Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ən-Nəhl Surəsinin Ayələrinə Qayıt →
Ən-Nəhl Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Nəhl surəsi, 1-2-ci ayələri.

Nəhl surəsi, 1-2-ci ayələri.



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


أَتَى أَمْرُ اللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ .١


يُنَزِّلُ الْمَلَائِكَةَ بِالرُّوحِ مِنْ أَمْرِهِ عَلَى مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ أَنْ أَنْذِرُوا أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاتَّقُونِ .٢


Ayələrin tərcüməsi



1\. (Müşrikləri və günahkarları cəzalandırmaq üçün) Allahın əmri yetişdi. Ona tələsməyin. Allah müşriklərin Ona qoşduqları ortaqlardan uzaqdır və ucadır.

2\. Öz hökmü ilə qullarından istədiyi hər kəsə mələkləri ruhla göndərib (belə bir göstəriş verir): "İnsanları qorxudub xəbərdar edin ki, Məndən başqa məbud yoxdur. Məndən (Mənə qarşı çıxmaqdan) qorxun!"

Ayələrin təfsiri.



Əzab əmri yaxındır.

Daha öncə də qeyd edildiyi kimi, bu surənin əvvəlində yer almış ayələrin mühüm bir hissəsi Məkkədə, Peyğəmbərin (s) müşrik və bütpərəstlərlə böyük problemlər yaşadığı bir vaxtda nazil olmuşdur. Müşrik və bütpərəstlər hər gün onun azadlıq və həyat bəxş edən çağırışı qarşısında bəhanələr gətirirdilər. O cümlədən Peyğəmbər (s) onları ilahi əzabla qorxudarkən bəzi inadkarlar deyirdi: “Əgər dediyin əzab və cəza doğrudursa, bəs nə üçün gəlmir?"

Bəzən belə deyirdilər: “Əgər əzab gələcəksə, biz Allah yanında şəfaətçi olması üçün öz bütlərimizin ətəyindən yapışacaq və bizi bu əzabdan qurtarmasını onlardan istəyəcəyik. Məgər onlar Tanrının şəfaətçiləri deyillərmi?”

Allah-taala birinci ayədə bu xülyanın üzərindən xətt çəkərək buyurur: “Tələsməyin, müşrikləri və günahkarları cəzalandırmaq üçün Allahın əmri yetişib”.

أتىأَمْرُاللَّهفَلَاتَسْتَعْجِلُوهُ


Əgər bütlərinizin Onun şəfaətçiləri olduğunu düşünürsünüzsə, böyük səhv edirsiniz: “Allah müşriklərin Ona qoşduqları ortaqlardan uzaqdır və ucadır”.

(سُبْحَانَهُوَتَعَالَىعَمَّايُشْرِكُونَ)


Bu ayədə (Allahın əmri) deyilərkən Allahın əzab gəlməsi ilə bağlı əmri nəzərdə tutulmuşdur. (ǝta) (gəldi) sözü keçmiş zaman formasında olsa da, qəti gələcəyi ifadə edir, yəni bu hadisə mütləq olacaq. Quranda qəti gələcəyin keçmiş zaman formasında ifadə edilməsinə çox təsadüf edilir.

Bəzi təfsirçilər (Allahın əmri) deyilərkən əzab əmri deyil, elə əzabın özünə işarə edildiyini ehtimal vermişlər. Bəziləri də bu ifadə ilə Qiyamətə işarə edildiyini yazmışlar. Ancaq yuxarıda qeyd etdiyimiz təfsir daha məntiqli görünür.

Heç bir cəza kifayət qədər açıqlama və yetərli qədər dəlil təqdim edildikdən sonra ədalətli hesab edilmədiyi üçün sonrakı ayədə belə qeyd edilmişdir: “Öz hökmü ilə qullarından istədiyi hər kəsə mələkləri ruhla göndərir”.

يُنَزِّلُالْمَلَائِكَةَبِالرُّوحِمِنْأَمْرِهِعَلَىمَنْيَشَاءُمِنْعِبَاده


"Onlara belə bir göstəriş verir ki, insanları qorxudub xəbərdar edin və onlara deyin ki, Məndən başqa məbud yoxdur".

"Buna görə də yalnız Mənə qarşı çıxmaqdan qorxun, qarşımda məsuliyyət hissi daşıyın”. (fəttəqun)

Təfsirçilər ayədəki (ruh) sözü ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Lakin insanların həyat mənbəyi olan vəhy, Quran və peyğəmbərliyin nəzərdə tutulması daha böyük ehtimaldır.

Bəzi təfsirçilər bu sözü izah edərkən vəhyi Qurandan, hər ikisini peyğəmbərlikdən ayırmış və üç ayrı təfsir təqdim etmişlər. Ancaq bu üçünün eyni həqiqəti ifadə etdiyini nəzərdən qaçırmamaq lazımdır.

Hər halda, burada (ruh) mənəvi aspekti ifadə edir və qəlblərin həyat mənbəyi olan, nəfslərin tərbiyə olunmasına, ağılların yönlənməsinə səbəb olan hər bir şeyi ehtiva edir. Belə ki, “Ənfal” surəsinin 24-cü ayəsində belə qeyd edildiyini görürük:

يَاأَيُّهَاالَّذِينَآمَنُوااسْتَجِيبُوالِلَّهِوَلِلرَّسُولِإِذَادَعَاكُمْلِمَايُحْيِيكُمْ


“Ey iman gətirənlər! Peyğəmbər sizi, sizlərə həyat bəxş edəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin".

“Ğafir” surəsinin 15-ci ayəsində belə buyurulur:

يُلْقِيالرُّوحَمِنْأَمْرِهِعَلَىمَنْيَشَاءُمِنْعِبَادِهِ


"Öz əmri ilə ruhu qullarından istədiyinə nazil edir”. "Şura” surəsinin 52-ci ayəsində deyilir:

وَكَذَلِكَأَوْحَيْنَاإِلَيْكَرُوحًامِنْأَمْرِنَامَاكُنْتَتَدْرِيمَاالْكِتَابُوَلَاالْإِيمَانُ


"Həmin qaydada (əvvəlki peyğəmbərlərə vəhy göndərdiyimiz kimi) biz sənə ruhu öz əmrimizlə vəhy etdik. Sən bundan öncə kitab nədir, iman nədir bilmirdin”.

Deməli, (ruh) deyilərkən bu ayələrdə Quran, vəhyin məzmunu və peyğəmbərlik əmri nəzərdə tutulur.

Quranın ayrı-ayrı ayələrində (ruh) başqa mənalarda işlədildiyi halda, sözügedən ayədə bu söz qeyd etdiyimiz faktlara əsasən, Quran və vəhy məzmunu mənasında işlədilmişdir.

Bir nüansı da qeyd etmək lazımdır ki “عَلَى مَن ْيَشَاءمِنْ عِبَادِهِ” (Qullarından istədiyinə nazil edir) deyilərkən vəhy və peyğəmbərlik nemətinin heç bir hesab-kitabsız verilməsi kimi başa düşülməməlidir. Çünki Allahın istəyi hikmətindən ayrı deyil. Allah hikmət sahibi olduğu üçün bu neməti layiq olduğu yerdə qərarlaşdırır.

(Allah kimi öz peyğəmbəri edəcəyini bilir).

Başqa bir nüansı da unutmaq olmaz ki, (Qorxudun) cümləsinə əsasən, Allahın peyğəmbərlərə verdiyi birinci əmrin qorxutmaq və xəbərdar etmək olması buna görədir ki, doğru yoldan sapmış, şirk və fəsada bulaşmış bir xalqı oyatmaq üçün ayıldıcı, xəbərdaredici və hərəkətverici qorxutmaqdan təsirli heç nə ola bilməz.

Düzdür ki, insan mənfəət güddüyü halda, ziyandan da qaçan bir varlıqdır, ancaq təcrübə göstərir ki, təşviqat, həvəsləndirmə və stimul daha hazırlıqlı insanlara təsir göstərir, ancaq təhdid daha çox günaha bulaşmış insanları oyatmaq üçün effektiv olur. Buna görə də qorxutma və təhdid peyğəmbərlik missiyasının başlıca proqramı olmalıdır.