Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

İbrahim Surəsinin Ayələrinə Qayıt →
İbrahim Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

İbrahim surəsi, 1-3-cü ayələr

İbrahim surəsi, 1-3-cü ayələr



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


الر كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَى صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ .١


اللَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَوَيْلٌ لِلْكَافِرِينَ مِنْ عَذَابٍ شَدِيدٍ .٢


الَّذِينَ يَسْتَحِبُّونَ الْحَيَاةَ الدُّنْيَا عَلَى الْآخِرَةِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا أُولَئِكَ فِي ضَلَالٍ بَعِيدٍ .٣


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Əlif, Lam, Ra. (Bu,) insanları öz Rəblərinin izni ilə qaranlıqdan nura - qüdrətli, tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir kitabdır.

2\. O Allahın ki, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Şiddətli əzabdan ötrü vay kafirlərin halına!

3\. O kəslərin ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan sapdırır və onu əyməyə çalışırlar. Onlar uzaq bir azğınlıq içindədirlər.

Ayələrin təfsiri.



Zülmətdən nura çıxış.

Qurani-Kərimin bəzi surələrində olduğu kimi, bu surə də müqəttəə hərfləri ilə başlayır. Müqəttəə hərfləri ilə bağlı “Bəqərə”, “Ali- İmran” və “Əraf” surələrini təfsir edərkən izah vermişdik. Burada isə qeyd edilməsi lazım olan məsələlərdən biri budur ki, Quranın müqəttəə hərfləri ilə başlayan 29 surənin 24-də müqəttəə hərflərindən sonra bir- başa Qurani-Məciddən söz açılır. Bu onu göstərir ki, Quranla müqəttəə hərfləri arasında bir əlaqə var. Ola bilsin ki, bu əlaqə bizim "Bəqərə" surəsinin başlanğıcında verdiyimiz açıqlamada deyildiyi kimi olsun. Orada belə qeyd olunurdu: Allah-taala müqəttəə hərfləri ilə bildirmək istəyir ki, böyük səmavi kitab olan Quran bütün əzəməti ilə "Əlifba hərfləri" adlanan sadə xətlərdən təşkil olunmuşdur. Bəşəriyyətə yol göstərən Quranın axirətə qədər uzanan bir yolda insana hərəkət xəritəsini, həyat proqramını bütün incəliklərinə qədər adi hərflərlə bəyan etməsi, heç nəyi gözdən qaçırmaması, ən dərin məzmunu ən sadə ifadə ilə açıqlaması əsl möcüzədir.

Keçək əsas mətləbə – ayələrin təfsirinə. Quran surənin əvvəlində "Əlif, Lam, Ra" hərflərini verdikdən sonra deyir: "(Bu,) insanları qaranlıqdan nura çıxartmaq üçün sənə nazil etdiyimiz bir kitabdır.”

كِتَابٌأَنزَلْنَاهُإِلَيْكَلِتُخْرِجَالنَّاسَمِنَالظُّلُمَاتِإِلَىالنُّورِ


Əslində, Quranın nazil olmasının bütün tərbiyəvi, maddi-mənəvi məqsədi həmin bir cümlədə ifadə olunmuşdur. Quran insanları zülmətlərdən nura çıxarmaq üçün nazil olduğunu bildirir. Bəs Quran insanları hansı zülmətlərdən hansı nura çıxarmaq istəyir? Cəhalət zülmətindən elm nuruna, küfr zülmətindən iman nuruna, zülm zülmətindən ədalət nuruna, fəsad zülmətindən xeyir nuruna, günah zülmətindən paklıq nuruna, təfriqə zülmətindən birlik nuruna!

Ayədə ən maraqlı məqamlardan biri - Quranın bəzi surələrində rast gəlindiyi kimi – burada da “zülmət”in cəm (zülmətlər), “nur”un isə tək halda verilməsidir. "Nur"u tək halda verməklə Allah-taala bildirmək istəyir ki, bütün yaxşılıqlar, iman, təqva, paklıq və sair tövhid nurunun işığında özlərinə bir rəngi, bir vəziyyəti alır, bir-birinə bağlanaraq vahid nurda birləşir. Beləliklə, vahid nurun işığı cəmiyyətin bütün sferalarına yayılır, xalq bütün işlərdə vəhdət nümayiş etdirir.

Nurun əksinə olaraq zülmət hər yerdə təfriqə yaradır. Zalımlar, günahkarlar hətta öz əyri yollarında belə bir araya gələ bilmir, adətən bir-birinə xəyanət edirlər.

Bütün yaxşılıqların mənbəyi Allahın pak zatı, eləcə də vahid nura diqqət yetirmək tövhidi dərk etməyin əsas şərti olduğu üçün Quran ayənin davamında dərhal deyir: “Bütün bunlar onların Rəbbinin izni ilə baş verir”.

(بإذنربِّهمْ)


Daha sonra Qurani-Kərim nurun nə olduğuna əlavə izah verərək deyir: “Qüdrətli, tərifəlayiq Allahın yoluna tərəf”.

Allahın izzəti Onun qüdrətinin əlamətidir. Çünki Onu yenməyə kimsənin gücü çatmaz. Tərifəlayiq olmağı onun sonsuz nemətlərinin nişanəsidir. Çünki tərif və sitayiş həmişə nemətlərin, gözəlliklərin qarşılığında olur. Bu açıqlamanın ardınca Qurani-Kərim Allahı tanıtdırmaq məqsədi ilə tövhid dərsi verir, deyir: "O Allahın ki, göylərdə və yerdə nə varsa, Ona məxsusdur”.

(الله) الَّذِيلَهُمَافِيالسَّمَاوَاتِوَمَافِيالأَرْضِ)


Ayədə bildirilir ki, hər şey Ona məxsusdur. Çünki Allah bütün mövcudatın yaradıcısıdır. Buna görə də O, həm qüdrətli, həm də nemət bəxş edən və tərifəlayiqdir.

Ayənin sonunda Qurani-Kərim diqqəti (“məbdə"dən sonra) “məad” məsələsinə yönəldir: “Şiddətli əzabdan ötrü vay kafirlərin halına!”

(وَوَيْلٌلِّلْكَافِرِينَمِنْعَذَابٍشَدِيدٍ)


Sonrakı ayədə Qurani-Kərim kafirlərin mənəvi kimliklərini göstərir, hər kəsin ilk rastlaşdığında onları tanıya bilməsi üçün üç səciyyəvi xüsusiyyətini açıqlayır. Əvvəl belə deyir: “O kəslərin ki, dünyanı axirətdən üstün tutur”.

(الَّذِينَيَسْتَحِبُّونَالْحَيَاةَالدُّنْيَاعَلَىالآخرة)


Dünyanı axirətdən üstün tutduqlarına görə də axirət dünyasının xüsusiyyəti olan iman, haqq, ədalət, şərəf, heysiyyət və azadlıqlarını nəfslərinin alçaq istəklərinə qurban verirlər.

Ayənin ardında Quran kafirlərin bununla qane olmayıb, daha da irəli gedərək başqalarını da azdırmağa səy etdiyini bu şəkildə bildirir: “(insanları) Allah yolundan sapdırır".

Əslində, onlar fitrət yolu olan Allahın yolu qarşısına müxtəlif sədlər çəkməklə məşğul olurlar. Bu məqsədlə nəfsə xoş gələn günahları bəzəyir, həvəsbazlığa geniş meydan verir, Cəhənnəmə aparan yolları təbliğ edir, paklığı, düzlüyü onların gözündən salmağa çalışırlar. Bununla kifayətlənməyib “onu əyməyə cəhd edirlər."

Əslində onlar bütün gücləri ilə başqalarını öz yollarına çəkməyə çalışırlar. Buna görə də Allahın yolunu əyri göstərmək üçün əllərindən gələni edirlər. Məqsədlərinə çatmaq üçün dini xurafata qarışdırır, müxtəlif təhriflərə əl atır, alçaq ənənələri dirçəltməyə çalışırlar. Aydın məsələdir ki, “onlar uzaq bir azğınlıq içindədirlər.”

Azdıqları yolun həddən artıq uzaqlığı onları asanlıqla haqqa dön- məyə imkan vermir. Onların özləri yolu bu qədər uzaq salmışlar.

İncəliklər:



1\. İmanın, Allah yolunun nura bənzədilməsi.

Nur materiya aləminin ən lətif varlıqlarından biridir. Sürətinə, ətraf aləmə təsiri və bərəkətinə görə digər varlıqları geridə qoyur. Demək olar ki, maddi aləmin bütün bərəkətinin başı nura bağlanır. Buradan aydın olur ki, iman və Allah yolunun nura bənzədilməsi onun geniş bərəkətinə görədir. Nur toplayır, zülmət dağıdır; nur həyat, zülmət ölüm nişanəsidir. Bu səbəbdən də Qurani-Kərim əksər dəyərli şeyləri nura bənzətmişdir. Məsələn, iman əhlinin saleh, xeyirxah əməllərini nura bənzədərək deyir:

يَوْمَتَرَىالْمُؤْمِنِينَوَالْمُؤْمِنَاتِيَسْعَىنُورُهُمبَيْنَأَيْدِيهِمْوَبِأَيْمَانِهِم


“O gün sən mömin kişi və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən sürətlə hərəkət etdiyini görəcəksən." Digər bir ayədə iman və tövhidi nurla əlaqələndirir:

اللهُوَلِيُّالَّذِينَآمَنُوايُخْرِجُهُممِّنَالظُّلُمَاتِإِلَىالنُّور


"Allah iman gətirənlərin hamisidir, onları zülmətlərdən nura çıxarır.

Bu ayədə isə Qurani-Kərim nura bənzədilir:

فَالَّذِينَآمَنُوابِهِوَعَزَّرُوهُوَنَصَرُوهُوَاتَّبَعُواالنُّورَالَّذِيأُنزِلَمَعَهُأَوْلَعِكَهُمُالْمُفْلِحُونَ


"Ona iman gətirən, yardım göstərən və onunla nazil olan nura tabe olanlar, məhz onlar nicat tapanlardır!”

Allahın və dinin nura bənzədildiyi bir ayə:

يُرِيدُونَأَنيُطْفِؤُواْنُورَاللَّهِبِأَفْوَاهِهِمْ


"Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər.” Qeyd etdiyimiz bu nümunələrdən daha üstünü bütün varlıqlara vücud bəxş etmiş Allahın pak zatının nura bənzədilməsidir:

اللهُنُورُالسَّمَاوَاتِوَالْأَرْضِ


"Allah göylərin və yerin nurudur.”

Bütün bu hadisələr bir gerçəyə söykəndiyi üçün cümlədə tək halda verilmişdir. Çünki bütün yaxşı işlər nurunu Allahdan, Ona imandan, Onun sözündən alır. Əksinə, zülmət olduğu hər yerdə təfriqəyə səbəb olduğu üçün çoxluğun əlaməti olan cəm şəklində qeyd olunmuşdur. Allaha iman, Onun yolunda addımlamaq həm hərəkətə, ayıqlığa, həm də vəhdət və tərəqqiyə səbəb olduğu üçün Qurani-Kərimin bu bənzətməsi hər cəhətdən məzmunlu, aydın və düşündürücü görünür.

2\. Bu ayənin diqqət çəkən cəhəti Allahın "bu Quranı sənə nazil etdik ki, insanları qaranlıqdan işığa çıxarasan” - deyə, buyurmasıdır. İlk ayədə (lituxricə) kəlməsini işlətməklə Qurani-Kərim, əslində, iki incə məqama işarə etmək istəmişdir. Birincisi, Quran bəşəriyyətin hidayət və xilas kitabı olsa da, bir icraçıya ehtiyacı var. Həqiqət yolunu itirmiş insanları Quran vasitəsilə zülmətdən işığa çıxartmaq üçün Peyğəmbər (s) kimi bir rəhbərin olması şərtdir. Buna görə də bütün əzəmət və böyüklüyünə baxmayaraq, rəhbər, icraçı və bələdçi olmadan Quran bütün problemləri həll edə bilməz.

İkinci incə məqam ayədəki "çıxarmaq" sözünün çevriliş və dəyişikliklə yanaşı olan hərəkəti anlatmasıdır. Sanki imansız insanlar qapalı və qaranlıq bir mühitdə yerləşmişdir və Peyğəmbər (s) onların əlindən tutub, onları dinamik və aydın bir mühitə çıxarır.

3\. Maraqlı bir məqam "İbrahim" surəsinin əvvəlinin insanları zülmətdən nura doğru çıxartmaq məsələsi ilə başlaması, sonunun isə insanlara xəbərdarlıq məsələsi ilə xətm olunmasıdır. Surədəki bu incəlik əsas məqsədin insanların taleyi və doğru yola hidayət məsələsi olduğunu göstərir. Həqiqətdə, Allah-taalanın peyğəmbərlər göndərməsi, səmavi kitablar nazil etməsi bu məqsədə xidmət edir.