Əl-İsra Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
İsra surəsi, 1-ci ayə
İsra surəsi, 1-ci ayə
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ .١
سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلًا مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ .٢
Ayənin tərcüməsi:
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Dəlillərimizdən bəzisini göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidül-həramdan ətrafını xeyir-bərəkətli etdiyimiz Məscidül- Əqsaya aparan (Allah) pak və müqəddəsdir. Çünki O, eşidəndir, görəndir.
Ayənin təfsiri.
Peyğəmbərin (s) meraca qalxdığı yer.
Bu surənin ilk ayəsi "İsra" məsələsindən - meracın müqəddiməsi olan Peyğəmbərin (s) Məscidül-həramdan Məscidül-Əqsaya (Beytül- Müqəddəs) gecə səfərindən söz açır.
Bir gecədə və qısa vaxt ərzində baş tutan bu səfər, ən azından, həmin dövrün şəraiti baxımından adi yollarla heç cür mümkün deyildi və möcüzəvi, eləcə də tam şəkildə qeyri-adi bir hadisə idi.
Ayənin əvvəlində deyilir: "Gecə vaxtı Öz qulunu Məscidül- həramdan ətrafını xeyir-bərəkətli etdiyimiz Məscidül-Əqsaya aparan (Allah) pak və müqəddəsdir”.
Bu qeyri-adi gecə səfəri ondan ötəri idi ki, Öz əzəmətimizin bəzi dəlillərini ona göstərək.
Sonda isə əlavə edilir: “Çünki O, eşidəndir, görəndir."
Buna işarə olaraq, əgər Allah peyğəmbərini bu iftixar üçün seçmişdirsə, bu, səbəbsiz deyildi. Çünki o, elǝ pak və ləyaqətli söz, elə əməl sahibi idi ki, bu libas ona çox yaraşırdı, Allah Öz peyğəmbərinin sözünü eşitmiş, onun əməlini görmüş və onu bu məqama layiq bilmişdi.
Bəzi təfsirçilər yuxarıdakı cümlə üçün belə bir ehtimal da vermişlər ki, bu da Allahın onların sözlərini eşitməsini, əməllərini görməsini və hiylələrindən xəbərdar olmasını inkar edənlər üçün bir təhdiddir.
Ayə yığcam olması ilə yanaşı, bu möcüzəvi gecə səfərinin daha çox xüsusiyyətini bəyan edir:
1\. (əsrə) kəlməsi onu göstərir ki, bu səfər gecə vaxtı baş vermişdir. Çünki (isra) ərəb dilində gecə səfəri mənasını verir.
Halbuki "سير" kəlməsi gündüz vaxtı edilən səfərə deyilir.
2\. (leylən) kəlməsi (isra) kəlməsindən anlaşılan mənaya təkid etməklə yanaşı, bu həqiqəti də bəyan edir ki, bu səfər tamamilə bir gecədə baş vermişdir və mühüm olan budur ki, aralarındakı məsafə yüz fərsəxdən artıq, həmçinin həmin dövrdə günlər və ya həftələrlə çəkməli olan Məscidül-həramdan Beytül-Müqəddəsə səfər yalnız bir gecədə baş verdi.
3\. (ǝbd) kəlməsi göstərir ki, bu iftixar və ləyaqət Peyğəmbərin (s) bəndəlik məqamına görə idi. Çünki insan üçün ən böyük məqam odur ki, Allahın həqiqi bəndəsi olsun, yalnız Onun qarşısında təzim etsin, Ondan savayı kimsənin əmrinə təslim olmasın, etdiyi hər bir iş və atdığı hər bir addım Allahın razılığını əldə etmək üçün olsun.
4\. (əbd) kəlməsi, eyni zamanda onu da göstərir ki, bu səfər yuxuda deyil, ayıq vaxtı, eyni zamanda ruhani deyil, cismani olaraq baş vermişdir. Çünki ruhani səfərin yuxu və ya yuxuya bənzər halətdən başqa ağlabatan bir mənası yoxdur. Lakin (ǝbd) kəlməsi göstərir ki, Peyğəmbərin (s) cismi və ruhu bu səfərdə iştirak etmişdir. Sadəcə bu möcüzəni öz düşüncəsində doğru-dürüst qavraya bilməyənlər sözügedən ayə üçün yozum olaraq onun ruhani olmasını ehtimal etmişlər. Halbuki bilirik ki, əgər bir şəxs: “Mən filankəsi filan yerə apardım." deyərsə, mənası bu deyil ki, röya və ya xəyal aləmində olmuşdur, yaxud da onun fikri və düşüncəsi belə bir səfər etmişdir.
5\. Səmalara meracın müqəddiməsi olan və dəlillərini sonra qeyd edəcəyimiz bu səfərin başlanğıcı Məkkədəki Məscidül-həram, sonu isə Qüdsdəki Məscidül-Əqsa olmuşdur.
Əlbəttə, Peyğəmbərin (s) bu səfərə Kəbə evindən və ya qohum- larından birinin evindən çıxması (Yeri gəlmişkən, bəzən bütün Məkkə şəhərinə hörmət əlaməti olaraq, "Məscidül-həram" deyilir və bu təbir ayədə zikr edilmişdir.) təfsirçilər arasında müzakirə predmetidir. Lakin ayənin zahirindən anlaşılan budur ki, Peyğəmbərin (s) səfərinin başlanğıcı Məscidül-hǝram olmuşdur.
6\. Bu səfərin məqsədi Allahın əzəmətinin nişanələrini görmək, müşahidə etmək, eyni zamanda səmalardakı bu səfərin davamı da bu məqsədlə olmuşdur ki, Peyğəmbərin (s) əzəmətli ruhu həmin aşkar dəlil və nişanələri görməklə, daha çox əzəmət tapsın, eləcə də insanları hidayət etmək üçün daha çox hazırlıq əldə etmiş olsun. Bəzi dar düşüncə sahibləri isə düşünürlər ki, Peyğəmbərin (s) meraca getməkdə məqsədi Allahı və Allahın səmalarda məskunlaşdığı yeri görmək olmuşdur.
"Nəcm" surəsinin bu səfərin ardına, yəni səmalarda meraca işarə edən ayələrində oxuyuruq: “– “Öz Rəbbinin ən böyük qüdrət nişanələrindən bir qismini gördü.”
7\. "Bərəkna həvləh" cümləsi bunu bəyan edir ki, “Məscidül-Əqsa” özü müqəddəs torpaq olmaqla yanaşı, onun ətrafı da mübarək və bərəkətlidir.
Ola bilsin ki, bu, onun zahiri bərəkətlərinə işarə olmuş olsun. Çünki bilirik ki, “Məscidül-Əqsa” yaşıllıqlar, ağaclar, axar sular və abadlıqlarla dolu olan məntəqədə yerləşir.
Bu da mümkündür ki, burada onun mənəvi bərəkətlərinə işarə edilmişdir. Çünki bu torpaq müqəddəs, tarix boyunca böyük ilahi peyğəmbərlərin meydana çıxdığı, eləcə də Tövhid və allahpərəstlik nurunun yayıldığı mərkəz olmuşdur.
(Çünki O, eşidəndir, görəndir.) cümləsi də qeyd etdiyimiz kimi buna işarədir ki, bu nemətin Peyğəmbərə (s) bəxş edilməsi səbəbsiz olmamışdır, əksinə, danışıq və rəftarına görə əldə etdiyi, habelə Allahın ondan tam şəkildə xəbərdar olduğu ləyaqətinə görə idi.
9\. Eyni zamanda (subhanə) kəlməsi göstərir ki, Peyğəmbərin (s) bu proqramı özü Allahın hər bir eyib və nöqsan sifətlərdən pak, uzaq olduğunun nişanəsidir.
10\. (Öz əzəmətimizin bəzi dəlillərini) – buradakı (min) kəlməsi onu göstərir ki, Allahın əzəmətinin nişanələri o qədər çoxdur ki, Peyğəmbər (s) malik olduğu əzəmətinə baxmayaraq, bu əzəmətli səfərdə onun yalnız bir hissəsini görmüşdür.
Merac məsələsi.
İslam alimləri arasında məşhur olan nəzər budur ki, Peyğəmbər (s) Məkkədə olduğu vaxt Allahın qüdrəti ilə bir gecədə Məscidül-həramdan Beytül-Müqəddəsdəki Məscidül-Əqsaya gəldi, oradan səmalara yüksəldi və göylərdə Allahın əzəmətinin nişanələrini gördü, həmin gecə də Məkkəyə qayıtdı.
Məlumdur ki, o, bu yer və göy səfərini həm cismi, həm də ruhu ilə birlikdə etmişdir.
Lakin bu səfər olduqca təəccüblü olması səbəbilə bəzi təfsirçilər bu məsələni ruhani kimi yozmağa çalışmışlar. Yəni bu səfəri yuxu və ya ruhi mükaşifəyə bənzər şəkildə izah etmişlər. Ancaq qeyd etdiyimiz kimi, bu məsələ (meracın sırf ruhani olması) ayələrin zahiri ilə ziddiyyət təşkil edir. Çünki ayələrin zahiri bu hadisənin cismani olmasına dəlalət edir.
Hər halda, bu mövzu barəsində çoxlu, o cümlədən aşağıdakı suallar mövcuddur:
1\. Quran, hədis və tarix baxımından meracın keyfiyyəti;
2\. Şiə və əhli-sünnədən olan müsəlman alimlərinin bu barədə fikri;
3\. Meracın məqsədi;
4\. Müasir dövrün elmləri nöqteyi-nəzərindən meracın mümkünlüyü;
1\. Quran və hədis baxımından merac.
Quranın iki surəsində bu məsələyə işarə olunmuşdur:
Birincisi, həmin "İsra" surəsidir ki, yalnız bu səfərin birinci hissəsini, yəni Məkkədə Məscidül-həramdan Beytül-Müqəddəsdəki Məscidül- Əqsaya səfərini bəyan edir.
İkincisi isə "Nəcm" surəsinin (13-dən 18-dək) 6 ayəsi boyunca meracın ikinci hissəsi öz əksini tapmışdır. Belə ki həmin ayələrdə buyurulur:
وَلَقَدْرَآهُنَزْلَةٌأُخْرَى. عِندَسِدْرَةِالْمُنتَهَى. عِندَهَاجَنَّةُالْمَأْوَى. إِذْيَغْشَىالسِّدْرَةَ
مَايَغْشَىمَازَاغَالْبَصَرُوَمَاطَغَى. لَقَدْرَأَىمِنْآيَاتِرَبِّهِالْكُبْرَى.
"Onu bir daha gördü
\- Sidrətül-müntəhada (Müntəhadakı Sidr ağacının yanında). Məva bağı da oradadır. Həmin vaxt Sidrətül-müntəhanı bir şey (göz qamaşdıran nur) bürümüşdü. (Peyğəmbərin) gözü yayınmadı və həddi aşmadı (gözləri onu aldatmadı, gördüyü həqiqət idi). O, Rəbbinin ən böyük dəlil və nişanələrindən bəzisini gördü.”
Bu altı ayənin məzmununun xülasəsi budur: Peyğəmbər (s) ikinci dəfə vəhy mələyi Cəbraili öz əsil surətində gördü. (Birinci dəfə Hira dağında vəhyin nazil olmasının başlanğıcında görmüşdü).
Bu görüş əbədi behiştdə baş tutdu.
Peyğəmbər (s) bu mənzərəni müşahidə edərkən xətaya düçar olmadı. Allahın əzəmətinin böyük nişanə və dəlillərini gördü.
Əksər təfsirçilərin nəzərincə, “merac”dan söz açan bu ayələr də göstərir ki, bu hadisə ayıq vaxtı baş vermişdir. Xüsusilə “ma zağəl bəsəru və ma təğa” cümləsi Göz nə sağa-sola yayındı, nə də uzağa getdi, hər şeyi olduğu kimi gördü. bu məsələyə başqa bir dəlildir.
Hədisə gəlincə, məşhur islam mənbələrində merac məsələsi ilə bağlı çoxlu hədislər nəql olunmuşdur ki, islam alimlərinin əksəriyyəti də onların məşhurluğunu təsdiq etmişlər. Buna misal olaraq aşağıdakıları göstərə bilərik.
Böyük fəqih və müfəssir Şeyx Tusi "Tibyan" təfsirində sözügedən ayə haqqında belə deyir:
Şiə alimləri bu əqidədədirlər ki, Allah Öz peyğəmbərini Məkkədən Beytül-Müqəddəsə apardığı gecə onu göylərə qaldırdı, Öz əzəmətinin nişanələrini ona göstərdi və bu, yuxuda deyil, ayıq vaxtı baş vermişdi.”
Məşhur təfsirçi alim Təbəri özünün “Məcməül-bəyan” təfsirində "Nəcm" surəsinin sözügedən ayələrinə dair şərhində yazır:
"Bizim xəbərlərimizdə məşhur olan budur ki, Allah peyğəmbəri həmin cismi ilə ayıq vaxtı göylərə apardı və əksər təfsirçilər bu əqidədədirlər."
Məşhur hədis alimi Əllamə Məclisi “Biharul-ənvar”da vurğulayır: "İslam Peyğəmbərinin (s) Məscidül-həramdan Beytül-Müqəddəsə və oradan göylərə səfəri, ayələr və mütəvatir şiə, sünni hədisləri ona dəlalət edir ki, bu məsələlərin inkarı və ya onun ruhani merac, yaxud peyğəmbərin yuxusu kimi yozulması, hidayət imamlarının (ə) hədislərindən məlumatsızlıqdan və ya yəqinin zəifliyindən qaynaqlanır.”
Daha sonra əlavə edilir: "Bu barədə gəlib çatan hədisləri bir yerǝ toplamaq istəsək, böyük bir kitab alınar."
Müasir əhli-sünnə alimi, məşhur "Ət-Tac" kitabının müəllifi Mənsur Əli Nasif öz kitabında merac hədislərini toplamışdır.
Məşhur mütəfəssir Fəxr Razi sözügedən ayənin təfsirində, meracın baş verməsinin mümkünlüyü ilə bağlı bir sıra əqli dəlilləri qeyd etdikdən sonra deyir:
"Hədis baxımından, merac hədisləri məşhur hədislərdəndir. Belə ki əhli-sünnənin səhih kitablarında nəql edilmişdir və onların məzmunu budur ki, Peyğəmbər (s) Məkkədən Beytül-Müqəddəsə, oradan da göylərə səfər etmişdir."
"Elmi bəhslər, fətva, dəvət və irşad" idarələrinin rəisi, təəssübkeş vəhhabi alimi Şeyx Abdullah ibn Abdullah ibn Baz özünün "Ət-Təhziru minəl-Bəd" kitabında yazır:
“Şübhəsiz ki, “isra" va merac Peyğəmbərin (s) doğruluğuna və məqamının ucalığına dəlalət edən böyük nişanələrdəndir."
Ardınca da belə vurğulanır: "Peyğəmbərdən (s) nəql olunan mütə- vatir hədislərdə Allahın onu göylərə aparması va asimanın qapılarını onun üzünə açması qeyd olunmuşdur."
Bir məsələni də qeyd etmək lazımdır ki, "merac" hədisləri arasında qəbul edilməsi qeyri-mümkün olan saxta və ya zəif hədislər də gözə dəyir. Bu səbəbdən böyük alim mərhum Təbəri həmin ayənin təfsirində merac hədislərini dörd qismə ayırır:
1\. Merac məsələsinin əslindən söz açan və mütəvatirlik baxımından qəti olan hədislər;
2\. Asimanda Allahın əzəmətinin nişanələrinin görülməsi kimi qəbul edilməsi üçün əqli cəhətdən heç bir maneə olmayan hədislər;
3\. Əlimizdəki üsul və qaydalara müxalif, lakin təfsir edilməsi mümkün olan hədislər; Məsələn: Peyğəmbərin (s) asimanda bir dəstəni behiştdə, bir dəstəni cəhənnəmdə görməsi kimi. Burada məqsəd behişt və cəhənnəm əhlinin sifətləri (və ya bərzəx behişti və cəhənnəmi) olmuşdur.
4\. Batil, ağla uyğun gəlməyən işlərə aid olan və özlərinin saxta olmasına dəlalət etdiyi hədislər. Məsələn: Peyğəmbər (s) Allahı aşkar şəkildə gördü, Onunla danışdı, Onunla oturdu kimi hədislər nəinki heç bir məntiqə sığmır, hətta əqli və nəqli dəlillərlə ziddiyyət təşkil edir. Şübhəsiz ki, bu cür hədislər saxtadır.
Meracın baş vermə tarixi ilə bağlı islam tarixçiləri arasında fikir ayrılığı mövcuddur:
Bəziləri onun besətin 10-cu ilində, Rəcəb ayının 27-də baş verdiyini yazmışlar.
Bəziləri bəsətin 12-ci ilində, Ramazan ayının 17-də, başqa bir qismi isə bəsətin əvvəlində baş verdiyini bildirmişlər. Ancaq onun baş vermə tarixi ilə bağlı fikir ayrılığının olması, onun baş verməsinin qarşısında maneə ola bilməz.
Bir məsələni də diqqətə çatdırmaq lazımdır ki, merac hadisəsinə etiqad bəsləyənlər təkcə müsəlmanlar deyildir. Bu əqidə az-çox digər dinlərin ardıcıllarında da mövcuddur. Buna Həzrət İsa (ə) barəsində daha çox rast gəlinir. Belə ki "Morqis Incili"nin 6-cı, "Lovqa İncili". nin 24-cü, "Yuhanna İncili'nin 21-ci fəsillərində oxuyuruq ki, "İsa dara çəkildikdən, öldürüldükdən və dəfn olunduqdan sonra, ölülərin arasından qalxdı. 40 gün insanların arasında yaşadı, daha sonra göylərə çəkildi. (Həmişəlik meraca getdi).
Yeri gəlmişkən, bəzi islami rəvayətlərdən belə anlaşılır ki, əvvəlki peyğəmbərlərin bəziləri də meraca getmişlər.
2\. Merac cismani baş vermişdir, yoxsa ruhani?
Bu hadisənin oyaq vaxtı baş verməsi (istər şiə olsun, istərsə də sünni) müsəlman alimləri arasında məşhur olması ilə yanaşı, "İsra" və "Nəcm” surələrinin əvvəlindəki ayələrin (yuxarıda izah olunduğu kimi) zahiri də bu hadisənin oyaq vaxtı baş verməsinə dəlalət edir.
İslam tarixi də bu mövzunun doğruluğuna dəlalət edir. Belə ki tarixdə oxuyuruq: "Peyğəmbər (s) bu məsələni dilə gətirdiyi zaman müşriklər bu hadisəni şiddətlə inkar etdilər. Onlar Peyğəmbəri (s) vurmaq üçün bir bəhanə edərək Peyğəmbərin (s) yuxu və ya ruhani mükaşifə iddiasında olmadığını göstərdilər. Əks-təqdirdə, sözsüz ki, bu qədər səs-küyə səbəb olmayacaqdı.
Həsən Bəsrinin söylədiyi "Bu hadisə yuxuda baş vermişdir." və ya Aişədən nəql olunan “و الله ما فُقِدَ جَسَدُ رَسُولِ اللهِ وَ لكِنْ عُرِجَ بِرُوْحِه” “Allaha and olsun ki, Peyğəmbərin bədəni bizim aramızdan getmədi, onun yalnız ruhu göylərə qalxdı.” xəbərinə gəlincə, bu addım zahirən siyasi məqsəd daşımış və merac məsələsi ilə əlaqədar bir qrup insan arasında yaranmış qalmaqalı sakitləşdirmək üçün atılmışdır.
3\. Meracın məqsədi.
Bütün bu deyilənlərə əsasən, qətiyyətlə deyə bilərik ki, meracın məqsədi heç də sadəlövhlərin düşündüyü kimi, “Peyğəmbərin (s) göylərdə Allahın görüşünə getməsi” olmamışdır. Ancaq əfsuslar olsun ki, bəzi Qərb alimləri ya məlumatsızlıq üzündən, ya da digərlərinin nəzərində İslamın simasını başqa cür göstərmək məqsədilə onu nəql etmişlər.
Buna misal olaraq, Konstantin Georgiyunun “Muhəmməd - yenidən tanımalı olduğumuz peyğəmbər" kitabını göstərmək olar. Müəllif sözügedən kitabda yazır:
"Muhəmməd merac səfərində elə bir yerə çatdı ki, Allahın qələminin səsini eşidir və anlayırdı ki, Allah insanların əməllərini qeyd etməklə məşğuldur. Ancaq Allahın qələminin səsini eşitməsinə baxmayaraq. Onu görmürdü. Çünki heç kim Allahı görə bilməz, hətta peyğəmbər olmuş olsa belə".
"Bu onu göstərir ki, həmin qələm çubuqdan olmuşdur ki, kağız üzərində hərəkət etdiyi zaman titrəyir və səs çıxarırdı... Bu kimi xurafat, bu kimi cəfəngiyyatlar."
Əksinə, merac zamanı məqsəd bu idi ki, Peyğəmbərin (s) böyük ruhu Allahın varlıq aləmindəki, xüsusilə Onun əzəmət nişanələrinin toplusu olan yuxarı aləmdəki əzəmətinin sirlərini görsün və beləcə, insanları hidayət və onlara rəhbərlik etmək üçün yeni idrak və yüksək mənəvi hazırlıq əldə etmiş olsun.
Bu məqsəd “İsra” surəsinin 1-ci və "Nəcm” surəsinin 18-ci ayəsində aydın şəkildə bəyan edilmişdir.
Bu barədə İmam Sadiqdən (ə) maraqlı bir hədis də nəql edilmişdir. İmam (ə) meracın səbəbi barəsində ona verilən sualın cavabında belə buyurur:
# إِنَّاللَّهَلايُوصَفُبِمَكانوَلايَجْرِىعَلَيْهِزَمَانٌ،وَلَكِنَّهُعَزَّوَجَلَّأَرادَأَنْيُشَرِّفَبِهِ
# مَلائِكَتَهُوَسُكَانَسَماواتِهِ،وَيُكْرِمَهُمْبِمُشاهَدَتِهِ،وَيُرِيَهُمِنْعَجَائِبِعَظَمَتِهِمَايُخْبِرُبِهِ
# بعدهبوطه
"Allah heç vaxt hansısa bir məkanla vəsf edilə bilməz, zaman onun üçün cari deyil. Lakin O, istəyirdi ki, peyğəmbərin onların arasına təşrif gətirməsi ilə mələklərinə və göylərin sakinlərinə ehtiram qoysun, həmçinin Öz əzəmətinin qəribəliklərini ona göstərsin ki, yerə qayıtdıqdan sonra insanlara danışsın.
4\. Merac və müasir dövrün elmləri.
Qədimdə Ptolomeyin soğan qabıqlı, “doqquz qatlı səma" nəzəriy yəsini qəbul edən filosoflar, həmin qatların varlığını, onların arasında yarılmanın və bir-birinə bitişikliyin (xirǝq vəl-tiyam) olması zərurətini elmi cəhətdən meracın qarşısında mühüm maneə hesab edirdilər.
Lakin Ptolomey astronomiyasının əsaslarının aradan getməsi ilə "yarılma və bir-birinə bitişmə" məsələsi unuduldu, ancaq yeni astronomiyadakı inkişafla əlaqədar, merac məsələsi ilə bağlı yeni məsələlər meydana çıxmışdır ki, onların cavabını bilmək lazımdır.
1\. Fəzada səfərə çıxmaq üçün birinci maneə cazibə qüvvəsidir ki, onu da fövqəladə vasitələrlə üstələmək lazımdır. Çünki yerin cazibəsin- dən ayrılmaq üçün 40 min km-ə bərabər sürətə malik olmaq lazımdır.
2\. İkinci maneə yerin atmosferindən kənardakı fəzada havanın olmamasıdır ki, insan onsuz yaşaya bilməz.
3\. Üçüncü maneə günəşin birbaşa saçdığı hissələrdə yandırıcı istilik və saçmadığı yerdə öldürücü soyuğun olmasıdır.
4\. Dördüncü maneə atmosferdən kənardakı kosmik, ultra-bənövşəyi və rentgen şüalarıdır. Bu şüalar az miqdarda insanın bədəninə toxunarsa, onun orqanizminə ziyan yetirməz, yerin atmosferindən kənarda isə bu şüalar çox və öldürücüdür. Ancaq atmosfer təbəqəsinin mövcudluğu onların yer üzünün sakinlərinə saçmasının qarşısını alır.
5\. Beşinci maneə çəkisizlikdir. Baxmayaraq ki, insan tədricən çəkisizliyə adət edə bilər, ancaq əgər biz yer üzünün sakinləri heç bir hazırlıq olmadan atmosferdən qırağa çıxsaq və çəkisizlik haləti ilə qarşılaşarsaq, buna tab gətirmək çox çətin və ya qeyri-mümkün olacaqdır.
6\. Nəhayət, altıncı və ən mühüm maneə zaman problemidir. Çünki günümüzdə elm deyir ki, işıq sürətindən yüksək sürət yoxdur və əgər bir şəxs göylərdə səfər etmək istəyərsə, işıq sürətindən yüksək sürətə malik olmalıdır.
Bütün bu deyilənlərin cavabında, bir neçə məsələyə diqqət yetirmək lazımdır:
1\. Məlumdur ki, kosmik səyahətlərdəki bütün çətinliklərə baxmayaraq, insan elmin gücü ilə onlara qalib gələ bilmişdir və zaman problemindən başqa bütün problemlər həll olmuşdur. Onu da qeyd edək ki, zaman problemi uzaq məsafələrə səfərə aiddir.
2\. Şübhəsiz ki, merac hadisəsi adi bir məsələ olmamışdır, əksinə, bu, Allahın sonsuz güc və qüdrətindən istifadə etməklə baş vermişdir. Peyğəmbərlərin bütün möcüzələri də bu cür olmuşdur.
Başqa sözlə desək, möcüzə gərək ağıl nöqteyi-nəzərindən qeyri- mümkün olması və ağıl nöqteyi-nəzərindən baş verməsi mümkündürsə, qalan işlər Allahın qüdrətindən yardım almaqla həll olunandır.
Madam ki insan elmin inkişafı ilə yerin cazibə qüvvəsindən kənara çıxa biləcək sürətli vasitələr, yerin atmosferindən kənardakı öldürücü şüalar məsələsini həll edə biləcək kosmik gəmilər yaratmaqla, onu fövqəladə soyuq və istilərdən qoruya biləcək paltarlar geyinməklə və məşq etməklə çəkisizliyə adət edərək öz məhdud gücündən istifadə etməklə bu yolu gedə bildiyi halda onun üçün sonsuz ilahi gücdən istifadə etməklə bu mümkün ola bilməzmi?!
Əminliklə deyə bilərik ki, Allah bu kosmik səfər üçün münasib olan bir vasitəni Öz peyğəmbərinin ixtiyarında qoymuş və onu bu səfərdəki təhlükələrdən Öz himayəsi altında qorumuşdur. Bu necə vasitə olmuşdur? Adı necədir? Bərraq? Rəfrǝf, yoxsa başqa bir vasitə? dəqiq bilinməsə də, hər halda, bizim nəzərimizdə sirli və naməlum bir vasitədir.
Bütün bunlardan əlavə, yuxarıda deyilən maksimum sürət fərziyyəsi bu gün alimlər arasında birmənalı qarşılanmır, hərçənd ki Enşteyn öz məşhur nəzəriyyəsində ona möhkəm şəkildə etiqad bəsləyirdi.
Bu günün alimləri deyirlər ki, cazibə dalğaları zamana ehtiyacı olmadan eyni vaxtda dünyanın bir tərəfindən başqa bir tərəfinə ötürülür və təsir qoyur. Hətta belə bir ehtimal da vardır ki, dünyanın genişlənməsi ilə bağlı hərəkətlərdə elə sistemlər mövcuddur ki, işıq sürətindən daha yüksək sürətlə dünyanın mərkəzindən uzaqlaşırlar.
Xülasə, deyilən problemlərin heç biri ağıl nöqteyi-nəzərindən bu yolda maneə sayıla bilməz. Meracı ağıl baxımından qeyri-mümkün bir hala gətirən maneə və çətinliklər də lazımi vasitə, eləcə də gücdən istifadə etməklə həll olunandır.
İstənilən halda, merac nə əqli dəlillər baxımından, nə də müasir dövrün elmi standartları baxımından qeyri-mümkün deyil. Onun qeyri- adi bir hadisə olması da hamı tərəfindən qəbul olunur. Bu səbəbdən də qəti nəqli dəlillərlə sübut edilərsə, onu qəbul etmək lazımdır.
Merac hadisəsi ilə əlaqədar başqa məsələlər də vardır ki, Allahın istəyi ilə "Nəcm” surəsinin təfsirində deyiləcəkdir.