Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Məryəm Surəsinin Ayələrinə Qayıt →
Məryəm Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Məryəm surəsi, 1-6-cı ayələr

Məryəm surəsi, 1-6-cı ayələr



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


كهيعص .١


ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُ زَكَرِيَّا .٢


إِذْ نَادَى رَبَّهُ نِدَاءً خَفِيًّا .٣


قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُنْ بِدُعَائِكَ رَبِّ شَقِيًّا .٤


وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِنْ وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِنْ لَدُنْكَ وَلِيًّا .٥


يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ وَاجْعَلْهُ رَبِّ رَضِيًّاو.٦


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Kaf, Ha, Ya, Ayn, Sad.

2\. (Bu,) sənin Rəbbinin Öz qulu Zəkəriyyaya olan mərhəmətindən bir xatırlatmadır.

3\. Bir zaman Rəbbinə gizlicə dua edib

4\. demişdi: "Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua edərkən onun qəbulundan əsla məhrum edilməmişəm.

5\. Man özümdan sonra galan qohumlarımdan (onların Sonin haqq dinini qorumayacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir canişin bəxş et ki,

6\. həm mənim, həm də Yaqubun nəslinin varisi olsun. Elə et ki, Sənin razılığını qazanmış olsun!"

Ayələrin təfsiri.



Zəkəriyyənin qəbul olan duası.

Bu surənin əvvəlində bir daha “müqəttəə” hərflərinə rast gəlirik.

Quranın üç fərqli surəsinin ("Bəqərə”, “Ali-İmran” və “Əraf”) əvvəlində olan "müqəttə" hərflərinin geniş izahını yuxarıda verdiyimiz üçün burada onları təkrarlamağa ehtiyac duymuruq.

Burada onu əlavə etmək lazımdır ki, İslam qaynaqlarında bu surənin "müqəttəə” hərfləri haqqında iki qrup rəvayətlə qarşılaşırıq. Birinci qrup rəvayətlər bu hərflərin hər birinin Allahın böyük (gözəl) adlarından ("Əsma əl-Husna") birinə işarə olduğunu bildirir. Belə ki (kaf) hərfi Allahın böyük adlarından olan Kafi (Kifayət edən) adına, (ha) hərfi Hadi (Hidayət edən), (ya) hərfi Vəli(yy) (Qəyyum), (ayn) hərfi Alim (Bilici) və (sad) hərfi Sadiq əl-vəd (Vədinə sadiq) adına işarədir. İkinci qrup rəvayətlər isə bu "müqəttəə" hərfləri İmam Hüseynin (ə) Kərbəladakı qiyamı ilə izah edirlər. Bu rəvayətlərə görə,

(kaf) hərfi Kərbəlaya, (ha) hərfi Peyğəmbər (s) ailəsinin həlak olmasına, (ya) hərfi Yezidə, (ayn) hərfi "ətəş" (susuzluq) məsələsinə və (sad) hərfi İmam Hüseynin (ə) və fədailərinin səbir və dözümünə işarədir.

Təbii ki, öncə də qeyd etdiyimiz kimi, Quran ayələrinin müxtəlif məna yükü var. Allah bəzən keçmişə və gələcəyə aid anlayışları bəyan edir ki, müxtəlif olmasına baxmayaraq, bir-biri ilə ziddiyyət təşkil etmir. Əgər ayəni ancaq bir izahla məhdudlaşdırası olsaq, onun nazil olma vəziyyətinə və zamanına nəzərən ortaya anlaşılmazlıqlar çıxacaq.

Allah "müqəttəə" hərflərindən sonra Zəkəriyyə peyğəmbərin (ə) əhvalatından söhbət açır və buyurur: "(Bu,) sənin Rəbbinin Öz qulu Zəkəriyyəyə olan mərhəmətindən bir xatırlatmadır".

Zəkəriyyə övladı olmadığı üçün çox narahat və kədərli bir halda Allah dərgahına üz tutdu: “Bir zaman Rəbbinə gizlicə (səsini kimsənin eşitmədiyi bir yerdə) dua edib,

demişdi: "Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş,”

"başım da ağappaq ağarmışdır”.

Qocalıq izlərini bütün başı bürüyən alova bənzətmək maraqlı bənzətmədir. Çünki yanğının alovu, bir tərəfdən, tez yayılır, ən qısa zamanda bütün ətrafı bürüyür. Digər tərəfdən isə, xüsusi işıltıya malikdir və uzaqdan diqqəti cəlb edir. Üçüncü bir tərəfdən də yanğın bir yeri bürüyəndə ondan geriyə qalan yalnız kül olur.

Zəkəriyyə (ə) qocalığın onu haqlamasını, saçlarının ağarmasını yanğının alovlanmasına, işıltısına, ondan qalan ağ külə bənzədir. Bu çox gözəl və ifadəli bənzətmədir.

Sonra əlavə edir: "Ey Rəbbim! Sənə dua edərkən onun qəbulundan əsla məhrum edilməmişəm”.

(وَلَمْأَكُنْبِدُعَائِكَرَبِّشَقيًّا)


Sən məni bundan öncə daim dualarımı qəbul etməyə öyrəşdirmisən. Heç zaman məni məhrum etməmisən. İndi bu ahıl yaşımda duamı qəbul edib məni dərgahından naümid qaytarmamana daha layiqəm.

Əslində, burada "şəqiyyə" əldən düşmək və əzab-əziyyət mənalarını ifadə edir. Yəni mən Səndən istədiklərimdə əsla əziyyətə, məşəqqətə düşmürdüm. Çünki dərhal qəbul edirdin.

Sonra öz istəyini belə izah edir: “Mən özümdən sonra gələn qohumlarımdan (onların Sənin haqq dinini qorumayacaqlarından, fəsad törədəcəklərindən) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir canişin bəxş et ki, “وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِنْ وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِن” "həm mənim, həm də Yaqubun nəslinin varisi olsun. Elə et ki, Sənin razılığını qazanmış olsun”. “يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا”

İncəliklər:



1\. Burada "irs"dedikdə nə nəzərdə tutulur?

İslam təfsirçiləri yuxarıdakı suala cavab olaraq çox fikir yürütmüşlər. Bəzilərinə görə, burada "irs" sözü mal-mülk bildirir. Bəzilərinə görə isə, nübüvvət (peyğəmbərlik) məqamına işarədir. Bəziləri də belə bir ehtimal irəli sürürlər ki, "irs"bunların hər ikisini özündə ehtiva edən dolğun və əhatəli bir mənada işlənmişdir.

Əksər şiə alimləri birinci mənaya üstünlük vermişlər. Eyni zamanda, bir qrup əhli-sünnə alimi ikinci mənanı, bəziləri isə üçüncü mənanı (Seyid Qütb "Fi Zilal", Alusi "Ruhul-məani" əsərlərində) daha məqsədəuyğun hesab etmişlər.

"İrs"i yalnız mal-mülk hesab edənlər fikirlərini “irs” sözünün ilkin, zahiri mənasının (sözü eşitdikdə anlaşılan hərfi məna, lüğət mənası) mal-mülklə bağlı olması ilə əsaslandırmışlar. Çünki bu söz əlahiddə, kontekst xaricində götürüldükdə mal-mülk mənasını ifadə edir. Onun bəzi Quran ayələrində mənəvi məsələlər haqqında işlənməsi isə məhz kontekstdən aydın olur. Buna misal olaraq “Fatir" surəsinin 32-ci ayəsini göstərmək olar:

ثُمَّأَوْرَثْنَاالْكِتَابَالَّذِينَاصْطَفَيْنَامِنْعِبَادِنَا


"Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras olaraq ötürdük".

Bundan başqa, bir sıra rəvayətlərdən aydın olur ki, o zaman Bəni- İsrail, yəhudi alimləri üçün çoxlu nəzir və hədiyyələr gətirirdilər və Zəkəriyyə də o alimlərin başçısı idi.

Habelə Zəkəriyyənin həyat yoldaşı, Süleyman ibn Davudun nəslindən idi. O, Süleyman və Davudun müstəsna maddi vəziyyətinə nəzərən çoxlu sayda mal-mülk miras almışdı.

Zəkəriyyə bu var-dövlətin ləyaqətsiz, fürsətçi, sərvət düşkünü və ya fasiq və günahkar insanların əlinə düşməsindən, cəmiyyətdə fəsad, pozğunluq mənşəyinə çevrilməsindən qorxurdu. Odur ki, bu var-dövlətə nəzarət etməsi, onu ən yaxşı yolda sərf etməsi üçün Allahdan ləyaqətli övlad istədi.

İslam peyğəmbərinin (s) nəcib qızı Fatimədən (ə) nəql olunan məşhur bir hədisdə bildirilir ki, Birinci Xəlifənin qarşısında “Fədəy”’i geri almaq üçün o, yuxarıdakı ayəyə istinad etmişdir. Bu özü də sözü- gedən müddəanı təsdiqləyən bir dəlildir.

Mərhum Təbərsi "İhticac" kitabında İslam xanımından (ə) nəql edir: Xəlifə Fədək bağını Həzrət Fatimədən (ə) almaq istədikdə İslam xanımı (ə) bundan xəbər tutub, xəlifənin yanına gələrək dedi:

# اىابوبكر! أفيكِتابِاللهِأَنْتَرِثَأَباكَوَلاأَرِثَأَبِيلَقَدْجِئْتَشَيْئًافَرِيّاً! أفَعَلىعَهْدتَرَكْتُمْكِتابَاللهِوَنَبَذُتُمُوهُوَراءَظُهُورِكُمْ؟إِذْيَقُولُفِيمَااقْتَصَّمِنْخَبَرِ


# يَحْيَىبْنِزَكَرِيَّا: «إِذْقَالَفَهَبْلِيمِنْلَدُنْكَوَلِيًّايَرِثُنِيوَيَرِثُمِنْآلِيَعْقُوبَ


"Ey Əbubəkr! Allahın kitabında varmıdır ki, sənə atandan miras qala bilər, mənə isə yox? Qəribədir! Allah kitabını bilərəkdənmi tərk edib, ona arxanı çevirmisən? Orada Yəhya ibn Zəkəriyyənin əhvalatı ilə bağlı deyilir: Zəkəriyyə dedi: "İlahi! Mənə Öz tərəfindən elə bir canişin bəxş et ki, həm mənim, həm də Yaqubun nəslinin varisi olsun!"

Lakin "irs" sözünün mənəvi mirası bildirməsi fikri üzərində dayananlar ayə daxilində və ya ondan xaric bu dəlilləri əsas gətirirlər:

1\. Ömrünün ahıl çağında Zəkəriyyə kimi böyük bir peyğəmbərin fikrini sərvətinin varisləri kimi bir məsələnin məşğul etməsinə inanmaq çətindir. Bunu deməyə əsas verən digər bir məsələ isə Zəkəriyyənin “həm mənim, həm də Yaqubun nəslinin varisi olsun” cümləsindən sonra “Elə et ki, Sənin razılığını qazanmış olsun!" - deməsidir.

2\. Növbəti ayələrdə Allah ona Yəhyanın dünyaya gələcəyi müjdəsini verdikdə onunla bağlı böyük mənəvi məqamlardan, o cümlədən peyğəmbərlikdən söz açır.

3\. Allah "Ali-İmran" surəsinin 38-ci ayəsində Zəkəriyyənin övlad istəmə məqsədini izah edərkən bildirir ki, o bu fikrə Məryəmin məqamlarını gördükdə, onun üçün mehrabının qarşısına Allahın lütfü ilə Cənnət yeməkləri gəldiyi aydın olduqda düşdu.

4\. Peyğəmbərdən (s) nəql olunan bir sıra hədislərdən burada “irs”in mənəvi sərvət mənasında işləndiyi aydın olur. Hədisin xülasəsi belədir:

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir: İsa ibn Məryəm sahibinin əzab içində olduğu bir məzarın yanından keçdi. Növbəti il də yolu oradan düşdü. Məzar sahibinin artıq əzabda olmadığını gördü. Allahdan bu haqda soruşdu. Allahdan vəhy gəldi və bildirdi ki, bu məzarın sahibinin layiqli bir övladı var. O, bir yolu düzəltmiş və bir yetimə sığınacaq vermişdir. Allah da onu övladının əməllərinə görə bağışlamışdır". Sonra Peyğəmbər (s) buyurdu: “Əzəmətli Allahın möminə buraxacağı mirası odur ki, ona ölümündən sonra Allah əmrlərinə müti olacaq bir övlad bəxş etsin". Sonra İmam Sadiq (ə) Zəkəriyyə ilə bağlı ayəni oxudu: "Mənə Öz tərəfindən elə bir canişin bəxş et ki, həm mənim, həm də Yaqubun nəslinin varisi olsun. Elə et ki, Sənin razılığını qazanmış olsun!"

Əgər "irs" sözünün ilkin, zahiri mənasının mal-mülk ifadə etdiyi əsas gətirilərsə, cavab olaraq deyilməlidir ki, bu zahiri məna mütləq deyil. Çünki "irs" sözü Quranda dəfələrlə mənəvi məsələlər haqqında işlənmişdir (Məsələn, "Fatir” surəsinin 23-cü və "Mumin" surəsinin 53-cü ayəsi).

Bundan başqa, (ayənin) zahirinə zidd olsa belə, yuxarıdakı dəlillərə əsasən, bir problemi olmayacaq.

Lakin birinci nəzəriyyənin tərəfdarları bu istinadlara cavab verə və deyə bilərlər ki, var-dövlət böyük ilahi peyğəmbər olan Zəkəriyyənin fikrini şəxsi bir məsələ olaraq məşğul etməmişdi. Əksinə, o bu var- dövlətin fəsad mənbəyinə çevriləcəyindən və ya cəmiyyətin xeyrinə sərf olunmayacağından narahat idi. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, yəhudi alimləri üçün çoxlu sayda hədiyyə və nəzirlər gətirilir, bütün bunlar həmçinin Zəkəriyyənin ixtiyarına verilirdi. Güman ki, Süleyman nəslindən olan arvadına da xeyli mal-mülk miras qalmışdı. Onların başında ləyaqətsiz bir şəxsin dayanması böyük fəsadlara yol aça bilərdi. Məhz buna görə də Zəkəriyyə bərk nigaran idi.

Bu və digər ayələrdə Həzrət Yəhyaya (ə) aid edilən mənəvi xüsu- siyyətlər də bu məsələ ilə qətiyyən ziddiyyət təşkil etmir. Əksinə, tam üst-üstə düşür. Çünki o bu sərvətin ilahi bir insanın əlinə keçməsini və onu cəmiyyətin xoşbəxtliyi yolunda sərf etməsini istəyirdi.

Fikrimizcə, əgər yuxarıdakı mətləblərin məcmusundan belə bir nəticə alsaq ki, ayədə sözügedən "irs” daha geniş məna daşıyır, həm sərvəti, mal-mülkü, həm də mənəvi məqamları ehtiva edir, yanılmarıq. Çünki bu mənalardan yalnız birini düzgün bilən hər iki tərəfin möhkəm dəlilləri var. Öncəki və sonrakı ayə və rəvayətləri də nəzərə alanda bu təfsirin daha dolğun və mükəmməl olduğu nəzərə çarpır.

"Mən özümdən sonra gələn qohumlarımdan qorxuram” cümləsi də hər iki mənaya uyğun gəlir. Çünki o sərvətin ləyaqətsiz insanların əlinə keçməsi, həqiqətən, narahatedici idi. Həmçinin xalqa mənəvi rəhbərlik imkanının nalayiq insanların əlinə keçməsi də bir o qədər narahatedici və üzücü idi. Buna görə də Həzrət Zəkəriyyənin qorxusu, narahatlığı hər iki versiyaya uyğundur.

İslam xanımının (ə) məşhur hədisi də hər iki mənaya müvafiqdir.

2\. “Bir zaman Rəbbinə gizlicə dua etdi" cümləsi ilə bağlı təfsirçiləri belə bir sual maraqlandırır: (nada) uca səslə dua etmək, (xəfiyy) asta, gizli deməkdir; bəs onda bu ikisi bir araya necə sığır? Əgər (xəfiyy) sözünün “asta” yox, “gizli” mənasını götürsək, o zaman Zəkəriyyənin gizlində, özündən başqa heç kimin olmadığı bir yerdə uca səslə Allahı çağırması mümkün olur.

Bəzilərinə görə isə, o bu diləyi gecə, insanların yatdığı zaman diləmişdir.

Ayrı-ayrı alimlər də növbəti ayələrdə gələcək "O, ibadət etdiyi mehrabdan öz camaatının qarşısına çıxdı. “فَخَرَجَ عَلَى قَوْمِهِ مِنَ الْمِحْرَابِ” - cümləsini bu duanın xəlvət bir yerdə baş verməsinə dəlil olaraq göstərmişlər.

3\. "Mənə Öz tərəfindən elə bir canişin (övlad) bəxş et ki, Yaqubun nəslinin varisi olsun. “يرثُ مِنْ آلِ يَعْقُوب” deyilməsinə səbəb budur ki, Zəkəriyyənin həyat yoldaşı Həzrət İsanın (ə) anası Məryəmin xalası idi və soyu Yaquba çatırdı. Çünki o, Süleyman ibn Davudun nəslindən idi; Süleyman ibn Davud da Yaqubun oğlu Yəhudanın övladlarından olmuşdur.