayədə “Bəqərə" və Quranın bəzi surələrinin başlanğıcında olduğu kimi, uzaq məsafəni bildirən "tilkə" işarəəvəzliyindən istifadə olunmuşdur və bu cür ifadələrin hamısı ayələrin əzəmətinə işarə edir. Yəni surədə vurğulananlar insanın hər gün üzləşdiyi sadə mətləblər kimi deyil. Doğrusu, surədəki mətləblər o qədər ali və uzaq yerdədir ki, sanki əlçatmazdır, uca və sonsuz səmalarda yerləşir və onu əldə etmək üçün həddən artıq çalışmaq lazımdır.

Bundan sonra ayənin nazilolma hədəfi belə bəyan olunur: "Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, bəlkə, dərk edəsiniz".

(إِنَّاأَنْزَلْنَاهُقُرْآنًاعَرَبِيّاًلَعَلَّكُمْتَعْقِلُونَ)


Hədəf yalnız onu təbərrük üçün oxumaq deyil, əksinə, əsl hədəf insanı əmələ sövq edən əsaslı şəkildə dərketmədir.

Amma Quranın ərəbcə olması - müxtəlif dünya dillərində mütaliəəhli olanların şəhadətinəəsasən ərəb dilinin vəhyin tərcüməçisi olacaq qədər əhatəli olması və Allahın sözlərini xırdalıqlarına qədər ifadə edə bilməsi baxımından da aydın məsələ idi. Çünki yaxşı olardı ki, zülmət və barbarlıq məkanı olan Ərəbistanda zühur edən İslam ilk növbədə həmin camaatı öz ətrafına toplasın və elm və bilikdən uzaq olan bu şəxslərə təlim versin. Həmin təlimlər sayəsində onları dəyişsin və dünyanın digər məntəqələrinə bu dinin nüfuz edə bilməsi üçün oranı əsas mərkəzə çevirsin.

Əlbəttə, Quran bu dildə olduğundan dünyanın bütün xalqları üçün anlaşılan deyil (başqa dildə də olsaydı, bu cür olacaqdı), çünki bizim bütün xalqların başa düşəcəyi beynəlxalq bir dilimiz yoxdur. Amma dediklərimiz bu və ya digər xalqların ən azı onun tərcüməsindən istifadə edərək faydalanmasına, yaxud da tədricən bu dillə tanış olması və özlərinin vəǝhy məhfumunu dərk etməsinə bir maneə yaratmır.

Quranın on surəsində onun ərəbcə olması ifadəsinin təkrarlanması Quranın vəhydən qaynaqlanmadığını və Quranın möhtəvasının başqasının fikri olduğunu söyləyənlərə, eləcə də Peyğəmbəri Quranı qeyri- ǝrǝb (əcǝmi) olan başqa şəxsdən öyrənməsi ilə ittiham edənlərə mükəmməl bir cavabdır.

Bu ifadənin ardıcıl olaraq işlənməsi bütün müsəlmanlarda ərəb dilini özlərinin ikinci bir dil kimi öyrənmələri üçün bir vəzifə yaradır, çünki ərəb dili vəhyin dili və İslam həqiqətlərinin açarıdır. Sonra buyurulur: “Biz bu Quran vasitəsilə sənəən gözəl qissələri danışırıq. Şübhəsiz ki, sən bundan əvvəl ondan xəbərsiz idin”.

الْقَصَصِبِماأَوْحَيْنَاإِلَيْكَهذَاالْقُرْآنَوَإِنْكُنْتَمِنْقَبْلِهِلَمِنَالْغَافِلِينَ


Qeyd edək ki, bəzi təfsirçilər “əhsənəl qəsəs”-in Quranın məcmusuna işarə və eyni zamanda “بِما أَوْحَيْنَا إِلَيْكَ هذَا الْقُرْآنَ” cümləsinin də ona şahid olduğunu bildirirlər. "Qissə" sözü burada təkcə “dastan” mənasında deyil, əksinə, lüğəvi baxımdan “bir şeyin nişanələrini araşdırmaq” deməkdir. Bir-birinin ardınca olan şeyləri ərəblər “qissə” adlandırırlar. Bir mövzunun izahı zamanı söz və cümlələr ardıcıl bəyan edildiyindən ona "qissə" deyilir.

Bir sözlə, zahiri baxımdan gözəl və həddən artıq cazibədar, batini baxımdan isə həddən artıq əhatəli olan Quranın məcmusunu ən gözəl şərh və bəyan, ən üstün fəsahət və bəlağətli sözlər vasitəsiləən ali və dərin mənalarla birləşdirən Allah onu (dastanların ən yaxşısı) adlandırmışdır. Çoxsaylı rəvayətlərdə həmin məsələ sözügedən ayələrin təfsiri ünvanında qeyd edilməsə də, bu ifadənin Quranın məcmusu barədə işləndiyini görürük. Məsələn, Əli ibn İbrahimin Peyğəmbərdən (s) nəql etdiyi rəvayətdə oxuyuruq:

# وَأَحْسَنُالْقَصَصِهَذَاالْقُرْآنُ


“(O,) Quranın ən yaxşı qissələrindəndir". (Diqqət yetirin!)

"Rövzətu Kafi" kitabında Əmirəlmöminin Əlidən (ə) belə nəql edilir:

# إنْأَحْسَنَالْقَصَصِوَأَبْلَغَالْمَوْعِظَةِوَأَنْفَعَالتَّذَكُرِكِتابُاللهعَزَّذَكْرُهُ


"Ən yaxşı dastanlar, ən aydın moizələr vəən faydalı xatırlatmalar Allahın kitabıdır".

Həzrət Yusufun (ə) sərgüzəştini bəyan edən gələcək ayələrləsözügedən ayələrin bağlılığı insanın zehnini Allahın bu dastanı “əhsənəl qəsəs” adlandırması məsələsinə yönəldəcək şəkildədir. Hətta əksər insanlar üçün bu surənin ilkin ayələrinin mütaliəsi zamanı zehinlərinə başqa bir adın gəlməməsi də mümkündür. Dəfələrlə bu cür ayələrin hər iki mənanı bəyan etməsində heç bir maneənin olmadığını söylə- mişik. Həm ümumilikdə Quran, həm də xüsusilikdə "Yusuf” surəsi, sözün həqiqi mənasında, "əhsənəl qəsəs" ən yaxşı qissədir. Ən ali həyat dərslərini tərənnüm etdiyi halda, nə üçün bu dastan "ən yaxşı dastan" olmasın?!

Bu dastanda Allahın hakimiyyət və iradəsinin hər şeyi əhatə etdiyini gözəl şəkildə görürük. Həsəd edənlərin pis aqibətini və onların planlarının boşa çıxmasını öz gözlərimizlə müşahidə edirik. Onun sətirlərində geriliyin tənqidi və təqvanın əzəməti, azyaşlı uşağın quyunun dibindəki təkliyi, günahsız bir insanın zindandakı gecə və gündüzü, ümidsizliyin zülmət pərdəsi arxasından ümid nurunun təcəlli etməsi təcəssüm olunur.

Ümumiyyətlə, bu dastanda agahlıq vəəmanətin nəticəsi olan geniş bir hökumətin əzəməti, ilahi və ayıq bir hakimin sayəsində bir qövm və cəmiyyətin həyatının nicat tapması, bir mənalı yuxu ilə bir millətin taleyinin bir anda dəyişməsi insanın gözləri qarşısında canlanır. Həmçinin onlarla əzəmətli digər dərslər həmin dastanda öz əksini tapmışdır. Belə isə, nə üçün o, “əhsənəl qəsəs" (in yaxşı qissə) olmasın?! Lakin “əhsəsnıl qəsəs" olması üçün Həzrət Yusufun (ə) sərgüzəşti təklikdə yetərli deyil. Əhəmiyyətli olan məsələ bu əzəmətli dərsləri öz ruhumuzda yerləşdirə bilmək ləyaqətidir.

Hələ də Yusuf (ə) dastanına maraqlı bir məhəbbət dastanı kimi yanaşanlar az deyil. Bu, eynilə güllərlə dolu və təravətli bağa yalnız bir qədər ot kimi nəzər salan və otlamaq istəyən heyvanların misalına bənzəyir. Hələ də ona yalandan əlavələr etməklə onu erotik bir macəra kimi göstərməyə çalışanlar vardır. Bu, onların ləyaqətsiz və qabiliyyətsiz olmalarından irəli gəlir. Halbuki dastanın əsli bütün ali insani dəyərləri özündə birləşdirmişdir. Allahın izni ilə gələcəkdə bu dastanın əhatəli və gözəl ifadələrini asanlıqla görməzdən gəlməyin qeyri-mümkünlüyünü müşahidə edəcəyik. Şair demişkən, bəzən bu dastanın cazibəsi qarşısında gülün qoxusu insanı məst etdiyi kimi, insan məst olur.

İnsanların həyatında dastanların rolu.



Quranın mühüm hissəsinin öncəki qövmlərin sərgüzəşt və dastanlarına həsr edildiyini nəzərə aldıqda haqlı olaraq bəzilərində belə bir sual yaranır ki, nə üçün tərbiyəvi və insanı islah edən bir kitabda bu qədər tarix və dastan vardır? Amma aşağıdakı bir neçə məsələyə diqqət yetirmək bu mövzunun həqiqi səbəbini aydınlaşdırır:

1\. Tarix bəşər həyatının müxtəlif məsələləri üçün imtahan meydanıdır. İnsan öz zehnindəəqli dəlillərlə canlandırdığı şeyləri tarix səhifələrində eynilə olduğu kimi görür vəən mötəbər məlumatın hissiyyat xüsusiyyətli olmasına diqqət yetirdikdə tarixin həyatın həqiqətlərini göstərmək baxımından önəmli rolu yaxşı şəkildə anlaşılır. İnsan öz gözləri ilə tarix səhifələrində bir millət və qövmü ixtilaf və pərakəndəlik sayəsində yaxalayan öldürücü məğlubiyyəti, həmçinin digər qövmün vəhdət nəticəsində parlaq qələbəsini müşahidə edir. Tarix öz dilsizliyi ilə məktəblərin, ideologiya və metodların, hər bir qrup və qövmlərin proqramlarının qəti və inkarolunmaz nəticələrini bəyan edir.

Əvvəlkilərin dastanları onların dəyərli təcrübələri ilə doludur və həyat məhsulunun təcrübədən başqa bir şey olmadığını da bilirik. Tarix insan cəmiyyətinin çirkinlik və gözəlliyini, çatışmamazlıqlarını, məğlubiyyət və qələbələri və onların amillərini bütövlükdəəks etdirən bir aynadır. Həmin səbəbdən keçmişdəkilərin tarixini mütaliə etmək insanın ömrünü onların ömrü qədər uzadır, çünki onların həyat təcrübəsinin məcmusunu insanın ixtiyarında qoyur. Bu baxımdan Həzrət Əli (ə) öz oğluna etdiyi tarixi vəsiyyətnaməsində belə buyurur:

# ايْبُنَيَّإِنِّيوَإِنْلَمْأَكُنْعُمِّرْتُعُمُرَمَنْكَانَقَبْلِيفَقَدْنَظَرْتُفِيأَعْمَالِهِمْوَفَكَّرْتُفِيأَخْبَارِهِمْوَسِرْتُفِيآثَارِهِمْحَتَّىعُدْتُكَأَحَدِهِمْبَلْكَأَنِّيبِمَاانْتَهَىإِلَيَّمِنْأمورهمْقَدْعُمِّرْتُمَعَأَوَّلِهِمْإلىآخِرِهِم


"Oğlum! Doğrudur ki, mən məndən əvvəlkilərin yaşadıqları qədər ömür sürməmişəm, amma onların rəftarlarına nəzər salmış və onların xəbərləri barədə düşünmüş və onların nişanələri vəəsərləri barədə seyr etmiş, sanki onlardan biri kimi olmuşam. Hətta tarixin onlar barədə mənə çatdırdıqları şeylərin nəticəsində, sanki əvvəldən sona qədər onlarla birlikdə olmuşam”.

Əlbəttə, burada xurafat, yalan, mədh və təhriflərdən uzaq olan tarixdən söhbət gedir. Əyri deyil, düzgün göstərən ayna kimi olan, yalnız həqiqətləri bəyan etməyən, eyni zamanda kök və nəticələrə də toxunan tarixi nəzərdə tuturuq. Təəssüflər olsun ki, bu cür tarixlər azdır və Quranın həqiqi tarixi bəyan etməkdəki rolunu görməzdən gəlmək olmaz. Belə isə, nə üçün ən ali bir kitab olan Quran öz fəsilləri və ifadələrində tarixəəsaslanmasın və öncəkilərin dastanlarından misal və şahid gətirməsin?!

2\. Bunlardan əlavə, tarix və dastanın xüsusi cazibəsi vardır və insan ömrünün bütün dövrlərində – uşaqlıqdan yaşlaşana qədər bu qeyri- adi cazibənin təsiri altındadır. Bu səbəbdən də dünya ədəbiyyatının əsas hissəsini və yazıçıların əsərlərinin çox hissəsini tarix və dastanlar təşkil edir.

Fars və başqa dillərdə yazan böyük şair və yazıçıların ən yaxşı əsərləri məhz dastanlardan ibarətdir. Sədinin "Gülüstan", Firdovsinin “Şahnamə”, Nizaminin "Xəmsə" əsəri, həmçinin müasir yazıçılardan fransız yazıçısı Viktor Hüqonun, İngiltərə yazıçısı Şekspir, Alman yazıçısı Hötenin əsərlərinin hamısı dastan formasında təqdim edilmişdir.

Nəsr və ya nəzmdən (şeirdən) ibarət olması, yaxud film şəklində göstərilməsindən asılı olmayaraq, dastanlar oxucu və tamaşaçıda əqli dəlillərin əsla qoya bilmədiyi təsiri qoyur.

Bu məsələnin dəlili, bəlkə də, insanın əqli olmazdan öncə hissi varlıq olmasıdır. İnsan ideoloji məsələlərə diqqət etməzdən əvvəl hissi məsələlərdə qərq olmuşdur. Həyatın müxtəlif məsələləri hiss meydanından uzaqlaşıb mücərrəd əql xüsusiyyəti aldığı miqdarda daha da ağırlaşır və gec dərk olunur. Həmin səbəbdən həmişəəqli dəlillər üçün hissi misallardan yardım alındığı görülməkdədir. Bəzən də münasib və yerində bir misalın qeyd edilməsi dəlilin təsirini bir neçə dəfə artırır.

Beləliklə, müvəffəq alimlər ən yaxşı misalları seçə bilən alimlərdir. Niyə də belə olmasın?! Əqli dəlillər, əslində, hissi və təcrübi olan məsələlərdən əldə edilmişdir.

3\. Hamının onun barəsində bərabərsəviyyəli olmadığı əqli dəlil- lərdən fərqli olaraq dastan və tarix hamı üçün dərkolunandır. Buna görə də ümumilik xüsusiyyətinə malik olan və bədəvi, vəhşi ərəbdən tutmuş böyük mütəfəkkir və filosoflara qədər hamının istifadə etməli olduğu bir kitab hökmən tarix, dastan və misallara istinad etməlidir.

Bu xüsusiyyətlərin hamısı Quranın bu qədər tarix və dastanları bəyan etməklə təlim-tərbiyə baxımından ən yaxşı metodu seçdiyini göstərir. Xüsusilə də Quranın heç bir halda tarixi həqiqəti bayağı şəkidlə xatırlatmadığını, əksinə, hər addımda tərbiyəvi nəticə çıxardığını nəzərə aldıqda bu məsələ daha yaxşı anlaşılır. Belə ki onun nümunələrini tezliklə bu surədə görəcəksiniz.
1