Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Bəqərə surəsi
# Bəqərə surəsi
Bu surə Mədinədə nazil olub və 286 ayədən ibarətdir.
"Bəqərə” surəsinin ümumi məzmunu.
Quranın ən böyük surəsi sayılan bu surənin bütün ayələri, təbii ki, bir yerdə nazil olmayıb. Bu ayələr müxtəlif fasilələrlə, müsəlman cəmiyyətinin bu və ya digər ehtiyacları ilə əlaqədar olaraq Mədinə şəhərində nazil olmuşdur. Bununla belə, onun İslam etiqadı və (dini, ictimai, siyasi və iqtisadi məsələlər kimi) bir çox dini-praktiki məsələləri özündə ehtiva etməsi danılmazdır. Bu surədə aşağıdakı mövzular öz əksini tapmışdır:
1\. Tövhid və Allahıtanıma.
Xüsusilə də yaradılışdakı sirləri mütaliə etmək yolu ilə insan tövhidə dəvət edilmişdir.
2\. Mǝad və ölümdən sonrakı həyat.
Bu məsələ İbrahim (ə) peyğəmbərin əhvalatı və quşların öldükdən sonra dirilməsi, eləcə də Üzeyir (ə) peyğəmbərin əhvalatı kimi əyani sübutlarla əsaslandırılmışdır.
3\. Quranın ecazı və bu səmavi kitabın əhəmiyyəti.
4\. Yəhudi və münafiqlər, eləcə də onların İslama və Qurana qarşı tutduğu mövqe, habelə bu zəmində onların müxtəlif vəfasızlıqları.
5\. Böyük peyğəmbərlərin, ələlxüsus Həzrət İbrahimin (ə) və Həzrət Musanın (ə) həyatına dair geniş məlumat.
6\. İslamın müxtəlif praktiki əməlləri - namaz, oruc, Allah yolunda cihad, hǝcc, qiblənin dəyişdirilməsi, nikah və talaq (evlənmə və boşanma), alqı-satqı və borc vermək, eləcə də sələmin bir sıra hökmləri.
7\. İnsanın öz malından Allah yolunda xərcləməsi.
8\. Qisasın hökmləri, bir sıra haram ətlərin, qumar və şərabın qadağan edilməsi, vəsiyyət və bu qəbildən olan şəriət məsələləri.
Bu surənin “Bəqərə” (“İnək”) adlandırılmasına gəlincə isə, bu məsələ surənin 67-73-cü ayələrində öz əksini tapmış, Bəni-İsraildə baş vermiş bir hadisə ilə bağlıdır. İnşallah, bu barədə həmin ayələrin təfsirində ətraflı məlumat verəcəyik.
Bəqərə surəsini oxumağın fəziləti.
İslami mənbələrdə "Bəqərə” surəsini oxumağın fəzilətinə dair xeyli sayda hədis nəql edilmişdir. Buna misal olaraq mərhum Təbərsinin "Məcməül-bəyan" təfsirində Həzrət Peyğəmbərdən (s) nəql etdiyi aşağıdakı hədisi göstərə bilərik. O Həzrətdən (s): "Quranın hansı surəsi daha fəzilətlidir?" - deyə sual edildikdə Peyğəmbər (s): "Bəqərə surəsi", "Bəqərə surəsinin hansı ayəsi daha fəzilətlidir?" - deyə soruşulduqda isə: "Ayətəl-kürsi" - deyə cavab vermişdir. Çox güman ki, bu surə əhatəli olduğuna və Ayətəl-kürsi də məhz tövhid anlayışını ehtiva etdiyinə görə daha fəzilətlidir. İnşallah, həmin #### Ayələrin təfsiri zamanı bu barədə daha ətraflı məlumat verəcəyik.
"Bəqərə" surəsinin fəzilətli olması digər surələrin daha fəzilətli ola bilməsi ilə heç də ziddiyyət təşkil etmir. Çünki bu və digər surənin fəzilətli olması müxtəlif cəhətlərə görə ola bilər.
Tasy "Bəqərə" surəsinin fəziləti haqqında digər bir hədis İmam Zeynül- abidinin (ə) Peyğəmbərdən (s) nəql etdiyi hədisdir: "Bəqərə" surəsinin ilk dörd ayəsini, Ayətəl-kürsü və ondan sonrakı iki ayəni və surənin son üç ayəsini oxuyan şəxsin canı və malı heç vaxt zərər görməz, şeytan ona yaxınlaşmaz və Quranı heç vaxt unutmaz".
Olduqca vacib bir məsələni qeyd etmək lazımdır ki, Quranın, yaxud bir surə və ya ayənin fəziləti, savabı deyilərkən onları sadəcə olaraq dildə oxumaq nəzərdə tutulmur. Oxumaqla yanaşı, eyni zamanda oxunan surə və ya ayə insanı düşündürməli, düşündürmək isə Quran maarifinə əməl etməyə sövq etməlidir. Onu da bildirək ki, hər hansı surə və ya ayənin savabı haqqında nəql edilənlər həmin surə və ya ayənin ümumi məzmunu ilə bilavasitə əlaqədardır. Məsələn, “Nur” surəsinin fəziləti haqqında nəql edilmişdir ki, kim mütəmadi olaraq bu surəni oxuyarsa, Allah-taala onu və övladlarını zinadan qoruyar. Bu fəzilət bilavasitə "Nur" surəsinin ümumi məzmunu ilə əlaqədardır. Çünki həmin surənin böyük bir hissəsi cinsi pozğunluqlara qarşı mübarizəyə həsr edilmişdir. Orada subayların mümkün qədər tez evləndirilməsi, qadınların hicab qaydalarına riayət etməsi, naməhrəmlərə baxmamaq, iffətli insanlara nalayiq böhtanlar atılmaması və şayiə yaymaqdan çəkinmək, zina etmiş kişi və qadına şəriət cəzasının tətbiq edilməsi kimi məsələlərə təkid edilmişdir. Heç şübhə yoxdur ki, həmin surədə öz əksini tapmış məsələlər bir cəmiyyətdə və ya ailədə icra edilərsə, orada qətiyyən zinakarlığa yol verilməz. Habelə "Bəqərə" surəsinin tövhid, qeyb aləminə inam, allahıtanıma və şeytanın vəsvəsələrindən uzaq olmaq kimi mövzuları ehtiva edən ilk ayələrini oxuyan insan oxuduqlarını cani-dildən qəbul edib həyatında tətbiq edərsə, həmin ayələrdəki bütün fəzilətlərə yiyələnəcək. Quranı istənilən halda oxumaq savab olsa da, oxunan ayələr insanın təfəkkürü və düşünməsi üçün zəmin yaratdıqda daha çox savaba şamil olur.
Bəqərə surəsi, 1-2-ci ayələr
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الم .١
ذَلِكَ الْكِتَابُ لَا رَيْبَ فِيهِ هُدًى لِلْمُتَّقِينَ .٢
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Əlif, Lam, Mim.
2\. Bu, heç bir şəkk-şübhə olmayan, təqvalılara doğru yol göstərən əzəmətli bir kitabdır.
Ayələrin təfsiri.
Qurandakı müqəttəə hərfləri haqqında açıqlama.
Quranda müqəttəə hərflərindən ilk dəfə məhz bu surədə istifadə edilmişdir. Məlum olduğu kimi, Quranın iyirmi doqquz surəsi müqəttəə hərfləri ilə başlayır. Adından da görünür ki, bu hərflər bir-birindən tam ayrı, bir-birinə heç bir bağlılığı olmayan hərflərdir və ilk baxışda heç bir müstəqil məna ifadə etmir. Ümumiyyətlə, bu hərflər Quranın sirli sözlərindən hesab edilir. Təfsirçilər onların barəsində müxtəlif mülahizələr yürütmüşlər. Zaman keçdikcə, elmi nailiyyətlər artdıqca bu hərflər barəsində daha yeni açıqlamalar da verilmişdir. Çox maraqlıdır ki, cahiliyyət dövrünün ərəbləri Quranın bəzi surələrinin müqəttəə hərfləri ilə başladığını Peyğəmbərə (s) irad tutmamışlar. Heç bir tarixi mənbədə belə bir məlumat verilməmişdir. Bu da onu göstərir ki, çox güman, onların özləri də bu hərflərin sirlərindən qismən də olsa, xəbərdar olmuşlar.
Müqəttəə hərflərinin açıqlaması haqqında olan təfsirlərin arasından bir neçəsi daha mötəbər və əhəmiyyətli hesab edilir və bu sahədəki son araşdırmalarla da uyğun gəlir. İnşallah, biz onlardan bir neçəsini bu surənin, eləcə də “Ali-İmran” və “Əraf” surələrinin əvvəlində diqqətinizə çatdıracağıq. İndi isə onlardan ən önəmlilərinə nəzər salaq.
Birinci təfsir ondan ibarətdir ki, bu səmavi kitab bütün ərəb və qeyri-ərəb söz ustalarını heyran qoymasına, onların Quranın ecazkarlığı qarşısında susmasına rəğmən, bütün ərəblərin istifadə etdiyi adi hərflərdən təşkil olmuşdur. Quranın əlifba hərflərindən və adi sözlərdən təşkil olmasına baxmayaraq, onun hər bir kəlməsi insanın qəlbinə nüfuz edir, insanın ruhunu oxşayır, ağıl və düşüncələri özünə valeh edir. Cümlələr arasındakı tərtib, söz sırası dilçilik baxımından ən yüksək səviyyədədir. Qurani-Kərim ən dolğun mənanı ən gözəl sözlərlə ifadə etmişdir.
Quranın fəsahət və bəlağəti heç kimdə şübhə doğurmur. Bu, sadəcə bir iddia deyil. Çünki bu kitabı nazil edən varlıq elə dünyanın yaradanıdır. Bütün insanları ona (nazil etdiyi kitaba) qarşı mübarizəyə səsləyərək bildirmişdir ki, əgər bacarırlarsa, onun kimisini və ya heç olmasa, onun surələrinə bənzər bircə surə ortaya çıxarsınlar. Lakin bütün insanlar və cinlər bu işdə aciz qalmışlar. Bu isə ondan xəbər verir ki, Quran ayələri insan fikrinin məhsulu deyil.
Allah-taala torpaqdan insan, cürbəcür gözəl quşlar, müxtəlif canlılar, rəngbərəng bitkilər yaratdığı halda, biz insanlar torpaqdan yalnız kasa, kuzə və s. düzəldə bilirik. Quran da eynilə bu cürdür. Belə ki Allah adi əlifba hərflərindən və sözlərdən istifadə edərək onları gözəl sözlər qəlibinə salmaqla belə yüksək mənaları çatdırmış, Quranın üslubu hamını heyran qoymuşdur. Lakin həmin hərflər bizim ixtiyarımızda olsa da, biz Quranın cümlələri kimi cümlələr qurmaqda acizik.
Ərəb ədəbiyyatının qızıl dövrü Call Quranın nazil olduğu cahiliyyət dövrü ərəb ədəbiyyatının qızıl dövrü hesab edilir. O dövr ərəbləri bədəvi, ayaqyalın, vəhşiliyə meyilli, iqtisadi və ictimai baxımdan geridə qalmış olmalarına baxmayaraq, ədəbi zövqǝ, poeziya ruhuna malik insanlar olmuşlar. vaxt yazılmış şeirlər indi də ərəb ədəbiyyatının qiymətli inciləri sayılır. Bu da bir daha onu göstərir ki, o dövrün ərəbləri incə ədəbi zövqə malik olmuşlar.
Orta əsr ərəblərinin Ukaz adlı bir bazarı olmuşdur. Bu bazar eyni zamanda ədəbi toplantılar, habelə siyasi və məhkəmə yığıncaqlarının mərkəzi sayılırdı. Şairlər öz şeirlərini hər il təşkil olunan ədəbi məclisdə təqdim edir və ən yüksək nəticəyə layiq görülmüş şeir "ilin şeiri" seçilirdi. O dövrdə “Yeddi müəlləqə" (və yaxud "On müəlləqə") kimi ad çıxarmış şeir topluları həmin ədəbi məclislərin qalibi olmuşdur. Bu şeir yarışmasında qalib gəlmək həm şairin özü, həm də qəbiləsi üçün böyük şərəf sayılırdı. Quran məhz belə bir ədəbi mühitdə nazil olaraq söz ustalarını açıq mübarizəyə dəvət etmiş, lakin hamı Quran ayələrinə bənzər ayələr gətirməkdə aciz qalmışdır. (Bu barədə elə bu surənin 23-cü ayəsinin təfsirində daha ətraflı məlumat verəcəyik.)
Mötəbər dəlil.
Müqəttəə hərfləri haqqındakı bu açıqlamanın ən mötəbər dəlili İmam Zeynül-abidindən (ə) nəql edilmiş aşağıdakı hədisdir:
“Qüreyş müşrikləri və yəhudilər Quranı inkar edərək dedilər ki, o, açıq-aşkar sehrdir, onu (Muhəmməd) özü deyərək Allaha aid etmişdir. Allah-taala "Əlif, Lam, Mim. Bu, heç bir şəkk-şübhə olmayan, təqvalılara doğru yol göstərən əzəmətli bir kitabdır" ayələrini nazil etməklə demək istəmişdir ki, ey Muhəmməd, sənə nazil etdiyim bu kitab müqəttəə hərflərindən "Əlif, Lam, Mim"dən təşkil olunmuşdur, yəni sizin də istifadə etdiyiniz dildən və əlifba hərflərindən. Əgər bacarırsınızsa və doğru deyirsinizsə, onda siz də onun kimisini gətirin...”
Digər bir dəlil İmam Rzadan (ə) nəql edilmiş hədisdir:
"Allah-taala Quranı bütün ərəblərin danışdığı (və yazıb-oxuduğu) hərflərlə nazil etmiş və buyurmuşdur ki, de: "Əgər insanlar və cinlər bu Quranın bənzərini gətirmək üçün birləşsələr, bir-birinə kömək etsələr də, onun bənzərini gətirə bilməzlər!”
Qurandakı müqəttəə hərfləri haqqındakı bu mülahizəni təsdiqləyən başqa bir məqam ondan ibarətdir ki, Quranın belə hərflərlə başlayan iyirmi dörd surəsinin başlanğıcında müqəttəə hərflərindən dərhal sonra Quran və onun əzəmətindən danışılır. Bu da onu göstərir ki, deməli, müqəttəə hərfləri ilə Quranın əzəməti arasında bir bağlılıq vardır. Belə ayələrdən bir neçəsinə diqqət yetirǝk:
(Əlif, Lam, Ra. Bu, ayələri möhkəmləndirilmiş, sonra izah edilmiş və Allah tərəfindən göndərilmiş bir kitabdır.)
(Ta, Sin. Bu, Quranın və aydınlıq gətirən açıq-aşkar bir kitabın ayələridir.)
(Əlif, Lam, Mim. Bu, hikmətli kitabın ayələridir.)
(Əlif, Lam, Mim, Sad. Bu, (insanları doğru olmayan inancları və davranışlarının acı aqibətindən) qorxutmaq və möminlərə xatırlatmaq üçün sənə nazil edilən bir kitabdır. Ondan ötrü ürəyində bir sıxıntı və narahatlıq olmasın!)
Haqqında danışılan surədə müqəttəə hərflərinin ardınca bu səmavi kitabın əzəmətinə işarə edilərək deyilir: "Bu, heç bir şəkk-şübhə olmayan, təqvalılara doğru yol göstərən əzəmətli bir kitabdır”.
Ola bilsin, bu ayə Allah-taalanın Həzrət Peyğəmbərə (s) verdiyi vədənin gerçəkləşməsinə işarədir. Belə ki Allah Peyğəmbərə (s) bütün haqsevərlər üçün hidayət vasitəsi olacaq və heç bir şəkk-şübhə olmayacaq bir kitab nazil edəcəyini vəd vermişdi. Bu ayə ilə O, Öz vədinə əməl etmiş olur.
Bu ayədəki "heç bir şəkk-şübhə olmayan" ifadəsi sadəcə olaraq bir iddia deyil, həm də ona dəlalət edir ki, Quranın özü öz doğruluğuna şahiddir. Onun doğruluğu, əzəməti, möhkəmlik və tutarlılığı, məna dərinliyi, fəsahət və şirinliyi o qədər aydındır ki, onda qətiyyən şübhə ola bilməz. Maraqlı burasıdır ki, zaman keçdikcə onun təravəti, təzəliyi azalmır. Əksinə, elm inkişaf etdikcə, kainatdakı sirlərin üzərindən pərdələr götürüldükcə Quranın da həqiqətləri bir o qədər üzə çıxır. Elmi nailiyyətlər artdıqca Quran ayələrinin parlaqlığı da bir o qədər artır. Bu, sadəcə bir iddia deyil, bir həqiqətdir. İnşallah, bu kitabın müxtəlif yerlərində deyilən məsələyə toxunacağıq.
İncəliklər:
1\. Nə üçün uzağa aid işarə əvəzliyindən istifadə edilmişdir? Məlum olduğu kimi, ərəb dilində (o) işarə əvəzliyi uzaq məsafə üçün nəzərdə tutulmuş işarə əvəzliyidir. Bu baxımdan "zəlikəl kitab" ifadəsinin mənası "o kitab" olmalıdır. Lakin Quran insanların ixtiyarına verildiyinə görə burada yaxın məsafəyə işarə edən (bu) işarə əvəz liyindən istifadə edilərək (bu kitab) deyilməli idi. Bunu onunla izah etmək olar ki, bəzi hallarda uzaq məsafə üçün nəzərdə tutulan işarə əvəzliyi işarə edilən şeyin və ya şəxsin əzəmətindən xəbər verir. Başqa sözlə desək, yəni işarə edilənin əzəməti o qədər yüksəkdir ki, sanki əlçatmaz bir yerdədir. Buna müxtəlif dillərdə rast gəlmək mümkündür. Lakin Quranın bəzi ayələrində bu kimi hallarda (tilkə) işarə əvəzliyinin işlədildiyinin şahidi oluruq. Məsələn, aşağıdakı ayələrə nəzər salaq:
"Bu, hikmətli kitabın ayələridir."
Bu söz də uzaq məsafəyə işarə üçün nəzərdə tutulmuşdur. Sadəcə olaraq cins baxımından fərqlənir. (zəlikə) işarə əvəzliyi kişi cinsi üçün nəzərdə tutulduğu halda, (tilkə) işarə əvəzliyi qadın cinsi üçün nəzərdə tutulmuşdur.
2\. Ayədəki "kitab” sözünün mənası.
(kitab) sözünün mənası “yazılmış" deməkdir. Sözügedən ayədə "kitab” dedikdə, təbii ki, Quran nəzərdə tutulmuşdur. Sual yarana bilər ki, axı bu ayə nazil olarkən Quran hələ tam olaraq nazil olmamışdı. Bu suala cavab olaraq qeyd edək ki, bu ayə nazil olan zaman Quranın bütünlüklə nazil olub yazıya alınması şərt deyil. Quran həm bütün Qurana, həm də onun müxtəlif hissələrinə deyilir. Digər tərəfdən bəzi vaxtlar "kitab" (yazılmış) sözü daha geniş mənanı ifadə edir. Belə ki bu söz yazıya alınması zəruri olan, lakin hələ yazılmamış məsələlərə də şamil olunur. "Sad" surəsinin 29-cu ayəsində belə deyilir:
"Bu bərəkətli kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də xatırlaması üçün sənə nazil etdik." Ahris Təbii ki, Quran Peyğəmbərə (s) nazil olmazdan qabaq insanlar arasında yazılmış kitab şəklində olmamışdır.
Belə bir ehtimal da verilir ki, haqqında danışdığımız ayədə Quranın "kitab" (yazılmış) adlandırılması onun Lövhi-məhfuzda yazılmış olması ilə əlaqədardır. (İnşallah, Lövhi-məhfuz haqqında bu kitabın 10-cu cildində ətraflı məlumat veriləcək.)
3\. Hidayət nə deməkdir?
Quranın bir çox ayələrində “hidayət” sözünə rast gəlirik. Onların hamısının mənası əsas etibarilə iki anlama gəlir:
1-Genetik yönləndirilmə (təkvini hidayət).
Bu, bütün məxluqatda müşahidə olunur. (“Genetik yönləndirilmə” dedikdə bütün yaradılmışların yaradılış sistemində və dünyadakı mövcud nizam əsasında Allahın nəzarəti altında yönləndirilməsi nəzərdə tutulur.) Qurani-Kərimdə bununla bağlı Həzrət Musanın (ə) dilindən belə deyilmişdir:
"Rəbbimiz hər bir varlığa mövcud olması üçün lazım olan hər bir şeyi verib, sonra da doğru yolu göstərəndir!"
2-Dini yönləndirilmə (təşrii hidayət).
Bu proses peyğəmbərlər və səmavi kitabların vasitəsilə həyata keçirilir. İnsanlar onların təlim-tərbiyəsi nəticəsində təkamül yolunda irəliləyirlər. Yönləndirilmənin bu növünə də Quranın bir çox ayələrində toxunulmuşdur. Misal üçün, aşağıdakı ayəyə diqqət yetirək:
"Biz onları əmrimizlə hidayət edən imamlar təyin etmişdik."
4\. Nə üçün Quran yalnız təqvalı insanlara doğru yol göstərir? Heç şübhə yoxdur ki, Quran bütün insanları doğru yola yönəltmək üçün nazil olmuşdur. Bunu nəzərə alsaq, bəs onda nəyə görə haqqında danışdığımız ayədə bu səmavi kitabın yalnız təqvalılara doğru yol göstərdiyi qeyd edilmişdir? Bunun səbəbi odur ki, təqvanın müəyyən bir mərhələsi (haqqa boyun əymək, ağıl və fitrətə uyğun gələni qəbul etmək mərhələsi) insanda mövcud olmayınca onun səmavi kitablardan və peyğəmbərlərdən faydalanması qeyri-mümkündür. Başqa sözlə desək, imanı olmayan insanlar iki qismə bölünürlər: bir qismi hələ iman gətirməyib, lakin haqq axtarışında olanlardır. Onların qəlbində təqvanın yuxarıda qeyd etdiyimiz mərhələsi mövcuddur, yəni harada haqqı tapsalar, onu qəbul edərlər. İkinci qisim isə inadkar, yersiz təəs- sübkeşlik edən və nəfsani istəklərinə uyan insanlardır. Onlar nəinki haqq axtarışında deyillər, əksinə, harada haqqı tapsalar, onun qarşısını almağa çalışarlar. Təbii ki, Quran və eləcə də ondan əvvəlki digər səmavi kitablar birinci dəstə üçün faydalı olmuş və olmaqdadır. İkinci dəstə isə ondan heç bir fayda görməz. Burada subyektin subyektivliyi ilə yanaşı, onun bu və ya digər işi görmək üçün bacarıq və ləyaqəti də şərtdir. Bu amil həm genetik, həm də dini yönləndirilmədə əsas şərtlərdən biridir. Məsələn, şoran torpağa min dəfə də yağış yağsa, orada heç vaxt taxıl bitməz. Taxılın bitməsi üçün onun əkildiyi torpaq əlverişli olmalıdır ki, yağan yağışdan faydalana bilsin. İnsan da eynilə bu cürdür. Onun qəlbi inadkarlıq və təəssübkeşlikdən uzaq olmayınca hidayət olunmaz. Buna görə də Allah-taala buyurur ki, bu kitab təqvalılara doğru yolu göstərir.
Bəqərə surəsi, 3-5-ci ayələr
الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ .٣
وَالَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ .٤
أُولَئِكَ عَلَى هُدًى مِنْ رَبِّهِمْ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ .٥
Ayələrin tərcüməsi
3\. (Təqvalılar) o kəslərdir ki, qeybə (hissə qapalı olana) inanır, namaz qılır və onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən (Allah yolunda) sərf edirlər.
4\. O kəslər ki sənə göndərilənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) göndərilənlərə iman gətirir və axirətə əminliklə inanırlar.
5\. Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) hidayət yolundadırlar. Nicat tapanlar da onlardır.
Ayələrin təfsiri.
Təqvanın insanın ruh və cismində təsiri.
Quran bu surənin əvvəlində insanları İslam dininin qayda-qanunlarını qəbul etmək baxımından üç fərqli dəstəyə bölmüşdür:
1\. Təqvalılar - Onlar İslamı bütün cəhətləri baxımından qəbul etmişlər.
2\. Kafirlər - Onlar birinci dəstənin tam əksidir. Öz küfrlərini etiraf edir, İslama qarşı açıq şəkildə mübarizə aparırlar.
3\. Münafiqlər - Onlar ikiüzlü insanlardır. Üzdə müsəlmanlarla bir olsalar da, İslamın düşmənləri ilə əlbirdirlər. Əslində, onların həqiqi siması küfrdür, sadəcə olaraq özlərini müsəlman kimi göstərirlər. Şübhəsiz ki, onların İslama olan ziyanı ikinci dəstənin ziyanından daha çoxdur. Buna görə də Quran onlara qarşı daha sərt mövqe tutmuşdur.
Yuxarıdakı üç dəstə təkcə İslam dininə xas olan bir məsələ deyil. Bütün dinlər və cərəyanlarda bu üç dəstə ilə qarşılaşmaq mümkündür. Belə ki özlərini bu və digər dinə, cərəyana mənsub bilən şəxslər ya, həqiqətən də, ona bağlıdırlar, ya açıq şəkildə ona qarşı çıxırlar, ya da ikiüzlülük edərək həmin din və yaxud cǝrǝyanın əleyhinə olduqları halda, özlərini onun ardıcılı kimi göstərməyə çalışırlar. Bu, təkcə keçmiş dövrdə deyil, bütün dövrlərdə olmuş və indi də belədir.
Haqqında danışacağımız ilk ayə təqvalı insanları tanıtdıraraq buyurur ki, onlar qeybə (hissə qapalı olana) inanır, namaz qılır və onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən (Allah yolunda) sərf edirlər.
Burada onların beş (qeybə iman, namaz, onlara verilən nemətlərdən Allah yolunda infaq etmək, bütün peyğəmbərləri qəbul etmək və axirətə iman) xüsusiyyətindən üçünə işarə edilmişdir. Aşağıda bu xüsusiyyətləri nəzərdən keçirək:
1\. Qeybə iman.
Bu ayədə qeybə iman təqvalıların ilk xüsusiyyəti kimi göstərilmişdir. Qeyb və aşkar bir-birinin əksidir. Aşkar hissə qapalı olmayan, qeyb isə hissə qapalı olan aləmdir. "Qeyb" sözünün leksik mənası “örtülü, gizli olan" deməkdir. Hissə qapalı olan şeylər də hissiyyatımızdan gizli olduğu üçün qeyb aləmi adlanır. Quranda deyilir:
"O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı bilən Allahdır. O, rəhman və rəhimdir".
Qeybə iman mömini qeyri-mömindən fərqləndirən başlanğıc nöqtədir. Bu mənada səmavi dinlərin ardıcılları dini inkar edənlərdən seçilirlər. Möminlər maddi aləmi aşaraq özlərini bir növ onun dörd divarından çıxarırlar. Onlar bu geniş baxışları ilə bu dünyanın fövqündə duran daha böyük bir aləmlə ünsiyyət qururlar. Onlara qarşı çıxanlar isə insanı heyvan kimi yalnız bu dörd divar arasında saxlamağa çalışır və bu bataqlıqda çapalamağı sivilizasiya, inkişaf, tərəqqi adlandırırlar. Bu iki dəstənin baxış tərzini bir-biri ilə müqayisə etdikdə görürük ki, möminlər qeybə inanırlar. Onların fikrincə, dünya bizim hiss edib gördüklərimizdən daha böyükdür. Bu dünyanı yaradan Uca Allah sonsuz elm və qüdrətə malikdir, əbədi və əzəlidir. Dünyanı olduqca dəqiq hesablamalar üzərində yaratmışdır. İnsanlar aləmində ruh onları heyvanlardan tamamilə fərqləndirir. Ölüm heç də yox olmaq mənasına deyil. O, insanın təkamül prosesində keçəcəyi bir yol olub, insanı daha geniş bir dünyaya aparır. Materialist yönümlü insanlar isə dünyanı gözlə görə bildiyimiz və təbii elmlərin sübut etdiyi məhdud bir çərçivəyə sığışdırırlar. Onların fikrincə, dünya heç bir düşünülmüş plana əsaslanmayan təbiət qanunları tərəfindən yaradılmışdır. Dünyanı yaradan bu qüvvənin hətta körpə bir uşaq qədər də ağıl və şüuru yoxdur. Bəşər təbiətin bir parçasıdır. Ölüm hər şeyin sonudur. İnsan öldükdən sonra onun bədən üzvləri parçalanır, yenidən təbiət maddələrinə qarışır. İnsan üçün qətiyyən əbədilik anlayışı yoxdur. İnsanla heyvan bir- birindən elə də fərqlənmir.
Belə fərqli düşüncələrə malik iki insanı bir-biri ilə müqayisə etmək olarmı? Onların həyatı və cəmiyyətdəki davranışı eyni ola bilərmi? Birincisi haqq, ədalət, xeyirxahlıq və başqalarına yaxşılıqdan vaz keçə bilməz. İkincisi isə sadalanan işlər üçün heç bir əsas görmür. O, bütün diqqətini yalnız bu dünya həyatına yönəldir. Buna görə də həqiqi möminlər arasında təmizlik, paklıq və qardaşlıq, materialist düşüncələrin hakim kəsildiyi aləmdə isə imperializm, istismar, qarət hökm sürür. Sözügedən ayədə qeybə imanın təqvanın başlanğıc nöqtəsi kimi göstə- rilməsinin səbəbi də məhz budur. “Qeybə iman” dedikdə bunun yalnız Allah-taalanın müqəddəs zatına, yoxsa daha geniş məfhum kəsb edərək vəhy, axirət aləmi, mələklər, ümumiyyətlə, hissə qapalı olan hər şeyə şamil olması təfsirçilər arasında mübahisəli məsələlərdəndir. Qeybə iman təqvalı insanlarla kafirləri bir-birindən fərqləndirən başlanğıc nöqtə olduğundan belə başa düşülür ki, burada qeyb daha geniş mənada nəzərdə tutulmuşdur. Üstəlik, ayədə bu söz mütləq - heç bir qeyd-şərti olmadan verilmişdir. Əhli-beytdən (ə) nəql edilmiş bəzi hədislərdə sözügedən ayədəki "qeyb" kəlməsinin indi də sağ olan və qeybdə yaşayan on ikinci İmama (ə.f) aid olması fikrinə gəlincə, bunun yuxarıda dediyimizlə heç bir ziddiyyəti yoxdur. Çünki bir qədər sonra qeyd edəcəyimiz kimi, hədislərdə qeybin müxtəlif mənalara yozulması onun ayrı-ayrı nümunələrinə işarə edir. Bu, o demək deyil ki, qeyb yalnız konkret bir hədisdə deyilən mənadadır. Həmin hədislər sadəcə olaraq qeybə imanın necə geniş məna kəsb etdiyini açıqlamaqla yanaşı, hətta qeybdə olan İmama (ə.f) inanmağa da şamil olunur. O da istisna edilmir ki, qeybin geniş mənaya malik olması gələcəkdə onun digər nümunələrini də meydana çıxartsın.
2\. Allah-taala ilə ünsiyyət.
Haqqında danışılan ayənin ikinci cümləsi təqvalı insanların başqa bir xüsusiyyətinin namaz qılmaq olduğunu bildirir. Allah-taala ilə ünsiyyət sayılan namaz qeyb aləminə inanan təqvalı insanları yaradılışın mənbəyi ilə daimi əlaqədə saxlayır. Onlar yalnız Allah qarşısında baş əyir, yalnız Ona təslim olurlar. Buna görə də bütlərin, istismarçıların, hegemonların qarşısında əyilmək onlara yaddır. Belə insanlar mənəvi cəhətdən bütün məxluqatdan daha yuxarı qalxdığını hiss edib Allah- taala ilə ünsiyyət qurmaq şərəfinə layiq olurlar. Bu, onların yetişdirilməsində önəmli rol oynayır. Belə ki gün ərzində ən azı on dəfə Allahın hüzurunda dayanıb Onunla razü-niyaz edən şəxsin düşüncəsi də, danışığı da, əməli də Allaha xas olur. Belə bir insan (təbii ki, Allah- taala ilə səmimi-qəlbdən razü-niyaz etdiyi halda) necə Onun istəyinə qarşı çıxa bilər?
3\. İnsanlarla ünsiyyət.
Sözügedən ayənin üçüncü cümləsi təqvalı insanların Allah-taala ilə daimi ünsiyyətlə yanaşı, bəndələrlə də mütəmadi olaraq əlaqə qurduğunu açıqlayır. Buna görə də Quran onların üçüncü xüsusiyyəti barədə belə buyurur: "Onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən (Allah yolunda) sərf edirlər”.
Diqqətçəkən məqamlardan biri də məhz budur: Quran buyurmur ki, onlar öz mallarından infaq edirlər, buyurur ki, onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən infaq edirlər. "Nemətlər"in bu cür ümumiləşdirilməsi həm maddi, həm də mənəvi nemətlərə şamil olur. Bu nöqteyi-nəzərdən təqvalı insanlar o şəxslərdir ki, təkcə mal-dövlətləri ilə deyil, eyni zamanda elm, ağıl, fiziki güc, ictimai mövqeləri ilə də başqalarına fayda verirlər. Özü də bu işlərinə görə heç kimdən heç nə ummurlar.
İnfaq etmək yaradılış aləmində, xüsusilə də hər bir canlının bədənində ümumi bir qanundur. İnsanın ürəyi təkcə özü üçün döyünmür. Özündə olandan bədəninin bütün hüceyrələrinə paylayır. Eləcə də beyin, ağciyər və digər üzvlər də öz funksiyasından başqa orqanlara infaq edir. Ümumiyyətlə, kollektiv yaşayışda infaqsız həyat mümkün deyil.
İnsanlarla ünsiyyət Allah-taala ilə ünsiyyətin nəticəsidir. Allahla ünsiyyət qurmuş və "Onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən (Allah yolunda) sərf edirlər" cümləsinin tələbinə uyğun olaraq bütün nemətlərin Allah tərəfindən ona verildiyini bilən insan yaxşı başa düşür ki, Allah-taala bu nemətləri müvəqqəti olaraq ona əmanət vermişdir. Belə düşüncəyə malik insan həmin nemətlərdən başqalarına da sərf etməkdən nəinki narahat olmur, əksinə, sevinir. Çünki Allahın nemətlərini Onun Öz bəndələrinə verməklə bu işin maddi və mənəvi nəticələrini əldə edir. Bu düşüncə tərzi insanın ruhunu xəsislik və paxıllıqdan təmizləyir, ona həmkarlıq duyğusunu aşılayır. Belə olan halda hamı çalışır ki, Allahın verdiyi nemətlərdən ehtiyacı olanlara sərf etsin. Necə ki günəş heç nə ummadan öz işığından hamıya pay verir. Maraqlıdır ki, İmam Sadiq (ə) hədislərindən birində "Onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən (Allah yolunda) sərf edirlər" cümləsini belə izah etmişdir: "Bunun mənası odur ki, onlara öyrətdiyi- miz elmləri başqalarına öyrətməklə onu yayırlar".? Bu hədisin mənası o demək deyil ki, infaq təkcə elmə aiddir. Sadəcə olaraq "infaq" deyilərkən insanlar əsasən maddi yardımları başa düşdüyündən İmam Sadiq (ə) bu hədisdə mənəvi infaqı da qeyd etməklə onun daha geniş məna kəsb etdiyini nəzərə çatdırmışdır. Yeri gəlmişkən, onu da qeyd edək ki, sözügedən ayədə infaq təkcə vacib və ya həm vacib, həm də müstəhəb zəkata şamil olmur. Ümumiyyətlə, heç bir qarşılıq ummadan edilən bütün infaqlar bura aiddir.
3\. Bütün peyğəmbərlərə iman.
Növbəti ayədə təqvalı insanların daha iki xüsusiyyətinə toxunulmuşdur. Bunlardan biri bütün peyğəmbərlərə imandır. Ayədə deyilir ki, "onlar sənə göndərilənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) göndərilənlərə iman gətirir və axirətə əminliklə inanırlar.”
Onlar peyğəmbərlər və peyğəmbərlərin təlimləri arasında qətiyyən fərq qoymur, peyğəmbərlərin hamısını bir-birinin ardınca gələrək bəşəriyyətin təkamülü yolunda insanları məqsədə çatdırmağa çalışan bələdçilər kimi qəbul edirlər. Səmavi dinlərin hamısının əsas prinsiplərinin məhz insanlar arasında bağlılıq olduğunu gördükləri üçün dinləri təfriqə vasitəsi hesab etmirlər. Bu düşüncəyə malik insan ruhunu hər cür təəssübkeşlikdən təmizləyir və bütün peyğəmbərlərin insanların hidayəti üçün gətirdiklərini qəbul edir, tövhid yolunun bələdçilərinin hamısına hörmətlə yanaşır. Əvvəlki peyğəmbərlərin göstərişlərinə iman gətirməklə dinlərin təkamül silsiləsinin sonuncu halqası sayılan Həzrət Muhəmmədə (s) iman gətirmək heç də ziddiyyət təşkil etmir. Əks təqdirdə təkamül yolunda geriyə addım atılmış olacaq.
5\. Axirətə iman.
Axirətə iman təqvalıların bu ayələrdə verilmiş sonuncu xüsusiyyəti kimi göstərilmişdir. Onlar tam əminliklə inanırlar ki, insan əbəs yerə yaradılmamışdır. Həyat ölümlə başa çata bilməz. Əgər həyat yalnız bir neçə günlük bu dünyadan ibarət olarsa, onda bu insanın yaşayışı mənasız olar.
Təqvalı insan etiraf edir ki, Allah-taalanın mütləq ədaləti hamını gözləyir və bu dünyadakı əməllərimiz nəticəsiz (mükafatsız və ya cəzasız) qala bilməz. Bu düşüncə ona rahatlıq verir. Öhdəsinə düşən məsuliyyətləri yerinə yetirmək yolunda çəkdiyi əziyyətlər onu nəinki narahat etmir, əksinə, daha da xoş gəlir. Hadisələr qarşısında möhkəm dağ kimi dayanır. Haqsızlıqlara qarşı mübarizə aparır. Bütün varlığı ilə inanır ki, ən kiçik yaxşı və ya pis əməl də əvəzsiz qalmayacaq. Öldükdən sonra zərrə qədər də haqsızlıq olmayan daha böyük bir dünyaya gedərək Allah-taalanın sonsuz mərhəmətindən bəhrələnəcək.
Axirətə iman maddi aləmi aşıb daha böyük bir aləmə qədəm qoymaqdır. Sanki bu dünya həmin aləmin əkin tarlasıdır. İnsan orada necə davranacağını bu dünyada öyrənir. Bu dünya insanın son məqsədi deyil, son məqsəd qarşıdadır. Bura sadəcə həmin məqsədə çatmaq üçün bir müqəddimədir. Bu dünya həyatı, sanki körpənin ana bətnində keçirdiyi müddətə bənzəyir. Həmin müddət heç də insanın əsas məqsədi deyil. Körpənin əsas məqsədi bu dünyaya gəlməkdir. Ana bətnindəki müddət isə bu dünyaya gəlmək üçün bir müqəddimə, keçid dövrüdür. Lakin həmin dövrü salamat şəkildə başa vurmasa, bu dünyada istədiyi kimi xoşbəxt yaşaya bilməz.
Axirətə iman insanların tərbiyəsində olduqca böyük rola malikdir. Bu iman insana dözüm, iradə, ruh yüksəkliyi bəxş edir. Çünki axirətə inanan şəxs üçün iftixarın ən uca zirvəsi müqəddəs bir amal uğrunda şəhid olmaqdır. O, imanlı şəxsin əbədi həyatı üçün bir başlanğıcdır.
Axirətə iman insanı günahlardan uzaq olmağa səsləyir. Başqa ifadə ilə desək, günahlarımızla Allaha və axirətə iman tərs mütənasibdir. İman nə qədər güclü olarsa, günahlar bir o qədər azalar. "Sad" surəsinin 26-cı ayəsində Allah-taala Davud (ə) peyğəmbərə xitabən belə buyurmuşdur:
“...Nəfsin istəyinə uyma, yoxsa o, səni Allahın yolundan azdırar. Allahın yolundan azanları hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir".
Hesablaşma (axirət) gününü unutmaq bütün günahların mənbəyi, günahlar isə şiddətli əzabın səbəbidir.
Haqqında danışılan sonuncu ayə qeyd etdiyimiz beş xüsusiyyətə malik təqvalı insanların aqibətinə işarə edərək buyurur: "Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) hidayət yolundadırlar. Nicat tapanlar da onlardır". Bu, o deməkdir ki, onların hidayət olunması və səadətə qovuşacağına Allah-taala tərəfindən zəmanət verilmişdir. Ayənin orijinalındakı (öz Rəbbi tərəfindən) ifadəsi də məhz buna işarə edir." (öz Rəbbi tərəfindən (göstərilmiş) hidayət yolundadırlar) ifadəsi onu çatdırır ki, sanki ilahi hidayət onları məqsədə doğru aparan rahat bir minikdir. (Bunu "əla" ön qoşmasının "üzərində olmaq" mənasını verməsindən də başa düşmək olar.) Üstəlik, (hüdən) sözünün qeyri-müəyyənlikdə verilməsi Allah tərəfindən olan hidayətin həddən artıq əzəmətini çatdırır, yəni onlar həddən artıq böyük hidayətə qovuşmuşlar. (Nicat tapanlar da onlardır) cümləsinə gəldikdə isə ərəb dilinin üslubiyyatından xəbəri olanlar başa düşürlər ki, burada inhisar mənası nəzərdə tutulmuşdur. Yəni səadətə çatmağın yeganə yolu məhz beş xüsusiyyəti özündə cəmləmiş bu dəstənin tutduğu yoldur.
İncəliklər:
1\. İman və əməldə sabitqədəm olmaq.
Təfsirini verdiyimiz ayələrdə işlədilmiş feillərin hamısı “ويُقِيمُون َوَيُؤْمِنُونَ” feilləri) indiki zamanda verilmişdir. İndiki zaman feilinin adətən işin davamlı olmasını çatdırmasından belə başa düşülür ki, təqvalı insanlar gördüyü işlərdə sabitqədəmdirlər. Həyatın eniş-yoxuşları onların ruhiyyəsinə, düşüncəsinə təsir etmir. Onlar işin başlanğıcında haqqı sevmək ruhiyyəsinə malik olduğu üçün Quranın dəvətini qəbul edir. Quranın ardınca getmək isə sadalanan beş xüsusiyyəti onlarda formalaşdırır.
2\. Təqva nədir?
“təqva” sözü “viqayəh” kökündən olub, “qorumaq” mənasını bildirir. Başqa sözlə desək, təqva insanı nəfsani istəklərin qarşısında qoruyan, nəzarətdə saxlayan daxili bir qüvvədir. O, sanki insanı uçuruma düşməkdən qoruyan əyləc rolunu oynayır. Buna görə də Əmirəlmöminin Əli (ə) təqvanı günahlar qarşısında möhkəm bir qalaya bənzətmişdir: "Ey Allahın bəndələri, bilin ki, təqva alınmaz bir qaladır". Hədislərdə və eləcə də alimlərin kəlamlarında təqva üçün müxtəlif bənzətmələr qeyd edilmişdir. Başqa bir yerdə Əmirəlmöminin Əli (ə) belə buyurmuşdur:
"Təqva - sahibinin minib yüyənini əlində saxladığı və onu Cənnətə aparan bir minikdir". Bəziləri təqvanı tikanlıqdan keçərkən tikanlar batmasın deyə, ətəyini qaldıran və ayaqlarını yerə yavaşca qoyan şəxsin vəziyyətinə bənzətmişlər. Abdullah ibn Mötəzz bunu nəzmə çəkmişdir. Şeirin məzmunu belədir:
Günahın həm böyüyündən, həm də kiçiyindən uzaq dur. Budur təqva!
Tikanlıqdan keçərkən addımlarını ehtiyatla atan şəxs kimi ol! Kiçik günahlara kiçik gözlə baxma, unutma ki, dağlar da xırda daşlardan ibarətdir.
Bu bənzətmədən o da məlum olur ki, təqva insanın özünü bir kənara çəkərək guşənişinlik etməsi demək deyil, cəmiyyətin içində olub günahlardan qorunmaqdır. İstənilən halda təqva Allaha və axirətə imanın ən gözəl nəticəsi olub, İslamda insanın üstünlük meyarı hesab edilir. Təsadüfi deyil ki, Quranın buyurduğu "Allah yanında ən hörmətliniz ən təqvalı olanınızdır (Allahdan ən çox qorxanınızdır)" cümləsi İslamın şüarına çevrilmişdir. İmam Əli (ə) buyurmuşdur: "Təqva hər bir bağlı qapının açarı, axirət azuqəsi, şeytanın köləliyindən azadlıq və bütün bədbəxtliklərdən qurtuluşdur"? Onu da nəzərə almalıyıq ki, təqvanın maddi, iqtisadi, cinsi, ictimai, siyasi və bu kimi müxtəlif növləri vardır.
Bəqərə surəsi, 6 və 7-ci ayələr
إِنَّ الَّذِينَ كَفَرُوا سَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ .٦
خَتَمَ اللَّهُ عَلَى قُلُوبِهِمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى أَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ .٧
Ayələrin tərcüməsi
6\. Həqiqətən, küfr edənləri (ilahi əzabla) qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməyəcəklər.
7\. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərinə isə pərdə salmışdır. Onları böyük bir əzab gözləyir.
Ayələrin təfsiri.
İkinci dəstə – inadkar kafirlər.
Bu dəstə təqvalılara tam əks mövqedə durur. Bu iki ayədə Allah- taala onların xüsusiyyətlərini qısaca olaraq bəyan etmişdir. Birinci ayədə deyilir ki, kafir olub öz küfründə israrlı olanları Allahın əzabı ilə qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətir- məyəcəklər. Birinci dəstə kafirlər haqqı görəcəyi təqdirdə onu qəbul etməyə hazır idi. Bu dəstə isə o qədər inadkardır ki, haqqı görsə də, onu əsla qəbul etməz. Təqvalılara doğru yol göstərən Quran bu dəstəyə heç bir təsir qoymur. Quran ayələri onlara oxunsa da, oxunmasa da, onlar üçün fərq etməz. Çünki ruhən haqqı qəbul etmək istəmirlər.
İkinci ayədə isə bu azğın dəstənin inadkarlığının səbəbi göstərilərək deyilir ki, onlar inadkarlıqları ucbatından haqqı nahaqdan ayırd etmək qabiliyyətini itirmişlər. Buna görə də Allah-taala onların ürəyinə və qulağına möhür vurmuş, gözlərinə isə pərdə salmışdır. Beləliklə, təqvalı insanlardakı Allahın nişanələrini görən göz, haqq sözü eşidən qulaq, həqiqətləri dərk edən qəlb bu dəstədə öz fəaliyyətini tamamilə dayandırmışdır. Ağıl, göz və qulağa sahib olsalar da, anlamaq, görmək və eşitmək qabiliyyətinə malik deyillər. Çünki pis əməlləri və inadkarlıqları bunun qarşısını almışdır. İnsan azğın olsa da, bu mərhələyə çatmayınca hidayət oluna bilər. Ancaq bu mərhələyə çatıb haqqı nahaqdan ayırd etmək qabiliyyətini itirdikdən sonra daha onun üçün heç bir qurtuluş yolu qalmır. Çünki haqq yolunu tanımaq bacarığını artıq itirmişdir. Belə olan halda, təbii ki, onları böyük əzab gözləyəcək.
İncəliklər:
1\. İnsandan haqqı nahaqdan ayırd edə bilmək bacarığının alınması məcburiyyət nəzəriyyəsinə səbəb olmurmu?
Burada ilk olaraq belə bir sual ortaya çıxır ki, yuxarıdakı ayəyə əsasən, əgər Allah-taala bu dəstənin ürəyinə və qulağına möhür vurmuş, gözlərinə isə pərdə salmışdırsa, onda belə çıxmırmı ki, onlar küfr içərisində qalmaqda məcbur olmuşlar? Bu cür ayələr Quranın başqa yerlərində də gözə dəyir. Belə olduqda daha onları cəzalandırmağın nə mənası var? Bu suala Quran özü cavab vermişdir. O da bundan ibarətdir ki, onların küfr və azğınlıqda israrlı olması ürək və qulaqlarına möhür vurulmasına, gözlərinə pərdə çəkilməsinə səbəb olmuşdur. "Nisa" surəsinin 155-ci ayəsində oxuyuruq:
"Bəli, küfrləri ucbatından Allah onların qəlblərinə möhür vurmuşdur".
Başqa bir ayədə deyilir:
"Allah hər bir zülmkar təkəbbürlünün qəlbini belə möhürləyir”. Digər bir ayədə isə belə buyurulmuşdur:
"Nəfsinin istəyini öz tanrısı edən şəxsi gördünmü? Allah (əzəli) elmi sayəsində onu azğınlığa salıb, qulağını və qəlbini möhürləyib, gözünə də pərdə çəkib".
Diqqət yetirsəniz, görərsiniz ki, bu ayələrdə insandan haqqı nahaqdan seçə bilmək qabiliyyətinin alınmasının müxtəlif səbəbləri göstərilmişdir. Bunlar küfr, təkəbbür, zülm və haqsızlıq, nəfsani istəklərə uymaq, haqqın qarşısında inadkarlıq etməkdən ibarətdir. Deməli, ürək və qulağın möhürlənməsi, gözə pərdə çəkilməsi insanın öz əməllərinin nəticəsidir. Ümumiyyətlə, insan yanlış bir iş görüb həmin yanlışlığa davam edərsə, təbii olaraq tədricən həmin işə öyrəşəcək. Bu, əvvəlcə qeyri-adi bir hal olsa da, sonradan adət halını alacaq, daha sonra isə insanın əməllərinin ayrılmaz bir hissəsinə çevriləcək. Əlbəttə, insan bu yolu ixtiyari şəkildə seçdiyi üçün onun nəticəsinin də məsuliyyətini daşımalıdır. Burada hər hansı məcburiyyətdən söhbət gedə bilməz. Necə ki, məsələn, bir nəfər hansısa bir alətlə gözünü kor, qulağını kar edir, nəticədə heç nəyi görmür, heç nəyi eşitmir. Ayədə haqqında danışılan şəxslərin ürək və qulaqlarının möhürlənməsinin, gözlərinə isə pərdə çəkilməsinin Allaha aid edilməsi onunla əlaqədardır ki, bu işlərə həmin xasiyyəti verən məhz Allahdır. (Diqqət edin!)
Dünyada bu işin tam əksi də müşahidə edilir. Belə ki Allah-taala təqvalı olub düzgünlük yolunu seçən insanın haqqı nahaqdan seçmək qabiliyyətini gücləndirir. Necə ki "Ənfal" surəsinin 29-cu ayəsində deyilir: "Ey iman gətirənlər! Əgər Allahdan (Ona qarşı çıxmaqdan) çəkinsəniz, O, sizə haqla nahaqı ayırmaq üçün bir vasitə (sayəsində haqla batili bir-birindən ayıra biləcəyiniz bəsirət) verər". Gündəlik həyatımızda da bu kimi halların şahidi oluruq. Elə insanlar var ki, müəyyən bir günahı edir və özü də günah etdiyi ilə razılaşır, öz əməlinə görə narahat olur. Lakin həmin günahı dəfələrlə təkrar etməklə tədricən ona adət edir, narahat olmur, əksinə, gördüyü işdən xoşhal olur, hətta bunu özünə bir vəzifə sayır. Tarixin böyük cinayətkarlarından olan Həccac ibn Yusif öz cinayətlərini ört-basdır etməkdən ötrü deyirmiş ki, bu camaat günahkardır, ona görə də mən onlara zülm etməliyəm. Çünki onlar buna layiqdirlər. O, törətdiyi cinayətləri, sanki Allah tərəfindən ona tapşırılmış bir iş kimi qələmə verirdi.
Çingiz xanın sərkərdələrindən biri İranın sərhəd şəhərlərindən birində deyirmiş ki, siz Allahın günahkarları cəzalandırmasına inanırsınızsa, bilin ki, Allah bizi sizlərə məhz cəza olaraq göndərmişdir. Buna görə də bizə qətiyyən müqavimət göstərməyin.
2\. İnsanlar hidayət olunmayacaqlarsa, daha peyğəmbərlər nə üçün israr edirlər?
Haqqında danışılan ayələrlə bağlı qarşıya çıxan ikinci sual bundan ibarətdir ki, sözügedən insanlar hidayət olunmayacaqlarsa, onda peyğəmbərlərin onları dinə dəvət etməkdə israrlı olmalarının səbəbi nədir? Lakin bir məqama diqqət yetirməklə bu suala aydınlıq gəlir. O da bundan ibarətdir ki, Allah-taalanın cəzası həmişə insanın əməlinə görə verilir. Kimsə sırf "pis adamdır" deyə, onu cəzalandırmaq olmaz. Əvvəlcə onu haqqa dəvət etmək lazımdır. Əgər qəbul etməyib içindəki pisliyi üzə çıxartsa, onda cəzaya layiq olar. Bu, artıq höccətin tamamlanması deməkdir. Əks təqdirdə, bu, sanki cinayətkarı cinayətdən qabaq cəzalandırmaq olar. Deməli, kimisə əməlinə görə cəzalandırmaq mütləq həmin əməlin icrasından sonra mümkündür. Həmin əməlin həyata keçirilməsinə hazırlığa görə cəza vermək olmaz. Üstəlik, peyğəmbərlər təkcə belə insanlar üçün göndərilməyib. Bunlar cəmiyyətdə azlıq təşkil edən şəxslərdir. Cəmiyyətin böyük əksəriyyəti o insanlardır ki, yanlış yolda olsalar da, düzgün təlim-tərbiyə nəticəsində haqqı qəbul edib düz yola gələrlər.
3\. Ürəkləri möhürləmək.
Quranın bir sıra ayələrində azğınlaşmış insanlardan haqqı nahaq- dan ayırd edə bilmək bacarığının alınması "ürəyin möhürlənməsi" ifadəsi ilə əks edilmişdir. Bu, ərəb dilində (xǝtm), bəzi hallarda isə (tǝb) və ya (rǝyn) sözləri ilə ifadə edilmişdir. "Möhürlənmək” sözü ondan irəli gəlmişdir ki, insanlar adət-ənənələrinə görə hər hansı bir əşyanı və ya məktubu bir qaba, paketə qoyduqda kimsə onu açmasın deyə, ağzını bağlayıb möhür vururdular. İndi də bu adət davam edir. Xüsusilə də daşınmaz əmlakın reyestri zamanı və ya notariat kontorlarında, yaxud poçtlarda sənədləri bir qovluqda toplayıb qovluğu möhürləyirlər ki, sənədlərdə hər hansı bir dəyişiklik edildikdə məlum olsun. Qədim dövrlərdə şahlar kiməsə mükafat göndərdikdə pul kisələrini öz şəxsi möhürləri ilə möhürləyərmişlər. Bu, ondan irəli gəlirdi ki, kimsə kisənin ağzını açıb puldan götürə bilməsin.
Ərəb dilində bu feil (xətm) sözü ilə ifadə edilir. Lakin bu söz azğınlıqlarında israrlı olan imansız şəxslərə aiddir. Onlar öz küfrlərində o qədər inadkar olurlar ki, haqqı qəbul etmək qeyri-mümkün olur. Sanki qəlbləri möhürlənir. (tǝb) feili də eyni mənanı çatdırır. (rǝyn) sözü isə qiymətli əşyaların üzərinə oturan toz-torpağa, pasa deyilir. Quranda bəzi insanların həddən artıq günah etməsi nəticəsində qəlblərinin paslanması barədə məhz bu ifadədən istifadə edilmişdir:
"Xeyr! (Düşündüyünüz kimi deyil.) Əməlləri pas kimi qəlblərini örtüb."
İnsan diqqət yetirməlidir ki, əgər günah edərsə, qısa zaman ərzində tövbə edib yaxşı işlər görərək onu aradan qaldırsın. İmkan verməməlidir ki, günahlar üst-üstə toplanaraq ürəyini paslandırsın. İmam Baqir (ə) hədislərindən birində belə buyurmuşdur: "Hər bir möminin qəlbində ağ bir nöqtə vardır. Günah etdikdə həmin nöqtənin üzərində bir qaraltı yaranır. Tövbə etməklə həmin qaraltı aradan gedir. Yox, əgər tövbə etməyib günaha davam edərsə, həmin qaraltı tədricən böyüyüb ağ nöqtənin üzünü tamamilə örtür. Ağ nöqtə tam örtüldükdən sonra həmin qəlbin sahibi daha heç vaxt səadətə çatmaz. Allah-taalanın: "Xeyr! (Düşündüyünüz kimi deyil.) Əməlləri pas kimi qəlblərini örtüb" deyə buyurduğu da məhz budur".
4\. Quranda "qəlb" dedikdə nə başa düşülür?
Nə üçün Quranda həqiqətlərin dərk edilməsi qəlbə ürəyə aid edilmişdir? Axı ürək dərk ediləsi məsələlərə xas olan bir şey deyil, o, sadəcə qan dövranını təmin edən bir orqandır. Buna cavab olaraq qeyd etməliyik ki, Quranda “qəlb” sözü bir neçə mənada nəzərdə tutulmuşdur:
1) "Ağıl" və "dərketmə bacarığı" mənasında "Qaf" surəsinin 37-ci ayəsində deyilir:
"Bunda ağlı olan kimsə üçün xatırlatma və ibrət vardır."
2) "Ruh" və "can" mənasında.
"Əhzab" surəsinin 10-cu ayəsində deyilir:
"O vaxt gözlər qorxudan bərəlmiş, ürəklər ağıza gəlmişdi.)
3) "Daxili hisslər mərkəzi" mənasında.
"Ənfal" surəsinin 12-ci ayəsində deyilir:
"Mən kafirlərin ürəklərinə qorxu salacağam." Başqa bir ayədə deyilir:
"Allahın mərhəməti səbəbi ilə sən onlara qarşı mülayim davrandın. Əgər qaba və daşürəkli olsaydın, ətrafından dağılışıb gedərdilər."
Bu məsələyə bir qədər aydınlıq gətirmək üçün qeyd etməliyik ki, insanda iki güclü mərkəz vardır. Bunlardan biri dərketmə mərkəzi, digəri isə hisslər mərkəzidir. Dərketmə mərkəzi beyin və sinir sistemidir. Hər hansı düşündürüləsi bir işlə qarşılaşdıqda onun barəsində düşünür, onu təhlil edirik. Hissiyyat mərkəzi isə bədənin sol tərəfində yerləşən üzvdür. İnsanın hissləri ilə bağlı məsələlər ilk olaraq ona təsir edir. Hər hansı bir müsibətlə üzləşdikdə ilk öncə ürəyimizlə onun acısını yaşayırıq. Sevindirici bir halla qarşılaşdıqda məhz ürəyimizlə sevinirik. (Diqqət edin!)
Dərketmə və hisslər bilavasitə insanın ruhu ilə əlaqədar olsa da, onun insanın cismində büruzə verdiyi nəticələr müxtəlif olur. Dǝrket- mənin ilk nəticəsi özünü beyin sistemində göstərir. Sevgi, ədavət, qorxu, arxayınlıq, sevinc, kədər kimi hisslərin nəticəsi isə özünü ürəkdə büruzə verir. Bu hallardan hər hansı biri baş verdikdə onun təsiri çox açıq şəkildə hiss olunur. Deyilənlərdən belə nəticəyə gəlirik ki, Quranda hissiyyatla bağlı məsələlər bədən üzvü olan ürəyə, düşüncə və dərketmə ilə bağlı məsələlər isə ağıl, beyin mənasındakı ürəyə aid edilir. Bundan əlavə, orqan olan ürək insanın həyatında olduqca mühüm rol oynayır. Onun bir anlıq fəaliyyətini dayandırması insan həyatının sonu deməkdir. Belə olan halda həm dərketmə, həm də hissetmə fəaliyyətinin ona aid edilməsinin heç bir maneəsi yoxdur.
5\. Nə üçün (qəlb) və (bəsər) sözləri cəmdə, (səm‘u) sözü isə təkdə verilmişdir?
Quranın bir çox ayələrində olduğu kimi, bu ayədə də "qəlb" və “bəsər” sözləri cəmdə (müvafiq olaraq (qülub) və (ǝbsar) kimi), "səm" sözü isə Quranda işlədildiyi hər yerdə təkdə verilmişdir. Bunun cavabında qeyd etmək lazımdır ki, (qəlb) və (bəsər) sözləri bir çox ayələrdə cəm şəklində verildiyi kimi, təkdə də verilmişdir. Məsələn, "Casiyə” surəsinin 23-cü ayəsində deyilir:
(Allah (əzəli) elmi sayəsində onun qulağını və qəlbini möhürləyib, gözünə də pərdə çəkib.) Böyük alim mərhum Şeyx Tusi "Tibyan" təfsirində tanınmış ərəb dilçilərindən belə nəql etmişdir: "səm" sözünün təkdə verilməsi aşağıdakı iki səbəbdən biri ilə əlaqədar ola bilər. Birincisi odur ki, bu söz bəzi vaxtlar toplu isim mənasında işlədilir. Belə olan halda daha onu cəmdə verməyə ehtiyac qalmır. İkincisi isə odur ki, bu söz bəzi vaxtlar məsdər mənasını verir və məsdər təkliyə və ya çoxluğa dəlalət etmək baxımından bərabərdir. Buna görə də onun cəmdə verilməsinə lüzum qalmır".
“qəlb” və “bəsər" sözlərinin cəmdə, "səm" sözünün isə təkdə verilməsini digər elmi səbəblə də əlaqələndirmək olar. O da budur ki, insanın qəlbən hiss edib gözlə görə bildikləri eşitdikləri ilə müqayisədə həddən artıq çoxdur. Buna görə də "qəlb" və "bəsər" sözləri cəmdə, "səm" sözü isə təkdə verilmişdir. Fizika elmində də sübut edilmişdir ki, səs dalğaları nisbətən məhdud sayda eşidilmək qabiliyyətinə malikdir və bir neçə on mindən artıq deyil. Halbuki gözlə görülə biləcək işıq və rənglərin dalğaları milyonlardan da artıqdır. (Diqqət edin!)
Bəqərə surəsi, 8-16-cı ayələr
وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ .٨
يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ .٩
فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ .١٠
وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ .١١
أَلَا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَكِنْ لَا يَشْعُرُونَ .١٢
وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسُ قَالُوا أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاءُ أَلَا إِنَّهُمْ هُمُ السُّفَهَاءُ وَلَكِنْ لَا يَعْلَمُونَ .١٣
وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَى شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ .١٤
اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ .١٥
أُولَئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَى فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ .١٦
Ayələrin tərcüməsi
8\. İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və Qiyamət gününə iman gətirdik" - deyirlər.
9\. Allahı və möminləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadırlar, lakin (bunu) anlamırlar.
10\. Onların ürəyində bir növ xəstəlik var. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan dedikləri üçün onları şiddətli bir əzab gözləyir.
11\. Onlara: "Yer üzündə fəsad törətməyin!" - dedikdə: "Biz yalnız islah edənlərik” - deyə cavab verirlər.
12\. Bilin ki, məhz onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.
13\. Onlara: "(Digər) insanlar kimi iman gətirin!" - deyildiyi zaman: "Biz də səfehlər kimi iman gətirək?" - deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər.
14\. Onlar möminlərlə qarşılaşdıqları zaman: "Biz iman gətirmişik” — deyirlər. (Amma) öz şeytanları ilə xəlvətə çəkildikləri zaman: "Biz sizinləyik, biz sadəcə (onları) ələ salırıq" - deyirlər.
15\. Allah da onları ələ salar və onları tüğyanları içində saxlayar ki, sərgərdan olsunlar.
16\. Onlar "hidayət”i "azğınlığ"a satmış kəslərdir. Onların alveri xeyir gətirməyib və haqq yolu tapmayıblar.
Ayələrin təfsiri.
Üçüncü dəstə münafiqlər.
Bu ayələr münafiqlər, onların xüsusiyyət və əməlləri haqqında yığcam, lakin dolğun məlumat verir. İslam dini tarix boyu müəyyən bir qrup insanlarla qarşılaşmışdır ki, onlar səmimi-qəlbdən iman gətirməmişlər, eyni zamanda İslama qarşı açıq şəkildə düşmənçilik etməyə də cəsarətləri çatmırdı. Quranın "münafiq" adlandırdığı bu ikiüzlü insanlar müsəlmanların arasına qarışaraq din üçün böyük təhlükə yaratmışdılar. Üzdə özlərini müsəlman kimi göstərdikləri üçün onları tanımaq çox çətin idi. Buna görə də Quran onların bir sıra xüsusiyyətlərini açıq şəkildə bəyan etməklə onların həqiqi üzlərini müsəlmanlara tanıtdırır. Bu, həm də bütün əsrlər boyu münafiqləri tanımaq üçün bir şablon sayılır.
Haqqında danışacağımız ayələr, ilk növbədə, münafiqlik barədə açıqlama verərək buyurur: "İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və Qiyamət gününə iman gətirdik" – deyirlər”.
Münafiqlər bu hərəkəti bir növ zirəklik hesab edərək, sanki Allahı və möminləri aldatmağa çalışırlar, lakin xəbərləri yoxdur ki, bu əməllə yalnız özlərini aldadırlar: "Allahı və möminləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadırlar, lakin (bunu) anlamırlar”.
Onlar doğru yoldan sapmaqla bir ömür azğınlıq içərisində yaşayır, bütün imkanlarını puç edir, axırda da uğursuzluq, bədnamlıq və Allahın əzabından başqa heç nə qazanmırlar.
Növbəti ayədə nifaqın bir xəstəlik olduğu bildirilir. Sağlam insanın yalnızca bir üzü olar. Onun ruhu ilə cismi bir-biri ilə tam uyğundur. Çünki zahiri ilə batini, ruhu ilə cismi bir-birini tamamlayır. Əgər mömindirsə, bütün varlığı ilə mömindir. Yox, əgər azğındırsa, yenə də bütün varlığı ilə azğındır. Ruhla cismin uyğunsuzluğu bir xəstəlikdir. Quran bunu belə açıqlayır: "Onların ürəyində bir növ xəstəlik var".
Yaradılış aləmində hər bir insan tutduğu yolda addımladığı üçün həmin yol ilə də irəli gedir. Başqa sözlə desək, insanın bütün diqqətinin bir yola yönəlməsi həmin yolu ona daha doğru göstərir. Quran münafiqlərin ürəyində xəstəlik olduğunu bəyan etdikdən sonra Allahın onların bu xəstəliyini daha da artırdığını bildirir: "Allah onların xəstəliyini daha da artırmışdır”.
Münafiqlərin əsas işi yalan danışmaq olduğundan həyatda rastlaşdıqları uyğunsuzluqları da öz yalanları ilə ört-basdır etməyə çalışırlar. Yalan danışdıqlarına görə ayənin sonunda Allah-taala onları şiddətli bir əzabla hədələyir: "Yalan dedikləri üçün onları şiddətli bir əzab gözləyir”.
Daha sonra isə münafiqlərin xüsusiyyətləri sadalanır. İlk xüsusiyyətləri odur ki, özləri fəsad törədən olduqları halda, islah edən olduqlarını iddia edirlər: "Onlara: "Yer üzündə fəsad törətməyin!" - dedikdə: "Biz yalnız islah edənlərik” – deyə cavab verirlər”.
Növbəti ayədə Quran onların bu iddiasının yalan olduğunu bildirərək iç üzlərini açıb ortaya qoyur: "Bilin ki, məhz onlar fəsad törǝdəndirlər, lakin (bunu dərk etmirlər).
Münafiqlər ikiüzlülükdə israrlı olub o qədər pis işlərə adət edirlər ki, tədricən gördükləri işlər öz fikirlərində faydalı, islahedici işlər kimi nəzərə çarpır. Daha öncə də qeyd etdiyimiz kimi, günah həddini aşdıqda insan haqqı nahaqdan seçə bilmək bacarığını itirir. Belə olduqda isə pis işi yaxşı iş kimi qəbul edir.
Münafiqlərin başqa bir xüsusiyyəti budur ki, özlərini ağıllı, zirək, möminləri isə axmaq, sadəlövh hesab edirlər. Quran bu barədə belə buyurur: "Onlara: "(Digər) insanlar kimi iman gətirin!" - deyildiyi zaman: "Biz də səfehlər kimi iman gətirək?" - deyə cavab verirlər”.
Peyğəmbərin (s) haqq dəvətini cani-dildən qəbul edib iman gətirmiş insanları axmaq adlandırıb, öz ikiüzlülüklərini isə zirǝklik hesab edirlər. Onların məntiqində ağıl ilə ağılsızlıq yerini dəyişmişdir. Buna görə də Quran münafiqlərin cavabında belə buyurmuşdur: "Agah olun ki, sǝfeh onların özləridir, lakin (bunu) bilmirlər".
İnsanın özünə konkret bir yol seçə bilməyib qarşılaşdığı hər dəstəyə qoşulmasından böyük axmaqlıq varmı? Ən böyük səfehlik odur ki, insan bütün bacarığını yaramaz işlər görməyə sərf edir, hələ üstəlik, bu hərəkətini də zirəklik adlandırır.
Münafiqlərin üçüncü xüsusiyyəti odur ki, hər gün bir cildə girir, qarşılaşdıqları hər dəstəyə qoşulurlar: "Onlar möminlərlə qarşılaşdıqları zaman: "Biz iman gətirmişik” - deyirlər”.
Müsəlmanlarla qarşılaşdıqda onlarla həmfikir olub cani-dildən İslamı qəbul etdiklərini, lakin şeytansifət dostlarının yanına qayıtdıqda onlarla müttəfiq olduqlarını, möminləri isə sadəcə olaraq ələ saldıqlarını bildirirlər: "(Amma) öz şeytanları ilə xəlvətə çəkildikləri zaman: “Biz sizinləyik, biz sadəcə (onları) ələ salırıq” - deyirlər”.
Bu ayənin ardınca gələn növbəti ayədə Allah-taala çox sərt şəkildə bildirir ki, Allah onları ələ salır və sərgərdan qalsınlar deyə, azğınlıq içərisində saxlayır: “Allah da onları ələ salar və onları tüğyanları içində saxlayar ki, sərgərdan olsunlar”.
Haqqında danışılan ayələrin sonuncusunda münafiqlərin acınacaqlı aqibətindən xəbər verilir: "Onlar hidayəti azğınlığa satmış kəslərdir. Onların alveri xeyir gətirməyib və haqq yolu tapmayıblar”.
İncəliklər:
1\. Nifaqın əsasları və meydana gəlməsi.
Hər hansı cəmiyyətdə bir inqilab baş verdikdə, xüsusən də əgər bu inqilab haqq-ədalətə əsaslanan İslam inqilabı olarsa, təbii ki, müəyyən bir qrup insanın mənafeyi təhlükə altına düşür. Onlar əvvəlcə rişxəndlə, sonra silahlı mübarizə, iqtisadi blokada və davamlı ictimai təbliğat vasitəsilə inqilabı beşikdəcə boğmağa çalışırlar. Lakin inqilab qələbə çalıb cəmiyyətin bütün təbəqə və sahələrinə təsir etdikdə həmin dəstədən bir qrup insan öz mübarizə metodunu dəyişərək özlərini inqilabın tərəfdarları kimi göstərməyə başlayırlar. Həqiqətdə isə onlar ikiüzlülük etdiklərinə görə inqilabla aşkarda düşmənçilik edənlərdən daha təhlükəlidirlər. Çünki onların mövqeyi tam olaraq məlum deyil. İnqilabın tərəfdarları onların əsl üzünü tanımırlar ki, aralarından qovub çıxartsınlar. Camaatın arasına girib hətta yüksək vəzifələrə də yiyələnirlər.
İslam inqilabı da eynilə bu vəziyyətlə üzləşmişdi. Nə qədər ki Həzrət Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etməmişdi, müsəlmanların dövləti yox idi. Mədinəyə hicrətdən sonra isə ilk İslam dövlətinin əsası qoyulur. Müsəlmanlar Bədr döyüşündə qələbə qazandıqdan sonra isə bu məsələ özünü daha qabarıq şəkildə göstərməyə başladı. Belə olduqda Mədinənin bəzi sayılıb-seçilən adamlarının, xüsusən də ərəblərin hörmət bəslədiyi yəhudilərin mənafeyi təhlükə altına düşdü. O vaxt yəhudilərə əsasən ona görə hörmət edilirdi ki, onlar kitab əhli, nisbətən savadlı və maddi cəhətdən imkanlı insanlar idilər. Həzrət Muhəmməd (s) peyğəmbər seçilməzdən qabaq onun gəlişi barədə müjdə verənlər də məhz həmin yəhudilər olmuşlar.
Mədinədə başqa bir qrup da var idi ki, onlar rəhbərlik iddiası edirdilər. Peyğəmbərin (s) gəlişi ilə onların bütün planları alt-üst oldu. Onların tərəfdarları gördülər ki, Mədinə camaatı, hətta öz qohum- əqrəbaları da qısa müddət ərzində Peyğəmbərə (s) iman gətirdi. Bir qədər müqavimət göstərdikdən sonra belə qərara gəldilər ki, üzdə müsəlman olmaqdan başqa çıxış yolu yoxdur. Çünki İslama qarşı açıq şəkildə mübarizə aparmaq döyüş və maddi çətinliklərlə yanaşı, həm də onların həlak olması ilə nəticələnərdi. Xüsusilə də nəzərə almaq lazımdır ki, əsas güc sahibi olan ərəb qəbilələri Peyğəmbərin (s) tərəfində idi. Bunları nəzərə alaraq onlar üçüncü bir yol seçdilər. O da bundan ibarət idi ki, özlərini üzdə müsəlman kimi göstərib, əslində isə İslama qarşı planlar cızırdılar. Sözün qısası, cəmiyyətdə nifaqın yaranmasının əsasən iki səbəbi var. Biri baş vermiş inqilabın bütün cəmiyyətə hakim olması, digəri isə müəyyən insanlarda çətinliklərə qarşı ruhiyyə və şəxsiyyətin zəifliyidir.
2\. Hər bir cəmiyyətdə münafiqləri tanımağın zərurəti.
Məlum məsələdir ki, nifaq yalnız Həzrət Peyğəmbərin (s) zamanına xas olan bir məsələ deyil. Münafiqlər hər cəmiyyətdə mövcud olmuşlar. Sadəcə olaraq Quranın münafiqlər barəsində göstərdiyi xüsusiyyətləri yaxşı-yaxşı öyrənmək lazımdır ki, onlar cəmiyyətdə təhlükə törədə bilməsinlər. Haqqında danışdığımız ayələrdə, eləcə də "Munafiqun" surəsində, habelə hədislərdə onların bir neçə xüsusiyyəti qeyd edilmişdir. O cümlədən aşağıda sadalananlar bu xüsusiyyətlərdən hesab olunur:
1-Səs-küy salıb böyük iddialar etmək (Dolayısilə çox danışıb az iş görmək).
2-Qarşılaşdığı hər dəstə ilə həmfikir olmaq, hər dəstə ilə ona uyğun davranmaq (Möminləri gördükdə: "Biz iman gətirmişik”, kafirlərlə qarşılaşdıqda isə: "Biz sizinləyik" - demək).
3-Özlərini cəmiyyətdən ayırmaq, gizli məclislər təşkil etmək və üstüörtülü danışmaq.
4-Hiylə, kələk, yalan, yaltaqlıq, xəyanət, vəfasızlıq.
5-Özünü üstün tutma, başqalarını axmaq hesab edib özünü ağıllı bilmək.
Bir sözlə, münafiqlərin ən bariz xüsusiyyəti olan zahirlǝ batinin, sözlə əməlin uyğunsuzluğu onların hərəkət, danışıq, fərdi və ictimai davranışında elə bir dəyişikliklər yaradır ki, bunun vasitəsilə onları çox rahat şəkildə tanımaq olar. Quran onların ürəyində xəstəlik (nifaq xəstəliyi) olduğunu necə də gözəl buyurmuşdur. Doğrudan da, insanın zahiri ilə batininin bir-biri ilə uyğun gəlməməsindən, çətinliklərlə qarşılaşmağa cəsarəti çatmadığı halda, insanın özünü başqalarından üstün bilməsindən daha pis hansı xəstəlik ola bilər? Nə qədər içəridə olsa da, ürək xəstəliyini gizlətmək mümkün olmadığı və əlamətləri bütün bədən üzvlərində özünü büruzə verdiyi kimi, nifaq xəstəliyi də eynilə o cürdür. Müxtəlif vasitələrlə onu tanımaq mümkündür.
3\. Nifaq məfhumunun genişliyi.
Özlərini üzdə müsəlman kimi göstərən ikiüzlü insanlar zahirdə müsəlmanların sırasında olsalar da, daxilən kafir hesab edilirlər. Bu, nifaqın dar çərçivədə olan mənasıdır. Bu məfhumun geniş əhatə dairəsini nəzərə aldıqda isə nifaq zahirlə batin, sözlə əməl arasındakı İstənilən uyğunsuzluğa şamil olur, hətta bəzən həmin insan mömin olsa belə, bu cür uyğunsuzluq mümkündür. Bunlar nifaqın şaxələri adlanır. Məsələn, hədislərdən birində deyilir:
"Üç xüsusiyyət kimdə olsa, oruc tutub namaz qılmasından, özünü müsəlman adlandırmasından asılı olmayaraq münafiq sayılar: əmanətə xəyanət etmək, yalan danışmaq və vədəsinə əməl etməmək”.
Təbii ki, bu xüsusiyyətlərə malik olan insanlara münafiqin xüsusi mənasını aid etmək olmaz. Lakin nifaqın işartıları onlarda mövcuddur. Xüsusilə də riyakarlar haqqında İmam Sadiq (ə) belə buyurmuşdur:
"Riyakarlıq elə bir ağacdır ki, şirkdən başqa bar verməz. Onun rişəsi isə nifaqdır".
İndi isə Əmirəlmöminin Əlinin (ə) münafiqlərlə bağlı buyurduğu xütbənin bir hissəsini diqqətinizə çatdırırıq: "Ey Allahın bəndələri, sizə təqvalı olmağı, münafiqlərdən uzaq durmağı tövsiyə edirəm. Çünki onlar özləri yollarını azdıqları halda, başqalarını da yolundan azdırırlar. Özləri səhv ediblər, başqalarını da səhv etməyə sürükləyirlər. Müxtəlif cildlərə girirlər, özlərini cürbəcür hallara salırlar. Sizi aldatmaq üçün hər cür vasitəyə əl atırlar. Hər fürsətdə pusquda durub sizi güdürlər. Zahirdə yaxşı görünsələr də, daxildə çirkindirlər. Gizlində camaatı yoldan çıxartmaq üçün çalışırlar. Yanlış yolda irəliləyirlər. Sözləri ilk baxışda məlhəm kimi görünsə də, əməlləri çarəsi olmayan bir dərddir. Camaatın rifah və rahatlığına paxıllıq edirlər. (Kiməsə) bir bəla üz verdikdə sevinirlər. Ümidli insanları məyus edirlər. Hər bir yolda onların öldürdüyü insan, hər bir ürəkdə onların yolu var. Müsibətlərdə yalandan göz yaşı tökürlər. Bir-birini, sanki borcluymuş kimi tərifləyir, bir-birindən mükafat umurlar. Nəyi isə istədikdə israr edir, kimi isə danladıqda həya pərdəsini yırtırlar".
4\. Münafiqlərin vəfasızlıqları.
Təkcə İslam dinində deyil, qələbə çalmış hər bir inqilabda cəmiyyətin ən təhlükəli dəstəsi məhz münafiqlərdir. Müsəlman cəmiyyətinə gəldikdə isə münafiqlər hər fürsət düşdükdə möminləri qınayır, onların İslam yolunda gördüyü işlərə istehza ilə yanaşırdılar. Məsələn, maddi imkanlarının aşağı olmasına rəğmən, Allah yolunda mallarından azacıq sərf edən həqiqi möminlərin bu əməlinə rişxənd edirdilər. Qurani- Kərim bu barədə belə buyurmuşdur:
"İtaət göstərib könüllü surətdə sədəqə verən möminlərə eyib tutanları və yalnız imkanları daxilində verə bilən şəxsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!"
Bəzi vaxtlar münafiqlər keçirdikləri gizli toplantılarda belə qərara gəlirdilər ki, Peyğəmbərin (s) tərəfdarları onun ətrafından dağılışsın deyə, onlara maddi yardımlarını kəssinlər. Allah-taala bu məsələyə “Munafiqun” surəsinin 7-ci ayəsində toxunaraq belə buyurmuşdur:
"Onlar həmin adamlardır ki, "Allahın elçisinin yanında olan adamlara heç nə verməyin ki, dağılıb getsinlər!" - deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar". Arada belə qərara gəlirdilər ki, döyüş bitib Mədinəyə qayıtdıqdan sonra əl-ələ verib uyğun bir fürsətdə möminləri Mədinədən çıxartsınlar. Bu barədə Quranda belə buyurulmuşdur:
"Onlar deyirlər: "Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər ən acizləri oradan çıxardacaqlar!" Bəzi vaxtlar da kənd təsərrüfatı məhsulunun toplanılması kimi müxtəlif bəhanələrlə cihadda iştirak etməkdən boyun qaçırmaqla başda Həzrət Peyğəmbər (s) olmaqla müsəlmanları çətin vəziyyətdə qoyurdular. Digər tərəfdən isə sirlərinin üstünün açılacağından qorxurdular. Onlar bu hərəkətlərinə görə Quranın bir çox ayəsində sərt şəkildə tənqid atəşinə tutulmuşlar. Quranın 114 surǝsindən biri - "Munafiqun" surəsi isə bütövlüklə onlara həsr edilmişdir.
"Tövbə", "Həşr" və başqa surələrdə də onları tənqid edən, iç üzlərini açıb tanıtdıran ayələrə rast gəlmək mümkündür. O cümlədən “Bəqərə” surəsinin haqqında danışdığımız 13 ayəsi də onların xüsusiyyət və acı aqibətindən danışır.
5\. Vicdanı aldatmaq.
Müsəlmanların münafiqləri tanımaqdakı ən böyük çətinliyi onda idi ki, kim üzdə də olsa, İslamı qəbul etdiyini bildirsəydi, onu müsəlman olaraq qəbul edib etiqadını araşdırmamalı idilər. Digər tərəfdən isə daxildə İslamın qatı düşmənlərindən olan, lakin özlərini müsəlman kimi təqdim edən münafiqlərin məkrli planlarından qorunmalı idilər. Münafiqlər bu yolu seçməklə elə güman edirdilər ki, Allahı və möminləri aldada bilərlər. Lakin heç özlərinin də xəbəri olmadan özlərini aldadırdılar. Münafiqlər öz yanlış etiqadlarına əsasən belə hesab edirdilər ki, guya Peyğəmbər (s) hakimiyyət başına gəlməkdən ötrü peyğəmbərliyi bəhanə edərək camaatı aldatmışdır”.
(Allahı və möminləri aldatmağa çalışırlar) cümləsi də bu həqiqəti ortaya çıxarır. Münafiqlərin fikrincə, sadəlövh insanlar da onun bu kələyinə inanıb ətrafına toplaşmışlar. Buna görə də onun hiyləsinə hiylə ilə cavab vermək lazımdır. Bu baxımdan münafiqlərin işi hiylə və kələk sayılır. Digər tərəfdən isə Allahın böyük peyğəmbəri haqqında yanlış fikirdə idilər.
Ayədəki (Halbuki yalnız özlərini aldadırlar, lakin (bunu) anlamırlar) cümləsi onların hər iki fikrini alt-üst edir. Bu cümlə bir tərəfdən çatdırır ki, yalnız onlar hər cür hiyləyə, kələyə əl atırlar (Peyğəmbər (s) qətiyyən hiyləyə əl atmayıb), digər tərəfdən də bildirir ki, onların bu hiyləsi də öz başlarında çatlayır. Başa düşmürlər ki, özləri özlərini aldadırlar. Çünki Allah-taalanın səadətə çatmaq üçün öz varlıqlarında təyin etdiyi sərmayəni hiylə və kələkdən istifadə etməklə əldən verir, beləliklə də, dünyadan əliboş, bir yığın günahla gedirlər.
Təbii ki, heç kim Allahı aldada bilməz. Çünki O, aşkarı da, gizlini də bilir, hər şeydən xəbərdardır. Belə olan halda "yuxadiunə" feilinin üçüncü babda verilməsi ya onunla əlaqədardır ki, Peyğəmbər (s) və möminləri aldatmaq, sanki elə Allahı aldatmaqdır (Necə ki bir çox ayələrdə Allah-taala Peyğəmbər (s) və möminlərin necə böyük hörmətə layiq olduğunu çatdırmaq üçün Özünü də onların sırasına qoşmuşdur), ya da ona görədir ki, münafiqlər Allahın sifətlərindən xəbərdar olmadıqları üçün, doğrudan da, elə fikirləşirmişlər ki, Onu aldada bilərlər. Hər halda bu ayə vicdanı aldatmağa toxunur. İnsan bəzi vaxtlar öz yanlış hərəkətlərinə bəraət qazandırmaqdan ötrü vicdanını da aldatmağa çalışır. Getdikcə özünü inandırır ki, gördüyü işlər nəinki yanlış deyil, əksinə, doğru və islahedici işlərdir.
Deyilənlərə görə, Amerikanın yüksək rütbəli şəxslərindən biri: "Nə üçün Yaponiyanın iki böyük şəhəri - Hirosima və Naqasakiyə atom bombası ataraq iki yüz min nəfər uşaq, gənc və yaşlı insanın ölümünə səbəb olan əmr verdiniz?" sualına belə cavab vermişdir: "Biz bu addımı sülh məqsədilə atmışıq. Əgər bunu etməsəydik, müharibə daha da uzanar, bundan daha artıq tələfat olardı". İndiki dövrün münafiqləri də ya insanları, ya da öz vicdanlarını aldatmaqdan ötrü bu kimi sözlər danışırlar. Halbuki müharibənin daha tez başa çatması üçün müharibəni qeyd-şərtsiz dayandırmaq kimi alternativ yollar da mövcud olmuşdur. Deməli, nifaq, əslində, vicdanı aldatmaq üçün bir vasitədir. İnsanın öz daxilindəki həmişəoyaq nəzarətçini yuxuya verməsi necə də acınacaqlı haldır!
6\. Zərərli ticarət.
Quranın bir çox ayəsində insanın bu dünyadakı fəaliyyəti ticarətə bənzədilmişdir. Əslində, hamımız Allahın verdiyi ağıl, fitrət, hisslər, bədənimizdəki müxtəlif qüvvələr, təbiətin bəxş etdiyi nemətlər, peyğəmbərlərin rəhbərliyi kimi saysız-hesabsız sərmayələrlə bu dünyada ticarətlə məşğuluq. Bəziləri bu ticarətdən qazanc əldə edib səadətə çatdığı halda, bəziləri də nəinki qazanc əldə edə bilmir, hələ üstəlik, əlindəki sərmayəsini də itirərək iflasa uğrayır. Birinci dəstəyə Allah yolunun mücahidlərini misal göstərmək olar. Quran onların barəsində belə buyurmuşdur:
"Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə göstərimmi? Allaha və Onun elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin".
İkinci dəstənin ən bariz nümunəsi isə haqqında danışdığımız ayədə sözügedən münafiqlərdir. Allah onların bu ticarətdən qazanc əldə etmədiyini bildirir: "Onlar hidayəti azğınlığa satmış kəslərdir. Onların alveri xeyir gətirməyib və haqq yolu tapmayıblar". Bu dəstə elə bir mövqedə olmuşdur ki, ən gözəl yolu seçə bilərdi. Onlar vəhy bulağının kənarında olduqları halda, ondan faydalanmaq əvəzinə fitrətlərindəki hidayəti satıb azğınlığı almışlar. Elə təsəvvür edirdilər ki, bu alver nəticəsində müsəlmanları zəiflədərək öz arzularına çatacaqlar. Onların bu alveri iki böyün ziyanla nəticələndi:
1) Heç bir qazanc əldə etmədən həm maddi, həm də mənəvi sərmayələrini itirdilər.
2) Öz arzularına da çatmadılar. Çünki İslam böyük sürətlə inkişaf etdi, münafiqlər isə rüsvay oldular.
Bəqərə surəsi, 17-20-ci ayələr
مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لَا يُبْصِرُونَ .١٧
صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَ .١٨
أَوْ كَصَيِّبٍ مِنَ السَّمَاءِ فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي آذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ وَاللَّهُ مُحِيطٌ بِالْكَافِرِينَ .١٩
يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ كُلَّمَا أَضَاءَ لَهُمْ مَشَوْا فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُوا وَلَوْ شَاءَ اللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .٢٠
Ayələrin tərcüməsi
17\. Onlar (münafiqlər qaranlıq çöldə yolu tapmaq üçün) od yandıran şəxsə bənzəyirlər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah (tufan qoparıb) onların işığını söndürər və göz işləməyən qorxunc zülmətlər içində qoyar.
18\. Onlar kar, lal və kordurlar. Buna görə də (yanlış yoldan) dönməzlər.
19\. Yaxud qaranlıq gecədə ildırımlı və şimşəkli səmadan (yolçuların başına) yağan yağış altında ildırımın səsini eşitməsinlər deyə, ölüm qorxusundan barmaqlarını qulaqlarına tıxayanlara bənzəyirlər. Halbuki Allah kafirləri (qüdrəti ilə) əhatə etmişdir.
20\. İldırımın (gözqamaşdıran işığı), az qalır ki, onların gözünü çıxartsın. (Şimşək işıq saçıb çölü) onlar üçün aydınladanda (bir neçə addım) gedirlər, üzərlərinə qaranlıq çökdükdə isə dayanırlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini alardı. Çünki Allah hər şeyə qadirdir.
Ayələrin təfsiri.
Münafiqlərin vəziyyətini təsvir edən iki gözəl misal.
Allah-taala münafiqlərin xüsusiyyətlərini bəyan etdikdən sonra bu ayələrdə onların vəziyyətini təsvir etməkdən ötrü iki gözəl misaldan istifadə etmişdir:
1) Birinci misalda deyilir: "Onlar (münafiqlər qaranlıq çöldə yolu tapmaq üçün) od yandıran şəxsə bənzəyirlər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah (tufan qoparıb) onların işığını söndürər və göz işləməyən qorxunc zülmətlər içində qoyar”.
Münafiqlər elə təsəvvür edirdilər ki, kiçik bir od parçası ilə zülmətlərə qarşı mübarizə apara bilərlər. Lakin qəfildən möhkəm külək qalxır və ya güclü yağış yağmağa başlayır. Bununla da alışdırdıqları kiçik od sönür və onlar yenidən zülmət içərisində qərq olurlar.
Daha sonra Allah-taala münafiqlərin kar, lal və kor olduğunu buyurur: "Onlar kar, lal və kordurlar. Buna görə də (yanlış yoldan) dönməzlər”.
Bu, necə də gözəl və dəqiq bir misaldır! Həyatda insanı məqsədindən uzaqlaşdıracaq yollar çox olsa da, onu məqsədinə çatdıracaq yalnız bir yol vardır. Üstəlik, həmin yolda insan həddən artıq maneələrlə, zülmətlərlə qarşılaşır. Şübhəsiz, bu zülmətləri arxada qoymaq üçün yolu işıqlandıracaq bir işığa ehtiyac var. Bu yolda ağıl və imandan gözəl işıq ola bilməz. Yolu qısa müddətlik işıqlandıracaq kiçik bir işıq zülmət qarşısında tab gətirə bilməz. Münafiqlər elə təsəvvür edirdilər ki, nifaq yolunu tutmaqla hər bir vəziyyətdə öz mövqelərini qoruya, təhlükələrdən amanda qala bilərlər. Fikirləşirdilər ki, hər iki dəstənin əldə edəcəyi gəlirlərdən onlara da pay çatar. Müsəlmanlar qələbə qazandıqda özlərini müsəlmanlara, kafirlər qələbə qazandıqda isə kafirlərə aid etməklə hər iki dəstədən qazanc əldə edərlər. Özlərini ağıllı və zirǝk adamlar sanır, bu "zirəkliklə" həyatlarını davam etdirmək istəyirdilər. Quran onların iç üzünü açaraq yalanlarını üzə çıxarır:
"Münafiqlər sənin yanına gəldikləri zaman: "Biz şəhadət veririk ki, sən, həqiqətən, Allahın elçisisən!" - deyirlər. Allah bilir ki, sən Onun elçisisən. Ancaq Allah şahiddir ki, münafiqlər yalançıdırlar”. Hətta Quran münafiqlərin yalançı olduğunu kafirlərə də bildirir:
"Münafiqlərin kitab əhlindən kafir olan qardaşlarına: "Əgər sizi vətəninizdən qovsalar, biz də sizinlə birlikdə çıxıb gedəcək və heç kəsin sizin haqqınızda olan sözlərinə tabe olmayacağıq. Əgər sizinlə döyüşsələr, sizə kömək edəcəyik!" dediyini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir. Əgər onları (yurdlarından) qovsalar, (münafiqlər) onlarla birlikdə çıxıb getməyəcəklər, (müsəlmanlar) onlara qarşı vuruşsalar, onlara köməklik göstərməyəcəklər. Əgər yardım göstərsələr belə, geri dönüb qaçar, sonra da onlara heç bir kömək edilməz".
Haqqında danışdığımız ayədə Allah-taala münafiqlərin barəsində məsəl çəkərkən "istəvqədə nəran" ifadəsini işlədərək onları "od yandıran şəxsə" bənzətmişdir, yəni münafiqlər nura qovuşmaqdan ötrü oddan istifadə edirlər. Od isə yandırıcılıq xüsusiyyətinə malik olmaqla yanaşı, həm tüstüyə, həm də külə malikdir. Möminlər isə yalnız iman nurundan istifadə edirlər. Münafiqlər üzdə iman nuruna malik olsalar da, batinləri oddur. Üzdə nurlu görünsələr də, bu nur qısa müddətli və zəifdir. Bu zəif nur da ya vicdanın işıq və nuruna, ya da ilkin imanlarına işarədir. Lakin sonradan kor-koranə təqlidlər və yersiz təəssübkeşliklər, inadkarlıqlar nəticəsində həmin iman da aradan gedir, onun üzərini zülmətlər örtür. Belə olduqda gözləri görmür, qulaqları eşitmir, dilləri söz tutmur. Çünki daha öncə də qeyd etdiyimiz kimi, yanlış yola davam etmək doğru ilə yanlışı ayırd edə bilmək bacarığını tədricən insandan alır. Axırda vəziyyət o həddə gəlib çatır ki, belə insan yaxşını pis, pisi isə yaxşı kimi görür.
Ayədəki bənzətmə, əslində, nifaqla bağlı bir həqiqətin üstünü açır. O da budur ki, ikiüzlülük heç vaxt uzun müddət davam edə bilməz. Münafiqlər həm müsəlmanlardan, həm də kafirlərdən çox az müddət ərzində faydalana bilərlər. Lakin qısa müddət sonra səhrada əsən zəif küləyin nəticəsində sönən zəif işıq kimi onların da bu işığı sönəcək. Beləliklə də, əsl simaları üzə çıxacaq. Səhrada yolunu azmış insanlar kimi sərgərdan qalacaqlar.
Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, İmam Muhəmməd Baqir (ə) “Günəşi işıqlı, ayı nurlu edən məhz Odur (Allahdır)" ayəsinin təfsiri barədə belə buyurmuşdur: "Allah yer üzünü günəşlə işıqlandırdığı kimi, Muhəmmədin (s) nuru ilə də işıqlandırmışdır. Buna görə də Muhəmmədi (s) günəşə, onun vəsisini (canişinini) isə aya bənzətmişdir”? Bu, o deməkdir ki, iman nuru bütün dünyanı işıqlandırır. Lakin nifaqın üzdə azacıq nuru olsa belə, o, yalnız öz yaxın çevrəsini, özü də qısa müddət üçün işıqlandıra bilər.
2) İkinci bənzətmədə Allah-taala münafiqləri başqa cür təsvir etmişdir. Zülmət gecədə qorxulu səhrada çox güclü yağış yağır. Səmada saçan güclü şimşəyin vahiməli gurultusu, az qala, səhrada gedənlərin qulaqlarını batırır. Yağışdan büsbütün islanmış bu adamların nə gedib daldalanmağa bir ümid yeri var, nə də gecənin zülməti onlara məqsədə doğru addımlamağa imkan verir. Quran kiçik, eyni zamanda dolğun bir cümlə ilə onların sərgərdan qalmasını belə çatdırır: "Yaxud qaranlıq gecədə ildırımlı və şimşəkli səmadan (yolçuların başına) yağan yağış altında ildırımın səsini eşitməsinlər deyə, ölüm qorxusundan barmaqlarını qulaqlarına tıxayanlara bənzəyirlər. Halbuki Allah kafirləri (qüdrəti ilə) əhatə etmişdir”.
Göy üzündə ardıcıl olaraq çaxan şimşəyin işığı o qədər güclüdür ki, az qalır, səhrada gedənlərin gözünü çıxartsın. Hər dəfə saçdıqda zülmətə bürünmüş səhranı işıqlandırır və bu işığın sayəsində onlar bir neçə addım yol gedirlər. Lakin şimşək çaxmadıqda hər tərəf yenidən zülmətə qərq olur və onlar yerlərində qalıb bircə addım da ata bilmirlər: "İldırımın (gözqamaşdıran işığı) az qalır ki, onların gözünü çıxartsın. (Şimşək işıq saçıb çölü) onlar üçün aydınladanda (bir neçə addım) gedirlər, üzərlərinə qaranlıq çökdükdə isə dayanırlar”.
Özlərini hər an təhlükə ilə qarşı-qarşıya görürlər. Çünki ucsuz- bucaqsız bu səhrada şimşəyin təhlükəsini dəf edəcək nə bir dağ, nə də bir ağac var. Hər an ildırım onları vurub külə döndərə bilər.
Bildiyimiz kimi, ildırım əsasən hündürlüyə yönəlir. Səhrada gedən insanlardan başqa orada heç bir hündürlük olmadığı üçün ildırımın onları vurma təhlükəsi daha çoxdur. (Hicaz səhraları kimi hamar düzənliklərdə ildırım vurma təhlükəsi dağlıq ərazilərdəkindən daha artıq olduğuna görə bu məsəlin əhəmiyyəti o ərazilərin sakinləri üçün daha çox aydın olur.)
Yuxarıda təsvir olunmuş vəziyyətlə qarşılaşan insan nə edəcəyini bilmir. Həddən artıq nigarandır. Yerində dayanıb qalmışdır. Nə gedə biləcəyi yol görünür, nə də ona yol göstərəcək bələdçi var. Hətta belə bir təhlükə də var ki, göy gurultusunun səsi qulaqlarını deşsin, gözlərini çıxartsın. Təbii ki, əgər Allah istəsə, bu da ola bilər. Çünki Allah hər şeyə qadirdir: "Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini alardı. Çünki Allah hər şeyə qadirdir”.
Münafiqlər də eynilə ayədə təsvir edilən yolçuya bənzəyirlər. Onlar güclü yağışa bənzəyən və hər tərəfi cənginə alan möminlərin arasına girsələr də, insanı ölüm təhlükəsi ilə üz-üzə qoyan ildırımdan - Allahın bəlasından qorunmaq üçün iman qalasına daxil olmamışlar.
Müsəlmanların kafirlərə qarşı silahlı mübarizəsi münafiqlərə göy gurultusunu xatırladırdı. Arabir haqq yolunu tapmaq üçün fürsət düşür, ancaq bu fürsətlərdən istifadə etmirdilər. Həmin fürsətlər şimşək kimi tez yox olub gedir, münafiqlər də zülmətə qərq olmuş səhrada sərgərdan qalmış insanlar kimi nə edəcəklərini bilmirlər. İslamın sürətlə yayılması münafiqlərin gözünü qamaşdırır, onların iç üzlərini açan Quran ayələri isə onları hədəfə alırdı. Hər an yeni bir ayənin nazil olaraq onların sirrinin üstünü açacağını ehtimal verirdilər. Allah-taala "Tövbə" surəsinin 64-cü ayəsində bu məsələyə toxunaraq buyurmuşdur:
"Münafiqlər özlərinə qarşı, ürəklərində olan sirlərdən xəbər verəcək bir surənin nazil ediləcəyindən qorxurlar. De: "Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!" Münafiqlərin qorxduğu başqa bir məqam da ondan ibarət idi ki, birdən sirlərinin üstü açılar və Allah-taala artıq böyük gücə çevrilmiş müsəlmanlara münafiqlərə qarşı döyüş əmri verər. Quran bu barədə belə buyurmuşdur:
"Əgər ikiüzlülər, qəlbi xəstə olanlar və Mədinədə yalan xəbərlər və əsassız şayiələr yayanlar əməllərindən əl çəkməsələr, səni onlara qarşı qaldırarıq. Sonra onlar bu şəhərdə sənin yanında yalnız qısa müddət qala bilərlər, hər tərəfdən qovularlar. Harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər".
Bu ayələrdən çox aydın şəkildə başa düşülür ki, münafiqlər Mədinədə daim təlaş içərisində yaşamışlar. Ayələr çox sərt şəkildə onları hədəfə almış, hər an onların cəzalandırılması, ən azından Mədinədən çıxarılması barədə yeni bir ayənin nazil olması ehtimal edilirmiş.
Haqqında danışdığımız ayələrin Həzrət Peyğəmbərin (s) dövründə yaşamış münafiqlərin barəsində nazil olmasına baxmayaraq, hər bir dövrdə münafiqlərin olduğunu nəzərə alsaq, ayənin əhatə dairəsini onlara da şamil etmək mümkündür. Ayələrdə münafiqlər haqqında deyilmiş xüsusiyyətlərin hamısını indiki dövrün münafiqlərində də bircə-bircə müşahidə edirik.
Yuxarıdakı ayələrdə birinci misal ilə ikinci misal arasında hansı fərqin olmasına gəlincə, bu barədə iki təfsir mövcuddur. Biri odur ki, birinci ayədəki (“Onlar (münafiqlər qaranlıq çöldə yolu tapmaq üçün) od yandıran şəxsə bənzəyirlər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah (tufan qoparıb) onların işığını söndürər və göz işləməyən qorxunc zülmətlər içində qoyar" ayəsindəki) bənzətmə əvvəlcə əsl möminlərin sırasına qoşularaq, həqiqətən də, iman gətirmiş, lakin imanlarında sabitqədəm olmamış münafiqlərin barəsindədir. İkinci bənzətmə isə ("Yaxud qaranlıq gecədə ildırımlı və şimşəkli səmadan (yolçuların başına) yağan yağış altında ildırımın səsini eşitməsinlər deyə, ölüm qorxusundan barmaqlarını qulaqlarına tıxayanlara bənzəyirlər” ayəsindəki) bənzətmə isə əvvəlcədən nifaqa düçar olmuş, heç vaxt səmimi-qəlbdən iman gətirməmiş münafiqlərin barəsindədir.
İkinci təfsir isə odur ki, birinci bənzətmə fərdlərin, ikinci bənzətmə isə mühitin vəziyyətini bəyan edir. Buna görə də birinci bənzətmədə "Onlar (münafiqlər qaranlıq çöldə yolu tapmaq üçün) od yandıran şəxsə bənzəyirlər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah (tufan qoparıb) onların işığını söndürər və göz işləməyən qorxunc zülmətlər içində qoyar", ikinci bənzətmədə isə "Yaxud qaranlıq gecədə ildırımlı və şimşəkli səmadan (yolçuların başına) yağan yağış altında ildırımın səsini eşitməsinlər deyə, ölüm qorxusundan barmaqlarını qulaqlarına tixayanlara bənzəyirlər” - deyə ifadə edilmişdir.
Bəqərə surəsi, 21-22-ci ayələr
يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ .٢١
الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ فِرَاشًا وَالسَّمَاءَ بِنَاءً وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ .٢٢
Ayələrin tərcüməsi
21\. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqvalı olasınız.
22\. O Allah ki sizin üçün yer üzünü döşəmə, göyü (atmosferi) isə başınız üzərində tavan kimi yaratdı, göydən su endirdi və onun vasitəsilə sizin üçün ruzi olsun deyə, müxtəlif meyvələr yetişdirdi. Belə isə (bütlərin heç birinin sizi yaratmadığını və sizə ruzi vermədiyini) bildiyiniz halda, Allaha şəriklər qoşmayın.
Ayələrin təfsiri.
Bu cür Allaha ibadət edin!
Əvvəlki ayələrdə Allah-taala üç dəstə (təqvalılar, kafirlər və münafiqlər) haqqında məlumat vermiş, təqvalıların Allahın mərhəmətinə qovuşduğunu, Quranın onlar üçün bələdçi olduğunu, kafirlərin isə ürəklərinə cəhalət və nadanlıq möhürü vurulduğunu, pis əməllərinə görə gözlərinə pərdə çəkildiyini və haqq ilə nahaqqı ayırd edə bilmək bacarığının onlardan alındığını bildirmişdir. Münafiqlərə gəlincə, onların da öz yaramaz əməllərinə görə ürəkləri xəstə insanlar olduğu bildiril- mişdir. İndi haqqında danışacağımız ayələrdə isə birinci dəstəyə aparıb çıxaran səadət yolu açıqlanaraq deyilir: "Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqvalı olasınız”.
Bu ayənin təfsiri ilə bağlı aşağıdakılara diqqət yetirmək lazımdır:
1) Quranda təxminən iyirmi dəfə işlədilmiş və bu ayədə də işlədilən "Ey insanlar!" xitabı ümumi xitab olaraq onu göstərir ki, Quran yalnız müəyyən bir qəbilə, tayfa və ya irqə məxsus deyil, bütün bəşəriyyət üçün göndərilmişdir. Bu ayə bütün insanları Allaha ibadət etməyə, hər cür şirkdən uzaq olmağa səsləyir.
2) İnsanlarda Allaha ibadət etmək hissini oyatmaq üçün ən böyük nemət olan yaradılışa toxunulur. Bu nemət Allahın qüdrət, həm elm, həm də ümumi və xüsusi rəhmət nişanəsidir. Yaradılış aləminin ən şah əsəri sayılan insanın yaradılışında Allah-taalanın elm və qüdrət nişanələri açıq-aşkar gözə dəyir. Allaha ibadət etməyən insanlar adətən özünün və özündən əvvəlkilərin yaradılışı barədə düşünmədiklərinə görə Ona ibadət etmirlər. Onlar anlamırlar ki, bu cür yaradılışa malik varlığı təbiətin şüursuz amillərinə aid etmək olmaz. İnsanın varlığındakı saysız- hesabsız nemətləri elm və qüdrət mənbəyi olan Allahdan başqasına aid etmək qeyri-mümkündür. Buna görə də bu nemətləri xatırlamaq həm allahıtanımaya bir sübutdur, həm də insanı Allaha ibadət etməyə sövq edən bir amildir.
3) Allaha ibadət etmək təqvaya gətirib çıxarır. Deməli, Allaha ibadət etməməyimiz Onun heç nəyini əskiltmədiyi kimi, ibadətlərimiz də Onun heç nəyini artırmır. Şübhəsiz, ibadət insanın təqvalı olması ilə nəticələnir. Təqva isə insanın şəxsiyyətinin dəyərləndirilməsi üçün ən başlıca amil olub, onda məsuliyyət hissi yaradır.
4) Ayədəki "sizdən əvvəlkiləri" ifadəsi, bəlkə də, ona işarə edir ki, əgər siz insanlar bütlǝrǝ sitayiş etməkdə öz ata-babalarınızın yolunu tutub gedirsinizsə, bilməlisiniz ki, Allah-taala həm sizin, həm də sizdən əvvəlkilərin yaradanıdır. Sizlərin də, ata-babalarınızın da həqiqi sahibi məhz Odur. Buna görə də istər siz bütlərə ibadət edin, istərsə də onlar, bu, azğınlıqdan başqa bir şey deyil.
Yer və göy neməti.
Növbəti ayədə insanların Allaha şükür və ibadət etməsinə səbəb ola biləcək digər nemətlərə toxunulmuşdur. Əvvəlcə yerin yaradılmasından söz açılır: "O Allah ki sizin üçün yer üzünü döşəmə kimi yaratdı”.
Kiçicik tərpəniş hiss etmədən insanları öz üzərində daşıyaraq heyrətamiz bir şəkildə fəzada müxtəlif hərəkətlər edən Yer kürəsi Allahın ən böyük nemətlərindən biridir. Onun hərəkət, istirahət, ev- eşik düzəltmək, bağlar salmaq kimi işlərə imkan verən cazibə qüvvəsi də başqa bir nemətdir. Heç düşünmüsünüzmü ki, əgər yerin cazibə qüvvəsi olmasaydı, bütün həyatımız bir göz qırpımında bir-birinə dəyərdi?
Ayədə işlədilmiş “döşəmə” (yataq) ifadəsi necə də gözəl ifadədir! O, "rahatlıq" və "arxayınlıq” mənasını ehtiva etməklə yanaşı, “isti” və "yumşaq" mənasını da özündə əks etdirir. İmam Zeynül-abidin (ə) bu #### Ayənin təfsirini verərkən "yer" haqqında belə buyurmuşdur:
"Allah-taala yeri sizin təbiət və bədənlərinizə uyğun yaratmışdır. Onu elə isti etməyib ki, sizi yandırsın. Elə soyuq da etməyib ki, sizi dondursun. Onu çox ətirli etməyib ki, ətrinin tündlüyü beyinlərinizə pis təsir etsin. Pis qoxulu da etməyib ki, sizi narahat etsin. Onu su kimi etməyib ki, batasınız. Həddən artıq sərt də etməyib ki, ev-eşik düzəltməkdə və ölülərinizi dəfn etməkdə aciz qalasınız. Bəli, Allah- taala yeri sizin üçün məhz bu cür döşəmə (yataq) olaraq xəlq etmişdir".
Daha sonra göy və onda olan digər nemətlərə işarə edilir: "Göyü (atmosferi) isə başınız üzərində tavan kimi yaratdı".
Ayədəki (ləkum) ifadəsindən məlum olur ki, (göy) insanların xeyrinə olaraq onların başı üzərində yaradılmışdır. Quranın başqa bir ayəsində bu mənaya açıq şəkildə toxunulmuşdur:
"Göyü mühafizə olunan bir tavan etdik".
Çağdaş dövrümüzdə yerin və göyün quruluşundan xəbərdar olan bəzi insanlar üçün bu ifadə bir qədər təəccüblü görünə bilər ki, bu tavan harada və hansı formadadır? Bu, planetlərin soğan qabığı kimi bir-birinin üstündə yerləşməsini iddia edən Ptolomey nəzəriyyəsini təsdiqləmirmi? Lakin aşağıda verəcəyimiz açıqlamadan sonra bu məsələyə tam aydınlıq gələcək.
(göy) sözü Quranda müxtəlif mənalarda işlədilmişdir. Onların hamısının arasındakı müştərək məna "yuxarıda yerləşən şey" mənasıdır. O mənalardan biri də bu ayədə işarə edilmiş hava qatıdır. Alimlərin dediyinə görə, yer kürəsini tamamilə əhatə etmiş bu hava qatlarının qalınlığı bir neçə yüz kilometrlərlə ölçülür. Həmin qatların necə həyati önəm daşıdığını düşünsək, onda göyün nə dərəcədə möhkəm tavan olduğunu anlayarıq. Büllur tavana bənzəyən və canlılara həyat bəxş edən, həmçinin günəş şüalarının keçməsinə qətiyyən mane olmayan bu hava qatları eyni zamanda bir neçə metr qalınlığı olan polad bənddən də qat-qat möhkəmdir. Əgər bu tavan olmasaydı, yer üzü həmişə dağınıq göy daşlarının hücumuna məruz qalar, insanların rahatlığı, sözün əsl mənasında, pozulardı. Bir neçə yüz kilometr qalınlığındakı sıxılmış bu hava qatları yerə doğru gələn astroidləri yerǝ düşməzdən qabaq yandırıb külə döndərir. Yalnız çox az sayda astroid hava qatını keçə bilir.
Qurandakı (göy) sözünün mənalarından birinin yer kürəsini əhatə etmiş hava qatları olmasını təsdiqləyən sübutlardan biri məhz İmam Sadiqin (ə) göyün rəngi barədə buyurduğu hədisdir. O Həzrət (ə) yaxın səhabələrindən olmuş Müfəzzələ xitabən belə buyurmuşdur:
"Ey Müfəzzəl, bir göyün rəngi barədə düşün! Gör, Allah onu necə də insan gözü üçün ən uyğun olan mavi rəngdə yaratmışdır! Hətta ona baxmaq da gözün nurunu artırır”.
Hamıya məlumdur ki, göydəki mavi rəng yeri əhatə etmiş hava qatlarının rəngidir. Deməli, bu hədisdəki "göy" sözündə məhz “hava qatı" nəzərdə tutulmuşdur. "Nəhl” surəsinin 79-cu ayəsində deyilir:
"Onlar havada saxlanılan quşları görmürlərmi?”
(göy) sözünün digər mənaları barədə elə bu surənin 29-cu ayəsinin təfsirində daha ətraflı məlumat verəcəyik.
Haqqında danışdığımız ayədə daha sonra yağış nemətinə toxunulmuşdur: “Göydən su endirdi".
Göydən nazil olan bu su necə sudur? O, əlbəttə ki, həyatverici, bütün abadlıqların və maddi nemətlərin ehtiyac duyduğu bir sudur.
(Göydən su endirdi) cümləsi də bir daha təsdiq edir ki, bu ayədəki (göy) sözündə məhz “hava qatı" nəzərdə tutulmuşdur. Çünki yağışın buludlardan, buludların isə hava qatlarında yığılan buxarlardan əmələ gəldiyi hamıya məlumdur. İmam Zeynül- abidin (ə) bu #### Ayənin təfsirində yağışın yağması haqqında belə buyurmuşdur:
"Allah-taala göydən yağış yağdırır ki, dağların zirvələri, dərələr, təpələr, hamar yerlərin hamısı onun suyundan faydalansın. Yağış damcılarını ona görə gah xırda, gah da böyük və ardıcıl yağdırır ki, yerə tamamilə hopsun və hər tərəf islansın. Ona görə onu sel kimi etməyib ki, ağacları, əkinləri, məhsulları yuyub aparmasın".
Daha sonra sözügedən ayədə yağış yağması nəticəsində insanlara verilən nemətlərə də işarə edilmişdir: "Onun vasitəsilə sizin üçün ruzi olsun deyə, müxtəlif meyvələr yetişdirdi".
Allah-taalanın bu işi bir tərəfdən Onun bütün bəndələrə olan geniş lütf və mərhəmətinin göstəricisidir, digər tərəfdən isə Onun qüdrətini çatdırır ki, görün, Allah rəngsiz olan sudan necə də rəngbərəng və müxtəlif dadlara malik meyvələr, dənli bitkilər yetişdirir. Onlardan həm insanlar, həm də digər canlılar faydalanır. Bu, həm də Allah- taalanın varlığına ən gözəl sübutlardan biridir. Buna görə də ayənin sonunda belə deyilir: "Belə isə (bütlərin heç birinin sizi yaratmadığını və sizə ruzi vermədiyini) bildiyiniz halda, Allaha şəriklər qoşmayın”.
Bəli, bütün insanlar bilirlər ki, bütlər və qondarma tanrıların heç biri nə kimisə xəlq etmiş, nə də kiməsə ruzi vermişdir. Belə olan halda, bəs nəyə görə onları Allaha şərik qərar verirlər?
(ǝndad) sözü (nidd) vəznində olub, “şərik” mənasını bildirir. Təbii ki, şəriklik məsələsi bütpərəstlərin düşüncəsində olmuşdur, reallıqda isə qətiyyən belə bir şey ola bilməz. Daha dəqiq desək, Rağib İsfahaninin də "Mufrǝdatul-Quran” əsərində qeyd etdiyi kimi, (nidd) və (nǝdid) sözləri "zatı baxımından başqa bir şeyə bənzəyən" mənasını bildirir. Buradan məlum olur ki, bu sözün mənasında xüsusi bir bənzərlik, yəni zatdakı oxşarlıq nəzərdə tutulur.
İncəliklər:
Bütpərəstliyin müxtəlif təzahürü.
Qeyd etmək lazımdır ki, Allaha şərik qoşmaq təkcə daşdan, taxtadan və s.-dən bütlər düzətmək və ya İsa (ə) peyğəmbəri ilahiləşdirərək üç üqnumdan biri kimi qəbul etməklə məhdudlaşmır. Bunun daha geniş əhatə dairəsi var və şirkin daha gizli növlərinə də şamil olur. Ümumiyyətlə, həyatda nəyi təsir vasitəsi hesab etsək, o, Allaha şərik sayılır. İbn Abbasın bu barədə gözəl bir ifadəsi vardır. O deyir:
(ǝndad) sözü şirkin elə növləridir ki, onu müəyyənləşdirmək zülmət gecədə qara daşın üzərində hərəkət edən qarışqanı görməkdən daha çətindir. Şirkin bir növü odur ki, insan: "Filankəs, Allaha, sənin canına, öz canıma and olsun" - desin. (Yəni dostunun canı və öz canını Allah ilə eyni sırada tutsun.) Yaxud desin ki, əgər bu it olmasaydı, dünən gecə oğrular gələrdi (İtin oğruların gəlişinə mane olduğunu düşünür.) Yaxud dostuna desin ki, Allah nə istəsə və sən nə istəsən. Bunların hamısı şirkdir”.
Hədislərdən birində bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gələrək: "Allah və sən nə istəsən..." dedikdə Peyğəmbər (s) belə buyurur: "Məni Allaha şərikmi tutursan?"
Bu kimi ifadələrə gündəlik həyatımızda da rast gəlirik. Məsələn, kimsə başqa birisinə deyir ki, göydə Allah, yerdə sən... Etiraf etməliyik ki, bu kimi ifadələr tövhidi kamil həddə olan insana yaraşmaz. İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə gizli şirkə işarə edilərək belə deyilmişdir: "Məsələn, bir nəfər başqa birisinə deyir ki, sən olmasaydın, mən həlak olardım, yaxud həyatım puç olardı". Kitabın onuncu cildində "Yusuf" surəsinin 106-cı ayəsinin təfsirində bu barədə ətraflı məlumat verəcəyik.
Bəqərə surəsi, 23-24-cü ayələr
وَإِنْ كُنْتُمْ فِي رَيْبٍ مِمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِنْ مِثْلِهِ وَادْعُوا شُهَدَاءَكُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ .٢٣
فَإِنْ لَمْ تَفْعَلُوا وَلَنْ تَفْعَلُوا فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ .٢٤
Ayələrin tərcüməsi
23\. Əgər bəndəmizə (Peyğəmbərə) nazil etdiyimizə şəkkiniz varsa, ona bənzər (ən azı) bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bu işdə köməyə) çağırın.
24\. Əgər bunu bacarmırsınızsa, — heç bacara da bilməyəcəksiniz, — o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və daşlardan (bütlərdən) olan oddan qorxun.
Ayələrin təfsiri.
Quran - əbədi möcüzə.
Əvvəlki ayələrin mövzusu olan küfr və nifaq bəzi vaxtlar peyğəmbərliyin mahiyyətini dərk etməməkdən qaynaqlandığı üçün bu ayələrdə əsas diqqət də məhz bu məsələyə yönəldilmişdir. Xüsusilə də Peyğəmbərin (s) əbədi möcüzəsi sayılan Qurani-Kərim daha qabardılmış şəkildə önə çəkilmişdir ki, Həzrət Muhəmmədin (s) peyğəmbərliyinə şübhə edənlərin şübhəsi aradan qaldırılsın. İlk olaraq Allah-taala belə buyurmuşdur: "Əgər bəndəmizə (Peyğəmbərə) nazil etdiyimizə şəkkiniz varsa, ona bənzər (ən azı) bir surə gətirin”.
Bununla da Allah Quranı inkar edənlərin hamısını açıq mübarizəyə dəvət edir ki, bu yolla öz acizliklərini görüb bu kitabın, doğrudan da, səmavi vəhy olduğunu qəbul etsinlər. Daha sonra isə Quran belə buyurmuşdur: “Əgər doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bu işdə köməyə) çağırın”.
Ayənin orijinalındakı (şahidlər) sözündə kafirlərə peyğəmbəri inkar etməkdə yardımçı olan şahidlər nəzərdə tutulmuşdur. (Allahdan savayı) ifadəsi isə ona işarə edir ki, Allahdan başqa bütün insanlar toplaşıb əl-ələ versələr də, Quranın surəsi kimi bircə surə də gətirə bilməzlər. (əgər doğru deyirsinizsə) budaq cümləsi isə, əslində, kafirləri bu mübarizəyə dəvət etməyə təhrik edir, yəni sizin bu işdə acizliyiniz yalançı olmağınıza dəlalət edir. Yalançı olmadığınızı sübut etmək üçün əl-ələ verib Quran surələri kimi bircə surə gətirin.
Mübarizəyə dəvət mümkün qədər qətiyyətli olmalı, düşməni maksimum dərəcədə təhrik etməlidir ki, bütün gücünü səfərbər etsin. Nəhayət, aciz olduğunu gördükdən sonra düşmən əmin olsun ki, qarşılaşdığı kitab bəşər düşüncəsinin məhsulu deyil, həqiqətən də, Allah tərəfindən göndərilmiş bir kitabdır. Məhz bu önəmli cəhətə növbəti ayədə toxunulmuşdur: "Əgər bunu bacarmırsınızsa, - heç bacara da bilməyəcəksiniz, - o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və daşlardan (bütlərdən) olan oddan qorxun".
Ayənin ərəbcə orijinalındakı "vəqud" sözünün mənası kibrit və ya digər vasitələrlə yaranan "qığılcım" deyil, məsələn, odun kimi alışan "yanacaq" deməkdir. Bəzi təfsirçilər ayədəki "daşlar" sözünün mənasının "daşdan hazırlanmış bütlər" olduğunu bildirmiş və bu iddianı "Ənbiya" surəsinin 98-ci ayəsi ilə əsaslandırmışlar. Həmin ayədə belə deyilmişdir: "Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəmin odunu olacaqsınız". Digər bir qrup təfsirçi burada "daşlar" deyildikdə hərarəti digər daşlardan daha çox olan kükürd daşlarının nəzərdə tutulduğunu bildirmişdir. Başqa bir qrup isə belə hesab etmişdir ki, bu ifadədə əsasən Cəhənnəm odunun hərarətinin həddən artıq çox olması nəzərdə tutulmuşdur. Yəni oranın hərarəti və yandırıcılıq qabiliyyəti o qədər güclüdür ki, hətta insanları və daşları da odun kimi yandıra bilər.
Ayələrin zahiri ilə daha uyğun görünən odur ki, Cəhənnəm odu insanların və daşların öz daxilindən alovlanacaq. Bu gün bütün cisimlərin öz daxilində böyük ölçüdə od (başqa sözlə desək, oda çevrilə biləcək güclü enerji) olduğunun sübut edildiyini nəzərə alsaq, yürütdüyümüz mülahizəni anlamaq elə də çətin deyil. Cəhənnəm odunu bu dünyanın adi odlarına bənzətməyə də lüzum yoxdur. "Huməzə" surəsinin 6-7-ci ayələrində Allah-taala belə buyurmuşdur: "Allahın yandırdığı oddur. (O od) ki, ürəklərdən qalxacaq". Ayələrdən də göründüyü kimi, Cəhənnəm odu bu dünyanın odlarından fərqli olaraq çöldən içəriyə doğru deyil, içəridən çölə doğru yetişir.
İncəliklər:
1\. Nə üçün peyğəmbərlərin möcüzəyə ehtiyacı var?
Məlum olduğu kimi, peyğəmbərlik məqamı bir sıra pak insanlara nəsib olmuş yüksək məqamdır. Dünyəvi vəzifələrə təyin edilən insanlar adətən başqaları üzərində fiziki rəhbərlik edirlər. Peyğəmbərlər isə insanların ürəyinə hakim kəsilirlər. Bunun dəyəri daha çox olduğundan bəzi insanlar özlərini yalandan peyğəmbər adlandıraraq cəmiyyətə rəhbərlik etməyə çalışırlar. Camaat peyğəmbərlik iddiasında olan hər bir şəxsin iddiasını qəbul etmək məcburiyyətində qaldığı təqdirdə cəmiyyətdə hansı hərc-mərcliyin baş alıb gedəcəyini təsəvvür etmək elə də çətin deyil. Heç birinin iddiasını qəbul etməsələr, onda da azğınlığın qarşısını almaq mümkün olmayacaq. Buna görə də peyğəmbərlərin gəlməsinin zəruriliyini sübut edən dəlil eyni zamanda onların yalançı iddiaçılardan fərqlənməsini göstərən möcüzə gətirməsini də zəruri edir. Deməli, hər bir peyğəmbər öz iddiasında doğru olduğunu sübut etməkdən ötrü, mütləq, möcüzə göstərməlidir.
"Möcüzə" sözünün özündən də göründüyü kimi, peyğəmbərin göstərəcəyi möcüzə elə bir qeyri-adi iş olmalıdır ki, başqaları onu həyata keçirməkdə aciz qalsınlar. Möcüzə gətirən peyğəmbər həm də camaatı onun gətirdiyi möcüzənin bənzərini gətirməyə dəvət etməlidir. Gətirdiyi möcüzəni öz doğruluq nişanəsi kimi təqdim etməlidir ki, əgər başqaları da bacarırlarsa, onun kimisini gətirsinlər.
2\. Quran - İslam Peyğəmbərinin (s) əbədi möcüzəsi.
Həzrət Muhəmmədin (s) möcüzələri arasında Quran onun haqq olduğunu göstərən ən böyük sübutdur. Quran bəşər düşüncəsinin fövqündə duran ilahi bir kitabdır. Bu vaxta qədər heç kim onun bənzərini gətirə bilməmişdir. O, səmavi bir möcüzədir. Onun İslam Peyğəmbərinin (s) ən böyük möcüzəsi olması bu kitabın natiq, əbədi, ümumbəşəri və ruhani (mənəvi) olmasından irəli gəlir. Əvvəlki peyğəmbərlər, mütləq, öz möcüzələrinin yanında olmalı idilər. Çünki möcüzələrinin dili yox idi. Bunu Həzrət Muhəmmədin (s) Qurani-Kərimdən başqa möcüzələrinə də aid etmək olar. Ancaq Quran özüdanışan bir möcüzə olmuşdur. Onu təqdim etməyə, tanıtdırmağa ehtiyac olmamışdır. O, özü-özünü təqdim edir, düşmənlərini açıq mübarizəyə səsləyir, mübarizə meydanından qalib ayrılır. Buna görə də Peyğəmbərin (s) vəfatından əsrlər keçməsinə baxmayaraq, Quran indi də öz varlığını davam etdirir. O, həm dindir, həm də möcüzə, həm qanundur, həm də qanunun sənədi.
3\. Əbədi və ümumbəşəri olmaq.
Quran zaman və məkan anlayışlarını aşaraq onların fövqündə qərar tutmuşdur. Digər peyğəmbərlərin möcüzələri, eləcə də Həzrət Muhəmmədin (s) Qurandan başqa möcüzələri müəyyən bir zamanı əhatə etmiş, müəyyən bir məkan çərçivəsinə sığmış, həm də müəyyən bir qrup insan üçün gəlmişdir. Məsələn, Həzrət İsanın (ə) beşikdə ikən dil açıb danışması, ölüləri diriltməsi müəyyən bir vaxtda baş vermiş və yalnız öz dövrünə aid olmuşdur. Zaman çərçivəsinə sığan işlərin xüsusiyyəti odur ki, müəyyən bir vaxt rövnəqlənirsə, zaman keçdikcə unudulur. Quran isə zaman və məkan anlayışlarını aşmışdır. Təxminən 1400 il bundan qabaq cəhalət girdabında çapalayan Hicaz mühitini necə işıqlandırmışdısa, bu gün də bizim yaşadığımız mühiti işıqlandırır. Hətta zaman keçdikcə və elmi nailiyyətlər artdıqca orta əsrlərin insanları ilə müqayisədə müasir insanlar Quran həqiqətlərindən daha çox faydalanır, onun maarifi ilə daha yaxından tanış olmaq imkanı qazanırlar. Məlum məsələdir ki, zaman və məkan anlayışlarını aşanı hər bir şey əbədi və ümumbəşəri olacaq. Şübhəsiz ki, əbədi və ümumbəşəri olan dinin onun doğruluğunu sübut edəcək əbədi və ümumbəşəri bir sənədi də olmalıdır.
4\. Quranın ruhani (mənəvi) olması.
Əvvəlki peyğəmbərlərin göstərdiyi möcüzələrin, demək olar ki, hamısı cismani xarakter daşımışdır. Məsələn, çarəsiz xəstələri sağaltmaq, ölüləri diriltmək, körpə uşağın beşikdə dilə gəlməsi və s. Qurana gəldikdə isə onun adi əlifba hərflərindən təşkil olmuş sözləri insanların ürəyinə yol tapır, onların ruhunu məftun, ağılları özünə valeh edir. Onun işi yalnız insanların ağlı, düşüncəsi, ruhu ilədir. Belə bir möcüzənin digər möcüzələrdən üstünlüyünü şərh etməyə ehtiyac yoxdur.
5\. Quran düşmənlərini onun kimisini gətirməyə səsləyibmi? Quran bir neçə surəsində düşmənlərini onun surələri kimi surələr gətirməyə səsləmişdir. Bununla əlaqədar olaraq aşağıdakı ayələrə diqqət yetirǝk:
1) Məkkədə nazil olmuş "İsra" surəsinin 88-ci ayəsində deyilir:
"De: "Əgər insanlar və cinlər bu Quranın bənzərini gətirmək üçün birləşsələr, bir-birinə kömək etsələr də, onun bənzərini gətirə bilməzlər”.
2) "Hud"surəsinin (bu surə də Məkkədə nazil olmuşdur) 13-14-cü ayələrində deyilir:
"Yoxsa: "Bunu (Quranı) özündən uydurdu!" - deyirlər. De: “Əgər doğru deyirsinizsə, siz də onun kimi özünüzdən on surǝ uydurub gətirin və Allahdan başqa kimi bacarırsınızsa, onu da köməyə çağırın. Yox, əgər onlar dəvətinizi qəbul etməsələr, bilin ki, o, ancaq Allahın elmi ilə nazil olmuşdur".
3) "Yunus" surəsinin 38-ci ayəsində (bu surə də Məkkədə nazil olmuşdur) deyilir:
"Onlar: "O, Quranı yalandan Allaha isnad edir!" - deyirlər? De: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, onu da (köməyə) çağırın!"
4) Haqqında danışdığımız "Bəqərə" surəsinin 24-cü ayəsində də bu barədə danışılır. (Bu ayə Mədinədə nazil olmuşdur.)
Ayələrdən də gördüyümüz kimi, Quran açıq şəkildə və tam qətiyyətlə düşmənlərini mübarizəyə dəvət edir. Özü də bu dəvəti elə formada etmişdir ki, qarşı tərəfi mübarizəyə təhrik edərək həvəsləndir- mişdir. Bu ayələrdə elə ifadələr işlədilmişdir ki, qarşı tərəfin, sanki mənliyinə toxunmuşdur. Həmin ifadələr aşağıdakılardır:
"Əgər doğru deyirsinizsə..."
"Siz də onun kimi özünüzdən on surə uydurub gətirin".
"Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin".
"Allahdan başqa kimi bacarırsınızsa, onu da köməyə çağırın".
"Əgər insanlar və cinlər birləşsələr..."
"Onun bənzərini gətirə bilməzlər"."
"Yanacağı (günahkar) insanlardan və daşlardan (bütlərdən) olan oddan qorxun".
"Əgər bunu bacarmırsınızsa, - heç bacara da bilməyəcəksiniz..."
Bu mübarizə təkcə ədəbi və ya dini mübarizə deyil, eyni zamanda siyasi, iqtisadi və ictimai bir mübarizə olmuşdur. Hətta qarşı tərəfin varlığı da bu mübarizədən asılı idi. Başqa sözlə desək, olduqca həyati önəm kəsb edən bu mübarizə Quranı qəbul etməyənlərin taleyini həll edirdi. Belə ki qalib gələcəkləri təqdirdə hər şeyə sahib olacaq, məğlub olacaqları təqdirdə isə ixtiyarlarında olan hər şey əllərindən çıxacaqdı. Bütün bunları nəzərə alaraq onların Quranın qarşısında susub təslim olmaları bu səmavi kitabın möcüzə olmasına ən böyük sübutdur. Onu da qeyd etmək lazımdır ki, bu ayələr müəyyən zaman və məkana xas deyil, bütün zamanlara, hər yerə şamil olub bütün elm mərkəzlərini mübarizəyə səsləmiş, indi də səsləməkdə davam edir.
6\. Quranın bənzərini gətirməyə çalışanlar.
İslam tarixinə diqqət yetirdikdə görürük ki, müsəlman ölkələrində hətta Həzrət Peyğəmbərin (s) sağlığında, eləcə də vəfatından sonra Məkkə və Mədinənin özündə də müsəlmanları zəiflətməyə çalışan inadkar yəhudi və xaçpərəstlər yaşamışlar. Hələ müsəlmanların arasında da özlərini mömin kimi qələmə verən, lakin Quranın münafiq adlandırdığı şəxslər də olmuşdur ki, onlar kafirlərin mənafeyi üçün səy göstərirdilər. İstər münafiqlər olsun, istərsə də kafirlər, müsəlmanları daim diqqət mərkəzində saxlayır, müsəlmanların əleyhinə olan istənilən işi dəstəkləyirdilər. Şübhəsiz ki, onlar Qurana bənzər bir kitab tapmış olsaydılar, onu yayar, ya da heç olmasa, qoruyub-saxlamağa çalışardılar.
Qurana qarşı mübarizəyə qalxmış, hətta bu istəkdə olması azacıq da olsa, ehtimal verilmiş bütün şəxslərin adları tarixi mənbələrdə qeyd edilmişdir. O cümlədən aşağıda adları çəkilən şəxsləri qeyd etmək olar:
1-Deyilənlərə görə, Abdullah ibn Muqǝffa "Əd-Durrǝtul-yətimə" kitabını məhz bu məqsədlə yazmışdır. Bu kitabın hal-hazırda mövcud olmasına, bir neçə dəfə yenidən nəşr edilməsinə baxmayaraq, onda Quranla mübarizəyə dair ən kiçik işarə belə yoxdur. Onun nəyə görə bu siyahıya daxil edilməsi çox qəribədir.
2-Mütənəbbi ləqəbi ilə tanınmış görkəmli şair Əhməd ibn Hüseyn Kufinin də adı peyğəmbərlik iddiası edən şəxslərin sırasında çəkilir. Lakin əksər sübutlar onu göstərir ki, o, peyğəmbərlik iddiası etməmiş, əsasən vəzifə və yüksək məqam istəyində olmuşdur.
3-Digər tanınmış şair Əbülǝla Məǝrrinin də adı peyğəmbərlik iddiasında olanların sırasında hallanır. Doğrudur, o, İslam əleyhinə çox sərt fikirlər səsləndirmişdir, lakin heç vaxt Qurana qarşı mübarizəyə qalxmamışdır. Əksinə, Quranın əzəmətinə dair çox gözəl sözlər demişdir. Yeri gəldikdə onun fikirlərini diqqətinizə çatdıracağıq.
4-Yǝmamə əhlindən olan Müseyləmə isə, heç şübhəsiz ki, pey- ğəmbərlik iddiasında olmuş, özündən guya Quran ayələrinə bənzər ayələr uydurmuşdur. Lakin onun dedikləri daha çox komediya janrına uyğun gəlir. Aşağıda onun dediklərindən bəzisini diqqətinizə çatdırırıq: "Zariyat" (mənası "sovurub dağıdan küləklər" deməkdir) surəsinə qarşılıq olaraq aşağıdakı cümlələri demişdir:
(And olsun toxum səpən əkinçilərə! And olsun (məhsulu) biçənlərə! And olsun buğdanı qabığından ayıranlara! And olsun buğda üyüdənlərə! And olsun xəmir yoğuranlara! And olsun çörək bişirənlərə! And olsun yeməyə çörək doğrayanlara! And olsun yağlı və yumşaq tikələri götürənlərə!)
(Ey qurbağanın qızı qurbağa! İstədiyin qədər səslə! Sənin yarı hissən suda, yarı hissən isə palçıqdadır. Nə suyu bulaşdırırsan, nə də kiminsə sudan içməsinə mane olursan.)
7\. Quranın barəsində başqalarının etirafı.
Aşağıda bir çox tanınmış şəxslərin, hətta Qurana qarşı mübarizəyə qalxdığı iddia edilənlərin bəzisinin bu səmavi kitabın əzəməti haqqında etirafını qeyd etməyi məqsədəuyğun görürük:
1-(Quranla mübarizəyə qalxdığı iddia edilən) Əbülǝla Məǝrri deyir: "Müsəlman olub-olmamasından asılı olmayaraq hamı qəbul edir ki, Muhəmmədin (s) gətirdiyi bu kitab bütün ağılları özünə heyran etmişdir. Bu vaxtadək heç kim ona bənzər bir kitab gətirə bilməmişdir. Onun metodu ərəblər arasında yayılmış xütbə, rəcǝz, şeir, sǝc janrında yazılmış heç bir kitabın metoduna bənzəmir. Onun cazibəsi o qədər çoxdur ki, onun bircə ayəsi başqa kitaba daxil edilsə, o, zülmət gecədə çıxan ulduz kimi parlayacaq".
2-Vəlid ibn Müğeyrə Məxzumi ərəblər arasında öz dəst-xətti ilə seçilmiş, cahiliyyət dövründə böyük ictimai problemlərin həllində fikirlərindən istifadə edilmiş və buna görə də "Qüreyşin gülü" kimi ad çıxarmışdır. O, "Ğafir" surəsinin bir neçə ayəsini Həzrət Peyğəmbərdən (s) eşitdikdən sonra Bəni-Məxzum tayfasının məclislərindən birində iştirak edərkən belə demişdir: "And olsun Allaha, Muhəmməddən (s) elə bir söz eşitdim ki, nə insanların sözünə bənzəyir, nə də pərilərin.
Onun sözlərinin özünəməxsus şirinliyi, gözəlliyi vardır. Sözlərinin yuxarısı (hündür ağacın budaqları kimi) barlı, aşağısı isə (çoxdankı ağaclar kimi) faydalıdır. Sözləri hər şeyi üstələyir, heç nə ondan üstün ola bilməz".
3-Tanınmış ingilis tarixçisi Karlayl Quran barəsində demişdir: "Bu müqəddəs kitaba bircə dəfə nəzər salsaq, görərik ki, onda dəyərli həqiqətlər və varlığın sirləri öz əksini tapmışdır. Onlardan Quranın həqiqətini çox aydın şəkildə başa düşmək mümkündür. Bu, yalnız Qurana xas olan bir məziyyətdir. Bunu digər elmi, iqtisadi, siyasi kitabda görmək mümkün deyil. Bəzi kitabları oxumaq insanın düşüncəsində böyük təsir buraxsa da, bu təsir Quranın təsiri ilə müqayisə edilə bilməz. Buna görə də qeyd etməliyik ki, Quranın ilkin məziyyəti heç bir şəkk-şübhə olmayan pak və dəyərli məsələləri ehtiva etməsindədir. Onda bəşəriyyətin səadətini təmin edəcək bütün dəyərlər öz əksini tapmışdır".
4-Con Dyui "Muhəmməd və Quranda çatışmazlıq bəhanəsi" kitabında yazır: "Quran nöqsanlardan o qədər uzaqdır ki, onda ən kiçik düzəlişə belə ehtiyac yoxdur. Onu əvvəldən sonadək oxusanız, hər hansı uyğunsuzluq tapa bilməzsiniz".
O, daha sonra yazır: "Hamı yekdilliklə qəbul edir ki, Quran ən fəsahətli və bəlağətli üslubda, ərəblərin ən nəcib qəbiləsi olan Qüreyşin ləhcəsində nazil olmuşdur... Onda ən gözəl təşbehlərdən istifadə edilmişdir..."
5-Alman yazıçısı Höte demişdir: "Quran elə bir kitabdır ki, oxucu anlamaqda əvvəlcə çətinlik çəksə də, sonradan ona məftun olur. Özündən ixtiyarsız olaraq onun saysız-hesabsız gözəlliyinin heyranı olur".
O, daha sonra demişdir: "Allahdan xəbərsiz olan keşişlər bizə uzun illər boyu müqəddəs Quranın həqiqətlərindən və onu gətirmiş Həzrət Muhəmmədin (s) əzəmətindən xəbərdar olmağa imkan verməmişlər. Lakin biz elm yolunda irəlilədikcə yersiz təəssübkeşliyin üzərindən pərdələr götürülmüşdür. Tezlikə bu misilsiz kitab - Quran bütün dünyanı özünə cəlb edib elmdə dərin iz buraxacaq. Axırda bütün insanların düşüncəsinin əsasını təşkil edəcək.
Biz əvvəlcə Qurandan üz çevirmişdik. Lakin çox keçmədi ki, bu kitab diqqətimizi özünə cəlb edib bizi heyran qoydu. Hamımız onun elmi əsasları qarşısında susduq".
6-Məşhur tarixçi Uill Dürant yazır: "Quran müsəlmanlara elə bir izzət, ədalət və təqva bəxş etdi ki, dünyanın heç bir yerində bənzəri yox idi".
7-Fransız təqdiqatçısı Jül Labom "Təfsilül-ayat" kitabında yazır: "Elm dünyaya müsəlmanlar tərəfindən yayıldı. Müsəlmanlar isə onu elm mənbəyi olan Qurandan əldə edib bəşəriyyət üçün elm bulaqları axıtdılar".
8-Şərqşünas Dinvert yazır: "Etiraf etməliyik ki, Avropada yayılmış təbiət elmləri, astronomiya, fəlsəfə, riyaziyyat - bütün bunlar Quranın təlimatlarındandır. Buna görə biz müsəlmanlara borcluyuq. Bu baxımdan Avropanı tam bir müsəlman diyarı hesab etmək olar".
9-Neapol Universitetinin müəllimi xanım Laura Vaksiya Vaqleri "İslamın sürətli inkişafı” əsərində yazır: "İslamın səmavi kitabı ecazın bir nümunəsidir... Quran bənzərsiz bir kitabdır. Ədəbiyyatda onun üslubu kimi üslub olmamışdır. Bu, onun insanın ruhuna qoyduğu təsir üstünlüklərindən xəbər verir. Dərs oxumamış adi bir ərəb fərdi olan Muhəmməd (s) möcüzə ilə dolu belə bir kitabı necə yaza bilər? (Bu, mümkün deyil.)
Biz bu kitabda elə dəyərli məlumatlara rast gəlirik ki, ən böyük filosofların, siyasi xadimlərin, elm adamlarının da bacarığından kənardır. Buna görə də Quran hətta bəşər övladından olan böyük alimin də əsəri ola bilməz".
Bəqərə surəsi, 25-ci ayə
وَبَشِّرِ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ كُلَّمَا رُزِقُوا مِنْهَا مِنْ ثَمَرَةٍ رِزْقًا قَالُوا هَذَا الَّذِي رُزِقْنَا مِنْ قَبْلُ وَأُتُوا بِهِ مُتَشَابِهًا وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ وَهُمْ فِيهَا خَالِدُونَ .٢٥
Ayənin tərcüməsi
25\. İman gətirən və yaxşı işlər görənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. (Onun) meyvəsindən onlara verildiyi zaman: "Bu ki bizə əvvəlcə verilən ruzidir" - deyəcəklər. (Amma bunlar onlardan daha yaxşı və daha dadlıdır). Onlar üçün gətirilən meyvələrin hamısı (gözəllik və təravət baxımından) bənzərdir. Onlar üçün orada pak zövcələr də var və onlar orada əbədi qalacaqlar.
Ayənin təfsiri.
Əvvəlki mövzunun son ayəsində kafirlər və Quranı inkar edənlərin acınacaqlı əzaba düçar olacaqları qeyd edildikdən sonra bu ayədə möminlərin aqibəti barədə məlumat verilir. Bununla da bu iki dəstənin bir-birindən fərqli aqibəti hamıya məlum olur. Ayənin əvvəlində Allah- taala belə buyurur: "İman gətirən və yaxşı işlər görənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır".
Bildiyimiz kimi, suyu daimi olmayan bağların təravəti nisbətən sönük olur. Bağın təravətli olması üçün suyu daimi olmalıdır. Buna görə də su bağın özündə olmalıdır, kənardan suvarmaqla istənilən nəticəni verməyəcək. Cənnət bağları da məhz bu cürdür.
Ayənin davamında həmin bağlardakı müxtəlif meyvələrə işarə edilərək deyilir: “(Onun) meyvəsindən onlara verildiyi zaman: “Bu ki bizə əvvəlcə verilən ruzidir” deyəcəklər (Amma bunlar onlardan daha yaxşı və daha dadlıdır).
Bu cümlənin təfsiri ilə bağlı təfsirçilər müxtəlif mülahizələr söyləmişlər. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq:
1) Bəzi təfsirçilərin fikrincə, bu cümlə onu çatdırır ki, bu nemətlər Cənnət əhlinin dünyada gördüyü əməllərinin qarşılığı olaraq onlara verilmiş, buna görə də dünyada onlar üçün lazımi şərait hazırlanmışdır.
2) Bəzi təfsirçilər belə hesab edirlər ki, Cənnət meyvələri hər dəfə oranın sakinlərinə verildikdə onlar bu meyvələrin daha öncə də onlara verildiyini deyəcəklər. Lakin hər dəfə yedikdə onun əvvəlkindən fərqli dada malik olduğunu görəcəklər. Məsələn, bu dünyada hər dəfə alma və yaxud üzüm yedikdə əvvəlki dadı hiss edirik. Cənnət nemət- ləri isə zahiri görünüşünə görə bir-birinə bənzəsə də, hər dəfə fərqli dad verəcək. Bu, o dünyanın özəlliklərindəndir.
3) Bəzi təfsirçilərin fikrincə, Cənnət əhli oranın meyvələrini gördükdə onu dünya meyvələrinə bənzədəcəklər ki, onlar üçün qeyri- adi bir hal olmasın. Lakin yedikdə onun daha ləzzətli olduğunu hiss edəcəklər.
Bu cümlənin bütün mülahizələrə şamil olmasının heç bir maneəsi yoxdur. Çünki Quranın sözləri bir neçə mənanı ehtiva edir.
Ayənin davamında deyilir: “Onlar üçün gətirilən meyvələrin hamısı (gözəllik və təravət baxımından) bənzərdir”.
Bunun mənası o deməkdir ki, Cənnət meyvələrini bir-birindən ayırmaq mümkün deyil. Başqa sözlə desək, dünyadakı meyvələrdən fərqli olaraq Cənnətdəki meyvələrin birini digərindən üstün tutmaq qeyri-mümkündür. Onların hamısı təravət və gözəllik baxımından bir- birinə bənzəyir. Bu dünyadakı meyvələrin biri kal, digəri isə həddən artıq yetişmiş, birinin rəngi tünd, digərininki solğun, biri ətirli, digəri ətirsiz ola bilər. Lakin Cənnət meyvələrində belə bir şey yoxdur. Onlar bir-birindən şirin, bir-birindən dadlı, bir-birindən gözəldir.
Bu ayədə son olaraq işarə edilən sonuncu Cənnət neməti pak zövcələrdir: “Onlar üçün orada pak zövcələr də var".
Buradakı "pak" sözü həm bu dünyadakı bütün çirkinliklərdən pak olmağa, həm ruhun, həm də bədənin paklığına şamil olur.
Dünyadakı nemətlərin ən pis cəhəti odur ki, insan həmin nemətə sahib olduğu halda onun əldən çıxacağını düşünərək narahat olur. Buna görə də həmin nemətlər heç vaxt insanı arxayınlaşdırmır. Cənnət nemətləri isə əbədi olduğundan hər cəhətdən kamildir və insana arxayınlıq bəxş edir. Elə bu səbəbdən ayənin sonunda belə deyilir:
“Və onlar orada əbədi qalacaqlar”.
İncəliklər:
1\. İman və əməl.
Quranın bir çox ayələrində iman ilə saleh (yaxşı) əməl birlikdə qeyd edilmişdir. Bu da onu göstərir ki, bu iki şey bir-birindən ayrılmaz. Həqiqətən də, belədir, çünki onlar bir-birini tamamlayır. Əgər iman insanın canına hopmuşdursa, onun nəticəsi, mütləq, özünü insanın əməllərində göstərməlidir. Bir otaqda işıq yandırıldıqda onun parıltısı qapı, pəncərə və bacalardan çölə çıxdığı kimi, iman işığı da eynilə o cürdür. Bu işıq insanın qəlbində yandıqda onun parıltısı göz, qulaq, dil, ǝl, ayaq, bir sözlə, bütün bədən üzvlərinə sirayət edir.
İman ilə əməlin birlikdə olması və onun nəticəsi barədə bəzi ayələrə diqqət yetirək. Allah-taala buyurmuşdur:
Bahn "Hər kəs Allaha iman gətirib saleh əməllər etsə, onu içində əbədi qalacağı, ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər”. Başqa bir ayədə belə buyurmuşdur:
"Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd vermişdir ki, onlardan əvvəlkiləri yer üzünün canişinləri etdiyi kimi, onları da yer üzünün hakimləri edəcək".
Sanki iman kök, əməl isə onun səmərəsidir. Meyvənin saf olması kökün də sağlam olduğunun göstəricisidir. İmansız insanların da bəzi hallarda yaxşı işlər görməsi mümkündür. Lakin, bu, heç də həmişə olmur. Yaxşı işin davamlı olması üçün imanın olması əsas şərtdir. Bu, elə iman olmalıdır ki, insanın bütün varlığını əhatə etsin.
2\. Pak zövcələr.
Haqqında danışdığımız ayədə diqqətçəkən məqamlardan biri də odur ki, burada Cənnət zövcələri barəsində yalnız "pak" sifəti təyin olaraq verilmişdir. Bu da onu çatdırır ki, zövcənin birinci və ən əsas şərti paklıqdır. Başqa şərtlərin hamısı məhz onunla şərtlənir. Həzrət Peyğəmbərdən (s) nəql edilmiş aşağıdakı hədis də buna işarə edir. Hədisdə deyilir:
"Zibillikdə bitən yaşıl otlardan uzaq durun!" Səhabələr soruşurlar: "Ya Rəsuləllah, zibillikdə bitən yaşıl otlar nə deməkdir?" Həzrət (s) buyurur: "Gözəl olsa da, pis ailədə böyümüş qız".
3\. Cənnətin maddi və mənəvi nemətləri.
Quranın Cənnət barəsində olan ayələrinin əksəriyyətində oranın maddi nemətləri (ağacları altından çaylar axan bağlar, saraylar, pak zövcələr, cürbəcür meyvələr və s.) barədə danışılsa da, eyni zamanda olduqca böyük önəm kəsb edən və onları dəyərləndirmək bizim qüdrətimiz xaricində olan mənəvi nemətlərə də toxunulmuşdur. Məsələn, "Tövbə" surəsinin 72-ci ayəsində deyilir:
"Allah mömin kişilərə və qadınlara ağacları altından çaylar axan Cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Əbədi Cənnətlərdə pak məskənlər və Allahın razılığı daha üstündür. Böyük qələbə də budur!"
Başqa bir ayədə isə Cənnətin maddi nemətləri sadalandıqdan sonra belə deyilmişdir:
"Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar".
Doğrudan da, əgər insan elə bir mənəvi məqama yetişsə ki, Allahın ondan, özünün də Allahdan razı qaldığını hiss etsə, onda digər ləzzətlərin hamısını unudar, könlünü yalnız Ona verǝr, Ondan başqası haqqında düşünməz. Bu, elə bir mənəvi ləzzətdir ki, onu heç nə ilə ifadə etmək mümkün deyil. Məad həm ruhani, həm də cismani xarakter daşıdığı kimi, Cənnət nemətləri də hər iki xarakterə malikdir. Hər kəs ondan öz bacardığı qədər faydalana bilər.
Bəqərə surəsi, 26-cı ayə
إِنَّ اللَّهَ لَا يَسْتَحْيِي أَنْ يَضْرِبَ مَثَلًا مَا بَعُوضَةً فَمَا فَوْقَهَا فَأَمَّا الَّذِينَ آمَنُوا فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ وَأَمَّا الَّذِينَ كَفَرُوا فَيَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَذَا مَثَلًا يُضِلُّ بِهِ كَثِيرًا وَيَهْدِي بِهِ كَثِيرًا وَمَا يُضِلُّ بِهِ إِلَّا الْفَاسِقِينَ .٢٦
Ayənin tərcüməsi
26\. Allah (zahirən kiçik olan) ağcaqanadı və ya ondan daha kiçiyini misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər. Küfr yolunu tutanlar isə (bəhanə olaraq): "Allah bu məsəllə nə demək istəyir?" - deyirlər. (Bəli!) Allah bununla bir çoxlarını azdırır, bir çoxlarını isə doğru yola yönəldir. Amma onunla fasiqlərdən başqasını azdırmaz.
Ayənin nazilolma səbəbi.
Bəzi təfsirçilər bu ayənin naziloma səbəbi haqqında İbn Abbas- dan belə nəql etmişlər: "Allah-taala münafiqlərin barəsində "Onlar (münafiqlər qaranlıq çöldə yolu tapmaq üçün) od yandıran şəxsə bənzəyirlər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah (tufan qoparıb) onların işığını söndürər və göz işləməyən qorxunc zülmətlər içində qoyar" və yaxud "Qaranlıq gecədə ildırımlı və şimşəkli səmadan (yolçuların başına) yağan yağış altında ildırımın səsini eşitməsinlər deyə, ölüm qorxusundan barmaqlarını qulaqlarına tıxayanlara bənzəyirlər” məsəllərini çəkdikdən sonra münafiqlər dedilər ki, Allaha belə misallar çəkmək yaraşmaz. Bununla da Quranın vəhy olmasına şübhə etdilər. Bu ayə nazil olaraq onların cavabını verdi.
Başqa bir qrup təfsirçinin fikrincə, Quran ayələrində milçək və hörümçək kimi məsəllər çəkildikdə bəzi müşriklər bunu bəhanə edərək Quranı tənqidə tuturdular: “Bu, necə səmavi kitabdır ki, milçək və hörümçəkdən danışır?" Bu ayə nazil olaraq sərt ifadələrlə onların cavabını verir.
Ayənin təfsiri.
Allah da misal çəkir?
Haqqında danışacağımız ayənin əvvəlində Allah-taala belə buyurmuşdur: "Allah (zahirən kiçik olan) ağcaqanadı və ya ondan daha kiçiyini misal gətirməkdən çəkinməz”.
Çəkilən misal nəzərdə tutulan məqsədə uyğun olmalıdır. Başqa sözlə desək, misal həqiqəti təcəssüm etdirmək üçün bir vasitədir. Bəzi vaxtlar danışan şəxs tərəf müqabilinin zəif olduğunu çatdırmaq istədikdə bəlağət qaydaları tələb edir ki, onların zəifliyini bildirmək üçün daha zəif varlıqları misal çəksin. Məsələn, "Həcc" surəsinin 73-cü ayəsində deyilir:
"Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün əl-ələ versələr belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər; həm istəyənlər aciz qalar, həm istənilənlər! (Həm ibadət edənlər, həm də ibadət olunanlar bunu bacarmazlar.)"
Diqqət yetirsəniz, görərsiniz ki, burada Allahdan başqa ibadət edilənlərin zəifliyini çatdırmaqdan ötrü milçək və ya ona bənzər bir şeydən gözəl misal ola bilməz. Başqa bir ayədə Allah-taala bütpərəstlərin özləri üçün seçdiyi sığınacağın zəifliyini çatdırmaqdan ötrü onları özü üçün yuva quran hörümçəyə bənzədərək dünyada ən zəif yuvanın məhz hörümçək yuvası olduğunu bildirmişdir:
"Allahdan başqasını özlərinə rəhbər tutanlar özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər!"
Belə yerlərdə bu cür kiçik misalların əvəzinə yerin, göyün, ulduzların yaradılışından misal çəkilsəydi, şübhəsiz ki, uyğun olmaz, fəsahət və bəlağət qaydalarına, dilin üslubuna uyğun gəlməzdi.
Sözügedən ayəyə dönərək mövzunu davam etdiririk. Burada Allah-taala buyurur ki, Biz həqiqətləri misallar qəlibində bəyan etməkdən ötrü ağcaqanad və ya ondan daha da kiçiyini misal çəkməkdən çəkinmərik. Əsas olan məqsədi çatdırmaqdır. Çəkilən misallar da məhz buna xidmət etməlidir. Bunun üçün misal, mütləq, mövzuya uyğun olmalıdır. Yuxarıdakı ayədə (bunun hərfi mənası “ondan daha böyüyü” deməkdir) ifadəsinin nə məna verməsi barədə təfsirçilər iki ehtimal vermişlər. Bəzi təfsirçilərin fikrincə, “ondan daha böyüyü” dedikdə, əslində, "ondan daha kiçiyi" nəzərdə tutulmuşdur. Çünki burada məsələnin kiçildilmə məqamıdır. "Ondan daha böyüyü” və ya "ondan daha artığı" dedikdə də məhz “ondan daha kiçiyi” başa düşülür. Başqa bir qrup təfsirçi isə belə hesab edir ki, "ondan daha böyüyü” deyildikdə elə "böyüklük" mənasının özü nəzərdə tutulmuşdur. Yəni Allah-taala yeri gəldikdə həm kiçik, həm də böyük misallar gətirməkdən çəkinməz. Təbii ki, birinci ehtimal daha məqsədəuyğun görünür.
Ayənin davamında Allah-taala belə buyurmuşdur: "İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər”.
İmanlı şəxslər iman və təqva sayəsində haqqa qarşı çıxmaqdan, inadkarlıq etməkdən uzaqdırlar. Haqqı tanıyır, onu qəbul edir və Allahın çəkdiyi məsəlləri də anlayırlar. Kafir olanlar isə Allah-taalanın bu misal ilə nəyi başa salmaq istədiyini anlamırlar: “Küfr yolunu tutanlar isə (bəhanə olaraq): "Allah bu məsəllə nə demək istəyir?” – deyirlər. (Bəli!) Allah bununla bir çoxlarını azdırır, bir çoxlarını isə doğru yola yönəldir”.
Kafirlər belə hesab edirdilər ki, bu misallar Allah tərəfindən çəkilməyib. Əgər Allah tərəfindən çəkilmiş olsaydı, hamı onu başa düşərdi. Lakin Allah-taala ayənin son cümləsində onların bu bəhanəsinə qəti cavab verir: "Amma onunla fasiqlərdən başqasını azdırmaz”.
Deməli, bu sözlərin hamısı Allahın sözləri olub, nur və hidayətdir. Sadəcə olaraq onu başa düşmək üçün görən göz lazımdır. Qəlb gözü kor olmuş inadkarlar bu ayələrə qarşı çıxırlarsa, bu, onların öz çatışmazlığının nəticəsidir, Allahın ayələrində heç bir çatışmazlıq yoxdur.
İncəliklər:
1\. Həqiqəti bəyan etməkdə misalın əhəmiyyəti.
Həqiqətləri bəyan edərkən çəkilən uyğun misallar böyük önəm kəsb edir. Ola bilər ki, bir misal çəkməklə həqiqət ortaya çıxsın və daha məntiqi, fəlsəfi dəlil-sübuta ehtiyac qalmasın. Nə qədər qəribə olsa da, bu, bir faktdır ki, ümumi və mürəkkəb elmi məsələləri aydınlaşdırmaqdan ötrü misaldan gözəl yol yoxdur. İnadkar insanları susdurmaqda da misal çox gözəl rol oynayır. Bir sözlə, hissi olmayan məsələni hissi olan misal yolu ilə izah etmək onu başa düşməkdə olduqca faydalıdır. (Lakin az öncə də qeyd etdiyimiz kimi, çəkilən misal izahı nəzərdə tutulan məsələyə uyğun olmalıdır. Əks təqdirdə vəziyyəti daha da qəlizləşdirib dinləyicini həqiqətdən uzaqlaşdıracaq.) Buna görə də Quranda bir-birindən gözəl misallarla qarşılaşırıq. Bu da ondan irəli gəlir ki, Quran cəmiyətin bütün təbəqələri üçün nazil olan, habelə fəsahət və bəlağətin ən yüksək zirvəsində duran bir kitabdır."
2\. Nə üçün ağcaqanad misal çəkilmişdir?
Bəhanə axtarışında olanlar ağcaqanad və ya milçəyin kiçikliyini bəhanə edərək Quran ayələrinə istehza ilə yanaşsalar da, bu xırda həşəratın quruluşu haqqında azacıq düşünsəydilər, görərdilər ki, onun yaradılışındakı incəliklər ağılları heyran qoyur. İmam Sadiq (ə) bu kiçik həşəratın quruluşu barədə belə buyurmuşdur: "Allah-taala ağcaqanadı misal çəkmişdir. Onun həddən artıq kiçik olmasına baxmayaraq, quruda yaşayan ən böyük heyvanda - fildə olan bütün orqanlar onda da vardır. Hələ üstəlik, onda fildə olmayan iki əlavə üzv də (xırda buynuzcuq və qanad) vardır. Allah-taala bu misal ilə möminlər üçün yaradılışdakı incəliyi açıqlayır”.
Görünüşünə görə xırda olan, lakin demək olar ki, fildəki bütün orqanlara malik bu kiçik həşərat barədə düşünmək insana Allahın əzəmətini xatırladır. Xüsusilə də onun fil xortumuna bənzər xortumu olduqca qəribədir. İçərisi boş olub qan sormaq qabiliyyətinə malik olan bu xortum dünyanın ən kiçik şprisidir.
Allah-taala ağcaqanada özünə uyğun həzm orqanı, cəzbetmə və dəfetmə qabiliyyəti, əl, ayaq, qulaq vermişdir. Öz qidasını tapmaq üçün uça bilsin deyə, iki qanad vermişdir. Qanadları o qədər sürətlə hərəkət edir ki, adi gözlə görmək mümkün deyil. O qədər həssasdır ki, ən kiçik hərəkətdən də təhlükə hiss edir və dərhal oranı tərk edir. Çox qəribədir ki, özü ən aciz həşəratlardan olsa da, ən böyük heyvanları da aciz qoya bilir. Əmirəlmöminin Əli (ə) bu həşəratın yaradılmasına işarə edərək belə buyurmuşdur: "Dünyanın bütün varlıqları toplaşıb əl-ələ versələr də, bircə ağcaqanad belə yarada bilməzlər. Onlar bu həşəratın yaradılışına heyran qalarlar. Bütün bacarıqlarını sərf edib axırda yorular, məğlubiyyətləri ilə barışıb ağcaqanad yaratmaqda, hətta onu özlərindən dəf etməkdə aciz olduqlarını etiraf edərlər".
3\. Allahın doğru yola yönəltməsi və azdırması.
Haqqında danışdığımız ayənin zahirindən ilk baxışda belə təsəvvür yarana bilər ki, hidayət və azğınlıq məcburi xarakter daşıyır və yalnız Allahın istəyinə bağlıdır. Lakin ayənin son cümləsi məsələyə aydınlıq gətirərək hidayət və azğınlığın insanın öz əməllərinin nəticəsi olduğunu bildirir.
İnsanın əməllərinin bir sıra nəticələri vardır ki, ondan qaçmaq qeyri-mümkündür. Məsələn, insan yaxşı iş görərsə, bu, insanı istər- istəməz doğru yola yönəldəcək, Allaha doğru daha da yaxınlaşdıracaq, haqla batili bir-birindən ayırd edə bilmək bacarığı verəcək. "Ənfal" surəsinin 29-cu ayəsi də bunu təsdiqləyir. Ayədə deyilir:
"Ey iman gətirənlər! Əgər Allahdan (Ona qarşı çıxmaqdan) çəkinsəniz, O, sizə haqla nahaqı ayırmaq üçün bir vasitə (sayəsində haqla batili bir-birindən ayıra biləcəyiniz bəsirət) verər".
Yox, əgər insan pis işlərin ardınca gedərsə, qəlbi daha da qaralıb günaha bir o qədər çox aludə olar. Axırda iş o həddə gəlib çatar ki, Allahı da inkar edər. Aşağıdakı ayə dediyimizə ən gözəl sübutdur:
"Sonra çirkin işlərə bulaşanlar elə bir həddə çatdılar ki, Allahın ayələrini yalan sayıb onları lağa qoydular".
Başqa bir ayədə isə belə deyilir:
"Onlar doğru yoldan sapdıqda Allah da onların qəlbini sapdırdı".?
Haqqında danışdığımız ayənin sonundakı "Amma onunla fasiqlərdən başqasını azdırmaz" cümləsi də dediklərimizi təsdiqləyir. Deməli, yaxşı və ya pis yolu seçmək əvvəlcədən insanın öz ixtiyarındadır. Bunu hər bir insanın vicdanı qəbul edir. Buna görə də hərə öz seçdiyi yolun nəticəsi ilə razılaşmalıdır. Beləliklə, bu nəticəyə gəlirik ki, Quranda "hidayət" və "azğınlıq" deyildikdə bunu məcburiyyət kimi qəbul etməməliyik. Quranın bir çox ayələrinə əsasən "hidayət” deyildikdə səadət yoluna aparan vasitələri əldə etmək, "azğınlıq" deyildikdə isə səadət yoluna aparan vasitələri korlamaq başa düşülür. Bunda hər hansı məcburiyyətdən söhbət gedə bilməz. Lazımi şəraitin hazırlanması (bunu müvəffəqiyyət adlandırırıq) və yaxud həmin şəraitin əldən çıxması (bunu müvəffəqiyyətsizlik adlandırırıq) insanın öz əməllərinin nəticəsidir. Əgər Allah bir insanı hidayət olmağa müvəffəq edirsə və eləcə də əksinə, başqasını hidayət olmağa müvəffəq etmirsə, bu, onların gördükləri işlərə bağlıdır. Bunu çox sadə bir misal ilə izah edək. İnsan sıldırım qayanın və ya sürətlə axan çayın kənarından keçərkən nə qədər ona yaxınlaşarsa, sıldırımdan yuvarlanma və ya çaya düşmə ehtimalı bir o qədər artar. Lakin nə qədər oradan uzaq dayanarsa, salamat qalma ehtimalı da bir o qədər çox olar. Bu misalda insanın sıldırıma və ya çaya yaxınlaşması, sanki azğınlıq, ondan uzaq durması isə hidayətdir. Şübhəsiz, bütün dediklərimizdən sonra Qurandakı hidayət və azğınlıqla bağlı ayələrə etiraz edənlərə cavab aydın olur.
4\. Fasiqlər kimlərdir?
"Fasiqlər" deyildikdə ibadət və bəndəlik yolundan kənara çıxan şəxslər nəzərdə tutulur. Çünki leksik baxımdan (fisq) sözü "xurma çəyirdəyinin xurmadan ayrılması" mənasını bildirir. Sonradan bu sözün mənasının əhatə dairəsi genişləndirilərək Allahın yolundan çıxan şəxslərin barəsində də işlədilmişdir.
Bəqərə surəsi, 27-ci ayə
الَّذِينَ يَنْقُضُونَ عَهْدَ اللَّهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ أُولَئِكَ هُمُ الْخَاسِرُونَ .٢٧
Ayənin tərcüməsi
27\. O kəslər ki Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır.
Ayənin təfsiri.
Əsl ziyana uğrayanlar.
Əvvəlki ayədə fasiqlərin azdırılmasından söhbət getdiyi üçün bu ayədə Allah-taala fasiqlərin üç xüsusiyyətini sadalamaqla onları aydın şəkildə tanıtdırır. Birinci xüsusiyyətləri odur ki, Allahla əhd bağladıqdan sonra onu pozarlar: "O kəslər ki Allahla ǝhd bağladıqdan sonra onu pozurlar”.
İnsanlar, əslində, Allah-taala ilə müxtəlif əhd-peymanlar bağlamışlar. Bunlara tövhidlə bağlı əhd-peyman, şeytana və nəfsə itaət etməməklə bağlı əhd-peyman və s. daxildir. Fasiqlər bütün bu əhd-peymanları pozur, Allahın itaətindən çıxaraq şeytanın və nəfsin itaətinə boyun əyirlər. Bəs, görəsən, bu əhd-peyman harada və necə bağlanılmışdır? Axı bu, ikitərəfli olan bir məsələdir və biz insanlar belə bir əhd- peyman bağladığımızı xatırlamırıq. Bir məqama diqqət yetirsək, bu məsələyə aydınlıq gələr. O məqam da bundan ibarətdir ki, Allah-taala hər bir insanın ruhunun dərinliyində xüsusi bir dərketmə qabiliyyəti və özəl bir qüvvə yaratmışdır. İnsan həmin dərketmə qabiliyyəti və özəl qüvvənin yönləndirməsi nəticəsində doğru yolu tapıb, şeytana və nəfsə tabe olmayaraq Allahın göndərdiyi peyğəmbərlərin dəvətinə müsbət cavab verə bilər. Quran bu xüsusi dərketmə qabiliyyətini "ilahi ǝhd- peyman" adlandırmışdır. Əslində, bu, dini yox, genetik bir ǝhd- peymandır. Qurani-Kərim bu barədə belə buyurmuşdur:
"Ey Adəm övladları! Məgər Mən sizdən əhd almadımmı ki, şeytana ibadət etməyin? O, sizin açıq-aydın düşməninizdir, Mənə ibadət edin! Doğru yol budur!"
Əmirəlmöminin Əlinin (ə) "Nəhcül-bəlağə"nin ilk xütbəsində buyurduğu cümlə də dediklərimizi təsdiqləyir:
"Allah-taala bir-birinin ardınca peyğəmbərlər göndərmişdir ki, insanlara daxildəki əhd-peymanlarına əməl etməyi xatırlatsınlar".
Daha açıq desək, Allah-taala insana bütün nemətlərini vermişdir. İnsanı xəlq etməklə praktiki olaraq Onunla insan arasında əhd-peyman bağlanmışdır. İnsana göz verir ki, onunla həqiqətləri görüb anlasın, qulaq verir ki, haqqı eşitsin və s. Deməli, insan hər dəfə Allahın verdiyi qüvvələrdən yanlış yolda istifadə etməklə Onunla bağladığı əhd-peymani pozur. Fasiqlər məhz belə insanlardır. Onlar bu əhd-peymanların hamısını, ya da bir qismini pozurlar.
Ayənin davamında fasiqlərin ikinci xüsusiyyətinə toxunularaq deyilir: "Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayırlar".
Təfsirçilərin çoxu bu cümləni sırf qohumluq əlaqələrinin kəsilməsinə aid etsələr də, ayənin ümumi məzmununa diqqət yetirdikdə görürük ki, ayənin əhatə dairəsi daha genişdir. Qohumluq əlaqələrinin kəsilməsi sadəcə onun bir nümunəsidir və ayə təkcə onunla kifayətlənmir. Allahın birləşdirilməsini buyurduğu şeylər qohumluq əlaqələri, dostluq əlaqələri, ictimai əlaqələr, ilahi rəhbərlərlə və Allahın Özü ilə bağlılığa şamil olur. Buna görə də ayənin əhatə dairəsini daraldaraq onu təkcə qohumluq əlaqələri çərçivəsinə salmamalıyıq. Bunu nəzərə alaraq bəzi təfsirçilər “Allahın birləşdirilməsini buyurduğu şeylər” ifadəsini peyğəmbərlər və möminlərlə əlaqəni kəsmək, yaxud da əvvəlki peyğəmbərlər və digər səmavi kitablarla əlaqəni kəsmək kimi izah etmişlər. Lakin qeyd etməliyik ki, bu izah da ayənin ümumi mənasının yalnız bir hissəsinə şamil olur. Bəzi hədislərdə nəql edilmişdir ki, “Allahın birləşdirilməsini buyurduğu şeylər” deyildikdə Əmirəlmöminin (ə) və digər məsum imamlarla (ə) əlaqə nəzərdə tutulmuşdur.
Daha sonra fasiqlərin üçüncü xüsusiyyəti qeyd olunur: “Yer üzündə fitnə-fəsad törədirlər”.
Məlum məsələdir ki, Allahın itaətindən çıxıb hətta öz qohum- əqrəbalarına qarşı mərhəmətli olmayan insanlar başqalarına qarşı daha pis rəftar edəcəklər. Onlar yalnız öz şəxsi mənafelərini güdürlər. Cəmiyyət hara sürüklənirsə-sürüklənsin, bu, qətiyyən onları maraqlandırmır. Öz şəxsi mənafeləri naminə istənilən addımı atmağa razı olar, heç bir itaətsizlikdən, qanun pozuntusundan çəkinməzlər. Təbii ki, belə düşüncəyə sahib olan insanlar cəmiyyətdə istənilən fəsadı törətməyə hazırdırlar.
Nəhayət, ayənin sonunda fasiqlərin əsl ziyana uğrayan şəxslər olduğu bildirilir: "Məhz onlar ziyana uğrayanlardır". Həqiqətən də, insanı səadətə çatdıra biləcək bütün maddi və mənəvi imkanlarını əldən verməklə özünü bədbəxt etməkdən böyük ziyan ola bilməz. Fasiqliyin tələbinə uyğun olaraq Allahın itaətindən çıxan insanların bundan başqa aqibəti yoxdur.
İncəliklər:
1\. İslamda qohumluq münasibətlərinin əhəmiyyəti.
Yuxarıdakı ayə Allah-taala ilə bağlanmış bütün əhd-peymanlara şamil olsa da, qohumluq münasibətlərini qorumaq onun ən bariz nümunələrindən biridir. İslam dinində qohumluq münasibətlərinə, habelə qohumlara əl tutmağa, baş çəkməyə, rəğbət və sevgi göstərməyə olduqca böyük önəm verilmiş, onlarla əlaqələrin kəsilməsinə şiddətli qadağa qoyulmuşdur. Qohumluq əlaqələrini qorumaq o dərəcədə böyük əhəmiyyət kəsb edir ki, bu barədə Həzrət Peyğəmbər (s) belə buyurmuşdur:
"Qohumluq əlaqələrini qorumaq diyarları abad edib ömrü uzadar. Hərçənd bu işi görənlərin özü yaxşı insanlar olmasa belǝ".! İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir:
"Bir qurtum su verməklə olsa belə, qohumluq münasibətlərini qoru. Qohumluq münasibətlərinin qorunmasının ən gözəl yolu odur ki, onları incitməyəsən".
Qohumluq əlaqələrini kəsməyin günahı o dərəcədə böyükdür ki, İmam Zeynül-abidin (ə) oğluna nəsihət verərkən beş qrup insandan, o cümlədən qohumluq əlaqələrini kəsmiş şəxsdən uzaq durmağı tövsiyə etmişdir:
"Qohumluq əlaqələrini kəsmiş insandan uzaq dur! Quran onu lənətləyərək Allahın rəhmətindən uzaq bilmişdir".
"Muhəmməd” surəsinin 22-23-cü ayələrində deyilir:
"Əgər (bu göstərişlərdən) üz çevirsəniz, yer üzündə yalnız fitnə- fəsad törədəcəyiniz və qohumluq əlaqələrini kəsəcəyiniz gözləniləcək. Onlar Allahın Öz rəhmətindən uzaqlaşdırdığı, qulaqlarını kar və gözlərini kor etdiyi adamlardır".
Ayədən də göründüyü kimi, Quran qohumluq əlaqələrini kəsən insanlara qarşı çox sərt mövqe tutmuş, onları olduqca sərt ifadələrlə təhdid etmişdir. Hədislərdə də bu cür insanların pislənildiyini görürük. Həzrət Peyğəmbərdən (s) soruşdular: “Allah dərgahında ən pis əməl hansıdır?" O Həzrət (s) cavab verdi: "Allaha şərik qoşmaq". Soruşdular: "Ondan sonra hansıdır?" Peyğəmbər (s) buyurdu: "Qohumluq əlaqǝlərini kəsmək".!
İslam dininin qohumluq əlaqələrinin qorunmasına həddən artıq önəm verməsinin səbəbi odur ki, böyük bir cəmiyyətin istər iqtisadi, istər hərbi, istərsə də əxlaqi və mənəvi baxımdan islahı və tərəqqisi üçün, ilk növbədə, kiçik toplumlardan başlamaq lazımdır. Kiçik toplumların islahı nəticəsində böyük cəmiyyət öz-özünə islah olunacaq. İslam dini müsəlmanlara əzəmət bəxş etməkdən ötrü bu metoddan çox gözəl şəkildə istifadə etmişdir. Belə ki insanlara öz dəstək və yardımını əsirgəmədiyi şəxslərlə (qohum-əqrəba ilə) münasibətləri yüksək səviyyədə saxlamağı əmr etmişdir. Elə insanlara yardım etməyi, əl tutmağı göstəriş vermişdir ki, qanları bir, canları birdir, eyni ailənin, eyni nəslin nümayəndələridirlər. Məlum məsələdir ki, kiçik dairədə qohumluq münasibətləri yüksək səviyyədə olarsa, həmin münasibətlər geniş dairədə də yüksək səviyyədə olacaq. Bəlkə də, “Qohumluq əlaqələrini qorumaq diyarları abad edər" hədisi də məhz bu önəmli məqama işarə edir.
2\. Əlaqələri qorumaq əvəzinə onları kəsmək.
Haqqında danışdığımız ayədə belə bir ifadə işlədilmişdir ki, fasiqlər Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayırlar. Burada belə bir sual yaranır ki, Allahın birləşdirməsini buyurduğu şeyləri birləşdirməzdən qabaq onları parçalamaq necə mümkündür? Cavab olaraq qeyd edək ki, burada "birləşdirmək” dedikdə Allah-taala ilə bəndələr, yaxud da bəndələrin bir-biri ilə təbii və fitri olaraq davam etməli olduğu əlaqələrin qorunması nəzərdə tutulmuşdur. Başqa sözlə desək, Allah-taala göstəriş vermişdir ki, təbii və fitri əlaqələr qorunub- saxlanılsın. Lakin fasiqlər bu əlaqələri pozurlar. (Diqqət edin!)
Bəqərə surəsi, 28-29-cu ayələr
كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنْتُمْ أَمْوَاتًا فَأَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ .٢٨
هُوَ الَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ .٢٩
Ayələrin tərcüməsi
28\. Allahı necə inkar edirsiniz ki, siz ölü (ruhsuz bədən) idiniz, O, sizi diriltdi. Sonra sizi yenə öldürəcək, yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız. (Deməli, nə həyatınız, nə də ölümünüz özünüzdəndir. Hər şeyiniz Allahdandır.)
29\. Yer üzündə nə (nemət) varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi göy şəklində düzəldib nizama salan Odur. O, hər şeyi biləndir.
Ayələrin təfsiri.
Əsrarəngiz həyat neməti.
Quran bu iki ayədə Allahın bir sıra nemətlərini və yaradılış alǝminin heyrətamiz varlıqlarını sadalamaqla insanları Allahın əzəmətini xatırlamağa səsləyir, allahıtanıma sahəsindəki əvvəlki (21 və 22-ci) ayələrdəki dəlilləri təkmilləşdirir. İlk olaraq heç kəsin inkar edə bilməyəcəyi bir məsələni mürəkkəb həyat məsələsini önə çəkərək buyurur: "Allahı necə inkar edirsiniz ki, siz ölü (ruhsuz bədən) idiniz, sizi diriltdi”.
Quran hamıya xatırladır ki, bundan əvvəl siz də daşlar, taxtalar və digər cansız əşyalar kimi ölü idiniz. Hələ üzərinizə həyat küləyi əsməmişdi. İndi isə həyat nemətinə sahibsiniz, müxtəlif bədən üzvləriniz, hiss orqanlarınız, qavrama bacarığınız var. Bütün bunları sizə kim vermişdir? Bunlar özü-özünəmi yaranıb? Təbii ki, insafı olan insan bu nemətlərin onun özü tərəfindən olmadığını, hər şeydən xəbərdar və hər şeyə qadir bir varlıq tərəfindən verildiyini etiraf edəcək. O, elə bir varlıqdır ki, həyatın bütün sirlərindən xəbərdar olub onu idarə etməyə qadirdir. Belə olduqda qarşıya bir sual çıxır ki, bəs onda insan nəyə görə ona bu həyatı bəxş etmiş varlığa küfr edir? Bu gün elm aləmində sübut edilmişdir ki, bu dünyada həyatdan mürəkkəb məsələ yoxdur. Çünki elmi nailiyyətlərin bu qədər artmasına baxmayaraq, hələ də həyatın sirri açılmamışdır. Bu, o qədər sirli bir məsələdir ki, milyonlarla alim onu dərk etməkdə acizdir. Bəlkə də, zaman keçdikcə insanlar bu sirri tədricən öyrənə biləcəklər. Ancaq məsələ burasındadır ki, hansı ağıllı insan elm və qüdrətə ehtiyacı olan bu qədər dəqiq, ölçülüb- biçilmiş, sirli bir işi şüursuz və həyatı olmayan təbiətə aid edər? Buna görə də deyirik ki, bu dünyada Allahın varlığına dəlalət edən ən böyük sübut elə həyatın özüdür. Bu barədə saysız-hesabsız kitablar yazılmışdır. Quran da sözügedən ayədə məhz bu məsələnin üzərində dayanmışdır.
Həyat neməti xatırlandıqdan sonra ayədə Allahın varlığına dəlalət edən başqa bir sübut qeyd edilir. Bu, ölüm məsələsidir. Ayədə deyilir: "Sonra sizi yenə öldürəcək”.
İnsan həyatda özündən əvvəlki nəsillərin, qohum-əqrəbanın, dost- tanışın bir-birinin ardınca ölüb getdiyini görür. Təbii ki, bu da onu düşündürməyə vadar edir. Axı onların həyatına kim son qoyur? Əgər həyatı onlara bəxş edən özləri idisə, onda gərək əbədi qalaydılar. Əbədi qalmırlarsa, deməli, həyatı onlara verən başqası imiş, indi də geri alır. Bəli, həyatı onlara verən həm də həyatı onlardan geri alandır. Necə ki "Mülk" surəsinin 2-ci ayəsində deyilir:
"Əməl baxımından hansınızın daha yaxşı olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur".
Quran Allahın varlığına dəlalət edən bu iki aydın dəlili xatırlayıb insanı digər məsələlər üçün hazırladıqdan sonra məad və ölümdən sonra yenidən dirilmək məsələsini ön plana çəkərək buyurur: “Yenə də dirildəcək”.
Ölümdən sonrakı həyat qətiyyən təəccüblü deyil. Çünki insan daha əvvəl də bu vəziyyətdə (cansız) olmuşdur. İlk dəfə cansız varlığa həyat bəxş edən varlıq üçün ikinci dəfə ona yenidən həyat vermək nəinki çətin deyil, əksinə, birincidən daha rahatdır. (Baxmayaraq ki, sonsuz qüdrətə malik Allahın barəsində “asan" və "çətin" anlayışları təsəvvür edilməz.) Təəccüblüsü budur ki, bəzi adamlar insanın ilk dəfə yoxdan yaradıldığını gördüyü halda, onun yenidən yaradılacağına şübhə ilə yanaşırlar.
Haqqında danışdığımız ayədə Allah-taala insanın həyat hekayəsini əvvəldən sonadək çox qısa şəkildə gözlər önündə canlandıraraq məad məsələni qabardır. Ayənin sonunda isə yenidən Onun hüzuruna qayta- rılacağını bildirir: “Daha sonra siz Ona tərəf qaytarılacaqsınız”.
Allaha tərəf qayıtmaq dedikdə yenidən Onun nemətlərinə doğru qayıtmaq nəzərdə tutulur. Yəni, ey insanlar, Qiyamətdə Allahın nemətlərinə tərəf qayıdacaqsınız. Bəlkə də, burada daha dəqiq və daha incǝ bir məna nəzərdə tutulmuşdur. O da bu ola bilər ki, hər bir varlıq təkamül yolunda başlanğıc nöqtəsi olan sıfırdan başlayıb Allah-taalanın müqəddəs zatı olan sonsuzluğadək irəliləyir. Bu baxımdan ölüm təkamülün başa çatması anlamına gəlmir. İnsan Qiyamətdə təkamül prosesini daha yüksək səviyyədə davam etdirir.
Həyat nemətinə və məad məsələsinə işarə edildikdən sonra növbəti ayədə Allah-taalanın digər böyük bir nemətinə toxunulur: "Yer üzündə nə (nemət) varsa, hamısını sizin üçün yaradan...Odur".
Bu cümlə, əslində, insana dəyər verib onun yer üzündəki digər məxluqlar qarşısındakı üstünlüyünü çatdırır. Buradan da məlum olur ki, deməli, Allah-taala insanı olduqca əhəmiyyətli bir işdən ötrü yarat- mışdır. Hər şeyi insan üçün yaradıbsa, bəs görəsən, insanın özünü nə üçün yaradıb? Həqiqətən də, insan bu geniş dünyanın ən dəyərli məx- luqudur. İnsanın dəyərini çatdıran təkcə bu ayə deyil. Bir çox ayələr var ki, insanı digər məxluqların yaradılmasındakı əsas məqsəd kimi təqdim edir. Həmin ayələrdən bir neçəsinə diqqət yetirǝk:
"Göylərdə və yerdə olanların hamısını Özü sizin üçün ram etmişdir"'.
“Əmri ilə dənizdə üzməsi üçün gəmiləri sizə tabe etdi".
"Əmri ilə çayları sizə tabe etdi".
“Gecəni və gündüzü sizin ixtiyarınıza verdi".
"Dənizi sizin üçün ram etdi"
"(Nizam-intizamlı bir proqram üzrə) davamlı hərəkətdə olan Günəşi və Ayı ixtiyarınıza verdi".
Sözügedən ayənin davamında Allah-taala yenidən tövhid məsələsinə qayıdaraq belə buyurur: "Sonra səmaya üz tutaraq onu yeddi göy şəklində düzəldib nizama salan Odur. O, hər şeyi biləndir".
Ayənin ərəbcə orijinalındakı "istəva" feili "istiva" məsdərindən olub, leksik mənası “əhatə etmək, hakim kəsilmək” deməkdir."
(sonra səmaya üz tutaraq) ifadəsindəki "summə" zaman baxımından olan ardıcıllıq deyil, ifadəni bəyan etməkdəki ardıcıllığa işarədir.
İncəliklər:
1\. Ruhların yenidən dünyaya qayıdışı.
Yuxarıdakı ayə ruhların yenidən bu dünyaya qayıdışını inkar edən çoxsaylı ayələrdən biridir. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, insan öldükdən sonra onun ruhu başqa bir insanın bədənində bu dünyaya qayıdıb yeni həyata başlayır. Onların fikrincə, bu proses dəfələrlə təkrarlana bilər. Bu nəzəriyyəni "ruhların yenidən dünyaya qayıdışı" adlandırırlar. Sözügedən ayə isə bu nəzəriyyəni inkar edərək açıq şəkildə bildirir ki, ölümdən sonra onu qarşıda yalnız bir həyat gözləyir və o da axirət həyatıdır. Başqa sözlə desək, ayə onu çatdırır ki, siz insanların cəmi iki həyatı və iki ölümü var. Əvvəlcə ölü (cansız) idiniz, Allah sizi dirildərək (yoxdan yaradaraq) bu dünyaya gətirdi. Sonra isə sizi yenidən öldürəcək və Qiyamətdə bir daha dirildəcək. Əgər ruhların yenidən dünyaya qayıdışı nəzəriyyəsi doğru olsaydı, onda insanın ikidən artıq həyatı və ölümü olardı. Bu məsələ Quranın bir çox ayəsində öz əksini tapmışdır. Yeri gəldikdə bu barədə daha ətraflı məlumat verəcəyik. Deməli, Qurana görə ruhların yenidən dünyaya qayıtması nəzəriyyəsi əsassızdır. Üstəlik, əqli dəlillər də bu nəzəriyyənin yanlış və onun təkamül nəzəriyyəsinin ziddinə olduğunu təsdiqləyir.
Sonda onu da qeyd etməyi lazım bilirik ki, bəziləri bu ayənin Bərzəx aləminə aid olduğunu düşünə bilər. Lakin ayədə buna dəlalət edəcək hər hansı bir işarə yoxdur. Ayə sadəcə olaraq deyir ki, siz əvvəlcə cansız bir varlıq idiniz, Allah sizi diriltdi (xəlq etdi), sonra sizi (ömrünüz başa çatdıqda) öldürəcək, daha sonra (axirətdə) yenidən dirildəcək və Allaha doğru təkamül prosesini davam etdirəcəksiniz.
2\. Yeddi göy.
"Səma" sözü lüğətdə "yuxarı" mənasını bildirir. Bu, çox geniş bir məfhumdur və onun ayrı-ayrı nümunələri ola bilər. Buna görə də bu sözün Quranda müxtəlif mənalarda işlədildiyini görürük. O cümlədən:
1\. Bəzi ayələrdə bu söz yerin əks mənasını bildirərək "yuxarı" mənasında işlədilmişdir. Aşağıdakı ayəyə nəzər salaq:
"Allahın xoş bir sözü kökü yerdə möhkəm olub, budaqları göyə ucalan gözəl bir ağaca necə bənzətdiyini görmədinmi?”
2\. Bəzi ayələrdə yer səthindən çox uzaq məsafə (buludlar) məna- sında işlədilmişdir. Məsələn:
"Biz göydən bərəkətli su endirdik."
3\. Bəzi ayələrdə yer kürəsinin ətrafındakı hava qatları mənasında işlədilmişdir. Aşağıdakı ayədə də həmin mənanı verir:
"Göyü mühafizə olunan bir tavan etdik."
Daha öncə də qeyd etdiyimiz kimi, göy, sanki başımızın üzərindən asılmış bir tavandır. Özü də elə möhkəmdir ki, yeri səmadakı astroidlərdən qoruyur. Astroidlər gecə-gündüz yerin cazibə qatının ətrafında dolaşır. Əgər yerin ətrafındakı hava qatları olmasaydı, biz astroidlərin düşmə təhlükəsi ilə üz-üzə qalardıq. Lakin hava qatları həmin astroidləri yandırıb külə döndərməklə bu təhlükəni sovuşdurur.
4\. Bəzi ayələrdə yuxarıda olan kürələr mənasında işlədilmişdir. Aşağıdakı ayəyə nəzər salaq:
"Sonra O, tüstü halında olan göyü yaratdı.”
Sözügedən ayədəki mövzuya qayıdaraq qeyd edək ki, "yeddi göy” barəsində təfsirçilər müxtəlif mülahizələr söyləmişlər. Aşağıda onları diqqətinizə çatdırırıq:
1) Bəzi təfsirçilərin fikrincə, "yeddi göy" dedikdə yeddi planet nəzərdə tutulur. Həmin planetlər bunlardır: Merkuri, Venera, Mars, Yupiter, Saturn, Ay və Günəş.
2) Bəzi təfsirçilər belə hesab edirlər ki, "yeddi göy" dedikdə yerin ətrafında üst-üstə olan hava qatları nəzərdə tutulur.
3) Bəzi təfsirçilərə görə, "yeddi göy" ifadəsindəki yeddi rəqəmi konkret bir ədəd deyil, sadəcə çoxluq mənasında nəzərdə tutulmuşdur. Ərəb dilində, hətta Quranın özündə də belə hallara təsadüf edilir. Məsələn, "Loğman" surəsinin 27-ci ayəsində deyilir:
"Əgər yer üzündəki bütün ağaclar qələm olsa, dəniz də onun mürəkkəbi olsa və ona yeddi dəniz də artırılsa, yenə də Allahın sözləri qurtarmaz".
Məlum məsələdir ki, bu ayədəki yeddi rəqəmi konkret ədəd olaraq nəzərdə tutulmayıb. Çünki minlərlə dəniz olsa və hamısının suyu mürəkkəbə çevrilsə, yenə də Allahın sonsuz elmini yazıb qurtarmaq olmaz. Bunu nəzərə alaraq "yeddi göy" deyildikdə saysız göylər və onlardakı planetlər başa düşülür.
4) Ən doğru görünən ehtimal odur ki, "yeddi göy" ifadəsi sözün həqiqi mənasında işlədilmişdir, yəni yeddi qat göyə işarə edir. Bu ifadənin Quranın bir çox ayəsində təkrar edilməsi onu göstərir ki, yeddi rəqəmi çoxluq mənasında deyil, konkret ədəd olaraq nəzərdə tutulmuşdur. Lakin Quran ayələrindən belə başa düşülür ki, bizim gördüyümüz bütün ulduz və planetlər birinci göyə aiddir. Digər altı aləm isə bizə məlum deyil və hələ ki bugünkü texnologiya üçün məchul olaraq qalır. Ümumilikdə isə bu yeddi aləm yeddi göyü təşkil edir. Aşağıdakı ayələr də dediyimizi təsdiqləyir:
"Aşağı səmanı çıraqlarla (ulduzlarla) bəzədik"!
"Biz yaxın (aşağı) səmanı ulduzlarla bəzədik".
Bu ayələrdən belə məlum olur ki, bizim gördüyümüz ulduzlar birinci səmaya aiddir. Ondan başqa hələ altı səma da vardır, lakin bizim onların barəsində heç bir məlumatımız yoxdur. Gələcəkdə elm və texnologiyanın daha da inkişaf etməsi nəticəsində həmin altı səma haqqında da yeni məlumatlar əldə olunacağı istisna edilmir. Hazırda astronomiya sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Böyük rəsədxanalarda kəşf edilmiş ulduzların yerlə məsafəsi bir milyard işıq ili qədərdir. Bununla belə, alimlərin özləri də etiraf edirlər ki, bu, hələ işin başlanğıcıdır. Deməli, gələcəkdə daha yeni kəşflərin olunacağı da mümkündür. Yaxşı olar ki, bunu böyük rəsədxanalardan birindən eşidək.
3\. Kainatın əzəməti.
Palomar rəsədxanası göy aləminin əzəmətini belə vəsf etmişdir: "...Palomar rəsədxanasının teleskopu hazırlanmazdan qabaq biz göyün genişliyinin beş yüz işıq ilindən artıq olmadığını düşünürdük. Teleskop hazır olduqdan sonra isə dünyamızı bir milyard işıq ilinə çatdırdı. Bunun nəticəsində milyonlarla yeni ulduzlar kəşf edildi. Onlardan bəzisinin bizimlə məsafəsi bir milyon işıq ili qədərdir. Lakin bir milyon işıq ili məsafəsindən sonra həddən artıq geniş bir zülmət fəza müşahidə edilir. Orada heç nə gözə dəymir. Hətta orada hər hansı bir işıq nəzərə çarpmır ki, teleskopun kamerasına düşsün. Bununla belə, heç şübhə yoxdur ki, həmin geniş və zülmət fəzada yüz milyonlarla yeni ulduzlar, qalaktikalar vardır və bizim dünyamız məhz onların cazibəsi ilə qorunur. Yüz milyonlarla ulduzun müşahidə edildiyi bu əzəmətli dünya daha böyük bir dünyanın yalnız çox kiçik bir tərkib hissəsidir. Hələ daha böyük dünyanın o tərəfində ondan da böyük dünyanın olmadığından ǝmin deyilik".
Bu sözlərdən belə nəticəyə gəlirik ki, elm və texnika bu qədər astronomik inkişafına rəğmən, göydəki tədqiqatlarını dünyanın başlanğıcı hesab edir. Bu nailiyyət və kəşflərin hamısı həddən artıq əzəmətli dünyanın bir zərrəsidir.
Bəqərə surəsi, 30-33-cü ayələr
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً قَالُوا أَتَجْعَلُ فِيهَا مَنْ يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ قَالَ إِنِّي أَعْلَمُ مَا لَا تَعْلَمُونَ .٣٠
وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلَائِكَةِ فَقَالَ أَنْبِئُونِي بِأَسْمَاءِ هَؤُلَاءِ إِنْ كُنْتُمْ صَادِقِينَ .٣١
قَالُوا سُبْحَانَكَ لَا عِلْمَ لَنَا إِلَّا مَا عَلَّمْتَنَا إِنَّكَ أَنْتَ الْعَلِيمُ الْحَكِيمُ .٣٢
قَالَ يَا آدَمُ أَنْبِئْهُمْ بِأَسْمَائِهِمْ فَلَمَّا أَنْبَأَهُمْ بِأَسْمَائِهِمْ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنْتُمْ تَكْتُمُونَ .٣٣
Ayələrin tərcüməsi
30\. (Xatırla ki,) Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam" - dedikdə (mələklər): "Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək birinimi yaradırsan? söylədilər. (Çünki bu Adəmdən qabaq da yerdə varlıqlar yaşayır, fəsad törədir, qan tökürdülər. Əgər insanı yaratmaqda məqsəd ibadətdirsə, biz Sənə layiqincə ibadət edirik). (Allah onlara:) "Mən sizin bilmədiyiniz həqiqətləri bilirəm!" - buyurdu.
31\. Sonra Adəmə "adlar" elmini (yaradılışın sirlərini və varlıqlara ad qoymaq elmini) tam şəkildə öyrətdi. Sonra onları mələklərə göstərərək: "Əgər doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!" dedi.
32\. (Onlar): "Sən paksan! Biz Sənin bizə öyrətdiklərindən başqa bir şey bilmirik. Doğrudan da, Sən bilən və hikmət sahibisən” - dedilər.
33\. (Sonra:) "Ey Adəm, bunların adlarını (sirlərini) onlara bildir!" dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): "Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini, sizin gizlində və aşkarda etdiklərinizi bilirəm, söyləmədimmi?" - buyurdu.
Ayələrin təfsiri.
İnsan - Allahın yer üzündəki canişini.
Bundan əvvəlki ayələrdə Allah-taalanın dünyadakı bütün nemətləri insan üçün yaratdığı qeyd edilmişdi. Bu ayələrdə isə insanın yer üzǝrindəki rəhbərliyi, Allahın canişini olması məsələsi öz əksini tapmış, onu bu nemətlərə layiq edən mənəvi mövqeyi açıqlanmışdır.
Buradan başlayaraq 39-cu ayəyə qədər davam edən ayələrdə Adəmin (ilk insanın) yaradılmasına toxunulmuşdur. Burada əsasən üç məsələ diqqət mərkəzindədir:
1\. Allah-taalanın mələklərə yer üzərində Öz canişinini yaradacağı barədə xəbər verməsi və onların Allahla söhbəti.
2\. Mələklərə ilk insana təzim etmək əmrinin verilməsi (Bu məsələyə Quranın bir çox ayəsində işarə edilmişdir.)
3\. Adəmin Cənnətdəki həyatının şərhi, onun Cənnətdən çıxarılmasına səbəb olan hadisə, daha sonra isə tövbə edərək ailəsi ilə birlikdə yerdə yaşaması.
İndi haqqında danışacağımız ayələr birinci məsələ haqqında məlumat verir. Allahın istəyi belə olmuşdur ki, yer üzərində Onun canişini olacaq bir varlıq yaratsın. O, elə bir varlıq olmalı idi ki, xüsusiyyətləri Allahın sifətlərindən götürülmüş, şəxsiyyəti isə mələklərdən də üstün olsun. Allah dünyadakı bütün nemətləri qüvvələri, xəzinələri, mədənləri və s. onun ixtiyarına vermək istəyirdi. Təbii ki, belə bir varlığın yer üzərindəki digər varlıqlara rəhbərlik etməsi üçün kifayət qədər ağıl, şüur, dərrakəsi olmalı idi. Buna görə də ilk ayədə Allah-taala belə buyurmuşdur: “(Xatırla ki,) Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”- dedikdə..."
Ayənin ərəbcə mətnində "xəlifəh" sözü işlədilmişdir. Bu sözün mənası "canişin" deməkdir. Burada kimin canişini olması və nə işdə canişinlik etməsi barədə təfsirçilər bir neçə ehtimal vermişlər. O cümlədən bəzi təfsirçilər belə hesab etmişdir ki, daha əvvəl yer üzündə yaşamış mələklərin canişin olması nəzərdə tutulmuşdur. Bəziləri belə hesab etmişdir ki, daha əvvəl yer üzündə yaşamış insan və ya digər məxluqların canişini nəzərdə tutulmuşdur. Başqa bir qrupun fikrincə, insan nəsillərinin bir- birinin canişini olması nəzərdə tutulmuşdur. Lakin ən doğru ehtimal odur ki, burada "canişinlik" deyildikdə (bir çoxlarının da qəbul etdiyi kimi) ilahi canişinlik, yəni Allahın yer üzərindəki nümayəndəsi nəzərdə tutulmuşdur. Çünki bu cümlənin ardınca mələklərin: "Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək birinimi yaradırsan?" sualı məhz bu mənaya uyğun gəlir. Çünki yalnız Allahın yer üzərində nümayəndəsi olmaq bu işlərlə uyğun gəlmir. Eləcə də Adəmə sonrakı ayədə şərhini verəcəyimiz adların öyrədilməsi məsələsi, habelə mələklərin ona təzim etməsi də bu iddianın doğruluğuna dəlalət edir. İstənilən halda Allah-taala yer üzündə yaradılış aləminin ən şah əsərini yaradıb onu Öz canişini etmək istəyirdi. Bu #### Ayələrin təfsiri barədə İmam Sadiqdən (ə) nəql edilmiş hədisdə də məhz bu mənaya işarə edilmişdir: "Mələklər Adəmin məqamını tanıdıqdan sonra başa düşdü- lər ki, o və övladları Allahın yer üzündə canişini və bəndələrə höccət olmağa hamıdan layiqdirlər”.
Ayənin davamında mələklərin etiraz əlaməti olaraq deyil, həqiqəti öyrənməkdən ötrü verdiyi sual qeyd edilmişdir: "Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək birinimi yaradırsan?”
Allah-taala burada onlara üstüörtülü şəkildə cavab vermiş, mələklər bu cavabın əsl mənasını daha sonralar başa düşmüşdülər: "(Allah onlara:) "Mən sizin bilmədiyiniz həqiqətləri bilirəm!" buyurdu.
Mələklərin sözündən belə başa düşülür ki, onlar yaradılacaq yeni məxluqun - insanın sakit bir varlıq olmayacağını, yer üzündə fitnə- fəsad törədib qan tökəcəyini bilirmişlər. Maraqlıdır ki, görəsən, onlar bunu haradan bilirdilər? Bu barədə təfsirçilər müxtəlif fikirlər bildirmişlər. Bəziləri belə ehtimal vermişdir ki, Allah-taala daha öncə onlara insan barəsində qısaca məlumat veribmiş. Başqa bir dəstənin fikrincə, bunu mələklər özləri (yerdə) ifadəsindən anlamışlar. Onlar insanın torpaqdan yaradılacağını və torpağın öz zatındakı xüsusiyyətinə görə çəkişmə və mübahisə mənbəyi olduğunu bilirdilər. Üstəlik, hətta bütün dünyanı da insana versələr belə, maddi dünyanın heç vaxt onun gözünü doyurmayacağını bilirdilər. Bu vəziyyətin, xüsusilə də məsuliyyət hissinin lazımi səviyyədə olmadığı halda fitnə- fəsada səbəb olacağını da anlayırdılar. Üçüncü bir qrup təfsirçilər isə belə hesab etmişlər ki, Adəm yer üzünün ilk məxluqu deyildi. Ondan qabaq da yer üzündə məxluqlar olmuş və məhz onlar fitnə-fəsad törətdiyi üçün mələklər Adəmin də nəslinin fitnə-fəsad törədəcəyini ehtimal vermişlər.
Bu üç mülahizə bir-biri ilə elə də ziddiyyət təşkil etmir, yəni bu üç ehtimalın hər biri mələklərin etirazı üçün səbəb ola bilər. Xüsusilə də nəzərə almaq lazımdır ki, mələklər bu sözündə haqlı olmuşlar. Buna görə də Allah-taala onlara verdiyi cavabda onların dediyini inkar etməmiş, bu həqiqətlə yanaşı, insanın barəsində daha önəmli şeylərin olduğunu, sadəcə mələklərin bunu bilmədiyini buyurmuşdur.
Mələklər elə təsəvvür edirdilər ki, əgər insanı yaratmaqda məqsəd Allaha ibadət etməkdirsə, biz gecə-gündüz Ona ibadət edirik. Belə olan halda Onun canişini olmağa biz daha layiqik. Lakin xəbərləri yox idi ki, onların vücudunda şəhvət, qəzəb və nəfsani istəklər yoxdur. Belə bir varlığın ibadəti ilə vücudunda şəhvət, qəzəb və nəfsani istəklərə malik, şeytani vəsvəsələrin mühasirəsində olan insanın ibadəti arasında böyük fərq var. Onlar haradan biləydilər ki, bu insanın nəslindən Muhəmməd (s), İbrahim (ə), Nuh (ə), Musa (ə) və İsa (ə) kimi peyğəmbərlər, məsum imamlar, əməlisaleh insanlar, şəhidlər, bütün varlığını cani-dildən Allah yoluna həsr edən kişi və qadınlar çıxacaq?!
Bu ayədə diqqəti cəlb edən önəmli məqamlardan biri də odur ki, mələklər özlərinin üç cəhətinə - şükür etmək, Allahın şəninə təriflər demək və Onu müqəddəs tutmağa əsaslanmışlar. Şükür etməklə Allahın şəninə təriflər deməyin mənası odur ki, onlar Allahı bütün nöqsanlardan uzaq, bütün kamal sifətlərinə malik bilirdilər. Bəs Allahı müqəddəs tutmağın mənası nədir? Bəzi təfsirçilərin fikrincə, onun da mənası Allahı bütün nöqsanlardan uzaq bilməkdir. Belə olduqda bu söz Allahın şəninə təriflər deməklə eyni mənanı ifadə edib onu təkidləndirir. Lakin başqa bir qrup təfsirçi isə belə hesab etmişdir ki, ayənin ərəbcə mətnindəki (nuqəddis) feilinin məsdəri olan (təqdis) sözü (qüds) kökdən alınmışdır ki, bu da “özünü bütün pis xüsusiyyətlərdən təmizləmək nəticəsində yer üzünü pis insanlardan təmizləmək və canı Allah üçün saflaşdırmaq" deməkdir. Bu mülahizəni söyləyənlər ayənin ərəbcə mətnindəki (ləkə) birləşməsini öz iddialarına sübut gətirmişlər. Belə ki onlar (nuqǝddisukə) əvəzinə (nuqǝddisu ləkə) deməklə, əslində, onu bildirmək istəmişlər ki, əgər insanı yaratmaqda məqsəd itaətdirsə, biz Sənə itaət edirik. Yox, əgər məqsəd ibadətdirsə, biz gecə-gündüz Sənin ibadətindəyik. Və əgər məqsəd özünü və ya yer üzünü islah etməkdirsə, biz zatən bu işlə məşğuluq. Halbuki maddi olan insanın həm özü fitnə-fəsada meyillidir, həm də yer üzü fitnə-fəsad mənbəyidir.
Həqiqət mələklərə tam təfsilatı ilə aydın olsun deyə, Allah-taala onları sınamaq qərarına gəldi ki, özləri insanla onların arasında yerlə göy qədər fərq olduğunu etiraf etsinlər.
Mələklər sınaq qarşısında.
Allahın lütf və mərhəməti sayəsində insan yaradılışdakı həqiqətləri dərk etmək üçün fövqəladə bir potensiala malik olduğuna görə Allah-taala bu potensialı reallaşdıraraq ona yaradılışın sirlərini öyrətdi: "Sonra Adəmə "adlar" elmini (yaradılışın sirlərini və varlıqlara ad qoymaq elmini) tam şəkildə öyrətdi”.
Təfsirçilər "adlar elmi” haqqında müxtəlif fikirlər bildirsələr də, bunu tam əminliklə söyləyə bilərik ki, bu, heç də mənası olmayan sözlər olmamışdır. Əks təqdirdə bu iş Adəm (ə) üçün iftixar sayılmazdı. Deməli, Adəmə (ə) mənası olan sözlər, varlıqların adları öyrədilmişdir. Təbii ki, yaradılışın sirləri, varlıqların adlarını bilmək onun üçün böyük iftixar olmuşdur. Bu #### Ayənin təfsiri haqqında İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir: "Yerlər, dağlar, dərələr, çayların kənarı (bir sözlə, bütün varlıqların adları) nəzərdə tutulmuşdur". Sonra İmam (ə) üzərində əyləşdiyi xalıya baxıb əlavə etdi: "Hətta bu xalı da Allahın Adəmə öyrətdiyi adlar elminə daxil olmuşdur". Buna əsasən deyə bilərik ki, adlar elmi leksikoqrafiyaya bənzər bir şey olmamış, varlıqların adları ilə yanaşı, eyni zamanda onların fəlsəfə, xüsusiyyət, keyfiyyət və sirlərini də əhatə etmişdir. Allah-taala bu elmi Adəmə (ə) öyrətdi ki, təkamül yolunda bu dünyanın maddi-mənəvi nemətlərindən istifadə edə bilsin. Allah ona adqoyma bacarığını da verdi ki, əşyaları adlandıra bilsin və ehtiyac duyulduğu zaman bu və digər əşyanın adını çəkməklə, lazım gəldikdə isə ona işarə etməklə istədiyi kimi faydalana bilsin. Bunun özü də böyük bir nemətdir. Bunun əhəmiyyəti özünü elmi məsələlərdə daha qabarıq şəkildə büruzə verir. Belə ki bu gün bəşəriyyətin bütün elmi nailiyyətləri yazıb- oxumağın nəticəsində əldə edilmişdir. Keçmiş nəsillərin elmi mirası kitablarda toplanılmışdır. Əgər əşyalara ad qoyulmasaydı, keçmiş nəsillərdən bu günə heç bir elmi məlumat gəlib bizə çatmazdı.
Ayənin sonunda Allah-taala belə buyurmuşdur: "Sonra onları mələklərə göstərərək: "Əgər doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!" – dedi.
Lakin mələklərin belə bir məlumatı olmadığı üçün onlar bu sınaq qarşısında aciz qalıb dedilər: “(Onlar): “Sən paksan! Biz Sənin bizə öyrətdiklərindən başqa bir şey bilmirik. Doğrudan da, Sən bilən və hikmət sahibisən - dedilər”.
Bu cavabla mələklər etiraf edirlər ki, bizim verdiyimiz sual bilməməzlik üzündən olmuşdur. Biz insanın onu bizdən üstün edən bu bacarığından xəbərsiz idik. Həqiqətən də, o, Sənin canişinin olmağa daha layiqdir. O, olmadan yer üzü kamil olmaz.
Mələklərin bu etirafından sonra növbə Adəmə (ə) yetişir. O, mələklərin qarşısında varlıqların ad və sirlərini açıqlamalı idi və bu işin öhdəsindən layiqincə gəldi: "(Sonra) "Ey Adəm, bunların adlarını (sirlərini) onlara bildir!" - dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): "Mən sizə göylərin və yerin gözə görünməyən sirlərini, sizin gizlində və aşkarda etdiklərinizi bilirəm, söyləmədimmi?" - buyurdu”.
Mələklər yeni xəlq edilmiş insanın geniş məlumatı qarşısında baş əyib onun Allahın yer üzündəki xəlifəsi olmağa layiq olduğunu anladılar.
"Sizin gizlində etdiklərinizi" ifadəsindən məlum olur ki, mələklər dildə dediklərindən başqa ürəklərində də nəsə gizlədiblərmiş. Bəzi təfsirçilər bunu o vaxt hələ mələklərin cərgəsində olan İblisə aid edərək bildirmişlər ki, o, Adəmə (ə) heç vaxt təzim etməmək niyyətində olmuşdur. Belə bir ehtimal da var ki, bu ifadə mələklərin, həqiqətən də, özlərini Allahın canişini olmağa hamıdan layiq olduğunu düşünmələrinə işarə edir. Onlar buna ötəri şəkildə işarə etsələr də, açıq şəkildə dilə gətirməmişdilər.
İki suala cavab.
Burada iki sual yaranır. Biri odur ki, Allah-taala bu elmi Adəmə (ə) necə öyrətdi? İkincisi də odur ki, Allah həmin elmi mələklərə də öyrətsəydi, onlar da Adəmin (ə) malik olduğu üstünlüyə yiyələnərdilər. Belə olan halda bunun nəyi üstünlük sayılır?
Bu suallara cavab vermək üçün ilk olaraq onu qeyd etməliyik ki, Allahın bu elmi Adəmə (ə) öyrətməsi genetik xarakter daşımışdır. Başqa sözlə desək, Allah həmin elmi Adəmin (ə) fitrətində yaratmışdı, sadəcə olaraq qısa müddət ərzində onu üzə çıxartdı.
Quranda "öyrətmək" feilinin “təkvini öyrətmək” mənasında nəzərdə tutulduğuna başqa ayələrdə də rast gəlirik. Məsələn, "Rəhman” surəsinin 4-cü ayəsində deyilir:
"(Allah) ona (insana) danışmağı öyrətdi”.
Təbii ki, Allah-taalanın insana danışmaq öyrətməsi fitri bir məsələdir. Yəni Allah insana fitri olaraq belə bir potensial verib ki, vaxtı gəlib çatdıqda danışa bilsin.
İkinci suala cavab olaraq isə qeyd edək ki, mələklərin yaradılışı onlara bu elmləri tam olaraq mənimsəmək imkanı vermirdi. Onlar bu işdən ötrü deyil, başqa məqsəd üçün yaradılmışdılar. Buna görə də məlum sınaqla qarşılaşdıqdan sonra həqiqət onlara məlum olur. Bəlkə də, özləri əvvəlcə elə düşünürdülər ki, bu iş üçün də potensialları var. Lakin Allah-taala onları sınağa çəkməklə onların potensialı ilə Adəmin (ə) potensialı arasındakı fərqi onlara göstərdi.
Nəhayət, dilçilik qaydalarına əsaslanaraq belə bir sual meydana gəlir ki, əgər "varlıqların adları elmi" dedikdə yaradılışın sirləri və bütün varlıqların xüsusiyyətləri nəzərdə tutulmuşdursa, bəs nəyə görə kişi cinsinin cəminə uyğun (hum) bitişən əvəzliyindən və (hǝulai) işarə əvəzliyindən istifadə edilmişdir? Buna cavab olaraq bildirək ki, "hum" bitişən əvəzliyi heç də həmişə kişi cinsinin cəmi üçün işlədilmir. Bəzi vaxtlar hətta qeyri-insan anlayışı bildirən məfhumlar haqqında da bu bitişən əvəzlikdən istifadə edilir. Məsələn, Yusif (ə) peyğəmbər ulduzlar, günəş və ay haqqında danışdıqda onlara məhz bu işarə əvəzliyi ilə işarə etmişdir:
"(Xatırla) bir zaman Yusif atasına dedi: "Atacan! Mən yuxuda on bir ulduz, günəş və ayın mənə səcdə etdiyini gördüm"."
Bəqərə surəsi, 34-36-cı ayələr
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ .٣٤
وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ .٣٥
فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ وَقُلْنَا اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ .٣٦
Ayələrin tərcüməsi
34\. (Xatırla ki,) mələklərə: "Adəmə səcdə edin! - dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, qürrələnərək imtina etdi və (əmrə tabe olmadığı, təkəbbür etdiyi üçün) kafirlərdən oldu.
35\. Və (Adəmə) dedik: "Ey Adəm, sən zövcənlə Cənnətdə məskunlaş və hər ikiniz oradakı (nemətlərdən) istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın düşməyin! Yoxsa zülm edənlərdən olarsınız".
36\. (Lakin) Şeytan onların Cənnətdən yayınmasına səbəb oldu və olduqları yerdən çıxartdı. (Bu zaman onlara): "Bir-birinizə düşmən kəsilərək (yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və dolanacaq vasitələri var" - dedik.
Ayələrin təfsiri.
Adəm (ə) Cənnətdə.
Bu ayələrdə insanın məqam və dəyərinin üstünlüyü mövzusu davam etdirilir. İlk olaraq mələklərin Adəmə (ə) səcdə etməsi məsələsi önə çəkilir: “(Xatırla ki,) mələklərə: “Adəmə səcdə edin! İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, qürrələnərək imtina etdi dedikdə və (əmrə tabe olmadığı, təkəbbür etdiyi üçün) kafirlərdən oldu”.
İlk baxışda belə təsəvvür yarana bilər ki, Adəmə (ə) səcdə etmək mələklərin sınağa çəkilməsindən və adların ona öyrədilməsindən xeyli sonra baş vermişdir. Lakin Quranın digər ayələrinə diqqət yetirdikdə məlum olur ki, səcdə Adəm (ə) xəlq edildikdən dərhal sonra, mələklərin sınağından qabaq olmuşdur. “Hicr” surəsinin 29-cu ayəsində deyilir:
فَإِذَا سَوَّيْتُهُ وَنَفَحْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ
“Mən onu tamamlayıb Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”
Digər ayələrdə, o cümlədən “Sad” surəsinin 72-ci ayəsində də bu məzmuna rast gəlirik. Üstəlik, Adəmə (ə) səcdə onun məqamı aydın olduqdan sonra baş versəydi, bu, onun mələklərdən üstün olduğuna dəlalət etməzdi. Çünki onun üstünlüyü o vaxt artıq məlum olmuşdu.
İnsan xəlq edildikdən sonra bütün mələklərin ona səcdə etməsi onun açıq-aşkar məqamının üstünlüyündən xəbər verir. Allahın yer üzündə canişini olub peyğəmbərlər, xüsusilə də İslam Peyğəmbəri (s) kimi övladların yetişdirilməsi potensialına malik bir insan, həqiqətən də, ən böyük ehtirama layiqdir. Özümüz bir neçə elmi kəşf edən şəxsə necə hörmət edirik? Görün, onda yaradılışın sirlərindən xəbərdar olan ilk insanın vəziyyəti necə olmalıdır!
Mələklər sınağa çəkildikdən sonra növbəti ayədə Adəmə (ə) və zövcəsinə Cənnətdə məskunlaşmaq göstərişi verilir: “Və (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə Cənnətdə məskunlaş və hər ikiniz oradakı (nemətlərdən) istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın düşməyin! Yoxsa zülm edənlərdən olarsınız".
Quranın bir sıra ayələrindən belə məlum olur ki, Adəm (ə) bizə məlum olan yer üzündə yaşamaq üçün yaradılıbmış. Lakin əvvəlcə Allah-taala onu Cənnətdə - bu dünyanın ən gözəl və Adəm (ə) üçün orada heç bir çətinliyin olmadığı gözəl bağlarından birində məskunlaşdırmışdır. Bunun da səbəbi o idi ki, Adəmin (ə) yer üzündə yaşamaq haqqında heç bir tanışlığı yox idi. Təbii ki, belə olan halda o, bəzi çətinliklərlə qarşılaşa bilərdi. Bunun üçün onun yer üzündə yaşamaq haqqında müəyyən qədər tanışlığı olmalı idi. Bu baxımdan o, qeyd etdiyimiz Cənnətdə bir müddət hazırlıq dövrü keçərək lazımı məlumatları öyrənməli idi. Bilməli idi ki, yer üzündə yaşamağın bir sıra məsuliyyət, qayda-qanun və çətinlikləri vardır. Həmin qaydalara riayət etmək insanın səadətini, ixtiyarındakı nemətlərin davamlılığını təmin edəcək, qanunları pozmaq isə onu çətinliklərə salacaq. Eyni zamanda onu da bilməlidir ki, o, azad xəlq edilsə də, bu, mütləq azadlıq deyil. Hər istədiyini edə bilməz. Bəzi şeylərdən uzaq durmalıdır. Həm də onu bilməlidir ki, nə vaxtsa yanlış hərəkət etməklə səadət qapıları birdəfəlik üzünə bağlanmır. Səhvini düzəltmək üçün Allah-taala ilə yenidən ǝhd-peyman bağlayıb bir daha bu səhvi təkrarlamayacağına söz verməlidir ki, təzədən ilahi nemətlərə qovuşsun. Bütün bunları öyrənmək, dost ilə düşməni tanımaq üçün Adəm (ə) bir müddət qeyd etdiyimiz Cənnətdə məskunlaşmalı idi. Məhz bu hazırlıq dövrünü keçdikdən sonra yer üzündə yaşamağa başlamalı idi. Həm Adəmin (ə), həm də övladlarının gələcəkdə buna ehtiyacı var idi. Buna görə də, çox güman ki, Adəmin (ə) Allahın yer üzündəki canişini olaraq xəlq edilməsinə rəğmən, bir qədər Cənnətdə məskunlaşması və ona bir sıra göstərişlər verilməsi hazırlıq məqsədi güdmüşdür.
Növbəti ayədə Allah-taala Adəmə (ə) müəyyən bir ağacdan istifadə etməyi qadağan edir. Lakin onu və övladlarını yoldan çıxaracağına and içmiş şeytan öz vəsvəsələrini işə salır. Quranın digər ayələrindən belə başa düşülür ki, şeytan onları qadağan olunmuş ağacdan istifadə edəcəkləri təqdirdə zövcəsi ilə birlikdə mələyə çevrilib Cənnətdə əbədi qalacaqlarına inandırmışdı. Hətta and içib onların xeyrini istədiyini bildirmişdi. Beləliklə, şeytan onları aldadıb yoldan çıxarır: “(Lakin) Şeytan onların Cənnətdən yayınmasına səbəb oldu və olduqları yerdən çıxartdı. (Bu zaman onlara): “Bir-birinizə düşmən kəsilərək (yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və dolanacaq vasitələri var" - dedik”.
Məhz bundan sonra Adəm (ə) özü özünə zülm etdiyini anladı. Başa düşdü ki, şeytanın vəsvəsələrinə uyduğu üçün nemətlə dolu Cənnətdən çıxarılmış, bundan sonra çətinliklərlə dolu yer üzündə məskunlaşmalıdır. Adəmin (ə) peyğəmbər və məsum olmasına baxmayaraq, daha yaxşı olan işi tərk etdikdə Allah peyğəmbərə qarşı sərt rəftar edir. Bu, sanki adi insanın günahı kimi bir şeydir. (Bir qədər sonra bu barədə daha ətraflı məlumat verəcəyik.) Bu səbəbdən də onun Cənnətdən çıxarılması Allahın əmrindən çıxmasının ağır cəriməsi idi.
İncəliklər:
1\. Nə üçün İblis Adəmə (ə) səcdə etməkdən boyun qaçırdı?
Məlum olduğu kimi, "şeytan" sözü, əslində, ümumi isim olub, birinci şeytandan (İblisdən) tutmuş bütün şeytanlara şamil olur. İblis isə xüsusi isim olub, vəsvəsə edərək Adəmin (ə) Cənnətdən çıxmasına səbəb olmuş şeytanın adıdır. Quran ayələrindən açıq şəkildə məlum olur ki, o, mələklərin sırasında olsa da, onlardan deyil, maddi varlıq sayılan cinlərdən olmuşdur. "Kəhf” surəsinin 50-ci ayəsində belə deyilir:
"Cinlərdən olan İblisdən başqa hamısı (bütün mələklər) səcdə etdi”.
Bu Şeytan təkəbbürlük üzündən Adəmə (ə) səcdə etməkdən boyun qaçırdı. O, özünün Adəmdən (ə) üstün olduğunu düşünürdü. Elə fikirləşirdi ki, ona Adəmə (ə) səcdə etmək əmri verilməməli, əksinə, Adəm (ə) ona səcdə etməli idi. Bu barədə "Əraf' surəsinin 12-ci ayəsinin təfsirində daha ətraflı məlumat verəcəyik.
Şeytanın küfr etməsinin səbəbi Allahın hikmətli əmrinin yanlış olduğunu düşünməsi oldu. O, təkcə əməldə deyil, eyni zamanda etiqadında da Allaha asi çıxdı. Beləliklə də, onun özündənrazılığı bir ömürlük iman və ibadətini puç, özünü isə əbədi cəhənnəmlik etdi. Təkəbbürün bu kimi nəticələri həddən artıq çoxdur.
"(Əmrə tabe olmadığı, təkəbbür etdiyi üçün) kafirlərdən oldu" cümləsindən belə başa düşülür ki, o, daha öncə də öz hesabını mələklərdən ayıraraq Allahın itaətindən boyun qaçırmağı və təkəbbürlük edəcəyini planlaşdırmışdır. Öz-özlüyündə belə qərara gəlmişdir ki, əgər ona Adəmə (ə) səcdə etmək əmri verilsə, tabe olmayacaq. Bəlkə də, əvvəlki ayədəki "Sizin gizlində etdiklərinizi bilirəm" cümləsi bu mənaya işarə edir. "Təfsiri-Qummi" kitabında İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə də məhz bu mənaya işarə edilmişdir.
2\. Səcdə Allah üçün idi, yoxsa Adəm (ə) üçün?
Heç bir şübhə yoxdur ki, pərəstiş və ibadət anlamındakı səcdə yalnız Allaha məxsusdur. Çünki dünyada Ondan başqa tanrı yoxdur. İbadətdə tövhidin mənası da məhz o deməkdir ki, Allahdan başqasına ibadət edilməsin. Deməli, sözügedən ayədə mələklərin Adəmə (ə) səcdə etməsi məsələsindən məlum olur ki, onlar, əslində, belə bir dəyərli varlıq yaratdığı üçün Allaha səcdə etmişlər. Ya da Adəmin (ə) özünə səcdə etmişlər, lakin bu səcdə ibadət xarakteri deyil, təzim xarakteri daşımışdır. “Üyuni-əxbarir-Rza" kitabında İmam Rzadan (ə) nəql edilmiş bir hədisdə belə deyilir: "Mələklərin Adəmə səcdəsi bir tərəfdən Allaha səcdə, digər tərəfdən isə onun özünə ehtiram olmuşdur. Çünki biz onun belində idik".
3\. Adəmin (ə) məskunlaşdığı Cənnət hansı Cənnət olmuşdur? Bu suala cavab olaraq qeyd etməliyik ki, bəzi təfsirçilər haqqında danışılan Cənnətin əməlisaleh insanlara vəd edilmiş Cənnət olduğunu bildirsələr də, ancaq ayənin zahirindən bu məkanın dünyanın gözəl bağlarından biri olduğu başa düşülür. Çünki, əvvəla, əməlisaleh insanlara vəd edilmiş Cənnət əbədi bir nemətdir. Onun əbədi olmasına Quranın bir çox ayələrində toxunulmuşdur. Oradan çıxmaq (və ya çıxarılmaq) mümkün deyil. İkincisi, imansız və günahkar İblisǝ o Cənnətdə yer yoxdur. Orada nə şeytani vəsvəsələr var, nə də Allaha itaətsizlik. Üçüncüsü, məsum imamlardan nəql edilmiş hədislərdə də bu məsələ açıq şəkildə qeyd olunmuşdur. Hədis ravilərindən biri deyir: "İmam Sadiqdən (ə) Adəmin (ə) məskunlaşdığı Cənnət haqqında soruşdum. O Həzrət (ə) buyurdu: “O, dünya bağlarından biri olmuşdur. Oraya bu dünyanın günəşi, ayı saçmışdır. Əgər axirət cənnəti olsaydı, Adəm heç vaxt oradan çıxarılmazdı". Buradan belə məlum olur ki, deməli, "Adəmin (ə) yerə enməsi" dedikdə məkan baxımından deyil, məqam baxımından enməsi nəzərdə tutulmuşdur. Belə bir ehtimal da verilmişdir ki, sözügedən Cənnət göydəki planetlərdən birində olmuş- dur. Lakin o da əbədi deyildi. Bəzi hədislərdə də həmin Cənnətin göydə olduğuna rast gəlirik. Lakin həmin hədislərdəki “səmə” sözünün yuxarı məkan yox, yuxarı məqam mənasında nəzərdə tutulması da istisna edilmir. İstənilən halda bir çox sübutlar göstərir ki, haqqında danışdığımız Cənnət axirət cənnəti olmamışdır. Çünki axirət cənnəti insanın təkamül yolunun son həddidir, halbuki Adəmin (ə) məskunlaşdığı Cənnət hələ yolun başlanğıcı olmuşdur. Axirət cənnəti insanın əməllərinin nəticəsi, Adəmin (ə) məskunlaşdığı Cənnət isə insanın əməllərinin müqəddiməsi olmuşdur.
4\. Adəm (ə) hansı günahı etmişdi?
Allah-taalanın əvvəlki ayələrdə Adəm (ə) haqqında buyurduqları onun mənəvi cəhətdən olduqca yüksək məqamda olmasından xəbər verir. O, Allahın yer üzündə canişini, böyük mələklərin müəllimi və səcdə etdikləri şəxs olmuşdur. Bu cür yüksək məqam sahibi olmuş Adəm (ə), təbii ki, günah etməz. Üstəlik, o da bütün peyğəmbərlər kimi məsum olmuşdur. Bu halda qarşıya belə bir sual çıxır ki, bəs onda Adəmin (ə) itaətsizliyi nədən ibarət idi? Təfsirçilər bu suala üç fərqli cavab vermişlər ki, hər biri digərinin tamamlayıcısıdır:
1-Adəmin (ə) etdiyi iş mütləq günah deyil, yaxşını tərk etmək və ya nisbi günah olmuşdur. Mütləq günah odur ki, kimliyindən asılı olmayaraq onu kim həyata keçirtsə, günah sayılar. Nisbi günah isə odur ki, bir sıra mübah, hətta müstəhəb işlər bəzi şəxslərin mənəvi məqamına uyğun gəlmədiyi üçün onu həyata keçirtmək onlar üçün günah sayılır. Onlar həmin işlərdən uzaq durmalı, daha mühüm işlərlə məşğul olmalıdırlar. Əks təqdirdə yaxşı olanı tərk etmiş olurlar. Məsələn, biz namaz qılarkən bir hissəsində diqqətimizi tam Allaha yönəldiriksə, bir hissəsində isə diqqətimiz yayınır. Bu namaz bizə uyğun olsa da, Həzrət Peyğəmbər (s) və İmam Əli (ə) kimi şəxslərin yüksək məqamına uyğun gəlməz. Onlar namazın əvvəlindən sonuna qədər bütün diqqətlərini Allaha yönəldirlər. Əks halda, haram iş görmüş olmazlar, lakin yaxşı olanı tərk edərlər. Adəm (ə) də yaxşı olardı ki, həmin ağacın meyvəsindən yeməsin, hərçənd ondan yemək ona haram edilməmişdi, sadəcə məkruh idi.
2-Allah-taalanın Adəm (ə) üçün qoyduğu qadağa “nəhyi-irşadi" xarakteri daşımışdır. Necə ki həkim insana məsləhət görərək deyir ki, filan yeməkdən istifadə etmə, yoxsa xəstələnərsən. Allah-taala da Adəmə (ə) buyurmuşdu ki, filan ağacın meyvəsindən yesǝn, Cənnətdən çıxıb çətinliklərlə qarşılaşacaqsan. Bu baxımdan Adəm (ə) Allahın əmrinə qarşı çıxmamışdır, sadəcə olaraq “nəhyi-irşadi"yə qarşı çıxmışdır.
3-Ümumiyyətlə, Cənnətdə hər hansı bir mükəlləfiyyətlikdən söhbət gedə bilməz. Ora Adəmin (ə) yer üzünə gəlməsi üçün bir sınaq meydanı olmuşdur. Bu qadağa da sırf sınaq qadağası olmuşdur.
5\. Quran maarifi ilə Tövrat maarifinin müqayisəsi.
Yuxarıdakı ayələrə əsasən Adəmi (ə) məxluqatın ən ali varlığı edən (və mələklərin də məhz bu üzdən səcdə etməsinə səbəb olan) ǝn böyük üstünlüyü yaradılışın sirlərindən xəbərdar olması idi. Məlum məsələdir ki, Adəm (ə) bunları öyrənmək üçün yaradılmışdı. Adəmin (ə) övladları da təkamülə çatmaq istəsələr, mütləq bu elmi bacardıqları qədər çox öyrənməlidirlər. Onların hər birinin daha çox kamilləşməsi yaradılışın sirlərini öyrənməklə bilavasitə əlaqədardır.
Bəli, Quran bu ayələrdə Adəmin (ə) əzəmətini yaradılışın sirlərini öyrənməkdə görür. Tövratda isə Adəmin (ə) Cənnətdən çıxarılmasının səbəbi elmə yiyələnməsi, yaxşı ilə pisi bir-birindən ayırd edə bilməsi göstərilmişdir. Tövratın "Yaradılış" bölməsinin ikinci fəslində deyilir: "Allah Adəmin surətini yerin torpağından yaratdı. Onun burnuna həyat üfürdü, o da cana gəldi. Allah bütün xoşətirli ağacları, həyat və yaxşı ilə pisi seçmək ağacını da yerdən cücərtdi. Adəmə bütün ağaclardan istifadə etməyə icazə verdi. Təkcə yaxşı ilə pisi ayırd edə bilmək ağacına qadağa qoydu. Adəmə bildirdi ki, əgər o ağacdan istifadə etsə, dərhal ölümə məhkum olacaq..."
Üçüncü fəsildə deyilir: "Onlar (Adəm ilə Həvva) səhər çağı bağda gəzişən Allahın səsini eşitdilər. Özlərini tez ağacların arxasında gizlətdilər. Allah Adəmi səsləyib dedi: "Haradasan?" Adəm cavab verir: "Sənin səsini eşidib qorxdum, əynimdə paltar olmadığına görə gizləndim". Allah soruşur: "Sənə kim dedi ki, əynində paltar yoxdu? Məgər sənə qadağan etdiyim ağacdan istifadə etmisən?" Adəm belə cavab verir: "Mənimlə birlikdə olmaq üçün yaratdığın qadın o ağacın meyvəsindən mənə verdi ki, yeyim".
Allah deyir: "İndi artıq Adəm də yaxşı ilə pisi bir-birindən ayırd etməklə bizlərdən biri kimi olmuşdur. Məbada, əlini atıb həyat (əbədilik) ağacından da istifadə etsin, yoxsa əbədi olaraq sağ qalar".
Buna görə də Allah onu Ədn bağından qovub torpağından hazırladığı yerə göndərdi..."
Gördüyünüz kimi, hazırkı Tövratda yer almış bu uydurma əfsanə tarixi bir həqiqət kimi əks etdirilmişdir. Burada Adəmin (ə) Cənnətdən çıxarılmasının əsas səbəbi kimi onun elm əldə etməsi, yaxşı ilə pisi fərqləndirə bilməsi göstərilmişdir. Guya Adəm (ə) yaxşını pisdən seçə bilmək ağacından istifadə etməsəydi, həmişəlik cəhalət içərisində qalacaq, hətta paltarsız qalmağın yaxşı, yoxsa pis iş olduğunu da bilməyəcək, əbədi olaraq Cənnətdə qalacaqdı.
Bu uydurma əfsanədən belə çıxır ki, Adəm (ə) gördüyü işdən peşman olmamalı idi. Çünki Cənnəti əldən verərək yaxşı ilə pisi ayırd edə bilmək bacarığını əldə etmişdi. Bu isə olduqca yaxşı və faydalı bir ticarət sayılmalıdır. Nə üçün o, bu ticarətə görə narahat olmalıdır? Deməli, Tövratın bu "maarifi" insanın dəyərini yaradılışın sirlərindən bilən Quran maarifinin tam əks nöqtəsidir. Üstəlik, bu uydurma əfsanədə Allah-taalaya bir-birindən qəribə işlər aid edilmişdir. Bunlar aşağıdakılardır:
1-Allahın yalan danışdığı göstərilmişdir. (İkinci fəslin on yed- dinci cümləsində Allah Adəm (ə) ilə zövcəsinə deyir ki, bu ağacdan yeməsinlər, yoxsa öləcəklər. Halbuki həmin ağacdan yeyəcəkləri təq- dirdə ölməyəcək, əksinə, bilmədiklərini öyrənəcəkdilər.)
2-Allahın xəsis olduğu göstərilmişdir. (Üçüncü fəslin iyirmi ikinci cümləsində deyilir ki, Allah Adəm (ə) ilə Həvvanın bilik ağacından yeyib savadlanmasını və əbədi yaşamasını istəmirdi.)
3-Allah üçün şərik ola biləcəyinin mümkünlüyü göstərilmişdir. (Yuxarıdakı cümlədə deyilir ki, Adəm (ə) qadağan olunmuş ağacdan yedikdən sonra Allah: "İndi artıq Adəm də yaxşı ilə pisi bir-birindən ayırd etməklə bizlərdən biri kimi olmuşdur" - deyə buyurmuşdur.)
4-Allahın paxıl olduğu göstərilmişdir. (Həmin cümlədən belə başa düşülür ki, Allah Adəmin yaxşı ilə pisi seçə bilmək bacarığına paxıllıq edir.)
5-Allah cisim kimi qələmə verilmişdir. (Üçüncü fəsildə deyilir ki, Allah səhər çağı bağda gəzişirmiş.)
6-Allahın ətrafda baş verənlərdən xəbərsiz olduğu göstərilmişdir. (Doqquzuncu cümlədə deyilir ki, Allah Adəmi (ə) səsləyib onun harada olduğunu soruşur. Onlar isə özlərini ağacların arxasında gizlədirlər ki, Allah onları görməsin.)
(Qeyd etmək lazımdır ki, bu cür uydurma əfsanələr Tövrata sonradan əlavə edilmişdir.)
6\. Quranda "şeytan" deyildikdə nə başa düşülür?
"Şeytan" sözü "ştn" kökündən götürülmüşdür. "şatin" "alçaq və şərəfsiz" mənasını bildirir. Şeytan itaətdən çıxan, üsyankar varlığa deyilir. İstər insan olsun, istər cin, istərsə də digər canlılardan. Haqdan uzaq olan ruh mənasını da bildirir. Bunların hamısında, əslində, bir ortaq məxrəc vardır.
Qeyd etməliyik ki, "şeytan" sözü ümumi isim olub, istər insanlardan, istərsə də qeyri-insanlardan olan istənilən üsyankar, əziyyət verən məxluqa deyilir. İblis isə xüsusi isim olub, Adəmi aldadaraq yoldan çıxaran şeytanın adıdır. O, indi də öz qoşunu ilə insanları yoldan çıxarmaqla məşğuldur.
"Şeytan" sözünün Quranda işlədildiyi ayələrdən də məlum olur ki, bu söz əziyyət verən istənilən varlığa şamil olur. Özü doğru yoldan uzaq düşüb başqalarını da həmin yoldan azdırmağa cəhd edən, başqalarına əziyyət verməyə, ikitirəlik, fitnə-fəsad yaratmağa çalışan varlığa şeytan deyilir. Necə ki ayələrdən birində deyilmişdir:
"Şübhəsiz ki, şeytan ... aranıza ədavət və kin salmaq istər".
Bu ayənin ərəbcə orijinalındakı (istər) feilinin indiki-gələcək zamanda olduğunu və indiki zaman feilinin davamlılığa dəlalət etdiyini nəzərə alsaq, belə nəticəyə gəlirik ki, deməli, şeytanın bu istəyi həmişəlikdir. Digər tərəfdən, Quranda şeytanın yalnız bir varlığa deyil, müxtəlif varlıqlara, hətta insanlar arasındakı pis adamlara da şamil edildiyini görürük. Məsələn, ayələrdən birində deyilir:
"Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq"."
İblisə də şeytan deyilməsi onun fəsad törətməsi, pis işlərə çalışması ilə əlaqədardır. Hətta bəzi hallarda mikrob və viruslara da şeytan deyilir. Məsələn, Əmirəlmöminin Əlidən (ə) nəql edilmiş bir hədisdə "şeytan" sözü məhz bu mənadadır: "Qabın sınıq və dəstəyi tərəfindən su içməyin. Çünki şeytan qabın sınıq və dəstək tərəfində oturur”.? İmam Sadiq (ə) buyurmuşdur: "Su kuzəsinin dəstək və sınıq tərəfindən su içməyin. Çünki ora şeytanın su içdiyi yerdir". Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Bığlarınızın ucunu çox uzatmayın, yoxsa orada şeytan özünə məskən salar". Beləliklə də, məlum olur ki, "şeytan" sözünün mənalarından biri də zərərli mikroblardır. Lakin bu, o demək deyil ki, harada "şeytan" sözü varsa, məhz mikrob mənasındadır. Sadəcə onu bildirmək istəyirik ki, "şeytan" sözünün bir çox mənası vardır və İblis və qoşunu onun nümunələrindən biridir. Onun digər nümunəsi pis insanlardır. Bəzi hallarda isə zərərli mikroblar mənasında da nəzərdə tutula bilər. (Diqqət edin!)
7\. Allah şeytanı nə üçün yaratmışdır?
Bəzi insanlar belə bir sual verirlər ki, şeytan insanı yoldan çıxaran bir varlıqdırsa, bəs onda Allah-taala nə üçün onu yaratmışdır? Ümumiyyətlə, onun varlığının fəlsəfəsi nədir? Bu suala cavab olaraq qeyd etməliyik ki, əvvəla, Allah-taala şeytanı şeytan olaraq yaratmayıb. O, uzun illər mələklərlə birlikdə olmuş, lakin sonradan öz azadlığından sui-istifadə edərək fitnə-fəsadın təməlini qoymuşdur. Deməli, o, əvvəlcə pak olaraq yaradılıbmış, ancaq öz istəyi ilə yoldan çıxmışdır. İkincisi, şeytanın varlığı imanlı insanlar və haqq yolunun yolçuları üçün heç də zərərli deyil, əksinə, onların inkişafına daha da yaxşı təsir edir. Çünki təkamül və inkişaf məhz ziddiyyətlər olan yerdə mümkündür. Bir qədər də aydın desək, insan güclü düşmənlə üz-üzə gəlməyincə öz qüvvəsini səfərbər etməz. Güclü düşmənlə qarşılaşmaq insanın öz gücünü səfərbər etməsinə zəmin yaradır, onu böyük uğurlar əldə etməyə səsləyir. Müasir dövrün böyük filosoflarından biri demişdir: "Dünyada elə bir parlaq sivilizasiya olmamışdır ki, hansısa xarici bir qüvvənin hücumu nəticə- sində yaranmasın".
Bəqərə surəsi, 37-39-cu ayələr
فَتَلَقَّى آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ .٣٧
قُلْنَا اهْبِطُوا مِنْهَا جَمِيعًا فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنْ تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ .٣٨
وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ .٣٩
Ayələrin tərcüməsi
37\. Sonra Adəm Rəbbindən bəzi sözlər öyrənərək (onlarla) tövbə etdi və Allah da onun tövbəsini qəbul etdi. Çünki O (Allah), tövbələri qəbul edən və mərhəmətlidir.
38\. Dedik: "Hamınız oradan enin! Mənim tərəfimdən sizə bir hidayət gəldiyi zaman Mənim hidayətimə tabe olanların nə bir qorxusu var, nə də onlar qəmgin olarlar".
39\. Kafir olanlar və ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər, onlar orada əbədi qalacaqlar.
Ayələrin təfsiri.
Adəmin (ə) tövbə etməsi.
İblisin vəsvəsələri nəticəsində Adəm (ə) qadağan olunmuş meyvədən yeyib Cənnətdən çıxarıldıqdan sonra başa düşdü ki, doğrudan da, naz-nemətlə dolu yerdən çıxıb çətinliklərlə dolu yer üzünə gəlməklə özünə qarşı böyük haqsızlıq etmişdir. Belə olduqda o, öz səhvini aradan qaldırmaq qərarına gəlib səmimi-qəlbdən Allah dərgahına üz tutur. O, həddən artıq peşman olur. Allah da Öz mərhəmətini ondan əsirgəmir. İndi haqqında danışacağımız ayələrdən də göründüyü kimi, Allah-taala ona bəzi sözlər öyrədir və Adəm (ə) həmin sözlərlə tövbə edir, Allah da onun günahını bağışlayır: "Sonra Adəm Rəbbindən bəzi sözlər öyrənərək (onlarla) tövbə etdi və Allah da onun tövbəsini qəbul etdi. Çünki O (Allah), tövbələri qəbul edən və mərhəmətlidir".
"Tövbə" sözünün leksik mənası "dönüş" deməkdir. Quran termiologiyasında isə tövbə günahdan əl çəkməyə deyilir. Bu söz günahkar şəxsin barəsində işlədildikdə bu mənanı verir. Bəzi hallarda bu söz Allah-taalaya da aid edilir. Belə olduqda onun mənası “Allahın Öz mərhəmətinə dönüşü” kimi başa düşülür. Yəni bəndə günah etməklə Allah mərhəmətini ondan əsirgəyir, tövbə etdikdə isə Allah yenidən mərhəmətini ona şamil edir. Buna görə də Allahın adlarından biri məhz (mərhəmətinə çox dönüş edən), yəni həddən artıq tövbələri qəbul edəndir. Başqa sözlə desək, "tövbə" sözü həm Allahın, həm də bəndələrin barəsində işlədilən sinonim sözlərdəndir. Bəndənin barəsində işlədildikdə mənası odur ki, bəndə Allaha tərəf dönüş edir. Belə ki bəndə günah etməklə, əslində, Allahından uzaqlaşır, tövbə etməklə yenidən Ona tərəf dönür. Həmin söz Allahın barəsində işlədildikdə isə mənası budur ki, Allah-taala Öz mərhəmətini yenidən bəndəsinə şamil edir. Belə ki bəndənin günahı nəticəsində Allah da Öz növbəsində ondan üz çevirir. Bəndə tövbə etdikdə isə yenidən mərhəmətini ona şamil edir.
Adəm (ə) günah etməsə də, onun yaxşı olanı tərk etməsi Allaha qarşı, sanki bir üsyan idi. Buna görə də öz səhvini başa düşüb dərhal tövbə etmişdir.
Ayədəki "bəzi sözlər” ifadəsinə gəlincə isə, bunun hansı sözlər olduğuna mövzunun sonunda toxunacağıq.
Hər halda baş verənlər artıq olub keçmişdi. Adəmin (ə) tövbəsinin qəbul olmasına baxmayaraq, gördüyü işin nəticəsi dəyişmədi. Ayədən də göründüyü kimi, onlar yer üzünə endilər: "Dedik: "Hamınız oradan enin! Mənim tərəfimdən sizə bir hidayət gəldiyi zaman Mənim hidayətimə tabe olanların nə bir qorxusu var, nə də onlar qəmgin olarlar.
Kafir olanlar və ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər, onlar orada əbədi qalacaqlar”.
İncəliklər:
1\. Allahın Adəmə (ə) öyrətdiyi “bəzi sözlər” hansı sözlər olmuşdur?
Allah-taalanın Adəmə (ə) tövbə etmək üçün öyrətdiyi sözlərin hansı sözlər olduğu barədə təfsirçilər arasında fikirayrılığı vardır. Ən güclü ehtimal bu sözlərin "Əraf" surəsinin 23-cü ayəsində deyilən sözlər olmasıdır. Həmin ayədə belə deyilmişdir:
"Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olacağıq!" dedilər".
Bəzi təfsirçilərin fikrincə, bu sözlər aşağıdakı dua olmuşdur:
sin "Allahım, Səndən başqa tanrı yoxdur. Sən paksan, Sənə həmd olsun! İlahi, mən özümə zülm etdim, məni bağışla! Sən bağışlayanların Ən yaxşısısan.
Allahım, Səndən başqa tanrı yoxdur. Sən paksan, Sənə həmd olsun! İlahi, mən özümə zülm etdim, mənə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!
Allahım, Səndən başqa tanrı yoxdur. Sən paksan, Sənə həmd olsun! İlahi, mən özümə zülm etdim, mənim tövbəmi qəbul et! Sən tövbələri qəbul edən və mərhəmətlisən!"
Bu dua İmam Muhəmməd Baqirin (ə) hədislərindən birində nəql edilmişdir.
Quranın digər ayələrində buna bənzər ifadələr Həzrət Yunus (ǝ) və Həzrət Musanın (ə) da barəsində vardır. Həzrət Yunus (ǝ) Allahdan onu bağışlamasını istədikdə belə buyurmuşdur:
"(Allahım!) Sən paksan, müqəddəssən! Mən zülm edənlərdən olmuşam!"
Həzrət Musa (ə) barəsində isə belə deyilmişdir:
"(Musa) dedi: "Ey Rəbbim! Mən özüm özümə zülm etdim. Məni bağışla!" O da onu bağışladı".
Məsum imamlardan nəql edilmiş bir çox hədisdə qeyd edilmişdir ki, Allah-taala ən gözəl bəndələrinin - Muhəmməd (s), Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseynin (ə) adlarını Adəmə (ə) öyrətmiş, o da Allahı həmin adlara and verǝrǝk bağışlanmasını diləmiş, Allah da onu bağışlamışdır.
Bu üç ehtimal bir-biri ilə qətiyyən ziddiyyət təşkil etmir. Çünki hər üç ehtimalda deyilmiş sözlərin hamısının Adəmə (ə) öyrədilməsi də istisna edilmir. O da öz növbəsində Allahdan bağışlanma diləməsi üçün bu sözlərin hamısını öyrənib mənəvi cəhətdən tam hazır olduqdan sonra bağışlanma diləmiş, Allah da onu bağışlamışdır.
2\. "Enin!" əmr feili nə üçün iki dəfə təkrar edilmişdir? Haqqında danışdığımız və daha əvvəlki ayələrdə Adəmin (ə) həm tövbəsindən qabaq, həm də sonra ona və zövcəsinə: "Yer üzünə enin!" - deyə əmr edilmişdir. Bu feilin iki dəfə təkrar edilməsinin təkid məqsədi güdməsi, yoxsa iki fərqli məsələyə işarə etməsi təfsirçilər arasında mübahisəli məqamlardandır. Ayənin zahirindən belə başa düşülür ki, Adəm (ə) tövbəsinin qəbul edilməsindən sonra yenidən Cənnətdə qala biləcəklərini düşünməsin deyə, bu feil ikinci dəfə təkrar edilmişdir. Yəni tövbələri qəbul edilsə də, onlar yerə enməlidirlər. Bunun da səbəbi o idi ki, ya onlar məhz bu məqsəd üçün yaradılmışdılar, ya da yerə enmək onların gördüyü işin qaçılmaz nəticəsi idi. Tövbənin qəbul edilməsi həmin nəticəni dəyişdirməz.
3\. "Enin!" əmr feili kimə xitab edilmişdir?
Adəm (ə) ilə Həvvanın iki nəfər olduğunu nəzərə alsaq, onda onlara xitab olaraq ərəb dilindəki ikilik kateqoriyasından istifadə edilməli və feil ikinci şəxsin təsniyəsində (ikilik kateqoriyasında) verilməli idi. Lakin onların yerə enməsi gələcəkdə övladlarının da dünyaya gəlməsi ilə nəticələnəcəkdi və bu səbəbdən də "Enin!" feili ikinci şəxsin cəmində verilmişdir.
Bəqərə surəsi, 40-cı ayǝ
يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُوا بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ .٤٠
Ayənin tərcüməsi
40\. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, əhdimə vəfa edin ki, Mən də sizin əhdinizə vəfa edim. (Vəzifənizə, öhdəliklərinizə əməl etməkdə) yalnız Məndən qorxun!
Ayənin təfsiri.
Allahın nemətlərini xatırlamaq.
Əvvəlki ayələrdə Adəmin (ə) Allahın yer üzündə canişini seçilməsi, mələklərin ona təzim etməsi, Adəmin (ə) Allah-taala ilə bağladığı ǝhd- peymanı unudaraq Cənnətdən çıxması, daha sonra isə tövbə edərək bağışlanılması məsələlərindən belə nəticə əldə edilir ki, bu dünyada iki qüvvə haqq və batil daim bir-biri ilə mübarizədədir. Şeytana tabe olan insan batil yolunu tutub səadət yolundan uzaqlaşacaq, həmişə çətinliklərlə qarşılaşacaq, axırda da peşmançılıq hissi keçirəcək. Bunun əksinə olaraq, Allaha itaət edən və bu yolda şeytanın vəsvəsələrinə əhəmiyyət verməyən şəxs hər bir dərddən uzaq olacaq.
Bəni-İsrailin Fironun zülmündən azad olaraq hakimiyyətə gəlməsinin, daha sonra Allahla bağladıqları əhd-peymanı unudaraq müsibətlərə düçar olmasının Adəmin (ə) əhvalatı ilə həddən artıq uyğunluğu olduğu üçün Allah-taala sözügedən ayədə, eləcə də Adəmin (ə) əhvalatının qeyd edildiyi bir çox ayələrdən dərhal sonra Bəni-İsrailin həyat və aqibətindən bəzi məqamlara toxunmuşdur.
İndi haqqında danışacağımız ayədə Bəni-İsrail mövzusuna toxunularaq deyilir: "Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, əhdimə vəfa edin ki, Mən də sizin əhdinizə vəfa edim. (Vəzifənizə, öhdəliklərinizə əməl etməkdə) yalnız Məndən qorxun!"
Bu üç göstəriş (Allahın nemətlərini xatırlamaq, Onun əhdinə vəfa etmək və yalnız Ondan qorxmaq) ilahi proqramların əsasını təşkil edir. Allahın nemətlərini xatırlamaq insanı Onu tanımağa dəvət edir, insanda şükür etmək hissini oyadır. Sonra insan başa düşür ki, bu nemətlər qeyd-şərtsiz verilməmişdir, buna görə Allah insanla əhd bağlamışdır. Bunu düşündükdə insan öz öhdəliklərini yerinə yetirməkdə məsuliyyət hiss edir. Öhdəsinə düşən işlərin icrasında Allahdan başqa heç kimdən və heç nədən qorxmamaq isə bu yolda qarşısına çıxan bütün maneələri uğurla keçməyə gətirib çıxarır. Çünki bu yoldakı ən böyük maneələrdən biri əsassız olaraq qorxmaqdır. Xüsusilə də Bəni-İsrail uzun illər Fironun və tərəfdarlarının əsarəti altında yaşadığı üçün qorxu, sanki onların canına işləmişdi.
İncəliklər:
1\. Yəhudilər Mədinədə.
Bir çox Quran tarixçisinin dediyinə görə, "Bəqərə" surəsi Mədinədə nazil olmuş ilk surədir. Onun böyük bir hissəsi yəhudilər barəsindədir. Çünki o vaxt yəhudilər Mədinənin ən geniş yayılmış kitab əhli olmuşdur. Onlar Həzrət Muhəmmədin (s) gəlişindən qabaq öz kitablarında təzə bir peyğəmbərin gələcəyi ilə bağlı məlumatlar oxumuş, başqalarına da belə bir müjdə vermişdilər. İqtisadi baxımdan da onların vəziyyəti olduqca yaxşı idi. Bütün bunlar yəhudilərin Mədinədəki mövqeyini yetərincə yüksəltmişdi. Ancaq İslam dini meydana gəldikdən sonra yəhudilərin qanunsuz mənafeyinə qarşı çıxdığı üçün onlar nəinki bu dini qəbul etmədilər, əksinə, ona qarşı çıxaraq indi də davam edən antiislam mübarizəsinin təməlini qoydular. Bu ayə və ondan sonrakı ayələr nazil olaraq onları sərt şəkildə danlayır. Ayələrdə yəhudilərin tarixindən elə incə məqamlara toxunulur ki, haqq axtarışında olan hər bir insan oyanıb İslam dininə üz tutur. Bu, eyni zamanda bütün müsəlmanlar üçün də bir ibrət dərsi idi. Növbəti #### Ayələrin təfsirində, inşallah, Bəni-İsrailin Fironun zülmündən qurtarması, Allah-taalanın Tur dağında Tövratı Həzrət Musaya (ə) nazil etməsi, onun yoxluğunda Bəni-İsrailin buzova sitayiş etməsi, qanlı tövbə göstərişi, onlara Allah- taalanın xüsusi nemətlərinin nazil olması və hər biri ibrət dərsi olan bu kimi əhvalatlar haqqında ətraflı məlumat verəcəyik.
2\. Allah-taalanın yəhudilərlə bağladığı on iki əhd hansı idi? Quran ayələrindən məlum olduğu kimi, bu əhd-peyman Allahdan qeyrisinə ibadət etməmək, ata-anaya, yaxın qohumlara, yetimlərə, yoxsullara yaxşılıq etmək, insanlarla xoş danışmaq, namaz qılmaq, zəkat vermək, başqalarını incitməmək və qan tökməməklə bağlı olmuşdur. "Bəqərə" surəsinin 83 və 84-cü ayələri dediklərimizi təsdiqləyir. Həmin ayələrdə deyilir;
“(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!" deyə ǝhd-peyman aldıq. Sonra (əhdinizə rəğmən) az bir qisminiz istisna olmaqla üz döndərdiniz və (əhdinizə vəfa etməkdən) boyun qaçırdınız. (Xatırlayın ki,) o zaman sizdən: "Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!" - deyə ǝhd aldıq. Sonra da siz (özünüz bu əhdə) şahidlik edərək (onu) təsdiqlədiniz".
Əslində, bu iki ayə Allah-taalanın Bəni-İsraildən aldığı iki ayrı əhdə işarə edir. "Maidə” surəsinin 12-ci ayəsində peyğəmbərlərə iman və onlara kömək etməklə bağlı qeyd edilmiş digər iki əhdi də bura əlavə etdikdə məlum olur ki, Bəni-İsrail Allah-taalanın bu böyük nemətləri qarşısında müxtəlif öhdəliklər götürmüşdür. Həmin ayədə deyilir:
"Allah İsrail oğullarından əhd aldı və Biz onlardan (onların arasından) on iki rəhbər seçdik. Allah (onlara) dedi: "Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha gözəl borc versəniz (Allah yolunda ehtiyaclılara yardım göstərsənz), günahlarınızın üstünü örtər və sizi ağacları altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər hansınız kafir olsa, o, artıq doğru yoldan azmış olar!"
Bu öhdəliklərə (əhdlərə) əməl edəcəkləri təqdirdə Allah da vəd vermişdi ki, onları ağacları altından çaylar axan Cənnətlərə daxil edəcək. Lakin təəssüflər olsun ki, yəhudilər bu öhdəliklərin hamısını bir kənara qoyub əhdlərinə sadiq qalmadılar və hələ də öz vəfasızlıqlarında davam edirlər. Nəticədə sərgərdan vəziyyətə düşüb pərakəndə oldular. Nə qədər ki bu əhd-peymanlarına əməl etməyiblər, bu vəziyyət davam edəcək. Nə vaxtsa kimlərinsə sayəsində ötəri nailiyyətlər əldə etmişlərsə də, bunu qələbə kimi qələmə vermək olmaz. Biz inanırıq ki, milliyyətindən və irqindən asılı olmayaraq İslamın qeyrətli övladları tezliklə əl-ələ verib yalnız Quranın bayrağı altında birləşəcək və yəhudilərin bu səs-küyünə son qoyacaqlar.
3\. Allah da Öz əhdinə sadiq qalar.
Allah-taalanın heç bir neməti əbəs yerə verilməyib. Hər nemətin bir şərti, məsuliyyəti var. İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir: "Mən də sizin əhdinizə vəfa edim" cümləsinin mənası odur ki, (siz öz əhdinizə vəfa edəcəyiniz təqdirdə) Mən də Öz əhdimə sadiq qalıb, sizi Cənnətə daxil edəcəyəm". Hədisin davamında Əmirəlmöminin Əlinin (ə) imamətinə olan imanın bu əhd-peymanın tərkib hissəsi kimi qeyd edilməsi qətiyyən təəccüb doğurmamalıdır. Çünki Bəni-İsrailin bağladığı əhd-peymanın bir bəndi məhz peyğəmbərlərə iman və onlara kömək göstərmək olmuşdur. Peyğəmbərlərin canişinini qəbul etmək də elə peyğəmbərin özünü qəbul etməyə bərabərdir. Həzrət Musanın (ə) dövründə bu missiyanı Musa (ə) daşıyırdısa, İslam peyğəmbərinin dövründə Həzrət Muhəmməd (s), ondan sonra isə Əli (ə) daşımışdır.
"Yalnız Məndən qorxun" cümləsi isə öhdəlikləri yerinə yetirməkdə Allahdan başqa heç nədən və heç kimdən qorxmamağa təkid edir. Bu cümlədəki inversiyadan (“iyyay” bitişən əvəzliyinin “fərhəbun” feilindən qabağa keçməsindən) inhisar mənası anlaşılır, yəni vəzifənizə və öhdəliklərinizə əməl etməkdə Məndən başqa heç kimdən və heç nədən qorxmayın.
4\. Nə üçün yəhudilərə Bəni-İsrail deyilir?
İsrail Yusif (ə) peyğəmbərin atası Yǝqubun (ə) adlarından biri olmuşdur. Onun belə adlandırılmasının səbəbi barədə qeyri-müsəlman tarixçilərin dediklərində bəzi xurafat gözə dəyir. Məsələn, "Müqəddəs kitab ensiklopediyası" kitabının müəllifi yazır: "İsrail Allaha qalib gəlmiş şəxs mənasını bildirir. Bu söz Yǝqub ibn İshaqın adıdır. O, Allahın mələyi ilə güləşərkən belə adlandırılmışdır". Həmin müəllif "Yǝqub" sözündən bəhs edərkən belə yazır: "O, öz imanını sübut etdi. Bu zaman Allah onun adını dəyişib İsrail qoydu və vəd verdi ki, onu tayfaların başçısının atası edəcək... Nəhayət, çox qoca yaşlarında vəfat edib sultanlar kimi dəfn olundu. "Yǝqub" və "İsrail" adları onun bütün qövmünə deyilir".
O, daha sonra "İsrail" sözünün şərhində yazır: "Bu sözün bir çox mənaları var. O cümlədən İsrailin və Yǝqubun nəsli nəzərdə tutulur".
Müsəlman alimlərindən olan görkəmli təfsirçi Təbərsi "Məcməül- bəyan" təfsirində bu barədə belə yazmışdır: "İsrail İbrahim (ə) peyğəmbərin oğlu İshaqın (ə) oğlunun adıdır. (isr) "bəndə", (il) isə "Allah" mənasını bildirir. Bu iki söz birləşərək "Allahın bəndəsi" mənasını verir".
Məlum məsələdir ki, təhrif edilmiş Tövratda gözə dəyən İsrailin (Yǝqub (ə) peyğəmbərin) Allahın mələyi və ya Allahın Özü ilə güləşməsi məsələsi uydurma bir əhvalatdır. Bu, səmavi bir kitaba yaraşmayan məsələdir. Hazırkı Tövratda bu cür uydurmanın olması həmin kitabın təhrif edilməsinə ən gözəl sübutlardan biridir.
Bəqərə surəsi, 41-43-cü ayələr
وَآمِنُوا بِمَا أَنْزَلْتُ مُصَدِّقًا لِمَا مَعَكُمْ وَلَا تَكُونُوا أَوَّلَ كَافِرٍ بِهِ وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا وَإِيَّايَ فَاتَّقُونِ .٤١
وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ .٤٢
وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَارْكَعُوا مَعَ الرَّاكِعِينَ .٤٣
Ayələrin tərcüməsi
41\. Göndərdiyimə (Qurana) iman gətirin ki, onun nişanələri sizin kitablarınızda olanlara uyğundur. Onu ilk inkar edən siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın (dəyərsiz dünya malına görə kitablarınızda mövcud olan Quranın və İslam peyğəmbərinin nişanələrini gizlətməyin) və ancaq Məndən (və əmrlərimə qarşı çıxmaqdan) qorxun (insanlardan yox)!
42\. Haqqı batillə qarışdırmayın, haqqı bilə-bilə gizlətməyin!
43\. Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! (Namazı camaatla birgə qılın!)
Ayənin nazilolma səbəbi.
Bəzi təfsirçilər yuxarıdakı ayələrin nazilolma səbəbi barədə İmam Muhəmməd Baqirdən (ə) belə bir hədis nəql etmişlər: "Bu ayələr Hüyeyy ibn Əxtǝb, Kǝb ibn Əşrəf və bir neçə digər yəhudinin barəsində nazil olmuşdur. Onlar hər il təmtəraqlı ziyafət təşkil edirdilər. Onlar hətta bu kiçik mənfəətin də əldən çıxmaması üçün Həzrət Muhəmmədin (s) peyğəmbər olaraq gəlişinə razı deyildilər. Buna görə də (eləcə də başqa səbəblər üzündən) Tövratın İslam Peyğəmbərinin (s) nişanələri haqqında dediklərini təhrif edirdilər. Quranın sözügedən ayələrdə "ucuz qiymət" deyərək işarə etdiyi də məhz bu məsələdir".
Ayələrin təfsiri.
Yəhudilərin mənafe güdməsi.
Allah-taalanın yəhudilərdən aldığı əhd-peymanından, o cümlədən peyğəmbərlərə iman və Allahın göstərişlərinə tabe olmaqla bağlı əhd- peymanından sonra indi haqqında danışacağımız üç ayədə məhz yəhudilərə verilmiş doqquz göstərişdən söhbət açılır. İlk olaraq belə deyilir: "Göndərdiyimə (Qurana) iman gətirin ki, onun nişanələri sizin kitablarınızda olanlara uyğundur”.
Yəni Quran sizin kitabınızda verilən, habelə əvvəlki peyğəmbərlərin onlardan sonra bir peyğəmbər gələcəyi, müəyyən xüsusiyyətlərə malik kitab sahibi olacağına dair verdikləri müjdələrlə tam uyğundur. Bu halda bəs nə üçün ona iman gətirmirsiniz? Ayənin davamında deyilir: "Onu ilk inkar edən siz olmayın!")
Bunun mənası o deməkdir ki, bütpərəst ərəblərin peyğəmbəri və onun kitabını qəbul etməməsi çox da təəccüblü deyil. Sizin onu inkar etməyiniz isə olduqca təəccüblüdür. Çünki sizin onun barəsində məlumatınız olmuşdur. Özünüz də kitab əhlisiniz, səmavi kitabınızda onun gələcəyi haqqında müjdələr verilmişdir. O, hələ peyğəmbər seçilməzdən qabaq onun gəlişi barədə başqalarına siz müjdə verirdiniz. Bəs nəyə görə peyğəmbər seçildikdən sonra ona ilk iman gətirmək əvəzinə onu ilk inkar edən siz oldunuz? Yəhudilərin inadkarlığı olmasaydı, onlar başqalarından daha əvvəl iman gətirərdilər.
Ayənin üçüncü cümləsində belə deyilir: "Mənim ayələrimi ucuz qiymətə satmayın”.
Təbii ki, Allahın ayələrini heç nəyə dəyişmək olmaz, istər az olsun, istərsə də çox. Bu cümlə onu göstərir ki, yəhudilər çox ucuz qiymətin qarşılığında hər şeyi qurban verirdilər. O vaxta qədər peyğəmbərin gəlişi və onun səmavi kitabı barədə müjdə verən yəhudilər öz mənafelərini təhlükə altında gördükdə hər şeyi qulaqardına vurub Tövratın ayələrini təhrif edirlər. Çünki camaat həqiqətdən xəbər tutsaydı, onların mənafeyi təhlükəyə düşəcəkdi.
Ümumiyyətlə, Allahın bircə ayəsini inkar etməyin qarşılığında bütün dünyanı belə versələr, yenə azdır. Çünki bu dünya gec-tez aradan gedəcək, fanidir, əbədi olan isə axirət yurdudur. Əgər vəziyyət belədirsə, onda gör, Allahın ayələrini çox ucuz qiymətə satmaq necədir!
Və nəhayət, ayənin sonunda deyilir: "Ancaq Məndən (və əmrlərimə qarşı çıxmaqdan) qorxun (insanlardan yox)!" Yəni ruzinizin kəsiləcəyindən, bəzi təəssübkeş yəhudinin sizə qarşı çıxacağından əsla qorxmayın, yalnız Məndən, əmrimə qarşı çıxmaqdan qorxun!
Beşinci göstərişdə haqqı batillə qarışdırmamaq, altıncıda isə bilə- bilə haqqı gizlətməmək tapşırılır: "Haqqı batillə qarışdırmayın, haqqı bilə-bilə gizlətməyin!”
Həm haqqı batillə qarışdırmaq günahdır, həm də bilə-bilə haqqı gizlətmək. İnsanın öz ziyanına olsa da, haqqı deməli, mənafeyi təhlükəyə düşsə də, heç bir vəchlə haqqı gizlətməməlidir.
Yeddinci, səkkizinci və doqquzuncu göstərişlərdə isə belə deyilir: "Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! (Namazı camaatla birgə qılın). Sonuncu göstəriş camaat namazına aid olsa da, lakin namazın bütün əməlləri arasından yalnız rükunun seçilməsi, bəlkə də, onunla əlaqədardır ki, yəhudilərin namazında, ümumiyyətlə, rüku olmamışdır. Rüku müsəlmanların namazının əsas hissələrindən biridir. Bununla da Allah-taala demək istəmişdir ki, İslamı qəbul edərək camaatla birlikdə namaz qılın.
Bu ayədə diqqətçəkən önəmli məqamlardan biri də odur ki, ayədəki "əqimus səlah" ifadəsinin hərfi mənası “namaz qılın" deyil, "namazı bərpa edin" deməkdir. Yəni təkcə özünüz namaz qılmaqla kifayətlənməyin, elə edin ki, cəmiyyətdə namaz qılmaq ayini geniş yayılsın, hamı can-başla namaz qılsın. Bəzi təfsirçilərin qeyd etdiyinə görə, "əqimus səlah" ifadəsi ona işarədir ki, namazlarınız təkcə zikrlərdən ibarət olmamalı, onu tam şəkildə bərpa etməli, xüsusilə də özünüzü, sözün həqiqi mənasında, Allahın qarşısında hiss etməlisiniz. Namaz sizin ruhunuzda öz təsirini qoymalıdır.
Son üç göstərişdə əvvəlcə bəndənin Allah-taala ilə əlaqəsinə (namaza), sonra bəndənin bəndə ilə əlaqəsinə (zəkata) və nəhayət, kollektiv bağlılığa (camaat namazına) toxunulmuşdur.
İncəliklər:
Quran Tövrat və İncildə olanların hamısını qəbul edirmi?
Quranın bir çox ayəsində aşağıdakı məzmunda bir ifadə ilə qarşılaşırıq: "Onun nişanələri sizin kitablarınızda olanlara uyğundur". Bu ifadə sözügedən ayələrdə, həmçinin "Bəqərə” surəsinin 89 və 101-ci, eləcə də "Maidə” surəsinin 48-ci ayəsində işlədilmişdir. Bəzi yəhudi və xaçpərəst missionerləri Quranın belə ayələrini Tövratla İncilin təhrif edilmədiyinə dair sənəd olaraq göstərməyə çalışmışlar. Onlar deyirlər ki, İslam Peyğəmbərinin (s) dövründəki Tövratla İncil bugünkü Tövratla İncildən heç nə ilə fərqlənmir. Əgər bu kitablarda təhrifə yol verilibsə, bu, daha əvvəl baş vermişdir. Quran İslam Peyğəmbərinin (s) dövründəki Tövratla İncilin doğruluğunu təsdiqlədiyinə görə müsəlmanlar bu iki kitabı təhrif edilməmiş səmavi kitab kimi qəbul etməlidirlər.
Yəhudi və xaçpərəst missionerlərinin bu iddiasına cavab olaraq qeyd etmək lazımdır ki, doğrudur, Quranın bir çox ayəsi İslam Peyğəmbərinin (s) və onun dininin nişanələrinin Tövratla İncildə olduğunu qeyd etmişdir. Lakin həmin kitabların təhrif edilməsi o demək deyil ki, onların içindəkilər tamamilə təhrif edilmişdir. Bəzi hissələri təhrif edilsə də, içərisində həqiqət olan xeyli yazılar da vardır. O cümlədən onlarda İslam Peyğəmbərinin (s) nişanələri barədə məlumatlar olmuş və hazırda da vardır. Bu baxımdan sözügedən ayələrdə "Quranın Tövrat və İncildə olanları təsdiqləməsi” dedikdə İslam Peyğəmbəri (s) gəldikdən sonra onun nişanələrinin həmin kitablardakı nişanələrlə uyğunluq təşkil etməsi başa düşülür. "Təsdiqləmək" sözünün “uyğun gəlmək" mənasında işlədilməsinə Quranın başqa ayələrində də rast gəlinir. Məsələn, "Saffat" surəsinin 105-ci ayəsində Allah-taala İbrahim (ə) peyğəmbərə belə buyurmuşdur: “Artıq sən yuxunu gerçəkləşdirdin!" Yəni gördüyün iş yuxuna uyğun idi. "Oraf" surəsinin 157-ci ayəsində isə belə deyilir:
"Onlar Allahın elçisinə, ümmi (təhsil almamış) peyğəmbərə tabedirlər, onun hansı xüsusiyyətlərə malik olduğunu əllərindəki Tövrat və İncildən bilirlər..."
Bu ayədə açıq şəkildə bildirilir ki, yəhudi və xaçpərəstlər İslam Peyğəmbərinin (s) nişanələrinin əllərindəki Tövratla İncildə deyilmiş nişanələrlə uyğun gəldiyini görürlər. Deməli, haqqında danışdığımız ayələrdə İslam Peyğəmbərinin (s) nişanələrinin Tövratla İncildəki nişanələrlə uyğun gəlməsi o demək deyil ki, Quran özündən əvvəlki səmavi kitabları tamamilə təsdiqləyir. Sadəcə olaraq bu nişanələrin həmin kitablarda da olduğunu yəhudi və xaçpərəstlərə çatdırır. Xüsusilə də nəzərə almaq lazımdır ki, Quranın bir çox ayəsində Tövratla İncilin təhrif edildiyi açıq şəkildə bildirilmişdir.
Daha bir canlı sübut.
Əvvəllər məşhur keşişlərdən olmuş "Ənisül-əlam" kitabının müəllifi Fəxrülislam öz təhsilini xaçpərəst keşişlərindən almış, böyük dini rütbəyə yüksəlmişdir. O, özünün İslam dinini qəbul etməsi əhvalatını belə nəql edir: "...Nəhayət, çox axtarışdan və şəhərləri gəzib dolaşdıqdan sonra böyük zəhmətlər bahasına həddən artıq təqvalı bir keşişin hüzuruna getdim. Katolik dövlət başçıları bütün dini suallarını ona ünvanlayırdılar. Bir müddət onun yanında qalıb, xristianlığın müxtəlif təriqətləri haqqında məlumat topladım. Onun çoxlu tələbəsi olmasına baxmayaraq, mənə başqalarından daha artıq rəğbət göstərirdi. Evinin, digər yerlərin açarlarını mənə verirdi. Yalnız bircə otağın açarını özündə saxlayırdı...
Günlərin birində onun halı pisləşdi. Mənə dedi ki, bu gün dərs keçə bilməyəcəyini tələbələrə çatdırım. Tələbələrin yanına gəldikdə onların elmi müzakirə ilə məşğul olduğunu gördüm. Bu müzakirə siryani dilindəki "Farqlita", yunan dilindəki "Perikletus" sözlərinin hansı məna daşıdığına gəlib çıxdı. Hərə bir fikir bildirirdi...
Mən ustadın yanına qayıtdıqda bu gün hansı elmi müzakirənin getdiyini soruşdu. Mən "Farqlita" sözünün mənası barədə müzakirə aparıldığını, hərənin bir fikir bildirdiyini dedim. Məndən soruşdu ki, sən hansı fikirlə razılaşırsan? Cavab verdim ki, mən filan təfsirçinin fikrini qəbul edirəm. Ustad dedi: "Haqsız sayılmazsan, lakin bu fikirlərin heç biri həqiqətə uyğun deyil. Həqiqəti yalnız sabit bilgiyǝ malik olanlar bilirlər. Onlardan da yalnız bir qismi bu həqiqətdən xəbərdardır". Mən israr etdim ki, bu sözün mənasını mənə desin. O, möhkəm ağladıqdan sonra dedi: "Səndən heç nəyi gizlətməyəcəyəm... Bu sözün mənasını öyrənməyin böyük təsiri vardır. Lakin onu yaysaq, dərhal məni də, səni də öldürərlər. Deyəcəklərimi heç kimə danışma- yacağına dair mənə söz versən, bu sözün mənasını sənə deyərəm...” Mən müqəddəs sandığım hər şeyə and içdim ki, bu söhbəti heç kimə danışmayacağam. Yalnız bundan sonra ustad dedi: "Bu söz müsəlmanların peyğəmbərinin adlarından biri olub, Əhməd (s) və Muhəmməd (s) mənalarını verir". Bunu dedikdən sonra özündə saxladığı kiçik otağın açarını mənə verib dedi: "Get filan sandığı aç və filan-filan kitabları buraya gətir". Mən gedib onun dediyi kitabları gətirdim. Bu iki kitab siryani və yunan dillərində İslam Peyğəmbərindən (s) öncə dəri üzərinə yazılmışdı. Hər iki kitabda "Farqlita" sözü Əhməd (s) və Muhəmməd (s) kimi tərcümə edilmişdi.
Ustad daha sonra dedi: "O, peyğəmbər seçilənə qədər bütün xaçpərəst alimləri bu sözün mənasının Əhməd (s) və Muhəmməd (s) olduğunu deyirdilər. Lakin o, peyğəmbər seçildikdən sonra onlar öz maddi və mənəvi mənafelərini qorumaqdan ötrü onun mənasını dəyişib İncil sahibinin nəzərdə tutmadığı bir mənaya yozdular". Soruşdum ki, xristianlıq dini haqqında fikriniz nədir? Dedi: "İslamın gəlişi ilə bu din qüvvədən düşmüşdür". O, bunu üç dəfə təkrar etdi. Soruşdum ki, indiki zamanda qurtuluş və doğru yol hansıdır? Cavab verdi ki, yalnız Muhəmmədin (s) yolu ilə getmək lazımdır. Soruşdum ki, onun ardıcılları nicat tapacaqmı? Cavab verdi ki, and olsun Allaha, bəli. (Bunu üç dəfə təkrar etdi.) Daha sonra ustad ağladı, mən də çox ağladım. Sonra əlavə edib dedi: "Əgər axirətdə qurtuluş istəyirsənsə, gərək haqq dini qəbul edəsən... Mən həmişə sənin üçün dua edərəm, bu şərtlə ki, Qiyamət günündə mənim batində müsəlman və Muhəmmədin (s) ardıcıllarından olduğuma şahid olasan... Heç bir şübhə yoxdur ki, bu gün yer üzündə Allahın yeganə dini İslamdır..."
Gördüyünüz kimi, xaçpərəst və yəhudi alimləri İslam Peyğəmbərindən (s) sonra öz şəxsi mənafelərinə görə onun ad və nişanələrini başqa cür yozmağa başlamışlar.
Bəqərə surəsi, 44-46-cı ayələr
أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنْسَوْنَ أَنْفُسَكُمْ وَأَنْتُمْ تَتْلُونَ الْكِتَابَ أَفَلَا تَعْقِلُونَ .٤٤
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ .٤٥
الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ .٤٦
Ayələrin tərcüməsi
44\. İnsanları yaxşı işlərə (nişanələri Tövratda aydın şəkildə verilən peyğəmbərə iman gətirməyə) dəvət etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki (səmavi) kitabı oxuyursunuz. Məgər düşünmürsünüz?
45\. Səbir və namazdan kömək alın! (Mətinliklə, daxili həvəsləri cilovlamaqla və Allaha diqqətlə güc yığın!) Bu iş itaətkarlardan başqası üçün ağırdır.
46\. (İtaətkarlar) o kəslərdir ki, Rəbbinə qovuşacaqlarına və Ona doğru qayıdacaqlarına əmindirlər.
Ayələrin təfsiri.
Başqalarına tövsiyə etdiyiniz halda, özünüz niyə qəbul etmirsiniz?
Burada, eləcə də əvvəlki və sonrakı ayələrdə söhbətin Bəni-İsraildən getməsinə baxmayaraq, ayələrin əhatə dairəsi daha genişdir və hamıya şamil olur. Görkəmli təfsirçi mərhum Təbərsinin yazdığına görə, yəhudi alimləri Həzrət Muhəmməd (s) hələ peyğəmbər seçilməzdən qabaq camaata yeni bir peyğəmbərin gələcəyi ilə bağlı müjdələr verir, onun nişanələrini deyirdilər. Lakin o Həzrət (s) peyğəmbər seçildikdən sonra özləri ona iman gətirmədilər.
O, daha sonra yazır: “Bəzi yəhudi alimləri İslamı qəbul etmiş yaxın qohumlarına deyirdilər ki, imanınızda sabitqədəm olun. Lakin buna baxmayaraq, özləri iman gətirmirdilər”.
İndi haqqında danışacağımız ilk ayədə Allah-taala onların bu işini pisləyərək buyurur: “İnsanları yaxşı işlərə (nişanələri Tövratda aydın şəkildə verilən peyğəmbərə iman gətirməyə) dəvət etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki (səmavi) kitabı oxuyursunuz. Məgər düşünmürsünüz?”
Ümumiyyətlə, hər bir təbliğatçı üçün önəmli olan birinci iş odur ki, sözdən qabaq insanları öz əməlləri ilə haqqa doğru dəvət etsin. Bunu İmam Sadiqdən (ə) nəql edilmiş hədisdə də görürük:
"İnsanları dilinizlə deyil, əməllərinizlə yaxşı işlərə dəvət edin!” Praktiki dəvətin təsiri o vaxt özünü göstərir ki, dinləyici danışan şəxsin ürəkdən danışdığını, habelə öz dediklərinə özünün də inandığını bilsin. Söz ürəkdən gəldikdə qəlbə təsir edir. Danışanın öz sözlərinə inandığının ən gözəl göstəricisi odur ki, dediyinə başqalarından qabaq özü əməl etsin. Necə ki Əli (ə) buyurmuşdur:
"Ey insanlar! And olsun Allaha, mən sizi hansı işə dəvət edirəmsə, özüm sizdən qabaq ona əməl edirəm. Sizi hansı işdən çəkindirirəmsə, özüm sizdən qabaq ondan çəkinirəm".
İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə belə deyilmişdir:
"Qiyamət günündə ən ağır əzaba o insan məruz qalacaq ki, haqq sözü dediyi halda, özü başqa şeyə əməl etsin”.
Yəhudi alimləri ondan qorxurdular ki, Həzrət Muhəmmədin (s) peyğəmbər olduğunu etiraf etsələr, öz nüfuzlarını itirəcək, sıravi yəhudilər onlara hörmət etməyəcəklər. Bu səbəbdən də onun Tövratda deyilmiş nişanələrini dəyişdirirlər.
İnsan nəfsani istəklərinə qalib gələrək məqam və mənsəb hərisli- yindən əl çəkə bilsin deyə, Quran növbəti ayədə belə buyurmuşdur: "Səbir və namazdan kömək alın! (Mətinliklə, daxili həvəsləri cilovlamaqla və Allaha diqqətlə güc yığın!) Bu iş itaətkarlardan başqası üçün ağırdır".
Daha sonra isə itaətkarları tanıtdıraraq belə buyurmuşdur: “(İtaǝt- karlar) o kəslərdir ki, Rəbbinə qovuşacaqlarına və Ona doğru qayıdacaqlarına əmindirlər”.
Ayənin ərəbcə mətnindəki (yǝzunnunǝ) feili (zǝnn) kökündən olub, bəzi vaxtlar "zənn, güman", bəzi vaxtlar isə "yəqin" mənasını bildirir. Bu ayədə, şübhəsiz ki, "əmin olmaq" mənasını verir. Çünki Allahın hüzuruna qayıdıb Ona qovuşmağa iman insanda allahdanqorxma və məsuliyyət hissini artırır. Məada imanın tərbiyəvi cəhətlərindən biri də məhz odur ki, axirət səhnəsini həmişə insanın gözü önündə canlandırır, onu haqqa və ədalətə doğru dəvət edir.
Belə bir ehtimal da var ki, burada "zənn" sözü "güman" mənasında olsun. Bu isə o deməkdir ki, insan hətta Qiyamət gününə inanmasa da, sadəcə belə bir günün baş verəcəyini güman etsə, elə bircə bu gümanı da onu pis əməllərdən saxlayar. Bu, əslində, yəhudi alimləri üçün bir növ qınaqdır ki, yəni sizin imanınız hətta zənn həddində də olsaydı, yenə Tövratda olanları təhrif etməkdən çəkinməli idiniz.
İncəliklər:
1\. Allaha qovuşmaq nə deməkdir?
Quranda dəfələrlə təkrar edilmiş "Allaha qovuşmaq" ifadəsi "Qiyamət səhnəsinə toplaşmaq" mənasını bildirir. Təbii ki, burada iki nəfərin bir-birinə qovuşması kimi hissi qovuşmadan söhbət gedə bilməz. Çünki Allah-taala nə cisimdir, nə də rəngi və məkanı var ki, zahiri gözlə görülə bilsin. Deməli, bu ifadədən ya bəzi təfsirçilərin də dediyi kimi, Qiyamətdə Onun qüdrət nişanələrini, mükafat və ya əzabını görmək, ya da qəlbin gözü ilə Allahı görmək anlaşılır. İnsan bəzi vaxtlar elə bir mənəvi məqama yetişir ki, sanki qəlbinin gözü ilə özünü Allahın qarşısında görür. Bu vəziyyət təqva və nəfsin paklığı nəticəsində dünyada da insan üçün yarana bilər. "Nəhcül-bəlağə”də nəql edildiyi kimi, İmam Əlinin (ə) Zələb Yǝmani adlı alim dostlarından biri o Həzrətdən (ə): "Sən heç Rəbbini görmüsənmi?" - deyə soruşduqda Əmirəlmöminin (ə) ona belə cavab vermişdir:
"Mən görmədiyim Rəbbəmi ibadət edim?"
Zələb Yǝmani daha artıq izah istədikdə Həzrət Əli (ə) belə buyurmuşdur:
“Zahiri gözlər baxmaqla Onu görə bilməz. Onu qəlbin gözü iman nuru sayəsində görə bilər".
Batini müşahidə halı Qiyamətdə bütün insanlarda olacaq. Orada Allah-taalanın qüdrət nişanələri o qədər aşkar olacaq ki, qəlbi kor olan insanlar da onu görüb inanacaqlar.
2\. Çətinlikləri arxada qoymağın yolu.
Çətinliklərə sinə gərib onları arxada qoymaq üçün iki əsas dayaq olmalıdır. Biri möhkəm daxili inam, digəri isə möhkəm xarici dayaq.
Haqqında danışdığımız ayələrdə səbir və namaz bu iki dayaq kimi təqdim edilmişdir. Səbir çətinliklərə sinə gərmək üçün dözüm, namaz isə Allah-taala ilə əlaqə və daxili inamla bağlantı vasitəsidir.
Bu ayənin təfsiri ilə əlaqədar hədislərin çoxunda səbir “oruc” mənasına izah edilsə də, onu təkcə oruc mənasına yozmamalıyıq. Oruc sadəcə olaraq səbrin ən bariz nümunələrindən biridir. Çünki insan bu ibadət sayəsində güclü iradəyə, möhkəm imana sahib olub ağlı nəfsinə hakim kəsilir.
Böyük təfsirçilər bu ayənin təfsiri ilə bağlı nəql etmişlər ki, Allah Peyğəmbəri (s) onu narahat edən bir çətinliklə qarşılaşdıqda namaz və orucdan kömək alarmış. İmam Sadiqdən (ə) belə nəql edilmişdir: “Dünya çətinliklərindən hansı biri ilə qarşılaşsanız, dəstəmaz alıb məscidə gedin, namaz qılıb dua edin. Çünki Allah-taala: “Səbir və namazdan kömək alın!” - deyə göstəriş vermişdir”.
Namaza və Allah-taala ilə razü-niyaza diqqət yetirmək insana təzə güc, çətinliklərə sinə gərməkdə dözüm verir. “əl-Kafi” kitabında İmam Sadiqdən (ə) belə nəql edilmişdir:
# كان علي (عليه السلام) إِذًا هالَهُ شَيْءٌ، فَزِعَ إِلَى الصَّلوةِ ثُمَّ تَلَا هَذِهِ الْآيَةُ وَاسْتَعِينُوا بِالصَّبْرِ وَ الصَّلاة
“Əli (ə) üçün bir çətinlik qarşıya çıxdıqda namaz qılar, sonra isə “Səbir və namazdan kömək alın!” ayəsini oxuyardı”.
Bəli, həqiqətən də, namaz insanı bütün çətinliklər Onun üçün asan olan elə bir tükənməz qüdrətə bağlayır ki, insan bunu düşündükdə çətinliklərə sinə gǝrir.
Bəqərə surəsi, 47-48-ci ayələr
يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ .٤٧
وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلَا هُمْ يُنْصَرُونَ .٤٨
Ayələrin tərcüməsi
47\. Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi və (bir zaman) sizi bütün insanlardan üstün tutduğumu yadınıza salın!
48\. Qorxun o gündən ki, heç kəs digərinin cəzasını üzərinə almır, heç kəsdən şəfaət qəbul olunmur, heç kəsdən əvəz alınmır və onlara heç bir kömək göstərilmir.
Ayələrin təfsiri.
Yəhudilərin puç xəyalları.
Allah-taala bu ayələrdə də söhbəti Bəni-İsrailin üzərində davam etdirərək onlara verdiyi nemətləri sadalayır: "Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi yadınıza salın”.
Bu nemətlər həddən artıq çox olmuşdur və bu, - hidayət nemətindən tutmuş fironçuların əsarətindən azadlığa qədər nemətlərin hamısına şamil olur. Lakin bu nemətlərin arasından məhz Bəni-İsrailin öz zəmanələrinin digər xalqlarından üstün tutulmasına xüsusi olaraq işarə edilmişdir: "...və (bir zaman) sizi bütün insanlardan üstün tutduğumu yadınıza salın”.
Kimlərsə fikirləşə bilər ki, "...və (bir zaman) sizi bütün insanlardan üstün tutduğumu yadınıza salın!" cümləsi yəhudilərin dünyanın bütün xalqlarından və bütün dövrlərin insanlarından üstün tutulmasına işarə edir. Lakin Quranın digər ayələrindən məlum olur ki, yəhudilər sadəcə olaraq öz dövrünün insanlarından, yəni öz mühitlərində yaşamış insanlardan üstün tutulmuşdur. Çünki ayələrdən birində müsəlmanlara xitabən belə deyilmişdir:
"Siz (müsəlmanlar) insanlara xeyir vermək üçün yaradılmış ən yaxşı ümmətsiniz".
Başqa bir ayədə Bəni-İsrailin barəsində belə deyilmişdir:
"Zəiflədilmiş o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis etdik".
(Məlum məsələdir ki, Bəni-İsrail o vaxt bütün dünyanın varisi deyil, yalnız öz ərazilərinin şərq və qərb tərəflərinin varisi olmuşlar. Deməli, onların insanlar üzərindəki üstünlüyü də öz ərazilərində yaşayan və öz dövrlərinin insanları üzərindəki üstünlük olmuşdur.
Növbəti ayədə Quran yəhudilərin puç xəyallarının üzərindən xətt çəkmişdir. Çünki onlar belə təsəvvür edirdilər ki, ata-babalarından peyğəmbər çıxdığı üçün həmin peyğəmbərlər onlara şəfaət edəcəklər. Yaxud belə güman edirdilər ki, bu dünyada rüşvətdən istifadə etdikləri kimi, axirətdə də günahlarının qarşılığı olaraq fidyə verməklə canlarını qurtara biləcəklər. Ayədə deyilir: "Qorxun o gündən ki, heç kəs digǝri- nin cəzasını üzərinə almır, heç kəsdən şəfaət qəbul olunmur, heç kəsdən əvəz alınmır və onlara heç bir kömək göstərilmir”.
Bir sözlə, orada hakim insanın yalnız yaxşı əməlini qəbul edəcək. Necə ki "Şuǝra" surəsinin 88-89-cu ayələrində belə deyilir:
"O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!"
Əslində, haqqında danışdığımız ayə ona işarə edir ki, bu dünyada cinayətkarı müxtəlif yollarla cəzadan qurtarmaq olur. Bu yollardan biri odur ki, kimsə cinayəti öz üzərinə götürür. Əgər iş bu yolla da həll olunmazsa, kiminsə vasitəçiliyindən istifadə edilir. Əgər bu da baş tutmazsa, cərimə ödəməklə məsələ həll olunur. Bu da baş tutmadıqda dost-tanışın köməyindən istifadə olunur. Bunlar dünyada cinayətdən yaxa qurtarmağın müxtəlif yollarıdır. Sözügedən ayələrdə isə Allah- taala bildirir ki, Qiyamətdə vəziyyət tamam başqa cür olacaq. Sadaladığımız cəhətlərdən heç biri orada olmayacaq. Orada yeganə qurtuluş yolu iman və təqva, habelə Allahın mərhəmətinə sığınmaqdır.
Bütpərəstlərin və kitab əhlindən olan kafirlərin etiqadını araşdırdıqda bu kimi mövhumatın onların inanclarında kifayət qədər olduğunu görürük. Məsələn, "Əl-Mənar" təfsirinin müəllifi yazır: "Misirin bəzi bölgələrində meyitə qüsl verən şəxsə müəyyən məbləğ ödənilirmiş və bunu xurafat olaraq Cənnətə getməyin haqqı kimi qəbul edirlərmiş".
Yəhudilərin inanclarına görə, günahların kəffarəsi üçün qurbanlıq kəsilirmiş. Böyük heyvan kəsməyə imkan olmasaydı, ən azından bir cüt göyərçin kəsilərmiş.
Eramızdan əvvəl yaşamış insanlar ölünü dəfn edərkən onunla birlikdə zinət əşyaları, silah da qoyarlarmış ki, ölü gələcək həyatında onlardan istifadə etsin.
Quran və şəfaət.
Allah-taalanın insana verdiyi cəzalar nə bu dünyada, nə də axirət dünyasında intiqam xarakteri daşımır. Bunlar, əslində, Allahın qoyduğu qanunlara itaət etmək üçün, sanki bir növ zəmanətdir ki, bu da insanların təkamülünə xidmət edir. Bu baxımdan zəmanətə xələl yetirəcək hər bir şeydən uzaq olmaq lazımdır ki, insanlarda günah etməyə maraq oyanmasın. Digər tərəfdən günahkarların üzünə dönüş yolunu da bağlamaq olmaz. Onlara imkan vermək lazımdır ki, təqva yolunu seçməklə Allaha tərəf dönsünlər. Şəfaətin doğru mənası məhz bu tarazlığı qorumağa xidmət edir. O, günahkarların geri dönüşü üçün bir vasitədir. Şəfaətin yanlış mənası isə günahkarları günah etməyə cəsarətləndirməkdir.
Şəfaətin dəqiq mənasını və onun müxtəlif cəhətlərini anlamayan insanlar ya onu, ümumiyyətlə, inkar edərək bu işi zalım hökmdarların qarşısında vasitəçilik etməyə bənzədirlər, ya da sələfilər kimi "Heç kəsdən şəfaət qəbul olunmur" məzmunlu ayələri əldə rəhbər tutaraq digər ayələri nəzərə almadan şəfaəti inkar edirlər. Şəfaət məsələsini inkar edənlərin əsas iradlarını aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Şəfaətə inanmaq insanda çalışqanlıq ruhiyyəsini zəiflədir.
2) Şəfaətə inanmaq feodalizm quruluşunu xatırladır.
3) Şəfaətə inanmaq insanı günaha təşviq edib məsuliyyətdən yayındırır.
4) Şəfaətə inanmaq bir növ şirk olub Qurana ziddir.
5) Şəfaətə inanmaq Allahın hökm və iradəsinin dəyişməsi anlamına gəlir.
Bir qədər sonra qeyd edəcəyimiz kimi, bu iradların hamısı ondan irəli gəlir ki, çoxları Quranda deyilən şəfaəti adi insanlar arasındakı şəfaətlə (vasitəçiliklə) qarışdırırlar. Bu məsələnin istər qəbul, istərsə də inkar edilməsinin sübuta ehtiyacı vardır və böyük əhəmiyyətə malik olduğu üçün "şəfaətin mahiyyəti", "şəfaətin fəlsəfəsi", "genetik aləmdə şəfaət", "Quran və hədis baxımından şəfaət", "şəfaət və tövhid" mövzularını nisbətən geniş şəkildə şərh etmək lazımdır. Yalnız bundan sonra sözügedən ayənin, həmçinin şəfaət haqqındakı digər ayələrin mənası tam olaraq aydınlaşar və hər hansı qaranlıq məqam qalmaz.
1\. Şəfaətin mahiyyəti.
(şəfaət) sözü (şəf i) kəlməsindən götürülmüşdür, mənası "cüt" deməkdir. Onun antonimi "tək" mənasını bildirən (vətr) sözüdür. Sonralar “şəfaət” sözü “kömək məqsədilə zəif adama güclü adamın birləşməsi” mənasında işlədilmişdir. Bu söz gündəlik danışıqla dini terminologiyada iki fərqli mənada işlədilir:
a) Ümumi götürdükdə şəfaət ona deyilir ki, şəfaət edən insan öz mövqe və nüfuzundan istifadə edərək səlahiyyətli şəxsin fikrini səlahiyyətində olduğu adamları cəzalandırmaq barəsində dəyişdirsin. Bunu bəzi hallarda öz nüfuzundan istifadə etməklə, bəzi hallarda qarşı tərəfin mərhəmət hissini qıcıqlandırmaqla, bəzi hallarda da onun günahkar şəxsin barəsindəki fikrini dəyişdirməklə və s. yollarla həyata keçirmək olar. Şəfaətin bu mənası heç bir vəchlə günahkar və ya müttəhimin ruhiyyəsində təsir edə bilməz. Bu təsir yalnız yanında vasitəçilik olunan şəxsə yönələ bilər. (Diqqət edin!)
Şəfaətin bu mənası dini aspektdə qətiyyən məqbul hesab edilmir. Çünki Allah-taala nə səhv edən deyil ki, şəfaət Onun fikrini dəyişdirsin, nə insanda olan hissləri yoxdur ki, bu hisslər qıcıqlandırılsın, nə kiminsə nüfuzundan çəkinmir, nə də Onun mükafat və ya cəzası ədalətdən başqa meyara əsaslanır.
b) Şəfaət digər bir anlamda isə şəfaət olunanın mövqeyinin dəyişməsi ilə əlaqədardır. Yəni şəfaət olunan şəxs elə şərait yaradır ki, cəzalandırılmaqdan canını qurtarır və şəfaət edən şəxslə bağlılığı nəticəsində bağışlanılmağa layiq görülür. Şəfaətin bu mənasını qəbul etmək, əslində, günahkarların islahı və oyadılmasına xidmət edən gözəl bir təlim-tərbiyə məktəbidir. İslam məntiqindəki şəfaət də məhz bu mənadadır. Bir qədər sonra görəcəyik ki, şəfaət məsələsinə yönəlmiş iradların hamısı şəfaətin birinci mənasına yönəlmişdir. İkinci məna isə məntiq və həqiqətə tam uyğundur.
Şəfaətin gündəlik danışıqla dini terminologiyada iki fərqli mənası haqqında deyəcəklərimiz məhz bundan ibarətdir.
2\. Genetik aləmdə şəfaət.
Şəfaət haqqında verdiyimiz düzgün açıqlamanı genetik aləmdə də müşahidə edirik. Belə ki dünyadakı güclü qüvvələr zəif qüvvələrə qoşularaq onları yaradıcı məqsədlər yolunda irəli aparır. Məsələn, günəşin işıq saçıb yağış yağması nəticəsində torpaqdakı toxumlar öz daxili potensiallarını üzə çıxarır, cücərib zülmət aləmdən enerji aldığı işıqlı dünyaya gəlir. Bu proseslərin hamısı, əslində, genetik aləmdəki şəfaətin təzahür formalarıdır. Genetik aləmdəki bu şəfaəti örnək götürməklə dini yönümdəki şəfaəti də doğru-dürüst anlaya bilərik. İnşallah, bir qədər sonra bu barədə də məlumat verəcəyik.
3\. Şəfaətin sənədlərlə sübutu.
İndi isə gəlin, şəfaət barəsində birinci dərəcəli sənədlərə diqqət yetirək.
Qurani-Kərimdə şəfaət barəsində təxminən otuz ayə vardır. Bu ayələri bir neçə qrupa bölmək olar:
a) Birinci dəstəyə şəfaəti mütləq şəkildə inkar edən ayələr daxildir. Məsələn, aşağıdakı ayələri buna misal göstərə bilərik:
"Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməzdən qabaq sizə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyin!"
"Qorxun o gündən ki, heç kəs digərinin cəzasını üzərinə almır, heç kəsdən şəfaət qəbul olunmur..."
Bu ayələrdə günahkarlar üçün iman və saleh əməldən başqa təsəvvür edilə biləcək bütün vasitələr maddi əvəz (fidyə) ödəmək, dostluq əlaqələri və şəfaət inkar edilmişdir. Bəzi günahkarların barəsində belə deyilir:
“Buna görə də şəfaət edənlərin şəfaəti onlara fayda verməz”.
b) Şəfaətin yalnız Allaha məxsus olduğunu bildirən ayələr Məsələn, aşağıdakı ayələrə diqqət edək:
"Sizin Ondan (Allahdan) başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır".
"De: "Şəfaət bütünlüklə Allaha məxsusdur".
c) Şəfaətin Allahın izninə bağlı olduğunu bildirən ayələr Məsələn, aşağıdakı ayələrə nəzər salaq:
"Onun fərmanı olmadan yanında kim şəfaət edə bilər?"
"Onun dərgahında izn verdiyi kəslərdən başqa heç kimin şəfaətinin faydası yoxdur".
ç) Şəfaət olunacaq şəxs üçün müəyyən şərtlərin olduğunu göstərən ayələr.
Bəzi vaxtlar bu şərt Allahın razılığı kimi verilmişdir. Məsələn, aşağıdakı ayəyə diqqət edək:
"Onlar yalnız Onun (Allahın) razı qaldığı şəxslərdən ötrü şəfaət diləyirlər".
Bu ayəyə əsasən yalnız o şəxslərə şəfaət oluna bilər ki, Allah onlara şəfaət olunmasına razılıq versin. Bəzi vaxtlar bu şərt Allahdan alınmış əhd kimi göstərilmişdir:
"Rəhman Allahdan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar".
Burada "ǝhd-peyman" dedikdə Allaha və peyğəmbərlərə iman nəzərdə tutulur. Bəzi vaxtlar bu şərt bəzi günahkarların şəfaətdən məhrum edilməsi kimi göstərilmişdir:
"Zalımların heç bir dostu olmayacaq, (onların barəsində) heç bir şəfaətçinin şəfaəti qəbul olunmayacaq".
Gördüyünüz kimi, bu ayələrdə Allahdan ǝhd almaq, yəni Allaha və peyğəmbərlərinə iman, Onun razılığını qazanmaq, zülm və haqsızlıq kimi günahlardan qorunmaq şəfaətin zəruri şərtləri kimi göstərilmişdir.
4\. Şəfaətin müxtəlif şərtləri.
Şəfaət haqqındakı ayələrdən belə nəticəyə gəlirik ki, İslam məntiqində şəfaət qeyd-şərtsiz bir məsələ deyil. Onun mahiyyət və fəlsəfəsini ortaya qoyan bir sıra şərtləri vardır. Bunlar həm edilən günah nöqteyi-nəzərindən, həm şəfaət olunan şəxs tərəfindən, həm də şəfaət edən şəxs tərəfindən olan şərtlərdir. Məsələn, zülm kimi bir günah, ümumiyyətlə, şəfaət dairəsindən kənardır. Quran buyurmuşdur ki, zalımların heç bir dostu olmayacaq, (onların barəsində) heç bir şəfaətçinin şəfaəti qəbul olunmayacaq. Daha sonra qeyd edəcəyimiz hədisdə də görəcəyik ki, əgər zülmü geniş mənasında nəzərdə tutsaq, onda şəfaət yalnız əməlindən peşmançılıq hissi keçirən və islah olunmaq yolunda çalışan şəxslərə şamil olacaq. Belə olduqda şəfaət onlar üçün tövbə etməyə bir stimula çevriləcək. (Bəzilərinin tövbə edildiyi təqdirdə daha şəfaətə ehtiyac qalmadığı fikrinə gəlincə, bir qədər sonra bunun yanlış olduğunu qeyd edəcəyik.)
Digər tərəfdən "Ənbiya" surəsinin 28-ci ayəsinə görə yalnız Allah tərəfindən razılıq verilmiş şəxslərə şəfaət oluna bilər. "Məryəm" surəsinin 87-ci ayəsində isə şəfaət üçün Allahdan əhd almaq şərt edilmişdir. Bu iki sözün (“razılıq” və “əhd" sözlərinin) leksik mənasından və bu #### Ayələrin təfsiri ilə bağlı nəql edilmiş hədislərin də məzmunundan belə başa düşülür ki, burada Allaha, Qiyamət gününün sorğu-sualına, ədalət tərəzisinin qurulacağına, əməllərin mükafat və ya cəzasının yaxşı əməllərə görə savab, pis əməllərə görə cəza veriləcəyinə iman, Allah tərəfindən göndərilmiş bütün qayda-qanunların doğruluğuna etiraf nəzərdə tutulur. Bu iman öncə düşüncədə, daha sonra isə əməldə özünü göstərməlidir. Bunun nişanəsi odur ki, insan özünü heç bir müqəddəs dəyərə malik işi qəbul etməyən zalımların zümrəsindən kənar bilsin və öz işlərinə yenidən nəzər salsın.
"Nisa" surəsinin 64-cü ayəsində günahların şəfaət nəticəsində bağışlanılacağına dair deyilir:
"Əgər onlar özlərinə zülm etdikləri (Allahın əmrlərini pozduqları) zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv diləsəydi, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər".
Bu ayədə günahkarların tövbəsi Həzrət Peyğəmbərin (s) onlar üçün şəfaət etməsinə müqəddimə olaraq göstərilmişdir.
"Yusuf" surəsinin 97-98-ci ayələrində deyilir:
"Dedilər: "Ata! Allahdan bizim günahlarımızın bağışlanmasını dilə. Çünki biz xətaya yol verənlərdən olmuşuq". O dedi: "Tezliklə Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Çünki O, bağışlayandır, rəhimlidir".
Bu ayələrdən məlum olur ki, Həzrət Yusifin (ə) qardaşları atalarından onlar üçün bağışlanma diləməsini istəyərkən etdikləri günahdan peşmançılıq keçirmişlər. Mələklərin şəfaəti haqqında olan ayədə isə onların yalnız imanlı şəxslər, Allah yolunun və haqqın ardıcılları üçün şəfaət edəcəkləri bildirilir:
"Ona (Allaha) iman gətirən və möminlər üçün də bağışlanma diləyən mələklər (deyirlər): "Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə edib. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru!"
Burada belə bir sual yaranır: "Tövbə edib Allahın yoluna gəldikdən sonra daha şəfaətə nə ehtiyac var?" İnşallah, "şəfaətin mahiyyəti” mövzusundan danışarkən bu suala cavab verəcəyik. Şəfaət edənlər üçün də belə bir şərt qoyulmuşdur ki, onlar, mütləq, haqqa şahidlik etməlidirlər:
"Onu qoyub çağırdıqları şəfaət verə bilməzlər. Yalnız haqqa şahidlik edənlər... istisnadır".
Bu ayələrdən belə nəticə əldə edilir ki, şəfaət olunan şəxs ilə şəfaət edənin arasında müəyyən bir bağlılıq olmalıdır. Bu bağlılıq haqqa diqqət yönəltmək, sözdə və əməldə haqqı etiraf etmək vasitəsilə olmalıdır ki, bunun özü də qüvvələri haqq yolunda səfərbər etməyə bir stimuldur.
5\. İslami hədislərdə şəfaət.
Hədislərdə bir sıra ifadələr gözə dəyir ki, onlar da haqqında danışdığımız ayələrdə deyilən fikirləri tamamlayır. Bəzi hədislərdə hətta şəfaət məsələsinə daha açıq şəkildə toxunulmuşdur. O cümlədən aşağıdakı hədis bu qəbildəndir:
"Mənim şəfaətim ümmətimin böyük günahlar edən şəxslərinə şamil olacaq".
Bu hədisi nəql edən İbn Əbu Ümeyr deyir: "İmam Kazımdan (ə) soruşdum ki, Allah-taala "Onlar yalnız Onun (Allahın) razı qaldığı şəxslərdən ötrü şəfaət diləyirlər" buyurduğu halda, böyük günah edənlərə necə şəfaət etmək olar? Axı böyük günah edənlər Allahın razı qaldığı şəxslər ola bilməzlər. İmam (ə) buyurdu: “Günah edən hər bir insan, təbii ki, sonradan peşmançılıq hissi keçirir. Peyğəmbər (s) də buyurub ki, günaha görə peşmançılıq keçirməyin özü tövbədir. Peşman olmayan insan həqiqi mömin sayılmaz və ona şəfaət olunmaz. Onun əməli zülm sayılar. Allah-taala isə buyurmuşdur: "Zalımların heç bir dostu olmayacaq, (onların barəsində) heç bir şəfaətçinin şəfaəti qəbul olunmayacaq".
Bu hədisin əvvəlində şəfaətin yalnız böyük günah etmiş şəxslərə şamil olduğu bildirilsə də, hədisin davamında şəfaət üçün lazım olan əsas şərtin günahkar insanın etdiyi günaha görə peşmançılıq hissi keçirməsi və zülm həddinə gəlib çatmaması göstərilmişdir. (Diqqət edin!)
2-"Əl-Kafi" kitabında İmam Sadiqin (ə) səhabələrinə yazdığı bir məktubda belə qeyd edilmişdir:
"Kim şəfaətçilərin şəfaətinə nail olmaq istəyirsə, Allahın ondan razı qalmasını istəsin".
Bu hədisin ümumi məzmunundan belə məlum olur ki, İmam Sadiq (ə) bunu xüsusi olaraq bəzi səhabələrinin, ümumilikdə isə bir müsəlmanın şəfaət haqqındakı yanlış təsəvvürünü aradan qaldırmaq üçün buyurmuşdur. Bu hədisdə günaha təşviq edən şəfaət aydın şəkildə inkar edilmişdir.
3- İmam Sadiqdən (ə) nəql edilmiş başqa bir hədisdə deyilir:
"Qiyamət günü Allah-taala həm abidi, həm də alimi Məhşərə gətirdikdə abidə buyuracaq ki, Cənnətə doğru get. Alimə isə buyuracaq ki, dayan, təlim etdiyin insanlara şəfaət et!"
Bu hədisdə alimin təlimi ilə dərs dediyi şəxslərə şəfaət etməsi arasında bir bağlılıq gözə dəyir. Bu bağlılıq mövzu haqqındakı bir çox qaranlıq məqamlara aydınlıq gətirə bilər. Üstəlik, abiddən fərqli olaraq alimə şəfaət hüququnun verilməsi onu göstərir ki, İslam məntiqində şəfaət heç də adi bir məsələ deyil, insanların bu dünyada təlim- tərbiyəsi ilə bilavasitə əlaqədar olan tərbiyəvi bir məktəbdir.
6\. Şəfaətin mənəvi təsiri.
Şəfaət haqqında nəql etdiyimiz hədislər dəryadan bir damcı idi. Bu hədislərdəki bəzi məqamlar mövzu ilə uyğunluq təşkil etdiyi üçün onları seçib burada qeyd etdik. Ümumi götürdükdə isə şəfaət haqqında nəql edilmiş hədislər təvatür həddindədir.
Nəvəvi Şafei "Səhihi-Müslim" kitabına yazdığı şərhdə böyük sünni alimi Qazi Əyazın belə dediyini nəql etmişdir: "Şəfaət haqqında olan hədislər təvatür həddindədir". Hətta bu məsələdə olduqca sərt mövqe tutmuş İbn Teymiyyə (vəfatı 728 hicri) və Məhəmməd ibn Əbdülvǝhhabın (vəfatı 1206 hicri) ardıcılları da bu hədislərin təvatür həddində olduğunu etiraf etmişlər. Vəhhabilərin ən əsas kitablarından sayılan və hazırda Hicazın dini təhsil müəssisələrində tədris olunan "Fəthül-məcid" əsərinin müəllifi Şeyx Əbdürrəhman ibn Həsən, İbn Qəyyimdən belə nəql etmişdir: "Peyğəmbərin (s) günahkarlara şəfaət edəcəyi haqqında hədislər təvatür həddindədir. Səhabələr və əhli-sünnə bu barədə yekdil fikirdə olub, bunu inkar edəni bidətçi hesab edir və onu azğın sayırlar”.
"Şəfaətin ictimai və psixoloji təsirləri”, eləcə də “şəfaətin fəlsəfəsi” mövzularına dair dörd irada başlamazdan əvvəl müsəlmanların və şəfaət inancına etiqad bəsləyənlərin məntiqinə əsasən bu işin mənəvi təsiri mövzusuna nəzər salmaq istəyirik. Çünki bu, daha sonrakı mövzular üçün də bir növ açar rolunu oynayacaq.
İslam sxolastikləri şəfaətin mənəvi təsiri mövzusunda müxtəlif mülahizələr irəli sürmüşlər. "Vəidiyyə" (böyük günah sahiblərinin Cəhənnəmdə əbədi qalacağını iddia edənlər) ləqəbi ilə ad çıxarmış bir dəstənin fikrincə, şəfaətin günahın bağışlanılmasında heç bir təsiri yoxdur. O, yalnız mənəvi inkişaf, tərəqqi və təkamülün, habelə savabın artmasına xidmət edir. "Təfziliyyə” (böyük günah sahiblərinin Cəhənnəmdə əbədi qalmayacağını iddia edənlər) isə belə hesab edirlər ki, şəfaət sırf günahkarlara aiddir və nəticəsi də cəzanın aradan qaldırılmasıdır. Mərhum Xacə Nəsrəddin Tusi "Təcridül-etiqad" əsərində hər iki dəstəni haqlı hesab edərək şəfaətin hər iki təsirə malik olduğunu qeyd etmişdir.
Əllamə Hilli "Kəşfül-murad" əsərində bu iddianı inkar etməmiş, hətta ona dair sübutlar da gətirmişdir. Şəfaətin həm leksik mənası, həm də genetik şəfaətlə müqayisəsi haqqında dediklərimizdən sonra hər hansı şübhə yeri qaldığını güman etmirik. Belə olduqda mərhum Tusinin fikri həqiqətə daha uyğundur. Çünki bir tərəfdən İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə belə deyilir:
"Gəlmiş-getmiş bütün insanların Qiyamət günündə Muhəmmədin (s) şəfaətinə ehtiyacı var".
(Bu hədisə görə bütün insanlar şəfaətə möhtacdır.) Deməli, tövbə etməklə günahı bağışlanmış insanların da şəfaətə ehtiyacı var. Bu, o haldadır ki, şəfaət hər iki təsirə malik olub, insanın mənəvi məqamının yüksəlməsinə də şamil olsun. Bəzi hədislərdə yaxşı əməl sahiblərinin şəfaətə ehtiyacı olmaması fikrinə gəldikdə isə onu qeyd etmək lazımdır ki, burada günahkarlara aid şəfaət nəzərdə tutulmuşdur. Digər tərəfdən isə şəfaətin mahiyyətinin daha güclü varlığın nisbətən zəif varlığa kömək etmək məqsədilə ona qoşulması olduğunu da vurğuladıq. Bu qoşulma güclü cəhətlərin daha da güclənməsi, yaxud da zəif cəhətlərin aradan qaldırılması məqsədini güdə bilər. Bu iki cəhət genetik şəfaətdə və öz təkamül yolunda irəliləyən varlıqların da hərəkətində müşahidə olunur. Belə ki bəzi vaxtlar daha zəif varlıqların daha güclü varlığa olan ehtiyacı məhz öz zəif cəhətlərini aradan qaldırmaq (həlakedici vasitələrin qarşısını almaq) xarakteri daşıyır. (Məsələn, bitkinin günəş işığına olan ehtiyacı yeraltı bakteriyaları məhv etmək məqsədi daşıyır.) Bəzi vaxtlarda isə güclü cəhətlərini daha da qüvvətləndirmək məqsədi güdür. (Məsələn, bitki öz inkişafını davam etdirmək üçün günəş işığına ehtiyac duyur.) Yaxud əlaçı şagird həm öz səhvlərini aradan qaldırmaq, həm də bilik səviyyəsini artırmaq üçün müəllimə ehtiyac duyur. Bütün bunlara və müxtəlif dəlillərə əsasən deyə bilərik ki, şəfaət təkcə günahı bağışlatmaq məqsədi güdmür, eyni zamanda iki fərqli təsir gücünə malikdir.
7\. Tövbə edənlərin şəfaətə ehtiyacı.
Yuxarıda deyilənlərdən sonra tövbənin təklikdə günahların bağışlanılmasına səbəb olmasına baxmayaraq, tövbə edənlərin nə üçün şəfaətə ehtiyacı olduğu da məlum olur. Bunun iki səbəbi var:
1) Tövbə edənlər tövbə etməklə günahlarını bağışlatsalar da, daha yüksək mənəvi məqama yetişmək üçün şəfaətə ehtiyac duyurlar.
2) Tövbənin təsiri ilə bağlı bir çoxlarının yanlış təsəvvürü böyük bir xətaya gətirib çıxarmışdır. O da budur ki, bəzilərinin fikrincə, təkcə günahdan tövbə etmək insanı günahdan əvvəlki vəziyyətə gətirib çıxara bilər. Halbuki daha əvvəl də qeyd etdiyimiz kimi, keçmişə görə peşman, gələcək haqqında isə qərarlı olmaq tövbənin ilk mərhələsidir. Bu, sanki xəstəliyin qarşısını alan dərmana bənzəyir. Xəstəliyin dayanması ilə insan sağlam vəziyyətə gəlsə də, xəstəlikdən əvvəlki vəziyyətini bərpa etmək üçün xeyli vaxt keçməlidir. Başqa sözlə desək, tövbənin bir neçə mərhələsi vardır. Günaha görə peşmançılıq hissi keçirib bir daha həmin günahı təkrarlamamaq, əslində, bu işin ilk mərhələsidir. Onun sonuncu mərhələsi isə odur ki, tövbə etmiş insan hər bir cəhətdən günahdan əvvəlki vəziyyətə qayıtsın. Məhz bu mərhələdə şəfaətçilərin şəfaəti və insanın onlarla bağlılığı öz əhəmiyyətini göstərə bilər. Tövbə ilə bağlı ayələrdə də gördüyümüz kimi, günah etmiş şəxsin tövbə etməsindən əlavə, Peyğəmbərin (s) də onun üçün bağışlanma diləməsi göstərişi tövbənin qəbulolma şərti kimi bildirilmişdir ki, bu da dediklərimizi təsdiqləyir. Həmçinin Yusif (ə) peyğəmbərin qardaşlarının tövbə etməsinə rəğmən, atalarının da onlar üçün bağışlanma diləməsi, eləcə də mələklərin saleh əməl sahibləri üçün bağışlanma diləməsi dediklərimiz üçün ən gözəl sübutdur. (Diqqət edin!)
8\. Şəfaətin fəlsəfəsi.
Şəfaətin mahiyyəti və sənədləri haqqında məlumatla tanış olduqdan sonra şəfaətin ictimai və psixoloji fəlsəfəsini anlamaq elə də çətin olmaz. Ümumi götürdükdə şəfaətin mahiyyəti bu inancda olan insanlarda aşağıdakı təsiri yarada bilər:
Ümidsizlik ruhiyyəsinə qarşı mübarizə büy CYBöyük cinayətlər törədən (böyük günahlar edən) insanlar bir tərəfdən vicdan əzabı çəkir, digər tərəfdən isə Allahın mərhəmətindən ümidini kəsir. Dönüş yolunun bağlı olduğunu düşündükləri üçün daha yenidən bu barədə fikirləşmək istəmirlər. Gələcəklərinin bədbəxt olduğunu düşünərək, bəlkə də, daha böyük cinayətlərə (günahlara) əl atır, qayda-qanunlara riayət etməkdən də boyun qaçırırlar. Bu cür insanlar eynilə sağalacağından ümidini üzdüyü üçün bütün pəhrizləri kənara qoyan xəstəyə bənzəyirlər.
Törətdikləri cinayətlər nəticəsində bəzi vaxtlar üzləşdiyi vicdan əzabı onlarda psixoloji pozğunluq yaradır və yaxud cəmiyyətin onları bu vəziyyətə saldığını düşünərək intiqam almaq qərarına gəlirlər. Beləliklə də, cinayətkar (günahkar) insan cəmiyyətin ən təhlükəli ünsürlərindən birinə çevrilir. Şəfaətə etiqad isə, sanki insanın üzünə açılmış bir pəncərə olub, onda günahlarının bağışlanacağına ümid yaradır. Buna görə də insan əməllərinə nəzarət, hətta keçmişdəki xətalarını islah etməyə çalışır. Bu cür insan cəmiyyətdən intiqam almaq fikrinə düşmür. Psixoloji rahatlıq ona cəmiyyətin ən yararlı və faydalı ünsürlərindən birinə çevrilmək şansı verir. Bu baxımdan şəfaətin düzgün mənasında cinayətkar insanı saleh insana çevirən amil olduğunu desək, heç də yanılmarıq. Təsadüfi deyil ki, dünyanın bir çox ölkə- lərndə ömürlük həbs cəzasına məhkum edilmiş insanlar üçün də əfv imkanı nəzərdə tutulmuşdur. Bu, ona görədir ki, zindanda olmalarına rəğmən, məbada, ümidsizlik onları daha təhlükəli caniyə çevirsin və ya psixoloji problemlərlə üzləşsinlər.
9\. Şəfaət olunmağa zəmin yaradan amillər.
Şəfaətin bir sıra şərtlərinin olduğunu nəzərə alsaq, bu etiqadda olan insanlar ona nail olmaq üçün münasib zəmin yaratmalı, şəfaət olunma ehtimalını sıfıra endirən zülm kimi günahlardan uzaq durmalıdırlar. Buna görə də həyatlarını elə tənzimləyirlər ki, düşdükləri günah girdabından çıxmaq üçün Allahın razılığını qazanmağa və Onunla əhd bağlamağa, bununla da tövbə etməyə, yaxud da ən azından tövbə astanasına gəlməyə müvəffəq olurlar. Allahın əmrlərindən çıxmaq kimi işlərdən əl çəkir, ya da heç olmasa, belə halları azaldırlar. Allaha və Qiyamət gününə iman düşüncəsini həmişə diqqət mərkəzində saxlayır, Allahın qoyduğu qanunlara hörmətlə yanaşırlar. Digər tərəfdən özləri ilə şəfaətçilər arasında müəyyən bağlılıq yaratmaqdan ötrü onlardakı xislətlərə yiyələnməyə çalışırlar ki, onlarla öz aralarında müəyyən uyğunluq olsun. Genetik şəfaətdə uyğunluq əsas şərt olduğu kimi, dini şəfaətdə də nəticəyə çatmaqdan ötrü belə bir uyğunluq olmalıdır. (Diqqət edin!)
Bu izahdan sonra tam qətiyyətlə söyləyə bilərik ki, şəfaət cinayətkarların (günahkarların) vəziyyətinin dəyişərək islah olunmasında müstəsna rol oynayır.
10\. İradlar və onların cavabı.
Daha öncə də vurğuladığımız kimi, şəfaət məfhumu gündəlik danışıqla dini terminologiyada fərqli mənalarda işlədilir. Biri şəfaət edən şəxsin fikrini dəyişməyə əsaslanırsa, digəri şəfaət olunan şəxsdə müəyyən dəyişikliklərə əsaslanır. Təbii ki, şəfaətin birinci mənası bütün iradlara tuş gəlir və irad edənlər öz iradlarında haqlıdırlar. Belə ki bu cür şəfaət həm insanda çalışqanlıq ruhiyyəsini zəiflədir, həm onu günaha sövq edir, həm feodal cəmiyyəti görüntüsü yaradır, həm də bir növ şirk sayılır. Çünki əgər Allahın elmini dəyişdirə biləcəyimizə, yaxud şəfaət olunan şəxsin barəsində hər hansı bir məchulu Onun üçün məluma çevirəcəyimizə, yaxud dünyada Ondan başqa bir varlığın Onun qəzəbini soyudacağına, yaxud Onun razılığını cəlb edəcəyinə, yaxud da Onun bəzi bəndələrin mövqeyinə ehtiyacı olduğuna və ya onların nüfuzundan qorxduğu üçün onların günahkarların barəsindəki şəfaətini qəbul edəcəyinə inansaq, bütün bunlar bizi tövhid yolundan çıxarıb şirk zülmətinə salacaq. Bunlar şəfaətin gündəlik həyatımızda başa düşdüyümüz yanlış mənasıdır. Lakin yuxarıda dediyimiz şərtlərə uyğun şəfaətə bu iradların heç biri aid deyil. Şəfaətin bu növü insanı qətiyyən günaha təşviq etmir, əksinə, günahdan əl çəkməyə zəmin yaradır. Şəfaətin bu növü insanı heç də tənbəlliyə təşviq etmir, əksinə, keçmiş xətalarını aradan qaldırmaqdan ötrü bütün qüvvələrini səfərbər etməyə şövqləndirir. Şəfaətin bu növü qətiyyən feodal cəmiyyəti xatırlatmır, əksinə, cinayətkar və günahkarların islah olunması üçün gözəl bir vasitədir. Şəfaətin bu növü nəinki şirk deyil, əksinə, əsl tövhiddir, Allaha diqqət, Onun sifətlərindən və əmrindən yardım diləməkdir. Mövzu daha da aydın olsun deyə, aşağıdakı araşdırmanı diqqətinizə çatdırırıq.
11\. Şəfaət və tövhid.
Şəfaət haqqında verilmiş yanlış açıqlamalar bir-birinə zidd olan iki dəstəni bu inanca qarşı çıxmağa sövq etmişdir:
1-Materialist yönümlü düşünən və şəfaəti insan səylərinin qarşısını alan bir amil kimi görənlər.
Əvvəlki açıqlamalarımızda onların cavabını vermişik.
2-Sələfilər və onlarla həmfikir olan radikal yönümlü dindarlar.
Onlar şəfaəti tövhid dinindən sapma hesab edərək şirkin bir növü kimi qəbul edirlər. Onların iradını və bu iradın cavabını qeyd etmək təfsir mövzusundan kənara çıxsa da, bəzi səbəblərə görə bu məsələnin üzərində dayanmağı lazım bilirik.
İlk olaraq onu qeyd etməliyik ki, son iki əsrdə Məhəmməd ibn Əbdülvəhhabın rəhbərliyi altında Hicaz ərazisini öz nüfuz dairəsinə çevirmiş sələfilər öz radikal düşüncələrində təkcə şiələrlə deyil, bir çox müsəlman məzhəbləri ilə müxalifdirlər.
İdeologiyasını özündən təxminən dörd əsr əvvəl yaşamış İbn Teymiyyədən (Əhməd ibn Əbdülhəlim Dəməşqi, vəfatı h.728) götürmüş Məhəmməd ibn Əbdülvəhhab, əslində, onun ideologiyasını yaymaqla məşğul olmuşdur. O, hicrətin 1160-cı ilindən vəfat etdiyi 1206-cı ilədək yerli əmirlərin dəstəyi ilə, habelə Hicazın bədəvi ərəbləri arasında güclü təəssübkeşlik alovu yaratmaqla "şirkə qarşı mübarizə və tövhidi müdafiə” adı ilə ona müxalif olan dəstələri geri otuzdurmağa nail olmuşdur. O, siyasi rəhbərliyə bilavasitə və vasitə ilə yol tapmağı bacarır və bu yolda xeyli sayda Hicaz müsəlmanının qanını tökür.
Məhəmməd ibn Əbdülvəhhabın ardıcıllarının cinayətləri Hicaz ərazisi ilə məhdudlaşmır. 1216-cı hicri ilində (Məhəmməd ibn Əbdül- vəhhabın ölümündən düz on il sonra) onun ardıcılları Hicaz çölləri ilə gizli şəkildə Kərbəla şəhərinə hücum edirlər. Qədir-Xum günü olduğu üçün şəhərdə hər yer bağlı idi. Şəhər əhalisinin əksəriyyəti İmam Əlinin (ə) müqəddəs məzarını ziyarət etmək üçün Nəcəf şəhərinə getmişdi. Məhəmməd ibn Əbdülvəhhabın tərəfdarları Kərbəla şəhərinin qala divarını uçurub şəhərə soxulurlar. İmam Hüseynin (ə) ziyarətgahını və şəhərdəki digər müqəddəs türbələri yerlə yeksan, bütün qiymətli əşyaları qarət edirlər. İmam Hüseynin (ə) qəbri kənarında təxminən əlli, hərəmin həyətində beş yüz, şəhərdə isə bir çox insanı qətlə yetirib şəhərdən çıxırlar. Bəzi mənbələrdə öldürülənlərin ümumi sayının beş min nəfərə çatdığı göstərilmişdir. Bu qırğında hətta körpə, qadın və yaşlılara da rəhm edilmir.
Hicrətin 1344-cü ilində hökumət dairəsinə nüfuz etmiş Mədinə fəqihləri Həzrət Peyğəmbərin (s) məzarı istisna olmaqla Hicaz ərazisindəki bütün türbələrin dağıdılması haqqında fətva verirlər. Elə həmin ilin şəvval ayının səkkizində Mədinədəki bütün türbələr dağıdılır. Ümumi müsəlmanların qəzəbindən qorxub yalnız Həzrət Peyğəmbərin (s) məzarına toxunmurlar.
Məhəmməd ibn Əbdülvəhhabın özü kimi ardıcılları da çox radikal, ekstremist, inadkar, məntiq əvəzinə sərtlik və kobudluğa əsaslanan şəxslərdir. İslamın bütün məsələlərini bildi-bilmədi, şəfaət, qəbir ziyarəti, təvəssül kimi məsələlərə aid edib cəmiyyəti mühüm ictimai mövzulardan, xüsusilə də sosial ədalət, imperializmin təsirlərinin məhvi, materialist ruhiyyəsinin qələbəsinə və ateist yönümlü cərəyanlara qarşı məntiqi mübarizə kimi mövzulardan uzaq tutmağa çalışırlar. Buna görə də onların ideoloji mühitində bu qəbildən olan məsələlər müzakirə olunmur, gündəlik hadisələr haqqında münasibət bildirilmir. Onlar şəfaət mövzusu barədə belə deyirlər: "Peyğəmbərdən şəfaət istəməyə heç kimin ixtiyarı çatmır. Heç kim məsələn: "Ey Muhəmməd, mənə Allah dərgahında şəfaətçi ol!" - deyə bilməz. Çünki Allah-taala: "Məscidlər Allahındır. Elə isə, heç kəsi Allahla yanaşı çağırmayın!” - deyə buyurmuşdur".
Məhəmməd ibn Əbdülvəhhabın "Kəşfüş-şübǝhat" traktatında deyilir: "Kimsə deyə bilər ki, biz Allahın Peyğəmbərə şəfaət məqamı (səlahiyyəti) verdiyini bilirik. Belə olduqda bizim o Həzrətdən Allahın verdiyi bir şeyi istəməyimizin nə maneəsi var? Buna cavab olaraq qeyd etməliyik ki, düzdür, bu məqamı Peyğəmbərə Allah verib, lakin ondan şəfaət istəməyimizi qadağan edərək buyurmuşdur: “Allahdan başqa heç kimi çağırmayın!" Üstəlik, şəfaət məqamı təkcə Peyğəmbərə aid deyil, mələklər və Allahın saleh bəndələrinə də belə bir məqam verilmiş- dir. Belə olduqda onlardan da şəfaət istəyə bilərikmi? Kimsə belə bir iddia etsə, Allahın saleh bəndələrinə ibadət etmiş olar".
İndi isə Məhəmməd ibn Əbdülvəhhabın "Qəvaidi-ərbəǝ" traktatında bildirdiyi bir fikrin xülasəsini sizlərə təqdim edirik:
"Şirkdən qurtulmaq yalnız dörd qaydanı bilməklə mümkündür:
1-Peyğəmbərə qarşı vuruşmuş ərəblər Allahın ruzi verən və dünyanı idarə edən olduğunu etiraf edirdilər. Quran bu barədə belə buyurmuşdur:
"De: "Sizə göydən və yerdən kim ruzi verir?... İşləri yoluna qoyan, nizam-intizama salan kimdir?" Dərhal "Allahdır!" - deyə cavab verərlər". Lakin bu etiraf onları müsəlmanların cərgəsinə daxil etmirdi.
2-Müşriklər deyirdilər ki, bizim bütlərə ibadət etməyimiz onlardan şəfaət diləməyimizə görədir:
"Onlar: "Bunlar bizim Allah yanındakı şəfaətçilərimizdir!" deyirlər".
3-Peyğəmbər Allahdan başqasına - istər mələk, yaxud peyğəmbər və ya saleh bəndələrə, istərsə də daşlara, Günəşə və Aya ibadət edən hər bir insanı bu işdən çəkindirmiş, onların arasında heç bir fərq qoymamışdır.
4-Bizim dövrümüzün müşrikləri şirk baxımından cahiliyyət dövrünün müşriklərindən daha pisdirlər. Çünki cahiliyyət dövrünün müşrikləri rahatlıq zamanı bütlərə ibadət etsələr də, çətinliyə düşdükdə Allahı çağırırdılar. Necə ki Quran buyurmuşdur:
"Gəmiyə mindikləri zaman Allahı ixlasla çağırır (Ondan qeyrisini yaddan çıxarırlar)".
Bizim dövrümüzdəki müşriklər isə həm rahatlıq, həm də çətinlik zamanı Allahdan başqasını çağırırlar".
12\. Bütün müsəlmanları müşriklikdə ittiham etmək.
Nə qədər qəribə olsa da, bu, bir faktdır ki, sələfilər şiə və ya sünni olmasından asılı olmayaraq fikri onların ideologiyası ilə uyğun gəlməyən bütün müsəlmanları müşrik hesab edir, onların qanını və malını halal bilirlər. Sələfilərin fikrincə, bu cür müsəlmanı öldürmək caizdir. Necǝ ki tarix dəfələrlə bunun şahidi olmuşdur. Şeyx Süleyman ibn Ləhman "Əl-Hədiyyətüs-səniyyə” kitabında yazır: “Quran və sünnə şahiddir ki, mələkləri, peyğəmbərləri və ya (məsələn,) İbn Abbas, Əbutalib və bu kimi şəxsləri (hökmdarların yaxın adamları kimi) Allah dərgahına yaxın insanlar olduqları üçün özü ilə Allahın arasında vasitə qərar verib şəfaət diləyən şəxslər kafir və müşrikdirlər. Onlar "Əşhədu ǝlla ilahə illəllah. Əşhədu ənnə Muhəmmədən Rəsulullah" deyib namaz qılsalar da, oruc tutsalar da, qanlarını töküb mallarını qənimət olaraq ələ keçirmək halaldır".
Bu sözlərdəki radikallıq və ekstremizm, həmçinin İslam və Quran maarifindən xəbərsizlik heç kimə gizli deyil.
13\. Sələfilərin şəfaət məsələsindəki məntiqinə bir baxış Sələfiliyin banisi Məhəmməd ibn Əbdülvəhhabın yuxarıda qeyd etdiyimiz fikirlərindən belə məlum olur ki, sələfilər şəfaəti qəbul edənləri şirkdə ittiham edərkən əsasən iki məsələnin üzərində dayanırlar:
1) Peyğəmbər və saleh bəndələrin şəfaətini qəbul edən müsəlmanların cahiliyyət dövrünün müşrikləri ilə müqayisəsi
2) Quranın Allahdan başqasına ibadətə, Onunla birlikdə qeyrisini çağırmağa açıq-aşkar qadağası və şəfaətin də bir növ ibadət sayılmasını bu ayəyə əsaslanaraq deyirlər:
"Elə isə, heç kəsi Allahla yanaşı çağırmayın!”
Birinci məsələ ilə bağlı qeyd etməliyik ki, buradakı müqayisə tamamilə yanlışdır. Çünki əvvəla, (daha öncə də qeyd etdiyimiz kimi) Quran özü də peyğəmbərlər, mələklər və bir sıra saleh insanların şəfaət etmə səlahiyyətinə malik olduğunu bildirmişdir. Sadəcə olaraq bu şəfaət Allahın izninə bağlıdır. Allahın onlara belə bir səlahiyyət verdiyi halda, "Bizi onlardan şəfaət istəməkdən çəkindirmişdir" deməyimiz olduqca gülüncdür. Üstəlik, Quran Həzrət Yusifin (ə) qardaşlarının öz atalarına, habelə Həzrət Peyğəmbərin (s) səhabələrinin ona müraciət edərək bağışlanma diləməsini açıq şəkildə qeyd etmişdir. Bu, şəfaətin ən bariz nümunələrindən biri deyilmi? Həzrət Peyğəmbərə (s) xitabən "Bizə Allah yanında şəfaət et!" deməklə Yusif (ə) peyğəmbərin qardaşlarının atalarına "Ata! Allahdan bizim günahlarımızın bağışlanmasını dilə" deməsinin heç bir fərqi yoxdur. Quranın məqbul saydığı işi sələfilər necə qeyri-məqbul saya və bu inancda olanları müşrik adlandıraraq qanını və malını halal hesab edə bilərlər? Əgər bu iş şirk idisə, nə üçün Allahın peyğəmbəri olan Yǝqub (ə) oğlanlarını bu işdən çəkindirməmişdir?
İkincisi, bütpərəstlərlə şəfaətə etiqad bəsləyənlər arasında heç bir bənzərlikdən söhbət gedə bilməz. Çünki bütpərəstlər bütlərə ibadət edərək onların şəfaətçilər olduğunu düşünürdülər. Şəfaətə etiqad bəsləyənlərdə isə şəfaətçilərə ibadətdən söhbət gedə bilməz. Onlar sadəcə olaraq Allahın izni ilə şəfaətçilərdən şəfaət diləyirlər, onlara əsla ibadət etmirlər. Şəfaət istəmək isə ibadət etmək anlamına gəlməməlidir. Büt-pərəstlər tək olan Allaha ibadətdən təəccüblənərək deyirdilər:
"O, bütün bu tanrıları bir tanrımı ilə əvəz etdi? Bu, qəribə bir şeydir".
Onlar ibadət baxımından bütləri Allahla eyni səviyyədə qərar verib deyirdilər:
“Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik – çünki sizi aləmlərin Rəbbinə tay tuturduq". Tarixi mənbələrin də qeyd etdiyi kimi, bütpərəstlər bütlərin onların taleyinə təsir edə biləcəyini düşünürdülər, şəfaətə etiqadı olan müsəlmanlar isə yalnız Allah-taalanın təsir qüvvəsinə malik olduğuna inanır, Allahdan başqa heç bir qüvvənin müstəqil təsir gücünə malik olduğunu qəbul etmirlər. Deməli, bu iki qrupu bir-biri ilə müqayisə etmək olduqca yanlış və məntiqdən uzaqdır. Quranın Allahdan başqasına ibadətə, Onunla birlikdə qeyrisini çağırmağa açıq-aşkar qadağası və şəfaətin də bir növ ibadət sayılması məsələsinə gəldikdə isə ilk öncə ibadətin nə olduğunu başa düşmək lazımdır. Əgər ibadəti istənilən ehtiram mənasına yozsaq, onda nəticə o olacaq ki, heç kim heç kimə hörmət etməməlidir. Təbii ki, bunu heç kəs qəbul etməz. Əgər ibadəti kimdənsə bir şey istəmək mənasına yozsaq, onda nəticə o olacaq ki, başqasından bir şey istəmək şirk sayılmalıdır. Bu isə həm dinin, həm də ağlın tam əksinədir. İbadəti bir nəfərin başqa birisinə tabe olması mənasına da yozmamalıyıq. Çünki ictimai təşkilatlarda sıravi işçilərin təşkilat rəhbərinə tabe olması insan həyatının tərkib hissəsinə çevrilmişdir. Necə ki peyğəmbərlərə tabe olmaq da hər bir dindarın vəzifə borcudur. Deməli, ibadətin mənası bunlardan tamamən fərqli bir məfhumdur. İbadət təvazökarlığın və bəndəçiliyin ən son həddidir. Burada ibadət edən şəxs ibadət etdiyinə qeyd-şərtsiz tabe olur.
(ibadət) sözü (bəndə, qul) sözü ilə eyni kökdən götürülmüşdür. "Əbd" sözünün mənasına diqqət yetirdikdə məlum olur ki, ibadət edən şəxs öz ibadəti ilə, əslində, məbuduna qeyd-şərtsiz tabe olur, öz taleyini onun əlində bilir. Həm gündəlik danışığımızda, həm də dini terminologiyada "ibadət" sözündən başa düşülən məna da məhz budur. Şəfaətçilərdən şəfaət istəməkdə hər hansı bir ibadətin təsiri hiss olunurmu?
ised Bir çox ayələrdə Allahdan başqasını çağırmağın qadağan olunması məsələsinə gəlincə, bunun mənası o demək deyil ki, kimisə adı ilə çağırıb, məsələn, "ey Həsən", "ey Əhməd" və s. demək qadağan və şirkdir. Eyni zamanda kimdənsə imkanı çatacaq bir işi görməsini istəmək də günah və şirk deyil. Çünki həmkarlıq ictimai həyatın ayrılmaz bir hissəsidir. Bütün peyğəmbərlər, imamlar da öz həyatlarında digərləri ilə həmkarlıq etmişlər. (Sələfilərin özləri də bunu haram hesab etmirlər.) Sələfilərin irad tutduğu əsas məsələ İbn Teymiyyənin də "Ziyarətül- qübur" əsərində toxunduğu bir məqamdır. O yazır: "Bəndənin Allahdan istədiyi şey yalnız Allahın həyata keçirə biləcəyi bir iş olarsa, onu Allahdan başqasından istəmək şirkdir. Necə ki mələklərə, bütlərə, İsa (ə) peyğəmbərə və onun anasına ibadət edənlər belə edirlər. Məsələn, ölü və yaxud diri bir məxluqa deyəsən ki, mənim günahımı bağışla, yaxud düşmənim üzərində qələbə çalmaqda mənə kömək ol və ya xəstəliyimə şəfa ver... Lakin bəndənin istədiyi şey Allahdan başqasının da görə biləcəyi iş olarsa, onda onu bəndədən istəməyin heç bir maneçiliyi yoxdur. Lakin bunun da müəyyən şərtləri vardır. Çünki bəndənin bəndədən bir şey istəməsi bəzi hallarda caizdirsə, bəzi hallarda da günahdır... Peyğəmbər (s) İbn Abbasa belə buyurmuşdur: "Bir şey istədikdə Allahdan istə, yardım dilədikdə Allahdan dilə". O Həzrət (s) bir qrup səhabəsinə buyurmuşdur ki, heç vaxt insanlardan nə isə istəməyin. Səhabələr bu göstərişə o dərəcədə əməl edirdilər ki, hətta (minikdə ikən) birinin qırmancı yerə düşdükdə yanındakına "Onu mənə ver" deməzdi. Bu, bəyənilməz istəkdir. Caiz olan istək isə odur ki, insan mömin qardaşından ona dua etməsini istəsin".
Bizim də etiqadımıza görə yalnız Allahın görə biləcəyi hər hansı bir işi Allahdan başqasından istəmək şirkdir. Lakin Allahın Özünün şəfaət səlahiyyəti verdiyi kimdənsə şəfaət diləmək nəinki şirk deyil, əksinə, əsl tövhiddir. (Elə isə, heç kəsi Allahla yanaşı çağırmayın!) ayəsindəki (la, lə, ilə şəkilçisi) bu mənaya dəlalət edir ki, Allahla eyni sırada kimisə çağırmayın! Yəni heç kəsi Allah kimi müstəqil təsir gücünə malik hesab etməyin! (Diqqət edin!)
Bu mövzunun üzərində ona görə bu qədər dayandıq ki, bəziləri şəfaət məsələsini bu və ya digər məzhəbə irad tutmaqla yanaşı, bəzi müsəlmanlar onun yanlış açıqlamasına istinad edərək İslam ümməti arasında təfriqə salır, pərakəndəliyə şərait yaradırlar. Halbuki şəfaətin düzgün açıqlaması cəmiyyətin əxlaqi təkamülünə səbəb olmaqla yanaşı, eyni zamanda azğın fərdlərin islah olunmasına, bədxahların ağzının yumulmasına və müsəlman cəmiyyətində vəhdətin yaranmasına xidmət edir. Ümid edirik ki, bütün müsəlman alim və tədqiqatçıları bu məsələ ilə bağlı Qurana və məntiqə əsaslanan düzgün təhlil nəticəsində düşmənlərin bu mövzudan sui-istifadə etməsinin qarşısını alacaq, müsəlman cəmiyyətində vəhdətin, birliyin yaranmasına yardımçı olacaqlar.
Bəqərə surəsi, 49-cu ayə
وَإِذْ نَجَّيْنَاكُمْ مِنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ يُذَبِّحُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ وَفِي ذَلِكُمْ بَلَاءٌ مِنْ رَبِّكُمْ عَظِيمٌ .٤٩
Ayənin tərcüməsi
49\. (Yadınıza salın ki,) fironçular sizə ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman sizi onların əlindən xilas etdik. Bunlarda Rəbbiniz tərəfindən (sizin üçün) böyük bir sınaq var idi.
Ayənin təfsiri.
Azadlıq neməti.
Allah-taala bu ayədə Bəni-İsrailə bəxş etdiyi daha bir nemətə fironçuların zülmündən xilas olmağa işarə edərək belə buyurmuşdur: "(Yadınıza salın ki,) fironçular sizə ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman sizi onların əlindən xilas etdik. Bunlarda Rəbbiniz tərəfindən (sizin üçün) böyük bir sınaq var idi". Fironçuların zülmü daha qabarıq şəkildə nəzərə çarpsın deyə, bu ayədə (sizə n ağır işgəncələr verirdilər) feili işlədilmişdir. (Bu feilin indiki-gələcək zamanda işlədilməsindən məlum olur ki, Bəni-İsrail mütəmadi olaraq belə işgəncələrə məruz qalmışdır.) Bəni-İsraildən olanlar öz gözləri ilə görürdülər ki, günahsız oğlanlarının baş kəsilir, qızları əsir götürülərək kəniz edilirdi. Özləri də qibtilərin köləsi, kənizi olmaqla müxtəlif işgəncələrə məruz qalırdılar. Önəmli olan odur ki, Quran bunu Bəni- İsrail üçün böyük bir sınaq kimi qələmə vermişdir. (Ərəb dilində "bəla" sözünün mənalarından biri də məhz "sınaq"dır.) Bu çətinliklərə dözmək olduqca ağır bir sınaq idi. Belə bir ehtimal da var ki, buradakı "bəla" sözü "cǝza" mənasındadır. Bu ehtimala görə, Bəni-İsrailin belə cəzaya məruz qalmasının səbəbi ixtiyarında olan nemətlərə qarşı nankorluq etmələri olmuşdur. Həmin nemətlərin qədrini bilmədikləri üçün Allah-taala onları məhz bu şəkildə cəzalandırmışdır. Üçüncü bir ehtimal isə ondan ibarətdir ki, ayədəki (bəla) sözü “nemət” mənasını bildirir. Yəni Bəni-İsrailin fironçuların zülmündən qurtulması onlar üçün böyük nemət idi.' İstənilən halda Bəni-İsrailin fironçuların zülmündən azad olunduğu bu tarixi günə Quranda dəfələrlə işarə edilmişdir.
Qızların həm o vaxt, həm də indi əsarəti.
Quran Bəni-İsrailin qızlarının (kəniz etmək məqsədilə) diri saxlanılmasını, oğlan uşaqlarının isə öldürülməsini bəla, bu bəladan xilas olmağı isə böyük nemət hesab edir. Sanki bu ayə demək istəyir ki, insanlar nəyin bahasına olursa-olsun, öz düzgün azadlıqlarını əldə edib onun qədrini bilməli, qorumalıdırlar. İmam Əli (ə) də öz kəlamlarından birində bu məsələyə toxunmuşdur:
"Sağ ikən kölə olmaq ölüm, azadlıq uğrunda ölmək isə həyatdır".? Müasir dövr ilə o vaxtkı dövrün fərqi bundadır ki, o vaxt Firon və tərəfdarları müxalif kişiləri tutub qadınları azad (diri) saxlamaqla kəniz edirdilər, indiki zamanda isə müxtəlif yollarla insanlardan kişilik ruhiyyəsi alınır, qadınlar isə şəhvani istəklərin qurbanına çevrilirlər.
Belə bir sual yaranır ki, nə üçün Firon kişiləri öldürüb qadınları diri saxlayırdı? Bəzi təfsirçilər bunu Fironun gördüyü bir yuxu ilə izah edirlər. Lakin ən doğru cavabı, inşallah, "Qəsǝs" surəsinin 4-cü ayəsinin təfsirində oxuyacaqsınız. Onda biləcəksiniz ki, Bəni-İsrailin kişilərinin öldürülməsi təkcə Fironun gördüyü yuxu ilə əlaqədar deyil, eyni zamanda Firon və tərəfdarlarının Bəni-İsrailin güclənərək hakimiyyəti ələ keçirə bilməsindən qorxması olmuşdur.
Bəqərə surəsi, 50-ci ayə
وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنْجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنْتُمْ تَنْظُرُونَ .٥٠
Ayənin tərcüməsi
50\. (Yadınıza salın ki,) o zaman sizin üçün dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa (suda) qərq etdik.
Ayənin təfsiri.
Əvvəlki ayədə Bəni-İsrailin fironçuların zülmündən azad olmasına ötəri şəkildə işarə edildiyi üçün bu ayədə həmin azadlığın necə baş verməsi izah edilir ki, bunun özü də Allah-taalanın böyük bir neməti olmuşdur. Ayədə deyilir: "(Yadınıza salın ki,) o zaman sizin üçün dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa (suda) qərq etdik.”
Bəni-İsrailin nicat tapması, Firon və tərəfdarlarının isə suda batması Quranın bir neçə surəsində qeyd edilmişdir. Həmin surələrdə bu hadisə, demək olar ki, bütün xırdalıqlarına qədər əks olunmuşdur. Sözügedən ayədə isə bu məsələ yalnız Allah-taalanın Bəni-İsrailə bir neməti olaraq xatırlanmışdır ki, yəhudilər qurtuluş dini olan İslamı qəbul etməyə təşviq edilsin.
Qısaca olaraq qeyd edək ki, Musa (ə) Firon və ətrafındakıları dəfələrlə Allahın dininə dəvət edib müxtəlif möcüzələr göstərdikdən, qarşı tərəf isə bunları qəbul etmədikdən sonra Allah-taala ona gecə- yarısı Bəni-İsraillə birlikdə Misiri tərk etmək göstərişini verir. Onlar Nil çayının kənarına yetişdikdə görürlər ki, Firon öz qoşunu ilə arxadan onları təqib edir. Bunu gördükdə qorxu və vahimə Bəni-İsrailə hakim kəsilir: qarşıda Nil çayı, arxada isə müqavimət göstərə bilməyəcəkləri amansız düşmən. Bu an Allah-taala Musaya (ə) əmr edir ki, əsasını dəryaya (Nil çayına) vursun. O Həzrət (ə) əsasını dəryaya vuran kimi dəryanın ortasında müxtəlif yollar açılır. Bəni-İsrail dəryadan sağ-salamat keçir. Arxadan onları təqib edən düşmən də tez özünü dəryanın ortasında açılmış yollara çatdırır. Lakin onlar dəryanın ortasında ikən su yenidən birləşir və hamı suda boğulub ölür.
Bəni-İsraildən olanlar öz gözləri ilə Firon əsgərlərinin cansız cəsədlərini suyun üzərində görüb onların hansı vəziyyətə düşdüyünə tamaşa edirlər. Bu qorxu və vəhşət, ardınca isə qurtuluş anının hər ikisi diqqətçəkən məqamlardandır. Qoy Bəni-İsrail bu iki vəziyyəti bir-biri ilə müqayisə edib Allaha şükür etsin. Allah-taala yəhudilərə demək istəyir ki, Mən sizi o qorxulu anlardan xilas edib rahatlığa çıxartdığım halda, siz nə üçün (Mənim göndərdiyim) İslam Peyğəmbərinə və onun göstərişlərinə qarşı çıxırsınız?
Bu ayə eyni zamanda bütün insanlar üçün bir ibrət dərsidir. Hamı bilməlidir ki, əgər insan həyatda sonsuz qüdrət sahibi olan Allaha etimad göstərib haqq yolunda heç nəyi əsirgəməsə, Allah-taala ən çətin anda belə onun yardımına çatacaq.
Bəqərə surəsi, 51-54-cü ayələr
وَإِذْ وَاعَدْنَا مُوسَى أَرْبَعِينَ لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ .٥١
ثُمَّ عَفَوْنَا عَنْكُمْ مِنْ بَعْدِ ذَلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ .٥٢
وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ .٥٣
وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنْفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُوا إِلَى بَارِئِكُمْ فَاقْتُلُوا أَنْفُسَكُمْ ذَلِكُمْ خَيْرٌ لَكُمْ عِنْدَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ .٥٤
Ayələrin tərcüməsi
51\. (Yadınıza salın ki,) o zaman Musaya qırx gecəlik vədə verdik (və o, ilahi fərmanları almaq üçün qərarlaşdırdığımız yerə gəldi). Siz ondan sonra buzovu (özünüzə tanrı) seçdiniz və (bununla da) zalım oldunuz.
52\. Sonra da bunun ardınca sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.
53\. (Yadınıza salın ki,) o zaman Musaya kitab və (haqqı batildən) ayıran vasitə verdik ki, bəlkə, doğru yola yönələsiniz.
54\. (Yadınıza salın ki,) o zaman Musa öz qövmünə dedi: "Ey qövmüm, siz buzovu (pərəstiş üçün) seçməklə, həqiqətən, özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tərəf qayıdaraq tövbə edin, özünüzü (bir-birinizi) öldürün. Bu, Rəbbinizin yanında sizin üçün daha yaxşıdır". Sonra Allah tövbənizi qəbul etdi. Çünki O, tövbələri qəbul edən və bağışlayandır.
Ayələrin təfsiri.
Bəni-İsrailin ən böyük azğınlığı.
Quran bu dörd ayədə Bəni-İsrailin macəra dolu həyatının başqa bir hissəsinə toxunmaqla bir sıra oyadıcı hadisələri yəhudilərə xatırladır. Burada Bəni-İsrailin tarix boyu ən böyük azğınlığından – buzova sitayiş etməklə tövhid yolundan çıxıb şirkə üz tutmasından danışılır. Allah- taala bu yolla yəhudilərə xəbərdarlıq edir ki, siz öz tarixiniz boyu artıq bir dəfə belə bir aqibətlə üzləşmiş, fitnə yaradanların əməlləri nəticəsində yolunuzu azmısınız. İndi ehtiyatlı olun, tövhid qapısı (İslam dini) yenə də üzünüzə açılmışdır, ondan uzaq düşməyin.
Allah-taala bu ayələrdə ilk öncə belə buyurmuşdur: “(Yadınıza salın ki,) o zaman Musaya qırx gecəlik vədə verdik (və o, ilahi fərmanları almaq üçün qərarlaşdırdığımız yerə gəldi). Siz ondan sonra buzovu (özünüzə tanrı) seçdiniz və (bununla da) zalım oldunuz".
"Əraf" surəsinin 142-ci ayəsindən, habelə "Taha" surəsinin 86-cı ayəsindən sonrakı ayələrdə bu əhvalat tam təfsilatı ilə şərh ediləcək. Əhvalatın xülasəsi belədir:
Bəni-İsrail fironçuların zülmündən azad olub Firon və tərəfdarları Nil çayında boğulduqdan sonra Musa (ə) Tövratın lövhələrini qəbul etməkdən ötrü otuz gecəlik Tur dağına getməli olur. Bu müddət Bəni- İsrailin sınanması üçün daha on gün artırılır. Çox hiyləgər olan Samiri adlı bir kişi bu fürsətdən istifadə edərək fironçuların Bəni-İsraildə qalmış qızıl zinət əşyalarından bir buzov hazırlayır. Buzovdan Bəni-İsraili özünə pərəstiş etməyə çağıran xüsusi bir səs gəlir. Bəni-İsraildən olanların əksəriyyəti Samirinin bu hiyləsinə aldanaraq buzova pərəstiş etməyə başlayır. Musanın (ə) qardaşı, eyni zamanda canişini Harun isə çox az adamla tövhid dinində qalır. Onlar başqalarını buzova pərəstişdən çəkindirməyə çalışsalar da, buna nail ola bilmirlər. Vəziyyət elə bir həddə çatır ki, az qala, Harun öldürülsün.
Musa (ǝ) Tur dağından qayıdıb bu vəziyyəti gördükdən sonra çox narahat olur. Bəni-İsraili həddən artıq danlayır. Onlar tutduğu işin çox pis iş olduğunu anlayıb, tövbə etmək qərarına gəlirlər. Musa (ə) Allah tərəfindən onlara misli görünməmiş bir tövbə təklif edir. Bu barədə növbəti ayələrdə məlumat verəcəyik.
Növbəti ayədə Allah-taala belə buyurmuşdur: "Sonra da bunun ardınca sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz. (Yadınıza salın ki,) o zaman Musaya kitab və (haqqı batildən) ayıran vasitə verdik ki, bəlkə, doğru yola yönələsiniz”.
Ayənin ərəbcə mətnindəki (kitab) və (furqan) sözləri Tövrata işarə ola bilər. Bəlkə də, "kitab" Tövrata, "furqan" isə Allah-taalanın Musaya (ə) verdiyi möcüzələrə işarədir. ("Furqan" sözünün hərfi mənasının haqqı batildən ayıran vasitə olduğunu nəzərə alsaq, bu ehtimal daha inandırıcı görünür.)
Nəhayət, bu hissənin sonuncu ayəsində deyilir: “(Yadınıza salın ki,) o zaman Musa öz qövmünə dedi: "Ey qövmüm, siz buzovu (pərəstiş üçün) seçməklə, həqiqətən, özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tərəf qayıdaraq tövbə edin”.
Bu ayənin ərəbcə orijinalındakı (bariu) sözünün mənası "yaradan" deməkdir. Sözün leksik mənası "bir şeyi başqa bir şeydən ayırmaq"dır. Allah-taala da Öz yaratdıqlarını ilkin maddədən və bir- birindən ayırdığı üçün "bari" adlanır. Musa (ə) bu sözlə həm də ona işarə edir ki, bu cür tövbə göstərişini sizə verən sizin Yaradanınızdır. Tövbəniz bir-birinizi öldürməklə olmalıdır: "Özünüzü (bir-birinizi) öldürün. Bu, Rəbbinizin yanında sizin üçün daha yaxşıdır”.
Ayənin sonunda Allah-taalanın onların tövbəsini qəbul etdiyi bildirilir: "Sonra Allah tövbənizi qəbul etdi. Çünki O, tövbələri qəbul edən və bağışlayandır”.
Böyük günah və misli görünməmiş tövbə.
Allah-taalanın o qədər nişanə və möcüzələrini gördükdən və Musa (ə) kimi böyük bir peyğəmbərin qısa müddətlik aralarından getməsindən sonra tövhid yolundan çıxıb Samirinin düzəltdiyi buzova sitayiş etmək balaca iş deyildi. Bu məsələ onların ağlından tamamilə çıxmayınca vəziyyət daha acınacaqlı olardı. Hər fürsət düşdükdə, xüsusilə də Musanın (ə) vəfatından sonra kiçik bir imkan yaranan kimi o Həzrətin (ə) bütün zəhmətləri puç olub gedə bilərdi. Buna görə də burada daha sərt olmaq tələb olunurdu. Peşman olub təkcə dildə tövbə etməklə kifayətlənmək olmazdı. Bu baxımdan Allah-taala heç bir peyğəmbərə buyurmadığı tövbə göstərişi verir. O da bundan ibarət idi ki, Bəni-İsraildən olanlar tövbə etməklə yanaşı, özlərindən olub bu günaha bulaşmış bir qrup insanı öz əlləri ilə qətlə yetirməli idilər. Belə ki əllərinə qılınc götürüb bir-birini öldürməyə çalışmalı idilər. Bu iş ikiqat əzab sayılır. Çünki öldürülmək də əzabdır, dostu, qardaşı öldürmək də. Bəzi hədislərdə nəql edilmişdir ki, Musa (ə) göstəriş verir ki, buzova sitayiş edənlərin hamısı zülmət bir gecədə qüsl alıb kəfən geyinsin, sonra isə bir-birinin qarşısında səf çəkib bir-birinə hücum etsinlər.
Burada belə bir sual yaranır ki, onların tövbəsinin qan tökülmədən qəbul edilməsi mümkün deyildimi? Yuxarıda deyilənlərə diqqət yetirsək, bu suala aydınlıq gələr. Allah-taalanın o qədər nemət və möcüzələrini gördükdən sonra tövhid yolundan çıxıb bütpərəstliyə (buzova pərəstişə) yönəlmək asanlıqla bağışlanılacaq bir günah deyil. Ümumiyyətlə, səmavi dinlərin hamısının əsasını tövhidlə xülasələndirmək olar. Onun sarsılması dinin bütün əsaslarının aradan getməsi deməkdir. Buzova pərəstiş kiçik bir məsələ kimi qiymətləndirilsəydi, bəlkə də, gələcək nəsillər üçün bir adət halına çevrilərdi. Xüsusilə də Bəni-İsrailin inadkar və bəhanə axtaran bir millət olduğunu nəzərə alsaq, onlara bu əməllərinə görə elə bir qulaqburması vermək lazım idi ki, bütün əsrlər boyu unudulmasın və daha heç kim buzova pərəstiş etmək fikrinə düşməsin. Bəlkə də, "Bu, Rəbbinizin yanında sizin üçün daha yaxşıdır" cümləsi məhz bu mənaya işarə edir.
Bəqərə surəsi, 55-56-cı ayələr
وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَنْ نُؤْمِنَ لَكَ حَتَّى نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنْتُمْ تَنْظُرُونَ .٥٥
ثُمَّ بَعَثْنَاكُمْ مِنْ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ .٥٦
Ayələrin tərcüməsi
55\. (Yadınıza salın ki:) "Ya Musa, Allahı açıq-aşkar görməyincə sənə əsla iman gətirməyəcəyik" - dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurdu.
56\. Sizi ölümünüzdən sonra yenidən diriltdik ki, bəlkə, (Onun nemətlərinə) şükür edəsiniz.
Ayələrin təfsiri.
Qəribə bir tələb.
Allah-taalanın Bəni-İsrailə daha bir nemətini xatırladan bu iki ayə onların necə inadkar, tərs və bəhanə axtaran insanlar olduğunu göstərir. Ayələrdə bəlaya tuş gəldikdən sonra yenidən Allahın mərhəmətinin onlara şamil olduğu bildirilir. Birinci ayədə deyilir: "(Yadınıza salın ki:) "Ya Musa, Allahı açıq-aşkar görməyincə sənə əsla iman gətirməyəcəyik” – dediyiniz zaman...”
Bu istək, çox güman ki, onların nadanlığı ucbatından edilmişdir. Çünki nadan insanların düşüncəsi öz hissiyyatından o tərəfə keçmir, hətta Allahı əyani şəkildə, öz gözləri ilə görmək istəyirlər. Ya da inadkarlıq və yəhudilərə xas olan bəhanə axtarmaq üzündən belə bir istəklə çıxış etmişlər. Bir sözlə, onlar Musaya (ə) açıq-aşkar bildirirlər ki, Allahı öz gözləri ilə görməyincə iman gətirməyəcəklər. Belə olduqda onlara Allah-taalanın məxluqlarından elə birisini göstərmək lazım idi ki, onu görməyə tab gətirə bilməsinlər. Yalnız bundan sonra onlar başa düşərdilər ki, nəinki Allahı, heç Onun bəzi məxluqlarını da adi gözlə görmək mümkün deyil. Beləliklə, güclü titrəyişlə müşayiət olunan dəhşətli bir ildırım onların hamısını huşsuz hala salıb yerǝ yıxdı. Quran həmin anı belə ifadə edir: “Gözünüz görə-görə sizi ildırım vurdu”.
Musa (ə) bu hadisədən çox narahat oldu. Çünki Bəni-İsraildən yetmiş nəfər sayılıb-seçilən adamın ölməsi bəhanə axtarışında olan yəhudilərə Musanın (ə) güzəranını qara etmək üçün böyük fürsət idi. Buna görə də Allah-taaladan istəyir ki, onları yenidən həyata qaytarsın. Allah-taala onun bu istəyini reallaşdırır. Növbəti ayədə bu barədə belə deyilir: "Sizi ölümünüzdən sonra yenidən diriltdik ki, bəlkə, (Onun nemətlərinə) şükür edəsiniz”.
Bu iki ayədə qısaca olaraq qeyd edilmiş əhvalat "Nisa" surəsinin 153 və "Əraf" surəsinin 155-ci ayələrində daha təfsilatlı şəkildə verilmişdir.
Bu hadisə peyğəmbərlərin inadkar insanları haqqa dəvət etmək uğrunda hansı çətinliklərlə qarşılaşdığını bizə göstərir. Bu cür insanlar peyğəmbərlərdən gah ağlasığmaz möcüzələr göstərməyi tələb edir, gah da daha irəli gedərək Allahı öz gözləri ilə görmək istəyir və bu istək gerçəkləşməyincə iman gətirməyəcəklərini bildirirdilər. Allah tərəfindən sərt reaksiya ilə qarşılaşdıqda isə peyğəmbərlər üçün başqa bir problem yaranırdı. Allah-taalanın mərhəməti olmasaydı, bu bəhanələrin qarşısında tab gətirmək mümkün olmazdı. Yeri gəlmişkən, bu ayə insanın öldükdən sonra yenidən bu dünyaya qayıda biləcəyini göstərən ayələrdəndir. Hər hansı bir işin bir dəfə baş verməsi sonradan onun yenə də baş verə bilməsinə sübutdur.
Rəcəti (dünyaya yenidən qayıdışı) qəbul etməyən bəzi sünni təfsirçilər bu ayəni başqa mənaya yozaraq demişlər: “Öldükdən sonra dirilməyin mənası odur ki, bir dəstəniz ildırım vurması nəticəsində öldükdən sonra Allah-taala sizə çoxlu övladlar verdi ki, nəsliniz kəsilməsin". Qeyd etməliyik ki, bu izah tamamilə yanlış olub, ayənin zahiri ilə ziddiyyət təşkil edir. Çünki “Sizi ölümünüzdən sonra yenidən diriltdik” cümləsi qətiyyən bu mənanı çatdırmır.
Bəqərə surəsi, 57-ci ayə
وَظَلَّلْنَا عَلَيْكُمُ الْغَمَامَ وَأَنْزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَى كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَمَا ظَلَمُونَا وَلَكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ .٥٧
Ayənin tərcüməsi
57\. Üstünüzə buludla kölgə saldıq. Sizə "mənn" (ağac şirəsi) və "səlva" (göyərçinə bənzər quş) göndərdik. (Və dedik:) "Ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!" (Amma siz naşükürlük etdiniz). Onlar bizə yox, özlərinə zülm edirdilər.
Ayənin təfsiri.
Müxtəlif nemətlər
"Maidə" surəsinin 20-22-ci ayələrindən də məlum olduğu kimi, Bəni-İsrail Firon və tərəfdarlarının zülmündən azad olduqdan sonra Allah-taala onlara Fələstin torpaqlarına getməyi əmr edir. Lakin onlar bu əmrə tabe olmayıb deyirlər ki, Əmaliqə tayfası oradan çıxmayınca biz oraya gedən deyilik. Hətta bununla da kifayətlənməyib Həzrət Musaya (ə) deyirlər ki, sən öz Rəbbinlə get, onlarla vuruş. Biz burada oturmuşuq, sən qalib gəldikdən sonra biz də oraya gələrik. Musa (ə) bu sözdən bərk narahat olub, Allahın dərgahına şikayət edir. Buna görə də Allah-taala onları qırx il səhrada (Sina səhrasında) sərgərdan saxlayır.
Yuxarıda qeyd etdiyimiz hadisədən sonra Bəni-İsraildən olan bəzi insanlar öz gördüyü işdən peşman olub tövbə edirlər. Allah-taala bir daha onları bağışlayıb Öz nemətlərini yenidən onlara nazil edir. Sözü- gedən ayədə bu nemətlərdən bəzisinə işarə edilmişdir. Ayədə ilk olaraq belə deyilir: "Üstünüzə buludla kölgə saldıq".
Qızmar günəşin altında səhərdən axşama qədər səhrada yol gedib əldən düşən yolçuya bulud kimi bir kölgəliyin nə qədər ləzzət etdiyini anlamaq elə də çətin deyil. Bu kölgəlik nə fəzanı daraldır, nə də gün işığının və mehin qarşısını kəsir. Buludun hər an yağış yağdırmaq ehtimalı olsa da, ayədən belə məlum olur ki, bu bulud Bəni-İsrail üçün adi xarakter daşımamış, Allahın bir neməti olmuşdur. Digər tərəfdən qırx il səhrada yol gedən yolçunun lazımi miqdarda yeməyə ehtiyacı var. Allah-taala bu çətinliyi də onlar üçün aradan qaldırmışdır. Ayənin davamında belə deyilir: "Sizə "mənn" (ağac şirəsi) və “səlva” (göyərçinə bənzər quş) göndərdik. (Və dedik:) "Ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!" (Amma siz naşükürlük etdiniz). Onlar bizə yox, özlərinə zülm edirdilər”.
"Mənn" və "səlva" sözlərinin mənası barədə bir qədər sonra ətraflı məlumat verəcəyik.
İncəliklər:
1\. Əsarətdən uzaq mühitdə yaşamaq.
Buludun qırx il Bəni-İsrailin üstünə necə kölgə salmasını, “mənn” və "səlva"nın nədən ibarət olduğunu nəzərə almadan bir məqama xüsusilə diqqət yetirmək lazımdır ki, uzun illər boyu qibtilərin saray və tarlalarında köləlik etmiş, zillət içərisində, boyunduruq vəziyyətində yaşamış bir millət birdən-birə öz köhnə adətlərindən əl çəkib dini meyarlara əsaslanan müstəqil hökumət qura bilməz. Keçmiş adət-ənənələrə son qoymaq üçün istər-istəməz bir müddət keçməlidir ki, gələcək həyata öyrəşə bilsinlər. Bu müddət qırx il, daha az və ya daha çox ola bilər. Quran bu dövrü bir cəza kimi təqdim etsə də, əslində, bu, islahedici bir cəza olmuşdur. Çünki Allahın heç bir cəzası intiqam xarakteri daşımır.
Bəni-İsrail uzun müddət sərgərdan qaldığı üçün Tih adlanan səhrada zülmkarların zülmündən uzaq qalmalı, tövhid xüsusiyyətlərinə uyğun yeni bir nəsil yetişməli idi ki, müqəddəs torpaqlarda hakimiyyət başına gəlsin.
2\. "Mənn" və "səlva" nədir?
Təfsirçilər bu iki sözün mənası barədə müxtəlif mülahizələr söyləmişlər. Onların hamısını burada qeyd etməyə lüzum görmürük. Daha yaxşı olar ki, əvvəlcə bu iki sözün leksik mənasına diqqət yetirək. Ondan sonra isə ən inandırıcı görünən mülahizələri nəzərinizə çatdıracağıq.
Bəzi leksikoqrafların yazdığına görə, (mənn) ağacların üzərində Şəbnəm dənələri kimi xırda, şirin dadı olan şirəyə deyilir.' Başqa sözlə desək, "mənn" ağacdan axan şirin şirədir. Bəziləri onun turşməzə olduğunu bildirmişlər.
(sǝlva) isə, əslində, "rahatlıq, aramlıq” mənasını bildirsə də, bir çox leksikoqraflar, eləcə də təfsirçilər onun bir quş növü olduğunu bildirmişlər.
Həzrət Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdə deyilir: "Göbələk "mənn"in bir növüdür". Bu hədisdən belə nəticəyə gəlirik ki, deməli, "mənn" Bəni-İsrailin qaldığı səhrada bitən yeyilməli göbələk olubmuş.
Bəzi təfsirçilərin fikrincə, "mənn" dedikdə Allah-taalanın Bəni- İsrailə bəxş etdiyi maddi nemətlər, "sǝlva” dedikdə isə onlara rahatlıq bəxş edən mənəvi nemətlər nəzərdə tutulur.
Tövratda deyilir: "Mənn" keşniş tumuna bənzər bir şey idi. Gecələr həmin əraziyə tökülürmüş. Səhər açıldıqda Bəni-İsrail onu yığıb döydükdən sonra ondan çörək bişirərmiş. Bu çörək yağlı çörəyin dadını verərmiş".
Başqa bir ehtimala görə, Allah-taalanın mərhəməti ilə Bəni- İsrailin sərgərdan qaldığı həmin səhraya yağan faydalı yağışların nəticəsində oradakı ağaclardan xüsusi bir şirə axarmış. Bəni-İsrail həmin şirəni toplayıb yeyərmiş.
Bəzi təfsirçilər belə ehtimal vermişlər ki, “mənn” təbii bal növü olmuşdur. Bəni-İsrail səhrada hərəkət etdikdə həmin balın toplanıldığı xəzinəyə rast gəlirmiş. Tih səhrasının ətrafı daşlıq sahələr və dağlarla əhatə olunduğundan orada belə təbii bal nümunələri çox olmuşdur. Bu ehtimal Tövratla və İncilə yazılmış təfsirlə də uyğun gəlir. Orada deyilir: "Müqəddəs torpaqlarda həddən artıq çoxlu gül-çiçək olmuşdur. Buna görə də daşların, gül-çiçəyin arasında, hətta evlərdə də həmişə arı dəstələri olurmuş. Ən yoxsul ailə də təbii baldan istifadə edirmiş".!
"Səlva" sözünə gəldikdə, bəzi təfsirçilər onun "bal" mənasını verdiyini bildirsələr də, digər təfsirçilərin hamısı onun bir növ quş olduğunu bildirmişlər. Bəni-İsrail ətrafdan həmin səhraya gələn bu quşların ətindən istifadə edirmiş. Bəzi xaçpərəst təfsirçilərin yuxarıdakı fikirlə uyğun gələn təfsirində - Tövratla İncilə yazdıqları təfsirdə belə deyilir: "Səlva quşları dəstə ilə Afrikadan şimala doğru hərəkət edir. Təkcə bir fəsildə Kapri adasında onlardan on altı min ton ovlanılmışdır... Bu quşlar Qırmızı dəniz vasitəsilə Əqəbə körfəzi və Süveyş kanalını keçib Sina yarımadasına gəlirmiş. Qət etdikləri uzun məsafə onları o qədər yorurmuş ki, onları çox asanlıqla əllə tutmaq olurmuş. Bu quş uçarkən yerdən çox alçaq hündürlükdə uçur. Bu barədə Tövratın "Çıxış" və "Hazırlıq" fəsillərində danışılmışdır”.
Yuxarıda deyilənlərdən belə nəticə əldə edilir ki, "sǝlva" göyərçinə bənzər kiçik quş (təxminən bildirçin) olmuşdur. Allah-taalanın Bəni-İsrailə olan mərhəməti nəticəsində bu quşlar kütləvi şəkildə Sina yarımadasına axışmış, yəhudilər yemək üçün onlardan istifadə etmişlər.
3\. Ayədə nə üçün "göndərdik" feili işlədilmişdir?
Nəzərə almaq lazımdır ki, sözügedən ayənin ərəbcə mətnində işlədilmiş “ənzəlna” feili heçdə həmişə "göydən endirmək” mənasında işlədilmir. Məsələn, “Zumǝr" surəsinin 6-cı ayəsində deyilir: (Sizin üçün səkkiz cüt heyvan xəlq etdi.) Malum məsələdir ki, heyvan göydən nazil edilmir. Deməli, bu kimi yerlərdə (ənzələ) feili ya məqam nöqteyi-nəzərindən nazil edilmək mənasında işlədilmişdir, yəni bu nemətlər daha yüksək məqamdan aşağı məqama verilmişdir, ya da “ziyafət vermək” mənasında nəzərdə tutulmuşdur. "Ənzəlna" feilinin məhz belə bir mənası da vardır. Necə ki “Vaqiǝ” surəsinin 93-cü ayəsində deyilir: (Cəhənnəmin qaynar suyu ilə qarşılanacaq.) Həmçinin "Ali-İmran" surəsinin 198-ci ayəsində deyilir;
(Onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar.)
Bəni-İsrail Tih səhrasında Allah-taalanın qonağı olduğu üçün onlara "mənn" və "səlva" nemətlərinin verilməsi "ənzələ" feili ilə ifadə edilmişdir.
Belə bir ehtimal da mümkündür ki, "ənzələ" feili burada öz mənasında - "göydən yerə enmək" mənasında işlədilmişdir. Çünki adıçəkilən nemətlər, xüsusilə də quşlar yuxarıdan aşağıya enirmiş.
4\. “غَمَام” sözünün mənası.
Bəzi təfsirçilər həm (ğəmam), həm də (sǝhab) sözünün mənasının "bulud" olduğunu, aralarında heç bir fərqin olmadığını qeyd etmişlər. Lakin başqa bir qrup təfsirçi isə belə hesab edir ki, (ğəmam) ağ, daha soyuq və daha nazik buluda deyilir. (səhab) isə bunun tam əksidir.
(ğǝmam) sözü (ğəmmə) kökündən götürülüb, leksik mənası “nəyinsə üstünü örtmək”dir. Bulud da göyün üzünü örtdüyü üçün ona "ğəmam" deyilir. Qəm-qüssə də, sanki insanın qəlbini örtür deyə, bu cür "ğəm" adlanır.
Bəni-İsrailin başı üzərinə kölgə salmış buludun məhz "ğəmam" sözü ilə ifadə edilməsi, bəlkə də, onunla bağlı olmuşdur ki, onlar buludun kölgəsindən istifadə etmələrinə rəğmən, bulud ağ olduğu üçün gün işığından da kifayət qədər faydalana bilmişlər.
5\. Yanlış bir fikrə düzəliş.
Bu mövzunun sonunda onu da qeyd etməyi lazım bilirik ki, az öncə vurğuladığımız kimi, bəzi təfsirçilər "mənn" və "səlva" sözlərini əsas mənasından fərqli bir mənaya izah etmişlər. Belə ki onların fikrincə, "mənn" Allah-taalanın Bəni-İsrailə bəxş etdiyi maddi nemətlər, "sǝlva" isə onlara rahatlıq bəxş edən mənəvi nemətlər olmuşdur. Allah- taala Bǝni-İsraili Fironun zülmündən azad etdikdən sonra bu nemətləri onlara əta etmişdir.
Bu izah, demək olar ki, bütün təfsirçilərin fikrinin, hətta Tövratla İncilə yazılmış təfsirlərin də əksinə olmaqla yanaşı, sözügedən ayənin zahiri ilə də heç cür uyğun gəlmir. Çünki həmin ayədə "mənn” və "səlva" sözlərinin ardınca dərhal belə deyilir: "(Və dedik:) "Ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin". Bu cümlədən başa düşülür ki, "mənn" və "səlva" yeyilməli nemətlər olmuşdur. Həmçinin bu cümlə təkcə bu ayədə deyil, "Əraf” surəsinin 160-cı ayəsində də eynilə bu cür verilmişdir.
Bəqərə surəsi, 58-59-cu ayələr
وَإِذْ قُلْنَا ادْخُلُوا هَذِهِ الْقَرْيَةَ فَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًا وَادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُولُوا حِطَّةٌ نَغْفِرْ لَكُمْ خَطَايَاكُمْ وَسَنَزِيدُ الْمُحْسِنِينَ .٥٨
فَبَدَّلَ الَّذِينَ ظَلَمُوا قَوْلًا غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَنْزَلْنَا عَلَى الَّذِينَ ظَلَمُوا رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ .٥٩
Ayələrin tərcüməsi
58\. (Yadınıza salın ki,) o zaman dedik: "Bu şəhərə (Beytül- müqəddəsə) girin, onun firavan nemətlərindən istədiyiniz yerdə yeyin, (Beytül-müqəddəs məbədinin) qapısından (Allaha) səcdə edərək daxil olun və “(Ya Rəbb!) günahlarımızı tök!" - deyin ki, xətalarınızı bağışlayaq. Biz yaxşı əməl edənlərin savabını artıracağıq.
59\. Amma zülm edənlər onlara deyilən bu sözü başqası ilə dəyişdirdilər. (Onun yerinə kinayəli söz işlətdilər.) Buna görə də zülm edənlərə bu itaətsizliyə görə göydən əzab göndərdik.
Ayələrin təfsiri.
Bəni-İsrailin inadkarlığı.
Bu ayələrdə Bəni-İsrailin həyatından digər məqamlara müqəddəs torpaqlara girişləri ilə bağlı bəzi məsələlərə toxunulur. İlk olaraq belə deyilir: "(Yadınıza salın ki,) o zaman dedik: "Bu şəhərə (Beytül-müqəddəsə) girin”.
Ərəb dilində “qəryəh” sözü əsasən "kənd" mənasını bildirsə də, Quran terminologiyasında isə şəhər və ya kənd olmasından asılı olmayaraq, "insanların toplaşdığı yer" mənasında işlədilmişdir. Burada birmənalı olaraq Beytül-müqəddəs nəzərdə tutulmuşdur.
Ayənin davamında Allah-taala belə buyurmuşdur: “Onun firavan nemətlərindən istədiyiniz yerdə yeyin, (Beytül-müqəddəs məbədinin) qapısından (Allaha) səcdə edərək daxil olun və “(Ya Rəbb!) günah- larımızı tök!” – deyin ki, xətalarınızı bağışlayaq”.
(hittǝtun) sözünün leksik mənası “tökülmək, aşağı gətirmək”dir. Burada isə "İlahi, günahlarımızı bağışla!" mənasını verir. Allah-taala onlara göstəriş verir ki, günahlarının bağışlanması üçün bu sözü səmimi-qəlbdən desinlər. Məhz belə edəcəkləri təqdirdə Allah onları bağışlayacağını vəd edir. Bəlkə də, elə buna görə Beytül-müqəddəsin qapılarından biri "Hittǝ" qapısı adlandırılmışdır. Əbu Həyyan Əndəlusi qeyd etmişdir ki, ayədəki "qapı" sözündə Beytül-müqəddəsin qapılarından olan Hittə qapısı nəzərdə tutulmuşdur.
Ayənin sonunda isə deyilir: "Və Biz yaxşı əməl edənlərin savabını artıracağıq”.
Allah-taala Bǝni-İsrailə günahlarının bağışlanması üçün "hittə" sözünü səmimi-qəlbdən demələrini, belə edəcəkləri təqdirdə onları bağışlayacağını, hətta yaxşı əməl sahiblərinin savabını artıracağını vəd versə də, onların bəzisi inadkarlıq edərək sadəcə bu sözü deməkdən boyun qaçırdı. Onun əvəzinə kinayə ilə başqa söz dedi. Növbəti ayədə bu məsələyə toxunaraq belə buyurur: "Amma zülm edənlər onlara deyilən bu sözü başqası ilə dəyişdirdilər. (Onun yerinə kinayəli söz işlətdilər.) Buna görə də zülm edənlərə bu itaətsizliyə görə göydən əzab göndərdik”.
Rağib İsfahaninin “Mufrǝdatul-Quran” əsərində yazdığına görə, ayənin ərəbcə mətnindəki (ricz) sözü “narahatlıq, azğınlıq, intizamsızlıq" mənalarını bildirir. Bu söz xüsusilə dəvənin yorğunluq zəiflik nəticəsində addımlarını bir-birinə çox yaxın atmasına deyilir.
Böyük təfsirçi mərhum Təbərsi "Məcməül-bəyan” təfsirində yazır: "Hicaz ləhcəsində “rics” sözü “əzab” mənasını verir”. O, daha sonra Həzrət Peyğəmbərdən (s) taun xəstəliyi barədə belə bir hədis nəql edir:
(O, əvvəlki qövmlərin bəzisinin məruz qaldığı bir əzab növü olmuşdur.)
Haqqında danışdığımız bəzi hədislərdə də “rics” sözü "Bəni-İsraildə sürətlə yayılaraq bir dəstəni həlak etmiş taun kimi izah edilmişdir.
Sual yarana bilər ki, axı taun xəstəliyi göydən nazil olmuş bir əzab deyil. Halbuki ayədə “... göydən əzab göndərdik" ifadəsi işlədilmişdir. Belə bir ehtimal verilə bilər ki, Bəni-İsraildə yaranmış taun xəstəliyinin Əsas səbəbi çirkli toz-torpaq olmuşdur və Allah-taala bu xəstəliyi külək vasitəsilə onların arasında yaymışdır. Çox qəribədir ki, taun xəstəliyinə yoluxmanın əlamətlərindən biri də bu xəstəliyə yoluxmuş şəxsin danışıq və yerişində narahatlıq və intizamsızlığın müşahidə edilməsidir. Bu isə "rics" sözünün etimologiyası ilə tamamilə uyğun gəlir.
Ayədə diqqətçəkən məqamlardan biri də odur ki, burada "onlara" ifadəsinin əvəzinə “zülm edənlərə" ifadəsi işlədilmişdir. Bununla da Allah-taala bildirmək istəmişdir ki, bu əzab bütün Bəni-İsrailə deyil, yalnız zülm edənlərə şamil olmuşdur. Bir qədər obrazlı şəkildə desək, qurunun oduna yaş yanmamışdır. Ayənin sonundakı "bu itaətsizliyə görə" ifadəsi bir daha bu mənaya təkid edir.
Haqqında danışdığımız ayədəki ifadələrin Bəni-İsraildən olan zülmkarların bu itaətsizlikdə israrlı olmasına dəlalət etməsindən belə nəticə əldə edilir ki, cəmiyyətdə günah və itaətsizlik adət halını aldıqda Allah tərəfindən əzabın göndərilmə ehtimalı həddən artıq çoxalır.
Bəqərə surəsi, 60-ci ayə
وَإِذِ اسْتَسْقَى مُوسَى لِقَوْمِهِ فَقُلْنَا اضْرِبْ بِعَصَاكَ الْحَجَرَ فَانْفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَشْرَبَهُمْ كُلُوا وَاشْرَبُوا مِنْ رِزْقِ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ .٦٠
Ayənin tərcüməsi
60\. (Yadınıza salın ki,) Musa öz qövmü üçün su istədikdə Biz ona: "Əsanı həmin daşa vur!" - deyə əmr etdik. Qəfildən ondan on iki çeşmə fışqırdı. Belə ki (İsrail övladlarının on iki tayfasından) hər biri öz çeşməsini tanıdı. (Və dedik: ) "Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə fəsad törətməyin!"
Ayənin təfsiri.
Səhrada qaynayan bulaq.
Allah-taala bu ayədə Bəni-İsrailə bəxş etdiyi daha bir neməti onlara xatırladaraq buyurur: "(Yadınıza salın ki,) Musa öz qövmü üçün su istədikdə Biz ona: "Əsanı həmin daşa vur!" - deyə əmr etdik. Qəfildən ondan on iki çeşmə fışqırdı. Belə ki (İsrail övladlarının on iki tayfasından hər biri öz çeşməsini tanıdı”.
Bu daşın necə bir daş olması, Musanın (ə) əsanı ona necə vurması, daşdan suyun necə axması haqqında müxtəlif açıqlamalar verilmişdir. Quran isə sadəcə olaraq bildirir ki, Musa (ə) əsasını daşa vurmaqla ondan on iki çeşmə fışqırdı. Bəzi təfsirçilər qeyd etmişlər ki, bu daş Tih səhrasına baxan dağlıq ərazidə bir qaya parçası olmuşdur. "Əraf" surəsinin 160-cı ayəsindəki (inbəcəsǝt) feilindən başa düşülür ki, əvvəlcə su zəif axmağa başlayır, sonra isə on iki tayfanın hamısı, hətta heyvanları da ondan içib doyur. Dağlıq ərazidə yerləşən bir qaya parçasından suyun axması elə də təəccüblü deyil. Lakin bütün bunlar bir möcüzə olmuşdur.
Bəzi təfsirçilərin fikrincə, bu daş xüsusi bir daş parçası olmuşdur. Bəni-İsrail hara gedirdisə, onu da özü ilə aparırdı. Suya ehtiyac duy- duqda daşı yerə qoyurdular. Musa (ə) əsasını həmin daşa vurmaqla ondan on iki çeşmə fışqırırdı. Quran ayələrində bu mülahizənin doğruluğuna dəlalət edəcək heç bir sübut olmasa da, bəzi hədislərdə bu məsələyə işarə edilmişdir. Tövratın "Çıxış" bölməsinin on yeddinci fəslində deyilir: "Allah Musaya dedi: "Bəni-İsrailin bir neçə ağsaqqalını götür, onlarla birlikdə qövmün qarşısına çıx. Dəryaya - Nil çayına vurduğun əsanı götür və yola çıx. Mən Hurib dağının kənarında sənin qarşında dayanacağam. Əsanı orada bir qayaya vur, qövmün içib doysun deyə, qayadan su axacaq". Musa bunu Bəni-İsrailin ağsaqqallarının qarşısında etdi".
Allah-taala bir tərəfdən Bəni-İsrailə "mǝnn" və "səlva" nazil edir, digər tərəfdən də onların ixtiyarına kifayət qədər su qoyaraq buyurur: "Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə fəsad törətməyin!”
Əslində, bu cümlə ilə Allah-taala onlara demək istəyir ki, ən azından bu böyük nemətlərin qarşılığında şükür nişanəsi olaraq inadkarlıqdan, peyğəmbərləri incitməkdən əl çəksinlər.
İncəliklər:
1\. (təsəv) sözü ilə (mufsidin) sözünün fərqi.
“la təsəv" feili (əsa) kökündən olub, "güclü fəsad" mənasını bildirir. Bu söz adətən əxlaqi və mənəvi fəsad barəsində işlədilir. Onunla təxminən eyni mənanı ifadə edən (əys) kökü isə adətən empirik fəsad mənasında işlədilir. Bu baxımdan “təsəv” sözü ilə “mufsifinə" sözü təxminən eyni mənanı bildirir, sadəcə olaraq "təsəv" sözü bu mənanı bir qədər daha şiddətli şəkildə çatdırır. Belə bir ehtimal da mümkündür ki “وَلَاتَعْثَوْافِي الْأَرْض ِمُفْسِدِينَ” cümləsi ümumilikdə bu həqiqətə işarə edir.
"Fəsad əvvəlcə kiçik bir işdən başlayıb sonra daha geniş vüsət alır".
Ayədəki “مُفسدين” sözü fəsadın başlanğıcına “لاَتَعْثَوا” feili isə onun daha da artmasına işarə edir.
2\. Bəni-İsrailin həyatındakı qeyri-adi iş.
Möcüzə anlayışından xəbərdar olmayan insanlar adi daş parçasından çeşmənin fışqırmasını qeyri-mümkün hesab etmişlər. Halbuki peyğəmbərlərin möcüzələrinin böyük bir qismini təşkil edən bu kimi işlər heç də determinizm qanununda mümkünsüz sayılmır. Sadəcə olaraq bizim öyrəşdiyimiz determinizmə zidd görünür.
Məlum məsələdir ki, yeri, göyü, bütün kainatı yaratmış Allah üçün bizim öyrəşdiyimiz determinizmi dəyişmək mümkünsüz deyil. Əgər O, yaradılışın ilk günündən determinizmi başqa formada yaratsaydı, biz indi ona başqa cür adət edəcəkdik və bu gün bizə adi görünən işlər qeyri-adi görünəcəkdi. Bir sözlə, dünyanı yaratmış varlıq determinizmə məhkum deyil, onun da hakimidir. Adicə gündəlik həyatımızda da bir çox qeyri-adi işlərin şahidi oluruq. Möcüzə məsələsi də istər keçmişdə, istərsə də indi əqli və elmi problem sayılmamalıdır.
3\. “انفَجَرَتْ” feili ilə “البجست” feilinin fərqi.
Haqqında danışdığımız ayədə daşdan çeşmənin fışqırması (infəcǝrǝt) feili ilə ilə ifadə edilmişdir. "Əraf" surəsinin eyni əhvalatı özündə əks etdirən 160-cı ayəsində isə bu feilin əvəzinə "inbəcəsət" feilindən istifadə edilmişdir. Bu iki feil arasındakı məna fərqi ondan ibarətdir ki, (infǝcǝrǝt) suyun gur, (inbǝcəsət) isə nisbətən zəif axmasına deyilir. “Əraf” surəsinin 160-cı ayəsi, ola bilər ki, suyun axmağa başladığı ilk vaxtlara işarə edir. Çünki daşdan su əvvəlcə zəif şəkildə axmağa başlamışdır ki, Bəni-İsrail bunu görüb qorxmasın. Sözügedən ayə isə suyun axmasının son vaxtına daha gur şəkildə axdığı vaxta işarə edə bilər.
Bəqərə surəsi, 61-ci ayə
وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَنْ نَصْبِرَ عَلَى طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنْبِتُ الْأَرْضُ مِنْ بَقْلِهَا وَقِثَّائِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا قَالَ أَتَسْتَبْدِلُونَ الَّذِي هُوَ أَدْنَى بِالَّذِي هُوَ خَيْرٌ اهْبِطُوا مِصْرًا فَإِنَّ لَكُمْ مَا سَأَلْتُمْ وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَاءُوا بِغَضَبٍ مِنَ اللَّهِ ذَلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ ذَلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ .٦١
Ayənin tərcüməsi
61\. Onda siz dediniz: "Ya Musa! Biz bir növ təama heç vaxt dözməyəcəyik! Rəbbindən istə ki, bizim üçün torpağın bitirdiyi şeylərdən göyərtisindən, xiyarından, sarımsağından, mərcisindən və soğanından yetirsin! (Musa da cavabında) dedi: "Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (İndi ki belədir, çalışın, bu səhradan) şəhərlərdən birinə enin, çünki orada sizin üçün istədiyiniz hər şey var". Onlara zəlillik, miskinlik (damğası) vuruldu və Allahın qəzəbinə düçar oldular. Çünki onlar Allahın ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu, (həm də) onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına görə idi.
Ayənin təfsiri.
Cürbəcür yeməklər istəmək.
Bu ayədə Allah-taala Bəni-İsrailə bəxş etdiyi nemətlər qarşılığında onların necə nankorluq etməsini bəyan edir. Onlar, bəlkə də, tarixdə misli görünməmiş inadkar bir millət olmuşdur. Allahın bu qədər naz- nemətinə qərq olmuş insanlar axı necə bu həddə nankorluq edirlər!
Onların eyni yeməyi yeyə bilməməsi, Musadan (ə) Allahdan onlar üçün müxtəlif yeməklər göndərməsini tələb etməsi və sair məsələlərə, nəhayət, bir sıra əməllərinə görə Allahın onlara zəlillik damğası vurduğu ayədə belə ifadə edilmişdir: "Onda siz dediniz: "Ya Musa! Biz bir növ təama heç vaxt dözməyəcəyik! Rəbbindən istə ki, bizim üçün torpağın bitirdiyi şeylərdən - göyərtisindən, xiyarından, sarımsağından, mərcisindən və soğanından yetirsin! (Musa da cavabında) dedi: "Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (İndi ki belədir, çalışın, bu səhradan) şəhərlərdən birinə enin, çünki orada sizin üçün istədiyiniz hər şey var". Onlara zəlillik, miskinlik (damğası) vuruldu və Allahın qəzəbinə düçar oldular. Çünki onlar Allahın ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu, (həm də) onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına görə idi”.
İncəliklər:
Ayənin mənasını başa düşmək üçün aşağıdakı məsələləri izah etməyi lazım bilirik:
1\. Ayədə (misrǝn) deyildikdə hara nəzərdə tutulmuşdur?
Bəzi təfsirçilərin fikrincə, bu ayədə (misrǝn) deyildikdə “şəhər" nəzərdə tutulmuşdur. Allah-taala bununla demək istəmişdir ki, indi siz sınaq müddətindəsiniz, burada islah olunursunuz. Səhra həyatı yaşayırsınız, bura cürbəcür yeməklər meydanı deyil. Müxtəlif yeməklər istəyirsinizsə, şəhərə gedin. Lakin orada islah oluna bilməyəcəksiniz. (Deməli, burada Misir ölkəsi nəzərdə tutulmayıb.)
Bu mülahizəni yürütmüş təfsirçilər öz iddialarını onunla əsaslandırmışlar ki, Bəni-İsrail heç vaxt Misirə qayıtmağı arzulamamış, heç vaxt da oraya geri dönməmişdir.
Başqa bir qrup təfsirçi də bu fikirlə razılaşmış, lakin əlavə edərək demişlər: “Burada o nəzərdə tutulmuşdur ki, sizin bu səhrada qalıb eyni yeməyi yeməyiniz sizin zəlilliyinizi göstərir. Güclənin, düşmənə qarşı mübarizə apararaq Şam ərazisini və müqəddəs torpaqları onların əlindən alın. Orada sizin istədiyiniz bütün yeməklər olacaq".
Bu barədə olan üçüncü təfsirə görə isə bu ayədə Misir ölkəsi nəzərdə tutulmuşdur. Allah-taala Bəni-İsrailə demək istəmişdir ki, siz bu səhrada eyni yeməyi yeyib cürbəcür yeməklərdən məhrum olsanız da, əvəzində imanınız var, həm də azadsınız. Əgər bunu istəmirsinizsə, onda yenidən Misirə qayıdıb köləliyinizə davam edin. Belə olduqda qibtilərin qabağından qalan müxtəlif yeməklərdən yeyərsiniz. Siz təkcə yeyib-içməyi fikirləşirsiniz, ancaq heç düşünmürsünüz ki, o vaxt kölə idiniz, indi isə azadsınız. Bu kiçik çatışmazlığın əvəzində siz böyük azadlıq neməti əldə etmisiniz.
Bu sətirlərin müəllifi olaraq belə hesab edirik ki, birinci təfsir daha məqsədəuyğun görünür.
2\. Çoxçeşidlilik istəyi insanın təbiətindədirmi?
Heç şübhə yoxdur ki, çoxçeşidlilik insan təbiətinin bir hissəsidir. Müəyyən müddət eyni yeməyi yedikdən sonra insanın ondan bezməsi təbii haldır. Belə olduğu halda, bəs onda nə üçün Bəni-İsrail sözügedən ayədə tənqid edilmişdir?
Bir məsələni qeyd etməklə bu sualın cavabı aydın olacaq. İnsanın həyatında bir sıra həqiqətlər vardır ki, onlar yaşayışın əsasını təşkil edir. Onları müxtəlif yeyib-içməyə, istirahətə, cürbəcür əyləncəyə qurban vermək olmaz. Bəzi vaxtlar elə hallar yaranır ki, sadaladığımız amillər insanı əsas məqsədindən - iman, paklıq, təqva və azadlıqdan uzaqlaş- dırır. Məhz həmin anda qeyd etdiyimiz amillərdən uzaq olmaq lazımdır.
Çoxçeşidlilik, əslində, dünənin və bu günün imperialistlərinin böyük bir tələsidir. Onlar insanları müxtəlif növ yeyib-içmək, pal-paltar, minik və yaşayış vasitələri ilə bu tələyə elə salırlar ki, insanlar artıq Öözlərini də unudaraq onların əsirinə çevrilirlər.
3\. "Mənn" və "səlva" bütün yeməklərdən üstünmü idi?
Təbii ki, Bəni-İsrailin Musadan (ə) istədiyi müxtəlif tərəvəzlər olduqca faydalıdır. Lakin məsələyə yalnız bir tərəfdən baxmaq olmaz. İş burasındadır ki, insanın cürbəcür yeməklərə görə özünü əsarət altına salması nə dərəcədə düzgündür? Xüsusilə də nəzərə almaq lazımdır ki, "mənn" kifayət qədər kalorisi olan şirə, yaxud təbii dağ balı olmuşdur. Bu isə öz növbəsində ən gözəl qida vasitələrindən biridir. Təzə ətin ("səlva" göyərçinə bənzər quş olmuşdur) tərkibindəki protein bəzi cəhətlərə görə tərəvəzdəki proteindən daha faydalıdır. Çünki ətin tərkibindəki proteini həzm etmək tərəvəzdəki proteini həzm etməkdən daha rahatdır. Göyərtinin həzmi üçün həzm orqanı daha çox çalışmalıdır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, ayənin ərəbcə mətnindəki “فوم” sözünü bəzi təfsirçilər “buğda”, bəziləri isə “sarımsaq” mənasına izah etmişlər. Bunların hər ikisinin özünəməxsus faydaları vardır. Bəzi təfsirçilər Bəni-İsrailin tərkibində buğda olmayan yemək istəməsini inandırıcı hesab etməyib, "فوم" sözünün mənasının məhz "buğda" olduğunu bildirmişlər.
4\. Nə üçün Bəni-İsrailə zəlillik damğası vuruldu?
Haqqında danışdığımız ayədən belə məlum olur ki, iki cəhətə görə Bəni-İsrailə zəlillik damğası vurulmuşdur:
1-Allahın əmrlərindən çıxıb, tövhiddən şirkə doğru getdiklərinə görə.
2-Peyğəmbərləri öldürdüklərinə görə.
Allahın qanunlarına olan etinasızlıq, hətta bəzi yəhudilərdə bu gün də davam edən bu daşürəklilik və bütün humanizm qanunlarına olan etinasızlıq onlara zillət damğası vurulmasına səbəb olmuşdur.
Yəhudilərin aqibəti və acınacaqlı həyatı barədə, inşallah, “Ali- İmran" surəsinin 112-ci ayəsini təfsir edərkən ətraflı məlumat verəcəyik.
Bəqərə surəsi, 62-ci ayə
إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَى وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ .٦٢
Ayənin tərcüməsi
62\. (İslam Peyğəmbərinə) iman gətirənlərdən, musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən (Yəhya peyğəmbərin ardıcıllarından) Allaha, axirət gününə inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. Onların nə bir qorxusu var, nə də onlar bir qəm-qüssə görərlər. (İlahi dinlərin ardıcıllarının hər biri öz dövründə vəzifələrinə və dini əmrlərə uyğun əməl etmişsə, mükafatını alacaq və nicat tapacaqdır.)
Ayənin təfsiri.
Qurtuluşun ümumi qanunu.
Bəni-İsraillə bağlı ayələrin arasında Quran bir gerçəkliyə işarə edərək bildirir ki, əsas dəyəri olan şey zahiri görüntü deyil, həqiqətdir. Allah dərgahında yalnız həqiqi iman və yaxşı əməl qəbul olunacaq. Ayədə belə deyilir: "(İslam Peyğəmbərinə) iman gətirənlərdən, musəvi (yəhudi), isǝvi (xristian) və sabiilərdən (Yəhya peyğəmbərin ardıcıllarından) Allaha, axirət gününə inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. Onların nə bir qorxusu var, nə də onlar bir qəm- qüssə görərlər". Bu ayə təxminən eyni məzmunda "Maidə” surəsinin 69, bir qədər fərqli şəkildə isə "Həcc" surəsinin 17-ci ayəsində də təkrar edilmişdir. "Maidə” surəsindəki ayədən əvvəlki və sonrakı ayələri oxuduqda məlum olur ki, yəhudi və xaçpərəstlər öz dinlərinin bütün dinlərdən üstün olması ilə fəxr edir və Cənnəti yalnız özlərinə məxsus bilirdilər. Ola bilər ki, müsəlmanlar arasında da kimlərsə bu cür fəxr edirlərmiş. Sözügedən ayədə Allah-taala bildirir ki, istər müsəlman olsun, istərsə də digər dinlərin ardıcıllarından, saleh əməl olmadan təkcə zahirdə iman gətirməyin elə bir dəyəri yoxdur. Allah dərgahında dəyəri olan iman yaxşı və saleh əməllərlə birlikdə olmalıdır. Yalnız bu, insanı arxayın edə bilər.
Mühüm bir sual və onun cavabı.
Bəzi tədqiqatçılar bu ayəni qeyri-müsəlmanların öz dinlərinə əməl etməli olduğuna əsas gətirərək bildirmişlər ki, bu ayəyə əsasən yəhudi, xaçpərəst və digər dinlərin ardıcıllarının İslam dinini qəbul etməsi vacib deyil. Allaha və axirətə imanları olub yaxşı iş görmələri kifayətdir.
Bu suala cavab olaraq qeyd etməliyik ki, bildiyimiz kimi, Quran ayələrindən biri digərini izah edir. "Ali-İmran" surəsinin 85-ci ayəsində Allah-taala belə buyurmuşdur:
"Kim özünə İslamdan başqa bir din seçsə, ondan qəbul olunmaz". Üstəlik, Quranın bir çox ayələrində yəhudi, xaçpərəst və digər dinlərin ardıcılları bu yeni dini - İslamı qəbul etməyə dəvət edilmişdir. Əgər bəzi tədqiqatçıların fikrini qəbul etsək, onda Quran ayələri bir- birinə zidd olar. Buna görə də ayənin həqiqi mənasının ardınca getməliyik.
Ayənin izahında müxtəlif mülahizələr söylənilsə də, iki təfsir digərlərindən daha uyğun görünür:
1) Əgər yəhudi, xaçpərəst və digər dinlərin ardıcılları öz kitablarında yazılanlara əməl etsələr, onda İslam Peyğəmbərinə (s) də iman gətirərlər. Çünki "Bəqərə” surəsinin 146-cı ayəsinin şərhində qeyd edəcəyimiz kimi, o Həzrətin (s) gəlişi və nişanələri onların öz səmavi kitablarında da verilmişdir. Məsələn, "Maidə” surəsinin 68-ci ayəsində deyilir:
"De: "Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana (Qurana) əməl etmədikcə sizin heç bir düzgün əməliniz olmaz".
2) Bu ayə İslamın ilk çağlarında bir çoxlarının fikirləşdiyi suala yönəlmiş bir cavabdır. Onda İslamı təzəcə qəbul etmiş müsəlmanlar fikirləşirdilər ki, əgər qurtuluş yolu ancaq İslam dinidirsə, bəs onların ölüb getmiş ata-babalarının aqibəti necə olacaq? Onlar İslam Peyğəmbərinin (s) dövrünü görmədikləri üçün cəzalandırılacaqlarmı? Sözügedən ayə nazil olaraq bildirir ki, öz dövrünün haqq peyğəmbərinə və səmavi kitabına iman gətirib yaxşı işlər görən şəxs qurtuluşa çatıb heç bir narahatlıq görməz. Bu baxımdan İslam Peyğəmbərinin (ə) gəlişindən qabaq yaşamış əməlisaleh yəhudi və xaçpərəstlər qurtuluş əhli olmuşlar. Bu məna ayənin nazilolma səbəbi ilə də tam uyğun gəlir. Bu barədə bir qədər sonra məlumat verəcəyik.
İncəliklər:
1\. Salman Farsinin maraqlı macərası.
Mərhum Təbərinin "Camiül-bəyan" təfsirinin birinci cildində haqqında danışdığımız ayənin nazilolma səbəbi barədə qeyd edilənləri diqqətinizə çatdırmağı məqsədəuyğun hesab edirik.
Salman Farsi Cindişabur sakini olmuşdur. Öz dövrünün hökmdarının oğlu ilə yaxın dost olmuşdur. Bir gün dostu ilə birlikdə ova gedir. Çöldə gözləri kitab oxuyan bir rahibə sataşır. Ondan oxuduğu kitab haqqında soruşduqda rahib deyir: "Bu kitab Allah tərəfindən nazil olmuşdur. Burada Allaha itaət, günahdan - zinadan, başqasının malını haqsız yerə mənimsəməkdən uzaq durmaq əmr edilmişdir. Bu, Allahın İsaya (ə) nazil etdiyi İncildir".
Rahibin sözləri onlara təsir edir. Bir qədər araşdırmadan sonra onun dinini qəbul edirlər. Rahib onlara tapşırır ki, bu yerlərin əhalisinin kəsdiyi qoyun ətləri haramdır, ondan yeməsinlər.
Salman ilə dostu gündüzlər rahibin yanına gedib ondan dini məlumatlar öyrənirdilər. Bayram günlərindən birində hökmdar sarayda ziyafət təşkil edir, şəhərin sayılıb-seçilən adamlarını qonaq çağırır. Oğluna da bu ziyafətdə iştirak etməyi tapşırır. Lakin oğlu qəbul etmir. Atası ondan nəyə görə iştirak etməyəcəyini soruşduqda oğlu bildirir ki, onların hazırladığı yeməklər haramdır. Hökmdar soruşur ki, bunu sənə kim deyib? Oğlu cavab verir ki, filan rahib deyib. Hökmdar rahibi saraya çağırtdırıb deyir: "Bizim inanclarımıza görə, edam çox pis işdir. Buna görə də səni öldürmürük, lakin şəhərdən çıx get".
Salman və dostu rahibin yanına gedib Mosul monastırında görüşəcəklərinə qərar verirlər. Rahib yola düşdükdən bir neçə gün sonraya qədər səfər tədarükü görən dostunun gəlişini gözləyən Salman daha dözə bilmir. Yola düşüb Mosul monastırında rahiblə görüşür.
Salman monastırda həddən artıq çox ibadət edirdi. Rahib ona bu qədər ibadət etməməyi tapşırdıqda Salman deyir: "Məgər çox ibadət etməyin savabı daha artıq deyil?" Rahib cavab verir: "Bəli, çox ibadət etməyin savabı daha artıqdır".
Bir müddət keçdikdən sonra rahib Beytül-müqəddəsə getmək məqsədilə Mosuldan çıxır. Salmanı da özü ilə aparır. Ona tapşırır ki, gündüzlər Məscidül-haramda təşkil olunan xaçpərəst alimlərin dərs- lərində iştirak edib dini məlumatlar öyrənsin.
Günlərin birində rahib Salmanın narahat olduğunu görüb bunun səbəbini soruşduqda o deyir: "Bütün yaxşılıqlar keçmiş nəsillərə qismət olub. Çünki onlar peyğəmbərlərini görmüşlər". Rahib bunu eşitdikdə Salmana müjdə verərək deyir: "Bu yaxınlarda ərəblərin arasında bütün peyğəmbərlərdən üstün bir peyğəmbər çıxacaq. Mən artıq qocalmışam, inanmıram ki, onu görəm. Sən isə hələ cavansan, ümid edirəm ki, onu görərsən. Ancaq onu da bil ki, həmin peyğəmbərin bir neçə nişanəsi var. O cümlədən onun çiynində bir əlamət (peyğəmbərlik möhürü) var. Həmçinin o, sədəqə almaz, lakin hədiyyəni qəbul edər”.
Mosula qayıdarkən yolda xoşagəlməz bir hadisə nəticəsində Salman rahibi itirir. Bəni-Kəlb qəbiləsindən iki ǝrǝb kişi gəlib Salmanı əsir götürərək dəvəyə mindirib Mədinəyə aparırlar. Mədinədə onu Cüheynə qəbiləsindən olan bir qadına qul kimi satırlar. Salmanla həmin qadının digər nökəri növbə ilə qadının qoyunlarını otarırdılar. Orda qaldığı müddət ərzində özünə müəyyən qədər pul toplayıb Peyğəmbərin (s) gəlişini gözləyir. Günlərin birində Salman qoyunları otararkən digər nökər yoldaşı gəlib xəbər verir ki, bu gün Mədinəyə peyğəmbərlik iddiası edən bir nəfər gəlib. Salman yoldaşına deyir ki, sən burada qal, mən gedib bir azdan qayıdacağam. Şəhərə gedib Peyğəmbərin (s) məclisində iştirak edir. O tərəf-bu tərəfə vurnuxur ki, bəlkə, Peyğəmbərin (s) çiynindəki möhürü görə bilsin. Peyğəmbər (s) onun məqsədini başa düşüb köynəyini yuxarı qaldırır. Salman ilk nişanəni görür. Sonra bazara gedib bir qoyun, bir qədər də çörək alaraq yenidən Peyğəmbərin (s) yanına qayıdır. Peyğəmbər (s) ondan soruşur: "Bu, nədir?" Salman deyir ki, sədəqədir. Peyğəmbər (s) buyurur: "Mənim bunlara ehtiyacım yoxdur. Yoxsul müsəlmanlara ver, istifadə etsinlər". Salman yenidən bazara gedib bir qədər ət, bir az da çörək alaraq yenidən Peyğəmbərin (s) hüzuruna qayıdır. Peyğəmbər (s) yenə də soruşur: "Bunlar nədir?" Salman cavab verir: "Hədiyyədir". Peyğəmbər (s) Salmana göstəriş verir ki, əyləşsin. O Həzrət (s) özü və orada olanların hamısı hədiyyədən yeyir. Bununla da məsələ Salmana aydın olur. Çünki o, artıq hər üç nişanəni görmüşdü.
Salman Mosul monastırındakı rahib və digər dostlarından söz açır. Onların namaz qılmasından, oruc tutmasından, ümumiyyətlə, imanından danışır. Orda olanlardan biri deyir ki, onlar cəhənnəmlikdirlər. Bu söz Salmana çox pis təsir edir. Çünki o əmin idi ki, əgər dostları Peyğəmbəri (s) görsəydilər, mütləq, ona iman gətirərdilər. Məhz həmin vaxt "(İslam Peyğəmbərinə) iman gətirənlərdən, musəvi (yəhudi), isǝvi (xristian) və sabiilərdən (Yəhya peyğəmbərin ardıcıllarından) Allaha, axirət gününə inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. Onların nə bir qorxusu var, nə də onlar bir qəm-qüssə görərlər" ayəsi nazil olur".!
2\. Sabiilər kimdir?
Rağib İsfahani "Mufrǝdatul-Quran” əsərində yazır: "Sabiilǝr Nuh (ǝ) peyğəmbərin ardıcılları idi. Onların möminlər, yəhudilər və xaçpərəstlərlə birlikdə qeyd edilməsi onu göstərir ki, sabiilər də səmavi dinlərdən birinə, Allaha və Qiyamət gününə inanmış şəxslər olmuşlar".
Bəzi təfsirçilərin sabiiləri ulduzpərəst və müşrik, bəzilərinin isə atəşpərəst hesab etməsi fikrinə gəlincə, bunlar tamamilə yanlışdır. Çünki "Hǝcc" surəsinin 17-ci ayəsində sabiilər müşrik və atəşpərəstlərlə bir sırada qeyd edilmişdir:
"Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında Qiyamət günü (haqq ilə batili ayırd edərək) hökm verəcəkdir".
Buradan belə nəticə əldə edilir ki, deməli, sabiilər müşrik və atəşpərəst olmamışlar. Onların kimliyinə gəlincə isə bu barədə təfsirçilər və etnoqraflar müxtəlif mülahizələr irəli sürmüşlər. Bu sözün kökü haqqında da müxtəlif fikirlər söylənilmişdir.
Şəhristani "Əl-Miləlu vən-nihəl” kitabında yazır: (sabiǝ) sözü "səbə" kökündən götürülmüşdür. Sabiilər haqq yolundan və peyğəmbərlərin dinindən çıxdıqları üçün onlar "sabiəh" adlandırılmışdır”.
Fǝyuminin "Əl-Misbahul-munir" əsərində "dindən çıxıb başqa dini qəbul etmiş şəxs"ə məhz "səbə" deyildiyi qeyd edilmişdir.
Dehxuda lüğətində bu sözün ibri mənşəli olduğu bildirilərək deyilir: "sabiin" kəlməsi "sabi" sözünün cəmi olub, əslində, ibri mənşəli sözdür. İbri dilindəki “ص-ب-ع" kökdən götürülmüşdür. Mənası "suyun dibinə getmək”dir. Ərəb dilinə keçdikdə "əyn" samiti "həmzə" samitinə çevrilmişdir. Qədim zamanlardan bəri sabiilərin Müğtəsələ adlanan yaşayış ərazisi Xuzistanda yerləşir. “Qüsl verilən yer” mənası “sabi” sözünün dolğun və düzgün tərcüməsidir".
Müasir tədqiqatçılar da bu sözün ibri mənşəli olduğunu bildirmişlər.
"Fransa ensiklopediyası”nın dördüncü cildinin 122-ci səhifəsində bu sözün ibri mənşəli olduğu, “suyun dibinə gedilən yer” mənasını verdiyi qeyd edilmişdir.
Alman tədqiqatçısı Jesinus demişdir: “sabiəh" sözü ibri mənşəli olsa da, onun "ulduz” mənası bildirdiyi ehtimal olunur".
"Kəşşafu istilahil-fünun” kitabının müəllifi yazır: "Sabiilər mələklərə pərəstiş edən, Zəbur oxuyan və üzü qibləyə dayanan bir dəstədir".
"Ət-Tənbihu vəl-işraf" kitabında deyilir: "Omsal və hikǝm" kitabının 1666-cı səhifəsində yazıldığına görə, Zərdüşt atəşpərəstlik dinini Kiştaspa təlqin etməzdən qabaq o diyarın əhalisi həniflər dinində və sabiilər olmuşlar. Bu dini Buzasib Təhmurasın dövründə meydana gətirmişdir".
Sabiilər haqqında fərqli mülahizələrin olması ondan irəli gəlmişdir ki, onların sayı həddən artıq az olmuş, öz dinlərini gizli saxlamağa çalışmış, dinlərinin hamıya deyil, yalnız onlara xas olduğuna və peyğəmbərlərinin yalnız onlara nicat vermək üçün göndərildiyinə inanmışlar. Ən əsası isə köklərinin kəsilmək üzrə olmasıdır.
Sabiilər yay-qış uzunmüddətli qüsllər alır, öz dinlərində olmayanlarla ailə qurmağı haram hesab edir, mümkün qədər qadınlardan uzaq durub tərki-dünyalığa meyil edirlər. Bir çoxları müsəlmanlarla qaynayıb-qarışdığına görə öz dinlərini dəyişmişdir.
3\. Sabiilərin inancları.
Sabiilər belə hesab edirlər ki, ilk səmavi kitab Adəmə (ə), sonra Nuha (ə), ondan sonra oğlu Sama, daha sonra Rama, ondan sonra İbrahimə (ə), ondan sonra Musaya (ə), ardınca isə Yəhya ibn Zəkəriyyaya (ə) nazil olmuşdur.
Sabiilər üçün böyük əhəmiyyət kəsb edən kitablar aşağıdakılardır:
1-Məxluqatın yaradılmasından bəhs edən "Kizarba" - Onu "Sidrǝ" və yaxud "Adəmin səhifələri" də adlandırırlar.
2-Həzrət Yəhyanın (ə) həyatı və təlimlərindən bəhs edən "Ədirǝfşadǝhi" və yaxud "Sədradǝhi" Sabiilərin inancına görə, bu kitabı Yəhya (ə) peyğəmbərə Həzrət Cəbrail (ə) nazil etmişdir.
3-Evlənmək mövzusundan bəhs edən "Qəlsita"
Sabiilərin yuxarıda adları çəkilənlərdən başqa kitabları da vardır. Lakin ixtisarı nəzərə alaraq onları burada qeyd etmirik.
Yuxarıda deyilənlərdən və tədqiqatçıların sabiilərin necə meydana gəlməsi barədə fikirlərindən belə nəticəyə gəlirik ki, onlar Həzrət Yəhya ibn Zəkəriyyanın (ə) ardıcılları olmuşlar. Hazırda Xuzistan əyalətində (Karun çayı kənarında Əhvaz, Xürrəmşəhr, Abadan, Şadqan ərazisində) bu dinə sitayiş edən təxminən beş min nəfər yaşayır. Onlar özlərini xaçpərəstlərin "qüsl verən Yəhya" və yaxud "qüsl verən İohan” adlandırdığı Yəhya ibn Zəkəriyyaya (ə) mənsub bilirlər.
"Büluğul-irb" kitabının müəllifi yazır: "Sabiilər böyük bir dini toplumdur. Sadəcə olaraq onları tanımamaq bu dəstənin barəsində müxtəlif mülahizələrin meydana gəlməsinə səbəb olmuşdur. "Bəqərə" surəsinin 62-ci ayəsindən də məlum olduğu kimi, sabiilər mömin və kafir olmaq üzrə iki dəstəyə bölünmüşlər. İbrahim (ə) peyğəmbər məhz onları tövhid dininə dəvət etmək məsuliyyətini daşımışdır. Onlar Hǝrranda yaşamışlar. Bir dəstəsi hənif (təkallahlı) sabiilər, digər dəstəsi isə müşrik sabiilər olmuşdur. Müşrikləri ulduzlara, Günəşə, Aya və s. digər səma cisimlərinə sitayiş etmişlər. Onların bir dəstəsi namaz qılıb oruc tutmuş, Kəbə evinə ehtiram edərək həcc ayinini yerinə yetirmiş, müsəlmanlarda olduğu kimi, qan içməyi, donuz əti yeməyi və məhrəmlərlə evlənməyi haram hesab etmişlər. Onlardan bəzisi Bağdadda yüksək vəzifə sahibi olmuşdur ki, Hilal ibn Möhsün Sabiini buna misal göstərə bilərik.
Sabiilərin inancı bütün dinlərdə olan yaxşı cəhətləri götürüb pis cəhətlərdən uzaq olmaq fəlsəfəsinə əsaslanmışdır. Sabii adlanmalarının səbəbi isə bir dinin bütün göstərişlərinə tabe olmamalarıdır. Bu baxımdan onlar bir cəhətə görə bütün dinlərə müvafiq, başqa bir cəhətə görə isə bütün dinlərə müxalif olmuşlar.
Hənif (tǝkallahlı) sabiilər müsəlmanlarla, müşrik sabiilər isə kafirlərlə qaynayıb-qarışmışlar. Hənif sabiilərlə müşrik sabiilərin arasında çoxlu müzakirələr aparılmışdır".
Bütün bu deyilənlərdən belə nəticəyə gəlirik ki, sabiilərin mənsub olduğu peyğəmbərin kimliyi barədə müxtəlif mülahizələr söylənilsə də, onlar, əslində, peyğəmbərlərdən birinin ardıcılları olmuşlar. O da məlum oldu ki, onların sayı həddən artıq az olub, nəsli kəsilməyə doğru gedir.
Bəqərə surəsi, 63-64-cü ayələr
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ .٦٣
ثُمَّ تَوَلَّيْتُمْ مِنْ بَعْدِ ذَلِكَ فَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنْتُمْ مِنَ الْخَاسِرِينَ .٦٤
Ayələrin tərcüməsi
63\. (Yadınıza salın ki,) bir zaman sizdən əhd-peyman aldıq və Tur dağını başınızın üzərinə qaldırdıq (və sizə dedik:) "(Allahın ayələrindən, fərmanlarından) sizə verdiyimizi möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, təqvalı olasınız”.
64\. Sonra bunun ardınca siz üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, şübhəsiz, ziyana uğrayanlardan olardınız.
Ayələrin təfsiri.
Allahın ayələrini möhkəm tutun!
Bu ayələrdə Tövratdakı göstərişlərə əməl edəcəkləri ilə bağlı Bəni- İsraildən əhd-peyman alınması, ardınca isə onların öz əhdlərini pozması məsələsinə toxunulmuşdur. Əvvəlcə belə deyilir: "(Yadınıza salın ki,) bir zaman sizdən əhd-peyman aldıq və Tur dağını başınızın üzərinə qaldırdıq (və sizə dedik:) "(Allahın ayələrindən, fərmanlarından) sizə verdiyimizi möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, təqvalı olasınız”.
Növbəti ayədə Bəni-İsrailin öz əhdini pozmasına toxunularaq deyilir: "Sonra bunun ardınca siz üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, şübhəsiz, ziyana uğrayanlardan olardınız”.
İncəliklər:
1\. Bəni-İsrailin əhd-peymanı.
Burada "ǝhd-peyman" dedikdə elə bu surənin 40-cı ayəsində deyilmiş, habelə 83-84-cü ayələrdə qeyd ediləcək əhd-peyman nəzərdə tutulur. Həmin əhd-peymana Allahdan qeyrisinə ibadət etməmək, ata-anaya, yaxın qohumlara, yetimlərə, yoxsullara yaxşılıq etmək, insanlarla xoş danışmaq, namaz qılmaq, zəkat vermək, başqalarını incitməmək və qan tökməmək kimi məsələlər daxil idi. Bu, Tövratda da öz əksini tapmışdır.
"Maidə” surəsinin 12-ci ayəsindən də belə məlum olur ki, Allah- taala Bəni-İsraildən bütün peyğəmbərlərə iman gətirib onları dəstəkləyəcəklərinə, Allah yolunda sədəqə verib mallarından sərf etmələrinə dair əhd-peyman almışdır. Həmin ayənin davamında Allah-taala öz əhdlərinə sadiq qalacaqları təqdirdə onları Cənnətə aparacağını vəd vermişdir.
2\. Tur dağı Bəni-İsrailin başı üzərində necə dayandı?
Böyük müfəssir mərhum Təbərsi Əbu Zeyddən belə nəql etmişdir: "Musa (ǝ) Tur dağından qayıtdıqdan sonra qövmünə belə dedi: "Allah tərəfindən Tövrat adlı səmavi bir kitab göndərilmişdir. Bu kitabda dini göstərişlər, halal-haram göstərilmiş, Allah-taala onu sizin həyat proqramınız təyin etmişdir. Ona əməl edin".
Yəhudilər onlara çətin və dözülməz göstərişlər verilməsi bəhanəsi ilə itaətdən boyun qaçırdılar. Buna görə də Allah-taala mələklərə əmr edir ki, Tur dağının böyük bir hissəsini qaldırıb onların başı üzərində saxlasınlar. Musa (ə) onlara deyir ki, əgər Allahın əmrlərinə əməl edəcəyinizə, əmrindən çıxmayacağınıza dair söz versəniz, bu bəla sizdən sovuşacaq. Əks təqdirdə hamınız həlak olacaqsınız.
Yəhudilər Musanın (ə) dediyi ilə razılaşıb Tövratı qəbul edərək Allah qarşısında səcdəyə düşdülər. Tur dağının hər an onların üstünə düşəcəyi təhlükəsi tövbə nəticəsində aradan qalxdı. Beləliklə, Allahın əzabı onlardan sovuşdu".
Bu əhvalat "Bəqərə” surəsinin 93 və 54-cü ayələrində, “Nisa” surəsinin 171-ci ayəsində, eləcə də "Əraf” surəsində azacıq fərqlə verilmişdir.
Tur dağının Bəni-İsrailin başı üzərində necə dayanması məsələsinə gəlincə isə, onu qeyd etməliyik ki, bu barədə bir neçə ehtimal verilmişdir. Bəzi təfsirçilərin fikrincə, Allahın əmri ilə dağ yerindən qoparaq, sanki bir kölgəlik kimi onların başı üzərində qalmışdır. Başqa bir qrup təfsirçinin fikrincə, baş vermiş güclü zəlzələ nəticəsində Tur dağı elə lərzəyə gəlmişdir ki, dağın aşağısında olanlar onun yuxarı hissəsinin kölgəsini öz başları üzərində görmüş və elə bilmişlər ki, dağ istənilən an onların başına düşə bilər. Lakin Allahın lütfü sayəsində zəlzələ dayanmış, dağ öz yerində qalmışdır.
Belə bir ehtimal da verilmişdir ki, güclü zəlzələ və ildırım nəticəsində Allahın əmri ilə dağın böyük bir hissəsi yerindən qoparaq onların başının üstündən keçmişdir. Dağ parçasını bir neçə anlıq başları üzərində görüb başlarına düşəcəyini düşünmüşlər.
3\. Məcburi ǝhd-peymanın nə faydası var?
Bəzi təfsirçilər bu sualın cavabında qeyd etmişlər ki, Tur dağını Bəni-İsrailin başı üzərində saxlamaq onlarla məcburi şəkildə əhd- peyman bağlamaq üçün deyil, onları hədələmək məqsədi güdmüşdür. Lakin bu sətirlərin müəllifi olaraq hesab edirik ki, inadkar insanları haqqa boyun əyməyə məcbur etmək üçün hədələməyin heç bir eybi yoxdur. Müvəqqəti olan bu təhdid onların təkəbbürünü sındırıb onları düzgün düşünməyə, Allahın qoyduğu yolu ixtiyari şəkildə getməyə vadar edir. Bir sözlə, bu təhdid əhd-peymanın praktiki yönünə aid olmuşdur. Onun etiqadi yönünə gəldikdə isə bunda məcburiyyətin heç bir faydası olmaz.
4\. Tur dağı.
Burada Tur dağının xüsusi bir isim, yoxsa "dağ” mənasını bildirən ümumi isim olması barədə iki fikir mövcuddur. Bəzi təfsirçilərin fikrincə, Tur Musanın (ə) vəhyi qəbul etdiyi dağın adıdır. Bəziləri isə bu sözün xüsusi bir dağ deyil, ümumiyyətlə, dağ mənasını bildirdiyini qeyd etmişlər. Necə ki “Əraf” surəsinin 171-ci ayəsində eyni məzmunu ifadə edən ayədə "Tur" sözünün əvəzinə (dağ) sözü verilmişdir:
((Xatırlayın) dağı onların başı üstünə kölgəlik kimi qaldırdığımız zaman...)
5\. (Allahın ayələrindən, fərmanlarından) sizə verdiyimizi möhkəm tutun!
"İmam Sadiq (ə) "(Allahın ayələrindən, fərmanlarından) sizə verdiyimizi möhkəm tutun!" cümləsinin təfsiri ilə əlaqədar olaraq verilmiş "Möhkəm deyildikdə fiziki cəhətdən nəzərdə tutulmuşdur, yoxsa mənəvi cəhətdən?" sualının cavabında belə buyurmuşdur: "Hər ikisi".
Bu, bütün səmavi dinlərin ardıcılları üçün, həm də bütün dövrlərə aid bir göstərişdir. Belə ki dini ayinlərin öyrənilməsi və qorunması üçün həm fiziki, həm də mənəvi cəhətdən səfərbər olmaq lazımdır.
Bəqərə surəsi, 65-66-cı ayələr
وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَوْا مِنْكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ .٦٥
فَجَعَلْنَاهَا نَكَالًا لِمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِلْمُتَّقِينَ .٦٦
Ayələrin tərcüməsi
65\. Şübhəsiz, sizin aranızdan şənbə günü əmrə tabe olmayıb günah edənlər haqqında məlumatınız var. Biz də onlara: "Qovulmuş meymunlar olun!" - dedik.
66\. Biz bu cəzanı onların müasirləri və sonrakı nəsillər üçün ibrət, təqvalılar üçün isə öyüd-nəsihət etdik.
Ayələrin təfsiri.
Şənbə gününün günahkarları.
Bu iki ayə də əvvəlki ayələrdə olduğu kimi, yəhudilərin günah və itaətdən boyun qaçırmaq ruhiyyəsində olduğunu, maddiyyata həddən artıq bağlandığını göstərir. İlk öncə belə deyilir: "Şübhəsiz, sizin aranızdan şənbə günü əmrə tabe olmayıb günah edənlər haqqında məlumatınız var. Biz də onlara: "Qovulmuş meymunlar olun!" - dedik". Ardınca isə belə buyurulur: "Biz bu cəzanı onların müasirləri və sonrakı nəsillər üçün ibrət, təqvalılar üçün isə öyüd-nəsihət etdik”.
Burada söylənilən əhvalatın xülasəsi ondan ibarətdir ki, Allah- taala yəhudilərə şənbə günü tətil edərək iş görməməyi tapşırmışdı. Onların bir qisminə dəniz kənarında yaşadığına görə şənbə günü balıq ovlamamaq göstərişi verilmişdi. Lakin şənbə günü balıqlar digər günlərlə müqayisədə suyun üzünə daha çox çıxırdı. Bunu görən yəhudilər hiyləyə əl atıb şənbə günü balıq ovlayırlar. Allah-taala da onları bu itaətsizliyə görə cəzalandırıb meymunlara döndərdi.
Onların metomorfoz cəzasına məruz qalmasının (insan şəklindən çıxıb meymuna çevrilməsi) fizioloji, yoxsa mənəvi xarakter daşıması, bu qövmün harada yaşaması və hansı hiyləyə əl atması kimi məsələlər haqqında, inşallah, kitabın altıncı cildində - "Əraf" surəsinin 163-166-cı ayələrində ətraflı məlumat verəcəyik.
Ayədəki "Qovulmuş meymunlar olun!" cümləsi bu prosesin dərhal baş verdiyinə işarədir. Yəni onlar bir andaca insan şəklindən çıxıb meymuna çevrilmişlər.
Burada diqqətçəkən məqamlardan biri həm İmam Muhəmməd Baqir (ə), həm də İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdir. Həmin hədisdə deyilir ki, ayədəki "ma bəynə yədəyhə" ifadəsində o dövrdə yaşamış insanlar, "mə xəlfəhə" ifadəsində isə biz müsəlmanlar nəzərdə tutulmuşuq. Yəni bu əhvalat təkcə Bəni-İsrail üçün deyil, bütün insanlar üçün bir ibrət dərsi olmuşdur.
Bəqərə surəsi, 67-74-cü ayələr
وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُوا بَقَرَةً قَالُوا أَتَتَّخِذُنَا هُزُوًا قَالَ أَعُوذُ بِاللَّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ .٦٧
قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَا فَارِضٌ وَلَا بِكْرٌ عَوَانٌ بَيْنَ ذَلِكَ فَافْعَلُوا مَا تُؤْمَرُونَ .٦٨
قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا لَوْنُهَا قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ صَفْرَاءُ فَاقِعٌ لَوْنُهَا تَسُرُّ النَّاظِرِينَ .٦٩
قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَ إِنَّ الْبَقَرَ تَشَابَهَ عَلَيْنَا وَإِنَّا إِنْ شَاءَ اللَّهُ لَمُهْتَدُونَ .٧٠
قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَا ذَلُولٌ تُثِيرُ الْأَرْضَ وَلَا تَسْقِي الْحَرْثَ مُسَلَّمَةٌ لَا شِيَةَ فِيهَا قَالُوا الْآنَ جِئْتَ بِالْحَقِّ فَذَبَحُوهَا وَمَا كَادُوا يَفْعَلُونَ .٧١
وَإِذْ قَتَلْتُمْ نَفْسًا فَادَّارَأْتُمْ فِيهَا وَاللَّهُ مُخْرِجٌ مَا كُنْتُمْ تَكْتُمُونَ .٧٢
فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا كَذَلِكَ يُحْيِي اللَّهُ الْمَوْتَى وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ .٧٣
ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الْأَنْهَارُ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءُ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللَّهِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ .٧٤
Ayələrin tərcüməsi
67\. (Yadınıza salın ki,) bir zaman Musa öz qövmünə dedi: "Allah sizə bir inək kəsmənizi əmr edir! (Onun bədəninin bir hissəsini qatili tapılmayan ölüyə vurun ki, dirilsin, qatilinin kim olduğunu bildirsin və bununla da hay-küy yatsın.)" (Onlar isə) dedilər: “Bizi ələ salırsan?" (Musa) dedi: "Cahillərdən olmaqdan Allaha sığınıram".
68\. Onlar dedilər: "(Elə isə) bizim üçün Rəbbindən istə ki, onun necə (inǝk) olmasını bizə bildirsin?" (Musa:) "Allah o inəyin nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olduğunu buyurur. Sizə əmr olunanı (yubanmadan) yerinə yetirin!" - dedi.
69\. Onlar dedilər: "Bizim üçün Rəbbindən istə, qoy onun rəngini də bizə bildirsin". O da cavabında: "(Allah) onun tam sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur" - dedi.
70\. (Onlar yenə) söylədilər: "Bizim üçün Rəbbindən istə ki, onun necə (inǝk) olmasını bizə bildirsin, çünki bu inək bizə qaranlıq qalıb. Əgər Allah istəsə, əlbəttə, düz yolda olacağıq".
71\. (Musa) dedi: "(Rəbbiniz) buyurur ki, o, nə yer şumlamağa ram edilmiş, nə də əkin suvarmış bir inəkdir. Eyibsiz-qüsursuzdur, hətta heç bir başqa rəngi yoxdur”. (Bu zaman) onlar: "İndi həqiqəti gətirib çıxartdın" dedilər və onu (belə bir inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi görməsinlər.
72\. (Yadınıza salın ki,) siz o zaman bir nəfəri öldürüb, sonra onun (qatili) barəsində mübahisə etdiniz. Allah gizlətdiyinizi aşkara çıxarır.
73\. (Belə olduqda) dedik: "(Kəsilmiş inəyin) bir parçasını ölüyə vurun (ki, dirilib qatilinin kim olduğunu bildirsin)". Allah ölüləri belə dirildər və sizə Öz nişanələrini göstərər ki, bəlkə, düşünəsiniz.
74\. Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da sərt oldu. Çünki bəzi daşların içərisindən çeşmələr axır, bəzisi yarılıb içindən su fışqırır və bəzisi də Allahın qorxusundan (dağdan yuvarlanıb) düşür. (Amma sizin qəlbləriniz nə Allah qorxusu ilə döyünür, nə də bilik və insani duyğuların mənşəyidir.) Allah sizin etdiklərinizdən qafil deyildir.
Ayələrin təfsiri.
Bəni-İsrailin inək macərası.
Bu ayələrdə qeyd edilmiş mövzu Bəni-İsrail haqqında indiyədək verilmiş məsələlərdən fərqli olaraq daha təfsilatlı şəkildə təqdim edilmişdir. Bunun səbəbi, bəlkə də, bu əhvalatın Quranda yalnız bircə dəfə gəlməsi ilə əlaqədardır. Üstəlik, bu əhvalatdakı bəzi məqamlar olduqca ibrətli məsələlərdir. O cümlədən Bəni-İsrailin bütün əhvalat boyu bəhanələr gətirməsi, habelə onların Həzrət Musanın (ə) sözünə nə dərəcədə inanması və ən önəmlisi isə bu əhvalatın öldükdən sonra dirilməyin mümkünlüyünə şahid olmasını göstərmək olar. Buna görə də həmin əhvalat barəsində daha ətraflı məlumat verilmişdir.
Quran və təfsirlərdən məlum olduğu üzrə əhvalat belə baş vermişdir: Bəni-İsraildə bir qətl hadisəsi baş verir. Lakin qətli kimin törətdiyi məlum olmur. Tayfalar arasında mübahisə yaranır. Hər bir tayfa qətli digər tayfanın törətdiyini iddia edir. Axırda belə qərara gəlirlər ki, mübahisənin həlli üçün Həzrət Musaya (ə) müraciət etsinlər. Lakin bir tərəfdən qatili adi yollarla tapmaq mümkün olmadığına görə, digər tərəfdən də bu işin Bəni-İsrailin arasında böyük bir fitnə yarada biləcəyi ehtimalına görə Musa (ə) Allah-taalanın lütf və mərhəməti sayəsində məsələyə möcüzə vasitəsi ilə aydınlıq gətirir.
Bu əhvalatla bağlı ilk ayədə belə deyilir: "(Yadınıza salın ki,) bir zaman Musa öz qövmünə dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir! (Onun bədəninin bir hissəsini qatili tapılmayan ölüyə vurun ki, dirilsin, qatilinin kim olduğunu bildirsin və bununla da hay-küy yatsın.)" (Onlar isə) dedilər: “Bizi ələ salırsan?" (Musa) dedi: "Cahillərdən olmaqdan Allaha sığınıram”.
Yəni ələ salmaq cahil adamların işidir. Allahın göndərdiyi peyğəmbər isə heç vaxt cahil olmaz.
Bəni-İsrail məsələnin tam ciddi olduğunu bildikdə deyir: "Onlar dedilər: "(Elə isə) bizim üçün Rəbbindən istə ki, onun necə (inǝk) olmasını bizə bildirsin”.
Bu əhvalatda Bəni-İsrailin bir neçə dəfə təkrar etdiyi “Rəbbindən istə” ifadəsində gizli bir rişxənd, istehza sezilir. Məgər onlar Musanın (ə) Rəbbini öz Rəbbləri hesab etmirdilər? Hər halda Musa (ə) onlara belə cavab verir: "Allah o inəyin nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olduğunu buyurur”.
Artıq bəhanə gətirməsinlər və Allahın əmrini yubatmasınlar deyə, Musa (ə) sözünün sonunda belə buyurur: "Sizə əmr olunanı (yubanmadan) yerinə yetirin!”
Lakin onlar bəhanə gətirməkdə davam edirlər: "Onlar dedilər: "Bizim üçün Rəbbindən istə, qoy onun rəngini də bizə bildirsin".
Musa (ə) onların cavabında buyurur: "O da cavabında: “(Allah) onun tam sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur" - dedi.
Deməli, bu inək olduqca xoş görünüşə malik, görənlərə xoş təsir bağışlayan olmalı idi. Lakin Bəni-İsrail bu nişanələrlə də kifayətlənməyərək bəhanə gətirməkdə davam edir: "(Onlar yenə) söylədilər: "Bizim üçün Rəbbindən istə ki, onun necə (inǝk) olmasını bizə bildirsin, çünki bu inək bizə qaranlıq qalıb. Əgər Allah istəsə, əlbəttə, düz yolda olacağıq”.
Musa (ə) bu dəfə onların cavabında belə buyurur: “(Musa) dedi: “(Rəbbiniz) buyurur ki, o, nə yer şumlamağa ram edilmiş, nə də əkin suvarmış bir inəkdir. Eyibsiz-qüsursuzdur, hətta heç bir başqa rəngi yoxdur”.
Yalnız bundan sonra daha heç bir sual yeri qalmadığını görüb deyirlər: “İndi həqiqəti gətirib çıxartdın" - dedilər".
Bundan sonra inəyi kəsmək istəməsələr də, lakin nəyin bahasına olursa-olsun, tapıb kəsmək məcburiyyətində qalırlar: "Və onu (belə bir inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi görməsinlər".
Quran bu əhvalatı xırdalıqlarına qədər nəql etdikdən sonra növbəti iki ayədə onu bir daha xülasə şəkildə təqdim edərək buyurur: “(Yadınıza salın ki,) siz o zaman bir nəfəri öldürüb, sonra onun (qatili) barəsində mübahisə etdiniz. Allah gizlətdiyinizi aşkara çıxarır. (Belə olduqda) dedik: "(Kəsilmiş inəyin) bir parçasını ölüyə vurun (ki, dirilib qatilinin kim olduğunu bildirsin)". Allah ölüləri belə dirildər və sizə Öz nişanələrini göstərər ki, bəlkə, düşünəsiniz”.
Məlum əhvalatla bağlı son ayədə yəhudilərin qəlbinin sərtləşməsinə toxunularaq deyilir: “Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da sərt oldu. Çünki bəzi daşların içərisindən çeşmələr axır, bəzisi yarılıb içindən su fışqırır və bəzisi də Allahın qorxusundan (dağdan yuvarlanıb) düşür".
Yəhudilərin qəlbi daşdan da sərt idi. Nə Allah qorxusu ilə döyünür, nə də bilik və insani duyğuların mənşəyi idi.
Ayənin son cümləsində isə belə deyilir: "Allah sizin etdiklərinizdən qafil deyildir”.
Bu cümlə Bəni-İsrail və onların yolunu davam etdirən istənilən şəxs üçün üstüörtülü bir təhdiddir.
İncəliklər:
1\. Çoxlu yersiz suallar.
Məlum məsələdir ki, sual çətinlikləri və nadanlığı aradan qaldırmaq üçün verilir. Lakin bu əhvalatda gördüyümüz kimi, həddindən artıq və yaxud yersiz sual verməyin isə xeyrindən çox ziyanı olur. Bəni-İsrailə bir inək kəsmək əmr edilmişdi. Əgər inəyin müəyyən bir nişanəsi olsaydı, hikmət sahibi olan Allah onu dərhal qeyd edərdi. Ayənin ərəbcə mətnində (inək) sözünün qeyri-müəyyənlikdə verilməsi də onun istənilən inək ola bilməsini göstərir. Lakin yəhudilər yersiz suallar verməy başlayırlar. Bəlkə də, bunu ona görə edirdilər ki, qatil tapılmasın. "Onu (belə bir inəyi tapıb) kəsdilər, amma az qalmışdı ki, bu işi görməsinlər” cümləsi də məhz buna işarə edir.
Bu əhvalata toxunan 72-ci ayədən belə məlum olur ki, yəhudilərin bir dəstəsi qatili tanıyırmış. Bəlkə də, bu, əvvəlcədən planlaşdırılmış bir qətl hadisəsi olubmuş. Sadəcə olaraq qatilin kimliyini gizlətməyə çalışmışlar. Çünki 72-ci ayənin sonunda "Allah gizlətdiyinizi aşkara çıxarır" deyilmişdir.
Ümumiyyətlə, inadkar və eqoist insanlar adətən çoxdanışan olub, yersiz suallar verir, hər işdə bir bəhanə axtarmağa çalışırlar. Müəyyən nişanələrdən məlum olur ki, yəhudilər nə Allahı doğru-dürüst tanımış, nə də Musa (ə) peyğəmbəri layiqincəsinə qəbul etmişdilər. Elə bu səbəbdən də inəklə bağlı bütün suallarına cavab verildikdən sonra Musaya (ə) belə demişlər: "İndi həqiqəti gətirib çıxartdın". Sanki Musanın (ə) o vaxta qədər dedikləri haqq olmamışdır. Bütün bunlara rəğmən, onlar nə qədər sual verdilərsə, Allah-taala da onların vəziyyətini bir o qədər çətinləşdirdi. Çünki bu cür insanlar o cür cəzaya layiqdirlər. Buna görə də bəzi hədislərdə deyilmişdir ki, Allah sükut etdiyi (əlavə açıqlama vermədiyi) yerdə sual verməyin. Yəqin ki, Allahın susmasının bir hikməti olmuşdur. İmam Rzadan (ə) nəql edilmiş bir hədisdə deyilir: "Bəni-İsrail əvvəldə istənilən bir dişi inəyi kəssəydi, kifayət edərdi. Lakin onlar məsələni mürəkkəbləşdirdiyi üçün Allah da onların vəziyyətini mürəkkəbləşdirdi".
2\. Bu qədər nişanə nəyə lazım idi?
Qeyd etdiyimiz kimi, Bəni-İsrailə kəsilməsi əmr edilmiş inəyin heç bir qeyd-şərti olmamışdı. Lakin onlar məsələni mürəkkəbləşdirdiyi üçün öz vəziyyətləri də çətinləşdi. İnək üçün sonradan qeyd edilmiş nişanələr insanların həyatında ictimai bir məsələyə də işarə etmiş ola bilər. Sanki Quran demək istəmişdir ki, ölünü diriltməli olan inək kimlərinsə əlinin altında işləməmiş olmalı, rəngi də ala-bəzək olmamalıdır. Heyvanda belə şərtlər olursa, deməli, cəmiyyətə rəhbərlik edərək ölmüş qəlbləri diriltmək istəyən şəxslər bundan qat-qat artığına sahib olmalıdırlar. Onlar varlıların sərvətinin, zorunun, gücünün təsiri altına düşməməli, qəlbində Allahdan qeyrisinə yer verməməli, yalnız haqqa tabe olmalı, Allahın buyurduqlarından başqa heç nəyə boyun əyməməlidirlər. Məhz onlar heç bir qorxu hissi keçirmədən çətinlikləri aradan qaldırmaqla cəmiyyətin rifahını təmin edə bilərlər. Lakin dünya malına meyilli olan insanların qəlbi bu nöqsana aludə olduğu üçün onlar cəmiyyətdə heç bir müsbət hərəkata başçılıq edə bilməzlər. Öz qəlbində nöqsanı olan insan başqalarının ölmüş qəlbini necə dirildə bilər?!
3\. Qətlin səbəbi nə olmuşdur?
Tarixi mənbələrdə və təfsir kitablarında Bəni-İsraildə baş vermiş məlum qətl hadisəsinin mal-dövlət, ya da evlənmək üstündə olduğu qeyd edilmişdir. Bəzi təfsirçilər yazırlar ki, Bəni-İsraildə olduqca zəngin bir kişi yaşayırmış. Onun qardaşı oğlundan başqa heç bir varisi yox imiş. O, uzun ömür sürür. Qardaşı oğlu əmisinin var-dövlətinə sahib çıxmaqdan ötrü onun ölümünü nə qədər gözləsə də, qoca ölmür. Buna görə də qardaşı oğlu gizlincə onu qətlə yetirib meyitini bir küçəyə atır. Sonra da ah-nalə edərək Həzrət Musanın (ə) yanına gedib şikayətlənir ki, əmimi öldürüblər.
Digər bir qrup təfsirçinin fikrincə isə, qatil əmisi qızı ilə evlənmək istəmişdir. Əmisi bu evliliyə razı olmayıb qızını Bəni-İsraildən olan təqvalı bir gənc oğlana ǝrǝ vermişdir. Buna görə də qardaşı oğlu əmisini qətlə yetirmiş, sonra da Musa (ə) peyğəmbərə müraciət edərək əmisinin qətlə yetirildiyini bildirir və qatilini tapmaqda yardımçı olmasını istəyir.
Qətlin hansı məqsədlə törədilməsindən asılı olmayaraq bu ayə bir çox qətllərin adətən mal-dövlət və şəhvani istəklər üstündə baş verməsinə işarə ola bilər.
4\. Bu əhvalatdakı ibrətli məqamlar.
Bu qəribə əhvalat Allah-taalanın hər şeyə qadir olduğunu göstərməklə yanaşı, məadın mümkünlüyünə də bir sübutdur. 73-cü ayədəki “Allah ölüləri belə dirildər” cümləsi də məhz məada, "Sizə Öz nişanələrini göstərər" cümləsi isə Allahın qüdrətinə işarə edir.
Bu əhvalat eyni zamanda onu çatdırır ki, Allah-taalanın kiməsə qəzəb etməsi səbəbsiz olmur. Bəni-İsrail bu əhvalatla bağlı ayələrdə qeyd olunmuş ifadələrdə Musa (ə) peyğəmbərə qarşı həddən artıq böyük hörmətsizliyə yol vermişdir. Əvvəlcə o Həzrətə (ə): “Sən bizi ələ salırsan?" deməklə Allahın böyük peyğəmbərini onları ələ salmaqda ittiham etmişlər. Bir neçə dəfə "Rəbbindən istə" demişlər. Məgər Musanın (ə) Rəbbi onların Rəbbindən fərqli idi? Halbuki Musa (ə) onlara açıq şəkildə: “Allah sizə əmr edir” – deyə buyurmuşdur. Bir dəfə də belə demişlər ki, bu sualın da cavabını versən, biz doğru yola yönələrik. Bunun mənası o deməkdir ki, sən öz nöqsanlı açıqlamalarınla bizi yolumuzdan azdırırsan. Axırda isə deyirlər ki, indi həqiqəti gətirib çıxartdın. Bu ifadələrin hamısı yəhudilərin nadanlıq, eqoistlik və inadkarlığını göstərir.
Bu əhvalat bizə həm də onu öyrədir ki, başqalarına qarşı rəftarı- mızda çox sərt olmayaq. Yoxsa Allah da bizə qarşı sərt olar. Kəsilmək üçün məhz inəyin seçilməsi, bəlkə də, Allah-taalanın Bəni-İsrailin buzova pərəstiş fikirlərinin qalıqlarını da onların ağlından çıxartmaq istəməsi ilə bağlı olmuşdur.
Ataya qarşı nəvaziş.
Təfsirçilər bu əhvalatla bağlı belə qeyd etmişlər: “O ərazidə ayələrdə deyilmiş nişanələrə uyğun yalnız bircə inək var idi. Onun sahibi çox yaxşı bir gənc idi. Öz atasına son dərəcə nəvaziş göstərirmiş. Günlərin birində o, özü üçün böyük gəlir əldə edə biləcək bir ticarət imkanı qazanır. Lakin evdəki sandığın açarı atasında idi. Atası isə yatmışdı. Oğlu atasını narahat etməmək üçün bu gəlirdən imtina edir".
Bəzi təfsirçilərin yazdığına görə, oğlanın atası yuxudan oyandıqdan sonra ayələrdə sözügedən inəyi oğluna bağışlayır. Həmin inək axırda oğlana böyük xeyir verir.
Bəzi təfsirçilər yazmışlar ki, satıcı satmaq istədiyi mali pulunu nağd ödəmək şərti ilə yetmiş minə satmağa razılaşır. Lakin alıcı pulu nağd vermək üçün, mütləq, atasını oyadıb ondan sandığın açarlarını götürməli idi. Onu yuxudan oyatmamaqdan ötrü satıcıya yetmiş minin əvəzinə səksən min ödəməyə razı olur, ancaq bu şərtlə ki, pulu bir qədər sonra atası oyandıqdan sonra versin. Axırda sövdələşmə baş tutmur. Bunun əvəzində Allah-taala həmin gənc üçün daha gəlirli bir ticarət nəsib edir.
Həzrət Peyğəmbər (s) bu barədə belə buyurmuşdur:
"Görün, yaxşılıq yaxşı iş sahibinə nələr edir!"
Bəqərə surəsi, 75-77-ci ayələr
أَفَتَطْمَعُونَ أَنْ يُؤْمِنُوا لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِنْهُمْ يَسْمَعُونَ كَلَامَ اللَّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ .٧٥
وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَا بَعْضُهُمْ إِلَى بَعْضٍ قَالُوا أَتُحَدِّثُونَهُمْ بِمَا فَتَحَ اللَّهُ عَلَيْكُمْ لِيُحَاجُّوكُمْ بِهِ عِنْدَ رَبِّكُمْ أَفَلَا تَعْقِلُونَ .٧٦
أَوَلَا يَعْلَمُونَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ .٧٧
Ayələrin tərcüməsi
75\. İndi onların sizə (dininizə) inanacaqlarınımı umursunuz? Halbuki onların içərisində elələri vardır ki, Allahın kəlamını dinləyib anladıqdan sonra onu bilə-bilə təhrif edirlər.
76\. İman gətirənlərlə görüşdükləri zaman: "İman gətirdik” – deyirlər. Bir-biriləri ilə xəlvətə çəkildikdə isə (bəziləri digərlərinə etiraz olaraq): "Allahın (İslam Peyğəmbərinin nişanələri haqqında) sizə bildirdiyi şeyi onlara (müsəlmanlara) danışırsınız ki, (Qiyamət günü) Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? (Bunu) dərk etmirsinizmi?" - söyləyirlər.
77\. Onlar bilmirlərmi ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?!
Ayələrin nazilolma səbəbi.
Bəzi təfsirçilər son iki ayənin naziolma səbəbi haqqında İmam Muhəmməd Baqirdən (ə) belə bir hədis nəql etmişlər: “Haqqa düşmən kəsilməyən bəzi yəhudilər müsəlmanlarla qarşılaşdıqda onlara Tövratda İslam Peyğəmbərinin (s) nişanələri barədə məlumatların olduğunu söyləyirdilər. Yəhudi başçıları bu məsələdən xəbər tutduqda onları bu işdən çəkindirərək deyirlər: "Tövratda Muhəmmədin (s) nişanələri barədə yazılanları onlara deməyin. Yoxsa onlar sizin dediklərinizdən Allahın qarşısında sizin öz əleyhinizə bir sübut olaraq istifadə edərlər". Bu ayələr nazil olaraq onların cavabını verir".
Ayələrin təfsiri.
Yanlış düşüncə.
Bu ayələrdə Quran Bəni-İsrailin macərasını bir kənara qoyub sözü müsəlmanların üzərinə gətirərək ibrətli bir nəticəyə gəlmişdir. İlk olaraq belə deyilir: "İndi onların sizə (dininizə) inanacaqlarınımı umursunuz? Halbuki onların içərisində elələri vardır ki, Allahın kəlamını dinləyib anladıqdan sonra onu bilə-bilə təhrif edirlər”.
Allah-taala bu ayə ilə müsəlmanlara başa salmaq istəyir ki, yəhudilərin Qurani-Kərimin və Peyğəmbərin (s) buyurduqlarını qəbul etmədiyinə görə qətiyyən narahat olmayın. Çünki onlar Bəni-İsrailin seçilmiş insanları kimi Musa (ə) ilə Tur dağına gedən, Allahın sözlərini eşidən, Onun göstərişlərindən xəbərdar olan, lakin geri qayıtdıqdan sonra onu təhrif edən adamların övladlarıdırlar.
"Halbuki onların içərisində elələri vardır ki, Allahın kəlamını dinləyib anladıqdan sonra onu bilə-bilə təhrif edirlər" cümləsindən məlum olur ki, yəhudilərin hamısı Allahın ayələrini təhrif etməyib, sadəcə təhrif edənlər, bəlkə də, çoxluq təşkil ediblər.
"Əsbabul-nüzul" kitabında deyilir: "Yəhudilərdən bir dəstəsi Tur dağından qayıtdıqdan sonra camaata deyir: "Biz Allahın Musaya: "Mənim göstərişlərimə bacardığınız qədər əməl edin, bacarmadıqlarınızı isə tərk edin!" - deyə buyurduğunu eşitdik". Bu, ilk təhrif idi".
Həzrət Muhəmməd (s) peyğəmbər seçildikdən sonra belə gözlənilirdi ki, o Həzrətin (s) dəvətini hamıdan qabaq yəhudilər qəbul edəcəklər. Çünki müşriklərdən fərqli olaraq onlar kitab əhli olmuş, İslam Peyğəmbərinin (s) nişanələrini öz kitablarında oxumuşdular. Quran isə müsəlmanlara bildirir ki, yəhudilərin bu cür xoşagəlməz keçmişinə görə siz nahaq yerə onların barəsində bu cür düşünürsünüz. Çünki bəzi hallarda bir cəmiyyətin azğın ruhiyyəsi onları haqqa yaxın olmalarına rəğmən, haqdan uzaqlaşdırır.
Növbəti ayədə Allah-taala bu hiyləgər dəstə ilə bağlı daha bir acı həqiqətin üstünü açaraq buyurur: "İman gətirənlərlə görüşdükləri zaman: "İman gətirdik” - deyirlər. Bir-biriləri ilə xəlvətə çəkildikdə isə (bəziləri digərlərinə etiraz olaraq): “Allahın (İslam Peyğəmbərinin nişanələri haqqında) sizə bildirdiyi şeyi onlara (müsəlmanlara) danı- şırsınız ki, (Qiyamət günü) Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? (Bunu) dərk etmirsinizmi?” – söyləyirlər”.
Belə ehtimal olunur ki, bu ayənin əvvəli münafiq yəhudilərin barəsindədir. Onlar müsəlmanların yanında İslamı qəbul etdiklərini bildirdikləri halda, müsəlmanların yanında olmadıqda onu inkar edir, hətta saf yəhudiləri danlayırdılar ki, nə üçün öz müqəddəs kitablarında olan məlumatları müsəlmanlara çatdırırlar?
Bu ayə əvvəlki ayədə müsəlmanların yəhudilərin nahaq yerə İslamı qəbul edəcəklərini düşünməsi fikrini bir daha təsdiqləyir.
Ayədəki "Allahın sizə bildirdiyi şeyi" ifadəsi "Allahın yəhudilərin ixtiyarına buraxdığı fərman" da ola bilər, həmçinin bu ifadədən Allah- taalanın yeni gələcək peyğəmbərin şəriəti barədə verdiyi məlumatlar da anlaşıla bilər. Diqqət yetiriləsi məqam odur ki, bu münafiq yəhudi dəstəsi Allahın da barəsində yanlış fikirdə olmuş, Onu adi insan kimi təsəvvür edirdilər. Elə bilirdilər ki, müsəlmanlardan gizlətdiklərini Allahdan da gizlədə bilərlər. Buna görə də sonuncu ayədə Allah-taala belə buyurmuşdur: "Onlar bilmirlərmi ki, Allah onların gizli saxladıqlarını və aşkara çəxartdıqlarını bilir!?”
Bəqərə surəsi, 78-79-cu ayələr
وَمِنْهُمْ أُمِّيُّونَ لَا يَعْلَمُونَ الْكِتَابَ إِلَّا أَمَانِيَّ وَإِنْ هُمْ إِلَّا يَظُنُّونَ .٧٨
فَوَيْلٌ لِلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَذَا مِنْ عِنْدِ اللَّهِ لِيَشْتَرُوا بِهِ ثَمَنًا قَلِيلًا فَوَيْلٌ لَهُمْ مِمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمَّا يَكْسِبُونَ .٧٩
Ayələrin tərcüməsi
78\. Onların bəziləri Allahın kitabını boş arzulardan (xam xəyallardan) başqa bir şey sanmayan avamlardır (bisavadlardır). Onlar yalnız zənnə qapılırlar.
79\. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: "Bu, Allah tərəfindəndir!" - deyirlər ki, onu az qiymətə satsınlar. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!
Ayələrin nazilolma səbəbi.
İslamdan qabaqkı dövrün bəzi yəhudi alimləri Tövratda İslam Peyğəmbərinin (s) barəsində deyilmiş nişanələri dəyişdirirlər. Onlar bunu öz mövqelərini, habelə hər il avam yəhudilərdən əldə etdikləri maddi marağı qorumaq xatirinə edirdilər. Həzrət Muhəmməd (s) peyğəmbər seçildikdən sonra onlar onun nişanələrinin Tövratda deyilən nişanələrlə uyğun gəldiyini görüb bunu camaata bildirməkdən çəkinirlər. Qorxurlar ki, bu həqiqətin üstü açılarsa, öz mənafeləri təhlükəyə düşər. Buna görə də Tövratdakı nişanələri başqa nişanələrlə dəyişirlər. O vaxta qədər yeni gələcək peyğəmbərin nişanələri haqqında az-çox eşitmiş avam yəhudilər öz alimlərindən soruşurdular ki, bu, gəlişinə bəşarət verdiyiniz həmin peyğəmbər deyilmi? Alimləri isə Tövratda özlərinin təhrif etdikləri ayələri oxumaqla onları razı salır, eyni zamanda öz mənafelərini qorumuş olurdular.
Ayələrin təfsiri.
Yəhudilərin avam insanlardan istifadə etmək üçün qurduğu planlar.
Yuxarıdakı ayələrdə yəhudilərin yaramaz işləri bir-bir sadalanmış və nəhayət, "Bəqərə” surəsinin sözügedən ayələrində onlar avam və alim olmaq üzrə iki dəstəyə bölünmüşlər. (Çox azsaylı yəhudi alimləri İslamı qəbul edərək müsəlmanların sırasına qoşulmuşdur.) İlk ayədə belə deyilir: "Onların bəziləri Allahın kitabını boş arzulardan (xam xəyallardan) başqa bir şey sanmayan avamlardır (bisavadlardır). Onlar yalnız zənnə qapılırlar”.
Ayənin ərəbcə mətnindəki "ummiyyun" kəlməsi “ummi” sözünün cəmi olub, "dərs oxumamış, təhsil almamış" mənasını bildirir. Bəzi analar uşaqlarına olan hədsiz sevgiyə görə, həmçinin onları özlərindən kənar buraxmaq istəmədikləri üçün uşaqlarının məktəbə getməsinə razı olmamışlar.
(əmaniyyə) kəlməsi (umniyyə) sözünün cəmi olub, "arzu, xəyal" mənasını bildirir. Burada yəhudilərin özləri barədə düşündüyü əsassız üstünlüklər də nəzərdə tutula bilər. Məsələn, onlar deyirdilər ki, biz Allahın oğulları və Onun yaxın dostlarıyıq. Və yaxud belə iddia edirdilər ki, biz Cəhənnəmə gedəsi olsaq da, oranın odu bizə bir neçə gündən artıq toxunmaz. Belə bir ehtimal da mümkündür ki, "əmaniyyə" sözü məhz Tövratın yəhudi alimləri tərəfindən təhrif olunaraq avam insanların ixtiyarına buraxılmış ayələrinə işarədir. (Allahın kitabını boş arzulardan (xam xəyallardan) başqa bir şey sanmayan) birləşməsi də (ərəb dilinin qrammatikasına əsasən, bu, təyin budaq cümləli tabeli mürəkkəb cümlənin budaq cümləsidir) bu ehtimalla daha uyğun gəlir. Hər halda ayənin sonundakı "Onlar yalnız zənnə qapılırlar" cümləsindən də aydın olur ki, dinin əsaslarını və vəhy məktəbini tanımaqda zənn və gümana əsaslanmaq doğru deyil. Bu yolda kifayət qədər dəqiq məlumat əldə edilməlidir.
Növbəti ayədə həqiqətləri öz mənafeyinə uyğun şəkildə təhrif edən yəhudi alimlərinə işarə edilmişdir: "Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: "Bu, Allah tərəfindəndir!" deyirlər ki, onu az qiymətə satsınlar. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!"
Bu ayənin son cümlələrindən belə məlum olur ki, onların həm məqsədi yanlış olmuş, həm də yanlış nəticə əldə etmişlər.
Təfsirçilərin sözügedən #### Ayənin təfsiri ilə bağlı İmam Sadiqdən (ə) nəql etdiyi bir hədisdə bəzi məqamlar diqqəti cəlb edir. Hədis belədir: "Bir kişi İmam Sadiqdən (ə) soruşur: "Avam yəhudilərin Tövrat barǝsindəki məlumatlarının yalnız alimləri vasitəsilə olduğunu nəzərə alsaq, onda nəyə görə Allah-taala onları öz alimlərinə itaət etdikləri üçün qınamışdır? Avam yəhudilərlə öz alimlərimizə itaət edən biz avam müsəlmanların nə fərqi var?" İmam Sadiq (ə) onun cavabında belə buyurur: "Bizim avamlarla avam yəhudilərin arasında bir cəhətə görə fərq var, digər cəhətə görə isə fərq yoxdur. Fərq olmayan cəhət odur ki, Allah-taala avam yəhudiləri qınadığı kimi, bizim də avamlarımızı qınamışdır. Fərqli cəhət isə ondan ibarətdir ki, avam yəhudilər öz alimlərinin vəziyyətindən xəbərdar olmuşlar. Onların açıq-aşkar yalan danışdığından, haram yediyindən, rüşvət aldığından, Allahın hökmlərini dəyişdirdiyindən xəbərdar idilər. Onlar öz fitrətləri ilə bu həqiqəti dərk etmişdilər ki, alimləri fasiqdirlər, onların Allahın və Onun hökmləri, peyğəmbərlərin barəsində dediklərini qəbul etmək olmaz. Buna görə də Allah-taala onları danlamışdır.
Bizim avamlara gəldikdə isə kim öz alimlərinin aşkar şəkildə pis iş gördüyünü, dünya malına həris olduğunu bildiyi halda, onlara itaət edərsə, o da avam yəhudilər kimi danlağa tuş gələcək.
Lakin ruhunun saflığını qoruyan, dininin keşiyində duran, nəfsani istəklərinə qarşı çıxan və öz ağasının (Allahın) əmrinə tabe olan alimlərə gəlincə, avam insanlar onlara itaət etməlidirlər..."
Məlum məsələdir ki, bu hədis dinin praktiki məsələlərindəki təqlidə deyil, üsuli-dində elm və yəqin əldə etmək üçün alimlərin göstərişlərinə tabe olmağa işarə edir. Çünki bu hədis peyğəmbəri tanımaq məsələsinə aiddir. Peyğəmbərlik məsələsi isə üsuli-dindən olduğuna görə, şübhəsiz ki, onda kor-koranə təqlid düzgün deyil.
Bəqərə surəsi, 80-82-ci ayələr
وَقَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَةً قُلْ أَتَّخَذْتُمْ عِنْدَ اللَّهِ عَهْدًا فَلَنْ يُخْلِفَ اللَّهُ عَهْدَهُ أَمْ تَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ .٨٠
بَلَى مَنْ كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيئَتُهُ فَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ .٨١
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ .٨٢
Ayələrin tərcüməsi
80\. (Onlar): "Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz" dedilər. (Onlara) de: "Allahdan belə bir əhdmi almısınız? - Allah heç vaxt Öz əhdindən dönməz - Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?"
81\. Bəli, günah edən və günahlarının təsiri bütün varlığını bürüyən şəxslər od əhlidirlər və onlar orada əbədi qalacaqlar.
82\. İman gətirənlər və yaxşı işlər görənlər isə Cənnət əhlidirlər və onlar orada əbədi olacaqlar.
Ayələrin təfsiri.
Əsassız iddialar.
Allah-taala bu ayələrdə yəhudilərin təkəbbürünə səbəb olmuş və bəzi azğınlıqlarına yol açmış əsassız iddialarından birinə işarə edərək cavab verir: "(Onlar): "Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz" - dedilər. (Onlara) de: "Allahdan belə bir əhdmi almısınız? Allah heç vaxt Öz əhdindən dönməz - Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz”.
Yəhudilərin üstün bir millət və Allahın seçilmiş bəndələri olduğunu, günahkarlarının yalnız bir neçə gün Cəhənnəm əzabı görəcəyini, sonradan əbədi olaraq Cənnətdə məskunlaşacağını düşünmək onların necə də özündənrazı və eqoist bir millət olduğunu göstərən bariz dəlillərdəndir.
Yəhudilərin özlərini bu cür üstün hesab etməsi heç bir məntiqə əsaslanmır. Çünki Allah dərgahında bəndələr əməllərinə görə mükafat və ya cəza baxımından qətiyyən fərqlənmirlər. Məgər yəhudilərin hansı özəlliyi olmuşdur ki, ümumi qanunda onların xeyrinə bir istisna hal nəzərdə tutulsun?
Yuxarıdakı ayə məntiqi bir izahla bu yanlış düşüncənin üzərindən xətt çəkərək bildirir ki, sizin bu iddianız iki haldan xaric deyil: ya bu barədə Allahdan əhd almısınız (ki, belə bir əhd almamısınız), ya da Allaha yalan aid edirsiniz.
Növbəti ayədə bütün cəhətlərinə görə məntiqə əsaslanan ümumi bir qanun irəli sürülür: "Bəli, günah edən və günahlarının təsiri bütün varlığını bürüyən şəxslər od əhlidirlər və onlar orada əbədi qalacaqlar".
Bu, milliyyətindən asılı olmayaraq bütün günahlara şamil olan bir qanundur. Möminlərə gəldikdə isə növbəti ayədə onların da barəsində ümumi bir qanun verilərək iman gətirib yaxşı iş görənlərin Cənnət əhli olub orada əbədi qalacağı bildirilmişdir: "İman gətirənlər və yaxşı işlər görənlər isə Cənnət əhlidirlər və onlar orada əbədi olacaqlar".
İncəliklər:
1\. Günah qazanmaq.
(kəsb) və (iktisab) sözləri "hər hansı bir şeyi ixtiyari olaraq əldə etmək, qazanmaq” mənasını bildirir. Deməli, ("günah edən") ifadəsi gördüyü işin günah olduğunu bilə-bilə onu ixtiyari şəkildə həyata keçirən şəxslərə aiddir. Burada (kəsəbə) feilindən, bəlkə də, ona görə istifadə edilmişdir ki, günah edən şəxs günah edərkən həmin işin onun xeyrinə olduğunu düşünür, bu işi görmədikdə isə elə fikirləşir ki, ziyana uğrayıb. Allah-taala bir neçə ayə sonra belə insanların axirəti dünya həyatına satmış insanlar olduğunu bildirərək onların cəzasında heç bir güzəştə yol verilməyəcəyini buyurmuşdur.
2\. Günahların təsirinin bütün varlığı bürüməsi nə deməkdir?
"Xətiəh" sözü adətən qəsdən edilmədən günaha deyilir. Lakin sözügedən ayədə “böyük günah" və ya "böyük günahın insanın vücudunda qoyduğu təsir" mənasında işlədilmişdir. Günahların təsirinin bütün varlığı bürüməsi o deməkdir ki, insan həddən artıq günah etmək nəticəsində, sanki özünü heç bir çıxışı olmayan zindana salır.
Kiçik və böyük günahlar əvvəlcə adi bir iş olur. Getdikcə isə adət halını alır. Bu adət halı davam etmək nəticəsində intensivləşərək insanın bütün varlığını bürüyür. Belə olduqda günah, sanki insanın vücudunun ayrılmaz tərkib hissəsinə çevrilir. Onda artıq heç bir öyüd-nəsihət insana təsir etmir. O, öz əli ilə qəlbini möhürləyir. Belə insan ipək toxuyub özü içərisində qalan baramaqurduna bənzəyir.
Quranda "Allah şirki əsla bağışlamır, amma istədiyi şəxsin bundan kiçik günahlarını bağışlayar" məzmunlu ayələrin olduğunu, digər tərəfdən də haqqında danışdığımız ayələrdə bəzi insanların Cəhənnəmdə əbədi qalacağından söhbət getdiyini nəzərə alsaq, belə nəticəyə gəlirik ki, bu ayələrdə sözügedən insanlar etdikləri günahların nəticəsində imanlarını əldən vermiş, beləliklə də, ölərkən dünyadan müşrik olaraq köçmüşlər.
3\. Yəhudilərin irqi ayrıseçkiliyi.
Haqqında danışdığımız ayələrdən aydın şəkildə görünür ki, bu gün dünyada bir çox problemlərə səbəb olmuş və özləri üçün imtiyazlar nəzərdə tutan yəhudilərin irqi ayrıseçkiliyi onlarda hələ o vaxtdan mövcud olmuşdur. Təəssüflər olsun ki, üstündən əsrlər keçməsinə baxmayaraq, indi də bu yanlış düşüncə tərzi davam edir. Üstəlik, onlar bu imtiyazın təkcə dünyada deyil, axirətdə də olacağını iddia edərək deyirlər ki, Cəhənnəm odu digər millətlərin günahkarlarından fərqli olaraq günahkar yəhudilərə yalnız bir neçə gün toxunacaq. Bu cür yanlış düşüncələri onlara saysız-hesabsız cinayətlər və fitnə-fəsad törətməyə şərait yaratmışdır.
Bəqərə surəsi, 83-86-cı ayələr
وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لَا تَعْبُدُونَ إِلَّا اللَّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًا مِنْكُمْ وَأَنْتُمْ مُعْرِضُونَ .٨٣
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ لَا تَسْفِكُونَ دِمَاءَكُمْ وَلَا تُخْرِجُونَ أَنْفُسَكُمْ مِنْ دِيَارِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنْتُمْ تَشْهَدُونَ .٨٤
ثُمَّ أَنْتُمْ هَؤُلَاءِ تَقْتُلُونَ أَنْفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِنْكُمْ مِنْ دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِمْ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَإِنْ يَأْتُوكُمْ أُسَارَى تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ فَمَا جَزَاءُ مَنْ يَفْعَلُ ذَلِكَ مِنْكُمْ إِلَّا خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَى أَشَدِّ الْعَذَابِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ .٨٥
أُولَئِكَ الَّذِينَ اشْتَرَوُا الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ فَلَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْصَرُونَ .٨٦
Ayələrin tərcüməsi
83\. (Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!" - deyə ǝhd-peyman aldıq. Sonra (əhdinizə rəğmən) az bir qisminiz istisna olmaqla üz döndərdiniz və (əhdinizə vəfa etməkdən) boyun qaçırdınız.
84\. (Xatırlayın ki,) o zaman sizdən: "Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!” - deyə əhd aldıq. Sonra da siz (özünüz bu əhdə) şahidlik edərək (onu) təsdiqlədiniz.
85\. Amma yenə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni öz yurdundan çıxaran, onlara qarşı bu günah və təcavüzdə köməkləşən sizsiniz. (Bunlar hamısı Allahla bağladığınız əhdi pozmaqdır.) Onlar əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Məgər siz səmavi kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin (ilahi hökmlər və qanunlar arasında fərq qoyanların) cəzası dünyada yalnız rüsvayçılıq, Qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah gördüyünüz işlərdən qafil deyil.
86\. Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların əzabı yüngülləşməz və onlara kömək olunmaz.
Ayələrin təfsiri.
Əhdini pozanlar.
Bu surənin əvvəlki (40-cı və 63-cü) ayələrində Bəni-İsrailin əhd- peymanından söhbət açılsa da, bu barədə ətraflı danışılmamışdı. İndiki ayələrdə isə Allah-taala həmin əhd-peymanın bəzi maddələrini qeyd etmişdir. Onların əksəriyyəti (bəlkə də, hamısı) Allahın göndərdiyi dinlərin əsas qanunlarından sayılacaq maddələrdir. Çünki həmin qanunlar bütün səmavi dinlərdə bu və digər formada mövcud olmuşdur.
Allah-taala bu ayələrdə Bəni-İsraili həmin əhd-peymanı pozduqlarına görə çox sərt şəkildə tənqid etmiş, buna görə dünyada rüsvay olacaqlarını, axirətdə isə ağır əzaba məruz qalacaqlarını bildirmişdir.
Bəni-İsrailin özünün də etiraf etdiyi kimi, bu əhd-peymanda aşağıdakı bəndlər mövcud olmuşdur:
1) Tövhid və tək olan Allaha pərəstiş.
Sözügedən ayələrin ilk cümləsində məhz buna işarə edilmişdir: "(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət etməyin!” – deyə əhd-peyman aldıq".
2) Ata-anaya yaxşılıq etmək.
"(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: “Valideynlərinizə yaxşılıq edin!” – deyə əhd-peyman aldıq".
3) Yaxın qohumlara, yetimlərə və yoxsullara yaxşılıq etmək "(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: "Yaxın qohum- larınıza, yetimlərə, yoxsullara yaxşılıq edin!" - deyə əhd-peyman aldıq”.
4) İnsanlarla xoş danışmaq.
"(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: “İnsanlarla xoş danışın!” – deyə əhd-peyman aldıq”.
5) Namaz qılmaq.
"(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: "Namaz qılın!" - deyə ǝhd-peyman aldıq".
6) Zəkat vermək.
"(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: “Zəkat verin!" - deyə əhd-peyman aldıq. Sonra (əhdinizə rəğmən) az bir qisminiz istisna olmaqla üz döndərdiniz və (əhdinizə vəfa etməkdən) boyun qaçırdınız”.
7) Bir-birinin qanını tökməmək.
"(Xatırlayın ki,) o zaman sizdən: "Bir-birinizin qanını tökməyin!" - deyə əhd aldıq.
8) Bir-birini yurdundan çıxarmamaq: "(Xatırlayın ki,) o zaman sizdən: "Bir-birinizi yurdunuzdan çıxarmayın!" - deyə əhd aldıq".
9) Birinin döyüşdə əsir düşdüyü təqdirdə hamının əlbir olub onun azadlığı üçün fidyə verməsi
"Onlar əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz”.
Bəni-İsrail hamılıqla bu ǝhd-peymana şahidlik edərək onu təsdiqləmişdi: "Sonra da siz (özünüz bu əhdə) şahidlik edərək (onu) təsdiqlədiniz.
Lakin təəssüflər olsun ki, sonradan bu ǝhd-peymanın bütün maddələrini ayaq altına alıb pozdular: “Amma yenə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni öz yurdundan çıxaran, onlara qarşı bu günah və təcavüzdə köməkləşən sizsiniz. (Bunlar hamısı Allahla bağladığınız əhdi pozmaqdır”.
Bu hərəkətlərin hamısı Allah-taala ilə bağladıqları əhd-peymanın əksinə idi. Kimsə döyüşdə əsir düşüb onların yanına gəlsəydi, fidyə verǝrǝk onu azad etsələr də, əslində, onları ev-eşiklərindən çıxarmaq əvvəlcədən haram edilmişdi. Necə ola bilər ki, Tövratın əsirləri azad etməklə bağlı əmrinə tabe olursunuz, ancaq digər əmrlərinə tabe olmursunuz: "Məgər, siz səmavi kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin (ilahi hökmlər və qanunlar arasında fərq qoyanların) cəzası dünyada yalnız rüsvayçılıq, Qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah gördüyünüz işlərdan qafil deyil”.
Deməli, Allah-taala gördüyünüz hər bir işi dəqiqliyi ilə bilir və sizdən onların sorğu-sualını çəkəcək.
Nəhayət, son ayədə yəhudilərin bu yaramaz əməllərinin əsas səbəbi açıqlanır: "Onlar axirəti dünya həyatına satan kimsələrdir”. Bu səbəbdən axirətdə onlara veriləcək əzab heç vaxt yüngülləşməz və onların dadına çatan olmaz: "Buna görə də onların əzabı yüngülləşməz və onlara kömək olunmaz”.
İncəliklər:
1\. Ayələrin tarixi izahı.
Bir çox tarixçilərin yazdığına görə, həm Bəni-Qüreyzə, həm də Bəni-Nəzir tayfası yəhudi tayfaları olmuşlar. Onlar bir-biri ilə yaxın münasibətdə olsalar da, dünya malından ötrü araları dəyir. Bəni-Nəzir Mədinə müşriklərindən olan Xəzrəc tayfası ilə, Bəni-Qüreyzə isə Ovs tayfası ilə müttəfiq olur. Mədinənin iki aparıcı qəbiləsi arasında baş verən döyüşlərdə bu iki yəhudi qəbiləsindən hər biri öz müttəfiqinə yardım edirdi. Döyüş başa çatdıqdan sonra isə hər iki yəhudi tayfası birləşib fidyə verərək əsir düşmüş üzvlərini azad edirdilər. Onlar bu işdə Tövratın hökmünə istinad edirdilər. Halbuki, əvvəla, həm Ovs, həm də Xəzrəc qəbiləsi müşrik olduğu üçün onlara kömək etmək düzgün deyildi. İkincisi, fidyə verib əsirləri azad etmək göstərişini vermiş Tövrat bir-birini öldürməmək göstərişini də vermişdi. Əvvəlki inadkar qövmlər kimi, yəhudilərin də bir-birinə zidd olan bu cür hərəkətləri kifayət qədər idi.
2\. Allahın hökmləri arasında fərq qoymaq və onun səbəbi Quran yəhudiləri Allahın hökmləri arasında fərq qoyduqları üçün çox sərt şəkildə tənqid edərək onları ən şiddətli cəza ilə hədələmişdir. Xüsusilə də nəzərə almaq lazımdır ki, yəhudilər Tövratın ikinci kiçik hökmlərinə əməl etdiyi halda, bir-birini öldürməmək, yurd-yuvalarından qovmamaq kimi mühüm hökmlərinə əməl etmirdilər. Onlar yalnız dünyəvi maraqlarına uyğun gələn hökmlərə əməl edirdilər. Öz mənafeləri naminə bir-birinin qanını tökməyə razı olurdular, lakin gələcəkdə bütünlüklə əsarət altında yaşamasınlar deyə, əsir düşmüş üzvlərini fidyə verməklə azad edirdilər.
İnsanın öz mənafeyinə xidmət edən göstərişlərə əməl etmək, əslində, Allahın əmrinə tabe olmaq demək deyil. Çünki bu işə əməl etməkdə məqsəd heç də Allaha itaət olmamışdır, sırf şəxsi mənafe güdülmüşdür. Müti ilə asi o vaxt tanınar ki, verilmiş əmr insanın şəxsi mənafeyinə zidd olsun. Məhz belə bir vəziyyətdə əmrə tabe olan insan mömin sayılar. Şəxsi mənafeyinə uyğun gəldikdə əmrə tabe olan, uyğun gəlmədikdə isə tabe olmayan şəxs həqiqi mömin deyil. Deməli, əmrlərin icrasında fərq qoymaq itaətsizlik, hətta bəzi hallarda imansızlıq deməkdir. Başqa sözlə desək, imanın təsiri o vaxt özünü göstərər ki, verilmiş əmr şəxsi mənafeyə zidd olduğu halda, insan ona əməl etsin. İnsanın şəxsi mənafeyinə uyğun olan dini göstərişlərə əməl etmək isə nə iftixar sayılar, nə də iman göstəricisi. Mömini münafiqdən məhz bu vasitə ilə ayırd etmək olar.
Quranın da qeyd etdiyi kimi, bu işin nəticəsi rüsvayçılıq, bədbəxtlik və zillətdir. Dinin yalnız maddi tərəfinə, o da şəxsi mənafeyinə uyğun gəldiyi təqdirdə əməl edən qövm gec-tez daha güclü bir qövmün əsarəti altına düşməli, şərəfini əldən verib rüsvay olmalıdır. Bu, məsələnin dünyəvi tərəfidir. Axirət cəhətinə gəldikdə isə Quran bildirir ki, belə insanları ən acınacaqlı əzab gözləyir. Əlbəttə, onu da vurğulamalıyıq ki, bu, təkcə Bəni-İsrailə xas olan bir cəhət deyil. Bütün insanlara, hətta bu gün biz müsəlmanlara da şamil olur. Dini göstərişlərə yalnız öz şəxsi maraqları çərçivəsində əməl edən o qədər insan var ki! Onların hamısını dünyada rüsvayçılıq, axirətdə isə ağır cəza gözləyir.
3\. Xalqların yaşamasına yönəlmiş proqram.
Bu ayələr Bəni-İsrailin barəsində nazil olsa da, əslində, bütün millətlər üçün önəmli olan bir sıra qanunları özündə əks etdirir. Burada millətlərin yaşaması, başını dik tuta bilməsi və məğlubiyyətə düçar olma amilləri qeyd edilmişdir. Quran baxımından millətlər yalnız o vaxt ayaq üstdə qala bilər ki, özünü ən böyük qüvvəyə aid etsin. Hər bir vəziyyətdə həmin qüvvədən kömək alsın. Bu qüdrət elə bir qüdrət olmalıdır ki, onda yoxluq mənası olmasın, həmişə var olsun. Yalnız onun qarşısında baş ǝysinlər. Əgər belə olarsa, həmin millət heç kimdən, heç nədən, heç bir qüvvədən qorxmayacaq. Bu qüvvə isə yalnız və yalnız Allahdır. (Allahdan qeyrisinə ibadət etməyin!)
Digər tərəfdən millətlərin əbədi yaşaması üçün cəmiyyətdəki fərdlərin bir-biri ilə sıx əlaqədə olması lazımdır. Bu isə o vaxt mümkün olar ki, insan ilk növbədə ona ən yaxın adamlar olan ata-anasına, sonrakı mərhələdə isə qohum-əqrəbasına, daha sonra cəmiyyətin bütün fərdlərinə qarşı yaxşı davransın. Belə olduqda hamı bir-birinə qol-qanad vermiş olacaq. Zəif və aztəminatlı şəxslərə daha çox qayğı göstərilməlidir ki, düşmənin hiylələrinə aldanıb onun tərəfinə keçməsinlər. "Valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın!”
Hər hansı bir millətin yaşaması üçün zəruri sayılan işlərdən biri də maliyyə dayaqlarını gücləndirmək və təbəqələşməni aradan qaldırmaqdır. Bunun yollarından biri də zəkat ödəməkdir. (Zəkat verin!)
Xalqların süquta uğramasının amilləri.
Quran xalqların süquta uğramasının əsas səbəbini fərdlər arasındakı bağlılığın qırılması, keşməkeş və daxili ziddiyyətlərin əmələ gəlməsində görür. Bir-birinə dəstək olmaq əvəzinə bir-birinin qanını tökən, bir- birinin mal-dövlətinə, ev-eşiyinə sahib çıxmaq istəyən millət gec-tez süquta uğramalıdır. "Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!”
Xalqların süquta uğramasının digər bir səbəbi isə qanunların icrasında ayrıseçkiliyə yol verilməsidir. Belə ki şəxsi mənafe ilə uyğun gələn qanuna əməl edilsin, uyğun gəlməyəninə isə əməl edilməsin, bu hal yolverilməzdir. "Məgər siz səmavi kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz?”
Bəqərə surəsi, 87-88-ci ayələr
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَقَفَّيْنَا مِنْ بَعْدِهِ بِالرُّسُلِ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ أَفَكُلَّمَا جَاءَكُمْ رَسُولٌ بِمَا لَا تَهْوَى أَنْفُسُكُمُ اسْتَكْبَرْتُمْ فَفَرِيقًا كَذَّبْتُمْ وَفَرِيقًا تَقْتُلُونَ .٨٧
وَقَالُوا قُلُوبُنَا غُلْفٌ بَلْ لَعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَقَلِيلًا مَا يُؤْمِنُونَ .٨٨
Ayələrin tərcüməsi
87\. Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar dəlillər bəxş etdik və onu Müqəddəs ruhla qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan (nəfsinizin istəklərinə uymayan) bir şey gətirən peyğəmbərə təkəbbür göstərmədinizmi? (Ona iman gətirməkdən imtina etmədinizmi?) Onların bir qismini təkzib edib, bir qismini isə öldürmədinizmi?
88\. (Onlar istehza ilə) dedilər: "Bizim qəlblərimiz örtülüdür”. (Biz sənin sözlərindən bir şey anlamırıq). (Əslində,) Allah onları məhz küfrlərinə görə lənətləmişdir (rəhmətindən uzaq salmışdır. Ona görə də bir şey anlamırlar). Odur ki, onlar az inanırlar.
Ayələrin təfsiri.
Örtülü qəlblər.
Bu ayələrdə də söhbətin Bəni-İsraildən getməsinə baxmayaraq, bir sıra ümumi meyarlar verilmişdir və bütün insanlara şamil ola bilər. Əvvəlcə belə deyilir: "Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik". Davud (ə), Süleyman (ə), Yuşə (ə), Zəkəriyya (ə) və Yəhya (ə) kimi peyğəmbərlər göndərdik. Sonra deyilir: "Məryəm oğlu İsaya aşkar dəlillər bəxş etdik və onu Müqəddəs ruhla qüvvətləndirdik”.
Lakin hər dəfə bu peyğəmbərlərdən biri gəldikdə onun dedikləri sizin nəfsinizin istəklərinə uyğun gəlmədiyi üçün ondan üz çevirdiniz: "Hər dəfə sizə ürəyinizə yatmayan (nəfsinizin istəklərinə uymayan) bir şey gətirən peyğəmbərə təkəbbür göstərmədinizmi? (Ona iman gətirməkdən imtina etmədinizmi?) Onların bir qismini təkzib edib, bir qismini isə öldürmədinizmi?”
Bundan əvvəlki #### Ayələrin təfsirini verərkən Allahın qanunlarının icrası zamanı ayrıseçkiliyə yol vermək məsələsində qeyd etdik ki, imanın meyarı bu və digər qanunun insanın şəxsi maraqları və istəyinə uyğun gəlmədiyi hallarda ona riayət etməkdir. Əgər qanun insanın şəxsi maraq və istəkləri ilə üst-üstə düşərsə, buna zatən imansız insan da əməl etmiş olur. Bunun elə bir dəyəri olmaz.
Bu ayədən o da başa düşülür ki, peyğəmbərlər öz vəzifələrini yerinə yetirərkən nəfsani istəklərin ardınca olan şəxslərin etirazına qətiyyən məhəl qoymamışlar. Belə də olmalıdır. Çünki düzgün rəhbərlik məhz bunu tələb edir. Əgər peyğəmbərlər öz göstərişlərini insanların nəfsani istəkləri ilə uyğunlaşdırmağa çalışsalar, onda bu, haqq yolunun yolçularının deyil, azğınların yolunu davam etdirmək sayılar.
Növbəti ayədə deyilir: "(Onlar istehza ilə) dedilər: "Bizim qəlblərimiz örtülüdür”. (Biz sənin sözlərindən bir şey anlamırıq). (Əslində,) Allah onları məhz küfrlərinə görə lənətləmişdir (rəhmətindən uzaq salmışdır. Ona görə də bir şey anlamırlar). Odur ki, onlar az inanırlar”.
Bu ayǝ həm öz peyğəmbərlərini təkzib etmiş, bəzilərini isə qətlə yetirmiş yəhudilərin, həm də Həzrət Peyğəmbərin (s) dövründə yaşamış və o Həzrətin (s) dəvəti qarşısında olduqca inadkar mövqe tutmuş yəhudilərin barəsində ola bilər. İstənilən halda bu ayə onu göstərir ki, insan nəfsin istəklərinə uymaqla Allah dərgahından elə uzaqlaşır ki, axırda qəlbi də möhürlənir. Belə olduqda həqiqəti çox az anlayıb qəbul edər.
İncəliklər:
1\. Müxtəlif dövrlərdə peyğəmbərlərin vəzifələri.
Az öncə qeyd etdiyimiz kimi, nəfsinin istəklərinə uymuş kafirlər peyğəmbərlərin dəvətinin öz maraqları ilə uyğun gəlmədiyini görüb onlara qarşı çıxırdılar. Zaman keçdikcə peyğəmbərlərin təlimləri unudulurdu. Buna görə də bir-birinin ardınca peyğəmbərlər göndərilməli idi ki, bu təlimlər unudulmasın. "Muminun" surəsinin 44-cü ayəsində deyilir:
"Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik".
İmam Əli (ə) "Nəhcül-bəlağə" əsərindəki xütbələrindən birində peyğəmbərlərin göndərilməsinin hikmətini şərh edərkən belə buyurmuşdur:
"Allah-taala Öz peyğəmbərlərini insanlar üçün göndərmişdir ki, onlarla bağlanmış fitri ǝhd-peymanı və unutduqları nemətləri onlara xatırlatsınlar. Öz təbliğatları ilə höccəti tamamlasınlar və ağıllarda gizli qalmış xəzinələri üzə çıxarsınlar".
Deməli, müxtəlif dövrlərdə peyğəmbərlərin bir-birinin ardınca göndərilməsinin səbəbi o olmuşdur ki, onlar insanların fitri ǝhd- peymanını, unutduqları nemətləri onların yadına salsınlar, əvvəlki peyğəmbərlərin bu yolda çəkdiyi əziyyətlər puç olmasın.
İslam Peyğəmbərinin (s) sonuncu peyğəmbər olmasına və ondan sonra daha peyğəmbər olmayacağına gəldikdə isə, bu barədə, inşallah, "Əhzab” surəsinin 40-cı ayəsinin təfsirində ətraflı məlumat verəcəyik.
2\. Ruhul-qudus nədir və ya kimdir?
Böyük təfsirçilər Ruhul-qudus barəsində müxtəlif mülahizələr irəli sürmüşlər. Bunlar əsasən aşağıdakılardan ibarətdir:
1) "Ruhul-qudus" dedikdə Həzrət Cəbrail (ə) nəzərdə tutulur. "Nəhl" surəsinin 102-ci ayəsi də bu ehtimalı təsdiqləyir:
"De: "Ruhul-qudus onu iman gətirənləri sabitqədəm etmək üçün, müsəlmanlara doğru yol göstərən hidayətçi və müjdə olsun deyə, Rəbbin tərəfindən haqq olaraq nazil etmişdir".
Həzrət Cəbrailin (ə) "Ruhul-qudus" adlandırılmasının səbəbinə gəlincə isə, bunu bir tərəfdən, ümumiyyətlə, mələklərin ruhani bir varlıq olmaları ilə, digər tərəfdən də Cəbrailin (ə) müqəddəs bir mələk olması ilə əlaqələndirmək olar.
2) "Ruhul-qudus" İsanı dəstəkləyən qeybi bir qüvvə olmuşdur. O Həzrət (ə) Allahın izni ilə məhz həmin qeybi qüvvənin köməyi sayəsində ölüləri dirildərmiş. Ümumiyyətlə, bu qeybi qüvvə dərəcəsinin fərqi ilə azacıq da olsa, bütün möminlərdə vardır. Çətin anlarda, ibadətlərin yerinə yetirilməsində və günahdan uzaqlaşmaqda insanın dadına çatan məhz həmin qüvvədir. Təsadüfi deyil ki, bəzi şairlər öz şeirlərini məsum imamlar üçün oxuduqdan sonra İmam belə buyurmuşdur:
"Ruhul-qudus sənin dilinlə danışdı".
3) "Ruhul-qudus" dedikdə İncil nəzərdə tutulur.
Bu sətirlərin müəllifi olaraq ilk iki ehtimalın daha məqsədəuyğun olduğunu hesab edirik.
3\. Ruhul-qudus barəsində xaçpərəstlərin etiqadı "Müqəddəs kitab ensiklopediyası" əsərində deyilir: "Ruhul-qudus üç üqnumdan üçüncüsüdür. Onun "Ruh" adlandırılması həyatverici olması ilə, "qudus" adlandırılması isə əsas işlərindən birinin möminlərin qəlblərini təmizləmək (müqəddəsləşdirmək) olması ilə əlaqədardır. Onu Allaha və İsaya olan sonsuz bağlılığına görə Ruhullah və Ruhul-məsih də adlandırırlar".
Həmin kitabda Ruhul-qudus haqqında verilmiş digər bir izahda belə deyilir: "Bizə təskinlik verən Ruhul-qudusa gəlincə, o, həmişə bizi iman, düzgünlük və itaətə rəğbətləndirir. Günah və xəta içərisində çapalayan şəxsləri də məhz o dirçəldib müqəddəsləşdirərək Allah dərgahına layiq edir".
Diqqəti cəlb edən məqam bundan ibarətdir ki, "Müqəddəs kitab ensiklopediyası" əsərində iki mühüm mənaya işarə edilmişdir. Biri odur ki, Ruhul-qudus xaçpərəstlərin etiqadına müvafiq olaraq üç üqnumdan biri kimi təqdim edilmişdir. Digəri isə yuxarıda ikinci təfsirdə qeyd etdiyimiz kimi, Ruhul-qudus qeybi bir qüvvə mənasında verilmişdir.
4\. Xəbərsiz və örtülü qəlblər.
Mədinə yəhudiləri Həzrət Peyğəmbərin (s) təbliğatlarına qarşı çıxaraq onun dəvətini qəbul etməkdən boyun qaçırırdılar. İslamı qəbul etməmək üçün hər dəfə bir bəhanə gətirirdilər. Haqqında danışdığımız ayələrdə həmin bəhanələrdən birinə işarə edilmişdir. Yəhudilər deyirdilər ki, bizim qəlblərimiz örtülüdür, sənin dediklərini anlamırıq. Təbii ki, onlar bunu istehza ilə deyirdilər. Quran isə bildirir ki, küfr və nifaq nəticəsində onların qəlbi günah və zülmət pərdələri ilə örtülmüşdür. Allah-taala onları Öz mərhəmətindən uzaq salmışdır. Buna görə də onlardan çox az insan iman gətirər. Bu məsələyə "Nisa" surəsinin 155-ci ayəsində də toxunulmuşdur:
"Qəlblərimiz pərdə ilə örtülüb! (Peyğəmbərin söylədiklərini başa düşmürük!)" - dedikləri üçün (Allah dərgahından qovuldular). Bəli, küfrləri ucbatından Allah onların qəlblərinə möhür vurmuşdur. Buna görə də onların yalnız az bir hissəsi iman gətirər".
Bəqərə surəsi, 89-90-cı ayələr
وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ وَكَانُوا مِنْ قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُوا فَلَمَّا جَاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِهِ فَلَعْنَةُ اللَّهِ عَلَى الْكَافِرِينَ .٨٩
بِئْسَمَا اشْتَرَوْا بِهِ أَنْفُسَهُمْ أَنْ يَكْفُرُوا بِمَا أَنْزَلَ اللَّهُ بَغْيًا أَنْ يُنَزِّلَ اللَّهُ مِنْ فَضْلِهِ عَلَى مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ فَبَاءُوا بِغَضَبٍ عَلَى غَضَبٍ وَلِلْكَافِرِينَ عَذَابٌ مُهِينٌ .٩٠
Ayələrin tərcüməsi
89\. Onlara Allah tərəfindən özlərində (kitablarında) olan nişanələrə uyğun bir kitab göndərildiyi zaman, bundan qabaq özlərinə kafirlər üzərində qələbə (onun köməyi ilə kafirlərə qalib gələcəkləri) müjdəsi verdikləri (öncədən tanıdıqları) halda (kitab və peyğəmbər) göndərildiyi zaman ona küfr etdilər. Allah kafirlərə lənət eləsin!
90\. Onlar Allahın göndərdiyini boşuna inkar etməklə: "Allah nə üçün Öz lütfü ilə istədiyi bəndəsinə ayələrini nazil edir?" - deyə etiraz etməklə özlərini çox pis şey qarşılığında satdılar və buna görə də onlar (Allahın) qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirlər üçün alçaldıcı bir əzab var.
Ayələrin nazilolma səbəbi.
Bu ayələrlə bağlı İmam Sadiqdən (ə) belə nəql edilmişdir: "Yǝhudilər öz kitablarında oxumuşdular ki, İslam Peyğəmbəri (s) İyr və Uhud dağları arasında yerləşən bir əraziyə hicrət edəcək. Onlar öz yaşadıqları ərazidən çıxıb sonuncu peyğəmbərin hicrət edəcəyi ərazini tapmaq məqsədilə axtarışa başlayırlar. Hədda adlı bir dağa yetişdikdə deyirlər ki, bu, elə Uhud dağıdır. Ətrafa səpələnib hər dəstə bir kənarda özünə məskən salır. Bəziləri Teyma, bəziləri Fədək, bəziləri isə Xeybər ərazisində məskunlaşır. Teymada yaşayanlar digər yəhudilər üçün darıxmağa başlayırlar. Günlərin birində onların yaşadığı yerin yaxınlığından bir ərəb keçirmiş. Onlar həmin ərəbdən minik kirayə edirlər. Ərəb onlara deyir ki, mən sizə bələdçilik edə bilərəm. Sizi İyr və Uhud dağları arasından apararam. Yəhudilər ərəbə deyirlər ki, o iki dağın arasına yetişdikdə bizə xəbər verərsən. Həmin iki dağın arasına yetişdikdə ərəb onlara deyir ki, dediyiniz ərazi məhz buradır. Əli ilə də işarə edib hər iki dağı onlara göstərir. Yəhudilər minikdən düşüb deyirlər ki, biz burada qalırıq, daha miniyə ehtiyacımız yoxdur. Sən də artıq hara istəsən, gedə bilərsən.
Yəhudilər digər yəhudi qardaşlarına da məktub yazaraq xəbər verirlər ki, biz nəzərdə tutduğumuz ərazini tapmışıq, siz də köçün, bizim yanımıza gəlin. Onlar cavab verirlər ki, biz artıq burada özümüzə ev- eşik düzəltmişik. Həm də sizin dediyiniz ərazi ilə elə də çox məsafəmiz yoxdur. Vəd verilmiş peyğəmbər gəldikdə biz də dərhal gəlib sizə qoşulacağıq. Onlar Mədinədə qalıb xeyli var-dövlət toplayırlar. Bu barədə yaxınlıqda yaşayan Tübbə adlı hökmdara xəbər çatdıqda yəhudilərlə müharibəyə başlayır. Yəhudilər öz qalalarına sığınırlar. Tübbə onları mühasirəyə alıb sonra aman verir. Yəhudilərin hökmdarının yanına gəldikdə onlara deyir ki, mən bu ərazini çox bəyəndim. Burada qalmaq istəyirəm. Yəhudilər ona bildirirlər ki, bu ərazidə yalnız gəlişinə vəd verilmiş peyğəmbər başçılıq edə bilər. Tübbə bunu eşitdikdə deyir: "Elə isə, mən iki qəbiləmizi burada saxlayacağam ki, vəd verilmiş peyğəmbər gəldikdə ona kömək etsinlər". Bu məqsədlə sonralar Mədinənin iki əsas qəbiləsi olan Ovs və Xəzrəc qəbilələri orada məskunlaşır.
Bu iki qəbilənin adamları artdıqdan sonra yəhudilərin üstünə hücum çəkib mal-dövlətini qarət edirlər. Yəhudilər onlara deyirlər ki, Muhəmməd (s) bura gəldikdən sonra sizi bizim torpaqlarımızdan qovub çıxaracaq.
Həzrət Muhəmməd (s) peyğəmbər seçildikdən sonra ənsar (Peyğəmbərin (s) Mədinədən olan silahdaşları) kimi tanınmış Ov v Xəzrəc qəbiləsi ona iman gətirir, yəhudilər isə onu inkar edirlər.
"... Bundan qabaq özlərinə kafirlər üzərində qələbə (onun köməyi ilə kafirlərə qalib gələcəkləri) müjdəsi verdikləri (öncədən tanıdıqları) halda, (kitab və peyğəmbər) göndərildiyi zaman ona küfr etdilər..." ayəsinin mənası da məhz budur".
Həzrət Muhəmmədə (s) iman gətirmək üçün böyük coşqu ilə Mədinəyə gəlmiş, bunu Ovs və Xəzrəc qəbilələri qarşısında iftixar bilən yəhudilər inadkarlıq və dünyapərəstlikləri ucbatından o Həzrətin (s) qatı düşmənlərinə çevrilirlər. Ondan çox-çox uzaq düşmüş insanlar isə o Həzrətin (s) ətrafına toplaşıb ona arxa-dayaq olurlar.
Ayələrin təfsiri.
Təbliğ etdikləri halda, özləri kafir oldular.
Bu ayələrdə də söhbət yəhudilərdən gedir. Az öncə qeyd etdiyimiz kimi, onlar nişanələrini Tövratda oxuduqları peyğəmbərin gəlişini səbirsizliklə gözləyirdilər. Hətta Mədinəyə də məhz bu məqsədlə köçüb gəlmişdilər ki, vəd edilmiş peyğəmbər oraya gəldikdə iman gətirib onu dəstəkləsinlər. Lakin həmin peyğəmbər gəldikdən sonra ona iman gətirməməklə lənətə düçar oldular: "Onlara Allah tərəfindən özlərində (kitablarında) olan nişanələrə uyğun bir kitab göndərildiyi zaman bundan qabaq özlərinə kafirlər üzərində qələbə (onun köməyi ilə kafirlərə qalib gələcəkləri) müjdəsi verdikləri (öncədən tanıdıqları) halda, (kitab və peyğəmbər) göndərildiyi zaman ona küfr etdilər. Allah kafirlərə lənət eləsin”.
Bəzi vaxtlar insan sidq ürəklə haqqın axtarışına çıxır. Lakin ona çatdıqda şəxsi maraqları ilə uyğun gəlmədiyini görüb nəfsinin istəklərinə uyaraq haqdan üz çevirir. Hətta bir çox hallarda haqqı qəbul etməməklə kifayətlənməyib ona düşmən də çıxır.
Yəhudilər bu hərəkətləri ilə çox zərərli bir ticarət etmiş olurlar. Vǝd olunmuş peyğəmbərə iman gətirmək məqsədilə öz yurd-yuvasını tərk edib Mədinədə məskunlaşan və bu yolda saysız-hesabsız çətinlik- lərə qatlaşan yəhudilər axırda kafirlərin sırasında yer alırlar. Buna görə də sözügedən ayələrdə Allah-taala belə buyurmuşdur: "Onlar Allahın göndərdiyini boşuna inkar etməklə, həmçinin “Allah nə üçün Öz lütfü ilə istədiyi bəndəsinə ayələrini nazil edir?” deyə etiraz etməklə özlərini çox pis şey qarşılığında satdılar”.
Sanki vəd olunmuş peyğəmbərin Bəni-İsraildən çıxacağını gözləyirmişlər. Quranın yəhudilərdən olmayan birinə nazil olması onları narahat edirdi. Ayənin sonunda isə belə deyilir: "Buna görə də onlar (Allahın) qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirlər üçün alçaldıcı bir əzab var”.
İncəliklər:
1\. Zərərli bir ticarət.
Yəhudilər olduqca zərərli bir ticarət etdilər. Çünki əvvəlcə yeni dinin İslamın carçılarından olsalar da, min bir əzabla Mədinədə məhz bu məqsədlə məskunlaşsalar da, sırf vəd olunmuş peyğəmbərin onların arasından seçilmədiyi və ya onların şəxsi mənafeyini təhlükə altına saldığı üçün ona qarşı çıxdılar. İnsanı nəinki məqsədinə çatdırmayan, hətta bütün imkanlarını uğrunda səfərbər etdiyi işə qarşı çıxmaqdan, bununla da Allahın qəzəbinə tuş gəlməkdən daha böyük hansı ziyan ola bilər?! Əmirəlmöminin Əli (ə) insanın dəyəri barədə belə buyurmuşdur:
"Sizin varlığınızın qiyməti yalnız Cənnətdir. Özünüzü ondan ucuzuna satmayın!"
İmam Əli (ə) bu kəlamında insanın öz varlığını ticarətin sərmayəsi kimi təqdim etmişdir. Çünki küfr etməklə o, bütün dəyərini əldən verir.
Sanki şəxsiyyətini itirmiş olur. Başqa sözlə desək, özünü sataraq başqasının əsirinə çevrilmiş köləyə bənzəyir. Yəhudilər də məhz öz nəfslərinin köləsinə çevrilmişlər.
Ayənin ərəbcə mətnindəki (iştərəv) sözü “almaq” mənasında İşlədilsə də, bəzi hallarda “satmaq” mənasını da bildirir. Bu ayədə də məhz “satmaq" mənasında işlədilmişdir.
2\. "Allahın qəzəbi üstünə bir qəzəb də artırdılar” cümləsinin izahı Quran Bəni-İsrailin Tih səhrasında sərgərdan qaldığı zaman gördüyü yanlış hərəkətlərə görə "Allahın qəzəbinə düçar oldular” cümləsini işlətmişdi. Sonra da əlavə edərək bildirmişdir ki, bu qəzəbin səbəbi peyğəmbərləri öldürmələri və Allahın ayələrinə küfr etmələri olmuşdur. "Ali-İmran" surəsinin 112-ci ayəsində də bildirilmişdir ki, yəhudilər Allahın ayələrinə küfr etdikləri və peyğəmbərləri öldürdüklərinə görə Allahın qəzəbinə düçar oldular. Bu, Allahın onlara ilk qəzəbi olmuşdur. Həmin adamların törəmələri İslam Peyğəmbəri (s) zühur etdikdən sonra öz əcdadlarının tutduğu mövqeyi davam etdirmişlər. Belə ki İslam Peyğəmbərinə (s) iman gətirməməklə kifayətlənməyib, hətta ona qarşı mübarizəyə də qalxmışdılar. Buna görə də Allah yenidən onlara qəzəb etmişdir. Bu, Allahın onlara ikinci qəzəbi idi. Haqqında danışdığımız ayədə də məhz buna görə "Onlar (Allahın) qəzəbi üstünə bir qəzəb də artırdılar” deyilmişdir.
Ayənin ərəbcə mətnindəki "bau" feili, əslində, "qayıtmaq, məskunlaşmaq" mənasını bildirsə də, burada "layiq olmaq, qazanmaq" mənasında nəzərdə tutulmuşdur. Yəni yəhudilər Allahın qəzəbinə layiq görülüb onu özləri üçün, sanki bir ev olaraq seçdilər. Ümumiyyətlə, yəhudilər istər Musa (ə), istərsə də Həzrət Muhəmmədin (s) peyğəmbər seçilməzdən qabaq gəlişini səbirsizliklə gözləyən insanlar olmuşlar. Lakin hər iki peyğəmbər gəldikdən sonra öz fikirlərindən dönərək ard- arda Allahın qəzəbinə tuş gəlmişlər.
Bəqərə surəsi, 91-93-cü ayələr
وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا بِمَا أَنْزَلَ اللَّهُ قَالُوا نُؤْمِنُ بِمَا أُنْزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَاءَهُ وَهُوَ الْحَقُّ مُصَدِّقًا لِمَا مَعَهُمْ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنْبِيَاءَ اللَّهِ مِنْ قَبْلُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ .٩١
وَلَقَدْ جَاءَكُمْ مُوسَى بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ .٩٢
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاسْمَعُوا قَالُوا سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُوا فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِهِ إِيمَانُكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ .٩٣
Ayələrin tərcüməsi
91\. Onlara: "Allahın nazil etdiklərinə inanın!" - deyildikdə, onlar: "Biz özümüzə göndərilənə inanırıq" - deyir, ondan başqasını inkar edirlər. Halbuki o həqiqətdir və onlara nazil olanı təsdiq edir. (Onlara) söylə: "Əgər (doğru deyirsinizsə, özünüzə nazil olan ayələrə) inanırsınızsa, bəs nə üçün bundan qabaq Allahın peyğəmbərlərini öldürürdünüz?"
92\. Musa sizə o qədər dəlillər (möcüzələr) gətirdi. Siz isə onun ardınca (Musa yox ikən) zülm edərək buzovu (tanrı) seçdiniz.
93\. (Yadınıza salın ki,) o zaman Biz sizdən əhd aldıq, Tur dağını başınızın üstünə qaldırdıq (və dedik): "Sizə verdiyimiz (fərmanlardan) möhkəm yapışın və (düzgün) eşidin!" Onlar isə: "Eşitdik, amma qarşı çıxdıq" - dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. (Onlara) de: "Əgər iman gətirmisinizsə, imanınız sizə necə də pis əmr edir!"
Ayələrin təfsiri.
Yəhudilərin irqi təəssübkeşliyi.
Bundan əvvəlki ayələrdə yəhudilərin Tövratda gələcəyinə vəd verilmiş peyğəmbərə qovuşmaq üçün çəkdiyi əziyyətlər, habelə paxıllıqları üzündən, yaxud həmin peyğəmbərin Bəni-İsraildən olmadığına və onların şəxsi mənafeyini təhlükə altına saldığına görə ona iman gətirməkdən boyun qaçırdığını oxuduq. Bu ayələrdə isə yəhudilərin bütün dünyada tanınan irqi təəssübkeşlik məsələsinə toxunularaq deyilir: "Onlara: "Allahın nazil etdiklərinə inanın!" - deyildikdə onlar: "Biz özümüzə göndərilənə inanırıq" - deyir, ondan başqasını inkar edirlər”.
Yəhudilər nə İncilə, nə də Qurana iman gətirdilər. Onları yalnız öz irqi maraqları düşündürürdü. Halbuki bir haqq kitab olaraq Quranın nişanələri onların öz kitablarında da mövcuddur: "Halbuki o həqiqətdir və onlara nazil olanı təsdiq edir”.
Bunun ardınca yəhudilərin yalanının üstü açılaraq deyilir ki, əgər sizin iman gətirməməyinizin səbəbi Həzrət Muhəmmədin (s) Bəni- İsraildən olmamasıdırsa, bəs nə üçün ondan əvvəlki peyğəmbərlərə iman gətirmir, onları öldürürdünüz? "Əgər (doğru deyirsinizsə, özünüzə nazil olan ayələrə) inanırsınızsa, bəs nə üçün bundan qabaq Allahın peyğəmbərlərini öldürürdünüz”.
Əgər yəhudilər, həqiqətən də, Tövrata inanırdılarsa, onda gǝrǝk peyğəmbərləri öldürməyəydilər. Çünki Tövrat insan öldürməyi haram bilmişdir. Ümumiyyətlə, onların "Biz özümüzə göndərilənə inanırıq" deməsi tövhid yolundan sapmadır. Bu da onların eqoistliyindən irəli gəlir. Bu, sadəcə olaraq şəxsi deyil, irqi eqoistlikdir. Tövhid dini məhz bu cür bəyənilməz xislətləri aradan qaldırmaq üçün gəlmişdir ki, insanlar bu və digər göstərişi sırf Allahın əmri olduğuna görə qəbul etsinlər. Başqa sözlə desək, Allahın göstərişlərini qəbul etməkdə yalnız özümüzə nazil olması şərt edilərsə, bu, iman deyil, şirk sayılar. Maraqlısı budur ki, sözügedən ayədə "Allahın nazil etdiklərinə inanın" deyilir. Burada nə Həzrət Muhəmmədin (ə), nə İsanın (ə), nə də Musanın (ə) adı çəkilmir.
Quran yəhudilərin yalanını tamamilə üzə çıxarmaq üçün növbəti ayədə onların əleyhinə daha bir faktı açıb ortaya qoyur: "Musa sizə o qədər dəlillər (möcüzələr) gətirdi. Siz isə onun ardınca (Musa yox ikən) zülm edərək buzovu (tanrı) seçdiniz”.
Əgər siz yəhudilər "Biz özümüzə göndərilənə inanırıq" söyləməklə doğru deyirsinizsə, bəs onda nə üçün tövhidə dəlalət edəcək o qədər nişanə və möcüzə gəldikdən sonra buzova sitayiş etdiniz? Bu, necə imandır ki, Musa (ə) Tur dağına gedən kimi qəlbinizdən çıxır və Allahın əvəzinə buzova sitayiş etməklə siz yenidən şirkə üz tutursunuz? Siz bu işinizlə həm özünüzə, həm nəslinizə, həm də cəmiyyətinizə zülm etdiniz.
Nəhayət, bu hissənin son ayəsində yəhudilərin bu iddiasının yalan olduğuna dair əhd-peyman məsələsi bir daha qabardılaraq deyilir: "(Yadınıza salın ki,) o zaman Biz sizdən əhd aldıq, Tur dağını başınızın üstünə qaldırdıq (və dedik): "Sizə verdiyimiz (fərmanlardan) möhkəm yapışın və (düzgün) eşidin!" Onlar isə: "Eşitdik, amma qarşı çıxdıq" - dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü”.
Şirk və dünyapərəstliyin nişanələrindən olan Samirinin qızılı buzovuna sevgi, sanki onların canına hopmuşdu. Buna görə də Allahı unutmuşdular. Axı bu, necə imandır ki, həm peyğəmbərləri öldürməyə, həm buzova sitayiş etməyə, həm də Allah-taala ilə bağlanmış əhd- peymanı pozmağa icazə verir? "(Onlara) de: "Əgər iman gətirmisinizsə, imanınız sizə necə də pis əmr edir”.
İncəliklər:
1\. “Eşitdik, amma qarşı çıxdıq" cümləsi yəhudilərin dildə dediyi bir cümlə olmamışdır. Onlar bunu öz əməlləri ilə də göstərmişlər. Bu, gündəlik həyatımızda da işlədilən gözəl kinayə üslubudur.
2\. "Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü" cümləsi də yəhudilərin vəziyyətini əks etdirən gözəl bir kinayədir. Rağib İsfahani "Mufrǝdatul-Quran” əsərində yazır: (əşrəbə) feili həm "dəvənin boynuna ip salmaq", həm də "suvarmaq" və ya "kiməsə su vermək" mənasında işlədilir. Birinci mənaya əsaslansaq, ayədən belə aydın olacaq ki, onların qəlbini möhkəm bir ip buzova bağlamışdı. İkinci mənaya əsaslansaq, onda (hubb-sevgi) sözü nəzərdə tutulacaq və ayənin mənası belə olacaq ki, Bəni-İsrail öz qəlbini Samirinin buzovunun sevgisi ilə suvarmışdı".
Ərəblərdə belə bir adət olmuşdur ki, nəyəsə həddən artıq sevgi və ya nifrət bildirmək istədikdə yuxarıdakı ifadəni işlədirdilər. Yeri gəlmişkən, bu ifadədən o da başa düşülür ki, Bəni-İsrailin belə yaramaz işlərinə təəccüb edilməməlidir. Çünki bu əməllərin hamısı onların şirk suyu ilə suvarılmış qəlbinin məhsuludur. Şirk suyu ilə suvarılmış qəlb isə, təbii ki, xəyanət, peyğəmbər öldürmək, günah və zülmdən başqa bir iş görməz. Bu işin əhəmiyyəti özünü o vaxt daha qabarıq şəkildə göstərir ki, yəhudilikdə insan qətlinin necə pis əməl sayıldığına diqqət yetirək. Yəhudilik dini bu işi o qədər böyük cinayət hesab etmişdir ki, nəyin bahasına olursa-olsun, qətl törədən şəxsə qarşı qisas tətbiq edilməli imiş. "Müqəddəs kitab ensiklopediyası" əsərində (səh.687) deyilir: "Yəhudilərdə qəsdən törədilmiş qətl o dərəcədə böyük cinayət sayılırmış ki, qatil müqəddəs ocaqlara da sığınsaydı, canını qurtara bilməzdi. O tutularaq qisas hökmü icra edilərdi”. Tövrata əsasən adi insanı öldürməyin əhəmiyyəti bu qədər böyük olmuşdur. İndi görün, Allahın göndərdiyi peyğəmbəri öldürməyin əhəmiyyəti nə dərəcədədir!
Bəqərə surəsi, 94-96-cı ayələr
قُلْ إِنْ كَانَتْ لَكُمُ الدَّارُ الْآخِرَةُ عِنْدَ اللَّهِ خَالِصَةً مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ .٩٤
وَلَنْ يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ .٩٥
وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ النَّاسِ عَلَى حَيَاةٍ وَمِنَ الَّذِينَ أَشْرَكُوا يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَنْ يُعَمَّرَ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ .٩٦
Ayələrin tərcüməsi
94\. (Onlara) de: "Əgər (sizin iddia etdiyiniz kimi) Allah yanında axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda ölüm arzulayın!"
95\. Amma onlar özlərindən qabaq göndərdikləri pis əməllərə görə əsla ölüm arzulamazlar. Allah zalımları tanıyır.
96\. Onları yaşamağa (bu dünyaya və sərvət toplamağa) bütün insanlardan, hətta müşriklərdən də daha artıq həris görərsən. (Belə ki) onlardan hər biri ona min il ömür verilməsini istər. Halbuki bu uzun ömür onu (ilahi) əzabdan uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görür.
Ayələrin təfsiri.
Özündənrazı dəstə.
Quranda yəhudilərin barəsində deyilənlərdən əlavə, tarixi mənbələrdən də belə məlum olur ki, onlar özlərini digər xalqlardan üstün hesab etmişlər. Elə təsəvvür etmişlər ki, Cənnət də məhz onlar üçün yaradılıb, Cəhənnəm odu onlara elə də təsir etməyəcək. Onlar özlərini Allahın övladları və yaxın dostları hesab etmişlər. Bir sözlə, yaxşı insanların sahib ola biləcəyi hər şeyi özlərinə aid etmişlər. Dediklərimiz yəhudilər barəsindəki bir çox ayələrdə öz əksini tapmışdır. "Maidə" surəsinin 18-ci ayəsində onların dilindən belə deyilir:
"Biz Allahın övladları və (xüsusi) dostlarıyıq". "Bəqərə" surəsinin 111-ci ayəsində deyilir:
"(Onlar) dedilər: "Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs girməyəcək".
Həmin surənin 80-ci ayəsi isə belədir:
"(Onlar): "Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz" - dedilər".
Bu cür yanlış təsəvvürlər bir tərəfdən onları zülm, haqsızlıq və digər günahlara cəsarətləndirir, digər tərəfdən isə onları özündən razı salırdı.
Haqqında danışacağımız ayələrdə Allah-taala yəhudilərə çox qəti cavab verǝrǝk buyurur: "(Onlara) de: "Əgər (sizin iddia etdiyiniz kimi) Allah yanında axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda ölüm arzulayın!"
Məgər siz yəhudilər Allahın dərgahına qovuşub Onun tükənməz nemətlərindən faydalanmaq istəmirsiniz? Məgər öz məhbubunuzun görüşünə tələsmirsiniz? Yəhudilər "Cənnət bizə məxsusdur”, “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz" kimi sözləri ilə müsəlmanları İslam dininə qarşı pessimist olmağa səsləyirdilər. Quran isə onların bu cür yalan iddialarının üzərindən pərdəni götürür. Onlar heç vaxt dünyadan əl çəkməyə razı olmazlar. Bu isə onların öz iddialarında yalançı olduğunu göstərən ən aşkar sübutdur. Əgər, doğrudan da, insan axirət dünyasına bağlı olarsa, daha nə üçün dünyaya bu qədər rəğbəti olmalı, dünya malından ötrü bu qədər günahlar etməlidir?
Allah-taala növbəti ayədə əlavə edərək buyurur: "Amma onlar özlərindən qabaq göndərdikləri pis əməllərə görə əsla ölüm arzulamazlar. Allah zalimları tanıyır”.
Bəli, yəhudilər əməl dəftərlərində hansı əməllərin olduğunu çox yaxşı bilirdilər. Təbii ki, Allah da onların əməllərindən xəbərdar idi. Yəhudilər axirət dünyasının onlar üçün, əslində, əzab-əziyyət yurdu olacağını bildiklərinə görə heç vaxt oranı arzulamazdılar.
Sonuncu ayədə yəhudilərin dünyaya həddən artıq hərisliyinə toxunularaq deyilir: "Onları yaşamağa (bu dünyaya və sərvət toplamağa) bütün insanlardan, hətta müşriklərdən də daha artıq həris görərsən”.
Yəhudilər həm sərvət toplamağa, həm dünyanı əldə etməyə, həm də hər şeyin yalnız onların olmaq istəyinə hərisdirlər. Onlar hətta sərvət toplamaqda heç nədən çəkinməyən müşriklərdən də daha hərisdirlər. Dünyaya və dünya malına o qədər hərisdirlər ki, hər biri min il yaşamaq istər. Lakin nə qədər uzun ömür sürsələr də, yenə Allahın əzabından qurtara bilməyəcəklər: "(Belə ki) onlardan hər biri ona min il ömür verilməsini istər. Halbuki bu uzun ömür onu (ilahi) əzabdan uzaqlaşdırmaz". Əgər Allahın onların əməllərindən xəbərsiz olduğunu düşünürlərsə, səhv edirlər, çünki Allah onların nə etdiyini görür: “Allah onların nə etdiklərini görür."
İncəliklər:
1\. "Min il" ifadəsi.
Qeyd etmək lazımdır ki, ayədəki “min il” ifadəsində konkret olaraq min il nəzərdə tutulmayıb. Bu ifadə sadəcə uzun müddət yaşamaq istəyini bildirən qeyri-müəyyən bir rəqəm kimi nəzərdə tutulmuşdur. Bəzi təfsirçilərin fikrincə, bu ayələrin nazil olduğu dövrdə min rəqəmi ərəblərin fikrində ən böyük rəqəm sayılırmış. Mindən daha böyük rəqəmlərin isə müəyyən bir adı olmamışdır. Buna görə də min rəqəmi çoxluğu bildirən ən böyük rəqəm olmuşdur.
2\. "Yaşamaq" ifadəsi.
Bəzi təfsirçilərin fikrincə, ayənin ərəbcə orijinalındakı (yaşamağa) ifadəsinin qeyri-müəyyənlikdə verilməsi alçaltma məqsədi güdür. Yəni yəhudilər bu dünyaya o qədər hərisdirlər ki, hətta bu dünyadakı ən bədbəxt həyatı da axirət həyatından üstün tuturlar.
3\. İrqçilərin cinayətləri.
Şübhə yoxdur ki, dünyada baş vermiş bir çox müharibələrin, qırğınların kökündə irqi baxımdan üstünlük qazanmaq dayanmışdır. Xüsusilə də ən çox insan tələfatı ilə nəticələnmiş birinci və ikinci dünya müharibələrinin əsas səbəbi almanların (və ya nasistlərin) irqçilik ideologiyası olmuşdur.
Dünyadakı irqçi millətlərin cədvəlini tərtib etməli olsaq, şübhəsiz, yəhudilər ilk sıralarda yer alacaqlar. Onlar hətta Musa (ə) peyğəmbərin dinini də yalnız özlərinə məxsus hesab edirlər. Qeyri-yəhudi xalqının hər hansı bir nümayəndəsi bu dini qəbul edərsə, bu, onlar üçün elə də maraqlı olmayacaq. Buna görə də öz millətindən başqa millətlərin arasında dini təbliğatla məşğul olmurlar. Yəhudilərin bu tərzi-təfəkkürü dünya xalqlarında onlara qarşı nifrət hissi yaratmışdır. Çünki insanlar özlərini başqa xalqlardan üstün hesab edən milləti sevmirlər. Ümumiyyətlə, irqçilik də şirkin bir qoludur. Buna görə də İslam dini irqçiliyə qarşı çıxmış, bütün insanların bir atadan, bir anadan (Adəm ilə Həvvadan) yaradıldığını söyləyərək üstünlük meyarının yalnız təqva olduğunu bildirmişdir.
4\. Ölümdən qorxmağın səbəbləri.
İnsanların böyük əksəriyyəti ölümdən qorxur. Görəsən, bunun səbəbi nədir? Araşdırdıqda məlum olur ki, ölümdən qorxmaq aşağıdakı iki amildən biri ilə bağlıdır:
1-Bir çoxları ölümü puç olmaq kimi başa düşürlər. Məlum məsələdir ki, insanda puçluğa qarşı qorxu hissi olur. Ölümü də yoxluq kimi qəbul etsək, insan ölümdən də qorxacaq. Hətta həyatın ən şirin anlarında belə nə vaxtsa bu dünya həyatının sona çatacağı barədə düşünmək dünyanın şirinliyini zəhərə çevirir.
2-Ölümü yoxluq kimi deyil, yeni və əbədi bir həyatın başlanğıcı hesab edən insanlar etdikləri günahlara görə ondan qorxurlar. Çünki ölüm onları öz pis əməllərinin cəzasına yaxınlaşdırır. Buna görə də cəzadan bacardıqları qədər uzaq olmağa çalışırlar. Haqqında danışdığımız ayə məhz ikinci dəstəyə işarə edir.
Allahın göndərdiyi peyğəmbərlər bir tərəfdən insanların qəlbində ölümdən sonrakı əbədi həyata iman yaratmış, digər tərəfdən isə onlardan ölümdən qorxu hissini uzaqlaşdırmış, ölümü onların gözündə əsl anlamında - axirət həyatına bir müqəddimə kimi göstərmişlər. Üçüncü bir tərəfdən isə insanları yaxşı əməllər görməyə dəvət etmişlər ki, pis əməllərin ucbatından ölümdən qorxmaq fikri də onların ağlından çıxsın. Buna görə də imanlı insanlar bu dünya həyatının başa çatmasından qətiyyən qorxmurlar.
Bəqərə surəsi, 97-98-ci ayələr
قُلْ مَنْ كَانَ عَدُوًّا لِجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ بِإِذْنِ اللَّهِ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ .٩٧
مَنْ كَانَ عَدُوًّا لِلَّهِ وَمَلَائِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ فَإِنَّ اللَّهَ عَدُوٌّ لِلْكَافِرِينَ .٩٨
Ayələrin tərcüməsi
97\. (Onlar deyirlər: "Sənə vəhyi nazil edən mələk Cəbrail olduğuna görə və biz onunla düşmən olduğumuza görə sənə iman gətirmirik".) De: "Cəbrailə düşmən olan (əslində, Allaha düşməndir). (Çünki) o, Quranı Allahın fərmanı ilə özündən əvvəlkiləri təsdiqləyən, möminlər üçün isə hidayət və müjdə olaraq sənin qəlbinə nazil etmişdir".
98\. Kim Allaha, Onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, (kafirdir və) şübhəsiz, Allah kafirlərə düşməndir.
Ayələrin nazilolma səbəbi.
Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra (yəhudi alimlərindən olan) İbn Suriya Fədək yəhudilərindən bir neçə nəfərlə birlikdə o Həzrətin (s) yanına gəlib müxtəlif suallar verir, onun peyğəmbərliyinə dəlalət edən nişanələr istəyirlər. Onun verdiyi suallardan biri də o Həzrətin (s) yatması ilə bağlı idi. Soruşurlar ki, ey Muhəmməd, sən necə yatırsan? Bizim gəlişinə vəd verilmiş peyğəmbərin necə yatması barədə müəyyən məlumatlarımız var. Həzrət Peyğəmbər (s) onların cavabında buyurur: "Gözlərim yuxuya getsə də, qəlbim oyaq qalır". Yəhudilər deyirlər ki, doğru deyirsən, ey Muhəmməd. Bir neçə sual verdikdən sonra İbn Suriya deyir ki, bircə sual qaldı, əgər ona da doğru cavab versən, sənə iman gətirəcəyik. De görək, sənə nazil olan vəhy mələyinin adı nədir? Həzrət Peyğəmbər (s) cavab verir ki, onun adı Cəbraildir. İbn Suriya bunu eşitdikdə deyir ki, o, cihad haqqında çətin göstərişlər gətirdiyi üçün bizim düşmənimizdir. Mikail isə həmişə asan göstərişlər gətirmişdir. Əgər sənə nazil olan vəhy mələyi Mikail olsaydı, iman gətirərdik.
Ayələrin təfsiri.
Bəhanə axtarışında olan millət.
Yuxarıdakı ayələrin nazilolma səbəbini araşdırdıqda yəhudilərin bəhanə axtarışında olduğu bir daha göz önündə canlanır. Onlar Musa (ǝ) peyğəmbərin dövründən başlayaraq Həzrət Muhəmmədin (s) də dövrü daxil olmaqla bütün zamanlarda öhdələrinə düşən məsuliyyət yükündən azad olmaqdan ötrü bəhanə axtarmaqda davam etmişlər.
nin Diqqət yetirdiyiniz kimi, bu ayələrdə yəhudilər yeganə bəhanə kimi Həzrət Peyğəmbərə (s) nazil olan vəhy mələyinin Cəbrail (ə) olmasını və onun çox çətin göstərişlər gətirdiyi üçün yəhudilərin düşməni olduğunu göstərmişlər. Guya vəhy mələyi Mikail (ə) olsaydı, onda Həzrət Peyğəmbərə (s) iman gətirəcəkdilər. Onlardan soruşmaq lazımdır ki, məgər Allahın mələkləri öz vəzifələrini yerinə yetirməkdə bir-birindən fərqlənirlər? Ümumiyyətlə, məgər onlar öz istəklərinə əsasən davranırlar, yaxud özlərindən hər hansı bir söz deyirlər? Quranın da buyurduğu kimi, onlar yalnız Allahın göstərişlərini yerinə yetirirlər:
"Allahın verdiyi əmrlərə (heç vaxt) asi olmayan (əmrindən əsla çıxmayan), buyurulanları yerinə yetirən ... mələklər..."
Quran yəhudilərin bu bəhanəsinə cavab olaraq belə buyurmuşdur: "Cəbrailə düşmən olan (əslində, Allaha düşməndir). (Çünki) o, Quranı Allahın fərmanı ilə özündən əvvəlkiləri təsdiqləyən, möminlər üçün isə hidayət və müjdə olaraq sənin qəlbinə nazil etmişdir".
Bu ayədə yəhudilərin bəhanəsinə üç cavab verilmişdir:
1) Cəbrail özündən heç bir göstəriş gətirmir. O, nə gətirirsə, hamısı Allah tərəfindən və Onun izni ilədir.
2) Onun gətirdiyi əvvəlki kitablarda olanlarla da tam uyğundur.
3) Onun gətirdiyinin mahiyyəti də haqq olduğuna bir sübutdur. Növbəti ayədə bu məsələ daha təkidlə, eyni zamanda bir qədər təhdidlə bəyan edilərək deyilir: "Kim Allaha, Onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, (kafirdir və) şübhəsiz, Allah kafirlərə düşməndir”.
Bu ayədən məlum olur ki, Allah, mələklər, peyğəmbərlər, Cəbrail, Mikail və digər bütün mələklər bir-birindən ayrılmaz. Yəni onlardan hər hansı biri ilə düşmənçilik digərləri ilə də düşmənçilik deməkdir. Başqa sözlə desək, Allah-taalanın insanları təkamülə doğru aparan göstərişləri Allah tərəfindən məhz mələklərin vasitəsilə peyğəmbərlərə nazil olur. Əgər onların öhdəsinə düşən məsuliyyətdə bir fərq varsa, bu, yalnız həmin məsuliyyətin formasında ola bilər. Məsuliyyətin mahiyyətinə gəldikdə isə onların hamısı eyni məqsədə xidmət edir. Deməli, onlardan biri ilə düşmənçilik Allahın Özü ilə düşmənçilik deməkdir.
Cəbrail və Mikail.
Həzrət Cəbrailin adı Quranda üç dəfə, Həzrət Mikailin adı isə yalnız bir dəfə çəkilmişdir. Bu ayələrdən belə məlum olur ki, onların hər ikisi Allahın ən böyük və ən yaxın mələkləridir. Müsəlmanlar arasında bu iki mələk "Cəbrail" və "Mikail" kimi tələffüz edilsə də, Quranda (Cibril) və (Mikal) kimi gəlmişdir. Bəzi tədqiqatçılar (Cəbrail) sözünün ibri mənşəli və əslində, “Allah adamı” və ya “Allahın gücü" mənasını verən "cibril" olduğu qənaətindədirlər. (“cibr” “adam” və ya “güc”, “il” isə “Allah” mənasını bildirir.)
Haqqında danışdığımız ayələrə əsasən Cəbrail Allahın Həzrət Peyğəmbərə (s) vəhy gətirən və Quranı o Həzrətin (s) mübarək qəlbinə nazil edən mələyi olmuşdur. "Nəhl" surəsinin 102-ci ayəsində Allah tərəfindən Həzrət Peyğəmbərə (s) vəhy çatdıran vasitəçinin Ruhul- qudus olduğu bildirilmişdir:
"De: "Ruhul-qudus onu iman gətirənləri sabitqədəm etmək üçün, müsəlmanlara doğru yol göstərən hidayətçi və müjdə olsun deyə, Rəbbin tərəfindən haqq olaraq nazil etmişdir".
"Şuǝra" surəsinin 192-193-cü ayələrində isə Rəsulǝllaha (s) Quranı nazil edənin Ruhul-əmin olduğu göstərilmişdir:
“Şübhəsiz ki, bu (Quran), aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Onu Ruhul-əmin endirib".
Bəzi hədislərdə Cəbrailin (ə) Həzrət Muhəmmədə (s) müxtəlif surətlərdə nazil olduğu nəql edilmişdir. Mədinədə o, adətən çox gözəl görünüşü olan Dehyətül-Kəlbi adlı bir nəfərin surətində nazil olurmuş. "Nəcm" surəsindən belə başa düşülür ki, Həzrət Peyğəmbər (s) Cəbraili iki dəfə əsl surətində görmüşdür. İslami mənbələrdə Cəbrail, Mikail, İsrafil və Əzrailin Allahın dörd ən yaxın mələyi, onların arasından isə Cəbrailin hamıdan üstün olduğu bildirilmişdir. Yəhudi mənbələrində də Cəbrail və Mikail haqqında danışılmışdır. O cümlədən Həzrət Daniyalın (ə) kitabında Cəbrailin şeytanların başçısını məğlub edən, Mikailin isə İsrail qövmünü himayə edən mələk olduğu qeyd edilmişdir. Tədqiqatçılar bildirirlər ki, yəhudilərin kitablarında Cəbrailin onların düşməni olması haqqında heç bir məlumat gözə dəymir. Bu isə onu göstərir ki, Rəsuləllahın (s) dövründə yaşamış yəhudilərin Cəbrailin onların düşməni olduğunu söyləməsi İslamı qəbul etməkdən boyun qaçırmaq üçün bəhanədən başqa bir şey olmamışdır. Çünki onların bu sözü əsla dini mənbələrinə əsaslanmamışdır.
Bəqərə surəsi, 99-101-ci ayələr
وَلَقَدْ أَنْزَلْنَا إِلَيْكَ آيَاتٍ بَيِّنَاتٍ وَمَا يَكْفُرُ بِهَا إِلَّا الْفَاسِقُونَ .٩٩
أَوَكُلَّمَا عَاهَدُوا عَهْدًا نَبَذَهُ فَرِيقٌ مِنْهُمْ بَلْ أَكْثَرُهُمْ لَا يُؤْمِنُونَ .١٠٠
وَلَمَّا جَاءَهُمْ رَسُولٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ كِتَابَ اللَّهِ وَرَاءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ .١٠١
Ayələrin tərcüməsi
99\. Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər.
100\. (Yəhudilər) hər dəfə (Allah və Peyğəmbərlə) əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Bəli, onların çoxu iman gətirməz.
101\. Allah tərəfindən onlara özlərində (kitablarında) olan nişanələrə uyğun bir peyğəmbər gəldikdə, səmavi kitab verilənlərdən bir qismi guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.
Ayələrin nazilolma səbəbi.
İlk ayənin nazilolma səbəbi haqqında İbn Abbasdan belə nəql edilmişdir: "Yəhudi alimi İbn Suriya inadkarlıq edərək Peyğəmbərə (s) deyir: "Sənin gətirdiyini biz başa düşə bilmirik. Bizim sənə itaət etməyimiz üçün Allah sənə aydın bir dəlil nazil etməmişdir". Bu ayə nazil olaraq onun cavabını verir".
Ayələrin təfsiri.
Əhdini pozan yəhudilər.
Haqqında danışacağımız ilk ayədə Quran bildirir ki, Rəsuləllahın (s) ixtiyarında öz peyğəmbərliyini sübut etmək üçün qaneedici dəlillər, açıq-aşkar nişanələr olmuşdur. Bu nişanələri inkar edənlər, əslində, o Həzrətin (s) haqq olduğunu bilirdilər, sadəcə şəxsi maraqlarına görə ona qarşı çıxmışlar. Buna görə də ilk ayədə Allah-taala buyurur: "Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər”.
Quran ayələri barədə düşünmək haqq axtarışında olan istənilən şəxsə doğru yolu göstərir. Bu ayələri oxuduqda Quranın əzəməti və Həzrət Peyğəmbərin (s) öz dəvətində haqq olduğu üzə çıxır. Ancaq bu həqiqəti yalnız qəlbi günahlar nəticəsində zülmətə çevrilməyən insanlar dərk edə bilərlər. Buna görə də fasiqlərin, günah girdabında çapalayan- ların, Allaha itaətdən boyun qaçıranların Peyğəmbərə (s) iman gətirməməsi heç də təəccüblü deyil.
Növbəti ayədə yəhudilərin ən pis xüsusiyyətlərindən birinə - sanki tarixən onların ayrılmaz bir özəlliyi olan əhdi pozmaq kimi xüsusiyyətinə toxunularaq deyilir: "(Yəhudilər) hər dəfə (Allah və Peyğəmbərlə) əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Bəli, onların çoxu iman gətirməz”.
Allah-taala Musa (ə) peyğəmbərin dövründə Tövratın göstərişlərinə əməl edəcəkləri ilə bağlı Tur dağında yəhudilərdən əhd-peyman aldı. Lakin onlar öz əhdlərini pozub Tövratın göstərişlərinə əməl etmədilər. Onlarla daha bir əhd bağlanmışdı ki, gəlişinə vəd verilmiş peyğəmbərə (nişanələrini Tövratda oxuduqları İslam Peyğəmbərinə (s)) iman gətirsinlər. Lakin onlar bu əhdə də sadiq qalmadılar. Habelə Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra orada yaşayan Bəni- Nəzir və Bəni-Qüreyzə yəhudiləri İslam düşmənlərinə kömək etməyəcəkləri barədə əhd-peyman bağladılar. Lakin onlar bu əhdi də pozaraq Məkkə müşrikləri ilə əlbir olub müsəlmanlara qarşı hərəkətə keçdilər. Ümumiyyətlə, bağladığı əhdi pozmaq yəhudilərin köhnə adəti olmuşdur. İndi də yəhudilər şəxsi maraqları təhlükə altına düşdükdə bütün anlaşmaları bir kənara qoyub yalnız öz mənafelərini düşünürlər.
Sonuncu ayədə bu məsələyə daha açıq şəkildə toxunulur: "Allah tərəfindən onlara özlərində (kitablarında) olan nişanələrə uyğun bir peyğəmbər gəldikdə, səmavi kitab verilənlərdən bir qismi guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi”.
Həzrət Muhəmməd (s) peyğəmbər seçilənə qədər yəhudi alimləri o Həzrətin (s) gəlişi barədə insanlara müjdə verərək onun nişanələrini söyləyirdilər. Lakin o Həzrət (s) peyğəmbər seçildikdən sonra həmin yəhudi alimləri Tövratın dediklərindən elə üz çevirdilər ki, sanki heç onlardan xəbərləri olmamışdı. Bütün bunlar dünyapərəstlik və eqoistliyin nəticəsidir. Əvvəldə haqqın carçıları olan bu şəxslər haqq gəldikdə isə ona qarşı çıxaraq düşmən sıralarına qoşulurlar.
İncəliklər:
1\. Quranın barəsində "nazilolma" və "naziletmə" ifadələri işlədildikdə elə başa düşülməməlidir ki, guya Allahın göydə müəyyən bir yeri var və Quranı da məhz oradan endirmişdir. Bu ifadələr sadəcə Allah-taalanın məqamının əzəmətinə işarə edir.
2\. (fasiq) sözü (fisq) kökündən olub, hərfi mənası “təzə xurmanın çəyirdəyinin xurmadan çıxması" deməkdir. Bəzi vaxtlar təzə yetişmiş xurma ağacdan qırılıb düşərkən çəyirdəyi ayrılıb çölə çıxır. Bunu ərəblər (xurmanın tumu ayrıldı) kimi ifadə edirlər. Sonradan Allaha itaət libasını əynindən çıxarıb itaətsizlik libası geyinən şəxslərə də (fasiq) deyilmişdir. Xurmanın çəyirdəyi şirin, dadlı və kalorili hissəsindən ayrıldığı kimi, insan da öz çirkin əməlləri ilə, sanki şəxsiyyətindən, insanlığından uzaqlaşır.
3\. Digər məsələlərdə olduğu kimi, bu məsələdə də Quran əksəriyyətin günahı ucbatından bütün bir qövmü danlamamışdır. Son ayədəki "bir qismi” və “onların çoxu” ifadələri mömin dəstəni günahkarlardan ayırır. Haqq axtarışında olmaq da məhz bunu tələb edir.
Bəqərə surəsi, 102-103-cü ayələr
وَاتَّبَعُوا مَا تَتْلُو الشَّيَاطِينُ عَلَى مُلْكِ سُلَيْمَانَ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَكِنَّ الشَّيَاطِينَ كَفَرُوا يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنْزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّى يَقُولَا إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ وَمَا هُمْ بِضَارِّينَ بِهِ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ اللَّهِ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ وَلَقَدْ عَلِمُوا لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ وَلَبِئْسَ مَا شَرَوْا بِهِ أَنْفُسَهُمْ لَوْ كَانُوا يَعْلَمُونَ .١٠٢
وَلَوْ أَنَّهُمْ آمَنُوا وَاتَّقَوْا لَمَثُوبَةٌ مِنْ عِنْدِ اللَّهِ خَيْرٌ لَوْ كَانُوا يَعْلَمُونَ .١٠٣
Ayələrin tərcüməsi
102\. (Yəhudilər) Süleymanın dövründə şeytanların (insanlara) oxuduqlarına tabe oldular. Süleyman (əsla sehrə əl bulaşdırmadı və) kafir olmadı, lakin şeytanlar kafir oldular və xalqa sehr öyrətdilər. (Yəhudilər də) iki Babil mələyi Harut və Maruta nazil olanlara tabe oldular. (Onlar sehri batil etmək, onun təsirini aradan qaldırmağı bilmək üçün xalqa öyrədirdilər). "Biz sınaq vasitəsiyik, kafir olma! (Bu təlimlərdən pis məqsədlər üçün istifadə etmə!)” – deməmiş heç kəsə bir şey öyrətmirdilər. (Buna baxmayaraq, yenə də) onlardan ər-arvad arasına nifaq sala biləcəkləri şeylər öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Şübhəsiz, (onlar) belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!
103\. Əgər onlar iman gətirib təqvalı olsaydılar (pis əməllərdən çəkinsəydilər), Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Kaş bunu dərk etsəydilər!
Ayələrin təfsiri.
Süleyman (ə) və Babil sehrbazları.
Hədislərdə belə nəql edilmişdir ki, Həzrət Süleyman (ə) peyğəmbərin dövründə onun ölkəsində bir qrup insan sehrbazlıqla məşğul olurmuş. O Həzrət (ə) göstəriş verir ki, sehrbazların bütün yazılarını toplayıb xüsusi bir yerdə saxlasınlar. (Ola bilər ki, bu yazılardan sehri qüvvədən salmaq kimi yaxşı məqsədlərdə istifadə edilsin, bu səbəbdən onların saxlanılmasına dair belə bir göstəriş verilmişdir.) Onun vəfatından sonra bir qrup insan onları camaatın arasında yaymağa başlayır. Hətta bəziləri bundan istifadə edib belə bir şayiə çıxarırlar ki, Süleyman (ə) heç peyğəmbər deyilmiş, bu sehr və cadunun köməyi ilə ölkəni ələ keçirib qeyri-adi işlər görürmüş. Bəni-İsraildən olan bir qrup insan da sehr-caduya rəğbət göstərib Tövratdan əl çəkir. Həzrət Muhəmməd (s) peyğəmbər seçildikdən sonra Süleymanın (ə) da peyğəmbər olduğunu bildirdikdə bəzi yəhudi alimləri camaata deyirlər ki, Süleyman (ə) sehrbaz olduğu halda, Muhəmmədin (s) onun peyğəmbər olduğunu deməsi sizə təəccüblü gəlmirmi? Yəhudilərin bu sözü Allahın peyğəmbərinə qarşı böyük bir iftira olmaqla yanaşı, eyni zamanda o Həzrəti (ə) kafir hesab etmək anlamına gəlirdi. Çünki onların dediyinə görə, guya Süleyman (ə) sehrbaz olubmuş, lakin sehrdən istifadə etməklə özünü peyğəmbər kimi qələmə veribmiş. Bu isə küfr anlamına gəlir. Sözügedən ayələr onların bu iddiasına cavab verir.
Haqqında danışacağımız ilk ayədə də məhz yəhudilərin sehr-cadu ardınca getməsinə və Həzrət Süleymanı (ə) da sehrbazlıqda ittiham etməsinə toxunulur: "(Yəhudilər) Süleymanın dövründə şeytanların insanlara) oxuduqlarına tabe oldular.
Ayənin ərəbcə mətnindəki (tabe oldular) feilindəki üçüncü şəxsin cəminin şəxs sonluğu Həzrət Peyğəmbərin (s), yaxud Həzrət Süleymanın (ə) dövründəki yəhudilərə, ya da bütün yəhudilərə şamil ola bilər. (şeytanlar) dedikdə isə insanlardan və ya cinlərdən, yaxud da hər iki dəstədən olan şeytanlar nəzərdə tutula bilər.
Allah-taala ayənin davamında buyurur: "Süleyman (əsla sehrə əl bulaşdırmadı və) kafir olmadı".
O Həzrət (ə) qətiyyən sehrbaz olmamış, sehrə yaxın durmamış, öz işlərini həyata keçirmək üçün əsla sehr-cadudan istifadə etməmişdir.
Daha sonra deyilir: "Lakin şeytanlar kafir oldular və xalqa sehr öyrətdilər. (Yəhudilər də) iki Babil mələyi Harut və Maruta nazil olanlara tabe oldular”.
Yəhudilər iki tərəfdən biri Süleyman (ə) peyğəmbərin dövründəki şeytanlardan, digəri isə iki Babil mələyi Harutla Marutun sehri batil etmək, təsirini aradan qaldırmağı bilmək üçün xalqa öyrətdiklərindən istifadə etməklə sehr öyrənməyə başlayırlar. Halbuki o iki mələk sehri batil etməkdən ötrü bunu camaata öyrədirdi: “(Onlar sehri batil etmək, təsirini aradan qaldırmağı bilmək üçün xalqa öyrədirdilər). “Biz sınaq vasitəsiyik, kafir olma! (Bu təlimlərdən pis məqsədlər üçün istifadə etmə!)” – deməmiş heç kəsə bir şey öyrətmirdilər".
Babildə sehrbazlığın geniş yayıldığı bir vaxtda Harut və Marut adlı iki mələk sehri batil etmək, onun təsirini aradan qaldırmağı camaata Öyrətmək üçün insanların arasına gəlir. Təbii ki, hər hansı bir şeyin təsirini batil etmək üçün ilk növbədə həmin şeyin təsirini və necə həyata keçirilməsini bilmək lazımdır. Buna görə də ilk növbədə sehrin özünü camaata öyrədirlər. Bundan sui-istifadə edən yəhudilər bacardıqları qədər sehr öyrənib yayır, hətta Allahın peyğəmbəri olan Həzrət Süleymanı (ə) sehrbazlıqda ittiham edərək deyirlər ki, sehr nəticəsində təbiət hadisələri, insanlar və cinlər onun tabeçiliyindədir. Pis yolun yolçuları özlərinə bəraət qazandırmaqdan ötrü böyük insanları da həmin işdə ittiham edirlər.
Ayənin davamında bildirilir ki, yəhudilər bu ilahi sınaqdan üzüağ çıxa bilmirlər: “(Buna baxmayaraq, yenə də) onlardan ər-arvad arasına nifaq sala biləcəkləri şeylər öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər".
Onlar Allahın islahedici proqramını öz məcrasından çıxardaraq təhrif edir, ondan sehrə qarşı istifadə etmək əvəzinə fitnə-fəsad vasitəsi kimi istifadə edirlər: "Şübhəsiz, (onlar) belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər”.
Yəhudilər bu hərəkətlə həm özlərinin, həm də mənsub olduqları cəmiyyətin xoşbəxtliyini ayaq altına alaraq günah burulğanında çapaladılar. Halbuki iman gətirib təqvalı olsaydılar, Allah yanındakı mükafat onlar üçün daha xeyirli olardı: "Əgər onlar iman gətirib təqvalı olsaydılar (pis əməllərdən çəkinsəydilər), Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Kaş bunu dərk etsəydilər!"
İncəliklər:
1\. Harutla Marutun əhvalatı.
Allahın Babil şəhərinə göndərdiyi bu iki mələk haqqında bir çox əfsanələr uydurulmuşdur. Hətta onların xurafat olduğunu söyləyənlər də vardır. Vəziyyət o dərəcədə çətinləşmişdir ki, bu barədə tədqiqat aparmaq istəyənlər nəyin həqiqət, nəyin uydurma olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bütün bu mülahizələrin arasında həm ağılla, həm tarixi mənbələrlə, həm də hədislərlə uyğun gələni aşağıdakı ehtimaldır:
Babil ərazisində cadugərlik həddən artıq geniş yayılmışdı. Əhali buna görə çox narahat idi. Allah-taala iki mələyi insan surətində oraya göndərir ki, insanlar cadugərlərin şərrindən qorunmaq üçün onlara sehri batil etməyin yollarını öyrətsinlər. Təəssüflər olsun ki, bu iki mələyin insanlara öyrətdiyi təlimlərdən sui-istifadə edənlər də az deyildi. Mələklər sehri batil etməyin yollarını öyrətmək üçün, təbii ki, ilk növbədə sehrin özünü insanlara başa salmalı, onun yollarını öyrətməli idilər. Bundan istifadə edən bəzi kələkbazlar sehri öyrəndikdən sonra sehrbazlıqla məşğul olmağa, nəticədə onsuz da sehr-cadudan əziyyət çəkən insanlara daha artıq problemlər yaratmağa başlayırlar.
Allahın göndərdiyi iki mələk insanlara sehri və onu batil etməyin yollarını öyrətməzdən qabaq bildirirdilər ki, bu, Allahın sizin üçün bir sınağıdır. Hətta onu da deyirdilər ki, bundan sui-istifadə etmək bir növ küfrdür. Bəziləri isə onların sözünə məhəl qoymayıb insanların ziyanına olan xoşagəlməz işlərlə məşğul olurlar.
Yuxarıda qeyd etdiklərimiz bir çox hədis və islami mənbələrdə qeyd edilmişdir. Bu mülahizə ağıl və məntiqlə də uyğun gəlir. “Üyuni- Əxbarir-Rza" kitabında İmam Rzadan (ə), habelə başqa bir vasitə ilə İmam Həsən Əskəridən (ə) nəql edilmiş hədis də bu mülahizənin doğru olduğunu göstərir.
Təəssüflər olsun ki, bəzi ensiklopediya, hətta təfsir müəllifləri bu məsələdə uydurma əfsanələrin təsiri altına düşmüş, Allahın iki məsum mələyi haqqında avam insanların ağzında dolaşan uydurma əhvalatlar qeyd etmişlər. Guya Allah-taala sözügedən iki mələyi yer üzünə göndərməklə onlara bildirmək istəmişdir ki, əgər siz də insan olsaydınız, günah edərdiniz. Onlar yer üzünə gəldikdən sonra belə bir böyük günah işlə məşğul olmağa başlamışlar. Hətta bəzi müəlliflər bu iki mələkdən əlavə, Venera ulduzu haqqında da əfsanələr uydurmuşlar. Təbii ki, bunların hamısı əsassızdır. Quran ayəsinə diqqət yetirsək, Allahın kəlamı ilə bu əfsanələrin arasında heç bir uyğunluğun olmadığını görərik.
2\. "Harut" və "Marut" sözləri.
Bəzi tədqiqatçıların fikrincə, "Harut" və "Marut" sözləri fars mənşəlidir. Bəzi mənbələrdə “münbit" mənasını verən “Hərrut” və “ölümsüzlük” mənasını verən “Mərrut" sözlərinə təsadüf edilir. Çox güman ki, "Harut" və "Marut" sözləri də məhz bu sözlərdən götürülmüşdür. Lakin bu iddianın elə də bir əsası yoxdur.
Avestada da "Horodat" və "Omordad" sözlərinə təsadüf edilir. Yəqin ki, bunlar “xordad” və “mordad” sözləridir.
Dehxuda öz ensiklopediyasında son ehtimala uyğun gələn bəzi məlumatlar vermişdir.
Nə qədər qəribə səslənsə də, bəzi tədqiqatçılar Harutla Marutu Babil əhalisindən olan iki kişi, bəziləri isə onların şeytanlardan olduğunu qeyd etmişlər. Halbuki Quran ayəsi bütün bu ehtimalları inkar edir.
3\. Mələk insana necə təlim keçə bilər?
Sözügedən ayənin zahirindən, habelə bəzi hədislərdən belə məlum olur ki, Harutla Marut Babilǝ sehrbazların insanlara əziyyət verməsinin qarşısını almaqdan və əhaliyə sehri batil etməyin yollarını öyrətməkdən ötrü göndərilmişdilər. Burada belə bir sual yaranır ki, mələk insana təlim keçə bilərmi? Bu suala hədislərdə cavab verilmişdir. O da bundan ibarətdir ki, Allah-taala həmin iki mələyi insan surətində yer üzünə göndərmişdi. Bunu “Ənam” surəsinin 9-cu ayəsindən də başa düşmək olar:
Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik, hökmən onu bir insan qiyafəsində göndərərdik".
4\. Allahın izni olmadan heç kim bir iş görə bilməz.
Haqqında danışdığımız ayədə bildirilmişdir ki, Allahın izni olmadan sehrbazlar heç bir iş görə, heç kəsə zərər verə bilməzdilər. Əlbəttə, bunu məcburiyyət nəzəriyyəsi kimi qəbul etməməliyik. Sadəcə burada tövhidin əsas prinsiplərindən birinə işarə edilmişdir. O da bundan ibarətdir ki, dünyadakı bütün qüdrətlər, hətta odun yandırıcılıq, qılıncın kəsicilik qabiliyyəti də Allahın qüdrətindən qaynaqlanır. Yəni Onun icazəsi olmasa, onların heç biri öz təsirini göstərə bilməz.
Sehrbaz Allahın iradəsinin əksinə olan bir iş görə bilməz. O, öz işləri ilə Allahın istəyinə qarşı çıxa bilməz. Sadəcə olaraq Allah-taala bəzi varlıqlarda müəyyən təsir gücü qoymuşdur. Bəziləri bundan yaxşı yolda istifadə edir, bəziləri isə sui-istifadə edirlər. Bu seçim azadlığının özü də insanların sınaqdan keçməsi üçün bir vasitədir.
5\. Sehr nədir və nə vaxtdan meydana çıxmışdır?
Sehrin mahiyyəti və nə vaxtdan meydana gəlməsi barədə müxtəlif mülahizələr yürüdülmüşdür. İnsanlar arasında sehrbazlıq çox qədim zamanlardan mövcud olmuşdur. Ancaq onun dəqiq tarixini və ilk dəfə kimin sehrbazlıq etdiyini söyləmək mümkün deyil.
Sehrin mahiyyəti haqqında isə onu deyə bilərik ki, sehr bəzi hallarda insanların vücuduna təsir göstərə biləcək xariqüladə işlərə deyilir. Bəzən bir növ gözbağlıcadır. Bəzən isə onun təsiri yalnız psixi və xəyali olur.
Sehrin leksik baxımdan iki mənası vardır:
1) Hiylə, kələk, gözbağlıca, "Qamusul-lüğət" kitabının təbirincə desək, kələk gəlmək.
2) Gözbağlıcalıq.
Rağib İsfahaninin Qurandakı sözlərin leksik mənasını verdiyi "Mufrǝdatul-Quran" əsərində sehrin üç mənası qeyd edilmişdir:
1) Həqiqəti əks etdirməyən xəyal, hiylə, kələk - Necə ki, gözbağlamaqla məşğul olanlar belə edirlər.
2) Xüsusi vasitələrdən istifadə etməklə şeytanları çağırıb onlardan kömək istəmək.
3) Müxtəlif vasitələrlə insanların və əşyaların görünüşünü dəyişmək -Məsələn, insanı heyvan surətinə salmaq bir növ sehrdir. Lakin sehrin bu növü də həqiqətə uyğun deyil.
Musa (ə), İsa (ə) və İslam Peyğəmbərinin (s) əhvalatları ilə əlaqədar sehr və ondan alınmış sözlərin "Taha", "Şuǝra", "Yunus", "Əraf" və digər surələrdə işlədildiyi 51 ayədən belə nəticəyə gəlmək olar ki, Quran baxımından sehr iki cürdür:
1) "Sehr" dedikdə "kələk", "gözbağlıca" nəzərdə tutulduqda onun həqiqətə heç bir uyğunluğu olmur. Aşağıdakı ayələrə nəzər salaq:
"Bu vaxt sehrləri sayəsində kəndirləri və əsaları elə təsir bağışlayırdı ki, sanki hərəkət edirdi".
"Onlar (sehr alətlərini) atdıqda adamların gözlərini bağlayıb onları qorxutdular və böyük bir sehr göstərdilər”.
Bu kimi ayələrdən məlum olur ki, sehr həqiqətə uyğun olmayıb hər hansı təsir gücünə malik deyil. Sadəcə olaraq sehrbazlar insanların gözünü bağlamaqla öz məqsədlərinə çatmaq istəmişlər.
2) Bir sıra Quran ayələrindən belə başa düşülür ki, sehrin bəzi növləri müəyyən təsir gücünə malikdir. Sözügedən ayədə də məhz bu məsələyə toxunulur: "(Buna baxmayaraq, yenə də) onlardan ər-arvad arasına nifaq sala biləcəkləri şeylər öyrənirdilər"; "Onlar ancaq özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər".
Sehrin yalnız psixoloji təsirə, yoxsa psixoloji təsirlə yanaşı, də fiziki təsirə malik olub-olmaması məsələsinə gəlincə, yuxarıdakı ayələrdə buna toxunulmamışdır. Buna görə də bəzi tədqiqatçılar sehrin yalnız psixoloji təsir gücünə malik olduğu qənaətindədirlər.
Qeyd ediləsi digər bir məqam isə ondan ibarətdir ki, sehrbazların sadəlövh insanları aldatması üçün sehrin böyük bir qisminin kimyəvi maddələrdən istifadə etməklə həyata keçirilməsi ehtimal olunur. Məsələn, Həzrət Musanın (ə) dövründə yaşamış sehrbazların barəsində belə deyilir: "Sehrbazlar öz kəndir və ǝsalarına bir qədər kimyəvi maddə (çox güman ki, civə) tökürlərmiş. Günəş şüası və ya aşağıda gizlicə hazırladıqları istilik onlara dəydikdə kəndirlər və əsalar tərpənməyə başlayırmış. Tamaşaçılar isə onların ilanlar olduğunu düşünürmüşlər”. Bu qəbildən olan sehrlər müasir dövrümüzdə də az deyil.
6\. İslam nöqteyi-nəzərindən sehr.
Bütün İslam fəqihlərinə görə, sehri öyrənmək və cadugərlik etmək haramdır. Bununla bağlı mötəbər mənbələrdə məsum imamlardan bir sıra hədislər nəql edilmişdir. İmam Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir:
"Kim az və ya çoxluğundan asılı olmayaraq, sehr öyrənsə, kafir olmuş və Allahla əlaqəsi tamamilə kəsilmişdir".
Daha öncə də qeyd etdiyimiz kimi, sehrbazların sehrini batil etmək məqsədilə sehr öyrənmək günah deyil. Hətta bəzi vaxtlar bir sıra insanın sehri öyrənməsi "vacibi-kifayi" olur ki, əgər yalançı iddiaçı insanları bu yolla aldatmağa çalışsa, onun sehr və cadusunu batil edib, yalan iddiasını ifşa etsin. Bu məqsədlə sehr öyrənməyin günah olmadığına dəlalət edən sübutlardan biri İmam Sadiqdən (ə) nəql edilmiş aşağıdakı hədisdir: "Əvvəllər pul qarşılığında sehr və cadu ilə məşğul olan bir nəfər İmam Sadiqin (ə) yanına gəlib deyir: "Mən sehrbazlıqla məşğul olmuş və işimin qarşılığında muzd almışam. Ailəmin dolanışığını da məhz bu yolla təmin edirdim. Həmin qazancla həcc ziyarətinə də getmişəm. İndi isə bu işdən tövbə etmişəm. Mənim bir çıxış yolum varmı?" İmam onun cavabında buyurur: "Sehrbazların sehrini batil et, ancaq özün cadugərliklə məşğul olma".
Bu hədisdən məlum olur ki, sehrbazların sehrini batil etmək üçün sehri öyrənmək günah deyil.
7\. Sehr Tövrat baxımından.
Əhdi-qədimdə də sehr və cadugərlik kifayət qədər pislənilmişdir. Tövratda deyilir: “Cinlərlə yoldaşlığı olan insanlarla dostluq etməyin. Cadugərlərə inanmayın, yoxsa (günaha) bulaşarsınız. Sizin Allahınız Mənəm!"
Tövratın başqa bir yerində deyilir: "Cinlərlə dostluğu olan şəxs- lərlə və cadugərlərlə yoldaşlıq edən, zinakarlıqda onların ardınca gedərək üzünü onlara tərəf tutan şəxsi qövmündən ayıraram”.
"Müqəddəs kitab ensiklopediyası" əsərində deyilir: "Məlum məsələdir ki, Musanın şəriətində sehr məqbul sayılmamışdır. Hətta sehrbazlarla məsləhətləşən şəxslər çox sərt şəkildə tənqid edilmişdir". Qəribə burasıdır ki, müəllif yəhudilikdə sehr və cadunun məqbul sayılmadığını bildirsə də, yəhudilərin sehr və cadu öyrəndiyini, bununla da Tövrata qarşı çıxdıqlarını etiraf etmişdir: "Buna baxmayaraq, sehr və cadu yəhudilərin arasında yayılmışdı. Yəhudilər sehrə inanır, lazım olduqda ondan istifadə edirdilər". Buna görə də Quran yəhudiləri çox sərt şəkildə qınayaraq onların özlərini ən pis şeyə satan adamlar olduğunu bildirmişdir.
8\. Müasir dövrdə sehr.
Bəzi elmlər vardır ki, keçmiş zamanda sehrbazlar onlardan istifadə etməklə öz sehrlərini həyata keçirirlərmiş. Bu, əsasən aşağıdakı formalardan biri ilə mümkün olurmuş:
1-Cisimlərin məlum olmayan kimyəvi və fiziki xassələrindən istifadə etməklə - Daha öncə də qeyd etdiyimiz kimi, Musa (ə) peyğəmbərin dövründə sehrbazlar civə və bu qəbildən olan kimyəvi maddələrin köməyi ilə öz kəndir və əsalarını ilan kimi tərpətməyi bacarmışlar.
Qeyd etməliyik ki, cisimlərin kimyəvi və fiziki xassələrindən istifadə etmək heç vaxt qadağan olmayıb. İnsan öz həyatında onlardan maksimum dərəcədə istifadə edə bilsin deyə, bacardığı qədər bu xassələri öyrənməyə çalışmalıdır. Lakin bu xassələri öyrənmək sıravi insanları aldatmaq məqsədi güdərsə, onda vəziyyət öz təbii məcrasından çıxıb günaha çevriləcək. Belə hallardan biri də sehrbazlıqdır. (Diqqət edin!)
2-Maqnetizm və hipnoz - Əslində, bunlar da elmi fəaliyyət növü olub, həyatda insana müsbət yöndə bir çox fayda verə bilər. Lakin sehrbazlar bundan sui-istifadə edərək öz mənfur məqsədlərini həyata keçirirdilər. Bu gün də kimsə bu işləri görərsə, sehr sayılar. Bir sözlə, sehr çox geniş bir məfhum olub, burada dediklərimizin, habelə daha öncə qeyd etdiklərimizin hamısına şamil olur.
O da məlumdur ki, insanın iradə qüvvəsi olduqca böyük gücə malikdir. Hətta insan öz nəfsini çətinliklər qarşısında elə bir vəziyyətə gətirib çıxarda bilər ki, ətrafındakı varlıqlara da təsir edə bilər. Necə ki yoqalarda bunun şahidi oluruq. Ancaq qeyd etmək lazımdır ki, nəfsi çətinliklər qarşısında qoymaq bəzi hallarda məqbul sayılırsa, bəzi hallarda yolverilməzdir. Məqbul sayılan hallarda nəfsin paklaşması insanda yaradıcı qüvvə əmələ gətirirsə, məqbul sayılmayan hallarda isə insanda şeytani qüvvələr formalaşır. Hər iki halda insanda qeyri-adi işlər görmək bacarığı yarana bilər. Lakin bu, birinci halda bəyəniləndirsə, ikinci halda bəyənilməz sayılır.
Bəqərə surəsi, 104-105-ci ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقُولُوا رَاعِنَا وَقُولُوا انْظُرْنَا وَاسْمَعُوا وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ .١٠٤
مَا يَوَدُّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَلَا الْمُشْرِكِينَ أَنْ يُنَزَّلَ عَلَيْكُمْ مِنْ خَيْرٍ مِنْ رَبِّكُمْ وَاللَّهُ يَخْتَصُّ بِرَحْمَتِهِ مَنْ يَشَاءُ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ .١٠٥
Ayələrin tərcüməsi
104\. Ey iman gətirənlər! (Peyğəmbərdən Quran ayələrini dərk etmək üçün möhlət istədikdə) "raina" deməyin, "unzurna" deyin! (Çünki birinci söz həm "Bizə möhlət ver" mənasında, həm də "Bizi sǝfeh hesab et" mənasında işlənir və bu, düşmənlər üçün bir bəhanə idi). (Sizə əmr olunanı) eşidin! Kafirləri (və istehza edənləri) ağrılı bir əzab gözləyir.
105\. Nə kitab əhlindən olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə məxsus (bəxş) edər. Allah böyük lütf sahibidir!
Ayələrin nazilolma səbəbi.
Böyük Quran təfsirçisi İbn Abbasdan belə nəql edilmişdir: "Həzrət Peyğəmbər (s) bu və digər şəriət hökmünü izah edərkən ilkin müsəlmanlar ondan bir qədər yavaş danışmasını istəyirdilər ki, dediklərini yaxşı anlaya və lazım gəldikdə öz suallarını verə bilsinlər. Bu məqsədlə onlar “الرغي” kökündən olan və möhlət ver mənasını bildirən “راعنا” sözündən istifadə edirdilər. Lakin yəhudilər həmin sözün “الرعونة" kökündən olduğunu əsas gətirərək "Bizi səfeh hesab et” mənasını nəzərdə tuturdular. Müsəlmanların işlətdiyi bu söz Peyğəmbərə (s) və ya digər müsəlmanlara istehza etmək üçün yəhudilərin əlində bir bəhanəyə çevrilmişdi. "Ey iman gətirənlər! (Peyğəmbərdən Quran ayələrini dərk etmək üçün möhlət istədikdə) "raina" deməyin, "unzurna" deyin!"
“yə əyyuhəlləzinə əmənu lə təqulu raina” ayəsi nazil olmaqla yəhudilərin bu cür sui-istifadəsinin qarşısını alır və müsəlmanlara göstəriş verir ki, (raina) sözünün əvəzinə həmin mənanı verən (unzurna) sözünü işlətsinlər”.
Bəzi təfsirçilər bildirmişlər ki, "raina" sözü ibrani dilində “eşit, eşitməz olasan!" mənasını bildirən bir söyüş, qarğış olmuşdur.
Başqa bir qrup təfsirçi isə bildirmişdir ki, yəhudilər “möhlət ver" mənasını bildirən (raina) sözünün əvəzinə “çobanımız” mənasını verən (raiyna) sözünü deyirdilər.
Ayənin nazilolma səbəbi haqqında deyilən bu fikirləri bir-birinə zidd kimi qəbul etmək lazım deyil. Onların hamısı doğru sayıla bilər.
Ayələrin təfsiri.
Düşmənin əlinə bəhanə verməyin!
Ayələrin nazilolma səbəbi haqqında deyilənlərdən belə məlum oldu ki, müsəlmanlar öz davranış və danışığında düşmənin əlinə bəhanə verməməlidirlər. Hətta ən kiçik bir sözü deyərkən də ehtiyatlı olmalıdırlar ki, düşmən bundan sui-istifadə etməsin. Buna görə də Quran müsəlmanları hətta müştərək mənaya malik sözdən istifadə etməkdən də çəkindirir. Axı düşmən üçün əldə bəhanə edəcək sözü işlətməyə nə ehtiyac var!
İslam dini müsəlmanlara belə kiçik məsələlərdə də kafirlərin əlinə bəhanə verməməyi tapşırırsa, deməli, buradan müsəlmanların daha böyük məsələlərdə necə davranmalı olduqları hamıya aydın olur. Hal- hazırda da müsəlmanların bir sıra yanlış əməlləri ya daxili, ya da yadelli düşmənlər tərəfindən hətta beynəlxalq səviyyədə şişirdilir. Belə halların qarşısını almaq üçün son dərəcədə ehtiyatlı davranmalı, düşmən üçün bəhanə yeri qoymamalıyıq.
Nəhayət, onu da qeyd etmək lazımdır ki, "raina" sözünü işlətmək eyni zamanda etik normalardan kənara çıxmaqdır. Belə ki bu sözdə "Sən bizi nəzərə al ki, biz də səni nəzərə alaq" mənası da nəzərdə tutulur. Quran yəhudilərin bu sözün müsəlmanlar tərəfindən deyilməsindən sui-istifadə etməsini bildirməklə yanaşı, onun deyilməsinin etik normalardan kənara çıxmağa səbəb olduğunu nəzərə alaraq müsəlmanlara bu sözü işlətməməyi də tapşırmışdır.
Növbəti ayədə müşrik və kitab əhlinin möminlərə qarşı kin- küdurətinin, ədavətinin üzərindən pərdə götürülmüşdür: "Nə kitab əhlindən olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə məxsus (bəxş) edər. Allah böyük lütf sahibidir!"
Bəli, nə müşriklər, nə də kitab əhlindən olan kafirlər heç vaxt razı olmazdılar ki, Allah-taala tərəfindən müsəlmanlara səmavi kitab sahibi olan böyük bir peyğəmbər göndərilsin. Lakin onlar başa düşmürdülər ki, Allahın mərhəmətinin qarşısını almaq mümkün deyil. O, Öz mərhəmətini istədiyinə bəxş edər.
İncəliklər:
"Ey iman gətirənlər!” ifadəsinin dəqiq məfhumu.
Quranda səksəndən artıq ayədə iftixarlı "Ey iman gətirənlər!" ifadəsi işlədilmişdir. Bu ifadənin ilk dəfə işlədildiyi ayə məhz sözügedən ayədir. Ümumiyyətlə, bu ifadənin işlədildiyi bütün ayələr Mədinədə nazil olmuşdur. Bunu, bəlkə də, onunla izah etmək olar ki, Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra müsəlmanların vəziyyəti sabitləşmiş, nisbətən normal bir cəmiyyət həyatı sürməyə başlamışlar.
Buna görə də Allah-taala onlara "Ey iman gətirənlər!" ifadəsi ilə xitab etmişdir.
Bu ifadədə daha bir hikmət vardır. O da bundan ibarətdir ki, bu ifadənin işlədildiyi ayələrdə Allah-taala müsəlmanlara xitabən belə demək istəyir: "İndi ki siz iman gətirib haqqa tabe olmusunuz, deməli, bu ifadənin ardınca gələn hökmlərə, göstərişlərə də əməl etməlisiniz”. Başqa sözlə desək, imanınızın tələbinə uyğun olaraq deyilən göstərişlərə əməl etməlisiniz.
Bir çox dini mənbələrdə, o cümlədən sünni mənbələrində Həzrət Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdə belə deyilmişdir:
"Allah-taalanın "Ey iman gətirənlər!" ifadəsi ilə nazil etdiyi bütün ayələrdə möminlərin başında Əli dayanır".
Bəqərə surəsi, 106-107-ci ayələr
مَا نَنْسَخْ مِنْ آيَةٍ أَوْ نُنْسِهَا نَأْتِ بِخَيْرٍ مِنْهَا أَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .١٠٦
أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ .١٠٧
Ayələrin tərcüməsi
106\. Biz hər hansı bir hökmü ləğv edir və ya onu təxirə salırıqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirdinmi?!
107\. Bilmirdinmi ki, göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur (Öz hökmlərində məsləhətə uyğun olaraq hər növ dəyişiklik aparmaqda haqlıdır)? Sizin Allahdan başqa bir haminiz və yardımçınız yoxdur. (Sizin məsləhətinizi bilən də, təyin edən də Odur.)
Ayələrin təfsiri.
Hökmün ləğv edilməsində məqsəd.
Bu ayələrdə də yəhudilərin müsəlmanlara qarşı əks təbliğatından danışılır. Onlar ara-sıra müsəlmanlara deyirdilər ki, din yalnız yəhudilik dini, qiblə də yalnız yəhudilərin qibləsidir. Buna görə sizin peyğəmbəriniz də məhz bizim qibləyə (Beytül-müqəddəsə) doğru namaz qılır. Lakin elə bu surənin 144-cü ayəsində qiblənin dəyişdirilməsi hökmü nazil olduqdan sonra yəhudilərin əli bu bəhanədən kəsilir, başqa bir məsələni bəhanə edərək deyirlər ki, əgər birinci qiblə düzgün idisə, daha ikinci qiblə hökmü nəyə görə verilmişdir? Yox, əgər ikinci qiblə düzgündürsə, deməli, sizin bu vaxta qədər etdiyiniz əməllər batildir.
Quran haqqında danışacağımız ayələrdə yəhudilərin bu iradlarına cavab verməklə möminlərin ürəyini rahatladır. İlk olaraq belə deyilir: "Biz hər hansı bir hökmü ləğv edir və ya onu təxirə salırıqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirdinmi?!”
Növbəti ayədə deyilir: "Bilmirdinmi ki, göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur”.
Onun Öz hökmlərində məsləhətə uyğun olaraq, hər növ dəyişiklik aparmaqda haqqı var. Bəndələrin məsləhətini bilən də, təyin edən də Odur. Ayənin davamında belə deyilir: "Sizin Allahdan başqa bir haminiz və yardımçınız yoxdur”.
Bu ayənin ilk cümləsi, əslində, Allah-taalanın şəriət hökmləri üzərindəki hakimiyyətinə və bəndələrin məsləhətini bilib onu təyin etməkdə ixtiyar sahibi olmasına işarə edir. Çünki göylərin və yerin sahibi olan varlıq, heç şübhəsiz, onların sirlərindən daha agahdır. Onların sirlərindən agah olan varlıq məxluqatın tərkib hissəsi olan insanların da məsləhətlərindən daha agah olar. Buna görə də müsəlmanlar bu və digər şəriət hökmünün nəsx (ləğv) edilməsi ilə bağlı bir sıra qərəzli insanların yersiz sözlərinə məhəl qoymamalıdırlar. Ayənin ikinci cümləsi isə özləri üçün Allahdan başqa hami və yardımçı seçə biləcəyini düşünən insanlara bir xəbərdarlıqdır. Halbuki dünyada Allahdan başqa heç bir hami, heç bir yardımçı yoxdur.
İncəliklər:
1\. Şəriət hökmlərində nəsx ola bilərmi?
(nəsx) sözünün leksik mənası "ləğv etmək”dir. Dini terminologiyada isə bu, şəriətin bir qaydasını başqa bir qayda ilə dəyişməyə deyilir. Məsələn:
1-Müsəlmanlar Mədinəyə hicrət etdikdən on altı ay sonrayadək namazda üzü Beytül-müqəddəsə doğru dayanırdılar. Sonra isə qiblənin Kəbə istiqamətinə dəyişməsi haqqında yeni göstəriş nazil olur. Bundan sonra müsəlmanlar namaz qılarkən üzü Kəbəyə doğru dayanmalı idilər.
2-"Nisa" surəsinin 15-ci ayəsində Allah-taala zinakar qadınlarla bağlı göstəriş vermişdir ki, onların bu yaramaz işi barədə dörd nəfər şahidlik etdiyi təqdirdə həmin qadınlar ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edilsinlər. Bu ayədə deyilmiş hökm "Nur" surəsinin 2-ci ayəsi tərəfindən ləğv edilərək "yüz şallaq zərbəsi" cəzası ilə dəyişdirilmişdir.
Nəsx məsələsi ilə bağlı edilən irad ondan ibarətdir ki, əgər birinci hökm məsləhət idisə, bəs nəyə görə sonradan ləğv edilmişdir? Yox, əgər həmin hökm məsləhət deyildisə, nə üçün şəriətdə nəzərdə tutulmuşdur? Başqa sözlə desək, olmazdımı ki, əvvəlcədən yalnız bir hökm verilsin? Elə bir hökm ki sonradan dəyişdirilməsinə ehtiyac qalmasın?
Bu suala hələ orta əsr müsəlman alimləri öz əsərlərində lazımı cavabı vermişdir ki, onun xülasəsini aşağıda sizlərə təqdim edirik:
Məlum olduğu kimi, insanın ehtiyacları bəzi hallarda zaman və məkanın tələblərinə görə dəyişir, bəzi hallarda isə dəyişmir. Bu və digər proqram bəzi hallarda insanın səadətini təmin etdiyi halda, bəzi hallarda şəraitin dəyişməsi nəticəsində nəinki onun səadətini təmin etmir, əksinə, səadət yolunda böyük maneəyə çevrilir. Nə vaxtsa hansısa dərman xəstə üçün faydalıdırsa, başqa vaxt nisbi sağlamlığa malik olduğu üçün həmin dərman onun ziyanınadır. Hansısa bir dərs bu il şagird üçün faydalı olduğu halda, növbəti il həmin dərs faydasız ola bilər. Buna görə də yaxşı müəllim proqramı elə tənzimləməlidir ki, hər il şagirdə yalnız faydalı olan dərslər keçirilsin.
İnsanın və cəmiyyətin mütəmadi təkamül yolunda irəlilədiyini nəzərə aldıqda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. Belə ki təkamül prosesində bəzi proqramlar insan üçün faydalı olur, bir qədər sonra isə həmin proqram insanın təkamülünün qarşısını aldığı üçün dəyişikliyə ehtiyac duyulur. Xüsusilə də ictimai və ideoloji çevrilişlərdə müxtəlif zamanlarda proqramlarda dəyişikliyə ehtiyac duyulur.
Qeyd etmək lazımdır ki, təməl prinsiplərini təşkil edən ilahi hökmlər və əsaslar həmişə və hər yerdə yeksandır. Məsələn, tövhid, yaxud ictimai ədalət və ya bu qəbildən olan yüzlərlə digər hökm heç vaxt dəyişməz. Dəyişiklik yalnız ikinci dərəcəli və daha kiçik məsələlərdə baş verir. Onu da unutmamalıyıq ki, dinlərin təkamülü nəticəsində müəyyən bir din "sonuncu din" olaraq nazil ola bilər. Belə olan halda, həmin dinin hökmlərində daha dəyişiklik edilməz. ("Əhzab” surəsinin 40-ci ayəsinin təfsirində bu mövzu haqqında daha ətraflı məlumat verəcəyik.)
Yəhudilər nəsx məsələsini müsəlmanlara irad tutaraq onu, ümumiyyətlə, inkar etsələr də, dini mənbələrinə əsasən bu məsələni qəbul etmək məcburiyyətindədirlər. Çünki Tövratın verdiyi məlumata görə, Nuh (ə) peyğəmbər tufandan sonra gəmidən yerə endikdə Allah-taala bütün heyvanları ona halal etmişdi. Halbuki bu hökm (bütün heyvan- ların halal olması) Musanın (ə) dinində nəsx və beləliklə də, bəzi heyvanlar haram edilmişdi. Tövratın "Yaradılış" bölməsinin 9-cu fǝslində deyilir: "Diri olan bütün heyvanlar sənin yeməyin olacaq. Onları ot (göyərti) kimi sizə halal etdim". Bu hökmün ümumiliyi yəhudilik dinində sonradan nəsx edilmişdir.
2\. "Ayǝ" dedikdə nə başa düşülür?
"Ayə" sözünün leksik mənası "nişanə, əlamət"dir. Bu söz Quranda aşağıda qeyd edəcəyimiz müxtəlif mənalarda işlədilmişdir:
1-Quran ayələri - Məsələn, aşağıdakı ayədə bu məna nəzərdə tutulur:
\-“Bunlar Allahın ayələridir. Onları sənə haqq olaraq oxuyuruq”.
2-Möcüzələr - Bəzi ayələrdə möcüzələr də ayə olaraq təqdim edilmişdir. Məsələn, aşağıdakı ayədə Musa (ə) peyğəmbərin parıldayan əlinin bir ayə olduğu bildirilmişdir:
"Əlini qoynuna sal ki, qüsursuz, bəmbəyaz çıxsın. Bu, başqa bir möcüzədir".
3-Allahıtanıma və ya məada dair nişanə, əlamət, dəlil - Aşağıdakı ayəyə nəzər salaq:
"Biz gecə və gündüzü (allahıtanıma üçün) iki əlamət etdik".! Mǝada dəlalət edən nişanə haqqında isə deyilir:
"Yer üzünü qupquru görməyin də Onun nişanələrindəndir. Ancaq Biz onun üzərinə su endirdikdə o, hərəkətə gəlib artır. Onu dirildən ölüləri də dirildəcəkdir. O, hər şeyə qadirdir".
4-Hündür, yüksək bina kimi gözəçarpan bir əşya - Məsələn, aşağıdakı ayədə məhz bu məna nəzərdə tutulur:
"Siz hər bir hündürlükdə əbəs yerə bir əlamətmi qurursunuz?”
Bu dörd mənanın, əslində, ortaq bir məxrəci var ki, o da "nişanə" mənasıdır. Sözügedən ayəyə gəldikdə isə burada "ayə" dedikdə “şəriət hökmü” nəzərdə tutulmuşdur. Hər hansı bir şəriət hökmü nəsx edilərək ləğv olunarsa, mütləq, ondan daha yaxşı və ya onun kimi başqa bir hökm gələr. Və ya əgər hər hansı bir peyğəmbərin möcüzəsi qüvvədən düşərsə, sonrakı peyğəmbərə ondan daha güclü bir möcüzə verilər.
Bu #### Ayənin təfsiri ilə bağlı nəql edilmiş bəzi hədislərdə “ayənin nəsx edilməsi" dedikdə bir imamın vəfat etməsi, növbəti imamın onun yerinə keçməsinin nəzərdə tutulduğu bildirilmişdir. Bunu ayənin əhatə dairəsini daraltmaq kimi başa düşməməli, ayənin müxtəlif məna çalarlarından biri kimi qəbul etməliyik.
3\. "Onu təxirə salırıqsa" ifadəsinin izahı.
Haqqında danışdığımız ayədə işlədilmiş "onu təxirə salırıqsa" ifadəsinin ərəbcə mətnindəki "nunsihə" feili "təxirə salmaq" və ya "unutdurmaq" mənasını bildirən "insa" kökündən alınmışdır.
Burada belə bir sual meydana çıxır ki, ayədəki "ləğv ediriksə" ifadəsini də nəzərə aldıqda "onu təxirə salırıqsa" ifadəsi nə məna verir? Bu suala cavab olaraq sözügedən ayəyə bir daha diqqət yetirək. Ayə onu demək istəyir ki, əgər hər hansı bir hökmü ləğv ediriksə və yaxud onun ləğv edilməsini müəyyən müddətədək təxirə salırıqsa, deməli, ondan daha yaxşısını və ya ən azı onun kimisini göndərərik. Bu mənaya əsasən "ləğv ediriksə" ifadəsi qısa müddət ərzində ləğv edilməyə, "onu təxirə salırıqsa" ifadəsi isə uzun müddətdən sonra ləğv edilməyə işarə edir. (Diqqət edin!)
Bəzi təfsirçilər ayəyə başqa izahlar da vermişlər, lakin həmin izahlar verdiyimiz açıqlama ilə uyğun gəlmədiyi üçün onları burada qeyd etmirik.
4\. "Yaxud ona bənzərini" ifadəsinin izahı.
Burada digər bir sual yaranır ki, "yaxud ona bənzərini" dedikdə nə başa düşülür? Əgər yeni gələn hökm əvvəlki kimidirsə, onda bu dəyişdirilmə faydasız sayılar. Bir hökmü ləğv edib eynilə onun kimisini gətirməyin nə mənası var ki?! Dəyişdirilmək o vaxt məntiqli sayılar ki, yeni gələn hökm əvvəlkindən daha üstün olsun.
Bu suala cavab olaraq qeyd etməliyik ki, "yaxud ona bənzərini" dedikdə yeni göndəriləcək hökmün də əvvəlki hökm kimi öz müsbət təsirini qoyacağı başa düşülür. Yəni əvvəlki hökm bu vaxtadək necə müsbət təsir qoymuşdusa, yeni gələcək hökm də bundan sonra o cür müsbət təsir qoyacaq. Ola bilər, hər hansı bir hökm bu günədək müsbət təsirini qoysun, lakin bundan sonra öz təsirini itirsin. Belə olan halda həmin hökm, mütləq, təzəsi ilə dəyişdirilməli, onun əvəzinə başqa bir hökm göndərilməlidir. Yeni hökm əvvəlkindən daha yaxşı olmasa da, ən azından onun kimi təsir gücünə malik olmalıdır.
Bəqərə surəsi, 108-ci ayə
أَمْ تُرِيدُونَ أَنْ تَسْأَلُوا رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَى مِنْ قَبْلُ وَمَنْ يَتَبَدَّلِ الْكُفْرَ بِالْإِيمَانِ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ .١٠٨
Ayənin tərcüməsi
108\. Yoxsa siz də Peyğəmbərinizdən (Muhəmməddən) bundan əvvəl Musadan edilən (ağılsız) tələbi edirsiniz? İmanı küfrə dəyişən kəs, şübhəsiz, doğru yoldan (ağıl və fitrət yolundan) azmışdır.
Ayənin nazilolma səbəbi.
Təfsir kitablarında müfəssirlər bu ayə barədə müxtəlif izahlar qeyd etmişlər ki, demək olar, hamısının nəticəsi eynidir. Aşağıda həmin təfsirləri diqqətinizə çatdırırıq.
İbn Abbasdan belə nəql edilmişdir: "Vəhəb ibn Zeyd ilə Rafe ibn Hərmələ Həzrət Peyğəmbərin (s) yanına gəlib deyirlər ki, Allah tərəfindən bizə bir məktub gətir, onu oxuyub iman gətirək. Ya da bizim üçün yerdən bulaqlar axıt, sənə tabe olaq".
Bəzi təfsirçilər qeyd etmişlər ki, yəhudilər Həzrət Musadan (ə) Allahı onlara göstərməsini istədiyi kimi, bir qrup ərəb də iman gətirmələri üçün Həzrət Peyğəmbərdən (s) eyni tələbi etmişdi.
Digər bir qrup təfsirçi isə belə yazır: "Yəhudilər Musa (ə) peyğəmbǝrǝ: "Ya Musa! Bizə də onların tanrıları kimi bir tanrı düzəlt!" dediyi kimi, bir qrup ərəb də Həzrət Peyğəmbərə (s) deyir ki, bizim üçün "zati-ənvat" ağacından bir büt düzəlt, ona ibadət edək!"
Bununla əlaqədar yuxarıdakı ayə nazil olub onların cavabını verir.
Ayənin təfsiri.
Əsassız bəhanələr.
Bu ayə yəhudilərə deyil, imanı zəif olan bəzi müsəlmanlara və ya müşriklərə xitab olsa da, bir qədər sonra görəcəyik ki, yəhudilərlə də əlaqəsiz deyil. Bəlkə də, qiblənin dəyişdirilməsindən sonra bəzi müsəlmanlar, eləcə də müşriklər yəhudilərin vəsvəsələrindən sonra Həzrət Peyğəmbərdən (s) yuxarıda nümunələrini qeyd etdiyimiz yersiz tələblər edirlər. Allah-taala bu ayəni nazil edərək onları belə tələblərdən çəkindirir: "Yoxsa siz də Peyğəmbərinizdən (Muhəmməddən) bundan əvvəl Musadan edilən (ağılsız) tələbi edirsiniz?”
Bu cür tələblər etmək, sanki imanı küfrə dəyişmək olduğuna görə ayənin sonunda belə deyilir: "İmanı küfrə dəyişən kəs, şübhəsiz, doğru yoldan (ağıl və fitrət yolundan) azmışdır”.
İslam dini heç vaxt elmi, məntiqi suallara və ya peyğəmbərin haqq olduğuna inanmaq üçün insanların ondan möcüzə tələb etməsinə qarşı çıxmamışdır. Çünki dərketmənin, imanın yolu da məhz budur. Lakin bəzi insanlar var idi ki, onlar Həzrət Peyğəmbərin (s) dəvətindən boyun qaçırmaq üçün yersiz suallar verir, cavab gəlmədikdə isə bunu əldə bəhanə edirdilər. Peyğəmbər (s) onlar üçün kifayət qədər dəlil-sübut, möcüzə gətirsə də, yenə də möcüzə göstərməsini tələb edirdilər. Halbuki möcüzə onun-bunun əlində oyuncağa çevrilməməlidir. Möcüzədən yalnız zərurət yarandığı təqdirdə, o da lazımi miqdarda istifadə edilir. Peyğəmbərin (s) iş-gücü yalnız möcüzə göstərməkdən ibarət deyildi ki, hər yoldan keçən üçün onun öz istəyinə uyğun bir möcüzə göstərsin. Digər tərəfdən o Həzrətdən (s) bəzi vaxtlar Allahı gözlə görmək və ya büt düzəltmək kimi ağılsız tələblər də edilmişdir. Bu ayə ilə, əslində, Allah-taala insanlara xəbərdarlıq edir ki, əgər belə ağılsız tələblərin ardınca getsəniz, Musanın (ə) qövmünün başına gələnlər axırda sizin də başınıza gələr.
Bəqərə surəsi, 109-110-cu ayələr
وَدَّ كَثِيرٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ إِيمَانِكُمْ كُفَّارًا حَسَدًا مِنْ عِنْدِ أَنْفُسِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ فَاعْفُوا وَاصْفَحُوا حَتَّى يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .١٠٩
وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ .١١٠
Ayələrin tərcüməsi
109\. Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərində kök atmış paxıllıq üzündən, sizi iman gətirmiş olduğunuz halda, yenidən küfrə qaytarmaq istəyirdilər. Allah Öz əmrini (cihad fərmanını) göndərincəyə qədər onları əfv edin və bağışlayın (güzəştə gedin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!
110\. Namaz qılın, zəkat verin. Özünüz üçün qabaqcadan göndərdiyiniz xeyir işi Allah yanında (axirət dünyasında) tapacaqsınız. Şübhəsiz, Allah nə etdiklərinizi görəndir.
Ayələrin təfsiri.
İnadkar paxıllar.
Kitab əhlinin əksəriyyəti, xüsusilə də yəhudilər özləri iman gətirməməklə kifayətlənmir, həm də müsəlmanların öz imanlarından dönməsi üçün əllərindən gələni edirdilər. Bunun səbəbi isə yalnız və yalnız paxıllıq idi. Quran sözügedən ayələrdə bu məsələyə toxunaraq buyurur: "Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərində kök atmış paxıllıq üzündən, sizi iman gətirmiş olduğunuz halda, yenidən küfrə qaytarmaq istəyirdilər. Allah Öz əmrini (cihad fərmanını) göndərincəyə qədər onları əfv edin və bağışlayın (güzəştə gedin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!"
Ayənin sonunda müsəlmanlara verilən tövsiyə, əslində, taktiki bir gedişdir. Allah-taala müsəlmanlara məsləhət görür ki, İslamın yenicə formalaşmağa başladığı bir mühitdə yəhudilərin bu cür hərəkətlərinə qarşı qətiyyən silaha əl atmasınlar. Güzəştə gedərək onları əfv etsinlər, bütün diqqətlərini yenicə formalaşmağa başlayan müsəlman cəmiyyətinin möhkəmlənib inkişaf etməsinə yönəltsinlər. Bu əməllərə qarşı daha sərt reaksiya barədə isə Allahın əmrini gözləsinlər.
Bir çox təfsirçinin fikrincə, burada "Allahın əmri" deyildikdə hələ o vaxtadək nazil olmamış cihad əmri nəzərdə tutulmuşdur. Çox güman ki, bu ayədəki göstəriş hələ müsəlmanların cihad əmrinə tam hazır olmaması ilə əlaqədar verilmişdir. Buna görə də bəzi təfsirçilər bu ayənin sonradan cihad barəsində nazil olmuş ayələrin vasitəsilə nəsx edildiyi qənaətindədir. Lakin burada nəsx ifadəsi, bəlkə də, yerinə düşməz. Çünki nəsx odur ki, hər hansı bir hökm, əslində, müvəqqəti nəzərdə tutulsa da, lakin qeyri-məhdud şəkildə qüvvəyə minsin. Deməli, bu ayədəki əfv və güzəşt məhdud olub, cihad əmri verilənə qədər müvəqqəti xarakter daşımışdır.
Növbəti ayədə möminlərə olduqca iki mühüm göstəriş verilir. Bunlardan biri insanla Allah arasında möhkəm bağlılıq yaradan namaz, digəri isə ictimai əlaqənin göstəricisi olan zəkatdır. Hər iki göstəriş düşmən üzərində qələbəyə səbəb olan əsas amillərdəndir. Ayənin əvvəlində deyilir: "Namaz qılın, zəkat verin".
Daha sonra isə Allah-taala bildirir ki, gördüyünüz yaxşı işlərin, Allah yolunda xərclədiyiniz mallarınızın puç olduğunu düşünməyin, Allah dərgahında onların hamısının əvəzi sizə veriləcək: “Özünüz üçün qabaqcadan göndərdiyiniz xeyir işi Allah yanında (axirət dünyasında) tapacaqsınız. Şübhəsiz, Allah nə etdiklərinizi görəndir".
Allah tam dəqiqliyi ilə bilir ki, hansı işi Ona xatir, hansı işi isə Ondan başqasına xatir görmüsünüz.
İncəliklər:
1\. (isfǝhu) feili (sǝfh) kökündən olub, “dağın ətəyi”, "qılıncın enliliyi", "üz, sima" mənalarını bildirsə də, adətən "üz çevirmək” mənasında işlədilir. Ayədə həmin sözdən qabaq (bağışlayın) əmr feilinin gəlməsindən belə məlum olur ki, bu üz çevirmək etinasızlıqdan deyil, alicənablıqla əfv etməkdən irəli gəlir. Bu iki ifadə həm də onu göstərir ki, müsəlmanların hətta o vaxt da bu cür işlər görən düşməni bağışlamayaraq onlara qarşı mübarizə aparmaq imkanı olmuşdur. Bu da ondan irəli gəlir ki, əgər düşmən islah oluna bilərsə, qoy islah olunsun. Buna görə də əvvəlcə güzəşt etmək göstərişi verilmişdir. Başqa sözlə desək, düşmənə qarşı əvvəlcədən sərt olmaq lazım deyil. İslam əxlaqı onu tələb edir ki, əvvəlcə güzəşt edilsin, əgər bunun bir nəticəsi olmazsa, ondan sonra sərt mövqe nümayiş etdirilməlidir.
2\. (Şübhəsiz, Allah nə etdiklərinizi görəndir) cümləsi bu mənaya işarə edə bilər ki, Allah-taala indi də sizi qeyri-adi yollarla düşmən üzərində qalib edə bilər. Lakin insan təbiəti və ümumiyyətlə, dünyanın işlərinin gedişatı belədir ki, hər şey tədrici şəkildə, şərait hazır olduqdan sonra həyata keçməlidir.
3\. "Təbiətlərində kök atmış paxıllıq üzündən" ifadəsi buna işarə ola bilər ki, bəzi vaxtlar paxıllıq son məqsəd kimi görünüb ona dini don geyindirilir. Lakin İslam düşmənlərinin bu paxıllığı heç belə də olmamış, şəxsi xarakter daşımışdır. Belə ehtimal da oluna bilər ki, onların paxıllığı sırf təbiətlərindən irəli gəlmişdir.
Bəqərə surəsi, 111-112-ci ayələr
وَقَالُوا لَنْ يَدْخُلَ الْجَنَّةَ إِلَّا مَنْ كَانَ هُودًا أَوْ نَصَارَى تِلْكَ أَمَانِيُّهُمْ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ .١١١
بَلَى مَنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِنْدَ رَبِّهِ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ .١١٢
Ayələrin tərcüməsi
111\. (Onlar) dedilər: "Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs girməyəcək". Bu, ancaq onların arzusudur (xəyalıdır). (Onlara) de: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin".
112\. Bəli, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) nə bir qorxusu var, nə də onlar qəm-qüssə görərlər. (Deməli, Cənnət heç bir qrupun inhisarında deyil.)
Ayələrin təfsiri.
Cənnət inhisarçıları.
Bu ayələrdə Quran bəzi yəhudi və xaçpərəstlərin daha bir əsassız iddiasına toxunaraq onlara kəskin cavab verir: "(Onlar) dedilər: "Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs girməyəcək”. Bu, ancaq onların arzusudur (xəyalıdır). (Onlara) de: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”.
Yəhudi və xaçpərəstlərin bu iddiasının əsassız olduğu, Cənnətin yalnız onlara məxsus olmasının xam xəyaldan başqa bir şey olmadığı bildirildikdən sonra Cənnətə getməyin əsas meyarı ümumi bir qanun şəklində təqdim olunur: "Bəli, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) nə bir qorxusu var, nə də onlar qəm-qüssə görərlər. (Deməli, Cənnət heç bir qrupun inhisarında deyil).
Nə Cənnət, nə Allahın mükafatı, nə də əbədi səadətə qovuşmaq heç bir qrupun inhisarında deyil. Aşağıdakı iki şərtə malik olan istənilən şəxs bunlara nail ola bilər:
1-Allahın əmrləri qarşısında boyun əyib ilahi əmrləri bir-birindən fərqləndirməmək lazımdır. Belə olmamalıdır ki, kimsə öz şəxsi maraqlarına uyğun gələn əmrlərə tabe olub, şəxsi mənafeyinə uyğun gəlməyən əmrlərə tabe olmasın. Xeyr, istər şəxsi maraqlarına uyğun olsun, istərsə də uyğun olmasın, Allahın bütün əmrlərinə cani-dildən tabe olmaq lazımdır.
2-Bu imanın təsiri özünü əməldə də göstərməlidir. Belə ki Allahın bütün əmrlərinə tabe olan insan yaxşı işlər görməklə, bütün işlərdə hamıya eyni gözlə baxmaqla imanının təsirini hiss etdirməlidir. Quran yersiz təəssübkeşlik və irqçiliyi birmənalı olaraq pisləyir. Xoşbəxtlik və səadətin yalnız bir millətə xas olmadığını bildirir. Xoşbəxtliyin əsas meyarının is isə iman və və saleh əməl olduğunu açıqlayır.
İncəliklər:
1\. (ǝmaniyyə) sözü (umniyyə) kəlməsinin cəmi olub, "insanın çata bilmədiyi arzu" mənasını bildirir. Sözügedən ayədə, əslində, kitab əhlindən olan şəxslərin yalnız bircə arzusu olduğu bildirilir. O da Cənnəti yalnız özlərinə arzulamalarıdır. Lakin bu arzudan digər arzular da doğduğu üçün (arzu) sözü cəm şəklində verilmişdir.
2\. Haqqında danışdığımız ayələrdə (təslim etmək) feili “vəch” (lüğəvi mənası “üz” deməkdir) sözünə aid edilmişdir. Bu, ondan irəli gəlir ki, nəyəsə təslim olmağın ən gözəl forması insanın üzünü tam olaraq ona tərəf çevirməsidir. Belə ehtimal da oluna bilər ki, "vəch" sözü "varlıq” mənasında nəzərdə tutulmuşdur. Yəni möminlər bütün varlıqları ilə Allahın əmrinə tabe olurlar.
3\. Bu ayələr müsəlmanlara həm də onu öyrədir ki, heç vaxt əsassız sözlərə əhəmiyyət verməyin. Kim nəyisə iddia edərsə, öz iddiasını əsaslandırmaq üçün ondan sübut tələb edin. Bu yolla kor-koranə təqlidlərin qarşısı alınar, cəmiyyətdə məntiqi təfəkkür hökm sürər.
4\. Sonuncu ayədə təslim olmaq məsələsindən sonra (yaxşı işlər görərək) tərzi-hərəkət zərfinin qeyd edilməsi onu göstərir ki, insanın imanı möhkəmlənməyincə yaxşılıq tam anlamı ilə baş tutan deyil.
Bu ifadə həm də onu çatdırır ki, yaxşı iş görmək xüsusiyyəti mömin insanlarda ötəri bir xüsusiyyət deyil, bu, onların canına, qanına hopmuşdur.
Nəhayət, ayənin sonunda tövhid yolunun yolçularının axirətdə heç bir qorxu və narahatçılığının olmaması bildirilir. Bunun da səbəbi odur ki, möminlər yalnız Allahdan qorxur, Ondan başqa heç nədən qorxmurlar. Müşriklər isə hər şeydən onun-bunun sözündən, xurafat əməllərdən və s.-dən qorxurlar.
Bəqərə surəsi, 113-cü ayə
وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَى عَلَى شَيْءٍ وَقَالَتِ النَّصَارَى لَيْسَتِ الْيَهُودُ عَلَى شَيْءٍ وَهُمْ يَتْلُونَ الْكِتَابَ كَذَلِكَ قَالَ الَّذِينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ فَاللَّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ .١١٣
Ayənin tərcüməsi
113\. Yəhudilər dedilər: "Xaçpərəstlərin (Allah yanında) heç bir yeri yoxdur". Xaçpərəstlər isə dedilər: "Yəhudilərin heç bir yeri yoxdur (və haqq deyillər)". Halbuki onların hər ikisi səmavi kitab oxuyur (və bu növ təəssüblərdən uzaq durmalıdırlar). Bilməyənlər (müşriklər kimi digər cahillər) də onlar kimi danışdılar. Allah, Qiyamət günü onların arasında ixtilafda olduqları şey haqqında mühakimə yürüdəcək.
Ayənin nazilolma səbəbi.
Bəzi təfsirçilər İbn Abbasdan belə nəql etmişlər: "Nǝcran xaçpərəstlərindən bir qrupu Həzrət Peyğəmbərin (s) yanına gəldikdə bəzi yəhudi alimləri də orada idi. Onların (xaçpərəstlərlə yəhudilərin) arasında mübahisə baş verdi. Yəhudilərdən olan Rafe ibn Hərmələ üzünü xaçpərəstlərə tutaraq: "Sizin dininizin heç bir əsası yoxdur" - deməklə İsa (ə) peyğəmbəri və onun səmavi kitabı olan İncili inkar edir. Nəcran xaçpərəstlərindən biri də qalxıb eyni sözü ona deyərək Musa (ə) peyğəmbəri və onun səmavi kitabı olan Tövratı inkar etməklə onun cavabını verir. Bu hadisə ilə əlaqədar sözügedən "Yəhudilər dedilər: "Xaçpərəstlərin (Allah yanında) heç bir yeri yoxdur". Xaçpərəstlər isə dedilər: "Yəhudilərin heç bir yeri yoxdur (və haqq deyillər)..." ayəsi nazil olaraq hər iki dəstəni yanlış danışdıqları üçün tənqid edir".
Ayənin təfsiri.
İnhisarçılıqdan irəli gələn təzadlar.
Bundan əvvəlki ayələrdə bəzi yəhudi və xaçpərəstlərin bir sıra əsassız iddialarından söz açılmışdı. Bu ayədə isə bildirilir ki, əsassız iddialar ortaya atıldıqda bunun axırı inhisarçılığa, daha sonra isə təzadlara gedib çıxır. Ayədə deyilir: "Yəhudilər dedilər: "Xaçpərəstlərin (Allah yanında) heç bir yeri yoxdur". Xaçpərəstlər isə dedilər: “Yəhudilərin heç bir yeri yoxdur (və haqq deyillər)".
Bu cümlə ilə tərəflərdən hər biri qarşı tərəfin dininin əsassız olduğunu və ya Allah dərgahında heç bir dəyərə malik olmadığını iddia edir. Ayənin davamında Allah-taala bildirir ki, əslində, hər iki dəstə kitab əhli olmuşdur: "Halbuki onların hər ikisi səmavi kitab oxuyur”.
Yəni onların ixtiyarında bütün çətinliklərini həll edəcək səmavi kitab olduğu halda, bir-birilərini inadkarcasına ittiham etməsi olduqca təəccüblüdür. Bunun ardınca Allah-taala müşriklərin də onların dediyi kimi sözlər danışdığını bildirir: "Bilməyənlər (müşriklər kimi digər cahillər) də onlar kimi danışdılar”.
Bu ayə təəssübkeşlik və inadkarlığın əsas səbəbinin nadanlıq olduğunu bildirir. İnadkar insanlar yalnız öz çevrələri ilə kifayətlənir, başqa heç nəyi qəbul etmirlər. Uşaqlıqdan göz açıb gördükləri din xurafat olsa belə, ondan qeyrisini heç bir vəchlə qəbul etmirlər.
Nəhayət, ayənin sonunda deyilir: "Allah, Qiyamət günü onların arasında ixtilafda olduqları şey haqqında mühakimə yürüdəcək".
Qiyamət günündə artıq bütün həqiqətlər üzə çıxacaq. Onda daha heç kim haqqı inkar edə bilməyəcək. Bununla da bütün ixtilaflara, mübahisələrə son qoyulacaq. Qiyamətin özəlliklərindən biri də məhz bütün mübahisələrə son qoyulmasıdır.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, haqqında danışdığımız ayə müsəlmanlara təskinlik verərək bildirir ki, qeyri-müsəlmanların onların dinini inkar etməsindən qətiyyən narahat olmasınlar. Onlar heç bir-birinin də dinini qəbul etmirlər. Çünki nadandırlar. Nadan olduqları üçün də inadkarlıq edir, yalnız özlərini haqlı görürlər.
Bəqərə surəsi, 114-cü ayə
وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللَّهِ أَنْ يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَى فِي خَرَابِهَا أُولَئِكَ مَا كَانَ لَهُمْ أَنْ يَدْخُلُوهَا إِلَّا خَائِفِينَ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ .١١٤
Ayənin tərcüməsi
114\. Allahın məscidlərində Onun adının çəkilməsinə maneçilik törədənlərdən və onların viran edilməsinə çalışanlardan daha zalım kim ola bilər? (Halbuki) onlar oraya ancaq qorxa-qorxa girməli idilər. Onlar üçün dünyada (yalnız) rüsvayçılıq, axirətdə isə böyük (ilahi) əzab vardır.
Ayənin nazilolma səbəbi.
"Əsbabun-nüzul" kitabında İbn Abbasdan belə nəql edilmişdir ki, bu ayə Bizans sərkərdəsi Fetilius və xaçpərəst tərəfdarlarının barəsində nazil olmuşdur. Belə ki onlar yəhudilərə qarşı döyüşüb onları əsir etmiş, Tövratı yandırmış, Beytül-müqəddəsə od vuraraq ölülərin meyitlərini oraya tökmüşlər.
Mərhum Təbərsi "Məcməül-bəyan" təfsirində İbn Abbasdan nəql edərək yazır ki, Beytül-müqəddəsin ara-sıra dağıdılması müsəlmanlar oranı ələ keçirənə qədər davam etmişdir.
İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir: “Bu ayə Həzrət Peyğəmbərin (s) Məkkə şəhərinə və Məscidül-hərama girişinə mane olan Qüreyş müşrikləri barəsində nazil olmuşdur".
Bəzi təfsirçilər Məkkə müşriklərinin hicrətdən qabaq müsəlmanların Məkkədə namaz qıldığı yerləri hicrətdən sonra söküb dağıtması ilə əlaqədar olaraq bu ayənin nazil olduğunu bildirmişlər. Lakin sözü- gedən ayənin deyilən ehtimalların hamısını ehtiva etməsi də mümkündür. Sadəcə olaraq ayə deyilən səbəblərdən hər birinin müəyyən bir cəhətinə aid olur.
Ayənin təfsiri.
İnsanların ən zalımı.
Ayənin yuxarıda qeyd olunmuş nazilolma səbəblərini araşdırdıqda məlum olur ki, burada söhbət həm yəhudilərdən, həm xaçpərəstlərdən, həm də müşriklərdən gedir. Lakin əvvəlki ayələrdə söhbət əsasən yəhudilərdən, bəzi hallarda isə həm də xaçpərəstlərdən gedirdi.
Qiblə dəyişdirildikdən sonra yəhudilər çox çalışırdılar ki, müsəlmanları vəsvəsə etməklə yenidən onların üzünü Beytül-müqəddəsə doğru çevirə bilsinlər. Bununla da onlar həm müsəlmanlar onların qibləsinə tərəf namaz qıldıqları üçün özlərini onlardan üstün hesab edəcək, həm də Kəbəni gözdən salmış olacaqdılar. Digər tərəfdən Məkkə müşrikləri Həzrət Peyğəmbəri (s) və müsəlmanları Kəbənin ziyarətindən məhrum etməklə praktiki olaraq Allahın evini dağıtmağa doğru irəliləyirdilər. Üçüncü bir tərəfdən isə yuxarıda İbn Abbasdan nəql edilmiş hədisə əsasən, xaçpərəstlər Beytül-müqəddəsi işğal edib viran qoymağa çalışmaqla vəziyyəti daha acınacaqlı hala salmışdılar. Quran sözügedən ayədə bu üç dəstənin, eləcə də onların tutduğu yolla gedənlərin barəsində belə buyurur: "Allahın məscidlərində Onun adının çəkilməsinə maneçilik törədənlərdən və onların viran edilməsinə çalışanlardan daha zalım kim ola bilər?”
Gise Allah-taala bu ayədə məscidlərdə Onun adının çəkilməsinə maneçilik törətməyi və onların viran edilməsinə çalışmağı zülm, bu işi görənləri isə ən zalım insanlar adlandırmışdır. Doğrudan da, tövhid qərargahlarını dağıtmaqdan, insanlara haqqı unutdurmaqdan və cəmiy- yətdə fəsadı yaymaqdan daha böyük günah ola bilməz.
Ayənin davamında deyilir: “(Halbuki) onlar oraya ancaq qorxa-qorxa girməli idilər”.
Yəni müsəlmanlar və təkallahlılıq inancında olan insanlar bu yolda elə möhkəm dayanmalıdırlar ki, zalımlar müqəddəs ocaqlara yaxın dura bilməsinlər. Və onlardan kimsə oraya gəlmək istədikdə qorxa-qorxa, ehtiyat edə-edə gəlsin.
Bu cümlənin təfsiri ilə bağlı belə ehtimal da verilə bilər ki, bu cür zalım insanlar ibadət ocaqlarını heç bir vəchlə öz ixtiyarlarına keçirməyə müvəffəq olmazlar. Məkkə müşriklərinin Məscidül-həramla bağlı yaşadığı aqibəti digər zalımlar da yaşamalıdırlar.
Nəhayət, ayənin sonunda bu zalım dəstəni dünyada rüsvayçılıq, axirətdə isə acınacaqlı bir əzabın gözlədiyi bildirilir: "Onlar üçün dünyada (yalnız) rüsvayçılıq, axirətdə isə böyük (ilahi) əzab vardır".
sla Allah-taala ilə bəndələri arasında ayrılıq salmağa çalışanların aqibəti məhz belə olmalıdır!
İncəliklər:
1\. Məscidləri viran qoymağın müxtəlif yolları.
Haqqında danışdığımız ayənin geniş bir məna kəsb etdiyi, bu və digər zaman və məkanla məhdudlaşmadığı hamıya məlumdur. Necə ki digər ayələr də müəyyən şəraitdə nazil olmasına baxmayaraq, onlardakı hökmlər bütün əsrlərə şamil olur. Bu baxımdan ayədə deyilən acına- caqlı əzab Allahın məscidlərini viran qoymağa çalışan və ya oraya gediş-gəlişə mane olan bütün şəxslərə şamil olur. Onu da nəzərə almaq lazımdır ki, Allahın məscidlərini viran qoymaq təkcə oraya gediş-gəlişin qarşısını almaq və ya ələ bel, külüng götürüb onları dağıtmaq kimi başa düşülməməlidir. Məscidin fəaliyyətini zəiflədən istənilən əməl də buraya daxildir. "Tövbə” surəsinin 18-ci ayəsinin şərhində də qeyd edəcəyimiz kimi “إِنَّمايَعْمُرُمَسَاجِدَالله” (məscidlərin abadlaşdırılması) dedikdə təkcə məscidin binasını tikib abadlaşdırmaq nəzərdə tutulmur, eyni zamanda məsciddə təşkil edilən bu və digər ayinlərdə fəal iştirak etmək də oranın abadlaşdırılması anlamına gəlir. Hətta məscidin bu cür abadlaşdırılması zahiri abadlaşdırılmasından daha önəmlidir. Eləcə də Allahı insanlara unutduran işlərin görülməsi də məscidin binasını dağıtmaqdan daha böyük günahdır. Nə qədər qəribə səslənsə də, bu, bir faktdır ki, bu gün məntiq və düşüncədən uzaq olan inadkar sələfilərin bir çoxu tövhidi dirçəltmək adı ilə İslam öndərlərinin qəbirləri üzərində tikilmiş və Allahın yad edilməsinə xidmət edən türbələri sökməyə çalışırlar. Daha təəccüblüsü isə odur ki, onlar bu əməllərini şirklə mübarizə adlandırır və bu yolda hər bir cinayətə əl atırlar. Halbuki həmin müqəddəs ocaqlarda görülən yanlış işlərin qarşısını almaq lazımdır, nəinki onları söküb yerlə yeksan etmək. Bu, eynilə cahiliyyət dövrünün müşriklərinin gördüyü işlərdəndir.
2\. Ən böyük zülm.
Bu ayədə diqqət yetiriləsi digər bir məqam odur ki, Allah-taala Onun adının çəkilməsinə maneçilik törədən və məscidlərin viran edilməsinə çalışanları ən zalım insanlar adlandırmışdır. Həqiqətən də, bu, belədir. Çünki Allahın adının çəkilməsinə maneçilik törətmək və məscidlərin viran edilməsinə çalışmaq cəmiyyətdə fitnə-fəsadın yayılması ilə nəticələnəcək. Bunun isə ziyanı hər bir şeydən artıq olacaq. Düzdür, Quranda bir sıra başqa günahları edən şəxslərin də barəsində (ən zülmkar) ifadəsi işlədilmişdir. Lakin onların hamısı dolayısilə gedib şirkə çıxır. Bu barədə, inşallah, "Ənam" surəsinin 21-ci ayəsinin təfsirində (kitabın beşinci cildində) daha ətraflı məlumat verəcəyik.
Bəqərə surəsi, 115-ci ayə
وَلِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَأَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ إِنَّ اللَّهَ وَاسِعٌ عَلِيمٌ .١١٥
Ayənin tərcüməsi
115\. Şərq də, qərb də Allahındır. Hansı səmtə üz tutsanız, Allah oradadır. Şübhəsiz ki, Allah ehtiyacsız və (hər şeyi) biləndir.
Ayənin nazilolma səbəbi.
Bu ayənin nazilolma səbəbi ilə əlaqədar müxtəlif hədislər nəql edilmişdir. O cümlədən aşağıdakı hədislər bu ayənin barəsindədir:
İbn Abbasdan nəql edilmiş bir hədisdə deyilir: "Şərq də, qərb də Allahındır. Hansı səmtə üz tutsanız, Allah oradadır. Şübhəsiz ki, Allah ehtiyacsız və biləndir" ayəsi qiblənin dəyişdirilməsi ilə bağlı nazil olmuşdur. Müsəlmanların qibləsi Beytül-müqəddəsdən Kəbəyə doğru dəyişdirildikdə yəhudilər buna etiraz edərək deyirlər ki, heç qibləni də dəyişmək olar? Bu ayə nazil olub onlara bildirir ki, şərq də, qərb də Allahındır".
Başqa bir hədisdə deyilir: "Şərq də, qərb də Allahındır. Hansı səmtə üz tutsanız, Allah oradadır. Şübhəsiz ki, Allah ehtiyacsız və biləndir" ayəsi minikdə olduqda müstəhəb namaz qılmaq istəyən şəxs haqqında nazil olmuşdur. O, üzünü hansı istiqamətə tutsa, müstəhəb namaz qıla bilər".
Bəzi təfsirçilər Cabir ibn Abdullahdan belə nəql etmişlər: "Peyğəmbər (s) bir dəstə müsəlmanı döyüşə yollayır. Hava qaraldıqda müsəlmanlar qibləni təyin etməkdə çətinlik çəkdiyi üçün hər dəstə üzünü bir tərəfə tutub namaz qıldı. Səhər açıldıqda görürlər ki, hamı qiblədən başqa səmtə namaz qılmışdır. Bu barədə Həzrət Peyğəmbərə (s) sual verdikdə "Şərq də, qərb də Allahındır. Hansı səmtə üz tutsanız, Allah oradadır. Şübhəsiz ki, Allah ehtiyacsız və biləndir" ayəsi nazil olub, onların o vəziyyətdəki namazlarının düzgün olduğunu bildirdi".
Ayənin nazilolma səbəbi ilə bağlı nəql edilmiş hədislərin hamısı doğru ola bilər. Belə ki ayə həm qiblənin dəyişdirilməsi, həm minikdə olarkən müstəhəb namazın qiblədən başqa səmtə qılınması, həm də qibləni bilmədikdə digər istiqamətə namaz qılmağın düzgünlüyünə şamil ola bilər.
Ümumiyyətlə, heç bir ayənin əhatə dairəsini yalnız əlaqədar nazil olduğu hadisə ilə daraltmaq lazım deyil. Onu ümumi bir hökm kimi qəbul etmək lazımdır.
Ayənin təfsiri.
Hansı səmtə üz tutsanız, Allah oradadır.
Ötən ayədə Allahın məscidlərində Onun adının çəkilməsinə maneçilik törədən və onların viran edilməsinə çalışan zalımlardan söhbət gedirdi. Bu ayədə də həmin mövzu davam etdirilərək deyilir: "Şərq də, qərb də Allahındır. Hansı səmtə üz tutsanız, Allah oradadır".
Müsəlmanlar elə təsəvvür etməməlidirlər ki, onlara məscidlərə getməyə mane olduqda daha Allaha ibadət etməyin yolu bağlanır. Əsla belə deyil. Dünyanın şərqi də, qərbi də Allahındır. Müsəlmanlar üzünü hara çevirsə, Allah oradadır. Həmçinin qiblənin dəyişdirilməsinin də buna qətiyyən təsiri yoxdur. Məgər elə bir yer tapıla bilərmi ki, Allah orada olmasın? Ümumiyyətlə, Allahın konkret bir məkanı yoxdur. Buna görə də ayənin sonunda deyilir: "Şübhəsiz ki, Allah ehtiyacsız və biləndir”.
Qeyd etmək lazımdır ki, bu ayədə "şərq" və "qərb” dedikdə coğrafi istiqamətlər olan şərq və qərb nəzərdə tutulmur. Bu ifadə bütün dünyanı nəzərdə tutan metaforadır. Adi danışıqda da belə ifadələrə rast gəlirik. Məsələn deyilir ki, Əlinin (ə) düşmənləri onun fəzilətlərini ört-basdır etməyə çalışsalar da, onun fəziləti dünyanın şərqini də, qərbini də bürüyüb. Yəni o Həzrətin (ə) fəzilətləri bütün dünyaya yayılıb.
Ayədə “şərq” və “qərb” ifadələrinin işlədilməsi, bəlkə də, onunla əlaqədardır ki, insan ilk olaraq məhz bu iki cəhəti tanıyır. Digər cəhətlər isə bu iki cəhətin köməyi ilə tanınır. Quranda da deyilir:
Zəiflədilmiş o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis etdik.
İncəliklər:
1\. Qiblənin fəlsəfəsi.
Burada ilk olaraq belə bir sual yaranır ki, əgər üzümüzü hansı səmtə çevirsək, Allah oradadırsa, daha namazda üzü qibləyə dayanmağa nə lüzum var? Bu suala cavab olaraq, əvvəla, onu qeyd etməliyik ki, daha sonra da deyəcəyimiz kimi, namazda üzü qibləyə dayanmaq Allahı yalnız həmin istiqamətdə məhdudlaşdırmaq anlamına gəlməməlidir. İnsan maddi bir varlıq olduğu üçün əvvəl-axır üzünü bir istiqamətə tutmalı olduğundan belə göstəriş verilmişdir ki, hamı üzünü eyni səmtə doğru tutsun. Bu yolla müsəlmanların arasında birlik də yaranmış olar. Təsəvvür edin ki, hərə üzünü müxtəlif istiqamətə tutub namaz qılarsa, necə pis görünər! Üstəlik, qiblə olaraq təyin edilmiş yer Kəbə çox qədim zamanlardan bəri tövhid mərkəzi olmuşdur. Diqqəti ora yönəltmək tövhidlə bağlı xatirələri oyadır.
2\. Sözügedən ayədəki "vəchullah" ifadəsində "Allahın üzü” deyil, "Allahın zatı" nəzərdə tutulmuşdur.
3\. Bəzi hədislərdə nəql edilmişdir ki, səhvən və ya qibləni tapmaqda araşdırmaq imkanı olmayanların, habelə minikdə olan şəxsin namazlarının düzgün olmasında bu ayəyə istinad edilmişdir.
Bəqərə surəsi, 116-117-ci ayələr
وَقَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا سُبْحَانَهُ بَلْ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ كُلٌّ لَهُ قَانِتُونَ .١١٦
بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ .١١٧
Ayələrin tərcüməsi
116\. (Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: "Allah (Özü üçün) övlad götürmüşdür” – O pakdır – Əksinə, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir.
117\. Göyləri və yeri var edən Odur. Bir şeyin yaranmasına fərman verdikdə ona yalnız: "(Var) ol!" - deyər, o da dərhal (var) olar.
Ayələrin təfsiri.
Yəhudi, xaçpərəst və müşriklərin xurafat inancı.
Allah-taalanın övlad sahibi olmasına dair yanlış və əsassız inanc həm xaçpərəstlərdə, həm yəhudilərdə, həm də müşriklərdə olmuşdur. Hər üç dəstə belə hesab etmişdir ki, Allahın övladı var. "Tövbə” surəsinin 30-cu ayəsində deyilir:
"Yəhudilər: "Üzeyir Allahın oğludur", xaçpərəstlər də: "Məsih Allahın oğludur” – dedilər. Onların ağzında gəzən bu sözlər daha öncə küfr edənlərin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də haqqı təhrif edirlər!"
Başqa bir ayədə isə deyilir:
"Allah Özünə övlad seçmişdir!" dedilər. Allah (hər bir eyib, nöqsan və ehtiyacdan) pak və müqəddəsdir. O, ehtiyacsızdır".!
Bu qəbildən olan ifadələrə müxtəlif ayələrdə rast gəlirik.
Haqqında danışdığımız ilk ayədə bu əsassız və puç iddiaya cavab olaraq belə deyilir: “(Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: “Allah (Özü üçün) övlad götürmüşdür” – O pakdır". Allahın nə ehtiyacı var ki, Özünə övlad götürsün? Məgər nəyəsə möhtacdır? Köməyəmi ehtiyacı var? Yoxsa nəslinin davam etdirilməsini istəyir? Xeyr, Allahın bunların heç birinə ehtiyacı yoxdur, yer-göy Onunkudur, hər şey Onun itaətindədir: "Əksinə, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir". O, nəinki yerin-göyün, bütün varlıqların sahibidir, hətta onların yaradıcısıdır: "Göyləri və yeri var edən Odur". Onları yoxdan var etdiyi halda, övlada nə ehtiyacı var?! Onsuz da nəyisə xəlq etmək istədikdə ona bircə kəlmə "Var ol!" deməklə həmin şey yaranır: "Bir şeyin yaranmasına fərman verdikdə ona yalnız: "(Var) ol!" - deyər, o da dərhal (var) olar”.
İncəliklər:
1\. Allahın övladının olmamasına dair sübutlar.
Allahın Özünə övlad götürməsi iddiası, şübhəsiz ki, Onu bütün cəhətlərdə öz məhdud varlıqları ilə müqayisə edən dardüşüncəli insanların fikrinin məhsuludur.
Ümumiyyətlə, insan müxtəlif səbəblərdən övlada ehtiyac duyur. Bir tərəfdən insan ömrü məhdud olduğu üçün o, nəslinin davam etməsini istəyir. Bunun üçün də övladın olması zəruridir. Digər tərəfdən insanın qüdrəti də məhduddur. Xüsusilə də qocaldıqda ona yardım edəcək bir övladın olmasına ehtiyac duyur. Üçüncü bir tərəfdən insan ünsiyyətcil olduğu üçün bütün həyatı boyu onunla təmasda olan insanların olmasını istəyir. O, bu istəyinə övladlarının vasitəsilə çatır.
Dünyanı yaradan və hər bir işə qadir, əbədi və əzəli olan Allah- taalanın barəsində yuxarıda dediyimiz səbəblərin heç biri yoxdur. Üstəlik, övladın olması o deməkdir ki, deməli, həmin varlıq cisimdir. Allah-taala isə cisim deyil. Deməli, övladı yoxdur və buna heç ehtiyac da duymur.
2\. "Var ol!" - deyər, o da dərhal (var) olar" cümləsinin izahı.
Bu cümləyə Qurani-Kərimin bir çox ayələrində rast gəlirik. Bu cümlə Allah-taalanın yaradılışdakı genetik iradəsi və mütləq hakimiyyətindən xəbər verir. Ayənin bu cümləsi onu başa salır ki, Allah-taala böyük, yaxud kiçik, asan, yaxud çətin olmasından asılı olmayaraq nəyinsə yaranmasını istədikdə həmin şey dərhal olur. İstər atom zərrəciyi qədər kiçik şey, istərsə də göylər və yer boyda böyük bir şey olsun. Burada Allah-taala heç "ol" sözündən də istifadə etmir. Allahın həmin şeyin yaradılmasına iradəsi ilə onun var olması arasında heç bircə an da fasilə olmur. Ümumiyyətlə, o araya zaman girə bilməz. Buna görə də (o da dərhal (var) olar) feilindəki "fə" ǝdatını zaman baxımındakı "təxir" deyil, rütbə baxımındakı "təxir" kimi qəbul etməliyik. (Diqqət edin!) Yanlış anlaşılmamalıdır. Elə başa düşməyin ki, Allah-taala nəyi iradə etdisə, o da dərhal olur. Xeyr, Allah-taala nəyi necə iradə etdisə, o cür olmalıdır. Məsələn, Allah göylərin və yerin altı mərhələdə yaranmasını iradə edirsə, şübhəsiz ki, artıq-əskik olmadan o cür əmələ gəlməlidir. Əgər onların bir andaca yaranmasını iradə etsə, deməli, bir anda var olmalıdır. Bu və digər məxluqun yaranması Allahın onu necə yaratmaq istəyinə bağlıdır. Yaxud məsələn, döl ana bətnində düz doqquz ay doqquz gün təkamül prosesi keçir. Əgər Allah istəsə, bu proses saniyənin mində biri ərzində həyata keçər. Çünki məxluqatın bütün taleyi Onun iradəsindən asılıdır. Məxluqat ilə onları yaradanın istəyi arasında zaman fasiləsi ola bilməz.
3\. Hər hansı bir şey yoxdan necə var ola bilər?
"بديع" sözü "بدع" feilindən olub, "yoxdan var edən” mənasını bildirir. Bundan belə məlum olur ki, Allah-taala göyləri və yeri heç bir maddə olmadan, yoxdan yaratmışdır. Burada belə bir sual yaranır ki, məgər yoxdan nəyisə yaratmaq mümkündürmü? Necə ola bilər ki, varlığın tam əksi sayılan yoxluqdan nəsə əmələ gəlsin? Doğrudanmı yoxluq varlığın mənşəyidir?
Bu, yaradılış məsələsində materialistlərin verdiyi bir sualdır. Onlar buradan belə nəticəyə gəlmişlər ki, bu dünyanın ilkin materiyası əzəli və əbədidir. Onun barəsində varlıq və yoxluq məfhumlarının mənası yoxdur.
Bu suala cavab olaraq qeyd etməliyik ki, əvvəla, bu sual materialistlərin özünə də yönəlir. Belə ki onlar bu dünyanın materiyasının əzəli və əbədi olduğunu, heç vaxt azalmadığını iddia edirlər. Bu vaxtadək dünyadakı dəyişikliklərə gəlincə, dəyişən onun yalnız surətidir, materiyanın özü olduğu kimi qalır. Belə olan halda biz onlardan soruşuruq ki, materiyanın surəti əvvəlcə olmamışdır. Bəs necə oldu ki, o, sonradan yarandı? Yoxluqdanmı yarandı? Əgər belədirsə, onda yoxluq necə oldu ki, varlığın yaranma mənşəyinə çevrildi? (Diqqət edin!)
Bunu aşağıdakı misalla izah edək. Məsələn, bir rəssam kağız üzərinə gözəl bir rəsm əsəri çəkir. Materialistlər deyirlər ki, o rəsm əsərinin rəngi əvvəlcədən mövcud olmuşdur. Bəs onda bu vaxtadək mövcud olmayan rəsm əsəri necə meydana gəlmişdir? Onlar bu suala hansı cavabı versələr, biz də eyni cavabı dünyanın yoxdan yaranması barəsində verəcəyik.
İkinci mərhələdə onu qeyd etmək lazımdır ki, onlarda yanlış təsəvvürün yaranmasına səbəb "yoxdan var etmək" ifadəsindəki “dan" şəkilçisidir. Onlar elə başa düşürlər ki, "yoxdan var etmək", sanki "taxtadan stol düzəltmək” kimi bir işdir. Yəni elə başa düşürlər ki, stolun hazırlanması üçün taxta lazım olduğu kimi, dünyanın da yaranması üçün ilkin maddələr lazımdır. Halbuki "dünyanı yoxdan var etmək” dedikdə o başa düşülür ki, əvvəlcə dünya olmamış, sonradan yaradılmışdır. Bunda nə ziddiyyət ola bilər ki?! Fəlsəfi terminlərlə desək, hər bir mümkünül-vücud iki hissədən - vücud və mahiyyətdən ibarətdir. Mahiyyət nisbi bir məfhum olub, həm varlığa, həm də yoxluğa eyni nisbətdə bərabərdir. Başqa sözlə desək, hər hansı bir şeyin varlığı ilə yoxluğu arasındakı müştərək cəhət mahiyyət adlanır. Məsələn, hər hansı bir ağac daha əvvəl olmamışdır, indi isə var. Filankəs daha əvvəl yox idi, indi isə var. Deməli, varlıqla yoxluq arasındakı halət mahiyyət adlanır.
Yuxarıda deyilənləri nəzərə alsaq, "Allah-taalanın dünyanı yoxdan var etməsi” dedikdə belə başa düşülməlidir ki, Allah dünyanın mahiyyətini yoxluqdan varlığa gətirmişdir. Başqa sözlə desək, dünyaya varlıq libası geydirmişdir.
Bəqərə surəsi, 118-119-cu ayələr
وَقَالَ الَّذِينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَا اللَّهُ أَوْ تَأْتِينَا آيَةٌ كَذَلِكَ قَالَ الَّذِينَ مِنْ قَبْلِهِمْ مِثْلَ قَوْلِهِمْ تَشَابَهَتْ قُلُوبُهُمْ قَدْ بَيَّنَّا الْآيَاتِ لِقَوْمٍ يُوقِنُونَ .١١٨
إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا وَلَا تُسْأَلُ عَنْ أَصْحَابِ الْجَحِيمِ .١١٩
Ayələrin tərcüməsi
118\. Cahillər dedilər: "Nə üçün Allah bizimlə danışmır və ya bizim özümüzə bir ayə və nişanə gəlmir?" Onlardan əvvəlkilər (də) belə demişdilər. Onların qəlbləri (və düşüncələri) bir-birinə bənzəyir. Şübhəsiz, biz əminliklə inananlara (və həqiqət axtaranlara) ayə və nişanələrimizi (kifayət qədər) aydınlaşdırdıq.
119\. Biz səni haqq olaraq (bəşəriyyətə) müjdə verməyə və qorxutmağa göndərdik. Sən (risaləti çatdırdıqdan sonra) Cəhənnəm əhlinə (onların yolunu azmasına) cavabdeh deyilsən.
Ayələrin təfsiri.
Nə üçün Allah bizimlə danışmır?
Əvvəlki ayələrdə sadalanan yəhudilərin bəhanələrindən sonra bu ayələrdə başqa bir dəstənin bəhanələrindən danışılır. Çox güman ki, bu dəstə müşrik ərəblər olmuşdur. Əvvəlcə belə deyilir: "Cahillər dedilər: "Nə üçün Allah bizimlə danışmır və ya bizim özümüzə bir ayə və nişanə gəlmir?”
Quranın "cahillər" adlandırdığı bu dəstə iki məntiqsiz istək diləmişlər:
1) Nə üçün Allah bizimlə danışmır?
2) Nə üçün bizə bir ayə gəlmir?
Quran onların eqoistlik və inadkarlıqdan irəli gələn bu məntiqsiz arzularına cavab olaraq belə buyurur: "Onlardan əvvəlkilər (də) belə demişdilər. Onların qəlbləri (və düşüncələri) bir-birinə bənzəyir. Şübhəsiz, biz əminliklə inananlara (və həqiqət axtaranlara) ayə və nişanələrimizi kifayat qədər aydınlaşdırdıq”.
Əgər onların məqsədi, doğrudan da, həqiqəti dərk etməkdirsə, Həzrət Peyğəmbərə (s) nazil olan bu ayələr onun sözlərinin doğruluğu üçün kifayət edər. Daha nə ehtiyac var ki, hər adama tək-tək nişanə gəlsin? Nə üçün hamı israr etməlidir ki, Allah şəxsən mənim özümlə danışsın? "Muddəssir" surəsinin 52-ci ayəsində də buna bənzər iddia edilmişdir:
"Onların hər biri onlara ayrı-ayrılıqda (Allah tərəfindən) məktub gəlməsini gözləyir".
Ümumiyyətlə, bu işə heç bir ehtiyac olmaması ilə yanaşı, həm də o, Allahın hikmətinə ziddir. Çünki əvvəla, bu və digər peyğəmbərin öz iddiasında doğru olub-olmadığını ona nazil olan nişanələrin vasitəsilə müəyyənləşdirmək mümkündür. İkincisi, hər adama nişanə gələ bilməz. Bunun üçün insanın mənəvi ləyaqət və hazırlığı olmalıdır. Bu, eynilə ona bənzəyir ki, şəhərin bütün elektrik naqillərinin yüksək gərginlikli şəbəkəyə qoşulmasını istəyək. Təbii ki, bu, olduqca yanlış bir istəkdir. Elektrik naqillərinin hər birini öz funksiyası üçün nəzərdə tutmuş mühəndis onların hansı işi görməli olduğunu da tənzimləmişdir. Buna görə də onların bəzisi bilavasitə yüksək gərginlikli şəbəkəyə, bəzisi isə elektrik ötürücülərinə qoşulmuşdur.
Növbəti ayədə Allah-taala Həzrət Peyğəmbərə (s) xitabən onun belə məntiqsiz istəklər qarşısındakı vəzifəsini müəyyən edərək buyurur: "Biz səni haqq olaraq (bəşəriyyətə) müjdə verməyə və qorxutmağa göndərdik”.
Sənin vəzifən odur ki, Bizim göstərişlərimizi camaata çatdırıb möcüzələrini göstərəsən və həqiqəti məntiqli şəkildə onlara açıqlayasan.
Təbii ki, bu dəvət yaxşı insanları müjdələmək, pis insanları isə qorxutmaqla müşayiət edilməlidir: “Sən (risaləti çatdırdıqdan sonra) Cəhənnəm əhlinə (onların yolunu azmasına) cavabdeh deyilsən”.
İncəliklər:
1\. Onların qəlbi bir-birinə bənzəyir.
Haqqında danışdığımız ayələrdə Allah-taala müşriklərin gətirdiyi bəhanələrin təzə bir şey olmadığını, onlardan əvvəlkilərin də belə dediyini bildirmişdir. Sanki hamısının qəlbi bir-birinə bənzəyir. Bu ifadə həm də onu çatdırır ki, zamanın keçməsi və peyğəmbərlərin təlimləri nəticəsində gələcək nəsillər daha çox bilik və mərifət əldə etməli, həmçinin nadanlıqdan irəli gələn əsassız sözlər danışmamalı idilər. Lakin təəssüflər olsun ki, onlar bu təkamül proqramından heç nə əldə etməmiş, sanki min illər əvvəlin nadanları kimi öz yerlərində qalmışlar və bu qədər zaman keçməsinə baxmayaraq, onlar qətiyyən fərqlənməmişlər.
2\. İki mühüm tərbiyəvi cəhət.
Müjdə və təhdid ictimai hərəkatlarda olduqca böyük təsirə malik iki tərbiyəvi cəhət hesab edilir. İnsan həm yaxşı işlərə görə alqışlanmalı, həm də pis işlərə görə qınanmalıdır ki, getdiyi yolda daha da irəli addımlaya bilsin.
Təkcə alqış fərd və ya cəmiyyətin təkamülə çatması üçün yetərli deyil. Çünki belə olan halda insan günah edəcəyi təqdirdə özü üçün heç bir təhlükə, qorxu hiss etmir. Məsələn, hazırda xaçpərəstlər İsanın (ə) özünü bütün ardıcılları üçün fəda etdiyini düşünürlər. Hətta zaman- zaman kilsə tərəfindən insanlara Cənnət qəbzləri satılmışdır. Ara-sıra kilsəyə getməklə keşişə günahlarını "bağışlatdırırlar". Belə düşüncənin hökm sürdüyü cəmiyyətdə, təbii ki, asanlıqla günah edilər. "Müqəddəs kitabın ensiklopediyası" əsərində deyilir: "Fəda olmaq İsanın (ə) müqəddəs qanına işarədir ki, o, bizim hamımızın günahını öz öhdəsinə götürməklə çarmıxda onların acısını çəkmişdir".
Məlum məsələdir ki, bu cür yanlış məntiq insanları günah etməyə cəsarətləndirir. Deməli, cəmiyyətin (böyüklü-kiçikli) islahı üçün alqışın kifayət etdiyini və təhdiddən uzaq durmağı düşünənlər tamamilə yanlış fikirdədirlər. Bunun əks tərəfi də doğru deyil. Yəni cəmiyyəti yalnız hədə-qorxu ilə də nəzarət altında saxlamaq olmaz. Arı-sıra, mütləq, alqış, təşviq olmalıdır. Təkcə alqışın və ya təkcə təhdidin yetərli olduğunu düşünənlərin hər ikisi yanlış fikirdədirlər. Unutmaq olmaz ki, insan qorxu ilə ümidin qarışığından ibarət bir varlıqdır. Onda özünə və həyata sevgi, yoxluğa nifrət hissi vardır. O, daim mənfəəti cəlb, zərəri isə dəf etmək arasında var-gəl edir. Ruhuna bu iki cəhətin hakim kəsildiyi insanı onlardan yalnız birinin vasitəsilə tərbiyə etmək mümkündürmü? Özü də nəzərə almaq lazımdır ki, bu iki cəhət arasındakı müvazinət həmişə qorunub-saxlanılmalıdır. Əgər həddən artıq təşviq olarsa, onda insanda günaha cəsarət hissi artar. Yox, əgər həddən artıq təhdid olunarsa, onda tamamilə ümidsizliyə qapılar. Məhz buna görə də Quranın bir çox ayələrində müjdə ilə qorxu birlikdə işlədilmiş, hətta sözügedən ayədə olduğu kimi, bəzi hallarda müjdə qorxudan da əvvəl verilmişdir. Bəzi hallarda isə bunun əksinin şahidi oluruq. Məsələn, "Əraf" surəsinin 188-ci ayəsində qorxu müjdədən əvvəl gəlmişdir:
"Mən iman gətirən (haqqı qəbul etməyə hazır olan) bir tayfanı ancaq qorxudan və müjdələyənəm!"
Quranın əksər ayələrində müjdənin qorxudan əvvəl verilməsi Allah-taalanın rəhmətinin qəzəbini üstələməsi ilə əlaqədar ola bilər. Necə ki bəzi dualarda belə deyilmişdir:
"Ey rəhməti qəzəbini üstələyən!"
Bəqərə surəsi, 120-121-ci ayələr
وَلَنْ تَرْضَى عَنْكَ الْيَهُودُ وَلَا النَّصَارَى حَتَّى تَتَّبِعَ مِلَّتَهُمْ قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَى وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَ الَّذِي جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ .١٢٠
الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلَاوَتِهِ أُولَئِكَ يُؤْمِنُونَ بِهِ وَمَنْ يَكْفُرْ بِهِ فَأُولَئِكَ هُمُ الْخَاسِرُونَ .١٢١
Ayələrin tərcüməsi
4120\. Sən onların (istəklərinə tam təslim olmayınca və təhrif olunmuş) dinlərinə tabe olmayınca nə yəhudilər, nə də xaçpərəstlər səndən qətiyyən razı qalmayacaqlar. (Onlara) de: "Allahın göstərdiyi yol yeganə doğru yoldur". Əgər sənə gələn elmdən sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman Allah tərəfindən sənə nə bir hami, nə də bir köməkçi olacaqdır.
121\. Səmavi kitab verdiyimiz kimsələrdən (yəhudi və xaçpərəstlərdən) onu layiqincə oxuyanlar İslam Peyğəmbərinə iman gətirirlər. Onu inkar edənlər isə ziyana uğrayanlardır.
Ayələrin nazilolma səbəbi.
Birinci ayənin nazilolma səbəbi haqqında İbn Abbasdan belə nəql edilmişdir: "Mədinə yəhudiləri ilə Nəcran xaçpərəstləri belə güman edirdilər ki, İslam Peyğəmbəri (s) qiblə məsələsində onlarla həmfikir olacaq. Lakin Allah-taala müsəlmanların qibləsini Beytül-müqəddəsdən Kəbəyə doğru dəyişdikdə Peyğəmbərdən (s) ümidlərini üzürlər. (Bəlkə də, o vaxt bəzi müsəlman tayfaları etiraz etmişdilər ki, yəhudi və xaçpərəstləri narazı salacaq işlər görmək lazım deyil.) "Sən onların dinlərinə tabe olmayınca nə yəhudilər, nə də xaçpərəstlər səndən qətiyyən razı qalmayacaqlar” ayəsi Həzrət Peyğəmbərə (s) nazil olaraq bildirir ki, yəhudi və xaçpərəstlər nə qiblə məsələsində, nə də başqa məsələlərdə səndən razı qalmayacaqlar. Sən onların dinlərinə tabe olmayınca onlar səndən razı qalan deyillər”.
Başqa bir qrup təfsirçi isə belə nəql etmişdir ki, Həzrət Peyğəmbər (s) yəhudi və xaçpərəstləri razı salmaqdan ötrü çox çalışırdı. Ona görə çalışırdı ki, bəlkə, İslamı qəbul edərlər. Yuxarıdakı ayə nazil olmaqla Peyğəmbərə (s) bu fikirdən dönməsini bildirir. Çünki onlar Peyğəmbərin (s) onların dinini qəbul etməsindən başqa heç bir vəchlə o Həzrətdən (s) razı qalmayacaqdılar.
İkinci ayənin nazilolma səbəbinə gəldikdə isə bu barədə də müxtəlif hədislər nəql edilmişdir. Bəzilərinin fikrincə, bu ayə Cəfər ibn Əbutaliblə Həbəşistandan Mədinəyə gələn dəstənin barəsində nazil olmuşdur. Sayı qırx nəfərə çatan bu dəstə Cəfərə Həbəşistanda qoşulmuşdu. Onlardan otuz iki nəfəri Həbəşistandan, tanınmış rahib Büheyra da daxil olmaqla səkkiz nəfəri isə Şam rahibləri idi.
Başqa bir qrup təfsirçiyə görə, ikinci ayə Abdullah ibn Səlam, Səid ibn Ömər, Təmmam ibn Yəhuda və İslamı qəbul edib həqiqi möminlərdən olmuş digər yəhudilər barəsində nazil olmuşdur.
Ayələrin təfsiri.
Bu dəstəni razı salmaq mümkün deyil Bundan əvvəlki ayələrdə İslam Peyğəmbərinin (s) inadkar kafirlər qarşısında heç bir məsuliyyət daşımadığı, onun yalnız müjdə verən və çəkindirən peyğəmbər olduğu bildirildikdən sonra bu ayələrdə həmin mövzu davam etdirilərək Allah-taala o Həzrətə (s) buyurur ki, yəhudi və xaçpərəstlərin razılığını cəlb etməyə çox da səy göstərmə. Çünki sən onların dinini qəbul etməyincə onlar səndən razı qalmayacaqlar:
“Sən onların (istəklərinə tam təslim olmayınca və təhrif olunmuş) dinlərinə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən qətiyyən razı qalmayacaqlar. (Onlara) de: “Allahın göstərdiyi yol yeganə doğru yoldur”.
Yalnız o yolun ardınca getmək lazımdır ki, cahil insanların xurafat inanclarına bulaşmasın.
Ayənin sonunda deyilir: "Əgər sənə gələn elmdən sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman Allah tərəfindən sənə nə bir hami, nə də bir köməkçi olacaqdır”.
Növbəti ayədə Allah-taala haqq axtarışında olan bəzi yəhudi və xaçpərəstləri Həzrət Peyğəmbərin (s) dəvətini qəbul edib müsəlman olduqları üçün tərifləyir, o Həzrəti (s) inkar edənlərin isə ziyana uğradığını bildirir: "Səmavi kitab verdiyimiz kimsələrdən (yəhudi və xaçpərəstlərdən) onu layiqincə oxuyanlar İslam Peyğəmbərinə iman gətirirlər. Onu inkar edənlər isə ziyana uğrayanlardır”.
İman gətirənlər öz səmavi kitablarının haqq çağırışına müsbət cavab verdilər. Çünki səmavi kitablarında sonuncu peyğəmbərin barəsində deyilmiş nişanələrin İslam Peyğəmbəri (s) ilə uyğun gəldiyini gördülər. Allah da onların bu əməlini alqışlayır.
İncəliklər:
1\. Peyğəmbər yolunu azmışların nəfsani istəklərinin ardınca gedərmi?
"Onların (nəfslərindən gələn) istəklərinə uysan" budaq cümləsindən belə bir sual yarana bilər: Həzrət Peyğəmbər (s) məsum olduğu halda, mümkündürmü ki, yolunu azmış yəhudilərin nəfslərindən gələn istəklərinə uysun?
Bu suala cavab olaraq qeyd etməliyik ki, Quranın bir çox ayəsində gözə dəyən bu cür ifadələrin peyğəmbərlərin məsumluğu ilə heç bir ziddiyyəti yoxdur. Çünki bir tərəfdən bu ifadələr şərt budaq cümləsi formasında verilmişdir və bu, işin baş verməsi demək deyil. Digər tərəfdən də peyğəmbərlərin məsum olması o demək deyil ki, onların günah etmək imkanları yoxdur. Belə bir imkanları var, sədəcə özləri günahdan uzaq dururlar. Başqa sözlə desək, günah etmək imkanları olsa da, iman, elm və təqvaları o dərəcədədir ki, günaha yaxın durmurlar. Buna görə də sözügedən ayədəki qəbildən olan xəbərdarlıqların onların barəsində heç bir problemi yoxdur. Üçüncü bir tərəfdən də bu xitab Həzrət Peyğəmbərə (s) yönəlsə də, bütün müsəlmanlar nəzərdə tutula bilər.
2\. Düşmənin razılığını cəlb etməyin həddi.
İnsan əxlaq normalarından kənara çıxmamaq şərti ilə düşməni haqqa doğru dəvət etməlidir. Bunu o vaxt həyata keçirmək lazımdır ki, qarşı tərəfə deyiləcək sözlər onda təsir qoysun. Lakin heç vaxt haqqı qəbul etməyəcək şəxslərin razılığını cəlb etmək fikrinə düşmək isə lazım deyil. Onlar iman gətirmədikdə demək lazımdır ki, iman gətirmir, heç gətirməsin. Daha onlara vaxt sərf etmək lazım deyil.
3\. Yeganə doğru yol Allahın göstərdiyi yoldur.
Haqqında danışdığımız ayələrdən o da məlum olur ki, insanları səadətə çatdıra biləcək yeganə qanunlar toplusu Allahın təyin etdiyi qanunlardır. Çünki insan elmi nə qədər inkişaf etsə də, yenə bu və digər sahələrdə çətinliklərlə qarşılaşır, nadanlıqla qarışır. Bu cür naqis elm sayəsində təyin edilən qanunlar insanı tam olaraq səadətə çatdıra bilməz. İnsan üçün əsl səadəti o varlıq təyin edə bilər ki, mütləq elmə malik olsun, elminə qətiyyən nadanlıq qarışmasın. O varlıq isə yalnız Allahdır.
4\. Layiqincə oxumaq nə deməkdir?
Bu ifadə olduqca mənalı bir ifadə olub, bizim üçün Quran və digər səmavi kitablar qarşısında müəyyən yol təyin edir. İnsanlar Allah-taalanın bu ayələri qarşısında bir neçə qrupa bölünürlər. Bir qrup yalnız ayələrin düzgün oxunuşunu, hərflərin düzgün tələffüz formasını diqqət mərkəzində saxlayır, təcvid qaydalarına riayət etməyə önəm verir. Onlar nəinki ayədə nəzərdə tutulanlara əməl etmir, heç ayələrin məzmun və mənasına da qətiyyən önəm vermirlər. Quranın təbirincə desək, belə insanlar belində çoxlu kitab daşıyan, (amma onlardan faydalana bilməyən) uzunqulağa bənzəyirlər."
Digər bir qrup sözlərin düzgün oxunuşuna, hərflərin düzgün tələffüzünə diqqət etməklə yanaşı, ayələrin mənasına, ayələrdəki incəliklərə də önəm verir. Onlar Quran elmlərindən xəbərdar olsalar da, ayələrdə nəzərdə tutulanlara əməl etmirlər.
Üçüncü qrup isə həqiqi möminlərdir. Onlar Qurana bir əməl kitabı, yaşam proqramı kimi baxır, daha dəqiq desək, Quranı özlərinə həyat kodeksi olaraq qəbul etmişlər. Ayələri oxumağa və onların mənasına diqqət yetirməyə ona əməl etməyin müqəddiməsi kimi yanaşırlar. Buna görə də hər dəfə Quran oxuyarkən, sanki onlara yeni ruh gəlir, daha qətiyyətli olur, daha artıq əməl etməyə çalışırlar. Quranı layiqincə oxumaq da məhz budur.
Sözügedən #### Ayənin təfsiri ilə bağlı İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir:
"Onlar (həqiqi möminlər) onun (Quranın) ayələrini diqqətlə oxuyur, hökmlərinə əməl, vədlərinə ümid edir, təhdidlərindən qorxurlar. Ondakı əhvalatlardan ibrət götürür, əmrlərinə əməl edib qadağalarından uzaq dururlar. Allaha and olsun ki, ("Quranı layiqincə oxumaq" dedikdə) onu əzbərləmək, surələrini üzdən oxumaq, hissələrini öyrənmək nəzərdə tutulmur. Bir çoxları Quran hərflərini (Quranın zahirini) öyrənsələr də, onun haqqını ödəmədilər. Quranın haqqı odur ki, onun ayələri barədə düşünülüb hökmlərinə əməl edilsin. Necə ki Allah-taala buyurmuşdur: "Bu, ayələri barədə düşünsünlər deyə, sənə nazil etdiyimiz mübarək bir kitabdır".
Bəqərə surəsi, 122-123-cü ayələr
يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ .١٢٢
وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلَا تَنْفَعُهَا شَفَاعَةٌ وَلَا هُمْ يُنْصَرُونَ .١٢٣
Ayələrin tərcüməsi
122\. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və (vaxtı ilə) sizi bütün insanlardan üstün etdiyimi xatırlayın.
123\. Qorxun o gündən ki, heç kəs heç kəsi müdafiə etməz, heç kəsdən əvəz qəbul edilməz, heç kəsə şəfaət fayda verməz və onlara (heç bir tərəfdən) kömək göstərilməz.
Ayələrin təfsiri.
Bu ayələrdə Allah-taala yenidən sözü Bəni-İsrailə yönəldərək onlara bəxş etdiyi nemətləri sadalayır, xüsusilə də onları öz zəmanəsinin bütün insanlarından üstün tutduğunu xatırladaraq buyurur: "Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və (vaxtı ilə) sizi bütün insanlardan üstün etdiyimi xatırlayın”.
Təbii ki, Allah-taala hər bir nemətin qarşılığında insanın öhdəsinə müəyyən məsuliyyət qoyur. Buna görə də növbəti ayədə deyilir: "Qorxun o gündən ki, heç kəs heç kəsi müdafiə etməz, heç kəsdən əvəz qəbul edilməz, heç kəsə şəfaət fayda verməz və onlara (heç bir tərəfdən) kömək göstərilməz”.
Axirətdə insanın bu dünyada canını qurtarmaq üçün istifadə etdiyi vasitələrin heç biri olmayacaq. Yalnız bir yol qalacaq ki, o da iman və saleh əməl, günahlardan tövbə və özünü islah etməkdir.
Daha öncə 47-48-ci #### Ayələrin təfsirində bu barədə ətraflı məlumat verdiyimiz üçün daha burada əlavə şərhə ehtiyac görmürük.
Bəqərə surəsi, 124-cü ayə
وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِنْ ذُرِّيَّتِي قَالَ لَا يَنَالُ عَهْدِي الظَّالِمِينَ .١٢٤
Ayənin tərcüməsi
124\. (Yadınıza salın ki,) Rəbbi İbrahimi müxtəlif vasitələrlə sınağa çəkdiyi zaman o, bu sınaqlardan yaxşı çıxdı. (Bu zaman Allah ona:) "Səni insanlara imam (rəhbər, başçı) təyin edirəm” - dedi. (İbrahim isə:) "Nəslimdən də (imamlar təyin et)" - dedi. (Allah:) "Mənim əhdim zalımlara çatmır (və sənin övladlarından bu məqama yalnız pak və qüsursuz olanlar layiqdirlər)” – buyurdu.
Ayənin təfsiri.
İmamət - İbrahim (ə) peyğəmbərin ən böyük iftixarı.
Bu ayədən başlayaraq qarşıdakı on səkkiz ayədə Allah-taalanın böyük peyğəmbəri, tövhid qəhrəmanı Həzrət İbrahim (ə) peyğəmbərdən, onun Kəbə evini inşa etməsindən və Allahın vacib təyin etdiyi bu böyük ibadətdən danışılır. Bu ayələrdə, əslində, üç məqsəd güdülür. Birincisi, bu ayələr sonradan bəyan ediləcək qiblənin dəyişdirilməsi məsələsi üçün müqəddimə xarakteri daşıyır. Müsəlmanlar bilməlidirlər ki, Kəbə evi bütləri sındırmış Həzrət İbrahimin (ə) yadigarıdır. Bu gün oranı müşriklər bütxanaya çevirsələr də, bu, müvəqqətidir və Kəbənin əzəmətindən heç nəyi azaltmır. İkincisi odur ki, yəhudi və xaçpərəstlər Həzrət İbrahimin (ə) və onun dininin varisləri olduğunu iddia edirdilər. Yəhudilər barəsində bura qədər nazil olan ayələrdən onların İbrahim (ə) peyğəmbərin dinindən nə qədər uzaq olduğu məlum oldu. Üçüncüsü də odur ki, müşrik ərəblər də İbrahim (ə) peyğəmbərə bağlı olduqlarını bildirirdilər. Onlara tutduğu bu yolun Həzrət İbrahim (ə) ilə heç bir bağlılığı olmadığını başa salmaq lazım idi.
Sözügedən ayədə ilk olaraq deyilir: "(Yadınıza salın ki,) Rəbbi İbrahimi müxtəlif vasitələrlə sınağa çəkdiyi zaman o, bu sınaqlardan yaxşı çıxdı”.
Burada Həzrət İbrahimin (ə) həyatındakı böyük sınaqlara və onun bu sınaqlardan başıuca çıxdığına işarə edilmişdir. Bu sınaqlar o Həzrətin (ə) necə böyük şəxsiyyət olduğundan xəbər verir. Bu sınaqlardan başıuca çıxdığı üçün, təbii ki, Allah-taala onu mükafatlandırmalı idi. Onun mükafatı Allahın onu insanlar üzərində imam təyin etməsi olmuşdu: "(Bu zaman Allah ona:) "Səni insanlara imam (rəhbər, başçı) təyin edirəm - dedi.”
İbrahim (ə) imamət məqamının özündən sonra nəslində də davam etməsini arzulasa da, Allah-taala zalımların bu məqama yetişə bilməyəcəyini bildirir: "(İbrahim isǝ:) "Nəslimdən də (imamlar təyin et)" – dedi. (Allah:) "Mənim əhdim zalımlara çatmır (və sənin övladlarından bu məqama yalnız pak və qüsursuz olanlar layiqdirlər)" - buyurdu".
Son cümlə ilə Allah-taala Həzrət İbrahimə (ə) bildirir ki, sənin nəslindən də imamlar təyin edilməsi ilə bağlı istəyini qəbul edirəm, ancaq nəslindən olan yalnız pak insanlar bu məqama layiq görüləcəklər.
İncəliklər:
Bu mövzu böyük əhəmiyyətə malik olduğundan onu dəqiqliklə araşdırmaq lazımdır.
1\. Ayədəki "kəlimat" sözündə hansı məna nəzərdə tutulmuşdur?
Həzrət İbrahimin (ə) gördüyü və Allahın da razı qaldığı həddən artıq önəmli işləri özündə əks etdirən Quran ayələrini araşdırdıqda məlum olur ki, bu ayədə işlədilmiş "kəlimat" sözü Allah-taalanın İbrahim (ə) peyğəmbərin öhdəsinə qoyduğu bir sıra çətin işlər olmuşdur. Bu böyük peyğəmbər də onları ən gözəl şəkildə həyata keçirərək Allahın sınaqlarından üzüağ çıxmışdır. Bu sınaqlar aşağıdakılardan ibarət idi:
1) Övladını qurbangaha aparıb Allahın əmrinə əsasən onu kəsməyə hazır olmaq
2) Arvad-uşağını Məkkənin bircə nəfər insanın da yaşamadığı susuz, ot-ələfsiz səhrasında qoymaq
3) Babil bütpərəstlərinə qarşı etiraz, onların bütlərini qırmaq, o tarixi mühakimə zamanı özünü çox məntiqli şəkildə müdafiə etmək, oda atılmaq və ən əsası, bütün bu hadisələr zamanı imanlı və soyuqqanlı olmaq
4) Yurd-yuvasından əl götürüb bütpərəstlərin yaşadığı ərazidən köçmək, öz peyğəmbərlik missiyasını həyata keçirmək üçün uzaq yerlərə getmək və s.
Həqiqətən də, bu işlərin hər biri çox böyük və çox çətin sınaq olmuşdur. Buna baxmayaraq, İbrahim (ə) peyğəmbər iman qüvvəsi sayəsində dözüm və mətinlik nümayiş etdirib onların hər birindən başıuca çıxmaqla imamət məqamına layiq olduğunu sübut etmişdir.
2\. İmam kimdir?
Haqqında danışdığımız ayədən ötəri şəkildə belə nəticə əldə edilir ki, İbrahim (ə) peyğəmbərə çətin sınaqlardan başıuca çıxdıqdan sonra verilmiş imamət məqamı peyğəmbərlik məqamından daha üstün bir şey olmuşdur. Bunu ətraflı araşdırmaq üçün “imamət" sözünün hansı mənalar daşıdığını nəzərdən keçirmək lazımdır. "İmamət” sözünün aşağıdakı mənaları vardır:
1) İnsanların dünyəvi işlərinə başçılıq etmək (Bəzi sünni məzhəbinin nümayəndələrinin dediyi kimi)
2) İnsanların həm dini, həm də dünyəvi işlərinə başçılıq etmək (Sünni məzhəbindən olan digər bir qrup nümayəndənin dediyi kimi)
3) Dini proqramları gerçəkləşdirmək - Bu, geniş mənada hakimiy- yətə də şamil olur, Allah-taalanın hökmlərini həyata keçirməyə, ictimai ǝədaləti tətbiq etməyə, habelə insanları həm zahiri, həm də batini baxımdan yetişdirməyə də şamil olur. Bu mənada olan imamət məqamı peyğəmbərlikdən daha önəmlidir. Çünki peyğəmbərin qarşısında yalnız Allahın buyurduqlarını camaata çatdırmaq, müjdə verib təhdid etmək vəzifəsi dayanır. İmamın qarşısında isə peyğəmbərin vəzifələri ilə yanaşı, həm də şəriət hökmlərinin cəmiyyətdə icrası və insanları həm zahiri, həm də batini baxımdan yetişdirmək vəzifəsi də dayanır. (Təbii ki, peyğəmbərlərin bir çoxu eyni zamanda imamət missiyasını da daşımışdır.) İmamət məqamı, əslində, dinin məqsədlərini həyata keçirməkdir. Burada təkcə yolu göstərmək kifayət etmir, eyni zamanda istənilən məqsədə çatdırmaq da tələb olunur. Üstəlik, imamət genetik yönləndirilməyə də şamil olur. Yəni imamın ruhani və batini təsiri layiq olan insanların qəlbinə nüfuz etməklə onlara mənəvi hidayət bəxş edir. Bu baxımdan imam öz şüası ilə canlılara həyat verən günəşə bənzəyir. İmamın insanların mənəvi həyatındakı rolu eynilə günəşin canlıların həyatındakı rolu kimidir. Quranda deyilir:
"Sizi zülmətlərdən (cəhalət və şirk zülmətlərindən) nura (iman, elm və təqva nuruna) çıxartmaq üçün sizə salam və rəhmət göndərən Odur. Onun mələkləri də (sizin üçün rəhmət diləyərlər). O, möminlərə qarşı hər zaman mehriban olmuşdur".
Bu ayədən açıq şəkildə başa düşülür ki, Allahın xüsusi rəhmətləri və mələklərin qeybi köməkləri möminlərə zülmətdən nura çıxmaqda yardımçı olur. Bu məsələ imama da şamil olur. İmamın və imamət məqamına çatmış böyük peyğəmbərlərin, eləcə də onların canişinlərinin batini qüvvəsi layiq olan insanları nadanlıq zülmətindən hidayət nuruna doğru çıxarmaqda olduqca böyük təsirə malikdir.
Haqqında danışdığımız ayədə imamət məqamının üçüncü mənasının nəzərdə tutulmasında qətiyyən şübhə yoxdur. Çünki Quranın bir çox ayəsindən belə məlum olur ki, hidayət məfhumu imamət məfhumunun içərisindədir. Məsələn, “Səcdə” surəsinin 24-cü ayəsində deyilir:
"Səbir etdiklərinə və ayələrimizə qətiyyətlə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik”. Burada "doğru yolu göstərmək” dedikdə sadəcə yolu göstərmək nəzərdə tutulmur. Çünki sözügedən ayədə Həzrət İbrahimə (ə) imamət məqamı verilməzdən əvvəl o, artıq peyğəmbər idi və yolu göstərmək mənasındakı hidayət missiyasını həyata keçirirdi. Deməli, dəlillər göstərir ki, o cür çətin sınaqlardan sonra İbrahim (ə) peyğəmbərə verilmiş imamət məqamı yolu göstərmək, bəşarət verib təhdid etmək mənasındakı imamət olmamışdır. Bu, dinin qayda-qanunlarını həyata keçirmək və insanları yetişdirmək mənasındakı imamət olmuşdur. İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə bu həqiqət öz əksini tapmışdır:
"Allah-taala İbrahimi nəbi seçməzdən qabaq onu Özünə bəndə, rəsul seçməzdən qabaq nəbi, Özünə dost seçməzdən qabaq rəsul, imam seçməzdən qabaq Özünə dost seçmişdi. Bütün bunlar hasil olduqdan sonra ona buyurdu ki, səni insanlara imam (rəhbər, başçı) təyin edirəm. Bu məqam İbrahimin gözündə o qədər böyük idi ki, “Nəslimdən də (imamlar təyin et)" – deyərək Allahdan istəyir ki, onun nəslindən də imamlar seçsin. Allah-taala isə onun cavabında "Mənim əhdim zalımlara çatmır" deməklə bildirir ki, axmaq və zalım insan heç vaxt təqvalı insanın imamı ola bilməz".
3\. Nübuvvət, imamət və risalətin fərqi.
Quran ayələri və hədislərdən belə məlum olur ki, Allah tərəfindən öhdəsinə məsuliyyət qoyulmuş şəxslər aşağıdakı müxtəlif məqam sahibləri olmuşlar:
1-Nübuvvət məqamı Bunun mənası o deməkdir ki, bu məqama sahib olan şəxs Allah tərəfindən vəhy qəbul edir. Deməli, nəbi o şəxsə deyilir ki, ona vəhy nazil olur və o, vəhy vasitəsilə qəbul etdiyini camaat ondan istədiyi təqdirdə onların ixtiyarına qoyur.
2-Risalət məqamı Bunun mənası o deməkdir ki, risalət məqamına sahib olan şəxs Allah tərəfindən qəbul etdiyi vəhyi camaata çatdırır, Allahın buyurduğu qayda-qanunları yayır, insanlara təlim- tərbiyə verməklə onları yetişdirir. Deməli, rəsul o şəxsə deyilir ki, öz vəzifəsini layiqincə həyata keçirməyə çalışır və insanları Allaha tərəf dəvət etməkdə bütün vasitələrə əl atır, eyni zamanda cəmiyyətdə mədəni və ideoloji bir dəyişiklik yaratmağa cəhd edir.
3-İmamət məqamı - Bunun mənası o deməkdir ki, imamət məqamına sahib olan şəxs insanlara rəhbərlik edir. Deməli, imam o insandır ki, ilahi bir hökumət qurmaqla və lazımi qüdrəti əldə etməklə Allah- taalanın göstərişlərini praktiki olaraq həyata keçirməyə cəhd göstərir. Hökumət qura bilməsə də, bacardığı qədər dinin hökmlərinin icrası üçün çalışır. Başqa sözlə desək, peyğəmbərin vəzifəsi Allahın göstərişlərini insanlara çatdırmaqdırsa, imamın vəzifəsi həmin göstərişləri həyata keçirməkdir. Peyğəmbər sadəcə insanlara doğru yol göstərir, imam isə yolu göstərməklə yanaşı, eyni zamanda onları istənilən məqsədə çatdırmaq məsuliyyəti daşıyır. O da məlumdur ki, peyğəmbərlərin bir çoxu qeyd etdiyimiz bütün məqamlara sahib olmuşlar. Məsələn, İslam Peyğəmbərinin (s) özü həm Allah tərəfindən vəhy qəbul etmiş, həm Allahın göstərişlərini camaata çatdırmış, həm də ilahi hökumət qurmağa və Allahın göstərişlərini həyata keçirməyə çalışmış, həmçinin insanların təlim-tərbiyəsi ilə də məşğul olmuşdur. Sözün qısası, imamət insanlar üzərində hərtərəfli həm maddi, həm mənəvi, həm zahiri, həm batini, həm fiziki, həm də ruhani rəhbərlik məqamıdır. İmam hökumətin başında duran, cəmiyyətin öndəri, dini başçı, əxlaq ustadı, batini bir rəhbərdir. İmam bir tərəfdən layiq olan insanlara öz mənəvi gücü ilə batini təkamül yolunda başçılıq edir, digər tərəfdən öz elmi potensialı ilə nadan insanları maarifləndirir, eyni zamanda öz hakimiyyət gücü və ya digər vasitələrlə ədalət prinsipini icra edir.
4\. İmamət və ya İbrahim (ə) peyğəmbərin təkamülünün son həddi.
İmamətin mənası barədə dediklərimizdən aydın oldu ki, ola bilər, kimsə peyğəmbərlik məqamına sahib olsun, ancaq imamət məqamına sahib olmasın. Bu məqama sahib olmaq üçün bir çox cəhətlərdə lazımi ləyaqət olmalıdır. İbrahim (ə) peyğəmbər bu məqama yalnız o cür çətin sınaqlardan üzüağ çıxdıqdan sonra nail ola bilmişdir. Bu, o Həzrətin (ə) təkamül yolundakı son dayanacağı idi. İmamın layiqli insan olması fikrini iddia edənlər bir şeyə diqqət yetirmirlər ki, İbrahim (ə) peyğəmbər seçildiyi ilk gündən onsuz da layiqli insan idi. İmamətin insanlar üçün örnək olması fikrini iddia edənlər bilməlidirlər ki, Həzrət İbrahim (ə) də daxil olmaqla bütün peyğəmbərlər peyğəmbər seçildikləri ilk gündən bu xüsusiyyətə malik olmuşlar. Buna görə də peyğəmbərlər, mütləq, məsum olmalıdırlar. Çünki onlar insanlar üçün örnək, nümunədirlər.
Qeyd etdiklərimizdən belə nəticə əldə edilir ki, imamət məqamı deyilənlərdən və hətta peyğəmbərlikdən daha yüksək bir məqamdır. Bu məqam İbrahim (ə) peyğəmbərin bir-birindən çətin sınaqlardan başıuca çıxdıqdan sonra çatdığı məqam olmuşdur.
5\. Zalım kimdir?
Haqqında danışdığımız ayədəki "Mənim əhdim zalımlara çatmır” cümləsində işlədilmiş "zalım" sözündən məqsəd təkcə başqalarına zülm edən şəxs deyil. Burada zülm geniş mənada hər şeyi yerli-yerində etmək mənasındakı ədalətin qarşı tərəfi kimi nəzərdə tutulmuşdur. Bu baxımdan hər hansı bir işi yerində etməmək də zülm sayılır. İmamət məqamının həddən artıq məsuliyyətli bir iş olduğunu nəzərə alsaq, bir anlıq günah və ya xəta da insanı bu məqamdan məhrum edə bilər. Buna görə də məsum imamlar Həzrət Peyğəmbərdən (s) sonra bilavasitə İmam Əlinin (ə) rəhbər olmalı olduğunu sübut edərkən bu ayəyə istinad etmişlər. Bununla da başqalarının İslamdan qabaq, yəni cahiliyyət dövründə bütpərəst olmalarına işarə etmiş, bircə an da olsun, bütə səcdə etməyən şəxsin yalnız İmam Əli (ə) olduğunu bildirmişlər. İnsanın bütün qarşısında səcdə etməsindən daha böyük hansı zülm ola bilər?! Məgər Həzrət Loğman öz oğluna;
Oğlum! Heç nəyi Allaha şərik qoşma. Çünki Allaha şərik qoşmaq böyük zülmdür! - deyə buyurmamışdı?
Hişam ibn Salimdən nəql edilmiş bir hədisdə deyilir: "İmam Sadiqə (ə) dedim:
“İbrahim (ə) imam olmazdan qabaq peyğəmbər idi. Axırda Allah-taala ona buyurdu ki, səni insanlara imam (rəhbər, başçı) təyin edirəm. İbrahim (ə) dedi ki, nəslimdən də imamlar təyin et. Allah buyurdu ki, Mənim əhdim zalımlara çatmır". İmam (ə) buyurdu: “Bütə ibadət etmiş insan imam ola bilməz".
Başqa bir hədisdə Abdullah ibn Məsud Həzrət Peyğəmbərdən (s) belə nəql etmişdir:
"Allah-taala İbrahim peyğəmbərə buyurdu ki, imamət əhdimi sənin nəslindən olan zalımlara vermərəm. İbrahim soruşdu ki, bu əhdin çatmayacağı zalımlar kimlərdir? Allah-taala buyurdu: "Bütün qarşısında səcdə etmiş insanı heç vaxt imam təyin etmərəm. O, imam olmağa layiq deyil".
6\. İmamı Allah təyin edir.
Haqqında danışdığımız ayədən o da başa düşülür ki, imam Allah tərəfindən təyin edilməlidir. Çünki imamətə dair aşağıda göstərilmiş iki mühüm məqam var:
1) İmamət bir növ Allahın əhd-peymanıdır. Təbii ki, Allahın əhdini qəbul edən şəxsi O, Özü seçməlidir.
2) Həyatında istər özünə, istərsə də başqasına zülm kimi qaranlıq nöqtəsi olan, hətta bircə an da olsun, bütə səcdə edən şəxs imam olmağa layiq deyil. İmam ömrü boyu məsum olmalıdır. Kiminsə məsum olduğunu Allahdan başqa kimsə bilərmi? Bu meyara əsaslansaq, onda İmam Əlidən (ə) başqa bir kəs İslam Peyğəmbərinin (s) canişini ola bilərmi? "Əl-Mənar" təfsirinin müəllifi yazır: "Əbu Hənifə xəlifəlik hüququnun yalnız ələvilərə xas olduğunu iddia edərək bu səbəbdən dövrün xəlifəsinə (Mənsur Abbasiyə) qarşı qiyam etməyi caiz bilmişdir. O, məhz bu üzdən abbasilər sarayında qazilik vəzifəsini qəbul etməyə razı olmamışdır”. O, daha sonra əlavə edərək deyir: "Sünni məzhəbinin dörd imamının dördü də öz dövrünün hökumətinə qarşı çıxmış, zalım olduqları üçün onları hakimiyyətə layiq bilməmişlər". Lakin təəccüblüdür ki, indiki dövrdə əksər sünni alimləri İslamın qatı düşməni olan, zülm və haqsızlıqları heç kəsdə şübhə doğurmayan zalım hökumətləri dəstəkləyir, hətta onları itaət edilməsi vacib olan əmr sahibləri adlandırırlar.
7\. İki suala cavab.
1\. "İmamət" sözü barədə verdiyimiz açıqlamadan belə bir sual yarana bilər ki, əgər imamın vəzifəsi cəmiyyətdə Allahın göstərişlərini həyata keçirməkdirsə, bir çox peyğəmbərlər, o cümlədən İslam Peyğəmbərinin (s) özü, eləcə də onun canişinləri olmuş məsum imamlar bu işi tam olaraq həyata keçirə bilməmiş, azğın insanlar bu vəzifəni həyata keçirməkdə onlara mane olmuşlar.
Bu suala cavab olaraq qeyd etmək lazımdır ki, “İmamın vəzifəsi Allahın göstərişlərini cəmiyyətdə həyata keçirməkdir” dedikdə onun insanları məcburi şəkildə haqqa dəvət etməsi başa düşülmür. İnsanlar ixtiyar azadlığını saxlamaq və layiq olmaq şərtilə imamın zahiri və batini nüfuzundan istifadə edib hidayət oluna bilərlər. Günəşin vəzifəsi canlılara enerji vermək, yaxud Quranın da buyurduğuna əsasən, yağışın funksiyası susuz torpaqları suvarmaq olduğu kimi, imamın da vəzifəsi insanların hidayət olunmasına şərait yaratmaqdır.
2\. İkinci sual odur ki, "imamət" sözü barədə verilmiş açıqlamadan belə çıxır ki, hər bir imam ilk növbədə peyğəmbər olmalı, yalnız bundan sonra imamət məqamına yiyələnməlidir. Halbuki Həzrət Peyğəmbərin (s) canişinləri olmuş məsum imamların heç biri peyğəmbər deyildi.
Bu sualın cavabında isə qeyd etməliyik ki, imamın şəxsən özünün peyğəmbər olması vacib deyil. Ondan qabaq peyğəmbər olarsa, imam gəlib onun canişini olmaqla həmin peyğəmbərin missiyasını davam etdirə bilər. Necə ki İslam Peyğəmbərindən (s) sonra imamlar o Həzrətin (s) yolunu davam etdirmişlər. Bu, o vaxt mümkündür ki, təzə bir peyğəmbərin gəlişinə ehtiyac olmasın. Başqa sözlə desək, əgər Allahdan vəhyi qəbul etmək mərhələsi başa çatmışdırsa və yalnız Allahın göstərişlərinin icrası qalıbsa, peyğəmbərin canişini bu işi davam etdirib başa çatdıra bilər. Belə olan halda, onun özünün də peyğəmbər olmasına lüzum yoxdur.
8\. İbrahim (ə) peyğəmbərin dəyərli şəxsiyyəti.
İbrahim (ə) peyğəmbərin adı Quranda 69 dəfə təkrar edilmişdir. İyirmi beş surədə o Həzrətdən (ə) danışılmış, o Həzrət (ə) təriflənilmişdir. O, bütün sahələrdə kamil insan obrazının əsl örnəyi, bariz nümunəsi olmuşdur. Onun Allaha olan mərifəti, bütpərəstlərlə məntiqli söhbəti, zalımlara qarşı ciddi və yorulmadan mübarizə aparması, Allahın əmrləri qarşısında mütiliyi, çətinliklər qarşısında misilsiz səbir nümayiş etdirməsi, olduqca çətin sınaqlara məruz qalması bunların hər biri ayrı-ayrılıqda təfsilatlı şəkildə qeyd olunmalı hadisələrdir. Quran onun yaxşı, əməlisaleh, müti, çox düz danışan, həlim, əhdinə sadiq insan, misilsiz şücaət sahibi, böyük səxavət sahibi olduğunu bildirmişdir. İnşallah, "İbrahim” surəsinin (xüsusilə də surənin son hissələrinin) təfsirində bu barədə daha ətraflı məlumat verəcəyik.
Bəqərə surəsi, 125-ci ayə
وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِلنَّاسِ وَأَمْنًا وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى وَعَهِدْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَنْ طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ .١٢٥
Ayənin tərcüməsi
125\. (Yadınıza salın ki,) o zaman evi (Kəbəni) insanlar üçün dönüş və əmin-amanlıq yeri etdik. (Siz də onu anmaq üçün) İbrahimin durduğu yeri özünüzə ibadətgah edin! İbrahimə və İsmailə də: "Evimi (Kəbəni) təvaf edənlər, yaxınlıqda olanlar, rüku və səcdə edənlər üçün təmizləyin" - deyə əmr etdik.
Ayənin təfsiri.
Allah evinin əzəməti.
Əvvəlki ayədə İbrahim (ə) peyğəmbərin şəxsiyyətinə işarə edildikdən sonra bu ayədə o Həzrətin (ə) tərəfindən inşa edilmiş Kəbə evinin əzəməti açıqlanaraq deyilir: "(Yadınıza salın ki,) o zaman evi (Kəbəni) insanlar üçün dönüş və əmin-amanlıq yeri etdik”.
Ayənin ərəbcə orijinalında işlədilmiş (məsabətən) sözü (sǝvb) kökündən olub, lüğəvi mənası “hər hansı bir şeyin əvvəlki vəziyyətinə dönüşü” deməkdir. Kəbə evi də təkallahlı insanların hər il üz tutduğu bir mərkəz olduğu üçün burada o, "dönüş yeri" kimi təqdim edilmişdir. Ora toplaşan insanlar təkcə cismani cəhətdən deyil, ruhani baxımdan da əvvəlki fitrətlərinə qayıdırlar. İnsanın öz evi onun rahatlıq yeri olduğu və "məsabəh" sözünün də içində bir arxayınlıq, rahatlıq mənası gizləndiyi üçün ayədə bu sözün ardınca (əmin-amanlıq yeri) kəlməsinin işlədilməsi mənanı bir qədər də təkidləndirir. Xüsusilə də (insanlar üçün) ifadəsi onu göstərir ki, bu tövhid mərkəzi dünyanın bütün insanları üçün bir əmin-amanlıq yurdudur. Bu cümlə, əslində, İbrahim (ə) peyğəmbərin bir qədər sonra qeyd edəcəyimiz dualarından birinin qəbul olduğuna işarədir.
Ayənin davamında deyilir: "(Siz də onu anmaq üçün) İbrahimin durduğu yeri özünüzə ibadətgah edin”.
İbrahimin (ə) durduğu yerin (İbrahim (ə) məqamının) hansı yer olması barədə təfsirçilər arasında fikirayrılığı vardır. Bəziləri həcc ayinlərinin icra edildiyi bütün ərazinin, bəziləri Ərəfat, Məşərül-həram və şeytana daş atılan üç yerin, bəziləri isə bütünlüklə Məkkə hərəminin İbrahim (ə) məqamı olduğunu bildirmişlər. Lakin bəzi təfsirçilərin də qeyd etdiyi kimi, ayənin zahirindən və bəzi hədislərdən belə başa düşülür ki, “İbrahimin (ə) durduğu yer" dedikdə bu gün Kəbənin kənarında "İbrahim məqamı" kimi tanınan yer nəzərdə tutulur. Hacılar Kəbə evini təvaf etdikdən sonra "İbrahim məqamı”na yaxınlaşıb orada təvaf namazı qılırlar. Bu baxımdan ayədəki (musəlla) sözündən də məhz "namaz qılınan yer" mənası anlaşılır.
Daha sonra Həzrət İbrahim (ə) ilə İsmaildən (ə) Kəbə evini tikmələri ilə bağlı alınmış əhdə toxunularaq deyilir: "İbrahimə və İsmailə də: "Evimi (Kəbəni) təvaf edənlər, yaxınlıqda olanlar, rüku və səcdə edənlər üçün təmizləyin" - deyə əmr etdik”.
Burada "təmizləmək" dedikdə nəyin nəzərdə tutulduğuna gəlincə, bu barədə təfsirçilər fərqli mülahizələr yürütmüşlər. Bəziləri bütlərdən, bəziləri zahiri çirkinlikdən təmizləmək, xüsusilə də qurbanlıq üçün kəsilən heyvanların qarnındakı natəmiz şeylərdən təmizlənməsi, bəziləri isə Kəbə evini tikərkən təmiz niyyətlə tikilməsinin nəzərdə tutulduğunu bildirmişlər. Lakin burada "təmizləmək" sözünün əhatə dairəsini kiçiltmək üçün heç bir dəlil yoxdur. Deməli, Kəbə evinin həm zahiri, həm də batini təmizliyi nəzərdə tutulmuşdur. Buna görə də bəzi hədislərdə Kəbə evinin müşriklərdən təmizlənməsinin, digər hədislərdə isə Kəbə evini ziyarət edən şəxsin bədənini təmizləməsinin nəzərdə tutulduğunu görürük.
İncəliklər:
Kəbə evinin ictimai və tərbiyəvi təsiri.
Bu ayəyə əsasən, Kəbə evi Allahın əmri ilə insanlar üçün əmin- amanlıq yeri kimi nəzərdə tutulmuşdur. O da məlumdur ki, İslam dininin qaydalarına görə orada istənilən mübahisə, dava-dalaş, qan tökmək qəti qadağan edilmişdir. Orada nəinki təkcə insanlar, hətta heyvanlar, həşəratlar da tam əmin-amanlıq şəraitində yaşamalıdır.
Mübahisə və toqquşmaların səngimək bilmədiyi bu dünyada belə bir əmin-amanlıq yerinin olması insanların problemləri aradan qaldırmasında çox böyük təsir gücünə malik ola bilər. Çünki insanlar öz aralarındakı mübahisə və münaqişələrə rəğmən, onun ətrafında toplaşaraq çıxış yolları araya bilərlər. Beləliklə də, münaqişələrə son qoymaq məqsədilə danışıqlar masasına əyləşmək üçün ən əsas problem öz həllini tapar. Bir çox hallarda aralarında münaqişə olan ölkələr problemin həllində maraqlı olurlar. Lakin danışıqlar masasına əyləşmək üçün hər iki tərəfin təhlükəsiz və müqəddəs hesab etdiyi bir yer tapmaqda çətinlik çəkirlər. Ancaq İslam dinində belə bir problem yaranmasın deyə, Məkkə şəhəri əmin-amanlıq yurdu kimi nəzərdə tutulmuşdur. Hazırda böyük qarşıdurmalarla üzləşmiş dünya müsəlmanları Məkkə şəhərinin müqəddəsliyi və toxunulmazlığından istifadə edərək müzakirələr apara və oranın ürəklərdəki mənəvi yerindən istifadə etməklə münaqişələrə son qoya bilərlər.
2\. Niyə məhz Allahın evi?
Haqqında danışdığımız ayədə Allah-taala Kəbə evi barədə (evimi) ifadəsini işlətmişdir. Allahın cisim olmadığını nəzərə alsaq, deməli, buradakı mənsubiyyətin simvolik xarakter daşıdığı məlum olur. Yəni bu ifadə Kəbə evinin əzəmətini artırmaq məqsədi güdür. Ramazan ayının əzəmətini bildirmək üçün “Allahın ayı" ifadəsi işlədildiyi kimi, bu ayədə də Kəbə evinin əzəmətini artırmaq məqsədilə “evimi” ifadəsi işlədilmişdir.
Bəqərə surəsi, 126-cı ayǝ
وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُمْ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ قَالَ وَمَنْ كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلًا ثُمَّ أَضْطَرُّهُ إِلَى عَذَابِ النَّارِ وَبِئْسَ الْمَصِيرُ .١٢٦
Ayənin tərcüməsi
126\. (Yadınıza salın ki,) İbrahim: "Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına (cürbəcür) məhsullardan ruzi ver!" - deyə dua etdikdə O (Allah): "(Duanı qəbul etdim və möminlərə hər növ bərəkət verdim.) Kafir olanlara isə (bu məhsullardan) cüzi pay verəcəyəm. Sonra da onları Cəhənnəm əzabına sürükləyəcəyəm. Ora nə pis bir aqibətdir!” – deya buyurdu.
Ayənin təfsiri.
İbrahim (ə) peyğəmbərin Allahdan istəkləri.
Bu ayədə Həzrət İbrahim (ə) müqəddəs Məkkə ərazisində yaşayan insanlar üçün Allahdan iki önəmli dua istəyir. Onlardan birinə əvvəlki ayədə işarə edildi. Birinci dua budur: "(Yadınıza salın ki,) İbrahim: Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et“.
Əvvəlki ayədə də qeyd etdiyimiz kimi, İbrahim (ə) peyğəmbərin bu duası qəbul olur. Belə ki Allah-taala o ərazini əmin-amanlıq yurdu etməklə oranı həm zahiri, həm də batini cəhətdən təhlükəsiz yerə çevirir.
İbrahim (ə) peyğəmbərin ikinci duası isə bu idi: "... əhalisinin Allaha və axirət gününə inananlarına (cürbəcür) məhsullardan ruzi ver!"
Maraqlıdır ki, o Həzrət (ə) ilk olaraq o ərazinin təhlükəsizliyini, daha sonra isə oranın sakinləri üçün ruzi istəyir. Bu da onu göstərir ki, bir şəhər və ya ölkənin təhlükəsizliyi təmin olmayınca orada doğru- dürüst iqtisadiyyatdan danışmağa dəyməz.
Ayədəki "cürbəcür məhsullar" ifadəsinin nədən ibarət olması da təfsirçilər arasında fikirayrılığına səbəb olmuşdur. Lakin, çox güman ki, bu ifadə yeyinti məhsulları kimi həm maddi, həm də mənəvi nemətləri əhatə edən geniş bir məfhumdur. Bu ifadə ilə əlaqədar olaraq İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir: "Qəlblərin meyvəsi nəzərdə tutulmuşdur". Yəni insanların qəlbinin oranın sakinlərinə qarşı məhəbbəti nəzərdə tutulmuşdur.
Qeyd olunası daha bir önəmli məqam ondan ibarətdir ki, İbrahim (ə) bu duanı yalnız tövhid və məada inanan möminlər üçün etmişdir. Bəlkə də, İbrahim (ə) peyğəmbər daha əvvəlki ayələrdə Allah-taalanın ona buyurduğu "Mənim əhdim zalımlara çatmır" cümləsindən başa düşmüşdü ki, onun gələcək nəsilləri arasından şirk və zülm yolunu tutacaq bir dəstə çıxacaq. Buna görə də o Həzrət (ə) ədəb qaydalarına riayət edərək həmin dəstəni duasında nəzərdə tutmamışdır. Allah-taala da o Həzrətin (ə) cavabında belə buyurmuşdur ki, kafir olanları da bu nemətlərdən məhrum etməyəcəyəm, cüzi də olsa, onlara da bundan pay verəcəyəm, lakin axirətdə onları Cəhənnəm əzabına məruz qoyacağam: "O (Allah): "Kafir olanlara isə (bu məhsullardan) cüzi pay verəcəyəm. Sonra da onları Cəhənnəm əzabına sürükləyəcəyəm. Ora nə pis bir aqibətdir!" - deyə buyurdu".
Bu, Allah-taalanın ümumi rəhmətindən irəli gəlir ki, həm mömin, həm də kafir Onun sonsuz nemətlərindən faydalanır. Xüsusi rəhmət yeri olan axirətdə isə zalımlar üçün heç bir qurtuluş yolu olmayacaq.
Bəqərə surəsi, 127-129-cu ayələr
وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ .١٢٧
رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِنْ ذُرِّيَّتِنَا أُمَّةً مُسْلِمَةً لَكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَا إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ .١٢٨
رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ .١٢٩
Ayələrin tərcüməsi
127\. (Onu da yadınıza salın ki,) İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! (Bunu) bizdən qəbul et, Sən, doğrudan da, eşidən və bilənsən!" – deyə dua etdilər.
128\. "Ey Rəbbimiz! Bizi Öz fərmanına təslim et! Nəslimizdən də Sənə təslim olan ümmət (yarat)! Bizə ibadət qaydalarımızı göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edən və rəhmlisən".
129\. "Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, onlara kitab və hikmət öyrətsin, onları təmizləsin! Çünki Sən qüdrətli və hikmətlisən (bu işə qadirsən)".
Ayələrin təfsiri.
Həzrət İbrahimin (ə) Kəbə evini inşa etməsi.
Quran ayələri, hədislər və tarixi mənbələrdən belə məlum olur ki, Kəbə evi İbrahim (ə) peyğəmbərdən çox-çox qabaq, hətta Həzrət Adəmin (ə) vaxtından inşa edilmişdir. "İbrahim” surəsinin 37-ci ayəsində o Həzrətin (ə) dilindən belə deyilir:
"Ey Rəbbimiz! Namaz qılsınlar deyə, mən övladlarımdan bəzisini Sənin mühafizə olunan evinin yaxınlığında, heç bir bitki və su olmayan yerdə sakin etdim".
Bu ayədən belə başa düşülür ki, İbrahim (ə) südəmər körpəsi İsmail (ə) ilə öz həyat yoldaşını Məkkə ərazisinə gətirəndə Kəbə evi mövcud olmuşdur. "Ali-İmran" surəsinin 96-cı ayəsində deyilir:
"İnsanlar üçün ilk inşa olunan ev (Allaha ibadət etmək üçün) Məkkədəki evdir. O, bütün bəşəriyyət üçün bərəkət və hidayət mənbəyidir".
Məlum məsələdir ki, Allaha ibadət etmək üçün ilk ibadət mərkəzi İbrahim (ə) peyğəmbərin dövründə deyil, daha əvvəl, hətta Adəm (ə) peyğəmbərin dövründə inşa edilmişdir. Haqqında danışacağımız ilk ayədə də buna işarə olunur: "(Onu da yadınıza salın ki,) İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! (Bunu) bizdən qəbul et, Sǝn, doğrudan da, eşidən və bilənsən!" - deyə dua etdilər”.
Buradan belə başa düşülür ki, o vaxt artıq Kəbə evinin bünövrəsi var imiş, sadəcə Həzrət İbrahim (ə) ilə Həzrət İsmail (ə) həmin bünöv- rəni bir qədər də ucaltmışlar. "Nəhcül-bəlağə"dəki məşhur “Qasiǝ" xütbəsində İmam Əli (ə) belə buyurmuşdur:
"Görmürsünüzmü ki, Allah-taala insanları Adəmin dövründən bu günümüzə qədər daş parçaları ilə sınağa çəkmişdir?... Oranı Öz möhtərəm evi təyin etmişdir... Sonra isə Adəmə və onun övladlarına onun (evin) ətrafına təvaf etməyi göstəriş vermişdir". Bir sözlə, Quran ayələri və hədislər Kəbə evinin ilk dəfə Həzrət Adəm (ə) tərəfindən inşa edildiyini göstərir. Nuh (ə) peyğəmbərin dövründə baş vermiş güclü sel nəticəsində uçulub dağılmış, sonra İbrahim (ə) peyğəmbər tərəfindən yenidən inşa edilmişdir. ("Əl-Mənar" təfsirinin müəllifi Kəbə evinin ilk dəfə olaraq məhz Həzrət İbrahim (ə) ilə Həzrət İsmail (ə) tərəfindən inşa edildiyini iddia etsə də, bu fikir nəinki hədislər və tarixlə, o cümlədən Quran ayələri ilə də uyğun gəlmir.)
Sözügedən son iki ayədə Həzrət İbrahim (ə) ilə oğlu İsmail (ə) Allah-taaladan beş önəmli istək diləyirlər. Kəbə evinin yenidən tikintisi zamanı edilmiş bu dualar insanın maddi-mənəvi ehtiyaclarının təmini üçün o qədər dəqiq hesablanılmışdır ki, insana bu iki dahi şəxsiyyətin necə böyük ruha malik olduğunu göstərir. Həmin dualar aşağıdakılar olmuşdur:
1) İlk olaraq belə dua edirlər: "Ey Rəbbimiz! Bizi Öz fərmanına təslim et.
2) Bunun ardınca deyirlər: "Nəslimizdən də Sənə təslim olan (ümmət) yarat.
3) Daha sonra Allaha layiqincə ibadət etsinlər deyə, bu cür dua edirlər: "Bizə ibadət qaydalarımızı göstər!"
4) Daha sonra Allahdan tövbələrini qəbul etməsini istəyirlər: "Tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edən və rəhmlisən.
5) Nəhayət, Allah-taaladan istəyirlər ki, gələcək nəsillərindən bir peyğəmbər seçsin: "Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, onlara kitab və hikmət öyrətsin, onları təmizləsin! Çünki Sən qüdrətli və hikmətlisən (bu işə qadirsən).
İncəliklər:
1\. Peyğəmbərlərin göndərilməsində məqsəd.
Son ayədə Həzrət İbrahim (ə) ilə Həzrət İsmail (ə) gələcək nəsillərindən bir peyğəmbər seçilməsini arzuladıqda peyğəmbərin göndərilməsi üçün üç məqsəd qeyd edirlər:
1) Allahın ayələrini insanlara oxumaq Bu cümlə ona işarə edir ki, vəhy mənbəyindən Həzrət Peyğəmbərin (s) mübarək qəlbinə nazil olan ayələrin sayəsində düşüncələr ayılır, yatmış ruhlar oyanır.
Ayənin ərəbcə mətnindəki "yətlu" feili "tilavət" kökündən olub, “bir- birinin ardınca gətirmək” mənasını bildirir. Ərəb dilində nəyisə ardıcıl oxumağa tilavət deyilir. Deməli, tilavət oyanmaq, hazırlıq və təlim- tərbiyə üçün müqəddimə xarakteri daşıyır.
2) İkinci məqsəd kitab və hikmət öyrətməkdir. İnsanların yatmış ruhu oyanıb hazır olmayınca üçüncü məqsəd – təmizlənmə hasil olmaz. Kitab ilə hikmətin fərqi budur ki, "kitab” dedikdə səmavi kitablar, “hikmət" dedikdə isə Peyğəmbər (s) tərəfindən insanlara öyrədilən elmlər, biliklər, sirlər, şəriət hökmlərinin nəticələri nəzərdə tutulur.
3) Peyğəmbərin göndərilməsindəki üçüncü məqsəd isə insanların (mənəvi) təmizlənməsidir. Ayənin ərəbcə orijinalındakı (yuzǝkkihim) feili (təzkiyyə) kökündən olub, həm "inkişaf etdirmək”, həm də “təmizləmək” mənasını verir. Beləliklə, insanın elmi və praktiki cəhətdən təkamülü peyğəmbərin seçilməsində əsas məqsəd kimi göstərilmişdir.
Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, bəşər elmi məhdud olmaqla yanaşı, eyni zamanda xəta və məchullarla doludur. Üstəlik, bəzi hallarda insan bildiyindən də tam əmin olmur. Çünki həm özünün, həm də başqalarının dəfələrlə səhvə yol verdiyinin şahidi olmuşdur. Məhz belə məqamda peyğəmbərlər vəhy mənbəyindən əldə etdikləri və heç bir xətası, nöqsanı olmayan elmləri camaatın arasına gətirirlər ki, insanlar bilmədiklərini öyrənsinlər, xətalarını islah etsinlər, bildiklərindən də əmin olsunlar.
Qeyd ediləsi daha bir məqam isə odur ki, insanın şəxsiyyətinin yarısını ağıl və düşüncə, digər yarısını isə instinkt və istəklər təşkil edir. Buna görə də bizim təlimə ehtiyacımız olduğu qədər tərbiyəyə də ehtiyacımız var. Çünki həm ağlımız təkamülə çatmalı, həm də daxili instinktlərimiz düzgün məqsədə doğru yönləndirilməlidir. Buna görə də peyğəmbərlər həm müəllimdirlər, həm tərbiyəçi, həm öyrədəndirlər, həm də yetişdirən.
2\. Təlim öncə gəlir, yoxsa tərbiyə?
Maraqlıdır ki, Quranda dörd yerdə təlim və tərbiyə peyğəmbərlərin göndərilməsinin əsas səbəbi kimi göstərilmişdir. Bunlardan üçündə tərbiyə təlimdən daha əvvəl qeyd edilmiş, yalnız sözügedən ayədə təlim əvvəl qeyd edilmiş, ondan sonra isə tərbiyə verilmişdir. Əslində, biz bilirik ki, təlim olmayınca tərbiyə hasil olmaz.
Qeyd etməliyik ki, təlimin tərbiyədən əvvəl gəldiyi yerdə onun təbii vəziyyəti nəzərdə tutulmuşdur, tərbiyənin təlimdən öncə gəldiyi yerlərdə isə onun (tərbiyənin) peyğəmbərlərin göndərilməsindəki əsas məqsəd olduğu nəzərə çatdırılmışdır. Çünki əsas məqsəd məhz tərbiyədir (insanların mənəvi təmizlənməsidir). Başqa şeylərin hamısı onun üçün bir müqəddimə rolunu oynayır.
3\. Onların öz içərisindən çıxan peyğəmbər.
Yuxarıdakı ayələrdə bu məna (onların arasından) ifadəsindən başa düşülür. Bu da onu çatdırır ki, insanlara rəhbərlik edənlər əsl örnək ola bilsinlər deyə, onların öz cinsindən və insan xüsusiyyətlərinə malik olmalıdırlar. Təbii ki, əgər onlar insanların öz arasından seçilməzsə, nə onlar insanların dərdini, problemini, ehtiyacını anlaya, nə də insanlar onları özlərinə nümunə seçə bilməzlər.
Bəqərə surəsi, 130-132-ci ayələr
وَمَنْ يَرْغَبُ عَنْ مِلَّةِ إِبْرَاهِيمَ إِلَّا مَنْ سَفِهَ نَفْسَهُ وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ .١٣٠
إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ قَالَ أَسْلَمْتُ لِرَبِّ الْعَالَمِينَ .١٣١
وَوَصَّى بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللَّهَ اصْطَفَى لَكُمُ الدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ .١٣٢
Ayələrin tərcüməsi
130\. İbrahimin dinindən (bu qədər pak və aydın olduğu halda) sǝfeh və nadanlardan başqa kim üz döndərər? Həqiqətən, Biz onu bu dünyada seçdik və heç şübhəsiz, o, axirətdə də əməlisalehlərdən olacaq.
131\. Rəbbi ona: "(Haqqa) təslim ol!" - dedikdə o, (Allahın əmrini bütün qəlbi ilə qəbul etmiş və): "Aləmlərin Rəbbinə təslim oldum!" - demişdi.
132\. İbrahim və Yaqub (ömürlərinin son anında) övladlarına bu dini vəsiyyət etdilər (və hər biri öz övladlarına dedi:) "Ey övladlarım, həqiqətən, Allah (bu pak) dini sizin üçün seçdi və siz dünyadan yalnız müsəlman olaraq (Allahın fərmanına təslim olaraq) köçməlisiniz”.
Ayələrin təfsiri.
İbrahim (ə) - nümunəvi insan.
Ötən ayələrdə Həzrət İbrahimin (ə) şəxsiyyəti qismən də olsa, bəyan edildi, onun bir sıra xidmətləri və həm maddi, həm də mənəvi cəhətləri özündə birləşdirən bəzi dua və istəkləri araşdırıldı. Bunların məcmusundan aydın olur ki, bu böyük peyğəmbər bütün haqsevər insanlar üçün örnək, nümunə ola bilər. Onun yolundan insan yetişdirən bir məktəb olaraq hamı istifadə edə bilər. Bütün bunları nəzərə alaraq indi şərh edəcəyimiz ilk ayəyə diqqət yetirək: “İbrahimin dinindən (bu qədər pak və aydın olduğu halda) sǝfeh və nadanlardan başqa kim üz döndərər?”
Bu cür pak və gözəl dindən üz döndərib küfr bataqlığına üz tutmağa ağılsızlıqdan başqa nə ad vermək olar? Axı İbrahimin (ə) dini ağıl və fitrət ilə də uyğun gəlir. Bu din insanın həm dünyasını, həm də axirətini təmin edir. Belə bir dini atıb ağıl və fitrətə zidd olan, insanın həm dünyasını, həm də axirətini bərbad edən yola getmək, doğrudan da, ağılsızlıqdır. Ayənin davamında deyilir: "Həqiqətən, Biz onu bu dünyada seçdik və heç şübhəsiz, o, axirətdə də əməlisalehlərdən olacaq".
İbrahim (ə) peyğəmbər, həqiqətən də, Allahın seçilmiş bir bəndəsi, əməlisaleh insanların öndəri olmuşdur. Bu səbəbdən də o, nümunə, örnək olmalıdır.
Növbəti ayədə Allah-taala o Həzrətin (ə) digər xüsusiyyətlərinin kökü sayılan daha bir üstün keyfiyyətinə işarə edərək buyurur: "Rəbbi ona: "(Haqqa) təslim ol!" - dedikdə o, (Allahın əmrini bütün qəlbi ilə qəbul etmiş və): "Aləmlərin Rəbbinə təslim oldum!" - demişdi".
Şücaətli və qətiyyətli İbrahim (ə) daxilindən gələn fitrətin səsini - Allahın ona "Haqqa təslim ol!" sədasını eşitdikdə bütün varlığı ilə Allaha təslim olur. O, öz ağlı ilə dərk edib anlayır ki, ulduzlar, günəş və ay - bunların hər biri yaradılış qanunlarına tabe olub batmağa məhkumdur. Buna görə də onların tanrı ola bilməyəcəyini bildirərək deyir:
"Mən üzümü göyləri və yeri yaradana çevirdim. Mən öz imanımda ixlaslı və səmimiyəm, şərik qoşanlardan deyiləm!"
Bundan əvvəlki ayələrdə Həzrət İbrahim (ə) ilə Həzrət İsmail (ə) Kəbə evini yenidən inşa etdikdən sonra Allah-taaladan əməllərini qəbul etməsini istəmişlər, bundan sonrakı ilk arzuları isə onları Öz fərmanına təslim etmək və nəsillərindən də Ona təslim olan bir ümmət çıxarmasını istəmək olmuşdur.
İnsanın dəyər qazanması üçün atılan ilk addım səmimiyyət və paklıqdır. İbrahim (ə) özünü bütünlüklə Allaha təslim etdiyi üçün Onun sevimli bəndəsinə çevrilmiş, onu Özünə dost seçərək insanlara örnək göstərmişdir.
İbrahim (ə) peyğəmbərin ömrünün əvvəlindən sonuna qədər bütün işləri misilsiz olmuşdur. Onun bütün işləri (bütpərəstlərə və göy cisimlərinə sitayiş edənlərə qarşı mübarizəsindən tutmuş oda atılmasına qədər) təqdirəlayiq olmuşdur. Hətta barışmaz düşməni Nəmrudu da təsirləndirməyi bacarmışdır. Belə ki Nəmrud özündən asılı olmayaraq demişdi: "Özünə tanrı seçmək istəyən şəxs İbrahimin tanrısı kimisini seçməlidir". Habelə onun həyat yoldaşını südəmər körpəsi ilə birlikdə quraq Məkkə çölündə qoyması, Kəbə evini inşa etməsi, yeniyetmə oğlunu qurbangaha aparması - bunların hər biri onun fədakarlığından nümunələrdir.
Nəhayət, haqqında danışdığımız son ayədə o Həzrətin (ə) ömrünün son anlarında övladlarına etdiyi vəsiyyətə işarə edilir ki, bu da onun həyatından daha bir nümunədir. Ayədə deyilir: "İbrahim və Yaqub (ömürlərinin son anında) övladlarına bu dini vəsiyyət etdilər (və hər biri öz övladlarına dedi:) "Ey övladlarım, həqiqətən, Allah (bu pak) dini sizin üçün seçdi və siz dünyadan yalnız müsəlman olaraq (Allahın fərmanına təslim olara) köçməlisiniz”.
Quran İbrahimin (ə) vəsiyyətinə toxunmaqla, sanki bizə demək istəyir ki, siz insanlar övladlarınızın təkcə bu gününü düşünməməlisiniz. Onların gələcək taleyi də sizi maraqlandırmalıdır. Dünyadan köçərkən övladlarınızın yalnız maddi həyatına görə narahat olmayın, onların mənəvi həyatı da sizi qayğılandırmalıdır.
Ayədəki bu vəsiyyəti təkcə İbrahim (ə) deyil, nəvəsi Yaqub (ə) da öz övladlarına etmişdir. O da babasından örnək götürərək həyatının son anlarında övladlarına etdiyi vəsiyyətdə bildirmişdir ki, müvəffəqiyyətin sirri yalnız və yalnız haqqa təslim olmaqdadır.
Bu ayədə İbrahim (ə) peyğəmbərlə birlikdə bütün peyğəmbərlər arasından yalnız Yaqubun (ə) adının çəkilməsi, bəlkə də, özlərini bir vasitə ilə o Həzrətə (Yaqub (ə) peyğəmbərə) mənsub edən xaçpərəst və yəhudilərə bir xəbərdarlıq məqsədi güdür. Belə ki hər iki dəstə özünü o Həzrətə mənsub etməklə guya onun yolunu getdiyini bildirirdi. Lakin Allah-taala onlara başa salmaq istəyir ki, sizin tutduğunuz yol özünüzü mənsub etdiyiniz Yaqubun (ə) yolu ilə də uyğun gəlmir. Çünki o, özünü bütünlüklə Allaha təslim etmişdi, siz isə tamamilə əksinə, Ona təslim olmur, Onun əmrlərindən çıxırsınız.
Bəqərə surəsi, 133-134-cü ayələr
أَمْ كُنْتُمْ شُهَدَاءَ إِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِنْ بَعْدِي قَالُوا نَعْبُدُ إِلَهَكَ وَإِلَهَ آبَائِكَ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ إِلَهًا وَاحِدًا وَنَحْنُ لَهُ مُسْلِمُونَ .١٣٣
تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ .١٣٤
Ayələrin tərcüməsi
133\. Yaqubun ölümü çatdıqda siz onun yanında idinizmi?! O, övladlarından: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" deyə soruşduğu zaman onlar: "Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahına, tək Allaha təslim olacağıq!” – dedilər.
134\. Onlar keçib getmiş bir ümmətdilər. Onların etdiyi əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Siz onların əməlləri barəsində sorğu-sual olunmayacaqsınız.
Ayələrin nazilolma səbəbi.
Bəzi yəhudilər belə hesab edirdilər ki, Həzrət Yaqub (ə) ömrünün son anlarında övladlarına hazırda yəhudilərin sitayiş etdiyi (təhrif olunmuş) dini vəsiyyət etmişdir. Allah-taala onların bu iddiasına cavab olaraq sözügedən ayələri nazil etmişdir.
Ayələrin təfsiri.
Hərə öz əməllərinə görə sorğu-sual olunacaq.
Yuxarıda qeyd etdiyimiz kimi, ayənin zahirindən də belə başa düşülür ki, bəzi söhbətlər dolaşırmış və İslam dinini qəbul etməyənlərdən bir dəstəsi Yaqub (ə) peyğəmbərin barəsində xoşagəlməz sözlər danışırlarmış. (Çox güman ki, bu söz-söhbət elə ayənin nazilolma səbəbində qeyd etdiyimiz məsələ olmuşdur.) Quran bu əsassız iddianı rədd edərək belə buyurmuşdur: "Yaqubun ölümü çatdıqda siz onun yanında idinizmi!?”
Daha sonra Allah-taala bildirir ki, o, qətiyyən sizin iddia etdiyiniz sözü deməmişdir. Onun dedikləri belə olmuşdur: "O, övladlarından: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə soruşduğu zaman onlar: "Sənin Allahına və ataların İbrahimin, İsmailin və İshaqın Allahına, tək Allaha təslim olacağıq!" - dedilər".
Həzrət Yaqub (ə) övladlarına yalnız Allaha təslim olmalarını vəsiyyət etmişdir.
Bu ayədən belə anlaşılır ki, ömrünün son anlarında övladlarının gələcək taleyi ilə bağlı Həzrət Yaqubda (ə) bir nigaranlıq hiss olunurmuş. Nəhayət, bu nigaranlığını dilə gətirərək övladlarından: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə soruşmuşdur. O Həzrətin (ə) dövründə bir qrup insanın bütlərə sitayiş etdiyini nəzərə alsaq, onun "Məndən sonra kimə ibadət edəcəksiniz?" deyil, "Məndən sonra nəyə ibadət edəcəksiniz?" deyə soruşmasının səbəbi də aydın olur. Deməli, o Həzrət (ə) övladlarının ürəyinin dərinliyində bütpərəstliyə meyil olub- olmadığından arxayınlaşmaq istəmiş, yalnız övladlarının cavabından sonra bundan əmin olmuşdur.
Bir məsələni də qeyd etmək lazımdır ki, sözügedən ayədəki “Sənin Allahına və ataların İbrahimin, İsmailin və İshaqın Allahına, tək Allaha təslim olacağıq" cümləsində Yaqub (ə) peyğəmbərin övladları ona "sənin ataların" deyə cavab versələr də, İsmail (ə) o Həzrətin (ə) atası və ya babası deyil, əmisi olmuşdur. Bu, ondan irəli gəlir ki, ǝrǝb dilində bəzi vaxtlar “ata” mənasını bildirən “əb" sözünü əmiyə də aid edirlər. Bəzi ayələrdə Azərin də barəsində bu söz işlədilmişdir. Bundan belə nəticə əldə edirik ki, deməli, Azər Həzrət İbrahimin (ə) atası deyil, əmisi olmuşdur. (Diqqət edin!)
Nəhayət, son ayədə Allah-taala yəhudilərin yanlış bir təsəvvürünə də aydınlıq gətirir. Onlar ata-babalarının yaxşı insanlar olması ilə fəxr edir və belə düşünürdülər ki, özləri günahkar olsalar da, ata-babalarının yaxşı insanlar olması sayəsində onlar da Cənnətə gedəcək. Quran onların bu yanlış təsəvvürünə belə cavab verir: "Onlar keçib getmiş bir ümmətdilər. Onların etdiyi əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Siz onların əməlləri barəsində sorğu-sual olunmayacaqsınız”.
Buna görə də öz ata-babalarınızla fəxr etmək əvəzinə, etiqadınızı və əməllərinizi islah edin.
Bu ayə yəhudilər və kitab əhlinə xitab olsa da, bu məsələ təkcə onlara aid deyil. Ayənin ümumi məzmunu biz müsəlmanlara da şamil olur. Unutmayaq ki, hərə öz əməllərinə görə məsuliyyət daşıyır.
Bəqərə surəsi, 135-137-ci ayələr
وَقَالُوا كُونُوا هُودًا أَوْ نَصَارَى تَهْتَدُوا قُلْ بَلْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ .١٣٥
قُولُوا آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَمَا أُوتِيَ النَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ .١٣٦
فَإِنْ آمَنُوا بِمِثْلِ مَا آمَنْتُمْ بِهِ فَقَدِ اهْتَدَوْا وَإِنْ تَوَلَّوْا فَإِنَّمَا هُمْ فِي شِقَاقٍ فَسَيَكْفِيكَهُمُ اللَّهُ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ .١٣٧
Ayələrin tərcüməsi
135\. (Kitab ǝhli:) "Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!" dedilər. De: "(Bu təhrif olunmuş dinlər əsla doğru yola yönəltməzlər,) əksinə, xalis İbrahim dininə tabe olun. O, əsla Allaha şərik qoşanlardan deyildi.
136\. Deyin: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailǝ, İshaqa, Yaquba və onun övladlarına göndərilənlərə, (eləcə də) Musaya, İsaya və (digər) peyğəmbərlərə Rəbbi tərəfindən verilənə inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz yalnız Ona (Allahın əmrinə) təslim olanlarıq. (İrqi təəssüblər, şəxsi qərəzlər onların arasında ayrı-seçkilik etməyimizə səbəb olmur)”.
137\. Əgər onlar da sizin iman gətirdiyinizə iman gətirsələr, doğr yola yönəlmiş olarlar. Yox, əgər boyun qaçırsalar, haqdan ayrılmış olarlar. Allah onların şərini səndən uzaq edər. O, (hər şeyi) eşidən və biləndir.
Ayələrin nazilolma səbəbi.
Bu ayələrlə bağlı İbn Abbasdan belə nəql edilmişdir: "Yəhudi alimlərindən və Nəcran xaçpərəstlərindən bir dəstəsi müsəlmanlarla müzakirə apararkən hər bir dəstə özünü haqlı, digərini isə batil hesab edirdi. Yəhudilər deyirdilər ki, bizim peyğəmbərimiz Musa bütün peyğəmbərlərdən, səmavi kitabımız Tövrat da digər səmavi kitablardan üstündür. Xaçpərəstlər də eyni iddianı edərək Həzrət İsanın ən üstün peyğəmbər, İncilin isə ən üstün səmavi kitab olduğunu bildirirdilər. Hər dinin ardıcılları müsəlmanları öz dininə dəvət edirdilər. Bununla əlaqədar yuxarıdakı ayələr nazil olaraq onların cavabını vermişdir".
Ayələrin təfsiri.
Yalnız biz haqq əhliyik.
Eqoistlik insanda yalnız özünün haqlı, başqalarının isə batil olduğu təsəvvürü yaratdığı üçün çalışır ki, hamını öz tərəfinə çəksin. Quran haqqında danışacağımız ilk ayədə belə buyurur: "(Kitab ǝhli:) "Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!" - dedilər. De: "(Bu təhrif olunmuş dinlər əsla doğru yola yönəltməzlər,) əksinə, xalis İbrahim dininə tabe olun. O, əsla Allaha şərik qoşanlardan deyildi".
Həqiqi dindarlar xalis, şirkə heç bir qarışığı olmayan tövhid inanclı şəxslərdir. Xalis dini azdırıcı dindən ayırd etməyin əsas meyarı da məhz tövhid prinsipinə tam riayət edilməsidir.
İslam dini bizə öyrədir ki, Allahın göndərdiyi peyğəmbərlər arasında qətiyyən fərq qoymayaq, onların hamısının dininə hörmət edək. Çünki haqq dinin əsasları bütün dinlərdə eynidir. Musanın (ə) və İsanın (ə) dinləri nadan ardıcılları tərəfindən təhrif edilərək şirk ilə qarışsalar da, əslində, bu peyğəmbərlər də İbrahimin (ə) şirkdən uzaq xalis tövhid dinində olmuşlar. Əlbəttə, bu, "indiki dövrdə İslam dininə tabe olmalıyıq" fikri ilə heç bir ziddiyyət təşkil etmir.
Növbəti ayədə Allah-taala müsəlmanlara bu cür demələrini göstəriş verir: "Deyin: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına göndərilənlərə, (eləcə də) Musaya, İsaya və (digər) peyğəmbərlərə Rəbbi tərəfindən verilənə inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz yalnız Ona (Allahın əmrinə) təslim olanlarıq”.
İrqi təəssüblər, şəxsi qərəzlər onların arasında ayrı-seçkilik etməyimizə səbəb olmur. Peyğəmbərlərin hamısı Allah tərəfindən insanların hidayəti üçün müxtəlif zamanlarda göndərilmiş müəllimlər olmuşlar. Onların hər birinin öz dövründə özünəməxsus vəzifələri olsa da, hamısı eyni məqsədə xidmət etmişdir. Bu da insanların xalis tövhid, haqq- ədalət işığı sayəsində doğru yola hidayət olmaları idi.
Sonuncu ayədə deyilir: "Əgər onlar da sizin iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər boyun qaçırsalar, haqdan ayrılmış olarlar”.
Əgər irqi təəssüblərini, şəxsi qərəzlərini dinə qatmayıb bütün peyğəmbərləri istisnasız olaraq qəbul etsələr, doğru yola yönəlmiş olarlar. Əks təqdirdə, haqdan uzaq düşüb batilin sorağına getmiş olarlar. Ayənin ərəbcə mətnindəki (şiqaq) sözünün lüğəvi mənası "dəlik, mübahisə, döyüş" olsa da, bəzi təfsirçilərin fikrincə, burada "küfr", bəzilərinin fikrincə isə "azğınlıq, haqdan uzaqlaşıb batilə üz tutmaq" mənasını bildirir.
Bəzi təfsirçilərin qeyd etdiyinə görə, əvvəlki ayə nazil olub, Həzrət İsanın (ə) adı digər peyğəmbərlərlə birlikdə çəkildikdən sonra bəzi xaçpərəstlər dedilər ki, biz bu sözü qəbul etmirik. Çünki İsa (ə) digər peyğəmbərlər kimi olmamışdı, o, Allahın oğlu idi. Sonuncu ayə nazil olaraq onlara haqdan ayrılıb azğınlıqda olduqları barədə xəbərdarlıq etdi.
Ayənin sonunda Allah-taala müsəlmanlara təskinlik verərək kafirlərin planlarından qorxmamağı tapşırır: "Allah onların şərini səndən uzaq edər. O, (hər şeyi) eşidən və biləndir".
İncəliklər:
1\. Peyğəmbərlərin dəvətinin vəhdəti.
Quranın bir çox ayəsində peyğəmbərlərin hamısının eyni məqsədə xidmət etdiyi, onların arasında heç bir fərq olmadığı bildirilmişdir. Çünki hamısı eyni vəhy mənbəyindən ilham almışdır. Buna görə də müsəlmanlara tövsiyə olunmuşdur ki, peyğəmbərlərin hamısına eyni dərəcədə ehtiram etsinlər. Lakin az öncə də qeyd etdiyimiz kimi, bu fikir Allah tərəfindən göndərilən yeni dinin özündən əvvəlki dini nəsx etməsi və İslamın sonuncu din olması ilə heç bir ziddiyyət təşkil etmir. Çünki peyğəmbərlərin hər biri, sanki bəşəriyyətə müxtəlif sinifdə dərs keçən müəllimə bənzəyir. Hər sinif başa çatdıqda, təbii ki, müəllim şagirdlərini növbəti sinif müəlliminə təhvil verir. Bu nöqteyi-nəzərdən insanlar din təkamülünün son mərhələsi olan İslam Peyğəmbərini (s) qəbul etməlidirlər. Ancaq o Həzrəti (s) qəbul etmək əvvəlki peyğəmbərlərin öz dəvətində haqq olduğunu inkar etmək anlamına gəlmir.
2\. (əl-əsbat) kimlər olmuşdur?
(əsbat) sözü (səbt) və ya (sibt) sözünün cəmidir. "Səbt" sözü "hər hansı bir şeyin asanlıqla genişlənib yayılması" mənasını verir. Ağacın budaqları da asanlıqla ətrafa səpələndiyi üçün bəzi hallarda ona da (səbət) deyilir. Eyni nəslin qollarına da "səbt" deyilir. Çünki nəslin artıb yayılmasına səbəb olur.
Haqqında danışdığımız ayədə "isbat" dedikdə Bəni-İsrailin nəsilləri, yaxud Yaqub (ə) peyğəmbərin on iki oğlundan törəmiş övladlar nəzərdə tutulmuşdur. Onların arasından peyğəmbərlər də çıxdığna görə ayədə "isbat" da Allahın ayələrinin nazil olduğu şəxslər sırasında qeyd edilmişdir. Deməli, burada "isbat" dedikdə Həzrət Yaqubun (ə) bütün övladları nəzərdə tutulmur. Yalnız Bəni-İsrailin o nəsilləri nəzərdə tutulur ki, onlardan peyğəmbərlər çıxmışdır. Həzrət Yaqubun (ə) öz övladlarına gəldikdə isə, təbii ki, onların hamısı peyğəmbər olmamış, heç ola da bilməzdilər. Çünki qardaşlarına (Yusif (ə) peyğəmbərə) qarşı günah işlətmişdilər.
3\. Sözügedən ayələrin ərəbcə mətnində işlədilmiş (hǝnif) sözü (hənəf) kökündən olub, “azğınlıqdan düzgünlüyə meyil etmək" mənasını bildirir. Onun antonimi isə (cənəf) sözüdür. Mənası “düzgünlükdən azğınlığa meyil etmək”dir. Xalis tövhid dininin ardıcılları şirkdən üz çevirib təkallahlılıq inancına meyil etdiklərinə görə onlar (hənif) adlandırılmışlar. Buna görə də “hənif” sözünün mənalarından biri məhz "saf, düz"dür. Beləliklə, məlum olur ki, təfsirçilərin "hənif" sözünü "Kəbə evini ziyarət", "haqqa itaət etmək”, "İbrahimə (ə) tabe olmaq", "əməldə ixlaslı olmaq" kimi izah etmələri bu sözün əsas mənasının nümunələri kimi nəzərdə tutulmuşdur.
Bəqərə surəsi, 138-141-ci ayələr
صِبْغَةَ اللَّهِ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ صِبْغَةً وَنَحْنُ لَهُ عَابِدُونَ .١٣٨
قُلْ أَتُحَاجُّونَنَا فِي اللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ وَنَحْنُ لَهُ مُخْلِصُونَ .١٣٩
أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطَ كَانُوا هُودًا أَوْ نَصَارَى قُلْ أَأَنْتُمْ أَعْلَمُ أَمِ اللَّهُ وَمَنْ أَظْلَمُ مِمَّنْ كَتَمَ شَهَادَةً عِنْدَهُ مِنَ اللَّهِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ .١٤٠
تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ .١٤١
Ayələrin tərcüməsi
138\. "(Budur) ilahi rəng! (İman, İslam və tövhid rəngini qəbul edin.) Hansı rəng ilahi rəngdən daha yaxşıdır?! Biz ancaq Ona ibadət edirik".
139\. De: "Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona ürəkdən (səmimi- qəlbdən) pərəstiş edirik.
140\. Yoxsa siz İbrahimin, İshaqın, Yaqubun və onun övladlarının yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? De: "Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? (Onların yəhudi və ya xaçpərəst olmadıqlarını bildiyiniz halda, nə üçün gerçəyi gizlədirsiniz?)" Yanında olan ilahi şəhadəti gizlədənlərdən daha zalım kim ola bilər? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
141\. (Hər halda) onlar keçib getmiş bir ümmətdirlər. Onların etdiyi əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Siz onların əməlləri barəsində sorğu-sual olunmayacaqsınız.
Ayələrin təfsiri.
Hansı rəng ilahi rəngdən daha yaxşıdır?
Əvvəlki ayələrdə bütün dinlərin ardıcıllarının bütün peyğəmbərləri qəbul etməyə çağırılmasının ardınca haqqında danışacağımız ilk ayədə onların hamısına yalnız ilahi rəngə boyanmaq, yəni tövhid dinini qəbul etmək əmr edilmişdir: “(Budur) ilahi rəng! (İman, İslam və tövhid rəngini qəbul edin.) Hansı rəng ilahi rəngdən daha yaxşıdır?!
“Biz ancaq Ona ibadət edirik”.
Bununla da Allah-taala bildirir ki, ilahi rəngdən başqa bütün rəngləri kənara qoymalısınız. Təfsirçilərin qeyd etdiyinə görə, xaçpərəstlər uşaqlarını xaç suyuna çəkərmişlər. Bəzi vaxtlar suya sarı rəngli müxtəlif qatqılar qataraq deyərmişlər ki, bu qüsl uşağımızı Adəmdən irsən keçmiş günahdan təmizləyir.
Quran bu əsassız və məntiqsiz iddianın üzərindən xətt çəkərək bildirir ki, müxtəlif mövhumatçı rənglərdənsə ilahi rəngə boyanın, bununla da canınız və ruhunuz bütün çirkinliklərdən təmizlənsin.
Doğrudan da, necə gözəl ifadədir! Əgər bütün insanlar ilahi rəngi qəbul edib hamı vəhdət təşkil etsə, onda ədalət, bərabərlik, paklıq, qardaşlıq, ixlas, səmimiyyət nəticəsində bütün mübahisələrə son qoyular, cəmiyyətdə müxtəlif təbəqələşmələr olmaz. Əslində, bu, cəmiyyətdəki bütün ayrı-seçkiliklərin aradan qaldırılması deməkdir. Bir çox hədislərdə nəql edilmişdir ki, "ilahi rəng” dedikdə məhz İslam dini nəzərdə tutulur." Bu hədis də yuxarıda dediklərimizə işarə edir.
Yəhudilər və qeyriləri ara-sıra müsəlmanlarla mübahisə edərək bütün peyğəmbərlərin onların arasından çıxdığını, öz dinlərinin və səmavi kitablarının ən qədim din və ən qədim səmavi kitab olduğunu bildirir və deyirdilər ki, əgər Muhəmməd (s) də peyğəmbər olsaydı, gərək bizim aramızdan seçiləydi. Habelə ərəblərin bütpərəst olduğunu əsas gətirərək iman gətirməkdə onlardan daha üstün olduqlarını iddia edir, eyni zamanda özlərini “Allahın övladları" adlandıraraq Cənnətin də yalnız onlara məxsus olduğunu deyirdilər. Quran bu iddiaların hamısının üzərindən xətt çəkərək əvvəlcə Peyğəmbərə (s) belə buyurur: "De: "Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, həm bizim, həm də sizin Rəbbinizdir”.
Yəni Allah-taala hər hansı bir qəbiləyə məxsus deyil. O, bütün aləmlərin Rəbbidir. Onu da bilməlisiniz ki, hərə öz əməlinə görə cavabdehdir: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir”.
Bizimlə sizin fərqiniz ondadır ki, biz Allaha səmimi-qəlbdən ibadət edirik: "Biz Ona ürəkdən (səmimi-qəlbdən) pərəstiş edirik".
Sizin əksəriyyətiniz isə tövhidi şirkə bulaşdırmışdır.
Növbəti ayədə yəhudi və qeyrilərinin belə əsassız iddialarından daha bir neçəsinə cavab verilir: "Yoxsa siz İbrahimin, İshaqın, Yaqubun və onun övladlarının yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? De: "Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?".
Allah-taala hamıdan yaxşı bilir ki, onlar nə yəhudi olmuşlar, nə də xaçpərəst. Siz özünüz də az-çox bilirsiniz ki, Musa (ə) və İsadan (ə) daha əvvəl də peyğəmbərlər olmuşlar. Əgər bunu bilmirsinizsə, yenə də xəbəriniz olmadan onların yəhudi və yaxud xaçpərəst olduğunu deməyiniz böyük günah və həqiqəti gizlətməkdir: “(Onların yəhudi və ya xaçpərəst olmadıqlarını bildiyiniz halda, nə üçün gerçəyi gizlədirsiniz?) Yanında olan ilahi şəhadəti gizlədənlərdən daha zalım kim ola bilər? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir”.
Çox qəribədir, insan inadkarlıq yolunu tutduqda hətta tarixi həqiqətləri də inkar edir. Məsələn, yəhudilər İbrahim (ə), İsmail (ə) və Yaqub (ə) kimi peyğəmbərlərin Musa (ə) və İsadan (ə) çox-çox yaşadığını bilsələr də, onlar Musa (ə) ilə İsanın (ə) ardıcıllarından olduğunu iddia etməklə həqiqəti gizlədirdilər. Halbuki insanların və onların öz imanının taleyi bu tarixi faktdan asılı idi. Buna görə də Quran onları insanların ən zalımı adlandırmışdır. Çünki kiminsə həqiqəti bildiyi halda, onu gizlədərək insanları çaşqınlığa salmasından daha böyük haqsızlıq ola bilməz.
Sözügedən son ayədə yəhudi və xaçpərəstlərə başqa bir formada cavab verilərək bildirilir ki, bu iddialarınız doğru olsaydı belə, hərə öz əməllərinə görə cavabdehdir: "(Hər halda) onlar keçib getmiş bir ümmətdirlər. Onların etdiyi əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Siz onların əməlləri barəsində sorğu-sual olunmayacaqsınız”.
Bir sözlə, ayaqda olan bir xalq keçmiş tarixinə deyil, hazırkı əməllərinə arxalanmalıdır. Hər bir insan öz əməllərinə görə məsuliyyət daşıyır. Kiminsə ata-babasının yaxşı insan olması onun özünün də yaxşılığına dəlalət etmir.
Bəqərə surəsi, 142-ci ayə
سَيَقُولُ السُّفَهَاءُ مِنَ النَّاسِ مَا وَلَّاهُمْ عَنْ قِبْلَتِهِمُ الَّتِي كَانُوا عَلَيْهَا قُلْ لِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ يَهْدِي مَنْ يَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ .١٤٢
Ayənin tərcüməsi
142\. Tezliklə ağılsız adamlar deyəcəklər: "Onları (müsəlmanları) üz tutduqları qiblədən nə döndərdi?" De: "Şərq də, qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldir”.
Ayənin təfsiri.
Qiblənin dəyişdirilməsi əhvalatı.
Bu və növbəti bir neçə ayədə İslam tarixinin cəmiyyətdə böyük əks-səda doğurmuş ən mühüm hadisələrindən birinə işarə edilmişdir. Həzrət Muhəmməd (s) peyğəmbər seçildikdən sonra on üç il Məkkədə, hicrətdən sonra da bir neçə ay Mədinədə Allahın əmri ilə üzü Beytül- müqəddəs istiqamətinə namaz qılmışdır. Lakin sonra qiblə dəyişdirilmiş, müsəlmanlara namaz qılarkən Kəbəyə doğru dayanmaq əmr edilmişdir.
Müsəlmanların Mədinədə neçə ay Beytül-müqəddəsə tərəf namaz qılması təfsirçilər arasında mübahisəyə səbəb olmuşdur. Bu müddət yeddi aydan on yeddi ayadək qeyd edilmişdir. İstənilən halda müsəlmanlar bu müddət ərzində yəhudilərin qınağına məruz qalmışlar. Çünki Beytül- müqəddəs, əslində, yəhudilərin qibləsi olduğuna görə onlar müsəlmanlara deyirdilər ki, sizin ayrıca bir qibləniz yoxdur, bizim qibləmizə tərəf namaz qılırsınız. Bu da onu göstərir ki, deməli, biz haqq yoldayıq.
Bu söhbətlər başda Həzrət Peyğəmbər (s) olmaqla bütün müsəlmanları narahat edirdi. Onlar bir tərəfdən Allahın əmrinə tabe idilər, digər tərəfdən isə yəhudilərin tənələri onları rahat buraxmırdı. Buna görə də Peyğəmbər (s) gecələr üzünü göyə tutaraq, sanki vəhy gözləyirdi. Bir müddət beləcə keçdi. Nəhayət, qiblənin dəyişdirilməsi əmri verildi. Peyğəmbər (s) (hazırda ikiqibləli məscid kimi tanınan) Bəni- Salim qəbiləsindəki məsciddə zöhr namazının iki rükətini qıldığı halda Cəbrail (ə) namaz əsnasında o Həzrətin (s) əlindən tutub üzünü Kəbəyə tərəf çevirir.
Bu hadisə yəhudiləri çox hiddətləndirir. Buna görə də öz köhnə adətlərinə əl ataraq bəhanə axtarıb irad tutmağa başlayırlar. Əvvəlcə deyirdilər ki, onların ayrıca bir qibləsi olmadığı üçün biz onlardan daha üstünük. Allah tərəfindən qiblənin dəyişdirilməsi əmri verildikdən sonra isə etiraz etməyə başlayırlar: "Tezliklə ağılsız adamlar deyəcəklər: "Onları (müsəlmanları) üz tutduqları qiblədən nə döndərdi?”
Nə üçün bunlar əvvəlki peyğəmbərlərin üz tutduğu qiblədən üz çevirdilər? Əgər əvvəlki qiblə düzgün idisə, daha onu dəyişməyin nə mənası var idi ki? Yox, əgər təzə qiblə düzgündürsə, bəs nə üçün on üç il və bir neçə ay Beytül-müqəddəsə tərəf namaz qılırdılar? Allah- taala Peyğəmbərə (s) göstəriş verir ki, onlara belə desin: "De: "Şərq də, qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldir".
Bu cümlə yəhudilərin bəhanələrinə tutarlı bir cavab idi. Yəni istər Beytül-müqəddəs olsun, istər Kəbə, hamısı Allahındır. Ümumiyyətlə, Allahın məkanı yoxdur. Mühüm olan odur ki, insanlar Onun əmrlərinə tabe olsunlar. Allah hansı tərəfə əmr etsə, oraya tərəf namaz qılıb oranı müqəddəs hesab etsinlər. Onun diqqəti olmadan heç bir yer Şərafətlənməz.
Qiblənin dəyişdirilməsi, əslində, sınağın müxtəlif mərhələsidir. Bu mərhələlərin hər biri Allah-taalanın yönləndirməsinin bir nümunəsidir. İnsanları doğru yola yönəldən məhz Odur.
İncəliklər:
1\. Ayənin ərəbcə orijinalında işlədilmiş “sufəhə” sözü “səfih” sözünün cəmi olub, leksik mənası “çəkisi yüngül olduğu üçün asanlıqla yerini dəyişə bilən şəxs" deməkdir. Ərəblər heyvanları istənilən tərəfə çəkmək üçün işlədilən yüngül yüyənə də “səfih" deyirlər. Lakin zaman keçdikcə bu söz "ağıldan yüngül olan şəxs" mənasında işlədilməyə başlamışdır. İstər bu səfehlik dini işlərdə, istərsə də dünyəvi işlərdə olsun.
2\. Daha əvvəl də qeyd etdiyimiz kimi, bu və digər hökmün müxtəlif zamanlarda nəsx edilərək qüvvədən salınması təzə bir məsələ deyil ki, ona etiraz edilsin. Lakin bəhanə axtarışında olan yəhudilər insanları İslama qarşı bədbin etməkdən ötrü bunu əllərində bəhanə edirlər. Lakin növbəti ayələrdə görəcəyimiz kimi, Quran onların bu bəhanəsinə tutarlı, məntiqi cavab vermişdir.
3\. Daha öncə də toxunduğumuz kimi, "O, istədiyi şəxsi doğru yola yönəldir" cümləsi o demək deyil ki, Allah-taala kimisə hesabat aparmadan hidayət edir. Bunun mənası odur ki, Allah-taalanın kimisə hidayət etməsi hikmətə, məsləhət və ziyanlara əsaslanır.
Bəqərə surəsi, 143-cü ayə
وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنْتَ عَلَيْهَا إِلَّا لِنَعْلَمَ مَنْ يَتَّبِعُ الرَّسُولَ مِمَّنْ يَنْقَلِبُ عَلَى عَقِبَيْهِ وَإِنْ كَانَتْ لَكَبِيرَةً إِلَّا عَلَى الَّذِينَ هَدَى اللَّهُ وَمَا كَانَ اللَّهُ لِيُضِيعَ إِيمَانَكُمْ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَحِيمٌ .١٤٣
Ayənin tərcüməsi
143\. (Sizin qibləniz orta qiblə olduğu kimi) sizi orta (mötədil) bir ümmət etdik ki, insanlara şahid olasınız, Peyğəmbər də sizə şahid olsun. Bundan qabaq üz tutduğun qibləni yalnız Peyğəmbərə tabe olanlarla (ondan üz çevirib) geriyə dönənləri bir-birindən ayırd etmək üçün təyin etdik. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqası üçün ağır idi. (Bunu da bilin ki, keçmiş qibləyə qıldığınız namazlar düzdür.) Allah sizin imanınızı (namazınızı) puç etməz. Çünki Allah insanlara qarşı mehriban və mərhəmətlidir.
Ayənin təfsiri.
Orta (mötədil) ümmət.
Bu ayədə qiblənin dəyişdirilməsinin bir sıra sirlərinə işarə edilir. İlk olaraq belə deyilir: "(Sizin qibləniz orta qiblə olduğu kimi) sizi orta (mötədil) bir ümmət etdik”.
Mötədil ümmət olmaq hər bir sahədə orta yolu tutmaq deməkdir. Yəni nə ifrata varılmasın, nə də əksinə olmasın. Hər bir sahədə örnək və nümunə olsun.
Müsəlmanların qibləsinin nəyə görə orta qiblə olmasına gəlincə, bu, onunla əlaqədar olmuşdur ki, xaçpərəstlər şərq istiqamətinə doğru dayanırdılar. Çünki xaçpərəstlərin böyük əksəriyyəti ərəb ölkələrində yaşayırdılar və onlar üzünü İsa (ə) peyğəmbərin doğulduğu Beytül- müqəddəsə tərəf tutmaq üçün, mütləq, şərq istiqamətində dayanmalı idilər. Bu baxımdan şərq istiqaməti onların qibləsi sayılırdı. Yəhudilər isə əsasən Mesopotamiya və Babil ərazisində yaşadığına görə Beytül- müqəddəs onların təxminən qərb istiqamətində yerləşirdi. Buna görə də onların qibləsi qərb istiqaməti sayılırdı. Kəbəyə gəlincə, ora o vaxt Mədinə müsəlmanları üçün cənub istiqamətində, şərqlə qərbin arasında yerləşdiyinə görə orta hədd sayılırdı.
(sizin qibləniz orta qiblə olduğu kimi) ifadəsi haqqında təfsirçilər müxtəlif fikirlər bildirsələr də, Quran bununla, sanki onu demək istəmişdir ki, siz müsəlmanların qibləsi orta qiblə olduğu kimi, bütün ayin və proqramlarınızda da bu xüsusiyyət vardır.
Daha sonra isə müsəlmanların nə üçün mötədil (orta) bir ümmət olduğunun səbəbi açıqlanır: "...insanlara şahid olasınız, Peyğəmbər də sizə şahid olsun”.
İslam ümmətinin insanlara, Həzrət Peyğəmbərin (s) isə müsəlmanlara şahid olması örnək və nümunə olması kimi nəzərdə tutula bilər. Çünki şahidlər adətən nümunəvi insanların arasından seçilir. Bunun mənası o deməkdir ki, Həzrət Peyğəmbər (s) sizə örnək olduğu kimi, siz müsəlmanlar da bu etiqad və proqramlarınızla digər ümmətlər üçün örnək və nümunəsiniz. Siz öz əməllərinizlə şahidlik (sübut) edirsiniz ki, insan həm din, həm də dünya adamı ola bilər. İctimai bir varlıq olduğu halda, öz mənəvi cəhətlərini də qoruyub-saxlaya bilər. Siz bu etiqad və proqramlarınızla şahidlik (sübut) edirsiniz ki, dinlə elm, dünya ilə axirət nəinki bir-birinə zidd deyil, əksinə, bir-birinə xidmət edirlər.
Ayənin davamında qiblənin dəyişdirilməsinin daha bir fəlsəfəsinə toxunularaq deyilir: "Bundan qabaq üz tutduğun qibləni yalnız Peyğəmbərə tabe olanlarla (ondan üz çevirib) geriyə dönənləri bir-birindən ayırd etmək üçün təyin etdik”.
Bu cümlədə diqqət yetiriləsi məqam ondan ibarətdir ki, burada "yalnız sənə tabe olanlarla" deyilmir, "yalnız Peyğəmbərə tabe olanlarla” ifadəsi verilmişdir. Bu da onu çatdırır ki, sən adi bir insan deyilsən, Allahın göndərdiyi rəhbərsən. Buna görə də insanlar hər bir işdə sənə tabe olmalıdırlar. Qiblə hələ bunlardan biridir. Hətta ondan daha mühüm məsələ olsa da, yenə sənə tabe olmalıdırlar. Əgər boyun qaçırsalar, deməli, hələ də bütpərəstliyin təsiri onlarda qalmışdır.
((ondan üz çevirib) geriyə dönənləri) ifadəsi, əslində, "ayağın geriyə çevrilməsi" mənasını bildirsə də, burada “üz çevirib geri dönmək" mənasında nəzərdə tutulmuşdur.
Ayənin davamında deyilir: "Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqası üçün ağır idi”.
Bəli, Allah tərəfindən hidayət olmayınca Onun əmrlərinə qeyd- şərtsiz tabe olmaq mümkün olmaz. Önəmli olan odur ki, insan ən çətin əmrlər qarşısında da təslim olmalı və bu, onda qətiyyən narahatlıq doğurmamalıdır. Allahın göstərişi olduğu üçün ən çətin və ağır əmr də insana şirin gəlməlidir.
Müsəlmanları vəsvəsə edən düşmənlər və yaxud da nadan dostlar elə bilirdilər ki, bu vaxta qədər edilən ibadətlər batil olur. Bu yanlış təsəvvürü aradan qaldırmaq məqsədilə ayənin sonunda belə deyilir: "(Bunu da bilin ki, keçmiş qibləyə qıldığınız namazlar düzdür.) Allah sizin imanınızı (namazınızı) puç etməz. Çünki Allah insanlara qarşı mehriban və mərhəmətlidir”.
Allahın göstərişləri həkimin yazdığı nüsxələrə bənzəyir. Bu gün insanın sağalmasına yardım edəcək bir nüsxə sabah başqası ilə dəyişir. Hər birinin öz yeri var və insanın səadətini təmin edir. Buna görə də qiblənin dəyişdirilməsi siz müsəlmanlarda qətiyyən narahatlıq yaratmamalıdır. Keçmiş ibadətlərinizə görə də fikir çəkməyin, Allah onları puç etməz, hamısı doğru sayılır.
İncəliklər:
1\. Qiblənin dəyişdirilməsinin sirləri.
Qiblənin Beytül-müqəddəsdən Kəbə istiqamətinə dəyişdirilməsi hamıda sual doğururdu. Hər bir hökmün dəyişməz olduğunu güman edənlər deyirdilər ki, nə üçün ilk gündən Kəbə müsəlmanların qibləsi təyin edilməmişdi? Əgər Beytül-müqəddəs əvvəlki peyğəmbərlərin qibləsi olaraq daha üstün idisə, onda nə üçün indi qiblə dəyişdirildi? İslamın düşmənləri isə bunu öz qərəzli fikirlərini yaymaq üçün əlverişli fürsət hesab edərək deyirdilər ki, Muhəmməd (s) əvvəlcə özündən qabaqkı peyğəmbərlərin qibləsinə tərəf namaz qılırdı. Lakin mövqeyini bir qədər möhkəmlətdikdən sonra irqçilik prinsipi ona da qalib gəldi. Buna görə də o, öz qövmünün qibləsinə tərəf üz tutdu. Yaxud deyirdilər ki, o, yəhudi və xaçpərəstləri özünə cəlb etməkdən ötrü əvvəlcə Beytül-müqəddəsi qiblə olaraq qəbul etmişdi. Lakin bunun nəticəsiz olduğunu gördükdə qibləsini Kəbə istiqamətinə doğru dəyişdirmişdi. Düşmənin bu cür vəsvəsələrinin elm və imanın hələ möhkəmlənmədiyi, bütpərəstliyin qalıqlarının hələ də mövcud olduğu bir mühitdə necə narahatlıq doğuracağı məlum məsələ idi. Buna görə də sözügedən ayədə bunun möminlərlə müşrikləri bir-birindən ayırd etmək üçün böyük bir sınaq olduğu bildirilmişdir.
Qiblənin dəyişdirilməsinin əsas səbəblərindən biri də aşağıdakı amil ola bilər:
O vaxt Kəbə evi müşriklərin bütlərinin saxlanıldığı yer olduğu üçün müvəqqəti olaraq müsəlmanlara Beytül-müqəddəsə tərəf namaz qılmaq əmr edilmişdi ki, möminlərlə kafirlər bir-birindən fərqlənsin. Lakin müsəlmanlar Mədinəyə hicrət edib, öz hökumətlərini qurub müşriklərdən ayrıldıqdan sonra daha Beytül-müqəddəsə tərəf namaz qılmağa lüzum yox idi. Buna görə də ən qədim tövhid mərkəzi olmuş Kəbəyə tərəf namaz qılmaq göstərişi verilmişdir. Təbii ki, həm Kəbə evini özünə mənəvi irqi sərmayə hesab edənlər üçün Beytül-müqəddəsə tərəf namaz qılmaq, həm də Beytül-müqəddəsə tərəf namaz qılmağa adət etdikdən sonra qibləni dəyişib Kəbə istiqamətinə dayanmaq çox çətin məsələ idi. Beləliklə, müsəlmanlar böyük bir sınaq qarşısında qalmışdılar. Nə qədər ki şirkin təsiri onların canında qalmışdı, bu qalıqları aradan aparmaq və Allahın göstərişlərinə qeyd-şərtsiz təslim olmaq ruhiyyəsinin yaranması üçün, mütləq, sınaq meydanında bərkiməli idilər.
Az öncə də qeyd etdiyimiz kimi, Allah-taalanın məkanı yoxdur. Qiblə sadəcə olaraq müsəlmanların dəstəsinin qeyri-müsəlmanlardan fərqlənməsi və tövhid xatirələrini yaşatmaq üçün bir vasitədir. Onun dəyişdirilməsi heç nəyi dəyişmir. Önəmli olan Allahın göstərişləri qarşısında müti olmaq, təəssübkeşlik və eqoistlik hissini aradan qaldırmaqdır.
2\. İslam ümməti mötədil bir ümmətdir.
Sözügedən ayənin ərəbcə mətnində işlədilmiş (vəsǝt) sözünün leksik mənası həm "iki şeyin arasında orta hədd", həm də "gözəl, ali, şərafətli” deməkdir. Çox güman ki, hər iki məna eyni nəticəyə gedib çıxır. Çünki gözəllik və şərafət odur ki, hər hansı bir şey ifrat və əks tərəfində olmasın, yəni mötədil olsun.
Quran bu ayədə İslam ümmətini mötədil bir ümmət adlandırmaqla onların barəsində necə də gözəl ifadə işlətmişdir! Doğrudan da, müsəlmanlar bütün cəhətlərdə mötədil yolu seçirlər. Etiqadda mötədildirlər, nə ifrata varırlar, nə şirk yolunu tuturlar, nə tam azadlıq iddiasında olurlar, nə də məcburiyyət. Nə Allahın sifətlərini nəyəsə bənzədirlər, nə də onları tamamilə inkar edirlər. Mənəvi və maddi dəyərlər baxımından da mötədildirlər. Nə mənəviyatı bütünlüklə unudub tamamilə maddiyyata uyurlar, nə də mənəviyyatda o qədər dərinə gedirlər ki, maddiyyatı tamamilə unutsunlar. Nə yəhudilər kimi yalnız maddiyyatı düşünürlər, nə də xaçpərəst rahibləri kimi tərki- dünya olub, yalnız mənəviyyat ardınca düşürlər. Elm və bilik baxımından da mötədildirlər. Nə yalnız öz elmlərinə arxalanıb başqalarının elmini inkar edirlər, nə də hər elm iddiasında olanın ardınca düşüb özləri elmdən xəbərsiz qalırlar. İctimai əlaqələr baxımından da mötədildirlər. Belə ki nə başqalarının onlarla ünsiyyət qurmalarına mane olurlar, nə də bəzi qərb və ya şərq ölkələri kimi öz müstəqilliyini əldən verirlər ki, digər millətlərin kölgəsində itib batsınlar. Əxlaqi dəyərlər, ibadət, təfəkkür baxımından, bir sözlə, bütün cəhətlərdə mötədildirlər. Əsl müsəlman yalnız bircəhətli insan ola bilməz. O, müxtəlif cəhətləri özündə birləşdirməli, imanlı, ədalətli, mücahid, mübariz, şücaətli, mehriban, fəal, xəbərdar və güzəştə getməyi bacaran mütəfəkkir olmalıdır.
Haqqında danışdığımız ayədə "mötədil olmaq" ifadəsi bir tərəfdən İslam ümmətinin şahid olduğunu göstərir. Çünki orta xətdə olan insanlar sağ və sol tərəfdəki yanlış xətləri görüb müşahidə edə bilirlər. Digər tərəfdən də həmin ifadə bu məsələnin dəlilini özündə gizlətmişdir. Demək istəyir ki, siz müsəlmanlar mötədil olduğunuz üçün dünya xalqlarına şahid olacaqsınız.
3\. Bütün cəhətlərdə örnək ola biləcək bir ümmət.
Mötədil ümmət üçün yuxarıda sadaladığımız xüsusiyyətlər hər hansı bir xalqda olarsa, şübhəsiz, o, haqqın təmsilçiləri, həqiqət şahidləri olmağa daha layiqdir. Çünki onların bütün proqramları haqqı batildən ayırd etməyin meyarı sayılacaq. Bununla əlaqədar olaraq məsum imamlardan nəql edilmiş bir çox hədisdə belə deyilmişdir:
"Bizik mötədil ümmət! Allah-taalanın məxluqat üzərindəki şahidi, Onun yer üzündəki höccətləri, insanlar üzərindəki şahidi bizik! Dindən uzaqlaşmışlar bizə doğru dönməli, müqəssirlər səhvlərindən əl çəkib bizə qoşulmalıdırlar".
Təbii ki, bu qəbildən olan hədislər ayənin daha geniş məzmununu heç də daraltmır. Sadəcə burada "mötədil ümmət” məfhumunun bariz nümunələri qeyd edilmişdir.
4\. "Bir-birindən ayırd etmək üçün" ifadəsinin izahı.
Quranda Allah-taalanın barəsində dəfələrlə təkrar edilmiş “bir- birindən ayırd etmək” və bu kimi ifadələrin mənası o demək deyil ki, Allah əvəlcə nəyisə bilməmiş, lakin sonradan öyrənmişdir. Belə ifadələr nəzərdə tutulan işin həyata keçməsini bildirir. Allah-taala əzəldən hər şeydən xəbərdar olmuşdur. Baxmayaraq ki, bu və digər hadisə tədricən baş verir, lakin onlar Allahın biliyinə heç nə əlavə etmir. Sadəcə olaraq Onun əzəldən bildikləri tədrici şəkildə həyata keçir. Bu, ona bənzəyir ki, memar bir binanın layihəsini hazırlayır, bina inşa edilməzdən qabaq onun bütün xırdalıqlarından xəbərdar olur. Daha sonra həmin layihə tədricən icra edilir. Müəyyən işləri həyata keçirərkən deyir ki, nəzərdə tutduğumu görmək üçün icra edirəm. Yəni nəzəri cəhətdən bildiyimi praktiki cəhətdən həyata keçirirəm. (Bu, sadəcə məsələyə aydınlıq gətirmək üçün bir misaldır. Təbii ki, Allah-taalanın sifətləri insanların xüsusiyyətlərindən tamamilə fərqlənir. Sözügedən ayədəki “وَإِن كَانَتْ لَكَبِيرَةٌإِلاعَلَى الَّذِينَ هَدَىاللهُ” cümləsi bu həqiqəti açıqlayır ki, adətin əksinə getmək və yersiz təsir altına düşməmək Allaha səmimi-qəlbdən iman gətirib Onun əmrində müti olanlardan başqaları üçün olduqca çətin məsələdir.
Bəqərə surəsi, 144-cü ayə
قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاءِ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ وَإِنَّ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ .١٤٤
Ayənin tərcüməsi
144\. Biz sənin üzünün (yeni qiblənin təyin olunması üçün) göyə tərəf çevrildiyini görürük. İndi səni razı olduğun qibləyə tərəf döndərəcəyik. Üzünü Məscidül-hərama tərəf çevir! Harada olsanız, üzünüzü oraya döndərin! Səmavi kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. (Öz kitablarında İslam Peyğəmbərinin iki qibləyə namaz qılacağı haqqında oxuyublar.) Allah onların (bu ayələri gizlətmək yönündəki) əməllərindən xəbərsiz deyildir.
Ayənin təfsiri.
Harada olsanız, üzünüzü Kəbəyə tərəf çevirin!
Bir qədər əvvəl qeyd etdiyimiz kimi, Beytül-müqəddəs müsəlmanların ilk və müvəqqəti qibləsi olmuşdur. Buna görə də Peyğəmbər (s) qiblənin dəyişdirilməsi ilə bağlı vəhyin intizarında idi. Xüsusilə də Həzrət Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra yəhudilər bu məsələni daha çox qabardaraq müsəlmanları qınayır, onların müstəqil bir qibləyə malik olmadıqlarını bildirirdilər. Deyirdilər ki, biz müsəlmanlara qiblə haqqında məlumat verməyənə qədər onların heç qiblə haqqında anlayışları yox idi. Onların bizim qibləni qəbul etməsi dinimizin haqq olduğuna sübutdur və s.
İndi haqqında danışacağımız ayədə bu kimi məsələlərə toxunularaq qiblənin dəyişdirilməsi əmri verilmişdir: “Biz sənin üzünün (yeni qiblənin təyin olunması üçün) göyə tərəf çevrildiyini görürük. İndi səni razı olduğun qibləyə tərəf döndərəcəyik. Üzünü Məscidül-hǝrama tərəf çevir! Harada olsanız, üzünüzü oraya döndərin!"
Bildiyimiz kimi, (hədislərdə də məhz belə nəql edilmişdir ki,) qiblənin dəyişdirilməsi prosesi zöhr namazı əsnasında baş vermişdir. Çox həssas bir dönəmdə Həzrət Cəbrail (ə) nazil olub Peyğəmbərin (s) əllərindən tutaraq üzünü Beytül-müqəddəsdən Kəbəyə doğru çevirir. Bunun ardınca müsəlmanlar da dərhal üzlərini yeni qibləyə tərəf çevirirməklə sıralarını tənzimləyirlər. Hətta bəzi hədislərdə nəql edilmişdir ki, camaat namazında iştirak edən qadınlar öz yerlərini kişilərə, kişilər isə qadınlara vermişdir. (Təzə qiblə əvvəlkindən 180 dərəcə fərqlənirdi. Çünki Beytül-müqəddəs Mədinənin şimal istiqamətində yerləşdiyi halda, Kəbə tam cənubunda yerləşirdi.) Maraqlısı budur ki, əvvəlki səmavi kitablarda Həzrət Peyğəmbərin (s) nişanələrindən biri kimi məhz qiblənin dəyişməsi göstərilmişdir. Onlar (yəhudi və xaçpərəstlər) Peyğəmbərin (s) iki qibləyə tərəf namaz qılacağını öz kitablarında oxumuşdular. Bununla əlaqədar olaraq sözügedən ayədə belə deyilmişdir: "Səmavi kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər”.
Həzrət Muhəmmədin (s) seçildiyi ilk illərdə öz yaşadığı mühitdəki adətin təsiri altına düşməyərək bütlərin saxlanıldığı və bütün ərəblərin ehtiram göstərdiyi Kəbə evini deyil, azsaylı yəhudilərin qibləsini rəsmi qiblə kimi qəbul etməsi o Həzrətin (s) haqq olduğuna göstərən sübutlardan biridir.
Nəhayət, ayənin sonunda deyilir: "Allah onların (bu ayələri gizlətmək yönündəki) əməllərindən xəbərsiz deyildir".
Yəni yəhudilər qiblənin dəyişdirilməsinin onların öz kitabında Həzrət Peyğəmbərin (s) haqq olduğunu göstərən bir nişanə olduğunu demək əvəzinə, bunu gizlədərək vəziyyəti daha da gərginləşdirməyə çalışmışlar. Lakin Allah-taala onların həm əməllərindən, həm də niyyətlərindən xəbərdardır.
İncəliklər:
1\. Ayələrin ardıcıllığı.
Bu ayənin məzmunundan məlum olur ki, o, bundan əvvəlki ayədən qabaq nazil olmuşdur. Hazırda ixtiyarımızda olan Quran nüsxələrində onun özündən əvvəlki ayədən sonra gəlməsi isə onunla əlaqədardır ki, ayələr nazilolma tarixinə əsasən sıralanmamışdır. Bu və digər səbəbdən və təbii ki, bilavasitə Allah-taalanın göstərişinə əsasən Həzrət Peyğəmbər (s) vǝhy katiblərinə daha əvvəl nazil olmuş bir ayənin özündən sonra nazil olmuş ayədən sonra sıralanmasını tapşırmışdır. (Bu səbəblərdən biri də ayələrdən birinin digərindən üstün və əhəmiyyətli olmasıdır.)
2\. Çətin intizar.
Haqqında danışdığımız ayədən belə məlum olur ki, Həzrət Peyğəmbərin (s) Kəbəyə çox böyük rəğbəti olmuş və Allahın onu qiblə təyin etməsinin intizarını çəkmişdir. Bunun səbəbini isə o Həzrətin (s) İbrahim (ə) peyğəmbərə və ondan qalmış xatirələrə bağlılığı ilə əlaqələndirmək olar. Üstəlik, Kəbə ən qədim tövhid ocağı olmuşdur. Həzrət Peyğəmbər (s) anlayırdı ki, Beytül-müqəddəs müvəqqəti qiblədir və tezliklə müsəlmanlar üçün əsl qiblənin təyin edilməsini arzulayırdı. Lakin o Həzrət (s) Allahın əmrləri qarşısında tam müti olduğu üçün bu arzusunu heç dilinə belə gətirmirdi. Sadəcə göyə həsrətlə baxmasından ürəyində böyük bir arzusunun olduğu anlaşılırdı.
Yeri gəlmişkən, Peyğəmbərin (s) göyə tərəf üz tutmasını onunla izah etmək olar ki, vəhy mələyi ona məhz göydən nazil olurdu. Bunun başqa səbəbi ola bilməz. Çünki nə Allah-taalanın məkanı var, nə də vǝhy ona konkret bir yerdən nazil olurdu.
3\. "Tərəf" sözünün mənası.
Burada qeyd olunası daha bir məqam sözügedən ayədə Kəbə əvəzinə (Məscidül-hərama tərəf) ifadəsinin işlədilməsi ilə bağlıdır. Bu, onunla əlaqədardır ki, Məkkədən kənarda, xüsusilə də daha uzaq yerlərdə namaz qılarkən tam dəqiqliyi ilə Kəbənin paralelində dayanmaq çox çətin, bəlkə də, mümkünsüz bir məsələdir. Buna görə də daha geniş sahəsi olan Məscidül-hǝram ifadəsi verilmiş, xüsusilə də "tərəf" sözündən istifadə edilmişdir ki, İslamın bu vacib əməlini icra etmək hamıya müyəssər olsun. Üstəlik, adətən Kəbənin paralelindən daha kənarlara qədər gedib çıxan camaat namazlarının sıralarının da aqibəti məlum olur. Deməli, Kəbənin, hətta Məscidül-hǝramın paralelində dayanmaq çox çətin olsa da, oraya tərəf (bir qədər o tərəf-bu tərəfə olsa belə) dayanmağın heç bir çətinliyi yoxdur.
4\. Ümumi bir xitab.
Məlum məsələdir ki, Qurandakı xitablar bilavasitə Həzrət Peyğəmbərə (s) yönəlsə də, ümumi xarakter daşıyaraq bütün müsəlmanlara şamil olur. (Çox az hallarda yalnız o Həzrətin (s) özünə edilən xitablar istisnadır.) Bunu nəzərə aldıqda qarşıya belə bir sual çıxır ki, nə üçün bu ayədə üzü qibləyə tərəf dayanmaqla bağlı bir dəfə Həzrət Peyğəmbərin (s) özünə, bir dəfə də bütün müsəlmanlara xitab edilmişdir? Bu suala cavab olaraq qeyd etmək lazımdır ki, qiblənin dəyişdirilməsi prosesi böyük söz-söhbətlərlə nəticələnmiş bir məsələ idi. Buna görə də düşmənlərin vəsvəsələri nəticəsində İslamı yenicə qəbul etmiş insanlarda "Üzünü Məscidül-hǝrama tərəf çevir" xitabının təkcə Həzrət Peyğəmbərə (s) aid olması, özlərinin isə Beytül-müqəddəsə tərəf dayana bilməsi təsəvvürünü aradan qaldırmaqdan ötrü Allah-taala “Harada olsanız, üzünüzü oraya döndərin” buyurmaqla qiblənin dəyişdirilməsinin bütün müsəlmanlara aid olduğunu bildirmişdir.
5\. Qiblənin dəyişdirilməsi Peyğəmbərin (s) razı qalması üçün baş vermişdir?
Haqqında danışdığımız ayədəki “İndi səni razı olduğun qibləyə tərəf döndərəcəyik” cümləsindən belə başa düşülə bilər ki, Həzrət Peyğəmbər (s) razı qalsın deyə, qiblə dəyişdirilmişdir. Xeyr, qətiyyən belə olmamışdır. Beytül-müqəddəsin müvəqqəti qiblə olmasının və Peyğəmbərin (s) yeni qiblənin təyin ediləcəyi ilə bağlı əmrin gəlişini gözləməsinin bir tərəfdən yəhudilərin dedi-qodusunun qarşısını alacağı, digər tərəfdən də Hicaz əhalisinin Kəbəyə həddən artıq rəğbətinin olmasının İslam dininin daha sürətlə yayılmasında böyük rola malik olacağı ehtimalı bu yanlış təsəvvürü aradan qaldırır.
Yeri gəlmişkən, müsəlmanlar üçün əvvəlcə Beytül-müqəddəsin qiblə təyin edilməsinin də bu özəlliyi olmuşdur ki, İslam dininin qəbilə və irqi təəssübkeşliklərə əsaslanmayan bir din olduğu hamıya bildirilmiş, eyni zamanda bütpərəstlərin Kəbədə yerləşən bütlərinin üzərindən xətt çəkilmişdir.
6\. Kəbə böyük bir dairənin mərkəzi.
Bir nəfər Yer kürəsindən kənardan üzü Kəbə istiqamətinə tərəf namaz qılanların sırasına baxsa, axırda gedib Kəbəyə çatan bir-birinin içərisində müxtəlif dairələr görəcək. Bununla da Kəbənin vəhdət təşkil etdiyi məlum olur. Şübhəsiz, bu qiblə, məsələn, xaçpərəstlərin dünyanın harasında olmalarından asılı olmayaraq üzü şərq istiqamətinə doğru ibadət etməsindən (namaz qılmasından) daha ilhamvericidir.
Daha bir maraqlı fakt da var ki, müsəlmanların Kəbə istiqamətinin təyin edilməsinə xüsusi diqqəti İslamın əvvəllərində müsəlmanlar arasında astronomiya və coğrafiya kimi elm sahələrinin daha sürətlə inkişaf etməsi ilə nəticələndi. Çünki bu elmlər olmadan dünyanın müxtəlif bölgələrində qiblənin təyin edilməsi mümkün deyil.
Bəqərə surəsi, 145-ci ayə
وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوتُوا الْكِتَابَ بِكُلِّ آيَةٍ مَا تَبِعُوا قِبْلَتَكَ وَمَا أَنْتَ بِتَابِعٍ قِبْلَتَهُمْ وَمَا بَعْضُهُمْ بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ إِنَّكَ إِذًا لَمِنَ الظَّالِمِينَ .١٤٥
Ayənin tərcüməsi
145\. (And olsun ki,) sən kitab əhli üçün hər cür ayə (nişanə və dəlil) gətirsən də, onlar sənin qiblənə tabe olmayacaqlar. Sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan. (Onlar qiblənin bir daha dəyişməsinin mümkünlüyünü təsəvvür etməməlidirlər.) Hətta onlar özləri də bir-birinin qibləsinə tabe olmayacaqlar. Əgər sənə gələn elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan olacaqsan.
Ayənin təfsiri.
Onlar heç bir vəchlə razı olmazlar.
Əvvəlki ayədə qeyd edilmişdi ki, yəhudi və xaçpərəstlər qiblənin Beytül-müqəddəsdən Kəbə istiqamətinə dəyişdirilməsinin İslam Peyğəmbəri (s) üçün nəinki irad deyil, əksinə, onun doğruluğuna dəlalət edən nişanələrdən olduğunu bilirdilər. Çünki öz səmavi kitablarında yeni gələcək peyğəmbərin iki qibləyə namaz qılacağını oxumuşdular. Lakin təəssübkeşlik və inadkarlıqları onlara haqqı qəbul etməyə imkan vermir.
İnsan hər hansı bir məsələ haqqında əvvəlcədən qəti qərara gəlməyincə hər şeyi anlayışla qarşılayır. Yəni onunla məntiq əsasında danışmaq, möcüzə və nişanələr göstərməklə etiqadında dəyişiklik edib haqqı sübuta yetirmək mümkündür. Lakin hər hansı məsələ haqqında qabaqcadan öz mövqeyini bildirdikdə isə onu heç bir yolla öz fikrindən döndərmək olmaz, ya da çox nadir halda buna nail olmaq olar. Buna görə də Quran bu ayədə tam qətiyyətlə bildirir: “(And olsun ki,) sən kitab əhli üçün hər cür ayə (nişanə və dəlil) gətirsən də, onlar sənin qiblənə tabe olmayacaqlar”.
Buna görə də ey Peyğəmbər (s), özünü çox yorma. Onlar heç bir vəchlə haqqa boyun əyməyəcəklər. Çünki onlarda həqiqət axtarışında olmaq ruhu artıq ölmüşdür.
Təəssüflər olsun ki, Allah-taalanın göndərdiyi bütün peyğəmbərlər bu cür inadkar insanlarla qarşı-qarşıya gəlmişlər. Onlar adətən ya nüfuz sahibi olan sərvətlilər, ya dünyapərəst və azğın alimlər, ya da sıravi inadkar insanlar olmuşlar.
Ayənin davamında deyilir: "Sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan”.
Yəni əgər bu qədər söz-söhbətdən sonra müsəlmanların qibləsinin yenidən dəyişəcəyini təsəvvür edirlərsə, səhv düşünürlər. Onlar qiblənin bir daha dəyişməsinin mümkünlüyünü təsəvvür etməməlidirlər. Çünki müsəlmanların bu qibləsi həmişəlikdir.
Bu ifadə, əslində, söz-söhbətlərə son qoymağın bir yoludur. Müsəl- manların düşmənlərinə tam qətiyyətlə bildirilir ki, qiblənin bir daha dəyişəcəyindən ümidinizi üzün.
Daha sonra isə heç onların özlərinin də bir-birinin qibləsinə tabe olmayacağı bildirilir: "Hətta onlar özləri də bir-birinin qibləsinə tabe olmayacaqlar”.
Nə yəhudilər xaçpərəstlərin qibləsinə, nə də xaçpərəstlər yəhudilərin qibləsinə tabe olmayacaq.
Nəhayət, ayənin sonunda bir daha Həzrət Peyğəmbərə (s) xəbər- darlıq edilərək deyilir: "Əgər sənə gələn elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan olacaqsan".
Quranın bir çox ayəsində şərt budaq cümləsi şəklində Peyğəmbərə (s) yönəlmiş bu cür xəbərdarlıqlarda üç məqsəd güdülür:
1) Hamı bilməlidir ki, Allah-taalanın qanunlarında heç bir ayrı-seçkilik ola bilməz. Hətta peyğəmbərlər də bu qanunlara tabe olmalıdırlar. Buna görə də (nǝuzu billah) fərz etsək ki, hər hansı bir peyğəmbər haqdan kənara çıxmışdır, Allah-taala onu da cəzalandırar. Lakin peyğəmbərlərin sahib olduğu elm, iman və təqva ilə belə bir iş tutmaları mümkünsüzdür.
2) Peyğəmbərə bu cür xəbərdarlıq edilirsə, gör, onda adi insanlar hansı vəziyyətdə olar! Buna görə də insanlar öz əməllərinə diqqət yetirməli, heç vaxt haqdan üz döndərməməlidirlər.
3) Bu və digər qanunun dəyişdirilməsində hətta Peyğəmbərin (s) də heç bir səlahiyyəti yoxdur. Kimsə elə təsəvvür etməsin ki, Peyğəmbəri (s) hər hansı bir məsələ ilə bağlı dilə tutub razı salmaq olar. Əsla belə deyil. Çünki onun özü də Allahın əmrlərinə tabe olan bir şəxsdir.
Bəqərə surəsi, 146-147-ci ayələr
الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمْ وَإِنَّ فَرِيقًا مِنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ .١٤٦
الْحَقُّ مِنْ رَبِّكَ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ .١٤٧
Ayələrin tərcüməsi
146\. Səmavi kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi həqiqəti bilə-bilə gizlədir.
147\. Bu (qiblənin dəyiməsi hökmü), Rəbbin tərəfindən olan haqq bir hökmdür. Odur ki, heç vaxt ona şübhə edənlərdən olma.
Ayələrin təfsiri.
Onlar Peyğəmbəri (s) çox gözəl tanıyırlar.
Bir qrup kitab əhlinin inadkarlığından bəhs edən ayələrin ardınca buradakı ilk ayədə deyilir ki, onlar Həzrət Peyğəmbəri (s) tanısalar da, bəziləri həqiqəti gizlədirlər: "Səmavi kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmaya- raq) onların bir qismi həqiqəti bilə-bilə gizlədir".
Düzdür, kitab əhlindən o Həzrətin (s) peyğəmbərliyini qəbul etməklə müsəlman olanlar da olmuşdur. Buna misal olaraq yəhudi alimlərindən Abdullah ibn Səlamı qeyd edə bilərik. O deyərmiş ki, mən Peyğəmbəri (s) oğlumu tanıdığımdan daha yaxşı tanıyıram.
Bu ayə maraqlı bir həqiqəti üzə çıxararaq bildirir ki, əvvəlki səmavi kitablarda Həzrət Peyğəmbərin (s) həm zahiri, həm də batini nişanələri haqqında kifayət qədər məlumat verilmişdir. Bu məlumatlar o qədər aşkar olmuşdur ki, həmin kitablarla tanış olanların zehnində o Həzrətin (s) barəsində tam təsəvvür yaranmışdır. Kimsə ehtimal verǝ bilərmi ki, əvvəlki səmavi kitablarda Peyğəmbər (s) və onun nişanələri haqqında heç bir məlumat olmadığı halda, o Həzrət onların gözünə baxa-baxa belə demişdir: "Mənim bütün nişanələrim sizin kitabda qeyd edilmişdir". Əgər belə olsaydı, yəhudi və xaçpərəst alimləri o Həzrətə (s) qarşı çıxmazdımı? Ona deməzdilərmi ki, bu sən, bu da bizim kitabımız, göstər görək, onun harasında sənin adın və nişanələrin haqqında məlumat verilmişdir? Onların alimlərindən bircə nəfəri də heç İslamı qəbul edərdimi? Deməli, bu qəbildən olan nişanələrin özü də Həzrət Peyğəmbə- rin (s) haqq olduğunu göstərən sübutlardandır.
Növbəti ayədə qiblənin dəyişdirilməsi və yaxud ümumiyyətlə, İslam hökmlərinin təkidi ilə bağlı deyilir: "Bu, Rəbbin tərəfindən olan haqq bir hökmdür. Odur ki, heç vaxt ona şübhə edənlərdən olma”.
Sanki Allah-taala bu cümlə ilə Həzrət Peyğəmbərə (s) təskinlik verir ki, düşmənlərin dedi-qoduları səndə istər qiblənin dəyişdirilməsində, istərsə də digər məsələlərdə zərrə qədər də şəkk-şübhə yaratmasın.
Bu ayə Həzrət Peyğəmbərə (s) xitab edilsə də, daha əvvəlki ayələrdə qeyd etdiyimiz kimi, əslində, bütün müsəlmanlara yönəlmiş bir xitabdır. Məlum məsələdir ki, vəhy mələyini öz gözləri ilə görüb ondan vəhyi qəbul edən peyğəmbər heç vaxt belə məsələlərin haqq olmasında şübhə etməz. Çünki vəhy onun üçün yəqin həddindədir.
Bəqərə surəsi, 148-ci ayə
وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا فَاسْتَبِقُوا الْخَيْرَاتِ أَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللَّهُ جَمِيعًا إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .١٤٨
Ayənin tərcüməsi
148\. Hər kəsin (hər ümmətin) Allahın təyin etdiyi bir qibləsi vardır. (Buna görə də qiblə haqqında çox danışmayın. Onun yerinə) yaxşı işlər görməkdə bir-birinizi ötüb keçin. Harada olursunuzsa- olun, Allah sizin hamınızı (Qiyamətdə yaxşı və pis əməllərinizin əvəzini vermək üçün) bir yerə toplayacaqdır. Çünki, O, hər şeyə qadirdir.
Ayənin təfsiri.
Hər ümmətin bir qibləsi vardır.
Bu ayǝ, əslində, qiblənin dəyişdirilməsi məsələsində həddən artıq səs-küy salmış yəhudilərə cavab verərək bildirir: "Hər kəsin (hər ümmətin) Allahın təyin etdiyi bir qibləsi vardır".
Peyğəmbərlər tarix boyu müxtəlif qiblələrə üz tutmuşlar. Qiblənin dəyişdirilməsi heç də təəccüblü bir məsələ deyil. Qiblə üsuli-din və ya təbii işlərdən deyil ki, onda dəyişiklik etmək mümkün olmasın. Buna görə də qiblə haqqında çox danışmayın, onun əvəzinə yaxşı işlər görməyə çalışın: "Yaxşı işlər görməkdə bir-birinizi ötüb keçin”.
Bütün vaxtınızı ikinci dərəcəli məsələlərdən olan qiblənin dəyişdirilməsi mövzusuna sərf etməkdənsə yaxşı və faydalı işlər görməyə, bu işdə bir-birinizi ötməyə çalışın. Çünki sizin varlığınızın meyarı və dəyəri görəcəyiniz yaxşı işlərdir. Bu məzmun eynilə elə bu surənin 177-ci ayəsinin məzmununa bənzəyir. Həmin ayədə deyilir:
“Yaxşı əməl (yalnız namaz vaxtı) üzünü şərqə və (ya) qərbə tərəf çevirməyiniz deyil (və yaxşı əməl ancaq qiblənin dəyişilməsi haqqında danışmağınız və bütün vaxtınızı ona sərf etməyiniz deyil). Yaxşı əməl (sahibi), əslində, Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə inanan, mal-dövlətini çox sevməsinə baxmayaraq, onu qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolda qalan müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılan, zəkat verən, (eləcə də) əhd bağladıqda əhdinə vəfa edən, dar ayaqda, xəstəlikdə və cihad zamanı səbir edənlərdir (mətin olanlardır)..."
Əgər siz yəhudilər İslamı və ya müsəlmanı yoxlamaq istəyirsinizsə, qiblənin dəyişdirilməsi kimi məsələ ilə deyil, bu ayədə qeyd edilmiş işlərə əməl edib-etməməsi ilə yoxlayın.
Ayənin davamında irad tutanlara bir xəbərdarlıq edilir, yaxşı işlər görənlər isə təşviq edilərək deyilir: "Harada olursunuzsa olun, Allah sizin hamınızı (Qiyamətdə yaxşı və pis əməllərinizin əvəzini vermək üçün) bir yerə toplayacaqdır”.
Bütün insanlar öz əməllərinin qarşılığını – mükafat və ya cəzasını almaq üçün Qiyamətin o böyük məhkəməsində toplanacaq. Elə təsəvvür edilməməlidir ki, yaxşı işlər görənlərlə pis işlər görənlərin aqibəti eyni olacaq və heç bir sorğu-sual olmayacaq. Qarşıda hamının öz əməlinə görə sorğu-suala çəkiləcəyi bir günün olmasına tam arxayın olun.
Heç kəsdə Allah-taalanın insanların torpağa qarışmış zərrələrini bir yerə toplayacağına dair şübhə yaranmasın deyə, ayənin sonunda bildirilir: “çünki, O, hər şeyə qadirdir”.
Sanki bu cümlə "Harada olursunuzsa olun, Allah sizin hamınızı (Qiyamətdə yaxşı və pis əməllərinizin əvəzini vermək üçün) bir yerə toplayacaqdır” cümləsinin sübutu kimi təqdim edilmişdir.
İncəliklər:
1\. Həzrət Məhdinin (ə.f) tərəfdarlarının toplanacağı gün Haqqında danışdığımız #### Ayənin təfsiri ilə bağlı məsum imamlardan nəql edilmiş bir çox hədisdə "Harada olursunuzsa-olun, Allah sizin hamınızı bir yerə toplayacaqdır" cümləsi Həzrət Məhdinin (ə) tərəfdarlarının toplanacağı gün kimi şərh edilmişdir. O cümlədən "Rövzeyi-kafi" kitabında İmam Baqirin (ə) bu cümləni oxuduqdan sonra belə buyurduğu nəql edilmişdir:
"Qaim imamın üç yüz on üç nəfərdən ibarət tərəfdarı nəzərdə tutulmuşdur. Allaha and olsun ki, sürətli küləyin əsməsi nəticəsində toplaşıb, sonra da dağılışan payız buludları kimi onların da hamısı bir saatın içində toplaşacaq".
Başqa bir hədisdə İmam Rzadan (ə) belə nəql edilmişdir:
"Allaha and olsun ki, Məhdi zühur etdikdə Allah-taala bizim tərəfdarlarımızı bütün şəhərlərdən onun ətrafına toplayacaq". Təbii ki, bu açıqlamalar ayənin batini mənasından irəli gəlir. Bildiyimiz kimi, hədislərdə də qeyd edilmişdir ki, Quran ayələri bəzən müxtəlif mənalara malik olur. Onlardan biri zahiri məna, qalanları isə batini mənalardır. Batini mənaları Həzrət Peyğəmbər (s), məsum imamlar (ə) və Allahın istədiyi şəxslərdən başqa heç kim başa düşə bilməz. Başqa sözlə desək, bu hədislər ona işarə edir ki, Qiyamətdə insanların torpağa qarışmış zərrələrini müxtəlif yerlərdən toplamağa qadir olan Allah ədalətli hökumət qurub zülmün kökünü kəsmək məqsədilə cəmiyyətdə inqilab yaratmaqdan ötrü Həzrət Məhdinin (ə) tərəfdarlarını bir günün, hətta bir saatın içində bir yerə toplamağa da qadirdir.
2\. "Hər kəsin (hər ümmətin) Allahın təyin etdiyi bir qibləsi vardır" cümləsinin izahı.
Az öncə də qeyd etdiyimiz kimi, bu cümlənin zahiri mənası odur ki, Allah-taala hər ümmət üçün bir qiblə təyin etmişdir. Bəzi təfsirçilər isə bunu daha geniş mənada götürərək yaradılış proqramlarına, başqa sözlə desək, qəzavü-qədər məfhumuna da şamil olduğunu bildirmişlər. (Diqqət edin!)
Bu ayədən əvvəlki və sonrakı nişanələr olmasaydı, yuxarıdakı təfsiri qəbul etmək olardı. Lakin bu nişanələri nəzərə aldıqda qeyd etdiyimiz mənanın daha məqsədəuyğun olduğu qənaətinə gəlirik. Belə olan halda, (Allahın təyin etdiyi) ifadəsi məna baxımından “فَلَنُوَلِّيَنَّكَ قِبْلَةٌتَرْضاها” (indi səni razı olduğun qibləyə tərəf döndərəcəyik) cümləsinə bənzəyəcək. Hətta yuxarıda qeyd edilmiş təfsirin doğru olduğunu qəbul etsək də, hər halda ayədə məcburi qəzavü-qədər məfhumu deyil, iradə azadlığı ilə uyğun gələn qəzavü-qədər məfhumu nəzərdə tutulmuş olar.
Bəqərə surəsi, 149-150-ci ayələr
وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَإِنَّهُ لَلْحَقُّ مِنْ رَبِّكَ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ .١٤٩
وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِي وَلِأُتِمَّ نِعْمَتِي عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَ .١٥٠
Ayələrin tərcüməsi
149\. Haradan (hansı şəhərdən, hansı nöqtədən) çıxsan, (namaz vaxtı) üzünü Məscidül-hərama tərəf çevir. Bu, Rəbbin tərəfindən bir haqq fərmandır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir.
150\. Haradan (hansı səmtdən) çıxsan, (namaz vaxtı) üzünü Məscidül-hərama tərəf çevir. Harada olsanız, üzünüzü ona tərəf çevirin ki, (inaddan əl çəkməyən) zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın. (Çünki keçmiş səmavi kitablarda verilən peyğəmbərin nişanələrindən biri onun iki qibləyə namaz qılmasıdır.) Onlardan qorxmayın, (yalnız) Məndən qorxun. (Qibləni dəyişməyimin səbəbi bu idi ki,) sizə olan nemətimi tamamlayım, bəlkə, siz doğru yola yönələsiniz.
Ayələrin təfsiri.
Yalnız Allahdan qorxun!
Her Bu ayələrdə də qiblənin dəyişdirilməsi mövzusu davam etdirilir. İlk ayədə Həzrət Peyğəmbərə (s) xitab edilərək təkidlə deyilir: “Haradan (hansı şəhərdən, hansı nöqtədən) çıxsan, (namaz vaxtı) üzünü Məscidül-hərama tərəf çevir. Bu, Rəbbin tərəfindən bir haqq fərmandır”.
Ayənin sonunda isə dedi-qodu yaradanlara bir təhdid, möminlərə isə xəbərdarlıq olaraq deyilir: "Allah gördüyünüz işlərdən xəbərsiz deyildir”.
Növbəti ayədə də davam edən bu ardıcıl təkidlər ondan xəbər verir ki, təzə müsəlman olmuş bəzi insanlar qiblənin dəyişdirilməsi və əvvəlki hökmün nəsx edilməsi ilə barışa bilmirlərmiş. Digər tərəfdən isə bu, düşmənlərin əlində bir bəhanəyə çevrilmişdi. Burada (eləcə də dəyişikliklər edilən hər bir yerdə) söz-söhbətin qarşısını yalnız qətiyyətli çıxışlar və ardıcıl təkidlər ala bilərdi. Bu vəziyyətdə cəmiyyətin rəhbəri dəyişməz və qətiyyətli sözləri ilə öz mövqeyini nümayiş etdirərsə, dostları daha qətiyyətli, düşmənləri isə birdəfəlik məyus edər. Bu məsələ Quranda bir çox ayələrdə gözə dəyir. Üstəlik, bu təkrarlar sadəcə təkrardan ibarət olmamışdır. Onların arasında yeni göstərişlər də verilmişdir. Məsələn, əvəlki ayədə müsəlmanların öz olduqları şəhərdə qiblə ilə bağlı vəzifələri müəyyən edilmişdisə, bu ayədə və eləcə də bundan sonrakı ayədə səfərdə olarkən də qiblə ilə bağlı vəzifələri göstərilmişdir.
Növbəti ayədə namaz qılan şəxsin harada olmasından asılı olmayaraq üzünü Məscidül-hǝrama tərəf tutmalı olduğu bildirilmişdir: "Haradan (hansı səmtdən) çıxsan, (namaz vaxtı) üzünü Məscidül-harama tərəf çevir”.
Burada xitab təkcə Həzrət Peyğəmbərə (s) yönəlsə də, əslində, bütün namaz qılanlar nəzərdə tutulmuşdur. Sonrakı cümlədə bu məsələyə bir daha təkid edilərək deyilir: "Harada olsanız, üzünüzü ona tərəf çevirin”.
Bu ayənin davamında üç mühüm məsələyə toxunulur:
1) Müxaliflərin dilinin qısa olması.
\- Ayədə belə deyilir: “(İnaddan əl çəkməyən) zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın".
Qiblə dəyişdirilməsəydi, bir tərəfdən yəhudilərin dili uzun olacaq və deyəcəkdilər ki, biz öz kitabımızda sonuncu peyğəmbərin nişanələrindən biri kimi iki qibləyə namaz qılacağını oxumuşuq. Muhəmməddə (s) isə belə bir nişanə yoxdur. Digər tərəfdən isə müşriklər iddia edirdilər ki, əgər Muhəmməd (s) İbrahimin (ə) dinini dirçəltməkdən ötrü göndərilibsə, bəs nə üçün əsası İbrahim (ə) tərəfindən qoyulmuş Kəbə evini unutmuşdur? Müvəqqəti qiblənin daimi qiblə ilə dəyişdirilməsi hökmü hər iki dəstənin dilini qısa etdi. Lakin onlar hər yerdə bəhanə axtaran və heç bir məntiqə tabe olmayan zalım insanlar olduqlarından bu məsələdə də müəyyən istisna nəzərdə tutularaq deyilmişdir: “(İnaddan əl çəkməyən) zalımlardan başqa". Onlar heç bir məntiqi qəbul etmirlər. Əgər müsəlmanlar üzü Beytül-müqəddəsə tərəf namaz qılsaydılar, deyəcəkdilər ki, o, yəhudilərin qibləsidir və siz başqasının qibləsinə tərəf namaz qılırsınız. Əgər qibləni dəyişib üzü Kəbəyə tərəf dayansalar, onda da deyəcəklər ki, sizdə sabitlik yoxdur. Deməli, dininizin digər məsələlərində də bu cür dəyişiklik olunacaq.
Sözügedən ayədə bəhanə axtarışında olan bu dəstə haqlı olaraq zalım adlandırılmışdır. Çünki onlar həm özlərinə, həm də hidayəǝt olunmalarının qarşısını aldıqları insanlara zülm edirlər.
2) Bu inadkar dəstənin zalım adlandırılması bəzi müsəlmanlarda qorxu hissi yaratmasın deyə, ayənin davamında belə deyilmişdir: "Onlardan qorxmayın, (yalnız) Məndən qorxun".
Ümumiyyətlə, tövhid prinsipinin əsaslarından biri də odur ki, Allahdan başqa heç kimdən və heç nədən qorxmaq lazım deyil. Hər bir müsəlmanın şüarı yalnız Allahdan, daha dəqiq desək, Allahın əmrinə qarşı çıxmaqdan qorxmaq olmalıdır. Əgər bu xüsusiyyət müsəlmanda olarsa, o, heç vaxt məğlub olmaz. Özünü müsəlman kimi göstərib gah şərqdən, gah da qərbdən, gah daxili, gah da xarici düşməndən, bir sözlə, Allahdan başqa hər şeydən qorxan insanlar isə həmişə məğlubiyyətə uğrayıb alçalacaqlar.
3) Qiblənin dəyişdirilməsinin son səbəbi kimi Allahın Öz nemətlərini müsəlmanlara tamamlaması göstərilmişdir: "Sizə olan nemətimi tamamlayım, bəlkə, siz doğru yola yönələsiniz”.
Deməli, qiblənin dəyişdirilməsi də İslam qayda-qanunları ilə yaxından tanış olub təəssübkeşlikdən uzaq olsunlar deyə, müsəlmanlar üçün təkamül, bir nemət olmuşdur. Çünki daha öncə də qeyd etdiyimiz kimi, Allah-taala müsəlmanlara ilk olaraq üzü Beytül-müqəddəsə tərəf namaz qılmağı əmr etmişdi ki, müşriklərin bütxanaya çevirərək səcdə etdiyi Kəbəyə üz tutmasınlar və bununla da müşriklərdən ayrılmış olsunlar. Lakin Mədinəyə hicrətdən və ilk müsəlman dövlətinin əsasının qoyulmasından sonra Allah-taala üzü Kəbəyə tərəf dayanmaq göstərişi verir. Beləliklə, ən qədim tövhid mərkəzi olmuş Kəbə müsəlmanların qibləsinə çevrilir. Bununla da müsəlman cəmiyyəti yeni bir təkamül mərhələsini arxada qoyur.
Bəqərə surəsi, 151-152-ci ayələr
كَمَا أَرْسَلْنَا فِيكُمْ رَسُولًا مِنْكُمْ يَتْلُو عَلَيْكُمْ آيَاتِنَا وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُعَلِّمُكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ .١٥١
فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونِ .١٥٢
Ayələrin tərcüməsi
151\. Həmçinin (qibləni dəyişməklə nemətimi tamamladığım kimi) sizə ayələrimizi oxumaq, sizi təmizləmək, kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.
152\. Elə isə, Məni xatırlayın ki, Mən də sizi yad edim. Mənə şükür edin və (nemətlərimə) nankorluq etməyin.
Ayələrin təfsiri.
Həzrət Peyğəmbərin (s) vəzifəsi.
Bundan əvvəlki ayənin son cümləsində Allah-taala qiblənin dəyişdirilməsinin əsas amillərindən birinin Öz nemətini müsəlmanlara kamilləşdirmək və onları hidayət etmək olduğunu bildirmişdi. İndi haqqında danışacağımız ayənin "həmçinin" bağlayıcısı ilə başlaması ondan xəbər verir ki, Allahın Öz nemətlərini sizin üçün kamilləşdirməsi təkcə qiblənin dəyişdirilməsi ilə bitmir. O, eyni zamanda sizə digər nemətlər də bəxş etmişdir. Bu ayədə ilk olaraq belə deyilir:
“Həmçinin sizə öz içərinizdən bir peyğəmbər göndərdik”.
Bu cümlənin ərəbcə mətnindəki (öz içərinizdən) ifadəsi buna işarə ola bilər ki, göndərilmiş peyğəmbər də bəşər övladıdır və yalnız bəşər övladı insanlara rəhbərlik edib onlara örnək ola, onları dərdi-sərdən, çətinliklərdən qurtara bilər. Bunun özü də böyük bir nemətdir. Bu ehtimal da ola bilər ki, göndərilmiş peyğəmbər sizin öz aranızdan, öz qəbilənizdəndir. Cahiliyyət dövr ərəblərində qəbilə təəssübkeşliyi həddən artıq güclü olduğu üçün onlar digər millətdən olan peyğəmbəri qəbul etməyə bilərdilər. Necə ki “Şuǝra” surəsinin 198-199-cu ayələrində bu məsələyə toxunulmuşdur:
"Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik və o, bunu onlara (ərəblərə) oxusaydı, ona iman gətirməzdilər". Peyğəmbərin (s) ərəblərin öz arasından çıxması da onlar üçün böyük bir nemət hesab edilirdi. Təbii ki, bu, işin başlanğıcı üçün belə olmuşdur. Axırda isə qəbilə, ölkə və digər təəssübkeşliklər proqramdan çıxarılmış, İslam bütün dünyanı vahid vətən, bütün insanlığı isə vahid irq olaraq təqdim etmişdir.
Bu nemətin ardınca ayədə Həzrət Peyğəmbərin (s) bərəkətinə müsəlmanlara nəsib olmuş daha dörd nemətə işarə edilmişdir. Bunlar aşağıdakılardır:
“Sizə ayələrimizi oxumaq”.
Bu cümlənin ərəbcə variantında işlədilmiş (yətlu) feili (tilavət) kökündən olub, "bir-birinin ardınca gətirmək” mənasını bildirir. Buna görə də nəyisə ardıcıl oxuduqda ona tilavət deyilir. Həzrət Peyğəmbər (s) də Allahın ayələrini insanlara düzgün və ardıcıl şəkildə oxuyurdu ki, qəlbləri onu qəbul etməyə hazır olsun. Bu baxımdan o Həzrətin (s) ayələri tilavət etməsi növbəti cümlələrdə deyilən təmizləmə və təlim işləri üçün hazırlıq xarakteri daşımışdır.
2) Sizi təmizləmək.
Bu ifadənin ərəbcə variantında işlədilmiş (yuzəkkikum) feili (təzkiyyə) məsdərindən olub, Rağib İsfahaninin “Mufrǝdatul- Quran" əsərində dediyi kimi, "yetişdirmək, inkişaf etdirmək” mənasını bildirir. Yəni Həzrət Peyğəmbər (s) Allah-taalanın ayələrinin köməyi ilə insanların maddi-mənəvi dəyərlərini artırır, ruhlarını inkişaf etdirir, fəzilət potensiallarını üzə çıxardır, cəmiyyəti cahiliyyət dövründən qalmış bəyənilməz xüsusiyyətlərdən təmizləyirdi.
3) Sizə kitabı və hikməti öyrətmək.
Təlim təbii olaraq tərbiyədən əvvəl gəlir. Lakin daha öncə də qeyd etdiyimiz kimi, Quran əsas məqsədin tərbiyə olduğunu çatdırmaqdan ötrü adətən onu daha əvvəl vermişdir.
Kitab ilə hikmətin fərqinə gəldikdə isə qeyd etməliyik ki, vəhy dedikdə Quranın möcüzə yolu ilə Həzrət Peyğəmbərə (s) nazil olmuş ayələri, Allahın kəlamı nəzərdə tutulur, hikmət isə o Həzrətin (s) sünnə adlandırdığımız öz sözləri olmuşdur. Belə ehtimal da oluna bilər ki, kitab dedikdə göstərişlərin özü, hikmət dedikdə isə onların sirləri, fəlsəfəsi və nəticəsi başa düşülür. Bəzi təfsirçilərin fikrincə, hikmət kitabın təlimlərindən hasil olan və insana hər bir işi öz yerində yerinə yetirməyi öyrədən halətə deyilir."
"Əl-Mənar" təfsirinin müəllifi hikmət dedikdə sünnənin nəzərdə tutulduğu fikrini yanlış hesab edərək öz iddiasını "İsra” surəsinin 39- cu ayəsi ilə əsaslandırır:
"Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir".
Lakin bizim fikrimizcə, bu iddianın cavabı aydındır. Belə ki hikmət daha geniş bir məfhum olub, Quran ayələrinə və bu yolla Həzrət Peyğəmbərə (s) nazil olmuş sirlərə də şamil ola bilər. Lakin (sözügedən ayədə olduğu kimi) "hikmət” sözü “kitab” sözü ilə birlikdə işlədildikdə, sözsüz ki, onda Qurandan başqa məna nəzərdə tutulur. Bu isə sünnədən başqa bir şey ola bilməz.
4) Sizə bilmədiklərinizi öyrətmək.
Bu məna kitabı və hikməti öyrətməyin tərkibində olsa da, Allah- taala onu ayrıca verməklə insanlara başa salır ki, əgər peyğəmbərlər olmasaydılar, bir çox elmlər sizə əbədi olaraq naməlum qalardı. Onlar təkcə mənəvi və ictimai rəhbərlər deyil, eyni zamanda elmi rəhbərlər də olmuşlar. Onlar olmadan insanlar elmdən faydalana bilməzdilər.
Bu ayədəki müxtəlif nemətlər sadalandıqdan sonra növbəti ayədə bu nemətlərə görə şükür və onlardan düzgün istifadə etməyin lazımlığı bildirilmişdir: “Elə isə, Məni xatırlayın ki, Mən də sizi yad edim. Mənə şükür edin və (nemətlərimə) nankorluq etməyin".
Elə təsəvvür edilməməlidir ki, "Məni xatırlayın ki, Mən də sizi yad edim" cümləsi insanlar arasında olan qarşılıqlı xətir-hörmət kimi nəzərdə tutulmuşdur. Burada bir genetik məsələyə toxunulmuşdur. Yəni həmişə bütün yaxşılıqların mənbəyi olan varlığı - Onu xatırlamaqla öz ruhunuzu təmizləyin, Onun rəhmətini qəbul etməyə hazır olun. Bu müqəddəs Varlığı xatırlamağınız sizi bütün işlərinizdə səmimi, ixlaslı, daha da güclü edəcək.
Nemətlərin şükrünü yerinə yetirmək də təkcə dildə şükür etməkdən ibarət deyil. Hər bir nemət nəzərdə tutulduğu məqsəd üçün istifadə edilməlidir ki, Allah-taala Öz nemətlərini daha da artırsın.
İncəliklər:
1\. "Məni xatırlayın ki, Mən də yad edim" cümləsi barədə təfsirçilərin fikri.
Bu cümlədə hansı mənanın nəzərdə tutulduğu, Allahın yad etməsində məqsədin nə olduğu və ümumiyyətlə, Allahın insanı necə yad etməsi barədə təfsirçilər müxtəlif fikirlər bildirmişlər. Fəxr Razi öz təfsirində on müxtəlif fikir qeyd etmişdir:
1-İtaət etməklə Məni xatırlayın ki, Mən də sizə Öz rəhmətimi nazil edim. "Ali-İmran" surəsinin 132-ci ayəsi də bu fikri təsdiqləyir:
"Allaha və peyğəmbərə itaət edin ki, bağışlanmış olasınız!"
2-Dua etməklə Məni xatırlayın ki, Mən də dualarınızı qəbul edim. "Ğafir" surəsinin 60-cı ayəsi də bu fikri təsdiqləyir:
"Məni çağırın, sizi (duanızı) qəbul edim”.
3-Həmd-səna və şükür etməklə Məni xatırlayın ki, Mən də Öz nemətlərimi sizə artırım.
4-Dünyada Məni xatırlayın ki, Mən də axirətdə sizi xatırlayım.
5-Gizli yerlərdə Məni xatırlayın ki, Mən də toplu yerlərdə sizi xatırlayım.
6-Nemətlərin bol olduğu zaman Məni xatırlayın ki, Mən də çətinliklər zamanı sizi xatırlayım.
7-İbadət etməklə Məni xatırlayın ki, Mən də Öz köməyimlə sizi xatırlayım. "Fatihə" surəsinin 5-ci ayəsi də bu fikri təsdiqləyir:
"(İlahi!) Yalnız Sənə ibadət edirik və yalnız Səndən imdad diləyirik!"
8-Yolumda cihad etməklə (çalışmaqla) Məni xatırlayın ki, Mən də sizi Öz yoluma yönəltməklə xatırlayım. "Ənkəbut” surəsinin 69-cu ayəsi də bu fikri təsdiqləyir:
"Yolumuzda (ixlasla) cihad edənləri, mütləq, Öz yolumuza yönəldəcəyik".
9-Məni səmimiyyətlə xatırlayın ki, Mən də sizi səmimiyyətlə yad edim.
10-Məni tanrınız olaraq xatırlayın ki, Mən də sizi Öz mərhəmətimlə xatırlayım. "Fatihə” surəsi bütünlüklə bu fikri təsdiqləyir.
Bu mənaların hər biri haqqında danışdığımız ayənin geniş mənasının bir çalarıdır. Yəni ayədə bu mənaların hamısı əks olunmuş, hətta sözügedən ayə bunlardan başqa mənaları da ehtiva etmişdir. Məsələn, bu mənanı əlavə edə bilərik: "Şükür etməklə Məni xatırlayın ki, Mən də nemətlərimi artırmaqla sizi xatırlayım". Necə ki "İbrahim”surəsinin 7-ci ayəsində belə deyilmişdir:
"Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram".
Təbii ki, Allahı istənilən halda xatırlamaq insanda müəyyən bir təsirə malikdir. Həmin təsirin nəticəsində insanın ruhu yeni rəhmətin nazil olmasına layiq görülür.
2\. Allahı xatırlamağın mənası.
Məlum məsələdir ki, Allahı xatırlamaq təkcə Onun adını dilə gətirmək deyil. İnsan bütün varlığı ilə Allahı xatırlamalı, hər an Onun fikrində olmalıdır. Məhz bu amil onu günahdan qoruyub itaətə söv edə bilər. Təsadüfi deyil ki, Həzrət Peyğəmbər (s) və məsum imamlardan nəql edilmiş çoxsaylı hədislərdə Allahı xatırlamaq dedikdə praktiki xatırlama nəzərdə tutulduğu bildirilmişdir. Həzrət Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdə deyilir:
"Bu ümmət üç şeyin öhdəsindən layiqincə gələ bilməz: din qardaşı ilə mal bölgüsündə bərabərlik, həm özünə, həm də başqalarına qarşı ədalətli mühakimə ilə insanların haqqını ödəmək və Allahı istənilən halda xatırlamaq. Allahı xatırlamaq "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər" demək deyil. (Allahı xatırlamaq odur ki,) insan haram (günah) bir işlə qarşılaşdıqda Allahdan qorxub həmin işdən çəkinsin”.
İstənilən halda o əzəmətdə Allah-taalanın bəndələri xatırlamasını Öz xatırlanması ilə birlikdə qeyd etməsi necə də gözəldir! Bəndələr öz məhdud və kiçik aləmində Onu xatırlayır, Allah isə Öz sonsuz və böyük aləmində bəndələri mərhəməti ilə xatırlayır.
Bəqərə surəsi, 153-154-cü ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ .١٥٣
وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاءٌ وَلَكِنْ لَا تَشْعُرُونَ .١٥٤
Ayələrin tərcüməsi
153\. Ey iman gətirənlər! Səbir və namazdan kömək alın. (Çünki) Allah səbir edənlərlədir.
154\. Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridirlər, lakin siz dərk etmirsiniz.
Ayələrin nazilolma səbəbi.
Bəzi təfsirçilər İbn Abbasa istinadən ikinci ayənin Bədr döyüşündə şəhid olmuş müsəlmanların barəsində nazil olduğunu nəql etmişlər. Onlar altısı mühacirlərdən, səkkizi isə Peyğəmbərin (s) Mədinədəki silahdaşlarından - ǝnsardan olmaqla ümumilikdə on dörd nəfər olmuşlar. Döyüş başa çatdıqdan sonra bəzi müsəlmanlar: "Filankəs öldü" dedikdə bu ayə nazil olaraq onlara "ölü" sözünü deməməyi qadağan etməklə şəhidlərin ölmədiyini bildirmişdi.'
Ayələrin təfsiri.
Şəhidlər ölməz.
Bundan əvvəlki ayələrdə təlim-tərbiyə (mənəvi təmizlik), zikr və şükürdən söhbət getdiyi üçün, həmçinin bu işlər geniş məfhum kəsb edərək dini göstərişlərin əksəriyyətinə şamil olduğundan indi isə sözügedən ilk ayədə səbirdən danışılır. Səbir olmadan bu göstərişlərin heç biri gerçəkləşə bilməz. Əvvəlcə belə deyilir: "Ey iman gətirənlər! Səbir və namazdan kömək alın”.
Məhz bu iki vasitənin köməyi ilə çətinliklərə sinə gərmək mümkündür. Əgər insan bu iki vasitədən istifadə edərsə, sözsüz ki, qalib gələcək. Çünki Allah səbir edənlərlə birlikdədir: “(Çünki) Allah səbir edənlərlədir”.
Bəzilərinin düşündüyünün əksinə olaraq səbirli olmaq heç də zillətə boyun əymək, məğlubiyyətlə barışmaq demək deyil. Səbir çətinliklər qarşısında dözümlü olmaq, onlara sinə gərmək deməkdir. Əxlaq alimləri səbrin üç növünün olduğunu qeyd etmişlər:
1) İtaətdə səbirli olmaq (yəni Allaha itaət yolunda qarşıya çıxan çətinliklərə dözmək)
2) Günah qarşısında səbirli olmaq (yəni günah və nəfsani istəklərə qarşı səbirli olmaq, günaha getməmək)
3) Müsibətlər qarşısında səbirli olmaq (yəni arzuolunmaz hadisələr zamanı mətin olmaq, dözümsüzlük göstərməmək, özündən çıxmamaq)
Quranda səbir qədər təkrar və çox təkid edilmiş çox az mövzuya rast gəlmək olar. Səbir mövzusuna Quranda təxminən yetmiş dəfə toxunulmuşdur ki, bunun ondan artığı şəxsən Həzrət Peyğəmbərə (s) aiddir.
Tarixin böyük şəxsiyyətləri şahiddir ki, onların müvəffəqiyyət sirlərindən biri, bəlkə də, uğur qazanmalarının ən böyük amili məhz səbirli davranmaları olmuşdur. Bu xislətə sahib olmayan insanlar çətinliklər qarşısında tez ruhdan düşürlər. Bu amilin fərdlərin və cəmiyyətin inkişafındakı rolunda nə imkanata ehtiyac var, nə də istedad və bacarığa. Təsadüfi deyil ki, Quranda bu məsələnin üzərində ən təkidli ifadələrlə dayanılmışdır. Məsələn, ayələrdən birində belə deyilmişdir:
"Səbir edənlər mükafatlarını hesabsız alacaqlar".
Başqa bir ayədə çətinliklər və müsibətlər qarşısında səbir etməklə əlaqədar olaraq belə deyilmişdir:
"Başına gələn müsibətlər qarşısında dözümlü ol ki, bu, mühüm işlərdəndir”.
Səbir elə önəmli bir xislətdir ki, o, olmadan digər xislətlərin heç bir dəyəri olmaz. İmam Əli (ə) “Nəhcül-bəlağə” əsərinin "Hikmətli kəlamlar" bölməsində belə buyurmuşdur:
"Səbirli olun! Səbrin imanda olan mövqeyi başın bədəndə olan mövqeyi kimidir. Başsız bədənin faydası olmadığı kimi, səbirsiz imanın da faydası yoxdur".
Bir çox hədislərdə günah etmək üçün hər bir şərait mövcud olduğu halda, insanın səbir edərək günaha göz yumması ən üstün səbir kimi təqdim edilmişdir.
Haqqında danışdığımız ayədə İslamın ilk illərində müsəlman olmuş şəxslərə amansız düşmənin təzyiqlərinə qarşı səbirli olmaq göstərişi verilmiş, buna əməl edəcəkləri təqdirdə bunun Allaha imanın sayəsində azadlığa çıxacaqları ilə nəticələnəcəyi bildirilmişdir. Tarix şahiddir ki, bütün qələbələrin rəmzi məhz bu amil olmuşdur.
Sözügedən ayədə səbirlə birlikdə önəmli bir dayaq kimi təqdim edilən digər göstəriş namazdır. Təsadüfi deyil ki, bəzi hədislərdə Əmirəl- möminin Əli ibn Əbutalibin (ə) hər hansı çətinliklə qarşılaşdıqda namaz qılması nəql edilmişdir. Məsələn, hədislərdən birində belə deyilmişdir:
"Əli (ə) hər hansı bir çətinliklə qarşılaşdıqda namaza üz tutardı. Namazı qılıb qurtardıqdan sonra çətinliyi aradan qaldırmağa gedərək "Səbir və namazdan kömək alın" ayəsini oxuyardı". Buna qətiyyən təəccüblənmək lazım deyil. Çünki insan həll etmək iqtidarında olmadığı bir çətinliklə qarşılaşdıqda arxalana biləcəyi tükənməz bir qüdrətə ehtiyac duyur. O, belə bir qüdrətə məhz namazın sayəsində yol tapa bilir. Həmin qüdrətə arxalanmaqla çətinliklərə sinə gərib onları geridə qoymağı bacarır. Deməli, sözügedən ayədə, əslində, iki önəmli məsələ vurğulanmışdır. Biri Allaha arxalanmaq, digəri isə insanın özünəinamıdır. Birincisi namazın, ikincisi isə səbirin timsalında özünü büruzə verir.
Səbir və namazdan kömək diləməyin ardınca növbəti ayədə səbirlə bilavasitə bağlılıqları olan şəhidlərin əbədi həyatına toxunulur. İlk olaraq belə deyilir: "Allah yolunda öldürülənlərə ölü deməyin".
Sonra isə bu fikir bir qədər də təkidlə qeyd edilərək onların diri olduğu, sadəcə insanların bunu anlamadığı bildirilir: "Əksinə, onlar diridirlər, lakin siz dərk etmirsiniz”.
İstənilən hərəkatda bir qrup insan özünü kənara çəkərək nəinki bir iş görmür, hətta iş görənləri də həvəsdən salmağa çalışır. Xoşagəlməz bir hadisə baş verən kimi təəssüf hissi keçirir, bunu hərəkatın nəticəsiz qalmasına səbəb göstərirlər. Lakin xəbərləri yoxdur ki, qurban vermədən heç bir müqəddəs məqsədə çatmaq mümkün deyil. Bu, dünyanın dəyişməz qanunlarındandır. Quran bu cür insanlar haqqında dəfələrlə söz açmış, hər dəfə də onları qınamışdır.
İslamın ilk illərində də bir qrup belə insan var idi. Müsəlmanlardan kimsə və ya kimlərsə döyüş meydanında şəhidlik zirvəsinə ucalırdısa, "filankəs öldü" deyib təəssüf hissi keçirməklə başqalarını da narahat edirdilər. Allah-taala onların bu cür qərəzli sözlərinə cavab olaraq bir həqiqətin üzərindən pərdə götürərək buyurur ki, Allah yolunda öldürülənlərə ölü deməyə sizin haqqınız yoxdur. Onlar diridirlər, özü də əbədi dirilərdir. Allah yanında mənəvi ruzilərdən faydalanırlar. Bir- biri ilə danışır, öz aqibətlərindən son dərəcədə məmnundurlar. Maddi aləmin məhdud dörd divarı arasında qalmış sizlər isə, əslində, zindanda- sınız, lakin özünüzün bundan xəbəriniz yoxdur.
İncəliklər:
1\. Şəhidlərin əbədi həyatı.
Şəhidlərin əbədi həyatının hansı formada olması təfsirçilər arasında mübahisəli məsələlərdəndir. Sözügedən ayədə şəhidlərin Bərzəx həyatına sahib olması bildirilir və bunda qətiyyən şübhə ola bilməz. Lakin bu, mənəvi bir həyatdır. Çünki onların bədəni artıq çürüyüb torpağa qarışmışdır. İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyildiyi kimi, şəhidlərin Bərzəx həyatı (qeyri-adi bir maddə ilə adi maddənin qarışığından təşkil olmuş) bədənlə davam edir. Bu barədə, inşallah, "Muminun" surəsinin 100-cü ayəsinin təfsirində ətraflı məlumat verəcəyik.
("Onların arxasında diriləcəkləri günə qədər Bərzəx vardır”) Bəzi təfsirçilər bu həyatı yalnız şəhidlərə məxsus qeybi bir həyat kimi izah edərək bildirmişlər ki, bizim bu həyatın necəliyi barədə heç bir məlumatımız yoxdur. Digər bir qrup təfsirçinin fikrincə, burada "həyat" dedikdə "hidayət”, “ölüm” dedikdə isə "azğınlıq" nəzərdə tutulmuşdur. Onların dediyinə görə, ayənin mənası belə olur ki, Allah yolunda öldürülənlərin azğın olduğunu deməyin, onlar hidayət olmuşlar. Üçüncü bir qrup isə belə hesab etmişdir ki, “şəhidlərin sağ olduğu” deyildikdə onların adlarının və şəhidlik məktəblərinin həmişə yaşayacağı nəzərdə tutulmuşdur. Lakin daha əvvəldə dediklərimizi nəzərə alaraq belə hesab edirik ki, bu ehtimalların heç biri doğru deyil. Nə ayədə məcazi mənanın nəzərdə tutulduğunu, nə də şəhidlərə məxsus qeybi bir həyat olduğunu deməyə ehtiyac yoxdur. Şəhidlər Bərzəxin ruhani həyatına sahibdirlər. Sadəcə olaraq onlar adi insanlardan fərqli olaraq Allahın mərhəmətinə daha yaxındırlar və Onun dərgahında cürbəcür nemətlərdən faydalanırlar.
2\. Şəhidliklə fəxr edən məktəb.
Quran sözügedən ayədə, habelə digər ayələrdə şəhadət məsələsini ön plana çəkməklə haqq ilə batilin mübarizəsində ortaya təzə və olduqca mühüm bir amil çıxarmışdır. Bu, elə bir amildir ki, təsiri hər növ silahdan daha güclüdür. O, dövrün ən inkişaf etmiş silahını da təsirsiz qoymaq iqtidarındadır.
İslam tarixini vərəqləsək, görərik ki, bu müqəddəs dinin inkişafı naminə bütün varlığından keçməyə hazır olan insanların bu qədər can-fəşanlıq göstərməsinin və əldə edilmiş qələbələrinin arxasında İslamın öz təlimlərində Allah və haqq-ədalət yolunda şəhid olmağın ölüm mənasında deyil, səadət və əbədi həyat mənasında olduğunu insanlara aşılaması dayanır. Bu məktəbdə bu dərsi almış mücahidlər adi döyüşçülərdən tamamilə fərqlənirlər. Adi döyüşçü öz canını qorumağı düşündüyü halda, haqq yolunun mücahidləri öz əqidələrinin yaşaması naminə döyüşə atılır, canlarından keçməyə hazır olur və bununla fəxr edirlər.
3\. Bərzəx həyatı və ruhun əbədiyyəti.
Yeri gəlmişkən, bu ayədən (ölümdən sonra, Qiyamətdən qabaq) insanların Bərzəx həyatı sürəcəyi açıq-aydın başa düşülür. Bu, həm də "Quran ruhun əbədiliyi və Bərzəx həyatına toxunmamışdır” deyənlərə tutarlı bir cavabdır.
Bu mövzu, eləcə də şəhidlərin əbədi həyatı, onlara verilən mükafat və Allah yolunda öldürülənlərin yüksək dərəcəsi haqqında, inşallah, kitabın üçüncü cildində, “Ali-İmran" surəsinin 169-cu ayəsinin təfsirində daha ətraflı məlumat verəcəyik.
Bəqərə surəsi, 155-157-ci ayələr
وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ .١٥٥
الَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ .١٥٦
أُولَئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِنْ رَبِّهِمْ وَرَحْمَةٌ وَأُولَئِكَ هُمُ الْمُهْتَدُونَ .١٥٧
Ayələrin tərcüməsi
155\. Əlbəttə, sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul itkisi ilə imtahan edirik. Səbir edənlərə müjdə ver.
156\. O kəslər ki başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq və Ona tərəf qayıdacağıq" - deyirlər.
157\. Onlara Rəbbi tərəfindən lütflər və mərhəmət var. Doğru yolda olanlar məhz onlardır.
Ayələrin təfsiri.
Dünya ilahi sınaq meydanıdır.
Allah yolunda şəhadət və şəhidlərin əbədi həyatı, habelə hər biri ilahi sınağın bir növü sayılan səbir və şükür məsələlərinin ardından bu ayədə mütləq şəkildə sınaq məsələsinə toxunulur və onun müxtəlif növləri göstərilərək deyilir: "Əlbəttə, sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul itkisi ilə imtahan edirik”.
Belə sınaqlardan yalnız səbir sayəsində başıuca çıxmaq mümkün olduğu üçün ayənin sonunda bildirilir: "Səbir edənlərə müjdə ver".
Yalnız səbir edənlər bu çətin sınaqlardan başıuca, üzüağ çıxırlar. Qələbə müjdəsi də məhz onlara aiddir. Səbir edə bilməyənlər isə bu sınaqlarda üzüqara olub, məğlubiyyətlə üzləşirlər.
Növbəti ayə səbir edənləri tanıtdıraraq bildirir: "O kəslər ki başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq və Ona tərəf qayıdacağıq - deyirlər”.
Hamımızın Allahın tərəfindən olmağımız bizə öyrədir ki, ixtiyarımızdakı nemətlərin əlimizdən çıxmasına görə kədərlənməyək. Çünki nemətlərin hamısı, hətta biz özümüz də Allaha məxsusuq. Bir gün məsləhət bilib onları bizə vermişdi, indi isə məsləhət bilib geri almışdır. Şübhəsiz ki, Allaha tərəf qayıtmalı olduğumuz bizə başa salır ki, bu dünya əbədi deyil. Bu və digər nemətin əldən çıxması, azalıb-çoxalması müvəqqəti xarakter daşıyır. Bütün bunlar təkamül yolunu qət etmək üçün bir vasitədir. Bu iki cəhəti nəzərdə saxlamaq insanda səbir ruhiyyəsinin yaranmasında böyük rola malikdir.
Məlum məsələdir ki “إِنَّالِله وَإِنَّاإِلَيْهِ رَاجِعونَ” (Biz Allahınıq və Ona tərəf qayıdacağıq) cümləsini təkcə dildə demək kifayət deyil. Əsasən onun batinindəki tövhid və iman məfhumuna diqqət yetirmək lazımdır.
Son ayədə səbir edərək çətin sınaqlardan alnıaçıq çıxmış insanların Allah-taalanın lütf və mərhəmətinə nail olacağı bildirilmişdir:
Onlara Rəbbi tərəfindən lütflər və mərhəmət var.
5) Allahın lütf və mərhəməti bu cür çətin və qorxulu yollarda azğınlığa düçar olmamaları üçün onlara güc verir. Buna görə də ayənin sonunda belə deyilir: “Doğru yolda olanlar məhz onlardır".
Beləliklə də, bu üç ayədə böyük sınaqlar, son məqsəd, müxtəlif simalar, müvəffəqiyyətin sirri və onun nəticələri barədə qısa məlumat verilir.
İncəliklər:
1\. Allah nə üçün insanları sınağa çəkir?
İlahi sınaq mövzusu haqqında çox danışmaq olar. Burada qarşıya çıxan ilk sual bundan ibarətdir ki, sınamaq insanların və ya əşyanın məlum olmayan tərəflərini üzə çıxartmaqdan ötrü həyata keçirilirsə, Allah-taalanın elmi hər şeyi əhatə etdiyi, O, bütün varlıqların həm zahiri, həm də batini sirlərindən xəbərdar olduğu, yerin-göyün sirrini bildiyi halda, daha sınamağa nə ehtiyac var? Məgər hər hansı bir şey Ona gizli qalıb ki, sınamaqla aydınlıq gətirir?
Bu sualın cavabında ilk olaraq onu qeyd etmək lazımdır ki, Allah-taalanın barəsində sınaq məfhumu insanların barəsindəki sınaq məfhumundan tamamilə fərqlənir. Bizim sınaqlarımız yuxarıda deyilən məqsədləri güdür. Yəni hər hansı bir şeyin barəsində daha ətraflı məlumat toplamaq və yaxud bilmədiyimizi öyrənməkdən ötrü sınaq keçiririk. Allah-taalanın sınağı isə, əslində, mənəvi təmizlik və yetiş- dirmə məqsədi güdür. Quranda iyirmidən artıq yerdə Allah-taalanın insanları sınağa çəkməsindən danışılmışdır. Bu, Allah-taalanın dəyişməz bir qanunudur ki, məxluqatdakı gizli potensialı üzə çıxarmaqdan ötrü onları sınağa çəkir. Polad daha möhkəm olsun deyə, dəmir kürədə döyəcləndiyi kimi, Allah da insanı çətin hadisələrin burulğanına atır ki, möhkəmlənsin. Allahın sınağı, sanki yerə toxum səpən peşəkar bağbanın işinə bənzəyir. Yerə səpilən toxumlar təbii nemətlərdən faydalanaraq inkişaf edir. Tədricən çətinliklərə güclü küləyə, sərt şaxtaya, qızmar istiyə qarşı mübarizə aparır ki, öz həyatını davam etdirə bilmək üçün gül qönçəsinə, yaxud bəhrəli bir ağaca çevrilsin.
Əsgərlər ağır döyüşlərə hazır olsunlar deyə, onlara təlimlər keçirilir, poliqonlara aparılıb silahdan istifadə qaydaları öyrədilir, keçilməz maneələr, aclıq, susuzluq, isti, soyuq kimi çətinliklərlə qarşılaşdırırlar ki, təcrübə qazansınlar.
Quran insanların sınanması məsələsinə digər ayələrdə də toxunmuş- dur. "Ali-İmran" surəsinin 154-cü ayəsində açıq şəkildə buyurulmuşdur:
“Bunlar Allahın ürəklərinizdə olanları yoxlayıb aşkara çıxartması və qəlblərinizdə olanları təmizləməsi üçündür. Allah ürəklərinizdə olanlardan xəbərdardır".
Əmirəlmöminin Əli ibn Əbutalib (ə) kəlamlarından birində ilahi sınaqları çox gözəl şəkildə açıqlamışdır:
"Allah-taala bəndələri özlərindən daha yaxşı tanısa da, onları sınağa çəkir ki, savab və günahın meyarı olan yaxşı və pis işləri üzə çıxsın".
Bunun mənası o deməkdir ki, insanın daxili xüsusiyyətləri savab və ya günah yazılması üçün kifayət etmir. Savab və ya günah yalnız bu və digər əməl baş verdikdə yazılır. Allah-taala da bəndələri sınağa çəkir ki, batinlərindəkini üzə çıxarsınlar. Potensialı reallığa çevirməklə mükafat və ya cəzaya layiq olsunlar. İlahi sınaqlar olmasaydı, insanların potensialı üzə çıxmazdı. İslam məntiqində ilahi sınağın fəlsəfəsi də məhz budur.
2\. Allahın sınağı hamıya aiddir.
Dünya təkamül sistemi üzərində qurulduğu üçün bütün məxluqat öz təkamül yolunda hərəkət edir. Hətta ağaclar da bar verməklə öz potensialını üzə çıxarır. Onun da təkamülü bar verməkdədir. Bu baxımdan bütün insanlar, hətta peyğəmbərlər də bu ümumi qanundan istisna deyil. İlahi sınaqlar və təbii olaraq onların nəticəsi asan və ya çətin olması baxımından fərqlənsə də, hər halda sınaq hamı üçün sınaqdır. Quran insanların ümumi sınağa çəkilməsinə işarə edərək buyurmuşdur:
"İnsanlar elə güman edirlər ki, təkcə "İman gətirdik!" deyən kimi onlardan əl çəkiləcək və imtahan edilməyəcəklər?"
Quranda peyğəmbərlərin də məruz qaldığı sınaqlara toxunulmuşdur. Məsələn, Həzrət İbrahimin (ə) barəsində belə buyurulmuşdur:
"(Yadınıza salın ki,) Rəbbi İbrahimi müxtəlif vasitələrlə sınağa çəkdiyi zaman...
Başqa bir ayədə deyilmişdir:
"(Süleyman) onu (taxtı) yanında hazır durmuş görən kimi dedi: "Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək, şükür edəcəyəm, yoxsa nankor olacağam”.
3\. Sınaq vasitələri.
Haqqında danışdığımız ayədə insanların sınağa çəkildiyi müxtəlif vasitələr qorxu, aclıq, maddi zərərlər, ölüm və s. olaraq qeyd edilmişdir. Təbii ki, Allahın sınaqları təkcə bunlarla bitmir. Quranda bir sıra işlər, o cümlədən övladlar, peyğəmbərlər, Allahın göstərişləri də sınaq vasitələri kimi təqdim edilmişdir. Hətta bəzi yuxular da sınaq sayıla bilər. Həmçinin yaxşılıqlar və pisliklərin də sınaq vasitəsi olduğu bildirilmişdir:
"Biz sizi pisliklər və yaxşılıqlarla sınağa çəkirik”.
Məlum olduğu üzrə, insanlar Allah-taalanın sınaqları qarşısında iki dəstəyə bölünürlər. Bir dəstə bu sınaqların öhdəsindən gələ bildiyi halda, digər dəstə onlardan başıuca çıxmağı bacarmır. Məsələn, hər hansı bir məqamda qorxu yarandıqda bəziləri heç bir zərər görməsin deyə, tez özünü kənara çəkir, döyüşdən qaçır, yaxud düşmənlə saziş imzalamaq qərarına gəlir və ya "Bizə bir fəlakət üz verməsindən qorxuruq" deməklə məsuliyyətdən yayınmağa çalışırlar. Həqiqi iman sahibi olanlar isə qorxu ilə qarşılaşdıqda imanları daha da artır, özlərini daha hazır vəziyyətə gətirirlər. Necə ki Quran bu barədə belə buyurmuşdur:
"Bunlar o adamlardır ki, insanlar onlara: "Camaat sizə qarşı toplanmışdır, onlardan qorxun!" - dedikdə (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər və O, ən yaxşı himayəçidir!” – deyə cavab verdilər".
Sınağın sözügedən ayədəki aclıq, maddi və fiziki zərərlər kimi növlərinə gəldikdə isə insanlar bu məsələlərdə də bərabər deyillər. Bəzi ayələrdə bu cür sınaqlardan nümunələrə toxunulmuşdur. Münasib yerlərdə ətraflı məlumat verəcəyik.
4\. Sınaqlardan başıuca çıxmağın sirri.
Burada daha bir sual meydana çıxır. O da budur ki, bütün insanlar Allah tərəfindən sınağa çəkilmək məcburiyyətindədirsə, bəs onda bu sınaqlardan başıuca çıxmağın yolu nədir? Bu suala sözügedən ayənin son hissəsində, eləcə də digər ayələrdə cavab verilmişdir. Bu cavabı bir neçə hissədə təqdim edirik:
1-Sınaqlardan başıuca çıxmağın ilk sirri "Səbir edənlərə müjdə ver" cümləsində gizlənmişdir. Bu cümlə açıq şəkildə bildirir ki, bu yolda qələbənin açarı səbirdədir. Buna görə də yalnız səbir edənlərə qələbə müjdəsi verilmişdir.
2-Bu dünyada baş verənlərin ötəri, çətinliklərin müvəqqəti, ümumiyyətlə, bu dünyanın özünün bir keçid mərhələsi olduğunu anlamaq çətinliklər qarşısında qələbənin ikinci sirridir. Bunu “Biz Allahınıq və Ona tərəf qayıdacağıq" cümləsindən başa düşürük.
Tövhidin ən gözəl dərsi bu cümlədə xülasə edilmişdir. İnsan həmişə və hər bir işdə yalnız Allaha təvəkkül etməyin zəruriliyini, son dönüş nöqtəsinin Ona doğru olacağını başa düşməlidir. İslam öndərlərinin çətinliklərlə qarşılaşdıqda Qurandan ilhamlanaraq bu cümləni təkrar etmələrinin səbəbi o olmuşdur ki, qarşılaşdığı müsibət onları öz təsiri altına almasın, onlara güc gəlməsin. Onlar Allah- taalanın hər şeyin həqiqi sahibi olduğuna və gec-tez bütün məxluqatın Ona doğru qayıdacağına tam bir imanla bu müsibətləri qəbul etmiş, çətinlikləri arxada qoymuşlar. Əmirəlmöminin Əli ibn Əbutalib (ə) bu cümlənin izahında belə buyurmuşdur:
"Biz Allahınıq" deməyimiz Allahın mülkiyyəti olmağımızı, “Ona tərəf qayıdacağıq" deməyimiz isə bu dünyadan gedəcəyimizi etiraf etməkdir".
3-İman qüvvəsindən və Allahın lütfündən yardım diləmək də sınaqlardan üzüağ çıxmağın digər bir yoludur. Elə insanlar var ki, çətinliklərlə qarşılaşdıqda özünü itirir, özünü çıxılmaz vəziyyətə salırlar. Allaha səmimi-qəlbdən imanı olanlar isə belə hallarda qətiyyən narahat olmur, tam arxayınlıqla öz yollarına davam edirlər. Allah-taala da düzgün çıxış yolu tapmaqda onlara daha çox bəsirət verir. Necə ki Quranda deyilmişdir:
"Yolumuzda (ixlasla) cihad edənləri, mütləq, Öz yolumuza yönəldəcəyik".
4-Daha əvvəl yaşamış xalqların tarixini, onların sınaqlar qarşısında tutduğu mövqeyi araşdırmaq da belə sınaqlardan alnıaçıq çıxmaqda böyük təsirə malikdir. Ümumiyyətlə, insan qarşılaşdığı hər hansı bir işdə özünü tənha hiss edərsə, bu, onun dözüm gücünü zəiflədəcək. Lakin tarix boyu başqalarının da həmin çətinliklərlə qarşılaşdığını nəzərə aldıqda bu çətinliklərə sinə gərmək üçün insanın iradəsi daha da möhkəmlənir. Buna görə də Allah-taala Həzrət Peyğəmbərə (s) və möminlərə təskinlik vermək məqsədilə dəfələrlə keçmiş xalqların tarixinə və başlarına gəlmiş müsibətlərə işarə etmişdir. Məsələn, bir çox ayədə belə buyurmuşdur:
"(Ya Peyğəmbər! Narahat olma,) səndən əvvəlki peyğəmbərləri də məsxərəyə qoymuşdular".
Başqa bir ayədə isə belə buyurmuşdur:
"Səndən əvvəl də peyğəmbərləri yalançı hesab etmişdilər. Lakin Bizim köməyimiz yetişənə qədər onlar yalançı hesab edilmələrinə dözdülər, səbir etdilər, əziyyətlər çəkdilər. (Sən də belə ol! Bu, Allahın dəyişməz qanunlarından biridir.)”
5-Hadisələrin hamısının Allahın gözü qarşısında baş verdiyinə, Onun bütün olub-keçənlərdən xəbərdar olduğuna əmin olmaq da bu yolda qələbənin digər amillərindəndir. Çətin bir yarışda iştirak edən şəxs dostlarının kənardan onu izlədiyini nəzərə aldıqda bütün çətinliklər onun üçün asan olur, qələbəyə daha çox can atır. Bir neçə tamaşaçı insana bu qədər təsir edirsə, görün, Allahın çətinliklərə qarşı aparılan mübarizəni izləməsi insanı necə ruhlandırar! Həzrət Nuh (ə) qövmü tərəfindən ən çətin təzyiqlərə məruz qaldığı bir vaxtda Allah- taala ona gəmi hazırlamasını əmr etdikdə belə buyurmuşdur:
"Hüzurumuzda gəmi düzəlt”.
Bu cümlədəki "hüzurumuzda" sözü Nuh (ə) peyğəmbəri o qədər ruhlandırmışdı ki, camaatın istehzasına qətiyyən əhəmiyyət vermirdi. Şəhidlər sərvəri İmam Hüseyn (ə) Kərbəlada başına gələn müsibətlər zamanı, bütün əzizlərinin ən faciəli şəkildə qətlə yetirildiyi bir vaxtda belə buyurmuşdur:
"Bütün bunların Allahın "gözü” qarşısında baş verdiyini bilməyim mənə kifayətdir".
5\. Nemət və bəla vasitəsilə sınanmaq.
Allah-taala insanı həmişə çətinliklərlə sınağa çəkmir. Bəzi vaxtlar bəndələr nemət bolluğu ilə də sınanır. Məsələn, ayələrdən birində deyilir:
"Biz sizi pisliklər və yaxşılıqlarla sınağa çəkirik”.
Başqa bir ayədə Həzrət Süleymanın (ə) dilindən belə deyilmişdir:
"Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək, şükür edəcəyəm, yoxsa nankor olacağam!"
Burada bir neçə məqama diqqət yetirmək lazımdır:
1-Vacib deyil ki, bütün insanlar bütün vasitələrlə sınağa çəkilsinlər. Şəxslərə görə sınaq vasitələri fərqli ola bilər. Çünki burada insanların ruhiyyəsi, şəxsi və ictimai vəziyyəti də şərtdir.
2-Bir nəfər bəzi sınaqlardan başıuca çıxa biləcəyi halda, digər sınaqlar qarşısında məğlub ola bilər.
3-Bir nəfərin sınağa çəkilməsi başqaları üçün də sınaq vasitəsinə çevrilə bilər. Məsələn, Allah-taala kimisə övlad acısı ilə sınağa çəkir. Bu, eyni zamanda başqaları üçün də bir sınaqdır ki, görək, müsibət görmüş atanın dərdinə şərik çıxırlar, ya yox?
4-Qeyd etdiyimiz kimi, Allah-taalanın sınaqları bütün insanlara aiddir. Bu işdə heç peyğəmbərlər də istisna təşkil etmirlər. Hətta onların daşıdığı məsuliyyətə görə üzləşdiyi sınaqlar başqalarının üzləşdiyi sınaqlarla müqayisədə qat-qat çətin olur. Quranın bir çox ayəsində peyğəmbərlərin hər biri öz səviyyəsinə uyğun olaraq sınaqlarla üz-üzə qalmışlar. Hətta bəziləri hələ peyğəmbər seçilməzdən qabaq cəmiyyəti daha yaxşı idarə edə bilsinlər deyə, uzun müddət sınaqlardan keçirilmişlər.
Peyğəmbərlərin ardıcılları arasında da çətinliklərə elə dözüm nümayiş etdirən insanlar olmuşlar ki, onların hər biri cəmiyyət üçün örnək ola biləcək şəxslərdir.
Mətin qadın Ümmi-Əqilin əhvalatı.
Səhra ərəblərindən olan Ümmi-Əqil adlı bir qadın var idi. Günlərin birində iki nəfər ona qonaq gəlir. Qadının oğlu çöldə dəvələri otarırdı. Birdən xəbər gəldi ki, qəzəblənmiş bir dəvə qadının oğlunu quyuya atıb öldürmüşdür. Ümmi-Əqil oğlunun ölüm xəbərini gətirən adamdan xahiş edir ki, evinə gəlmiş qonaqlara qulluq etməkdə ona yardımçı olsun. Ona bir qoyun verib kəsməsini istəyir. Nəhayət, yemək hazır olub süfrəyə qoyuldu. Qonaqlar bu imanlı qadının səbir və mətinliyinə heyran qalmışdılar. Onlardan biri deyir: "Süfrə ortalıqdan yığıldıqdan sonra bu imanlı qadın yanımıza gəlib soruşdu ki, aranızda Qurandan yaxşı məlumatı olanınız varmı? Orada olanlardan biri cavab verdi ki, bəli, mənim məlumatım var. Qadın dedi: "Oğlumun ölümündə mənə təskinlik verəcək ayələrdən oxu". Həmin adam;
"Səbir edənlərə müjdə ver. O kəslər ki başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq və Ona tərəf qayıdacağıq" - deyirlər. Onlara Rəbbi tərəfindən lütflər və mərhəmət var. Doğru yolda olanlar məhz onlardır" ayələrini oxudu. Qadın bu ayələri eşitdikdə üzü qibləyə durub bir neçə rükət namaz qıldı. Sonra əllərini qaldırıb dedi:
"İlahi, mən Sənin əmr etdiyini yerinə yetirdim, səbirsizlik etmədim. Sən də vəd verdiyin mərhəmətini mənə əta et!"
Ardal Daha sonra isə əlavə edərək dedi: "Əgər bu dünyada kimsə kimin üçünsə qalmalı olsaydı..." Orada olanlardan biri deyir: "Mən elə fikirləşdim ki, deyəcək oğlum mənim üçün qalardı. Lakin qadın sözünə belə davam etdi: "İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) öz ümməti üçün qalardı".'
Bəqərə surəsi, 158-ci ayə
إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا وَمَنْ تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللَّهَ شَاكِرٌ عَلِيمٌ .١٥٨
Ayənin tərcüməsi
158\. Səfa və Mərvə Allahın əlamətlərindəndir (nişanələrindəndir). (Odur ki,) Kəbə evini həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsinə heç bir maneə yoxdur. (Müşriklərin bu iki dağa qoyduğu bütlər onların müqəddəsliyinə xələl gətirmir.) Kim yaxşı işlər görməkdə Allaha itaət etsə, Allah (onun əməli qarşısında) qədirbilən və (etdiklərindən) xəbərdardır.
Ayələrin nazilolma səbəbi.
İslam dini meydana gəlməzdən qabaq müşriklər həcc ayinini icra etmək məqsədilə Məkkəyə gəlirdilər. Əsası İbrahim (ə) peyğəmbər tərəfindən qoyulan bu Ərəfatda dayanma, qurbanlıq, təvaf, Səfa və Mərvə dağları arasında səy etmək kimi ayinləri xurafat və şirkə bulaşıq əməllərlə qarışdırıb həyata keçirirdilər. İslam dini gəldikdən sonra şirkə bulaşmış əməlləri təmizləmək şərtilə həcc ayinini qüvvədə saxladı. Həcc mövsümündə icra edilən əməllərdən biri də Səfa və Mərvə dağları arasında səy etmək (yeddi dəfə o tǝrǝf-bu tərəfə gedib-gəlmək) olmuşdur.
Həm şiə, həm də sünni mənbələrində nəql edilmiş bir Çox hədisdə belə deyilir: "Cahiliyyət dövründə müşriklər Səfa dağına Əsaf, Mərvə dağına isə Nailə adlı büt qoymuşdular. Səy əməlini icra edərkən hansı dağa tərəf gedirdilərsə, həmin dağın başında qoyduqları bütə təbərrük məqsədilə əl sürtürdülər".
Cahiliyyət dövrünün müşriklərinin bu hərəkətinə görə müsəlmanlarda Səfa və Mərvə dağları arasında səy əməlinə qarşı ikrah hissi yaranmışdı. Buna görə də belə bir şəraitdə səy əməlini doğru hesab etmirdilər. Haqqında danışacağımız ayə nazil olaraq Səfa ilə Mərvənin Allahın nişanələrindən olduğunu müsəlmanlara çatdırır. Müşriklərin bu nişanələri öz yanlış əməlləri ilə "çirkləndirməsi" müsəlmanların bu ayindən əl çəkməsinə səbəb olmamalıdır.
Yeri gəlmişkən, bu ayənin nə zaman və hansı şəraitdə nazil olması ilə bağlı təfsirçilər müxtəlif fikirlər bildirmişlər. Bəzilər belə hesab etmişlər ki, bu ayə qəza ümrəsi (hicrətin yeddinci ilində) zamanı nazil olmuşdur. Həmin vaxt Peyğəmbər (s) müşriklərə belə bir şərt irəli sürmüşdü ki, Səfa və Mərvə dağlarındakı iki bütü götürsünlər. Onlar da şərtin tələbinə uyğun olaraq həmin bütləri oradan götürmüş, lakin sonra yenidən onları əvvəlki yerinə qaytarmışdılar. Buna görə də bəzi müsəlmanlar Səfa ilə Mərvə arasında səy əməlini yerinə yetirməkdən imtina etmək istədikdə bu ayə nazil olub onları öz fikrindən daşındırmışdı.
Digər bir qrup təfsirçinin fikrincə, bu ayə vida həccində (hicrətin onuncu ilində) nazil olmuşdur. Əgər bu ehtimalı qəbul etsək, onda müsəlmanların narahatçılığının daha əvvəlki illərlə, yəni Əsaf və Nailə bütlərinin Səfa ilə Mərvə dağlarına qoyulduğu vaxtla bağlı olduğunu deməliyik. Çünki hicrətin onuncu ilində nəinki Səfa və Mərvə dağlarında, hətta bütün Məkkədə belə bircə dənə də olsun, büt qalmamışdı.
Ayənin təfsiri.
Nadanların əməlləri yaxşı işlərə mane olmamalıdır.
Az öncə qeyd etdiyimiz kimi, bu ayənin nazil olduğu dövrdəki xüsusi psixoloji durumu nəzərə alaraq burada ilk növbədə müsəlmanlara Səfa və Mərvənin Allahın nişanələri olduğu bildirilir: "Səfa və Mərvə Allahın əlamətlərindəndir (nişanələrindəndir)". Bundan belə nəticə əldə edilir: "(Odur ki,) Kəbə evini həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsinə heç bir maneə yoxdur”.
Müşriklərin bu iki dağa qoyduğu bütlər onların müqəddəsliyinə əsla xələl gətirmir. Ayənin sonunda isə bildirilir: "Kim yaxşı işlər görməkdə Allaha itaət etsə, Allah (onun əməli qarşısında) qədirbilən və (etdiklərindən) xəbərdardır".
Yəni Allah bəndələrin yaxşı əməllərini mükafatlandırmaqla qədirbilənliyini göstərir. Eyni zamanda O, hamının niyyətindən də xəbərdardır. Kimin bütlərə meyilli olduğunu, kimin isə onlara nifrət etdiyini çox yaxşı bilir.
İncəliklər:
1\. Səfa və Mərvə.
Səfa və Mərvə Məkkədə iki təpənin adıdır. Hazırda Məscidül- hǝramın ərazisi genişləndirildiyi üçün bu təpələr məscidin şərqində, Kəbənin Qara daşla İbrahim (ə) məqamının olduğu divarının paralelində yerləşir. Bu iki təpə bir-birindən təxminən 420 metr aralıda yerləşir. Hazırda bu məsafə böyük bir salon halına gətirilərək üstü örtülmüşdür. Hacılar orada səy əməlini yerinə yetirirlər. Səfa dağının (təpəsinin) hündürlüyü 15, Mərvəninki isə 8 metrdir. Səfa və Mərvə bu iki təpə üçün xüsusi isim kimi qəbul edilsə də, Səfanın leksik mənası “üstü qumla örtülmüş hamar və saf sərt daş", Mərvənin leksik mənası isə "cod və sərt daş"dır.
Ayənin ərəbcə mətnində işlədilmiş (şəair) sözü (şəirə) sözünün cəmi olub, "əlamət, nişanə” mənasını bildirir. "şəairəllah" ifadəsi “insana Allahı və müqəddəs xatirələrdən hər hansı birini xatırladan nişanələr”ə deyilir. (i'təmərə) feili (umrə) kökündən olub, "binaya sonradan edilən artırmalar" mənasını verir. Dini terminologiyada isə "hǝcc ayinlərinə əlavə edilən xüsusi əməllər”ə deyilir. (Bəzi hallarda həcc ayinləri olmadan da təkcə ümrə əməlləri yerinə yetirilir.) Ümrənin həcc əməlləri ilə bir çox oxşar cəhətləri olduğu kimi, fərqli cəhətləri də vardır.
2\. Səfa və Mərvə arasında səy etməyin bəzi sirləri.
Dahi insanların həyatını oxumaq və ya dinləmək insanda onların həyat tərzinə maraq yaratsa da, bundan daha düzgün yol da vardır. Bu, Allah yolunun yolçularının mübarizə apardığı, bir sıra hadisələrin baş verdiyi yerləri insanın öz gözləri ilə görməsidir. Bu, canlı tarix sayılır. İnsan həmin anda, sanki özünü tarixi hadisələrin içində hiss edir. Bunun tərbiyəvi təsirini əlaqədar kitabları mütaliə etmək və ya çıxışlara qulaq asmaq nəticəsində yaranan təsirlə müqayisə etmək olmaz. Burada hissiyyat dilə gəlib danışır. Təsəvvür deyil, reallıq göz önündə canlanır.
Digər tərəfdən onu da bilirik ki, böyük peyğəmbərlərin arasında İbrahim (ə) peyğəmbər kimi çox az insan müxtəlif mübarizə səhnələrində olmuş, cürbəcür sınaqlara məruz qalmışdır. Bunlar o həddə olmuşdur ki, Quran onun qarşılaşdığı çətinliklər haqqında belə buyurmuşdur:
"Həqiqətən də, bu, açıq-aşkar imtahandır".
O Həzrət (ə) bu sınaqlar qarşısında o qədər mətinləşdi ki, axırda başına imamət tacı qoyuldu.
Həcc mərasimi, sanki xatirələrdə İbrahim (ə) peyğəmbərin apardığı mübarizələri, tövhid, bəndəlik, fədakarlıq və səmimiyyət anlayışlarını canlandırır. Müsəlmanlar həcc ayinlərini yerinə yetirərkən onların fəlsəfəsindən xəbərdar olub, simvolik cəhətləri barədə düşünsələr, bunun özü allahıtanıma, peyğəmbərtanıma və insantanıma mövzusunda önəmli dərs olar. Bu müqəddimədən sonra İbrahim (ə) peyğəmbər, Səfa və Mərvə dağlarının tarixi cəhətlərinə toxunmaqla mövzumuzu davam etdiririk.
Həzrət İbrahim (ə) qocalıb ahıl yaşlarına çatsa da, övladı yox idi. O, Allahdan övlad istədi. Allah-taala qocalıq yaşlarında kənizi Həcərdən ona bir uşaq bəxş etdi. Uşağın adını İsmail qoydular. O Həzrətin (ə) birinci həyat yoldaşı Sara ərinin ondan başqa qadından uşağı olmasını qəbul edə bilmirdi. Allah-taala İbrahimə (ə) əmr edir ki, uşağı anası ilə birlikdə quraq səhradan ibarət Məkkə ərazisinə aparıb orada məskunlaşdırsın. İbrahim (ə) Allahın əmrini icra edib onları Məkkəyə aparır. O vaxt Məkkə ərazisi quraq səhradan ibarət idi. Hətta orada bircə quş da olsun, qanad çalmırdı. Onları qoyub geri qayıtmaq istədikdə yoldaşı ağlayaraq deyir ki, bu susuz səhrada bir qadınla bir körpə nə etsin? Həcərin və körpə İsmailin bir-birinə qarışmış göz yaşları İbrahimin (ə) ürəyini parçalayır. Əllərini qaldıraraq belə dua edir: "İlahi, mən Sənin əmrini icra edərək yoldaşımla uşağımı bu quraq səhrada qoyub gedirəm ki, Sənin adın ucalıb evin abad olsun!" Bunu deyib son dərəcə kədər içərisində onlardan ayrılır.
Çox çəkmir ki, ananın ehtiyat götürdüyü azuqəsi tükənir. Döşlərinin südü quruyur. Südəmər körpənin naləsi və yalvarış dolu baxışları ananı elə narahat edir ki, öz susuzluğunu unudur, balası üçün su axtarışına başlayır. Əvvəlcə Səfa dağına sarı gedir. Ancaq orada sudan xəbər olmur. Mərvə dağı tərəfdən görünən ilğımın su olduğunu güman edib ona doğru gedir. Lakin orada da sudan bir xəbər olmur. Sonra eyni ilğımı Səfa dağı tərəfdə görüb oraya gedir. Lakin yenə də bir nəticə əldə edə bilmir. Bu vəziyyət yeddi dəfə təkrarlanır. Südəmər körpə artıq ömrünün son anlarını yaşayırdı. Birdən onun ayağının yaxınlığından Zəmzəm bulağı qaynayır. Həm ana, həm də bala sudan içib ölümdən qurtarırlar.
Su həyat mənbəyi olduğu üçün ətraf ərazilərdən quşlar uçuşub oraya gəlir. Yaxın ərazilərdən keçən karvanlar quşların uçmasından orada su olduğunu anlayıb yollarını həmin yerdən salırlar. O vaxta qədər neçə gün, yaxud neçə ay keçdiyini və bu müddət ərzində ana ilə balanın başına nələr gəldiyini bircə Allah bilir. Axırda elə də böyük olmayan bir ailənin fədakarlığı nəticəsində ora əzəmətli bir mərkəzə çevrilir.
Hazırda Kəbənin bir kənarında Həcərlə İsmail (ə) üçün bir sığınacaq nəzərdə tutulmuş və oraya Hicri-İsmail adı verilmişdir. Hər il milyonlarla insan dünyanın hər bir bölgəsindən gəlib oranı təvaf edir. Bu iki şəxsin dəfn olunduğu yer Kəbənin bir hissəsinə çevrilmişdir.
Səfa və Mərvə dağları bizə öyrədir ki, Allahın adının uca tutulması və Onun ayinini əzəmətli etməkdən ötrü hətta südəmər körpə də son nəfəsinə qədər mübarizə aparmalıdır.
Səfa və Mərvə dağları arasında soy etmək bizə öyrədir ki, ümidsizlikdə də bir ümid var. İsmailin anası Həcər su olmayan yerdə su axtarışına çıxdı. Allah-taala da ona heç təsəvvür etmədiyi bir yerdən su yetirdi.
Səfa və Mərvə dağları arasında səy etmək bizə səslənərək deyir ki, bir vaxtlar burada bütlər qoyulmuşdu. İndi isə Həzrət Peyğəmbərin (s) zəhməti nəticəsində gecə-gündüz orada "La ilahə illəllah" sədaları eşidilir.
Səfa dağının haqqı var ki, öyünüb desin: "Mən İslam Peyğəmbərinin (s) ilk təbliğat məkanıyam. Məkkə şəhəri şirk zülmətinə qərq olduğu bir vaxtda hidayət günəşi məndən doğdu. Siz bu gün Səfa ilə Mərvə arasında səy edib milyonlarla insanın Həzrət Peyğəmbərin (s) dəvətinə müsbət cavab verdiyinin şahidi olursunuzsa, unutmayın ki, bir vaxt var idi, o Həzrət (s) insanları haqqa səsləyirdi, lakin bircə nəfər də olsun, səsinə səs verən tapılmırdı. Siz də haqq uğrunda bir addım atın. Haqq çağırışınızı kiminsə qəbul edəcəyini ehtimal verirsinizsə, ümidinizi kəsməyin, çağırışınıza davam edin”.
Səfa və Mərvə dağları bizə deyir ki, bu dinin və tövhid mərkəzinin qədrini bilin. Bu tövhid mərkəzini bu günə gətirib çıxarmaqdan ötrü canlarını fəda etmiş insanlar olmuşdur. Buna görə də Allah-taala hər bir zəvvara vacib etmişdir ki, xüsusi geyimdə, bütün imtiyazlardan uzaq durub bu xatirələri yad etmək məqsədilə yeddi dəfə Səfa ilə Mərvə dağları arasında get-gǝl etsin. Təkəbbürlüyü üzündən küçə və piyada keçidlərində sürətlə yol getməyə razı olmayan insanlar məcburdurlar ki, Allah-taalanın əmrini yerinə yetirmək məqsədilə bu iki dağın arasında gah yavaş, gah da iti addımlarla hərəkət etsinlər. Bəzi hədislərdə bildirilmişdir ki, oranın əmrləri təkəbbürlü insanları oyatmaq üçün verilmişdir.
Haqqında danışdığımız ayədə Səfa və Mərvə dağlarının Allahın iki böyük nişanəsi olduğu bildirildikdən sonra Kəbə evini həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsinə heç bir maneə olmadığı da qeyd edilmişdir. Bu cümlənin ərəbcə mətnində (təvaf etsin) feili işlədilsə də, burada səy etmək nəzərdə tutulmuşdur. Bunun "təvaf" sözünün mənası ilə qətiyyən ziddiyyəti yoxdur. Çünki insanın axırda əvvəlki yerinə gəlib çıxan hər bir hərəkəti təvaf sayılır. İstər bu hərəkət dövrə vurmaqla olsun, istərsə də başqa şəkildə.
3\. Bir sualın cavabı.
Burada belə bir sual yaranır ki, İslam fiqhinə görə istər ümrə həccində olsun, istərsə də böyük həcc ziyarətində Səfa və Mərvə arasında sǝy etmək vacibdir. Halbuki sözügedən ayədə bu iki dağın (təpənin) arasında səy edilməsi barədə "Kəbə evini həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsinə heç bir maneə yoxdur" cümləsi işlədilmişdir. Bundan belə başa düşülür ki, səy əməlini yerinə yetirmək vacib deyil.
Ayənin nazilolma səbəbi ilə bağlı nəql edilmiş hədislərdə bu sualın cavabına aydınlıq gətirilmişdir. Müşriklər Əsaf və Nailə adlı bütləri bu iki təpənin başına qoyduğuna və səy əməlini icra edərkən əllərini bu iki bütə sürtdüklərinə görə müsəlmanlar belə hesab edirdilər ki, daha səy əməlini icra etmək yaxşı çıxmaz. Bu ayǝ nazil olaraq müsəlmanlara başa salır ki, Səfa ilə Mərvə arasında səy etməyinizin heç bir maneəsi yoxdur. Çünki bu iki təpə Allahın nişanələrindəndir. Bir qədər də açıq desək, ayədəki "heç bir maneə yoxdur" ifadəsi müsəlmanların bu işi bəyənilməz hesab etməklə bağlı yanlış fikirlərini aradan qaldırır. Quranda bu qəbildən olan ifadə ilə verilmiş bir çox vacib əməl vardır. Məsələn, müsafir namazı barəsində deyilmişdir:
"Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq sizə günah hesab edilməz”.
Halbuki səfərdə olan şəxsin namazı qəsr (dördrükətli namazları iki rükət) qılması vacibdir. Ümumiyyətlə, sözügedən ayədə də işlədilmiş (heç bir maneəsi yoxdur) ifadəsi adətən dinləyicidə mənfi fikir yaradan şeylər haqqında işlədilir. "Mən la yəhzuruhul-fəqih" kitabında İmam Muhəmməd Baqirdən (ə) nəql edilmiş bir hədisdə də o Həzrət (ə) məhz bu mənaya işarə etmişdir.
4\. "Yaxşı iş görməkdə Allaha itaət"in mənası.
Ayənin ərəbcə mətnində işlədilmiş “tətəvvəə" feilinin leksik mənası "itaəti qəbul edib əmrə tabe olmaq" deməkdir. Fiqh terminologiyasında bu söz adətən müstəhəb əməllərə şamil olur. Buna görə də təfsirçilərin böyük əksəriyyəti bu sözü müstəhəb həcc və ya müstəhəb ümrə, yaxud da istənilən müstəhəb əməl mənasına izah etmişlər. Yəni kim müstəhəb iş görməklə Allahın itaətində olduğunu nümayiş etdirərsə, Allah-taala onun bu əməlindən xəbərdar olub, onu lazımi şəkildə mükafatlandırar.
Belə bir ehtimal da vardır ki, "Kim yaxşı işlər görməkdə Allaha itaət etsə, Allah (onun əməli qarşısında) qədirbilən və (etdiklərindən) xəbərdardır" cümləsi əvvəlki cümlələri təkidləndirir. Bu halda onun mənası belə olar: "Kim əziyyətinə baxmayaraq, Səfa və Mərvə arasında sǝy edən və həcc əməllərini cahiliyyət dövrünün ərəblərinin adət- ənənəsinə rəğbətli olmadığı halda başa vurarsa, Allah-taala ona lazımi mükafatı verəcək".
5\. Allah-taalanın qədirbilənliyi.
Allah-taalanın barəsində "şakirun" (qədirbilən) ifadəsinin işlədilməsi bəndələrin yaxşı işlərini yüksək qiymətləndirməsi ilə bağlı olduqca incə bir məqama işarə edir. Əgər Allah bəndələrin yaxşı işlərinə qarşı qədirbiləndirsə, onların yaxşı əməllərini yüksək qiymətləndirirsə, onda gör, bəndələr bir-birinə və ən əsası da Allaha qarşı necə olmalıdırlar!
Bəqərə surəsi, 159-160-cı ayələr
إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِنْ بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَئِكَ يَلْعَنُهُمُ اللَّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ .١٥٩
إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَبَيَّنُوا فَأُولَئِكَ أَتُوبُ عَلَيْهِمْ وَأَنَا التَّوَّابُ الرَّحِيمُ .١٦٠
Ayələrin tərcüməsi
159\. Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və hidayət vasitələrini gizlədən kimsələr Allahın lənətinə gəlirlər və bütün lənət edənlər də onlara lənət oxuyurlar.
160\. Mən yalnız tövbə edənlərin, (pis əməllərini yaxşı işlərlə) islah edənlərin və (gizlətdiklərini) aşkara çıxaranların tövbəsini qəbul edirəm. Mən tövbələri qəbul edən və mərhəmətliyəm.
Ayələrin nazilolma səbəbi.
Cəlaləddin Süyuti "əsbabun-nüzul" kitabında İbn Abbasdan belə nəql etmişdir: "Müsəlmanlardan Məaz ibn Cəbəl, Səd ibn Məaz, Xaricə ibn Zeyd və başqaları yəhudi alimlərin yanına gəlib Tövratdakı (həzrəti Peyğəmbərin (s) gəlişi barəsində) həqiqətlərdən sual etdilər. Onlar həqiqəti gizlədib, suala cavab verməkdən boyun qaçırdılar və sözügedən ayə onların haqqında nazil oldu."
Ayələrin təfsiri.
Haqqı gizlətmək qadağandır!
Bu ayə yəhudi alimləri ilə əlaqədar nazil olsa da, onun hökmünün haqqı gizlədən bütün insanlara şamil olmasını məhdudlaşdıra bilmərik. Belə insanlar ayədə ən sərt şəkildə tənqid olunaraq deyilir: "Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və hidayət vasitələrini gizlədən kimsələr Allahın lənətinə gəlirlər və bütün lənət edənlər də onlara lənət oxuyurlar”.
Bu ayədən belə məlum olur ki, həm Allah, həm də bütün bəndələr və mələklər haqqı gizlədən insanlara nifrət edirlər. Başqa sözlə desək, haqqı gizlətmək elə bir işdir ki, bütün haqsevərlərin qəzəbinə səbəb olur. Allahın əmanət etdiyi ayələri şəxsi mənafeyinə görə gizlədib insanları azğınlığa tərəf çəkən alimin bu əməlindən böyük hansı xəyanət ola bilər?!
"Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra" ifadəsi onu göstərir ki, bu cür insanlar haqqı gizlətməklə, əslində, Allahın ayələrinin yayılması istiqamətində peyğəmbərlərin zəhmətlərini və Allah yolunun yolçularının əziyyətlərini bada vermiş olurlar. Bu isə həddən artıq böyük və bağışlanılmaz bir günahdır.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, ayədə iki dəfə işlədilmiş (yǝl'ǝnu) feili indiki-gələcək zamandadır. O da məlumdur ki, indiki-gələcək zaman feilində davamlılıq mənası vardır. Bunu nəzərə aldıqda ayənin mənası belə olur: "Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və hidayət vasitələrini gizlədən kimsələr Allahın davamlı lənətinə gəlirlər və bütün lənət edənlər də onlara davamlı olaraq lənət oxuyurlar". Bu, bir insan üçün təyin edilə biləcək ən ağır cəzadır.
(bəyyinat) və (hüda) sözləri geniş mənaya malik olub, insanların oyanışı və qurtuluşuna səbəb olacaq bütün aşkar dəlil və hidayət vasitələrini əhatə edir.
Quran bir hidayət bələdçisi olduğu üçün heç vaxt insanların üzünə ümid qapılarını bağlamamışdır. İnsanların nə qədər günahı olsa da, yenə onları Allahın mərhəmətindən ümidsiz etməmişdir. Buna görə də növbəti ayədə bu böyük günahdan qurtuluş yolunu göstǝrǝrǝk buyurmuşdur: “Mən yalnız tövbə edənlərin, (pis əməllərini yaxşı işlərlə) islah edənlərin və (gizlətdiklərini) aşkara çıxaranların tövbəsini qəbul edirəm. Mən tövbələri qəbul edən və mərhəmətliyəm”.
"Mən tövbələri qəbul edən və mərhəmətliyəm" cümləsi xüsusilə "...tövbəsini qəbul edirəm" cümləsindən sonra gəlməklə Allah-taalanın tövbə edənlərə qarşı son dərəcə mərhəmətli və lütfkar olduğuna dəlalət edir. Bu cümlə ilə Allah-taala onu demək istəyir ki, əgər onlar tövbə etsələr, Mən də onlara qarşı Öz mövqeyimdə dönüş edərəm. Əgər onlar Mənə itaət yoluna qayıdıb haqqı aşkar etsələr, Mən də Öz rəhmətimə dönüb onlardan məhrum etdiyim nemətləri yenidən onlara bəxş edərəm. Maraqlısı budur ki, Allah-taala burada: "Siz tövbə edin, Mən də tövbənizi qəbul edim" deyə buyurmur, "Siz dönüş edin, Mən də dönüş edim” – deyə buyurur. Üstəlik, “Mən tövbələri qəbul edən və mərhəmətliyəm" cümləsinin hər bir sözündən mehribanlıq, mərhəmət, şəfqət saçır. Ümumiyyətlə, birinci şəxsin təkinə aid “ənə” şəxs əvəzliyi yalnız danışan şəxsin dinləyici ilə bilavasitə əlaqəsi olduğu zaman işlədilir. Xüsusilə də əgər böyük bir şəxs "Filan işi mən özüm görərəm" deyirsə, onun bu sözü "Biz filan işi edərik" deməsindən çox fərqlənir. Birinci cümlədəki lütf və mərhəmət heç kimə gizli deyil.
(tǝvvab) sözü sifətin mübaliğə formasında olub, "çox bağışlayan" mənasını bildirir. Bu söz insanda elə ümid yaradır ki, ümidsizlik ruhiyyəsini tamamilə aradan qaldırır. Xüsusilə də onun Allahın xüsusi rəhmətinə dəlalət edən (mərhəmətli) sözü ilə birlikdə işlədilməsi bu ümidi daha da artırır.
İncəliklər:
1\. Haqqı gizlətməyin fəsadları.
Qədim zamanlardan bu günümüzə qədər cəmiyyətdə böyük haqsızlıqlara səbəb olmuş, təsiri bu gün də davam etməkdə olan məsələlərdən biri haqqı gizlətmək olmuşdur. Yuxarıdakı ayələrin xüsusi şəraitdə nazil olmasına baxmayaraq, az öncə də qeyd etdiyimiz kimi, onun məzmunu bu işdə payı olan hər bir insana şamil olur. Sözügedən ayədə haqqı gizlədənlərə dair tənqid bu xüsusiyyətdə olan hər bir fərdə aiddir. Niyə də belə olmasın? Haqqı üzə çıxarmaq xalqların qurtuluşuna səbəb olduğu kimi, məgər haqqı gizlətmək onları azğınlıq içərisində saxlamırmı? İnsan fitri olaraq haqqın tərəfdarıdır. Haqqı gizlədənlər dolayısilə cəmiyyəti öz fitri məcrasından çıxartmağa çalışırlar.
İslam dini meydana gəldiyi zaman və ondan sonra yəhudi və xaçpərəst din alimləri öz səmavi kitablarında gəlişinə vəd verilmiş sonuncu peyğəmbərin nişanələri haqqında oxuduqlarını camaata çatdırsaydılar, bəlkə də, qısa müddət ərzində hər üç dinin təmsilçiləri vahid bayraq altında birləşib vəhdətin bərəkətlərindən faydalanardılar.
Haqqı gizlətmək təkcə Allahın ayələrini və ya Peyğəmbərin (s) nişanələrini gizlətmək deyil. İnsanları həqiqətə çatdıra biləcək istənilən şeyi gizlətmək ayənin ümumi məzmununa daxildir. Hətta danışmaq lazım olduğu yerdə susmaq da haqqı gizlətmək deməkdir. Bu, camaatın haqqın üzə çıxmasına həddən artıq böyük ehtiyacı olduğu zaman dövrün alimlərinin susmayaraq danışmalı olduğu zaman özünü büruzə verir. Deməli, haqqın üzə çıxarılması üçün sual olunmasına ehtiyac yoxdur. Yeri gəldikdə sual edilmədən də həqiqətdən xəbərdar olan insan onu açıb söyləməlidir. "Əl-Mənar" təfsirinin müəllifinin "Haqqi gizlətmək o vaxt reallaşır ki, kimsə sual etsin, ancaq cavab verilməsin" fikrinə gəlincə, bu, düzgün deyil.
Quran bu ayədə sadəcə haqqı gizlətməkdən danışmır, eyni zamanda həqiqəti açıb deməyin lazım olduğunu da bildirir. Bəlkə də, elə bu yanlış təsəvvür haqqı deməli olan bəzi alimlərin heç kim sual verməyib deyə, ağzına su alıb oturmasına gətirib çıxarmışdır. Halbuki Quran belə buyurmuşdur:
"(Xatırlayın!) Allah kitab əhlinə: "Siz onu gizlətməyib insanlar üçün aydınlaşdırmalısınız!" - deyə əmr etdiyi zaman onlar buna (kitaba) arxa çevirdilər..."
Bir məqamı da xüsusilə vurğulamalıyıq ki, bəzi vaxtlar insanların başını ikinci dərəcəli məsələlərlə qatıb daha önəmli məsələlərin unutdurulması da haqqı gizlətmək sayılır. Hətta haqqı gizlətmək ona şamil olmasa da, sözsüz ki, haqqı gizlətməyin meyarı ona da aid olacaq.
2\. Hədislər baxımından haqqı gizlətmək.
Haqqı gizlədən alimlər hədislərdə də çox sərt şəkildə tənqid olunmuşlar. O cümlədən Həzrət Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdə belə deyilmişdir:
"Alimdən bildiyi bir şey barəsində sual edildikdə onu gizlədərsə, Qiyamət günündə onun ağzına oddan bir yüyən vurular".
Bir daha təkrar edirik ki, bəzi vaxtlar insanların hər hansı bir məsələdə dolaşığa düşməsi alimin danışmasını tələb edir. Belə olan təqdirdə daha alim insanların sual verməsini gözləməməli, özü durub haqqı bəyan etməlidir.
Başqa bir hədisdə belə nəql edilmişdir: "Əmirəlmöminin Əli ibn Əbutalibdən (ə) soruşdular ki, Allah-taalanın İblislə Firondan sonra ən pis məxluqu (bəndəsi) kimdir? O Həzrət (ə) belə cavab verdi:
"Haqqı gizlədib batili aşkar edən alimlər. Allah-taala məhz onların barəsində: "Onlar Allahın lənətinə gəlirlər və bütün lənət edənlər də onlara lənət oxuyurlar” – deyərək buyurmuşdur”.
3\. Lənətin mənası.
"Lənət" sözünün leksik mənası "qəzəblə müşayiət olunan uzaqlaşdırma və qovma" deməkdir. Bu nöqteyi-nəzərdən Allahın kimisə lənətləməsi o deməkdir ki, Allah-taala həmin şəxsi Öz mərhəmətindən və bəndələrinə nazil etdiyi bərəkətlərdən uzaqlaşdırır.
Bəzi leksikoqrafların “Lənət axirətdə əzab vermək, dünyada isə müvəffəqiyyətsizliyə uğratmaq mənasını bildirir" fikrinə gəlincə, bu, "lənət" sözünün ümumi mənasının bir tərəfidir, nəinki lənət sırf bu mənadadır.
"Lənət edənlər" sözü olduqca geniş bir məfhumdur və burada təkcə insanlar və mələklər deyil, (öz aləmində) hər hansı yolla danışa bilən bütün varlıqlar nəzərdə tutulur. Burada bəzi hədislərdə "Göydə və yerdə hər nə varsa, hətta dənizdəki balıqlar da elm öyrənən şəxs üçün bağışlanma diləyirlər” kimi ifadələri də nəzərə almaq lazımdır. Əgər göydə və yerdə olan bütün varlıqlar, hətta dənizdəki balıqlar da elm öyrənənlər üçün bağışlanma diləyirlərsə, deməli, elmi (həqiqəti) gizlədənləri də lənətləyirlər.
4\. (tövbələri qəbul edən) ifadəsinin mənas
(təvvab) sözü mübaliğə dərəcəsindəki sifət olmaqla yanaşı, həm də bu mənanı çatdırır ki, əgər şeytanın vəsvəsələri nəticəsində insan öz tövbəsini pozarsa, tövbə qapıları onun üzünə bağlanmaz. Bu qapı yenə də onun üzünə açıqdır, tövbə edib yenidən Allaha doğru qayıtmaqla haqqı üzə çıxara bilər. Çünki Allah tövbələri çox qəbul edəndir. Onun rəhmətindən ümid kəsilməz.
5\. Məgər Allahın lənəti kifayət deyil?
Haqqında danışdığımız ayədə haqqı gizlədənləri Allah-taalanın lənətləməsi ilə yanaşı, bütün lənət edənlərin də lənətlədiyi bildirilir. Belə olan halda, sual yaranır ki, məgər onları təkcə Allahın lənətləməsi kifayət deyil?
Bu sualın cavabı olduqca aydındır. Bu, əslində, bir növ təkiddir. Yəni onu göstərir ki, haqqı gizlədən şəxsə bütün insanlar, göydə və yerdə kim və nə varsa, hamısı nifrət və lənət edir. Sual yarana bilər ki, bu, nə üçün ümumi şəkildə deyilmişdir? Axı ən azından haqqı gizlədən insanlar bir-birinə lənət etmirlər. Buna cavab olaraq qeyd etməliyik ki, hətta onların özü də bu işə nifrət edirlər. Təsadüfi deyil ki, kimsə onların barəsində həqiqəti gizlətdikdə narahat olub onu lənətləyirlər. Sadəcə öz şəxsi mənafe məsələsi ortaya gəldikdə özləri də haqqı gizlədirlər.
Bəqərə surəsi, 161-163-cü ayələr
إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ .١٦١
خَالِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ .١٦٢
وَإِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ لَا إِلَهَ إِلَّا هُوَ الرَّحْمَنُ الرَّحِيمُ .١٦٣
Ayələrin tərcüməsi
161\. Şübhəsiz, kafir olanlar və kafir olaraq ölənlər Allahın, mələklərin və bütün insanların lənətinə gələcəklər.
162\. Onlar həmişəlik (lənət içərisində, Allahın rəhmətindən uzaq) qalacaqlar. Nə əzabları yüngülləşəcək, nə də onlara möhlət veriləcək.
no 163. Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, Rəhman və Rəhimdir (ümumi və xüsusi rəhmətə malikdir).
Ayələrin təfsiri.
Kafir olaraq ölənlər.
Bu ayələr haqqın gizlədilməsinin nəticəsinin davamı olaraq ömrünün son anına qədər kafir qalıb o vəziyyətdə ölənlərin barəsindədir. İlk öncə belə deyilir: “Şübhəsiz, kafir olanlar və kafir olaraq ölənlər Allahın, mələklərin və bütün insanların lənətinə gələcəklər".
Bu dəstə də haqqı gizlədənlər kimi Allahın, mələklərin və insanların lənətinə düçar olacaqlar. Bir fərqlə ki, əvvəlki dəstənin tövbə etməyə imkanı olduğu halda, bu dəstə ömrünün son anına qədər kafir qalıb elə həmin vəziyyətdə öldüyü üçün tövbə etmək imkanları da olmur.
Növbəti ayədə deyilir: "Onlar həmişəlik (lənət içərisində, Allahın rəhmətindən uzaq) qalacaqlar. Nə əzabları yüngülləşəcək, nə də onlara möhlət veriləcək”.
Tövhid bütün bu bədbəxtliklərə son qoya biləcək amil olduğu üçün sonuncu ayədə deyilir: "Sizin tanrınız bir olan Allahdır". Sonra bir qədər də təkidlə əlavə edilir: "Ondan başqa tanrı yoxdur”. Və nəhayət, ayənin sonunda belə deyilir: "O, Rəhman və Rəhimdir".
Bir tərəfdən ümumi rəhməti hamıya şamil olan, digər tərəfdən də möminlərə qarşı xüsusilə mərhəmətli olan varlıq, doğrudan da, məbud olmağa layiqdir. Onu qoyub büsbütün ehtiyac içində olan digər tanrılara tapınmaq olmaz.
İncəliklər:
1\. Quran ayələrindən belə məlum olur ki, küfr və haqqa düşmən halında ölən insanların heç bir qurtuluş yolu yoxdur. Bu, elə bu cür də olmalıdır. Çünki axirət dünyasında insanın xoşbəxt, yoxsa bədbəxt olmasının bilavasitə bu dünyadakı əməllərindən asılı olduğunu nəzərə aldıqda, təbii ki, nəticə də ona uyğun olmalıdır. Haqqa düşmən olmaqla öz qol-qanadını yandırmış insan, heç şübhəsiz, axirətdə uçmaq iqtidarında olmayıb birbaşa Cəhənnəmə yuvarlanacaq. Bu, eynilə ona bənzəyir ki, insan bilərəkdən şəhvətpərəstliyi ucbatından gözünün nurunu itirir və ömrünün sonuna kimi kor qalır. Onu da qeyd etmək lazımdır ki, bu acı aqibət yalnız düşüncəli şəkildə küfr yolunu tutub kafir olaraq ölən şəxslərə aiddir.
2\. "Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, Rəhman və Rəhimdir" ayəsi Allah-taalanın barəsində bütün şirk və azğınlıq məfhumlarını rədd edir. Ara-sıra yalnız özlərinə xas olan cəhət və ya cəhətlərlə fərqlənən varlıqlara təsadüf edirik. Lakin yalnız bir, ya da bir neçə cəhət sırf onlara xas ola bilər, digər cəhətlərdə isə başqa varlıqlarla müştərəkdirlər. Allah-taala isə həm zatında, həm sifətlərində, həm də feillərində yeganədir. Ümumiyyətlə, Onun yega- nəliyi bölünməzdir, onda çoxluq anlayışı təsəvvür edilə bilməz. O, əzəli və əbədi olan yeganə varlıqdır. Hadisələr Onun yeganəliyinə əsla təsir edə bilməz. Onun yeganəliyi həm zehində, həm də zehindən xaricdədir. Bir sözlə, O, Öz yeganəliyində də yeganədir.
Bəqərə surəsi, 164-cü ayə
إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنْفَعُ النَّاسَ وَمَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِنْ مَاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِنْ كُلِّ دَابَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ .١٦٤
Ayənin tərcüməsi
164\. Şübhəsiz, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, dənizdə insanların xeyrinə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla ölmüş torpağı diriltdiyi və onda növbənöv heyvanları yaydığı suda, göylə yer arasında ram edilmiş küləyin və buludların istiqamətinin dəyişdirilməsində düşünən insanlar üçün (Allahın varlığını və yeganəliyini göstərən) nişanələr vardır.
Ayənin təfsiri.
Allahın müqəddəs zatının dünyadakı cilvələri.
Sonuncu ayədə tövhid mövzusundan söhbət getdiyi üçün bu ayə, sanki Allahın varlığının və təkliyinin isbatına yönəlmiş bir dəlildir.
İlk öncə qeyd etməliyik ki, harada nizam-intizam varsa, bu, həmin yerdə elmin olmasından xəbər verir. Harada uyğunluq varsa, oradan vəhdətin olmasından xəbər verir. Allahıtanıma mövzusuna dair kitablarda şərhini verdiyimiz bu məsələlərə əsaslanaraq deyə bilərik ki, bir tərəfdən dünyadakı bu nizam-intizamın, digər tərəfdən isə məxluqat arasındakı uyğunluğun olması bizə bir elm mənbəyinin varlığından xəbər verir. O, elə bir elm mənbəyidir ki, hər bir şey də məhz oradan qaynaqlanır. Məsələn, gözün incə quruluşunu da nəzərə alaraq ondakı yeddi qat pərdəni araşdırsaq, görəcəyik ki, şüursuz, kar və kor olan olan təbiətin belə bir varlığı yaratması qeyri-mümkündür. Gözdəki yeddi qat pərdənin bir-biri ilə, daha sonra bütünlüklə gözün insanın digər bədən üzvləri ilə, habelə insanın digər insanlarla, bütün bəşəriyyətin yaradılış aləmi ilə uyğunluğunu araşdırdıqda bunun eyni mənbədən qaynaqlandığı qənaətinə gəlirik.
Çox gözəl bir şeir bizə onu deyən şairin gözəl təbə sahib olmasından xəbər vermirmi? Bir divanda eyni üslubda və bir-birinə uyğun şeir parçalarının olması divanın bütünlüklə eyni müəllifə məxsus olmasına işarə etmirmi?
Bu kiçik müqəddiməni nəzərdə tutaraq sözügedən #### Ayənin təfsirinə başlayırıq. Bu ayədə dünyada hər biri böyük yaradanın olmasından xəbər verən uyğunluğun altı hissəsinə işarə edilmişdir. Bunlar aşağıdakılardır:
“Göylərin və yerin yaradılmasında” “إِنَّفِيخَلْقِالسَّمَاوَاتِوَالأَرْضِ” ifadəsi.
Həqiqətən də, bu əzəmətli göy, o qədər incəliklə bir-birinin ətrafında dayanmış milyonlarla ulduzun sayrışması, həmçinin yerin həyat üçün lazım olan bitki, heyvan və digər vasitələrlə zənginliyi və bir- birinin arasında olan uyğunluq bütün bunlar pak olan Allahın zatından və Onun sonsuz və tükənməz elmindən, qüdrətindən xəbər verir. Qəribə burasıdır ki, bəşəriyyət elmi cəhətdən nə qədər irəli gedirsə, bu dünyanın əzəməti də bir o qədər artır. Bu elmi inkişafın nə qədər davam edəcəyi isə heç kimə məlum deyil.
Alimlər belə hesab edirlər ki, göydə milyonlarla planetlər vardır. Bizim qalaktikamız onlardan sadəcə biridir. Təkcə bizim qalaktikamızda yüz milyonlarla parlaq ulduz vardır. Alimlərin hesablamalarına görə, milyonlarla ulduzun arasında hər birində milyardlarla canlı yaşayan milyonlarla planet vardır. Bu, nə böyük əzəmətdir!
2) "Gecə ilə gündüzün bir-birini əvəz etməsində" ifadəsi.
Bəli, gecə ilə gündüzün, aydınlıqla qaranlığın bir-birini dəyişməsi və bunun nəticəsində ilin dörd fəslinin yaranması, ağacların, bitkilərin və digər canlıların öz təkamül mərhələlərini geridə qoyması
\- bütün bunlar Allah-taalanın varlığına dəlalət edən digər bir sübutdur. Əgər bu tədrici dəyişiklik olmasaydı, yaxud bu dəyişiklik intizamsız şəkildə baş versəydi, məsələn, həmişə gecə və ya həmişə gündüz olsaydı, yer kürəsində həyat birdəfəlik sönərdi. Əgər həyat davam etsəydi də, çox sıxıcı keçərdi.
3) "Dənizdə insanların xeyrinə üzən gəmilərdə” ifadəsi.
İnsanlar böyük və kiçik gəmilərin vasitəsilə okeanın ortasında öz yoluna davam edir, dünyanın müxtəlif yerlərinə getməklə öz məqsədlərinə nail olurlar. Gəmilərin bu hərəkəti, xüsusilə də küləklə işləyən gəmilərin hərəkəti bir neçə amilin nəticəsində yaranır: ilk növbədə mütəmadi olaraq əsən küləkləri qeyd etməliyik. Bu küləklər şimal və cənub qütbündən ekvator xəttinə, ekvator xəttindən də şimal və cənub qütbünə doğru əsir. Bura bölgədə əsən və gəmilərin hərəkətinə yardımçı olan küləkləri də əlavə etmək lazımdır. Gəmilər bu təbii və müftə qüvvənin köməyi ilə öz məqsədlərinə doğru hərəkət edə bilir. Daha sonra gəmiyə suyun üzərində hərkət etməyə imkan verən taxtanın xasiyyətini, habelə suyun cisimlərə qarşı sıxlıq dərəcəsini də nəzərə almalıyıq. Eləcə də kompasın əqrəblərini hərəkətə gətirən iki dəyişməz maqnit qütbünü - şimal və cənub maqnit qütblərini, habelə insana yol göstərən ulduzların səmadakı düzülüşünü də unutmamalıyıq. Bütün bunlar əl-ələ verməyincə gəmilərdən istifadə etmək mümkün olmayacaq. Deməli, gəmilərin dənizdə üzməsi də Allahın varlığına dəlalət edən nişanələrdən biridir.
Nə qədər təəccüblü görünsə də, bu, bir faktdır ki, müasir dövrdə motorla işləyən texnikaların meydana gəlməsi yuxarıda dediyimiz amillərin əhəmiyyətini nəinki azaltmamış, əksinə, daha da artırmışdır. Belə ki bu çağdaş dövrümüzdə də bəşəriyyətin ən önəmli nəqliyyat vasitələrindən biri məhz gəmidir. Bu gəmilər arasında elələri vardır ki, insana, sanki bir şəhərciyi xatırladır. Onların içərisində meydanları, istirahət və əyləncə mərkəzləri, alış-veriş məntəqələri, hətta təyyarə meydançasına qədər var.
4) "Allahın göydən endirdiyi, onunla ölmüş torpağı diriltdiyi və onda növbənöv heyvanları yaydığı suda" ifadəsi.
Yağışın həyatverici, təravətli və bərəkətli damcıları təbii olaraq hər yerə tökülür. Töküldüyü hər yerə yeni nəfəs verməklə ardınca ruzi-bərəkət gətirir. Canlıların misilsiz dəqiqliklə hər yerə tökülən bu cansız sudan həyat alması da Allah-taalanın varlığına dəlalət edən nişanələrdəndir.
5) “Göylə yer arasında ram edilmiş küləkdə” ifadəsi.
Külək az öncə yuxarıda qeyd etdiyimiz kimi, təkcə dənizlərdə əsib gəmiləri hərəkətə gətirmir. Eyni zamanda quruda, dağlarda, dərələrdə, düzənliklərdə də əsərək gah erkək bitkilərdəki tozları dişi bitkilərə ötürməklə onların arasında tozlandırma prosesini həyata keçirir və bununla da bizi cürbəcür bitkilər, meyvələrlə təmin edir, gah da çaylarda və dənizlərdə ləpələri dalğalandırmaqla suda yaşayan canlılar üçün əlverişli şərait yaradır. Eyni zamanda soyuq yerlərin havasını isti, isti yerlərin havasını isə soyuq yerlərə aparmaqla yer kürəsinin havasını, habelə oksigenin çatışmadığı bölgələrə meşələrdən əlavə oksigen aparmaqla havanı tənzimləyir. Külək bu qədər faydaları və bərəkəti ilə Allah- taalanın varlığından xəbər verən daha bir nişanədir.
6) "Buludların istiqamətinin dəyişdirilməsində" ifadəsi.
Başımızın üstündə hərəkət edən və cazibə qüvvəsinin əksinə olaraq milyardlarla ton suyu yerlə göyün arasında saxlayan buludların heç bir təhlükə yaratmadan onları bir nöqtədən digər nöqtəyə aparması da Allahın varlığına, əzəmətinə dəlalət edən bir nişanədir. Əgər onların su paylamaq funksiyası olmasaydı, yer üzərində nə içməyə bir damcı su tapılardı, nə də bitkilərin cücərməsi üçün bir bulaq axardı. Yer üzü tamamilə quraq olar, hər tərəfə ölüm sükutu çökərdi. Bu da Allahın elm və qüdrətindən xəbər verən bir nişanədir. Bəli, bütün bunlar ağılsız və düşüncəsiz, gözü kor, qulağı kar olan insanlar üçün deyil, ağıl sahibləri üçün Allahın varlığına dəlalət edən bariz nişanələrdir: “Düşünən insanlar üçün (Allahın varlığını və yeganəliyini göstərən) nişanələr vardır”.
Bəqərə surəsi, 165-167-ci ayələr
وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللَّهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللَّهِ وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُوا إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلَّهِ جَمِيعًا وَأَنَّ اللَّهَ شَدِيدُ الْعَذَابِ .١٦٥
إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُوا مِنَ الَّذِينَ اتَّبَعُوا وَرَأَوُا الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الْأَسْبَابُ .١٦٦
وَقَالَ الَّذِينَ اتَّبَعُوا لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّءُوا مِنَّا كَذَلِكَ يُرِيهِمُ اللَّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ وَمَا هُمْ بِخَارِجِينَ مِنَ النَّارِ .١٦٧
Ayələrin tərcüməsi
165\. Bəzi insanlar özlərinə Allahdan qeyri tanrı seçir, onları Allahı sevən kimi sevirlər. İman gətirənlərin Allaha məhəbbəti isə (müşriklərin bütlərinə sevgisindən) daha güclüdür. Zülm edənlər (Allahdan qeyrisini tanrı seçənlər) (ilahi) əzabı görəndə bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və (qorxduqları xəyali tanrıların deyil,) Allahın şiddətli əzabı olduğunu biləcəklər.
166\. O zaman (azğın və azdıran) başçılar ardıcıllarından (onlara tabe olanlardan) uzaqlaşacaq, (ilahi) əzabı görəcək və əlləri hər yerdən üzüləcəkdir.
167\. O zaman tabe olanlar (ardıcıllar): “Kaş bir də dünyaya qayıda biləydik, (bu gün) onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan (azğın başçılardan) uzaqlaşardıq” - deyərlər. (Bəli,) beləcə, Allah onların əməllərini təəssüf doğuracaq şəkildə özlərinə göstərər və onlar Cəhənnəm odundan heç vaxt çıxmayacaqlar.
Ayələrin təfsiri.
Küfr başçılarının öz ardıcıllarından uzaqlaşması.
Əvvəlki ayələrdə Allah-taalanın varlığı və yeganəliyinə dəlalət edən nişanələrin ardınca bu ayələrdə həmin nişanələrə göz yumub şirk, bütpərəstlik və çoxallahlılıq yolunu tutan, onların qarşısında səcdə edən, onlara məhəbbət bəsləyən insanlardan danışılır. Halbuki bu insanlar bütün nemətləri onlara bəxş etmiş Allaha məhəbbət bəsləməli idilər. İlk öncə belə deyilir: "Bəzi insanlar özlərinə Allahdan qeyri tanrı seçir, onları Allahı sevən kimi sevirlər. İman gətirənlərin Allaha məhəbbəti isə (müşriklərin bütlərinə sevgisindən) daha güclüdür”.
İmanlı insanlar ağıllı və düşüncəli şəxslər olduqları üçün bütün nemətləri bəxş etmiş Allahdan heç vaxt əl çəkməz, yalnız Ona məhəbbət bəsləyərlər. Ondan qeyrisini, ümumiyyətlə, sevilməyə layiq hesab etməzlər. Bütün işlərini Ona xatir həyata keçirərlər. Ona elə sevgi bəsləyirlər ki, Əli (ə) kimi deyərlər: "İlahi, Sənin əzabına dözəm də, Səndən ayrılığa dözə bilmərəm".
Həqiqi məhəbbət bu və digər kamala doğru yönəlir. İnsan heç vaxt yoxluğa və ya nöqsana sevgi bəsləməz. Deməli, kamalı hamıdan çox olan varlıq sevilməyə də hamıdan daha layiqdir. Yuxarıdakı ayədə də deyildiyi kimi, imanlı insanların Allaha olan sevgisi bütpərəstlərin tapındıqları tanrılarına olan sevgisindən daha artıqdır. Niyə də belə olmasın? Həqiqəti tapıb onu sevən insanın sevgisi xurafata uyan şəxsin sevgisi ilə bərabər ola bilərmi? Möminlərin sevgisi elm və mərifətdən, kafirlərin sevgisi isə nadanlıq və xurafatdan qaynaqlanır. Buna görə də birincilərin sevgisi həmişə sabit olub heç vaxt dəyişməz, ikincilərin sevgisi isə sabit qalmaz. Bu səbəbdən ayənin davamında belə deyilir: "Zülm edənlər (Allahdan qeyrisini tanrı seçənlər) (ilahi) əzabı görəndə bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və (qorxduqları xəyali tanrıların deyil,) Allahın şiddətli əzabı olduğunu biləcəklər”.
Belə bir vəziyyətdə gözlərinin qarşısındakı təkəbbür və qəflət pərdələri kənara çəkiləcək, onlar səhv etdiklərini başa düşəcəklər. Lakin heç bir ümid yerlərinin olmadığını anlayıb ixtiyarsız olaraq üz tutduqları zalım başçılarından yardım diləyəcəklər. Zalım başçıları isə onlardan uzaqlaşacaqlar. Belə olduqda onlar Allahın əzabının qaçılmaz olduğunu anlayacaqlar: “O zaman (azğın və azdıran) başçılar ardıcıllarından (onlara tabe olanlardan) uzaqlaşacaq, (ilahi) əzabı görəcək və əlləri hər yerdən üzüləckdir”.
Məlum məsələdir ki, burada "zalım başçılar" dedikdə daşdan və ya taxtadan hazırlanmış bütlər deyil, müşriklərin qeyd-şərtsiz tabe olduğu zalım və şeytansifət insanlar nəzərdə tutulmuşdur.
Öz tapındıqları tanrıların (zalım başçılarının) vəfasızlığını gördükdə özlərinə təsəlli vermək məqsədilə belə deyəcəklər: "O zaman tabe olanlar (ardıcıllar): "Kaş bir də dünyaya qayıda biləydik, (bu gün) onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan (azğın başçılardan) uzaqlaşardıq" deyərlər.
Lakin bunun heç bir faydası olmayacaq. Artıq iş işdən keçmişdir və onların dünyaya dönüşü bir daha mümkün olmayacaq. Buna bənzər ifadə "Zuxruf" surəsinin 38-ci ayəsində də işlədilmişdir. Orada belə deyilmişdir:
"Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyəcək: “Kaş, mənimlə sənin aranda günçıxanla günbatanın arası qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!"
Nəhayət, ayənin sonunda belə deyilir: "(Bəli,) beləcə, Allah onların əməllərini təəssüf doğuracaq şəkildə özlərinə göstərər və onlar Cəhənnəm odundan heç vaxt sıxmayacaqlar”.
Təbii ki, onların əlindən təəssüf hissi keçirməkdən başqa bir iş gəlməyəcək. Həsrət çəkəcəklər ki, topladıqları maldan başqaları istifadə edirlər. Səadətə çatmaq üçün ixtiyarlarında olan fürsətləri boşa verdikləri üçün həsrət çəkəcəklər. Allah-taalanın əvəzinə yalançı məbudlara sitayiş etdiklərinə görə təəssüf hissi keçirəcəklər. Ancaq bu həsrətin heç bir faydası olmayacaq. Çünki artıq nə həsrət çəkməyin, nə hər hansı bir iş görməyin, nə də buraxdıqları səhvləri aradan qaldırmağın vaxtı deyil. İndi artıq əməllərin nəticəsini görməyin vaxtıdır.
Bəqərə surəsi, 168-169-cu ayələr
يَا أَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْأَرْضِ حَلَالًا طَيِّبًا وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ .١٦٨
إِنَّمَا يَأْمُرُكُمْ بِالسُّوءِ وَالْفَحْشَاءِ وَأَنْ تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ .١٦٩
Ayələrin tərcüməsi
168\. Ey insanlar! Yer üzündəki qidaların təmiz və halal olanlarını yeyin, şeytanın izi ilə getməyin. Çünki, o, sizinlə açıq-aşkar düşməndir.
169\. O, sizə ancaq pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edir.
Ayələrin nazilolma səbəbi.
İbn Abbasdan belə nəql edilmişdir ki, Səqif və Xüzaə kimi bəzi ǝrǝb qəbilələri heç bir əsas olmadan bəzi kənd təsərrüfatı məhsullarını və heyvanları özlərinə haram etmişdilər. (Hətta bunu Allaha istinad edirdilər.) Bu ayələr nazil olaraq onları bu işdən çəkindirmişdir.
Ayələrin təfsiri.
Şeytanın izləri.
Bundan əvvəlki ayələrdə şirk və bütpərəstlik sərt şəkildə pislənilmişdi. Şirkin növlərindən biri də odur ki, insan Allahdan başqasını qanun təyin edən hesab edib halal və haramın müəyyənləşdirilməsini onun ixtiyarına buraxsın. İndi haqqında danışacağımız ayələr bu işi şeytanın əməli kimi qiymətləndirərək buyurmuşdur: “Ey insanlar! Yer üzündəki qidaların təmiz və halal olanlarını yeyin, şeytanın izi ilə getməyin. Çünki, o, sizinlə açıq-aşkar düşməndir".
Quranda yeməklə bağlı xeyli sayda ayə vardır. Maraqlıdır ki, bu ayələrin hamısında “halal” və “təmiz" şərtləri qeyd edilmişdir. "Halal” heç bir qadağası olmayan, "təmiz" isə insan təbiətinə uyğun gələn pak şeylərə deyilir. Onun əksi (antonimi) isə insanın təbiətinə uyğun gəlməyən "natəmiz"dir.
Ayənin ərəbcə mətnində işlədilmiş “خُطُوَات” (xutuvat) sözü “خطوة” (xutvǝ) kəlməsinin cəmi olub, "addım, iz" mənasını bildirir. "Şeytanın izləri" dedikdə şeytanın öz məqsədinə çatıb insanları azdırmaqdan ötrü atdığı addımlar, qoyduğu izlər başa düşülür.
"Şeytanın izi ilə getməyin" cümləsi Quranda beş dəfə təkrar edilmişdir. Bunlardan ikisi yemək və Allahın verdiyi ruzilərlə bağlı olub insanlara xəbərdarlıq edir ki, bu nemətləri nəzərdə tutulduğundan başqa yerlərə sərf etməsinlər. Onları yer üzündə fəsad törətmək üçün deyil, Allaha itaət etmək üçün bir vasitəyə çevirsinlər.
Şeytanın izi ilə getmək Quranın başqa bir ayəsində yeməklə bağlı olan ayənin davamında məhz yer üzündə fəsad törətmək kimi izah edilmişdir:
"Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə fəsad törətməyin!"
Eləcə də deyilmişdir:
"Sizə verdiyimiz pak ruzilərdən yeyin və bunda həddi aşmayın..." Bu ayələrdən belə nəticə əldə edilir ki, deməli, Allah-taalanın verdiyi halal nemətlər günah vasitəsinə çevrilməməli, yalnız Ona itaət yolunda sərf edilməlidir.
Quranda “şeytan" sözünün ardınca on dəfədən artıq işlədilmiş “Çünki, o, sizinlə açıq-aşkar düşməndir” cümləsi insanın bütün gücünü bu düşmənə qarşı səfərbər etməsi məqsədini güdür.
Növbəti ayədə insanı bədbəxtliyə sürükləməkdən başqa məqsədi olmayan şeytanın insana qarşı düşmənçiliyinin səbəbi aydın şəkildə bildirilmişdir: “O, sizə ancaq pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edir”.
Deməli, şeytanın işlərini üç hissəyə bölmək olar: pisliklər, iyrəncliklər və insanlara Allaha qarşı bilmədiklərini dedizdirmək.
Ayənin ərəbcə mətnində işlədilmiş "fəhşa" sözü "fahiş" kəlməsindən olub, "mötədil həddi aşan istənilən iş" mənasını bildirir. Bu baxımdan bu söz aşkar olan bütün pis əməllərə şamil olur. Hazırda bu sözün yalnız "cinsi pozğunluq" mənasında işlədilməsinə gəlincə, bu, ümumi mənanın əhatə dairəsinin kiçildilərək müəyyən bir əməl mənasında işlədilməsi baxımındandır.
"Allaha qarşı bilmədiklərinizi deməyi əmr edir" cümləsi cahiliyyət dövründə ərəblərin bəzi halal yeməkləri özlərinə haram etməsinə və bunu Allahın əmri olduğunu bildirmələrinə işarə ola bilər. Bəzi təfsirçilərin dediyinə görə, hətta təzə müsəlman olmuş bəzi insanlarda da bu adətin qalıqları davam etməkdə idi. Yaxud da bu cümlə daha geniş məfhuma malik olub, Allaha şərik qoşmaq və nəyisə Ona bənzətmək kimi işləri də əhatə edir. Hər halda bu cümlə ona dəlalət edir ki, bu cür işlər ən azından insanın Allaha qarşı bilmədiyi şeyləri deməsi hesab edilir. Bu isə heç bir məntiqə sığmayan əməldir. Ümumiyyətlə, əgər insanların dediyi hər sözün tutarlı bir əsası olarsa, cəmiyyətin düçar olduğu bir çox bədbəxtliklərə son qoyular. Dinlərdəki bütün xurafatların kökündə məhz bu amil dayanır. Belə ki heç bir əsası olmayan sözlər və ya əməllər məntiqsiz insanların vasitəsilə dinə sirayət etmişdir. Buna görə də insanların Allaha qarşı bilmədiklərini deməsi də şeytanın əməli kimi təqdim edilmişdir.
İncəliklər:
1\. Halal olmaq.
Bu ayə ona dəlalət edir ki, yer üzərində olan bütün yeməlilər öz- özlüyündə halaldır. Haram yeməlilər isə bu ümumi qaydadan istisna təşkil edir. Buna görə də nəyinsə halal olmasının deyil, haram olmasının dəlili olmalıdır. Şəriət qanunları genetik qanunlarla uyğun olduğu üçün insanın təbiəti də bunu tələb edir. Bir qədər də sadə şəkildə desək, Allah-taalanın yaratdığı hər bir şey, şübhəsiz ki, müəyyən faydalara malik olub, insanın istifadəsi üçün nəzərdə tutulmuşdur. Buna görə də onun öz-özlüyündə haram olmasının mənası yoxdur. Buradan belə nəticə əldə edirik ki, şəriət qanunlarına əsasən hər hansı bir yeməlinin haram olmasına dair sübut olmayınca və fərdə və ya cəmiyyətə zərəri olmayacağı təqdirdə onu yemək halal sayılır.
2\. Tədrici azğınlaşmalar.
"Şeytanın izləri” ifadəsi tərbiyəvi əhəmiyyət kəsb edən bir məsələyə işarə edir. O da bundan ibarətdir ki, pis əməllər insanda birdən- birə deyil, tədricən formalaşır. Məsələn, bir gəncin narkotik vasitələrə, qumara və ya şəraba qurşanması adətən bir sıra mərhələlərdən keçir. Əvvəlcə belə işlərin görüldüyü yerlərdə tamaşaçı qismində iştirak edir və istifadə etməmək şərtilə orada olmağın heç bir qəbahəti olmadığını düşünür. İkinci mərhələdə arada udub-uduzmaq olmamaq şərtilə pulsuz qumar oynamağa və yaxud bədənində hiss etdiyi ağrını sakitləşdirmək məqsədilə narkotik vasitədən istifadə etməyə başlayır. Üçüncü mərhələdə qısa müddət ərzində tərgitmək şərtilə həmin vasitələrdən azacıq istifadə etmək qərarına gəlir. Bundan sonra isə növbəti mərhələlər bir-birini əvəzləyir, nəticədə həmin gənc narkotik vasitələrin aludəçisinə və yaxud məşhur bir qumarbaza çevrilir. Şeytanın vəsvəsələri də eynilə bu cürdür. O, insanı yavaş-yavaş, addım-addım uçuruma doğru aparır. Bu, təkcə əsl şeytana aid bir məsələ deyil. Bütün şeytansifət insanlar da öz məkrli planlarını bu şəkildə həyata keçirirlər. Buna görə də Quran buyurur ki, ilk addımdaca diqqətli olmalısınız ki, şeytanın ardınca getməyəsiniz.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, hədislərdə xurafat və məntiqsiz işlər də "şeytanın izləri” olaraq göstərilmişdir. Məsələn, hədislərdən birində deyilmişdir: "Bir kişi and içmişdi ki, Allah yolunda oğlunun başını kəsəcək. İmam Sadiq (ə) ona buyurdu ki, bu iş şeytanın vəsvəsələrindəndir". İmam Muhəmməd Baqirdən (ə) nəql edilmiş bir hədisdə belə deyilmişdir:
"Allahın adından başqa andlar şeytanın vəsvəsələrindəndir". İmam Sadiqdən (ə) nəql edilmiş digər bir hədisdə isə o Həzrət (ə) belə buyurmuşdur: "Həyata keçirilməsi daha yaxşı olan işin tərk edilməsinə and içən şəxs öz andına əməl etməyib yaxşı işi həyata keçirərsə, bunun heç bir kəffarəsi yoxdur. Bu (həyata keçirilməsi daha yaxşı olan işin tərk edilməsinə and içmək), şeytanın vəsvəsələrindəndir".
3\. Şeytan köhnə düşməndir.
Haqqında danışdığımız ilk ayənin sonunda şeytanın açıq-aşkar düşmən olduğu bildirilir və bunu üç cəhətə görə izah etmək olar. Bu, ya onun ilk gündən Həzrət Adəmə (ə) səcdə etməməklə öz düşmənçiliyini göstərməsi və hər şeyini əldən verməsi ilə əlaqədardır. Ya onun qətl və sair cinayətlər kimi vəsvəsələrinin hamıya aşkar olması ilə əlaqədardır. Hamı bilir ki, dost heç vaxt insanı belə işlərə sövq etməz. Bu vəsvəsələr yalnız insanın bədbəxtliyini istəyən bir düşmən tərəfindən ola bilər. Ya da şeytanın insanla açıq-aşkar düşmən olduğunu bildirməsi ilə əlaqədardır. Çünki o, açıq şəkildə: “(İblis) dedi: “Sənin izzətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam...” – deyə bildirmişdir.
4\. Şeytanın vəsvəsələrinin necəliyi.
Burada qarşıya belə bir məsələ çıxır ki, “O, sizə ancaq pis və iyrənc işlər görməyi əmr edir” cümləsindəki “əmr edir” ifadəsində, sözsüz ki, şeytanın vəsvəsələri nəzərdə tutulmuşdur. Halbuki bu və digər pis bir işi görərkən kənardan qətiyyən təhrik hiss etmirik. Yəni şeytanın bizi yoldan çıxartmasını hiss edə bilmirik.
Bunun izahında qeyd etməliyik ki, "vəsvəsə" sözündən də başa düşüldüyü kimi, şeytanın insana təsiri gizli və xəbərsiz şəkildə olur. Bəzi ayələrdə bu, “təlqin, vəhy etmək” ifadəsi ilə verilmişdir. Məsələn, aşağıdakı ayəyə diqqət edək:
"Həqiqətən, şeytanlar sizinlə mücadilə etmələri üçün öz dostlarına gizlində bəzi şeyləri təlqin (vəhy) edirlər”.
Lakin bir məsələ də var ki, insan Allah tərəfindən edilən ilhamla şeytan tərəfindən edilən ilhamı bir-birindən fərqləndirə bilər. Çünki onları bir-birindən ayırd etmək üçün çox aydın bir nişanə vardır. O da budur ki, Allah tərəfindən olunan ilham fitrət ilə uyğun gəldiyi üçün insanı rahatlaşdırır. Şeytanın vəsvəsəsi isə fitrət ilə uyğun gəlmədiyi üçün insanı narahat edir. Hətta insan bu və digər günah edərkən narahat olmasa da, sonradan narahatlıq hissi keçirəcək. Budur Allah tərəfindən edilən ilhamla şeytan tərəfindən edilən ilhamın fərqi.
Bəqərə surəsi, 170-171-ci ayələr
وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنْزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءَنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْقِلُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ .١٧٠
وَمَثَلُ الَّذِينَ كَفَرُوا كَمَثَلِ الَّذِي يَنْعِقُ بِمَا لَا يَسْمَعُ إِلَّا دُعَاءً وَنِدَاءً صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَعْقِلُونَ .١٧١
Ayələrin tərcüməsi
170\. Onlara: "Allahın nazil etdiyinə tabe olun!" - deyildiyi zaman onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik" - deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə, necə? (Yenə də onlara tabe olacaqlar?)
171\. Kafirlərin məsəli (sənin onları dinə çağırmağının məsəli) o adamın məsəlinə oxşayır ki, (heyvanları təhlükədən xilas etmək üçün) haylayır, amma onlar hay-küydən başqa bir şey eşitmirlər. (Onun sözünün əsl mənasını anlamırlar. Bu kafirlər, əslində,) kar, lal və kordurlar. Buna görə də bir şey anlamırlar.
Ayələrin təfsiri.
Ata-babalara kor-koranə təqlid.
Bu ayələrdə müşriklərin Allahın bir sıra halal ruzilərini özlərinə haram etməsi və ya bütlərə sitayiş etmələri ilə bağlı əsassız məntiqinə işarə edilmişdir. İlk öncə belə deyilmişdir: "Onlara: "Allahın nazil etdiyinə tabe olun!" - deyildiyi zaman onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik" - deyirlər.
Bunun ardınca Allah-taala dərhal onların bu əsassız məntiqini çox yığcam, eyni zamanda dəqiq bir ifadə ilə məhkum edərək buyurmuşdur: "Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə, necə? (Yenə də onlara tabe olacaqlar?)
Yəni əgər onların ata-babaları doğru yolda olan ağıllı insanlar olsaydılar, onların getdiyi yolla getmələri doğru olardı. Lakin onlar öz ata-babalarının nadan və mövhumatçı insanlar olduğunu bildikləri halda, onların ardınca getməyin nə mənası var? Bu, nadanın nadana təqlid etməsi deyilmi?
Ümumiyyətlə, qəbilə təəssübkeşliyi ilk günlərdən etibarən müş- riklər arasında mövcud olmuş, bu gün də başqalarının arasında davam etməkdədir. Lakin Allaha inanan imanlı insan bu məntiqi rədd edir. Quran da bir çox ayələrdə ata-babalara edilən kor-koranə təqlidi sərt şəkildə tənqid etmişdir.
Başqa sözlə desək, insanın kor-koranə şəkildə əcdadlarının yolu ilə getməsi gerilikdən başqa bir nəticə verməyəcək. Çünki zaman keçdikcə təcrübə daha da artır. Təəssüflər olsun ki, bu yanlış təfəkkür tərzi hələ də bəzi insanlarda qalmaqdadır. Onlar öz əcdadlarını, sanki bütə çevirib ilahiləşdirir, onlardan qalma xurafat əməlləri "adət- ənənə" adı altında qeyd-şərtsiz qəbul edib, bu məsələyə "tariximizi qorumalıyıq" kimi don geydirirlər. Bu, xurafat işlərin bir nəsildən digər nəsilə ötürülməsində ən təsirli vasitədir. Keçmiş nəsillərin adət-ənənələrini araşdırıb məntiqə uyğun gələnini qorumaq çox da bəyənilən işdir. Ancaq məntiqə uyğun gəlməyənini kənara atmaq lazımdır. Bundan gözəl nə ola bilər?! Budur keçmiş tariximizə, milli adət-ənənələrimizə sadiq qalmaq! Lakin heç bir araşdırma aparmadan, kor-koranə şəkildə keçmiş adət-ənənələrə sadiq qalmaq axmaqlıq və mövhumatçılıqdan başqa bir şey deyil.
Sözügedən ayədə haqqında danışılan keçmiş nəsillərin bir şey anlamayıb doğru yolda olmamaları bildirilmişdir. Bu da ondan xəbər verir ki, iki insana təqlid etmək olar: özü ağıllı və elm sahibi olan şəxsə və ya özü alim olmasa da, alim olan şəxsin bələdçiliyini qəbul edən şəxsə. Sözügedən insanlar isə nə özləri alim olmuş, nə də alim olan şəxsin bələdçiliyini qəbul etmişlər. Belə insanlara təqlid etmək isə heç bir vəchlə qəbul edilmir.
Növbəti ayədə sözügedən insanların nəyə görə açıq-aşkar nişanələri qəbul etməməsinin, öz küfr və azğınlığına davam etməsinin səbəbi açıqlanır, onların barəsində bir məsəl çəkilir: “Kafirlərin məsəli (sənin onları dinə çağırmağının məsəli) o adamın məsəlinə oxşayır ki, (heyvanları təhlükədən xilas etmək üçün) haylayır, amma onlar hay- küydən başqa bir şey eşitmirlər. (Onun sözünün əsl mənasını anlamırlar).
Bəli, onlar, həqiqətən də, sürünün xeyrini istəyən çobanın yalnız fəryadını eşidir, daha hansı məqsəd üçün fəryad etdiyini anlamayan heyvanlara bənzəyirlər. Ayənin sonunda isə bu məsələyə daha da təkid edərək deyilir: "(Bu kafirlər, əslində,) kar, lal və kordurlar. Buna görə də bir şey anlamırlar.
Məhz bu səbəbdən də atalarının xurafat əməllərindən möhkəm yapışmış, onları haqqa dəvət edən heç bir xeyirxahın dəvətini qəbul etməmişlər.
Bəzi müfəssirlər bu ayəni başqa cür təfsir edərək bildirmişlər ki, bütlərə və qondarma tanrılara sitayiş edənlərin məsəli şüursuz heyvanları çağıran şəxsin hərəkətinə bənzəyir. Nə o heyvanlar onları çağıranı, nə də qondarma tanrılar öz abidlərini başa düşür. Çünki bu bütlər kar, lal və kordurlar. (Diqqət edin!)
Qeyd etməliyik ki, təfsirçilərin böyük əksəriyəti birinci təfsiri qəbul etmişlər. Hədislərdə də həmin mənaya işarə edilmişdir. Biz də bu sətirlərin müəllifi olaraq məhz həmin ehtimalı qəbul edirik.
İncəliklər:
1\. Tanıma vasitələri.
Məlum məsələdir ki, insanın ətraf mühitlə təmasda olması üçün müəyyən vasitələrə ehtiyacı vardır. Bu vasitələrə tanıma vasitələri deyilir. Bunların arasında ən önəmlisi göz, qulaq və dildir ki, hər biri müvafiq olaraq görmək, eşitmək və danışmaq funksiyasını yerinə yetirir. Haqqında danışdığımız ayədə sözügedən insanlar tanıma vasitələrindən istifadə etmədikləri üçün kar, lal və kor adlandırıldıqdan sonra nəticə bildirən (f) ǝdatı işlədilərək onların heç nə anlamadıqları bildirilmişdir: "Buna görə də bir şey anlamırlar".
Beləliklə də, Quran şahidlik edir ki, elm və biliyin ən əsas qavrama vasitəsi göz, qulaq və dildir. Göz və qulaqdan vizual qavrama üçün, dildən isə başqaları ilə ünsiyyətdə olmaq yolu ilə elm mənimsəmək üçün istifadə edilir. Fəlsəfədə də sübuta yetirilmişdir ki, hətta qeyri- empirik elmlər də empirik elmlərdən qaynaqlanır. Bu mövzu haqqında daha çox danışmaq olar, lakin mövzudan kənara çıxmamaq üçün söhbətə burada son qoyuruq.
2\. (yǝn'iqu) feili (nǝ'q) kökündən olub, əslində, "qarğanın boynunu dartmadan və başını tərpətmədən çıxartdığı səs”ə deyilir. (nə q) və (ğəyn) sözləri də eyni mənanı ifadə edir. Lakin qarğa səs çıxardarkən boynunu dartıb başını tərpədərsə, bu zaman ərəblər bunu (nə əb) feili ilə ifadə edirlər. Lakin sonradan bu söz daha geniş məna kəsb edərək heyvanları çağırmaqdan ötrü istifadə edilən səslərin də barəsində işlədilmişdir. Məlum məsələdir ki, heyvanlar bu səsləri anlamırlar. Bəzi hallarda reaksiya versələr də, bu, çıxarılan səsin mənasını anlamaqdan deyil, səsin tonundan irəli gəlir.
Bəqərə surəsi, 172-173-cü ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَاشْكُرُوا لِلَّهِ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ .١٧٢
إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنْزِيرِ وَمَا أُهِلَّ بِهِ لِغَيْرِ اللَّهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَلَا إِثْمَ عَلَيْهِ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ .١٧٣
Ayələrin tərcüməsi
172\. Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin.
173\. Allah sizə yalnız ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri haram etmişdir. Məcbur qalan üçün isə zülm etmədikcə və həddi aşmadıqca heç bir günah yoxdur. (Zərurət yarandıqda acından ölməmək üçün onlardan yeyə bilər.) Allah bağışlayan və mehribandır.
Ayələrin təfsiri.
Pak nemətlər və murdarlar.
Quran köklü azğınlıqları müxtəlif təkid formaları ilə açıqladığına görə, burada bir daha cahiliyyət dövründə müşriklərin bir sıra halal yeməkləri əsassız olaraq haram hesab etməsinə qayıdılmışdır. Sadəcə daha əvvəl söhbət ümumi insanlara yönəldilmişdisə, burada yalnız möminlərə yönəldilmişdir. İlk öncə belə deyilmişdir: "Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin”.
Allah-taalanın sizlər üçün yaratdığı pak və halal olan, eləcə də fitrət və sağlam təbiətə uyğun gələn bu nemətlərdən niyə də istifadə etməyəsiniz? Bu nemətlər öz vəzifələrinizi həyata keçirmək üçün sizə güc verir, üstəlik, Allahı sizin yadınıza salır.
Bu ayə ilə "Ey insanlar, yer üzündəki qidaların təmiz və halal olanlarını yeyin" (bu surənin 168-ci) ayəsini müqayisə edib aralarındakı fərqlərə nəzər yetirdikdə iki incə məqam diqqəti cəlb edir:
Burada “...siz ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin" deyildiyi halda, daha əvvəlki ayədə "...yer üzündəki qidaların təmiz və halal olanlarını yeyin" deyilmişdi. Bu fərq, sanki onu demək istəyir ki, pak və təmiz nemətlər, əslində, möminlər üçün yaradılmışdır. İmansız insanlar da onların sayəsində bu ruzilərdən istifadə edirlər. Necə ki bir bağban bağdakı gözəl güllərə və ağaclara su vermək məqsədilə bağı suvardıqda oradakı tikanlar və yabanı otlar da sudan istifadə edir.
2) Daha əvvəlki ayədə adi insanlara "...yer üzündəki qidaların təmiz və halal olanlarını yeyin, şeytanın izi ilə getməyin" deyildiyi halda, bu ayədə möminlərə "...sizə ruzi olaraq verdiyimiz pak nemət- lərdən yeyin və Allaha şükür edin" - deyə xitab edilmişdir. Deməli, möminlərə bu nemətlərdən təkcə sui-istifadə etməmək deyil, eyni zamanda şükür etmək də şərt olaraq qoyulmuşdur. Yəni adi insanlardan yalnız bu istənilir ki, yeyib-içsinlər, ancaq günah etməsinlər. Möminlərdən isə yeyib-içdikdən sonra günah etməməklə yanaşı, şükür etmək də istənilmişdir.
Pak və halal yeməklərlə bağlı ayələrin bir neçə dəfə təkrar edilməsi, bəlkə də, kimlərdəsə sual yarada bilər ki, bu qədər təkrara nə ehtiyac var? Lakin cahiliyyət dövrünün tarixini bir qədər araşdırdıqda görürük ki, o vaxtkı ərəblər heç bir əsas olmadan halal yeməkləri özlərinə elə haram edirmişlər ki, buna təəccüblənməmək mümkün deyil. Hətta bu işi bəzi hallarda Allaha aid etmişlər. Özü də bu yanlış təfəkkür onların düşüncəsinə o qədər nüfuz etmişdi ki, onu göydən gəlmiş vəhy kimi qəbul etmişdilər. Allah-taala halal yeməklər mövzusunu bir neçə ayədə bilərəkdən təkrar etməklə bu yanlış təfəkkürü onların beynindən tamamilə çıxartmaq istəmişdir. Üstəlik, "pak, təmiz" ifadəsi insanlarda belə bir fikir formalaşdırır ki, İslam şəriətinə görə ölmüş heyvanın əti, yırtıcı heyvanlar, həşəratlar kimi pak olmayan ətlərdən və o vaxt ərəblər arasında geniş yayılmış məstedici içkilərdən uzaq durmaq lazımdır.
Növbəti ayədə haram yeməkləri bəyan etmək və bütün bəhanələrin qarşısını almaq məqsədilə belə deyilmişdir: “Allah sizə yalnız ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri haram etmişdir”.
Bu cümlədə əti haram olan üç qisim heyvanla yanaşı, o vaxt ərəblərin arasında geniş yayılmış qanın da yeyilməsinin haram olması bildirilmişdir. Bu üç qisim heyvanın ətinin haram olması ya ölmüş heyvanla donuzda olduğu kimi, zahiri çirkinliklə, ya da Allahdan başqasının adı ilə kəsilən heyvanlarda olduğu kimi, mənəvi çirkinliklə əlaqədardır.
Ayənin ərəbcə mətnindəki (innəma) bağlayıcısından başa düşülən inhisar nisbi inhisardır. Yəni haram yeməklər təkcə bunlarla bitmir. Sadəcə olaraq burada o vaxt ərəblərin bəzi halal ətlərin haram olduğunu bildirdiyi fikrini inkar etmək məqsədi güdülmüşdür. Başqa sözlə desək, ərəblər əsassız olaraq bir sıra halal ətləri özlərinə haram edir, bunun əvəzində isə çatışmazlıq yarandığı halda, ölü heyvanın, yaxud donuzun ətindən və ya qandan istifadə edirdilər. Quran isə onlara bildirir ki, haram olan, əslində, sizin istifadə etdiklərinizdir. Çəkinib istifadə etmədikləriniz isə halaldır. (Nisbi inhisarın mənası da məhz budur.)
Bəzi hallarda insan çıxılmazlıq üzündən, məsələn, aclıqdan ölmə- məkdən ötrü haram yeməklərdən istifadə etmək məcburiyyətində qaldığı üçün Quranda ayənin davamında bu kimi hallar istisna edilərək belə buyurulmuşdur: "Məcbur qalan üçün isə zülm etmədikcə və həddi aşmadıqca heç bir günah yoxdur”.
Məcburiyyət amilindən sui-istifadə edilməsin deyə, "zülm etmədikcə” və “həddi aşmadıqca" ifadələri şərt edilmişdir ki, bu icazə yalnız ölümdən qurtulmaq məcburiyyəti üzündən bu yeməklərdən istifadə etmək istəyənlərə verilmişdir. O da istədiyi qədər deyil, yalnız zərurət miqdarında istifadə edə bilər.
Bu ifadələr üçün başqa bir açıqlama da verilmişdir və yuxarıdakı açıqlama ilə ziddiyyət də təşkil etmir. Ola bilər ki, ayədə hər iki məna nəzərdə tutulmuş olsun. Bu məna aşağıdakı açıqlamadan ibarətdir:
Ayədəki "zülm etmədikcə" ifadəsi onu çatdırır ki, haram ətlərdən yalnız zülm və günah səfərində olmayan insanlar məcburiyyət qarşısında istifadə edə bilərlər. (Nəzərə almaq lazımdır ki, insan yalnız səfərdə olduğu müddətdə məcburiyyət qarşısında qala bilər.) Lakin haram səfərdə olan insan belə bir məcburiyyətlə üzləşsə və canını ölümdən qurtarmaq üçün haram ətlərdən istifadə etsə də, bu, onun əməl dəftərinə yazılacaq. Başqa sözlə desək, haram səfərdə olan şəxs acından ölmək təhlükəsi ilə üzləşdikdə ağlın hökmünə əsasən haram ətlərdən yeyə bilər, lakin haram səfərə çıxdığı üçün haram ətdən istifadə etməyin günahı onun üçün yazılacaq. Bəzi hədislərdəki “Bu ayə müsəlmanların başçısına qarşı qiyam etmiş şəxsin barəsindədir" fikri də məhz bu mənaya işarə edir. Müsafir namazının hökmlərində də qeyd edilmişdir ki, bu qanun səfəri haram sayılmayan şəxslərin barəsindədir. Buna görə də hədislərdə hər iki hökm (həm məcburiyyət üzündən haram ətlərdən istifadə, həm də müsafir namazının hökmü) üçün “zülm etmədikcə" və "həddi aşmadıqca" şərtinə istinad edilmişdir.
Nəhayət, ayənin sonunda deyilir: "Allah bağışlayan və mehribandır”.
Yəni bu ətlərin istifadəsini haram etmiş Allah Öz mərhəməti sayəsində zərurət halında onlardan istifadə etməyə icazə vermişdir.
İncəliklər:
1\. Haram ətlərin istifadəsinin qadağan edilməsinin hikməti Digər haram edilmiş işlər kimi, şübhəsiz ki, bu ayədə istifadəsi qadağan edilmiş şeylərin də haram edilməsinin insanın canına olan bütün zərərləri nəzərə alınmaqla bir sıra hikməti vardır. Hədislərdə bunların hər birinin ziyanları haqqında ətraflı məlumat verilmişdir. Elm inkişaf etdikcə bu ziyanlar elmi baxımdan da üzə çıxmışdır. Məsələn, "Əl-Kafı” kitabında ölmüş heyvanın ətinin yeyilməsi barədə İmam Sadiqdən (ə) belə nəql edilmişdir:
"Kim ölmüş heyvanın ətini yeyərsə, bədəni zəifləyər, halsızlaşar, nəsli kəsilər. Mütəmadi olaraq bu işi görən şəxs ürək tutmasından qəfil ölər".
Bu fəsadlar, bəlkə də, həzm orqanının ölmüş heyvanın ətini sağlam və təmiz qana çevirə bilməməsi ilə əlaqədardır. Üstəlik, ölmüş heyvanın bədənində saysız miqdarda mikrob və virus olur. İslam dini ölmüş heyvanın ətindən istifadəni qadağan etməklə yanaşı, eyni zamanda onu murdar kimi təqdim etmişdir ki, müsəlmanlar ondan tamamilə uzaq dursunlar.
Ayədə istifadəsi qadağan edilmiş ikinci şey qandır. Qanı içməyin də bədənə böyük ziyanı vardır. Eyni zamanda bu, əxlaqi baxımdan da insana mənfi təsir edir. Çünki qan bir tərəfdən mikrobların inkişafı üçün olduqca əlverişli maddədir. İnsanın bədənindəki bütün mikroblar ilk növbədə qana hücum çəkir. Buna görə də mikrobların bədənin bütün nöqtəsi ilə bilavasitə əlaqədə olan qana təmasının qarşısını almaqdan ötrü qan leykositlərlə əhatə edilmişdir. Qan öz fəaliyyətini dayandırdıqda leykositlər də aradan gedir, mikroblar qana təmas etmək üçün heç bir maneənin olmadığını görüb hücuma keçir və qısa müddətdə artırlar. Deməli, qanın öz fəaliyyətini dayandırdıqdan sonra bədəndəki ən çirkin vasitə olduğunu desək, yanılmarıq.
Digər tərəfdən isə yeyinti məhsulları üzrə mütəxəssislərin bildir- diyinə görə, yeməklər insan hormonlarına təsir etdiyindən birbaşa insanın ruhiyyə və əxlaqına da təsir edir. Hələ qədim dövrlərdə sübut edilmişdir ki, qan içmək insan qəlbinin sərtləşməsinə gətirib çıxarır. Qəddar insana "qaniçən" ləqəbinin verilməsi də məhz bundan irəli gəlmişdir. Təsadüfi deyil ki, qan içmək barəsində nəql edilmiş hədislərdən birində belə deyilmişdir: "Qan içən şəxsin qəlbi o qədər sərtləşir ki, hətta ata-anasını, öz doğma balasını da öldürməkdən çəkinməz".
Ayədə istifadəsi qadağan edilmiş üçüncü şey donuz ətidir. Hətta ətindən ən çox istifadə edən avropalılar da donuzu qeyrətsizlik simvolu hesab edirlər. Donuz çox murdar və natəmiz bir heyvan olmaqla yanaşı, cinsi məsələlərdə olduqca etinasızdır. Elmi cəhətdən yeməklərin, ümumiyyətlə, insanın ruhiyyəsində təsir qoyması sübuta yetirilmişdir. Belə ki donuz ətinin yeyilməsinin isə insanın qeyrətsizləşməsinə də təsir etdiyi bir faktdır.
Donuz ətinin yeyilməsi Həzrət Musanın (ə) da dinində haram edilmişdir. İncillərdə günahkar insanlar donuza bənzədilmiş və bəzi hekayələrdə donuzun şeytanın simvolu olduğu bildirilmişdir.
Nə qədər təəccüblü görünsə də, bu, bir həqiqətdir ki, bəzi insanlar bir tərəfdən donuzun adətən çirk və murdar şeyləri, bir çox hallarda isə öz nəcisini yediyini gördüyü, digər tərəfdən isə bu murdar heyvanda trişin və kǝdu qurdlarının olduğunu bildiyi halda, yenə də onun ətindən istifadə edirlər. Təkcə trişin qurdu bir ay ərzində on beş min yumurta qoymaq iqtidarındadır ki, bu da insan bədənində qanazlığı, başgi- cəllənmə, ishalla nəticələnən qızdırma, revmatizm, sinir dartınması, bədəndaxili qaşınma, piylənmə, halsızlıq və yorğunluq, çeynəmə prosesinin ağırlaşması, yeməyi udmağın və tənəffüsün çətinləşməsi kimi müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.
Bir kiloqram donuz ətinin tərkibində dörd yüz milyon trişin qurdunun yumurtasının olması ehtimal edilir. Bəlkə də, bir neçə il bundan qabaq Rusiyanın bəzi bölgələrində donuz ətinə qadağa qoyulmasına bu amil səbəb olmuşdur.
Zaman keçdikcə göstərişləri daha da aktuallaşan din yalnız Allahın İslam dinidir. Bəziləri bugünkü imkanlarla donuz ətinin tərkibində olan qurdların zərərsizləşdirilməsinin mümkünlüyünü iddia edirlər. Düzdür, donuz ətini yüksək dərəcə hərarətdə bişirməklə onun tərkibindəki mikrobların bir qismini aradan aparmaq olar, bununla belə onun tərkibindəki bir çox mikroblar yenə də qalır. Çünki qeyd etdiyimiz kimi, hər heyvanın ətində həmin heyvanın öz xüsusiyyətləri mövcud olur. Onun ətindən yeməklə həmin heyvanın hormonları onu yeyən şəxsdə istər-istəməz öz təsirini qoyur. Beləliklə, donuz ətini yemək insanda həmin heyvana məxsus qeyrətsizlik xüsusiyyətini qabarda bilər. Bəlkə də, qərb ölkələrində namus məsələsinin o qədər də önəm kəsb etməməsi məhz donuz əti yeməkdən irəli gəlmişdir.
Ayədə istifadəsi qadağan edilmiş dördüncü şey Allahdan başqasının adı ilə kəsilən heyvanın ətidir. Görəsən, bu və digər heyvanı kəsməzdən qabaq Allahın, yaxud da qeyrisinin adının çəkilməsinin tibbi baxımdan nə təsiri ola bilər? Buna cavab olaraq qeyd etməliyik ki, heyvan kəsilməzdən qabaq Allahın və ya qeyrisinin adının çəkilməsinin tibbi baxımdan təsirinin olub-olmaması lazım deyil. Çünki İslam şəriətində haram edilmiş şeylər müxtəlif cəhətlərə görə haram edilmişdir. Bu işdə təkcə tibbi amil rol oynamamışdır. Bəzi şeylərin haram edilməsi tibbi məqsəd güdmüşdürsə, bəzi şeylər ruhun təmizlənməsi, bəziləri isə cəmiyyətdəki nizam-intizamın qorunmasına xidmət etmişdir. Bütlərin adı ilə kəsilən heyvanların ətinin haram edilməsi də məhz mənəvi, əxlaqi önəm kəsb edir. Çünki bütlər insanı Allahdan uzaqlaşdırır və insana arzuolunmaz mənəvi təsir göstərir. Ona görə ki, bu iş bütpərəstliyin adət-ənənələrindən olmuşdur. İndi bu işi davam etmək həmin adət-ənənəni yaşatmaq deməkdir.
2\. Təkrar və təkid.
Haqqında danışdığımız ayədə istifadəsi haram edilmiş dörd şey (ölü heyvan, qan, donuz əti və Allahdan başqasının adı ilə kəsilən heyvan) dörd müxtəlif ayədə təkrar edilmişdir. Bu ayələrdən ikisi Məkkədə (“Ənam" surəsinin 145 və "Nəhl” surəsinin 115-ci ayələri), ikisi (bu ayə ilə "Maidə” surəsinin 3-cü ayəsi) isə Mədinədə nazil olmuşdur. Belə görünür ki, sadalananların haram olması ilk dəfə besǝtin əvvəllərində, ikinci dəfə Həzrət Peyğəmbərin (s) Məkkədə qaldığı son vaxtlarda, üçüncü dəfə Mədinəyə hicrətin əvvəllərində və nəhayət, sonuncu dəfə isə o Həzrətin (s) ömrünün son vaxtlarında elan edilmişdir. Ayələrin çox nadir halda bu cür nazil olması məsələnin həddən artıq böyük əhəmiyyət kəsb etməsindən xəbər verir, o cümlədən sadalananların haram olması həm bioloji, həm də mənəvi zərərlərinə görədir. Eyni zamanda o vaxt insanların bu şeylərdən həddən artıq istifadə etməsi də bu işdə təsirsiz olmamışdır.
3\. Qandan qanvermə məqsədilə istifadə etmək.
Haqqında danışdığımız ayədə "qanın haram olması" dedikdə məhz onu içməyin haramlığı nəzərdə tutulmuşdur. Lakin yaralı və digər xəstələrə qan vermək məqsədilə qandan istifadə etməyin heç bir eybi yoxdur. Hətta qanın alış-verişinin də haram sayılmasına dəlalət edəcək heç bir sübut yoxdur. Deməli, bu kimi hallarda ondan istənilən şəkildə istifadə oluna bilər.
Bəqərə surəsi, 174-176-cı ayələr
إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلَ اللَّهُ مِنَ الْكِتَابِ وَيَشْتَرُونَ بِهِ ثَمَنًا قَلِيلًا أُولَئِكَ مَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ إِلَّا النَّارَ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ .١٧٤
أُولَئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَى وَالْعَذَابَ بِالْمَغْفِرَةِ فَمَا أَصْبَرَهُمْ عَلَى النَّارِ .١٧٥
ذَلِكَ بِأَنَّ اللَّهَ نَزَّلَ الْكِتَابَ بِالْحَقِّ وَإِنَّ الَّذِينَ اخْتَلَفُوا فِي الْكِتَابِ لَفِي شِقَاقٍ بَعِيدٍ .١٧٦
Ayələrin tərcüməsi
174\. Allahın kitabdan nazil etdiklərini gizlədən və onu ucuz qiymətə satanlar oddan başqa bir şey yemirlər. (Bu yolla əldə etdikləri hədiyyələr və mal-mülk, əslində, yanar oddur.) Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları ağrılı əzab gözləyir.
175\. Onlar azğınlığı doğru yola, əzabı bağışlanmağa dəyişənlərdir. Onlar Cəhənnəm əzabına necə də dözümlüdürlər!
176\. Bu, ona görədir ki, Allah (səmavi) kitabı haqq olaraq (aydın dəlil və nişanələrlə) göndərmişdir. Onunla bağlı ixtilaf edənlər (gizlətməklə, təhrif etməklə ixtilaf yaradanlar) dərin bir çatlaq (və dağınıqlıq) içərisindədirlər.
Ayələrin nazilolma səbəbi.
Bütün təfsirçilərin fikrincə, bu ayələr kitab əhlinin – yəhudi və xaçpərəstlərin, xüsusilə də öz kitablarında İslam Peyğəmbərinin (s) nişanələri barədə oxuduqlarını camaata çatdıran yəhudi alimlərinin barəsində nazil olmuşdur. Lakin İslam dini meydana gəldikdən və insanların dəstə-dəstə o Həzrətə (s) iman gətirməsini gördükdən sonra onlar əvvəlki mövqelərinin əldən çıxacağından qorxub Peyğəmbərə (s) iman gətirməkdən boyun qaçırırlar. Buna görə də Tövratda o Həzrətin (s) nişanələri haqqında oxuduqlarını camaatdan gizlədirlər. Sözügedən ayələr nazil olaraq onların bu əməlini tənqid etmişdir.
Ayələrin təfsiri.
Yenə də haqqı gizlətməyin pislənilməsi.
Sözügedən ayələr həqiqətin gizlədilməsi ilə bağlı 159-cu ayədə deyilənləri daha da təkidləndirir. Dəfələrlə qeyd etdiyimiz kimi, bu ayələr yəhudi alimləri ilə əlaqədar nazil olsa da, təkcə onlara aid edilməməlidir. Ümumiyyətlə, bu və digər ayənin nazilolma səbəbi ümumi məsələlərin izah edilməsinə bir vasitə sayılır. Bu baxımdan öz şəxsi maraqlarına görə Allahın ayələrini və insanların ehtiyac duyduğu məsələləri onlardan gizlədən şəxslər də dərk etməlidirlər ki, çox dəyərli bir şeyi dəyərsiz şeyə dəyişirlər. Çünki haqqı gizlətməyin qarşılığı olaraq hətta bütün dünyanı da insana versələr, bu işi görən şəxs yenə də ziyana uğramış olur.
Yuxarıda ilk ayədə belə deyilir: "Allahın kitabdan nazil etdiklərini gizlədən və onu ucuz qiymətə satanlar oddan başqa bir şey yemirlər".
Bəli, bu yolla əldə etdikləri hədiyyələr və mal-mülk, əslində, yanar oddur. Bu ifadə insanın dünyadakı əməllərinin axirətdə təzahür edəcəyini göstərir. Deməli, haram yolla əldə edilən qazanc, əslində, yanar oddur. Bu, dünyada maddi gəlir kimi görünsə də, axirətdə öz həqiqi simasında, yəni yanar od kimi təzahür edəcək.
Ayənin davamında bu əməlin həm cismani, həm də ruhani cəzasına toxunularaq deyilir: “Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları ağrılı əzab gözləyir”.
"Ali-İmran" surəsinin 77-ci ayəsində də Allah-taala ilə bağladıqları əhdlərini və andlarını ucuz qiymətə satan şəxslərin də bu cür ağır cəzalandırılacaqları bildirilmişdir:
"Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan şəxslərin axirətdə heç bir payı olmayacaq. Allah Qiyamət günü onları dindirməyəcək, onlara nəzər salmayacaq və onları (günahdan) təmizləməyəcək. Onları şiddətli bir əzab gözləyir!"
Bu ayəyə görə Allah-taala əhdini pozan şəxslərlə Qiyamət günündə danışmayacaq, onlara mərhəmət gözü ilə baxmayacaq və onları ağır əzab gözləyir.
Bu və sözügedən ayədən belə məlum olur ki, axirət dünyasında ən böyük nemətlərdən biri də Allah-taalanın imanlı insanlarla mərhəmətlə davranması, onlarla lütfkarcasına danışması olacaq. Yəni peyğəmbərlərin bu dünyada böyük məqama sahib olaraq Allah-taala ilə söhbətdən ləzzət aldığı kimi, möminlər də axirətdə eynilə belə bir məqama sahib olub Allah-taala ilə danışmaqdan zövq alacaqlar. Bundan böyük ləzzət ola bilərmi?! Üstəlik, Allah-taala onlara mərhəmət gözü ilə baxacaq, onları Öz mərhəməti altına alacaq. Bundan böyük hansı nemət ola bilər?!
Allah-taalanın bəndələrlə danışması o demək deyil ki, Onun dili, ağzı var və cisimdir. Sadəcə olaraq Allah Öz qüdrəti ilə fəzada səs dalğaları yaradacaq və həmin səs dalğaları eşidildikdə başa düşüləcək. (Necə ki Tur dağında da Həzrət Musa (ə) ilə məhz bu üsulla danışmışdır.) Ya da ilham yolu və qəlbin dili ilə sevimli bəndələri ilə danışacaq. İstənilən halda bu, Allah-taalanın xüsusi bəndələrinə qarşı sonsuz bir lütfü, misilsiz neməti olacaq. Həmin bəndələr Allah-taala ilə bağladığı əhd-peymana sadiq qalan, andlarını pozmayan, şəxsi mənafeyinə görə həqiqəti gizlətməyən insanlardır.
Burada bir məsələni də vurğulamaq lazımdır ki, bəzi ayələrdən başa düşüldüyünə görə Qiyamət günündə Allah-taala bəzi kafir və günahkar bəndələrlə də danışacaq. Məsələn, ayələrdən birində deyilir:
"(Allah) buyuracaq: "Rədd olun Cəhənnəmə və Mənimlə heç nə danışmayın!"
Allah-taala bunu Cəhənnəm odundan xilas olmaq istəyərək: “İlahi, bizi oradan çıxart, əgər bir daha Sənin yolundan dönsək, zülmkarıq" - deyən günahkarlara buyuracaq. "Casiyə" surəsinin 30-31-ci ayələrində də Allah-taalanın günahkarlarla danışacağına təsadüf edirik. Lakin sözügedən ayələrdə Allah-taalanın mömin bəndələrlə danışması dedikdə Onun lütf və mərhəmətlə danışacağı nəzərdə tutulmuşdur. Kafir və günahkarlarla danışığı isə belə olmayacaq. Bunun özü də ən böyük bəlalardan biridir.
"Onu ucuz qiymətə satanlar" ifadəsinə gəlincə, bunun mənası o demək deyil ki, Allahın ayələrini baha qiymətə satmaq olar. Bu ifadə ilə Allah-taala onu çatdırmaq istəmişdir ki, haqqı gizlətməyin qarşısında veriləcək istənilən maddi şey, hətta bütün dünya olsa belə, dəyərsiz sayılır.
Növbəti ayədə haqqı gizlədən insanların vəziyəti və bu ziyanlı müamilənin acı nəticəsi açıq şəkildə bildirilir: “Onlar azğınlığı doğru yola, əzabı bağışlanmağa dəyişənlərdir”.
Deməli, onlar iki tərəfdən ziyandadırlar. Bir tərəfdən hidayəti atıb azğınlığı tutduqlarına, digər tərəfdən isə Allahın mərhəmətini əzaba dəyişdiklərinə görə ziyana uğramışlar. Ağlı olan heç bir insan belə ziyanlı müamiləyə razı olmaz. Buna görə də ayənin sonunda belə deyilir:
“Onlar Cəhənnəm əzabına necə də dözümlüdürlər”.
Sözügedən sonuncu ayədə deyilir: "Bu, ona görədir ki, Allah (səmavi) kitabı haqq olaraq (aydın dəlil və nişanələrlə) göndərmişdir".
Bununla belə bəzi insanlar şəxsi maraqlarına görə bəhanələrə əl atıb Allahın kitabını təhrif edir, bununla da səmavi kitablarda uyğunsuzluq əmələ gətirirlər. Təbii ki, onlar doğru yolda deyillər: "Onunla bağlı ixtilaf edənlər (gizlətməklə, təhrif etməklə ixtilaf yaradanlar) dərin bir çatlaq (və dağınıqlıq) içərisindədirlər".
Ayənin ərəbcə mətnindəki "şiqaq" sözünün leksik mənası “dəlik, çatlaq"dır. Bu ifadə ilə bu mənaya işarə edilə bilər ki, iman, təqva və haqqı üzə çıxarmaq vəhdətin və cəmiyyətdəki birliyin rəmzidir. Haqqı gizlətmək isə cəmiyyətin vəhdətini pozub çatlaq yaradır. Özü də bu çatlaq elə də kiçik bir çatlaq deyil ki, asanlıqla aradan qaldırıla bilsin. Bu, olduqca böyük və dərin bir çatlaqdır.
Bəqərə surəsi, 177-ci ayə
لَيْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَالْمَلَائِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَآتَى الْمَالَ عَلَى حُبِّهِ ذَوِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّائِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُوا وَالصَّابِرِينَ فِي الْبَأْسَاءِ وَالضَّرَّاءِ وَحِينَ الْبَأْسِ أُولَئِكَ الَّذِينَ صَدَقُوا وَأُولَئِكَ هُمُ الْمُتَّقُونَ .١٧٧
Ayənin tərcüməsi
177\. Yaxşı əməl (yalnız namaz vaxtı) üzünü şərqə və (ya) qərbə tərəf çevirməyiniz deyil (və yaxşı əməl ancaq qiblənin dəyişilməsi haqqında danışmağınız və bütün vaxtınızı ona sərf etməyiniz deyil). Yaxşı əməl (sahibi), əslində, Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə inanan, mal-dövlətini çox sevməsinə baxmayaraq, onu qohum-aqrabaya, yetimlərə, yoxsullara, yolda qalan müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılan, zəkat verən, (eləcə də) əhd bağladıqda əhdinə vəfa edən, dar ayaqda, xəstəlikdə və cihad zamanı səbir edənlərdir (mətin olanlardır). Onlar doğru danışanlardır (sözləri etiqadlarına uyğundur). Təqvalı olanlar da məhz onlardır.
Ayənin naziolma səbəbi.
Qiblənin dəyişdirilməsi cəmiyyətdə, xüsusilə də yəhudi və xaçpərəstlərin arasında böyük söz-söhbətə səbəb olduğu üçün müsəlmanların onların qibləsinə tərəf namaz qılmasını özləri üçün ən böyük üstünlük hesab edən yəhudilər etiraz etməyə başlayırlar. Bu surənin 142-ci ayəsində bu barədə ətraflı məlumat verilmişdir. Yəhudilərin etirazının ardınca bu ayə nazil olaraq bildirir ki, qiblə haqqında bu qədər danışmaq doğru deyil. Qiblə haqqında danışmaqdan daha mühüm olan işlər vardır ki, insana dəyər verən də məhz həmin işlərdir. Bu ayədə həmin işlər barəsində məlumat verilmişdir.
Ayənin təfsiri.
Bütün yaxşılıqların əsası.
Qiblənin dəyişdirilməsi haqqında nazil olmuş #### Ayələrin təfsirini verərkən qeyd etdik ki, xaçpərəstlər ibadət zamanı üzlərini şərq, yəhudilər isə qərb istiqamətinə tuturdular. Allah-taala Kəbəni müsəlmanlar üçün qiblə təyin etməklə onların qibləsini mötədil (orta) qiblə etdi. Çünki Kəbə Mədinə ilə müqayisədə cənub tərəfdə yerləşirdi.
O da məlum oldu ki, bir tərəfdən İslamın düşmənləri, digər tərəfdən isə təzə müsəlman olmuş insanlar qiblənin dəyişdirilməsi məsələsində böyük söz-söhbət yaratdılar. İndi haqqında danışacağımız ayə məhz həmin insanlara xitabən buyurur: "Yaxşı əməl (yalnız namaz vaxtı) üzünü şərqə və (ya) qərbə tərəf çevirməyiniz deyil (və yaxşı əməl ancaq qiblənin dəyişilməsi haqqında danışmağınız və bütün vaxtınızı ona sərf etməyiniz deyil”.
Ayənin ərəbcə mətnində işlədilmiş (yaxşılıq) sözünün leksik mənası “genişlənmə" deməkdir. Sonradan isə bu söz "yaxşılıq, bəyənilən iş" mənasında işlədilmişdir. Bu istifadə ondan irəli gəlmişdir ki, yaxşılığın nəticəsi təkcə bir nəfərlə məhdudlaşmır, genişlənir, əhatə dairəsi böyüyür və nəhayət, bütün cəmiyyəti əhatə edir.
(yaxşı) isə sifət olub leksik mənası “quru, geniş yer" olsa da, yaxşı insanlar böyük ruha malik olduqları üçün burada “yaxşı insan" mənasında işlədilmişdir.
Daha sonra Quran iman, əxlaq və əməlin fonunda yaxşılığın altı meyarını sadalayır: “Yaxşı əməl (sahibi), əslində, Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə inanan şəxsdir".
Bu, demək olar ki, bütün yaxşılıqların əsasıdır. Allaha, axirət gününə, Allahın kəlamlarını camaata çatdıran peyğəmbərlərə, Allahla peyğəmbərlərin arasında vasitəçilik etmiş mələklərə iman insanı daha da iradəli və yaxşı işlər görməyə sövq edir.
Burada maraqlı bir məqam ondan ibarətdir ki, ayədə "yaxşı insan odur ki..." deyilmir, "yaxşılıq odur ki..." deyilir. Bu da ondan irəli gəlir ki, bir çox dillərdə olduğu kimi, ərəb dilində də hər hansı bir şeyi hǝddən artıq təkidli şəkildə bildirmək istədikdə onun məsdərindən istifadə edilir. Məsələn, Əlinin (ə) həddən artıq ədalətli olduğunu çatdırmaq istədikdə "Əli (ə) dünyanın ədalətidir" deyilir. Yəni Əli (ə) o qədər ədalətlidir ki, sanki ədalət bütünlüklə onun vücudunda cəmlənmişdir. Ona baxdıqda, sanki ədaləti görürsən. Bunun əksinə olaraq isə Bəni- Üməyyənin İslamın üz qarası, zilləti olduğunu göstərmək üçün deyilir ki, Bəni-Üməyyə zillətdir. Yəni onlar büsbütün zillət və xarlıqdan, rüsvayçılıqdan ibarət olmuşlar.
Sözügedən ayədəki "Yaxşı əməl (sahibi), əslində, Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə inanan şəxsdir" cümləsindən imanın ən yüksək səviyyəsi başa düşülür.
Ayənin davamında imandan sonra maddi yardımlara, infaqa işarə edilərək deyilir ki, yaxşı əməl sahibi mal-dövlətini çox sevməsinə baxmayaraq, onu qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolda qalan müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən şəxsdir.
Məlum məsələdir ki, mal-dövlətindən keçmək hamıya müyəssər olan bir iş deyil. Xüsusilə də təmənnasız, heç bir qazanc güdmədən onu birdəfəlik vermək böyük cəsarət tələb edir. Çünki mal-dövlət sevgisi, demək olar ki, bütün ürəklərdə var. Ayənin ərəbcə mətnindəki (çox sevməsinə baxmayaraq) qeydi onu göstərir ki, bu insanlarda da mal sevgisi var, lakin onlar buna rəğmən, yenə də öz mallarından keçirlər.
Ayədə ehtiyacı olan altı qrup insana işarə edilmişdir. İlk növbədə yoxsul qohum-əqrəba, sonra yetimlərlə yoxsullar, sonra ehtiyacları müvəqqəti xarakter daşıyanlar, məsələn, pulu qurtarıb yolda qalmış müsafirlər, daha sonra dilənçilər qeyd edilmişdir. Lakin unutmaq olmaz ki, heç də ehtiyacı olanların hamısı dilənçi deyil. Onların arasında elələri vardır ki, öz abır-həyasını qoruyub dilənməkdən utanır. Quran onların barəsində belə buyurmuşdur:
“...həyalı olduqları üçün məlumatsız insanların ehtiyacsız sandıqları ehtiyaclılar..."
Və nəhayət, azad olmağa ehtiyacları olan qullara toxunulmuşdur. Baxmayaraq ki, onların maddi ehtiyacları öz sahibi tərəfindən ödənilir, lakin azadlığa ehtiyac duyurlar.
Ayədə yaxşılığın üçüncü meyarı kimi namaz qılmaq göstərilmişdir: "Yaxşı əməl (sahibi) namaz qılan şəxsdir".
Əgər namaz bütün şərtlərinə riayət edilərək qılınarsa, insanı bütün günahlardan qoruyar, səadətə çatdırar.
Yaxşılığın dördüncü meyarının zəkat vermək olduğu göstərilmişdir: "Yaxşı əməl (sahibi) zəkat verən şəxsdir".
Elə insanlar var ki, yoxsullara əl tutmağa razı olsalar da, vacib zəkatı ödəməkdə səhlənkarlıq edirlər. Bəzi insanlar da vardır ki, vacib zəkatı ödədikdən sonra heç bir yoxsula əl tutmaq istəmirlər. Haqqında danışdığımız ayə bir tərəfdən müstəhəb infaqları, digər tərəfdən isə vacib zəkatı qeyd etməklə hər iki dəstəni yaxşı insanlar sırasından xaric edir. Deməli, yaxşı insan o şəxsdir ki, müstəhəb infaqlarla yanaşı, vacib zəkatını da ödəməkdən boyun qaçırmasın.
Diqqətçəkən daha bir məqam ondan ibarətdir ki, müstəhəb infaqların barəsində (çox sevməsinə baxmayaraq) qeydi işlədilsə də, vacib zəkatın barəsində həmin qeyd işlədilməmişdir. Bu da vacib zəkatın dini və ictimai bir vəzifə olduğunu göstərir. Ümumiyyətlə, İslam məntiqi baxımından yoxsul insanlar zənginlərin sərvətində müəyyən qədər pay sahibidirlər. Şərikinin malını vermək üçün bu ifadənin işlədilməsinə lüzum yoxdur.
Ayədə yaxşılığın beşinci meyarının əhd olduğu vurğulanır: “Yaxşı əməl (sahibi) ǝhd bağladıqda əhdinə vəfa edən şəxsdir".
Kollektiv həyatın əsas şərtlərindən biri cəmiyyətdə fərdlərin bir- birinə qarşılıqlı etimadıdır. Ən böyük günahlardan və kollektiv həyatın təməlini sarsıdan əməllərdən biri məhz əhdə sadiq qalmamaqdır. Təsadüfi deyil ki, hədislərdə əhdə sadiq qalmaq məsələsinə həddən artıq önəm verilmişdir. Hədislərdən birində deyilir: "Müsəlmanlar üç məsələdə hamıya qarşı eyni cür davranmalıdırlar. İstər qarşı tərəf müsəlman olsun, istər kafir, istər yaxşı insan olsun, istərsə də pis. Həmin üç məsələ bunlardır: əhdə sadiq qalmaq, əmanətə xəyanət etməmək və ata-anaya yaxşılıq etmək”.
Nəhayət, yaxşılığın altıncı meyarının səbir etmək olduğu bildirilir: "Yaxşı əməl (sahibi) dar ayaqda, xəstəlikdə və cihad zamanı səbir edənlərdir (mətin olanlardır).
Ayənin sonunda bir daha bu altı qrup insanın doğru danışan və təqvalı olduğu bildirilir: "Onlar doğru danışanlardır (sözləri etiqadlarına uyğundur). Təqvalı olanlar da məhz onlardır".
Onların doğru danışan olması ondan bilinir ki, əməlləri bütün cəhətlərə görə etiqadları ilə uyğun gəlir. Təqvalı olmaları isə ondan bilinir ki, onlar həm Allah, həm ehtiyaclı və yoxsullar, habelə bütün cəmiyyət qarşısındakı vəzifəsini, həm də öz borcunu yerinə yetirirlər. Ən əsası isə odur ki, yaxşılıq üçün qeyd edilmiş bu altı meyar onların həm etiqad və əxlaqında, həm də əməllərində özünü göstərir.
Etiqadi məsələlərlə bağlı bütün əsaslara toxunulsa da, praktiki məsələlərdə yalnız Allah-taala ilə bəndə arasında bir körpü rolunu oynayan infaq, namaz və zəkata işarə edilmişdir. Əxlaqi prinsiplərdən isə bütün əxlaqi dəyərlərin əsasını təşkil edən əhdə sadiq qalmaq və səbirli olmaq prinsipləri xüsusilə vurğulanmışdır.
Bəqərə surəsi, 178-179-cu ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى الْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالْأُنْثَى بِالْأُنْثَى فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخِيهِ شَيْءٌ فَاتِّبَاعٌ بِالْمَعْرُوفِ وَأَدَاءٌ إِلَيْهِ بِإِحْسَانٍ ذَلِكَ تَخْفِيفٌ مِنْ رَبِّكُمْ وَرَحْمَةٌ فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ .١٧٨
وَلَكُمْ فِي الْقِصَاصِ حَيَاةٌ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تَتَّقُونَ .١٧٩
Ayələrin tərcüməsi
178\. Ey iman gətirənlər! Öldürülənlər haqqında sizin üçün qisas hökmü qərara alınmışdır: azada qarşılıq azad, qula qarşılıq qul, qadına qarşılıq qadın. (Din) qardaşı tərəfindən bir şey bağışlanmış (qisas hökmü qanbahasına çevrilmiş) şəxs yaxşı davranmalıdır. (Qan sahibi qanbahası ödəyəni nəzərə almalıdır.) O (cinayətkar) da qanbahasını (qan sahiblərinə) yaxşılıqla ödəməlidir (laqeydlik etməməlidir). Bu, Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan sonra təcavüzkarlıq edəni ağrılı əzab gözləyir.
179\. Ey ağıl sahibləri! Qisasda sizin üçün həyat vardır. Bəlkə, təqva yolunu tutasınız.
Ayələrin nazilolma səbəbi.
Cahiliyyət dövrünün adət-ənənələrinə görə hər hansı qəbilənin bir üzvü öldürülərdisə, həmin qəbilə qatilin qəbiləsindən bacardığı qədər insan öldürməyə çalışardı. Bu təəssübkeşlik ruhiyyəsi o qədər güclü olmuşdur ki, bir nəfərdən ötrü hətta düşmən qəbilənin bütün üzvlərini öldürməyə razı idilər. Bu ayələr nazil olmaqla qisas haqqında ədalətli hökm təyin etdi.
Bu hökm ədalətli bir hökm olmaqla yanaşı, eyni zamanda o vaxt mövcud olmuş iki fərqli hökm arasında ortaq məxrəc olmuşdur. Belə ki o vaxt bəzi qəbilələr qisasın vacib olduğunu, ondan başqa heç nə ilə barışmadığını bildirir, bəzi qəbilələr isə qanbahası ödənilməsinin lazımlığını, qisasın əleyhinə olduğunu bildirirdilər. İslamdakı qisas hökmü isə nazil olmaqla ölü sahiblərinin razı olmadığı təqdirdə qisasın vacibliyini, ölü sahiblərinin razı olduğu təqdirdə isə qanbahası ödənilməsini bəyan edir.
Ayələrin təfsiri.
Qisasda sizin üçün həyat vardır.
Bu və növbəti ayələrdə bir sıra şəriət hökmləri açıqlanaraq əvvəlki ayədə yaxşılıq barəsində deyilən fikri təkmilləşdirir. İlk olaraq insanların qanının toxunulmaz olduğu və ictimai məsələlərdə bunun böyük önəm kəsb etdiyi bildirilməklə cahiliyyət dövründən qalma adət- ənənələrin üzərindən xətt çəkilir. Möminlərə xitab edilərək deyilir: "Ey iman gətirənlər! Öldürülənlər haqqında sizin üçün qisas hökmü qərara alınmışdır”.
Quran bəzi ayələrdə icrası vacib olan əməllərin, o cümlədən sözü- gedən ayədə qisas, habelə növbəti ayələrdə vəsiyyət və oruc barəsində (hərfi mənası "sizə yazılmışdır” deməkdir) ifadəsindən istifadə etmişdir. Bu ifadə, əslində, barəsində danışılan məsələni daha da təkidləndirir. Çünki adətən tamamilə qəti məsələlər yazıya köçürülür.
(qisas) sözü (qəss) kökündən olub, "hər hansı bir şeyin izini axtarmaq” mənasını bildirir. Ərəbcə ardıcıl gələn (deyilən) şeyə (qissə) deyilir. Qisas bir qətlin ardınca gələn növbəti qətl olduğuna görə bu iş qisas adlandırılmışdır.
Ayənin nazilolma səbəbində qeyd etdiyimiz kimi, bu ayə cahiliyyət dövründə qisasla bağlı aşırı hərəkətlərin qarşısını almaq maqsədilə nazil olmuşdur. "Qisas" sözünün seçilməsi ondan xəbər verir ki, öldürülən şəxsin sahibləri qatilə qarşı onun öz törətdiyi əməli törətmək ixtiyarına malikdirlər. Lakin ayə bununla kifayətlənməyib, qisas hökmünün tam bərabərlik şəraitində və ədalətli şəkildə həyata keçirilməsini təkid edərək buyurmuşdur: “azada qarşılıq azad, qula qarşılıq qul, qadına qarşılıq qadın”.
Bir qədər sonra bu barədə daha ətraflı məlumat verərək qeyd edəcəyik ki, burada kişinin qanının qadının qanından üstün olması başa düşülməməli və qatil kişidən də yeri gəldikdə (müəyyən şərtlərlə) qətlə yetirilmiş qadının qisası olaraq qisas alına bilər.
Allah-taala qisas hökmünün icrası vacib olan bir məsələ deyil, ölü sahiblərinin ixtiyarında olan bir məsələ olduğunu, istəsələr, onu qanbahası almaqla dəyişə biləcəyini, yaxud ümumiyyətlə, heç qanbahası da almadan qatili bağışlaya biləcəyini başa salmaqdan ötrü ayənin davamında belə buyurmuşdur: "(Din) qardaşı tərəfindən bir şey bağışlanmış (qisas hökmü qanbahasına çevrilmiş) şəxs yaxşı davranmalıdır. (Qan sahibi qanbahası ödəyəni nəzərə almalıdır.) O (cinayətkar) da qanbahasını (qan sahiblərinə) yaxşılıqla ödəməlidir (laqeydlik etməməlidir).
Beləliklə, Allah bir tərəfdən ölü sahibinə tövsiyə edir ki, indi ki qisas almaq fikrindən daşınıb onu qanbahası almaqla əvəz etmisiniz, onda qanbahasının ödənilməsində qatili çox da sıxışdırmayın. İslamda nəzərdə tutulmuş ədalətli məbləğlə razılaşın. Digər tərəfdən isə "O (cinayətkar) da qanbahasını (qan sahiblərinə) yaxşılıqla ödəməlidir (laqeydlik etməməlidir)" cümləsi ilə qatilə tövsiyə edir ki, qanbahasını ödəməkdə düzgün bir mövqe tutsun və borcunu vaxtında ödəsin, ödəməkdə laqeydlik göstərməsin. Beləliklə, hər iki tərəfin öhdəliyi müəyyən edilir.
Ayənin sonunda tərəflərdən hansı birinin həddini aşacağı təqdirdə Allah tərəfindən ağır cəza ilə üzləşəcəyi bildirilmişdir: "Bu, Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan sonra təcavüzkarlıq edəni ağrılı əzab gözləyir”.
Qisas və əfv barəsində humanizm və məntiqə əsaslanaraq təyin edilmiş bu ədalətli hökm bir tərəfdən heç bir ədalətə sığışmayan, bir nəfərə görə hətta yüz insanı öldürən cahiliyyət dövrünün yanlış adət- ənənəsini məhkum edir, digər tərəfdən isə əfv və güzəşt qapısını insanların üzünə bağlamır. Eyni zamanda öldürülən şəxsin də qanının dəyərini aşağı salmır və qatili cəsur adlandırmır. Üçüncü bir tərəfdən də onu bildirir ki, qisas fikrindən daşınıb qanbahasını almaqla kifayətlənən tərəf qanbahasını aldıqdan sonra hədlərini aşmamalı, hətta bəzi hallarda cahiliyyət dövründə olduğu kimi, qanbahasını aldıqdan sonra qatili öldürməyə cəhd göstərməməlidir.
Növbəti ayədə kiçik, lakin olduqca mənalı bir cümlə ilə qisas barəsində bir çoxlarının fikrində yaranan suallara cavab verilərək belə deyilmişdir: "Ey ağıl sahibləri! Qisasda sizin üçün həyat vardır. Bəlkə, təqva yolunu tutasınız”.
On sözdən ibarət (bağlayıcı, ön qoşma və ədat da nəzərə alınmışdır) və son dərəcə fəsahət və bəlağətli olan bu ayə hamının fikrində bir İslam şüarı kimi həkk olmuşdur. Hamı başa düşür ki, İslam dinindəki qisas hökmü heç də intiqam məqsədi güdmür, əksinə, həyata doğru açılmış bir pəncərədir.
Qisas bir tərəfdən cəmiyyətin yaşam təminatçısıdır, digər tərəfdən kimisə öldürmək fikrinə düşmüş şəxsin həyatını qoruyur, üçüncü bir tərəfdən isə ardıcıl qətllərin qarşısını alır. Belə ki əgər qisas hökmü, ümumiyyətlə, nəzərdə tutulmasaydı, sərt ürəkli insanlar özlərini arxayın hesab edərək günahsız insanların ölümünə susayardılar. Necə ki ölüm hökmünün ləğv edildiyi ölkələrdə qətl hadisələrinin sayı sürətlə artmaqdadır. Qisas eyni zamanda kimisə öldürmək fikrinə düşən şəxsin də həyatını qurtarır. Çünki o, başqa birisini qətlə yetirəcəyi təqdirdə özündən də qisas alınacağını düşünərək fikrindən daşınır. Eləcə də qisas cahiliyyət dövründə olduğu kimi, bir nəfərin ölümünə görə onlarla, hətta yüzə qədər insanın ölümünə səbəb olmuş halların da qarşısını almaqla cəmiyyətə həyat bəxş edir. Qisas hökmünün yalnız ölü sahiblərinin qatili bağışlamadığı təqdirdə icra edildiyini nəzərə aldıqda bunun da həyata doğru açılmış bir pəncərə olduğunu görürük.
Ayənin sonunda bütün təcavüzlərdən uzaq olmaqla bağlı xəbər- darlıq edən “Bəlkə, təqva yolunu tutasınız” cümləsi İslamın bu hikmətli hökmünü daha da təkmilləşdirir.
İncəliklər:
1\. Qisas və əfv - ədalətli bir məcmuə.
Bütün məsələləri hərtərəfli nəzərə alan İslam dini günahsız yerə öldürülən şəxsin qisasının alınmasını da ifrat və laqeydlik edilmədən məqsədəuyğun hesab edir. Yəni nə yəhudilikdə olduğu kimi təkcə qisas alınmasını, nə də xaçpərəstlikdə olduğu kimi yalnız qanbahası almağı təklif edir. Birincisi intiqam hissini gücləndirirsə, ikincisi də qatili cəsarətləndirir.
Təsəvvür edin ki, qatil ilə qətlə yetirilən şəxs qardaş, yaxud qohum və ya dostdurlar. Hökmən qisas hökmünün icra edilməsi ölü sahibinin dərdini yenidən təzələyəcək. Xüsusilə də həddən artıq humanist insanları qisas almağa vadar etməyin özü də onlar üçün böyük bir əzabdır. Digər tərəfdən isə yalnız qanbahası almaqla kifayətlənmək qatili digər cinayətlər törətməyə cəsarətləndirər. Buna görə də ölü sahibinə ilk olaraq qisas ixtiyarı verilmiş, eyni zamanda qatili bağışlayıb qanbahası almaqla da kifayətlənə biləcəyi göstərilmişdir. Daha aydın desək, ölü sahiblərinin ixtiyarı var ki, qatilə qarşı aşağıdakı üç yoldan birini seçsinlər:
1-Qisas almaq.
2-Qanbahası alaraq əfv etmək (Bu zaman qatilin də razılığı olmalıdır.)
3-Qanbahası almadan əfv etmək.
2\. Qisas hökmü ağıl və humanizmə ziddirmi?
İslam şəriətindəki bəzi hökmləri araşdırmadan tənqid atəşinə tutan insanlar xüsusilə qisas hökmünə qarşı çıxaraq belə deyirlər:
1-Qatilin törətdiyi cinayət nəticəsində bir nəfər həyatını itirir. Qisas hökmünün icra edilməsi nəticəsində eyni hərəkət təkrarlanır.
2-Qisas intiqam alınmasından və ürəyin sərtləşməsinə gətirib çıxarmaqdan başqa bir nəticə vermir.
3-Psixoloji durumu qaydasında olan insan heç vaxt kimisə öldürməyə qalxmaz. Kimsə adam öldürürsə, deməli, onun müəyyən psixoloji problemləri var və bunu aradan qaldırmaq lazımdır. Qisas isə bu problemlərin aradan qaldırılmasına qətiyyən kömək etmir.
4-Cəmiyyətə aid olan məsələlər cəmiyyətlə birlikdə addımlamalıdır. Min dörd yüz il bundan öncə icra edilən qanunu bugünkü cəmiyyətdə tətbiq etmək olmaz.
5-Qatildən qisas almaq əvəzinə onu həbsə məhkum edib cəmiyyət üçün daha faydalı olacaq işlərdə istifadə etmək daha yaxşı olmazmı? Bu yolla həm cəmiyyət belə təhlükəli ünsürlərdən uzaqlaşar, həm də onlardan cəmiyyət üçün faydalanmaq mümkün olar.
Bunlar qisas məsələsinə edilən etirazların xülasəsidir. Aşağıda bunların hər birinə ayrı-ayrılıqda cavab verməyə çalışacağıq.
Qisas ayələrinə diqqət yetirdikdə bu suallara aydınlıq gəlmiş olur. Belə ki təhlükəli insanlardan qisas alıb onları aradan götürmək bəzi hallarda cəmiyyətin inkişafı üçün ən gözəl yoldur. Belə hallarda qisas cəmiyyətin yaşam təminatçısı olduğundan qisas hissi fitri olaraq insanda vardır.
Tibb, əkinçilik, heyvandarlıq, bir sözlə, bütün sahələr məhz “Zərərli ünsürü aradan götürmək lazımdır” prinsipinə əsaslanır. Məsələn, sağlam orqanlar zərər görməsin deyə, bədəndəki sıradan çıxmış orqan amputasiya olunur. Yaxud ağacın əsas budaqlarının inkişaf etməsi üçün çürümüş budaqları kəsilir. Təhlükəli qatilin öldürülməsini daha bir şəxsin ölümü kimi dəyərləndirənlər məsələyə yalnız fərdi aspektdən yanaşırlar. Bütün cəmiyyətin maraqlarını nəzərə alıb belə qatillərin öldürülməsinin cəmiyyət üçün necə faydalı olduğunu başa düşsələr, təbii ki, öz fikirlərinə yenidən baxmalı olarlar. Belə ünsürlərin cəmiyyətdən götürülməsi bədənin sıradan çıxmış orqanını amputasiya etməyə, yaxud ağacın sağlam budaqlarını sıradan çıxartmasın deyə, çürümüş budağını kəsməyə bənzəyir. İndiyə qədər bir nəfər də olsun, deməyib ki, bədənin sıradan çıxmış üzvünü amputasiya etmək və yaxud ağacın çürümüş budağını kəsmək pis işdir. Bu, birinci iradla bağlı deyəcəklərimizdir.
İkinci irada gəlincə, qeyd etməliyik ki, ümumiyyətlə, qisas hökmünün nəzərdə tutulmasının intiqam hissi ilə heç bir bağlılığı yoxdur. Çünki intiqam yalnız şəxsi bir məsələyə görə qəzəbin sakitləşdirilməsi deməkdir. Qisas isə cəmiyyətə daha artıq zülm edilməməsinə xidmət edir. Qisasda məqsəd ədaləti və başqalarının haqqını təmin etməkdir.
Üçüncü irada, yəni “Kimsə adam öldürürsə, deməli, onun müəyyən psixoloji problemləri var və bunu aradan qaldırmaq lazımdır” fikrinə gəlincə, qeyd etmək lazımdır ki, bəzi hallarda bu söz həqiqətə uyğundur və belə olduqda İslam şəriətində də ruhi xəstəliyi və bu kimi problemi olan insanlar üçün qisas hökmü nəzərdə tutulmamışdır. Lakin qatilin psixoloji probleminin olmasını bütün hallarda bəhanə kimi gətirmək olmaz. Əks təqdirdə bunun hansı fəsadlara gətirib çıxaracağı heç kimə gizli deyil. Hətta qatilin dəlilik həddində olmayan psixoloji problemləri əsas gətirilsə belə, yenə də bu, ona qisasdan qurtulmağa icazə verməyəcək. Çünki kimliyindən asılı olmayaraq bilərəkdən qətl törədən hər bir insanın müəyyən psixoloji problemi olur. Heç bir psixoloji problemi olmayan insan, təbii ki, adam öldürməz. Hətta digər cinayətkarların da barəsində eyni sözü deyə bilərik. Belə olan təqdirdə deməliyik ki, cinayətkarları cəza müəssisələrinin əvəzinə ruhi xəstəxanalara və yaxud psixatriya müəssisələrinə göndərmək lazımdır.
Dördüncü irada, yəni "Cəmiyyətə aid olan məsələlər cəmiyyətlə birlikdə addımlamalıdır və min dörd yüz il bundan öncə icra edilən qanunu bugünkü cəmiyyətdə tətbiq etmək olmaz" fikrinə gəldikdə isə buna bir cümlə ilə cavab verə bilərik. O da budur ki, döyüş meydanlarında və ondan kənarda öldürülənlərin sayının sürətlə artdığı bir dövrdə bu iddia tamamilə əsassızdır. Əgər nə vaxtsa müharibə və qırğınların olmayacağı ideal bir cəmiyyət yaranarsa, belə cəmiyyət üçün İslam dini əfv və güzəşt yolunu nəzərdə tutmuşdur. Qisas heç də yeganə çıxış yolu deyil və onun əfv etmək kimi alternativ variantı da vardır. Üstəlik, belə bir cəmiyyətdə insanlar özləri də qatili bağışlamağı üstün tutacaqlar. Müxtəlif bəhanələr adı altında törədilən cinayətlərinin sayı bəlli olmayan və əvvəlki əsrlərlə müqayisədə daha çox olan müasir dünyamızda isə qisas hökmünün ləğv edilməsi qətl əməlinə göz yummaqdan başqa bir nəticə verməyəcək.
Beşinci irad haqqında isə onu deməliyik ki, qisas almaqda maqsad Quranın da buyurduğu kimi, cəmiyyətin həyatını davam etdirmək və digər qətllərin qarşısını almaqdır. Təbii ki, qatili cəza evlərinə salmaqla bu məqsədə nail olmaq qeyri-mümkündür. (Xüsusilə də nəzərə almalıyıq ki, indiki bəzi cəza evləri cinayətkarların öz evlərindən daha yaxşıdır.) Buna görə də ölüm hökmünün ləğv edildiyi bəzi ölkələrdə qətl hadisələrinin və digər cinayətlərin sayı sürətlə artmaqdadır. Həbsdə olanların müəyyən müddətdən sonra əfv edilməsi və ya amnistiyaya şamil olması onları cinayət etməyə daha da həvəsləndirir.
3\. Məgər kişinin qanı qadının qanından daha dəyərlidir? Bəzilərində belə təsəvvür yarana bilər ki, qisas ayələrində kişinin qətlə yetirdiyi qadına görə qisas edilə bilməyəcəyi bildirilmişdir. Məgər kişinin qanı qadının qanından daha dəyərlidir? Nə üçün qətl törətmiş kişidən bu cinayətinə görə qisas alınmamalıdır?
Bu suala cavab olaraq qeyd etməliyik ki, ayədə kişidən qadını öldürdüyünə görə qisas alına bilməyəcəyi qeyd edilməyib. İslam fiqhində də göstərildiyi kimi, qətlə yetirilmiş qadının adamları qanbahasının yarı məbləğini ödəməklə qatildən qisas ala bilərlər. Başqa sözlə desək, "kişidən qadını öldürdüyünə görə qisas alınmaması" dedikdə qeyd- şərtsiz qisas nəzərdə tutulur. Lakin öldürülən qadının adamları tərəfdən qanbahasının yarısı ödənilməklə qatildən qisas almaq olar. Əlbəttə, bunun mənası o demək deyil ki, qadın kişidən aşağı səviyyədədir. Xeyr, sadəcə qanbahasının yarısını ödəmək qisas alınacaq kişinin ailəsinə yetişəcək zərərin yarısını qarşılamaq məqsədi güdür. (Diqqət edin!).
Ailədə maddi baxımdan adətən kişilər daha çox təsir gücünə malik olurlar. Ailənin xərcini, demək olar ki, onlar qarşılayırlar, işləyib ailənin dolanışığını təmin edirlər. Buna görə də kişi ilə qadının ölümündə maddi baxımdan ailələrə dəyən ziyan göz qabağındadır. Əgər bu ziyan aradan qaldırılmazsa, qisas alınan kişinin ailəsi heç bir səbəb olmadan maddi ziyana uğramış olurlar. Məhz bunun üçün İslam dinində qətlə yetirilmiş qadının adamları qatil kişidən qisas almaq istədikdə qanbahasının yarısının ödənilməsi şərt edilmişdir ki, öldürülən kişinin ailəsi maddi sıxıntı çəkməsin. İslam dini heç vaxt razı olmaz ki, bəra- bərlik adı altında, məsələn, qisas alınacaq kişinin övladlarının haqqı tapdanılsın.
O da mümkündür ki, hansısa qadın ailənin maddi təminatını kişidən daha artıq ödəsin. Lakin nəzərə almaq lazımdır ki, bu və digər şəriət qanunları fərdlərin potensialını deyil, kişilərin ümumi potensialını qadınların ümumi potensialı ilə nəzərdə tutaraq hökm verir. (Diqqət edin!)
4\. Əfvə təşviq etmək.
Qisas ayəsində diqqətçəkən daha bir məqam ((din) qardaşı) ifadəsinin işlədilməsidir. Bu ifadədən belə başa düşülür ki, Quran müsəlmanlar arasında qardaşlıq əlaqəsinin hətta biri digərinin qanını axıtdıqdan sonra da davam etdiyini bildirir. Buna görə də ölü sahiblərində humanist duyğuları oyatmaq məqsədilə onları qatilin qardaşı adlandırır ki, ona qarşı qisas fikrindən daşınıb əfv etsinlər.
Təbii ki, bu, qəzəb və digər psixoloji səbəblər üzündən qətl törədib, sonra da etdiyi işdən peşman olanlara aiddir. Qətl törədib gördüyü işdən peşman olmayan, əksinə, öz əməli ilə fəxr edən insanlara gəlincə, onlar nə qardaş adına, nə də əfv olunmağa layiqdirlər.
Bəqərə surəsi, 180-182-ci ayələr
كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِنْ تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ .١٨٠
فَمَنْ بَدَّلَهُ بَعْدَمَا سَمِعَهُ فَإِنَّمَا إِثْمُهُ عَلَى الَّذِينَ يُبَدِّلُونَهُ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ .١٨١
فَمَنْ خَافَ مِنْ مُوصٍ جَنَفًا أَوْ إِثْمًا فَأَصْلَحَ بَيْنَهُمْ فَلَا إِثْمَ عَلَيْهِ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ .١٨٢
Ayələrin tərcüməsi
180\. Sizlərdən birini ölüm haqlayanda qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxınlarınıza (yaxın qohumlarınıza) verilməsi üçün layiqli vəsiyyət etməyiniz vacib edilmişdir. Bu, təqvalılar üzərində bir haqdır.
181\. Kim (vəsiyyəti) eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşür. Şübhəsiz ki, Allah eşidən və biləndir.
182\. Hər kəs vəsiyyət edənin yanılmasından (varislər arasında fərq qoymasından) və ya günah işləməsindən (günah işi vəsiyyət etməsindən) qorxub, onların arasını düzəltsə, ona heç bir günah yazılmaz (o, vəsiyyəti dəyişdirmiş sayılmaz). Allah bağışlayan və mehribandır.
Ayələrin təfsiri.
Layiqli vəsiyyətlər.
Qisasla bağlı ayələrin ardınca bu ayələrdə maliyyə məsələlərinə bağlı olan vəsiyyət mövzusuna toxunulmuşdur. İlk öncə belə deyilmişdir: "Sizlərdən birini ölüm haqlayanda qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxınlarınıza (yaxın qohumlarınıza) verilməsi üçün layiqli vəsiyyət etməyiniz vacib edilmişdir. Bu, təqvalılar üzərində bir haqdır”.
Qisasla bağlı ayələrdə qeyd etdiyimiz kimi, bəzi məsələlərlə əlaqədar olaraq (vacib edilmişdir) ifadəsinin işlədilməsi həmin məsələnin vacibliyindən xəbər verir. Bu ifadənin vəsiyyət barəsində işlədilməsinin aşağıdakı müxtəlif açıqlamaları vardır:
1) İslam qanunlarına əsasən, vəsiyyət etmək müstəhəb bir əməldir. Lakin təkid edilmiş müstəhəb əməl olduğuna görə (vacib edilmişdir) ifadəsi ilə verilmişdir. Lakin ayənin sonundakı (Bu, təqvalılar üzərində bir haqdır) cümləsi onun vacib deyil, müstəhəb olmasından xəbər verir. Əgər vacib olsaydı, (Bu, təqvalılar üzərində bir haqdır) əvəzinə (Bu, möminlər üzərində bir haqdır) deyilərdi.
2) Bəzi təfsirçilər belə hesab edirlər ki, bu ayə miras ayəsindən əvvəl nazil olmuşdur. O vaxt hələ vəsiyyət etmək vacib sayılırdı ki, vərəsələr arasında miras bölgüsündə mübahisə yaranmasın. Miras bölgüsü haqqında ayə nazil olduqdan sonra isə vəsiyyətin vacibliyi hökmü nəsx edilərək o, müstəhəb əmələ çevrilmişdir. "Təfsiri-Əyyaşi" kitabında bu #### Ayənin təfsiri ilə əlaqədar nəql edilmiş hədis də bu mənanı təsdiqləyir.
3) Çox güman ki, bu ayədə vəsiyyətə zərurət yarandığı yerlər nəzərdə tutulmuşdur. Yəni insanın borclu, yaxud boynunda hər hansı bir haqq olduğu vaxt vəsiyyət etməsi vacibdir.
Bu ehtimallar arasında birinci təfsir daha məqsədəuyğun hesab edilir.
Ayədə diqqətçəkən maraqlı bir məqam ondan ibarətdir ki, "mal” əvəzinə (xəyrən) sözündən istifadə edilmişdir. Bu ifadə onu göstərir ki, Allah-taala insanın halal yolla əldə etdiyi və cəmiyyətin (qohum-əqrəba da cəmiyyətin bir hissəsidir) faydalanması üçün istifadə olunan sərvəti xeyir adlandırır. Bununla da sərvətin pis bir şey olması fikrinin üzərindən xətt çəkir, eyni zamanda özünü insanlardan kənara çəkib zahidliklə yoxsulluğu qarışdıran və öz təsəvvüründə zahid həyatı sürməyə üstünlük verən insanların da fikrinə qarşı çıxır. Çünki, əslində, onlar bu hərəkətləri ilə İslam cəmiyyətinin tənəzzülünə səbəb olurlar.
Bu ayədən o da məlum olur ki, qeyri-halal yolla toplanılan mal- dövlətdə xeyir yoxdur.
Bəzi hədislərdə belə nəql edilmişdir ki, nəzərəçarpacaq miqdarda olan sərvətin barəsində vəsiyyət olunmalıdır. Lakin az miqdar mal üçün vəsiyyət etməyə ehtiyac yoxdur. Onu vərəsələr özləri miras bölgüsündə nəzərdə tutulmuş qaydalara müvafiq olaraq bölüşdürməlidirlər. Başqa sözlə desək, az miqdarda mal elə bir şey deyil ki, insan onun üçdə birini vəsiyyət olaraq ayırıb kənara qoysun.
Yeri gəlmişkən, onu da qeyd etməliyik ki, "sizlərdən birini ölüm haqlayanda" ifadəsi onu çatdırır ki, ölüm zamanı artıq vəsiyyət etməyin son vaxtıdır. Lakin o vaxta qədər vəsiyyət etməyin də heç bir maneəsi yoxdur. Hətta hədislərdə də nəql edilmişdir ki, insanın daha əvvəldən vəsiyyət etməsi bəyənilən haldır.
Kimlərinsə vəsiyyət etməklə, sanki ölümünü tezləşdirdiyini düşünməsi tamamilə yanlış bir fikirdir. Vəsiyyət sadəcə olaraq baş verəcəyinə qətiyyən şübhə olmayan bir işə hazırlıqdır. Ömrü uzatmasa da, onun qısalmasına da gətirib çıxarmır.
Sözügedən ayədə vəsiyyətin "layiqli" qeydi ilə verilməsi ona işarə edir ki, vəsiyyət bütün cəhətlərə görə ağlabatan olmalıdır. Çünki “layiqli” qeydi "ağlabatan" mənasını bildirir. Bu, həm məbləğ baxımından, həm vəsiyyət edilən şəxs baxımından, həm də digər cəhətlərə görə ağlabatan olmalıdır. Bu işdə qətiyyən ayrı-seçkiliyə və mübahisəyə səbəb olacaq digər hallara yol vermək olmaz.
Vəsiyyət yuxarıda göstərilən şərtlərə uyğun hazırlandıqdan sonra vərəsələr tərəfindən onda dəyişiklik edilməsi qəti qadağandır. Buna görə də növbəti ayədə belə deyilmişdir: “Kim (vəsiyyəti) eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşür.
“Şübhəsiz ki, Allah eşidən və biləndir”.
Bu ayə ona da işarə ola bilər ki, vəsiyyəti icra edən şəxsin bu və digər saxtakarlığı vəsiyyət edənin savabından heç nə azaltmır. O, vəsiyyət etməklə öz savabını qazanır. Vəsiyyətinə əməl edilməməsi onun günahı deyil, onu dəyişdirən, onda saxtakarlığa yol verən icraçının günahıdır.
Ayənin təfsiri ilə bağlı belə bir ehtimal da verilmişdir ki, vəsiyyəti icra edən şəxsin saxtakarlığı nəticəsində ölən şəxsin əmlakından bir hissəsi layiq olmayan (haqqı çatmayan) şəxslərə verilərsə və onların icraçının saxtakarlığından xəbəri olmazsa, bu işdə onlara heç bir günah gəlməz. Bütün günahlar vəsiyyəti saxtalaşdıran icraçının boynuna düşər.
Qeyd etməliyik ki, bu iki təfsir bir-biri ilə qətiyyən uyğunsuzluq təşkil etmir və ayənin məzmunu hər iki ehtimala şamil ola bilər.
Beləliklə, məlum olur ki, vəsiyyəti dəyişmək, onda saxtakarlığa yol vermək birmənalı olaraq günahdır. Lakin hər bir qanunda istisnalar olduğu üçün növbəti ayədə müəyyən istisna nəzərdə tutularaq deyilmişdir: "Hər kəs vəsiyyət edənin yanılmasından (varislər arasında fərq qoymasından) və ya günah işləməsindən (günah işi vəsiyyət etməsindən) qorxub, onların arasını düzəltsə, ona heç bir günah yazılmaz (o, vəsiyyəti dəyişdirmiş sayılmaz). Allah bağışlayan və mehribandır".
Deməli, vəsiyyət düzgün olmadıqda onda icraçı tərəfindən müəyyən dəyişiklik edilə bilər. Təbii ki, əgər vəsiyyət edən şəxs sağdırsa, bunu, mütləq, ona xəbər vermək lazımdır və o, vəsiyyətində dəyişiklik etməlidir. Yox, əgər vəsiyyət edən şəxs vəfat etmişdirsə, onda vəsiyyətin icraçısı şəxsən özü vəsiyyətdə dəyişiklik etməlidir. İslam fiqhinə görə, bu, yalnız aşağıdakı hallarda mümkündür:
1) Vəsiyyət ümumi mirasın üçdə birindən artıq miqdarda edildikdə Həzrət Peyğəmbər (s) və məsum imamlardan (ə) nəql edilmiş çoxsaylı hədislərdə bildirilmişdir ki, insan bütün əmlakının üçdə biri qədər vəsiyyət edə bilər, ondan artığı isə düzgün deyil. Deməli, bilməməzlik üzündən bütün əmlakını vəsiyyət edərək müəyyən şəxslərin arasında bölüşdürən insanların vəsiyyəti düzgün hesab edilmir. Belə olduqda vəsiyyəti icra edən şəxsin borcudur ki, vəsiyyətə düzəliş edib onu bütün əmlakın üçdə bir miqdarına endirsin.
2) Vəsiyyət edən şəxs günah və haqsız işi vəsiyyət etdikdə.
Məsələn, kimsə vəsiyyət edir ki, əmlakının müəyyən bir hissəsi fəsad mərkəzlərinə, oranın genişləndirilməsinə sərf edilsin. Yaxud vəsiyyətin icrası hər hansı bir vacib əməlin tərk edilməsinə gətirib çıxartdıqda da vəsiyyətin icraçısı onu dəyişdirməlidir.
3) Vəsiyyət böyük mübahisəyə, fitnə-fəsada, qan tökülməsinə gətirib çıxartdıqda.
Belə olan halda vəsiyyətin icraçısı vəsiyyəti şəriət hakiminin nəzarəti altında dəyişdirməlidir.
Ayənin ərəbcə mətnində işlədilmiş (yanılma) sözünün mənası "haqdan uzaqlaşma, bir tərəfə meyiletmə, yanılma” deməkdir. Bu, vəsiyyət edənin bilmədən yanılmasına, (günah işləməsindən) ifadəsi isə bilərəkdən səhvə yol verməsinə işarə edir.
Ayənin sonundakı "Allah bağışlayan və mehribandır" cümləsində bu məna da nəzərdə tutula bilər ki, əgər vəsiyyətin icraçısı vəsiyyət edənin səhvini düzəldib onu da doğru yola gətirərsə, Allah-taala onun da günahından keçər.
İncəliklər:
1\. Vəsiyyətin mahiyyəti.
a) Miras bölgüsündə yalnız bəzi qohumlar, özü də müəyyən miqdarda ölən şəxsin əmlakından faydalana bilirlər. Halbuki digər qohumların, hətta yaxın dostların da həmin əmlakın müəyyən bir miqdarına ehtiyacı ola bilər.
b) Miras bölgüsündə bəzi vərəsələrə düşən pay bir çox hallarda onların ehtiyacını tam ödəyə bilmir. İslam qanunlarının əhatəliliyi belə boşluqların doldurulmamasına imkan vermir. Buna görə də miras haqqında qanundan əlavə, vəsiyyət haqqında da qanun nəzərdə tutmuş və müsəlmanlara öz ölümündən sonra əmlakının ümumi dəyərinin üçdə biri qədərinin istədiyi kimi istifadə olunmasına imkan vermişdir.
3) İnsan bəzi hallarda xeyir işlər görmək istəsə də, həyatındakı maddi ehtiyaclar üzündən öz istəyini həyata keçirə bilmir. Məntiq də qəbul edir ki, insanın ömrü boyu zəhmət çəkib topladığı malın heç olmasa, bir hissəsi ölümündən sonra da olsa, nəzərdə tutduğu xeyir işlərə sərf edilsin.
Bu amillərin hamısı ona gətirib çıxarmışdır ki, İslamda vəsiyyət haqqında qanun nəzərdə tutulsun. Bu fikir "Bu, təqvalılar üzərində bir haqdır" cümləsi ilə öz əksini tapmışdır.
Təbii ki, vəsiyyət təkcə yuxarıda sadalananlarla bağlı deyil. Vəsiyyət edən şəxs bütün borclarını (alacaqlarını və verəcəklərini) öz vəsiyyətində müəyyənləşdirməlidir ki, nə bəndənin, nə də Allahın haqqı boynunda qalmasın.
Hədislərdə vəsiyyət barəsində çox təkid edilmişdir. Məsələn, Həzrət Peyğəmbərdən (s) belə nəql edilmişdir:
"Müsəlmana yaraşmaz ki, vəsiyyəti başının altında olmayınca gecəni yuxuya getsin".
Təbii ki, burada vəsiyyətin məhz balışın altında olması deyil, hazır olması nəzərdə tutulmuşdur. Başqa bir hədisdə deyilir:
"Vəsiyyət etmədən vəfat edən şəxs cahiliyyət dövründə ölənlər kimidir"
2\. Vəsiyyətdə ədalətli olmaq.
Haqqında danışdığımız ayələrdə vəsiyyətdə haqsızlığa yol verməməklə bağlı qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, vəsiyyət nə qədər gözəl və bəyənilən iş hesab edilirsə, vəsiyyətdə haqsızlıq etmək də bir o qədər böyük günah sayılır. Bununla bağlı İmam Muhəmməd Baqirdən (ə) nəql edilmiş bir hədisdə deyilir:
"Vəsiyyətində ədaləti qoruyan insan əmlakını sağlığında Allah yolunda xərcləyən şəxsə bərabərdir. Vəsiyyətində haqsızlıq edən insana isə Qiyamət günündə Allah-taala üz çevirəcək".
Vəsiyyətdə haqsızlıq etmək, ədaləti qorumamaq odur ki, insan bütün əmlakının üçdə birindən artıq miqdarını vəsiyyət etməklə vərəsələri öz qanuni miras payından məhrum etsin. Yaxud heç bir əsas olmadan, kimisə çox istədiyindən və yaxud kimdənsə nifrət etdiyi üçün ayrı-seçkiliyə yol versin. Hətta bəzi hədislərdə tövsiyə edilmişdir ki, vərəsələrin mirasa həddən artıq ehtiyacı olduğu təqdirdə üçdə bir miqdarı da vəsiyyət edilməsin. Onun əvəzinə ümumi mirasın dəyərinin dörddə biri və ya beşdə biri qədər vəsiyyət edilsin.
Vəsiyyətdə ədalət prinsipinin qorunması ilə bağlı nəql edilmiş bir hədisdə deyilir: "Ənsar tayfalarından birində bir kişi vəfat edir. Onun kiçik uşaqları yetim qalır. O, ölüm ayağında olarkən bütün əmlakını Allah yolunda sərf edir. Həzrət Peyğəmbər (s) bundan xəbər tutduqda səhabələrdən o kişi ilə nə etdikləri barədə soruşur. Səhabələr cavab verirlər ki, onu dəfn etdik. Həzrət (s) buyurur: "Mən bu barədə (ölməzdən qabaq bütün əmlakını Allah yolunda sərf etməsi barədə) daha əvvəl xəbər tutsaydım, onu müsəlmanların qəbiristanlığında dəfn etməyinizə icazə verməzdim. Yetim uşaqlarını diləndirmək üçünmü belə edib?"
3\. Vacib və müstəhəb vəsiyyətlər.
Vəsiyyət etmək öz-özlüyündə təkid edilmiş müstəhəb əməl olsa da, bəzi hallarda vacib olur. Məsələn, insan Allahın borcunu ödəməkdə səhlənkarlıq etmişdirsə və yaxud kiminsə əmanəti ondadırsa və vəsiyyət etməyəcəyi təqdirdə onun haqqının tapdanılacağını ehtimal verirsə, təbii ki, bu halda vəsiyyət etmək vacibdir. Yaxud cəmiyyətdə böyük nüfuz sahibi olan insanın vəsiyyət etmədən vəfat edəcəyi təqdirdə cəmiyyətin və ya dinin mövqeyinə zərbə dəyərsə, onda həmin şəxsin vəsiyyət etməsi vacib olur.
4\. Sağ ikən vəsiyyət dəyişdirilə bilər.
İslam qanunları vəsiyyət edən şəxsi öz fikrindən dönməməyə məcbur etmir. İnsan nə qədər ki sağdır, vəsiyyətində dəyişiklik edə bilər. Çünki zaman keçdikcə onun vəsiyyət etdiyi şəxs və yaxud vəsiyyət etdiyi miqdarla bağlı fikrinin dəyişə biləcəyi istisna edilmir.
5\. Səhlənkarlıqları aradan qaldırmaq.
Vəsiyyət edən insan onu da nəzərə almalıdır ki, vəsiyyət edərkən həyatında yol verdiyi səhlənkarlıqları aradan qaldırmağa çalışmalıdır. Hətta yaxınlarından kimsə onunla soyuq münasibətdə olmuşsa belə, çalışmalıdır ki, öz vəsiyyəti ilə onlarla arasını düzəltsin. Hədislərdə nəql edilmişdir ki, İslam öndərləri öz əmlakından müəyyən miqdarı onlara qarşı soyuq münasibətdə olan qohumları üçün vəsiyyət edirmiş və bu yolla zəifləmiş qohumluq əlaqələrini yenidən möhkəmlədirmişlər. Yaxud öz nökərlərini azad edir və ya onların azad olunmasını vəsiyyət edirmişlər.
Bəqərə surəsi, 183-185-ci ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ .١٨٣
أَيَّامًا مَعْدُودَاتٍ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ فَمَنْ تَطَوَّعَ خَيْرًا فَهُوَ خَيْرٌ لَهُ وَأَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ .١٨٤
شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ .١٨٥
Ayələrin tərcüməsi
183\. Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, təqvalı olasınız.
184\. Bir neçə müəyyən gün (oruc tutmalısınız). Sizdən xəstə və ya səfərdə olanlar başqa günlərdə bir neçə gün (oruc tutsunlar). Oruc tutmağa taqəti olmayanlar (xəstələr, qoca kişi və qadınlar) isə bir yoxsulu doyuracaq qədər fidyə versinlər. Kim xeyir iş görsə, bu, onun üçün daha yaxşıdır. Oruc tutmaq sizin üçün daha yaxşıdır, Əgər bilsəniz.
185\. (Oruc tutmaq üçün nəzərdə tutulan bir neçə gün) Ramazan ayıdır. O, Quranın insanları doğru yola yönəldən, hidayət nişanələri və haqqı batildən ayıran olaraq nazil edildiyi aydır. Sizdən Ramazan ayına şahid olanlar (vətənində olanlar) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə (onun yerinə) başqa günlərdə (tutsunlar). Allah sizin üçün çətinlik yox, asanlıq (rahatlıq) istəyir. (Məqsəd budur ki,) bu günlərin orucunu tamamlayasınız və sizi doğru yola yönəltdiyi üçün Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.
Ayələrin təfsiri.
Oruc - təqvanın mənbəyi.
Qisas və vəsiyyət kimi mühüm şəriət hökmlərinin ardınca bu ayələrdə daha bir şəriət hökmü oruc ibadəti ilə bağlı göstərişlər verilmişdir. İlk öncə bir qədər təkidli ifadə ilə belə deyilir: "Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi.
Dərhal sonra bunun ardınca çox kiçik, lakin olduqca böyük mənaya malik bir cümlə ilə bu ibadətin fəlsəfəsi açıqlanaraq deyilir: "Bəlkə, təqvalı olasınız”.
Bir qədər sonra qeyd edəcəyimiz kimi, doğrudan da, oruc insanın ruhunun saflaşmasında böyük təsir gücünə malikdir.
Bu ibadətin icrası (xüsusilə də yay fəslində) bir sıra maddi ləzzətlərdən məhrum olmaqla müşayiət edildiyi üçün yuxarıdakı ayədə müxtəlif ifadələr işlədilərək insanı bu şəriət hökmünü qəbul etməyə hazırlayır. "Ey iman gətirənlər!" xitabı ilə başlanır. Bunun ardınca orucun təkcə müsəlmanlara aid olmadığı, əvvəlki ümmətlərdə də oruc ibadətinin olduğu bildirilir. Onun fəlsəfə və hikmətinə, habelə bu ibadətin təsirinin yüz faiz insanın özünə aid olduğu bildirilməklə onu insanlara sevdirir. İmam Sadiqdən (ə) orucla bağlı nəql edilmiş bir hədisdə belə deyilir: "Ey iman gətirənlər" xitabının ləzzəti insana bu ibadətin bütün çətinliklərini unutdurur".
Növbəti ayədə orucun çətinliklərini bir qədər yüngülləşdirmək məqsədilə müəyyən qaydalar izah edilir. İlk olaraq belə deyilir: “Bir neçə müəyyən gün (oruc tutmalısınız)".
Bu cümlə onu başa salır ki, bütün ilboyu və ya ilin böyük bir hissəsini oruc tutmaq məcburiyyətində deyilsiniz. İlin çox az hissəsini oruc tutmaq sizə vacib edilmişdir. Xəstəlik və ya səfərdə olması üzündən həmin günlərdə oruc tuta bilməyənlər başqa günlərdə oruc tutsunlar: "Sizdən xəstə və ya səfərdə olanlar başqa günlərdə bir neçə gün (oruc tutsunlar).
Ayənin davamında deyilir: "Oruc tutmağa taqəti olmayanlar (xəstələr, qoca kişi və qadınlar) isə bir yoxsulu doyuracaq qədər fidyə versinlər. Kim xeyir iş görsə, bu, onun üçün daha yaxşıdır".
Nəhayət, ayənin sonunda oruc tutmağın insanlar üçün çox yaxşı bir iş olduğu bildirilir: "Oruc tutmaq sizin üçün daha yaxşıdır, əgər bilsəniz”.
Bəzi təfsirçilər ayənin son cümləsini əsas gətirərək belə qənaətə gəlmişlər ki, oruc əvvəlcə ixtiyari vacib əməl olmuşdur. Belə ki müsəlmanlar oruc tutmaqla fidyə verməkdən birini yerinə yetirə bilərdilər. Bu da onunla əlaqədar olmuşdur ki, oruc tutmağa tədricən öyrəşsinlər. Lakin bu hökm sonradan nəsx edilərək oruc vacib edilmişdir.
Qeyd etməliyik ki, yuxarıdakı cümlədən heç də belə bir məna başa düşülmür. "Oruc tutmaq sizin üçün daha yaxşıdır, əgər bilsəniz” cümləsi sadəcə olaraq orucun fəlsəfəsini bir qədər də təkidləndirir və orucun Allah-taalaya heç bir xeyri olmadığını, bütün faydalarının yalnız insanın özünə aid olduğunu çatdırır. Bu və digər məsələlərlə bağlı başqa ayələrdə işlədilmiş buna bənzər ifadələr də dediyimizi təsdiqləyir. Məsələn, namazın vacib olmasını bildirən ayənin sonunda deyilir:
"Əgər bilsəniz, bu, sizin üçün nə qədər xeyirlidir!"
Başqa bir ayədə belə deyilir:
"İbrahimi (də) göndərdik. Bir zaman o, öz qövmünə demişdi: "Allaha ibadət edin və Ondan qorxun! Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir".
Beləliklə, məlum olur ki, sözügedən ayənin sonundakı "Oruc tutmaq sizin üçün daha yaxşıdır, əgər bilsəniz" cümləsi xüsusi bir qrup oruc tutana deyil, bütün oruc tutanlara xitab edilmişdir.
Sonuncu ayədə oruc tutmağın vaxtı, bir sıra qaydaları və fəlsəfəsi haqqında danışılır. Əvvəlcə belə deyilir: "(Oruc tutmaq üçün nəzərdə tutulan bir neçə gün) Ramazan ayıdır. O, Quranın insanları doğru yola yönəldən, hidayət nişanələri və haqqı batildən ayıran olaraq nazil edildiyi aydır”.
Daha sonra bir daha xəstələr və səfərdə olanların istisna edilərək başqa günlərdə oruc tutmalı olduqları bildirilir: "Sizdən Ramazan ayına şahid olanlar (vətənində olanlar) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə (onun yerinə) başqa günlərdə (tutsunlar)".
Xəstələrlə müsafirlərin məsələsinə həm bu, həm də daha əvvəlki ayədə toxunulması onunla əlaqədar ola bilər ki, bəziləri orucu pozmağın mütləq şəkildə günah olduğunu düşünərək xəstə və səfərdə olduqda da tutulmasını düşünə bilərlər. Quran bu yanlış düşüncənin qarşısını almaqdan ötrü bu məsələni bir daha təkrar etməklə müsəlmanlara başa salmaq istəmişdir ki, oruc tutmaq sağlam insanlara vacib edildiyi kimi, xəstə və səfərdə olanlara da oruc tutmamaq vacib edilmişdir. Kim bunun əksinə əməl edərsə, günah etmiş olar.
Ayənin davamında Allah-taala bir daha orucun bəzi hikmətlərinə toxunaraq buyurur: "Allah sizin üçün çətinlik yox, asanlıq (rahatlıq) istəyir”.
Bu cümlə onu başa salmağa çalışır ki, oruc tutmaq ilk baxışda çətin bir iş kimi görünsə də, həm mənəvi, həm də maddi baxımdan bu işin axırı insan üçün bir növ rahatlıqdır. Bu cümlə ona da işarə ola bilər ki, Allah-taalanın hökmləri zalım hakimlərin verdiyi hökmlərə bənzəməz. Həyata keçirilməsi çətin olan işlərdə Allah-taala daha asan yol qoymuşdur. Buna görə də böyük əhəmiyyətinə rəğmən, oruc tutmaq xəstə və səfərdə olanlara vacib deyil.
Daha sonra orucda məqsədin nəzərdə tutulan günləri tamamlamaq olduğu bildirilir: “(Məqsəd budur ki,) bu günlərin orucunu tamamlayasınız”.
Yəni sağlam olan hər bir insana vacibdir ki, il ərzində bir ay oruc tutsun. Bu, həm ruhun, həm də bədənin düzgün yetişdirilməsi üçün vacibdir. Buna görə də əgər kimsə Ramazan ayında xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa vaxt oruc tutaraq həmin günləri tamamlamalıdır. Hətta aylıq adət halında olan qadınların namazları üçün qəza nəzərdə tutulmasa da, oruclarının qəzası nəzərdə tutulmuşdur.
Nəhayət, ayənin sonuncu cümləsində deyilir: "Və sizi doğru yola yönəltdiyi üçün Onu uca tutasınız. Bəlkə, şükür edəsiniz”.
Bəli, Allah-taala sizi doğru yola yönəltdiyi üçün Onun qarşısında təzim etməli, sizə verdiyi sonsuz nemətlərə görə Ona şükür etməlisiniz.
Bu cümlədə diqqətçəkən məqam şükür edilməyin şübhə bildirən "bəlkə" modal sözü ilə, Allaha təzim edilməsinin isə qəti şəkildə verilməsidir. Bu ifadə fərqi onunla bağlı ola bilər ki, oruc ibadətini həyata keçirmək istənilən halda Allaha təzim etmək sayılır. Nemətlərin öz yerində işlədilməsi və konkret olaraq burada orucun praktiki nəticəsindən faydalanmaq mənasını verən şükür isə müəyyyən şərtlər çərçivəsində hasil olur. Həmin şərtlər həyata keçməyincə şükür hasil olmaz. Bu şərtlərin ən önəmlisi isə orucun mahiyyətini anlamaq, onun fəlsəfəsindən tam şəkildə xəbərdar olmaqdır.
İncəliklər:
1\. Orucun faydaları.
a) Tərbiyəvi faydaları.
Oruc insanda mənəvi və maddi cəhətlərdən müxtəlif təsirlərə malikdir. Bunların arasında orucun əxlaqi və tərbiyəvi faydaları daha çox önəm kəsb edir.
Orucun ən önəmli faydalarından biri insanın ruhunu təmizləyib iradəsini möhkəmləndirməsi, instinktlərini mötədil vəziyyətdə saxlamasıdır. Oruc tutan insan oruc halında yemək-içmək, habelə cinsi yaxınlıq ləzzətinə göz yummaqla sübuta yetirməlidir ki, o, heyvan kimi yalnız yeyib-içmək və cinsi yaxınlıq üçün yaşamır. İsbat etməlidir ki, o, nəfsini öz nəzarətində saxlaya, intim duyğularına hakim kəsilə bilər. Orucun ən böyük mənəvi təsiri məhz budur. Cürbəcür yemək- içmək xoşlayan, acdıqda və susadıqda onlardan istifadə edən insan axar bulağın başında bitmiş ağaca bənzəyir. Bu ağac susuzluğa çox davamsızdır. Bir neçə gün su kəsilsə, dərhal solacaq. Dağlarda, qayalarda bitən ağac isə ilk günlərdən möhkəm küləklərin, tufanın hücumuna məruz qaldığı üçün artıq buna öyrəşmişdir. Buna görə də o, çox davamlı olur. Oruc da insanın ruhunu eynilə bu cür yetişdirir. Müvəqqəti məhrumiyyətlərlə onun iradəsini gücləndirir, çətinliklərə qarşı mübarizə aparmağı öyrədir. Tüğyan edən intinktləri nəzarətdə saxlaya bildiyi üçün insanın qəlbinə səfa bəxş edir. Bir sözlə, oruc insanı heyvanlıq aləmindən mələklər aləminə yüksəldir. Orucun vacib olduğunu bəyan edən ayənin sonundakı "...təqvalı olasınız" ifadəsi də məhz bu həqiqətə işarə edir.
"Oruc Cəhənnəm odu qarşısında bir sipǝrdir" hədisi də həmin mənanı çatdırır.
İmam Əlidən (ə) nəql edilmiş bir hədisdə belə deyilmişdir: “Həzrət Peyğəmbərdən (s) soruşdular ki, şeytanın bizdən uzaqlaşması üçün nə edək? Həzrət buyurdu:
"Oruc şeytanın üzünü qara edir. Allah yolunda mal xərcləmək onun belini qırır. Allaha xatir dostluq etmək və yaxşı əməllər həyata keçirmək onun arxasını, tövbə etmək isə şahdamarını kəsir".
"Nəhcül-bəlağə"də İmam Əli (ə) ibadətlərin fəlsəfəsini izah edərkən oruca yetişdikdə belə buyurmuşdur:
"...Səmimiyyət ruhu insanda inkişaf etsin deyə, Allah-taala orucu vacib etmişdir"?
Həzrət Peyğəmbərdən (s) nəql edilmiş başqa bir hədisdə isə belə deyilir:
"Cənnətin Rəyyan (sirab edən) adlı bir qapısı vardır. Oradan ancaq oruc tutanlar daxil olacaqlar".
Mərhum Şeyx Səduq "Məaniül-əxbar" əsərində bu hədisin şərhində belə yazmışdır: "Cənnətin qeyd olunan qapısına bu adın verilməsi oruc tutan insanın adətən susuzluqdan əziyyət çəkməsi ilə əlaqədardır. Həmin qapıdan daxil olan insan elə sirab olacaq ki, bir də heç vaxt susamayacaq".
b) Orucun ictimai faydaları.
Orucun ictimai faydaları heç kimdə şübhə doğurmur. Oruc insanlar arasında bir bərabərlik dərsidir. Bu ibadətin icrası zamanı imkanlı insanlar həm kasıbların nələr çəkdiyini hiss edir, həm də axşam yeməyini birlikdə yeməklə onlara kömək etmiş olurlar.
Təbii ki, tox insanları ac saxlamaqla onları acların halından xəbərdar etmək olar. Lakin bu vəziyyət hissi xarakter daşısa, onda məsələyə başqa tərəfdən yanaşmaq lazımdır. Oruc bu ictimai mövzuya hissi rəng qatır. Buna görə də İmam Sadiqin (ə) səhabələrindən olan Hişam orucun fəlsəfəsi ilə bağlı o Həzrətə (ə) sual verdikdə İmam (ə) belə buyurmuşdur:
"Oruc ona görə vacib edilmişdir ki, zənginlə yoxsul arasında bərabərlik olsun. Çünki oruc tutarkən zəngin insan kasıbın aclığını hiss edib ona yardım etmək fikrinə düşür. Zəngin insan bütün istədiklərini əldə edə bilir. Allah-taala bu yolla bəndələri arasında bərabərlik yaratmaq və zənginlər yoxsullara əl tutsunlar deyə, onlara aclığı dadızdırmaq istəyir".
Görəsən, varlı ölkələr il ərzində bir neçə gün oruc tutub aclığın nə olduğunu dadsalar, dünyada yenə də bu qədər ac insan qalarmı?
c) Orucun tibbi faydaları.
Müasir və qədim tibb elmində sübut edilmişdir ki, orucun müxtəlif xəstəliklərin sağalmasında böyük rolu vardır. Çox az həkim tapılar ki, öz əsərlərində bu məsələyə toxunmasın. Çünki əksər xəstəliklərin səbəbi çox yeməklikdir. Bu da ondan irəli gəlir ki, artıq yemək bədənin müxtəlif nahiyələrində artıq piylər əmələ gətirir və ya qanda şəkərin səviyyəsini artırır. Artıq yemək eyni zamanda bədəndə müxtəlif mikrobların əmələ gəlməsinə əlverişli şərait yaradır. Buna görə də bu cür amillərin nəticəsində əmələ gələn xəstəliklərin qarşısını almağın ən gözəl yolu məhz oruc tutmaqdır. Oruc bədəndə yığılmış əlavə tullantıları əridir. Üstəlik, həzm orqanının istirahət etməsi üçün şərait yaradır. Həzm orqanının bütün il ərzində fəaliyyətdə olduğunu nəzərə alsaq, bu İstirahətin necə əhəmiyyət kəsb etdiyini anlamaq elə də çətin olmaz.
Oruc tutan insan istər səhər yeməyində, istərsə də axşam iftar edərkən, təbii ki, həddən artıq çox yeməməlidir ki, orucun tibbi faydası öz müsbət təsirini göstərsin. Əks təqdirdə mənfi təsir göstərər.
Rus alimi Aleksey Soforin yazır: "Oruc tutmaq qanazlığı, bağırsaq problemi, şiş, xarici və daxili çibanlar, daxili qızdırma, skleroz, revmatizm, ayaqlarda əmələ gəlmiş şişin və qarına yığılmış suyun çəkilməsində, əsəb pozğunluğu, bel ağrısı, dəri soyulması, şəkər, göz, böyrək, qaraciyər, dermotoloji və digər xəstəliklərin sağalmasında müstəsna rola malikdir.
Orucun faydaları təkcə yuxarıda sadaladığımız xəstəliklərlə bitmir. Hüceyrələrə sirayət etmiş xərçəng, taun və s. xəstəliklərin də sağalma- sında orucun böyük təsiri vardır”.
Həzrət Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdə deyilir:
"Oruc tutsanız, sağlam qalarsınız”.
O Həzrətin (s) başqa bir hədisində belə buyurulmuşdur:
"Mədə bütün xəstəliklərin toplandığı yer, imsak (oruc) isə bütün dərdlərin dərmanıdır".
2\. Əvvəlki ümmətlərdə oruc.
Tövrat və İncildə olan məlumatlardan belə başa düşülür ki, yəhudi və xaçpərəstlərdə də oruc olmuş, əvvəlki ümmətlər çətinliklərlə qarşılaşdıqda oruc tutarmışlar. "Müqəddəs kitab ensiklopediyası" əsərində deyilir: "Gözlənilməz çətinliklərlə qarşılaşdıqda oruc tutmaq ənənəsi bütün dinlərdə, bütün millətlərdə mövcud olmuşdur”.
Tövratın Həzrət Musanın (ə) dilindən aşağıda qeyd etdiyimiz ifadəsindən belə məlum olur ki, o Həzrət (ə) Tur dağında qırx gün oruc tutmuşdur: “Daş lövhələri, yəni Allahın sizinlə bağladığı əhdlərin yazıldığı lövhələri almaq üçün dağa (Tur dağına) gəldikdə qırx gün gecə-gündüz nə çörək yedim, nə su içdim". Habelə yəhudilər Allahın razılığını qazanmaqdan ötrü oruc tuturlarmış. Tövratda deyilir: "Yəhudi qövmü imkan düşdükcə Allahın qarşısında aciz olduğunu göstərmək üçün oruc tuturdu ki, öz günahlarını etiraf edib oruc və tövbə vasitəsilə Allahın razılığını qazansın”.
"Müqəddəs kitab ensiklopediyası" əsərində deyilir: "Kəffarəli böyük oruc, çox güman ki, yəhudilərin il ərzində xüsusi bir gündə tutduğu oruc olmuşdur. Onlarda Yerusǝlimin dağıdılmasını və digər xatirələri yaşatmaq üçün müvəqqəti oruclar da olmuşdur".
İncildən məlum olduğu kimi, Həzrət İsa (ə) da qırx gün ardıcıl oruc tutmuşdur: “Nəhayət, İsa Ruhul-qudus tərəfindən səhraya aparıldı ki, İblis onu sınaqdan keçirsin. O, qırx gün gecə-gündüz oruc tutduğu üçün acmışdı".
Lukanın İncilində deyilir ki, həvarilərə bəzi günlərdə oruc tutmaq icazəsi verilmişdi.
"Müqəddəs kitab ensiklopediyası" əsərinin başqa bir yerində deyilir: "Buna görə də həvarilərin və keçmiş möminlərin həyatı ləzzətlərdən məhrum olmaq, çoxlu əziyyət çəkmək və oruc tutmaqla keçmişdir".
Yuxarıda deyilənləri nəzərə alaraq Quranda orucun vacib oldu- ğunu bildirən ayədə "sizdən əvvəlkilərə vacib edildiyi kimi" ifadəsinin hətta təhrif olunmuş digər səmavi kitablarda da bir çox tarixi sübutu vardır.
3\. Mübarək Ramazan ayının fəziləti.
Oruc tutmaq üçün Ramazan ayının seçilməsi bu ayın digər aylardan üstün olması ilə bağlıdır. Haqqında danışdığımız ayədə bu ayın üstünlüyü insanları doğru yola yönəldən, hidayət nişanələri və haqqı batildən ayıran Quranın məhz həmin ayda nazil olması ilə əlaqələndirilmişdir. Hədislərdə də bildirilmişdir ki, səmavi kitabların hamısı Tövrat, İncil, Zəbur və Quran Ramazan ayında nazil edilmişdir. İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilmişdir: “Tövrat Ramazan ayının altısında, İncil on ikisində, Zǝbur on səkkizində, Quran isə qədr gecəsində nazil edilmişdir". Deməli, Ramazan ayı mütəmadi olaraq səmavi kitabların nazil olduğu və insanların təlim-tərbiyəsinin həyata keçirildiyi bir ay olmuşdur. Tərbiyə təlimsiz mümkün olmadığından oruc da səmavi göstərişlərlə müşayiət olunmalıdır ki, insanın həm cismi, həm də ruhu günahlardan təmizlənsin.
Həzrət Peyğəmbər (s) şaban ayının son cümə günü səhabələrini mübarək Ramazan ayına hazırlamaq məqsədilə söylədiyi xütbədə bu ayın əhəmiyyətini belə vurğulamışdır:
"Ey insanlar, Allahın ayı bərəkət və mərhəmətlə sizə doğru gəlir. O, ayların ən üstünüdür. Onun gündüzləri digər ayların gündüzlərindən üstün, gecələri də ən üstün gecələrdir. Bu ayın saatları və anları ən gözəl saatlar və anlardır. Bu ayda siz Allahın ziyafətinə dəvət edilmisiniz. Siz bu ayda Allahın hörmət etdiyi şəxslərdənsiniz. (Bu ayda) nəfəsləriniz təsbih, yatmağınız ibadətdir. Əməlləriniz qəbul, dualarınız müstǝcab olar. Buna görə də sidq ürəkdən Allahdan istəyin ki, sizə bu ayda oruc tutub Quran oxumağı nəsib etsin. Bu ayda Allahın mərhəmətindən uzaq düşən insan bədbəxtdir.
Bu ayda ac və susuz qalmaqla axirət gününün aclıq və susuzluğunu xatırlayın! Yoxsul və kasıblara əl tutun! Yaşlılarınıza hörmət, uşaqlarınıza mərhəmət göstərin, qohumluq əlaqələrini möhkəmlədin!
Dillərinizi günahdan qoruyun! Gözlərinizi baxılması halal olmayan şeylərdən uzaq tutun! Qulaqlarınızı eşidilməsi haram olan şeylərdən qoruyun! Camaatın yetimlərinə qarşı mərhəmətli olun ki, (gələcəkdə) sizin də yetimlərinizə qarşı mərhəmət göstərilsin..."
4\. Asanlıq qanunu.
Haqqında danışdığımız ayələrdə qeyd edildi ki, Allah sizin üçün çətinlik yox, asanlıq (rahatlıq) istəyir. Şübhəsiz ki, bu, oruc və onun faydaları, habelə xəstə və səfərdə olan şəxslə bağlı hökmlərə işarə edir. Lakin bundan İslam şəriətinin hökmləri ilə bağlı ümumi bir qanun əldə edilir. Bu, asanlıq qaydasıdır. Bu qanun deyir ki, İslam şəriətindəki qanunlar çətinliyə deyil, asanlığa əsaslanır. Əgər nə vaxtsa hər hansı bir əməlin icrası çətinlik yaradarsa, müvəqqəti olaraq (çətinlik aradan qalxanadǝk) həmin əməlin hökmü aradan qaldırılır. Məsələn, fəqihlər bildirmişlər ki, nə vaxtsa dəstəmaz almaq, yaxud ayaq üstə namaz qılmaq çətin olarsa, bu zaman dəstəmaz təyəmmümlə, ayaq üstə namaz isə oturan halda qılınan namazla əvəz edilir. "Həcc" surəsinin 78-ci ayəsində deyilir:
"O (Allah), sizi seçdi və dində sizin üçün heç bir çətinlik yaratmadı”. Həzrət Peyğəmbərin (s) məşhur “Allah məni asan təkallahlıq dini üzrə göndərmişdir" hədisi də bu mənaya işarə edir.
Bəqərə surəsi, 186-cı ayə
وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ .١٨٦
Ayənin tərcüməsi
186\. Bəndələrim Məni səndən soruşanda (de ki,) Mən (onlara) yaxınam. Məni çağıranda çağıranın səsinə səs verirəm. Onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yolu tapsınlar (məqsədə çatsınlar).
Ayənin nazilolma səbəbi.
Səhabələrdən biri Həzrət Peyğəmbərdən (s): "Allah yaxındırmı biz Onunla yavaşca razü-niyaz edək? Yoxsa uzaqdırmı Onu uca səslə çağıraq?" - deyə soruşduqda bu ayə nazil olur (və Allahın bəndələrinə yaxın olduğunu bildirir).
Ayənin təfsiri.
Dua adlı silah.
Bəndələrin Allah-taala ilə bağlantı yaratmasının əsas yollarından biri dua olduğu üçün bir sıra şəriət hökmlərini ehtiva edən ayələrin ardınca bu ayədə dua məsələsinə toxunulmuşdur. Dua bütün bəndələrə aid bir məsələ olduğundan onun orucla bağlı ayələrin arasında yerləşməsi ona (orucla bağlı ayələrə) yeni bir məna verir. Çünki bütün ibadətlərin başında Allaha yaxınlaşmaq və Onunla razü-niyaz etmək dayanır.
Ayədə Həzrət Peyğəmbərə (s) xitab olunaraq deyilir: "Bəndələrim Məni səndən soruşanda (de ki,) Mən (onlara) yaxınam”.
Allah insana özündən daha yaxın, təsəvvür etdiyindən də yaxın, hətta şah damarından da yaxındır:
"Biz ona şah damarından da yaxınıq".
Ayənin davamında belə deyilir: "Məni çağıranda çağıranın səsinə səs verirəm. Onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yolu tapsınlar (məqsədə çatsınlar)”.
Elə də böyük ayə olmamasına rəğmən, bu ayədə Allah-taala yeddi dəfə Özünə, yeddi dəfə də bəndələrə işarə etməklə bəndələrinə qarşı son dərəcə mərhəmətli və onlara yaxın olduğunu göstərmişdir.
Abdullah ibn Sinan İmam Sadiqdən (ə) belə nəql etmişdir: "Çox dua edin. Çünki dua Allah-taalanın bəxşiş (xəzinəsinin) açarı, bütün istəklərə çatmaq üçün bir vasitədir. Allah dərgahında elə nemətlər vardır ki, onları duadan başqa vasitə ilə əldə etmək mümkün deyil. Unutma ki, hansı qapını döysən, axırda açılmalıdır".
Allah bəndələrə çox yaxındır. Qəlbimiz Onun yeri olduğu halda, Onunla bizim aramızda necə fasilə ola bilər?! Özü buyurmuşdur ki, Allah insanla onun qəlbi arasına girər”.
1\. Duanın fəlsəfəsi.
Duanın mahiyyətini, onun tərbiyəvi və psixoloji təsirlərini dərk etməyənlər dua məsələsinə müxtəlif iradlar bildirirlər. Gah deyirlər ki, dua insanları tənbəlləşdirir. Bəzi insanlar müxtəlif inkişaf vasitələrindən istifadə edərək irəli getmək əvəzinə dua etməyi üstün tuturlar. Gah deyirlər ki, ümumiyyətlə, dua Allahın işinə qarışmaqdır. Əgər Allah məsləhət bildiyi işi həyata keçirəcəksə, daha dua etməyin nə mənası var? Zatən O, bizə qarşı özümüzdən daha mərhəmətlidir. Belə olan halda nə ehtiyac var ki, istəyimizə uyğun olaraq dua edək?
Bu cür irad edənlər, əslində, duanın psixoloji, ictimai, tərbiyəvi və mənəvi təsirindən xəbərsizdirlər. İnsan öz iradəsini gücləndirmək və narahatlıqlarını aradan qaldırmaq üçün bir arxa-dayağa ehtiyac duyur. Dua insanda ümid işartıları əmələ gətirir. Duadan əl çəkmiş insanlar müəyyən psixoloji və ictimai problemlərlə üzləşirlər. Məşhur həkim və psixoloqlardan biri demişdir: "Hər hansı bir millətin arasında duanın olmaması gec-tez həmin millətin süqutuna gətirib çıxaracaq. Duaya olan ehtiyacını təmin etməyən cəmiyyət fəsad və süqutdan yaxa qurtara bilməz.
Onu da unutmamalıyıq ki, səhərə dua ilə başlayıb günün qalan hissəsini barbarlıq etmək də mənasız işdir. Dua mütəmadi olaraq, özü də səmimi-qəlbdən edilməlidir ki, öz təsirini göstərsin".
Duanın insanları tənbəlləşdirdiyini düşünənlər, əslində, duanın məna və mahiyyətini anlamırlar. Dua o demək deyil ki, təbii vasitələrdən əlimizi üzüb yalnız dua etməklə kifayətlənək. Duanın mənası odur ki, bütün təbii vasitələrdən istifadə etdikdən sonra nəticə hasil olmadıqda onun (duanın) sorağına gedək. Allahdan ilham alaraq özümüzdə ümid ruhunu yüksəldək. Deməli, dua təbii vasitələri əvəz edən bir amil deyil, çıxılmaz vəziyyətlərlə qarşılaşdıqda edilən bir işdir.
Məşhur həkim və psixoloq Aleksis Karrel yazır: "Dua insanı rahatlaşdırdığı kimi, həm də onun fikri fəaliyyətində bir arxayınlıq və canlanma yaradır.
Dua öz xüsusiyyətlərini insana məxsus şəkildə büruzə verir. Baxışdakı səfa, rəftardakı mətinlik, daxili rahatlıq, inamlı sima, yönəlmə potensialı və hadisələri qarşılama xüsusiyyətləri insanın daxilindəki gizli xəzinədən xəbər verir. Bunun sayəsində hətta zəif potensiala malik insanlar da öz əqli və əxlaqi qüvvələrindən daha səmərəli istifadə edə bilərlər. Təəssüflər olsun ki, bu gün duanı həqiqi mahiyyəti ilə tanıyan insanlar çox azdır".
Yuxarıda deyilənlərlə, əslində, “Dua Allahın işlərinə qarışmaqdır” iradına da cavab verilmiş olur. Belə ki qeyd etdiyimiz kimi, dua Allah- taalanın sonsuz mərhəmətindən daha çox faydalanmaq üçün ləyaqət qazanmaqdır. Başqa sözlə desək, insan dua sayəsində Allahın sonsuz mərhəmətindən daha çox faydalanmaq imkanı qazanır. Məlum məsələdir ki, təkamülə çatmaq üçün hazırlaşmaq nəinki Allahın istəyinə qarşı çıxmaqdır, əksinə, bu yolda daha inamla addımlamaqdır.
Digər tərəfdən dua ibadətin bir növüdür. Dua nəticəsində insanın diqqəti Allaha daha çox yönəlir. Bütün ibadətlərin tərbiyəvi əhəmiyyəti olduğu kimi, dua da belə bir müstəsna əhəmiyyətə malikdir.
"Dua Allahın işlərinə qarışmaqdır, Allah nəyi məsləhət bilirsə, o da olmalıdır" deyənlər məgər bilmirlər ki, Allahın nemətləri insanların ləyaqətinə əsasən bölüşdürülür. Kimin ləyaqəti daha çox olarsa, nemətlərdən payı da bir o qədər artıq olar. Buna görə də İmam Sadiq (ə) hədislərdən birində belə buyurmuşdur:
"Allah dərgahında elə məqamlar vardır ki, onlara yalnız dua sayəsində çatmaq mümkündür”.
Alimlərdən biri demişdir: "Biz dua edərkən bütün kainatı bir- birinə birləşdirmiş tükənməz bir qüvvə ilə təmasa giririk. Bu gün psixologiya elmi eynilə peyğəmbərlərin təlimlərini öyrədir. Niyə? Çünki psixoloqlar başa düşürlər ki, dua, namaz və dinə möhkəm etiqad əksər narahatçılıqlarımızın yarıdan çoxunu təşkil edən həyəcan, stress və qorxunu aradan qaldırır".
2\. Duanın əsl mahiyyəti.
Duanın əsl mahiyyətinin bizim imkanlarımız çərçivəsində olan işlərə deyil, imkanlarımız xaricində olan işlərə, başqa sözlə desək, duanın “yoxsa dara düşən şəxs dua etdiyi zaman onu qəbul edən, şəri sovuşduran” ayəsinin məzmununa uyğun olaraq yalnız çətinliklərlə qarşılaşan məqama aid olduğunu bildikdən sonra məlum olur ki, dua sonsuz qüdrətə malik varlıqdan insanın imkanı daxilində olmayan vasitələri hazır etməsini istəməkdir. Lakin bu istək təkcə dildə deyilməklə bitməməlidir. Eyni zamanda insanın bütün varlığı bu istəyi diləməlidir. Sadə şəkildə desək, dua səmimi- qəlbdən edilməlidir. Dil sadəcə bu istəyi büruzə verən bir vasitədir.
İnsanın qəlbi dua sayəsində Allaha daha yaxın olur. Bir damcı su ucsuz-bucaqsız okeana birləşdiyi kimi, insan da dua sayəsində qüdrətinin sonu olmayan bir varlığa birləşir. İnşallah, bir qədər sonra bu bağlılığın təsirini diqqətinizə çatdıracağıq.
Duanın bir növü də vardır ki, insanın bu və digər işi həyata keçirmək imkanı olduğu halda edilir. Bu, onu göstərir ki, insan Allahın qüdrəti olmadan müstəqil şəkildə heç bir işi həyata keçirə bilməz. Başqa sözlə desək, təbii amillərdəki bütün təsir qüvvəsi də məhz Allah tərəfindən onlara verilmişdir. Məsələn, hər hansı xəstəliyin sağalmasından ötrü müəyyən dərmandan istifadə ediriksə, bilməliyik ki, xəstəliyi aradan qaldırmaq xassəsini həmin dərmana məhz Allah-taala vermişdir. Bir sözlə, dua insanın qəlbinin oyanması və bütün yaxşılıqların mənbəyi ilə əlaqə yaratmaq üçün bir vasitədir. Buna görə də İmam Əli (ə) kəlamlarından birində belə buyurmuşdur:
"Allah-taala qəlbi qəflətdə olan insanın duasını qəbul etməz”. İmam Sadiqdən (ə) nəql edilmiş başqa bir hədisdə belə deyilmişdir:
"Allah-taala qəflətdə olan qəlb sahibinin duasını müstǝcab etməz".
3\. Duanın qəbul olunmasının şərtləri.
Hədislərdə duanın qəbul olunması üçün müəyyən şərtlər göstərilmişdir. O cümlədən aşağıdakı şərtlər vurğulanmışdır:
a) Qəlbin paklığı.
Duanın qəbul olunması üçün ilk növbədə qəlbin paklanmasına çalışmaq lazımdır. İnsan günahdan tövbə edib özünü islah etməli, peyğəmbərlərin həyatından ilham almalıdır. İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir:
"Allaha həmd-səna etməmiş, Peyğəmbər (s) və Əhli-beytinə (ə) salam göndərməmiş, günahını etiraf edib tövbə etməmiş dua etməyin".
b) Malın paklığı.
Duanın qəbul olunması üçün insan malının və yeməyinin paklığına diqqət yetirməli, qəsbdən, zülmdən uzaq olmalıdır. Bununla əlaqədar olaraq Həzrət Peyğəmbər (s) belə buyurmuşdur:
"Duasının qəbul olunmasını istəyən insan yeməyini və qazancını pak etməlidir".
c) Fǝsada qarşı mübarizə.
Duanın qəbul olunmasının şərtlərindən biri də insanın fəsada qarşı mübarizə aparmasıdır. Əmr be-məruf və nəhy əz-münkər etməyən insanların duası qəbul olunmaz. Həzrət Peyğəmbər (s) bu barədə belə buyurmuşdur:
"Əmr be-məruf və nəhy əz-münkər etməlisiniz. Yoxsa Allah-taala pislərinizi yaxşılarınıza ürcah edər. Yaxşılarınız nə qədər dua etsələr də, qəbul olunmaz".
Cəmiyyətdə ictimai qınaq olmadıqda böyük problemlər yaranır ki, bu da arzuolunmaz insanların meydanı ələ keçirməsinə gətirib çıxarır. Belə olduqda dualar da qəbul olmur. Çünki bu vəziyyətin yaranmasına səbəb insanların öz əməlləri olmuşdur.
ç) Allahın buyurduqlarına və Onunla bağlanılmış əhd-peymanlara əməl etmək
İman, saleh əməl, əmanətdar və etibarlı olmaq da duanın qəbul olunmasının əsas şərtlərindən biridir. Allah-taala ilə bağladığı əhdə sadiq qalmayan insan duasının qəbul olmasını gözləməməlidir. Bir nəfər duasının qəbul olmamasından Əmirəlmöminin Əli ibn Əbutalibə (ə) şikayətlənərək deyir ki, Allah-taala: "Dua edin, Mən qəbul edim" deyə buyurduğu halda, bəs nə üçün bizim dualarımız qəbul olmur? Əli (ə) onun cavabında belə buyurur:
"Qəlbiniz səkkiz şeyə xəyanət etmişdir: (Buna görə də dualarınız qəbul olmur.)
1) Siz Allahı tanısanız da, Onun haqqını ödəməmisiniz. Buna görə də Allahı tanımağınız sizə fayda vermir.
2) Siz Allahın peyğəmbərinə iman gətirmisiniz, lakin sonradan onun sünnəsinə qarşı çıxmısınız. Bəs hanı sizin imanınızın nəticəsi?
3) Siz Allahın kitabını oxuyursunuz, lakin ona əməl etmirsiniz. "Eşitdik və tabe olduq" - desəniz də, ona qarşı çıxmısınız.
4) Siz Allahın əzabından qorxduğunuzu desəniz də, mütəmadi olaraq sizi bu əzaba yaxınlaşdıran işlər görürsünüz...
5) Allahın mükafatını arzuladığınız halda, mütəmadi olaraq sizi bu mükafatdan uzaqlaşdıran işlər görürsünüz...
6) Allahın nemətini yesəniz də, Onun şükrünü yerinə yetirmirsiniz.
7) Sizə şeytanla düşmən olmağınız tapşırılsa da və siz ona düşmən olduğunuzu iddia etsəniz də, əməldə onunla dostluq edirsiniz.
8) Siz camaatın eyiblərini qabartdığınız halda, öz eyiblərinizi gizlədirsiniz. Özünüz dua qapılarını bağladığınız halda, dualarınızın qəbul olmasına necə ümid bəsləyirsiniz? Təqvalı olun, əməllərinizi düzəldin, əmr be-məruf və nəhy əz-münkǝr edin ki, dualarınız da qəbul olsun".
Bu hədisdən açıq şəkildə başa düşülür ki, Allah-taalanın duanın qəbul olmasına dair verdiyi vədi müəyyən şərtə bağlıdır. Şərt də odur ki, siz öz əhd-peymanlarınıza sadiq qalın, Mən də duanızı qəbul edim. Hədisdə qeyd edilmiş səkkiz əhdə sadiq qalsaq, təbii ki, dualarımız qəbul olar. İnsanın təlim-tərbiyəsi üçün kifayət edən bu səkkiz bənd duaların qəbul olmasına zəmanət verir.
d) Dua və əməl.
Duanın qəbul olmasının daha bir şərti insanın əməlinin dua ilə uyğun gəlməsidir. Əmirəlmöminin Əli ibn Əbutalibin (ə) hikmətli kəlamlarından birində belə deyilmişdir: "Əməlsiz dua edən insan kamansız ox atan şəxsə bənzəyir”. Kamanın oxu hədəfə doğru aparan bir vasitə olduğunu nəzərə alsaq, əməlin duanın qəbul olmasında necə mühüm təsirə malik olduğu məlum olur.
Nəticə:
Qeyd etdiyimiz beş şərtdən belə nəticəyə gəlirik ki, dua məqsədə çatmaqdan ötrü heç də təbii vasitələri əvəz etmir. Üstəlik, duanın qəbul olması üçün dua edən şəxsin həyatında müsbət mənada köklü dəyişik- liklər edilməlidir. İnsanın ruhiyyəsi və əvvəlki fikirləri təzələnməlidir. Belə olan halda duanın insanı tənbəlləşdirən bir vasitə olduğunu demək onun mənasını anlamamaqdan başqa bir şey deyil.
Bəqərə surəsi, 187-ci ayə
أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَائِكُمْ هُنَّ لِبَاسٌ لَكُمْ وَأَنْتُمْ لِبَاسٌ لَهُنَّ عَلِمَ اللَّهُ أَنَّكُمْ كُنْتُمْ تَخْتَانُونَ أَنْفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنْكُمْ فَالْآنَ بَاشِرُوهُنَّ وَابْتَغُوا مَا كَتَبَ اللَّهُ لَكُمْ وَكُلُوا وَاشْرَبُوا حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الْأَبْيَضُ مِنَ الْخَيْطِ الْأَسْوَدِ مِنَ الْفَجْرِ ثُمَّ أَتِمُّوا الصِّيَامَ إِلَى اللَّيْلِ وَلَا تُبَاشِرُوهُنَّ وَأَنْتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَقْرَبُوهَا كَذَلِكَ يُبَيِّنُ اللَّهُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ .١٨٧
Ayənin tərcüməsi
187\. Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Hər ikiniz bir-birinizin zinəti və qoruyucususunuz.) Allah sizin özünüzə xəyanət etdiyinizi (bu yasaq edilmiş işi gördüyünüzü) bilirdi. Elə buna görə də tövbələrinizi qəbul etdi və sizi bağışladı. İndi onlara yaxınlaşın, Allahın sizin üçün təyin etdiyini onlardan istəyin. Sübhün ağ sapı (gecənin) qara sap(in)dan seçilincəyə qədər yeyin, için. Sonra gecəyə qədər orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, bunlara yaxınlaşmayın. Allah insanlara ayələrini bu cür açıqlayır ki, bəlkə, təqvalı olsunlar.
Ayənin nazilolma səbəbi.
Hədislərdən belə məlum olur ki, oruc hökmünün verildiyi ilk vaxtlarda müsəlmanlar yalnız axşam yatmazdan qabaq yemək yeyə bilərmişlər. Kimsə o vaxt yemək yemədən yuxuya gedib, sonra ayılsaydı, daha heç nə yeyib-içə bilməzdi. Həmçinin o vaxt bütün Ramazan ayı boyunca qadınlarla yaxınlıq etmək mütləq şəkildə haram olmuşdur.
Həzrət Peyğəmbərin (s) səhabələrindən Mütəm ibn Cübeyr adlı bir nəfər çox zəif olmasına rəğmən, yenə də oruc tuturdu. Günlərin birində iftar vaxtı evə gəlir. Həyat yoldaşı onun üçün yemək hazırla- yana qədər onu yuxu tutur. Oyandıqda deyir ki, daha mənim yemək yeməyə ixtiyarım yoxdur. Yemək yemədən elə ac vəziyyətdə yatır. Səhər oyanıb Mədinə kənarında qazılan xəndəkdə işləmək üçün (Bu hadisə Xəndək döyüşü ərəfəsində baş vermişdir) evdən çıxır. İş ǝsnasında aclıq onu əldən saldığı üçün özündən gedir. Həzrət Peyğəmbər (s) onun başının üstünə gəlib halına acıyır.
Digər tərəfdən isə cavan müsəlmanlar Ramazan ayının gecələri özlərini saxlaya bilməyib qadınları ilə yaxınlıq edirdilər. Bununla əla- qədar olaraq indi haqqında danışacağımız ayə nazil olub, bütün gecəni yeyib-içməyə və qadınlarla yaxınlıq etməyə icazə verir.
Ayənin təfsiri.
Oruc hökmünün sadələşməsi.
Ramazan ayı boyunca mütləq şəkildə qadınlarla yaxınlığın haram olması və axşam yuxuya gedib oyandıqdan sonra yeyib-içməyə icazə verilməməsi, bəlkə də, müsəlmanlar üçün bir sınaq olmuş, eyni zamanda onları oruc hökmlərinə hazırlaşdırmaq məqsədi güdmüşdür.
Bu ayə oruc və etikaf mövzusunda dörd şəriət hökmünü ehtiva edir. İlk olaraq belə deyilir: "Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Hər ikiniz bir-birinizin zinəti və qoruyucususunuz”).
Libas bir tərəfdən insanı isti və soyuqdan, habelə müəyyən təhlü- kələrdən qoruyur, digər tərəfdən isə insanın eyiblərinin üstünü örtür. Üçüncü bir tərəfdən də insanın bədəni üçün bir zinətdir. Ayədəki bənzətmə hər üç cəhətə şamil olur.
Ərlə arvad bir-birini pozğunluqdan qoruyur, bir-birinin eybinin üstünü örtür. Eyni zamanda onlar bir-birinin rahatlıq vasitəsi və zinətidir. Ayədə işlədilmiş bu ifadə ərlə arvadın mənəvi bağlılığından, bir-birinə həddən artıq yaxın, eyni zamanda bu sahədə tam bərabər olmasından xəbər verir. Çünki kişilərin barəsində işlədilmiş ifadə eynilə qadınların da barəsində işlədilmişdir.
Daha sonra Allah-taala orucla bağlı əvvəlki qanunun dəyişdirilməsinin səbəbini açıqlayaraq buyurur: "Allah sizin özünüzə xəyanət etdiyinizi (bu yasaq edilmiş işi gördüyünüzü) bilirdi. Elə buna görə də tövbələrinizi qəbul etdi və sizi bağışladı”.
Deməli, müsəlmanlar günaha düşməsinlər deyə, Allah onlara Öz lütfünü etmiş və oruc hökmünü sadələşdirmişdir: “İndi onlara yaxınlaşın, Allahın sizin üçün təyin etdiyini onlardan istəyin”.
Təbii ki, burada Ramazan gecələrində qadınlarla yaxınlığın vacibliyi nəzərdə tutulmamışdır. Sadəcə bildirilir ki, bu işə icazə verilmişdir. "Allahın sizin üçün təyin etdiyini onlardan istəyin" cümləsi ona işarə edir ki, oruc hökmünün sadələşdirilməsi eyni zamanda ər- arvad münasibətlərinin nizama salınması və nəslin davam etməsi məqsədini də güdmüşdür.
Bundan sonra orucla bağlı növbəti şəriət hökmü açıqlanaraq deyilir: "Sübhün ağ sapı (gecənin) qara sap(in)dan seçilincəyə qədər yeyin, için”.
Beləliklə, müsəlmanlar bütün gecəni yeyib-içmək hüququna sahib olurlar. Yalnız dan yeri sökülməyə başlayanda yeyib-içməkdən ǝl saxlamalı idilər.
bar Daha sonra orucla bağlı üçüncü şəriət hökmü bəyan edilir: "Sonra gecəyə qədər orucunuzu tamamlayın”.
Bu cümlə Ramazan boyunca gündüzlər yeyib-içməyin, eləcə də qadınlarla yaxınlıq etməyin qadağan olmasını təkid etməklə yanaşı, həm də orucun başlama və sona çatma vaxtını açıqlayır.
Nəhayət, ayədəki dördüncü və sonuncu şəriət hökmü belə izah edilir: "Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin”.
Bu hökmün bəyan edilməsi əvvəlki hökmdən istisna xarakteri daşıyır. Belə ki minimum üç gün davam edən etikaf əməlində oruc tutulur. Lakin bu üç gün ərzində nə gündüz, nə də gecə qadınlarla yaxınlıq etmək olmaz.
Ayənin sonunda bütün hökmlərə işarə edilərək belə deyilir: "Bunlar Allahın sərhədləridir, bunlara yaxınlaşmayın".
Çünki sərhədə yaxınlaşdıqca insan vəsvəsəyə düşür. Belə hallarda sərhədi aşıb günaha düşmək ehtimalı həddən artıq böyükdür.
Son olaraq isə bildirilir: "Allah insanlara ayələrini bu cür açıqlayır ki, bəlkə, təqvalı olsunlar.”
İncəliklər:
1\. Allahın sərhədləri.
Diqqət yetirdiyiniz kimi, yuxarıda oruc və etikaf ilə bağlı bir sıra şəriət hökmləri izah edildikdən sonra həmin hökmlər "Allahın sərhədləri" kimi ifadə edilmişdir. Bu, halal ilə haramın, icazə ilə qadağanın arasında olan sərhəddir. Burada diqqət yetiriləsi məqam odur ki, “Allahın sərhədlərini aşmayın" deyil, "Allahın sərhədlərinə yaxınlaşmayın" deyilir. Bu da ondan irəli gəlir ki, sərhədə yaxınlaşmaq insanı vəsvəsəyə salar və şəhvətin tüğyan etməsi nəticəsində və ya səhv ucbatından insan günaha düşə bilər. Buna görə də bir sıra hədislərdə insanın günaha düşməsi ehtimalı olduğuna görə günah edilən yerlərə getməyə və yaxud naməhrəm bir qadınla təklikdə qalmağa qadağa qoyulmuşdur. Hədislərdə bu məna "qadağan olunmuş yerlərdən qorunma" başlığı ilə təqdim edilmişdir. Bununla əlaqədar olaraq Həzrət Peyğəmbər (s) belə buyurmuşdur:
"Hər bir sultanın qoruğu olduğu kimi, Allahın da qoruğu haramlardır. Kim (qoyunlarını) qoruğa aparsa, qadağan olunmuş əraziyə daxil olmaq təhlükəsi vardır”.
Təqvalı insanlar günah etməməklə yanaşı, eyni zamanda heç haram işlərə yaxınlaşmırlar.
2\. Etikaf.
"Etikaf" sözünün lüğəvi mənası "məhbus olmaq, uzun müddət nəyinsə yanında qalmaq"dır. Şəriət terminologiyasında isə ibadət məqsədilə, habelə oruc tutmaq və bir sıra işlərdən uzaq olmaq şərtilə minimum üç gün məsciddə qalmağa etikaf deyilir. Bu ibadətin ruhun saflaşmasında müstəsna rolu vardır. Onun qaydaları fiqh kitablarında təfsilatı ilə verilmişdir. Öz-özlüyündə müstəhəb əməl sayılan bu ibadət bir sıra istisna hallarda vacib olur. Ayədə etikafla bağlı yalnız bir məsələyə (istər gündüz, istərsə də gecə) qadınlarla yaxınlıq edilməməsinə toxunulmuşdur. Bu da sırf orucla əlaqədar olaraq qeyd edilmişdir.
3\. Dan yeri.
Ayənin ərəbcə mətnində işlədilmiş “fəcr" sözünün leksik mənası "dəlmək”dir. Dan yerinin bu cür adlandırılması sübhün gecənin qaranlıq pərdəsini yırtması ilə əlaqədardır”.
Haqqında danışdığımız ayədə “ağ sap qara sapdan seçilincǝyǝ qədər yeyin, için" ifadəsinin işlədilməsi də maraqlı ifadədir. Hədislərdən birində belə nəql edilmişdir: "Ədiyy ibn Hatəm Həzrət Peyğəmbǝrǝ (s) deyir ki, oruc vaxtının başlanğıcını bilmək üçün ağ və qara saplar asmışdım. Peyğəmbər (s) onun bu sözünə o qədər gülür ki, mübarək dişləri görünür. Sonra isə belə buyurur: "Ey Hatəmin oğlu, məqsəd sübhün ağ sapının gecənin qara sapından seçilməsidir”.
Yeri gəlmişkən, bu ifadə həm də "fǝcri-sadiq" ilə "fǝcri-kazib"in bir-birindən ayırd edilməsinə işarə edir. Gecənin sonunda göyün üzündə əvvəlcə tülkü quyruğuna bənzədilən cüzi bir ağartı görünməyə başlayır. Bu "facri-kazib"dir (yalançı dan yeridir). Ondan bir qədər sonra isə göy üzündə üfüqi vəziyyətdə, ağ sap kimi uzanan bir ağartı görünür. Bu, imsakın və sübh namazının başlanğıc vaxtı sayılır.
4\. Başlanğıc da, son da təqvadır.
Oruc haqqındakı ilk ayənin əvvəlində oruc tutulmasındakı əsas məqsədin təqva olduğu bildirilmişdir. Eyni ifadənin ayənin sonunda da təkrar edilməsi onu göstərir ki, bütün bu proqramlar ruhun saflaşdırılması, günahdan çəkinmə, insanlara məsuliyyət hissi aşılamaq, bir sözlə, təqvalı olmaq məqsədi güdür.
Bəqərə surəsi, 188-ci ayə
وَلَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ وَتُدْلُوا بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُوا فَرِيقًا مِنْ أَمْوَالِ النَّاسِ بِالْإِثْمِ وَأَنْتُمْ تَعْلَمُونَ .١٨٨
Ayənin tərcüməsi
188\. Mallarınızı öz aranızda haqsız olaraq yeməyin. Xalqın malının bir qismini günah yolu ilə yeyəsiniz deyə bilə-bilə (rüşvət olaraq) hakimlərə verməyin.
Ayənin təfsiri.
İslam iqtisadiyyatının ana xətləri.
Bu ayə İslamın bütün iqtisadi məsələlərə hakim olan ümumi və mühüm prinsiplərindən birinə işarə edir və İslam fiqhinin iqtisadiyyat bölümünün bütün fəsillərini əhatə edir. Buna görə də böyük alimlərimiz İslam fiqhinin bir çox bölümlərində bu ayəyə istinad edirlər. Allah- taala buyurur: "Mallarınızı öz aranızda haqsız olaraq yeməyin”.
Ayənin ərəbcə orijinalında işlədilmiş (batil) sözünün mənası barədə təfsirçilər müxtəlif izahlar vermişlər. Bəziləri onun mənasının "qəsb və zülmkarlıqla əldə edilən mal”a, bəziləri isə qumar və sairə yollarla qazanılan mallara işarə olunduğunu qeyd etmişlər. Bir qisim isə onun yalan and (və müxtəlif saxta ittihamlarla birinə qarşı məhkəmə işi açmaq) vasitəsi ilə əldə edilən mal mənasında işləndiyini bildirmişdir.
Lakin ayənin zahirindən belə məlum olur ki, onun mənası daha genişdir və o həm qeyd edilən məsələlərə, həm də ondan qeyrilərinə şamil olunur. Çünki "puç və yox olan” mənasını ifadə edən “batil" sözü bunların hamısını özündə ehtiva edir. İmam Baqirdən (ə) nəql edilmiş bəzi hədislərdə onun “yalan and”, İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə isə onun "qumar" kimi təfsir edilməsi, əslində, həmin sözün aşkar nümunələrindən birinin göstərilməsi qismindəndir.
Buna görə də bu ilahi çəkindirmə başqalarının malının qeyri-qanuni yollarla və haqsız olaraq mənimsənilməsinin bütün formalarına şamil olur. Həmçinin bu ayə hədəfi yanlış olan, əqli təməl və bünövrə üzərində qurulmayan bütün alqı-satqı və digər əməliyyatları da əhatə edir.
Bu məna möminlərə xitab şəklində və daha geniş izahla "Nisa" surəsinin 29-cu ayəsində də bəyan edilmişdir. Allah-taala orada belə buyurmuşdur:
"Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla, bir-birinizin mallarını haqsız yerə yeməyin”.
Əslində, "qarşılıqlı razılıqla edilən alış-veriş"in istisna edilməsi qanuni və halal yolun bariz nümunələrindən biridir və o, bəxşiş, miras, hədiyyə, vəsiyyət və sairə kimi digər halal yolları inkar etmir. Çünki onlar da qanuni və əqli yollardandır.
Bəzi təfsirçilər bu ayə barəsində belə demişlər: "Sözügedən ayənin oruc haqqındakı (183-187-ci) ayələrdən sonra gəlməsi bu iki mövzu arasında bir növ əlaqə və bağlılığın göstəricisidir. Orucla bağlı ayələrdə ilahi ibadətin yerinə yetirilməsi üçün yeyib-içmək, burada isə insanların malının haqsız yerə yeyilməsi qadağan edilmişdir. Bu da nəfslə mübarizənin bir növüdür və əslində, onların hər ikisi təqvanın - orucun son hədəfi kimi göstərilən təqvanın şaxələrindən hesab edilir”.
Ayənin ərəbcə orijinalında işlənmiş (yemək) sözünün mənası genişdir və o, mənimsəmənin bütün formalarına şamil olunur. Əslində, bu söz mənimsəmənin müxtəlif formaları barədə məcazi ifadədir və "yemək" onun bariz nümunələrindən biridir. Sonra ayənin davamında "malın batil (haqsız) yerə yeyilməsi"nin üzərində dayanılıb. Bəzi insanlar malı öz haqqı sayır və hakimin hökmü ilə əldə etdiyi üçün onu halal hesab edirdilər. Buna görə də ayənin davamında belə buyurulur: "Xalqın malının bir qismini günah yolu ilə yeyəsiniz deyə bilə-bilə (rüşvət olaraq) hakimlərə verməyin".
(tudlu) sözünün kökü (idla) sözüdür və onun mənası “su çıxarmaq üçün quyuya vedrə sallamaq"dır. Bu, insanın hər hansı bir məqsədə nail olması üçün bir şeydən səbəb kimi istifadə etməsi barədə gözəl ifadədir.
Bu cümlənin təfsiri barədə iki ehtimal mövcuddur:
Birinci ehtimala əsasən, onlar malın bir hissəsini hədiyyə və rüşvət kimi (burada onların hər ikisi mahiyyətcə eynidir) hakimlərə verirlər ki, yerdə qalan hissəsini özləri mənimsəyə bilsinlər. Quran isə buyurur ki, onlar malı hakimin hökmünə əsasən ələ keçirsələr də, bu, malı haqsız yerə yemək və günah hesab olunur.
İkinci ehtimala əsasən isə, maliyyə məsələlərində sui-istifadə etmək məqsədi ilə hakimlərə müraciət etməməkdir. Məsələn, birinin şahidi olmayan əmanəti və ya yetim malı olarsa və qarşı tərəf həmin malı ondan geri almaq istədikdə həmin şəxs şahid olmadığı üçün malı inkar edərsə, nəticədə onlar məsələni həll etmək üçün hakimin yanına getməli olurlar. Beləliklə, mal sahibinin sübut və şahidi olmadığı üçün həmin saxs hakimin hökmü ilə həmin malı mənimsəyir. Bu da günah və malı haqsız yerə yemək hesab olunur.
Düzdür, təfsirçilərin hər biri bu ehtimallardan yalnız birini qəbul edir. Amma, ola bilər, ayənin mənası geniş olsun və "...verməyin" sözü onların hər ikisini də ehtiva etsin.
Maraqlıdır ki, Həzrət Peyğəmbərdən (s) nəql edilmiş hədislərin birində belə deyilir:
"Mən də sizin kimi insanam (və vəzifəm sizin aranızda zahiri meyarlar əsasında hökm çıxarmaqdır). Bəzən mənim yanıma aralarında mübahisə olan şəxslər gəlir və onların bəzisi öz dəlil-sübutunu digərindən daha tutarlı təqdim edir və mən onun dəlillərinin zahirinə əsaslanaraq onun xeyrinə hökm çıxarıram. Lakin bilin! Əgər mən (zahiri dəlillərə əsaslanaraq) kiminsə haqqının başqasına verilməsi barədə qərar çıxarsam (amma həmin mal, əslində, onun olmazsa: "Peyğəmbər (s) onun xeyrinə qərar çıxarıb", - deyərək həmin malın ona halal olduğunu düşünməyin), həmin şey Cəhənnəm odunun bir parçasıdır. Buna görə də əgər həmin şəxs Cəhənəm odunu istəyirsə, həmin şeyi götürsün, yox, əgər istəmirsə, həmin şeydən əl çəksin".
İncəlik:
Rüşvətxorluq cəmiyyətlərin böyük bəlasıdır.
Bəşəriyyətin qədim zamanlardan bəri düçar olduğu və bu gün daha güclü şəkildə davam edən bəlalarından biri də rüşvətxorluqdur. Rüşvətxorluq tarixən ictimai ədalətin bərqərar olmasının ən böyük maneələrindən olub və bu gün də belədir. O, əslində, zəif təbəqələrin mənafeyini qorumalı olan qanunların güclü təbəqələrin xeyrinə işləməsinə səbəb olur, halbuki qanunlar onların özbaşınalıqlarını məhdudlaşdıraraq əl- qolunu bağlamaq üçündür.
Çünki güclülər gücə malik olduqları üçün öz mənafelərini qorumaq iqtidarındadırlar. Lakin zəiflər mənafe və hüquqlarının qanunla qorunmasına möhtacdırlar. Şübhəsiz, rüşvətxorluğun geniş yayılması qanunların əks təsir göstərməsi ilə nəticələnir. Çünki yalnız güclülərin rüşvət vermək imkanı var. Buna görə də qeyd edilən halda qanunlar onların əlində zülm və haqsızlıq etmək, zəiflərin hüquqlarını pozmaq üçün oyuncağa çevrilir.
Bu səbəbdən də rüşvət, daxil olduğu istənilən cəmiyyətin həyat sistemini alt-üst edir, onun bütün təşkilatlarında zülm, fəsad, ədalətsizlik və ayrı-seçkilik baş alıb gedir, ədalət və qanundan quru addan başqa bir şey qalmır. Buna görə də İslamda rüşvətxorluq kəskin şəkildə tənqid edilərək böyük günahlardan sayılıb.
Maraqlıdır ki, rüşvətin çirkinliyi bu mənfur əməlin başqa aldadıcı ibarə və adlar altında həyata keçirilməsinə səbəb olub və həm rüşvət verən, həm də rüşvət alan şəxs onun barəsində "hədiyyə", "şirinlik", "haqq-hesab", "zəhmət haqqı" və "bəxşiş" kimi adlardan istifadə edir. Əlbəttə, adın dəyişdirilməsi onun mahiyyətini əsla dəyişmir və bu yolla alınan pul haram və qeyri-qanunidir.
"Nəhcül-bəlağə"də Əşəs ibn Qeysin hədiyyə gətirməsi əhvalatında belə yazılıb: "O, Əlinin (ə) ədalət məhkəməsində mübahisəsi olan qarşı tərəfə qalib gəlmək üçün hədiyyə adı ilə gecə bir qabı ləzzətli halva ilə dolduraraq Əlinin (ə) qapısına gəlir. Əli (ə) onun bu hərəkətindən qeyzlənərək belə deyir:
Bəqərə surəsi, 188-ci ayə
“Əza saxlayanlar matəmində ağlasın! Bu adla (rüşvətə hədiyyə adı qoymaqla) məni aldadıb Allahın dinindən çıxarmağa gəlmisən?... And olsun Allaha, əgər yeddi iqlimi və onların göylərinin altında olan bütün nemətləri ilə birlikdə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlik edim, bunu etmərəm! Həqiqətən, dünya mənim gözümdə çəyirtkənin ağzında çeynədiyi yarpaqdan da ucuz və dəyərsizdir. Əlinin fani nemət və tez ötüb keçən ləzzətlərlə nə işi?!”
İslam rüşvətin bütün formalarını kəskin şəkildə tənqid edib. Tarix yazır ki, bir gün Həzrət Peyğəmbərə (s) valilərindən birinin hədiyyə adı altında rüşvət alması xəbərini verirlər. Həzrət (s) qəzəblənərək həmin şəxsə belə deyir:
"Nə üçün haqqın olmayan şeyi qəbul etmisən?!"
Həmin şəxs üzr istəyərək deyir:
"Ya Peyğəmbər, mənim aldığım şey hədiyyə idi".
Bu zaman Həzrət Peyğəmbər (s) belə buyurur:
"Əgər sən evdə otursan və mənim tərəfimdən vali olmasan, sənə yenə hədiyyə gətirəcəklərmi?”
Sonra Həzrət Peyğəmbər (s) "hədiyyə"nin o şəxsdən alınıb beytül- mala qatılması göstərişini verir və həmin şəxsi vəzifəsindən uzaqlaşdırır.
İslam hakimin gizli və hiss olunmayan rüşvətlərə düçar olmaması üçün onun hətta bazara getməməsi göstərişini verib. Çünki qiymətdə ona güzəşt edilməsi özündən asılı olmayaraq, ona təsir edə bilər və o, hökm çıxaran zaman ona güzəşt etmiş şəxsin tərəfini saxlaya bilər. Buna görə də yaxşı olar ki, müsəlmanlar öz ilahi kitablarından ilhamlansınlar və hər şeyi rüşvətxorluq bütünə qurban verməsinlər.
İslam rüşvət məsələsinə o qədər həssaslıqla yanaşıb ki, İmam Sadiq (ə) onun barəsində belə buyurub:
"Qəzavət məsələsində rüşvətə gəldikdə isə o, əzəmətli Allaha küfrdür”.
Həzrət Peyğəmbərdən (s) nəql edilmiş məşhur hədisdə belə deyilir:
"Allah rüşvət alana, verənə və o ikisinin arasında vasitəçilik edən şəxsə lənət etsin (onları Öz mərhəmətindən uzaqlaşdırsın)".
Bəqərə surəsi, 189-cu ayə
يَسْأَلُونَكَ عَنِ الْأَهِلَّةِ قُلْ هِيَ مَوَاقِيتُ لِلنَّاسِ وَالْحَجِّ وَلَيْسَ الْبِرُّ بِأَنْ تَأْتُوا الْبُيُوتَ مِنْ ظُهُورِهَا وَلَكِنَّ الْبِرَّ مَنِ اتَّقَى وَأْتُوا الْبُيُوتَ مِنْ أَبْوَابِهَا وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ .١٨٩
Ayənin tərcüməsi
189\. Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “O, insanlar(in həyatını tənzimləmək) və həcc(in vaxtını müəyyənləş- dirmək) üçün vaxt bildirişi (və təbii təqvim)dir”. Yaxşı əməl evlərinizə (cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz deyil. Əksinə, yaxşılıq təqvalı olan kəsdir (sizin təqvalı olmağınızdır). Evlərə qapılarından daxil olun və təqvalı olun ki, nicat tapasınız.
Ayənin nazilolma səbəbi.
Hədislərin birində belə qeyd olunur: "Müaz ibn Cəbəl Həzrət Peyğəmbərin (s) yanına gələrək dedi: “Bizdən soruşurlar ki, bu yeni doğan Ay nədir? Onun nə faydası var? (Nə üçün Ay tədricən kamilləşərək bədr şəklinə düşür və sonra yenidən əvvəlki vəziyyətinə qayıdır?)”
Allah-taala yuxarıda qeyd edilən ayəni nazil etdi və onlara cavab verdi".
Digər bir hədisdə də belə nəql edilib: "Bir dəstə adam Həzrət Peyğəmbərdən (s) soruşdu: "Yeni doğan Ay nə üçündür? Onun nə faydası var?" Həmin vaxt yuxarıdakı ayə nazil oldu və onun insanların maddi və mənəvi həyatındakı faydalarını bəyan etdi".
Ayənin təfsiri.
Təbii təqvim.
Ayənin nazilolma səbəbində də qeyd edildiyi kimi bir dəstə adam yeni doğan Ay barəsində İslam Peyğəmbərindən (s) bir sıra suallar soruşur, onun səbəb və doğurduğu nəticələrlə maraqlanır və Quran onların suallarına cavab verir: "Səndən yeni doğan aylar barəsində soruşurlar”.
Ayənin ərəbcə orijinalında işlənmiş (əhillə) sözü (hilal) sözünün cəmidir və onun mənası “bir-iki gecəlik ay”dır. Bəziləri deyir ki, ona doğduğu ilk üç gecədə (hilal), ondan sonra isə (qəmər) deyilir. Bəziləri isə ayın qeyd ediləndən daha çox müddət ərzində “hilal” adlandırıldığını qeyd edirlər.
Mərhum Təbərsinin "Məcməül-bəyan"ında və digər böyük təfsirçilərin kitablarında bu sözün kökünün “استهلال صبي” (istihlalu səbiyy) yəni “uşağın dünyaya gələn zaman ağlaması” ifadəsindən götürüldüyü və daha sonra Ayın başlanğıcı barəsində işlədildiyi qeyd olunub. Həmçinin hacılar "lǝbbeyk" deyərkən səslərini ucaltdıqları üçün onların barəsində (əhəlləl-qaumi bil-həcc) (o dəstə həcdə "lǝbbeyk” dedi) ifadəsi işlədilir.
Lakin Rağib özünün "Müfrədat" kitabında bunun əksini yazaraq qeyd edir ki, bu sözün kökü Ayın hilalıdır və uşağın ağlaması (istihlalu səbiyy) ifadəsi ondan götürülüb.
Hər halda, indiki-gələcək zaman formasında işlənmiş “soruşurlar" feilindən belə məlum olur ki, bu sual Həzrət Peyğəmbərdən (s) dəfələrlə soruşulmuşdur.
Ayənin davamında buyurulur: "De: "Bunlar insanlar və həcc üçün (təbii) vaxt bildirişidir.”
İnsanlar ondan həm gündəlik həyatlarında istifadə edirlər, həm də insanlar üçün ilin müəyyən vaxtlarında yerinə yetirilən ibadətlərin vaxtının müəyyənləşdirilməsi baxımından təbii təqvim rolunu oynayır. Savadlı və savadsız olmasından asılı olmayaraq, dünyanın hər yerində insanlar bu təbii təqvimdən istifadə edə bilər. Hətta bir az diqqət etməklə Ayın neçə gecəlik olmasını da müəyyənləşdirmək mümkündür. Şübhəsiz ki, təqvimsiz, yəni tarixi müəyyənləşdirmək üçün dəqiq və ümumi bir təqvim olmadan insanın ictimai həyatının nizam-intizama malik olması mümkün deyil. Buna görə də əzəmət sahibi olan Allah bəşəriyyətin nizam-intizama malik olması üçün hamının ixtiyarına belə bir ümumi təqvim verib.
Ümumiyyətlə, İslam qanunlarının üstünlüklərindən biri onların təbii meyarlar əsasında müəyyənləşdirilməsidir. Çünki təbii meyarlar hamının ixtiyarında olan vasitələrdir və zamanın keçməsi və ya dəyiş- məsi ona heç bir təsir göstərmir.
Amma bundan fərqli olaraq, qeyri-təbii meyarlar hamının ixtiyarında olmur və hətta yaşadığımız əsrdə belə hələ də insanların hamısı beynəlxalq ölçü meyarlarından istifadə edə bilmir.
Buna görə də İslam bəzən qarışı, addımı, barmağın oynağını, boyun uzunluğunu, həmçinin vaxt barəsində Günəşin batmasını, dan yerinin sökülməsini, Günəşin zenit nöqtəsini keçməsini və Ayın görünməsini meyar təyin edib.
Buradan da qəməri təqvimi aylarının şəmsi təqvimi aylarından üstün olması məlum olur. Onların hər ikisi səma cisimlərinin hərəkətinə əsaslansa da, hər kəs qəməri aylarını müşahidə etmək imkanına malikdir, lakin şəmsi (Günəş sistemi) aylarını bu ayda Günəşin hansı bürcün qarşısında olmasını yalnız astronomlar cihazlar vasitəsi ilə müəyyənləşdirə bilirlər.
Buradan belə bir sual yaranır: Görəsən, yeni doğmuş Ay barəsində sual soruşanların məqsədi həmin dəyişikliklərin faydası haqqında olub, yoxsa Ayın necə yaranması və bədirlənənə kimi onda baş verən dəyişikliklərin necə olması barəsində?
Təfsirçilərin bəzisi birinci ehtimalı qəbul edib. Lakin bəzi təfsirçilər ikinci ehtimalı qəbul edərək bunu da əlavə ediblər ki, onun yaranma səbəbi barəsindəki suala verilən cavabın onlara heç bir faydası olmazdı və həmin cavabın dərk edilməsi onların çoxuna çətin olardı. Buna görə də Quran onun yaranma səbəbini deyil, ondan doğan nəticələri bəyan edib. Quran bununla insanlara hər yerdə nəticənin arxasınca getməyi öyrədir.
Sonra ayənin davamında ayənin əvvəlində həcc və onun mövsümünün yeni doğan Ay ilə təyin edilməsi barəsində deyilənlərə uyğun olaraq cahiliyyət dövrünün həcc barəsindəki xurafatlarından birinə işarə edir və insanları ondan çəkindirərək buyurur: "Yaxşı əməl evlərinizə (cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz deyil. Əksinə, yaxşılıq təqvalı olan kəsdir (sizin təqvalı olmağınızdır). Evlərə qapılarından daxil olun və təqvalı olun ki, nicat tapasınız".
Təfsirçilərin çoxu qeyd edir ki, cahiliyyət dövründə insanlar ehram paltarı geyindikdən sonra öz evlərinə normal qaydada – onun qapısından daxil olmurdular. Onlar evə qapıdan daxil olmağın ehramda olan şəxsə qadağan olmasına etiqad bəsləyirdilər. Buna görə də onlar evin arxa tərəfindən bir dəlik açar və ehramda olarkən evə oradan daxil olardılar. Onlar bu işin yaxşı əməl olduğunu hesab edirdilər. Bu əməli adətin tərk edilməsi kimi düşünür və qeyd edirdilər ki, ehram ümumilikdə adətlərin tərk edilməsindən ibarət əməllər toplusu olduğu üçün bu əməl də ona əlavə edilərək təkmilləşdirilməlidir."
Bəziləri isə bunun səbəbinin onların kölgə altına keçmək istəməmələri olduğunu qeyd edir. Çünki onların fikrincə, divarın dəliyindən içəri daxil olmaq kölgə altına keçməmək baxımından qapıdan keçməkdən daha yaxşı idi. Lakin Quran yaxşılığın xurafat adət-ənənələrdə deyil, təqvada olduğunu buyurur və dərhal sonra evlərə qapılarından daxil olmaq göstərişini verir.
Bu ayənin daha geniş və ümumi mənası dini və qeyri-dini olmasından asılı olmayaraq, hər bir işin əyri və tərs deyil, öz düzgün yolu ilə yerinə yetirilməsidir. Bu mənanı Cabir İmam Baqirin (ə) dilindən də nəql edib.
Buradan da ayənin əvvəli ilə sonu arasında bir bağlılıq tapmaq mümkündür. Belə ki hər bir iş öz düzgün yolu ilə həyata keçirilməli, həmçinin həcc kimi ibadətlər Ayın hilalı ilə təyin edilən müəyyən vaxtda yerinə yetirilməlidir.
Bu ayə barəsində üçüncü bir təfsir də var və o, yaxşılıqları əldə etmək üçün onun əhlinə müraciət etmək lazımdır və onu əhlindən başqasında axtarmaq olmaz kimi qeyd olunur. Lakin ikinci təfsir bu təfsiri də ehtiva edir.
Əhli-beytin (ə) İmam Baqirdən (ə) nəql etdiyi hədislərin birində belə deyilir:
"Muhəmmədin (s) əhli-beyti ilahi qapı və Ona qovuşmaq yoludur. Onlar Qiyamətə kimi Cənnətə tərəf dəvət edənlər, onun bələdçi və nişanələridirlər”.
Bu hədis ayənin ümumi məzmununun nümunələrindən biri ola bilər. Çünki hədisdə deyilir ki, bütün dini işlərinizdə əsas yol - "Səqəleyn" hədisinə əsasən, Quranın ayrılmaz yoldaşı olan Əhli-beyt yolu ilə hərəkət edin. Çünki ilahi vəhy onların evində nazil olub və onlar Quran məktəbinin yetirmələridirlər.
“Evlərinizə arxa tərəfdən girməniz yaxşı əməl deyildir” cümləsi həm də digər bir incə məqama işarə ola bilər. Bu əməl - sizin dini maarif əvəzinə, yeni doğan Ay barəsində sual verməyiniz evə onun əsas yolunu qoyub arxa divarından açdığı dəlikdən daxil olan şəxsin əməlinə bənzəyir. Bu, necə də xoşagəlməz bir işdir!
Diqqət edilməli məqamlardan biri də "yaxşı əməl təqvalı olan kəsin əməlidir" cümləsidir. Çünki təqvalıların vücudu yaxşılıqlar çeşməsidir və sanki onlar yaxşılığın özüdürlər.
İncəliklər:
1\. Həzrət Peyğəmbərdən (s) soruşulan müxtəlif suallar Quranın on beş yerində “səndən soruşurlar” ifadəsi işlədilib. Buradan da belə məlum olur ki, davamlı olaraq Həzrət Peyğəmbərdən (s) müxtəlif məsələlər barəsində suallar soruşulub. Həzrət Peyğəmbər (s) isə bu suallardan nəinki narahat olmayıb, əksinə, onları səmimiyyətlə qəbul edib və həmin suallara Quran ayələri vasitəsi ilə cavab verib.
Ümumiyyətlə, rəhbərlərdən sual soruşmaq insanların haqlarından biridir. Hətta düşmənlərə də belə bir haqq vermək lazımdır ki, onlar da məntiqi şəkildə öz suallarını soruşsunlar.
Sual problemlərin həll olunmasının açarıdır.
Sual elm qapısıdır.
Sual müxtəlif elmlərin birindən digərinə keçmə vasitəsidir.
Ümumiyyətlə, soruşulan müxtəlif suallar hər bir cəmiyyətdə düşüncənin dinamikliyinin və təfəkkürün oyaq olmasının nişanəsidir. Həzrət Peyğəmbərin (s) zamanında bu qədər sualın verilməsi həmin mühitdəki insanların düşüncəsinin Quran və İslam sayəsində silkələnib oyanmasının göstəricisidir.
Buradan da belə məlum olur ki, məntiqi sualların verilməsinə qarşı çıxan şəxslərin əməli İslam təlimlərinin ruhu ilə ziddiyyət təşkil edir.
2\. Təqvim və həyatın nizam-intizamı.
İnsanın nə şəxsi, nə də ictimai həyatının düzgün nizam-intizama malik olmadan sahmana düşməsi mümkün deyil.
Bu həm həyat proqramının hazırlanmasındakı nizam-intizama, həm də idarəçilik və icra üçün lazım olan nizam-intizama aiddir.
Bütün yaradılış aləminə hakim olan bu ümumi qaydanı başa düşmək üçün səmaya, insanın bədən quruluşu və onun müxtəlif üzvlərindəki nizam-intizama nəzər salmaq kifayətdir. Buna görə də Allah-taala bu nizam-intizam vasitələrini insanın ixtiyarına verib. O, Yer kürəsinin həm öz ətrafında, həm də Günəşin ətrafında fırlanmasını, həmçinin Ayın müntəzəm hərəkətini zamanın tənzimlənmə vasitəsi edib ki, insanın həm maddi, həm də mənəvi həyat proqramı sistemli olsun.
Təsəvvür edin, əgər gündüz, gecə, Günəş və Aya hakim olan mövcud sistem, həmçinin zamanı ölçmək üçün bir vasitə olmasaydı, həyatımızda necə nizamsızlıq və qarışıqlıq yaranardı?! Buna görə də Allah-taala "Yunus" surəsinin 5-ci ayəsində bu məsələni Özünün ən mühüm nemətlərindən biri kimi təqdim edərək belə buyurmuşdur:
“Günəşi işıqlı, Ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları yalnız haqq olaraq yaratdı. O, ayələrini anlayanlara izah edər!”
Buna bənzər məna “İsra” surəsinin 12-ci ayəsində də qeyd edilmiş və orada gecə ilə gündüzə hakim olan nizam-intizamdan söz açılmışdır.
Bəqərə surəsi, 190-193-cü ayələr
وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلَا تَعْتَدُوا إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ .١٩٠
وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُمْ مِنْ حَيْثُ أَخْرَجُوكُمْ وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ وَلَا تُقَاتِلُوهُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ حَتَّى يُقَاتِلُوكُمْ فِيهِ فَإِنْ قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْ كَذَلِكَ جَزَاءُ الْكَافِرِينَ .١٩١
فَإِنِ انْتَهَوْا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ .١٩٢
وَقَاتِلُوهُمْ حَتَّى لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلَّهِ فَإِنِ انْتَهَوْا فَلَا عُدْوَانَ إِلَّا عَلَى الظَّالِمِينَ .١٩٣
Ayələrin tərcüməsi
190\. Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddi aşmayın. Allah həddi aşanları sevmir.
191\. Onları (heç bir cinayətdən çəkinməyən bütpərəstləri) harada tapsanız, öldürün. Sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Fitnə qətldən daha pisdir. Onlar sizinlə Məscidül-həramın yanında vuruşmayınca siz də onlarla orada vuruşmayın. Əgər sizinlə (orada) vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir.
192\. Əgər çəkinsələr, şübhəsiz, Allah bağışlayan və mehribandır.
193\. Fitnə (bütpərəstlik və əsarət) aradan qalxana qədər və din yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər onlar (yanlış hərəkətlərdən) əl çəksələr, (onları sıxışdırmayın, çünki) düşmənçilik yalnız zülm edənlərə qarşı olur.
Ayələrin nazilolma səbəbi.
Bəzi təfsirçilər birinci ayə barəsində iki nazilolma səbəbi nəql ediblər. Birinci nazilolma səbəbinə görə bu ayə İslam düşmənləri ilə müharibə etmək barəsində nazil olmuş ilk ayədir. Bu ayə nazil olduqdan sonra Həzrət Peyğəmbər (s) müsəlmanlarla vuruşanlarla vuruşdu, vuruşmayanlarla isə vuruşmadı. Bu vəziyyət bütün müşriklərlə vuruşmaq icazəsi verən "müşrikləri öldürün" ayəsi nazil olana kimi davam etdi.
İkinci nazilolma səbəbi İbn Abbasdan nəql edilmişdir. İbn Abbas belə qeyd edir: "Bu ayə Hüdeybiyyə sülhü barəsində nazil olmuşdur. Həzrət Peyğəmbər (s) öz səhabələrindən 1400 nəfərlə birgə ümrə ziyarəti yerinə yetirmək üçün yola düşdü və Hüdeybiyyəyə (Məkkə yaxınlığında yer adıdır) çatanda müşriklər onların Məkkəyə daxil olub ümrə ziyarətini yerinə yetirmələrinə mane oldular. Onlar Həzrət Peyğəmbərlə (s) uzun danışıqlar apardıqdan sonra belə razılığa gəldilər ki, müsəlmanlar ümrə ziyarətini yerinə yetirmək üçün gələn il Məkkəyə gəlsinlər və o zaman müşriklər Həzrət Peyğəmbər (s) və səhabələrin təvaf edə bilməsi üçün Məkkə şəhərini üç gün müddətinə boşaldacaqlar. Növbəti il Məkkəyə getməyə hazırlaşan müsəlmanlarda belə bir qorxu var idi ki, müşriklər verdikləri vədə əməl etməz, onların şəhərə daxil olmasına mane olarlar və nəticədə müharibə baş verər. Həzrət Peyğəmbər (s) qarşıya hər hansı bir hadisə və ya müharibə çıxacağı təqdirdə, haram aylarda adam öldürməyin günah olmasından narahat idi. Həmin vaxt sözügedən bu məsələ barədə ayə nazil oldu və göstəriş verildi ki, əgər düşmən müharibəyə başlasa, siz də onlarla mübarizə aparın”.
Düşünürük ki, qeyd edilən birinci nazilolma səbəbi birinci ayə, ikinci nazilolma səbəbi isə sonrakı ayələrlə uyğun gəlir. Lakin ayələrin mənası onların hamısının birlikdə, ya da az fasilə ilə nazil olmasına dəlalət edir.
Ayələrin təfsiri.
Zalımlarla döyüş əmri.
Birinci ayədə Quran müsəlmanlara qılınc çəkən düşmənlərlə vuruşmaq və onlarla mübarizə aparmaq göstərişi verir. Başqa sözlə desək, həmin vaxt artıq müsəlmanların səbir və dözümlülüyü sona çatmışdı. Onlar şücaətlə və heç nədən çəkinmədən özlərini və hüquqlarını müdafiə etmək üçün kifayət qədər güc və qüvvə əldə etmişdilər. Buna görə də Quran belə buyurur: "Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun”.
"Allah yolunda" ifadəsi İslam müharibələrinin əsas məqsədinin nə olduğunu bəyan edir. İslam məntiqində müharibə əsla intiqam almaq, şan-şöhrət, ölkələri fəth etmək, qənimət əldə etmək və başqalarının ərazilərini işğal etmək məqsədi daşımır.
İslam bunların hamısını məzəmmət edərək buyurur ki, ələ silah almaq və cihada getmək ancaq Allah yolunda, ilahi qanunların yayılması, tövhid və ədalətin yer üzərində daha da yayılması, haqqın müdafiəsi, zülm, fəsad və məhvə səbəb olan şeylərin kökünün kəsilməsi məqsədi daşımalıdır.
İslam müharibələrini digər müharibələrdən fərqləndirən də məhz bu cəhətdir. Qeyd edilən məqsəd müharibənin bütün cəhətlərinə təsir edir və onun həm kəmiyyət, həm də keyfiyyətini, eləcə də silahların növünü, əsirlərlə davranış qaydasını “Allah yolunda” rənginə boyayır.
Rağibin "Müfrǝdat" kitabında qeyd etdiklərinə əsasən, ayənin ərəbcə orijinalında işlənmiş (səbil) sözünün mənası “gedilməsi asan olan yol"dur. Bəzi alimlər isə onun mənasının ancaq “haqq yol” olduğunu qeyd ediblər. Lakin bu sözün Qurani-Kərimdə həm haqq, həm də batil yol barəsində işlədilməsini nəzərə alıb belə ehtimal vermək olar ki, onun mənasının ancaq “haqq yol" olduğunu deyənlər bunu hər hansı kənar nişanələr və ya əlamətlərin köməyilə təsdiq edirlər.
Şübhəsiz, Allahın din və ayinlərini yerinə yetirmək bütün çətinliklərinə baxmayaraq, möminlər üçün olduqca asan və şirindir. Buna görə də möminlər sonu şəhidlik olsa belə, könüllü surətdə və aşkar şəkildə onun pişvazına gedirlər.
"Sizinlə vuruşanlarla" ifadəsindən də aydın şəkildə məlum olur ki, bu göstəriş silaha əl atan şəxslərlə mübarizə aparmaq üçündür. Düşmən döyüş və mübarizəyə qalxmayınca müsəlmanlar hücum etməməlidir. Qarşıda da qeyd edəcəyimiz kimi, bu prinsipə (bəzi istisnaları çıxmaqla) hər yerdə riayət edilib.
Bəzi təfsirçilər "sizinlə vuruşanlarla" ifadəsinin mənasını məhdudlaşdırıb, halbuki ayənin mənası çox genişdir və o, hər hansı bir formada döyüş və mübarizəyə qalxan şəxslərin hamısına şamil olur.
Həmçinin bu ayədən belə məlum olur ki, dinc əhali (xüsusilə də qadın və uşaqlar) əsla hücuma məruz qalmamalıdır. Çünki onlar döyüşə əl atmayıb və buna görə də toxunulmazdırlar.
Sonra döyüş meydanında da düşmənə qarşı ədalətə riayət etməyi tövsiyə edərək buyurur: "Lakin həddi aşmayın. (Çünki) Allah həddi aşanları sevmir”.
Allaha xatir və Allah yolunda müharibə edilən yerdə heç bir haqsızlıq edilməməli, heç kəsə qarşı hədd aşılmamalıdır. Elə məhz bu səbəbdən yaşadığımız əsrdə aparılan müharibələrdən fərqli olaraq, İslam müharibələrində çoxsaylı əxlaqi məqamlara riayət edilməsi tövsiyə edilmişdir. Məsələn, silahı yerə qoyan, döyüş qabiliyyətini itirən və ya əvvəldən vuruşmaq gücünə malik olmayan şəxslər – yaralılar, yaşlı kişi və qadınlar, uşaqlar hücuma məruz qalmamalı, bağlar, bitkilər, əkin sahələri məhv edilməməli, düşmənin içməli su mənbələrinə zəhərli maddələr atılmamalıdır (kimyəvi və virus müharibələri aparılmamalıdır).
"Nəhcül-bəlağə"də nəql edilənlərə əsasən, Əli (ə) Siffeyn müharibəsi başlamamışdan əvvəl səhabələrinə bu barədə hərtərəfli göstəriş verib. Həmin kəlam haqqında danışdığımız mövzunun ən dolğun dəlillərindəndir:
"Onlar (Şam qoşunu) sizinlə döyüşə başlamayınca siz müharibə etməyin (müharibəyə başlamayın). Çünki Allaha şükür olsun ki, sizin (haqq olmağınız barədə) dəlil və sübutunuz var. Sizin onlar döyüşə başlamayınca onlarla müharibəyə başlamamağınız onların ziyanına və sizin xeyrinizə olan digər bir dəlil-sübutdur. Buna görə də Allahın əmr və istəyi ilə məğlubiyyətlə üzləşsələr, qaçanları və yaralıları öldürməyin, zəif və acizlərə zərbə vurmayın, qadınları, hətta sizi söysələr, başçı və böyüklərinizə nalayiq sözlər desələr belə, incitməklə təhrik etməyin".
Bəzi təfsirçilər bir sıra hədislərə istinad edərək bu ayənin "cihaddan əl çəkin" ayəsinin nasixi olduğunu (onun hökmünü ləğv etdiyini) deyiblər. Bəziləri isə onun “müşriklərin hamısı ilə vuruşun” ayəsi ilə nəsx edildiyini deyiblər.
Lakin bu ayə nə hansısa bir ayəni nəsx edib, nə də hansısa bir ayə tərəfindən nəsx edilib. Çünki təcavüzkar kafirlərlə müharibə etməyin qadağan edilməsi müsəlmanların lazımi gücə malik olmadıqları dövrə aid idi. Lakin vəziyyət dəyişdikdən sonra onların vəzifəsi özlərini müdafiə etmək olub.
Həmçinin müşriklərlə vuruşmaq məsələsi, əslində, bu ayə barəsində bir istisna hesab edilir.
Buna görə də vəziyyət dəyişdikdən sonra hökmün dəyişməsi nə nəsx, nə də istisnadır. Lakin mövcud nişanələrdən belə məlum olur ki, hədislərdə, eləcə də keçmiş alimlərin kəlamlarında “nəsx" sözü bugünkü mənasından fərqli məna ifadə edib və onun geniş mənası bu kimi işlərə də şamil olub.
Əvvəlki ayədə qeyd edilən hökm növbəti ayədə daha da təkmilləşdirilir. Buyurulur: "Onları (müsəlmanlara zərbə vurmaqda heç bir cinayətdən çəkinməyən müşrikləri) harada tapsanız, öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın".
Çünki bu, bir növ ədalətli müdafiə və onların əməllərinin məntiqi qarşılığıdır.
Daha sonra buyurur: “Fitnə qətldən daha pisdir". Təfsirçi və leksikoqraflar ayənin ərəbcə orijinalında işlənmiş (fitnə) sözünün mənasının nə olması barədə müxtəlif fikirlər irəli sürmüşlər. Bu sözün kökü (fətn) sözüdür. Rağibin "Müfrǝdat" kitabında yazdıqlarına əsasən, onun mənası “qızılın xalis hissəsinin qatışığından ayrılması üçün od üzərinə qoyulması"dır. Bəzilərinin nəzərincə isə, onun mənası “qızılın qatışığından təmizlənməsi üçün od üzərinə qoyulması"dır.
"Fitnə” sözü və ondan düzəlmə sözlər Quranda müxtəlif yerlərdə və müxtəlif mənalarda işlədilib:
O, bəzən "sınaq və imtahan" mənasında işlədilib. Məsələn, buyurur:
"İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!” – deyən kimi onlardan əl çəkiləcək və imtahan edilməyəcəklər?”
Bəzən isə “aldatmaq" mənasında işlədilib. Məsələn, buyurur:
“Ey Adəm övladları! şeytan sizi aldadıb yoldan çıxartmasın". Bəzən də "bəla və əzab” mənasında işlədilib: Məsələn, buyurur:
"Həmin gün onlara odun üzərində əzab veriləcəkdir. (Onlara deyiləcək:) "Dadın əzabınızı!"
Bəzən “azğınlıq” mənasında işlədilib. Məsələn, buyurur:
"Sən, Allahın qarşısında Onun azdırmaq istədiyi (və müvəffəqiyyətdən məhrum etdiyi) şəxsin qurtuluşu üçün heç bir gücə malik ola bilməzsən".
Bəzən də o, “şirk, bütpərəstlik, iman gətirənlərin yolunun kəsilməsi” mənasında işlədilib ki, buna misal olaraq, sözügedən ayəni və ondan sonra gələn bəzi ayələri göstərmək olar: "Şirk aradan qalxana qədər və din yalnız Allaha məxsus olanadək onlarla vuruşun”.
Görünən budur ki, (müştərək mənalı sözlərin çoxunda olduğu kimi) bu mənaların da hamısı "fitnə" sözünün mənası barədə qeyd edilən əsas və kök mənaya qayıdır. Çünki onun əsas mənası “qızılı saflaşdırmaq və xalisi qatışıqdan ayırmaq üçün güclü odun üzərinə qoymaq” olduğu üçün bu söz bir növ təzyiq və sıxıntı olan ayələrdə işlədilir. Məsələn, o, sınaq və imtahan barəsində işlədilir ki, sınaq adətən təzyiq və çətinliklə birgə olur. Həmçinin əzab sıxıntı və təzyiqin bir növüdür. Yaxud aldatmaq və hiylə təzyiq altında baş verir. Eləcə də şirk və insanların doğru yolu üzərində maneə yaratmaq da bir növ təzyiq və sıxıntıdır.
Xülasə, bütpərəstlik və ondan doğan müxtəlif fərdi və ictimai fəsadlar Məkkə torpağında geniş yayılmış və Allahın əmin-amanlıq evini şirk çirkabına bulaşdırmışdı. Bunun fəsadı qətl və adam öldürməkdən üstün idi. Buna görə də barəsində danışdığımız ayədə buyurulur ki, qan tökülməsi qorxusundan bütpərəstlərlə vuruşmaqdan əl çəkməyin. Çünki bütpərəstlik qətldən daha pisdir.
Bəzi təfsirçilər burada “fitnə” sözündə məqsədin ictimai fəsad olması ehtimalını da irəli sürmüşlər. Məsələn, möminlərin öz ana vətənlərindən didərgin salınması bəzən qətldən ağrılıdır, yaxud cəmiyyətdə qətl və qırğına səbəb olur. "Onfal" surəsinin 73-cü ayəsində belə oxuyuruq:
"Əgər siz bunları etməsəniz (kafirlərlə əlaqələri kəsmək barəsindəki göstərişləri yerinə yetirməsəniz), yer üzündə böyük bir fitnə-fəsad baş verər”. (Bu ayədə fitnə ilə fəsad bir-birinin yanında yer alıb)
Sonra bu barədə başqa bir məsələyə işarə edərək buyurur ki, müsəlmanlar həmişə Məscidül-həramın hörmətini saxlamalı, Allahın bu əmin-amanlıq evinin ehtiramını qorumalıdırlar: "Onlar (müşriklər) sizinlə Məscidül-həramın yanında vuruşmayınca siz də onlarla orada vuruşmayın”.
“Kafirlərin cəzası belədir”.
Amma "əgər sizinlə (orada) vuruşsalar, siz də onları öldürün.
Çünki həmin əmin-amanlıq məkanının hörməti pozulduqdan sonra sakit dayanmaq olmaz. Onlara tutarlı cavab verilməlidir ki, Allahın müqəddəs evinə qarşı bir də hörmətsizlik etməsinlər.
Lakin həmişə şirinlə acını, təhdid ilə müjdəni bir-birinə qarışdıran İslam günahkarlara sağlam və tərbiyəvi "şərbət" hazırlamaq üçün sonrakı ayədə onların üzünə qayıdış qapısı açaraq buyurur: “Əgər (müharibədən əl çəksələr və şirkdən) çəkinsələr, şübhəsiz, Allah bağışlayan və mehribandır”.
Əgər şirkdən əl çəksələr və fitnə-fəsad alovunu söndürsələr, sizin müsəlman qardaşlarınız olacaq və cinayətkarlar üçün nəzərdə tutulan cəza və cərimələr onlar barəsində tətbiq edilməyəcəkdir.
Bəziləri ayənin ərəbcəsindəki (əgər çəkinsələr) ifadəsinin mənasının “şirk və küfrdən çəkinmək”, bəziləri isə "Məscidül-hǝramda və ya onun ətrafında müharibə etməkdən çəkinmək" olduğunu qeyd etmişlər. Bu iki mənanı bir-biri ilə uzlaşdırmaq da mümkündür. Bu hissədə olan son ayədə İslamda cihadın məqsədinə işarə edərək buyurur: “Fitnə aradan qalxana qədər və din yalnız Allaha məxsus olanadək onlarla vuruşun”.
Daha sonra buyurur: "Əgər onlar (yanlış əməllərinə etiqad bəsləməkdən) əl çəksələr, (onları sıxışdırmayın, çünki) düşmənçilik yalnız zülm edənlərə qarşı olur”.
Bu ayənin zahirində cihad üçün üç məqsəd qeyd edilib: fitnələri yox etmək, şirk və bütpərəstliyi məhv etmək, zülm və sitəmin qarşısını almaq.
"Fitnə"də məqsədin “şirk” olması ehtimalı da var. Belə olan halda birinci məqsədlə ikinci məqsəd bir-birinə birləşərək eyni mənanı ifadə edir. Buradakı “zülm”də də məqsədin "şirk" olması ehtimalı var. Çünki “Loğman” surəsinin 13-cü ayəsində buyurulur:
"Allaha şərik qoşmaq böyük zülmdür”.
Beləliklə, qeyd edilən üç məqsədin hamısı bir məqsədə çevrilir və o, müxtəlif fitnə, zülm və sitəmlərin mənbəyi olan şirk və bütpərəstliklə mübarizədir.
Bəziləri də bu ayədəki “zülm”ün mənasının “müharibəyə başlamaq” və ya “Allahın əmin-amanlıq hərəmində müharibəyə başlamaq” olduğunu qeyd ediblər.
Lakin birinci ehtimal ehtimalı - ayədə cihad üçün üç məqsədin olması daha güclü görünür.
Şirk fitnənin və zülmün nümunələrindən biri olsa da, "fitnə" və “zülm” sözünün mənası şirkdən daha genişdir. Zülmün bəzən şirk kimi izah edilməsi onun nümunələrindən birini göstərmək qismindəndir.
İslamda cihadın məqsədi yer üzündə hökmranlıq və ölkələri fəth etmək, qənimət və satış bazarı əldə etmək, başqa ölkələrin yeraltı və yerüstü sərvətlərini talan etmək, hansısa bir irqi başqa irqdən üstün tutmaq deyil. İslamda cihadın məqsədi üç haldan biridir: insanların azadlıq və təhlükəsizliyini əlindən alan fitnə alovunu söndürmək, şirk və bütpərəstlik nişanələrini məhv etmək və eləcə də təcavüzkar və zalımlarla mübarizə aparmaq və onların qarşısında müdafiə olunmaq.
İncəliklər:
1\. İslamda cihad məsələsi.
Düz yoldan sapmış dinlərin bir çoxunda cihad mövcud deyil və hər şey tövsiyə və öyüd-nəsihət xarakterlidir. Hətta bəziləri silahlı cihadın İslamın əsas prinsiplərindən biri olduğunu eşidəndə dinin müharibə ilə müşayiət edilə bilməsinə təəccüb edirlər.
Lakin həmişə peyğəmbərlərin məqsədini özlərinə maneə hesab edən güclü və özbaşına insanlar, Fironlar, Nəmrudlar və Qarunlar olub və onların yeganə istəyi Allahın din və ayinlərini məhv etmək olmuşdur. Buna görə də həqiqi möminlər ağıl, məntiq və əxlaqa söykənməklə yanaşı, bu zalım və təkəbbürlü azğınların qarşısında dayanmalı və onları məhv etməklə öz yolları üzərindəki maneələri aradan götürməlidirlər.
Cihad canlı varlığın əlamətlərindən biri və həyatın qanunlarındandır. Bütün canlı varlıqlar - istər insan olsun, istərsə də heyvan və ya bitki öz həyatını davam etdirmək üçün ona təhlükə yaradan amillərlə mübarizə aparır. Bu barədə “Nisa" surəsinin 95-96-cı ayələrinin təfsirində daha geniş izah veriləcək.
Dinin hökumətlə sintez edilməsi və dini proqramlarda cihad hökmünün olması biz müsəlmanların iftixarıdır. Lakin İslamın buyurduğu cihadın məqsədinin nə olmasına diqqət etmək lazımdır. Çünki bizi başqalarından fərqləndirən həmin cəhətdir.
2\. İslamda cihadın məqsədləri.
Bəzi qərbpərəstlər İslam cihadını müdafiə cihadında məhdudlaşdırmaqda israrlıdırlar və onlar Həzrət Peyğəmbərin (s) zamanında və o Həzrətdən sonra baş verən bütün müharibələri bu istiqamətdə yozmağa çalışırlar. Halbuki nə əlimizdə buna işarə edən bir dəlil var, nə də Həzrət Peyğəmbərin (s) müharibələrinin hamısını həmin çərçivədə məhdudlaşdırmaq mümkündür. Buna görə də yaxşı olar ki, həmin yanlış qənaətlərin əvəzinə, Qurana üz tutaq və cihadın məqsədinin nə olduğunu Qurandan öyrənək. Həmin məqsədlərin hamısı tam məntiqə əsaslanır və onlar həm dost, həm də düşmən qarşısına çıxarılması mümkün olan məqsədlərdir.
İslamda cihad bir neçə məqsədə görə caiz hesab edilib:
a) Fitnələrin yatırılması məqsədi daşıyan cihad.
Başqa sözlə desək, xilaskar hücum cihadı. Allah-taala insanların xoşbəxtlik, azadlıq, təkamül, səadət və asayişi üçün bir sıra göstərişlər verib, proqramlar hazırlayıb və Öz peyğəmbərlərinin öhdəsinə həmin göstərişləri insanlara çatdırmaq vəzifəsi qoyub. Əgər hansısa şəxs və ya cəmiyyət həmin əmrlərin çatdırılmasını öz alçaq mənafeyinə maneə hesab etsə və peyğəmbərlərin yolu üzərində əngəllər yaratsa, bu halda peyğəmbərlər əvvəlcə dinc yolla, bu mümkün olmadıqda isə gücdən istifadə edərək həmin əngəlləri aradan qaldırmaq və azad təbliğat aparmaq haqqına malikdirlər.
Bütün cəmiyyətlərdə insanlar haqq yol carçılarının nidasını eşitmək və onu azad şəkildə qəbul etmək haqqına malikdirlər. Əgər kimlərsə onları həmin haqlarından məhrum etmək və Allah yolu carçılarının nidasının onların qulağına çatmasına, onların əqli və ictimai əsarət və köləlik zəncirindən azad olmasına mane olmaq istəsə, həmin ilahi proqram tərəfdarları bu azadlığı təmin etmək üçün bütün vasitələrdən istifadə etmək haqqına sahibdirlər. Buradan da İslam və digər səmavi dinlərdə hücum xarakterli cihadın zəruriliyi məlum olur.
Həmçinin kimsə möminləri öz əvvəlki dinlərinə qayıtmağa məcbur etsə, bu təzyiqi aradan qaldırmaq üçün də istənilən vasitədən istifadə etmək olar.
b) Müdafiə xarakterli cihad.
İnsanın hücuma məruz qalıb özünü müdafiə etməməsi, yaxud təcavüzkar və despot bir xalqın başqa bir xalqa hücum etməsi, hücuma məruz qalan xalqın isə əlini əlinin üstünə qoyub öz ölkə və xalqının məhvinə tamaşa etməsi düzgündürmü?!
Bütün ilahi və dünyəvi qanunlar qeyd edilən halda hücuma məruz qalmış şəxs və ya cəmiyyətə özünü müdafiə etmək üçün ayağa qalxmaq, bütün imkanlarından istifadə etmək və öz mövcudluğunu qorumaq üçün bütün məntiqi vasitələrdən yararlanmaq haqqı verir.
Cihadın bu növü müdafiə xarakterli cihad adlanır. Əhzab, Uhüd, Mutə, Təbuk, Hüneyn və sairə İslam müharibələri cihadın bu növünə aid olub, müdafiə xarakteri daşımışdır.
Hal-hazırda İslam düşmənlərinin çoxu müsəlmanları müharibəyə məruz qoyub onların torpaqlarını işğal edir və təbii sərvətlərini istismar edirlər. Belə olan halda İslam onların qarşısında susmağa necə icazə verə bilər?!
c) Məzlumları müdafiə məqsədi daşıyan cihad.
Cihadın Quranın digər ayələrində də işarə edilmiş başqa bir növü məzlumları müdafiə məqsədi daşıyan cihaddır. Nisa surəsinin 75-ci ayəsində belə oxuyurq:
"Nə üçün "Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə Öz tərəfindən himayəçi göndər, yardımçı yolla!" – deyə dua edən aciz, çarəsiz hala salınmış kişilər, qadınlar və uşaqlar uğrunda Allaha xatir vuruşmursunuz?”
Quran müsəlmanlardan həm Allah, həm də zülmə məruz qalmış zəif kütlələrin azadlığı yolunda cihad etmələrini istəyir. Ümumiyyətlə, bu iki şey bir-birindən ayrı deyil. Qeyd edilən ayədə heç bir qeyd-şərt mövcud olmadığı üçün həmin məzlum və zəif kütlələr dünyanın harasında olsalar da, müdafiə olunmalıdırlar və onların yaxın və ya uzaqda, ölkənin daxilində və ya xaricdə olmasının heç bir fərqi yoxdur.
Başqa sözlə desək, zalımlar qarşısında məzlumları himayə etmək İslamın əsas prinsiplərindəndir və hətta cihadla nəticələnsə belə, ona əməl etmək lazımdır. İslam dünyada müsəlmanlara edilən təzyiqlər qarşısında laqeyd qalmağa icazə vermir. Bu, İslamın ən dəyərli göstərişlərindəndir və dinin haqq olmasından xəbər verir.
d) Şirk və bütpərəstliyi məhv etmək məqsədi daşıyan cihad İslam etiqad azadlığına hörmətlə yanaşır və heç kəsi məcbur şəkildə bu dinə dəvət etmir. Buna görə də səmavi kitabı olan xalqlara düşünərək İslamı qəbul etmək üçün kifayət qədər geniş fürsət verir. Əgər onlar İslamı qəbul etməsələr, onlarla “azlıqda olan müttəfiq” (zimmə əhli) kimi davranır. Onlarla çətin və mürəkkəb olmayan xüsusi şərtlər çərçivəsində birgə, dinc yaşayışa imza atır. Lakin şirk və bütpərəstliyə qarşı daha ciddidir. Çünki şirk və bütpərəstlik nə dindir, nə ayindir, nə də ehtirama layiqdir. Əksinə, o, bir növ xurafat, azğınlıq, ağılsızlıq, daha dəqiq desək, əqli və əxlaqi xəstəlikdir və nəyin bahasına olursa olsun, onun kökünü kəsmək lazımdır.
"Azadlıq və başqalarının fikirlərinə hörmət” anlayışı, heç olmasa, bir məntiqi kökü olan fikir və əqidəyə aid edilir. Lakin sapıntı, xurafat, azğınlıq və xəstəlik hörmət edilməyə layiq deyil. Buna görə də İslam cəmiyyətdə hətta müharibə etmək bahasına olsa belə, bütpərəstliyin kökünün kəsilməsi göstərişini verir. Bütxanalar və bütpərəstliyin digər ikrah doğuran nişanələri dinc yolla mümkün olmadıqda zor gücünə dağıdılmalıdır.
İslam yer üzünün şirk və bütpərəstlik çirkabından təmizlənməsini istəyir. Buna görə də müsəlmanlara müjdə verir ki, nəhayət, bir gün bütün dünyaya tövhid və təkallahlıq hakim olacaq, şirk və bütpərəstliyin kökü kəsiləcək.
Yuxarıda cihadın məqsədləri barədə deyilənlərdən belə məlum olur ki, İslam cihadı ağıl məntiqi ilə uyğunlaşdırıb və onu əsla hökmranlıq, ölkələrin fəth edilməsi, başqalarının hüquqlarının pozulması, hər hansı bir əqidənin zorla qəbul etdirilməsi, müstəmləkəçilik və istismarçılıq vasitəsi etməyib.
Lakin İslam düşmənləri – xüsusilə də, kilsə rəhbərləri və qərəzli şərqşünaslar həqiqətləri təhrif edərək cihad əleyhinə çoxlu sözlər deyiblər. İslamı öz etiqadını qəbul etdirməkdə qəddarlıq, zorakılıq və qılıncdan istifadə etməkdə günahlandırıblar.
Bizim nəzərimizcə isə, onlar İslamın öz zəngin təlimləri və dəqiq proqramı ilə dünyada irəliləməsindən qorxurlar. İslam barəsində yalançı və vahiməli təsəvvür yaratmaqla dünyada yayılmasının qarşısını almaq istəyirlər.
3\. Nə üçün cihad əmri Mədinədə nazil oldu?
Bildiyimiz kimi, müsəlmanlara cihad hicrətin ikinci ilində Mədinədə vacib olub və ondan əvvəl cihad vacib deyildi. Bunun da səbəbi aydındır. Çünki bir tərəfdən Məkkədə müsəlmanların sayı o qədər az idi ki, onların silahlı qiyam etməsi bilərəkdən özünü öldürmək və intihar etmək sayılardı. Digər tərəfdən Məkkədə düşmən çox güclü idi və onlar anti-İslam güclərinin əsas özəyi hesab edilirdilər. Buna görə də Məkkə daxilində onlarla mübarizə aparmaq mümkün deyildi.
Lakin Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra çoxlu insan ona iman gətirdi və Peyğəmbər (s) öz dəvətini aşkar etdi. İslamı Mədinənin həm daxilində, həm də xaricində yayıb genişləndirdi. Beləliklə, Həzrət (s) layiqli hökumət qurdu, düşmənlə mübarizə və müharibə aparmaq üçün lazım olan vasitələri tədarük gördü. Mədinə ilə Məkkə arasındakı fasilə çox olduğu üçün bu iş asudəliklə həyata keçirildi, inqilabçı və azadlıqsevər qüvvələr düşmənlə mübarizə aparmağa və onunla vuruşmağa hazırlaşdı.
Bəqərə surəsi, 194-cü ayə
الشَّهْرُ الْحَرَامُ بِالشَّهْرِ الْحَرَامِ وَالْحُرُمَاتُ قِصَاصٌ فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُوا عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ .١٩٤
Ayənin tərcüməsi
194\. Haram ay qarşısında haram ay! (Əgər düşmənlər ayın hörmətini sındırsalar və sizinlə döyüşsələr, siz də onlarla vuruşmaq haqqına maliksiniz.) Bütün haramların qisasını almaq olar. Sizə qarşı həddi aşanlara qarşı siz də həmin ölçüdə həddi aşın. Allahdan çəkinin (təqvalı olun, ifrata varmayın) və bilin ki, Allah təqvalılarladır.
Ayənin təfsiri.
Haram ayların hörməti və edilmiş pisliyin əvəzinin çıxılması.
Əslində, bu ayə cihad barəsində əvvəlki ayələrdə qeyd edilən ümumi bəhsi təkmilləşdirir və nadan insanların "Məgər haram aylarda müharibə etmək olarmı?", "İslam belə bir göstəriş veribmi?!” iradına cavabdır.
Məkkə müşrikləri haram aylarda (zilqədə, zilhiccə, məhərrəm və rəcəb aylarında) müharibə etməyin İslam baxımından caiz olmadığını, başqa sözlə desək, əvvəldən mövcud olan bu ənənənin İslam tərəfindən də təsdiqləndiyini, bu işin xüsusilə Məscidül-həram və Məkkədə daha xoşagəlməz olduğunu və İslam Peyğəmbərinin (s) hər iki hökmə hörmətlə yanaşdığını bilirdilər. Buna görə də onlar müsəlmanlara haram aylarda qəfildən hücum etməyi planlaşdırırdılar. Düşünürdülər ki, müsəlmanlar onlardan bu çirkin əməlin əvəzini çıxmazlar və beləliklə də, onlar öz məqsədlərinə nail olarlar.
Sözügedən ayə onların həmin gümanlarına son qoydu. Onların ehtimalı planlarını puça çıxartdı və belə buyuruldu: “Haram ay qarşısında haram ay”.
Yəni əgər düşmənlər haram ayın hörmətini saxlamasalar va sizinlə vuruşsalar, siz də onlarla vuruşmaq haqqına maliksiniz. Çünki “Hörmətlər qarşılıqlıdır”.
Ayənin ərəbcə orijinalında işlənmiş (hurumat) sözü mənası “qorunmalı və hörməti saxlanılmalı olan şey" olan (hurmət) sözünün cəmidir. (hərəmə) hərəm deyilməsinin səbəbi oranın hörmətli yer olması və ora hörmətsizlik edilməsinin caiz olmamasıdır. Şəriət qanunlarına zidd və çirkin işlərə “haram" deyilməsinin səbəbi də haram aylarda bəzi işlər qadağan olunduğu kimi onların da qadağan olunmasıdır.
Bu cümlə Həzrət Peyğəmbərə (s) haram aylarda müharibə etmək icazəsi verməsini irad tutanlara tutarlı cavabdır. Haram ayların və ya Allahın əmin-amanlıq hərəmi olan Məkkənin hörmətinin saxlanılması ona hörmətlə yanaşan şəxslər barəsindədir. Lakin onun hörmətini saxlamayan şəxslər barəsində həmin qaydaya riayət etmək lazım deyil və müsəlmanlar onlarla vuruşa bilərlər. Əslində, bu, bir növ qisasdır. Bunun səbəbi digər müşriklərin ("müsəlmanlar onsuz da qisas almayacaqlar" deyib) haram ayın və ya hörmətli torpaq olan Məkkənin ehtiramından sui-istifadə etməsinin qarşısını almaqdır.
Daha sonra sözügedən mövzunu da əhatə edən başqa bir ümumi göstərişə işarə edərək belə buyurur: “Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın. Allahdan qorxun (təqvalı olun, ifrata varmayın) və bilin ki, Allah təqvalılarladır".
İslam "mən sizə şər adamlara qarşı müqavimət göstərməməyi tövsiyə edirəm. Kim sənin sağ üzünə bir şillə vursa, o biri üzünü də ona tərəf çevir (qoy ona da vursun) və əgər kimsə səninlə dava edib cübbəni əlindən almaq istəsə, öz cübbəni ona ver. Əgər kimsə səni bir mil məsafə getməyə məcbur etsə, sən iki mil get" deyən müasir xaçpərəstlikdən fərqli olaraq, belə göstərişlər vermir. Çünki bu yanlış göstəriş zalım və təcavüzkarların daha da həyasızlaşmasına və daha böyük hörmətsizlik etmələrinə səbəb ola bilər. Heç müasir xaçpərəstlərin özləri də bu göstərişə əməl etmirlər və kiçicik hörmətsizliyə çox sərt – özü də İslamın göstərişləri ilə ziddiyyət təşkil edən şəkildə reaksiya verirlər.
İslam təcavüzkara müqavimət göstərməyin lazım olduğunu deyir. İslam hüququ pozulmuş hər bir kəsə həmin qədər qarşılıq vermək haqqı verir. İslam məntiqinə görə, təcavüzkarın qarşısında təslim olmaq ölümə, müqavimət göstərmək isə həyata bərabərdir.
Qeyd etmək lazımdır ki, ayənin mənası genişdir və o, ancaq qətl və ya digər cinayətlər müqabilində qisas məsələsində məhdudlaşmır. O, maliyyə məsələləri və digər hüquqlara da şamil olur.
Əlbəttə, bu, məğlub olmuş şəxslər və ya peşman olan kəs barəsində həyata keçirilən əfv və bağışlama ilə əsla ziddiyyət təşkil etmir.
Bəzən avam insanlar ayənin mənasını "əgər bir şəxs digərinin övladını qətlə yetirsə, övladı qətlə yetirilmiş şəxs də qatilin övladını qətlə yetirə bilər”, yaxud “əgər bir şəxs birinin qardaşına zərbə vursa, o da cinayətkarın qardaşına zərbə endirə bilər" kimi başa düşür. Lakin bu, böyük səhvdir. Çünki Quran buyurur ki, günahı olmayan şəxs deyil, həddi aşan təcavüzkar şəxsin özü (o da həddi aşdığı qədər) cəzalandırılmalıdır. Həmçinin ayənin mənası “əgər bir şəxs digərinin evini yandırsa, o da həmin şəxsin evini yandıra bilər” deyil, “evi yandırılmış şəxs evinin qiymətinin qarşılığını ala bilər”dir. Ayənin sonunda təqvaya təkid edilməsinin səbəbi də hər hansı bir şəxsə cəza verərkən həddi aşmamaqdır. Başqa sözlə desək, birindən əvəz çıxarkən o, bütün hədd və çərçivələri aşan intiqam şəklində olmamalıdır.
"Allah təqvalılarladır" cümləsinin mənası budur ki, Allah çətinliklərdə onları tək qoymur, onlara kömək edir. Çünki bir şəxs digərinin yanındadırsa, ona kömək edir, düşmən qarşısında onun müdafiəsinə qalxır.
Bəqərə surəsi, 195-ci ayə
وَأَنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ وَأَحْسِنُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ .١٩٥
Ayənin tərcüməsi
195\. (Malınızı) Allah yolunda xərcləyin və öz əlinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir.
Ayənin təfsiri.
Malin Allah yolunda xərclənməsi və sıxıntıdan qurtuluş.
Bu ayə təfsiri öncə qeyd edilən cihad ayələrinin təkmilləşdirici hissəsidir. Çünki cihad ixlaslı və təcrübəli şəxslərə möhtac olduğu qədər mal və sərvətə də möhtacdır. Cihada həm fiziki və ruhi baxımdan hazırlıqlı şəxslər lazımdır, həm də müxtəlif silah və döyüş sursatları. Müharibənin taleyini həll edən əsas amil ilk növbədə əsgərlərdir. Lakin lazımi vasitə və təchizata (istər silah olsun, istərsə də başqa döyüş ləvazimatı, minik, ərzaq və tibbi ləvazimat) malik olmayan əsgər heç nəyə qadir deyil. Buna görə də düşmənlə cihad etmək üçün lazım olan vasitələrin təmin edilməsi vacib əməllərdən sayılır. O cümlədən sözügedən ayədə aşkar şəkildə göstəriş verərək buyurur: "(Malınızı) Allah yolunda xərcləyin və öz əlinizlə özünüzü təhlükəyə atmayın”.
Bu ayələrin nazil olduğu əsrdə müsəlmanların çoxunda cihada getmək şövqü var idi və döyüş ləvazimatını da hər bir kəs özü tədarük görməli idi. Lakin bəziləri yoxsul idi və döyüş ləvazimatı tədarük görə bilmirdi. Buna görə də "Tövbə" surəsinin 92-ci ayəsinə əsasən, imkansızlar döyüş ləvazimatı tədarük görə bilmədikləri üçün ağlayıb göz yaşı tökürdülər:
“Sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönərlər".
Belə bir şəraitdə Allah yolunda mal xərcləmək çox mühüm və həyati əhəmiyyət daşıyır.
“Və öz əlinizlə özünüzü təhlükəyə atmayın” cümləsi İslam cihadi yolunda mal xərcləməyi tərk etmək barədə nazil olsa da, daha geniş mənaya malikdir. İnsan əvvəlcədən (istər təhlükəsizlik baxımından olsun, istər iqlim şəraiti baxımından, istərsə də digər cəhətlərdən) lazımi hesablamalar aparmadan təhlükəli yollarla getməməlidir. Həmçinin o, zəhərli olması barədə böyük ehtimal verilən yeməyi yeməməlidir. Eləcə də cihad meydanına taktikasız daxil olmamalıdır.
Əgər insan qeyd edilən cəhətlərə riayət etməsə, öz canını səbəbsiz təhlükəyə atmış sayılır və məsuliyyət daşıyır.
Bəzi nadanlar isə istənilən hücum cihadını özünü təhlükəyə atmaq hesab edirlər. Bəzən İmam Hüseynin (ə) Kərbəladakı qiyamını özünü təhlükəyə atmağın nümunəsi sayaraq ifrata varırlar. Bu, nadanlığın və ayəni dərk etməməyin son həddidir. Çünki “canı təhlükəyə atmaq” məsələsi candan üstün bir hədəfin təhlükə ilə üzləşmədiyi yerə aiddir. Lakin belə bir hədəf təhlükə qarşısında olarsa, Allah yolunda şəhid olmuş İmam Hüseyn (ə) və digər bütün şəhidlər kimi canı həmin müqəddəs hədəfə qurban vermək lazımdır.
Əgər kimsə Həzrət Peyğəmbərin (s) təhlükədə olduğunu görüb özünü ona sipǝr etsə (bunun bənzərini İmam Əli (ə) Ühüd müharibəsində və Peyğəmbərin (s) yerində yatdığı “Ləylətül-məbit”də edib), canını təhlükəyə atıb və ya dinə zidd iş görüb?!
Həmin düşüncə sahiblərinin fikrincə, belə hallarda həmin şəxs oturub gözləməli və "canı təhlükəyə atmaq caiz deyil" deyərək Həzrət Peyğəmbərin (s) öldürülməsini seyr etməlidir?! Ayənin mənası aydındır və qeyd edilən hallarda ona istinad etmək axmaqlıqdır.
Hədəf onun yolunda canın qurban veriləcəyi qədər mühüm olmasa və ya mühüm olsa, lakin daha yaxşı və münasib həll yolları mövcud olsa, bu halda can təhlükəyə atılmamalıdır. (Təqiyyənin caiz olduğu yerlər də bu qəbildəndir.)
Ayəninin sonunda yaxşılıq etmək əmr edilir. Buyurur: "Yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir”.
Təfsirçilər qeyd edilən "yaxşılığ”ın nədən ibarət olması barədə bir neçə ehtimal qeyd ediblər. Birinci ehtimal budur ki, Allah barəsində nikbin olun (və malınızı Allah yolunda xərcləməyin sizin məişət məsələlərinizin axsamasına səbəb olacağını düşünməyin).
İkinci ehtimala görə, məqsədin mal xərcləməkdə mötədillik və orta yola riayət etmək olmasıdır.
Üçüncü ehtimala görə isə, ayə Allah yolunda mal xərcləməyin xoş rəftarla birgə olmasının gərəkliliyini bəyan etmək istəyir. Yəni o, gülərüz və mehribanlıqla yerinə yetirilməli, minnətdən, yaxşılıq edilən şəxsin inciklik və narahatlığına səbəb ola biləcək istənilən hərəkətdən uzaq olmalıdır.
Ayənin qeyd edilən üç mənanın hamısını ehtiva etməsi də mümkündür.
İncəliklər:
1\. İanə vermək cəmiyyətlərin məhvinin qarşısını alır.
Görəsən, “(malınızı) Allah yolunda xərcləyin” cümləsi ilə “və öz əlinizlə özünüzü təhlükəyə atmayın” cümləsi arasında hansısa bağlılıq varmı?!
Quranın heç bir cümləsi hesabsız olmadığı üçün, şübhəsiz, bu iki cümlə arasında da əlaqə var. Ehtimala görə, həmin əlaqə budur ki, əgər Allah yolunda edilən cihada ianələr vasitəsi ilə yardım göstərməyi tərk etsəniz, öz əlinizlə özünüzü təhlükəyə atmış olacaqsınız. Hətta bu məsələyə daha geniş aspektdən yanaşmaq olar. Belə ki bu ayə cihad ayələrinin davamında qeyd edilsə də, ümumi və ictimai bir həqiqəti bəyan edir. Allah yolunda mal xərcləmək və ianə vermək ümumilikdə cəmiyyətlərin məhvedici fəsadlardan qurtulmasına səbəb olur. Çünki mal Allah yolunda xərclənməsə və ianə verilməsə, sərvətlər məhdud bir dəstənin əlində toplanar, bunun müqabilində əksəriyyət yoxsul və imkansız olar. Çox çəkmədən də cəmiyyətdə böyük bir partlayış baş verər və sərvət sahiblərinin həm canı, həm də malı həmin alovda məhv olar. Buradan da ianə ilə məhv olmanın qarşısının alınması arasında hansı əlaqənin olması üzə çıxır.
Buna görə də ianə vermək yoxsullardan çox sərvət sahiblərinin özlərinə xeyirdir. Çünki sərvətin balanslaşdırılması onun qorunmasına səbəb olur.
Əmirəl-möminin Əli (ə) qısa kəlamlarının birində bu həqiqətə işarə edərək belə buyurub: "Mallarınızı zəkat verməklə qoruyun".
Bəzi təfsirçilərə görə, Allah yolunda mal xərcləməkdən çəkinmək ölümə – xəsislik insanın ruhunun ölməsinə, bunun nəticəsində yaranan imkansızlıq və yoxsulluq isə cəmiyyətin ölümünə səbəb olur. Bu məsələyə xeyriyyəçilik üzərində qurulmuş İslam quruluşunda xüsusi diqqət yetirilməlidir.
2\. Ayənin mənasından sui-istifadə.
Rahatlıq tərəfdarı olan bəzi şəxslər Allah yolunda cihad etməkdən yayınmaq üçün “öz əlinizlə özünüzü təhlükəyə atmayın" cümləsinə istinad edərək İmam Hüseynin (ə) Bəni-Üməyyə kimi İslam düşməni qarşısında həyata keçirdiyi, İslamın qurtuluş və əbədi yaşamasına səbəb olan Aşura qiyamını bu ayənin nümunəsi saymaqla həyasızlığın son həddinə çatıblar. Lakin onlar unudurlar ki, əgər məsələlərə bu cəhətdən yanaşılsa, cihad bütünlüklə tərk edilməlidir.
Ayənin ərəbcə orijinalında işlənmiş (təhlükə) sözü ilə “şəhidlik” sözü ayrı-ayrı mənalara malik sözlərdir. (təhlükənin) mənası “səbəbsiz ölüm”, “şəhidliy”in mənası isə “hədəf yolunda özünü qurban vermək və əbədi həyata qovuşmaq"dır.
Diqqət edilməsi lazım olan həqiqətlərdən biri də budur ki, insanın canı onun vücudunun ən dəyərli sərmayəsi deyil. İnsanın canından da dəyərli həqiqətlər mövcuddur. Allaha iman, İslam dini, Quranın qorunması və onun müqəddəs hədəfləri, hətta İslam cəmiyyətinin heysiyyət və hörmətinin qorunması insanın canından da üstün olan hədəflərdir və onların yolunda canı qurban vermək insanın özünü təhlükəyə atması və məhv olması deyil və bu, heç vaxt qadağan edilməyib. Hədislərin birində belə deyilir: “Müsəlmanlardan bir dəstə cihad üçün Konstantinopola getmişdi. Şücaətli şəxslərdən biri rum qoşununa hücum edərək onların içinə daxil oldu. Orada olanların biri belə dedi: "Öz əli ilə özünü təhlükəyə atdı”. Həmin vaxt Əbu Əyyub Ənsari ayağa qalxaraq qışqırdı: “Ay camaat! Nə üçün bu ayəni yanlış təfsir edir, başqa yerə yozursunuz?" Bu ayə biz ənsar tayfası barədə nazil olub. Allah Öz dininə izzət bəxş edib onun yardımçılarının sayını artıranda bizdən bəziləri Həzrət Peyğəmbərin (s) eşitməyəcəyi və gizli şəkildə bəzilərinə deyirdi: "Malımız əlimizdən çıxdı, Allah İslama izzət bəxş etdi, onun yardımçılarının sayını artırdı. Əgər biz Mədinədə qalıb əlimizdən çıxan mallarımızı əldə etsək, daha yaxşı olar". Həmin vaxt sözügedən ayə Həzrət Peyğəmbərə (s) nazil oldu və belə buyurdu: "Malınızı Allah yolunda xərcləyin və özünüzü öz əlinizlə təhlükəyə atmayın". "Təhlükə"dən də məqsəd var-dövləti bərpa etmək üçün Mədinədə qalmaq və cihadı tərk etmək idi".
3\. Ayənin ərəbcəsindəki "ehsan” sözündə məqsəd nədir? (ehsan) sözü adətən “yaxşı iş görmək və yaxşılıq etmək” kimi təfsir edilir. Lakin bəziləri onun mənasının daha geniş olduğunu və onun bütün saleh əməlləri, hətta saleh əməl niyyətini ehtiva etdiyini deyirlər. “Ehsan” sözünün təfsiri barədə Həzrət Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdə belə oxuyuruq:
"Ehsanın menası Allaha Onu sanki görürsənmiş kimi ibadət etməyindir. Əgər sən Onu görməsən də, O səni görür".
Şübhəsiz, əgər insan Allaha Onu görürmüş kimi iman bəsləsə və Allahın bütün hallarda ona nəzarət etdiyini, onun yanında olduğunu düşünsə, ancaq yaxşı iş və saleh əməllə məşğul olar və bütün günah va itaətsizliklərdən çəkinər.
Bəqərə surəsi, 196-cı ayə
وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلَّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ بِهِ أَذًى مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذَا أَمِنْتُمْ فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَلِكَ لِمَنْ لَمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ .١٩٦
Ayənin tərcüməsi
196\. Həcc və ümrə (əməlləri)ni Allaha görə tamamlayın. Əgər sizə maneçilik olarsa (qorxu və ya xəstəlik kimi maneələr səbəbilə ehram bağlayandan sonra Məkkəyə daxil ola bilməsəniz), (sizə) müyəssər olan bir qurbanlıq (kəsin və ehramdan çıxın), qurbanlıq öz yerinə çatıncaya (kəsilincəyə) qədər başınızı qırxmayın. Əgər sizdən xəstələnən, yaxud başında narahatlıq olan olsa (və başını qırxmaq məcburiyyətində qalsa), fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Xəstəlik və düşməndən) amanda olduğunuzda isə ümrəni bitirib həccə başlayan şəxs ona müyəssər olan bir qurban kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. (Əlbəttə,) bu, ailəsi Məscidül-həram yaxınlığında (Məkkə və ətrafında) sakin olmayanlara aiddir. Allahdan qorxun (təqvalı olun) və bilin ki, Allahın cəzası şiddətlidir.
Ayənin təfsiri.
Həccin bəzi mühüm hökmləri.
Qurani-Kərimin həccə aid ayələrinin nə vaxt nazil olması dəqiq məlum deyil. Lakin böyük təfsirçilərdən bəzisinin nəzərincə, o, "vida həcci"ndə nazil olub. Amma bəziləri "əgər sizə maneçilik olarsa (qorxu və ya xəstəlik kimi maneələr səbəbilə ehram bağlayandan sonra Məkkəyə daxil ola bilməsəniz), (sizə) müyəssər olan bir qurbanlıq (kəsin və ehramdan çıxın)" cümləsinin hicrətin altıncı ilinda baş vermiş və müsəlmanların Allahın evini ziyarət etməsinə maneçilik törədilən Hüdeybiyyə hadisəsinə aid olduğunu qeyd etmişlər. Bu ayədə bir çox hökmlər bəyan edilib:
1\. Əvvəlcə vacib həcc və ümrə ziyarətinin Allaha xatir, kamil şəkildə yerinə yetirilməsi barədə ümumi göstəriş verərək buyurur: “Həcc və ümrə (əməlləri)ni Allaha görə tamamlayın”.
Hər şeydən öncə bu iki ibadətin stimuluna işarə edir və tövsiyə edir ki, onların yerinə yetirilməsində ilahi maraq və Onun pak zatına yaxınlaşmaq istəyindən başqa heç nə olmamalıdır və "tamamlayın" sözü nəzərə alınaraq onlar kamil və hərtərəfli yerinə yetirilməlidir.
2\. Onun ardınca ehram bağlayandan sonra hər hansı bir maneə, məsələn, ağır xəstəlik və ya düşmən qorxusu səbəbindən həcc və ümrə əməllərini yerinə yetirə bilməyənlərin məsələsinə toxunaraq buyurur: "Əgər sizə maneçilik olarsa (qorxu və ya xəstəlik kimi maneələr səbəbilə ehram bağlayandan sonra Məkkəyə daxil ola bilməsəniz), (sizə) müyəssər olan bir qurbanlıq (kəsin və ehramdan çıxın)".
Müəyyən çətinliklərlə qarşılaşan, həcc və ümrə əməllərini yerinə yetirə bilməyən şəxslər bu məsələdən istifadə edərək ehramdan çıxıb adi hala qayıda bilərlər.
Bildiyimiz kimi, qurbanlıq dəvə, inək və qoyun ola bilər. Lakin onların ən asanı qoyun qurbanıdır. Buna görə də “müyəssər olan bir qurbanlıq" ifadəsi qoyun qurbanına işarə hesab edilmişdir.
3\. Sonra başqa bir göstəriş verərək buyurur: “Qurbanlıq öz yerinə çatıncaya (kəsilincəyə) qədər başınızı qırxmayın”.
Görəsən, bu göstəriş ancaq həcc mərasimini yerinə yetirmək imkanından məhrum olan və maneə ilə üzləşən şəxslərə aiddir (əslində, öncə qeyd edilən hökmü tamamlamaq məqsədi daşıyır), yoxsa bütün hacılara? Bəzi təfsirçilər birinci mənanı qəbul edərək “Qurbanlığın yeri” dedikdə “hərəm” (Məkkə ərazisi) nəzərdə tutulduğunu, bəziləri isə həmin yerdən məqsədin maneə yaranan yer olduğunu demişlər. Onlar bu barədə Həzrət Peyğəmbərin (s) Hüdeybiyyə hadisəsindəki əməlinə və həmin yerin Məkkə ərazisindən kənar olmasına istinad etmişlər. Belə ki o Həzrət (s) müşriklər onlara maneə yaradandan sonra öz qurbanlığını elə orada kəsib və səhabələrinə də bu cür etmək göstərişi verib.
Böyük təfsirçi mərhum Təbərsi belə yazıb: “Alimlərimizin nəzərincə, əgər şəxs xəstəlik səbəbindən maneə ilə qarşılaşmışsa, onun qurbanlığı "hərəm”də kəsilməlidir. Lakin maneə düşmən tərəfindən törədilərsə, qurbanlıq maneə törədilən həmin yerdə kəsilməlidir”.
Lakin bəzi təfsirçilər bu cümlənin bütün hacılara aid olmasına inanır, qurbanlığı öz yerində kəsməyincə (həccin qurbanlığı Minada, ümrənin qurbanlığı isə Məkkədə kəsilməlidir) heç kəsin başını qırxıb ehramdan çıxmaq haqqının olmadığını qeyd edirlər.
“Qurbanlığın öz yerinə çatması" deyiləndə onun həmin yerə çatıb kəsilməsi nəzərdə tutulur. Bu ifadə qurbanlığın kəsilməsi barədə məcazdır.
Ayənin ümumi ifadə tərzini nəzərə aldıqda ikinci təfsir daha münasib görünür və o, həm yolda maneə ilə qarşılaşmış, həm da maneə ilə qarşılaşmamış şəxsə şamil olunur.
4\. Ondan sonra buyurur: "Əgər sizdən xəstələnən, yaxud başında narahatlıq olan olsa (və başını qırxmaq məcburiyyətində qalsa), fidyǝ olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir”.
Ayənin ərəbcə orijinalında işlənmiş (nusuk) sözü mənası “kəsilmiş heyvan” olan (nəsikə) sözünün cəmidir. Bu söz “ibadət” mənasında da işlənib. Buna görə də Rağib özünün “Müfrədat” kitabında (nusuk) sözünü "ibadət" mənasında izah edəndən sonra belə yazır: "Bu söz həcc əməlləri barədə işlədilir və (nəsikə) sözünün mənası “kəsilmiş heyvan"dır". Bəzi təfsirçilər isə onun mənasının “gümüş külçələr" olduğunu, ibadətə (nusuk) deyilməsinin səbəbinin isə onun insanı saflaşdırması, pak-pakizə etməsi olduğunu demişlər.
Ayənin zahiri həmin şəxsin üç işdən (oruc, sədəqə və qoyun qurban kəsmək) birini seçmək ixtiyarına malik olduğunu deyir. Əhli- beyt (ə) hədislərində nəql edilib ki, "oruc" dedikdə üç gün oruc tutmaq, “sədəqə” dedikdə altı – hədislərin birində on yoxsul nəql edilib - yoxsula səqədə vermək, “qurban" dedikdə isə bir qoyun qurban kəsmək nəzərdə tutulur.
5\. Sonra buyurur: “(Xəstəlik və düşməndən) amanda olduğunuzda isə ümrəni bitirib həccə başlayan şəxs ona müyəssər olan bir qurban kəsməlidir”.
Bu cümlə əvvəl ümrə, sonra isə həcc yerinə yetirilən təmǝttö hǝccinə və onda qurban kəsməyin lazım olmasına işarədir. Həmin qurbanlığın dəvə, inək və ya qoyun olmasının heç bir fərqi yoxdur və şəxs qurban kəsmədən ehramdan çıxmır.
Mərhum Təbərsinin dediyinə görə ayənin ərəbcə orijinalında işlənmiş (hədy) sözünün kökü barəsində iki nəzər mövcuddur:
Birinci nəzərə görə, onun kökü (hədiyyə) sözüdür. Qurbanlıq, əslində, Allah evinə hədiyyə olduğu üçün belə adlanıb. İkinci nəzərə görə isə, o, (hidayət) sözündən düzəlib. Çünki qurbanlıq heyvanı insanlar özləri ilə aparır, onu Allah evinə və qurbangaha tərəf istiqamətləndirirdilər. Lakin Rağibin “Müfrədat” kitabında yazdıqlarına əsasən, o, ancaq (hədiyyə) sözündən götürülüb. O yazır: (hǝdy) sözü cəmdir və onun təki (hədiyyə)dir. “Möcəmu məqayisil- lüğət" kitabında da bu sözün iki kökünün - (hidayət) və (hədiyyə) olması qeyd edilib. Lakin onların hər ikisinin (hidayət)dən ayrılması da mümkündür. Çünki elə "hədiyyə"nin də mənası hədiyyənin onun verildiyi şəxsə tərəf istiqamətləndirilməsidir. (Diqqət edin!)
6\. Onun ardınca təmǝttö həccində qurban kəsməyə imkanı çatmayan şəxslərin hökmü bəyan edilir: “Qurbanlıq tapmayanlar bunun əvəzində həcc günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir".
Əgər qurbanlıq tapılmasa və ya insanın maddi vəziyyəti buna imkan verməsə, həmin şəxs onun əvəzində on gün oruc tutmalıdır ki, onun da üç günü həcc günlərinə (zilhiccə ayının yeddi, səkkiz və doqquzuncu günlərinə) təsadüf edir. Bu, səfərdə tutulmasına icazə verilmiş oruclardandır. Onun yerdə qalan yeddi günü isə vətənə qayıdandan sonra tutulmalıdır. Üç günün üstünə yeddi gün gələndə onun ümumilikdə on gün olması məlum olsa da, Quran buyurur: “Bu da tam on gün edir".
Bəzi təfsirçilər bu cümlənin təfsirində belə yazıblar: "Bunun səbəbi Allah-taalanın yarana biləcək hər hansı bir şübhəni aradan qaldırmaq istəməsidir. Belə ki “və” bağlayıcısı bir-birinə bağlanmış iki şey arasında seçim etmək deyil, onların ikisinin bir-birinə bağlanması və bir yerdə cəm olması mənasında işlənsə də, bəzən o, iki şey arasında seçim etmək mənasında da işlədilir. Buna görə də Allah-taala burada zehnə gələ biləcək bütün şübhələri aradan qaldırmaq üçün “bu da tam on gün edir” buyurur”. Ehtimallardan biri də (kamilǝtun) (tam) sözünün on gün orucun qurbanlığı tam əvəz etməsinə işarə olmasıdır. Yəni Allah evinin zəvvarları bu baxımdan nigaran olmamalıdırlar. Çünki Allah tərəfindən qurban kəsənlərə verilən bütün savablar onlara da veriləcək. Bəziləri də qeyd edir ki, bu ifadə on ədədi barədə bir incəliyə işarədir. Çünki on ədədi bir cəhətdən ən kamil ədəddir. Ədədlər birdən başlayıb ona çatanda öz kamillik yolunu qət edir və ondan sonrakı ədədlər – məsələn, on bir, on iki və sairə on ilə digər ədədlərin birləşməsindən əmələ gəlir. Ərəblər iyirmiyə (işrin), yəni “iki dənə on", otuza (səlasin), yəni “üç dənə on" deyirlər.
7\. Və nəhayət, başqa bir hökmü bəyan edərək buyurur: “Bu, ailəsi Məscidül-həram yaxınlığında sakin olmayanlara aiddir".
Buna görə də Məkkə və onun ətrafında sakin olan şəxslər təmǝttö həcci etmirlər. Təməttö həcci həmin bölgədən uzaqda yaşayanlar üçündür. Alimlər arasında məşhur olan nəzərə əsasən, Məkkədən 48 mil uzaqda yaşayan şəxs təməttö həcci yerinə yetirməlidir. Amma yaxın məsafədə yaşayanların vəzifəsi "qiran" və "ifrad" həccidir və onlar ümrə ziyarətini həcc mərasimindən sonra yerinə yetirir. (Bu məsələ öz dəlil-sübutları ilə ətraflı şəkildə fiqh kitablarında izah edilib.)
Qeyd edilən yeddi hökm bəyan edildikdən sonra ayənin sonunda təqvalı olmaq göstərişi verərək buyurur: "Allahdan qorxun (işrun) və (işrin) sözləri cəm halda olsa da, ərəblər bəzən cəm sözü iki və ondan daha artıq şey barəsində işlədirlər.
(təqvalı olun) və bilin ki, Allahın cəzası şiddətlidir”.
Bu təkid müsəlmanların bu mühüm İslami ibadətin heç bir hissəsində səhlənkarlıq etməməsi üçündür. Çünki onda səhlənkarlığa yol vermək bəzən həcc ziyarətinin batil olmasına və onun mühüm bərəkətlərinin itməsinə səbəb olur.
İncəliklər:
1\. Dini vəzifələr arasında həccin əhəmiyyəti.
Həcc İslamda qanun halına salınmış ən mühüm ibadətlərdəndir və onun çoxsaylı təsir və bərəkətləri var. Həcc İslamın əzəmət, dinin qüvvət və müsəlmanların vəhdət mənbəyidir. Həcc düşmənlərin canına qorxu salan, müsəlmanları gümrahlaşdıran və yeni enerji verən bir mərasimdir. Həcc Əmirəl-möminin Əlinin (ə) İslamın bayrağı və mühüm şüarı adlandırdığı ibadətdir. O Həzrət (ə) ömrünün son saatlarındakı vəsiyyətində belə buyurub:
"Rəbbinizin evi barədə Allahdan qorxun, Allahdan qorxun! Nə qədər ki, sağsınız oranı boş qoymayın. Əgər ora boş qalsa, sizə möhlət verilməz (sizə Allahdan bəla gələr)".
İslam düşmənlərinin bu cümləsi məşhurdur: “Nə qədər ki, həcc təmtəraqlı keçir, biz müsəlmanlara qalib gələ bilməyəcəyik". Alimlərdən biri belə demişdir: "Vay olsun həccin mənasını dərk etməyən müsəlmanlara, vay olsun onun mənasını dərk edən qeyri-müsəlmanlara!"
“Nəhcül-bəlağə”də, 252-ci qısa kəlamda İmam Əlidən (ə) şəriət hökmlərinin fəlsəfəsi barədə nəql edilmiş məşhur hədisdə də həccin əhəmiyyəti barədə dolğun ifadə işlədilmişdir. O Həzrət (ə) orada bela buyurub:
"Allah imanı insanların şirkdən paklanması... və həcci dinin qüvvətlənməsi amili etmişdir”.
Bu mövzunu İmam Sadiqdən (ə) nəql edilmiş bir hədislə yekunlaşdırırıq. (Bu barədə “Təfsiri-nümunə”nin 14-cü cildində, “Hǝcc" surəsinin 26-28-ci ayələrində daha ətraflı danışacaq və orada həccin əhəmiyyət, fəlsəfə və sirləri barədə daha geniş izah verəcəyik.) İmam (ə) buyurub:
“Kəbə durduqca İslam da duracaq”.
2\. Həccin növləri və təməttö həccinin əməllərinin siyahısı.
Böyük alimlərimiz Quran ayələrindən, Peyğəmbər (s) və Əhli-beyt imamlarının (ə) sünnəsindən ilhamlanaraq həcci üç növə ayırıblar: təməttö həcci, qiran həcci və ifrad həcci. Təməttö həcci yaşayış yerləri ilə Məkkə arasındakı fasilə 48 mil (16 fərsəng, təxminən 96 km) və ondan daha çox olan şəxslərə aiddir. Qiran və ifrad həcci isə Məkkə ilə yaşayış yerləri arasındakı fasilə həmin məsafədən az olan şəxslərə aiddir. Təməttö həccində əvvəl ümrəni yerinə yetirirlər, sonra ehramdan çıxırlar, daha sonra isə məxsusi günlərdə həcc mərasimini yerinə yetirirlər. Lakin qiran və ifrad həclərində əvvəl həcc mərasimini, o sona çatandan sonra isə ümrəni yerinə yetirirlər. Qiran həcci ilə ifrad həcci arasındakı fərq isə budur ki, qiran həccində zəvvarlar özləri ilə qurbanlıq gətirirlər, ifrad həccində isə belə bir qurbanlıq olmur. Lakin əhli-sünnənin nəzərincə, qiran həcci bir ehramda həcc ilə ümrənin birlikdə niyyət edildiyi həcdir.
Təməttö həccinin əməlləri aşağıdakılardan ibarətdir:
Təmǝttö həccində əvvəl "miqat" adlanan yerdə ehram bağlayırlar. Yəni ehram geyinən şəxsə haram olan bir sıra əməllərin tərk edilməsi barədə öhdəlik götürürlər. Onlar iki hissədən ibarət olan və tikişi olmayan ehram paltarını əyinlərinə geyinir və "lǝbbeyk” deyə-deyə Allahın evinə tərəf hərəkət edirlər. Məkkəyə çatandan sonra əvvəl Allahın evinin ətrafına yeddi dəfə təvaf edir, sonra "İbrahim məqamı” adı ilə məşhur olan yerdə iki rükət namaz qılırlar. Bundan sonra Səfa və Mərvə adlı iki dağın arasında yeddi dəfə get-gəl edir, onun ardınca saç və ya dırnaqlarından bir az kəsərək ehramdan çıxırlar. Sonra həcc mərasimini yerinə yetirmək üçün Məkkədə ehram bağlayır və zilhiccə ayının doqquzuncu günü Məkkə ilə dörd fərsəx fasiləsi olan Ərəfat çölünə gedirlər. Həmin gün günortadan gün batana kimi orada qalır və Allahla razü-niyaz edirlər. Günəş batandan sonra Məkkənin təxminən iki fərsəx yarımlığında yerləşən Məşərül-həram çölünə gedirlər. Gecəni səhərə kimi həmin müqəddəs çöldə qalırlar və Günəş doğandan sonra onun yaxınlığında yerləşən Mina çölünə doğru hərəkət edirlər. Qurban günü sayılan həmin gün Cəməreyi-əqəbə adlanan məxsusi sütuna yeddi daş atır, sonra qurban kəsir və başlarını qırxaraq ehramdan çıxırlar. Həmin gün və ya həmin günün səhərisi Məkkəyə qayıdır, Allah evini təvaf edir, təvaf namazı qılır, Səfa ilə Mərvə arasında get-gəl edir, nisa təvafını yerinə yetirir və onun namazını qılırlar. Həmçinin zilhiccə ayının on bir və on ikinci günü Cəmǝrat adlanan üç məxsusi sütuna müəyyən sıralıqla yeddi dəfə daş atır, zilhiccə ayının on bir və on ikinci gününü Minada qalırlar. Onlar hər biri bir tarixi hadisəni canlandıran, nəfsin təmizlənməsinə aid məsələlər və ictimai fəlsəfələr barəsində məcaz və işarə sayılan həcc mərasimini belə yerinə yetirirlər. Onların hər birinin fəlsəfəsi ona münasib ayədə izah ediləcək.
3\. Nə üçün bəziləri təməttö həccini unudublar?
Yuxarıda qeyd edilən ayənin zahirindən belə məlum olur ki. Məkkədə yaşamayan şəxsin vəzifəsi təmǝttö həcci yerinə yetirməkdir. (Bu həcc ümrə ilə başlayır və şəxs ümrəni yerinə yetirdikdən sonra ehramdan çıxır, sonra yenidən həcc üçün ehram bağlayır və həcc əməllərini yerinə yetirir.) Əldə bu ayənin nəsx edilməsi barədə heç bir dəlil yoxdur. Həm şiə, həm də əhli-sünnə kitablarında bu barədə çoxsaylı hədislər nəql edilib. O cümlədən əhli-sünnənin məşhur hədis alimləri məsələn, Nisai özünün "Sünən" kitabında, Əhməd özünün "Müsnəd” kitabında, İbn Macə özünün “Sünən” kitabında, Beyhəqi özünün “Sünənül-kübra” kitabında, Tirmizi özünün “Səhih” kitabında, Müslim özünün məşhur “Səhih” kitabında təməttö həcci və onun nəsx edilməyib Qiyamətə kimi öz qüvvəsində qalması barədə çoxlu hədislər 52 nəql ediblər.
Əhli-sünnə alimlərinin çoxu onu həccin ən üstün növü hesab edir, onunla yanaşı qiran və ifrad həccinə də icazə verildiyini yazırlar. (Əlbəttə, əhli-sünnənin nəzərincə, qiran həccinin mənası əvvəldə onların dilindən nəql etdiyimiz kimidir.)
Lakin Ömərdən nəql edilmiş məşhur bir hədisdə onun belə deməsini oxuyuruq:
"Həzrət Peyğəmbərin (s) zamanında iki mütə olub ki, mən onların ikisini də qadağan edirəm: qadın mütəsi (müvəqqəti nikah) və həcc mütəsi (təməttö həcci). Kim onları yerinə yetirsə, onu cəzalandıracağam”?
Fəxr Razi sözügedən #### Ayənin təfsirində bu hədisi Ömərdən nəql etdikdən sonra belə yazır: "Həcc müt'əsində məqsəd hər iki ehramı (həcc chramı ilə ümrə ehramını) birləşdirmək, sonra həcc niyyətini ləğv edib ümrəni yerinə yetirmək, sonra həcci yerinə yetirməkdir”.
Şübhəsiz, Həzrət Peyğəmbərdən (s) başqa heç kəsin hər hansı bir hökmü nəsx etmək haqqı yoxdur. Ümumiyyətlə, "Peyğəmbər (s) elə demişdi, mən belə deyirəm" ifadəsi heç kəs tərəfindən qəbul edilməyəcək bir ifadədir. Həzrət Peyğəmbərin (s) əmrini kənara qoyub başqasının sözünün arxasınca getmək olmaz. Bu, qəbuledilməzdir!
Bu gün əhli-sünnə alimlərinin çoxu həmin hədisi kənara qoyub təməttö həccini həccin ən üstün növü kimi qəbul edir və ona əməl edirlər.
Bəqərə surəsi, 197-199-cu ayələr
الْحَجُّ أَشْهُرٌ مَعْلُومَاتٌ فَمَنْ فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمْهُ اللَّهُ وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ .١٩٧
لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَبْتَغُوا فَضْلًا مِنْ رَبِّكُمْ فَإِذَا أَفَضْتُمْ مِنْ عَرَفَاتٍ فَاذْكُرُوا اللَّهَ عِنْدَ الْمَشْعَرِ الْحَرَامِ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِنْ كُنْتُمْ مِنْ قَبْلِهِ لَمِنَ الضَّالِّينَ .١٩٨
ثُمَّ أَفِيضُوا مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ .١٩٩
Ayələrin tərcüməsi
197\. Hǝcc, müəyyən aylardadır. (Həmin aylarda ehram bağlamaqla və həcc əməllərinə başlamaqla) həcci özünə vacib edənlər (bilməlidirlər ki,) həcdə (qadınla) yaxınlıq, günah və mübahisə (icazəsi) yoxdur. Allah gördüyünüz hər bir yaxşı işi bilir. Azuqə tədarükü görün. Ən yaxşı azuqə isə təqvadır. Ey ağıl sahibləri, Məndən çəkinin.
198\. (Həcc mövsümündə) Rəbbinizin lütfündən (iqtisadi mənafe) diləməniz sizin üçün günah deyildir. (Çünki həccin faydalarından biri sağlam iqtisadiyyatın əsasının qoyulmasıdır.) Ərəfatdan qayıdarkən Məşərül-hǝramda Allahı yad edin. Sizi doğru yola yönəltdiyi üçün onu yad edin. Şübhəsiz, siz bundan əvvəl (yolunu) azanlardan idiniz.
199\. Sonra camaatın döndüyü yerdən siz də (Minaya) dönün. Allahdan bağışlanma diləyin, şübhəsiz ki, Allah bağışlayan və mehribandır.
Ayələrin təfsiri.
Ən yaxşı azuqə və tədarük.
Bu ayələrdə də həcc və Allah evinin ziyarətinin hökmləri barə sindəki bəhs davam etdirilir və yeni göstərişlər verilir:
1\. Əvvəlcə belə buyurur: “Həcc, müəyyən aylardadır”.
“Aylar” dedikdə şəvval, zilqədə və zilhiccə ayları (zilhiccə ayının hamısı və ya onun ilk on günü) nəzərdə tutulur. Bu ayları “həcc ayları” adlandırırlar. Çünki həccin (həm təməttö ümrəsi, həm də təmǝttö həccinin) əməllərini başqa vaxt yerinə yetirmək olmaz. Təməttö ümrəsini bu üç ayın hamısında yerinə yetirmək olar. Lakin təmǝttö həccini ancaq zilhiccə ayının məxsusi günlərində (doqqucuncu gündən on ikinci günə kimi) yerinə yetirmək olar. Quranda bu ayların adının açıq-aydın qeyd edilməməsinin səbəbi onların hamıya məlum olmasıdır. Quran onlara bu ifadə ilə təkid edib. Həmçinin bu cümlə cahiliyyət dövrünün xurafat adətlərindən birini inkar edir. Belə ki onlar bəzən başları müharibə və ya başqa işə qarışanda həcc aylarını dəyişdirərdilər. Quran onların müəyyən və sabit olduğunu və onların geriyə və ya irəliyə çəkilməsinin caiz olmadığını buyurur.
2\. Sonra ehram bağlayaraq həcc əməllərini yerinə yetirməyə başlayan şəxslər barəsində başqa bir göstərişə işarə edərək buyurur: "(Həmin aylarda ehram bağlamaqla və həcc əməllərinə başlamaqla) həcci özünə vacib edənlər (bilməlidirlər ki,) həcdə (qadınla) yaxınlıq, günah və mübahisə (icazəsi) yoxdur".
Ayənin ərəbcə orijinalında işlənmiş (rəfəsə) sözünün əsl mənası "dilə gətirilməsi qəbahət sayılan bir məsələni istər cinsi yaxınlıq barədə olsun, istər onun müqəddiməsi barədə ifadə edən söz dür. Lakin o, sonradan məcaz kimi cinsi yaxınlıq barədə işlədilib. Lakin bəziləri deyib ki, (rəfəsə) sözü qeyd edilən söhbətlərə qadınların yanında edildiyi təqdirdə şamil olur. Lakin söhbət edilən yerdə qadın olmazsa, o, (rəfəsə) sayılmır. Bəziləri də onun əsl mənasının "qadına əməli meyil mazaqlaşmaq, toxunuş və fiziki təmas ilə başlayıb cinsi yaxınlıq ilə bitən əməl” olduğunu demişdir.
Ayənin ərəbcə orijinalında işlənmiş (fusuq) sözünün mənası “günah və Allaha itaətdən çıxmaq"dır. (cidal) sözünün mənası “dava-dalaşla danışmaq"dır. Əslində, onun mənası "kəndiri möhkəm burmaq”dır. Dava-dalaşla danışan şəxslər adətən bir-birinə sarıldığı və onların hər biri öz sözünü sübut etməyə çalışdığı üçün onların barəsində bu söz işlədilir.
Bu göstərişə əsasən, hacıların ehramda olarkən nə öz həyat yoldaşları ilə yaxınlıq etmək, nə yalan danışmaq, nə də söyüş söymək haqqı var. (Əslində, bu iş ehramda olmayan zaman da haramdır, lakin o, ehramda olan şəxsin tərk etməli olduğu iyirmi dörd işdən biri hesab edilir.) Onlara haram olan işlərdən biri də mübahisə etmək, digəri isə and içməkdir. Onun "vallah, hə", yaxud "vallah, yox" kimi doğru və ya yalan and olmasının heç bir fərqi yoxdur.
Bo Beləliklə, həcc mühiti cinsi həzdən, həmçinin günahlardan, faydasız söhbətlərdən, mübahisədən, mənasız çəkişmələrdən təmiz olmalıdır. Çünki ibadət mühiti ixlas və maddi ləzzətlərin tərk edilməsi mühitidir. O, insanın ruhunun enerji almalı olduğu, maddi aləmdən tam uzaqlaşdığı, mənəvi aləmə qovuşduğu, eyni zamanda, müsəlmanlar arasında ülfət, vəhdət, maddi yardım və qardaşlığın hakim olduğu bir mühit olmalıdır. Bunlarla ziddiyyət təşkil edən işlərin hamısı haramdır.
Bu hökmlərin hər birinin geniş izahı və şərtləri var və "hǝcc əməlləri" kitablarında onlara toxunulub.
3\. Sonra həccin mənəvi məsələlərinə və ixlasa işarə edərək buyurur:
“Allah gördüyünüz hər bir yaxşı işi bilir”.
İmanı olan yaxşı əməl sahibləri üçün Allahın onların gördüyü hər bir işdən xəbərdar olmasından, mövla və məbudlarının onların yanında olub onlara tamaşa etməsindən böyük mükafat ola bilərmi?! Xeyir işlərin Onun hüzurunda yerinə yetirilməsi olduqca şirindir və bu, hər şeyi bilən və hər şeydən xəbərdar olan Allahın onlara maddi və mənəvi mükafatlardan əvvəl verdiyi mükafatdır.
4\. Ayənin davamında buyurur: "Azuqə tədarükü görün. Ən yaxşı azuqə isə təqvadır. Ey ağıl sahibləri, Məndən çəkinin".
Təfsirçilərin çoxunun nəzərincə, bu ayə Allah evini ziyarətə gedərkən tədarük görməyən və özləri ilə heç bir azuqə götürməyən dəstəyə (bəzilərinin nəzərincə, onlar Yəmən əhalisindən olub) işarədir. Onlar ehram bağlayarkən hətta yanlarında olan azuqəni də kənara atar və belə deyərdilər: "Biz Allah evinin ziyarətinə gedirik. Onun bizə yemək verməməsi mümkündürmü?!" (Onlar bəzən bu işlərinə görə özlərini çətinliyə salar, ondan-bundan bir şey istəməyə möhtac olardılar.)
Quran bu yanlış düşüncə tərzini inkar edərək onlara özləri ilə azuqə götürmələri göstərişini verir. Lakin bununla yanaşı, onları daha mühüm mənəvi məsələyə istiqamətləndirərək buyurur ki, bu azuqədən əlavə başqa bir azuqə də var və axirət səfəri üçün də həmin azuqə tədarük görülməlidir. O, təqvadır.
Bu cümlə həm də həcc səfərində mənəvi azuqə tədarükü görmək üçün çoxsaylı imkanların olduğuna və onların diqqətdən kənarda qalmamasına işarədir. İslamın canlı tarixi, tövhid qəhrəmanı İbrahimin (ə) fədakarlığının canlı səhnələri oradadır; orada dünyanın heç yerində görmək mümkün olmayan Allaha yaxınlıq nişanələri var. Ruhu oyaq təfəkkürü diri olan şəxslər bu misilsiz mənəvi səfərdən ömürlük mənəvi azuqə tədarükü görə bilərlər.
Bunun ardınca yenə təqvalı olmaq göstərişi verir və bu sözü (ulul-əlbab)a', yəni ağıl və düşüncə sahiblərinə ünvanlayır. Onlar həccin ruhunu dərk edir və bu ülvi tərbiyəvi proqramdan maksimum dərəcədə istifadə edirlər. Halbuki başqaları onun ancaq "qabığ"ından bəhrələnir, həccin ruhunu dərk etmirlər.
Təqvanın fərd və cəmiyyətə təsirlərini yalnız ağıl və düşüncə sahibləri dərk edə bilər.
Sonrakı ayələrdə həcc barəsindəki bəzi səhv təsəvvürləri aradan qaldıraraq buyurur: “(Həcc mövsümündə) Rəbbinizin lütfündən (iqtisadi mənafe) diləməniz sizin üçün günah deyildir.
Cahiliyyət dövründə həcc mərasimi zamanı bütün növ alver, ticarət, yükdaşıma və sərnişindaşıma işləri günah hesab edilirdi və həmin işləri görən şəxslərin həcci batil sayılırdı.
Sözügedən ayə cahiliyyət dövrünün bu hökmünün puç və dəyərsiz olduğunu bildirir və həcc mövsümündə Allahın bəndələrə lütfünün nümunələrindən olan halal alver və ticarətlə məşğul olmağın, işləməyin, alın təri ilə pul qazanmağın heç bir eybi olmadığını buyurur.
Cahiliyyət dövrünün bu təfəkkürünə bəzən müasir dövrdə də rast gəlmək mümkündür. Bəziləri elə düşünür ki, bu böyük ibadət, yəni hacc bütün maddi ünsürlərdən təmiz olmalıdır. Lakin bu yanaşma fəhlələrin, tədarük və xidmət sahəsində çalışanların istər sürücü olsun, istər xidmətçi, istər həkim, istərsə də bələdçi və sairə çoxunu çətinliklə qarşılaşdırır. Bundan əlavə, həcc mövsümü həmin diyarın əhalisinin öz iqtisadi problemlərini sahmana salması üçün münasib fürsətdir. Buna görə də qeyd edilən təfəkkür rədd edilib. Həmin şəxslər xidmət göstərməklə yanaşı, həcc əməllərini də yerinə yetirə və bu baxımdan sıxıntıya düşməyə bilərlər.
İslami mənbələrdən belə məlum olur ki, həcc mühüm əxlaqi və özünüislah fəlsəfəsinə malik olmaqla yanaşı, siyasi, mədəni və iqtisadi fəlsəfəyə də malikdir. Dünyanın müxtlif yerlərindən müsəlmanların Allah evinə səfər etməsi və belə bir böyük İslami konqresin təşkil edilməsi müsəlman cəmiyyətlərində ümumi iqtisadi sıçrayışın əsasını qoya bilər. İslam dünyasının düşünən beyinləri və iqtisadiyyatçıları həcc mərasimindən əvvəl və ya sonra yığışaraq qarşılıqlı fikir mübadiləsi aparmaqla müsəlman ölkələrinin iqtisadiyyatının əsaslı çiçəklənməsi üçün proqramlar hazırlaya bilərlər. Onlar düzgün iqtisadi mübadilə proqramları hazırlamaqla güclü iqtisadiyyat formalaşdıra və müsəlmanları düşmən və yadlardan tam ehtiyacsız edə bilərlər. Alqı-satqı və ticari mübadilə İslam cəmiyyətinin düşmənləri qarşısında güclənməsinə səbəb olan amillərdən biridir. Çünki heç bir xalq güclü iqtisadiyyata malik olmadan tam müstəqillik əldə edə bilməz. Lakin həcdə baş verən ticari fəaliyyətlər həccin ibadət və əxlaqi cəhətlərinin kölgəsində olmalı, onları üstələməməli, onlardan irəli keçməməlidir. Xoşbəxtlikdən, müsəlmanların həcc mərasimindən həm əvvəl, həm də sonra bu işi görmək üçün kifayət qədər vaxtı olur. Hişam ibn Həkəm belə nəql edir: "İmam Sadiqdən (ə) soruşdum:
“Nə üçün Allah-taala insanlara həcci yerinə yetirmək və Öz evini təvaf etmək əmri verib?" O Həzrət (ə) belə buyurdu:
“...Onlara həcci onların həm dini itaət, həm də dünya mənfəəti məsələlərini ehtiva etməsi üçün əmr edib. Həcc mövsümündə müsəlmanlar şərq və qərbdən bir yerə toplaşırlar ki, bir-biri ilə tanış olsunlar, hər bir xalq ticarətdən və digər xalqların iqtisadi məhsullarından istifadə etsin, müsafirlər və daşıma işi ilə məşğul olanlar bu səfərdə minik vasitələrini kirayə verməklə qazanc əldə etsinlər (həmçinin Həzrət Peyğəmbərdən (s) qalan nişanə və xəbərlərlə tanış olsunlar, həmin nişanələri yaşatsınlar, onlar yaddan çıxaraq unudulmasın)... Əgər hər bir xalq ancaq öz mühitinin məişət işləri ilə kifayətlənsə, məhv olar, şəhərlər viran qalar, ticari fayda və qazanclar əldən çıxar...
Sonra Allah-taala diqqəti həccin əməllərinə yönəldərək buyurur: "Ərəfatdan qayıdarkən Məşərül-həramda Allahı yad edin. Sizi doğru yola yönəltdiyi üçün Onu yad edin. Şübhəsiz, siz bundan əvvəl yolunu azanlardan idiniz”.
Onun davamında buyurur: "Sonra camaatın döndüyü yerdən siz də (Minaya) dönün”.
Sonda Allahdan bağışlanma diləmək və tövbə etmək göstərişi verǝrǝk buyurur: "Allahdan bağışlanma diləyin, şübhəsiz ki, Allah bağışlayan və mehribandır”.
Bu ayələrdə həccin dayanacaq yerlərindən üçünə işarə edilib. Onlardan biri ǝrǝfatdır. Ərəfat Məkkədən 20 km məsafədə yerləşir. Hacılar zilhiccə ayının doqquzuncu günü günortadan gün batana kimi orada dayanır və Allaha ibadətlə məşğul olurlar. Ondan sonra hacılar Məşǝrül-haram və ya Müzdəlifədə dayanaraq qurban bayramı axşamının bir hissəsini və sübh gün çıxmamışdan əvvəl orda olur və razü-niyaz edirlər.
Üçüncü yer Mina çölüdür. Mina qurbanın kəsildiyi, Cəməratın daşlandığı, ehramdan çıxmaq və bayram mərasimi keçirmək yeridir.
İncəliklər:
1\. Həccin ilk dayanacağı.
Allah evinin zəvvarları (təməttö həccində) ümrə ziyarətini yerinə yetirdikdən sonra həcc əməllərini yerinə yetirməyə yollanırlar. Onun ilk mərhələsi Ərəfat çölündə qalmaqdır. Belə ki zəvvarlar zilhiccə ayının doqquzuncu günü günortadan gün batana kimi Ərəfatda dayanırlar. Sonra oradan Məşərül-hərama doğru hərəkət edirlər. (Yuxarıdakı ayələrdə bunların hər ikisinə işarə edilib.)
Ərəfat sözünün mənası barədə müxtəlif nəzərlər irəli sürülüb.
Bəziləri qeyd edir ki, Allahın vəhy qasidi Həzrət Cəbrail Həzrət İbrahimə (ə) həcc əməllərini orada öyrətdikdən sonra İbrahim (ə) “ərəftu, ǝrǝftu”, yəni “başa düşdüm, başa düşdüm” deyib. Buna görə də həmin yerə Ərəfat adı verilib.
Bəziləri həmin hadisənin Həzrət Adəm (ə) barəsində baş verdiyini deyiblər.
Bəziləri də Həzrət Adəm (ə) və Həvvanın bir-birini həmin yerdə tapdığını və tanıdığını qeyd edib.
Bəziləri isə onu zəvvarların orada bir-birini görüb tanıması ilə əlaqələndiriblər. Bu barədə digər yozumlar da var."
Lakin həmin yerə bu adın verilməsi başqa bir həqiqətə də işarə ola bilər. Həmin yer Allahı və Onun pak zatını tanımaq və dərk etmək üçün çox münasib məkandır.
Həqiqətən, Ərəfat çölünə daxil olarkən insanda yaranan mənəvi hal və cazibə heç bir sözlə təsvir edilə bilməz. Hamı bir şəkildə, hamı cyni cür, hamı səhranişindir, hamı şəhərin, maddi dünyanın səs-küy va bər-bəzəyindən qaçıb bu mavi səmanın altında açıq və günah çirkabından pak havada bir yerə toplaşıb. Ora vəhy mələyinin qanad çaldığı, əsən mehindən Cəbrailin (ə) zümzüməsi, İbrahim Xəlilin (ə) mərdanə nəfəsi, İslam Peyğəmbərinin (s) və İslamın erkən çağının mücahidlərinin insana həyat bəxş edən səsinin əks-sədası eşidilən yerdir.
Sanki təbiət xaricində olan aləmə qapı açılan bu xatirə dolu məkanda insan Rəbbini tanımaq şövqündən məst olmaqdan, yaradılış aləminin ümumi zikri ilə səs-səsə verməkdən əlavə, öz daxilində bir ömürdür itirdiyi və tapmaq istədiyi “özünü” də tapır, öz halına arif olur. Özünün daha gecə-gündüz hərisliklə dağ və səhraları qət edib məişət arxasınca qaçan və tapdıqca da hərislik susuzluğu daha da artan şəxs olmadığını görür. O, başa düşür ki, canında başqa bir cəvahir var və o, əslində, ondan ibarətdir.
Bəli, bu yeri Ərəfat adlandırırlar. Doğrudan da, necə də maraqlı və münasib addır!
2\. Həccin ikinci dayanacağı – Məşərül-həram.
"Məşərül-həram"ın belə adlandırılmasının səbəbi barədə belə deyiblər: "Ora həcc ayinlərinin yerinə yetirilmə mərkəzi və bu əzəmətli, təmtəraqlı və ilahi mərasimin nişanəsidir".
Lakin yaddan çıxarmaq olmaz ki, (məşər) sözünün kökü
(şuur) sözüdür. Həmin tarixi və həyəcanlı gecədə (zilhiccə ayının onuncu gecəsində) Allah evinin zəvvarları Ərəfat çölündəki tərbiyə və özünüislah mərhələsini keçdikdən sonra böyük Məhşər səhnəsinin kiçik nümunəsi və böyük Qiyamətin bir epizodu olan bu məkana yollanır və gecəni səhərə kimi ulduzlu səmanın altında yumşaq qumlar üstündə keçirirlər. Cəmiyyət tufan zamanı dənizdə yaranan təlatümlü dalğalar kimi hər yeri bürüyür və hərəkətdə olan insanların səsi səhərə kimi davam edir.
İnsan bu pak, səmimi və oyadıcı mühitdə, məsumların ehram libasında, o yumşaq qumların üstündə öz düşüncə, təfəkkür və şüurunda yeni çeşmələrin qaynadığını hiss edir, onların öz qəlbinə tökülmə səsini aydın şəkildə eşidir. Ora Məşər deyirlər!
3\. Birlik və vəhdət dərsi.
Hədislərdə nəql edilib ki, cahiliyyət dövründə Qüreyş qəbiləsi özünə yanlış imtiyazlar tanıyıb və özünə tanıdığı məqamı ərəb qəbilələrindən heç biri ilə bölüşməyib. Onlar özlərini "hums", yəni “öz dinində möhkəm və sabit olan şəxs" adlandırırdılar. Onlar özlərini Həzrət İbrahimin (ə) övladları və Kəbənin qəyyumu olaraq hamıdan üstün hesab edirdilər.
Həmçinin belə deyirdilər: "Biz həcc mərasimində Ərəfata getməməliyik. Çünki Ərəfat Məkkənin hərəm hesab edilən ərazisindən kənarda yerləşir və əgər biz ora getsək, ərəblər bizə dəyər verməyəcək. Məkkənin hərəm ərazisi hərəmdən kənar ərazi ilə eyni deyil". Onlar bu sözləri Ərəfatda qalmağın İbrahim həccinin əsas hissələrindən biri olduğunu bildikləri halda, deyirdilər.
Quran yuxarıdakı ayələrdə onların bu gümanlarını puça çıxarır və müsəlmanlara göstəriş verir ki, hamı birlikdə Ərəfatda dayanmalı, ordan Məşərül-hərama getməli, oradan da Minaya köçməlidir. “Sonra camaatın döndüyü yerdən siz də (Minaya) dönün" cümləsi incəliklə bu məqama işarə edir.
Əslində, Quran bu ifadə ilə istisnasız olaraq, hamının əvvəl Ərəfata, oradan Məşərül-hǝrama, sonra da oradan Minaya getməli olması göstərişini verir.
Yuxarıdakı ayənin sonunda Allahdan bağışlanma diləmək barədə verilən göstəriş onların Allahdan bütün günahlarının bağışlanmasını diləmələrinin və həccin bərabərlik ruhu ilə ziddiyyət təşkil edən cahiliyyət düşüncə və təsəvvürlərini tərk etmələrinin gərəkliliyinə işarədir. Buna görə də qeyd edir ki, əgər həmin işlərdən əl çəksələr, Allah bağışlayan və mehribandır.
Ayənin ərəbcə orijinalında işlənmiş (ifazǝ) sözünün kökü (fǝyz) sözüdür və onun mənası "suyun axıb tökülməsi"dir. İnsanlar hamılıqla və sürətlə bir yerdən başqa bir yerə hərəkət edərkən axar çaya bənzədiyi üçün bu ifadədən istifadə edilmişdir.
4\. Ayələrin bir-biri ilə əlaqəsi.
Yuxarıdakı ayələrdə “Allahın lütfündən diləmək” - iqtisadi fəaliyyət ilə Ərəfatda dayanmaq, oradan Məşərül-hərama, oradan da Minaya tərəf hərəkət etmək arasında hansı əlaqənin olması məsələsinə gəldikdə, ola bilər ki, bu, Allaha xatir və abırlı həyat sürmək üçün olduqda iqtisadi fəaliyyətin həcc kimi ibadət sayılmasına işarədir. Zəvvarların Məkkədən Ərəfata, oradan da digər yerlərə getməsi bir sıra xərc və xidmətlər tələb edir və əgər həmin günlərdə işləmək, xidmət göstərmək və pul almaq qadağan və haram olsa, şübhəsiz, Allah evinin zəvvarları çox böyük çətinliklərlə qarşılaşarlar. Buna görə də onlar bir-birinin yanında qeyd edilib.
Yaxud da məqsəd budur ki, məbada iqtisadi fəaliyyətlə məşğul olmaq sizi Allahı yad etməkdən və həmin yerlərin əzəmətinə diqqətdən uzaqlaşdırsın.
Bəqərə surəsi, 200-202-ci ayələr
فَإِذَا قَضَيْتُمْ مَنَاسِكَكُمْ فَاذْكُرُوا اللَّهَ كَذِكْرِكُمْ آبَاءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًا فَمِنَ النَّاسِ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ .٢٠٠
وَمِنْهُمْ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ .٢٠١
أُولَئِكَ لَهُمْ نَصِيبٌ مِمَّا كَسَبُوا وَاللَّهُ سَرِيعُ الْحِسَابِ .٢٠٢
Ayələrin tərcüməsi
200\. (Hǝcc) əməllərinizi bitirdikdə (vaxtilə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da artıq Allahı yad edin. (Həcc mərasimində insanlar iki dəstədirlər:) İnsanların bəzisi: "Ey Rəbbimiz, bizə dünyada (gözəl nemət) əta et!" - deyirlər. Belələrinin axirətdə heç bir payı yoxdur.
201\. Bəziləri isə: "Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi od (Cəhənnəm) əzabından qoru!” - deyirlər.
202\. Onlar qazandıqlarından (və dualarından) nəsiblərini alacaqlar. Allah tez haqq-hesab çəkəndir.
Ayələrin nazilolma səbəbi.
İmam Baqirdən (ə) nəql edilmiş bir hədisdə belə deyilir: Cahiliyyət dövründə ərəblər həcc mərasimi sona çatdıqdan sonra bir yerə yığışar və ata-babalarını (puç) iftixarla yad edər, onların keçmiş günlərindən, əliaçıqlıq göstərmələrindən danışardılar. Qeyd edilən ayələr nazil olduqdan sonra onlara göstəriş verildi ki, bu (yanlış) işin əvəzinə zikr edib Allahı yada salsınlar, Onun sonsuz nemətlərini və bəxşişlərini xatırlasınlar. Cahiliyyət dövründə atalarını hansı həvəs və şövqlə yada salırdılarsa, Allahın nemətlərini də elə, hətta ondan da artıq şövqlə yad etsinlər.
Bu və buna bənzər mənanı digər təfsirçilər İbn Abbas və larından nəql ediblər. Həmin hədislərə əsasən, cahiliyyət dövrünün başqa- insanları həcc mərasimindən sonra ataları ilə öyünmək və onların iftixarlarını sadalamaq üçün məclislər qurar, yalnız alış-veriş deyil, həm də ata-babalarının (puç) iftixarlarının sadalanması mərkəzi sayılan Ukaz, Zilməcaz və Məcənnə kimi bazarlarda yığışar və bu işlə məşğul olarmışlar.
Ayələrin təfsiri.
Həcc dünya müsəlmanlarının vəhdət simvoludur.
Bu ayələrdə də həcc mövzusu davam etdirilir. Cahiliyyət ərəbləri həcc mərasimini Həzrət İbrahimdən (ə) götürsələr də, ona elə xurafatlar qatmışdılar ki, bu əzəmətli, insan yetişdirən, zəvvarların həyatında mühüm dönüş nöqtəsi sayılan və onların ikinci dəfə doğulmasına səbəb olan ibadət öz əsas forma və tərbiyəvi mahiyyətini itirmiş, başqa bir hala düşmüş, parçalanma və nifaq vasitəsinə çevrilmişdi. İlk ayədə buyurur: "(Hǝcc) əməllərinizi bitirdikdə (vaxtilə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da artıq Allahı yad edin".
Əzəmət və böyüklük hansısa soy və kökə bağlılıqdan deyil, Allahla əlaqədən yaranır. Ayənin məqsədi həm ata-babanı, həm də Allahı yada salmaq deyil. Məqsəd budur ki, əgər onlar hansısa bəxşişlərinə görə yada salınmağa layiqdirlərsə, bəs onda nə üçün varlıq aləmi və dünyanın bütün nemətlərinin mənbəyi olan Allahı - bütün kamilliklərin mənbəyini, camal və cəlal sifətlərinin sahibini, hamıya nemət verǝni yada salmırsınız?
Təfsirçilər buradakı "Allahı yada salmaq" ifadəsində məqsədin nə olması barədə müxtəlif nəzərlər irəli sürmüşlər. Lakin ayənin zahirindən onun həcc mərasimindən sonrakı bütün zikrlərə şamil olduğu məlum olur. Onlar Allaha bütün nemətlərinə, xüsusilə iman və bu böyük ibadət mərasiminə yönəltmək nemətinə görə şükür etməli, həccin tərbiyəvi təsirlərini Allahı yada salmaqla təkmilləşdirməlidirlər.
Quran burada insanları iki dəstəyə bölür: "(Həcc mərasimində insanlar iki dəstədirlər:) İnsanların bəzisi: "Ey Rəbbimiz, bizə dünyada (gözəl nemət) ǝta et!" deyirlər. Belələrinin axirətdə heç bir payı yoxdur”.
"Bəziləri isə: "Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi od (Cəhənnəm) əzabından qoru!" - deyirlər".
Əslində, bu ayələr insanların bu böyük ibadətdəki istək və məqsədlərini bəyan edir. Bəzilərinin gözü ancaq dünyanın maddi nemətlərindədir və onlar Allahdan ondan başqa heç nə istəmirlər. Şübhəsiz, onlar axirətdə hər şeydən məhrum olacaqlar.
Lakin bəziləri həm dünyanın maddi nemətlərini, həm də mənəvi nemətləri istəyirlər. Onlar dünya nemətlərini də mənəvi təkamülün müqəddiməsi olaraq istəyirlər. Bu, İslamın məntiqidir və o, həm cisim və maddiyatı, həm də ruh və mənəviyyatı nəzərə alır. İslam birincini ikinci üçün müqəddimə hesab edir və birtərəfli insanlarla, yəni mad- diyyata qərq olan və onu əsas sayan və ya özünü dünya həyatından təcrid edən şəxslərlə əsla razılaşmır.
Bu ayənin ərəbcəsində işlənmiş (həsənət) sözündə məqsədin nə olması barədə müxtəlif nəzərlər irəli sürülüb.
İmam Sadiqdən (ə) nəql edilmiş hədislərin birində o, dünyada ruzi bolluğu və gözəl əxlaq, axirətdə isə Allahın razılığı və Cənnət kimi təfsir edilib.
Bəzi təfsirçilər onu dünyada elm və ibadət, axirətdə isə Cənnət, yaxud dünyada mal, axirətdə Cənnət, yaxud da dünyada gözəl və əməlisaleh həyat yoldaşı, axirət isə Cənnət mənasına yozublar.
Hədislərin birində Həzrət Peyğəmbərin (s) belə buyurması nəql edilib;
“Şükür edən qəlb, Haqqı zikr etməklə məşğul olan dil, dünya və axirət işlərində yardımçı olan imanlı həyat yoldaşı verilmiş şəxsə həm dünya, həm də axirətin gözəlliyi əta edilib və o, Cəhənnəm əzabından qorunub”.
"حسنة" (həsənət) sözü bütün xeyir və yaxşılıqları əhatə edir. Onun mənası çox genişdir və o, bütün maddi və mənəvi nemət və bəxşişlərə şamil olur. Buna görə də yuxarıdakı hədisdə, həmçinin təfsirçilərin sözlərində işarə edilən mənalar onun bariz nümunələridir və onlar ayənin mənasını məhdudlaşdırmır.
Bəzi təfsirçilərin "حسنه" (həsənət) sözünün ayədə tək və qeyri- müəyyənlik şəklində gəlməsinə əsaslanaraq onun bütün yaxşılıqlara şamil olmamasını güman etməsi və onun konkret nümunəsini müəyyənləşdirməyə çalışması yanlış yanaşmadır. Çünki bəzən tək və qeyri-müəyyənlik şəklində işlənmiş söz də bir şeyin bütün nümunələrinə aid olan məna ifadə edə bilir və zahirən bu ayə həmin qəbildəndir. Bəzi təfsirçilərin nəzərinə görə, imanlı şəxslər Allahdan "həsənət"i ümumi şəkildə - növünü müəyyənləşdirmədən onun əsl və kökünü İstəyir və hər şeyi Allahın istək, iradə və mərhəmətinə həvalə edirlər. Son ayədə ikinci dəstəyə (Allahdan həm dünya, həm də axirət neməti istəyənlərə) işarə edərək buyurur: "Onlar qazandıqlarından (və dualarından) nəsiblərini alacaqlar. Allah tez haqq-hesab çəkəndir".
Bu cümlə əvvəlki ayələrdə birinci dəstə barəsində deyilənlərin - "belələrinin axirətdə heç bir payı yoxdur" əksidir.
Bəziləri isə həmin ayənin hər iki dəstəyə aid olması ehtimalını vermişdir. Birinci dəstə dünya malından pay alır, ikinci dəstəyə isə həm dünya, həm də axirət xeyri çatır. Bu, “İsra" surəsinin 18-20-ci ayələrində də qeyd edilmişdir. Orada buyurulur:
"Hər kəs fani dünya həyatını istəsə, ondan yalnız istədiyimiz miqdarı istədiyimiz şəxsə verərik. Sonra isə Cəhənnəmi onlar üçün hazır edərik... Kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, sǝy (və zəhməti) mükafatlandırılar. Bu iki dəstənin hər birinə Rəbbinin nemətlərindən bəxş edirik..."
Lakin sözügedən ayələrlə birinci təfsir daha uyğundur.
Ayənin ərəbcə orijinalında işlənmiş (nəsib) sözünün qeyri- müəyyənlik halda işlədilməsinin səbəbi əzəmət ifadə etmək üçündür. "(qazandıqlarından) sözü həmin nəsibin azlığına işarə deyil. Çünki buradakı "min" şəkilçisinin hər hansı bir şeyin bir hissəsini ifadə etmək üçün deyil, başlanğıc üçün olması da mümkündür.
(mimma kəsəbu) ifadəsindəki (kəsəbə) sözü təfsirçilərin çoxunun nəzərincə, şəxsin dünya və axirət xeyri barəsində etdiyi duaya işarədir. Bəlkə də, bu ifadənin seçilməsinin səbəbi dua etməyin ən yaxşı ibadət və əməllərdən olduğu incəliyinə işarə etmək üçündür.
Qurani-Kərimdə (kəsəbə) və ondan yaranan sözlərin işləndiyi onlarla ayənin araşdırılmasından belə məlum olur ki, bu söz qeyri- fiziki işlər, yəni ruh və qəlbə aid işlər barəsində də işlənir. Buna "Bəqərə” surəsinin 225-ci ayəsini misal göstərmək olar:
"...lakin qəlblərinizin kəsb etdiyi şeylərə görə sizi cəzalandıracaqdır..."
Buna görə də duanın qazanılan və kəsb edilən olmasında təəccüblü heç nə yoxdur. Ona görə ki, həqiqi dua yalnız dil ilə deyil, insanın qəlbi və bütün vücudu ilə edilir.
Qeyd edilən ayənin sonundakı “Allah tez haqq-hesab çəkəndir" cümləsi Allah-taalanın bəndələrinin hesabını həm sürətlə çəkəcəyinə, həm də vəd etdiyi mükafat və cəzaları onlara tezliklə verəcəyinə işarədir. Onların hamısı nisyə və gecikmə ilə yox, nağd və tez baş verəcək. Hədislərin birində belə oxuyuruq: "Allah bütün yaradılmışların hesabını bir göz qırpımında çəkəcək". Bunun səbəbi Allahın elminin məxluqatın elmi kimi olmamasıdır. Məxluqatın elmi məhdud olduğu üçün o, bir məsələ ilə məşğul olduqda başqa bir məsələni unudur.
Bundan əlavə, Allahın haqq-hesab çəkmək üçün zamana ehtiyacı yoxdur. Çünki bizim əməllərimiz cismimizə və canımıza, hətta ətrafımızdakı varlıqlara, torpağa, havaya və digər əşyalara təsir edir. Bu baxımdan insanın vücudunu üzərində odometr olan və nə qədər yol qət etdiyini istənilən anda aydın şəkildə göstərən avtomobilə bənzətmək olar. Çünki həmin avtomobilin istehsal edildikdən indiyə kimi neçə kilometr yol getdiyini hesablamağa ehtiyac yoxdur və odometr hər şeyi aydın şəkildə göstərir.
Bəqərə surəsi, 203-cü ayə
وَاذْكُرُوا اللَّهَ فِي أَيَّامٍ مَعْدُودَاتٍ فَمَنْ تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلَا إِثْمَ عَلَيْهِ وَمَنْ تَأَخَّرَ فَلَا إِثْمَ عَلَيْهِ لِمَنِ اتَّقَى وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ .٢٠٣
Ayənin tərcüməsi
203\. Müəyyən günlərdə (zilhiccə ayının 11, 12 və 13-cü günlərində) Allahı yad edin. Kim tələssə və (Allahı) iki gündə (yad) etsə, onun üçün heç bir günah yoxdur. Kim yubansa (üç gündə yad etsǝ), (onun da) heç bir günahı yoxdur. (Bu,) çəkinənlər üçündür. Allah(ın əmrinə qarşı çıxmaq)dan çəkinin (təqvalı olun) və bilin ki, Onun hüzuruna toplanacaqsınız.
Ayənin təfsiri.
Həcc barəsində son söz.
Bu ayə burada həcc mərasimindən danışılan son ayədir. O, ata- baba və keçmişdəkilərlə əsassız öyünmək barəsindəki cahiliyyət adətlərini məzəmmət və (bayram mərasimindən sonra) Allahı yad etməyi tövsiyə edir. Buyurur: “Müəyyən günlərdə Allahı yad edin”.
Bu göstərişi öncə qeyd edilən ayələrlə birlikdə nəzərə aldıqda belə məlum olur ki, o, həcc mərasiminin sonlarına – zilhiccə ayının hədislərdə “əyyami-təşriq” (nur saçan günlər) adlandırılan on bir, on iki və on üçüncü günlərinə aiddir. Adından da məlum olduğu kimi, həmin günlər insanın ruh və cisminə işıq saçaraq onu nurlandırır.
“Həcc” surəsinin 28-ci ayəsində Allahın adının “məlum günlərdə”, burada isə "müəyyən günlərdə” yad edilməsi qeyd edilib. Məşhur nəzərə əsasən, "məlum günlər" ifadəsinin mənası zilhiccə ayının ilk on günü, "müəyyən günlər" isə yuxarıda qeyd edilən "təşriq günləri"dir. Lakin bəzi təfsirçilər başqa ehtimallar da irəli sürmüşlər. Onların izahı "Hǝcc" surəsinin 28-ci ayəsinin təfsirində qeyd ediləcək.
Allahın yad edildiyi həmin zikrlərin nədən ibarət olmasına gǝldikdə isə hədislərdə on beş namazın – qurban bayramı gününün zöhr namazından başlayıb zilhiccə ayının on üçüncü gününün namazına kimi – ardınca insanı ilhamlandıran bu cümlələrin təkrar-təkrar deyilməsi tövsiyə edilib:
"Allahu əkbəru Allahu əkbər, la ilahə illəllahu vǝllahu əkbər; və lillahil-həmd, Allahu əkbəru əla ma hǝdana, Allahu əkbəru əla ma rəzəqəna min bəhimətil-ənam".
Həmin göstərişin ardınca belə buyurur: “Kim tələssə və (Allahı) iki gündə (yad) etsə, onun üçün heç bir günah yoxdur. Kim yubansa (üç gündə yad etsə,) (onun da) heç bir günahı yoxdur. (Bu,) çəkinənlər üçündür”.
Bu ifadə Allahın iki və ya üç gündə yad edilməsində bir növ azadlığın olmasına işarədir.
Zahirən “(bu,) çəkinənlər üçündür” cümləsi tələsib iki gündə zikr edənlərə aiddir. Yəni iki günlə kifayətlənmək bu cür şəxslərə aiddir. Əhli-beytdən (ə) nəql edilmiş hədislərdə "çəkinmək" dedikdə ov etməkdən çəkinməyin nəzərdə tutulması qeyd edilmişdir. Yəni chramda olarkən ov etməkdən, ümumiyyətlə, ehramda haram olan işlərdən çəkinmiş şəxslər qurban bayramından sonra Minada iki gün qala, onun ayinlərini yerinə yetirə, Allahı yad edə bilərlər. Lakin onlardan çəkinməyən şəxslər üç gün qalmalı, həmin ayinləri yerinə yetirməli və Allahı yad etməlidirlər.”
Bəzilərinin nəzərincə, "heç bir günahı yoxdur" cümləsi zəvvarlardan bütün günahların inkar edilməsinə işarədir. Yəni onlar sonu bu zikrlərin deyilməsi olan həcc ayinlərini yerinə yetirdikdən sonra - kamil iman və ixlasa malik olduqları təqdirdə, qəlb və ruhlarından bütün keçmiş günahları və günahların qalıqları təmizlənir və onlar bu mərasimdən bütün çirkinliklərdən təmizlənmiş və pak qayıdırlar.
Bu söz öz-özlüyündə düz olsa da, ayənin zahiri birinci məna ilə daha uyğundur.
Ayənin sonunda təqva barədə ümumi bir göstəriş verərək buyurur: "Allah(ın əmrinə qarşı çıxmaq)dan çəkinin (təqvalı olun) və bilin ki, Onun hüzuruna toplanacaqsınız".
Yuxarıda qeyd edilən iki təfsirdən birinə əsasən, bu cümlə həcc mərasiminin keşmiş günahların təmizlənməsinə və insanın həmin mərasimdən sonra yeni doğulmuş uşaq kimi pak olmasına işarə ola bilər. Yəni diqqətli olun və ondan sonra yenidən özünüzü günah çirkabına bulaşdırmayın.
Bəqərə surəsi, 204-206-cı ayələr
وَمِنَ النَّاسِ مَنْ يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللَّهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ .٢٠٤
وَإِذَا تَوَلَّى سَعَى فِي الْأَرْضِ لِيُفْسِدَ فِيهَا وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ وَاللَّهُ لَا يُحِبُّ الْفَسَادَ .٢٠٥
وَإِذَا قِيلَ لَهُ اتَّقِ اللَّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالْإِثْمِ فَحَسْبُهُ جَهَنَّمُ وَلَبِئْسَ الْمِهَادُ .٢٠٦
Ayələrin tərcüməsi
204\. İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqında danışdığı sözlər səni heyrətə salır (zahirdə sənə sevgisini bildirir) və qəlbində olana Allahı şahid göstərir. Halbuki o, düşmənlərin ən qatısıdır.
205\. O, dönüb getdikdə (sənin yanından çıxıb gedən kimi) yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışır. (Halbuki bilir ki,) Allah fitnə-fəsadı sevmir.
Top 206. Ona: "Allahdan qorx!” – deyildiyi zaman (inadı çoxalır,) inad və təəssüb onu günaha sürükləyir. Ona Cəhənnəm kifayətdir. Ora nə pis yerdir!
Ayələrin nazilolma səbəbi.
Bu ayələrin nazilolma səbəbi iki cür nəql edilib:
1\. Bu ayələr Əxnəs ibn Şəriq barəsində nazil olub. O, gözəl simalı və xoş danışıqlı bir şəxs olub. O, zahirdə özünü Həzrət Peyğəmbəri (s) sevən şəxs kimi göstərər, müsəlman kimi qələmə verǝr, o Həzrəti (s) sevməsi və Allaha iman gətirməsi barədə and içərdi. Həzrət Peyğəmbərə (s) də insanlarla zahiri meyarlar əsasında davranmaq əmr olunduğu üçün onunla isti münasibət qurar, məhəbbət göstərərdi. Lakin o, batində münafiq idi və hətta bir hadisədə bəzi müsəlmanların əkin sahəsini yandırır, heyvanlarını öldürür. (Beləliklə, onun iç üzü məlum olur.) Həmin vaxt sözügedən ayələr nazil olur.
2\. Bəziləri İbn Abbasdan belə nəql ediblər: “Qeyd edilən ayələr İslam müharibələrinin birində (Rəci müharibəsində) nazil olub. Həmin vaxt Həzrət Peyğəmbər (s) tərəfindən Mədinənin ətraf bölgələrinə təbliğat üçün göndərilən təbliğatçıların bir dəstəsi namərdcəsinə hazırlanmış bir sui-qəsd nəticəsində şəhid olub.
Lakin birinci nazilolma səbəbi ayənin məzmunu ilə daha çox uyğun gəlir. Hər halda, bu ayələrdən çıxan dərslər ümumi, hamıya aid və həmişəlikdir.
Ayələrin təfsiri.
Yer üzündə fəsad törədənlərin aqibəti.
Birinci ayədə üstüörtülü şəkildə bəzi münafiqlərə işarə edərək buyurur: "İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqında danışdığı sözlər səni heyrətə salır (zahirdə sənə sevgisini bildirir) və qəlbində olana Allahı şahid göstərir. Halbuki o, düşmənlərin ən qatısıdır”.
Cala Ayənin ərəbcə orijinalında işlənmiş (ələdd) sözünün mənası “qatı düşmən”dir. Onun kökü "boyunun iki tərəfi" mənasını verən (lədid) sözüdür. O, hansı tərəfdən gəlməsindən asılı olmayaraq, düşmənə qalib gələn şəxs barəsində məcazdır. (xisam) sözünün məsdər mənası da var və onun mənası "düşmənçilik etmək”dir.
Sonrakı ayədə onun batini düşmənçiliyinin nişanəsi barədə belə buyurur: “O, dönüb getdikdə (sənin yanından çıxıb gedən kimi) yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışır. (Halbuki bilir ki,) Allah fitnə-fəsadı sevmir".
Bəli, Allah-taala onların işini belə faş edir və qəlblərində olanı Peyğəmbərə (s) xəbər verir. Əgər onlar İslam Peyğəmbərinə (s) və onun səhabələrinə izhar etdikləri sevgi və məhəbbətlərində səmimi olsaydılar, əsla belə bir iş görməz, əkin sahələrinə və heyvanlara qəddarlıqla hücum etməzdilər. Onlar zahirdə sevgi və məhəbbət göstərir, lakin batində rəhmsiz və qəddar düşməndirlər.
Təfsirçilərin çoxunun ehtimalına görə, ayənin ərəbcə orijinalındakı (iza təvəlla) ifadəsi “hökmranlıq etmək” mənasındadır. Yəni münafiqlər hökmranlıq etmək imkanı əldə etdikdə fəsad törətmək, dağıtmaq, Allahın bəndələri arasında zülm və haqsızlıq etməklə məşğul olur, abad yerlər onların zülm və sitəmi ilə viran qalır, heyvanlar məhv olur, insanların canı və malı bada gedir.
Ayənin ərəbcə orijinalında işlənmiş (hərs) sözünün mənası "ǝkin", (nəsl) sözünün mənası isə "övlad"dır. O, həm insanın, həm də insandan qeyrisinin övladı barəsində işlədilir. Buna görə də “hərs” və "nəsil"in məhv edilməsinin mənası bütün canlı varlıqları istər bitkilər olsun, istər heyvan, istərsə də insan məhv etməkdir.
"Hərs" və "nəsl" sözlərinin başqa təfsirləri də var. Məsələn, "qadınlarınız sizin tarlanızdır" ayəsini nəzərə alaraq bəziləri “hərs" sözündən məqsədin qadınlar, “nəsl” sözündən məqsədin isə “övlad” olduğunu deyiblər.
Bəziləri isə burada “hərs" dedikdə “din və ayin"in, “nəsl” dedikdə isə “insanlar”ın nəzərdə tutulduğunu deyib. (Bu təfsir "Məcməül- bəyan”da İmam Sadiqdən (ə) nəql edilmiş hədisə uyğundur.)
Hər halda, "əkinləri və nəsilləri məhv etməyə çalışır" cümləsi qısa və dolğun ifadədir və o, cəmiyyətdə mal və insanlar barəsində törədilən fəsada şamil olunur.
Sonra buyurur: “Ona: “Allahdan qorx!" - deyildiyi zaman (inadı çoxalır,) inad və təəssüb onu günaha sürükləyir”.
O, nə öyüd verənlərin nəsihətinə, nə də ilahi xəbərdarlıqlara qulaq asır. Beləcə, davamlı şəkildə qürur və lovğalıqla nalayiq işlərini artırır. Beləsini Cəhənnəm odundan başqa heç nə ram etməz. Buna görə də ayənin sonunda buyurur: “Ona Cəhənnəm kifayətdir. Ora nə pis yerdir”.
Bu, münafiqlərin çirkin və yaramaz xüsusiyyətlərindən biridir. Onlar təəssübkeşlik, mənasız inadkarlıq və kobudluq nəticəsində heç bir həqiqətə təslim olmurlar. Bu təəssübkeşlik və məğrurluq onları ən pis günaha sövq edir. Şübhəsiz ki, bu “əyri çubuqlar"ı Cəhənnəm odundan başqa heç nə düzəldə bilməz.
Bəzi təfsirçilərin nəzərincə, Allah-taala yuxarıdakı ayədə bu şəxsləri beş xüsusiyyətlə təsvir edib:
1\. Aldadıcı sözlər danışarlar.
2\. Qəlbləri çirk və zülmət içindədir.
3\. Ən qəddar düşməndirlər.
4\. Fürsət tapdıqda nə insanlara rəhm edirlər, nə də heyvan və ǝkinlərə.
5\. Məğrurluq və lovğalıqdan heç bir öyüd verənin nəsihətini qəbul etmirlər.
Bəqərə surəsi, 207-ci ayə
وَمِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ .٢٠٧
Ayənin tərcüməsi
207\. İnsanların bəzisi Allahın razılığını qazanmaq üçün öz canını (Ona) fəda edər. (Həzrət Əli (ə) kimi hicrət gecəsi Peyğəmbərin (s) yerində yatmaqla iman və fədakarlıq nümayiş etdirir, Allah rizası üçün öz canından keçir). Allah Öz bəndələrinə qarşı mehribandır.
Ayənin nazilolma səbəbi.
Məşhur əhli-sünnə təfsirçisi Sələbi yazır: "Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət etmək qərarına gəldikdə borclarını və yanına qoyulmuş əmanətləri qaytarmaq üçün Əlini (ə) öz canişini təyin etdi. O Həzrət (s) gecə Saur mağarasına getmək istədikdə həmin vaxt müşriklər onun evini mühasirəyə alıb hücum etməyə hazırlaşırdılar Əliyə onun yatağında yatmaq və ona məxsus yaşıl rəngli parçanı (“bürdi-həzrəmi”ni) başına çəkmək göstərişini verdi. Həmin vaxt Allah-taala Cəbrail və Mikailə belə vəhy etdi:
"Mən sizi bir-birinizə qardaş edir, birinizin ömrünü digərindən uzun edirəm. Sizdən hansı biriniz fədakarlıq göstərib digərinin ömrünün özününkündən artıq olmasına razıdır?" Onların heç biri digərinin ondan daha artıq yaşamasına razı olmadı.
Bu zaman onlara vəhy edildi ki, indi Əli Peyğəmbərin yatağında yatıb və öz canını ona fəda etməyə hazırlaşıb. Yerə enin və onu qoruyun. Cəbrail Əlinin (ə) başının üst tərəfində, Mikail isə ayağının alt tərəfində oturdu. Həmin vaxt Cəbrail belə dedi: "Bəh-bəh! Əhsən sənə ey Əli! Allah səninlə mələklərə öyünüb”.
Həmin vaxt sözügedən ayə nazil oldu. Bu səbəbdən həmin tarixi gecə "Leylətül-məbit" adlandırılıb.
İbn Abbas belə nəql edib: "Bu ayə Peyğəmbərin (s) müşriklərdən uzaqlaşıb mağaraya getdiyi gecə o Həzrətin (s) yatağında yatmış Əli (ə) barəsində nazil olub".
Əbu Cəfər İskafi belə yazır: “Əlinin (ə) Həzrət Peyğəmbərin (s) yatağında yatma hadisəsi mütəvatir şəkildə sübut olunub və onu qeyri-müsəlman və ağıldan yüngül adamlardan başqa heç kəs inkar etməz”.
Ayənin təfsiri.
Tarixi hicrət gecəsində böyük fədakarlıq.
Ayənin nazilolma səbəbində də qeyd edildiyi kimi, sözügedən ayə Həzrət Peyğəmbərin (s) hicrət hadisəsi və Əlinin (ə) fədakarlıq göstərərək o Həzrətin yatağında yatması barədə nazil olsa da, Quranın digər ayələri kimi onun da mənası geniş və ümumidir. Əslində, o, əvvəlki ayələrdə münafiqlər barəsində qeyd edilənlərin tam əksidir. Buyurur: "İnsanların bəzisi Allahın razılığını qazanmaq üçün öz canını (Ona) fəda edər. Allah Öz bəndələrinə qarşı mehribandır".
Əvvəlki ayələrdə qeyd olunan şəxslər eqoist, xudpəsənd, tərs, inadkar və ikiüzlülüklə camaatın arasında özlərinə hörmət qazanmaqla məşğul olan insanlar idi. Onlar zahirdə özlərini mömin və xeyirxah insan kimi göstərsələr də, əməlləri sözlərinin batinini ifşa edirdi. Çünki onların fəsad törətməkdən, əkin və nəsilləri məhv etməkdən başqa bir işi yox idi. Lakin bu ayədə qeyd olunan şəxslər yalnız Allahla "alver edir” və yalnız Onun razılığını qazanmaq üçün əllərində olan hər şeyi, hətta canlarını da Ona fəda edirlər. Onların fədakarlığı ilə din və dünyanın işləri qaydasına düşür, haqq yaşayır və bərqərar olur, insanların həyatı gözəlləşir və İslam “ağac”ı məhsuldarlaşır.
Əvvəlki ayədəki “ona Cəhənnəm kifayətdir. Ora nə pis yerdir!" cümləsinin əksi olan "Allah Öz bəndələrinə qarşı mehribandır" cümləsi bu mənaya işarə ola bilər ki, insana canı bəxş edən Allah olsa da, O, həmin canı insandan satın alır və bunun müqabilində insana ən böyük qiymət olan razılığını əta edir.
Qeyd etmək lazımdır ki, burada "satıcı" insan, “alıcı” Allah, "satılan mal" can, “ödənilən qiymət" isə O pak zatın razılığıdır. Halbuki başqa yerlərdə bu cür “alqı-satqı"nın qarşılığı əbədi Cənnət və Cəhənnəmdən qurtuluş olaraq göstərilmişdir. Məsələn, buyurur:
"Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərdən canlarını və mallarını Cənnət müqabilində satın almışdır..."
Bəlkə də, elə bu səbəbdən sözügedən ayə "bəzi" mənası ifadə edən (min) şəkilçisi (“insanların bəzisi” ifadəsi) ilə başlayır. Yəni insanların yalnız bəzisi belə bir qeyri-adi işi görmək və öz canını qurban vermək müqabilində Allahın razılığına ümid etmək qüdrətinə malikdir. Lakin "Tövbə” surəsinin yuxarıda qeyd edilən 111-ci ayəsində bütün möminlər əbədi Cənnət qarşılığında Allahla “alver" etməyə dəvət ediliblər.
"Allah Öz bəndələrinə qarşı mehribandır" cümləsinin təfsiri və onun ayənin əvvəli ilə əlaqəsi barəsində də belə bir ehtimal var ki Allah-taala insanlar arasında belə fədakar və vəfalı insanların olmasının Onun bəndələrə lütf və mərhəmətindən qaynaqlandığını bəyan etmək istəyir. Çünki cəmiyyətdə belə insanlar olmazsa, din va cəmiyyətin sütunları süstləşər. Lakin mehriban olan Allah Öz fədakar dostlarının vasitəsi ilə düşmən təxribatının qarşısını alır.
Bu ayənin ətraflı izah edilən nazilolma səbəbini nəzərə aldıqda Əlinin (ə) islami mənbələrin əksəriyyətində qeyd edilmiş ən böyük fəzilətlərindən olduğu məlum olur. Hədislərin birinə əsasən, Əli (ə) ilə qatı düşmən olan Müaviyə onun bu fəzilətindən çox narahat olub va Səmurǝ ibn Cündəbə yalançı hədis uyduraraq həmin ayənin Əlinin qatili Əbdürrəhman ibn Mülcəm barəsində nazil olduğunu deməsi üçün dörd yüz min dirhəm təklif edib. Həmin münafiq də qeyd edilən məbləğə həvəslənərək bu işi görüb və o məzmunda hədis uydurub. Lakin həmin uydurma hədisi heç kəs, hətta bir nəfər də olsun qəbul etməyib.
Bəqərə surəsi, 208-209-cu ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَافَّةً وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ .٢٠٨
فَإِنْ زَلَلْتُمْ مِنْ بَعْدِ مَا جَاءَتْكُمُ الْبَيِّنَاتُ فَاعْلَمُوا أَنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ .٢٠٩
Ayələrin tərcüməsi
208\. Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın izi ilə getməyin, çünki o, sizin açıq-aydın düşməninizdir.
209\. Əgər sizə (bu qədər) aydın nişanələr gəldikdən sonra yenə də doğru yoldan azsanız, o zaman bilin ki, (Allahın ədalətindən qaça bilməyəcəksiniz). Çünki Allah qüdrətli və hikmətlidir.
Ayələrin təfsiri.
İslam sülh və səmimiyyət dinidir.
Bundan əvvəlki ayələrdə iki dəstəyə (çox xalis möminlər və fəsad törədən münafiqlərə) işarə etdikdən sonra möminlərə xitab edərək buyurur: "Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin!"
Ayənin ərəbcə orijinalında işlənmiş (silm) (və (səlam) sözünün leksik mənası "sülh və sakitlik"dir. Bəziləri onu “itaət” mənasında təfsir ediblər. Bu ayə bütün imanlı şəxsləri sülhə və Allahın əmri qarşısında təslim olmağa dəvət edir. Bu ayənin mənasından belə məlum olur ki, sülh və sakitlik ancaq iman sayəsində mümkün ola bilər. Yalnız maddi qanunlara istinad etməklə dünyadan əmniyyətsizlik və gərginliyi yox etmək mümkün deyil. Çünki maddi aləm və maddiyyata meyil həmişə çəkişmə və toqquşmaların yaranmasına səbəb olur və əgər insanı mənəvi iman gücü idarə etməsə, sülhün yaranması mümkün deyil.
Bu ayənin dil, irq, coğrafi bölgə və ictimai sinfindən asılı olmayaraq, istisnasız bütün möminləri sülh və səmimiyyətə dəvət etməsindən belə məlum olur ki, Allaha iman sayəsində hər yerdə sülhü bərqərar edəcək vahid cahanşümul hökumətin qurulması mümkündür. Ümumiyyətlə, parçalanma amilləri (dil, irq və sairə) qarşısında insanların qəlbini bir-birinə bağlayacaq möhkəm birləşdirici halqaya ehtiyac var. Həmin birləşdirici halqa yalnız Allaha imandır və o, bu parçalanma və ixtilafların fövqündə durur. Allaha iman və Onun əmrləri qarşısında təslim olmaq insan cəmiyyətinin vəhdət nöqtəsi, müxtəlif qövm və xalqların birlik simvoludur. Onun bariz nümunəsini həcc mərasimində görmək olar. Orada fərqli irqə mənsub, müxtəlif dillərdə danışan, ayrı-ayrı tafya və coğrafi bölgələrə mənsub insanlar qardaş kimi bir-birinin yanında dayanır, o böyük mənəvi mərasimdə iştirak edir və bir-birinə sülh və səmimiyyətlə yanaşırlar. Əgər biz bunu Allaha imanın mövcud olmadığı və insanların can, mal, abır və namusunun təhlükədə olduğu ölkələrə hakim olan sistemlərlə müqayisə etsək, imanı olan cəmiyyətlərlə imansız cəmiyyətlər arasında sülh, asayiş və sakitlik baxımından nə qədər böyük fərqin olduğunu aydın şəkildə görərik.
Bu #### Ayənin təfsiri barəsindəki ehtimallardan biri də onun İslamı qəbul etmiş, lakin öz əvvəlki etiqad və proqramlarını davam etdirən kitab əhlinə (yəhudi və xaçpərəstlərə) aid olmasıdır. Yəni İslama bütün vücudları ilə daxil olmaları və onun bütün göstərişləri ayǝ onlara qarşısında təslim olmaq göstərişini verir.
Daha sonra buyurur: "Şeytanın izi ilə getməyin, çünki o, sizin açıq-aydın düşməninizdir”.
Bu surənin 168-ci ayəsində də qeyd etdiyimiz kimi, sapıntılar və şeytani vəsvəsələrin çoxu tədrici baş verir və hər bir mərhələ şeytanın addımlarından biridir.
Ayənin ərəbcə orijinalında işlənmiş (xutuvat) sözü (xutvət) sapmanın, düşmənçilik, ədavət, müharibə amillərinin qarşısında təslim olmanın sadə və kiçik mərhələlərdən başlayıb sonda təhlükəli mərhələlərə çatması burada da təkrar edilib. Məşhur ərəb zərbi-məsəlində - "müharibənin başlanğıcı bir şillədir" deyildiyi kimi, bəzən ədavət üzündən edilən kiçik hərəkət dağıdıcı bir müharibə alovunun şölələnməsinə səbəb olur. Buna görə də gərək bu ayənin xitab etdiyi imanlı şəxslər ayıq-sayıq olsunlar, kiçik ədavət və düşmənçilik qığılcımlarını əvvəldən söndürsünlər.
Qeyd etmək lazımdır ki, bu ifadə Quranda beş dəfə təkrar edilib və müxtəlif yerlərdə ona təkid edilib.
Bəzi təfsirçilər belə nəql edib: "Abdullah ibn Salam və onun yəhudi dostları İslamı qəbul etdikdən sonra Həzrət Peyğəmbərdən (s) namazda Tövratı oxumaq və onun bəzi göstərişlərinə əməl etmək icazəsi istəyiblər. Lakin yuxarıdakı ayə nazil olaraq onları şeytanın izi ilə getməkdən çəkindirib".
Bu nazilolma səbəbindən də şeytanın insana addım-addım nüfuz etməsi məlum olur. Buna görə də ilk addımdan onun qarşısında dayanmaq lazımdır ki, iş daha çətin mərhələlərə gedib çıxmasın.
"O, sizin açıq-aydın düşməninizdir” cümləsi tutarlı və aydın bir əsaslandırmanı ehtiva edir. Demək istəyir ki, şeytanın sizinlə olan düşmənçiliyi gizli bir şey deyil. O, Adəmin yaradılışının əvvəlindən onunla düşmənçilik edib və nüfuz edə bilmədiyi ixlaslı və seçilmiş bəndələrdən başqa hamını azdıracağına and içib. Belə olan halda, siz onun vəsvəsələrinə necə təslim olursunuz?!
Sonrakı ayədə möminlərə xəbərdarlıq edir: "Əgər sizə (bu qədər) aydın nişanələr gəldikdən sonra yenə də doğru yoldan azsanız (şeytanın vəsvəsələrinə tabe olub sülh və asayiş əleyhinə addım atsanız), o zaman bilin ki, (Allahın ədalətindən qaça bilməyəcəksiniz). Çünki Allah qüdrətli və hikmətlidir”.
Proqram məlum, yol aydın, məqsəd bəllidir. Bütün bunlardan sonra büdrəməyə və şeytanın vəsvəsələrini qəbul etməyə heç bir əsas yoxdur. Əgər yolunuzu azsanız, şübhəsiz, günahkar özünüzsünüz Buna görə də bilin ki, qüdrət və hikmət sahibi olan Allah sizi ədalətlə mühakimə edəcək.
Ayənin ərəbcə orijinalında işlənmiş (bəyyinat) sözünün mənası “aydın dəlillər”dir. Onun mənası genişdir və o, həm əqli dəlilləri, həm də vəhy və ya möcüzə yolu ilə insanlara bəyan edilən dəlilləri ehtiva edir.
Bəqərə surəsi, 210-cu ayə
هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ يَأْتِيَهُمُ اللَّهُ فِي ظُلَلٍ مِنَ الْغَمَامِ وَالْمَلَائِكَةُ وَقُضِيَ الْأَمْرُ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ .٢١٠
Ayənin tərcüməsi
210\. Yoxsa (şeytanın izi ilə gedənlər bu qədər aydın nişanələrdən sonra) Allah və mələklərin bulud kölgəsində onlara doğru gəlməsini (və yeni dəlillər göstərməsini) gözləyirlər? (Halbuki bu, mümkün deyil.) Bütün işlər görülmüşdür və şübhəsiz ki, bütün İşlər Allaha qaytarılacaqdır.
Ayənin təfsiri.
Yersiz və məntiqsiz istək.
Bu ayə Quranın mürəkkəb ayələrindən biri kimi görünsə də, onun ifadələrinə diqqət etdikdə qaranlıq məqamlar aradan qalxır. Ayə Həzrət Peyğəmbərə (s) xitab edir. Əvvəlki ayələrdə buyuruldu ki, məgər insanın sapmasının qarşısını almaq və onun açıq-aydın düşmənin, yəni şeytanın əlindən xilas olması üçün bu qədər aydın nişanə və dəlil kifayət etmir?! Onun ardınca Allah-taala bu ayədə belə buyurur: "Yoxsa (şeytanın izi ilə gedənlər bu qədər aydın nişanələrdən sonra) Allah və mələklərin bulud kölgəsində onlara doğru gəlməsini (və yeni dəlillər göstərməsini) gözləyirlər”.
Halbuki bu, mümkün deyil, hətta mümkün olsa belə, buna ehtiyac yoxdur.
“Bütün işlər görülmüşdür”.
Görəsən, "işlərin görülməsi" deyəndə nə nəzərdə tutulur? Mərhum Təbrisi "Məcməül-bəyan" kitabında onun mənasının "Qiyamətdə insanların hesabının sona çatması və Cənnət əhlinin Cənnətdə, Cəhənnəm əhlinin isə Cəhənnəmdə məskunlaşması" olduğunu qeyd edib. Bu baxımdan o, axirətə aid olur. Lakin ayənin zahiri bu dünyaya aiddir. Buna görə də, ola bilər ki, o, inadkar kafirlərə əzabın nazil olmasına işarə olsun. Buna bir ehtimal kimi Təbərsi və başqaları da toxunub. Ola da bilər ki, o, əvvəlki ayədə (bəyyinat) adı ilə qeyd edilən təbliğat işinin sona çatmasına və bütün həqiqətlərin bəyan edilməsinə işarə olsun. Belə olan halda, onların istəyi mənasız olur, hətta Allah və mələklərin onların yanına gəlməsinin mümkün olduğunu fərz etsək belə, ona ehtiyac qalmır. Çünki onlara doğru yola gəlmələri üçün kifayət qədər dəlillər təqdim edilib. Bu təfsirə əsasən, ayədə heç bir əlavə söz və ibarənin fərz edilməsinə ehtiyac yoxdur və bu mənanı ayənin mövcud sözləri də ifadə edir. Buna görə də ayədə olan sual ritorik sualdır.
Lakin bəzi təfsirçilər ayədəki sualı ritorik sual hesab etmir və onu günahkarlar və şeytana tabe olanlar üçün bir növ təhdid - həmin təhdidin axirət və ya dünya əzabına aid olmasının fərqi yoxdur - hesab edirlər. Buna görə də onlar ayənin ərəbcəsində (Allah) sözündən əvvəl (əmr) sözünü fərz ediblər və belə olan təqdirdə, ayənin ümumi mənası belə olur: "Yoxsa onlar bu işləri ilə Allahın əmrinin və mələklərin onlara cəza və əzab verməyə gəlməsini, dünya və ya axirət əzabına düçar olmaq və işlərinin sona çatmasını istəyirlər?!"
Lakin öncə qeyd edilən təfsir daha münasib görünür və onda hansısa əlavə sözün fərz edilməsinə də ehtiyac yoxdur.
Xülasə, bu ayə barəsində üç təfsir var:
1\. Allah kifayət qədər dəlil-sübut təqdim edib. Buna görə də inadkar şəxslər Allah və mələklərin onların yanına gəlməsini və həqiqətləri onlara bəyan etməsini gözləməməlidirlər. Bu, qeyri- mümkün işdir, hətta mümkün olsaydı belə, ona ehtiyac yox idi.
2\. Məgər onlar iman gətirməməkdə göstərdikləri bu inadkarlıqla ilahi əzab əmrinin və əzab mələklərinin gəlməsini və onları məhv etməsini gözləyirlər?!
3\. Məgər onlar gördükləri bu işlə Qiyamətin bərqərar olmasını, mələklərin müşayiəti ilə əzab əmrinin gəlməsini, hesablarının çəkilməsini və öz cəzalarını almalarını gözləyirlər?!'
Təfsirçilərin əksəriyyətinin nəzərincə, iki və üçüncü təfsirə əsasən, “bulud kölgəsində” ifadəsi ilahi əzabın bulud kimi qəfildən onların başının üstünü almasına işarədir. İnsan bulud görəndə ondan rəhmət yağışının yağmasını gözlədiyi halda, şimşək və digər şəkillərdə əzabın nazil olması onun üçün daha ağrılıdır. (Əvvəlki qövmlərdən bəzisinin əzabı da buludlardan nazil olan şimşək şəklində olub.)
Lakin birinci təfsirə əsasən, o, kafirlərin xurafat etiqadına da işarə ola bilər. Onlar Allahın bəzən başının üstündə bulud olan halda göydən yerə endiyini düşünürdülər.
Ayənin sonunda buyurur: “Və şübhəsiz ki, bütün işlər Allaha qaytarılacaqdır”.
Hesab çəkmək, cəzalandırmaq və mükafat vermək Ona aid olduğu kimi, Peyğəmbərlərin göndərilməsi, səma kitablarının nazil edilməsi və həqiqətlərin bəyan edilməsinə aid bütün işlər də Ona qayıdır.
İncəlik:
Allahı görmək qeyri-mümkündür.
Hissiyyata əsaslanan müşahidə yalnız rəng, məkan və yeri olan cisimlər barəsində baş verə bilər. Buna görə də Allahın məkan və zamanın fövqündə duran pak zatı barəsində belə bir müşahidənin baş verməsi mümkünsüzdür. Onun pak zatı bu gözlə nə bu dünyada görünəcək, nə də axirətdə. Bu məsələnin əqli dəlilləri o qədər aydındır ki, bizim onu izah etməyimizə ehtiyac qalmır. Lakin buna baxmayaraq, təəssüf ki, əhli-sünnə alimlərinin bəzisi bəzi zəif hədislərə və mütəşabih ayələrə istinad edərək Allahın bu gözlə Qiyamətdə görünəcəyinə təkid edir. Yəni Allah cisim qəlibinə daxil olacaq, rəng və məkana malik olacaq. Onlar bəzən sözügedən ayənin həmin mənaya dəlalət etdiyini deyirlər. Bəlkə də, onlar həmin təsəvvürdən hansı fəsad və problemlərin doğmasına diqqət etmirlər.
Əlbəttə, Allahı qəlb gözü ilə həm bu dünyada, həm də axirətdə görmək mümkündür. Onun pak zatının daha aydın və güclü təzahür edəcəyi Qiyamət aləmində bu müşahidə daha güclü olacaq. İmam Sadiqdən (ə) nəql edilən hədislərin birində o Həzrətin (ə) "Allah Qiyamətdə gözlə görünəcəkmi?" sualına belə cavab verməsini oxuyuruq: "Allah bundan pak və uzaqdır, çox pak və uzaqdır". O Həzrət (ə) daha sonra buyurur:
“Gözlər yalnız rəng və keyfiyyəti olan şeyi görür, halbuki Allah rəng və keyfiyyətləri yaradandır"?
Bəqərə surəsi, 211-ci ayə
سَلْ بَنِي إِسْرَائِيلَ كَمْ آتَيْنَاهُمْ مِنْ آيَةٍ بَيِّنَةٍ وَمَنْ يُبَدِّلْ نِعْمَةَ اللَّهِ مِنْ بَعْدِ مَا جَاءَتْهُ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ .٢١١
Ayənin tərcüməsi
211\. İsrail oğullarından soruş ki, Biz onlara nə qədər aydın nişanələr (nemət) verdik. Allahın neməti verildikdən sonra onu dəyişdirənlər (yanlış yolda istifadə edənlər ağır ilahi əzabla cəzalandırılacaqlar). Allahın əzabı ağırdır.
Ayənin təfsiri.
Nemətin əzaba çevrilməsi.
Əslində, bu ayə əvvəlki ayələrin nümunələrindən biridir. Çünki əvvəlki ayələrdə mömin, kafir və münafiqlərdən danışılırdı. Həmin kafirlər inadkarlıq nəticəsində ilahi nişanə və dəlillər qarşısında özlərini görməzliyə vurur, müxtəlif bəhanələr gətirirdilər. İsrail oğulları bu mənanın ən bariz nümunələrindəndir. Buyurur: "İsrail oğullarından soruş ki, Biz onlara nə qədər aydın nişanələr (nemət) verdik”.
Lakin onlar həmin aydın nişanələr qarşısında özlərini görməzliyə vurur, Allahın nemətlərini yanlış yollara sərf edirdilər. Onun ardınca buyurur: “Allahın neməti verildikdən sonra onu dəyişdirənlər (yanlış yolda istifadə edənlər ağır ilahi əzabla cəzalandırılacaqlar). Çünki Allahın əzabı ağırdır”.
“Nemətin dəyişdirilməsi” dedikdə insanın malik olduğu maddi- mənəvi nemətlərdən yanlış və günah yolda istifadə etməsi nəzərdə tutulur. Allah-taala İsrail oğullarına müxtəlif nemətlər - böyük peyğəmbərlər, qüvvətli rəhbərlər, geniş maddi imkan verib. Lakin onlar nə həmin ilahi tərbiyəçilərdən bəhrələniblər, nə də maddi nemətlərdən düzgün istifadə ediblər. Beləliklə, onlar neməti dəyişdiriblər. Və bu sabab dünyada sərgərdan qalıblar, Qiyamətdə də onları ağrılı bir əzab gözləyir. “İsrail oğullarından soruş” göstərişinin verilməsi həm İsrail oğullarına bunları etiraf etdirmək, həm müsəlmanlara ibrət olması, həm də Allahın nemət və bəxşişlərindən düzgün istifadə etməyənlərə xəbərdarlıq məqsədi daşıyır.
Nemətin dəyişdirilməsi və onun acı taleyini yaşamaq yalnız İsrail oğullarına aid deyil. Bunu edən istənilən qövm və xalq həm bu dünyada, həm də axirətdə Allahın əzabına düçar olacaq.
Texnoloji inkişafa nail olmuş müasir dünya da bu böyük bədbəxtliyə düçar olub. Çünki Allah-taala bu gün insana tarixin heç bir dövründə misli görünməmiş nemət, bəxşiş və imkanlar nəsib edib. Lakin bəşəriyyət peyğəmbərlərin ilahi təlimlərindən uzaq düşdüyü üçün “nemətin dəyişdirilməsi” bədbəxtliyinə düçar olub. Həmin nemət və imkanlardan özünün məhvi, yaxud dünyada zülm, istismar və müstəmləkəçiliyin genişlənməsi istiqamətində istifadə edir, onunla dünyanı viran qoyacaq dağıdıcı silahlar istehsal edir və dünyanı bütün cəhətlərdən əmniyyətsiz bir məkana çevirir.
Allahın bu ayədə qeyd edilən "nemət"i ilahi ayələrə, “onun dəyişdirilməsi” isə onların təhrif edilməsinə də işarə ola bilər. Yaxud o, daha geniş məna daşıya və ilahi imkan və bəxşişlərə də şamil ola bilər. İkinci məna daha üstündür.
Bəqərə surəsi, 212-ci ayə
زُيِّنَ لِلَّذِينَ كَفَرُوا الْحَيَاةُ الدُّنْيَا وَيَسْخَرُونَ مِنَ الَّذِينَ آمَنُوا وَالَّذِينَ اتَّقَوْا فَوْقَهُمْ يَوْمَ الْقِيَامَةِ وَاللَّهُ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ .٢١٢
Ayənin tərcüməsi
212\. Dünya həyatı kafirlər üçün zinətləndirilmişdir. (Buna görə də onlar bəzən yoxsul olan) iman gətirənləri ələ salırlar. Halbuki təqvalılar Qiyamət günü onlardan üstündürlər. (Çünki gerçək dəyərlər orada üzə çıxacaq.) Allah istədiyi kəsə saysız-hesabsız ruzi verir.
Ayənin nazilolma səbəbi.
Məşhur təfsirçi İbn Abbas belə yazır: “Bu ayə zadəgan təbəqəsi və Qüreyş başçıları barəsində nazil olub. Rifah içərisində yaşayan bu şəxslər İslamın ilk dövrünün Əmmar, Bilal və sairə kimi maddi baxımdan kasıb və yoxsul olan həqiqi möminlərini ələ salır və deyirdilər ki, əgər Peyğəmbər böyük şəxsiyyət olsaydı və Allah tǝrǝfindən göndərilsəydi, zadəgan və böyüklər onun ardınca gedərdilər. Həmin vaxt bu ayə nazil oldu və onların əsassız sözlərinə cavab verildi.
Ayənin təfsiri.
Dünyapǝrǝst kafirlər.
Öncə qeyd edilən nazilolma səbəbində bu ayənin xudposend Qüreyş zadəganları barəsində nazil olması deyilsə də, ondan ümumi bir qayda çıxarılmasında və ya onun yəhudilər barəsindəki əvvəlki ayənin təkmilləşdiricisi olmasını deməkdə heç bir problem yoxdur. Ayə buyurur: “Dünya həyatı kafirlər üçün zinətləndirilmişdir”.
Buna görə də onlar məğrurluq badəsindən məst olub “(yoxsul) iman gətirənləri ələ salırlar. Halbuki təqvalılar Qiyamət günü onlardan üstündürlər”.
Bunlar Cənnətin ən üstün yerində, onlar isə Cəhənnəmin ən aşağı qatındadırlar. Çünki axirətdə mənəvi məqamlar gerçək şəkildə təcəssüm edəcək və möminlər yüksək məqamlarda qərar tutacaqlar. Onlar sanki göydə seyr edəcək, bunlar isə yerin dərinliyinə batacaqlar. Bu, təəccüblü deyil: “(Çünki gerçək dəyərlər orada üzə çıxacaq.) Allah istədiyi kəsə saysız-hesabsız ruzi verir".
Bu, yoxsul möminlər üçün müjdə və xatircəmlik amili, lovğa və imansız zənginlər üçün xəbərdarlıq və təhdiddir.
Ola bilər ki, son cümlə Allahın möminlərə gələcəkdə saysız- hesabsız ruzi verəcəyinə işarə olsun. İslamın inkişafı ilə bu, sonradan gerçəkləşdi də.
Allahın möminlərə hesabsız ruzi verməsi verilən mükafatların və ilahi bəxşişlərin bizim əməllərimiz qədər olmamasına, Onun lütf və mərhəmətinə uyğun olmasına işarədir. Allahın lütf və mərhəmətinin həddi-hüdudu yoxdur.
İncəlik:
Dünyanın bər-bəzəyinə aldanmış və baxış bucaqları maddiyyatdan o tərəfə keçməyən imansız və dünyapərəst şəxslər maddi imkanı bütün dəyərlərin ölçü meyarı hesab edirlər. Buna görə də bu məhdud və xəstə təfəkkür sahibləri sərvəti olmayan kəslərə şəxsiyyət kimi baxmırlar, onları ələ salırlar. Onlardan fərqli olaraq, "bir ovuc torpağ"a etina etməyən iman sahibləri mənəvi dəyərlər müqabilində maddi dəyərlərə əhəmiyyətsiz yanaşır və onlara oyuncaq kimi baxırlar. Hətta həmin şəxslərin maddi nemətlərin arxasınca getməsi də maddi dünya nemətlərinin arasında axirət axtarmaları məqsədi daşıyır.
Burada cavab verilməsinə ehtiyac olan suallardan biri də ayədəki məchul (zuyyinə) (zinətləndirilmişdir) feilinin mənasının nə olması, bu zinətləndirmənin kim tərəfindən baş verməsidir. Kafirlərin gözündə dünya həyatını kim zinətləndirib? Bu sualın cavabını kitabın bu cildində, "Ali-İmran" surəsinin 14-cü ayəsində oxuya bilərsiniz.
Bəqərə surəsi, 213-cü ayə
كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللَّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنْذِرِينَ وَأَنْزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُوا فِيهِ وَمَا اخْتَلَفَ فِيهِ إِلَّا الَّذِينَ أُوتُوهُ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ فَهَدَى اللَّهُ الَّذِينَ آمَنُوا لِمَا اخْتَلَفُوا فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ وَاللَّهُ يَهْدِي مَنْ يَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ .٢١٣
Ayənin tərcüməsi
213\. İnsanlar (başlanğıcda) tək bir ümmət idilər. (Onların arasında ziddiyyət yox idi. Zaman keçdikcə cəmiyyətlər, təbəqələr yarandı və onların arasında ixtilaf və ikitirəlik əmələ gəldi. Belə olduqda) Allah onlara müjdə verən və onları qorxudan peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün peyğəmbərlərlə birlikdə haqqa dəvət edən kitab nazil etdi. (İman gətirənlər onda ixtilafa düşmədilər). Yalnız (kitab) verilənlər və aşkar nişanələr göstərilənlər haqdan yayındıqları və zülm etdikləri üçün ixtilafa düşdülər. Allah iman gətirənləri Öz əmri ilə ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi. (İman gətirməyənlər isə azğınlıq və ixtilafda qaldılar.) Allah istədiyini düz yola yönəldir.
Ayənin təfsiri.
Vəhdətə qovuşmağın yolu.
Əvvəlki ayələrdə mömin, münafiq və kafirlərin vəziyyəti bəyan edildikdən sonra bu ayədə din və məzhəbin yaranması, onun məqsəd və müxtəlif mərhələləri barədə əsaslı, ümumi və geniş bir məsələyə toxunulur. Əvvəl buyurur: "İnsanlar (başlanğıcda) tək bir ümmət idilər"!
Həmin vaxt onların arasında ziddiyyət yox idi, bəşəriyyətin həyatı və cəmiyyətin quruluşu sadə idi, fitrətlər korlanmamışdı, nəfsi istək, fikir ayrılığı və çəkişmə amilləri cüzi idi. Onlar öz fitrətlərinin əmri ilə Allaha ibadət edir, Onun qarşısında öz sadə vəzifələrini yerinə yetirirdilər. (Bu, insanaların həyatının ilk mərhələsi olub və ehtimala görə, Həzrət Adəm (ə) ilə Həzrət Nuhun (ə) arasındakı dövrü əhatə edib.)
Daha sonra insanların həyatı ictimai şəkil alıb. Bu, belə də olmalı idi. Çünki insan təkamül üçün yaradılıb və onun təkamülü cəmiyyət daxilində mümkündür. (Bu, insan həyatının ikinci mərhələsi olub.)
Lakin cəmiyyət yaranandan sonra həm iman, etiqad və əməl, həm də cəmiyyətdə hər bir kəs və dəstənin haqq və hüququnun müəyyənləşdirilməsi baxımından ixtilaf və ziddiyyətlər yaranıb. Bu mərhələdə insanlar müxtəlif sahələrdəki ixtilafları həll etmək üçün qanun və ilahi təlimlərə, peyğəmbərlərin yol göstərməsinə möhtac olublar. (Bu, üçüncü mərhələ olub.)
Buna görə də buyurur: "Allah onlara müjdə verən və onları qorxudan peyğəmbərlər göndərdi”.
Bu dördüncü mərhələ olub.
Həmin vaxt insanlar peyğəmbərlərin xəbərdarlıqlarına, yaradılışın başlanğıcına, məada və öz əməllərinin cəza və mükafatını alacaqları axirət dünyasına diqqət etməklə ixtilaflarına son qoyaraq cəmiyyət və insanın sağlamlığını təmin edəcək ilahi hökmləri və düzgün qanunları qəbul etmək hazırlığı əldə ediblər. Buna görə də ayənin davamında buyurur: “Allah insanlar arasındakı ixtilafları ayırd etmək üçün peyğəmbərlərlə birlikdə haqqa dəvət edən kitab nazil etdi".
Beləliklə, peyğəmbərlərə iman, onların təlimləri və səmavi kitabların göstərişlərinə itaət etmək ixtilaf alovunu söndürüb. (Bu, beşinci mərhələ olub.)
Bir müddət də belə davam edib. Lakin şeytani vəsvəsələr və nəfsi istək dalğaları yavaş-yavaş bir dəstənin arasında öz işini görüb. Onlar peyğəmbərlərin təlimlərini və səmavi kitabları yanlış izah etmək və istədikləri şeyə tətbiq etməklə yenidən ixtilaf bayrağını ucaldıblar. Lakin bu ixtilaf əvvəlki ixtlaflardan fərqli olub. Əvvəlki ixtilafların kökü nadanlıq və xəbərsizlik olub və o, peyğəmbərlərin göndərilməsi və səmavi kitabların nazil olması ilə aradan qalxıb. Sonrakı ixtilafların səbəbi isə zülmkarlıq, inadkarlıq və haqq yoldan bilərəkdən sapmaq, bir sözlə (bəğy) olub. Buna görə də ayənin davamında belə buyurur: “(İman gətirənlər onda ixtilafa düşmədilər). Yalnız (kitab) verilənlər və aşkar nişanələr göstərilənlər haqdan yayındıqları və zülm etdikleri üçün ixtilafa düşdülər”.
(Bu, altıncı mərhələ olub.)
İnsanlar burada iki dəstəyə bölünüblər. Onların bir dəstəsi həqiqi möminlər olub. Onlar haqqa təslim olublar və yeni ixtilaflara son qoymaq üçün səmavi kitablara və peyğəmbərlərin təlimlərinə üz tutaraq həqiqəti əldə ediblər. Buyurur: "Allah iman gətirənləri Öz əmri ilə ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi. (İman gətirməyənlər isə azğınlıq və ixtilafda qaldılar.
(Bu, yeddinci mərhələ olub.)
Ayənin sonunda buyurur: “Allah istədiyini (layiq bildiyini) düz yola yönəldir”.
Bu, Allahın hikmətə əsaslanan istəyinin səbəbsiz və hesabsız olmamasına, hər hansı xoşagəlməz ayrı-seçkilikdən uzaq olmasına işarədir.
Allahın hidayəti pak niyyət və haqq qarşısında təslimçilik ruhuna malik hər bir şəxsə şamil olur. Onların etiqadi səhvləri düzəlir, xüsusi bəsirət əldə edirlər və Allah onların doğru yolu tapmaq uğurunu artırır, imansız dünyapərəstlərin ixtilaf və mübahisələrindən qoruyur, onlara mənəvi rahatlıq, xatircəmlik, fiziki və ruhi sağlamlıq bəxş edir.
İncəliklər:
1\. Din və cəmiyyət.
Yuxarıdakı ayədən din ilə insan cəmiyyəti arasında möhkəm bağlılığın olduğu məlum olur. Heç bir cəmiyyət dinsiz, Allaha və Qiyamətə imansız sağlam həyata malik ola bilməz.
Arad Bəşəri qanunlar çox vaxt insanlar arasında ixtilaf və parçalanmaya səbəb olmaqdan əlavə, daxili icra zəmanətinə malik olmadığı üçün, yəni Allaha imandan qaynaqlanmadığı üçün yalnız zahiri məsuliyyət yaradır, ixtilaf və ziddiyyətlərin kökünü tam kəsə bilmir. Son bir neçə əsrdə aparılan sınaqlar bu həqiqəti tam sübuta yetirib. Dırnaqarası mədəni və sivil, lakin imansız, geridə qalmış cəmiyyətlərdə bənzəri heç vaxt baş verməmiş faciə və günahlar baş verir. Buradan dinin siyasətdən, yəni İslam cəmiyyətinin idarə edilməsindən ayrı olmaması məntiqi də aydın olur.
2\. Şəriətin yaranma tarixi.
Yuxarıdakı ayədən dolayısı ilə həm də bu həqiqət məlum olur ki, həqiqi dinin yaranma tarixi həqiqi insan cəmiyyətinin yaranma tarixi ilə eynidir. Buna görə də kitab, qanun və şəriət sahibi olan ilk ulul- əzm peyğəmbərin Həzrət Adəm (ə) deyil, Həzrət Nuh (ə) olması təəccüb doğurmur.
3\. Orta şərq - böyük dinlərin yaranma mərkəzi.
Sözügedən ayədən həm də “nə üçün böyük ilahi dinlərin hamısı (İslam, xaçpərəstlik, yəhudilik, İbrahimin dini və sairə ) orta şərqdə yaranıb?” sualına da cavab tapmaq mümkündür. Çünki tarixi dəlillərə əsasən, insan mədəniyyətinin beşiyi dünyanın həmin bölgəsi olub, ilk böyük mədəniyyətlər orada yaranıb. Din ilə mədəniyyət arasında sıx bağlılıq var və mədəni cəmiyyətlər dağıdıcı ixtilaf və ziddiyyətlərin qarşısını almaq üçün dinə möhtacdır. Buna görə də, təbii ki, dinlər də həmin bölgədən çıxmalıdır.
Əgər biz İslamın həmin dövrün Məkkə və Mədinə kimi geridə qalmış mühitlərdən çıxmasının şahidi oluruqsa, bunun səbəbi həmin bölgənin bir neçə böyük mədəniyyətin qovşağında yerləşməsidir. Ərəbistan yarımadasının şimal-şərq hissəsində İran mədəniyyəti və Babil mədəniyyətinin qalıqları, şimalında Roma mədəniyyəti, şimal- qərbində Qədim Misir mədəniyyəti, cənubunda isə Yəmən mədəniyyəti yerləşirdi. Əslində, İslam zühur etdiyi yer həmin dövrün mühüm mədəniyyətlərindən ibarət dairənin mərkəzi olub. (Diqqət edin!)
4\. Ən mühüm məqsəd ixtilaflara son qoymaqdır.
İlahi dinlərin insanı islah etmək, onu Allaha yaxınlıq məqamına çatdırmaq kimi məqsədləri çoxdur. Lakin əsas məqsədlərindən biri ixtilafların aradan qaldırılması olub. Çünki irq, milliyyət, dil və coğrafi bölgələr həmişə insan cəmiyyətini parçalayıb. Adəm övladlarını irq, dil, milliyyət və coğrafi bölgəsindən asılı olmayaraq, birləşdirə biləcək yeganə halqa ilahi dinlər olub. İlahi dinlər bu sərhədlərin hamısını ötüb keçir və insanları bir bayraq altında birləşdirir. Biz bunun bariz nümunəsini dini-siyasi xarakter daşıyan həcc mərasimində görə bilərik.
Əgər biz bəzi dinlərin ixtilaf və çəkişmə amilinə çevrilməsinin şahidi oluruqsa, bunun səbəbi onların xurafat və kor-koranə təəssüblərə aludə olmasıdır. Təhrifə məruz qalmamış səmavi dinlər isə hər yerdə vəhdət amili hesab edilir.
5\. Peyğəmbərlərin məsum olmasının dəlili.
Əllamə Təbatǝbai "Əl-Mizan” təfsirində peyğəmbərlərin məsum olmasını üç qismə bölür:
1\. Vəhyi qəbul edən zaman səhvdən məsumluq;
2\. İlahi tapşırıqların çatdırlmasında səhvdən məsumluq;
3\. Günahdan və bəndəliyin ləkələnməsinə səbəb olan işlərdən məsumluq
O, daha sonra yazır: “Sözügedən ayə vəhyin qəbul edilməsi və ilahi tapşırıqların çatdırılmasında səhvdən məsumluğa dəlalət edir. Çünki onların göndərilməsində məqsəd insanlara müjdə vermələri, onları ilahi əzabla qorxutmaları, etiqad və əməldə haqqı bəyan etmələri və bu yolla onları hidayət etmələri olub. Şübhəsiz ki, vəhyin qəbul edilməsi və ilahi tapşırıqların çatdırılmasında məsum olmadan bu məqsədə çatmaq mümkün deyil.
Ayədən məsumluğun üçüncü mənasını da əldə etmək olar. Çünki ilahi tapşırıqların çatdırılmasında səhv baş versə, peyğəmbər özü ixtilaf yaranmasına səbəb olar. Həmçinin günah etmələri nəticəsində vəhy təbliğatçılarının sözü ilə əməli arasında uyğunsuzluq yaransa, bu da ixtilaf amili olar. Buna görə də sözügedən ayədən məsumluğun hər üç növünə aid işarə tapmaq mümkündür".
Bəqərə surəsi, 214-cü ayə
أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَأْتِكُمْ مَثَلُ الَّذِينَ خَلَوْا مِنْ قَبْلِكُمْ مَسَّتْهُمُ الْبَأْسَاءُ وَالضَّرَّاءُ وَزُلْزِلُوا حَتَّى يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ مَتَى نَصْرُ اللَّهِ أَلَا إِنَّ نَصْرَ اللَّهِ قَرِيبٌ .٢١٤
Ayənin tərcüməsi
214\. Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızımı sanırsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və ona iman gətirənlər: “Allahın köməyi nə vaxt gələcək?” – dedilər. (Kömək istədikdə onlara deyildi: ) Bilin ki, Allahın köməyi yaxındır.
Ayənin nazilolma səbəbi.
Bəzi təfsirçilər qeyd edir ki, bu ayə Əhzab müharibəsində çox bərk qorxu keçirən və mühasirəyə düşən müsəlmanlar barəsində nazil olub və onları səbirli və dözümlü olmağa çağırıb, onlara yardım və kömək vədi verib.
Həmçinin yazırlar: "Müsəlmanlar Ühüd müharibəsində məğlubiy- yətə uğrayandan sonra Abdullah ibn Übeyy onlara belə deyir: "Nə vaxta kimi özünüzü ölümə verəcəksiniz? Əgər Muhəmməd peyğəmbər olsaydı, Allah onun yoldaşlarını əsirlik və ölümə düçar etməzdi”. Həmin vaxt sözügedən ayə nazil olub.
Ayənin təfsiri.
Sınaqsız Cənnətə daxil olmayacaqsınız!
Bəzi möminlər elə bilirlər ki, Cənnətə daxil olmağın əsas və yeganə yolu Allaha iman gətirməkdir, ondan sonra heç bir narahatlıq və əziyyətə qatlaşmaq lazım deyil və onlar heç bir səy göstərməsələr də, Allah-taala işləri öz yoluna qoyacaq və onların düşmənlərini məhv edəcək.
Quran bu yanlış düşüncə qarşısında Allahın ənənəvi qanunlarına işarə edərək buyurur: “Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızımı sanırsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və ona iman gətirənlər: “Allahın köməyi nə vaxt gələcək?" - dedilər".
Onlar həmin hadisələr qarşısında müqavimət göstərdikləri və Allahın lütfündən yardım dilədikləri üçün onlara belə deyildi: “Bilin ki, Allahın köməyi yaxındır".
Ayənin ərəbcə orijinalında işlənmiş (bǝsa) sözünün kökü (bǝs) sözüdür və "Möcǝmu məqayisil-lüğət" kitabının müəllifinin yazdığına görə, əslində, onun mənası “çətinlik və ona bənzər şey"dir və o, istənilən çətinlik, əzab və narahatlıq barəsində də işlədilir. Döyüş meydanında güclü müqavimət göstərən şücaətli şəxslərə (bəis) və (zul-bəs) deyilir.
Rağibin “Müfrədat” kitabında yazdığına əsasən, (zərra) sözü mənası “sevinc mənbəyi və mənfəət amili" olan (sərra) sözünün tam əksidir. Buna görə də insanın can, mal, abır-hǝya və sairədə düçar olduğu istənilən ziyana şamil olur.
Peyğəmbərlər və möminlərin çətinliyin son anında dediyi “Allahın köməyi nə vaxt gələcək?" cümləsi bu məsələyə şəkk, etiraz və ya irad etmək kimi deyil, istək və arzu kimi deyilib. Buna görə də onun ardınca Allah tərəfindən onlara müjdə verilir ki, Allahın yardımı yaxındır. Bəzi təfsirçilər isə "Allahın köməyi nə vaxt gələcək?" cümləsinin möminlər, "bilin ki, Allahın köməyi yaxındır" cümləsinin isə Həzrət Peyğəmbər (s) tərəfindən deyilməsi ehtimalını qeyd ediblər. Lakin bu, elə də inandırıcı görünmür.
Sözügedən ayə Allahın bütün qövmlər barəsində həyata keçmiş Ənənəvi qanunlarına işarə edir və bütün əsrlərin möminlərinə müjdə verir ki, qələbə qazanmaq, müvəffəqiyyət əldə etmək və Cənnət nemətlərinə nail olmaq üçün çətinliklərin pişvazına getmək, fədakarlıq göstərmək lazımdır. Əslində, həmin çətinliklər möminləri tərbiyə edən sınaqdır və o, həqiqi iman sahibləri ilə özünü imanlı göstərən şəxsləri bir-birindən ayırır.
"Sizdən əvvəlkilərin...” ifadəsi ilə müsəlmanlara başa salmaq istəyir ki, düşmənlər tərəfindən müxtəlif çətinliklərə məruz qalan tək siz deyilsiniz, sizdən əvvəlki qövmlər də həmin çətinlik və narahatlıqlara düçar olub, hətta bəzən "bıçaq sümüyə dirənib” və onlar yalvarıb-yaxararaq Allahdan kömək diləyiblər.
İnsanların təkamül və inkişafının sirri də budur. Fərd və ümmətlər çətin hadisə “kürə”lərində bişməli, polad kimi cilalanmalı, daxili istedadları üzə çıxmalı, Allaha imanları güclənməlidir. Bununla yanaşı, həmin sınaq zamanı ləyaqətli, möhkəm və imanlı şəxslər digər şəxslərdən seçilir, ayrılır. Bu mövzunu Həzrət Peyğəmbərdən (s) nəql edilmiş bir hədislə sona çatdırırıq.
İslamın erkən dövrünün mücahidlərindən olan Xǝbbab ibn Ərətt deyir: “Həzrət Peyğəmbərin (s) yanında müşriklərin işgəncələrindən şikayətləndikdə o Həzrət (s) belə buyurdu: “Sizdən əvvəlki ümmətlərə müxtəlif bəlalarla işgəncə verilirdi, lakin bu, onları dinlərindən əsla döndərmədi. Hətta mişarı onların bəzisinin başına qoyur və onların bədənini iki yerə bölürdülər... And olsun Allaha, Onun dininin təlimləri kamilləşəcək, qələbə çalacaq və elə bir vəziyyət yaranacaq ki, bir nəfər Səna ilə Həzrəmut (Ərəbistanın vahiməli çöllərinin) arasını miniklə qət edəcək və Allahdan başqa heç nədən qorxmayacaq... Amma siz tələsirsiniz.
Bəqərə surəsi, 215-ci ayə
يَسْأَلُونَكَ مَاذَا يُنْفِقُونَ قُلْ مَا أَنْفَقْتُمْ مِنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ .٢١٥
Ayənin tərcüməsi
215\. Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verdiyiniz hər bir (maddi və mənəvi) xeyir (və etdiyiniz hər bir yaxşılıq) valideynlər, qohum-əqrəba, yetimlər, kasıblar və yolda qalan müsafirlər üçün olmalıdır. Şübhəsiz, Allah etdiyiniz hər bir xeyir işdən xəbərdardır (Təzahür etməyə ehtiyac yoxdur, O bilir)”.
Ayənin nazilolma səbəbi.
Bir gün qoca və zəngin şəxslərdən olan Əmr ibn Cǝmuh Həzrət Peyğəmbərdən (s) soruşur: "Nə sədəqə verək və onu kimlərə verǝk?" Bu zaman sözügedən ayə nazil olaraq onun sualına cavab verilib.
Ayənin təfsiri.
Allah yolunda nə verilməlidir?
Qurani-Kərimdə, xüsusilə “Bəqərə” surəsində Allah yolunda mal xərcləmək və bağışlamaq barəsində çoxlu ayələr mövcuddur. Həmin ayələrdə bu işin böyük mükafat və savabının olması qeyd edilmişdir. Buna görə də səhabələr bu işin xırdalıqları barədə Həzrət Peyğəmbərdən (s) çoxlu suallar soruşur, nədən və kimlərə sədəqə verməyin daha yaxşı olduğunu öyrənmək istəyirdilər. Buna görə də sözügedən ayədə buyurur: "Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar".
Daha sonra buyurur: “De: "Verdiyiniz hər bir (maddi və mənəvi) xeyir (və etdiyiniz hər bir yaxşılıq) valideynlər, qohum-əqrəba, yetimlər, kasıblar və yolda qalan müsafirlər üçün olmalıdır”.
Şübhəsiz ki, qeyd edilən bu beş dəstə misal üçün qeyd edilib və ayənin mənası yalnız onlarda məhdudlaşmır. Əslində, onların cavabı budur ki, həm verəcəkləri şeylərin, həm də veriləcək şəxslərin əhatə dairəsi genişdir.
Məsələnin birinci tərəfi barədə xeyir və faydası olan iş, mal və sərmayə növlərinin hamısını ehtiva edən (xəyr) (xeyir) sözünü işlətməklə onlara kamil və geniş cavab verilib. Hətta o, elm kimi mənəvi məsələlərə də şamil olur, hərçənd ki onun mühüm nümunəsi maldır.
Məsələnin ikinci tərəfinə gəldikdə isə Allah yolunda əl tutulan şəxslərin əhatə dairəsi geniş olduğu üçün daha mühümlər qeyd edilib. Bu məsələdə valideynlər, daha sonra qohumlar öndədirlər. Onlardan sonra yetimlər, kasıblar, daha sonra isə hətta kasıb olmayan, lakin hər hansı bir hadisə, məsələn, səfərdə pulunun qurtarması səbəbindən yolda qalıb möhtac olan şəxslər gəlir.
Ayənin sonunda buyurur: “Şübhəsiz, Allah etdiyiniz hər bir xeyir işdən xəbərdardır”.
Camaatı gördüyünüz işdən xəbərdar etməyə ehtiyac yoxdur. Hətta yaxşı olar ki, əməlin ixlaslı olması üçün onu gizli edəsiniz. Çünki əməlinizə mükafat verəcək kəs hər şeydən xəbərdardır. Hamının hesabı qarşılıq verəcək kəsin yanındadır.
“Etdiyiniz hər bir xeyir işdən” ifadəsinin mənası genişdir və o, yalnız Allah yolunda verilən mala deyil, bütün xeyir əməllərə aiddir. Allah bütün yaxşı işləri bilir, görür və mükafatlandırır.
İncəlik:
Ayədəki sual ilə cavabın bir-birinə uyğunluğu.
Bəziləri elə bilir ki, bu ayədə sual soruşan şəxslər veriləcək şeyləri soruşublar, lakin cavab onun istifadə ediləcəyi yer və kömək ediləcək şəxslər barəsindədir. Onlar bunu veriləcək malın sərf ediləcəyi yerinin daha mühüm olması ilə əlaqələndiriblər.
Lakin bu, səhv yanaşmadır. Çünki Quran həm suala cavab verib, həm də malın hara və kimə verilməsini aydınlaşdırıb. Bu, yəni həm suala cavab vermək, həm də ehtiyac olan başqa bir məsələyə işarə etmək fəsahət üslublarındandır.
"Verdiyiniz hər bir xeyir” ifadəsi bizə bunu deyir ki, Allah yolunda verilən mal bütün xeyirli şeylərdən ola bilər və o, mal və ya xidmət, maddi və ya mənəvi olmasından asılı olmayaraq, bütün yaxşılıqları ehtiva edir.
Həmçinin (xəyr) (xeyir) sözünün qeyd-şərtsiz işlədilməsindən belə məlum olur ki, mal və sərvət pis şey deyil, əksinə, xeyirli vasitələrin ən yaxşılarından biridir, sadəcə, ondan yaxşı istifadə etmək lazımdır.
Həmçinin “xeyir" sözündən istifadə edilməsi Allah yolunda verilən malın minnətdən, narahatlıq yaradan və əl tutulan şəxslərin heysiyyətinə xələl gətirən əməllərdən uzaq olmasının gərəkliliyinə işarə ola bilər. Yəni o, elə olmalıdır ki, ona birmənalı şəkildə “xeyir” demək mümkün olsun.
Bəqərə surəsi, 216-cı ayǝ
كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَكُمْ وَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ وَعَسَى أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ .٢١٦
Ayənin tərcüməsi
216\. (Allah yolunda) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Çox zaman xoşlamadığınız bir şey sizin üçün xeyirli, çox zaman da xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.
Ayənin təfsiri.
Can və maldan keçmək.
Əvvəlki ayə, əsasən, Allah yolunda mal xərcləmək barədə idi, lakin bu ayədə Onun yolunda can verməkdən söz açılır. Bunların hər ikisi fədakarlıq baxımından eynidir. Buyurur: "(Allah yolunda) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi”.
Ayənin ərəbcə orijinalında işlənmiş və hərfi mənası “yazıldı” olan (kutibə) sözü bu ilahi əmrin mütləq və qəti olmasına işarədir. Həmçinin (kurhun) sözü məsdər mənasında olsa da, burada ismi-məful, yəni "xoşa gəlməyən” mənasındadır. Adi insanların müharibəni, hətta düşmənə qarşı və Allah yolunda olsa belə, xoşlamaması təbiidir. Çünki müharibədə həm mallar, həm də canlar məhv olur, insanlar müxtəlif yaralar alır, çətinliklərə düçar olurlar. Lakin Allah yolunda şəhid olmaq eşqi ilə yaşayan və daha yüksək mənəvi idraka malik şəxslər üçün haqq düşmənləri ilə müharibə susuz insanların axtardığı şərbət kimidir. Buna görə də onlar, xüsusilə İslamın erkən dövründə yaşayanları ümumi kütlədən istisnadırlar.
Sonra Allahın yaradılış və şəriət qanunlarına hakim olan ümumi və əsas qanunlarından birinə işarə edərək buyurur: "Çox zaman xoşlamadığımız bir şey sizin üçün xeyirli ola bilər”.
Həmçinin onun əksinə, müharibədən uzaq durmaq və rahatlıq axtarmaq sizə xoş gələ bilər, lakin elə deyil: “Çox zaman da xoşladığınız bir şey sizin üçün zərərli ola bilər”.
Sonda buyurur: “(Onu) Allah bilir, siz bilməzsiniz”.
Aləmlərin Rəbbi bu qətiyyətli ifadə ilə buyurur ki, insanlar talelərinə aid məsələlərdə öz seçim və qənaətlərini hakim etməməlidirlər. Çünki onların elmi bütün cəhətlərdən məhdud və cüzidir, bilmədikləri ilə müqayisədə bildikləri dənizlə damcının müqayisəsi kimidir. İnsanlar Allah-taalanın yaradılış qanunlarından və bütün əşyaların yaradılış sirlərindən xəbərdar deyillər. Onlar bəzən bir şeyi faydasız hesab edir, lakin elmin inkişafı onun mühüm faydasını üzə çıxarır. Həmçinin onlar şəriət qanunlarında olan xeyir və ziyanların çoxunu bilmirlər. Ola bilər ki, bir şey onların xoşuna gəlməsin, lakin onların xoşbəxtliyi həmin şeydə olsun. Və ya ola bilər ki, onların nədənsə xoşu gəlsin, lakin bədbəxtlikləri həmin şeydə olsun.
Onlar Allahın sonsuz elmi qarşısında çox məhdud elmə malik olduqları üçün ilahi hökmlər qarşısında üz turşutmamalı və bilməli- dirlər ki, əgər Rəhman və Rəhim olan Allah cihad, zəkat, oruc, həcc və sairə əməlləri vacib edibsə, deməli, bunların hamısı onların öz xeyrinədir.
Bu həqiqətin nəzərə alınması insanda ilahi qanunlar qarşısında nizam-intizamlı olmağa və təslimçilik ruhunun yaranmasına səbəb olur, onun məhdud dərk və baxış dairəsini genişləndirir və onu sonsuza, yəni Allahın sonsuz elminə birləşdirir.
İncəliklər:
1\. Cihad nə üçün xoşa gəlmir?
Burada belə bir sual yarana bilər ki, bu, ilahi hökmlərin fitri olması ilə necə uzlaşır? Əgər cihad və ya bu qəbildən olan başqa məsələlər fitridirsə, insan təbiəti onu necə xoşlamaya bilər?
Bu suala cavab vermək üçün bir məqama diqqət etmək lazımdır. Fitri məsələlər idrak və agahlıqla birgə olduqda insanda təzahür edir. Məsələn, insan fitri olaraq xeyir axtarır, ziyana qarşıdır. Lakin bu, o halda baş verir ki, o, xeyir və ziyanın nümunələrini tanısın. Əgər insan xeyir və ziyanın nümunələrinin müəyyənləşdirilməsində səhvə yol versə, xeyirli bir şeyi zərərli saysa, şübhəsiz, bu səhv onun fitrətini də azdıracaq və onun həmin xeyirli şeydən xoşu gəlməyəcək. Bunun əksi də belədir.
Cihada da səthi yanaşan şəxs cihadın ancaq zərbə vurmaq, yaralanmaq və digər çətinliklərini görərsə, onu xoşlamayacaq. Amma insanın şərəf, əzəmət, iftixar və azadlığının fədakarlıq və cihadda olduğunu bilən uzaqgörən şəxslər qollarını açaraq onun pişvazına gedirlər. Bu, məlumatsız insanların məsələyə səthi yanaşması nəticə- sində acı və pis dadı olan dərmanlara nifrət etməsinə bənzəyir. Lakin onlar sağlamlıqlarının və həyatlarının xilasının ondan asılı olduğunu düşünüb dərk etsələr, onu cani-dildən qəbul edərlər.
2\. Ümumi qanun.
Sözügedən ayədə toxunulan məsələ yalnız cihada və düşmənlə müharibəyə aid deyil, ümumi qanundur və o, Allahın əmrinə itaət yolunda çəkilən bütün acı və çətinlikləri şirinləşdirir. Çünki o, “Allah bilir, siz bilməzsiniz” cümləsinə əsaslanaraq bilir ki, hər şeydən xəbərdar, Rəhman və Rəhim olan Allah verdiyi hər bir göstərişdə bəndələrinin xeyrini nəzərə alıb və onlar bəndənin qurtuluş və xoşbəxtlik amilidir. Buna görə də mömin bəndələr bu göstərişlərə şəfalı dərman kimi baxır və onları cani-dildən qəbul edirlər.
Bəqərə surəsi, 217-218-ci ayələr
يَسْأَلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ فِيهِ قُلْ قِتَالٌ فِيهِ كَبِيرٌ وَصَدٌّ عَنْ سَبِيلِ اللَّهِ وَكُفْرٌ بِهِ وَالْمَسْجِدِ الْحَرَامِ وَإِخْرَاجُ أَهْلِهِ مِنْهُ أَكْبَرُ عِنْدَ اللَّهِ وَالْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ وَلَا يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتَّى يَرُدُّوكُمْ عَنْ دِينِكُمْ إِنِ اسْتَطَاعُوا وَمَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنْ دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُولَئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ .٢١٧
إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ أُولَئِكَ يَرْجُونَ رَحْمَتَ اللَّهِ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ .٢١٨
Ayələrin tərcüməsi
217\. Səndən haram ayda döyüş haqqında soruşurlar. De: "O ayda döyüşmək böyük (günah)dır. Lakin Allah yolunun (insanların haqq dinə yönəlməsinin) qarşısını almaq, Ona qarşı kafir olmaq, Məscidül-hərama hörmətsizlik etmək və onun sakinlərini (oradan) çıxarmaq Allah yanında daha böyük (günah)dır. Fitnə salmaq (insanları küfrə təşviq edən, imandan çəkindirən əlverişsiz mühit yaratmaq) isə qətldən daha böyük günahdır”. (Müşriklər) əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölsə, onun bütün (keçmiş yaxşı) əməlləri dünya və axirətdə puç olar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
218\. Həqiqətən, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayan və mehribandır.
Ayələrin nazilolma səbəbi.
Deyilənlərə əsasən, bu ayə Abdullah ibn Cəhşin "səriyyǝ"si barədə nazil olub. Həmin hadisə belə baş verib: "Həzrət Peyğəmbər (s) Bədr müharibəsindən öncə Abdullah ibn Cəhşi yanına çağırıb ona bir məktub verir. Mühacirlərdən səkkiz nəfəri də ona qoşur və iki gün yol getdikdən sonra həmin məktubu açmaq və orada yazılanlara əməl etmək göstərişini verir. O, iki gün yol getdikdən sonra məktubu açır və orada belə yazıldığını görür: “Məktubu açandan sonra Nəxləyə (Məkkə ilə Taif arasında yer adıdır) kimi get, orada Qüreyşin vəziyyətini müşahidə et və gördüklərini bizə xəbər ver".
Abdullah məsələni yoldaşlarına xəbər verir və bunu da əlavə edir ki, Həzrət Peyğəmbər (s) mənə sizi bu işə məcbur etməyi qadağan edib. Buna görə də kim şəhid olmağa hazırdırsa, mənimlə gəlsin, qalanlar isə geri qayıtsınlar. Onların hamısı onunla birgə hərəkət edir. Onlar Nəxləyə çatanda Qüreyşin karvanı ilə rastlaşırlar. Əmr ibn Həzrəmi də həmin karvanda olur. Həmin vaxt (haram aylardan olan) rəcəb ayının son günü olduğu üçün onlar karvana hücum edib- etməmək barədə bir-biri ilə məsləhətləşirlər. Onların bəzisi deyir ki, əgər bu gün onlara toxunmasaq, sabah hərəm ərazisinə daxil olacaqlar və daha onlara toxuna bilməyəcəyik. Nəhayət, onlar şücaətlə həmin karvana hücum edib Əmr İbn Həzrəmini öldürürlər və karvanı iki nəfərlə Həzrət Peyğəmbərin (s) yanına gətirirlər. Bu zaman Həzrət Peyğəmbər (s) onlara belə buyurur: "Axı mən sizə haram aylarda vuruşmaq göstərişi verməmişdim!" Buna görə də o Həzrət (s) gətirilən qənimət və əsirlərə toxunmur. Mücahidlər narahat olur və müsəlmanlar onları məzəmmət edirlər. Müşriklər da tona vurmağa başlayırlar ki, Muhəmməd haram aylarda müharibə etməyi, qan tökməyi, əsir götürməyi halal sayıb. Həmin vaxt sözügedən ayələrin birincisi nazil olur.
Bu ayə nazil olandan sonra Abdullah ibn Cəhş və yoldaşları həmin işi cihad savabı əldə etmək üçün gördüklərini deyǝrǝk Həzrət Peyğəmbərdən (s) soruşurlar: "Biz də mücahidlərin savabını qazanmışıq. ya yox?" Həmin vaxt ikinci ayə nazil olur.
Ayələrin təfsiri.
Haram aylarda müharibə.
Ayələrin nazilolma səbəbindən və bəyan tərzindən də məlum olduğu kimi, birinci ayə cihad və onun istisnaları barədəki bəzi suallara cavab vermək məqamındadır. Buyurur: "Səndən haram ayda döyüş haqqında soruşurlar”. Daha sonra buyurur: “De: “O ayda döyüşmək böyük günah)dır.”
Beləliklə, bu cümlə qədim zamanlardan və keçmiş peyğəmbərlərin dövründən ərəblərin arasında haram aylarda (rəcəb, zilqədə, zilhiccə və məhərrəm) müharibə etməyin haram olması barəsində mövcud olan ənənəni təsdiqləyir.
Daha sonra buyurur ki, bu qanun istisnasız deyil. Fəsad törədən dəstəyə bu qanundan sui-istifadə edib istədiyi zülm, fəsad və günahı törətmək icazəsi verilməməlidir. Bəli, haram aylarda cihad etmək günahdır: “Lakin Allah yolunun (insanların haqq dinə yönəlməsinin) qarşısını almaq, Ona qarşı kafir olmaq, Məscidül-hərama hörmətsizlik etmək və onun sakinlərini (oradan) çıxarmaq Allah yanında daha böyük günah)dır).
Daha sonra buyurur: "Fitnə salmaq (insanları Allahın yolundan azdırmaq) qətldən daha böyük günahdır”.
Çünki o, insanın cisminə, bu isə onun ruh, mənəviyyat və imanına qarşı cinayətdir. Onun ardınca buyurur ki, müsəlmanlar müşriklərin təbliğatının təsiri altına düşməməlidirlər. Çünki “(Müşriklər) əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər” və onlar bundan başqa heç nəyə qane olmurlar. Buna görə də onların qarşısında möhkəm dayanın, haram aylar və sairə məsələlər barəsində onların vəsvəsələrinə əhəmiyyət verməyin. Daha sonra müsəlmanlara Allahın dinindən dönmək barədə ciddi xəbərdarlıq edərək buyurur: "Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölsə, onun bütün (keçmiş yaxşı) əməlləri dünya və axirətdə puç olar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”.
İnsanın bütün yaxşı əməllərinin puç olmasından, nə dünyada, nə də axirətdə ona bir fayda verməməsindən və onun əbədi ilahi əzaba düçar olmasından çətin və qorxulu bir cəza ola bilərmi?! Yaxşı əməllərin həm dünyada, həm də axirətdə bərəkət və təsiri var, dindən dönən şəxslər isə onların hamısından məhrum olur. Bundan əlavə, dindən çıxmaq onların imanın bütün nəticələrindən məhrum olmalarına, həyat yoldaşlarının onlardan ayrılmasına səbəb olur və malları miras kimi vərəsələrinə verilir.
Sonrakı ayədə bu dəstənin qarşısında dayanan şəxslərə işarə edərək buyurur: "Həqiqətən, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər (və öz imanlarında möhkəm və sabit qalanlar) Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayan və mehribandır".
Bəli, həmin dəstə bu üç böyük sifətə (iman, hicrət və cihad) malik olduğu üçün hətta (ayənin nazilolma səbəbi barədə Abdullah ibn Cəhşin hekayətində qeyd edildiyi kimi) səhvə yol vermiş olsa belə, Allahın lütf və bağışlaması onlara şamil ola bilər.
İncəliklər:
"İhbat" və "təkfir” məsələsi.
Rağibin "Müfrǝdat" kitabında yazdığına əsasən, ayənin ərəbcə orijinalında işlənmiş (həbt) sözünün mənası “heyvanın qarnı şişib köpənə qədər yeməsi”dir. Bu vəziyyət yeməyin xarab olmasına və öz təsirini itirməsinə səbəb olduğu üçün həmin söz bir şeyin puç, batil və faydasız olması barədə işlədilir. Buna görə də "Möcəmu məqayisil-lüğət” kitabında onun mənasının "puç və batil olmaq" olduğu yazılmışdır. Bu səbəbdən "Hud” surəsinin 16-cı ayəsində o, "batil və puç" sözü ilə yanaşı işlədilmişdir. Buyurur:
"Axirətdə onların oddan başqa heç bir payı olmayacaq. Onların dünyada (Allahdan qeyrisi üçün) gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!"
Lakin kəlamçıların və ǝqaid alimlərinin dilində (ihbat) sözünün mənası “günah nəticəsində insanın keçmiş əməllərinin savabının itməsi”dir. Bunun əksi (təkfir) sözüdür və onun mənası “yaxşı əməllərə görə insanın keçmiş günahlarının pis nəticə və cəzasının yox olması"dır.
Əqaid alimləri arasında yaxşı əməllərin savabı və günahların cəzası barədə "ihbat" və "təkfir"in baş verməsinin düz olub-olmaması barədə müxtəlif fikirlər mövcuddur. Mərhum Əllamə Məclisinin sözlərinə əsasən, şiə kəlamçılar arasında məşhur nəzər “ihbat” və "təkfir"in batil olmasıdır. Onların nəzərincə, “savab" insanın dünyadan imanla getməsindən, "cəza" isə onun öləndə dünyadan itaət və tövbə ilə getməməsindən asılıdır.
Lakin mötəzilə alimləri bəzi ayə və hədislərin zahirinə baxaraq “ihbat” və “təkfir”in səhih olmasına etiqad bəsləyirlər.
Xacə Nəsirəddin Tusi özünün “Təcridul-əqaid” kitabında “ihbat" batil sayıb və bunu həm ağıl, həm də dini mətnlərdə nəql edilmiş dəlillərlə əsaslandırıb. Onun əqli dəlili “ihbat”ın zülm ilə nəticələnməsidir. (Çünki savabı az və günahı çox olan şəxs "ihbat"dan sonra heç bir yaxşı iş görməmiş şəxs kimi olacaq və bu, həmin şəxsə qarşı bir növ zülmdür.) Onun dini mətndən istinad etdiyi dəlil Quranın bu ayələridir:
“Zərrə qədər yaxşılıq edən onu görəcəkdir. Zərrə qədər pislik edən onu görəcəkdir".
Mötəzilə alimlərindən Əbu Haşim “ihbat” ilə “təkfir”i bir-biri ilə sintez edərək onlardan “müvazinə" (tarazlıq) adlı bir termin yaradıb. Belə ki o, günah ilə savabı bir-biri ilə ölçüb bir-birindən çıxır.
Lakin, əslində, “ihbat” ilə “təkfir" baş verməsi mümkün olan bir məsələdir və ondan heç bir zülm yaranmır. Həm Quran ayələri, həm də hədislər aydın şəkildə ona dəlalət edir və bizim nəzərimizcə, onu inkar edənlərin ona qarşı çıxmasının kökündə bir növ “söz davası” durur.
Belə ki insan uzun illər zəhmət çəkir və böyük məşəqqətlə sərmayə toplayır, lakin bir səhlənkarlıqla və ya bir dəfə nəfsinə aldanmaqla onu əldən çıxarır. Yəni onun keçmiş "yaxşılıqlar"ı puç olur.
Yaxud da əksinə, insan çoxlu səhvlərə yol verir, çoxsaylı ziyanlara məruz qalır, lakin ağıllı və dəqiq hesablanmış bir addım atmaqla hər şeyi düzəldir. Bu da bir növ "təkfir"dir. ("Təkfir" bir növ "üstünü örtmək və kompensasiya"dır.) Bu, mənəvi məsələlərdə də belədir.
Bəqərə surəsi, 219-220-ci ayələr
يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ مِنْ نَفْعِهِمَا وَيَسْأَلُونَكَ مَاذَا يُنْفِقُونَ قُلِ الْعَفْوَ كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ .٢١٩
فِي الدُّنْيَا وَالْآخِرَةِ وَيَسْأَلُونَكَ عَنِ الْيَتَامَى قُلْ إِصْلَاحٌ لَهُمْ خَيْرٌ وَإِنْ تُخَالِطُوهُمْ فَإِخْوَانُكُمْ وَاللَّهُ يَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِ وَلَوْ شَاءَ اللَّهُ لَأَعْنَتَكُمْ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ .٢٢٠
Ayələrin tərcüməsi
219\. Səndən şərab və qumar haqqında soruşurlar. De: "Onlarda böyük günah və insanlar üçün (maddi) mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”. Səndən (Allah yolunda) nə xərcləyəcəklərini soruşurlar. De: "Ehtiyacınızdan artıq qalanını!" Allah sizə ayələri bu cür açıqlayır ki, bəlkə, düşünəsiniz.
220\. (Bəlkə) dünya və axirət barəsində (düşünəsiniz). Səndən yetimlər haqqında soruşurlar. De: "Onların işlərini yoluna qoymaq yaxşıdır. Əgər öz həyatınızı onların həyatına qatırsınızsa, (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır (onlarla bir qardaş kimi davranın)". Allah islah (yaxşılıq) edənləri fəsad törədənlərdən ayırd edir. Əgər Allah istəsəydi, sizi əziyyətə salardı (və yetimlərə qəyyumluq etdiyiniz halda, onların mallarını bütünlüklə öz malınızdan ayırmağı əmr edərdi. Amma Allah belə etmir. Çünki) O, qüdrətli və hikmətlidir.
Ayələrin nazilolma səbəbi.
Birinci ayənin nazilolma səbəbi barədə belə nəql edilir ki, Həzrət Peyğəmbərin (s) səhabələrindən bir dəstə o Həzrətin yanına gəlib dedi: "Ağılı zay və malı məhv edən şərab və qumarın hökmünü açıqla". Həmin vaxt birinci ayə nazil oldu və onlara cavab verildi.
İkinci #### Ayənin təfsiri barədə “Təfsiri-Qumi”də İmam Sadiqdən (ə), "Məcməül-bəyan"da isə İbn Abbasdan belə nəql edilib: “Yetim həddi- büluğa çatana qədər xeyirxahlıq məqsədi istisna olmaqla, onun malına yaxınlaşmayın” və “yetimlərin mallarını zülm və haqsızlıqla yeyənlər, əslində, od yeyirlər və tezliklə Cəhənnəm odunda yanacaqlar” ayəsi nazil olandan sonra evində yetim saxlayan şəxslər bu ayələrdə yetim malına ona xeyri olması istisna olmaqla, yaxınlaşmaq və onların malından yemək qadağan edildiyi üçün yetimlərə qəyyumluq etməkdən imtina edib onları özbaşına buraxdılar. Hətta bəziləri yetimləri evindən çıxartdı. Evindən çıxartmayanlar isə elə münasibət göstərdilər ki, o da evdən çıxartmağa yaxın bir şey idi. Çünki yetimin öz malından hazırlanan yeməyini öz yeməklərinə qatmır, hətta onlara ayrı yemək bişirir, yetim evin bir küncündə yeməyini yeyəndən sonra artıq qalan yeməyi gələn dəfə yeməsi üçün saxlayır, əgər yemək qalıb xarab olsaydı, onu çölə atırdılar.
Onların bu əməllərinin məqsədi yetim malı yemək yükünün altına girməmək idi. Bu həm qəyyumlar, həm də yetimlər üçün bir çox çətinliklər yaradırdı. Buna görə də onlar Həzrət Peyğəmbərə (s) müraciət edərək bu cür davranış barədə sual soruşdular və onlara cavab olaraq sözügedən ayə nazil oldu.
Ayələrin təfsiri.
Dörd suala cavab.
Birinci ayə iki - şərab və qumar barəsindəki sualla başlayır.
Buyurur: “Səndən şərab və qumar haqqında soruşurlar”.
Rağibin yazdığına əsasən, ayənin ərəbcə orijinalında işlənmiş (xəmr) sözünün əsl mənası "bir şeyin üstünü örtmək”dir. Buna görə də ərəblər hər hansı bir üstü örtülən şeyə (ximar) deyirlər. Hərçənd ki (ximar) adətən qadınların baş örtüyünə deyilir.
"Möcǝmu məqayisil-lüğət” kitabında da (xəmr) sözünün bir kökünün olması, onun bir şeyin üstünü örtməyə və gizlində qalmağa dəlalət etməsi qeyd edilib. Şərab insanın ağlının üstünü örtdüyü üçün ona (xəmr) deyirlər. Çünki o, məstliyə səbəb olur və məstlik insanın ağlının üstünə pərdə çəkir, onun pisi yaxşıdan ayırmasına imkan vermir.
Dini terminologiyada (xəmr) sözü yalnız üzüm şərabına şamil edilmir, əksinə, o, bütün məstedici mayeləri - istər üzümdən hazırlanmış olsun, istər kişmişdən, istər xurmadan, istərsə də başqa şeydən əhatə edir. Lüğət kitablarında alkoqollu içkilərin hər birinin öz məxsusi adı da qeyd edilib.
Ayənin ərəbcə orijinalında işlənmiş (məysər) sözünün kökü mənası “yüngül və asan" olan (yusr) sözüdür. Qumar bəzilərinə görə mal və sərvət əldə etməyin asan yolu olduğu üçün ona “məysər" deyilib.
Ayənin davamında sual soruşanlara cavab olaraq belə buyurulur: "De: "Onlarda böyük günah və insanlar üçün (zahiri və maddi baxımdan) mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”.
Cahiliyyət dövrünün ərəbləri şərab və qumara çox aludə olduğu üçün onların haram edilməsi tədricən və bir neçə mərhələdə baş verib. Ayənin bəyan tərzində hiss olunan nisbi yumşaqlığın səbəbi də budur.
Bu ayədə sözügedən iki şeyin xeyir və ziyanları bir-biri ilə müqayisə edilib, onun ziyan və günahının xeyir və mənfəətindən çox olması vurğulanıb. Şübhəsiz, bəzən şərab satışından və ya qumardan əldə edilən maddi mənfəət; şərabın məstliyindən yaranan və qəm- qüssənin unudulmasına səbəb olan xəyali mənfəət onun çox böyük əxlaqi, ictimai və gigiyenik ziyanları ilə müqayisədə olduqca cüzidir. Buna görə də hər bir ağıllı insan həmin cüzi xeyrə görə o böyük ziyanın altına girməz.
"Möcəmu məqayisil-lüğət” kitabında yazılana əsasən, (ism) sözünün mənası, əslində, “lənglik və geri qalmaq"dır. Günah insanı xeyrə nail olmaqdan geri saldığı üçün ona "ism" deyilib. Hətta bəzi Quran ayələrində onu "lənglik və geri qalmaq"dan başqa mənaya yozmaq düz gəlmir. Buna misal olaraq, bu ayəni göstərmək olar:
"Ona: "Allahdan qorx!" - deyildiyi zaman (inadı çoxalır,) məğrurluq və mövhum məqamlar onu təqvaya çatmaqda ləngidir"."
İnsanın ruh və ağlında onun yaxşılıq və kamala nail olmasına mane olan istənilən işə və ya şeyə (ism) deyilir. Buna görə də şərabda böyük “ism"in olması onun insanın təqvaya, mənəvi və insani kamala çatmasına mənfi təsir göstərməsinə dəlalət edir. Biz "#### İncəliklər” başlığı altında bu barədə geniş izah verəcəyik.
Sözügedən ayədə verilən üçüncü sual Allah yolunda mal xərcləmək barəsindədir. Buyurur: "Səndən (Allah yolunda) nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!
“Əd-Durrul-mənsur” kitabında ayənin bu hissəsinin təfsirində onun nazilolma səbəbi barədə İbn Abbasdan belə nəql edilib: "Həzrət Peyğəmbərin (s) səhabələrindən bir dəstəsi dedi: "(Allah yolunda mal xərcləməkdən danışırsınız, amma) biz malımızın nə qədərinin xərclənməli olduğunu bilmirik. Malımızın hamısını Allah yolunda ehtiyacı olanlara verək, yoxsa bir hissəsini?”
Sözügedən ayə onlara cavab olaraq nazil oldu və buyurdu ki, Allah yolunda mal xərcləməkdə ayənin ərəbcə orijinalında işlənmiş ifadə ilə desək, "əfv"ə riayət etsinlər. İndi isə burada həmin "əfv" sözünün mənasının nə olmasına baxaq.
Rağibin "Müfrədat" kitabında yazdığına əsasən, ayənin ərəbcəsində işlənmiş (əfv) sözünün mənası “bir şeyi götürmək niyyəti” və ya “götürülməsi asan olan şey"dir.
Bu sözün mənası geniş olduğu üçün o, müxtəlif şeylər, o cümlədən bağışlamaq, bir şeyin izinin itirilməsi, mötədillik, hər hansı bir şeyin artığı və malın ən yaxşı hissəsi barəsində işlədilib.
Zahirən qeyd edilən ilk iki məna ayəyə uyğun deyil və çox ehtimal ki, məqsəd son üç mənadan biridir. Yəni Allah yolunda mal xərcləyərkən mötədilliyə riayət edin və ya Allah yolunda öz ehtiyaclarınızdan artıq qalanını verin, ya da Allah yolunda mal xərcləyərkən malın dəyərsiz hissəsindən deyil, özünüz üçün götürdüyünüz xoşa gələn yaxşı hissəsindən verin.
Sözügedən ayə hədislərdə də həmin mənada təfsir edilib.
İmam Sadiqdən (ə) nəql edilmiş hədislərin birində belə oxuyuruq: "(Sözügedən ayədəki) “əfv” sözündə məqsəd mötədillikdir”.
Əli ibn İbrahimin təfsirində belə oxuyuruq: "Nə xəsislik edilsin, nə də israf”.
"Məcməül-bəyan"da İmam Baqirdən (ə) belə nəql edilib: "əfv"in mənası illik ərzaqdan artıq qalandır".
(Təfsir alimlərinin heç biri qeyd etməsə də,) bu #### Ayənin təfsiri barədəki ehtimallardan biri də "əfv"in mənasının onun "başqalarının səhvlərini bağışlamaq və onlara güzəştə getmək” olmasıdır. Bu mənaya əsasən, #### Ayənin təfsiri “Allah yolunda xərcləniləcək ən yaxşı şey etmək və bağışlamaqdır" olur.
Cahiliyyət ərəblərinin ictimai vəziyyətini, Quranın nazil olduğu yeri, xüsusilə düşmənçilik, ədavət və güzəştə getməmək baxımından acınacaqlı vəziyyətdə olan Məkkə və Mədinənin həmin dövrdəki şəraitini nəzərə aldıqda #### Ayənin təfsiri barəsində qeyd edilən ehtimal həqiqətdən uzaq görsənmir. Xüsusilə ona görə ki, Həzrət Peyğəmbər (s) bu mənanın ən bariz nümunəsi olub və onun İslamın ən qəddar düşmənləri olan Məkkə müşriklərinə qarşı ümumi əfv elan etməsi bunun göstəricisidir. Buna görə də, ola bilər ki, onlar Allah yolunda mal xərcləmək barədə soruşublar, lakin Quran onların əfv etmək hissinə daha möhtac olmalarını nəzərə alaraq cavabda lazım olanı qeyd edib. Bu, fəsahət və bəlağətin qaydalarından biridir. Belə ki sual soruşan şəxs bir şey soruşur, lakin cavab verən şəxs ondan daha mühüm olan məsələni qeyd edir.
Əlbəttə, qeyd edilən təfsirlərin arasında ziddiyyət yoxdur və ayǝ onların hamısının mənasını əhatə edə bilər.
Nəhayət, ayənin sonunda buyurur: "Allah sizə ayələri bu cür açıqlayır ki, bəlkə, düşünəsiniz”.
Sonrakı ayədə dərhal fikir və düşüncənin əsas mərkəzinə işarə edərək buyurur: “Dünya və axirət barəsində”.
Maddi və mənəvi həyatın bütün işləri fikir və düşüncəyə əsaslanmalıdır. Bu ifadədən iki məsələ aydın olur:
Birincisi, insan Allah və Peyğəmbər qarşısında təslim olmalı olsa da, onun bu itaəti kor-koranə olmamalıdır. İtaǝt agahlıqla birgə olmalıdır və o, ilahi hökmlərdə olan sirlərdən - yalnız şərab və qumarın haram olması barədə deyil, bütün sahələrdə - hətta ümumi şəkildə də olsa, xəbərdar olmalı və onları dərk edərək yerinə yetirməlidir.
Əlbəttə, bunun mənası ilahi hökmlərə əməl edilməsinin onların fəlsəfəsinin dərk edilməsi ilə şərtlənməsi deyil. Məqsəd budur ki, Allahın hökmlərinə əməl etməklə yanaşı, onların sirr və ruhu ilə tanış olmaq istiqamətində çalışmaq lazımdır.
Həmçinin bu düşüncə və təfəkkür bütün sahələrdə həyata keçirilməli, cisim və can, ruh və bədənin ehtiyacı olan şeyləri əhatə etməlidir. Çünki dünya ilə axirət bir-biri ilə əlaqəlidir və onlardan hər hansı birinin korlanması digərinə də təsir edir. Ümumiyyətlə, onlardan yalnız biri barəsində fikirləşmək bu aləmin həqiqətlərini insana düzgün əks etdirə bilməz. Çünki onların hər biri bu aləmin bir hissəsidir: dünya kiçik, axirət isə böyük hissəni təşkil edir. Buna görə də onların biri barəsində fikirləşənlər varlıq aləmi barəsində düzgün təfəkkürə malik ola bilməzlər.
Sonra dördüncü sual və onun cavabına toxunaraq buyurur: "Səndən yetimlər haqqında soruşurlar. De: Onların işlərini yoluna qoymaq yaxşıdır. Əgər öz həyatınızı onların həyatına qatırsınızsa, (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır".
Beləliklə, Quran müsəlmanlara yetimlərin məsuliyyətini öhdəyə götürməkdən yayınıb onları özbaşına buraxmağın düzgün iş olmaması barədə xəbərdarlıq edir. Quran buyurur ki, onların qəyyumluğunu öhdəyə götürmək, işlərini sahmana salmaq daha yaxşıdır və məqsədiniz işləri sahmana salmaq və qaydasına qoymaq olduğu təqdirdə, onların malının sizin malınıza qarışmasının eybi yoxdur. Buna görə də onlarla qardaş kimi davranın. Daha sonra buyurur: "Allah islah (yaxşılıq) edənləri fəsad törədənlərdən ayırd edir”.
Bəli, O, sizin hamımızın niyyətindən xəbərdardır. Yetimlərin malından sui-istifadə etmək niyyətində olan və yetimlərin malını öz mallarına qatmaqla onların malını mənimsəmək istəyənləri də tanıyır, pak qəlbli və yetimlərə həqiqətən ürəyiyanan şəxsləri də.
Ayənin sonunda buyurur: “Əgər Allah istəsəydi, sizi əziyyətə salardı (və yetimlərə qəyyumluq etdiyiniz halda, onların mallarını bütünlüklə öz malınızdan ayırmağı əmr edərdi. Amma Allah bela etmir. Çünki) O, qüdrətli və hikmətlidir”.
İncəliklər:
1\. Yuxarıda qeyd edilən dörd hökmün bir-biri ilə əlaqəsi Sözügedən iki ayədə şərab, qumar, Allah yolunda xərclənən mal və yetimlər barəsindəki dörd sual cavabı ilə qeyd edilmişdir. Bu dörd sualın bir-birinin yanında qeyd edilməsinin səbəbi, bəlkə də, insanların həmin dörd məsələ ilə rastlaşması və buna görə də bir-birinin ardınca bu dörd məsələ barəsində sual verməsidir. (Qeyd etmək lazımdır ki, ayənin ərəbcə orijinalında işlənmiş “yəsəlunəkə" feili hər hansı bir işin davamlı baş verməsinə dəlalət edən indiki-gələcək zaman feili- "müzare"dir.)
Bu sualların bir-biri ilə əlaqəsi barəsindəki bir ehtimal da onların hamısının müəyyən mənada mal ilə əlaqəli olmasıdır. Belə ki şərab və qumar malın məhvinə, malın Allah yolunda xərclənməsi isə bərəkətlənməsinə səbəb olur. Yetimlərə qəyyumluq isə (şəxsin yetimin malı ilə necə davranmasından asılı olaraq,) həm faydalı, həm də ziyanlı ola bilər.
Malın Allah yolunda xərclənməsi ümumi, ictimai, axirət və islah xarakteri daşıyır, şərab ilə qumar isə fərdi, maddi və fəsad xarakterlidir. Yetimlərin işinin sahmana salınması isə həm ümumi, həm də fərdi xarakter daşıyır və dünya və axirət barəsində fikirləşmək nümunəsidir.
Buradan şərab və qumar arasındakı əlaqə də məlum olur. Çünki onların hər ikisi malın məhv, cəmiyyətin fəsada düçar olma mənbəyi, insanın həm ruh, həm də cisminin müxtəlif xəstəliklərə tutulma amilidir.
2\. Alkoqollu içkilərin zərərləri.
Alkoqollu içkilərin çoxsaylı zərərləri var və biz indi onların bəzisinə işarə edəcəyik:
a) Alkoqolun insan ömrünə təsiri: Məşhur qərb alimlərindən birinin sözlərinə əsasən, 21-23 yaşlı gənclər arasında spirtli içki aludəçilərindən 51 nəfər öldüyü halda, həmin içkilərə aludə olmayan gənclərdən heç 10 nəfər də ölmür.
Digər bir məşhur alim sübut edib ki, 50 il yaşamaq ehtimalı olan 20 yaşlı gənclər spirtli içki qəbul etdikləri üçün 35 ildən çox yaşamırlar.
"Həyat sığortası" şirkətlərinin apardığı araşdırmalardan belə məlum olur ki, alkoqollu içkilərə aludə olan şəxslərin ömrü digər şəxslərlə müqayisədə 25-35 faiz qısa olur.
Statistikaya əsasən, alkoqollu içki aludəçisi olan şəxslərin orta ömür müddəti 35-50 yaş arasıdır. Halbuki gigiyenik tövsiyələrə riayət ediləcəyi təqdirdə, insanların orta ömür müddəti 60 yaşdan yuxarıdır.
b) Alkoqolun insan nəslinə təsiri: Əgər mayalanma zamanı şəxs sərxoş olarsa, onun kəskin alkoqolizmi öz övladına keçirtmək ehtimalı 35 faizdir. Əgər kişi ilə qadının hər ikisi sərxoş olarsa, kəskin alkoqolizmin uşaqda özünü biruzə vermə ehtimalı 100 faizdir. Alkoqolun uşaqlara təsirini daha yaxşı başa düşmək üçün aşağıda təqdim edilən statistikaya diqqət edin:
Öz təbii vaxtından tez dünyaya gələn uşaqların 45 faizinin ata- anası, 31 faizinin anası, 17 faizinin isə atası spirtli içki aludəçisi olur. Dünyaya gəldikdən sonra yaşamını itirən uşaqların 6 faizinin atası, 45 faizinin isə anası spirtli içki aludəçisidir.
Boyu qısa olan uşaqların 75 faizi ata-anası, 45 faizi isə anası spirtli içki aludəçisi olan uşaqlardır.
Əqli və ruhi cəhətdən lazımi sağlamlığa malik olmayan uşaqların 5 faizinin ata-anası spirtli içki aludəçisi olan şəxslərdir.
c) Alkoqolun insan əxlaqına təsiri:
Spirtli içki aludəçisi olan şəxsin ailə sevgisi, həyat yoldaşına və övladlarına məhəbbəti az olur. Hələ atanın övladını öz əli ilə öldürməsi dəfələrlə rast gəlinən hadisədir.
d) Alkoqolun ictimai fəsadları: Nyon şəhərinin Məhkəmə-Tibb spertiza İnstitunun 1961-ci ildə hazırladığı hesabata əsasən, spirtli içki aludəçisi olan şəxslərin törətdiyi ictimai cinayətlər bunlardır: Ümumi qətl hadisələri: 50 faiz
Alkoqollu içki qəbulu nəticəsində baş verən dava və yaralama hadisələri: 77,8 faiz
Spirtli içki aludəçisi olan şəxslərin törətdiyi oğurluq hadisəsi: 3,5 faiz
Spirtli içki aludəçisi olan şəxslərin törətdiyi cinsi cinayət: 88,8 faiz
Bu statistikadan belə məlum olur ki, böyük cinayətlərin mütləq əksəriyyəti sərxoşluq zamanı baş verir.
e) Alkoqollu içkilərin iqtisadi zərərləri:
Məşhur həkimlərdən biri belə deyir: "Təəssüf ki, hökumətlər şərabdan əldə edilən rüsum gəlirlərini düşünür, lakin şərabın törətdiyi fəsadların aradan qaldırılasına sərf edilən böyük xərcləri nəzərə almırlar. Əgər hökumətlər cəmiyyətdə yaranan ruhi xəstəlikləri, cəmiyyətin tənəzzülünü, çox qiymətli vaxtın hədərə getməsini, sərxoş şəxslərin törətdiyi qəzaları, nəsillərin pozulmasını, tənbəllik, laqeydlik və işsizliyi, mədəniyyətin geriləməsini, polisin qarşılaşdığı çətinlikləri, spirtli içki düşkünü olan şəxslərin övladlarının saxlanıldığı uşaq evlərini, xəstəxanaları, onların törətdiyi cinayətləri araşdıran ədliyyə orqanlarını, onların saxlanıldığı həbsxanaları, həmçinin spirtli içki nəticəsində dəyən digər yanları hesablasalar görərlər ki, şəraba görə alınan rüsum həmin zərərlərin müqabilində olduqca azdır”.
Bundan əlavə, alkoqollu içkilərin mənfi nəticələrini yalnız pul ilə ölçmək də düz deyil. Çünki insanın əzizlərinin ölməsini, ailələrin dağılmasını, arzuların puç olmasını, düşünən beyinlərin məhv olmasını pul ilə ölçmək mümkün deyil.
Xülasə, alkoqolun zərərləri o qədər çoxdur ki, alimlərin birinin dili ilə desək, əgər hökumətlər şərab evlərinin yarısının bağlanmasına zəmanət versələr, xəstəxana və dəlixanaların da yarısının bağlanacağına zəmanət vermək olar.
Bütün bu deyilənləri nəzərə aldıqda, sözügedən ayənin mənası daha yaxşı aydın olur. Yəni spirtli içkilərin ticarətində insan üçün müəyyən qazanc olsa da, yaxud o, bir neçə anlıq insanın qəm-qüssəsini unutmasına kömək etsə də, vurduğu ziyan qat-qat çox, böyük və uzun- müddətlidir və onları bir-biri ilə əsla müqayisə etmək mümkün deyil.
3\. Qumarin nifrətəlayiq nəticələri.
Qumarın zərərlərindən xəbərsiz olan çox az adam tapmaq olar. Biz onun nifrətəlayiq və evləri dağıdan acı nəticələrinin bəzisinə işarə etmək üçün qısa şəkildə bəzi məqamlara toxunacağıq:
a) Qumar ən böyük stress amilidir: Bütün psixoloqların nəzə- rincə, xəstəliklərin çoxunun əsas səbəbi stresdir. Məsələn, vitamin çatışmazlığı, mədə xorası, dəlilik, kəskin sinir sistemi xəstəlikləri və sairənin çoxu stresdən yaranır. Qumar stress yaradan ən böyük amillərdəndir. Amerikalı alimlərdən biri belə deyir: "Bu ölkədə hər il iki min nəfər ancaq qumar stressi nəticəsində ölür. Poker oynayan şəxsin ürəyi dəqiqədə orta hesabla yüz dəfədən çox vurur. Qumar bəzən ürək infarktı və insulta, həmçinin erkən qocalmaya səbəb olur".
Bundan əlavə, alimlərin nəzərincə, qumar oynayan şəxsin yalnız ruhu stress keçirmir, bədəninin bütün orqanları böyük həyəcan içində olur. Yəni onun ürək döyüntüsü artır, qanda şəkərin miqdarı düşür, daxili sekresiya vəzilərinin hormon ifrazı pozulur, üzünün rəngi qaçır, iştahasızlığıa düçar olur və oyun qurtarandan sonra əsəbləri gərgin halda yuxuya gedir. Qumar oynayan şəxs adətən əsəblərini sakitləşdirmək və özündə aramlıq yaratmaq üçün spirtli içki və narkotik maddələrə üz tutur. Bu halda onlardan yaranan zərərlər də qumarın birbaşa zərərlərindən sayılır.
Başqa bir alim isə belə deyir: "Qumar oynayan şəxs xəstədir və onun daimi nəzarətə ehtiyacı var. Çalışıb ona başa salmaq lazımdır ki, onu bu nalayiq işə psixoloji bir boşluq sövq edir. Bu halda o, özünü müalicə etdirmək fikrinə düşə bilər".
b) Qumar ilə cinayətlərin əlaqəsi: Dünyanın ən böyük hesablama mərkəzlərindən biri sübut edib ki, cinayətlərin 30 faizi ilə qumar arasında birbaşa əlaqə var və o, digər 70 faiz cinayətlərin də yaranma amillərindən sayılır.
c) Qumarın iqtisadi zərərləri: İl ərzində insanların milyon, bəlkə də, milyardlarla dollar həcmində sərvəti qumar vasitəsi ilə məhv olur. Hələ bu, insanların enerjisinin saatlarla bu yolda itməsindən və insanın növbəti saatlardakı əmək qabiliyyətinin aşağı düşməsindən əlavə olan zərərdir. Məsələn, hesabatlarda deyilir ki, dünyanın məşhur qumar mərkəzlərindən olan Monte Karlo şəhərində bir şəxs 19 saat qumar oynayaraq sərvətinin 4 milyon tümənini uduzub və qumarxana bağlanandan sonra meşəyə gedərək öz beyninə güllə çaxaraq intihar edib. Həmin hesabatda Monte Karlo şəhərinin meşələrinin dəfələrlə qumarda uduzmuş bu cür şəxslərin intiharına şahid olduğu qeyd edilir.
d) Qumarın ictimai zərərləri: Qumarbazların çoxu bəzən bir saatın içində başqalarının minlərlə tümən pulunu udub öz ciblərinə qoyduqlarına görə istehsal fəaliyyəti və iqtisadi işlərlə məşğul olmaq istəmirlər. Bunun da nəticəsində istehsal və iqtisadiyyatda lənglik yaranır. Əgər diqqət etsək, görərik ki, bütün qumarbazlar və onların ailələri cəmiyyətə yükdür və onlar cəmiyyətə kiçicik xeyir vermədən başqa insanların əməyinin bəhrəsindən istifadə edir, hətta bəzən qumarda uduzanda oğurluğa əl atırlar.
Xülasə, qumarın zərərləri o qədər çoxdur ki, hətta qeyri-müsəlman ölkələrin çoxu onu qanunla qadağan edib. Əlbəttə, qeyri-qanuni şəkildə o, geniş miqyasda oynanılır. Məsələn, İngiltərədə 1853-cü ildə, ABŞ- da 1855-ci ildə, Rusiyada 1854-cü ildə, Almaniyada isə 1873-cü ildə qumar oynamaq qadağan edilib.
Bəzi tədqiqatçıların hazırladığı hesabata əsasən, oğurluğun 90, pozğunluğun 10, fiziki zədələrin 40, cinsi cinayətlərin 15, boşanmaların 30 və intiharların 15 faizi qumardan qaynaqlanır. Əgər biz qumarın bütün cəhətlərini əhatə edən tərifini yazmaq istəsək, belə deməliyik: Qumarın mənası başqasının malını hiylə və şirnikləndirmə yolu ilə, bəzən də əyləncə adı ilə əldə etmək üçün mal və şərəfi qurban vermək, sonda isə onların heç birini əldə etməməkdir.
Şərab və qumarın əlacsız zərərlərinin bir qismi ilə tanış olduq. Burada diqqət edilməsi lazım olan başqa bir məqam da var: Nə üçün Allah-taala şərabın ziyanının onun xeyri ilə müqayisədə olduqca az olmasına baxmayaraq, şərab içməyi qadağan və məzəmmət edərkən onun mənfəətinə də işarə edib? Bəlkə də, bunun səbəbi cahiliyyət dövründə də şərab ticarətindən və qumardan gəlir əldə etməyin geniş yayılması olmuşdur. Əgər ona işarə edilməsəydi, bəzi dar düşüncəli insanlar məsələnin birtərəfli araşdırıldığını iddia edərdilər.
Bundan əlavə, insanın düşüncəsi həmişə xeyir və ziyan ətrafında dövr edir və onu böyük əxlaqi fəsadlardan xilas etmək üçün bu məntiqdən istifadə etmək lazımdır.
Sözügedən ayə alkoqolu bəzi xəstəliklərlə mübarizədə faydalı hesab edən həkimlərin sözlərinə də cavab verib. Yəni bu cür ictimai xeyirlər heç vaxt ondan yaranan ziyanlarla müqayisə edilə bilməz. Əgər o, hansısa bir xəstəliyə müsbət təsir göstərsə belə, başqa təhlükəli xəstəliklərin yaranmasına səbəb ola bilər. Bəlkə də, bəzi hədislərdə Allah-taalanın şərabda heç bir şəfa qoymamasının qeyd edilməsi bu həqiqətə işarə etmək üçündür.
4\. Allah yolunda mal xərcləməkdə mötədillik.
Allah yolunda mal xərcləmək İslamın və Quranın xüsusi vurğuladığı mühüm məsələlərdən olsa da, bu işdə ifrata varmağa, hesab- kitabsız davranmağa icazə verilmir. Yəni o, malını Allah yolunda xərcləyən şəxsin həyatının nizamını pozmamalıdır. Bəzi təfsirlərə əsasən, sözügedən ayə həmin mənanı nəzərdə tutur. Həmçinin o, bəzi şəxslərin İslamın bu mühüm göstərişindən boyun qaçırmaq üçün öz ehtiyaclarını qabartmasına da işarə ola bilər. Quran buyurur ki, sizin çoxunuzun dolanışığınızdan artığınız olur və həmin artıqları Allah yolunda başqalarına verin.
5\. Hər şey barəsində fikirləşmək.
“(Bəlkə) dünya və axirət barəsində (düşünəsiniz)” cümləsi müsəlmanlara mühüm bir dərs verir ki, heç bir işi – istər maddi həyata aid olsun, istər mənəvi həyata fikirləşmədən və düşünmədən yerinə yetirməsinlər. Hətta Allahın ayələrinin bəndələrə bəyan edilməsi düşüncələri oyatmaq və onları fikirləşməyə sövq etmək üçündür. Həqiqətən, nə dini, nə də dünya işləri fikir və düşüncəyə əsaslanmayan insanlar necə də yazıqdırlar!
Bəqərə surəsi, 221-ci ayə
وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ وَلَا تُنْكِحُوا الْمُشْرِكِينَ حَتَّى يُؤْمِنُوا وَلَعَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ أُولَئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَاللَّهُ يَدْعُو إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ وَيُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ .٢٢١
Ayənin tərcüməsi
221\. Müşrik (və bütpərəst) qadınlar iman gətirməyincə onlarla evlənməyin. (Hətta cariyələrlə evlənməkdən başqa çıxış yolunuz olmasa belə. Çünki) Allaha iman gətirmiş bir cariyə, (gözəlliyinə, sərvətinə və ya ictimai mövqeyinə) heyran olduğunuz (azad) müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyincə mömin qadınları (onlara) ərə verməyin. (Hətta onları imanlı kölələrə ərə verməkdən başqa çıxış yolunuz olmasa belə. Çünki) Allaha iman gətirən bir kölə (gözəlliyinə, sərvətinə və ya ictimai mövqeyinə) məftun olduğunuz (azad) müşrik bir kişidən daha yaxşıdır. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırırlar. Allah isə sizi Öz fərmanı ilə Cənnətə, bağışlanmağa doğru səsləyir. O, Öz ayələrini insanlara açıqlayır ki, bəlkə, xatırlasınlar.
Ayənin nazilolma səbəbi.
Həzrət Peyğəmbər (s) Mərsǝd adlı şücaətli bir şəxsi Mədinədən Məkkəyə göndərir ki, oradakı müsəlmanları onun yanına gətirsin. O, Həzrət Peyğəmbərin (s) əmrini icra etmək üçün Məkkəyə daxil olur və orada cahiliyyət dövründən tanıdığı Ənaq adlı gözəl qadınla rastlaşır. Həmin qadın onu keçmişdə olduğu kimi, günaha dəvət edir. Lakin artıq müsəlman olmuş Mərsəd onun istəyini qəbul etmir. Qadın onunla icazəsindən asılı olduğunu deyir. Beləliklə, Mərsǝd ona tapşırılan işi evlənməyi təklif edir. Mərsəd isə bu işin Həzrət Peyğəmbərin (s) yerinə yetirib Mədinəyə qayıdır və baş verən hadisəni Həzrət Peyğəmbǝrǝ (s) danışır. Həmin vaxt bu ayə nazil olur və buyurur ki, müşrik və bütpərəst qadınların müsəlman kişilərlə evlənmək ləyaqəti yoxdur.
Ayənin təfsiri.
Müşriklərlə evlənmək qadağandır.
Öncə qeyd edilən nazilolma səbəbindən də göründüyü kimi, bu ayə müşriklərlə evlənmək barəsindəki suala cavabdır. Buyurur: “Müşrik (və bütpərəst) qadınlar iman gətirməyincə onlarla evlənməyin”.
Sonra onları müqayisə edərək buyurur: "Allaha iman gətirmiş bir cariyə, heyran olduğunuz (azad) müşrik bir qadından daha yaxşıdır”.
Düzdür, ürfdə insanlar gözəl və zəngin müşrik qadınla evlənmək imkanı olan yerdə kənizlə (nə çox gözəlliyi, nə də malı olan kənizlə) evlənməyə elə də maraq və rəğbət göstərmirlər.
Lakin müqayisə zamanı imanın dəyəri tərəzinin kəniz olan gözünü daha ağır edir. Çünki evlənmək yalnız cinsi kam almaq məqsədi daşımır. Qadın insanın həyat yoldaşı, övladlarının tərbiyəçisi və şəxsiyyətinin yarısıdır. Belə olan halda, şirk və onun acı nəticələrini zahiri gözəlliklə, mal və sərvətlə dəyişmək olarmı?!
Sonra bu hökmün başqa bir hissəsinə işarə edərək buyurur: “Həmçinin müşrik kişilər Allaha iman gətirməyincə mömin qadınları (onlara) ərə verməyin. (Hətta onları imanlı kölələrə ərə verməkdən başqa çıxış yolunuz olmasa belə. Çünki) Allaha iman gətirən bir kölə (gözəlliyinə, sərvətinə və ya ictimai mövqeyinə) məftun olduğunuz (azad) müşrik bir kişidən daha yaxşıdır".
Deməli, mömin kişilərin müşrik və bütpərəst qadınlarla evlənməsi qadağan edildiyi kimi, müşrik kişilərin də mömin qadınlarla evlənməsi qadağandır və imanlı qullar gözəl, zəngin və zahirdə şəxsiyyəti olan kafir kişilərdən üstündürlər. Hökmün bu hissəsi daha çətin və ağırdır. Çünki ərin arvada təsiri arvadın ǝrǝ təsirindən daha çoxdur.
Sonra bu ilahi hökmün məqsədinin düşüncələri işə salmaq olduğunu bəyan edərək buyurur: “Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırırlar. Allah isə sizi Öz fərmanı ilə Cənnətə, bağışlanmağa doğru səsləyir”.
Və ayənin sonunda buyurur: “O, Öz ayələrini insanlara açıqlayır ki, bəlkə, xatırlasınlar”.
İncəliklər:
1\. Müşriklərlə evlənməyin haram edilməsinin fəlsəfəsi Sözügedən ayə qısa bir cümlə ilə bu hökmün fəlsəfəsini bəyan edib. Əgər biz o qısa cümlənin mənasını açmaq istəsək, onun mənası belə olacaq: nəsil artımı, övlad tərbiyə etmək və cəmiyyətin çoxalmasının əsas təməli evlilikdir. Ailədə mövcud olan tərbiyə mühiti övladların taleyinə olduqca böyük təsir göstərir.
Bu məsələdə bir tərəfdən genetikanın inkaredilməz təsirləri, digər tərəfdən də tərbiyənin körpəlikdəki mütləq təsirləri rol oynayır. Çünki körpələr ata-ananın yanında böyüyüb tərbiyə alırlar və təsirə məruz qalıb formalaşmanın ən mühüm illərində onların nəzarəti altında olurlar.
Digər tərəfdən, şirk müxtəlif sapmaların mənbəyi, insanı həm dünyada, həm də axirətdə yandıran oddur. Buna görə də Quran müsəlmanlara nə özlərini, nə də övladlarını bu odun içinə atmaq icazəsi vermir.
Bundan əlavə, İslama yad hesab edilən müşriklər evlənməklə müsəlmanların ailələrinə daxil olsalar, İslam cəmiyyəti hərc-mərcliyə, daxili düşmənlərin nüfuzuna məruz qalar. Əlbəttə, bu, onların öz şirk və bütpərəstlik etiqadında qaldıqları zamana qədərdir. Lakin iman gətirərək müsəlmanların sırasına qoşula və evlənmək üçün müslman- lara layiq olmaq imkanı əldə edə də bilərlər.
Ayənin ərəbcə orijinalında işlənmiş (nikah) sözü həm “cinsi yaxınlıq” həm də “evlənmək” mənasında işlənir. Burada məqsəd evlənməkdir. Rağib özünün “Müfrədat” kitabında yazır: (nikah) sözünün əsl mənası "kəbin"dir və sonradan o, məcazi olaraq "cinsi yaxınlıq" barəsində işlədilmişdir.
2\. Müşrik kimdir?
"Müşrik" sözü Quranda adətən bütpərəstlər barəsində işlədilmişdir. Lakin bəzi təfsirçilərin nəzərincə, "müşrik" sözü yəhudi, xaçpərəst və zərdüştiliyə (ümumilikdə kitab əhlinə) də şamil olur. Çünki bu dinlərin nümayəndələrinin hər biri Allaha şərik qoşur. Xaçpərəstlər üç tanrıya (üç üqnuma), zərdüştilər isə iki tanrıya - Hörmüz və Əhrimənə etiqad bəsləyirlər. Həmçinin yəhudilər Üzeyri Allahın oğlu hesab edirlər.
Bu etiqadlar şirkə səbəb olsa da, Quranın bir çox ayələrində müşriklər kitab əhli ilə qarşı-qarşıya qoyulduğu, həmçinin yəhudilik, xaçpərəstlik və zərdüştilik həqiqi peyğəmbər və səma kitabına malik olduğu üçün Quranın “müşrik” sözündən məqsədinin bütpərəstlər olması məlum olur.
Həzrət Peyğəmbərdən (s) nəql edilmiş məşhur hədisdə o Həzrətin vəsiyyət edərkən: “Müşrikləri Ərəbistan yarımadasından çxarın!" -deyə buyurması da bizim bu iddiamıza dəlalət edir. Çünki kitab əhli Ərəbistan yarımadasından çıxarılmayıb və onlar Quranın göstərişinə əsasən, dini azlıq kimi cizyə ödəməklə İslam hökumətinin amanında yaşayıblar.
3\. Bu ayə nəsx edilməyib.
Bəzi təfsirçilər sözügedən ayədəki hökmün “...həmçinin sizdən əvvəl kitab verilmişlərdən olan azad və ismətli qadınlar..." ayəsi ilə nǝsx edildiyini və kitab əhli ilə evlənməyə icazə verildiyini deyiblər.
Həmin təfsirçilərdə belə bir təsəvvürün yaranmasının səbəbi onların sözügedən ayənin bütün kafirlərlə evlənməyi haram etdiyini güman etmələri olub. Buna görə də onlar kitab əhlindən olan kafirlərlə evlənməyə icazə verən "Maidə” surəsinin 5-ci ayəsinin həmin ayəni nəsx etdiyini (və ya onun mənasını məhdudlaşdıraraq ona istisna qail olduğunu) zənn ediblər. Lakin #### Ayənin təfsirində qeyd edilənlərdən belə məlum olur ki, sözügedən ayə yəhudi və xaçpərəst kimi kitab əhlindən olan kafirlərlə evlənməyi deyil, yalnız bütpərəstlərlə evlənməyi nəzərdə tutur. (Əlbəttə, kitab əhlindən olan kafirlərlə evlənmək deyəndə ayədə mövcud olan nişanələrdən, həmçinin Əhli-beyt (ə) hədislərindən belə məlum olur ki, yalnız müvəqqəti nikah nəzərdə tutulur.)
4\. Ailə quranda diqqətli olmaq, araşdırma aparmaq lazımdır Bəzi müasir təfsirçilər burada incə bir məqama işarə ediblər. Sözügedən ayədə və ondan sonra gələn 21 ayədə ailə qurmağa aid hökmlərin müxtəlif cəhətləri barədə on iki hökm bəyan edilib:
1\. Müşriklərlə evlənməyin hökmü
2\. Heyz zamanı cinsi yaxınlıq etməyin haram olması
3\. “İla” məsələsinin müqəddiməsi kimi and içməyin hökmü
4\. "İla" və onun ardınca talağın hökmü
5\. Talağı verilmiş qadınların “iddə" saxlaması
6\. Talaqların sayı
7\. Həyat yoldaşını ya yaxşı saxlamaq, ya da yaxşılıqla boşamaq
8\. Körpələrə süd verməyin hökmü
9\. Əri vəfat etmiş qadının iddəsi
10\. İddəsi qurtarmamış qadına elçilik etmək
11\. Cinsi yaxınlıqdan əvvəl boşanan qadının mehriyyəsizl
12\. Qadına həyat yoldaşı vəfat etdikdən və ya boşandıqdan sonra hədiyyə verməyin hökmü.
Ümumilikdə bu hökmlər barəsindəki əxlaqi tövsiyələrdən işlədilən ifadələrdən məlum olur ki, ailə qurmaq Allaha ibadətin bir növüdür və o, fikir və düşüncə ilə həyata keçirilməlidir.
Bəqərə surəsi, 222-223-cü ayələr
وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ وَلَا تَقْرَبُوهُنَّ حَتَّى يَطْهُرْنَ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللَّهُ إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ .٢٢٢
نِسَاؤُكُمْ حَرْثٌ لَكُمْ فَأْتُوا حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُوا لِأَنْفُسِكُمْ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ مُلَاقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ .٢٢٣
Ayələrin tərcüməsi
222\. Səndən heyz (aybaşı) barəsində soruşurlar. De: "Heyz əzab-əziyyətli bir haldır. (Buna görə də) heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə onlara Allahın sizə əmr etdiyi yerdən yaxınlaşın". Allah tövbə edənləri və pak olanları sevir.
223\. Qadınlarınız sizin tarlanızdır. Elə isə istədiyiniz vaxt onlarla yaxınlıq edin. (Çalışın, bu fürsətdən istifadə edib ləyaqətli övladlar yetişdirməklə) özünüz üçün qabaqcadan (yaxşı əməllər) göndərəsiniz. Allahdan çəkinin və bilin ki, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver.
Ayələrin nazilolma səbəbi.
Qadınlar hər ayın ən azı üç, ən çoxu isə on gününü heyz olurlar. Heyz qadının uşaqlığından xüsusiyyətləri fiqh kitablarında qeyd edildiyi kimi, qanın gəlməsindən ibarətdir. Həmin vaxt qadına “haiz”, həmin qana isə "heyz qanı" deyirlər. Müasir yəhudilik və xaç-pərəstlikdə kişilərin heyz halında olan qadınlarla cinsi yaxınlıq etməsi barədə bir-birinə zidd və hər bir kəsdə sual doğuran hökmlər var.
Yəhudilərin bir dəstəsi kişilərin bu cür qadınlarla ünsiyyətdə olmasını, hətta onlarla bir süfrədə oturub yemək yeməsini və ya bir otaqda yaşamasını birmənalı şəkildə haram hesab edir. Məsələn, onların nəzərinə görə, kişi heyz halında olan qadının oturduğu yerdə oturmamalıdır, əgər otursa, paltarını yumalıdır. Əgər o, paltarını yumasa, murdar sayılır. Həmçinin kişi həmin qadının yatağında yatsa, həm paltarını, həm də bədənini yumalıdır.
Xülasə, onlar həmin müddətdə qadını napak və uzaq durulmalı varlıq hesab edirlər.
Onların əksinə olaraq, xaçpərəstlər hesab edir ki, qadınların heyz halında olması ilə heyzli olmaması arasında heç bir fərq yoxdur və heyz halında onlarla bütün ünsiyyət, hətta cinsi yaxınlıq caizdir.
Ərəb müşriklər, xüsusilə Mədinədə yaşayanlar yəhudilərin bu xüsusiyyətindən müəyyən qədər təsirlənmişdilər və heyz halında olan qadınlarla yəhudilər kimi davranır, aybaşı vaxtı onlardan ayrılırdılar. Dinlərdə olan bu fərqlər, həmçinin göz yumulması mümkün olmayan ifrat və təfritlər bəzi müsəlmanların Həzrət Peyğəmbərdən (s) bu barədə sual soruşmalarına səbəb oldu. Onların cavabında da bu ayə nazil oldu.
Ayələrin təfsiri.
Aybaşı zamanı qadınların hökmü.
Birinci ayədə qadınların aybaşı olması barəsindəki suala toxunulub. Buyurur: “Səndən heyz (aybaşı) barəsində soruşurlar. De: “Heyz əzab-əziyyətli bir haldır”.
Daha sonra buyurur: “(Buna görə də) heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə onlara Allahın sizə əmr etdiyi yerdən yaxınlaşın. Allah tövbə edənləri və pak olanları sevir.
Ayənin ərəbcə orijinalında işlənmiş (məhiz) sözü “məsdəri- mimi"dir və onun mənası “aybaşı"dır. “Möcəmu məqayisil-lüğət” kitabında belə yazılıb: "Əslində, bu sözün mənası “səmurǝ" adlı ağacdan qırmızı suyun axmasıdır" (və sonradan qadınların aybaşı olması barədə işlədilməyə başlayıb)". Lakin Fəxr Razi öz təfsrində belə yazıb: “Əslində, (heyz) sözünün mənası “sel”dir. Buna görə də ərəblər selin axması barədə (hazǝs-sǝylu) ifadəsi işlədirlər. Hovuza (hauz) deyilməsinin də səbəbi suyun ona tərəf axmasıdır".
Lakin Rağib özünün “Müfrədat" kitabında bunun əksini deyir: “Əslində, bu sözün mənası “aybaşı"dır (və o, sonradan digər mənalarda işlədilib)".
Hər halda, burada məqsəd Quranın (əza) (murdar və əzab- əziyyətli şey) adlandırdığı qandır. Əslində, bu cümlə qadınlar aybaşı olan zaman onlarla cinsi yaxınlıqdan çəkinməyin sonrakı cümlədə qeyd edilən fəlsəfəsini açıqlayır. Çünki həmin vaxt cinsi yaxınlıq ikrah doğurmaqdan əlavə, həm də bir çox zərərlərə səbəb olur. Bunu müasir tibb elmi də təsdiqləyir. Buna misal olaraq, kişi ilə qadının sonsuz qalma ehtimalını, (sifilis və süzənək kimi) cinsi xəstəliklərin yaranmasına səbəb olan mikrobların yetişməsinə münasib şəraitin yaranmasını, həmçinin qadının cinsiyyət üzvünün iltihabını, çirkli qanın kişinin cinsiyyət orqanına daxil olmasını və tibbi kitablarda qeyd edilən digər fəsadları göstərmək olar. Buna görə də həkimlər heyz halında olan qadınla cinsi yaxınlıq etməyi qadağan edirlər.
Heyz qanı uşaqlıq damarlarının tutulması və qanla dolması, sonra onun örtük hissəsinin qabıq-qabıq olub tökülməsi və mövcud qanların axmasından ibarətdir. Həmin qan əvvəlcə qeyri-sabit və rəngsiz halda ifraz olur, lakin tez bir zamanda sabitləşir və rəngi qırmızılaşır, sonda yenə rəngi solur və qeyri-sabit hala düşür.
Ümumiyyətlə, aybaşı zamanı ifraz olunan qan hər ay uşaqlığın daxili damarlarına rüşeymin qidalanması üçün yığılan qandır. Çünki qadının uşaqlığı hər ay bir yumurtahüceyrə istehsal edir və bununla yanaşı, uşaqlığın daxili damarları spermanın qidalanması üçün hazır vəziyyətə gələrək qanla dolur.
Əgər yumurtahüceyrə uşaqlığa daxil olarkən orada kişi sperması mövcud olsa, mayalanma baş verir və rüşeym yaranır və uşaqlığın damarlarında olan qan onun qidalanmasına sərf olunur. Əks-təqdirdə, uşaqlığın örtük hissəsinin qabıq-qabıq olub tökülməsi və damarların divarlarının yarılması nəticəsində qan çölə çıxır. Bu, həmin aybaşı qanıdır. Buradan aybaşı zamanı cinsi yaxınlığın qadağan edilməsinə başqa bir dəlil də əldə edilir. Çünki həmin qanlar dəf edilən zaman qadının uşaqlığı spermanı qəbul etməyə hazır olmur və buna görə də ondan ziyan görür.
Təfsirçilərdən bəzisinin nəzərinə görə, ayədəki (yǝthurnǝ) sözünün mənası "qadının aybaşı qanından təmizlənməsi"dir. Amma çoxları" (faizə tətəhhərnə) ifadəsinin mənasının "qüsl etmək" olduğunu deyiblər. Buna görə də birinci cümləyə əsasən, qadın qandan təmizləndikdən sonra, hətta qüsl etməmiş olsa belə, onunla cinsi yaxınlıq etmək caizdir. Lakin ikinci cümlǝyǝ əsasən, o, qüsl etməyincə cinsi yaxınlıq etmək caiz deyil.
Belə olan halda, ayədə anlaşılmazlıq yaranır. Lakin biz ikinci cümlənin birinci cümlənin təfsiri olduğunu və elə bu səbəbdən özündən əvvələ ərəb qrammatikasında nəticə bildirən "fa" hərfi il bağlandığını nəzərə alsaq, (tətəhhǝrǝ) sözünün də "qandan təmizlənmək” olduğunu deyə bilərik. Buna görə də aybaşıdan təmizlənəndən sonra cinsi yaxınlıq etmək caizdir. Ona görə ki, ayənin əvvəlində qüslun vacib olması barəsində heç nə danışılmayıb. Fiqh alimləri də buna əsaslanaraq qandan təmizlənəndən sonra qüsl edilməmiş cinsi yaxınlıq etməyin caiz olması fitvasını veriblər. Lakin bu işin qüsldan sonra edilməsi daha yaxşıdır.
"Allahın sizə əmr etdiyi yerdən" ifadəsi əvvəlki cümləyə təkid ola bilər. Yəni qadınlarla başqa vaxt deyil, yalnız təmizlənəndən sonra cinsi yaxınlıq edin.
Ondan daha geniş məna da çıxarmaq mümkündür. Yəni onlar təmizlənəndən sonra da cinsi yaxınlıq Allahın əmri çərçivəsində olmalıdır. Həmin əmr Allahın yaradılış əmri də ola bilər, şəriət qanunları əmri də. Çünki Allah-taala insan nəslinin davam etməsi üçün bu iki əks cins arasında xüsusi cazibə yaradıb və buna görə də cinsi yaxınlıqdan hər iki tərəf xüsusi həzz alır.
Şübhəsiz, son hədəf nəslin davam etməsi, bu cazibə və həzz isə onun müqəddiməsidir. Buna görə də cinsi həzz insan nəslinin davam etməsi istiqamətində olmalıdır. Bu səbəbdən də onanizm, homo- seksualizm və sairə yaradılış əmrindən sapıntı sayılır və qadağandır.
Ola da bilər ki, məqsəd şəriət qanunu olsun. Yəni qadınlar qandan təmizlənəndən sonra şəriətdə müəyyənləşdirilmiş halal-haram qanunlarına riayət etməlidir.
Bəziləri bu cümlənin kişinin öz həyat yoldaşı ilə adi yoldan deyil, başqa yolla cinsi yaxınlığa girməsinin qadağan edilməsinə işarə olduğunu deyir. Lakin əvvəlki ayələrdə bu məsələdən söz açılmadığı üçün bu təfsir elə də münasib görünmür.
İkinci ayədə incəliklə cinsi yaxınlığın son hədəfinə işarə edilmişdir. Buyurur: "Qadınlarınız sizin tarlanızdır. Elə isə istədiyiniz vaxt onlarla yaxınlıq edin”.
Burada qadınlar tarlaya bənzədilib. Ola bilər ki, bu bənzətmə bəzilərinə xoş gəlməsin və onlar: “Nə üçün İslam bəşəriyyətin yarısını təşkil edən insanlar barəsində belə ifadə işlədib?" - deyə sual versinlər. Lakin bu bənzətmədə incə bir məqam var. Əslində, Quran qadının cəmiyyətdə mövcudluğunun zəruriliyini bəyan etmək istəyir. Qadın kişinin şəhvətini yatırmaq və şəhvətpərəstlik vasitəsi deyil, insan nəslinin qorunması vasitəsidir. Bu ifadə qadına şəhvətpərəstlik vasitəsi və aləti kimi baxanlara xəbərdarlıq hesab edilir.
Ayənin ərəbcə orijinalında işlənmiş (hərs) sözü məsdərdir və onun mənası "toxum səpmək”dir. O, bəzən "tarla”ya da deyilir. (ənna) sözü şərt isimlərindəndir və çox vaxt "zaman” mənası verən (mǝta) mənasında işlədilir və o zaman ona “zaman ənna”sı deyirlər. O, bəzən də məkan mənasında işlədilir. Buna “Ali-İmran" surəsinin 37-ci ayəsini misal göstərmək olar:
“Ondan: “Məryəm, bunu haradan gətirmisən?” – deyə soruşduqda o: "Bu, Allah tərəfindəndir!" - deyə cavab verərdi. Allah istədiyi şəxsə saysız-hesabsız (və ya heç bir sorğu-sualsız) ruzi verər”.
Əgər sözügedən ayədə (ənna) "zaman" mənasında olsa, o, cinsi yaxınlığın zaman genişliyini bəyan edir. Yəni gecə və gündüzün istənilən vaxtı bu işi görmək icazəniz var. Əgər o, "məkan” mənasında olsa, cinsi yaxınlığın məkan baxımından genişliyini və onun növlərini bəyan edir.
Onun hər iki cəhətə işarə olması ehtimalı da var. Belə olan halda, ərlə arvad istədikləri kimi, istədikləri zaman və məkanda bir-birindən cinsi həzz ala bilər (əlbəttə, şəriət qanunlarında qadağan edilən zaman, məkan və formalar istisnadır).
Sonra ayənin davamında buyurur: "(Çalışın, bu fürsətdən istifadə edib ləyaqətli övladlar yetişdirməklə) özünüz üçün qabaqcadan (yaxşı əməllər) göndərəsiniz”.
Bu cümlə cinsi yaxınlığın son hədəfinin ləzzət və həzz almaq olmamasına işarədir. Yəni bu işdən saleh övlad dünyaya gətirmək və tərbiyə etmək üçün istifadə etmək və onu Qiyamətdə mənəvi azuqə olması üçün Allahın hüzuruna göndərmək lazımdır.
Bu ifadə həm də həyat yoldaşı seçimində bir sıra məqamlara diqqət etməyin gərəkliyi barədə xəbərdarlıqdır. Yəni bu məsələyə diqqət etmək lazımdır ki, ondan saleh övlad və ləyaqətli insan nəsli yetişdirmək nəticəsini almaq mümkün olsun.
Həzrət Peyğəmbərdən (s) nəql edilmiş hədislərdən birində belə oxuyuruq:
"İnsan öldükdən sonra onun ümidi üç şeydən başqa hər şeydən kəsilir: sədəqeyi-cariyə (xeyrindən davamlı istifadə edilən mal), insanların bəhrələndiyi elm və ona dua edən saleh övlad".!
İmam Sadiqdən (ə) nəql edilmiş digər bir hədisdə belə oxuyuruq:
"Ölümündən sonra insanın arxasınca üç şeydən başqa heç bir savab və mükafat gəlmir: "Onun öz sağlığında cari etdiyi və ölümündən sonra da axıcılığı davam edən sədəqə (məsələn, xeyriyyə məqsədli tikililər), təməlini qoyduğu və ölümündən sonra da əməl edilən hidayət ənənəsi (insanların doğru yola istiqamətlənməsinə səbəb olan ənənə) və onun üçün Allahdan bağılanma diləyən saleh övlad".
Bu məna digər çoxsaylı hədislərdə də qeyd edilmişdir. Bəzi hədislərdə birincisi saleh övlad olmaqla altı şey qeyd edilib.
Beləcə, saleh övlad, elmi əsərlər, insanları doğru yola istiqamətləndirən kitabların yazılması, məscid, xəstəxana və kitabxana kimi xeyriyyə məqsədli tikililər onların sırasında qeyd edilib.
Ayənin sonunda təqvalı olmaq göstərişi verərək buyurur: “Allahdan çəkinin və bilin ki, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver”.
İlahi mərhəmət müjdəsi, xoşbəxtlik və qurtuluş təqvadadır.
Cinsi yaxınlıq mühüm və insanın təhrikedici hislərindən olduğu üçün Allah-taala son cümlədə möminləri bu məsələdə diqqətli olmağa, günah və sapıntıdan çəkinməyə dəvət edir və onlara xəbərdarlıq edir ki, bilin, hamınız Onunla görüşəcəksiniz və yeganə qurtuluş yolu iman və iman kölgəsində olan təqvadır.
İncəliklər:
1\. Keçmiş qövmlərin qadınlarla davranışı.
Öncə də qeyd etdiyimiz kimi, keçmiş qövmlərin hər biri aybaşı olan qadınlar barəsində müxtəlif əqidəyə malik olub. Yəhudilər bu məsələdə olduqca sərt mövqe nümayiş etdiriblər və həmin vaxt qadınlardan bütün işlərdə, hətta bir yerdə yemək yeməkdən, bir şey içməkdən, eyni məclisdə iştirak etməkdən və bir otaqda yatmaqdan uzaq durublar. Hal-hazırda mövcud olan Tövratda da bu barədə sərt hökmlər görmək mümkündür.
Onlardan fərqli olaraq, xaçpərəstlər həmin günlərdə qadınlarla davranışa heç bir məhdudiyyət qoymayıblar. Bütpərəst ərəblərin isə bu barədə hansısa özəl ənənə və qanunu olmayıb. Sadəcə, Mədinə və onun ətraf bölgələrinin sakinləri yəhudilərin bu barədəki qanunlarını əxz etmişdilər və aybaşı olan dövrdə qadınlarla sərt davranırdılar. Halbuki digər ərəblər belə deyildilər və hətta həmin vaxt qadınlarla cinsi yaxınlığa girməkdə maraqlı idilər. Çünki onlar düşünürdülər ki, həmin dövrdə baş verən cinsi yaxınlıqdan övladları dünyaya gəlsə, həmin uşaq çox qan tökən olacaq. Bu da qan tökən bədəvi ərəblərin nəzərində yaxşı və bəyənilən sifətlərdən hesab edilirdi.
2\. Paklıqla tövbənin bir yerdə qeyd edilməsi.
Sözügedən ayələrdə paklıqla tövbənin bir yerdə qeyd edilməsi, bəlkə də, paklığın zahiri təmizliyə, tövbənin isə batini təmizliyə aid olmasına işarədir.
Burada "paklıq” günaha batmamaq mənasında da ola bilər. Yəni Allah həm günaha batmayanları sevir, həm də günaha batdıqdan sonra tövbə edib pakların sırasına daxil olanları.
Həmçinin burada tövbə bəzilərinin cinsi istəyin təzyiqinə məruz qalıb özünü cilovlaya bilməməsinə və Allahın əmrinə qarşı çıxmasına, lakin sonra öz əməlindən peşman və narahat olmasına işarə ola bilər. Yəni Allah-taala həmin şəxslərin dönüş qapısını bağlı hesab etməmələri və Onun mərhəmətindən məyus olmamaları üçün onlara tövbə qapısını göstərir.
Bəqərə surəsi, 224-225-ci ayələr
وَلَا تَجْعَلُوا اللَّهَ عُرْضَةً لِأَيْمَانِكُمْ أَنْ تَبَرُّوا وَتَتَّقُوا وَتُصْلِحُوا بَيْنَ النَّاسِ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ .٢٢٤
لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَكِنْ يُؤَاخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوبُكُمْ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ .٢٢٥
Ayələrin tərcüməsi
224\. Yaxşılıq etmək, təqvalı olmaq (pis əməllərdən çəkinmək) və insanların arasını düzəltmək üçün Allahı andlarınıza hədəf etməyin. Allah eşidən və biləndir.
225\. Allah bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmayacaq, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (qəsdən içdiyiniz andlara) görə sizi cəzalandıracaqdır. Allah bağışlayan və həlimdir.
Ayələrin nazilolma səbəbi.
Həzrət Peyğəmbərin (s) səhabələrindən olan Abdullah ibn Rəvahə adlı bir şəxsin qızı ilə kürəkəni arasında ixtilaf yaranır və o, onların arasını düzəltmək üçün heç bir iş görməyəcəyinə dair and içir. Bu vaxt sözügedən ayələr nazil olur və bu cür andları qadağan edir və əsassız adlandırır.
Ayələrin təfsiri.
Mümkün qədər and içməyin.
Ayələrin nazilolma səbəbində də oxuduğumuz kimi, sözügedən iki ayə anddan sui-istifadəyə aiddir və onlar qarşıdakı ayələrdəki “ila" məsələsi, yəni həyat yoldaşı ilə cinsi yaxınlığa girməyi tərk etmək barədə içilən and üçün müqəddimə hesab edilir.
İlk ayədə buyurur: "Yaxşılığı, təqvalı olmağı və insanların arasını düzəltməyi tərk etmək üçün Allahı andlarınıza hədəf etməyin. Allah eşidən və biləndir”.
Lakin bəzilərinə görə, #### Ayənin təfsirində məqsəd Allahı andlarınızın hədəfinə çevirməyin və yaxşılıq etmək, islahat aparmaq və insanların arasını düzəltmək üçün (and içməyin)dir. Allah eşidən və biləndir. Yəni böyük və kiçik olmasından asılı olmayaraq, yaxşı işlər üçün and içməyin, Allahın adını kiçiltməyin. Buna görə də ortada mühüm hədəf olmayınca and içmək bəyənilən iş deyil.
Bu məsələyə çoxsaylı hədislərdə də işarə edilib. O cümlədən İmam Sadiq (ə) hədislərin birində belə buyurub:
"Doğru və ya yalan danışmağınızdan asılı olmayaraq, heç vaxt Allaha and içməyin. Çünki pak olan Allah buyurur: "Allahı andlarınıza hədəf etməyin".
Bu halda onun ayənin nazilolma səbəbi ilə əlaqəsi belə olur: İnsanın nəinki yaxşı işləri tərk etməyə görə, hətta yaxşı işləri yerinə yetirməyə görə də and içməsi bəyənilmir.
Ayənin ərəbcə orijinalında işlənmiş (ǝyman) sözü (yəmin) sözünün cəmidir və onun mənası "and"dır. (urzǝt) sözünün mənası "bir şeyi nümayiş etdirmək”dir. Məsələn, bir şeyi bazara aparıb satış üçün nümayiş etdirməyə (urzǝt) deyilir. Bəzən maneələrə də (urzət) deyirlər. Maneənin (urzət) adlandırılmasının səbəbi onun insanın gözünün qabağında və ya yolunun üstündə yerləşməsidir.
Sonrakı ayədə andın xeyir işə mane olmamasını daha mükəmməl bəyan etmək üçün buyurur: “Allah bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmayacaq, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (qəsdən içdiyiniz andlara) görə sizi cəzalandıracaqdır. Allah bağışlayan və həlimdir”.
Allah-taala bu ayədə iki növ anda işarə edir: onlardan biri heç bir təsiri olmayan və etina edilməməli olan bihudə andlardır. Bu növ andlar insanların diqqətsizlik ucbatından hər sözünün ardınca gətirdiyi, adət etdiyi və hər iş üçün “vallah, yox", "vallah, hə" dediyi andlardır. Bu növ andlar "bihudə və puç andlar" adlanır.
Çünki ayənin ərəbcə orijinalında işlənmiş (ləğv) sözünün mənası “müəyyən hədəfi olmayan, yaxud məqsədsiz deyilmiş söz”dür. Buna görə də insanın əsəbi halda içdiyi and (əgər qəzəb onun adi haldan çıxmasına səbəb olarsa,) bihudə andlardan sayılır. Sözügedən ayəyə əsasən, Allah-taala həmin andlara görə cəza verməyəcək və onlara etina etmək lazım deyil. (Insan özünü elə tərbiyə etməlidir ki, ümumiyyətlə, bu cür andlar içməsin.) Bu cür andlara əməl etmək vacib deyil və onların pozulmasının kəffarəsi yoxdur. Çünki onlar düşünülmüş və məqsədli and deyil.
"Allah bağışlayan və həlimdir" cümləsi bu mənaya işarə ola bilər.
Andın ikinci növü düşünülmüş və məqsədli şəkildə içilən - Quranın dili ilə desək, "insanın qəlblərinin kəsb etdiyi" andlardır. Bu andlar isə mötəbər sayılır və onlara əməl etmək lazımdır. Onlara əməl edilməməsi - sonra işarə edəcəyimiz yerlər istisna olmaqla, həm günahdır, həm də insanın kəffarə ödəməsinə səbəb olur. "Maida" surəsinin 89-cu ayəsində bu and barədə “məqsədli şəkildə möhkəmləndirilmiş and" ifadəsi işlədilmişdir.
İncəlik:
Dəyərsiz andlar.
İslam baxımından and içmək yaxşı əməl olmasa da, haram da deyil. Əlbəttə, əgər o, mühüm tərbiyəvi, ictimai hədəf və islahat məqsədi daşısa, vacib və ya müstəhəb ola bilər. Lakin bir sıra andlar İslam baxımından, ümumiyyətlə, dəyərsiz hesab edilir.
1-Allahdan başqasının adına içilən andlar. Hətta Peyğəmbər (s) və məsum İmamların (ə) adına içilən andlara əməl etmək vacib deyil. Yəni kimsə Allahdan başqasının adına and içərsə, onu yerinə yetirmək məsuliyyəti daşımır və onun yerinə yetirilməməsinə görə kəffarə yoxdur.
2-Haram və ya məkruh işin yerinə yetirilməsinə, yaxud vacib və ya müstəhəb əməlin tərk edilməsinə görə içilən andlar da dəyərsiz hesab edilir. Buna kiminsə borcunu qaytarmamağa, qohumlarla əlaqəni kəsməyə, iki nəfərin arasını düzəltməməyə görə and içməsini misal göstərmək olar. Bu, çox rast gəlinən hallardandır. Bəzi şəxslər iki nəfərin arasını düzəldərkən hansısa xoşagəlməz hadisə ilə qarşılaşır və bir də heç vaxt belə iş görməyəcəyinə dair and içir. Bu cür andlara, hətta Allahın adına içilmiş olsa belə, əhəmiyyət verilməməlidir. “Allah bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmayacaq" ayəsinin təfsirlərindən biri də budur. Lakin Allahın adına içilən, mövzusu yaxşı iş və ya ən azı mübah iş olan andlara əməl etmək vacibdir, əgər kimsə onu pozsa, kəffarəsi var.
Onun kəffarəsi on yoxsulu yedirtmək, on möhtacı geyindirmək və ya bir qul azad etməkdir. (Bu, “Maidə” surəsinin 89-cu ayəsində qeyd edilib.) Müasir dövrdə qul olmadığı üçün ilk iki işdən biri yerinə yetirilməlidir.
Bəqərə surəsi, 226-227-ci ayələr
لِلَّذِينَ يُؤْلُونَ مِنْ نِسَائِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ فَإِنْ فَاءُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ .٢٢٦
وَإِنْ عَزَمُوا الطَّلَاقَ فَإِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ .٢٢٧
Ayələrin tərcüməsi
226\. Qadınları ilə yaxınlıq etməməyə dair and içənlər dörd ay gözləyə bilərlər. (Eyni zamanda bu dörd ay ərzində talaq vermək və ya birgə yaşamağa davam etmək baxımından öz qadınları ilə bağlı vəziyyəti aydınlaşdırmalıdırlar.) Əgər (bu müddət ərzində) dönsələr, (onların üzərinə bir şey düşmür. Çünki) Allah bağışlayan və mehribandır.
227\. Əgər ayrılmaq (boşanmaq) qərarına gəlsələr, (şərtlər mövcud olduqda bunun da eybi yoxdur). Allah eşidən və biləndir.
Ayələrin təfsiri.
Çirkin cahiliyyət ənənəsi ilə mübarizə.
Cahiliyyət dövründə cəmiyyətdə qadının heç bir dəyər və statusu olmayıb. Buna görə də qadından ayrılmaq və ya ona təzyiq göstərmək üçün müxtəlif çirkin üsullardan istifadə edilib. Onlardan biri də “ila” - cinsi yaxınlığı tərk etmək üçün and içmək olub. Belə ki öz həyat yoldaşına nifrət edən kişi onunla cinsi yaxınlığa girməmək barədə and içər və bu qeyri-insani yolla həyat yoldaşına təzyiq göstərərdi. Beləliklə, o, həmin qadını nə rəsmi şəkildə boşayar və ona azad ər seçmək imkanı yaradar, nə də onunla barışıb normal həyatını davam etdirərdi. Təbii ki, kişilər bu işdən narahat olmurdular. Çünki onların bir neçə arvadı olurdu.
Sözügedən ayələr bu yanlış adətlə mübarizə aparır və həmin anddan çıxmağın yolunu bəyan edərək buyurur: "Qadınları ila yaxınlıq etməməyə dair and içənlər dörd ay gözləyə bilərlər”.
Bu dörd ay onların həmin müddət ərzində həyat yoldaşları ilə münasibətlərini aydınlaşdırmaları və onları həmin qarışıq vəziyyətdən çıxarmaları üçün verilmiş möhlətdir.
Daha sonra buyurur: “Əgər (bu müddət ərzində) dönsələr, Allah bağışlayan və mehribandır”.
Allah-taala onun bu məsələdə yol verdiyi günahı, həmçinin bu andı pozmasının günahını bağışlayır. Əlbəttə, həmin andın kəffarəsi öz yerində qalır.
Sonrakı ayədə buyurur: "Əgər ayrılmaq (boşanmaq) qərarına gəlsələr, (şərtlər mövcud olduqda bunun da eybi yoxdur). Allah eşidən və biləndir”.
Əgər kişi bu iki yoldan birini seçməsə, yəni nə normal ər-arvad münasibətini bərpa etsə, nə də həmin qadını boşasa, bu halda şəriət hakimi məsələyə müdaxilə edir və kişini həbs etdirir və ona dörd ay müddətində iki yoldan birini seçməsi və qadının müqəddəratını aydınlaşdırması üçün təzyiq göstərir.
İslam “ila" (həyat yoldaşı il dörd ay cinsi yaxınlıq etməməyə and içmək) hökmünü ləğv etməsə də, onun doğurduğu mənfi nəticələri aradan qaldırıb. Çünki İslam heç kəsə öz həyat yoldaşını bu yolla sərgərdan qoymaq icazəsi vermir. İslamın bu iş üçün dörd ay vaxt müəyyənləşdirməsinin səbəbi ər-arvadlıq haqqının müəyyən hissəsinin bu yolla zay edilməsinin caiz olması deyil. Bunun səbəbi şəriətin cinsi yaxınlığın tərk edilməsinə maksimum dörd ay vaxt verməsidir. (Əlbəttə, bu, qadının həmin müddətin uzun olması nəticəsində günaha düşmədiyi hala aiddir. Buna görə də əgər həmin qadın günaha düşmək ehtimalı olan gənc qadın olarsa, həmin zaman fasiləsi daha az olmalıdır.)
İncəliklər:
1\. "İla" istisnai hökmdür.
Əvvəlki ayələrdə bihudə və heç bir təsiri olmayan andlardan danışıldı və biz orada qeyd etdik ki, şəriət qanunlarına zidd olan istənilən and bihudə və puç andlardan sayılır və onları pozmağın eybi yoxdur. Həmin hökmə əsasən, ər-arvadlıq vəzifəsinin tərk edilməsi barədə içilən andın da heç bir mənfi nəticəsi olmamalıdır. Lakin bildiyimiz kimi, “ila”ya görə kəffarə müəyyən edilib.' (Onun kəffarəsi ötən bəhslərdə andın pozulması barədə qeyd etdiyimiz kəffarələrdir.) Əslində, bu, inadkar kişilər üçün nəzərdə tutulmuş cəzadır ki, onlar bir də bu namərd üsulla qadının hüququnu pozmasınlar və bu işi təkrar etməsinlər.
2\. İslam və qərbdə mövcud olan qanunun müqayisəsi Qərbdə də cahiliyyət adətlərində olan "ila"ya bənzər ənənə olub və onlar onu "fiziki ayrılıq" adlandırıblar.
Bildiyimiz kimi, xaçpərəstlərdə boşanma yoxdur. Böyük Fransa inqilabından sonra bir-biri ilə yaşamaq istəməyən kişi ilə qadının ayrılması üçün təsdiq edilmiş qanunlardan biri də “fiziki ayrılıq” qanunu olub.
Həmin qanuna əsasən, kişi ilə qadın müvəqqəti olaraq bir- birindən ayrılır və ayrı evlərdə yaşayırdılar. (Həmin vaxt kişi qadının dolanışığını təmin etmək, qadın da kişinin cinsi istəyini təmin etmək məsuliyyəti daşımırdı, lakin onların arasında ər-arvad əlaqəsi öz qüvvəsində qalırdı.) Bu müddətdə nə kişi başqa arvad ala bilər, nə də də qadın başqasına ərə gedə bilərdi. Həmin ayrılıq üç ilə kimi davam edə bilərdi. Həmin müddətdən sonra onlar bu ayrılıqdan əl çəkib yenidən birgə yaşamaqla razılaşmağa məcbur olurdular.
Qərbdə bu ayrılığa üç ilə kimi icazə verilsə də, İslam bu və qarışıq naməlum vəziyyətin dörd aydan artıq davam etməsinə icazə vermir. Ər dörd aydan sonra məsələyə aydınlıq gətirməlidir və əgər boyun qaçırsa, Islam hökuməti ona məsələni həll etməsi üçün təzyiq göstərmək haqqına malikdir.
3\. Allahın hər ayənin sonunda qeyd edilən sifətləri.
Quran ayələrinin çoxunun sonunda sözügedən məsələ Allahın sifətlərinin qeyd edilməsi ilə sona çatır. Həmin sifətlər birbaşa ayənin mövzusuna aid olur və onların seçimi ayə ilə əlaqəsiz və təsadüfi deyil.
Sözügedən ayələrdə də “ila”dan və bu günah andın pozulmasından danışılarkən ayə "Allah bağışlayan və mehribandır" cümləsi ilə sona çatır. Bu, həmin düzgün hərəkətin (şəxsin sözügedən yanlış andı pozması) onun günahının Allah tərəfindən bağışlanmasına işarədir. Həmçinin söhbət boşanma qərarından gedərkən "Allah eşidən və biləndir" sifətlərinə istinad edilir. Yəni Allah sizin sözlərinizi eşidir, sizin talaq və boşanma niyyətinizdən xəbərdardır və sizə ona görə qarşılıq verəcək.
Bəqərə surəsi, 228-ci ayə
وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ ثَلَاثَةَ قُرُوءٍ وَلَا يَحِلُّ لَهُنَّ أَنْ يَكْتُمْنَ مَا خَلَقَ اللَّهُ فِي أَرْحَامِهِنَّ إِنْ كُنَّ يُؤْمِنَّ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَلِكَ إِنْ أَرَادُوا إِصْلَاحًا وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ .٢٢٨
Ayənin tərcüməsi
228\. Boşanan qadınlar üç dəfə heyz görüb təmizlənincəyə qədər gözləməlidirlər (iddə saxlamalıdırlar). Əgər Allaha və Qiyamət gününə inanırlarsa, Allahın onların bətnlərində yaratdığını gizlətmək onlara halal deyil. Ərləri barışmaq istəsələr, bu müddət ərzində onları qaytarmağa (onlarla yenidən birgə yaşamağa başqalarından) daha çox haqlıdırlar. (Kişilərin) qadınlar üzərində haqları olduğu kimi, onların da (kişilər üzərində) layiqli haqları vardır. Ancaq kişilər onlardan üstündürlər. Allah qüdrətli və hikmatlidir.
Ayələrin təfsiri.
"İddə", yoxsa "evlilik divarı”?
Əvvəlki ayədə talaqdan söz açıldı, burada isə talaqın hökmlərindən və ona aid məsələlərdən danışılır. Burada ümumilikdə beş hökm bəyan edilib:
Əvvəlcə “iddə"dən danışaraq buyurur: “Boşanan qadınlar üç dəfə heyz görüb təmizlənincəyə qədər gözləməlidirlər (iddə saxlamalıdırlar).
Ayənin ərəbcə orijinalında işlənmiş (quru) sözü (qur) sözünün cəmidir və onun mənası həm “aybaşı", həm də “aybaşıdan pak olmaq"dır. Lakin bu iki mənanı ümumi bir mənada bir yerǝ toplamaq olar və o, "həmin iki haldan birindən digərinə keçmək”dir. Rağib özünün “Müfrədat” kitabında belə yazıb: (qur) sözü, əslində, aybaşıdan paklığa daxil olmaqdır. Onda hər iki hal əks olunduğu üçün o, bəzən aybaşı, bəzən də ondan pak olmaq barədə işlədilir.
Bəzi hədislərdən, həmçinin bir çox lüğət kitablarından (qur) sözünün mənasının “cəm olmaq, toplanmaq" olduğu məlum olur. Qadın pak olanda aybaşı qanı onun vücudunda yığıldığı üçün bu söz "paklıq” mənasında işlədilir.
Çoxsaylı hədislərdə ayənin ərəbcə orijinalında işlənmiş və “iddə”nin çərçivəsini müəyyənləşdirən “səlasətə quruvə" ifadəsinin mənasının “qadının heyzdən üç dəfə pak olması” olduğu vurğulanıb.
Təlaq qadının əri ilə cinsi yaxınlıq etmədiyi paklıq zamanı verilməli olduğu üçün bu paklıq "bir paklıq" sayılır. Qadın iki dəfə də aybaşı olub pak olandan sonra - (ümumilikdə) üçüncü paklıq sona çatan və aybaşı olan kimi "iddə" sona çatır və onunla həmin halda evlənmək caizdir. Bu mənanı hədislərdən əlavə ayənin özündən də başa düşmək mümkündür.
Birincisi, ərəb dilində (qur) sözünün iki cəm forması var. Onların biri (quru), ikinci isə (ǝqra) sözüdür. Bəziləri qeyd edir ki, "paklıq" mənasında olan (qur)un cəmi (quru), aybaşı mənasında olan (qur)un cəmi isə (ǝqra)dır və buna görə də sözügedən ayədəki (quru) sözünün mənası “aybaşı günləri” deyil, “qadının pak olduğu günlər”dir."
İkincisi, əslində, (qur) sözünün mənası “cəm olmaq, toplanmaq"dır və "cəm olmaq" paklıq halı ilə daha çox uyğun gəlir. Çünki həmin vaxt qan tədricən uşaqlıqda yığılır və aybaşı zamanı parçalanaraq çölə çıxır.
İkinci hökm belədir: “Əgər Allaha və Qiyamət gününə inanırlarsa, Allahın onların bətnlərində yaratdığını gizlətmək onlara halal deyil".
İddə günlərinin nə vaxt başlayıb nə vaxt sona çatmasını adətən qadının özündən başqa heç kəs bilmədiyi üçün bu iş onun öhdəsinə qoyulub və onun sözü dəlil hesab edilib. Buna görə də İmam Sadiq (ə) sözügedən #### Ayənin təfsirində belə buyurub: “Allah-taala üç şeyi qadınların öhdəsinə qoyub (və onlar barəsində əsas dəlil qadının sözünü hesab edib): aybaşı, paklıq (aybaşının qurtarması) və hamilə olmaq"?
Bu mənanı ümumi şəkildə sözügedən ayədən də çıxarmaq olar. Çünki ayə buyurur ki, qadının Allahın onun bətnində yaratdığını gizlətməsi və həqiqətə zidd danışması caiz deyil. Yəni bu məsələdə onun sözü qəbul edilir.
Bəzi təfsirçilərin nəzərincə, "Allahın onların bətnlərində yaratdığı” ifadəsinin iki mənası - övlad və aybaşı ola bilər. Çünki Allah-taala onların hər ikisini qadının bətnində yaradıb. Yəni o, “iddə” müddətini qısaltmaq üçün hamilə olduğunu gizlədə və aybaşı olacağını deyə bilməz. (Çünki hamilə qadının iddə müddəti uşaq dünyaya gələnə kimidir.) Həmçinin o, aybaşı barəsində - istər onun başlaması olsun, istər qurtarması baxımından həqiqəti əks etdirməyən məlumat verməməlidir. Buna görə də həmin ifadədən hər iki mənanı çıxarmaq mümkündür.
Ayədən çıxan üçüncü hökmə görə isə, “rici talaq” “iddə”sində ərin qayıtmaq haqqı var. Buyurur: “Ərləri barışmaq istəsələr, bu müddət ərzində onları qaytarmağa (onlarla yenidən birgə yaşamağa başqalarından) daha çox haqlıdırlar.
Qadın "rici talaq" iddəsində olarkən əri müştərək ailə həyatını davam etdirə bilər. Onun qayıtmaq niyyətini əks etdirən istənilən söz və ya əməl bu mənanın hasil olması üçün kifayətdir. Lakin ayə “barışmaq istəsələr” ifadəsi ilə bəyan etmək istəyir ki, həmin qayıdışda məqsəd yalnız sülh və barışıq olmalıdır. Cahiliyyət dövründəki kimi. kişilər bu haqdan istifadə edərək qadına təzyiq göstərmək və onları evlilik və boşanma arasında saxlamaq niyyətində olmamalıdırlar.
Bu haqq onun öz əməlindən peşman olduğu, ailə həyatını davam etdirmək istədiyi, məqsədi qadına zərər vurmaq və onu naməlum vəziyyətdə saxlamaq olmadığı hala aiddir.
Həmçinin ayənin davamında "qayıtmaq" məsələsindən danışılarkən belə məlum olur ki, ayənin əvvəlində iddə saxlamaq barədə deyilənlər də həmin dəstə qadınlara aiddir. Başqa sözlə desək, ayə bütünlüklə "rici talaq" barəsindədir. Buna görə də talağın bəzi növlərində iddənin olmaması onunla ziddiyyət təşkil etmir.
Sonra dördüncü hökmü bəyan edərək buyurur: “(Kişilərin) qadınlar üzərində haqları olduğu kimi, onların da (kişilər üzərində) layiqli haqları vardır.
Mərhum Təbərsinin “Məcməül-bəyan"da qeyd etdiyi kimi, bu cümlədə çox maraqlı, heyrətamiz və dolğun sözlərdən istifadə edilmişdir və onlarda çoxlu fayda var. O, ümumilikdə məsələni talaq və iddədən daha mühüm mövzulara yönəldib və kişi ilə qadının ər-arvadlıq hüquqlarına işarə edərək buyurur ki, kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilərin üzərində layiqli haqları var və onlar həmin haqlara riayət etmək məsuliyyəti daşıyırlar. Çünki İslamda birtərəfli haqq mövcud deyil və haqlar həmişə qarşılıqlıdır.
Ayənin ərəbcə orijinalında işlənmiş və “yaxşı, məlum, məntiqi və ağıla uyğun iş" mənasında olan (məruf) sözü bu ayələrdə (sözügedən ayədən 241-ci ayəyə kimi) on iki dəfə təkrar edilib. O, həm kişi, həm də qadınlara xəbərdarlıq edir ki, öz haqlarından sui-istifadə etməsinlər və bir-birinin hüququna qarşılıqlı hörmət göstərməklə ər-arvadlıq əlaqələrinin möhkəmlənməsi və Allahın razılığını qazanmaq istiqamətində çalışsınlar.
Nəhayət, beşinci hökmdə buyurur: "Ancaq kişilər onlardan üstündürlər”.
Bu cümlə kişi ilə qadının qarşılıqlı hüquqları barəsində öncə qeyd edilənləri təkmilləşdirir. Kişi ilə qadının bərabərliyinin mənası onların hər şeydə bərabər olması və hər yerdə birgə addımlaması deyil. Doğrudan da, görəsən, onların hər ikisi hər şeydə bərabər olmalıdırmı?
Kişi ilə qadının fiziki və ruhi potensialı arasındakı böyük fərqi nəzərə alsaq, bu sualın cavabı aydın olur. Qadın kişidən fərqli vəzifələrin yerinə yetirilməsi üçün yaradılıb. Buna görə də o, fərqli hisslərə malikdir. Yaradılış qanunları həssas analıq vəzifəsini, güclü nəsil yetişdirilməsini onun öhdəsinə qoyub və ona daha güclü duyğu və hissiyyat verib. Həmin qanun daha sərt və ağır ictimai vəzifələri kişi cinsinin öhdəsinə qoyub və onun təfəkkür payını daha çox edib.
Buna görə də ədalətə riayət etmək üçün daha çox düşüncə, müqavimət və çətinliklərə qatlaşmaq qüvvəsi tələb edən işlər kişilərin, daha çox duyğu və hiss tələb edən işlər isə qadınların öhdəsinə qoyulmalıdır. Bu səbəbdən ailənin idarəçiliyi kişinin, müavinlik vəzifəsi isə qadının öhdəsinə qoyulub. Əlbəttə, bu, qadınların cəmiyyətdə onların fiziki və ruhi imkanları ilə uyğun gələn işləri öhdələrinə götürmələri və analıq vəzifəsilə yanaşı digər həssas işlərlə də məşğul olmaları ilə ziddiyyət təşkil etmir.
Həmçinin qeyd edilən fərq bəzi qadınların mənəvi məqamlar, elm və təqva baxımından bir çox kişilərdən üstün olması ilə ziddiyyət təşkil etmir.
Bəzi qərbpərəstlərin bu iki cinsin bütün cəhətlərdən bərabər olmasına təkid etməsi bu gerçəkliklə uyğun gəlməyən mənasız isrardır. Onu müxtəlif elmi araşdırmalar da inkar edir. Hətta bütün cəhətlərdə bərabərliyin olması şüarının hər yerdə səsləndiyi cəmiyyətlərdə reallıq həmin iddiaların əksini göstərir. Məsələn, dünyanın hər yerində insanların siyasi və hərbi idarəçiliyi -istisnaları çıxmaq şərti ilə kişilərin əlindədir. Biz hətta əsas şüarın bərabərlikdən ibarət olduğu qərb cəmiyyətlərində aydın şəkildə bu gerçəkliyin şahidi oluruq.
Hər halda, talaq, “iddə” müddəti ərzində “qayıtmaq” və qəzavət etmək haqqının kişilərin əlində olması (talaq icazəsinin qadına və ya şəriət hakiminə verildiyi hallar istisnadır) buradan qaynaqlanır və birbaşa bu gerçəkliyin nəticəsidir.
Bəzi təfsirçilər isə qeyd edib ki, "ancaq kişilər onlardan üstündürlər” cümləsi yalnız talaq iddəsi ərzində qayıtmaq məsələsinə aiddir. Lakin bu təfsir ayənin zahiri ilə uyğun gəlmir. Çünki ondan əvvəl "(kişilərin) qadınlar üzərində haqları olduğu kimi, onların da (kişilər üzərində) layiqli haqları vardır" cümləsi ilə qadının hüququ və ədalətə riayət edilməsi barədə ümumi qayda bəyan edilib, onun da ardınca deyilən cümlə ümumi qanun şəklində qeyd edilib.
Nəhayət, ayənin sonunda buyurur: "Allah qüdrətli və hikmətlidir”.
( وَاللَّه ُعَزِيزٌحَكيمٌ )
Əslində, bu cümlə bu barədə irad tutanlara cavabdır. Allah-taala həmin cümlə ilə bu məqama işarə edir ki, Onun hikmət və tədbiri hər bir kəsin yaradılış qanununun onun üçün müəyyənləşdirdiyi, fiziki və ruhi imkanları ilə uyğun gələn vəzifəni yerinə yetirməsini tələb edir. Allahın hikməti qadınların öhdəsinə qoyulan vəzifələrə uyğun olaraq onların bir sıra inkaredilməz haqlara da malik olmalarını tələb edir ki, həmin vəzifələrlə haqlar arasında tarazlıq yaransın.
İncəliklər:
1\. “İddə” barışıq və qayıdış vasitəsidir.
Bəzən müxtəlif səbəblər insanda elə psixoloji gərginlik yaradır ki, cüzi və xırda bir ixtilaf onun intiqam hissini alovlandırır və bu hiss onun ağıl və vicdanının işığını söndürür.
Ailə münaqişələri çox vaxt belə şəraitdə baş verir. Lakin əksər hallarda həmin çəkişmədən bir müddət keçdikdən sonra kişi ilə qadın özünə gələrək peşman olur. Onlar ailə ocağının dağılması ilə müxtəlif narahatlıqlara düçar olacaqlarını dərk edirlər.
Buna görə də sözügedən ayə qadınların “iddə” saxlamalı olduğunu buyurur. Yəni onlar bu müvəqqəti dalğanın ötüb keçməsini, həyat səmalarından qara buludların çəkilib getməsini gözləməlidirlər. Xüsusilə də İslamın qadının “iddə” müddətində ər evindən çıxmaması barədə verdiyi göstəriş qadında müsbət fikir oyadır və onun əri ilə münasibət- lərinin yaxşılaşmasına böyük təsir göstərir. Buna görə də “Təlaq” surəsinin 1-ci ayəsində buyurur:
"...onları evlərindən çıxartmayın... Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin".
Adətən talaqdan əvvəlki şirin və səmimi anların yada salınması itirilmiş sevgi və səmimiyyətin geri qayıtmasına və zəifləmiş məhəbbət İşığının güclənməsinə səbəb olur.
2\. "İddə” nəslin qorunma vasitəsidir.
“İddə”nin fəlsəfələrindən biri də qadının hamiləlik baxımından vəziyyətinin aydınlaşmasıdır.
Düzdür, qadının bir dəfə aybaşı olması onun hamilə olmamasına dəlalət edir. Lakin bəzən də qadın hamilə olmasına baxmayaraq, hamiləliyinin əvvəllərində aybaşı olur. Buna görə də sözügedən məsələnin tam aydınlaşması üçün qadının üç dəfə aybaşı olub təmizlənməsi göstərişi verilib ki, onun əvvəlki ərindən hamilə olmaması yəqinliklə məlum olsun və o, yenidən ailə qura bilsin. Əlbəttə, "iddə"nin başqa faydaları da var və öz yerində onlara da işarə ediləcək.
3\. Haqq ilə vəzifə bir-birinə bağlıdır.
Quran burada əsas prinsiplərdən birinə işarə edib və o, vəzifənin olduğu yerdə haqqın da mövcud olmasıdır. Yəni vəzifə heç vaxt haqdan kənar deyil. Məsələn, ata ilə ananın övlad barədə bir sıra vəzifələri var və bu, onların övladın üzərində bir sıra haqlarının olmasına səbəb olur.
Hakim ədalətin bərqərar edilməsi və yayılması üçün maksimum çalışmaq vəzifəsi daşıyır. Bununla yanaşı, onun da çoxsaylı haqları var. Bu məsələ hətta peyğəmbərlər və ümmətlər barəsində də belədir.
Sözügedən ayədə də bu həqiqətə işarə edərək buyurur ki, qadınların öhdəsinə düşən vəzifə qədər haqları da var və onlar barəsində ədalət bu hüquqların həmin vəzifələrlə balanslaşdırılması ilə gerçəkləşir. Məsələnin əksi də elədir. Yəni bir şəxs üçün hər hansı haqq müəyyən edilibsə, bunun müqabilində onun öhdəsinə bir sıra vəzifələr də qoyulub. Buna görə də bir məsələ barəsində haqqı olub, lakin heç bir vəzifəsi olmayan şəxs tapmaq mümkün deyil.
4\. Qadınların tarix boyu keçdiyi acı həyat yolu.
Qadın tarix boyu acı və ağrılı həyat yolu keçib. Bu, müasir sosiologiya elminin ən mühüm bəhslərindəndir. Ümumilikdə qadının həyat dövrünü iki hissəyə bölmək olar:
Birinci dövr eramızdan əvvələ aid olan dövrdür ki, qadının həmin dövrdəki vəziyyəti barədə əlimizdə elə də dəqiq məlumat yoxdur və bəlkə də, onlar həmin dövrdə daha çox təbii hüquqlara malik olublar.
Bəşər tarixinin başlanması ilə növbə ikinci dövrə çatır. Bu dövrdə qadın bəzi cəmiyyətlərdə iqtisadi, siyasi və ictimai baxımdan tam asılı bir şəxsiyyət kimi yaşayıb və bu vəziyyət bəzi ölkələrdə son əsrlərə kimi davam edib. Qadın barəsindəki bu təfəkkür tərzinə hətta Fransanın dırnaqarası mütərəqqi mülki məcəlləsində də rast gəlmək mümkündür. Biz indi nümunə üçün ərlə arvad arasındakı maliyyə münasibətlərindən bəhs edən bir neçə maddəyə işarə edəcəyik:
215 və 217-ci maddələrdə qeyd edilir ki, ərli qadın ərinin icazəsi və imzası olmadan heç bir hüquqi iş görə bilməz və bütün əməliyyatlarda ərinin icazəsi tələb edilir. (Əlbəttə, bu, ərin öz gücündən sui- istifadə etmək niyyətində olmadığı və səbəbsiz yerə icazə verməkdən imtina etmədiyi hala aiddir.)
1242-ci maddəyə əsasən, ər onunla arvadı arasında şərikli olan mal barəsində təkbaşına istədiyi işi görə bilər və bunun üçün arvadın icazəsinə ehtiyac yoxdur. (Əlbəttə, qadının razılıq və icazəsi idarəçilik çərçivəsindən xaric əməliyyatda tələb olunmur.)
1428-ci maddədə isə qeyd edilib ki, qadının özünə məxsus mallarının idarə edilmək haqqı kişiyə həvalə edilib. (Əlbəttə, o şərtlə ki, idarəçilik çərçivəsindən kənar əməliyyatlarda qadının razılıq və imzası tələb edilir.)
İslamın zühur etdiyi mühitdə, yəni Hicazda da Həzrət Peyğəmbərin (s) gəlişindən əvvəl qadınla asılı insan kimi davranılıb. Onların qadınla rəftarı yarımvəhşi insanların davranışına daha çox bənzəyirdi. Çünki onlar qadından rüsvayçı və alçaq şəkildə istifadə edirdilər.
Həmin mühitdə qadın elə iradə və ixtiyarsız bir varlıq idi ki, bəzən sahibinin dolanışığını təmin etmək üçün kirayə verilirdi. Mədəniyyətdən uzaqlıq və yoxsulluğa düçar olmaq onları heyrətamiz qəddarlığa sövq etmişdi və onlar (vəd) adlanan məşhur cinayətə (qızların diri-diri torpağa basdırılması cinayətinə) mürtəkib olmuşdular.
5\. Qadının həyatının yeni mərhələsi.
İslamın və onun xüsusi təlimlərinin zühurundan sonra qadın yeni həyat mərhələsinə qədəm qoydu və bu mərhələ ilk iki mərhələdən çox fərqli idi. Qadın bu dövrdə müstəqil şəxsiyyət oldu və fərdi, ictimai və insani hüquqlar əldə etdi. Qadın barəsində İslam təlimlərinin əsası sözügedən ayədə qeyd edilən məsələdir:
"(Kişilərin) qadınlar üzərində haqları olduğu kimi, onların da (kişilər üzərində) layiqli haqları vardır. Yəni qadının cəmiyyətdə ağır vəzifələri olduğu kimi, bir sıra vacib haqları da var. İslam qadını da kişi kimi kamil insani ruh, irada va ixtiyar sahibi hesab edir və onu yaradılış hədəfi olan təkamül yolunda görür. Buna görə də o, kişi ilə qadının hər ikisinə eyni gözlə baxır və onların hər ikisinə (ey insanlar) və (ey iman gətirənlər) deyə müraciət edir.
İslam onlar üçün tərbiyəvi, əxlaqi və əməli proqramlar müəyyənləşdirib və “qadın və kişi olmasından asılı olmayaraq, yaxşı iş görən hər bir kəs mömin olarsa, Cənnətə daxil olar" kimi ayələrlə hər iki cinsin kamil səadətdən bəhrələnəcəyi vədini verib. Həmçinin (kişi və qadın olmasından asılı olmayaraq, mömin olduğu halda layiqli iş görən hər bir kəsə gözəl bir həyat bəxş edəcək və etdiyi ən yaxşı əməllərə görə mükafat verəcəyik) kimi ayələrdə də kişi ilə qadının hər birinin İslamın proqramlarını və ilahi vəzifələri yerinə yetirməklə mənəvi və maddi təkamülə nail ola və başdan-başa səadət və nurdan ibarət olan gözəl və pak həyata qədəm qoya biləcəyini buyurmuşdur.
İslam kişi kimi qadını da tam mənada müstəqil və azad hesab edir. Quran - "hər kəs öz əməllərinin girovundadır” və – “hər kim yaxı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar” kimi ayələrlə kişi və qadınlığından asılı olmayaraq, hamıya belə bir azadlıq verib.”
"Zinakar qadının və zinakar kişinin hər birinə yüz şallaq vurun" və sairə ayələrdə də gördüyümüz kimi, cəza qanunlarında da onların hər ikisini eyni cəzaya məhkum edir.
Digər tərəfdən müstəqillik iradə və ixtiyarın tələbi olduğu üçün İslam müstəqilliyi bütün iqtisadi hüquqlara şamil edib və qadının müxtəlif iqtisadi əlaqələrini maneəsiz hesab edir. İslam qadını öz qazanc və sərmayəsinin sahibi sayır. “Nisa” surəsinin 32-ci ayəsində belə buyurur:
"Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır”.
Bu ayənin ərəbcə orijinalında (kəsb) deyil, “nəticəsi onu əldə edənə aid olan malın əldə edilməsi" mənası verən (iktisab) sözünün işlədilməsindən, həmçinin “insanlar öz mallarının ağasıdırlar" qanunundan İslamın qadının iqtisadi müstəqilliyinə necə hörmətlə yanaşması və kişi ilə qadın arasında heç bir fərq qoymaması məlum olur.
Xülasə, İslamda qadın cəmiyyətin əsas sütunlarından biri hesab edilir və onunla iradəsiz, asılı və qəyyuma möhtac bir varlıq kimi davranılmamalıdır.
6\. Bərabərlik, yoxsa ədalət?
Diqqət edilməsi vacib olan məsələlərdən biri qadın ilə kişinin həm ruhi və fiziki, həm də vəzifələri baxımından olan fərqləridir ki, (İslamda bu məsələyə xüsusi diqqət yetirilib, lakin) bəziləri ifrat və düşünülməmiş hisslərə qapılaraq onu inkar edirlər.
Biz bu iki cins arasında həm fiziki, həm də ruhi baxımdan fərqlərin olmasını inkar edə bilmərik. Həmin fərqlər müxtəlif kitablarda qeyd edildiyi üçün biz burada onları yenidən qeyd etməyə ehtiyac duymuruq. Sadəcə, burada qısa şəkildə onların bəzisinə işarə edəcəyik.
Qadın insanın vücud və yaranışının qərargahıdır və körpələrin vücudu onun qoynunda inkişaf edir. Qadın fiziki baxımdan körpəni bətnində daşımaq, tərbiyə etmək və sonrakı nəsilləri formalaşdırmaq imkanına malik bir varlıq olaraq yaradıldığı kimi, ruhi baxımdan da daha çox duyğu və hissə malikdir.
Bu qədər böyük fərqdən sonra kişi ilə qadının bütün cəhətlərdə eyni olduğunu və bütün işlərdə şərik olduğunu demək mümkündürmü?! Məgər cəmiyyətdə ədalətin tərəfdarı olmaq lazım deyilmi?! Məgər ədalət hər bir kəsin öz vəzifəsini yerinə yetirməsini və öz vücudunun məziyyət və imkanlarından istifadə etməli olduğunu tələb etmirmi?!
Belə olan halda, qadına onun ruhi və fiziki quruluşu ilə uyğun gəlməyən işləri həvalə etmək ədalətlə ziddiyyət təşkil etmirmi?!
Biz burada İslamın ədalət tərəfdarı olmaqla yanaşı, kişini ailə başçılığı və sairə kimi daha çox sərtlik və diqqət tələb edən bir sıra işlərdə önə çəkməsinin və qadını ona müavin təyin etməsinin şahidi oluruq.
Həm evin, həm də cəmiyyətin idarəçiyə ehtiyacı var və idarəçilik sonda bir nəfərin əlində olmalıdır. Əks-təqdirdə, hərc-mərclik və qarışıqlıq yaranar.
Belə olan halda, bu işə kişinin namizəd olması daha yaxşıdır, yoxsa qadının?!
Təəssübkeşlikdən uzaq bütün araşdırmalar kişinin fiziki quruluşunun ailənin idarəçiliyini öz öhdəsinə götürməyə daha münasib olduğunu, qadının isə müavin olmasını göstərir.
Bəziləri bu reallığı qəbul etmək istəməsə də, həyat, hətta müasir dünya və qadınlara tam azadlıq və bərabərlik verən ölkələrin vəziyyətindən belə məlum olur ki, onlar dildə başqa şey desələr də, məsələnin həqiqəti yuxarıda qeyd edilən kimidir.
Bəqərə surəsi, 229-cu ayə
الطَّلَاقُ مَرَّتَانِ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ وَلَا يَحِلُّ لَكُمْ أَنْ تَأْخُذُوا مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلَّا أَنْ يَخَافَا أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ فَإِنْ خِفْتُمْ أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ فَلَا جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَعْتَدُوهَا وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَأُولَئِكَ هُمُ الظَّالِمُونَ .٢٢٩
Ayənin tərcüməsi
229\. (Rici) talaq iki dəfədir. (Hər iki dəfədə) qadını bəyənilən şəkildə saxlamaq (və barışmaq), ya da yaxşılıqla buraxmaq (ayrılmaq) gərəkdir. Onlara verdiyinizdən bir şey geri almanız sizə halal deyil. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün) fidyə (bir əvəz) verməsində ikisi üçün də günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın. Allahın hüdudlarını aşan zalımdır.
Ayənin nazilolma səbəbi.
Bir qadın Həzrət Peyğəmbərin (s) zövcələrindən birinin yanına gəlib ərindən şikayət edir və deyir ki, o, davamlı olaraq məni boşayır, sonra “qayıdır” və bununla mənə ziyan vurmaq istəyir. Cahiliyyət dövründə kişinin öz həyat yoldaşını boşaması üçün məhdudiyyət yox idi və o, öz arvadını min dəfə boşaya və min dəfə də “qayıda” bilərdi. Bu şikayət Həzrət Peyğəmbərə (s) çatanda sözügedən ayə nazil olur və talaq üç dəfə ilə məhdudlaşdırılır.
Ayənin təfsiri.
Ailə həyatını ya məntiqi şəkildə davam etdirmək, ya da xoşluqla boşanmaq lazımdır!
Bundan əvvəlki #### Ayənin təfsirində qeyd etdik ki, “iddə” və “qayıtmaq" qanunu ailə vəziyyətinin yaxşılaşdırılması, ayrılıq və parçalanmanın baş verməsinin qarşısını almaq üçündür. Lakin İslamı qəbul etmiş bəzi şəxslər cahiliyyət adətlərinə uyğun olaraq, ondan sui-istifadə edir va öz həyat yoldaşlarına təzyiq göstərmək üçün onu dalbadal boşayır, iddə müddəti sona çatmamış isə “qayıdır”dılar və beləcə, qadını böyük sıxıntı içində saxlayırdılar.
Sözügedən ayə nazil oldu və həmin namərd əməlin qarşısını aldı. Buyurur: “(Rici) talaq iki dəfədir”.
Daha sonra buyurur: "(Hər dəfə) qadını bəyənilən şəkildə sax- lamaq (və barışmaq), ya da yaxşılıqla buraxmaq (ayrılmaq) gərəkdir”.
Buna görə də daha üçüncü talaqda "qayıdış" yoxdur. Əgər iki dəfə ixtilaf və talaq, onun ardınca barışıq və “qayıdış” baş versə, iş birdəfəlik sona çatdırılmalıdır. Başqa sözlə desək, əgər həmin iki dəfədə itirilmiş məhəbbət və səmimiyyət yenidən bərpa olarsa, o, həyat yoldaşı ilə yaşaya, sülh və səmimiyyətlə ailə həyatını davam etdirə bilər. Əks-təqdirdə, əgər o, həyat yoldaşını yenidən boşasa, sonrakı ayədə qeyd edilən şərtlər istisna olmaqla, daha “qayıtmaq" haqqı yoxdur. Air Ayənin ərəbcə orijinalında işlənmiş (imsak) sözünün mənası "saxlamaq", (təsrih) sözünün mənası isə “buraxmaq"dır. “talaq iki dəfədir” cümləsindən sonra "yaxşılıqla buraxmaq” ifadəsinin qeyd edilməsi onları insaf və əxlaqi meyarlara riayət etməklə bir-birindən ayıran üçüncü talağa işarədir.
Çoxsaylı hədislərdə "yaxşılıqla buraxmaq" ifadəsində məqsədin üçüncü talaq olması qeyd edilmişdir.
Buna görə də "yaxşılıqla buraxmaq" dedikdə qadının haqqının ödənilməsi, boşanandan sonra ona zərər-ziyan vurmamaq, arxasınca pis sözlər danışmamaq, camaatda ona qarşı bədbinlik yaratmamaq və onun yenidən ailə qurmasına mane olmamaq nəzərdə tutulur.
Deməli, qadının saxlanılması və onunla barışmaq bəyənilən şəkildə, gözəl və səmimi olmalı olduğu kimi, ondan ayrılmaq da yaxşılıq və xoşluqla olmalıdır.
Buna görə də ayəninin davamında buyurur: "Onlara verdiyinizdən bir şey geri almanız sizə halal deyil”.
Buna görə də ər boşananda arvadına verdiyi mehriyyəni geri ala bilməz. Bu, xoşluqla ayrılmağın nümunələrindən biridir. ("Nisa" surəsinin 20-21-ci ayələrində bu məsələnin hökmü geniş şəkildə bəyan edilib və biz həmin #### Ayələrin təfsirində onu ətraflı izah edəcəyik.)
Bəzi təfsirçilər həmin cümlənin mənasının mehriyyədən daha geniş olduğunu qeyd edərək belə yazıblar: "O, arvadına bağışladığı digər şeyləri də geri almamalıdır”.
Ayədə "qayıdış" və barışıq barəsində (məruf), yəni “ürf baxımından xoşagəlməz sayılmayan bəyənilən" sözündən, ayrılıq barəsində isə (məruf)dan daha üstün sayılan (ehsan) (yaxşılıq) sözündən istifadə edilib ki, bu yolla ayrılığın acılığını qadın üçün qismən də olsa, aradan qaldırsın.
Ayənin davamında “xül talağ”ına işarə edərək buyurur ki, yalnız bir halda mehriyyəni geri almaq olar və o, qadının müştərək ailə həyatını davam etdirmək istəmədiyi haldır: "Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır”.
Daha sonra buyurur: "Əgər onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün) fidyə (bir əvəz) verməsində ikisi üçün də günah yoxdur” (və qadın belə edib boşana bilər).
Əslində, burada ayrılığın səbəbkarı qadındır və bu işin cəriməsini o ödəməli, onunla yaşamaq istəyən kişiyə həmin mehriyyə ilə başqa bir həyat yoldaşı seçmək şəraiti yaratmalıdır.
Maraqlıdır ki, ayənin ərəbcə orijinalındakı (hər ikisinin yerinə yetirməyəcəklərindən ...) ifadəsində iki nəfərə dəlalət edən birləşik şəxs əvəzliyindən istifadə edilib və onda məqsəd ərlə arvaddır. Lakin "Əgər ... qorxsanız” ifadəsində üçüncü şəxsin cəminə dəlalət edən birləşik şəxs əvəzliyindən istifadə edilib. Bu fərq şəriət hakiminin bu cür talaqlara nəzarət etməsinin gərəkliliyinə, yaxud da müştərək ailə həyatının ilahi hədlər çərçivəsində davam etdirilməsinin mümkünsüzlüyünün təyin edilməsinin ər ilə arvadın öhdəsində qoyulmamasına işarə ola bilər.
Çünki bəzən onlar əsəbi olduqları üçün xırda məsələləri müştərək ailə həyatının davam etdirilməsinin mümkünsüzlüyünün dəlili hesab edirlər. Buna görə də vəziyyətin həqiqətən həmin cür olub-olmaması ürf, camaat və həmin ər-arvadla tanış olan şəxslər tərəfindən müəyyənləşdirilməlidir və “xül talağ"ına bu halda icazə verilir.
Sonda ayədə qeyd edilmiş bütün hökmlərə işarə edərək buyurur: "Bunlar Allahın hüdudlarıdır, onları aşmayın. Allahın hüdudlarını aşan zalimdir”.
İncəliklər:
1\. Talaq hər dəfə bir-birindən ayrı məclislərdə olmalıdır.
"Talaq iki dəfədir” cümləsindən belə məlum olur ki, birdəfəyə iki və ya üç dəfə talaq vermək olmaz və onlar ayrı-ayrı məclislərdə həyata keçirilməlidir. Talağın sayının bir neçə olması "qayıdış" fürsəti yaratmaq, yaranmış ixtilaf və çəkişmədən sonra barışıq və səmimiyyətin yaranması məqsədi daşıyır. Yəni birinci mərhələdə sülh və barışıq yaranmazsa, ikincidə yaransın. Lakin bir neçə talağın birdəfəyə oxunması bu yolu tamamilə bağlayır, onları bir-birindən həmişəlik ayırır və talağın sayının bir neçə olmasının nəzərdə tutulan xeyrini əməldə sıfıra endirir.
Bu məsələ şiələr baxımından belədir. Lakin bu barədə əhli-sünnə arasında fikir ayrılığı var. Onların əksəriyyəti üç talağın birdəfǝyǝ verilməsini düzgün hesab edir.
Lakin "əl-Mənar" təfsirinin müəllifi əhli-sünnənin mühüm kitablarından sayılan Əhməd ibn Hənbəlin “Müsnəd” kitabından, həmçinin “Səhihi-Müslim”dən belə nəql edir: “Həzrət Peyğəmbərin (s) zamanından ikinci xəlifə Ömərin xəlifəliyinin ikinci ilinə kimi bütün səhabələr yekdilliklə birdəfəyə üç talaq verilməsini bir talaq hesab ediblər. Lakin ondan sonra ikinci xəlifə üç talağın birdəfəyə verilməsi hökmünü verib”.
2\. Talaq məsələsində əhli-sünnənin böyük müftisi və şiənin nəzəri.
Birdəfəyə üç talağın verilməsinin caiz olması hökmünün ikinci xəlifə tərəfindən verilməsi məşhur bir məsələ olmasına baxmayaraq, bu barədə əhli-sünnə alimləri arasında fikir birliyi yoxdur. Digər əhli- sünnə alimlərindən fərqli olaraq, bu məsələdə şiənin nəzərini qəbul etmiş alimlərdən biri də əl-əzhər Universitetinin keçmiş rektoru və əhli-sünnənin böyük müftisi Şeyx Mahmud Şəltut olub. O yazır: "Xeyli vaxt bundan əvvəl Şərq Universitetində müxtəlif məzhəbləri araşdırıb onlar arasında müqayisə apardığım zaman müxtəlif məsələlərdə şiələrin dəlil və əsaslandırmasını daha möhkəm və tutarlı gördüyüm üçün onların nəzərini seçdiyim hallar çox olub".
O, sonra şiələrin nəzərini qəbul etdiyi yerlərdən bir neçəsini qeyd edir. Onlardan biri də bir neçə talağın birdəfəyə verilməsi məsələsidir. O, bu barədə belə yazır: “Birdəfəyə və bir ifadə ilə üç talağın verilməsi əhli-sünnənin dörd məzhəbi baxımından üç talaq sayılır. Lakin imamiyyə şiələrinin nəzərincə, o, yalnız bir talaq hesab edilir. Şəriət qanunları (və Quran ayələrinin zahiri) baxımından şiələrin nəzəri düz olduğu üçün əhli-sünnənin nəzəri özünün fitva dəyərini itirmiş sayılır"?
3\. İlahi sərhədlər.
Qurani-Kərimin bu və buna bənzər digər ayələrində ilahi qanunlar barədə incə bir ifadə işlədilib və o, "hədd" və sərhəd sözüdür. Buna görə də günah etmək və həmin qanunlara qarşı çıxmaq hədd və sərhədləri aşmaq hesab edilir.
Həqiqətən insanın işləri arasında bəzi ərazilər "qadağan olunmuş zona" sayılır və onlara daxil olmaq olduqca təhlükəlidir. İlahi qanunlar həmin əraziləri müəyyənləşdirib və həmin qanunlar qeyd edilən ərazilərə qoyulmuş xəbərdarlıq nişanlarına bənzəyir.
Buna görə də “Bəqərə” surəsinin 187-ci ayəsində həmin sərhədlərə yaxınlaşmaq belə qadağan edilib. Buyurur:
"Bunlar Allahın sərhədləridir, bunlara yaxınlaşmayın". Çünki həmin sərhədlərə yaxınlaşmaq insanı uçurumun kənarına aparır.”
Həmçinin Əhli-beyt (ə) vasitəsi ilə nəql edilmiş hədislərdə insanlar hətta şübhəli yerlərdən çəkindiriliblər. Həmin hədislərdə belə deyilir: "Bu iş sərhədə yaxınlaşmaq kimidir və ola bilər, sərhədə yaxınlaşmış insan bir anlıq unutqanlıq səbəbindən ayağını o tərəfə qoysun və məhv olsun".
Bəqərə surəsi, 230-cu ayə
فَإِنْ طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُ مِنْ بَعْدُ حَتَّى تَنْكِحَ زَوْجًا غَيْرَهُ فَإِنْ طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَنْ يَتَرَاجَعَا إِنْ ظَنَّا أَنْ يُقِيمَا حُدُودَ اللَّهِ وَتِلْكَ حُدُودُ اللَّهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ .٢٣٠
Ayənin tərcüməsi
230\. Əgər onu (iki dəfə boşayıb "qayıdandan” sonra üçüncü dəfə yenə) boşasa, o zaman (qadın) başqa birinə ərə ge(dib onunla cinsi yaxınlıq etməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın hədlərinə hörmətlə yanaşacaqlarına ümidvar olduqları təqdirdə, (həmin qadının birinci əri ilə təkrar evlənməsində) heç bir günah yoxdur. Bunlar Allahın anlayanlar üçün açıqladığı hədlərdir.
Ayənin nazilolma.
Hədislərin birində belə nəql edilib: "Bir qadın Həzrət Peyğəmbərin (s) yanına gələrək deyir: "Mən, əmim oğlu Rifaənin arvadı idim. O, məni üç dəfə boşadı. Ondan sonra Əbdürrəhman ibn Zübeyr adlı bir kişi ilə evləndim. Sonra o da məni boşadı. Lakin onunla evli oldu- ğum müddət ərzində o, mənimlə yaxınlıq etməmişdi. Belə olan halda, mən əvvəlki ərimlə yenidən ailə qura bilərəmmi?"
Həzrət Peyğəmbər (s) buyurdu: “Xeyr, onunla yalnız ikinci ərinlə cinsi yaxınlıq etdiyin halda ailə qura bilərsən”. Həmin vaxt sözügedən ayə nazil oldu.
Ayənin təfsiri.
Şərti ayrılıq.
Bundan əvvəlki ayədə iki talaqdan danışıldı və deyildi ki, ikinci talaqdan sonra ərlə arvad ya məhəbbət və sülh yolunu tutmalı, ya da bir-birindən ayrılmalıdır.
Əslində, bu ayə həmin qanuna əlavə xarakteri daşıyır. Buyurur: “Əgər onu (iki dəfə boşayıb “qayıdandan" sonra üçüncü dəfə yenǝ) boşasa, o zaman (qadın) başqa birinə ərə getməmiş (gedib onunla cinsi yaxınlıq etməmiş) ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın hədlərinə hörmətlə yanaşacaqlarına ümidvar olduqları təqdirdə, (həmin qadının birinci əri ilə təkrar evlənməsində) heç bir günah yoxdur”.
Ayənin sonunda buyurur: “Bunlar Allahın anlayanlar üçün açıqladığı hədlərdir”.
İslamın böyük rəhbərlərindən nəql edilmiş hədislərdən belə məlum olur ki, birincisi, ikinci şəxslə evlənmək daimi evlilik şəklində olmalıdır. İkincisi, evlənəndən sonra onların arasında cinsi yaxınlıq baş verməlidir.
Bu iki şərti ümumi şəkildə ayədən də başa düşmək mümkündür. Belə ki həmin evliliyin daimi evlilik olması şərtini ona dəlalət edən “əgər onu boşasa" ifadəsindən başa düşmək olar. Çünki talaq verməklə boşanma yalnız daimi evlilikdə olur.
Cinsi yaxınlığın baş verməsinin gərəkliliyini isə ayənin ərəbcə orijinalında işlənmiş “hətta tənkihə zəvcən ğəyrəhu" ifadəsindən başa düşmək mümkündür. Çünki bəzi ərəb dilçilərinin yazdığına əsasən, ərəb dilində “nəkəhə fulanunfulanəh” deyəndə bir kişinin bir qadınla kəbin kəsdirməsi nəzərdə tutulur. Lakin "nəkəhə zəvcətəhu" ifadəsinin mənası "evli şəxsin öz həyat yoldaşı ilə cinsi yaxınlığa girməsi"dir. (Çünki burada həmin qadın artıq onun arvadıdır və onun öz arvadı ilə "nikah etməsi" deyiləndə cinsi yaxınlıqdan başqa şey nəzərdə tutula bilməz.)
Bundan əlavə, qeyd-şərtsiz ümumi deyilmiş hər hansı bir şey çoxunun başa düşdüyü mənaya yozulur və adətən evlilikdə cinsi yaxınlıq baş verdiyi üçün buradakı evlilik də həmin mənada işlənir.
Sonra da qeyd edəcəyimiz kimi, bu hökmün fəlsəfəsi var və o, yalnız kəbinin kəsilməsi ilə gerçəkləşmir.
İncəlik:
"Mühəllil" insanı talaqdan çəkindirən amildir.
Alimlər adətən qadının üç dəfə talağı verildikdən sonra ərə getdiyi şəxsə "mühəllil” deyirlər. “Mühəllil” sözünün mənası “halal edən”dir. O, həmin qadının (əlbəttə, talağı veriləndən və iddə saxlayandan sonra) birinci ərinə halal olmasına səbəb olduğu üçün belə adlandırılır. Bəlkə də, şəriət sahibinin bu hökmdəki məqsədi ardıcıl baş verən talaqların qarşısını almaqdır.
Belə ki evlənmək həyati və zəruri iş olduğu kimi, bir sıra xüsusi hallarda talağa da zərurət yaranır. Buna görə də İslam təhrif edilmiş xaçpərəstlikdən fərqli olaraq, talağa icazə verib. Lakin ailələrin dağılması həm fərd, həm də cəmiyyətə böyük ziyanlar gətirdiyi üçün İslam müxtəlif üsullardan istifadə edərək mümkün qədər talağın qarşısını almağa çalışıb və əməl ediləcəyi təqdirdə, talağın minimuma enməsinə səbəb olan qanunlar müəyyənləşdirib.
\-
Sözügedən ayədə üç talaqdan sonra başqası - “mühəllil” ilə evlənməyin gərəkliliyi də talağın qarşısını almaq məqsədi daşıyan həmin qabaqlayıcı tədbirlərdən hesab edilir. Çünki qadının üç talaqdan sonra başqa kişi ilə rəsmi şəkildə evlənməsi və onların arasında cinsi yaxınlığın baş verməsinin zəruriliyinin xüsusi şərt kimi qeyd edilməsi talaq yolundakı böyük maneələrdəndir.
Bu hökm üçüncü talağı vermək istəyən şəxsə "qayıdış" yolunun həmişəlik bağlanması barədə xəbərdarlıqdır. Çünki “qayıdış” yolu həmin qadının başqa kişi ilə daimi evlənməsindən keçir və ola bilər ki, qadının evləndiyi həmin ikinci şəxs onu boşamasın. Hətta o, qadını boşasa belə, həmin qadının onunla evlənməsi və cinsi yaxınlığa girməsi birinci ərin qeyrət və hisslərinə toxuna bilər. Buna görə də o, məcbur olmayınca bu işi görməyəcək.
Əslində, "mühəllil" məsələsi, başqa sözlə desək, qadının başqa biri ilə daimi evlənməsi şəhvətpərəst və hiyləgər kişilərin qadını öz nəfsi istəkləri üçün oyuncağa çevirmələri, talaq və “qayıdış” qanunundan sonsuz həddə sui-istifadə etmələri yolunda bir maneədir. Lakin bütün bunlara baxmayaraq, "qayıdış" yolu yenə də tam bağlanmayıb.
Bu evlilikdə qeyd edilən şərtlərdən, məsələn, həmin evliliyin daimi olmasından belə başa düşülür ki, bu yeni evliliyin məqsədi qadının birinci ərinə qovuşmasına yol açmaq deyil. Çünki, ola bilər ki, ikinci ər onu boşamasın. O, təyin edilmiş müddətin sona çatması ilə boşanmanın da baş verdiyi müvəqqəti evlilik qismindən deyil. Buna görə də bu qanundan sui-istifadə etmək olmaz.
Bütün bu qeyd edilənlərdən belə nəticəyə gəlmək olur ki, məqsəd kişi ilə qadının üç talaqdan sonra bir-birindən tam ayrılaraq başqası ilə evlənməsi və hər birinin öz həyatını ürəyi istəyən kimi davam etdirməsi, müqəddəs sayılan evliliyin birinci ərin şeytani nəfsi istəklərinin əlində oyuncağa çevrilməməsidir.
Lakin həmin qadın ikinci ərindən də boşansa, onunla birinci ərinin yenidən evlənmə yolu bağlı deyil və onlara yenidən evlənmək halaldır. Elə buna görə də ikinci ərə "mühəllil" deyirlər.
Burada söhbət həqiqi evlənməkdən gedir və əgər kimsə əvvəldən daimi evlənmək niyyətində olmasa və sadəcə, "mühəllil" rolunu oynamaq və birinci ərin evlənməsini halala çıxarmaq üçün formal evliliyə razı olsa, bu evlilik batildir və həmin qadının birinci ərinə halal olmasında heç bir rol oynamır. Təfsir kitablarının çoxunda Həzrət Peyğəmbərdən (s) nəql edilmiş:
"Allah lənət etsin mühəllilə və mühəllilin xeyrinə addım atan kasa" hədisi də həmin yalançı və formal evliliklərə işarə ola bilər. Bəziləri qeyd edir ki, əgər şəxs ciddi şəkildə daimi evliliyə girsə, lakin niyyəti həmin qadının birinci əri ilə evlənməsinə şərait yaratmaq olsa, bu evlilik batildir və həmin qadın birinci ərinə halal olmur.
Lakin bəziləri deyir ki, əgər onun evlənmək niyyəti ciddi olsa, məqsədi birinci ərin həmin qadınla evlənməsinə şərait yaratmaq olsa belə, bu məsələ kəbində şərt kimi qeyd edilmədiyi təqdirdə, bu evlilik (məkruh olsa da,) səhihdir.
Bu məsələnin şərt və xüsusiyyətləri barədə məlumata malik olmayan bəzi qərəzli və xəbərsiz insanların ona hücum etməsinin və İslamın müqəddəslərinə qarşı şəxsi-qərəzlikdən və ya onun hökmlərindən xəbərsizlikdən dediyi sözlərin heç bir dəyəri yoxdur. Həmin sözlər onun nadanlığının və İslama qarşı olan kininin göstəricisidir. Bu ilahi hökm qeyd edilən şərtlər çərçivəsində təkrar talaqların və bəzi kişilərin özbaşınalıqlarının qarşısını almaq, nikah və evlilik məsələsini sahmana salmaq məqsədi daşıyır.
Bəqərə surəsi, 231-ci ayə
وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ وَلَا تُمْسِكُوهُنَّ ضِرَارًا لِتَعْتَدُوا وَمَنْ يَفْعَلْ ذَلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ وَلَا تَتَّخِذُوا آيَاتِ اللَّهِ هُزُوًا وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ وَمَا أَنْزَلَ عَلَيْكُمْ مِنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُمْ بِهِ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ .٢٣١
Ayənin tərcüməsi
231\. Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti (iddə) başa çatdığı zaman onları ya düzgün şəkildə saxlayın, ya da bəyənilən şəkildə buraxın. Onları zərər vurmaq və təcavüz etmək üçün saxlamayın. Belə edən şəxs özünə zülm etmiş olur. (Bu əməllərlə, Allahın hökmlərindən sui-istifadə etməklə) Allahın ayələrini ələ salmayın. Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi kitabı və hikməti yada salın. Allahdan çəkinin və bilin ki, Allah hər şeyi (Onun hökmlərindən sui-istifadə edənlərin niyyətlərini) bilir.
Ayənin təfsiri.
Talağın digər məhdudiyyətləri.
Əvvəlki ayələrin ardınca bu ayə də talaq məsələsində olan bir sıra məhdudiyyətlərə işarə edir ki, qadının hüquqlarına göz yumulmasının qarşısını alsın.
Ayənin əvvəlində buyurur: "Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti (iddə) başa çatdığı zaman onları ya düzgün şəkildə saxlayın, ya da bəyənilən şəkildə buraxın”.
Ya səmimi şəkildə ailə həyatının davam etməsi barədə qərar qəbul edin, ya da bunun mümkün olmadığını görürsünüzsə, dava-dalaş, bir- birini incitmək və intiqam hissi ilə deyil, yaxşılıqla bir-birinizdən ayrılın.
Sonra onun əks tərəfinə işarə edərək buyurur: "Onları zərər vurmaq və təcavüz etmək üçün saxlamayın”.
Əslində, bu cümlə ayənin ərəbcə orijinalında işlənmiş (məruf) sözünün təfsiridir. Çünki cahiliyyət dövründə bəzən evliliyə “qayıdış”dan intiqam məqsədi ilə istifadə edirdilər. Buna görə də ayə qətiyyətlə buyurur ki, bu fikri başınızdan atın. Çünki “belə edən şəxs özünə zülm etmiş olur”.
Deməli, bu cür yanlış işlər yalnız qadına deyil, həm də sizin özünüzə etdiyiniz zülmdür. Çünki birincisi, qarşı tərəfin haqqını tapdamaq və onu incitmək məqsədi ilə olan “qayıdış”da heç bir rahatlıq tapmaq mümkün deyil və ailə mühiti onların hər ikisi üçün Cəhənnəmə çevriləcək. İkincisi, İslam baxımından ərlə arvad bir bədənin üzvü hesab edilir və buna görə də qadının hüququnun pozulması, əslində, həmin şəxsin özünə etdiyi zülm və haqsızlıqdır. Üçüncüsü, kişilər bu zülm və haqsızlıqla ilahi cəzanın pişvazına çıxırlar və insan özünə qarşı bundan böyük zülm edə bilməz.
Sonra hamıya ümumi xəbərdarlıq edərək buyurur: "Allahın ayələrini ələ salmayın”.
Bu cümlə də cahiliyyət dövrünün hələ də zehnlərdə qalan yanlış ənənələrinə işarə ola bilər. Cahiliyyət dövründə bəzi kişilərin talaq verərkən, həmçinin qul azad edərkən və ya bir qadınla evlənərkən "oyun oynayırdıq, zarafat edirdik" demələri hədislərdə qeyd edilib.
Həmin vaxt sözügedən ayə nazil oldu və onlara xəbərdarlıq etdi. Həmçinin Həzrət Peyğəmbər (s) belə buyurub: "Kim bir qadına talaq versə, bir qul azad etsə, bir qadınla evlənsə və ya onu başqasına ərə versə, sonra oyun oynadığını, zarafat etdiyini iddia etsə, onun iddiası qəbul edilməyəcək və həmin əməli ciddi qəbul ediləcək”.
Bu ayənin öz əyri əməllərinə dini don geyindirən və zahiri cəhətləri əllərində bayraq edən şəxslərə işarə olması ehtimalı da var. Quran bunu Allahın ayələrini ələ salmaq hesab edib. Qanuni haqdan istifadə etmək adı ilə iddə müddətində evlilik, talaq və "qayıtmaq" qanunundan intiqam almaq və qadını incitmək niyyəti ilə istifadə etmək də onun nümunələrindəndir.
Buna görə də Allahın hökmlərinin ruhuna göz yumub onların quru zahirindən yapışaraq əldə oyuncağa çevirmək olmaz. Bu işin günahı böyükdür və cəzası ağırdır.
Daha sonra buyurur: "Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi kitabı və hikməti yada salın”.
Ayənin sonunda buyurur: “Allahdan çəkinin və bilin ki, Allah hər şeyi bilir”.
Bu xəbərdarlıqlar ona görədir ki, birincisi, Allahın onları xurafatdan və cahiliyyət dövrünün evlənmək, talaq və sairə barəsindəki çirkin adət-ənənələrindən xilas etdiyini və İslamın həyat bəxş edən hökmlərinə istiqamətləndirdiyini başa düşüb onun qədrini bilsinlər, onun barəsində boyunlarına düşən vəzifələri yerinə yetirsinlər. İkincisi, qadınların hüququ barədə öz mövqelərindən sui-istifadə etməsinlər və bilsinlər ki, Allah onların hətta niyyətlərindən belə xəbərdardır.
Bəqərə surəsi, 232-ci ayə
وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَلَا تَعْضُلُوهُنَّ أَنْ يَنْكِحْنَ أَزْوَاجَهُنَّ إِذَا تَرَاضَوْا بَيْنَهُمْ بِالْمَعْرُوفِ ذَلِكَ يُوعَظُ بِهِ مَنْ كَانَ مِنْكُمْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ذَلِكُمْ أَزْكَى لَكُمْ وَأَطْهَرُ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ .٢٣٢
Ayənin tərcüməsi
232\. Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti (iddə) başa çatdığı zaman öz aralarında layiqli şəkildə razılığa gələrlərsə, onlara yenidən (əvvəlki) ərlərinə ərə getməyə mane olmayın. Bu, sizlərdən Allaha və axirət gününə iman gətirənlərin öyüd aldığı (əməl etdiyi) bir göstərişdir. Bu (göstəriş) sizin (ailələrinizin) inkişafı üçün daha təsirli və aludəliklərinizin təmizlənməsi üçün daha faydalıdır. Allah bilir, siz isə bilmirsiniz.
Ayənin nazilolma səbəbi.
Həzrət Peyğəmbərin (s) səhabələrindən olan Məqil ibn Yǝsarın Cǝmla adlı bacısı var idi və o, öz həyat yoldaşı Asim ibn Üdəydən boşanmışdı. İddə müddəti sona çatandan sonra o, yenidən əvvəlki əri ilə evlənmək istəyirdi. Lakin qardaşı ona mane oldu. Həmin vaxt bu ayə nazil oldu və onu bu evliliyə mane olmaqdan çəkindirdi.
Həmçinin yazırlar ki, bu ayə Cabir ibn Abdullah əmisi qızının yenidən keçmiş əri ilə evlənməsinə mane olarkən nazil olub.
Bəlkə də, cahiliyyət dövründə yaxın qohumların çoxu qohum qız və qadınların evlənmək məsələsinə müdaxilə etmək haqqına malik olub.
Şiə fiqhi baxımından qardaş və ya əmioğlunun bacı və ya əmiqızı üzərində qəyyumluq haqqı yoxdur və sözügedən ayə bu cür icazəsiz müdaxilələri inkar edir. Hətta bu ayədən qəyyumlar barədə daha geniş mənanı əhatə edən hökm çıxır və nəinki başqa qohum və yadların, hətta ata və babanın bu cür evliliklərə qarşı çıxmaq haqqı yoxdur.
Ayənin təfsiri.
Qadınların əsarət zəncirlərindən daha birinin qırılması.
Əvvəl də qeyd etdiyimiz kimi, cahiliyyət dövründə qadınlar kişilərin əsarət zənciri altında olub. Onlar həyatlarını zalım kişilərin istəklərinə uyğunlaşdırmaq məcburiyyətində olublar. O cümlədən həyat yoldaşı seçimində də qadınların istəyinə əsla əhəmiyyət verilməyib və qadın hətta qəyyumunun icazəsi ilə evlənib sonra boşanmış olsaydı belə, onun yenidən birinci əri ilə evlənməsi kişi qohumların istəyindən asılı idi. Bir çox hallarda kişi ilə qadın boşandıqdan sonra yenidən ailə qurmaq istəsə də, kişi qohumlar bəzi puç və əsassız xürafatlara əsaslanaraq onlara mane olurdular.
Quran aydın şəkildə bu davranışı məzəmmət edərək buyurur: "Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti (iddə) başa çatdığı zaman öz aralarında layiqli şəkildə razılığa gələrlərsə, onlara yenidən (əvvəlki) ərlərinə ərə getməyə mane olmayın”.
Bu ayədə qəyyumlara və kişi qohumlara xitab olunub. Onun birinci ǝrǝ xitab olması ehtimalı da var. Yəni bir qadını boşadıqdan sonra onun başqa şəxslərlə evlənməsinə mane olmayın. Bildiyimiz kimi, həm keçmişdə, həm də indi bəzi inadkar şəxslər arvadlarını boşadıqdan sonra onun başqasına ərə getməsinə həssaslıq göstərirlər. Bu, cahiliyyət təfəkküründən başqa bir şey deyil.
Həmçinin əvvəlki ayədə “gözləmə müddətinin çatması” dedikdə iddənin son günlərinə çatmaq nəzərdə tutulurdu, lakin burada söhbət yenidən evlənmək məsələsindən getdiyi üçün onun mənası iddənin tam sona çatmasıdır."
Buna görə də ayədən belə məlum olur ki, "səyyibə” (yəni ən azı bir dəfə ərə gedib boşanmış) qadınların yenidən ailə qurmaq üçün qəyyumlarının razılığını almasına ehtiyac yoxdur və hətta qəyyumu razı olmasa belə, onlar istədiklərinə ərə gedə bilərlər.
Ayənin davamında bir daha xəbərdarlıq edərək buyurur: “Bu, sizlərdən Allaha və axirət gününə iman gətirənlərin öyüd aldığı (əməl etdiyi) bir göstərişdir.”
Sonra təkid üçün bir daha buyurur: “Bu (göstəriş) sizin (ailələrinizin) inkişafı üçün daha təsirli və aludəliklərinizin təmizlənməsi üçün daha faydalıdır. Allah bilir, siz isə bilmirsiniz".
Ayənin bu hissəsinin mənası budur ki, bu hökmlərin hamısı sizin xeyrinizədir, lakin ondan yaradılışın başlanğıc və sonuna (məada) imanı olan və öz nəfsi istəklərini cilovlayan şəxslər bəhrələnə bilərlər.
Başqa sözlə desək, bu göstərişlərə əməl etməyinizin xeyri bütünlüklə sizin özünüzə qayıdır, sadəcə, ola bilər ki, siz məlumat azlığından onların fəlsəfəsini dərk etməyəsiniz. Hər şeydən xəbəri olan Allah həmin qanunları sizin ailə və nəslinizin paklığı üçün müəyyənləşdirib.
Maraqlıdır ki, bu göstərişlərə əməl etmək həm inkişaf, həm də paklıq və təmizlik amili kimi təqdim edilib. Yəni o, həm yol verilən səhvlər nəticəsində ailələrin düçar olduğu aludəlikləri aradan qaldırır, həm də inkişaf, artım və xeyir-bərəkət gətirir. (Ayənin ərəbcə orijinalında işlənmiş (təzkiyə) sözünün kökü (zəkat) sözüdür və onun mənası “artım, inkişaf”dır.)
Bəzi təfsirçilər “əzkə ləkum” ifadəsinin həmin göstərişlərə əməl etməklə savabların artmasına, "əthəru" sözünün isə günahlardan paklanmağa işarə olduğunu qeyd ediblər.
Bəzən bir hadisə baş verir və ərlə arvad bir-birini çox sevməsinə baxmayaraq, həmin hadisə nəticəsində bir-birindən ayrılırlar, ayrılığın acı nəticələrini reallıqda gördükdən sonra isə peşman olur, yenidən birgə yaşamaq qərarına gəlirlər. Onların ailə həyatını yenidən bərpa etməsi qarşısında sərtlik və təəssübkeşlik göstərmək onların hər ikisinə böyük zərbə vurur, hətta bəzən onların sapmalarına və günaha düşmələrinə səbəb olur. Əgər onların övladı da olsa – adətən çox vaxt uşaq da olur vəziyyət daha acınacaqlı olur. Bu acı taleyǝ görə barışığa mane olan şəxslər məsuliyyət daşıyır.
Bəqərə surəsi, 233-cü ayə
وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ لِمَنْ أَرَادَ أَنْ يُتِمَّ الرَّضَاعَةَ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا لَا تُضَارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَهُ بِوَلَدِهِ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَلِكَ فَإِنْ أَرَادَا فِصَالًا عَنْ تَرَاضٍ مِنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَا وَإِنْ أَرَدْتُمْ أَنْ تَسْتَرْضِعُوا أَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُمْ مَا آتَيْتُمْ بِالْمَعْرُوفِ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ .٢٣٣
Ayənin tərcüməsi
233\. Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirmə müddətini tamamlamaq istəyən şəxslər üçündür. Körpənin onun üçün dünyaya gətirildiyi şəxs (yəni atası, əmizdirmə müddətində hətta talaq verilmiş olsa belə) ananın yeməyini və geyimini layiqincə təmin etməlidir. Heç kəs gücü çatdığından artıq vəzifə daşımır. Nə ana, nə də ata (aralarındakı ixtilafa görə) uşağına ziyan vura bilməz. Varis də bu şəkildə etməlidir. (Südvermə müddətində ananın xərcini təmin etməlidir.) Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı süddən (tez) ayırmaq qərarına gəlsə, ikisinə də heç bir günah yoxdur. Əgər siz (ana əmizdirə bilmədikdə və ya razılaşmadıqda) uşağınız üçün süd anası tutmaq istəsəniz, (ananın keçmiş) haqqını layiqincə ödəsəniz, sizə heç bir günahı yoxdur. Allahdan (Onun əmrlərinə qarşı çıxmaqdan) çəkinin və bilin ki, Allah etdiklərinizi görür.
Ayənin təfsiri.
Körpələri əmizdirmək barədə yeddi göstəriş.
Evlənmə məsələlərinin davamı olan bu ayədə çox mühüm bir məsələyə - "əmizdirmə" məsələsinə toxunulub, qısa və dolğun ifadələrlə məsələnin bəzi incəlikləri bəyan edilib.
1\. Əvvəlcə belə buyurur: "Analar öz övladlarını tam iki il əmizdirməlidirlər”.
Ayənin ərəbcə orijinalında işlənmiş (validat) sözü (validə) sözünün cəmidir və onun mənası "ana"dır. Ərəb dilində ana mənası ifadə edən (umm) sözü də var. Lakin “umm” sözünün mənası daha genişdir və o, bəzən ana, bəzən ananın anası, bəzən də hər hansı bir şeyin kök və əsası barəsində işlədilir.
Ayənin bu hissəsində körpənin iki illik əmizdirilmə haqqı anaya verilib. Həmin müddət ərzində o, öz övladını yanında saxlaya bilər və bu müddət ərzində uşağa himayəçilik haqqı ona məxsusdur. Azyaşlı uşaqların qəyyumluğu atanın öhdəsinə qoyulsa da, körpənin fiziki və ruhi təminatı ana südü və ana məhəbbəti ilə birbaşa bağlı olduğu üçün bu haqq anaya verilmişdir.
Bundan əlavə, ananın hisslərini də nəzərə almaq lazımdır. Çünki o, belə bir həssas zamanda öz qoynunu körpəsiz təsəvvür edə və körpəsinin vəziyyətinə laqeyd qala bilməz.
Buna görə də həmin dövrdə körpənin saxlanılması və əmizdirilməsi haqqının anaya verilməsi bir növ ikitərəfli haqdır və o, həm körpə, həm də ana üçün xeyirdir. Ayədə işlənmiş “öz övladlarını" ifadəsi incəliklə bu məqama işarə edir.
Həmin cümlənin zahirində heç bir qeyd-şərt olmamasına və onun həm boşanmış, həm də boşanmamış qadınlara şamil olmasına baxmayaraq, sonrakı cümlədən onun boşanmış qadınları nəzərdə tutduğu məlum olur. Əlbəttə, bu haqqa başqa analar da malikdir, sadəcə, ortada talaq və boşanma olmadıqda (uşağın kimin yanında qalmasından danışmaq) mənasız olur.
2\. Daha sonra buyurur: “(Bu,) əmizdirmə müddətini tamamlamaq istəyən şəxslər üçündür”.
Yəni uşağın əmizdirilmə müddətinin iki il olmasına ehtiyac yoxdur. Əmizdirmə müddətinin iki il davam etməsi bu dövrü kamil şəkildə həyata keçirmək istəyənlərə aiddir. Lakin analar körpənin vəziyyətini və onun sağlamlığını nəzərə alaraq bu müddəti azalda da bilərlər.
Əhli-beyt (ə) vasitəsi ilə nəql edilmiş hədislərdə kamil əmizdirmə müddətinin iki il, “ondan az”ın isə iyirmi bir ay olması qeyd edilmişdir.
Bu mənanı sözügedən ayənin "onun (bətndə) daşınma və süddən ayrılması otuz ay çəkir” ayəsinin yanında qoyulmasından da başa düşmək mümkündür. Çünki hamiləlik dövrü adətən doqquz ay davam edir və otuz aydan həmin müddəti çıxdıqda iyirmi bir ay qalır ki, bu da adi südvermə müddətidir. “Əhqaf" surəsində qeyd edilənlər də vacib olmadığı üçün ana uşağın xeyir və sağlamlığını nəzərə alaraq süd vermə müddətini iyirmi bir aydan az da edə bilər.
3\. Südvermə müddəti ərzində ananın yemək və geyim xərclərini körpənin atası təmin etməlidir ki, ana xatircəmliklə öz övladına süd verə bilsin. Buna görə də ayənin davamında buyurur: "Körpənin onun üçün dünyaya gətirildiyi şəxs (yəni atası, əmizdirmə müddətində hətta talaq verilmiş olsa belə) ananın yeməyini və geyimini layiqincə təmin etməlidir”.
Burada diqqəti çəkən məqamlardan biri ayədə hər ikisi “ata" mənasında olan (ǝb) və (valid) sözlərinin əvəzinə “əl məvludi ləhu” “körpənin onun üçün dünyaya gətirildiyi şəxs” ifadəsinin işlədilməsidir. Sanki Allah-taala bu ifadə ilə həmin vəzifələrin yerinə yetirilməsi üçün atanın hisslərini oyatmaq və səfərbər etmək istəyir. Burada ana və körpənin xərclərinin atanın öhdəsinə qoyulmasının səbəbi körpənin olmasıdır. yad deyil, ona məxsus olması, onun canının bir parçası olmasıdır.
Ayədə “layiqincə" ifadəsinin işlədilməsindən məlum olur ki, ata ananın geyim və yeməyi barədə layiqli, normal və onun vəziyyətinə münasib olan həddi nəzərə almalı, nə xəsislik, nə də israf etməlidir. Daha geniş izah verərək buyurur: “Heç kəs gücü çatdığından artıq vəzifa daşımır...”
Deməli, hər bir ata imkanı daxilində məsuliyyət daşıyır.
Bəziləri bu cümləni hökmün səbəbi, bəziləri isə öncə qeyd edilən hökmün izahı hesab edirlər. (Əlbəttə, nəticə baxımından onların hər ikisi eynidir.)
4\. Sonra başqa mühüm bir hökmə işarə edərək buyurur: “Nə ana, nə də ata (aralarındakı ixtilafa görə) uşağına ziyan vura bilməz".
Yəni onlar uşağın taleyi ilə oynamaq, onun müqəddəratını öz ixtilaflarının qurbanı etmək və ona fiziki və mənəvi zərbə vurmaq haqqına malik deyillər.
Kişilər uşağı südvermə dövründə anadan almaqla onların hüququnu pozmamalıdır. Çünki bunun zərbəsi körpəyə dəyir. Həmçinin ana bu işdən boyun qaçırmamalı, müxtəlif bəhanələrlə süd verməkdən imtina etməməli və atanın öz övladı ilə görüşməsinə mane olmamalıdır.
Ayənin təfsiri barəsində verilən ehtimallardan biri də budur ki, nə ata ananın hamilə qalmasından və nəticədə südəmər körpəyə ziyan dəyməsindən qorxduğu üçün onu cinsi yaxınlıq haqqından məhrum etməlidir, nə də ana həmin səbəbə görə atanın bu haqqını əlindən almalıdır.
Lakin birinci təfsir ayənin zahiri ilə daha çox uyğun gəlir."
Ayənin ərəbcə orijinalında işlənmiş və övladı həm qadına, həm də kişiyə nisbət verən (vələdiha) və (vələdihi) ifadələri ata və anaları südəmər uşaqlara diqqət yetirməyə həvəsləndirmək məqsədi daşıyır. Bundan əlavə, o, körpənin onların hər ikisinə aid olmasını bildirir. Cahiliyyət dövründə övlad yalnız ataya aid idi və onun barəsində anaya heç bir haqq tanınmırdı.
5\. Daha sonra atanın ölümündən sonraya aid başqa bir hökmə toxunaraq buyurur: “Varis də bu şəkildə etməlidir”.
Yəni varislər də körpəyə süd verilən müddət ərzində ananın ehtiyaclarını təmin etməlidirlər. Bu cümlə barədə başqa ehtimallar da verilib. Lakin onlar çox zəif olduğu üçün biz onlara toxunmuruq.
6\. Ayənin davamında körpəni süddən ayırmaq məsələsindən danışılıb və onun ixtiyarı ata ilə anaya həvalə edilib. Əvvəlki cümlələrdə körpəyə süd verilməsi üçün müddət təyin edilsə də, ata ilə ana uşağın fiziki və ruhi vəziyyətini nəzərə alaraq qarşılıqlı razılıqla onu münasib bildikləri zamanda süddən ayıra bilərlər. Buyurur: “Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı süddən (tez) ayırmaq qərarına gəlsə, ikisinə də heç bir günah yoxdur”.
Ata ilə ana uşağın xeyir və mənafeyini nəzərə almalı, yekdil qərara gəlməklə, Quranın dili ilə desək, qarşılıqlı razılıq və məsləhətləşmə ilə uşağın süddən ayrılması üçün proqram hazırlamalıdırlar. Onlar bu işdə çəkişmə və mübahisədən, həmçinin öz xeyirlərini nəzərə alaraq uşağın hüquqlarını pozmaqdan çəkinməlidirlər.
7\. Bəzən ana uşağa süd vermək və onu öz yanında saxlamaq haqqından imtina edir və ya problem olduğuna görə bu işi yerinə yetirə bilmir. Belə olan halda, bir çıxış yolu tapmaq lazımdır. Buna görə də ayənin davamında buyurur: “Əgər siz (ana əmizdirə bilmədikdə və ya razılaşmadıqda) uşağınız üçün süd anası tutmaq istəsəniz, (ananın keçmiş) haqqını layiqincə ödəsəniz, sizə heç bir günahı yoxdur”.
Təfsirçilər "(ananın keçmiş) haqqını layiqincə ödəsəniz” ifadəsi barədə müxtəlif nəzərlər bildiriblər.
Bəziləri yuxarıda qeyd edilən təfsiri qəbul ediblər. Yəni tərəflərin qarşılıqlı razılığından sonra ananın əvəzinə dayə tutulmasında problem yoxdur, əlbəttə, o şərtlə ki, bu iş ananın keçmiş haqlarının unudulmasına səbəb olmamalı və süd verdiyi müddət üçün ona haqq ödənilməlidir. Lakin bəziləri onun dayənin haqqını nəzərdə tutduğunu və dayəyə adət üzrə haqq ödənilməsinin gərəkliliyini deyiblər.
Bəziləri isə həmin cümlədə məqsədin ata ilə ananın dayǝ seçmək barəsində qarşılıqlı razılığa gəlməsi olduğunu qeyd ediblər. Bu halda o, əvvəlki cümləyə təkid xarakteri daşıyır. Lakin bu təfsirin düz olma ehtimalı zəifdir və daha düzgün təfsir birinci və ikinci təfsirlərdir. Mərhum Təbərsi birinci təfsiri tərcih edib.
Ayənin sonunda hamıya belə xəbərdarlıq edilir: “Allahdan (Onun əmrlərinə qarşı çıxmaqdan) çəkinin və bilin ki, Allah etdiklərinizi görür”.
Mǝbada kişi ilə qadın arasındakı çəkişmə onlarda qisasçılıq hissi oyatsın və onlar bir-birinin və ya zavallı uşağın həyatını təhlükəyə atsınlar. Allah onların əməllərini bütün dəqiqliyi ilə görür.
Bu dəqiq və hesablanmış hökmlərdən və xəbərdarlıqlardan belə məlum olur ki, İslam qadın və uşaqların hüquqlarına olduqca böyük əhəmiyyət verib və bu barədə maksimum ədalətə riayət edilməsini tövsiyə edib.
Bəli, İslam zalımların zəiflərin hüquqlarını davamlı şəkildə pozduğu dünyadan fərqli olaraq, onların hüquqlarına ən yüksək həddə riayət edilməsi göstərişini verib.
Bəqərə surəsi, 234-235-ci ayələr
وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ بِالْمَعْرُوفِ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ .٢٣٤
وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُمْ بِهِ مِنْ خِطْبَةِ النِّسَاءِ أَوْ أَكْنَنْتُمْ فِي أَنْفُسِكُمْ عَلِمَ اللَّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَكِنْ لَا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّا أَنْ تَقُولُوا قَوْلًا مَعْرُوفًا وَلَا تَعْزِمُوا عُقْدَةَ النِّكَاحِ حَتَّى يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي أَنْفُسِكُمْ فَاحْذَرُوهُ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ .٢٣٥
Ayələrin tərcüməsi
234\. Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün gözləməlidirlər (iddə saxlamalıdırlar). Bu müddət başa çatdıqda onların özləri barədə layiqli şəkildə etdiklərində sizə heç bir günah yoxdur. (Könülləri istəyən kişi ilə ailə qura bilərlər.) Allah etdiklərinizdən xəbərdardır.
235\. (Əri ölən) qadınlara elçi düşmək istədiyinizi eyham vurmanızda və ya (bəlli etmədən) ürəyinizdə gizlətmənizdə sizə heç bir günah yoxdur. Allah sizin onları xatırlayacağınızı (unutmayacağınızı) bilir. (O, sizin təbii istəklərinizə qarşı deyil.) Lakin onlarla gizlincə - layiqli şəkildə söz deməyiniz (eyham vurmağınız) istisna olmaqla vədələşməyin. (Lakin) gözləmə müddəti başa çatmayıncaya qədər onlarla nikah bağlamaq fikrinə düşməyin. Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ona qarşı çıxmaqdan qorxun və bilin ki, Allah bağışlayan və həlimdir (Cəzalandırmağa tələsmir).
Ayələrin təfsiri.
Qadınları bədbəxt edən xurafatlar.
Qadınların əsas problemlərindən biri də ərlərinin ölümündən sonra ailə qurmaları ilə bağlıdır. Qadının həyat yoldaşı vəfat etdikdən dərhal sonra başqası ilə ailə qurması onun əvvəlki ərinə olan sevgi, məhəbbət və hörməti ilə ziddiyyət təşkil edir və onun bətnində əvvəlki ərinin spermasının olmamasının aydınlaşmasına imkan vermir. Həmçinin onun bu hərəkəti vəfat etmiş şəxsin qohumlarının hisslərinə toxunur. Buna görə də sözügedən ayə əri ölən qadınların yenidən ailə qurmasını dörd ay on gün iddə saxlamaqla şərtləndirib.
Ailənin ehtiramının hətta ərin ölümündən sonra da qorunması fitri bir işdir. Buna görə də hər bir qəbilənin bu barədə öz qayda və adəti olub. Düzdür, bəzən bu işdə qadınları əsirlikdə saxlamağa bərabər ifratlara yol verilib. Həmçinin onların barəsində ən qəddar cinayətlər törədilib. Məsələn:
1\. Bəzi qəbilələr əri öldükdən sonra onun arvadını yandırar, bəziləri isə ər ilə birlikdə torpağa basdırardı.
2\. Bəziləri qadını həmişəlik evlənməkdən məhrum və guşənişin edərdi.
3\. Bəzi qəbilələrdə isə qadını məcbur edərdilər ki, zinət əşyaları taxmadan, bəzək-düzəksiz, hətta əl-üzünü yumadan köhnə və natəmiz paltar geyinib bir müddət ərinin qəbrinin yanında qurulmuş qara və çirkli çadırda qalsın və bütün gününü həmin vəziyyətdə keçirsin.
Sözügedən ayə bu xurafat və cinayətlərin hamısının üstündən xətt çəkir və dul qadınlara iddə saxladıqdan sonra keçmiş ailəsinin ehtiramını qorumaqla evlənmək icazəsi verir. Buyurur: "Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün gözləməlidirlər (iddə saxlamalıdırlar). Bu müddət başa çatdıqda onların özləri barədə layiqli şəkildə etdiklərində sizə heç bir günah yoxdur”. (Onlar könülləri istəyən kişi ilə ailə quran bilərlər”.
Bəzən qadının qəyyumu və ya qohumları onun işinə yersiz müdaxilələr edir, yaxud onun gələcək ailə həyatında öz mənafelərini güdürlər. Allah-taala ayənin sonunda hamıya xəbərdarlıq edərək buyurur: "Allah etdiklərinizdən xəbərdardır" və hər bir kəs öz əməlinin cəzasını alacaq.
“Onların özləri barədə layiqli şəkildə etdiklərində sizə heç bir günah yoxdur" cümləsi kişi qohumlara xitabdır və belə məlum olur ki, həmin şəxslər əri öldükdən sonra qadını sərbəst buraxmağı özləri üçün günah, ona təzyiq göstərməyi və onunla sərt davranmağı isə vacib vəzifə hesab ediblər. Bu ayə aydın şəkildə buyurur ki, onları sərbəst buraxın və bunun sizə heç bir günahı yoxdur. (Həmçinin bu ayədən ata və babanın da qəyyumluq hüququnun ləğv edildiyi məlum olur.)
Eyni zamanda ayə qadınlara da öz azadlıqlarından sui-istifadə etməmələri və yenidən ər seçərkən "layiqli şəkildə" hərəkət etmələri barədə xəbərdarlıq edir.
Məsum İmamlardan (ə) nəql edilmiş hədislərə əsasən, qadınlar həmin müddət ərzində matəm əlamətlərini qoruyub saxlamalıdırlar. Yəni onlar əsla bəzənməməli, sadə olmalıdırlar. Bunu həmin iddənin saxlanılmasının fəlsəfəsi də tələb edir.
İslam qadınları cahiliyyət dövrünün xurafat adət-ənənələrindən o qədər azad etmişdi ki, bəziləri hətta həmin qısa iddə müddəti ərzində evlənmək haqqına malik olduqlarını güman edirdilər.
Belə düşünən qadınlardan biri Həzrət Peyğəmbərin (s) yanına gəlib və yenidən evlənmək icazəsi istəyib. O, Həzrət Peyğəmbərdən (s) soruşub: “Sürmə çəkib özümü bəzəməyimə icazə verirsinizmi?” Bu zaman Peyğəmbər (s) belə buyurub: "Siz qadınlar təəccüblü varlıqlarsınız. İslamdan əvvəl bəzən ömrünüzün sonuna kimi ən çətin şəraitdə vəfat iddəsi gözləyir, hətta özünüzə yuyunmaq icazəsi vermirdiniz. Lakin indi İslam sizə ailənin ehtiramını qorumaq və həyat yoldaşınızın hüquqlarına riayət etmək üçün qısa müddət gözləmək (iddə saxlamaq) göstərişi verib, lakin dözə bilmirsiniz".
İslamın iddə barəsindəki hökmlərində əri vəfat edən qadının hamilə olması barədə heç bir ehtimal olmasa belə, onun yenə də iddə saxlaması qeyd olunur.
Elə bu səbəbdən də iddənin başlanğıcı ərin öldüyü vaxtdan deyil, ölüm xəbərinin qadına çatdığı vaxtdan hesablanır. Bu xəbər ona hətta neçə ay sonra çatsa belə, o, xəbər çatdıqdan sonra iddə saxlamalıdır. Buradan da bu qanunun müəyyənləşdirilməsində məqsədin hər şeydən əvvəl ərin ehtiramını qorumaq olduğu məlum olur. Şübhəsiz, bu qanunda qadının hamilə olması ehtimalı da nəzərə alınıb.
Sonrakı ayə iddə müddətində olan qadınlara aid (və vəfat iddəsi barəsində qeyd edilənlərin davamı olaraq) mühüm hökmlərdən birinə işarə edərək buyurur: “(Əri ölən) qadınlara elçi düşmək istədiyinizi eyham vurmanızda və ya (bəlli etmədən) ürəyinizdə gizlətmənizdə sizə heç bir günah yoxdur. Allah sizin onları xatırlayacağınızı (unutmayacağınızı) bilir. (O, sizin təbii istəklərinizə qarşı deyil.) Lakin onlarla gizlincə layiqli şəkildə söz deməyiniz (eyham vurmağınız) istisna olmaqla vədələşməyin”.
Bu göstəriş həm keçmiş evliliyin hörmətinin saxlanılması, həm də dul qadınların gələcək müqəddəratlarını müəyyənləşdirmək haqqından məhrum olmaması məqsədi daşıyır. O, həm ədalətli hökmdür, həm də tərəflərin hər ikisinin hörmətinin qorunmasına xidmət edir.
Qadının əri öldükdən sonra öz gələcəyi barədə fikirləşməsi təbii haldır. Həmçinin dul qadınların evlilik şərtləri daha asan olduğu üçün bəzi kişilərin onlarla evlənmək barədə düşünməsi mümkün işdir. Digər tərəfdən, əvvəlki evliliyin də hörməti qorunmalıdır. Yuxarıda qeyd edilən hökmdə bu cəhətlərin hamısı nəzərə alınıb.
"Lakin onlarla gizlincə ... vədələşməyin” cümləsindən belə məlum olur ki, həmin qadınlara aşkar elçilik etməkdən çəkinməkdən əlavə, iddə müddətində onlarla gizli görüşmək və aşkar elçilik etmək də olmaz. Əlbəttə, söhbətin ictimai qaydalar əsasında və qadının ərinin ölməsi ilə ziddiyyət təşkil etməyəcək şəkildə, yəni pərdəli və eyhamla olması istisnadır.
Ayənin ərəbcə orijinalında işlənmiş (ərrəztum) sözünün kökü (təriz) sözüdür. Rağibin "Müfrǝdat" kitabında yazdıqlarına əsasən, onun mənası həm doğru, həm də yalan ola bilən, həm zahiri, həm də batini məna daşıyan "ikibaşlı söz"dür.
Böyük təfsir alimi Təbərsinin “Məcməül-bəyan” kitabında yazdıqlarına əsasən, (təriz) sözü (təsrih) (bir şeyi açıq- aydın demək) sözünün antonimidir və onun kökü “bir şeyin kənar və qırağı” mənasını verən (ərz) sözüdür.
Hədislərdə üstüörtülü elçilik etmək və Quranın dili ilə desək, "layiqli şəkildə söz demək" barədə misallar çəkilib. Məsələn, hədislərin birində İmam Sadiqin (ə) belə buyurduğunu oxuyuruq: “Layiqli şəkildə söz demək”də məqsəd kişinin qadına məsələn, “sənə rəğbətim var, mən qadınlara hörmət edirəm, öz işin barədə məni qabaqlama" deməsidir. Bu və buna bənzər ifadələr alimlərin çoxunun dilindən nəql edilib.
Sözügedən ayə vəfat iddəsindən sonra gəlsə də, alimlər bu hökmün yalnız vəfat iddəsinə məxsus olmadığını, ondan başqa hallara da şamil olduğunu deyiblər.
Məşhur alim və mühəddis, “Hədaiq” kitabının müəllifi belə yazır: “Alimlərimizin nəzərinə əsasən, rici talaq iddəsində olan qadına elçilik məqsədi ilə eyhamla və üstüörtülü söz demək haramdır. Lakin rici talaqda olmayan boşanmış qadına belə sözlərin həm keçmiş əri, həm də başqaları tərəfindən deyilməsi caizdir. Lakin onların heç birinin onu açıq-aydın deməsi caiz deyil... Bain talaq iddəsində isə həm talaq vermiş ərin, həm də başqalarının eyham və üstüpərdəli söz deməsi caizdir. Lakin onun açıq-aydın deyilməsi ərə caizdir, başqalarına isa yox". Bu məsələ barədə geniş izahı fiqh kitablarından, xüsusilə "Hədaiq” kitabından oxuya bilərsiniz.'
Sonra ayənin davamında buyurur: “(Lakin) gözləmə müddəti başa çatmayıncaya qədər onlarla nikah bağlamaq fikrinə düşməyin”.
Şübhəsiz, kimsə iddə müddətində nikah bağlasa, həmin nikah batildir. Həmin şəxs bu işi bilərəkdən görmüş olsa, bu, həmin qadının ona əbədi haram olmasına səbəb olur.
Onun ardınca buyurur: "Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ona qarşı çıxmaqdan qorxun və bilin ki, Allah bağışlayan və həlimdir. (Cəzalandırmağa tələsmir).
Allah-taala bəndələrinin bütün niyyət və əməllərindən xəbərdardır, lakin Ona qarşı çıxanları tez cəzalandırmır.
Ayənin ərəbcə orijinalında işlənmiş (la təzimu) sözünün kökü mənası “qəsd və niyyət” olan (əzm) sözüdür. "onlarla nikah bağlamaq fikrinə düşməyin" dedikdə təkidlə nikaha girməkdən çəkindirmək istəyir. Yəni iddə zamanı bu işin hətta fikrini belə zehninizdən keçirməyin.
Bəqərə surəsi, 236-237-ci ayələr
لَا جُنَاحَ عَلَيْكُمْ إِنْ طَلَّقْتُمُ النِّسَاءَ مَا لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا لَهُنَّ فَرِيضَةً وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدَرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُحْسِنِينَ .٢٣٦
وَإِنْ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إِلَّا أَنْ يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ وَأَنْ تَعْفُوا أَقْرَبُ لِلتَّقْوَى وَلَا تَنْسَوُا الْفَضْلَ بَيْنَكُمْ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ .٢٣٧
Ayələrin tərcüməsi
236\. Qadınları yaxınlıqdan və ya mehriyyə təyin etməzdən əvvəl boşamanızda sizin üçün heç bir günah yoxdur. (Bu zaman) onlara (uyğun bir) hədiyyə verin. Varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində layiqli bir hədiyyə verməlidir. Bu, yaxşılıq edənlər üzərində bir haqdır.
237\. Mehriyyəsini təyin etdiyiniz qadınları yaxınlıq etməzdən əvvəl boşasanız, təyin etdiyinizin yarısını (onlara verməlisiniz). Qadınların (öz haqlarını ərlərinə) bağışlaması və ya nikah bağı əlində olanın (azyaşlı və ya ağıl sağlamlığı yerində olmayanın qəyyumunun) bunu bağışlaması isə istisnadır. Sizin güzəştə getməyiniz (mehriyyənin hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda (bir-birinizə) yaxşılıq etməyi unutmayın. Allah sizin etdiklərinizi görür.
Ayələrin təfsiri.
Mehriyyənin verilmə qaydası.
Bu iki ayədə də talaq mövzusu davam etdirilib və onun başqa hökmləri bəyan edilib.
Əvvəlcə buyurur: "Qadınları yaxınlıqdan və ya mehriyyə təyin etməzdən əvvəl boşamanızda sizin üçün heç bir günah yoxdur”.
Əgər kişi və ya kişi ilə qadın kəbin kəsiləndən sonra və cinsi yaxınlıq baş verməmişdən əvvəl birgə yaşaya bilməyəcəklərini başa düşsə(lər), həmin vaxt boşanmaları daha yaxşıdır. Çünki sonrakı mərhələlərdə iş daha da çətinləşir.
Bu cümlə cinsi yaxınlıq baş verməmişdən və ya mehriyyə təyin edilməmişdən əvvəl boşanmanın səhih olmadığını düşünənlərə cavabdır. Quran bu boşanmanın günah olmadığını və səhih olduğunu buyurur. (Hətta o, bəzən bir çox fəsadların qarşısını ala bilər.)
Bəziləri ayənin ərəbcə orijinalında işlənmiş (cunah) sözünün kişinin boynunda olan "mehriyyə” mənasında işləndiyini deyiblər. Yəni cinsi yaxınlıqdan və mehriyyə təyin edilməmişdən əvvəl talaq verilərkən onların öhdəsinə heç bir mehriyyə düşmür.
Bəzi təfsirçilər bu barədə geniş şərh versələr də, (cunah) sözünün "mehriyyə” mənasında işlənməsi insanlara tanış deyil.
Bəziləri də həmin cümlənin mənasının belə olması ehtimalını verib: "Qadınlara cinsi yaxınlıqdan əvvəl talaq vermək bütün hallarda (istər aybaşı günlərində olsun, istərsə də yox) caizdir. Lakin cinsi yaxın- lıqdan sonra talaq mütləq qadının aybaşıdan pak olduğu günlərdə verilməlidir".
Bu təfsir inandırıcı görünmür. Çünki o, "və ya mehriyyə təyin etməzdən əvvəl" ifadəsi ilə uyğun gəlmir.
Sonra bu barədə bir başqa hökmü bəyan edərək buyurur: “(Bu zaman) onlara (uyğun bir) hədiyyə verin".
Deməli, mehriyyə təyin edilməyibsə və cinsi yaxınlıq da baş verməyibsə, kişi talaqdan sonra həmin qadına onun statusuna uyğun münasib hədiyyə verməlidir. Əlbəttə, həmin hədiyyə verilən zaman ərin güc və imkanı da nəzərə alınmalıdır. Buna görə də ayənin davamında buyurur: "Varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində layiqli bir hədiyyə verməlidir. Bu, yaxşılıq edənlər üzərində bir haqdır”.
Ayənin ərəbcə orijinalında işlənmiş (musi) sözünün mənası "varlı", (muqtir) sözünün mənası isə "kasıb”dır. (Onun kökü (qətr) sözüdür. Bu söz “xəsislik və simiclik” mənasında da işlənmişdir. Buna "Çünki insan xəsisdir" ayəsini misal göstərmək olar.)
Buna görə də həmin hədiyyəni varlılar öz səviyyələrinə uyğun, kasıblar da öz imkanları daxilində verməlidirlər. Bu işdə qadının statusu da nəzərə alınmalıdır.
"Layiqli bir hədiyyə" ifadəsi onların hamısına işarə ola bilər. Yəni o, layiqli - israf və xəsislikdən uzaq həm verənin, həm də alanın vəziyyətinə uyğun bir hədiyyə olmalıdır.
Bu hədiyyə intiqam və qisas hissinin qarşısının alınmasında, həmçinin qadının ailə bağlarının qırılmasından yaranan kindən xilas olmasında mühüm rol oynadığı üçün o, xeyirxahlıq və yaxşılıq ruhiyyəsi ilə əlaqələndirilib. Buyurur: "Bu, yaxşılıq edənlər üzərində bir haqdır".
Qeyd etmək lazımdır ki, "yaxşılıq edənlər" ifadəsinin işlədilməsi qeyd edilən hökmün zəruri olmamasına işarə deyil. O, insanların öz vəzifələrini yerinə yetirməsi üçün onların hisslərini təhrik etmək məqsədi daşıyır. Yoxsa ki bu hökmə əməl etmək zəruridir.
Ayədə olan digər bir maraqlı məqam Quranın kişinin qadına verməli olduğu hədiyyə barəsində (məta) sözündən istifadə etməsidir. (məta) sözünün leksik mənası “insanın bəhrələndiyi şey"dir. O, adətən nağd puldan başqa şeylər barəsində işlədilir. Çünki pulun özündən birbaşa bəhrələnmək bəhrələnmək mümkün deyil və və o, bəhrələniləcək bir şeyə çevrilməlidir. Buna görə də Quran hədiyyə barəsində (məta) sözündən istifadə etmişdir.
Bu, psixoloji baxımdan mühüm təsirlərə malikdir. Çünki bir çox hallarda bir şəxsə qiymət baxımından elə də yüksək olmayan ərzaq, geyim və sairə kimi hədiyyələr aparılır və onlar həmin şəxsin ruhiyyəsinə böyük təsir göstərir. Əgər onlar pul şəklində verilərsə, həmin təsirə malik olmur. Buna görə də məsum İmamlardan (ə) nəql edilmiş hədislərdə hədiyyənin nümunəsi kimi paltar, ərzaq və ya əkin sahəsi kimi şeylər göstərilmişdir.
Həmçinin ayədən belə məlum olur ki, daimi evlilikdə mehriyyənin əvvəlcədən təyin edilməsi vacib deyil və tərəflər onun barəsində kəbindən sonra da razılığıa gələ bilərlər. Eyni zamanda ayədən bu da məlum olur ki, əgər talaq mehriyyə təyin edilməmişdən və cinsi yaxınlıqdan əvvəl baş verərsə, mehriyyə vermək vacib deyil və sözügedən hədiyyə mehriyyəni əvəz edir.
Qeyd etmək lazımdır ki, “layiqli bir hədiyyə”nin miqdarının nə qədər olmasında zaman və məkan da rol oynayır.
Növbəti ayədə mehriyyə təyin edilən, lakin cinsi yaxınlıq baş verməmişdən əvvəl ayrılan qadınlardan söz açılıb. Buyurur: “Mehriyyəsini təyin etdiyiniz qadınları yaxınlıq etməzdən əvvəl boşasanız, təyin etdiyinizin yarısını (onlara verməlisiniz)".
Bu, qeyd edilən məsələnin qanuni hökmüdür və o, qadına hətta cinsi yaxınlıq baş verməsə belə, mehriyyənin tam yarısını almaq haqqı verir.
Sonra məsələnin əxlaqi və psixoloji cəhətinə işarə edərək buyurur: “Qadınların (öz haqlarını ərlərinə) bağışlaması və ya nikah bağı əlində olanın (azyaşlı və ya ağıl sağlamlığı yerində olmayanın qəyyumunun) bunu bağışlaması isə istisnadır”.
Təbii ki, qəyyum azyaşlı uşağın haqqından yalnız uşağın xeyrinə olduğu təqdirdə, vaz keçə bilər. Buna görə də mehriyyənin yarısının ödənilməsi "bağışlama"nın nəzərə alınmadığı hala aiddir.
Deyilənlərdən belə məlum olur ki, "nikah bağı əlində olan” deyildikdə uşaq və ya səfehin qəyyumu nəzərdə tutulur. Çünki həmin şəxslərin evlənməsinə icazəni o verir. Lakin bəzi təfsirçilərin nəzərincə, onda məqsəd ərdir. Yəni ər mehriyyənin hamısını əvvəlcədən ödəyibsə (ərəblərdə belə bir adət olub), onun yarısını geri almaq haqqına malikdir. Əlbəttə, onun həmin hissəni də bağışlaması və ondan vaz keçməsi istisnadır.
Lakin ayəyə diqqət etsək, birinci təfsirin daha düzgün olduğunu görürük. Çünki ayə ərlərə xitabdır və onlara birinci şəxsin cəmində xitab edərək “boşasanız” deyə buyurur. Halbuki “və ya nikah bağı əlində olanın bunu bağışlaması” ifadəsi üçüncü şəxsin təkindədir və onda məqsədin “ərlər” olması münasib deyil. Sonrakı cümlədə buyurur: “Sizin güzəştə getməyiniz (mehriyyənin hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda (bir-birinizə) yaxşılıq etməyi unutmayın. Allah sizin etdiklərinizi görür”.
Şübhəsiz, bu ayədə xitab ərlərədir. Deməli, əvvəlki cümlədə qəyyumların, bu cümlədə isə ərlərin bağışlayıb güzəştə getməsindən danışılır.
"Öz aranızda (bir-birinizə) yaxşılıq etməyi unutmayın” cümləsi bütün müsəlmanlara xitabdır və onlara bu halların heç birində güzəşt və alicənablıq ruhiyyəsinin unudulmamasını tövsiyə edir.
Məsum İmamlardan (ə) nəql edilmiş hədislərdə də ayə qeyd edildiyi kimi təfsir edilib. Şiə təfsirçiləri də ayənin mənasını və Əhli- beytdən (ə) nəql edilmiş hədisləri nəzərə alaraq həmin nəzəri qəbul ediblər. Onlar həmin ifadədə məqsədin qadının qəyyumları olduğunu deyiblər. Bəzən mehriyyənin – həm də zifafdan əvvəl yarısının alın- masında israrlı olmaq həm ər, həm də onun qohumlarının hisslərinə toxunur və onlarda intiqam hissi yaradır. Bu da qadının heysiyyət və abırına təhlükə yarada bilər. Bəzən ata bu kimi yerlərdə qızının xeyrini nəzərə alaraq onun haqqından vaz keçməyi lazım bilir.
"Sizin güzəştə getməyiniz təqvaya daha yaxındır” cümləsi talağı verilmiş qadınlar barədə kişilərin boynuna düşən vəzifəni bəyan edir. Demək istəyir ki, əgər mehriyyənin hamısını vermisinizsə, onun yarısını geri almayın və əgər verməmisinizsə, hamısını verin və öz haqqınız olan digər yarısından vaz keçin. Çünki kəbindən sonra və ya toy və cinsi yaxınlıqdan əvvəl ərindən ayrılan qız və ya qadın mənəvi zərbəyə məruz qalır, həm ictimai, həm də ruhi cəhətdən bir sıra problemlərlə qarşılaşır. Şübhəsiz, ərin güzəştə gedib mehriyyəni tam ödəməsi bu yaraları az da olsa, sağaldır.
Ayənin ümumi bəyan tərzi sözügedən məsələdə layiqli və yaxşı davranılmasını tələb edir. Talaq və ayrılığın qalmaqal, çəkişmə və intiqam hissinin təhrik edilməsi ilə deyil, alicənablıq, yaxşılıq, əfv və bağışlama ilə müşayiət edilməsinin gərəkliliyini vurğulayır. Kişi ilə qadının bir yerdə yaşaya bilməmələri və hər hansı bir səbəbdən bir- birindən ayrılmalı olması onların arasında ədavət və düşmənçiliyin hakim olmasına səbəb olmamalıdır.
Bəqərə surəsi, 238-239-cu ayələr
حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلَاةِ الْوُسْطَى وَقُومُوا لِلَّهِ قَانِتِينَ .٢٣٨
فَإِنْ خِفْتُمْ فَرِجَالًا أَوْ رُكْبَانًا فَإِذَا أَمِنْتُمْ فَاذْكُرُوا اللَّهَ كَمَا عَلَّمَكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ .٢٣٩
Ayələrin tərcüməsi
238\. Bütün namazlara, (xüsusilə də) orta namaza (zöhr namazına) ciddi yanaşın və Allahın qarşısında mütiliklə durun.
239\. Əgər (düşməndən və ya digər bir təhlükədən) qorxsanız, (namazınızı) ayaq üstə (piyada) və ya minik üzərində (qılın). Təhlükə sovuşduqda isə Allahı sizə bilmədiklərinizi öyrətdiyi kimi yad edin (Namazı adi qaydada qılın).
Ayələrin nazilolma səbəbi.
Münafiqlərin bəzisi havanın isti olmasından müsəlmanlar arasında təfriqə və parçalanma yaratmaq məqsədilə istifadə edir, camaat namazında iştirak etmirdi. Bəzi möminlər də onlara baxıb camaat namazında iştirak etmir, beləcə, camaat namazında iştirak edən müsəlmanların sayı azalırdı. Həzrət Peyğəmbər (s) bu barədə çox narahat idi və hətta onları ağır cəza verməklə də hədələmişdi.
Zeyd ibn Sabitdən nəql edilmiş hədislərin birində belə deyilir: “Həzrət Peyğəmbər (s) yayın hədsiz istisində (zörh) namazını camaatla qılırdı. Bu namaz səhabələr üçün ən çətin namazlardan idi. Həmin vaxt Həzrət Peyğəmbərin (s) arxasında bir və ya iki sıra adam olardı. Bu zaman Həzrət Peyğəmbər (s) belə buyurdu: “Camaat namazında iştirak etməyənlərin evini yandırmaq qərarına gəlmişəm". Bu zaman sözügedən ayə nazil oldu və camaata zöhr namazının (camaatla qılınmasının) əhəmiyyətini bəyan etdi".
Bu təhdiddən belə məlum olur ki, camaat namazında iştirak etməməyin səbəbi yalnız havanın isti olması deyil, həm də bu bəhanə ilə İslam və Peyğəmbərin (s) nüfuzunu zəiflətmək, müsəlmanlar arasında parçalanma yaratmaq olub. Buna görə də Həzrət Peyğəmbər (s) onlara sərt reaksiya göstərib.
Ayələrin təfsiri.
Namazın, xüsusilə “orta” namazın əhəmiyyəti.
Namaz insanın Allahla olan ən təsirli əlaqəsidir və o, düzgün yerinə yetirilsə, qəlbi ilahi eşq və məhəbbətlə doldurar. İnsan onun sayəsində özünü günahlardan daha yaxşı təmizləyə bilər. Quran ayələrində namaza çox təkid edilib. Onlardan biri də öncə qeyd edilən ayədir. Buyurur: “Bütün namazlara, (xüsusilə də) orta namaza (zöhr namazına) ciddi yanaşın və Allah qarşısında mütiliklə durun".
Mǝbada isti və soyuq, dünyanın müxtəlif çətinlikləri, başın dünya malına qarışması, arvad-uşaq sizi bu mühüm işdən yayındırsın.
Ayədə qeyd edilən "orta namaz'da məqsədin nə olması barədə təfsirçilər müxtəlif nəzərlər irəli sürüblər. “Məcməül-bəyan" kitabında bu barədə altı, Fəxr Razinin təfsirində yeddi, Qurtubinin təfsirində iki, "Ruhul-mǝani" təfsirində isə on üç nəzər nəql edilib.
Bəziləri onda məqsədin zöhr namazı, bəziləri əsr namazı, bəziləri məğrib namazı, bəziləri işa namazı, bəziləri sübh namazı, bəziləri cümə namazı, bəziləri gecə namazı, xüsusilə vitr namazı olduğunu deyiblər. Bu nəzərlərin hər biri barəsində müəyyən izahlar da verilib.
Lakin əldə olan dəlillərdən onda məqsədin zöhr namazı olması məlum olur. Çünki onu zöhr namazının günün "orta"sında yerinə yetirilməsindən əlavə, ayənin nazilolma səbəbi də təsdiqləyir. Məsumlardan (ə) nəql edilmiş hədislərdə də bu nəzər vurğulanmışdır.
Bu namaza xüsusi təkid edilməsinin səbəbi yayda havanın isti olması və ya iş-gücün çox olması səbəbindən ona az əhəmiyyət verilməsi olub. Sözügedən ayə də "orta namaz"ın əhəmiyyətini və ona xüsusi diqqət yetirilməsini vurğulayıb.
Ayənin ərəbcə orijinalında işlənmiş (qanitin) sözünün kökü (qunut) sözüdür. Onun iki mənası var:
1\. Tabe olmaq və itaət etmək
2\. Pərəstiş, sitayiş və özünü kiçiltmək
Bu ayədə məqsəd bu mənaların hər ikisi ola bilər. Hədislərin birində İmam Sadiqin (ə) “və Allah qarşısında mütiliklə durun” cümləsinin təfsiri barəsində belə buyurduğu nəql edilib: "Burada məqsəd namazın Allaha pərəstiş hissi ilə və diqqəti Ona yönəldərək qılınmasıdır”.
Başqa bir hədisdə belə buyurulub: "Yəni müticəsinə durun". Namaz ən çətin şəraitlərdə, hətta döyüş meydanında belə unudulmamalıdır. Lakin həmin şəraitdə namazda üzü qibləyə olmaq, rüku və səcdələrin normal qaydada yerinə yetirilməsi kimi şərtlər boyundan götürülür. Buna görə də sonrakı ayədə belə buyurur: “Əgər (düşməndən və ya digər bir təhlükədən) qorxsanız, (namazınızı) ayaq üstə (piyada) və ya minik üzərində (qılın və rüku və səcdələri işarə ilə yerinə yetirin”.
"Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi öyrətdiyi kimi yad edin”.
Namazı adi qaydada qılın və onun bütün şərtlərinə riayət edin. İnsana həm təhlükə olanda, həm də təhlükəsizlik şəraitində namaz qılmağın yollarını öyrədən bu ilahi təlimin şükrü onlara əməl etməkdir.
Ayənin ərəbcə orijinalında işlənmiş (rical) sözü (racil) sözünün cəmidir və onun mənası “piyada”, (rukban) sözü isə (rakib) sözünün cəmidir və onun mənası “süvari”dir. Yəni məqsəd düşmənin hücumundan qorxduğunuz zaman namazınızı miniyin üzərində, piyada olduğunuz zaman isə hərəkət və fəaliyyətdə olarkən qıla bilərsiniz. Hədislərin birində Əmirəl-möminin Əlinin (ə) müharibələrin birində namazı "subhanǝllah", "Allahu əkbər" və "la ilahə illəllah" ilə qılmaq göstərişi verməsi nəql edilmişdir.
Başqa bir hədisdə belə oxuyuruq: “Həzrət Peyğəmbər (s) Əhzab müharibəsində işarə ilə namaz qıldı”.
Həmçinin hədislərin birində belə nəql edilib: "İmam Kazim (ə): "Əgər bir şəxs yırtıcı heyvanla qarşılaşarsa və həmin vaxt namaz vaxtı olarsa, lakin yırtıcı heyvanın qorxusundan hərəkət edə bilməzsə, namazını necə qılsın?" sualının cavabında belə buyurmuşdur: "Namazını hətta arxası qibləyə olsa belə, olduğu vəziyyətdə qılsın, rüku və səcdələri işarə ilə yerinə yetirsin".
Bu, alimlərin fiqh kitablarında barəsində geniş söz açdıqları "xof (qorxu) namazı"dır. Deməli, ayə buyurur ki, namaz yalnız təhlükəsizlik zamanı deyil, həmçinin bəndələrin dünyanın yaradanı ilə əlaqəsinin həmişə mövcud olması üçün bütün hallarda yerinə yetirilməlidir. Belə olan halda, insan özünə bir arxa hiss edir, onda ümid yaranır və bu hiss onu çətinliklərə qalib edir.
İncəlik:
Namazın ruhiyyənin güclənməsinə təsiri.
Ola bilər ki, bəziləri namaza bu qədər təkid edilməsini ifrat tələbkarlıq və insanı həmin anlarda özünü qorumaq kimi mühüm vəzifənin yerinə yetirilməsindən yayındıran əməl hesab etsinlər.
Lakin belə düşünənlər böyük səhvə yol verirlər. İnsanın həmin anlarda ruhiyyəsinin gücləndirilməsinə daha çox ehtiyacı olur, əgər ona qorxu, vahimə və süstlük hakim olarsa, məğlubiyyət, şübhəsiz, qaçılmaz olacaq.
Mücahid əsgərlərin və ya təhlükə ilə qarşılaşmış digər şəxslərin ruhiyyəsini namazdan və Allahla ünsiyyətdən daha yaxşı nə gücləndirə bilər?!
İslamın erkən dövrünün mücahidlərinin əməlində bunun nümunələri çoxdur. Bundan əlavə, hicri-qəməri təqvimi ilə 1393-cü ilin ramazan ayında müsəlmanlarla sionistlər arasında baş vermiş dördüncü müharibə barəsindəki xəbərlərdə də müsəlman əsgərlərin namaza və İslamın digər hökmlərinə diqqətlə yanaşmasının onların ruhiyyəsinin güclənməsinə və düşmən üzərində qələbə çalmasına olduqca böyük təsir göstərməsi xüsusi qeyd edilib.
Namazın əhəmiyyət və təsiri o qədər böyükdür ki, bizim bu müxtəsər şərhdə onu tam izah etməyimiz mümkünsüzdür. Şübhəsiz, əgər namaz bütün qaydalarına riayət edilərək, xüsusilə fikrin cəmlənməsi və diqqətin Allaha yönəlməsi ilə yerinə yetirilərsə, həm fərd, həm də cəmiyyətə müsbət təsir göstərər, problemlərin çoxunu həll edər, cəmiyyəti fəsadlardan təmizləyər, çətin və mürəkkəb hadisələrdə insanın yardımçısı olar.
Namazın faydaları barədə daha geniş izahla tanış olmaq üçün "Ənkǝbut" surəsinin 16-cı ayəsinin təfsirinə müraciət edin.
Bəqərə surəsi, 240-242-ci ayələr
وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ فَإِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ مِنْ مَعْرُوفٍ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ .٢٤٠
وَلِلْمُطَلَّقَاتِ مَتَاعٌ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ .٢٤١
كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ .٢٤٢
Ayələrin tərcüməsi
240\. Sizlərdən ölüm ayağında olan və (özündən sonra) zövcələr qoyub gedənlər zövcələrinə bir il müddətində (ər evindən) çıxmamaq (ərə getməmək) şərtilə baxılmasını (xərclərinin təmin olunmasını) vəsiyyət etməlidirlər. Əgər onlar (öz istəkləri ilə) çıxıb getsələr, (o zaman xərclərini tələb etmək hüquqları yoxdur. Lakin) onların özləri barədə layiqincə görəcəkləri işlərdə sizin üçün heç bir günah yoxdur. Allah qüdrətli və hikmətlidir.
241\. Boşanmış qadınlara (ər tərəfindən) uyğun bir hədiyyə (vermək) lazımdır. Bu, təqvalılar üzərində bir haqdır. and combap 242. Allah Öz ayələrini sizə belə açıqlayır ki, bəlkə, düşünəsiniz.
Ayələrin təfsiri.
Talaq hökmlərinin digər bir hissəsi.
Bu ayələrdə yenidən evlənmək, talaq və onlarla əlaqəli məsələlərə toxunulub. Əvvəlcə ölüm ayağında olan və özlərindən sonra həyat yoldaşları qalan şəxslər barəsində danışaraq buyurur:
"Sizlərdən ölüm ayağında olan və (özündən sonra) zövcələr qoyub gedənlər zövcələrinə bir il müddətində (ər evindən) çıxmamaq (ǝrǝ getməmək) şərtilə baxılmasını (xərclərinin təmin olunmasını) vəsiyyət etməlidirlər”.
Yəni onlar ər evində qalmalı və bütün xərcləri təmin edilməlidir. Əlbəttə, bu, onların ər evindən çıxıb getmədikləri hala aiddir: "Əgər onlar (öz istəkləri ilə) çıxıb getsələr, (o zaman xərclərini tələb etmək hüquqları yoxdur. Lakin) onların özləri barədə layiqincə görəcəkləri işlərdə (iddə müddəti sona çatandan sonra ərə getmələrində) sizin üçün heç bir günah yoxdur.
Ayənin sonunda öz gələcəyindən narahat olan qadınlara sanki təskinlik verir və buyurur ki, Allah onların üzünə başqa bir qapı açmağa qadirdir və onların başına belə bir müsibət gəlibsə, şübhəsiz, bunun bir hikməti var. Çünki "Allah qüdrətli və hikmətlidir".
Əgər Allah hikmətlə bir qapını bağlayırsa, Öz lütfü ilə başqa bir qapını açır və buna görə də narahat olmağa dəyməz.
Ayənin ərəbcə orijinalında işlənmiş (yutəvəffaunə) sözünün mənası “ölmək” deyil və onun vəsiyyətlə birgə işlədilməsi onun “ölüm ayağında olmaq” mənasında olmasına dəlalət edir.
Yuxarıda qeyd edilən təfsirə əsasən, “əgər onlar (öz istəkləri ilə) çıxıb getsələr, (o zaman xərclərini tələb etmək hüquqları yoxdur. Lakin) onların özləri barədə layiqincə görəcəkləri işlərdə sizin üçün heç bir günah yoxdur" cümləsi ər evində qalacağı təqdirdə, həmin qadının bir illik dolanışığının təmin edilməsinin vərəsələrin boynuna düşməsinə dəlalət edir. Əgər o, öz istəyi ilə ər evində qalmaq və həmin xərclərdən istifadə etmək hüququndan imtina etsə, ona görə heç kəs məsuliyyət daşımır və o, yenidən ailə qurmaqda azaddır.
Lakin bəziləri bu cümləni başqa cür təfsir ediblər. Həmin təfsirə əsasən, qadının bir il səbir edib sonra ərinin evindən çıxaraq ailə qurmasında heç bir maneə yoxdur. nelys nebinoy ch ted İkinci təfsirə əsasən isə, həmin qadın bir il müddətində iddə saxlamalıdır. Lakin birinci təfsirə əsasən, buna lüzum yoxdur. Başqa sözlə desək, birinci təfsirə əsasən, iddənin bir ilə kimi davam etməsi haqq, ikinci təfsirə əsasən isə, hökmdür. Lakin ayənin zahiri birinci təfsirlə daha çox uyğundur. Çünki son cümlənin zahirindən belə məlum olur ki, o, əvvəlki hökmün istisnasıdır.
Sonrakı ayədə talağın başqa bir hökmünə işarə edərək buyurur: "Boşanmış qadınlara (ər tərəfindən) uyğun bir hədiyyə (vermək) lazımdır. Bu, təqvalılar üzərində bir haqdır” və o, ər tərəfindən ödənilir.
Ayənin zahiri talağı verilmiş bütün qadınlara şamil olsa da, 236-cı ayəni nəzərə aldıqda belə məlum olur ki, bu hökm kəbin kəsilərkən mehriyyə təyin edilməmiş və cinsi yaxınlıqdan əvvəl talağı verilən qadınlara aiddir. Yəni həmin hökm bir daha vurğulanır ki, unudulmasın.
Həmin hökmün talağı verilmiş bütün qadınlara şamil olması yuxarıda qeyd edilən halda vacib, digər yerlərdə isə müstəhəb olması ehtimalı da var.
Hər bir halda, bu, İslamın humanist hökmlərindən biridir və onun talaqdan doğan intiqam hissi və kinin qarşısının alınmasında təsiri böyükdür.
Bəziləri də münasib hədiyyənin verilməsinin talağı verilmiş bütün qadınlar barəsində vacib və mehriyyədən əlavə olduğunu qeyd etmişlər. Lakin mərhum Təbərsinin "Məcməül-bəyan" kitabındakı sözlərindən şiə alimləri arasında heç kəsin bu nəzəri qəbul etmədiyi məlum olur. "Cəvahirul-kəlam" kitabının mərhum müəllifi də sözügedən hədiyyənin yalnız həmin məxsus yerdə vacib olduğunu və bu barədə də alimlər arasında yekdillik olduğunu qeyd etmişdir.
Burada məqsədin "dolanışıq haqqı" olması ehtimalını verənlər də var. Lakin bu, çox zəif ehtimaldır.
Məsum İmamlardan (ə) nəql edilmiş hədislərə əsasən, bu hədiyyə rici talaq iddəsi zamanı deyil, iddə sona çatandan və tam ayrılıq baş verəndən sonra verilməlidir. Başqa sözlə desək, o, vidalaşma hədiyyəsidir, qayıtmaq vasitəsi yox.
Sözügedən ayələrin sonuncusunda - o, həm də talaq barəsindəki son ayədir - buyurur: "Allah Öz ayələrini sizə belə açıqlayır ki, bəlkə, düşünəsiniz”.
Şübhəsiz, düşünməkdə məqsəd onun hərəkət mənbəyi olmasıdır, yoxsa hökmlər barəsində yalnız düşünməyin heç bir faydası yoxdur.
Quran ayələrinin və hədislərin araşdırılmasından belə məlum olur ki, “ağıl” sözü (və “ağıl işlətmək, düşünmək” ifadəsi) çox vaxt idrak ilə fəhmin hiss və duyğularla qarışdığı və onların da arxasınca əməlin gəldiyi yerlərdə işlədilir. Məsələn, əgər Quran Allahı tanımaq bəhslərinin çoxunda dünyanın heyrətamiz quruluşu barədə nümunələr təqdim etdikdən sonra “Biz bu ayə və nişanələri sizin düşünməyiniz (ağlınızı işlətməyiniz) üçün bəyan edirik” deyirsə, burada məqsəd beyinə təbiət aləmi barədə məlumat yığmaq deyil. Çünki təbiət elmləri qəlb və duyğulara təsir göstərib varlıq aləminin yaradanına qarşı sevgi və məhəbbətin yaranmasına səbəb olmazsa, onun tövhid və Allahı tanımaq məsələləri ilə heç bir əlaqəsi olmayacaq.
Elmi məlumatlar da belədir. Onlar da əmələ çevrildiyi təqdirdə, ağıl və düşüncə adlanır. “Əl-Mizan" təfsirində belə oxuyuruq: “Ağıl işlətmək və düşünmək” ifadəsi insan dərk edib anlayandan sonra əməl mərhələsinə keçdiyi hallarda işlədilir. Bunun dəlili "onlar deyəcəklər: "Əgər biz dinləsəydik və ya anlasaydıq, Cəhənnəm sakinlərinin arasında olmazdıq" və "məgər onlar dərk etmək üçün qəlbə, eşitmək üçün qulağa malik olsunlar deyə yer üzündə gəzib dolaşmırlar?" ayələridir.
Çünki günahkarların Qiyamət günü arzuladığı dünya düşüncəsi əməllə birgə olan düşüncədir. Həmçinin əgər Allah-taala insanlara yer üzündə gəzib dolanmağı və dünyaya nəzər salıb bəzi şeyləri dərk etməyi buyurursa, məqsəd onların öz yanlış yollarını dəyişmələrinə və düz yola gəlmələrinə səbəb olan idrak və fəhmdir.
Başqa sözlə desək, əgər düşüncə və təfəkkür köklü olsa, onun nişanələrinin əməldə zahir olmaması mümkünsüzdür. İnsanın yeməyin zəhərli olduğunu yəqin bilib onu yeməsi mümkündürmü?! Yaxud ola bilərmi ki, o, hansısa bir dərmanın təhlükəli xəstəliyi sağaltmasını yəqinliklə bilsin, lakin ondan istifadə etməsin?!
İncəlik:
Bu ayə nəsx olubmu?
Təfsirçilərin çoxunun nəzərinə görə, sözügedən ayələrin birincisi bu surənin vəfat iddəsini dörd ay on gün təyin edən 234-cü ayəsi ilə nǝsx edilib. Həmin ayənin Quranın mövcud sıralığı baxımından bu ayədən əvvəldə olması onun əvvəl nazil olmasına dəlalət etmir. Bildiyimiz kimi, surələrdə ayələrin ardıcıllığı onların nazilolma sıralığı ilə deyil və bəzən sonradan nazil olan ayələr surənin əvvəlinə, daha əvvəl nazil olan ayələr isə surənin sonuna yerləşdirilib. Bu, Həzrət Peyğəmbərin (s) göstərişi ilə ayələr arasındakı əlaqə nəzərə alınaraq edilib.
Həmçinin bəziləri də qeyd edib ki, bir illik dolanışıq xərcinin verilməsi hökmü irs ayələrinin nazil olmasından əvvəl olub. Lakin sonradan qadına irs payı müəyyənləşdirilib və bu haqq ləğv olunub. Buna görə də sözügedən ayə iki cəhətdən (iddənin müddəti və dolanışıq haqqı baxımından) nəsx olub.
Mərhum Təbərsi "Məcməül-bəyan” kitabında belə yazır: “Bu ayənin nəsx olması barədə bütün alimlər yekdildirlər". O daha sonra İmam Sadiqdən (ə) hədis nəql edir ki, (cahiliyyət dövründə) kişi dünyasını dəyişərkən qadına ərinin malından bir illik dolanışıq haqqı verirdilər, həmin müddətdən sonra o, irs payı almadan ər evindən Çıxırdı. Sonradan (qadının irs payı barəsindəki) dörddə bir və səkkizdə bir ayəsi bu ayəni nəsx etdi. Buna görə də iddə müddətində qadının dolanışıq haqqı onun irs payından təmin edilməlidir.
Həmçinin o Həzrətin (ə) belə buyurduğunu nəql edib: "Bu aya dörd ay on gün iddə saxlamaq barəsindədir. İrs ayəsi bu ayəni nəsx edib.”
İslamın böyük şəxsiyyətlərinin sözlərindən belə məlum olur ki, cahiliyyət dövründə vəfat iddəsi bir il olub və onlar həmin müddət ərzində qadın barəsində ağır xurafat və adətlərə inanıblar. İslam əvvəlcə həmin xurafatları aradan qaldırıb, lakin iddənin bir il olmasını öz qüvvəsində saxlayıb. Sonra onu dörd ay on günə endirib və həmin müddətdə qadına yalnız bəzənməyi və zinətdən istifadə etməyi qadağan edib.
Fəxr Razinin sözlərinə görə, əhli-sünnə arasında da məşhur nəzər bu nəzərdir, yəni sözügedən ayənin irs və iddənin dörd ay on gün olması ayəsi ilə nəsx edilməsi nəzəri.
Lakin hədislər və alimlərin yekdil nəzəri olmasaydı belə, yenə də bu ayələr arasında ziddiyyətin olmamasını demək mümkün idi. Yəni dörd ay on gün iddə saxlamaq ilahi hökm, bir il iddə saxlayıb ər evində qalmaq və dolanışıq xərclərinin təmin edilməsi isə haqdır. Yəni qadına belə bir haqq verilir ki, əgər istəsə, bir il vəfat etmiş ərinin evində qala bilər və onun həmin müddətdəki bütün xərcləri ərinin vəsiyyətinə əsasən ödənilir. Əgər istəməsə də, dörd ay on gün iddə saxladıqdan sonra ərinin evindən gedə və ya yenidən ailə qura bilər. Bu halda onun dolanışıq xərcləri keçmiş ərinin malından təmin edilməyəcək.
Lakin Əhli-beytdən (ə) nəql edilmiş çoxsaylı hədisləri, nəsx nəzərinin məşhurluğunu və alimlər arasında bu barədə yekdillik olmasını nəzərə aldıqdan sonra hətta ayələrin zahiri ilə uyğun gəlsə belə, həmin təfsiri qəbul etmək mümkün deyil.
Bəqərə surəsi, 243-cü ayə
أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُوا مِنْ دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللَّهُ مُوتُوا ثُمَّ أَحْيَاهُمْ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ .٢٤٣
Ayənin tərcüməsi
243\. Ölüm qorxusundan (taun xəstəliyi bəhanəsilə cihadda iştirak etməkdən boyun qaçırıb) yurdlarını qoyub qaçan minlərlə adamı görmədinmi? Allah onlara: “Ölün!” dedi (və bəhanə etdikləri xəstəliklə də öldülər). Sonra isə onları diriltdi (və onların həyat hekayəsini gələcək nəsillər üçün ibrət etdi). Allah insanlara lütf edəndir, lakin insanların çoxu (Ona) şükür etmir.
Ayənin nazilolma səbəbi.
Şamın şəhərlərinin birində taun xəstəliyi yayılır və insanlar sürətlə bir-birinin ardınca ölməyə başlayır. Həmin vaxt böyük bir dəstə ölümün çəngindən xilas olmaq ümidi ilə həmin diyarı tərk edir. Onlar ölümün çəngindən xilas olandan sonra özlərini güclü və müstəqil sayır, Allahın istəyinə göz yumub təbii amillərə arxalanaraq qürrələnirlər. Allah da onları elə olduqları çöldə həmin xəstəliklə öldürür.
Bəzi hədislərdən belə məlum olur ki, bu xəstəliyin həmin diyara gəlməsi cəza xarakterli olub. Çünki onların rəhbəri onlardan düşmənlə mübarizəyə getmək üçün hazırlaşıb şəhərdən çıxmalarını istəyir, lakin onlar döyüş meydanında taun xəstəliyinin olmasını bəhanə gətirərək müharibəyə getməkdən boyun qaçırırlar. Allah-taala da onları qorxduqları və müharibədən boyun qaçırmaq üçün bəhanə gətirdikləri şeyə düçar edir və onların arasında taun xəstəliyini yayır. Onlar öz evlərini tərk edir və taundan xilas olmaq üçün baş götürüb diyarlarından gedirlər. Lakin səhrada onların hamısı məhv olur. Bu hadisədən xeyli vaxt keçir və Bəni-İsrail peyğəmbərlərindən olan Hizqil oradan keçərkən Allahdan onları diriltməsini istəyir. Allah onun duasını qəbul edir və onlar yenidən həyata qayıdırlar.
Ayənin təfsiri
Necə öldülər və necə dirildilər?
Nazilolma səbəbində də qeyd edildiyi kimi, bu ayə üstüörtülü şəkildə keçmiş qövmlərdən birinin heyrətamiz və ibrət götürüləsi hekayətinə işarə edir. Onların yaşadığı mühitdə yoluxucu və qorxulu xəstəlik yayılır, minlərlə insan oradan qaçıb çıxır. Allah-taala buyurur: “Ölüm qorxusundan yurdlarını qoyub qaçan minlərlə adamı görmədinmi?”
Şübhəsiz, burada “görmədinmi?" ifadəsində məqsəd "bilmirsənmi?"dir. Çünki ərəb dilində hər hansı bir məsələni tam təsvir və aydın təqdim etmək istəyərkən qarşı tərəfə "görmədinmi?" ifadəsi ilə xitab edirlər.
Burada xitab edilən tərəf Peyğəmbər (s) olsa da, məqsəd bütün insanlardır.
Sözügedən ayədə konkret rəqəmin göstərilməməsinə və yalnız “minlərlə” sözündən istifadə edilməsinə baxmayaraq, bəzi hədislərdə onların sayının on min, bəzisində isə yetmiş və ya səksən min olması qeyd edilib.
Sonra onların sonuna işarə edərək buyurur: "Allah onlara: “Ölün!” — dedi (və bəhanə etdikləri xəstəliklə də öldülər)”.
"Sonra isə onları diriltdi (və onların həyat hekayəsini gələcək nəsillər üçün ibrət etdi)".
Şübhəsiz, "ölün!" ifadəsi yalnız quru sözdən ibarət deyil, Allahın bütün varlıq və həyat aləminə hakim olan yaradılış əmridir. Yəni Allah onların ölüm amillərini hazır etdi və onların hamısı sürətlə məhv oldular. Bu əmr "Yasin” surəsinin 82-ci ayəsində qeyd edilən əmrdir.
Buyurur:
"Onun əmri belədir, bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!" deyər, o da dərhal olar”.
"Sonra isə onları diriltdi” cümləsi həmin cəmiyyətin ölümdən sonra dirilməsinə işarədir. Ayənin nazilolma səbəbində də gördüyümüz kimi, onlar Hizqil peyğəmbərin duası ilə diriliblər. Onların yenidən həyata qaytarılması (həm onların öz nəzərində, həm də insanların ibrət götürməsi baxımından) Allahın aydın nemətlərindən olduğu üçün ayənin sonunda buyurur: “Allah insanlara lütf edəndir, lakin insanların çoxu (Ona) şükür etmir”.
Allahın lütf, mərhəmət və nemətləri yalnız onlara deyil, bütün insanlara şamil olur.
İncəliklər:
1\. Görəsən, bu hadisə tarixi hadisə olub, yoxsa bir misaldır?
Görəsən, Quranın üstüörtülü şəkildə işarə etdiyi və hədislərdə izah edilmiş bu hadisə həqiqətən tarixdə baş verib, yoxsa əqli həqiqətlərin hiss libasında canlandırılması üçün çəkilən bir misaldır?
Qeyd edilən hadisə qeyri-adi məqamlara malik olduğu üçün və bəzi təfsirçilər də onları "həzm edə” bilmədikləri üçün belə bir hadisənin baş verməsini inkar ediblər və ayənin məqsədinin misal çəkmək olduğunu deyiblər. Onların nəzərincə, ayə düşmənlə vuruşmaq və mübarizə aparmaqda süstlük göstərmiş və məğlub olmuş, sonra bundan ibrət götürüb qəflət yuxusundan oyanmış, yenidən mübarizəyə qalxmış və sonda qələbə qazanmış bir cəmiyyətin vəziyyətini təsvir edən misaldır.
Bu təfsirə əsasən, ayədəki “ölün!" ifadəsi süstlük və tənbəllikdən sonra məğlubiyyətə uğramaq barədə məcazdır. Həmçinin "onları diriltdi" ifadəsi onların özlərinə gəlib oyanmalarına və ardınca da qələbə qazanmalarına işarədir. Bu təfsirə əsasən, bu hadisə barədə nəql edilən və onu tarixi hadisə kimi izah edən hədislərin hamısı uydurma və yəhudi hədisləridir.
Ayədən süstlüyün arxasınca məğlubiyyətin və oyaqlığın ardınca qələbənin gəlməsi mənasının çıxarılması maraqlı olsa da, ayənin zahirinin misal deyil, tarixi bir hadisənin təsviri olduğunu inkar etmək mümkün deyil.
Ayə qorxulu bir hadisədən qaçıb ölümə düçar olan, sonra Allah tərəfindən dirildilən keçmiş qövmlərdən bir dəstənin halını nəql edir. Hər hansı bir hadisənin qeyri-adi olması onun başqa cür yozulmasına əsas verirsə, onda gərək peyğəmbərlərin bütün möcüzələri başqa mənaya yozulsun.
Xülasə, əgər Qurana bu cür yozum və təfsirlərlə yanaşsaq, peyğəmbərlərin möcüzələrini inkar etməkdən əlavə, Quranın tarixi bəhslərinin çoxunu da inkar etmək və onları misal adlandırmaq və ya indiki dillə desək, simvolik şəkildə yozmaq olar. Məsələn, Habil ilə Qabilin hekayətini haqq-ədalətin qəddarlıqla mübarizəsi barədə misal hesab etmək olar. Belə olan halda, Quranın bütün tarixi bəhsləri öz dəyərini itirmiş olacaq.
Bundan əlavə, “uydurmadır" deyib bu #### Ayənin təfsiri barədə nəql edilmiş hədislərə göz yummaq mümkün deyil. Çünki onların bəzisi mötəbər mətnlərdə nəql edilib və onların uydurma və yəhudi hədisi olmasını demək rəva deyil.
2\. İbrət dərsi.
Sözügedən ayǝ İsrail oğullarından cihad məsuliyyətindən qaçmaq üçün bəhanə gətirən və Allahın taun xəstəliyinə düçar edərək hamısını ildırım sürəti ilə - hətta heç bir təhlükəli düşmənin döyüş meydanında bacarmayacağı şəkildə məhv etdiyi bir dəstəyə işarə edir. Yəni məsuliyyətdən qaçmaqla və müxtəlif bəhanələr gətirməklə amanda qalacağınızı güman etməyin. Həmçinin Allahın qüdrəti qarşısında müqavimət göstərə biləcəyinizi də güman etməyin. Allah-taala çox kiçik bir düşmənlə - hətta gözlə görülməyən taun və ya vəba mikrobu ilə sizi məhv etməyə qadirdir.
3\. "Rəcət" və dünyaya qayıdış məsələsi.
Burada diqqət çəkən məqamlardan biri də rəcət məsələsinin mümkünlüyüdür. Bu ayədən rəcətin mümkün olması çox aydın şəkildə məlum olur.
Belə ki biz keçmiş ümmətlərin tarixində dünyasını dəyişmiş şəxslərin ölümdən sonra dünyaya qayıtması halları ilə rastlaşırıq. Buna İsrail oğullarından Həzrət Musa (ə) ilə Tur dağına gedən dəstəni misal göstərmək olar. Həmin məsələyə "Bəqərə" surəsinin 55-56-ci ayələrində işarə edilmişdir. Üzeyir və İrmiyanın bu surənin 259-cu ayəsində qeyd edilən hekayəti, həmçinin sözügedən ayədə qeyd edilən hadisə də həmin nümunələrdəndir. Buna görə də həmin hadisənin gələcəkdə də təkrarlanmasına heç bir maneə yoxdur.
Məşhur şiə alimi Şeyx Səduq həmin ayəni rəcətin mümkünlüyünə dəlil gətirərək deyib: "Bizim etiqadlarımızdan biri rəcətdir. (Yəni keçmişdə yaşamış insanların bir dəstəsinin bir daha bu dünyaya qayıdacağına etiqad bəsləmək.)"
Bu ayə məadın və Qiyamətdə insanların dirildilməsinin də dəlili ola bilər.
Bəqərə surəsi, 244-245-ci ayələr
وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ وَاعْلَمُوا أَنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ .٢٤٤
مَنْ ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً وَاللَّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ .٢٤٥
Ayələrin tərcüməsi
244\. Allah yolunda vuruşun və bilin ki, Allah eşidən və biləndir.
245\. Kim Allaha gözəl bir borc verər (Allahın ona bəxş etdiyi maldan Onun yolunda verər) ki, O da onun üçün bunu qat-qat artırsın? (Bəndələrin ruzisini) azaldan da, artıran da Allahdır. (Allah yolunda xərcləmək əsla ruzinin azalmasına səbəb olmaz.) Siz Ona doğru qaytarılacaqsınız (və mükafatınızı alacaqsınız).
Ayələrin nazilolma səbəbi.
İkinci ayənin nazilolma səbəbi barədə belə nəql edilib: "Bir gün Həzrət Peyğəmbər (s) belə buyurur: “Kim sədəqə versə, Cənnətdə onun iki qatına malik olacaq". Bu zaman Əbüddühdah Ənsari deyir: "Ya Peyğəmbər, mənim iki bağım var, əgər onun birini sədəqə versəm, Cənnətdə onun iki qatına malik olacağam?” Həzrət Peyğəmbər (s) buyurur: “Bəli”. O deyir: “Ümmu Dühdah da mənimlə olacaq?” Həzrət Peyğəmbər (s) buyurur: “Bəli”. O deyir: “Övladlarım da mənimlə birgə olacaqlar?" Həzrət Peyğəmbər (s) buyurur: "Bəli". Sonra o, bağlarından daha yaxşısını Həzrət Peyğəmbərə (s) sədəqə verir. Həmin vaxt qeyd edilən ayə nazil olur və onun sədəqəsini onun üçün iki milyon qat artırır. Ayədə qeyd edilən qat-qat artırmağın mənası budur.
Əbüddühdah (sədəqəni verdikdən sonra ailəsinin yanına) qayıdır və görür ki, Ümmu Dühdah övladları ilə birlikdə sədəqə verdiyi bağdadır.
O, bağa daxil olmaq istəmir. Buna görə də bağın qapısının yanında dayanır və həyat yoldaşını çağıraraq belə deyir: "Mən bu bağı sədəqə vermişəm, Cənnətdə onun iki bərabərini almışam, sən də, uşaqlar da mənimlə olacaqsınız”. Həyat yoldaşı deyir: “Mübarək olsun satdığın da, aldığın da!"
Sonra onlar bağdan çıxıb onu Həzrət Peyğəmbərə (s) təhvil verirlər. Həzrət Peyğəmbər (s) belə buyurur: “Cənnətdə budaqları Əbüddühdah üçün sallanan çoxlu xurma ağacları var”.
Ayələrin təfsiri.
Can və mal ilə cihad.
Buradan cihada aid ayələr başlayır, onun ardınca bu barədə keçmiş qövmlərdən bir hekayət nəql edilir. Əvvəlki ayədə nəql edilən hekayəti - İsrail oğullarından bir dəstənin taun xəstəliyi bəhanəsi ilə cihaddan boyun qaçırmasını, lakin sonda elə həmin taun ilə ölənlərin hekayətini nəzərə aldıqda bu ayələrlə əvvəlki ayələr arasında bağlılığın olması məlum olur.
Əvvəlcə buyurur: “Allah yolunda vuruşun və bilin ki, Allah eşidən və biləndir”.
O, sizin sözlərinizi eşidir, cihad barəsində qəlbinizdə olan niyyət və məqsədlərinizdən xəbərdardır.
Daha sonra buyurur: "Kim Allaha gözəl bir borc verǝr (Allahın ona bəxş etdiyi maldan Ona xatir cihad və kasıblara kömək yolunda verər) ki, O da onun üçün bunu qat-qat artırsın?"
Deməli, "Allaha borc" vermək dedikdə "malın Allah yolunda xərclənməsi”, bəzi təfsirçilərin nəzərincə isə, “cihad yolunda xərclənən mallar" nəzərdə tutulur. Çünki həmin dövrdə cihadın müxtəlif xərclərinin təmin edilməsi müsəlman mübarizlərin öhdəsinə düşürdü.
Lakin bəzi təfsirçilərin nəzərincə, o, cihad ayəsindən sonra gəlsə də, Allah yolundakı bütün ianələrə şamil olunur.
Lakin ikinci təfsir ayənin zahiri ilə daha çox uyğun gəlir. Çünki birinci mənanı da ehtiva edir. Ümumiyyətlə, Allah yolunda edilən ianədə, ehtiyacı olanlara yardım göstərməkdə, məhrum təbəqənin himayə edilməsində də cihada bərabər savab var. Çünki onların hər ikisi İslam cəmiyyətinin ucalmasına səbəb olur.
Ayənin ərəbcə orijinalında işlənmiş (əzaf) sözü (zif) sözünün cəmidir və onun mənası “bir şeyi ikiqat və ya daha çox artırmaq”dır. Onun cəm şəklində gətirilməsindən, (kəsirətən) (çox) sözü ilə də vurğulanmasından, bundan əlavə, dilçi alimlərin qeyd etdiyinə əsasən, (yuzaifu) sözünün (yuzəifi) sözündən daha çox təkid mənası ifadə etməsindən məlum olur ki, Allah-taala Onun yolunda mal xərcləyənlər üçün olduqca böyük mükafat müəyyənləşdirib. Allah yolunda edilən ianə münbit torpağa səpilən, davamlı yağış suyu ilə suvarılan və on qat, bəzən də yüzlərlə qat artan məhsuldar toxum kimidir. (Bu məsələ bu surənin 261-ci ayəsində də qeyd ediləcək.)
Ayənin sonunda buyurur: “(Bəndələrin ruzisini) azaldan da, artıran da Allahdır. Siz Ona doğru qaytarılacaqsınız".
Yəni malınızı Allah yolunda xərcləməyin və bağışlamağın malın azalmasına səbəb olduğunu güman etməyin. Çünki sizin ruzinizi artıran da, azaldan da Allahdır və Allah Onun yolunda xərclənmiş malın əvəzində sizə qat-qat artıq ruzi verməyə qadirdir. Cəmiyyətdə fərdlərin bir-birinə bağlılığını nəzərə aldıqda xərclənən mallar, əslində, elə sizin özünüzə qayıdır.
da bilin ki, hamınız Ona tərəf qayıdacaqsınız və sizin böyük mükafatınız Bunlar məsələnin dünya baxımından izahıdır. Axirət baxımından orada veriləcək.
İncəlik:
Nə üçün “borc” ifadəsi işlədilib?
Quranın bir neçə ayəsində (o cümlədən sözügedən ayədə) Allah yolunda mal xərcləmək barədə “Allaha borc vermək” ifadəsi işlədilmişdir. Bu həm Allahın bəndələrə lütfünün böyüklüyünün, həm də Allah yolunda mal xərcləməyin əhəmiyyətinin göstəricisidir.
Bütün varlıq aləminin həqiqi sahibi Allahdır və insanlar yalnız Allahın nümayəndəsi olaraq onun kiçik bir hissəsinə yiyələnə bilərlər. "Hədid" surəsinin 7-ci ayəsində belə oxuyuruq: "Allaha və Onun elçisinə iman gətirin! Sizi Özünün canişini və nümayəndəsi etdiyi maldan (xeyirxah işlərə) sərf edin". Lakin bununla yanaşı, O, Öz bəndəsindən borc, özü də böyük qazancı olan borc istəyir. Bu, Allahın sonsuz lütf və kərəminin nişanəsidir.
İmam Əli (ə) "Nəhcül-bəlağə"də belə buyurur:
"Allah sizdən borc istəyib, halbuki göylərin və yerin xəzinələri Ona məxsusdur və O, ehtiyacsız və tərifəlayiqdir! (Bunun səbəbi Onun ehtiyacının olması deyil,) sadəcə, O, sizin hansınızın daha yaxşı əməl sahibi olmasını sınamaq istəyir".
Bəqərə surəsi, 246-252-ci ayələr
أَلَمْ تَرَ إِلَى الْمَلَإِ مِنْ بَنِي إِسْرَائِيلَ مِنْ بَعْدِ مُوسَى إِذْ قَالُوا لِنَبِيٍّ لَهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ قَالَ هَلْ عَسَيْتُمْ إِنْ كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ أَلَّا تُقَاتِلُوا قَالُوا وَمَا لَنَا أَلَّا نُقَاتِلَ فِي سَبِيلِ اللَّهِ وَقَدْ أُخْرِجْنَا مِنْ دِيَارِنَا وَأَبْنَائِنَا فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْا إِلَّا قَلِيلًا مِنْهُمْ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ .٢٤٦
وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ اللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا قَالُوا أَنَّى يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِنَ الْمَالِ قَالَ إِنَّ اللَّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ وَاللَّهُ يُؤْتِي مُلْكَهُ مَنْ يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ .٢٤٧
وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ آيَةَ مُلْكِهِ أَنْ يَأْتِيَكُمُ التَّابُوتُ فِيهِ سَكِينَةٌ مِنْ رَبِّكُمْ وَبَقِيَّةٌ مِمَّا تَرَكَ آلُ مُوسَى وَآلُ هَارُونَ تَحْمِلُهُ الْمَلَائِكَةُ إِنَّ فِي ذَلِكَ لَآيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ .٢٤٨
فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللَّهَ مُبْتَلِيكُمْ بِنَهَرٍ فَمَنْ شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَنْ لَمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلَّا مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ فَشَرِبُوا مِنْهُ إِلَّا قَلِيلًا مِنْهُمْ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذِينَ آمَنُوا مَعَهُ قَالُوا لَا طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنُودِهِ قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو اللَّهِ كَمْ مِنْ فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللَّهِ وَاللَّهُ مَعَ الصَّابِرِينَ .٢٤٩
وَلَمَّا بَرَزُوا لِجَالُوتَ وَجُنُودِهِ قَالُوا رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ .٢٥٠
فَهَزَمُوهُمْ بِإِذْنِ اللَّهِ وَقَتَلَ دَاوُودُ جَالُوتَ وَآتَاهُ اللَّهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا يَشَاءُ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَفَسَدَتِ الْأَرْضُ وَلَكِنَّ اللَّهَ ذُو فَضْلٍ عَلَى الْعَالَمِينَ .٢٥١
تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَإِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ .٢٥٢
Ayələrin tərcüməsi
246\. Musadan sonra İsrail oğullarından bir dəstəni (onların başına gələnləri) görmədinmi? Onlar öz peyğəmbərlərinə dedilər: "Bizə bir hökmdar təyin et ki, (onun əmri altında) Allah yolunda vuruşaq!" O dedi: "Sizə vuruşma əmri verilsə, bəlkə də, (boyun qaçırar və) vuruşmazsınız." Onlar dedilər: “Yurdumuzdan çıxarıldığımız, övladlarımızdan ayrı düşdüyümüz (şəhərlərimiz düşmən tərəfindən işğal olunduğu, övladlarımız əsir alındığı) halda Allah yolunda necə döyüşməyə bilərik?!” Lakin onlara vuruşmaq əmri gəldikdə az bir qismi istisna olmaqla, (hamısı döyüşdən) boyun qaçırdı. Allah zalımları tanıyır.
247\. Peyğəmbərləri onlara dedi: "Allah Talutu sizə hökmdar göndərdi (təyin etdi)". Onlar dedilər: "O, necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha layiqik və ona heç böyük var-dövlət də verilməmişdir?” (Peyğəmbər) dedi: “Onu sizə (hökmdarlıq üçün) Allah seçmiş, ona bilik və fiziki güc baxımından genişlik vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allah(ın bəxşişi) genişdir və (Allah kimin daha layiqli olduğunu) bilir”.
248\. Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə "əhd sandığı"nın gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, Musa və Harunun ailəsindən qalan yadigarlar vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, sizin üçün bunda aydın bir nişanə vardır”.
249\. Talut qoşunla birlikdə (şəhərdən) ayrıldığı zaman (onlara) dedi: “Allah sizi bir çay vasitəsilə sınağa çəkəcək. Kim (susayarkən) ondan içsə, o, məndən deyildir. Kim ondan dadmasa – bir ovuc götürənlər istisnadır – o, məndəndir”. Onların az bir qismi istisna olmaqla, (hamısı) həmin sudan içdi. O və onunla birlikdə iman gətirənlər (sınaqdan çıxanlar) çayı keçdikdən sonra (saylarının azlığından narahat oldular və bəziləri) dedilər: "Bu gün bizim Calut və onun qoşunu ilə vuruşacaq gücümüz yoxdur”. Amma Allahla görüşəcəklərini yəqin bilənlər (Qiyamət gününə inananlar) dedilər: "O qədər (sayca) az dəstə Allahın fərmanı ilə (sayca) çox dəstəyə qalib gəlib ki!” Allah səbir edənlərlədir (müqavimət göstərənlərlədir)".
250\. Calut və onun qoşunu ilə qarşılaşdıqda dedilər: "Ey Rəbbimiz, bizə çoxlu səbir və ayaqlarımıza qüvvət ver! Bizə kafir qövmə qarşı yardım et!"
251\. Sonra onlar Allahın fərmanı ilə düşmən qoşununu məğlubiyyətə uğratdılar. (Talutun qoşunundan qüvvətli və şücaətli bir gənc olan) Davud Calutu öldürdü. Allah ona (Davuda) hökmranlıq və bilik bəxş etdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini bəziləri ilə dəf etməsəydi, yer üzünü fəsad bürüyərdi. Lakin Allah aləmlərə qarşı lütfkardır.
252\. Bunlar Allahın ayələridir. Onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz, sən göndərilən elçilərdənsən.
Təfsirdən əvvəl oxuyun!
Bu ayələrin təfsirinə başlamazdan əvvəl İsrail oğullarının bu ayələrdə işarə edilən tarixinin bəzi cəhətlərini qeyd etmək lazımdır.
Fironçuların hakimiyyəti altında zəif və gücsüz hala salınmış yəhudi qövmü Musanın (ə) müdrik rəhbərliyi sayəsində həmin acınacaqlı vəziyyətdən xilas oldu, güc və əzəmət əldə etdi. Allah-taala bu peyğəmbərin bərəkəti ilə onlara çoxlu nemət vermişdi. Onlardan biri də “əhd sandığı” idi. Biz onun tarixçəsi və içində olanlar barədə danışacağıq.
Yəhudilər bu sandığı qoşunun önündə aparmaqla bir növ xatircəmlik və mənəvi güc əldə edirdilər. Bu güc və əzəmət Həzrət Musadan (ə) sonra da bir müddət davam etdi. Lakin həmin qələbə və nemətlər yavaş- yavaş onların məğrurluğuna səbəb oldu və onlar əhdlərini pozmağa başladılar. Nəhayət, onlar fələstinlilər tərəfindən məğlub edildilər və "əhd sandığı” ilə birlikdə öz qüdrət və əzəmətlərini də itirdilər. Yəhudilər ondan sonra elə təfriqə və parçalanmaya düçar oldular ki, ən kiçik düşmənin qarşısında belə müdafiə olunmaq gücünə malik olmadılar. Hətta düşmənlər onların böyük hissəsini öz diyarlarından çıxardılar və uşaqlarını əsir götürdülər.
Bu vəziyyət illərlə davam etdi və nəhayət, Allah-taala onları xilas etmək və doğru yola istiqamətləndirmək üçün İşmuil adlı peyğəmbər göndərdi. Düşmənlərin zülm və sitəmindən bezmiş və sığınacaq axtaran yəhudilər onun ətrafına toplaşdılar və ondan əmrinə tabe olub yedilliklə düşmənə qarşı vuruşmaq və öz əvvəlki izzətlərini yenidən bərpa etmək üçün onlara bir rəhbər təyin etməsini istədilər. Yəhudilərin ruhiyyəsinə və iradəsizliyinə bələd olan İşmuil onlara dedi: "Mən sizin cihad əmri gələndə öz rəhbərinizin əmrindən boyun qaçıracağınızdan və düşmənlə vuruşmaqdan yayınacağınızdan qorxuram”. Onlar dedilər: “Düşmən bizi öz vətənimizdən qovub çıxardığı, torpaqlarımızı işğal etdiyi, övladlarımızı əsir götürdüyü halda biz başçımızın əmrindən necə çıxa və boynumuza düşən vəzifəni yerinə yetirməkdən necə yayına bilərik?!"
İşmuil onların "təbib yanına öz dərdlərinin nə olduğunu dərk edərək" gəldiklərini və geridə qalmalarının səbəbini başa düşdüklərini gördü. Buna görə də Allah dərgahına üz tutaraq öz qövmünün istəyini Ona çatdırdı və Allah Talutu onlara hökmdar təyin etdi.
İşmuil dedi: "İlahi, mən Talutu görməmişəm, tanımıram". Vǝhy gəldi ki, Biz onu sənin yanına göndərəcəyik. O, sənin yanına gələndə qoşuna başçılıq etməyi ona həvalə et və cihad bayrağını ona ver.
Talut kimdir?
Talut uca boylu, möhkəm cüssəli, gözəl bədən quruluşuna malik, çox təmkinli, zirək, elmli və tədbirli bir şəxs olub. Bəziləri onun adının Talut olmasını boyunun uca olması ilə əlaqələndiriblər. Lakin 0, bütün bu üstünlüklərinə baxmayaraq, məşhur olmayıb və atası ilə kəndlərin birində çay kənarında yaşayıb. O, atasının heyvanlarını otarmaqla və əkinçilik etməklə məşğul olub.
Bir gün səhrada Talutun otardığı heyvanların bir neçəsi yoxa çıxır və Talut dostlarından biri ilə çayın kənarında onları axtarmağa başlayır. Onların bu axtarışı bir neçə gün davam edir və nəhayət, onlar gəlib Suf şəhərinin yaxınlığına çatırlar.
Bu zaman dostu ona deyir: "Biz indi gəlib Suf diyarına, İşmuil peyğəmbərin şəhərinə çatmışıq. Gəl onun yanına gedək, bəlkə, vəhy və onun aydın zəkası itirdiyimizi tapmağa kömək edər”. Onlar şəhərə daxil olarkən İşmuil ilə rastlaşırlar. İşmuil ilə Talutun baxışları toqquşduqda onların qəlbləri arasında tanışlıq hissi yaranır. İşmuil həmin anda Talutu tanıyır və onun Allah tərəfindən cəmiyyətə göndərilən gənc olduğunu başa düşür.
Talut başına gələnləri İşmuilə danışır. Bu zaman o deyir: "Həmin heyvanlar indi kənd yolunda atanın bağına tərəf gedirlər, onlara görə narahat olma. Mən səni daha böyük bir işə dəvət etmək istəyirəm, Allah İsrail oğullarının xilasını sənə həvalə edib". Talut əvvəl bu təklifə təəccüb edir, lakin sonra onu məmnuniyyətlə qəbul edir.
İşmuil öz qövmünə deyir: "Allah Talutu sizə başçı təyin edib, gərək hamınız ona tabe ola və düşmənlə cihada hazırlaşasınız”.
Qoşun başçısı olmaq üçün nəsəb və sərvət baxımından bir sıra imtiyazların mövcud olmasını zəruri şərt hesab edən İsrail oğulları Talutda bu imtiyazların heç birini görmədikləri üçün bu təyinata çox təəccüb edirlər. Çünki o nə peyğəmbərlik tarixçəsinə malik Lavi nəslindən idi, nə də hökmdarlıq keçmişinə malik Yusif və Yəhuda nəslindən. O, ad-sansız Benyamin nəslindən və maddi imkan baxımından kasıb bir şəxs idi. Buna görə də onlar etiraz edərək deyirlər: “Biz ondan daha layiq olduğumuz halda, o, bizə necə rəhbərlik edə bilər?!”
Onların səhv düşündüklərini görən İşmuil deyir: "Allah onu sizə başçı təyin edib. Rəhbər və başçı olmaq ləyaqəti fiziki və ruhi güclədir, onların da hər ikisi Talutda mövcuddur və o, bu baxımdan sizdən üstündür".
Lakin onlar bu seçimin Allah tərəfindən olmasına dəlalət edəcək bir nişanə tələb edirlər.
İşmuil deyir: "Onun nişanəsi Bəni-İsrail peyğəmbərlərinin mühüm yadigarlarından və müharibələrdə sizin xatircəmlik amiliniz olan tabutun (ǝhd sandığının) mələklərin çiynində sizə qaytarılmasıdır". Və çox keçmədən "əhd sandığı" onların qarşısında peyda olur.
Onlar bu nişanəni gördükdən sonra Talutun başçılığını qəbul edirlər.
Talut ölkənin işlərini ələ alır.
Talut qoşuna rəhbərlik etməyi öz öhdəsinə götürür və qısa müddət ərzində ölkənin işlərini idarə etmək və qoşuna baçılıq etmək ləyaqətinə malik olduğunu sübuta yetirir. Sonra o, yəhudiləri onlar üçün təhlükə yaradan düşmənlə mübarizəyə dəvət edir və təkid edir ki, mənimlə fikirləri yalnız cihadda olan şəxslər gəlsinlər, yarımçıq tikilisi, yarımçıq ticarəti və sairə olan şəxslər bu döyüşdə iştirak etməsinlər.
Çox keçmədən zahirdə sayca çox və güclü bir cəmiyyət toplanır və onlar düşmənə doğru hərəkət edirlər. Onlar istidə yol getdikləri üçün susayırlar. Talut Allahın əmri ilə onları sınamaq və “saf-çürük” etmək üçün belə deyir: "Tezliklə yolüstü bir çaya rast gələcəksiniz. Allah-taala onun vasitəsi ilə sizi sınağa çəkəcək. Ondan içib doyanlar məndən deyillər. Lakin ondan içməyənlər – az miqdar istisna olmaqla məndəndirlər".
Onların gözü suya rast gələn kimi sevinir, tələsik ona tərəf qaçır və ondan doyunca içməyə başlayırlar. Yalnız az sayda adam öz əhdinə sadiq qalır.
Talut öz qoşununun çoxunun iradəsiz, əhdinə vəfasız şəxslərdən ibarət olduğunu və imanlı şəxsərin azlıq təşkil etdiyini başa düşür. Buna görə də intizamsız və əmrə tabe olmayan çoxluğu tərk edib imanlı az dəstə ilə şəhərdən çıxır və cihad meydanına doğru hərəkət edir.
Talutun sayca az olan qoşunu saylarının az olmasından qorxuya düşərək ona belə deyirlər: “Biz bu güclü qoşunla qarşılaşmaq gücündə deyilik". Lakin Qiyamətə imanı olan və qəlbi Allah eşqi ilə dolu olanlar düşmən qoşununun sayının və gücünün çox, özlərinin isə sayca az olmalarından qorxmurlar və şücaətlə Taluta belə deyirlər: "Nə məsləhət bilirsənsə, onu da əmr et. Biz hər yerdə səninlə birlikdə olacağıq. Allahın istəyi ilə elə bu az sayla onlara qarşı vuruşacağıq. Allahın istəyi ilə o qədər sayca az olan dəstə sayca çox olan dəstəyə qalib gəlib ki! Allah müqavimət göstərənlərlədir!”
Talut sayca az, lakin mömin və mücahid olan həmin dəstə ilə döyüşə hazırlaşır. Onlar Allahdan səbir və qələbə diləyirlər. Döyüş alovu Şölələnən kimi Calut öz qoşununun içindən önə çıxıb iki qoşunun arasında dayanır və mübarizəyə adam tələb edir. Onun qorxulu səsi qəlbləri lərzəyə salır. Heç kəs onun qarşısına çıxmağa cürət etmir. Orada Davud adlı bir yeniyetmə olur. Onun yaşı o qədər az olur ki, bəlkə də, heç ora vuruşmaq üçün gəlməyibmiş, sadəcə, atası onu döyüşçülərin sırasında olan böyük qardaşlarına kömək etmək üçün göndəribmiş. Davud yaşının az olmasına baxmayaraq, çox cəld və bacarıqlı olub. O, əlində olan sapand ilə bir-iki dənə daş atır. O, daşları elə sərrast atır ki, onlar Calutun alnına və başına dəyir və Calut öz qoşununun heyrət və təəccüblü baxışları qarısında yerə sərilib ölür. Calut ölən kimi onun qoşununu qorxu və vahimə bürüyür və onlar Talutun qoşununun qarşı- sından qaçmağa başlayırlar. Beləliklə də, İsrail oğulları qalib gəlirlər.
Ayələrin təfsiri.
Başçı istəyi.
Allah-taala ilk ayədə Həzrət Peyğəmbərə (s) xitab edərək buyurur: “Musadan sonra İsrail oğullarından bir dəstəni (onların başına gələnləri) görmədinmi? Onlar öz peyğəmbərinə dedilər: "Bizə bir hökmdar təyin et ki, (onun əmri altında) Allah yolunda vuruşaq!”.
Ayənin ərəbcə orijinalında işlənmiş (mələ) sözünün mənası “baxanda çoxluğu ilə diqqəti cəlb edən və görənlərin təəccübünə səbəb olan şeylər və ya şəxslər”dir. Buna görə də eyni nəzər və əqidəyə malik topluya (mələ) deyirlər. Həmçinin hər hansı bir qövm və xalqın böyüklərinə (mələ) deyirlər. Çünki həmin iki dəstənin hər ikisi özünəməxsus kəmiyyət və ya keyfiyyət baxımından baxanların diqqətini cəlb edir.
Öncə də qeyd etdiyimiz kimi, bu ayə İsrail oğullarından böyük bir dəstəyə işarə edir. Onlar öz peyğəmbərlərindən onlara rəhbər və başçı təyin etməsini istəyirlər. Bu istəkdə məqsəd həmin rəhbərin başçılığı altında onların bütün dini, ictimai və iqtisadi heysiyyətlərini təhlükə altına alan Calut ilə vuruşmaq olur.
Maraqlıdır ki, İsrail oğulları onları diyarlarından didərgin salmış düşmənin təcavüzünü dəf etmək üçün mübarizə aparmaq istəməsinə baxmayaraq, onun adını “Allah yolunda vuruşmaq” qoyur. Buradan da belə məlum olur ki, insanların əsarətdən azad olması, qurtuluşu və zülmün aradan qaldırılması istiqamətində görülən iş Allah yolunda görülən iş hesab olunur.
Bundan əlavə, həmin döyüşün dini çalarları da var idi. Həmin peyğəmbərin adını bəziləri Şəmun, bəziləri İşmuil, bəziləri isə Yuşə kimi qeyd ediblər. Lakin təfsirçilər arasında ərəbcəsi İsmail olan İşmuil adı daha məşhurdur. Bu, İmam Baqirdən (ə) nəql edilmiş hədisdə də qeyd edilib.
Onlardan xatircəm olmayan və onların əhdə vəfalı olmadıqlarından xəbərdar olan peyğəmbərləri belə deyib: "Sizə vuruşma əmri verilsə, bəlkə də, (boyun qaçırar və) vuruşmazsınız".
Onlar peyğəmbərlərinin cavabında belə deyiblər: "Yurdumuzdan çıxarıldığımız, övladlarımızdan ayrı düşdüyümüz (şəhərlərimiz düşmən tərəfindən işğal olunduğu, övladlarımız əsir alındığı) halda Allah yolunda necə döyüşməyə bilərik!?”
Beləcə, onlar əhdə vəfalı olacaqlarını bildirirlər. Lakin bütün bunlara baxmayaraq, nə Allahın adı və əmri, nə öz müstəqilliklərini və mövcudluqlarını qorumaq hissi, nə də övladlarının azad edilməsi marağı onların öz əhdlərini pozmalarının qarşısnı ala bilmir. Buna görə də ayənin davamında belə buyurur: "Lakin onlara vuruşmaq əmri gəldikdə az bir qismi istisna olmaqla, (hamısı döyüşdən) boyun qaçırdı. Allah zalımları tanıyır (və onları cəzalandıracaq)".
Bəzi təfsirçilər əhdlərinə vəfalı qalanların sayının İslamın Bədr müharibəsindəki vəfalı əsgərlərinin sayı qədər – 313 nəfər olduğunu yazıblar.
Peyğəmbərləri boynuna düşən vəzifəni yerinə yetirərək onların istəyinə müsbət cavab verir və Allahın əmri ilə Talutu onlara baçşı təyin edir. Buyurur: “Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi (təyin etdi).
Bu ayəyə əsasən, Talutun Bəni-İsrail qoşununa rəhbər və başçı təyin edilməsi Allah tərəfindən olub və bəlkə də, “göndərdi” cümləsi bu hadisənin izahında qeyd edilən şeyə - Talutu həmin peyğəmbərin (ə) olduğu şəhərə gəlib çıxaran və bu ilahi təyinatın gerçəkləşməsinə səbəb olan gözlənilməz hadisəyə işarədir.
Həmçinin ayənin ərəbcə orijinalında işlənmiş (məlikən) (hökmdar) sözündən belə məlum olur ki, Talut yalnız qoşun başçısı deyil, həm də ölkə başçısı olub.
Bundan sonra onların etirazı başlayır: “Onlar dedilər: “O neca bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”.
Bu, İsrail oğullarının həmin peyğəmbərə (ə) ilk etirazı və vəfasızlığı idi. Peyğəmbərin bu təyinatın Allah tərəfindən olmasını vurğulamasına baxmayaraq, onlar yenə də etiraz edirlər və əslində, onlar Allahın seçiminə etiraz edir və özlərinin daha layiqli olduqlarını deyirlər. Onlar başçılıq üçün lazım olan iki şərtə - əsil-nəsəbə və çoxlu sərvətə sahib olduqlarını qeyd edirlər. Öncə də qeyd etdiyimiz kimi, Talut Bəni-İsrailin elə də tanınmayan qəbiləsindən olub və maddi imkan baxımından da sadə əkinçi olub.
Quran həmin peyğəmbərin İsrail oğullarına verdiyi cavabı belə nəql edir: “(Peyğəmbər) dedi: "Onu sizə (hökmdarlıq üçün) Allah seçmiş, ona bilik və fiziki güc baxımından genişlik vermişdir”.
Yəni Allahın onu seçməsinin və sizə başçı təyin etməsinin səbəbi onun ağıl, dərrakə və elm baxımından zəngin, fiziki baxımdan güclü və qüvvətli olmasıdır. Yəni:
Birincisi, bu, hikmət sahibi olan Allahın seçimidir.
İkincisi, siz böyük səhvə yol verir, rəhbərliyin əsas şərtini unudursunuz. Yaxşı nəsəb və sərvət rəhbərlik üçün əsla imtiyaz deyil. Çünki onların hər ikisi formal və qeyri-zati şərtdir. Lakin elm və fiziki güc həqiqi və zati imtiyazdır və rəhbərlikdə onların təsiri böyükdür.
Rəhbər öz elm və biliyi ilə cəmiyyətin xeyrini müəyyənləşdirməli, gücü ilə onu öz vaxtında icra etməlidir. O, öz elm və tədbiri ilə düşmənlə vuruşmaq üçün düzgün plan hazırlamalı, fiziki gücü ilə həmin planı həyata keçirməlidir.
Ayənin ərəbcə orijinalında (bəstətən) (genişlik) sözünün işlənməsindən belə məlum olur ki, insanın vücudunun genişliyi elm və güc sayəsində olur və onlar artdıqca insanın vücudunun genişliyi də artır. Burada elmin genişliyi fiziki gücün genişliyindən əvvəl qeyd edilib. Çünki birinci şərt elm və agahlıqdır.
Həmçinin həmin ifadədən belə məlum olur ki, imamət və rəhbərlik ilahi seçimdir və kimin nəyə layiq olduğunu O müəyyənləşdirir, əgər həmin ləyaqəti peyğəmbərin övladlarında görsə, imaməti onlara, başqasında görsə, başqalarına verir. Elə şiə alimlərinin etiqad bəslədiyi və müdafiə etdiyi də budur.
Daha sonra buyurur: “Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allah(ın bəxşişi) genişdir və (Allah kimin daha layiqli olduğunu) bilir”.
Bu cümlə rəhbərlik üçün lazım olan üçüncü şərtə də işarə ola bilər. O, Allah tərəfindən müxtəlif imkan və vasitələrin tədarük görülməsidir. Çünki ola bilər rəhbər elm və güc baxımından tam zəngin olsun, lakin onun öz hədəflərini gerçəkləşdirməsinə imkan və şərait olmasın. Şübhəsiz, belə şəraitdə olan rəhbər parlaq qələbə qazana bilməz. Quran Allahın ilahi səltənəti istədiyinə verdiyini, yəni ona lazımi şərait və vasitələri bəxş etdiyini buyurur. (Bu söz həmin peyğəmbərin sözü də ola bilər, Allahın Qurandakı kəlamı da.)
Sonrakı ayədən İsrail oğullarının Talutun Allah tərəfindən təyin edilməsinə, hətta peyğəmbərləri İşmuilin təkidlə bəyan etməsinə baxmayaraq, inanmadıqları və buna görə də ondan nişanə və dəlil tələb etdikləri məlum olur: “Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə “əhd sandığı”nın gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, Musa və Harunun ailəsindən qalan yadigarlar vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, sizin üçün bunda aydın bir nişanə vardır”.
Nəhayət, onlar Talutun rəhbər olması ilə razılaşırlar və o, böyük bir qoşun səfərbər edərək yola düşür. Həmin vaxt İsrail oğulları sınaq qarşısında qalır. Quran bu hadisə barədə belə buyurur: "Talut qoşunla birlikdə (şəhərdən) ayrıldığı zaman (onlara) dedi: “Allah sizi bir çay vasitəsilə sınağa çəkəcək. Kim (susayarkən) ondan içsə, o, məndən deyildir. Kim ondan dadmasa bir ovuc götürənlər istisnadır — o, məndəndir”.
Talutun qoşunu burada susuzluq qarışısında müqavimət göstərmək kimi böyük bir sınaq qarşısında qalır. Qoşunun belə bir sınaqdan keçməsi vacib idi. Çünki İsrail oğullarının keçmiş müharibələrdəki tarixçəsi heç də yaxşı deyildi. Bildiyimiz kimi, hər bir cəmiyyətin qələbəsi onun intizamlı olmasından, imanının gücündən, düşmən qarşısındakı müqavimətindən, rəhbər və başçılarının əmrinə tabe olmasından asılıdır.
Talut qoşunun onun əmrinə necə tabe olmasını bilmək istəyirdi. Xüsusilə ona görə ki, onlar onun rəhbərliyini tərəddüd, şübhə, hətta etirazla qəbul etmişdilər. Onlar zahirdə ona tabe olsalar da, batinlərində hələ də şəkk-şübhə və tərəddüd qalırdı. Buna görə də ona əmr edilir ki, qoşunu sınasın və düşmənin qığılcım saçan qılıncları qarşısında dayanmaq istəyən bu əsgərlərin susuzluğa olan dözümlərini görsün.
Hekayətdə də oxuduğumuz və ayədə də qısa şəkildə işarə edildiyi kimi, onların çoxu bu imtahandan başıuca çıxa bilmədi. Quran buyurur: "Onların az bir qismi istisna olmaqla, (hamısı) həmin sudan içdi.
Beləliklə, Talutun qoşununda ikinci "ələnmə” də baş verdi. Birinci “ələnmə” o, ümumi səfərbərlik elan edən zaman “yarımçıq tikilisi, yarımçıq ticarəti və sairə olan şəxslər mənimlə gəlməsinlər” deyərkən baş vermişdi.
Sonra buyurur: “O və onunla birlikdə iman gətirənlər (sınaqdan çıxanlar) çayı keçdikdən sonra dedilər: “Bu gün bizim (bu az sayla) Calut və onun qoşunu ilə vuruşacaq gücümüz yoxdur".
Susuzluq sınağından başıuca çıxan və onunla birlikdə yolunu davam etdirən həmin azsaylı dəstə də tezliklə Calutun böyük və güclü qoşunu ilə qarşılaşacaqlarını fikirləşdiklərində saylarının azlığını dilə gətirir. Bu da üçüncü sınaq idi. Çünki bu kiçik dəstədən də lap kiçik bir dəstə tam mütilik və vəfadarlıq göstərir. Quran ayənin davamında belə buyurur: "Amma Allahla görüşəcəklərini yəqin bilənlər (Qiyamət gününə və Allahın vədinə imanı olanlar) dedilər: "O qədər (sayca) az dəstə Allahın fərmanı ilə (sayca) çox dəstəyə qalib gəlib ki!” Allah səbir edənlərlədir (müqavimət göstərənlərlədir)”.
Çünki o qədər azsaylı, lakin iman, iradə və əzmkarlıq baxımından yüksək olan və Allahın lütfünə arxalanan dəstə Allahın izni ilə böyük dəstələrə qalib gəlib ki!
Ayənin ərəbcə orijinalında işlənmiş (yəzunnunə) (zənn edənlər) sözü burada (yələminə) (bilənlər) mənasındadır. Yəni Qiyamətə yəqini olanlar və Allahın mücahidlər barəsindəki vədlərini doğru hesab edənlər. (Çünki çox vaxt "zənn" sözü “yəqin” mənasında işlənir. Əgər biz onu "zənn" mənasında götürsək, yenə də ayənin mənası düz gələcək. Çünki bu zaman ayənin mənası belə olacaq: Qiyamətə nəinki elm və yəqini olmaq, hətta gümanı olmaq insanı ilahi hədəflər istiqamətində qətiyyətli edir. Elə mühüm işlərdə də, məsələn əkinçilikdə, ticarətdə, sənaye işlərində xeyir əldə edilməsi gümanı o işlə məşğul olan şəxsin qətiyyətini artırır.)
Qiyamət günü barəsində “Allahla görüşmək” ifadəsinin işlədilməsinə gəldikdə bu barədə elə bu surənin 46-cı ayəsinin təfsirində izah verdik.
Sonrakı ayədə iki qoşunun qarşı-qarşıya gəlməsinə toxunaraq buyurur: “Calut və onun qoşunu ilə qarşılaşdıqda dedilər: "Ey Rəbbimiz, bizə çoxlu səbir və ayaqlarımıza qüvvət ver! Bizə kafir qövmə qarşı yardım et!”
Ayənin ərəbcə orijinalında işlənmiş (bərəzu) sözünün kökü (buruz) sözüdür və onun mənası “zahir olmaq"dır. İnsan döyüş meydanında hazır və zahir olduğu və meydana hazırlıqlı çıxdığı üçün həmin işə (mübarizə) və ya (bǝraz) deyirlər.
Talut və onun qoşunu Calutun qoşununun göründüyü, zahir olduğu yerə çatdıqda sıraya düzülüb dua etdi. Onlar Allahdan üç şey istədilər. Birinci istəkləri ən yüksək həddə səbir, dözüm və müqavimət olur. Çünki onlar" ifadəsi işlədiblər. Ayənin ərəbcə orijinalında işlənmiş (əfriğ) sözünün kökü (ifrağ) sözüdür. Onun mǝansı "qabdan suyun və ya hər hansı bir axıcı maddənin qabın tam boşalacağı şəkildə tökülməsidir”. (səbir) sözünün qeyri- müəyyən şəkildə işlədilməsi də bu məsələyə təkid xarakteri daşıyır.
Allaha (Rəbbəna) deyib Onun rübubiyyətinə arxalanmaqda, “qabın tam boşaldılması" mənasında olan (ifrağ) sözünün işlədilməsində, bir şeyin yuxarıdan enməsinə dəlalət edən (əla) şəkilçisindən istifadə edilməsində, əzəmətə dəlalət edən (səbrən) sözündə və bu kimi yerlərdə – bunların hər birində bu duanın mənasını daha da dərinləşdirən və zənginləşdirən məqamlar var.
Onların ikinci istəyi “ayaqlarımıza qüvvət ver” ifadəsidir. Yəni onlar yerdən ayrılmasın və meydandan qaçmayaq. Əslində, birinci dua batini, ikinci dua isə zahiri xarakter daşıyır. Şübhəsiz, insanın qədəm- lərinin sabit olması onun ruhunun möhkəmliyindən və səbrindən qaynaqlanır.
Onların üçüncü istəyi “bizə kafir qövmə qarşı yardım və onlara qalib et” olub. Əslində, əsas məqsəd də bundan ibarətdir və o, səbir, müqavimət və sabitqədəmliyin nəticəsidir.
Şübhəsiz, Allah-taala bəndələri hətta onların sayı az, düşmənin sayı çox olsa belə, tək qoymaz. Buna görə də sonrakı ayədə buyurur: "Sonra onlar Allahın fərmanı ilə düşmən qoşununu məğlubiyyətə uğratdılar. Davud Calutu öldürdü.”
Ayədə zalım hökmdarın yeniyetmə və döyüş təcrübəsi olmayan Davudun əli ilə necə öldürülməsinə toxunulmayıb. Lakin bu hekayətin izahında qeyd etdiyimiz kimi, o, sapandla bir-iki daş atır. O, daşları elə sərrast atır ki, onlar Calutun alnına və başına dəyir. Daşlar Calutun başını yarır və o, qışqıraraq yerə yıxılır. Calutun qoşununu qorxu və vahimə bürüyür və onlar sürətlə qaçmağa başlayırlar. Allah-taala burada sanki Öz qüdrətini o böyüklükdə güc və qoşunu olan hökmdarı yeniyetmə və döyüş təcrübəsi olmayan bir şəxsin əli ilə, özü də çox sadə və dəyərsiz bir silahla necə məhv etdiyini göstərmək istəyir.
Daha sonra buyurur: “Allah ona hökmranlıq və bilik bəxş etdi, ona istədiyini öyrətdi”.
Bu cümlələrdəki əvəzlik bu döyüşün qəhrəmanı olan Davuda işarədir. Bu ayədə həmin Davudun Süleymanın atası və Bəni-İsrailin böyük peyğəmbərlərindən olan Davud olmasına işarə edilməsə də, "Allah ona hökmranlıq və bilik bəxş etdi, ona istədiyini öyrətdi” cümləsindən onun peyğəmbərlik məqamına çatması məlum olur. Çünki bu cür ifadələr ilahi peyğəmbərlər barəsində işlədilir. "Sad" surəsinin 20-ci ayəsində Davud (ə) barəsində buna bənzər ifadə işlədilib: "Biz onun hakimiyyətini möhkəmləndirdik, ona elm və ədalətli hökm çıxarmaq qabiliyyəti verdik”.
Bu ayənin təfsirində nəql edilmiş hədislərdən də onun Bəni-İsrail peyğəmbərlərindən olan Davud (ə) olması məlum olur.
Bu ifadə Davudun (ə) öz hökumətində möhtac olduğu idarəçilik elmina, zireh, döyüş ləvazimatı və sairə düzəltməsinə də işarə ola bilər. Çünki Allah-taala birinə məqam verərkən ona lazım olan hazırlıqları da bəxş edir.
Ayənin sonunda ümumi bir qanuna işarə edərək buyurur: "Əgər Allah insanların bəzilərini bəziləri ilə dəf etməsəydi, yer üzünü fəsad bürüyərdi. Lakin Allah aləmlərə qarşı lütfkardır”.
Allah-taala aləmdəkilərə lütf və mərhəmət göstərir və fəsadın yayılıb hər tərəfi bürüməsinin qarşısını alır.
Allahın ənənəvi qanunlarına əsasən, bu dünyanın əsas prinsipi insanların iradə azadlığına, ixtiyara malik olması, xeyir və şər yolu azad seçməsidir. Lakin zalımların azğınlığı dünyanı fəsad və məhvə doğru apardıqda Allah-taala bəndələrindən bir dəstəni göndərir və onlara kömək edir ki, həmin azğınların qarşısını alıb onların şeytani əməllərinə mane olsunlar. Bu, Allahın Öz bəndələrinə göstərdiyi lütflərdən biridir.
Buna bənzər məna "Həcc” surəsinin 40-cı ayəsində də qeyd edilib. Buyurur:
"Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, monastırlar, kilsələr, sinaqoqlar və içərisində Allahın adı çox zikr olunan məscidlər dağılıb gedərdi”.
Bu ayələr həm də möminlərə bir müjdədir. Onlar batil və zalım qüvvələr tərəfindən böyük təzyiqlərə məruz qaldıqda ilahi yardım və qələbə intizarında olmalıdırlar.
Son ayədə buyurur: “Bunlar Allahın ayələridir. Onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz, sən göndərilən elçilərdənsən”.
Bu ayə əvvəlki ayələrdə Bəni-İsrail barəsində nəql edilmiş bir neçə hekayətə işarə edir və buyurur ki, onların hər biri Allahın qüdrət və əzəmətinin bir nişanəsidir (həm də xurafat va uydurmalardan uzaqdır) və Allah tərəfindən Peyğəmbərə (s) nazil olub. Bu, onun sözlərinin doğruluğunun və peyğəmbərliyinin nişanələrindəndir.
İncəliklər:
1\. "Tabut” və ya “əhd sandığı”.
Ərəb dilində (tabut) sözünün mənası “taxtadan hazırlanmış sandıq"dır. Cənazənin aparıldığı sandığa tabut deyilməsi də bu səbəbdəndir. Lakin "tabut"un əsl mənası ancaq ölüyə aid deyil və o, bütün taxta sandıqlara şamil olunur.
Bəni-İsrailin tabutu və ya başqa sözlə desək, "əhd sandığı"nın nə olması, kim tərəfindən düzəldilməsi və onun içində nələrin olması barədə bizim hədis və təfsirlərimizdə, həmçinin Əhdi-Ətiqdə (Tövratda) çoxlu sözlər deyilib. Lakin onların ən aydını Əhli-beyt (ə) hədislərində və İbn Abbas kimi bəzi təfsirçilərin sözlərində qeyd edilib. Onlarda "tabut"un Musanın anasının Musanı içinə qoyub Nilə atdığı sandıq olduğu deyilir. Fironun adamları Musanı onun içindən götürdükdən sonra o, Fironun sarayında saxlanılırdı. O, sonradan Bəni-İsrailin əlinə keçdi. Onlar xatirələri oyadan o sandığa hörmətlə yanaşar, ondan bərəkət umardılar.
Musa (ə) ömrünün son günlərində Allahın hökmləri yazılmış müqəddəs lövhələri, həmçinin öz zirehini və başqa yadigar əşyaları onun içinə qoyub və onu öz canişini Yuşə ibn Nuna tapşırıb.
Beləliklə, İsrail oğullarının gözündə bu sandığın əhəmiyyəti daha da artıb. Buna görə də onlar düşmənlə müharibəyə gedərkən onu özləri ilə aparar və ondan mənəvi güc alardılar.
Buna görə də nə qədər ki, o unudulmaz sandıq və onun içindəki müqəddəs əşyalar İsrail oğullarının yanında olub, onlar izzət və başucalığı ilə yaşayıblar.
Lakin yavaş-yavaş onların dini inancları zəifləyib və düşmənlər onlara qalib gələrək həmin sandığı onların əlindən alıblar. Sözügedən ayəyə əsasən, Işmuil öz sözünün doğruluğunun nişanəsi olaraq həmin sandığın yenidən onlara qayıdacağına söz verib.
"Onun içində Rəbbinizdən bir təskinlik, Musa və Harunun ailəsindən qalan yadigarlar vardır” cümləsindən belə məlum olur ki, birincisi, “əhd sandığı”nın içində bəzi şeylər olub və o, İsrail oğullarına rahatlıq və müxtəlif hadisələrdə onlara mənəvi güc verib. "Rəbbinizdən bir təskinlik” ifadəsi buna işarədir. İkincisi, sonradan onun içindəkilərə Musa (ə) və Harun (ə) ailəsinin yadigarları da əlavə edilib.
Ayənin ərəbcə orijinalında işlənmiş (səkinətun) sözünün kökü (sukun) sözüdür və onun mənası "rahatlıq, sakitlik”dir. Burada həmin sözdə məqsəd qəlb və ruhun rahatlığı, xatircəmlikdir.
İşmuil İsrail oğullarına deyir ki, “əhd sandığı” yenidən sizə qayıdacaq və itirdiyiniz təskinlik və rahatlığınızı bərpa edəcəksniz.
Həmin sandıq mənəvi və tarixi dəyər daşımaqdan əlavə, İsrail oğulları üçün həm də bayraq və şüar hesab edilirdi. Onlar onu öz müstəqillik və mövcudluqlarının nişanəsi hesab edir, onu görəndə keçmiş əzəmətli günlərini xatırlayırdılar. İndi belə bir sandıq onlara geri qayıdırdı və təbii ki, bu, İsrail oğulları üçün böyük müjdə sayılırdı.
2\. Onun mələklər tərəfindən gətirilməsi dedikdə nə nəzərdə tutulur?
Mələklər "əhd sandığı"nı necə gətirdilər?
Təfsirçilər bu sualın cavabında müxtəlif nəzərlər irəli sürüblər. Ən aydın cavab isə budur ki, "ǝhd sandığı" Fələstin bütpərəstlərinin əlinə keçdikdən sonra onlar bu sandığı öz bütxanalarına aparırlar və bunun ardınca böyük narahatlıqlar yaşayırlar. Onlar bu narahatlıqların səbəbinin “əhd sandığı" olduğunu hesab edir və buna görə də həmin sandığı öz şəhər və diyarlarından çıxarmaq qərarına gəlirlər. Lakin heç kəs onu şəhərin kənarına aparmağa razı olmur. Nəhayət, çarəsiz qalıb onu iki inəyə bağlayır və onları səhrada boşlayırlar. Həmin hadisə Talutun Bəni-İsrail qoşununa rəhbər təyin edildiyi vaxta təsadüf edirdi. Buna görə də mələklərə əmr edildi ki, həmin iki inəyi İşmuilin olduğu şəhərə tərəf istiqamətləndirsinlər. İsrail oğulları "ohd sandığı"nı öz aralarında gördükdən sonra bunu Talutun Allah tərəfindən təyin edilməsinin nişanəsi hesab etdilər.
Həmin sandığı şəhərə inəklər gətirsə də, əslində, bu iş Allahın mələkləri vasitəsi ilə gerçəkləşib. Buna görə də sandığın gətirilməsi mələklərə isnad edilib.
Ümumiyyətlə, Quran və hədislərdə “mələk” sözü geniş məna ifadə edir və o, ağlı olan qeyri-maddi varlıqlardan əlavə, bu dünyada olan bəzi sirli varlıqlara da şamil olunur.
Deyilənlərdən belə məlum olur ki, bu möcüzəvi nişanələrlə Talutun rəhbərliyinin ilahi təyinatla baş verməsi sübuta yetib. Lakin "Əgər siz möminsinizsə" cümləsindən imanı zəif olanların yenə də təslim olmadıqları məlum olur. Bunu hekayətin davamı da göstərir.
3\. "Həyat mübarizəsi” məsələsi.
Burada qarşıya belə bir sual çıxır ki, bu ayə Darvinin təkamül nəzəriyyəsinin dörd əsasından biri olan "həyat mübarizəsi” məsələsinə işarə ola bilərmi?
Həmin nəzəriyyəyə əsasən, insanlar arasında daim müharibə və mübarizə olmalıdır və əgər bu qarşıdurma olmazsa, hamı durğunluq, süstlük və fəsada düçar olar, bəşəriyyətin nəsli geri addımlayar. Lakin davamlı mübarizə və müharibə bu sistemdə güclülərin qalmasına, zəiflərin məhv olub yoxa çıxmasına və ən yaxşıların seçilməsinə səbəb olur.
Cavab:
Qeyd edilən təfsir ayənin özündən əvvəlki ayələrlə əlaqəsini kəsdiyimiz təqdirdə və onun "Həcc" surəsindəki bənzərini də nəzərə almadığımız zaman mümkündür. Lakin onları nəzərə aldıqda sözügedən ayənin azğın və həddini aşan insanlarla mübarizəni nəzərdə tutduğu məlum olur. Yəni Allah-taala onların qarşısını almazsa, bütün yer üzünü fəsad bürüyər. Buna görə də o, müharibəni insan həyatında ümumi bir prinsip olaraq müqəddəs hesab etmir.
Bundan əlavə, Darvinin təkamül nəzəriyyəsinin dörd əsasından biri olan və "həyat mübarizəsi qanunu" kimi təqdim edilən qanun nəinki inkaredilməz elmi qanun deyil, ümumiyyətlə, puç fərziyyədir və hətta təkamül nəzəriyyəsi tərəfdarları belə bu gün "həyat mübarizəsi” prinsipinə istinad etmir, canlıların təkamülünü “sıçrayış” məsələsi ilə əlaqələndirirlər. Həmçinin bütün bunları qəbul etsək və "həyat mübarizəsi” fərziyyəsini elmi bir qanun hesab etsək belə, ondan yalnız heyvanlar barəsində istifadə etməliyik. İnsanın həyatı əsla onun üzərində qurula bilməz. Çünki insanın təkamülü “həyat mübarizəsi” deyil, "hǝyat əməkdaşlığı" sayəsində mümkündür.
Bizim nəzərimizcə, "həyat mübarizəsi” fərziyyəsinin insanlıq aləminə aid edilməsi bir növ müstəmləkəçilik təfəkkür tərzidir. Bəzi kapitalist sosioloqlar öz ölkələrinin başqalarına qarşı apardığı nifrət doğuran qanlı müharibələrə haqq qazandırmaq üçün bu nəzəriyyǝyǝ üz tutublar. Onlar bu yolla müharibə və mübarizəni təbii qanun və insan cəmiyyətinin təkamül və inkişafı vasitəsi kimi təqdim etmək istəyiblər. Beləcə, onlar öz cinayətlərini elmi yolla ört-basdır etməyə çalışıblar. Onların insanlığa zidd fikirlərinin təsiri altına düşüb sözügedən ayəni həmin mənaya yozanlar, şübhəsiz, Quran təlimlərindən uzaq düşüblər. Çünki Quran aydın şəkildə buyurur:
"Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin".
Təəccüb doğuran məqam budur ki, "Əl-Mənar" təfsirinin müəllifi, həmçinin Məraği kimi bəzi müsəlman təfsirçilər öz təfsirində bu fərziyyənin təsiri altında düşərək onu ilahi qanunlardan biri sayıb ayəni həmin mənaya yozublar. Onlar bu nəzəriyyənin Darvinin deyil, Quranın ixtiralarından olduğunu güman ediblər.
Lakin öncə də qeyd etdiyimiz kimi, nə sözügedən ayənin məqsədi həmin məsələdir, nə də həmin fərziyyənin elmi əsası var. İnsanların bir-biri ilə əlaqələrinə həyat uğrunda mübarizə deyil, həyat uğrunda əməkdaşlıq hakimdir.
Bəqərə surəsi, 253-cü ayə
تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ مِنْهُمْ مَنْ كَلَّمَ اللَّهُ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ وَلَوْ شَاءَ اللَّهُ مَا اقْتَتَلَ الَّذِينَ مِنْ بَعْدِهِمْ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ وَلَكِنِ اخْتَلَفُوا فَمِنْهُمْ مَنْ آمَنَ وَمِنْهُمْ مَنْ كَفَرَ وَلَوْ شَاءَ اللَّهُ مَا اقْتَتَلُوا وَلَكِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ .٢٥٣
Ayənin tərcüməsi
253\. O elçilərin bəzisini bəzilərindən üstün etdik. Allah onlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya aydın nişanələr verdik və onu müqəddəs Ruhla qüvvətləndirdik. (Lakin bu peyğəmbərlərin üstünlüyü ümmətlər arasında ixtilafa mane olmadı.) Əgər Allah istəsəydi, onlardan sonra gələnlər onlara göndərilən bu qədər aydın nişanələrdən sonra bir-biri ilə savaşa qalxmazdılar. (Lakin Allah insanları məcbur etmir və onları səadət yolunu keçməkdə azad qoymuşdur.) Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də kafir oldu. (Döyüşlər baş verdi, qan töküldü. Yenə də) əgər Allah istəsəydi, onlar bir-biri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (hikmət əsasında) edir (və heç kimi nəyisə qəbul etməyə məcbur etmir).
Ayənin təfsiri.
İnsanların hayatında peyğəmbərlərin rolu.
Bu ayə peyğəmbərlərin dərəcəsinə, onların məqamına və insan cəmiyyətindəki vəzifələrinin bir hissəsinə işarə edir.
Əvvəlcə buyurur: "O elçilərin bəzisini bəzilərindən üstün etdik”.
Ayənin ərəbcə orijinalında işlənmiş (tilkə) sözü uzağı işarə edən işarə əvəzliyidir. Bu ifadə bəzən şəxslərin status və məqamına ehtiram məqsədi ilə də işlədilir. O, peyğəmbərlərin məqamının əl çatmayacaq qədər uca olmasına işarə edir.
Ayənin ərəbcə orijinalında işlənmiş (rusul) (elçilər) sözünün bütün ilahi peyğəmbərlərə və ya bu surənin əvvəlki ayələrində adları qeyd edilənlərə; İbrahim, Musa, İsa, Davud və İşmuil (ə) kimi hekayəti nəql edilənlərə və ya bu ayə nazil olan vaxt artıq adları Quranda qeyd edilmiş peyğəmbərlərə işarə olması barədə təfsirçilər arasında müxtəlif nəzərlər mövcuddur. Lakin çox ehtimal ki, onda məqsəd bütün peyğəmbərlərdir. Çünki (əl-rusul) sözü əvvəlinə “müəyyən bir sinfin bütün nümayəndələrini ehtiva edən müəyyənlik artiklı əlavə edilmiş toplu isim”dir və o, hamıya aid olur.
"Bəzisini bəzilərindən üstün etdik" ifadəsindən belə məlum olur ki, Allah tərəfindən göndərilən elçilərin hamısı nübüvvət və peyğəmbərlik baxımından eyni olsalar da, məqam baxımından eyni olmayıblar. Çünki onların həm məmuriyyət dairələri, həm də göstərdikləri fədakarlıqlar fərqli olub. cino by Sonra onların bəzisinin xüsusiyyətinə işarə edərək buyurur: “Allah onlardan bəzisi ilə danışmış..."
Təbii ki, onda məqsəd "Kəlimullah" (Allahla həmsöhbət olmuş) Həzrət Musadır (ə). “Nisa" surəsinin 164-cü ayəsində onun barəsində belə buyurulub: “Allah Musa ilə danışdı”.
Onda məqsədin İslam peyğəmbəri (s) olması və "onunla danışmaq deyiləndə onunla Merac gecəsi edilən söhbətin və ya "Şura” surəsinin 51-ci ayəsində - "Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır" - "danışmaq" adlandırılan vəhyin nəzərdə tutulması elə də inandırıcı görünmür. Çünki vəhy bütün peyğəmbərlərə aiddir və o, sözügedən ayənin ərəbcə orijinalında işlənmiş (munhum) sözündə “bəzi” mənası ifadə edən (min) şəkilçisi ilə uyğun gəlmir. (Yəni həmin ayədə Allah-taala onların bəzisi ilə danışdığını qeyd edir və əgər biz həmin danışmağın vəhy olduğunu desək, bu, hansısa peyğəmbərə deyil, bütün peyğəmbərlərə aid olan xüsusiyyət olacaq. — tərc.)
Daha sonra buyurur: “Bəzisinin isə dərəcələrini yüksəltmişdir”.
Bu ayənin əvvəlində də peyğəmbərlərin dərəcələrinin fərqli olması qeyd edilmişdi. Buna görə də, ola bilər ki, burada qeyd edilən fərqlilik hansısa fərd və ya fərdlərin dərəcəsinin fərqli olması olsun. Onun ən bariz nümunəsi Həzrət Peyğəmbərdir (s). Onun dini dinlərin ən kamili və sonuncusudur. Təbii ki, dinlərin ən kamilini gətirmək vəzifəsini icra edən şəxsin özü də hamıdan üstün olmalıdır. Xüsusilə ona görə ki, hər bir peyğəmbər öz ümmətinin şahidi olmasına baxmayaraq, "Nisa" surəsinin 41-ci ayəsində İslam Peyğəmbərinin (s) Qiyamət günü bütün peyğəmbərlərə şahidlik edəcəyi qeyd edilib:
"Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman onların halı necə olacaq?!"
Bu məsələnin digər bir dəlili əvvəlki cümlədə Həzrət Musanın (ə), növbəti cümlədə isə Həzrət İsanın (ə) yüksək məqama malik olmasına işarə edilməsidir. Belə olan halda, şərait bu cümlənin İslam Peyğəmbərinə (s) işarə olmasını tələb edir. Çünki bu üç peyğəmbərin hər biri dünyanın üç böyük dininin rəhbəri olub. Həzrət Peyğəmbərin (s) adının onların adının ortasında qeyd edilməsi təəccüb doğurmur. Məgər onun dini dinlər arasında orta din deyil və onda hər şey mötədillik üzərində qurulmayıb?! Quran buyurur: "Sizi orta (mötədil) bir ümmət etdik”.
Lakin bu ayənin növbəti cümlələrindən belə məlum olur ki, "bəzisinin isə dərəcələrini yüksəltmişdir" cümləsində məqsəd keçmiş peyğəmbərlərin bəzisi, məsələn, Həzrət İbrahim (ə) və başqalarıdır. Çünki ayələrdə keçmiş zaman feili formasında belə buyurulur: "Əgər Allah istəsəydi, onlardan sonra gələnlər onlara göndərilən bu qədər aydın nişanələrdən sonra bir-biri ilə savaşa qalxmazdılar”.
Sonra Həzrət İsaya (ə) işarə edərək buyurur: "Məryəm oğlu İsaya aydın nişanələr verdik və onu müqəddəs Ruhla qüvvətləndirdik”.
“Aydın nişanələr" dedikdə əlacsız xəstələri sağaltmaq, ölüləri diriltmək kimi möcüzələr və ülvi dini təlimlər nəzərdə tutulur.
"Müqəddəs Ruh" dedikdə Allahın vəhy qasidi, yəni Cəbrail, yaxud Allah övliyalarında fərqli şəkildə mövcud olan mənəvi və sirli qüvvə bu barədə “Bəqərə” surəsinin 87-ci ayəsinin təfsirində geniş danışdıq – nəzərdə tutulur. Burada Həzrət İsanın (ə) müqəddəs Ruh vasitəsi ilə qüvvətləndirilməsinin qeyd edilməsinin səbəbi bunun digər peyğəmbərlərlə müqayisədə onun barəsində daha çox baş verməsidir.
Ayənin davamında ümmətlərin vəziyyətinə və peyğəmbərlərdən sonrakı ixtilaflarına işarə edərək buyurur: "Əgər Allah istəsəydi, onlardan sonra gələnlər onlara göndərilən bu qədər aydın nişanələrdən sonra bir-biri ilə savaşa qalxmazdılar”.
Yəni Allah istəsəydi, onları icbari şəkildə vuruşmaqdan və ziddiyyətdən saxlayardı. Lakin Allahın ənənəvi qanunu insanları seçimlərində azad buraxmaqdır. Lakin onlar azadlıqdan sui-istifadə və "ixtilaf etdilər". Bunun da nəticəsində: “Onlardan kimisi iman gətirdi, kimisi də kafir oldu”.
Şübhəsiz, bu ixtilaflar insanların özlərindən və onların nəfsi istəklərindən qaynaqlanırdı. Yoxsa ki Allah tərəfindən göndərilən peyğəmbərlərin arasında ixtilaf yox idi və onların hamısının məqsədi eyni idi.
Sonda bir daha vurğulayır ki, icbari şəkildə ixtilafların qarşısını almaq Allah üçün asandır. "Əgər Allah istəsəydi, onlar bir-biri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (hikmətə əsaslanan, insanın yaradılış hədəfi, yəni azadlıq və ixtiyara malik olmaq prisipi ilə uyğun olanı) edir (və heç kimi nəyisə qəbul etməyə məcbur etmir)".
Bəziləri bu azadlıqdan mənfi nəticə əldə edir, lakin ümumilikdə azadlıq insanın təkamülünün sütunlarındandır və icbari təkamül, əslində, təkamül hesab olunmur.
Həmçinin iki dəfə icbar məsələsinə toxunulan bu ayədən “cəbr” (insanın iradə azadlığına malik olmaması) etiqadının batil olması məlum olur. O, Allahın insanları azad buraxmasını və onların bir dəstəsinin imanı, başqa bir dəstəsinin isə küfrü seçməsini sübut edir.
İncəlik:
Dinlərin davamçıları arasındakı ixtilafın mənşəyi.
Bəzi qərb yazıçıları dinlərə irad tutaraq onların insanlar arasında təfriqə və parçalanmaya səbəb olduğunu, bu yolda çoxlu qan axıdılmasına gətirib çıxardığını deyiblər. Onlar bunu tarixdə qeyd edilən çoxsaylı dini müharibələrlə əsaslandırıblar. Onlar bununla dinləri tənqid etmək və onları müharibə və çəkişmə mənbəyi kimi təqdim etmək istəyiblər.
Lakin qeyd etmək lazımdır ki, birincisi, ixtilaflar dinlərin həqiqi davamçıları arasında deyil, davamçılarla din əleyhdarları arasında baş verib. Həmçinin müxtəlif din davamçıları arasında da müharibə və çəkişmələr baş verirsə, bunun səbəbi dini təlimlər deyil, dinlərin təhrif edilməsi, yersiz təəssübkeşlik, ilahi dinlərin xurafatla qarışmasıdır.
İkincisi, bu gün din bəşər cəmiyyətinin bəzi hissələrinə öz təsirini itirib, lakin buna baxmayaraq, biz dünyanın müxtəlif yerlərində müharibələrin daha qorxulu hal almasının, daha geniş dairəni əhatə etməsinin, daha qızğın aparılmasının şahidi oluruq. Bütün bunlar dinə görədir, yoxsa həmin müharibələrin əsl mənşəyi bəzi insanların dikbaş ruhudur?!
Bəli, əsl mənşə budur, sadəcə, bu iş bir gün din adı altında, bir gün siyasi və iqtisadi məktəblər libasında, bir başqa gün də digər adlar altında görülür. Buna görə də bu məsələdə dinlərin heç bir günahı yoxdur, günahkar müxtəlif bəhanələrlə müharibə alovunu qızışdıran həmin dikbaş insanlardır.
Üçüncüsü, səma dinləri, xüsusilə İslam irqçilik və millətçilik əleyhinə olduğu üçün irqi, coğrafi və etnik sərhədlərin aradan qaldırılmasına və onlardan doğan müharibələrin kökünün kəsilməsinə səbəb olub. Buna görə də bəşəriyyət tarixində baş verən müharibələrin bəzisi məhz dinlərin sayəsində yığışıb.
Bundan əlavə, bütün dinlərin əhəmiyyət verdiyi sülhsevərlik, əxlaq və insani hisslər müxtəlif tayfalar arasında düşmənçilik və nifrət hisslərinin azalmasına olduqca böyük təsir göstərib və göstərir.
Dördüncüsü, səma dinlərinin vəzifələrindən biri məhrumiyyət içində yaşayan və əzab çəkən siniflərin azad edilməsidir. Buna görə də peyğəmbərlər və onların davamçıları ilə Firon və Nəmrud kimi zalım və istismarçılar arasında müharibələr baş verib. Əslində, insanları xilas etmək üçün olan bu müharibələr dinlər üçün nəinki eyib deyil, əksinə, onların müsbət cəhətlərindən sayılır. İslam Peyğəmbərinin (s) həm ərəb müşrikləri və Məkkə sələmçiləri ilə, həm də hökmdar və imperatorlarla qarşıdurması bu qəbildən olub.
Bəqərə surəsi, 254-cü ayə
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاعَةٌ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ .٢٥٤
Ayənin tərcüməsi
254\. Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməzdən qabaq sizə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyin! Kafirlər özləri zalımdırlar.
Ayənin təfsiri.
Allah yolunda mal xərcləmək Qiyamət günü qurtuluşa səbəb olan ən mühüm amillərdəndir.
Keçmiş ümmətlərin bəzi hekayətləri, cihad, ilahi hökumət və peyğəmbərlərdən sonra yaranmış ixtilaflardan söz açan əvvəlki ayələrin ardınca Allah-taala bu ayədə müsəlmanlara xitab edir və cəmiyyətdə vəhdətə, hökumətin güclənməsinə, müdafiə və cihadın sütunlarının möhkəmlənməsinə səbəb olan vəzifələrdən birinə işarə edərək buyurur: "Ey iman gətirənlər! Sizə verdiyimiz ruzidən (Allah yolunda xərcləyin”.
"Sizə verdiyimiz ruzidən” ifadəsinin mənasının geniş olmasına, onun həm vacib və müstəhəb maddi ianələrə, həm də elm kimi mənəvi yardımlara şamil olmasına baxmayaraq, ayənin davamındakı təhdidi aldıqda məqsədin zəkat və sairə kimi vacib ödənişlər olması həqiqətə daha uyğundur. Bundan əlavə, beytülmal və hökumətin təməlinin möhkəmlənməsinə də vacib ianələr səbəb olur.
Ayənin ərəbcə orijinalında işlənmiş (mimma) ifadəsindən vacib ianələrin həmişə malın hamısından deyil, yalnız bir hissəsindən ibarət olması məlum olur.
Mərhum Təbərsi "Məcməül-bəyan" kitabında ayənin həm vacib, həm də müstəhəb ianələrə şamil olması nəzərini tərcih edib. Onun nəzərincə, ayənin davamı təhdid deyil, sadəcə, Qiyamət gününün qorxulu hadisələrindən xəbər verilib.
Lakin ayənin kafirləri zalımlardan hesab edən son cümləsini nəzərə aldıqda Allah yolunda mal xərcləməyin və ianə verməyin tərk edilməsinin bir növ küfr və zülm olması məlum olur. Bu da yalnız vacib ianələrin tərk edilməsinə aid ola bilər.
Ayənin davamında buyurur: “Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməzdən qabaq”.
Yəni əgər bu gün Allah yolunda ianə vermək imkanınız varsa bunu edin. Orada dünyada mövcud olan maddi qurtuluş yollarının heç biri mövcud deyil. Nə əzabdan xilas olmaq və səadətə qovuşmaq üçün alış-veriş etmək mümkündür, nə də bu dünyada öz sərmayənizlə qazandığınız maddi dostluqların sizə bir xeyri olacaq. Çünki onların özləri də əməllərinə görə dərd-sər içində olacaqlar və başları özlərinə elə qarışacaq ki, başqası yadlarına düşməyəcək. Orada sizə şəfaətin də bir xeyri olmayacaq. Çünki ilahi şəfaət ilahi işlərə görə baş verir və insanı şəfaətə layiq edir. Siz də layiqli iş görməmisiniz. Orada bu dünyada mal və sərvətlə əldə edilən maddi şəfaət və vasitəçilik də yoxdur.
Buna görə də siz Allah yolunda mal xərcləməyi tərk etməklə, malları üst-üstə yığmaqla və xəsislik göstərməklə özünüz öz üzünüzə bütün qurtuluş qapılarını bağlamısınız. m declan ev dipay men nu Ayənin sonunda buyurur: “Kafirlər özləri zalımdırlar".
Bu cümlə Allah yolunda mal xərcləməyi və zəkat verməyi tərk edənlərin həm özlərinə, həm də başqalarına zülm etməsinə işarədir.
Quran bu cümlədə bir neçə həqiqəti bəyan etmək istəyir. Birincisi, kafirlər özlərinə zülm edirlər. Çünki onlar dini ianə və digər dini və insani vəzifələri yerinə yetirməməklə özlərini ən böyük səadətdən məhrum edirlər. Axirətdə onlar öz əməllərinə görə cəzalandırılacaqlar, Allah onlara zülm etməyəcək.
İkincisi, kafirlər öz cəmiyyətlərinə də zülm edirlər. Ümumiyyətlə, küfr daşürəklilik, qəddarlıq, maddiyyat və dünyapərəstlikdir və bunlar zülmün əsas mənbəyi sayılırlar.
Bu ayədə “küfr” sözü “Allah yolunda mal xərcləmək” ifadəsindən sonra gəldiyi üçün “Allahın əmrini yerinə yetirməkdən boyun qaçırmaq və günah” mənasındadır. Həm Quran, həm də hədislərdə "küfr" sözünün bu mənada işlədilməsinə çox rast gəlinir.
Bəqərə surəsi, 255-ci ayə
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ .٢٥٥
Ayənin tərcüməsi
255\. Allah, Ondan başqa heç bir tanrı yoxdur, Həyy (Öz zatı ilə var olan) və Qəyyumdur (digər varlıqlar da Onun zatı ilə ayaqdadırlar). Onu nə mürgü, nə də yuxu tutar. (Bir an da dünyanı idarə etməkdən qafil olmaz.) Göylərdə və yerdə nə varsa, (hamısı) Ona məxsusdur. Onun fərmanı olmadan yanında kim şəfaət edə bilər?! Onların (bəndələrinin) keçmişini və gələcəyini bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç nəyi əhatə edə bilməzlər. Onun taxtı (səltənəti) göyləri və yeri əhatə etmişdir. Onları (göylə yeri) qoruyub saxlamaq Onu yormur. Uca və əzəmətli Odur.
“Ayətül-kürsi”nin əhəmiyyət və fəziləti.
Bu ayənin əhəmiyyət və fəzilətini başa düşmək üçün Həzrət Peygambardan (s) naql edilmiş bu hadiso diqqat etmak kifayatdir. O, Übeyy ibn Kəbdən soruşur: "Allahın kitabının ən fəzilətli ayəsi hansıdır?" Übeyy cavab verir: "Allahu la ilahə illa huvəl-həyyul- qəyyum ayəsi". Həzrət Peyğəmbər (s) əlini onun sinəsinə vuraraq buyurur: "Elm sənə halaldır! And olsun Muhəmmədin canı əlində olan Allaha, bu ayənin dili və iki dodağı var və o, Allahın ərşinin sütununda Allahı pak sifətlərlə vəsf edir".
İmam Əlinin (ə) Həzrət Peyğəmbərdən (s) nəql etdiyi digər bir hədisdə o Həzrətin (s) belə buyurduğunu oxuyuruq:
“Quranın seçməsi “Bəqərə”, “Bəqərə”nin seçməsi isə ayətül- kürsidir. Ey Əli! Onda əlli söz və hər sözdə əlli bərəkət var".
Başqa bir hədisdə İmam Baqirdən (ə) belə nəql edilib: "Kim ayətül-kürsini bir dəfə oxusa, Allah-taala həm dünyanın, həm də axirətin min xoşagəlməz işini ondan dəf edər. Dünyanın (ondan dəf edilən) xoşagəlməz işlərinin ən asanı yoxsulluq, axirətin (ondan dəf edilən) xoşagəlməz işlərinin ən asanı isə qəbir əzabı olar”.
Bu mübarək ayənin fəziləti barəsində nəql edilmiş hədislərin sayı çoxdur və onlar həm şiə, həm də əhli-sünnə mənbələrində nəql edilib. Biz bu mövzunu Həzrət Peyğəmbərdən (s) nəql edilmiş iki hədislə sona çatdırırıq. O Həzrət (s) buyurub:
"Ayətül-kürsi mənə Allahın ərşinin altındakı xəzinədən verilib və o, məndən əvvəl heç bir peyğəmbərə verilməyib”.
Digər hədis belədir: “İki qardaş Həzrət Peyğəmbərin (s) hüzuruna gələrək deyir: “Biz ticarət məqəsdi ilə Şama gedirik. Biz (pis adamların şərindən amanda qalmaq üçün) nə oxuyaq?" Bu zaman O Həzrət (s) belə buyurur: "Hər hansı bir mənzilə çatıb işa namazını qıldıqdan sonra kim yatağına uzansa, Fatimeyi-Zəhranın (ə) zikrini desin, sonra ayətül-kürsini oxusun. Şübhəsiz, həmin şəxs səhərə kimi hər şeydən amanda qalacaq".
Həmin hədisin davamında qeyd edilir ki, qardaşların mənzil saldığı duraqların birində oğrular onlara hücum etmək istəyir, lakin heç nəyə nail ola bilmirlər".!
Şübhəsiz, ayətül-kürsiyə bu qədər əhəmiyyət verilməsinin səbəbi onun təfsirdə qeyd edəcəyimiz mühüm və zəngin məzmunudur.
Ayənin təfsiri.
Allahın camal və calal sifətlərinin toplusu.
Bu ayə Allahın müqəddəs zatı, Onun özəl ad və sifətləri ilə başlayır. Buyurur: “Allah, (bütün gözəl sifətlərə malik zatdır və) Ondan başqa heç bir tanrı yoxdur”.
“Allah” adı yalnız Allah-taalaya məxsus addır və onun mənası “bütün kamal, calal və camal sifətləri Özündə cəm etmiş zat"dır. O, varlıq aləminin yaradanıdır. Buna görə də Ondan başqa heç bir məbud ibadət və pərəstişə layiq deyil. "Allah" sözündə təklik mənası mövcud olduğu üçün “Ondan başqa heç bir tanrı yoxdur” cümləsi ona təkid xarakteri daşıyır.
Daha sonra buyurur: "Həyy (Öz zatı ilə var olan) və Qəyyumdur (digər varlıqlar da Onun zatı ilə ayaqdadırlar)".
Ayənin ərəbcə orijinalında işlənmiş (həyy) sözünün kökü (həyat) sözüdür və onun mənası "həyat"dır. Ərəb dilində “sifəti-müşəbbihə” modelində olan bütün sözlər kimi bu söz də sifətin davamlı və sabit olmasına dəlalət edir. Şübhəsiz, Allahın həyatı həqiqi həyatdır. Çünki Onun həyatı dünyada olan canlı varlıqların həyatı kimi qeyri-zati deyil, Onun zatının özüdür. Buna görə də başqa canılılar bir müddət yaşayır, sonra ölürlər, lakin Allah belə deyil. "Furqan” surəsinin 58-ci ayəsində oxuyuruq:
"Ölməz, (əbədi) yaşayana təvəkkül et”.
Bu, məsələnin bir tərəfidir.
Digər tərəfdən, kamil həyat ölüm olmayan həyatdır. Buna görə də həqiqi həyat Onun əzəldən əbədi davam edən həyatıdır. Lakin insanın həyatı, xüsusilə onun ölümlə qarışan bu dünya həyatı həqiqi həyat ola bilməz. “Ənkəbut” surəsinin 64-cü ayəsində oxuyuruq:
“Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyil. Həqiqi həyat axirət evidir".
Buna görə də qeyd edilən hər iki cəhətdən həqiqi həyat Allaha məxsusdur.
Ayənin davamında buyurur: "Onu nə mürgü, nə də yuxu tutar".
O, bir an da olsun dünyanın idarəçiliyindən qafil olmur. nüüd Təfsirçilərin çoxunun nəzərinə görə, ayənin ərəbcə orijinalında işlənmiş (sinət) sözünün kökü (vəsənə) sözüdür və onun mənası “yuxunun əvvəlində yaranan süstlük” və ya başqa sözlə desək, “mürgü”dür. Həmçinin (naum) sözünün mənası “yuxu”, yəni “insanın hissiyyatının böyük hissəsinin işdən düşdüyü hal”dır. Əslində, (sinət) (mürgü) gözün yatmasıdır və o, dərinləşib qəlbə çatanda (naum) (yuxu) adlanır.
“Onu nə mürgü, nə də yuxu tutar" cümləsi Allahın "Həyy” və “Qəyyum” olmasına təkiddir. Çünki varlıq aləminin idarəçiliyi ilə tam məşğul olmaq hətta bir anlıq qəflətin yaranmadığı zaman mümkündür. Buna görə də Allahın "Qəyyum" olması ilə ziddiyyət təşkil edən hər bir şey, hətta Onun işində süstlük yaranmasına səbəb olan ən zəif səbəb, məsələn, Onun zatından uzaq olan mürgü öz-özlüyündə Onun müqəddəs zatından kənardır.
Adətən daha güclü şey əvvəldə, zəif isə ondan sonra qeyd edilir. Lakin burada mürgü yuxudan əvvəl qeyd edilib. Bunun səbəbi təbii ardıcıllıq baxımından əvvəl mürgünün baş verməsi, sonra isə dərinləşərək yuxuya çevrilməsidir.
Bu cümlə Allahın idarəçilik feyz və lütfünün daimi olmasına, bir an da olsa kəsilməməsinə, bəndələr kimi yüngül və ağır yuxu nəticəsində və ya başqa amillər səbəbindən qafil olmamasına işarədir.
Ayədə yuxu barəsində “tutmaq” sözünün işlədilməsi maraqlı ifadədir və o, yuxunun insana necə hakim olmasını təsvir edir. Yuxu sanki güclü pəncəsi olan bir varlıqdır və insanı tutub öz əsarəti altına alır. Yorğunluq zamanı ən güclü insanlar belə onun qarşısında aciz qalırlar.
Sonra Allahın mütləq və qeyd-şərtsiz şəkildə hər şeyin sahibi olmasına işarə edərək buyurur: “Göylərdə və yerdə nə varsa, (hamısı) Ona məxsusdur”.
Bu, Allahın ayədə qeyd edilən beşinci sifətidir. Çünki ondan əvvəl Allahın təkliyinə, həyy və qəyyum olmasına və yuxunun Onun pak zatına hakim olmamasına işarə olunmuşdu.
Allahın hər şeyin sahibi olması Onun qəyyum olmasının nəticəsidir. Çünki dünyanın işləri və onların idarə edilməsi, həmçinin yaratmaq Onun pak zatına məxsus olduqdan sonra hər şeyin sahibliyi də Ona məxsus olmalıdır. Buna görə də insanın əlində olan və istifadə etdiyi şey onun həqiqi malı deyil, sadəcə, o, həqiqi sahibi tərəfindən müəyyənləşdirilmiş şərtlər çərçivəsində bir neçə günlük əmanət kimi insana tapşırılıb və insana həmin şeylərdən istifadə etmək hüququ verilib. Buna görə də həmin sahiblər həqiqi sahibin müəyyənləşdirdiyi şərtlərə tam riayət etməlidirlər. Əks-təqdirdə, onların həmin mala sahiblənməsi səhv və qeyri-qanuni hesab olunacaq. Həmin şərtlər Allah- taalanın maliyyə və iqtisadi məsələlər barəsində müəyyənləşdirdiyi hökmlərdən ibarətdir.
Allahın hər şeyin sahibi olması sifətinə diqqət etmək insana mühüm tərbiyəvi təsir göstərir Əgər insanlar əllərində olanın özlərinin olmamasını ve onlara bir neçə günlük istifadə üçün və ya əmanət məqsədi ilə tapşırıldığını dərk etsələr, şübhəsiz, başqalarının hüquqlarını pozmaz, istismarçılıq, müstəmləkəçilik, möhtəkirlik, hərislik, xəsislik və tamahkarlıq etməzlər.
Ayə Allah barəsindəki altıncı təsvirdə belə buyurur: "Onun fərmanı olmadan yanında kim şəfaət edə bilər!?”
Bu cümlə bütpərəstlərin puç iddialarına cavabdır. Bütpərəstlər deyirdilər ki, biz bunlara (bütlərə) Allah dərgahında bizə şəfaət etmələri üçün ibadət edirik. "Zümər" surəsinin 3-cü ayəsində onların sözü belə nəql edilib:
"Biz onlara ancaq bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”. Sözügedən cümlədə Allah-taala ritorik sual cümləsi ilə buyurur ki, Allahın əmri olmadan heç kəs Onun dərgahında şəfaət edə bilməz. Bu cümlə də Allahın qəyyumluğuna və Onun qeyd-şərtsiz bütün varlıq aləminin sahibi olmasına təkiddir.
Yəni siz kimlərinsə (məsələn, peyğəmbərlərin və ya övliyaların) Allah dərgahında şəfaət etdiyini görürsünüzsə, bu, onların nəyəsə sahib olmalarına və müstəqil təsir qüvvəsinə malik olmalarına görə deyil. Bu şəfaət məqamını da onlara Allah verib. Buna görə də onların şəfaətinin Allahın əmri ilə olması da Onun qəyyum və hər şeyin sahibi olmasının digər bir dəlili hesab edilir.
Yeddinci sifətdə buyurur: "Onların (bəndələrinin) keçmişini və gələcəyini bilir”.
Bu cümlə əvvəlki cümlədə şəfaət barəsində deyilənlərin dəlilidir. Yəni Allah-taala şəfaət edənlərin həm keçmişini, həm də gələcəyini, hətta onların özlərinin bilmədiyi şeyləri də bilir. Buna görə də onlar Allahın diqqətini şəfaət etmək istədikləri şəxslərə yönəldə bilmək üçün həmin şəxslər barəsində Allah dərgahına yeni bir şey təqdim edə bilməzlər.
Belə ki adi vasitəçiliklərdə vasitəçilik edən şəxs iki yoldan birini istifadə edir. O, ya barəsində vasitəçilik edən şəxsin ləyaqət və yaxşılığı barədə vasitəçilik edilən böyük şəxsə hansısa yeni məlumatlar təqdim edir və ondan çıxardığı hökmə yenidən baxmasını istəyir, ya da vasitəçilik edənlə vasitəçilik edilən şəxs arasındakı əlaqə və münasibəti açıqlayır ki, həmin böyük şəxs vasitəçilik edən şəxslə olan münasibətlərinə görə çıxardığı hökmü dəyişsin.
Təbii ki, bu iki halın hər ikisi vasitəçilik edən şəxsin, yanında vasitəçilik edilən şəxsin malik olmadığı məlumatlara malik olduğu hala aiddir. Lakin yanında vasitəçilik edilən şəxs hər şey və hər kəs barəsində hər şeyi bilirsə, təbii ki, bu halda heç kəs onun yanında heç kəs üçün şəfaət edə bilməz. Çünki o, həm hər bir şəxsin nəyə layiq olduğunu, həm də onların bir-biri ilə əlaqəsini bilir. Buna görə də şəfaət yalnız Onun icazəsi ilə düzgündür.
Qeyd edilənlərin hamısı o hala aiddir ki, ayənin ərəbcə orijinalında işlənmiş “onların keçmişini və gələcəyini” ifadəsindəki (hum) (onların) bitişik üçüncü şəxs cəm əvəzliklərinin şəfaət edənlərə və ya barəsində şəfaət edilənlərə işarə olduğunu qəbul edak. Lakin həmin bitişik əvəzliklərin “göylərdə və yerdə nə varsa” cümləsində işarə edilənlərə – göylərdə və yerdə olan bütün şüurlu varlıqlara işarə olması və Allahın hər şey üzərində mütləq qüdrət sahibi olmasına, başqalarının isə belə bir qüdrətə malik olmamasına təkid xarakteri daşıması ehtimalı da var. Çünki özünün keçmiş və gələcəyindən xəbərsiz, göylərin və yerin gizlinlikləri barədə məlumatsız olan şəxsin qüdrəti olduqca məhduddur. Lakin onlardan fərqli olaraq, bütün əsr və zamanlardan həm keçmişdən, həm də gələcəkdən və hər şeydən xəbəri olan kəsin qüdrəti sonsuzdur və buna görə də bütün işlər, hətta şəfaət Onun əmri ilə olmalıdır.
Qeyd edilən mənaların hər ikisini uzlaşdırmaq da mümkündür.
Ayənin ərəbcə orijinalında işlənmiş “مَابَيْن َأَيْدِيهِمْ وَمَاخَلْفَهُمْ” -ifadəsində məqsədin nə olması barədə təfsirçilər müxtəlif ehtimallar irəli sürüblər.
Bəziləri “ma bəynə əydihim" ifadəsində məqsədin insanın qarşısında olan dünya işləri, “ma xəlfəhum” ifadəsində isə insanın arxasında olan axirət işləri, bəziləri isə onların mənasının bu deyilənin tam əksi olduğunu deyiblər.
Bəziləri də onu insanın əcəlinə, xeyir və şər işlərinə və ya bildiyi və bilmədiyi işlərə işarə hesab ediblər.
Lakin Quran ayələrinə müraciət etdikdə bu iki ifadənin bəzən də yer mənasında işləndiyi məlum olur. Buna “Əraf" surəsinin 17-ci ayəsini misal göstərmək olar. Həmin ayədə şeytanın dilindən belə nəql edilir:
"Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gedəcəyəm".
Şübhəsiz, burada həmin iki ifadədə məqsəd yerdir və elə bu səbəbdən onlara (qarşı və arxa ifadələrinə) "sağ" və "sol" da əlavə edilib.
Bəzən də o, zaman baxımından "əvvəl” və "sonra" mənasında işlədilir. Buna “Ali-İmran" surəsinin 170-ci ayəsini misal göstərmək olar. Həmin ayədə buyurur:
“(Allah yolunda şəhid olmuş kəslər) arxada olan və hələ gəlib onlara çatmamış kəslərə müjdə verirlər".
Şübhəsiz, burada (xəlfihim) dedikdə zaman baxımından arxada olmaq nəzərdə tutulur.
Lakin, ola bilər ki, sözügedən ayədə onun mənası daha geniş olsun və qeyd edilən mənaların hər ikisini ehtiva etsin. Yəni Allah-taala keçmişdə olmuş və gələcəkdə olacaq, həmçinin insanların qarşısında və arxasında olan şeylərdən xəbərdardır və onların özlərinin xəbərsiz olduğu şeyləri də bilir, onların hamısından agahdır.
Onun elmi zaman və məkan sərhədlərini aşır və Ona hər şey gün kimi aydındır. Buna görə də hər şey, hətta şəfaət Onun icazəsi ilə olmalıdır.
Səkkizinci sifətdə buyurur: "Onlar Onun elmindən Onun istədiyindən başqa heç nəyi əhatə edə bilməzlər”.
O, elmlərin yalnız məsləhət bildiyi cüzi bir hissəsini başqalarının ixtiyarında verib.
Buna görə də başqalarının məhdud elmi Onun sonsuz elminin şüasıdır.
Əslində, bu cümlə də şəfaət edənlərin elminin Allahın elmi müqabilində məhdud olması barədə əvvəl deyilənlərə təkiddir. Çünki onlar Allahın elmindən xəbərdar deyillər və ondan yalnız Onun istədiyi qədər bilirlər.
Bu cümlədən başqa iki məsələ də məlum olur. Birinci məsələ budur ki, heç kəs özündən elmə malik deyil və bəşəriyyətin bütün elmləri Allah tərəfindəndir. O, yaradılış aləminin heyrətamiz sirləri üzərindən pərdələri tədricən kənara çəkir və insanlara yeni həqiqətlər təqdim edir, onların məlumat dairəsini genişləndirir.
İkinci məsələ isə budur ki, Allah-taala gizli elm və qeybi sirlərin bir hissəsini istədiyi şəxsin ixtiyarına verə bilər. Bu, insanın qeyb elmini bilməsini qeyri-mümkün hesab edənlərə cavabdır.
Həmçinin o, insanın qeyb elmini bilməsini inkar edən #### Ayələrin təfsiridir. Yəni insan qeyb elmindən heç nə bilmir, lakin Allahın ona öyrətmək istədiyi miqdar bu qaydadan istisnadır.
Ayənin ərəbcə orijinalında işlənmiş "la yuhitunə" ifadəsi də elmin həqiqətinə - onun bir növ “əhatə etmək” olmasına incə işarədir.
Doqquz və onuncu sifətlərdə belə buyurur: “Onun taxtı (səltənəti) göyləri və yeri əhatə etmişdir. Onları (göylə yeri) qoruyub saxlamaq Onu yormur”.
Bu, göylərdə və yerdə olan hər şeyin sahibi, elmi bütün aləmi bürüyən, onların hamısının dayağı olan kəsin hökmranlığının göyləri və yeri əhatə etməsinə və onları qoruyub saxlamağın Ona çətin olmamasına işarədir. Hökmranlığın əsasını elm təşkil edir, qüdrət isə ondan doğur.
On bir və on ikinci sifətlərdə buyurur: "Uca və əzəmətli Odur".
(وَهُوَالْعَلِيُّ الْعَظِيمُ)
Həqiqi uca məqam göylərin və yerin sahibinə, onların hamısını əhatə edənə məxsusdur. Həqiqi əzəmət və böyüklük Ona məxsusdur, başqalarında nə varsa, Ondandır.
İncəliklər:
1\. Allahın diri olmasının mənası.
Adi danışıqda hər hansı bir varlıq barəsində "diri” sözündən istifadə edərkən inkişaf edən, qidalanan, nəsil artıran, bəzi şeyləri cəzb edib bəzi şeyləri dəf edən, bəzən də hissiyyat və hərəkətə malik varlıq nəzərdə tutulur. Ola bilər dardüşüncəli insanlar Allahın həyata malik olmasını da bu qəbildən hesab etsinlər. Halbuki O, bu sifətlərin heç birinə malik deyil. İnsanı Allahı tanımaq barəsində səhvə salan da bu müqayisədir. Çünki onlar Allahın sifətlərini öz sifətləri ilə müqayisə edirlər.
Geniş mənada götürsək, "həyat" sözünün mənası "elm" va “qüdrət”dir. Buna görə də sonsuz elm və qüdrətə malik vücud kamil həyata da malikdir. Allahın həyatı Onun elm və qüdrətinin toplusudur və əslində, canlı varlıqla cansız varlıq bir-birindən elm və qüdrət vasitəsi ilə ayrılır.
İnkişaf, hərəkət, qidalanma və nəsil artırma naqis və məhdud varlıqların xüsusiyyətidir. Həmin varlıqlardakı çatışmazlıq qidalanma, nəsil atrırma və hərkət ilə aradan qaldırılır. Lakin heç bir çatışmazlığı olmayan kəs barəsində bu məsələlər əhəmiyyətsizdir.
Ayənin ərəbcə orijinalında işlənmiş (qəyyum) sözünün kökü (qiyam) sözüdür. “Qəyyum” ərəb dilində mübaliğə modelidir və buna görə də o, öz “qiyam”ı zati, bütün varlıqların “qiyam”ı isə ondan asılı olan və yaradılmışların işlərini idarə edən varlığa deyilir.
Bildiyimiz kimi, “qiyam” sözünün mənası “ayaq üstə durmaq"dır. Adi danışıqda “qiyam” məxsus duruş formasına, yəni insanın yerin üzərində vertikal vəziyyətdə durmasına deyilir. Cisim və cismani xüsusiyyətlərdən uzaq olan Allah barəsində bu məna nəzərdə tutula bilməz. Onun Allah barəsindəki mənası yaradılmışların işlərinin idarə edilməsi və onların qorunmasıdır. Çünki insan bir iş görmək istədikdə ayağa qalxır.
Dünyanın bütün varlıqlarını O yaradıb, onların işlərinin idarə edilməsi, qorunması, yetişdirilməsi və tərbiyə edilməsini Öz öhdəsinə götürüb, daimi və fasiləsiz bu işlərlə məşğul olur.
Bu izahdan belə məlum olur ki, əslində, Allahın bütün feli sifatlərinin kökü "qəyyum" sifətidir. (Feli sifət dedikdə Allahın dünyanın varlıqları ilə əlaqəsini bəyan edən sifətlər nəzərdə tutulur.) Həmin sifətlərə “yaradan", "ruzi verən”, “dirildən”, “doğru yola istiqamətləndirən” sifətlərini misal göstərmək olar. "Ruzi verǝn", "dirildən”, "doğru yola istiqamətləndirən” Odur. Buna görə də "Xaliq" (yaradan), "Raziq" (ruzi verǝn), "Hadi" (hidayət edən), "Mühyi” (dirildən) və "Mumit" (öldürən) kimi sifətlərin hamısı "qəyyum" sifətində cəm olub.
Bəziləri "Qəyyum" sifətini yalnız yaratmaq, ruzi vermək və sairə sifətlərdə məhdudlaşdırmaqla həmin sifətin nümunələrindən birinə işarə ediblər, halbuki onun mənası çox genişdir və onların hamısına şamil olunur. Çünki onun mənası "qiyam"ı Öz zatı ilə olan və başqalarının da "qiyam"ının Ondan asılı və Ona möhtac olduğu varlıqdır.
Əslində, (həyy) sifəti Allahın elm, qüdrət, eşitmək, görmək və sairǝ sifətlərinin hamısına şamil olunur, “qəyyum” isə bütün varlıqların Ona möhtac olmasını bəyan edir. Buna görə də bu ikisi birlikdə "ismi- əzəm" (Allahın əzəmətli adları) adlanır.
2\. Şəfaət nədir?
Şəfaət barəsində bu təfsirin birinci cildində, “Bəqərə” surəsinin 48-ci ayəsinin təfsirində geniş izah verdik. Buna görə də burada ona müxtəsər işarə edəcəyik.
"Şəfaət" öz inkişaf mərhələsini asan və uğurla keçməsi üçün güclü varlığın zəif varlığa kömək etməsindən ibarətdir. Bu söz (şəfaət) adətən günahlar (onların bağışlanması) barəsində vasitəçilik etmək haqqında işlədilir. Lakin “şəfaət” geniş mənada varlıq aləminin bütün amil və səbəblərinə şamil olur. Məsələn, torpaq, su, hava və günəş şüası hər hansı bir toxumun kamil ağac və ya bitki olmaq mərhələsinə çatması üçün şəfaət edən amillərdir.
Əgər biz sözügedən ayədə şəfaəti bu geniş mənada götürsək, onun mənası belə olacaq ki, varlıq aləmində müxtəlif amil və səbəblərin mövcudluğu Allahın hökmranlığını əsla məhdudlaşdırmır, ondan heç nə azaltmır. Çünki bu səbəblərin hamısının təsiri Onun əmri ilə gerçəkləşir və əslində, Onun qəyyumluq və hökmranlığının nişanəsidir.
Lakin bəziləri dini terminologiyada mövcud olan "şəfaət"in bir növ cəmiyyət arasında mövcud olan "tapşırma"ya, necə deyərlər, “qohumbazlıq və himayədarlığ"a bənzədiyini bilir. Yəni insanlar bacardıqları qədər günah edirlər və bütünlüklə günaha batdıqdan sonra bir şəfaətçinin ətəyindən yapışıb belə deyirlər:
Yǝni: Camaat bir şəfaətçinin ətəyindən yapışanda, bizim əlimiz Fatimə (ə) balalarının ətəyində olacaq.
Lakin nə irad tutanlar, nə də heç nədən çəkinib həya etməyən o günahkarlar dinin şəfaət məsələsindəki məntiqini dərk ediblər. Çünki Allahın seçilmiş və xas bəndələri tərəfindən ediləcək şəfaət təbii amillər vasitəsi ilə həyata keçən "genetik şəfaət" kimidir.
Yəni içində heç bir həyat amili və sağlam hüceyrəsi olmayan toxuma min il günəş şüasının düşməsinin, küləyin əsməsinin, həyat bəxş edən yağışın yağmasının bir təsiri olmadığı kimi, Allah övliyalarının ləyaqəti olmayan şəxslər barəsində şəfaət etməsinin də heç bir təsiri olmayacaq. Onlar həmin şəxslər barəsində heç şəfaət də etməyəcəklər.
Şəfaətdə şəfaət edənlə şəfaət edilən arasında bir növ mənəvi əlaqə və bağlılıq olmalıdır. Buna görə də şəfaətə ümid bəsləyən şəxs bu dünyada şəfaət etməsini umduğu şəxslə mənəvi əlaqə yaratmalıdır. Bu əlaqə şəfaət ediləcək şəxs üçün bir növ tərbiyə amili olmalı, onu şəfaət edənin fikirlərinə, əməllərinə, ideoloji məktəbinə yaxınlaşdırmalı və nəticədə, o, şəfaət edilmək ləyaqəti əldə etməlidir.
Şəfaət qohumbazlıq və məsuliyyət yükünün altından qaçmaq vasitəsi deyil, tərbiyə amilidir. Buradan da belə məlum olur ki, şəfaət Allahın günahkar şəxs barəsindəki istək və iradəsində dəyişiklik yaratmır, günahkar şəfaət edənlə mənəvi əlaqə yaratmaqla bir növ təkamül və tərbiyə əldə edir və Allahın əfvinə layiq olmaq məqamına çatır. (Diqqət edin!)
3\. "Ərş" və "kürsi" (taxt) dedikdə nə nəzərdə tutulur?
Ayənin ərəbcə orijinalında işlənmiş (kürsi) sözünün kökü (kirs) sözüdür. Onun mənası "kök, əsas"dır. Bəzən də o, bir- birinə birləşmiş və bir-biri ilə tərkib halına girmiş şeylər barəsində işlədilir. Buna görə də kiçik taxtlara (kürsi) deyirlər. Onun əksi (ərş) sözüdür və onun mənası "tavanı olan şey", "tavan" və ya "uzun ayağı olan taxt"dır.
Ustad və müəllim tədris zamanı kürsüdə oturduğu üçün bəzən “kürsi” sözü məcazi olaraq "elm” barəsində də işlədilir.baula
"Kürsi" insanın ixtiyarında, onun hökmü altında və nüfuz dairəsində olduğu üçün o, bəzən məcazi olaraq hər hansı bir yerə hökmranlıq etmək və qüdrət barəsində də işlədilir.
Biz sözügedən ayədə Allahın kürsüsünün (taxtının) göyləri və yeri əhatə etdiyini oxuyuruq. Burada “kürsi” bir neçə mənada işlənə bilər:
a) Hökmranlığın əhatə dairəsi. Yəni Allah bütün göylərə və yerə hökmranlıq edir və Onun nüfuz dairəsi hər yeri əhatə etmişdir. Buna görə də Allahın kürsüsü yer, ulduzlar, kəhkəşanlar və dumanlıqdan ibarət maddi aləmdir.
Bu mənaya əsasən, “ərş” maddi aləmdən daha üstün və ali bir mərhələ olmalıdır. (Çünki qeyd etdik ki, ərşin mənası tavan, talvar və “kürsi”nin əksinə olaraq, uzun ayağı olan taxtdır.) Belə olan təqdirdə, “ərş” sözünün mənası ruhlar və mələklər aləmi, fövqəltəbii aləm olacaq. Əlbəttə, bu, “ərş” ilə “kürsi” sözlərinin bir-birinin müqabilində işləndiyi hala aiddir. Həmin vaxt onlardan biri maddi aləm, təbiət aləmi, digəri isə fövqəltəbii aləm mənasında olacaq.
Lakin “Əraf” surəsinin 54-cü ayəsinin təfsirində də qeyd edəcəyimiz kimi, "ərş" sözünün başqa mənaları da var və o, "kürsi" sözünün müqabilində işlənmədikdə “bütün varlıq aləmi” mənasında da işlənə bilər.
b) Elmin nüfuz dairəsi. Yəni Allahın elmi bütün göyləri və yeri əhatə edir və heç nə Onun nüfuz dairəsindən kənarda qalmır. Çünki “kürsi” sözü bəzən məcazi olaraq elm barəsində də işlədilir.
Bu mənaya müxtəlif hədislərdə də toxunulmuşdur. Məsələn, Həfs ibn Qiyas belə nəql edir: “İmam Sadiqdən (ə) soruşdum:
"(Onun kürsüsü göyləri və yeri əhatə etmişdir) cümləsində məqsəd nədir?” O Həzrət (ə) belə buyurdu: "Məqsəd Onun elmidir".
c) Bütün göylərdən və yerdən geniş olan və onları hər tərəfdən əhatə etmiş varlıq. Bu zaman ayənin mənası belə olacaq: “Allahın kürsüsü bütün göyləri və yeri tutub və onları əhatə edib”.
Bu təfsir hədislərin birində Əmirəl-möminin Əlidən (ə) nəql edilib. O Həzrət (ə) belə buyurub: “Kürsi yeri, göyləri, onların arasında və yerin altında olanları əhatə edib".
Hətta bəzi hədislərdən onun göylərdən və yerdən qat-qat geniş olduğu məlum olur. Belə ki onların hamısı birlikdə kürsi müqabilində səhranın ortasında olan üzük kimidir. İmam Sadiqdən (ə) belə nəql edilib: "Göylər və yer kürsi müqabilində bir səhranının ortasındakı üzük kimidir. Həmçinin kürsi ərş müqablində səhranın ortasındakı üzük kimidir”.
Birinci və ikinci mənalar tam aydın və anlaşılandır. Lakin üçüncü məna elə mənadır ki, insan elmi onun həqiqətini hələ üzə çıxara bilməyib. Çünki göyləri və yeri əhatə edən və bizim dünyamızdan qat- qat geniş olan bir aləmin mövcudluğu hələ ki mövcud ənənəvi elmi yolla sübuta yetməyib. Bununla yanaşı, onu inkar etmək üçün də əldə heç bir dəlil yoxdur.
Bütün alimlər etiraf edirlər ki, astronomik cihazların və araşdırma vasitələrinin inkişafı ilə göy və yerin genişliyi bizim gözümüzdə gündən-günə artır və heç kəs varlıq aləminin genişliyinin bugünkü elmin kəşf edə bildiyi qədər olmasını iddia edə bilməz. Hətta çox ehtimal ki, müasir cihazlarımızın müşahidə imkanlarından kənar çoxsaylı aləmlər mövcuddur.
Qeyd edilən üç təfsir bir-biri ilə əsla ziddiyyət təşkil etmir. "Onun taxtı göyləri və yeri əhatə etmişdir" cümləsi həm Allahın mütləq hökmranlıq və qüdrətinin göyləri və yeri əhatə etməsinə, həm Onun elminin nüfuzuna, həm də göyü və yeri əhatə edən və bu dünyadan daha geniş olan bir aləmin mövcudluğuna işarə ola bilər.
Bu cümlə ayənin Allahın elminin genişliyi barəsindəki əvvəlki cümlələrini təkmilləşdirir.
Bütün bunlardan çıxan nəticə budur ki, Allahın hökmranlıq və qüdrəti göyləri və yeri bürüyüb, Onun elm taxtı bu aləmlərin hamısını əhatə edib və heç nə Onun hökmranlıq və elmi nüfuz dairəsindən kənarda deyil.
Ayənin ərəbcə orijinalında işlənmiş (onları (göylə yeri) qoruyub saxlamaq Onu yormur) ifadəsindəki (yǝuduhu) sözünün kökü (aud) sözüdür və onun mənası “ağır və çətin”dir. Çünki O, yaratdıqları və bəndələri kimi deyil ki, qüdrəti məhdud olsun, bəzən bir şeyi saxlamaqdan yorulsun. Onun qüdrəti sonsuzdur. Sonsuz qüdrət sahibi üçün ağırlıq və yüngüllüyün, çətinlik və asanlığın heç bir mənası yoxdur. Bu ifadələr məhdud qüdrət sahiblərinə aiddir.
Yuxarıda qeyd edilənlərdən (yǝuduhu) sözündəki bitişik əvəzliyin Allaha aid olması məlum olur. Bunu ayənin əvvəlki və sonrakı cümlələri də təsdiqləyir. Çünki onların da hamısında olan bitişik əvəzliklər Allaha işarədir. Buna görə də burada həmin əvəzliyin “kürsü” sözünə aid olması, yəni cümlənin "onları (göylə yeri) qoruyub saxlamaq kürsüyə çətin və ağır deyil” mənasında olması çox zəif nəzərdir.
"Uca və əzəmətli Odur" cümləsi, əslində, əvvəlki cümlələrin dəlilidir. Yəni hər hansı bir bənzər, şərik, çatışmazlıq, eyib və nöqsandan uca və üstün olan, sonsuz dərəcədə əzəmətli və böyük olan Allaha heç nə çətin deyil və O, heç vaxt varlıq aləmini idarə etməkdən yorulmur, aciz qalmır, qafil və xəbərsiz olmur, Onun elmi hər şeyi əhatə edib.
4\. Ayətül-kürsi ancaq bu bir ayədən ibarətdirmi?
Görəsən, ayətül-kürsi yuxarıda qeyd edilən və “Allah, Ondan başqa heç bir tanrı yoxdur" cümləsi ilə başlayıb “uca və əzəmətli Odur" cümləsi ilə sona çatan bir ayədən ibarətdir, yoxsa sonrakı iki ayə də ondan sayılır və ayətül-kürsinin oxunması göstərişi verilmiş yerlərdə, məsələn, "vəhşət namazı"nda onların üçü də oxunmalıdırmı? Mövcud əlamətlərdən onun bir ayədən ibarət olması məlum olur. Həmin əlamətlər bunlardır:
a) Ayətül-kürsinin fəziləti barədə nəql edilmiş hədislərin hamısında o, “ayətül-kürsi” (kürsi ayəsi) adlandırılıb. Bu da onun yalnız bir ayə olduğunu göstərir.
b) “Kürsi” sözü yalnız birinci ayədə işlədilib və ona “ayətül- kürsi” adının verilməsi də bununla əlaqədardır.
c) Bəzi hədislərdə bu məsələ aydın şəkildə qeyd edilmişdir. Buna Şeyx Tusinin "Əmali" kitabında Əmirəl-möminindən (ə) nəql edilmiş hədisi misal göstərmk olar. Həmin hədisdə ayətül-kürsinin fəziləti bəyan edilir və o, "Allah, Ondan başqa heç bir tanrı yoxdur" cümləsi ilə başlayıb "uca və əzəmətli Odur" cümləsində sona çatır.
d) "Müstədrəku səfinətil-bihar" kitabında "Məcmə" kitabına istinadən belə nəql edilib: "Ayətül-kürsi məşhurdur və o, “uca və əzəmətli Odur" cümləsinə kimidir.
e) İmam Əli ibn Hüseyn (ə) Həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edib: "Kim "Bəqərə" surəsinin əvvəlindən dörd ayəni, ayətül-kürsini, ondan sonrakı iki ayəni və "Bəqərə” surəsinin son üç ayəsini oxusa, heç vaxt nə özü, nə da malı xoşagəlməz halla qarşılaşmaz, şeytan ona yaxınlaşmaz və o, Quranı unutmaz".
Bu ifadədən də ayətül-kürsinin bir ayə olması məlum olur.
f) Bəzi hədislərdə ayətül-kürsinin əlli sözdən ibarət olması və hər sözdə əlli bərəkətin olması qeyd edilmişdir. Ayənin ərəbcə orijinalının sözlərini saydıqda “uca və əzəmətli Odur" cümləsinə kimi əlli sözün olduğunu görürük.
Bəzi hədislərdə onun “ayətül-kürsi” adı qeyd edilmədən "və daim orada olacaqlar" ayəsinə kimi oxunması göstərişi verilib. Hər halda, qeyd edilən nişanələrdən "ayətül-kürsi"nin bir ayə olması məlum olur.
5\. Ayətül-kürsinin mühüm olmasının səbəbi.
Ayətül-kürsinin olduqca böyük əhəmiyyət daşımasının səbəbi onun İslam maarifini, həmçinin Allahın zati və feli sifətlərini, xüsusilə tövhid məsələsini müxtəlif cəhətlərdən ehtiva edən toplu olmasıdır. Sayı on ikiyə çatan və hər biri insanın tərbiyəsi barədə bir cəhəti nəzərdə tutan həmin sifətlər diqqəti özünə cəlb edir və Əbülfutuh Razinin sözləri ilə desək, onların hər biri batil məzhəblərin birini inkar edir. (Beləliklə də, onun vasitəsi ilə on iki batil və səhv düşüncə islah olunur.)
Bəqərə surəsi, 256-cı ayə
لَا إِكْرَاهَ فِي الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِنْ بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى لَا انْفِصَامَ لَهَا وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ .٢٥٦
Ayənin tərcüməsi
256\. Dinin qəbul olunmasında məcburiyyət yoxdur. (Çünki) artıq doğru yol azğınlıqdan ayırd edilmişdir. Kim Tağutu (şeytanı, bütləri və eləcə də, digər azğın varlıqları) inkar edib Allaha iman gətirsə, o, əsla qırılmayan ən möhkəm bir tutacaqdan yapışmışdır. Allah eşidən və biləndir.
Ayənin nazilolma səbəbi.
İslamın böyük təfsirçilərindən olan Təbərsi “Məcməül-bəyan” kitabında bu ayənin nazilolma səbəbi barədə belə yazır: "Əbu Hüsǝyn adlı mədinəli bir kişinin iki oğlu olur. Mədinəyə mal gətirən bəzi tacirlər onun oğlanlarını xaçpərəstliyə dəvət edir, onlar da həmin tacirlərin təsiri altına düşüb xaçpərəstliyi qəbul edirlər və onlarla birlikdə Şama gedirlər.
Əbu Hüsǝyn bu hadisədən çox narahat olur və məsələni Həzrət Peyğəmbərə (s) xəbər verir. O, Həzrət Peyğəmbərdən (s) onları öz dininə qaytarmasını istəyir. Peyğəmbərdən soruşur ki, onları məcburi şəkildə öz dininə qaytara bilərmi? Həmin vaxt sözügedən ayə nazil olur və buyurur ki, dinin qəbul olunmasında məcburiyyət yoxdur.
"Əl-Mənar" təfsirində belə nəql edilib: “Əbu Hüsəyn iki oğlunu məcburi şəkildə İslam dininə qaytarmaq istəyirdi. Onlar şikayət etmək üçün Həzrət Peyğəmbərin (s) yanına gəldilər. Əbu Hüsǝyn Həzrət Peyğəmbərə (s) belə dedi: “Mən gözüm görə-görə övladlarımın Cəhənnəm oduna daxil olmasına necə razı ola bilərəm?!" Həmin vaxt sözügedən ayə nazil oldu".
Ayənin təfsiri.
Din məcburi deyil.
Ayətül-kürsi Allahın dinin əsasını təşkil edən tövhid və camal-calal sifətlərinin toplusudur. Çünki din bütün mərhələlərdə əqli dəlillərlə əsaslandırıla bilər və onda məcburiyyətə ehtiyac yoxdur. Buna görə də ayə buyurur: "Dinin qəbul olunmasında məcburiyyət yoxdur. (Çünki) artıq doğru yol azğınlıqdan ayırd edilmişdir”.
Ayənin ərəbcə orijinalında işlənmiş (ruşd) sözünün leksik mənası “yolu tapmaq və həqiqətə qovuşmaq"dır. Onun antonimi mənası “həqiqətdən sapma və gerçəklikdən uzaqlaşmaq" olan (ğəyy) sözüdür.
Din insanların ruh və düşüncəsi ilə birgə olduğu üçün və o, iman və yəqin təməli üzərində qurulduğu üçün onun məntiq və dəlildən başqa yolu yoxdur. “Dinin qəbul olunmasında məcburiyyət yoxdur" cümləsi də buna işarədir.
Bundan əlavə, ayənin nazilolma səbəbindən də məlum olduğu kimi, bəzi nadanlar Həzrət Peyğəmbərdən (s) zalım hökmdarlar kimi zor və təzyiqlə insanların əqidəsini (hətta zahirdə olsa belǝ) dəyişdirməsini istəyirdilər. Sözügedən ayə onlara cavab verir və buyurur ki, din məcburiyyətlə təbliğ ediləcək məsələ deyil. Xüsusilə ona görə ki, aydın dəlillər və aşkar möcüzələrlə haqq yol batil yoldan ayrılıb və buna görə də həmin işlərə ehtiyac yoxdur.
Bu ayə İslamın bəzən icbar xarakteri daşıdığını, qılınc və hərbi güclə irəlilədiyini güman edən şəxslərə də tutarlı cavabdır.
Əgər İslam atanın öz övladlarına dinini dəyişdiklərinə görə təzyiq göstərməsinə icazə vermirsə, bir-birinə yad olan insanların belə bir iş görməsi barədə heç danışmağa dəyməz. Əgər belə bir iş görməyə icazə verilsəydi, bu icazə hamıdan əvvəl ataya verilərdi ki, zorla övladlarının dinini dəyişdirsin. Halbuki ona belə bir haqq verilmir.
Bu ayə bəzi təfsirçilərin güman etdiyi kimi, yalnız kitab əhlinə aid deyil. Həmçinin bir başqa dəstənin dediyi kimi, ayənin hökmü nəsx də edilməyib. O, əbədi, məntiq və ağıla uyğun bir hökmdür.
Sonra əvvəl deyilənlərdən nəticə çıxararaq buyurur: “Kim Tağutu (şeytanı, bütləri və eləcə də, digər azğın varlıqları) inkar edib Allaha iman gətirsə, o, əsla qırılmayan ən möhkəm bir tutacaqdan yapışmışdır”.
Ayənin ərəbcə orijinalında işlənmiş (tağut) sözü ərəb dilində mübaliğə modelidir və onun kökü (tüğyan) sözüdür. Onun mənası "həddi aşmaq, çərçivədən çıxmaq"dır. Həddi aşmağa səbəb olan istənilən şey barəsində bu sözdən istifadə edilir. Buna görə də şeytanlar, zalım və təkəbbürlü hökmdarlar, Allahdan başqa bütün məbudlar, sonu haqdan ayrılan istənilən yol - bunların hamısı “tağut”dur. (Bu söz həm tək, həm də cəm şəklində işlənir.)
Quran sözügedən cümlədə buyurur ki, kim “tağut"'u inkar edib Allaha iman gətirsə, o, əsla qırılmayan ən möhkəm bir tutacaqdan yapışmışdır.
Bu ayədə "tağut" dedikdə nəyin nəzərdə tutulması barədə təfsirçilərin çoxlu nəzərləri mövcuddur. Bəziləri onun mənasının şeytan, bəziləri kahin, bəziləri isə sehrbazlar olduğunu deyiblər.
Lakin bizim nəzərimizcə, məqsəd onların hamısı, hətta onlardan da geniş mənadır. Yəni məqsəd “tağut” sözündən başa düşülən ümumi mənadır və o, həm həddini aşan bütün varlıqları, həm də bütün yanlış və səhv din və yolları ehtiva edir.
Ayənin bu hissəsi əvvəlki cümlələrdə dində məcburiyyətə ehtiyacın olmaması barədə deyilənlərin dəlilidir. Çünki din insanı bütün xeyir, bərəkət və xoşbəxtliklərin mənbəyi olan Allaha tərəf dəvət edir. Lakin başqaları insanı azğınlıq və fəsada dəvət edirlər. Allaha imanın “ətəyindən yapışmaq" möhkəm və heç vaxt qırılmayan qurtuluş tutacağından yapışmaq kimidir.
Ayənin sonunda buyurur: "Allah eşidən və biləndir".
Bu ifadə küfr və imanın zahiri, büruzə verməklə gerçəkləşən məsələ olmamasına işarə edir. Çünki Allah hamının dediklərini – istər aşkarda deyilənlər olsun, istərsə də gizli məclislərdə danışılanlar – eşidir. Həmçinin O, batin və qəlbdə olanlardan da xəbərdardır. Buna görə də hər bir şəxsin küfr və imanı Ona məlumdur.
Bu, həqiqi möminlər üçün bir təşviq, İslamın zahiri libasından sui-istifadə edən münafiqlər üçün isə təhdiddir.
İncəlik:
Din icbari ola bilməz.
Ümumiyyətlə, İslam və ya hər hansısa bir haqq din icbari ola bilməz.
a) O qədər aydın dəlil, məntiqi əsaslandırma və aşkar möcüzələrdən sonra buna ehtiyac yoxdur. Zor və icbara aydın məntiq və güclü sehrbazdır əsaslandırması olan İslam deyil, məntiqi olmayanlar əl atır.
b) Bir sıra batini və qəlbdən qaynaqlanan etiqadlardan ibarət olan din icbari ola bilməz. Zor, qılınc və hərbi güc bizim fikri davranış və hərəkətlərimizə təsir göstərə bilər, düşüncə və etiqadımıza isə əsla!
Bu deyilənlərdən İslam düşmənlərinin, o cümlədən kilsələrin zəhərli təbliğatının cavabı məlum olur. Çünki bu məsələ barəsində Quranda qeyd edilən “dinin qəbul olunmasında məcburiyyət yoxdur" cümləsindən aydın cümlə tapmaq mümkün deyil.
Onlar həqiqətləri təhrif etmək üçün qərəzlə İslam müharibələrinə işarə edirlər. Halbuki İslam müharibələrini araşdırdıqda həmin müharibələrin bir hissəsinin müdafiə məqsədi daşıdığı məlum olur. Hücum xarakteri daşıyanlar isə ölkələri fəth etmək və insanlara məcburi şəkildə İslamı qəbul etdirmək üçün deyil, zülmkar və müstǝbid quruluşları məhv etmək və insanların din və ictimai həyat tərzi barədə azad araşdırma aparmasına şərait yaratmaq üçün olub.
İslam tarixində bunun nümunələri - müsəlmanların hər hansı bir şəhəri ələ keçirdikdə digər din nümayəndələrinə də müsəlmanlar kimi azadlıq verməsi təkrar-təkrar qeyd edilmişdir.
Onlardan "cizyə" adı ilə cüzi verginin alınması da təhlükəsizliyin təhlükəsizlik qüvvələrinin xərclərinin təmin edilməsi məqsədi daşıyıb. Çünki onların can, mal və namusunu İslam qoruyub və onlar hətta ibadət mərasimlərini də azad şəkildə yerinə yetiriblər.
İslam tarixi ilə tanışlığı olan hər bir kəs bu həqiqətləri bilir. Hətta İslam barəsində kitab yazmış xaçpərəstlərin özləri də bu məsələni etiraf ediblər. Məsələn, “Təməddüne İslam və ğərb” kitabında belə yazılıb: "Müsəlmanlar digər toplularla o qədər yumşaq davranıblar ki, onların dini rəhbərləri dini məclislər təşkil etmək icazəsinə malik olub”.
Bəzi tarix kitablarında tanışlıq və araşdırma aparmaq üçün Həzrət Peyğəmbərin (s) yanına gələn xaçpərəstlərin Mədinədə Peyğəmbər məscidində azad şəkildə öz dini mərasimlərini yerinə yetirdikləri qeyd olunub.
İslam üç halda hərbi gücə əl atır:
1-Şirk və bütpərəstlik nişanələrinin məhv edilməsi üçün. Çünki İslam baxımından bütpərəstlik din deyil, əksinə, azğınlıq, xəstəlik və xurafatdır. Buna görə də bir dəstə adama bütünlüklə səhv və xurafat olan yolda hərəkət etmək və uçuruma yuvarlanmaq icazəsi vermək olmaz. İslam təbliğat aparmaqla bütpərəstləri tövhidə dəvət edib, onlar müqavimət göstərdikdə isə gücə əl atıb, onların bütxanalarını dağıdıb, bütpərəstliyi təcəssüm etdirən hər şeyin qarşısını alıb ki, bu ruhi və ideoloji xəstəliyin kökü kəsilsin. “Bəqərə” surəsinin müşriklərlə vuruşmaq göstərişi verən 193-cü ayəsi - "fitnə (bütpərəstlik və əsarət) aradan qalxana qədər onlarla vuruşun" - bu məsələni nəzərdə tutur. Buna görə də sözügedən ayə ilə həmin ayələr arasında heç bir ziddiyyət yoxdur ki, hansınınsa nəsx olmasından danışmaq lazım gəlsin.
2-İslama hücum və onu məhv etmək planı hazırlayan şəxslər qarşısında müdafiə cihadına və hərbi gücdən istifadəyə icazə verilib. Bəlkə də, Həzrət Peyğəmbərin (s) zamanında baş vermiş müharibə- lərin çoxu bu qəbildən olub. Buna Ühüd, Hüneyn, Mutə və Təbuk müharibələrini misal göstərmək olar.
3-Təbliğat azadlığı əldə etmək üçün. Çünki hər bir dinin azad va məntiqi şəkildə özünü tanıtdırmaq haqqı var. Əgər kimlərsə bu haqqa mane olsalar, gücdən istifadə edib həmin haqqı əldə etmək olar.
Bəqərə surəsi, 257-ci ayə
اللَّهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَالَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ .٢٥٧
Ayənin tərcüməsi
257\. Allah iman gətirənlərin vəli və rəhbəridir, onları zülmətlərdən nura çıxarır. Kafirlərin vəliləri isə tağutlardır, onları nurdan zülmətlərə sövq edirlər. Onlar od əhlidirlər və daim orada olacaqlar.
Ayənin təfsiri.
İman nuru və küfr zülmətləri.
Əvvəlki ayədə iman və küfr məsələsinə, həmçinin haqqın batildən, düz yolun azğınlıqdan ayırd edilməsinə işarə edildikdən sonra burada mömin və kafirlərin rəhbər və bələdçi baxımından hansı vəziyyətdə olmalarına aydınlıq gətirərək buyurur: "Allah iman gətirənlərin vəli və rəhbəridir (və bu rəhbərlik sayəsində) onları zülmətlərdən nura çıxarır”.
Qarşıda "sizin vəli və rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirən, namaz qılan və rükuda olduqları halda, zəkat verənlərdir” ayəsinin təfsirində geniş şəkildə izah edəcəyimiz kimi, ayənin ərəbcə orijinalında işlənmiş (vəliyy) sözünün mənası “yaxınlıq və ayrılmazlıq"dır. Buna görə də rəhbər, tərbiyəçi və bələdçiyə “vəli” deyirlər. Ərəblər bu sözü yaxın dost və səmimi yoldaş barəsində də işlədirlər. Lakin sözügedən ayədə onun birinci mənası (rəhbər) nəzərdə tutulur.
Ayədə buyurur: "Allah iman gətirənlərin vəli və rəhbəridir, onları zülmətlərdən nura çıxarır”.
Burada kimsə deyə bilər ki, möminlərin zülmətlərdən nura çıxarılması artıq gerçəkləşmiş iş istiqamətində çalışmağa bənzəyir. Lakin hidayət və imanın müxtəlif dərəcələrinin olmasını nəzərə aldıqda məsələnin təsəvvür edildiyi kimi olmaması məlum olur. Çünki möminlərin hidayət və Allaha yaxınlaşmaq yolunda Allahın bələdçili- yinə, hər addımda və işdə Onun istiqamətləndirməsinə böyük ehtiyacı var. Bu, bir növ bizim gecə-gündüz namazda “bizi düz yola yönəlt!” deməyimizə bənzəyir.
Sonra buyurur: "Kafirlərin vəliləri isə tağutlardır, onları nurdan zülmətlərə sövq edirlər". Buna görə də "onlar od əhlidirlər və daim orada olacaqlar”.
İncəliklər:
1\. İman və küfrün nur ilə zülmətə bənzədilməsi bu barədə mümkün olan ən dolğun bənzətmədir.
Nur həyat mənbəyi, bütün bərəkət və həyat nişanələrinin mənşəyi, inkişaf, tərəqqi, təkamül, müsbət dəyişiklik və hərəkət çeşməsidir.
Nur rahatlıq, xatircəmlik və agahlıq amili, hədəfi göstərən nişandır, zülmət isə sükut və ölüm, yuxu və nadanlıq, azğınlıq və vahimə simvoludur. İman ilə küfr də belədir.
2\. Bu və buna bənzər digər ayələrdə “zülmət” sözü cəm (“zülmətlər" şəklində), "nur" sözü isə tək şəkildə işlədilib. Bu, haqq yolda heç bir təfriqə və haçalanmanın olmamasına, ona bütünlüklə vəhdət və birliyin hakim olmasına işarədir. Haqq yol iki nöqtə arasında çəkilən düz xətt kimidir. O, həmişə bir dənə olur və onun sayının çox olması mümkün deyil.
Lakin batil və küfr müxtəlif ixtilaf və təfriqələrin mərkəzi olur və hətta batil tərəfdarlarının özləri öz batilliklərində yekdil olmur, vahid məqsəddə birləşə bilmirlər. Onlar eyni ilə iki nöqtə arasında çəkilən çoxsaylı əyri xətlər kimidirlər. “Düz xətt”’in hər iki tərəfində onların sayı sonsuz olur.
Bəziləri batilin sıralarının haqq əhlinə nisbətdə daha çox olması ehtimalını da veriblər.
3\. Burada kimsə irad tuta bilər ki, kafirlərin nuru olurmu ki, onlar ondan çıxsınlar da? Lakin biz iman nurunun hamının fitrətində olmasını nəzərə alsaq, bu ifadənin tamamilə düzgün olduğunu görərik.
4\. Allah-taala nə möminləri məcburi şəkildə zülmətlərdən (günah, nadanlıq, alçaq sifətlər və haqdan uzaqlıqdan) nura tərəf çıxarır, nə də kafirləri məcburi şəkildə tövhid fitrətindən uzaqlaşdırır. Əslində, onların hər birinin əməli özü üçün Allahdan belə bir müqəddərat tələb edir.
Bəqərə surəsi, 258-ci ayə
أَلَمْ تَرَ إِلَى الَّذِي حَاجَّ إِبْرَاهِيمَ فِي رَبِّهِ أَنْ آتَاهُ اللَّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِي وَأُمِيتُ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللَّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ .٢٥٨
Ayənin tərcüməsi
258\. Allahın verdiyi hökmranlıq üzündən (yetərsizlikdən qürura qapılaraq) İbrahimlə Rəbbi barəsində höcətləşən kimsəni (Nəmrudu) görmədinmi? İbrahim: “Mənim Rəbbim dirildən və öldürəndir” – dedikdə o: "Mən də dirildir və öldürürəm!” – demişdi. (Bunu sübuta yetirmək və xalqı aldatmaq üçün iki dustaq gətizdirmiş, birini qətlə yetirmiş, digərini isə sərbəst buraxmışdı.) İbrahim: "Allah Günəşi şərqdən çıxarır. Sən də onu qərbdən gətir” – dedikdə o kafir donub qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.
Ayənin təfsiri.
Həzrət İbrahimin (ə) dövrün tağutu ilə mübahisəsi.
Möminlərin Allahın bələdçiliyi ilə doğru yola istiqamətlənməsi, kafirlərin isə tağuta tabe olmaları nəticəsində yolunu azmasından danışan əvvəlki ayələrin davamında həmin məsələ barəsində bir neçə nümunə göstərilib. Həmin nümunələrin ən barizlərindən biri sözügedən ayədə qeyd edilən hadisə - bütləri sındıran qəhrəman İbrahimin (ə) öz dövrünün zalım hökmdarı Nəmrud ilə mübahisəsidir. Ayə buyurur: "Allahın verdiyi hökmranlıq üzündən (yetərsizlikdən qürura qapılaraq) İbrahimlə Rəbbi barəsində höcətləşən kimsəni (Nəmrudu) görmədinmi?”
“Allahın verdiyi hökmranlıq üzündən” ifadəsi həmin mübahisənin əsas səbəbinə işarə edir. Yəni o, "tutumu” az olduğu üçün təkəbbürlük və lovğalıq badəsindən məst olmuşdu.
Bir çox insan adi halda normal, başıaşağı, mömin və bəsirətli olur. Lakin bir mal əldə etdikdən və ya hansısa vəzifəyə təyin edildikdən sonra hər şeyi unudur, ən müqəddəs dəyərləri belə ayaq altına atırlar.
Həmin vaxt o, İbrahimdən (ə) Rəbbinin kim olduğunu və insanları kimə tərəf dəvət etdiyini soruşur və İbrahim (ə) cavab verir ki, “Mənim Rəbbim dirildən və öldürəndir”.
İbrahim (ə) yaradılışın şah əsəri, yəni həyat və ölüm qanununu Rəbbinin elm və qüdrətinin aydın nişanəsi kimi təqdim edir.
Lakin zalım Nəmrud hiyləgərlik və sofizmə əl atır və ətrafındakıları aldatmaq üçün belə deyir: “Mən də dirildir və öldürürəm”, həyat və ölüm qanunu mənim əlimdədir.
Məşhur hədisə əsasən, o, öz iddiasını sübut etmək üçün hiyləgərlik edir və zindandan iki nəfərin gətirilməsi göstərişini verir, sonra onlardan birinin azad edilməsini, digərinin isə öldürülməsini əmr edir. Sonra üzünü Həzrət İbrahimə (ə) və orada olanlara tutub deyir: “İndi gördünüzmü ki, həyat və ölüm mənim əlimdədir?"
Lakin İbrahim (ə) bu məkrli planı zərərsizləşdirmək üçün elə bir dəlil gətirir ki, düşmən sadəlövh insanların qarşısında səfsətəçilik edib onları aldada bilməsin. “İbrahim: “Allah Günəşi şərqdən çıxarır. Sən də onu qərbdən gətir!” – dedikdə o kafir donub qalmışdı”. Bəli, “Allah zalım qövmü doğru yola yönəltməz”.
Beləcə, hökmranlıq və vəzifənin məst və məğrur etdiyi həmin şəxs susur, mat-məəttəl və aciz qalır və İbrahimin (ə) bu güclü məntiqi qarşısında bir söz deyə bilmir. Bu, inadkar insanları susdurmağın ən yaxşı yoludur.
Şübhəsiz, həyat və ölüm məsələsi bir çox cəhətdən Günəşin doğması və batmasından daha mühümdür və Allahın elm və qüdrətinə daha yaxşı dəlalət edir. İbrahim (ə) də bu səbəbdən dəlil kimi əvvəl onu gətirir. Əgər həmin məclisdə düşüncə və zəka sahibi insanlar olubsa, onlar bu dəlillə qane olublar. Çünki hamı bilir ki, bir məhbusu azad edib digərini öldürməyin təbii və həqiqi həyat və ölüm məsələsinə asla aidiyyatı yoxdur. İbrahim (ə) lazımi intellektə malik olmayan, hiyləgər və zalım şəxsin səfsətəsinin təsiri altına düşmək ehtimalı olan şəxsləri də nəzərə alaraq bir başqa dəlil də gətirir və Günəşin doğması və batması məsələsini irəli sürür ki, həqiqət hər iki dəstəyə aydın olsun.
Həzrət İbrahim (ə) əvvəl həyat və ölüm məsələsini irəli sürərək o zalımın dünyanın idarə edilməsində Allahla şəriklik iddiasında olduğunu göstərməklə, sonra isə Günəşin doğub batmasını irəli sürərək onu mat-məəttəl qoymaqla necə də gözəl iş görüb!
"Allah zalım qövmü doğru yola yönəltməz" cümləsindən belə məlum olur ki, doğru yola istiqamətləndirmə də, sapdırma da Allahın ixtiyarında olmasına baxmayaraq, ona bəndələrin özü tərəfindən zəmin yaradılır. Zülm, sitəm və günah tutqun və qara buludlar kimi qəlb güzgüsünə kölgə salır və ona həqiqətləri dərk etmək imkanı vermir.
İncəliklər:
1\. Həmin məclisdə Həzrət İbrahim (ə) ilə mübahisə edən kim olub? Quranda həmin şəxsin adı açıq şəkildə qeyd edilməyib, sadəcə, məlumat verilib ki, "Allahın verdiyi hökmranlıq üzündən..." Yəni o, öz hökmranlığından qürrələnərək İbrahimlə (ə) mübahisə edib.
Lakin "Əd-Durrul-mənsur" kitabında İmam Əlidən (ə) nəql edilmiş hədisdə, həmçinin tarixdə onun adının Nəmrud ibn Kənan olması qeyd edilib.
2\. Sözügedən ayədə bu söhbət və mübahisənin nə vaxt baş verməsi bütləri sındırdıqdan və tonqaldan xilas olduqdan sonra baş verdiyi də qeyd edilməyib. Lakin əlamətlərdən bu hadisənin Həzrət İbrahim (ə) məlum olur. Çünki Həzrət İbrahimin (ə) tonqala atılmamışdan əvvəl belə bir söhbət etmək fürsəti olmayıb, bütpərəstlər ona mübahisə etmək haqqı vermirdilər. Onlar Həzrət İbrahimə (ə) cinayətkar ya günahkar kimi baxır, mümkün olan ən tez zamanda əməllərinə və müqəddəs tanrılara qarşı çıxdığına görə onun cəzalandırılmalı olduğunu düşünürdülər. Onlar həmin vaxt ondan yalnız bütləri sındırmasının səbəbini soruşurdular. Sonra da son dərəcə qəzəbli və kobud halda onun yandırılması hökmünü çıxardılar.
Lakin o, oddan xilas olduqdan sonra Nəmrudla üz-üzə gəlmək və onunla danışıb mübahisə etmək imkanı əldə edib.
3\. Nəmrud bu söhbət və mübahisə zamanı əsla həqiqət axtarışında olmayıb və yeganə istəyi öz puç sözlərini sübuta yetirmək olub. Bəlkə də, ayənin orijinalında (haccə) (höcətləşmək) sözündən istifadə edilməsinin də səbəbi budur. Çünki bu söz adətən belə yerlərdə işlədilir.
4\. Dövrün həmin zalım hökmdarı allahlıq iddiasında da olub və onun bu iddiada məqsədi yalnız ibadət edilmək olmayıb. O, ibadət edilməkdən əlavə, özünü varlıq aləminin yaradanı kimi də təqdim edirdi. Yəni o, özünü həm məbud, həm də yaradan hesab edirdi.
İnsanların daş və taxta parçaları qarşısında səcdə etdiyi, ibadət etməkdən əlavə, onları dünyanın işlərinin idarə edilməsinə şərik hesab etdiyi bir zamanda belə hiyləgər və zalım şəxsin camaatın sadəlövhlüyündən istifadə edib onları özünə tərəf dəvət etməsi, özünü ibadət edilən büt yerinə qoyması və camaatın onun "yaradanlığ”ına boyun əyməsi elə də təəccüblü deyil.
5\. Bütpərəstliyin tarixçəsi.
Bütpərəstliyin tarixçəsini tapmaq və onun dəqiq nə vaxtdan yarandığını demək çətindir. Çünki bütpərəstlik bizə məlum olan ən qədim və ən aşağı düşüncəyə malik insanların arasında mövcud olub.
Bütpərəstlik Allaha ibadət etiqadının bir növ təhrifə məruz qalmış formasıdır. Allaha ibadət insanın fitrət və təbiətində var və bu fitri etiqad insanlarda həmişə mövcud olub və həmişə də düşüncəsi aşağı olan insanlar arasında təhrifə məruz qalıb.
Buna görə də bütpərəstliyin tarixinin bəşəriyyətin tarixi ilə təxminən eyni olduğunu demək olar.
Belə ki insan öz fitrət və təbiətinin tələbi ilə təbiətin fövqündə bir qüvvənin olduğunu dərk edib. Bu fitri etiqadı varlıq aləminin aydın dəlilləri də təsdiqləyirdi. Buna görə də insan həmişə bu iki yol (fitrət və ağıl) vasitəsi ilə yaradılışın mənbəyi ilə az-çox tanış olub.
Lakin uşağın aclıq hissi vaxtında idarə edilmədikdə və ona sağlam yemək verilmədikdə o, torpağa əl uzatdığı, yavaş-yavaş torpaq yeməyə adət etdiyi və sağlamlığını itirdiyi kimi, insan da Allahı axtaran zaman fitrət və ağıl yolunda düzgün istiqamətləndirilməsə, uydurma tanrı və bütlərə üz tutar, onların qarşısında baş əyər və onlara Allahın sifətlərini aid edər.
Bəzi dardüşüncəli və səfeh insanlar hər şeyi hiss orqanları çərçivəsinə salmaq istəyirlər və onların düşüncəsi hiss orqanları çərçivəsindən kənara çıxa bilmir. Buna görə də gözlə görünməyən Allaha ibadət etmək onlar üçün çətin və ağır olur. Onlar öz tanrılarını hiss orqanları ilə dərk ediləcək bir qəlibə salmaq istəyirlər. Nadanlıq və məlumatsızlıq Allaha ibadət fitrəti ilə qarışdıqda özünü bütpərəstlik və hiss orqanları ilə duyulan tanrı şəklində göstərir.
Digər tərəfdən, deyilənlərə görə, keçmiş qövmlər peyğəmbərlərə və dini rəhbərlərinə böyük ehtiram göstərdikləri üçün onların vəfatından sonra yadigar olaraq onların heykəllərini düzəldiblər. Zəif və dar düşüncəli insanların qəhrəman düzəltmək ruhu onların əvvəl həmin şəxsiyyətlərin özünə, sonra da onların heykəllərinə qeyri-adi məqam və güc aid etməsinə və onları allahlıq həddinə çatdırmalarına səbəb olub. Bütpərəstliyin yaranmasının bir səbəbi də budur.
Bütpərəstliyin yaranmasının başqa bir səbəbi də insanın həyatına müsbət təsir və xeyri olan Günəş, Ay, od, su kimi bəzi varlıqların insanın diqqətini özünə cəlb etməsi olub. İnsanlar həmin varlıqlara minnətdarlıq ifadə etmək üçün başqa şey fikirləşmədən, onları varlığın Imənbəyi və dünyanın yaradıcısı hesab etmədən onların qarşısında təzim ediblər. Beləliklə də, bu böyük ehtiramlar zaman keçdikcə bütpərəstlik şəklinə düşüb.
Əlbəttə, bütpərəstliyin yaranma səbəblərinin hamısının kökü eynidir və o, insanın intellektual geriliyi, nadanlıq və cəhaləti, onun Allahı axtarmaq və Allaha ibadət hissinin düzgün istiqamətləndirilməməsi olub. Təbii ki, peyğəmbərlərin təlim, tərbiyə və bələdçiliyi ilə bunların hamısının qarşısını almaq mümkündür.
Bəqərə surəsi, 259-cu ayə
أَوْ كَالَّذِي مَرَّ عَلَى قَرْيَةٍ وَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا قَالَ أَنَّى يُحْيِي هَذِهِ اللَّهُ بَعْدَ مَوْتِهَا فَأَمَاتَهُ اللَّهُ مِائَةَ عَامٍ ثُمَّ بَعَثَهُ قَالَ كَمْ لَبِثْتَ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ قَالَ بَلْ لَبِثْتَ مِائَةَ عَامٍ فَانْظُرْ إِلَى طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ وَانْظُرْ إِلَى حِمَارِكَ وَلِنَجْعَلَكَ آيَةً لِلنَّاسِ وَانْظُرْ إِلَى الْعِظَامِ كَيْفَ نُنْشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا فَلَمَّا تَبَيَّنَ لَهُ قَالَ أَعْلَمُ أَنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .٢٥٩
Ayənin tərcüməsi
259\. Və ya divarları damlarının üstünə uçulmuş (xaraba qalmış) bir kəndin yanından keçən kimsənin (əhvalatını) bilmirsənmi? (O, oranın əhalisini ölmüş, sümüklərini ətrafa səpələnmiş görüb, öz- özünə) demişdi: “Allah bunları ölümdən sonra necə dirildəcək?” (Bu zaman) Allah onu yüz il öldürdü, sonra da dirildib dedi: “Nə qədər qaldın?" O dedi: “Bir gün, yaxud günün bir hissəsini qaldım". (Allah) dedi: “Yox, sən yüz il qaldın. Öz yemək-içməyinə bax, (illər keçməsinə baxmayaraq) hələ də xarab olmayıb. (Tez bir zamanda xarab olacaq maddələri yüz il saxlayan Allah hər şeyə qadirdir.) Ulağına da bax! (Gör necə parçalanıb.) Biz (səni diriltməklə həm özünü əmin etdik, həm də) səni insanlar üçün bir nişanə etdik. (İndi miniyinin) sümüklər(in)ə bax, gör Biz onları necə götürüb bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona (bu həqi- qətlər) aydın olduqda dedi: "Bilirəm ki, Allah hər şeyə qadirdir!"
Ayənin təfsiri.
Üzeyirin heyrətamiz hekayəti.
Bir növ əvvəlki ayənin davamı olaraq qeyd edilən bu ayədə peyğəmbərlərdən birinin hekayəti nəql edilib və məad barəsində tutarlı dəlillər gətirilib. Bu iki ayənin bir-birinə bağlılığı, bəlkə də, əvvəlki ayənin tövhid və Allahı tanımaq, bu və bundan sonrakı (260-cı) ayənin isə məad və ölümdən sonrakı həyat barəsində olmasıdır.
Bəzi təfsirçilər belə bir ehtimal da irəli sürüblər ki, ayətül-kürsinin davamında ilahi hidayətdən söz açılıb, ondan sonrakı ayələrdə (Həzrət İbrahim (ə) ilə Nəmrudun hekayətində) hidayətin əqli dəlillərin bəyan edilməsindən ibarət yollarından birinə işarə edilib, bu və bundan sonrakı ayədə isə hisslə duyulan dəlillərə istinad edilib və məsələyə əyani cəhətdən yanaşılıb.
Yaxşı olar ki, əvvəlcə bu ayədə işarə edilən hadisə barəsində tarixdə yazılanlara ötəri nəzər salaq, sonra #### Ayənin təfsirinə keçək. Ayə yanında bir az azuqəsi olan bir şəxsin səfər əsnasında miniyinin üstündə dağılıb viran qalmış və sakinlərinin sümükləri çürümüş bir diyardan keçərkən həmin dəhşətli mənzərəni görüb "Allah bu ölüləri necə dirildəcək?" deməsinə işarə edir.
Əlbəttə, o, bu sözü inkar və ya tərəddüdlə deyil, təəccüblənərək deyib. Çünki ayədə mövcud olan əlamətlərdən onun peyğəmbərlərdən biri olduğu məlum olur. Biz ayənin davamında Allahın onunla danış- dığını oxuyuruq. Bunu hədislər də təsdiqləyir. Biz qarşıda buna işarə edəcəyik.
Həmin vaxt Allah onun canını alır, yüz ildən sonra dirildir və ondan soruşur ki, “Bu çöldə nə qədər qaldın?" Orada azacıq qaldığını güman edən həmin şəxs dərhal cavab verir ki, "Bir gün, ya ondan da az”. Ona xitab edilir ki, burada yüz il qalmısan, indi yeməyinə və içməyinə bax, Allahın əmri ilə onda heç bir dəyişiklik baş verməyib, lakin ölümündən yüz il keçdiyini başa düşməyin üçün miniyinə nəzər sal və gör (onun bədəni) necə dağılıb, (sümükləri bir-birindən necə) aralanıb, təbiətin qanunu ona da şamil olub, ölüm onu parça-parça edib. İndi də bax gör bir-birindən ayrılmış həmin parçaları necə bir yerə toplayır və dirildirik.
O, bu mənzərəni gördükdə dedi: "Mən Allahın hər şeyə qadir olduğunu bilirəm", yəni indi xatircəm oldum və ölülərin dirildilməsi gözümün qarşısında əyani şəkildə baş verdi.
Həmin şəxsin hansı peyğəmbər olması haqda müxtəlif ehtimallar irəli sürülüb. Bəziləri onu İrmiya (ə), bəziləri isə Xızr (ə) hesab ediblər. Lakin məşhur nəzərə əsasən, o, Üzeyir (ə) olub. Bunu İmam Sadiqdən (ə) nəql edilmiş bir hədis də təsdiqləyir.
Həmçinin həmin diyarın hara olması barədə də müxtəlif nəzərlər var. Bəziləri oranın Büxtünnəsrin hücumları nəticəsində viran qalmış Beytül-müqəddəs olduğunu deyiblər. Lakin bu, zəif ehtimaldır...
İndi də keçək ayənin təfsirinə.
Əvvəlcə belə buyurur: "Və ya divarları damlarının üstünə uçulmuş (xaraba qalmış) bir kəndin yanından keçən kimsənin (əhvalatını) bilmirsənmi? (O, oranın əhalisini ölmüş, sümüklərini ətrafa səpələnmiş görüb, öz-özünə) demişdi: “Allah bunları ölümdən sonra necə dirildəcək?”
Ayənin ərəbcə orijinalında işlənmiş (uruş) sözü (ərş) sözünün cəmidir və burada onun mənası "dam və tavandır".
(xaviyətun) sözünün mənası “boş"dur. Burada o, viran olmaq barədə məcazdır. Çünki adətən abad evlərdə yaşayış olur və əgər ev boşalıbsa, ya viran olduğu üçün boşalıb, ya da boş qaldığı üçün tədricən viran olacaq. Buna görə də “وَهِيَ حَاوِيَةٌعَلَى عُرُوشِهَا” ifadəsinin mənası belə olur "Onların evi viran olmuşdu, əvvəl onun damı çökmüş, sonra da divarları damın üstünə aşmışdı". Bu, viran olmağın tam və kamil formasıdır. Çünki adətən bir yer viran olanda əvvəl onun damı uçur, divarlar isə bir müddət öz yerində qalır, sonra onlar da uçub viran olmuş damın üstünə düşür.
Bəziləri (ərş) sözünün (sqf) sözündən fərqli olduğunu, (səqf)in evin ancaq yuxarı hissəsindən, “ərş”in isə "səqf"lə birlikdə sütunlardan ibarət olduğunu deyiblər.
Mövcud əlamətlərdən belə məlum olur ki, həmin hadisə zamanı sözügedən peyğəmbərin yanında heç kəs olmayıb və onun gözü həmin diyarın əhalisinin sümüklərinə sataşdıqda onlara işarə edərək: “Allah bunları ölümdən sonra necə dirildəcək?” sualını özündən soruşub.
Ayənin davamında buyurur: “Allah onu yüz il öldürdü, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün, yaxud günün bir hissəsini qaldım!" (Allah) dedi: “Yox, sən yüz il qaldın”.
Təfsirçilərin əksəriyyəti bu cümləni belə başa düşüblər ki, Allah- taala həmin peyğəmbərin (ə) canını alıb və onu yüz ildən sonra yenidən dirildib. Ayənin ərəbcə orijinalında işlənmiş və kökü “ölüm” mənası verən (maut) sözü olan (əmatəhu) sözü də həmin mənanı ifadə edir.
Lakin bəzi dırnaqarası ziyalı təfsirçilər, məsələn, "Əl-Mənar" təfsirinin müəllifi və Məraği onu hiss və hərəkətsiz bir növ yuxu kimi yozmaqda israrlıdırlar. Müasir alimlər onların dediyi şeyi "koma" adlandırırlar. O, canlı varlığın uzunmüddətli ağır yuxuya getməsi, lakin həyat nişanələrinin sönməməsindən ibarət bir haldır.
O, daha sonra yazır: "İndiyə kimi bu cür uzun yuxular bir neçə ildən artıq olmayıb. Buna görə də onun yüz ilə çatması qeyri-adidir. Lakin bu halın bir neçə il davam etməsi mümkündürsə, yüz il çəkməsi də mümkündür. Qeyri-adi işlərin qəbul edilməsi üçün lazım olan şey həmin işin ağıl baxımından qeyri-mümkün deyil, mümkün olmasıdır”. Lakin zahirən ayədə bu deyilənlərə dəlalət edəcək heç nə yoxdur, əksinə, ayənin zahiri həmin peyğəmbərin dünyadan getməsinə və yüz ildən sonra yenidən həyata qayıtmasına dəlalət edir. Əlbəttə, bu ölüm dirilmə tamamilə qeyri-adi bir məsələdir, lakin qeyri-mümkün deyil. Digər tərəfdən, Quranda qeyd edilən qeyri-adi işlər təkcə bununla məhdudlaşmır ki, biz onu necəsə yozmağa çalışaq.
Əgər neçə illik uzun yuxuların və ya bəzi heyvanların qış yuxusuna getməsinin bütün qışı yatıb hava qızanda yuxudan oyanmalarının, bəzi heyvanlanrın təbii olaraq donmasının və ya onların öldürülmədən insan tərəfindən süni şəkildə uzunmüddətli dondurulmasının qeyd edilməsində məqsəd yüz ildən sonrakı ölmək və dirilmək məsələsinin mümkün sayılması üçün olsa, bu yaxşı sözdür və bu zaman onun mənası belə olacaq: "Canlıları yüz illərlə uzun yuxuya aparan və ya donduran, sonra da dirildib əvvəlki halına qaytaran Allah ölüləri diriltməyə də qadirdir”.
Ümumiyyətlə, məadı və ölülərin Qiyamətdə dirilməsini, həmçinin peyğəmbərlərin qeyri-adi işlərini və möcüzələrini qəbul etdikdən sonra bütün Quran ayələrini bir sıra təbii və adi məsələlərlə izah etməyə çalışmaq və ayələrin zahirinə qarşı çıxmaq mənasızdır. Çünki bu iş nə düzdür, nə də ona ehtiyac var.
Bəzi təfsirçilərin sözləri ilə desək, deyəsən, biz əvvəlcə cansız bir varlıq olduğumuzu, sonradan Allahın bizi diriltdiyini unutmuşuq. Məgər həmin ölüm və dirilmənin yenidən baş verməsinə nə mane ola bilər?!
"Bir gün, yaxud günün bir hissəsini qaldım" cümləsindən həmin peyğəmbərin öldüyü vaxtla dirildiyi vaxtın günün ayrı-ayrı vaxtları olduğu məlum olur. Məsələn, o, günortadan qabaq ölüb, dirilməsi isə günortadan sonra baş verib. Buna görə də o, tərəddüd edib ki, görəsən, həmin vaxtdan bir sutka keçib, ya həmin günün bir neçə saatı? Buna görə də o, tərəddüdlə “bir gün, yaxud günün bir hissəsi” deyir. Lakin ona xitab edilir ki, yox, sən yüz il qalmısan.
Sonra həmin peyğəmbərin xatircəmliyini artırmaq üçün ona yanındakı yemək- içməyinə, həmçinin miniyinə nəzər salması göstərişi verilir. Onların birincisi tam salamat qalsa da, ikincisi tamamilə məhv olmuşdu. Allah peyğəmbərin həm zamanın keçdiyini, həm də Allahın istədiyi şeyi qoruyub saxlamaq qüdrətinə malik olduğunu başa düşməsi üçün belə etmişdi.
Ayədə ona belə buyurulur: “Öz yemək-içməyinə bax, (illər keçməsinə baxmayaraq,) hələ də xarab olmayıb”.
Ayənin ərəbcə orijinalında işlənmiş (ləm yətəsənnəh) sözünün kökü (sənəhə) sözüdür və onun mənası "il"dir. Yəni onun üstündən il keçməyib. Burada o, həmin qidanın dəyişməməsi və xarab olmaması barədə məcazdır. Yəni üstündən bu qədər il keçməsinə baxmayaraq, elə qalıb ki, elə bil üstündən il keçməyib və heç bir dəyişiklik baş verməyib. Demək istəyir ki, sənin daha tez xarab olmalı olan yemək və içməyini olduğu kimi saxlayan Allaha ölüləri diriltmək çətin deyil. Çünki tez xarab olan və ömrü çox qısa olan yeməklərin bu qədər müddət ərzində salamat qorunub saxlanılması ölüləri diriltməkdən asan deyil.
Ayədə həmin yemək və içməyin nə olmasına toxunulmayıb. Bəziləri onun yeməyinin əncir, içməyinin isə bir növ meyvə şirəsi olduğunu qeyd ediblər. Onların hər ikisi çox tez xarab olur və onların uzun müddət saxlanılması mühüm məsələdir. Bəziləri isə onların üzüm və süddən ibarət olduğunu qeyd ediblər.!
Sonra buyurur: "Ulağına da bax! (Gör necə parçalanıb.) Biz (səni diriltməklə həm özünü əmin etdik, həm də) səni insanlar üçün bir nişanə etdik”.
Quran həmin peyğəmbərin miniyi barədə bundan artıq heç nə demir. Lakin sonrakı cümlələrdən onun miniyinin bədəninin zaman keçdikcə parçalanıb dağıldığı və ondan ancaq çürümüş sümüklərin qaldığı məlum olur. Çünki yüz ilin keçməsini ondan başqa göstərən heç nə olmayıb. Bunun özü təəccüblüdür. Nisbətən uzun ömrə malik olan heyvan tamamilə məhv olub gedib, lakin daha tez xarab olan meyvə və meyvə şirəsi, yaxud süddə kiçicik bir dəyişiklik baş verməyib. Bu, Allahın ölüm və həyat məsələsində qüdrət nümayişinin son həddidir.
Ayənin davamında buyurur: “(İndi miniyinin) sümüklər(in)ə bax, gör Biz onları necə götürüb bir-birinə birləşdirir, sonra da onların üstünü otla örtürük”.
Ayənin ərəbcə orijinalında işlənmiş (nunşizuha) sözünün kökü (nuşuz) sözüdür və onun mənası “ucalmaq və qalxmaq”dır. Burada o, "yerdən götürmək və bir-birinə birləşmək” mənasında işlənib. Yəni bax gör onları bir-birinə necə birləşdirir, ətlə necə örtür və dirildirik.
Bəzi təfsirçilərin bu ifadənin həmin peyğəmbərin özünün sümüklərinə aid olması ehtimalını irəli sürmələri çox təəccüblü və həqiqətdən uzaqdır. Çünki bu söhbət o dirildikdən sonra baş verib.
Həmin diyarın əhalisinin sümüklərinin nəzərdə tutulması ehtimalı da həqiqətə uyğun deyil. Çünki ondan əvvəl söhbət həmin diyarın əhalisindən deyil, uzunqulaqdan gedirdi.
Ayənin sonunda buyurur: "Ona (bu həqiqətlər) aydın olduqda dedi: “Bilirəm ki, Allah hər şeyə qadirdir!"
Yəni mənim elm və məlumatım kamilləşdi, əyani müşahidə mərhələsinə çatdı. Maraqlıdır ki, (Züleyxanın Yusif barəsində “indi haqq aşkara çıxdı" dediyi kimi,) o da "indi bildim" demir, "bilirəm" deyir, yəni elmə malik olduğumu, bildiyimi etiraf edirəm.
Bəqərə surəsi, 260-cı ayǝ
وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِي الْمَوْتَى قَالَ أَوَلَمْ تُؤْمِنْ قَالَ بَلَى وَلَكِنْ لِيَطْمَئِنَّ قَلْبِي قَالَ فَخُذْ أَرْبَعَةً مِنَ الطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ اجْعَلْ عَلَى كُلِّ جَبَلٍ مِنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا وَاعْلَمْ أَنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ .٢٦٠
Ayənin tərcüməsi
260\. (Xatırla ki,) İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!" - dedikdə (Allah) buyurmuşdu: "Məgər inanmırsan?" (İbrahim:) "Əlbəttə, inanıram, lakin xatircəm olmaq istəyirəm”, - deyə cavab vermişdi. (Bu zaman Allah) buyurmuşdu: "Dörd quş növü seçib onları (kəsdikdən sonra) parça-parça et və (bir-birinə qatıb) hər dağın başına bir parça qoy. Sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!" (Həm ölülərin bədənlərinin zərrələrindən xəbərdardır, həm də onları toplamağa qadirdir.)
Ayənin təfsiri.
Daha bir məad səhnəsi.
Üzeyirin mǝad barəsində nəql edilən hekayətinin ardınca bəhsin daha da təkmilləşdirilməsi üçün burada da Həzrət İbrahimdən (ə) bir hekayət nəql edilib.
Təfsirçi və tarixçilərin çoxu bu ayənin izahında qeyd edəcəyimiz bu hekayəti nəql ediblər:
Bir gün Həzrət İbrahim (ə) bir dənizin kənarından keçir və o, dənizin kənarında bir leş görür. Leşin bir hissəsi suyun içində, bir hissəsi isə quruda olur. Həzrət İbrahim (ə) bir tərəfdən dəniz, bir tərəfdən də quru heyvanlarının onu yediyini, hətta bəzən onun üstündə bir-biri ilə didişdiklərini görür. Bu zaman onun yadına necə baş verəcəyini hamının müfəssəl şəkildə bilmək istədiyi məsələ, yǝni ölülərin necə diriləcəyi məsələsi düşür. O fikirləşir ki, əgər buna bənzər hadisə insan cəsədinin başına gəlsə və onun bədəni başqa canlıların bədəninə keçsə, fiziki bədənlə baş verməli olan dirilmə necə baş verəcək?
İbrahim (ə) deyir: "Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!" Allah-taala buyurur: “Məgər buna inanmırsan?" Həzrət İbrahim (ə) cavab verir: "Əlbəttə, inanıram, lakin xatircəm olmaq istəyirəm".
Allah-taala ona göstəriş verir ki, dörd quş götürüb onların başını kəssin, onları doğrayıb ətlərini bir-birinə qatsın, sonra həmin ətləri bir neçə hissəyə bölsün və həmin hissələrin hər birini bir dağın başına qoysun. Sonra da uzaqda durub onları səsləsin və Qiyamət səhnəsinin şahidi olsun. Həzrət İbrahim (ə) deyilən kimi edir və son dərəcə təəccüblə quşların bədəninin müxtəlif yerlərdən bir yerə toplanıb onun yanına gəldiyini və onların yenidən həyata qayıtdığını görür.
Əbu Müslim adlı təfsirçi bu məşhur hekayətin müqabilində başqa bir nəzər irəli sürüb və onun nəzərini məşhur təfsirçi Fəxr Razi öz kitabında nəql edib. Əbu Müslimin nəzəri digər təfsirçilərin nəzəri ilə ziddiyyət təşkil etməsinə baxmayaraq, müasir təfsirçilərdən biri (“Əl-Mənar” təfsirinin müəllifi) tərəfindən təsdiqləndiyi üçün biz indi həmin nəzəri də nəql edəcəyik.
O deyir: "Ayə əsla Həzrət İbrahimin (ə) quşları öldürməsinə, sonra onların Allahın əmri ilə dirilməsinə dəlalət etmir. Əslində, ayə Qiyamət və yenidən dirilmə məsələsinin aydınlaşması üçün misal çəkib. Ayə demək istəyir ki, ey İbrahim, dörd quş götür və onları özünə elə öyrəşdir ki, çağıranda hətta hərəsi bir dağın başında olsa belə, sənin yanına gəlsinlər. Bu iş sənin üçün nə qədər asandırsa, ölüləri diriltmək və onların dağılmış bədən üzvlərini dünyanın müxtəlif yerlərindən bir yerə toplamaq da Allah üçün həmin qədər asandır".
Deməli, Allahın dörd quş barəsində İbrahimə verdiyi göstəriş, əslində, həqiqətən onların başını kəsmək və sairə olmayıb, sadəcə, bir misal və bənzətmə olub. Məsələn, bir şəxs başqasına hansısa bir işi çox asan və tez yerinə yetirdiyini bildirmək istədikdə "bir qurtum su iç, bu işi görüm” ifadəsi işlədir. Yəni mən həmin işi bu qədər asanlıqla yerinə yetirirəm. Yoxsa ki burada məqsəd həmin şəxsin mütləq bir qurtum su içməsi deyil.
İkinci nəzərin tərəfdarları (fǝsurhunnə iləykə) ifadəsinə istinad edərək bu feilin (ila) şəkilçisi ilə təsirlik hala salındıqda “meyilləndirmək, isinişdirmək” mənasında olduğunu qeyd ediblər.
Buna görə də onların nəzərincə, həmin cümlənin mənası “həmin quşları özünə isinişdir”dir.
Bundan əlavə, (surhunnə), (minhunnə) və (uduhunnə) sözlərindəki bitişik əvəzliklərin hamısı quşlara işarədir. Bu, biz ikinci təfsiri qəbul etdiymiz zaman düz olur. Çünki birinci təfsirə əsasən, həmin bitişik əvəzliklərin bəzisi quşlara, bəzisi isə onların bədən üzvlərinə aid olur və bu, elə də münasib görünmür.
Biz bu iddiaya #### Ayənin təfsirində cavab verəcəyik. Ayə aydın şəkildə Həzrət İbrahimin (ə) qəlbinin xatircəm olması üçün dirilmə və Qiyamət səhnəsini əyani görmək istəməsinə dəlalət edir. Lakin bir misalın çəkilməsi nə bir səhnə canlandırır, nə də xatircəmliyə səbəb olur. Əslində, Həzrət İbrahimin (ə) ağıl və məntiq baxımından Qiyamətə imanı var idi, sadəcə, onu hiss və əyani müşahidə ilə də dərk etmək istəyirdi.
İndi həqiqətin daha yaxşı aydın olması üçün #### Ayənin təfsirinə başlayaq.
Əvvəlcə belə buyurur: “(Xatırla ki,) İbrahim: "Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!" - dedi.
"Mənə göstər” ifadəsindən belə məlum olur ki, o, əyani müşahidə ilə Qiyamət dirilməsinə deyil, onun necə baş verəcəyinə olan imanını gücləndirmək istəyib. Onun Qiyamət dirilməsinə imanı olub və əvvəlki ayələrdə də oxuduğumuz kimi, aydın şəkildə Nəmruda "mənim Rəbbim dirildən və öldürəndir" deyib.
Buna görə də Allah-taala ona "məgər inanmırsan?" dedikdə o, cavab verir ki, “Əlbəttə, inanıram, lakin xatircəm olmaq istəyirəm".
Sanki Allah-taala İbrahimin (ə) bu istəyinin imanın süstlüyü hesab edilməməsini istəyir və buna görə də ondan "məgər inanmırsan?” deyə soruşur ki, bu barədə onun özü izah versin və kimsə onu yanlış başa düşməsin.
Həmçinin bu cümlədən elmin və məntiqi dəlil-sübutun insanda yəqin yaratsa da, xatircəmlik yaratmadığı məlum olur. Çünki dəlil insanın ağlını qane edir, lakin, ola bilər ki, onun qəlb və hissinin dərinliklərinə nüfuz etməsin. (Bu eyni ilə dəlilin insana "meyit adama heç nə edə bilməz” deməsinə, lakin bəzi şəxslərin meyitdən qorxmasına, xüsusilə gecə və tək olanda meyitin yanında qala bilməməsinə bənzəyir. Çünki həmin dəlil və əsaslandırma onların vücudunun dərinliyinə nüfuz etmir. Lakin ölü yumaq və meyitin qüsl-kəfən işi ilə məşğul olan şəxslərdə belə bir qorxu olmur.)
Ağıl və qəlbi rahat edən şey əyani müşahidədir. Bu mühüm məsələdir və münasib yerdə onun barəsində daha çox izah vermək lazımdır. İnsanın fikir və düşüncəsi əyani müşahidə mərhələsinə çatmamışdan əvvəl daim hərəkətdə olur, cövlan edir, gah yuxarı qalxır, gah aşağı enir, lakin əyani müşahidə mərhələsinə çatdıqdan sonra sakitləşir və bir yerdə möhkəmlənir.
Burada Həzrət İbrahimə (ə) istəyinə nail olmaq üçün qeyri-adi bir iş görməsi əmr edilir. Quranda nəql edilənlərə əsasən, Allah-taala buyurur: "Dörd quş növü seçib onları (kəsdikdən sonra) parça-parça et və (bir-birinə qatıb) hər dağın başına bir parça qoy. Sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir! (Həm ölülərin bədənlərinin zərrələrindən xəbərdardır, həm də onları toplamağa qadirdir”.
Bunları et və "bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!" Həm ölülərin bədənlərinin zərrələrindən xəbərdardır, həm də onları toplamağa qadirdir.
Ayənin ərəbcə orijinalında işlənmiş (surhunnə) sözünün kökü (saur) sözüdür və onun mənası "kasmak", "meyilləndirmək" va "fəryad qoparmaq, uca səslə çağırmaq"dır. Burada həmin üç mənadan birincisi nəzərdə tutulub. Yəni dörd quş götür, onları kəsib doğrayaraq parça-parça et və bir-birinə qarışdır.
Çünki məqsəd onun ölülərin bədənləri dağılıb hər zərrəsi bir tərəfə düşdükdən sonra həmin zərrəciklərin yenidən bir-birinə birləşdirilməsini öz gözü ilə əyani şəkildə müşahidə etməsidir.
Sanki (surhunnə) sözünü quşları özünə isinişdirmək və meyilləndirmək mənasında təfsir edənlər ayədəki (cuzən) sözünün mənasını, həmçinin bu işin nə məqsəd daşıdığını unudublar.
Həzrət İbrahim (ə) bu işi görür və onları çağırır. Həmin vaxt hər bir quşun hissə-hissə olmuş bədən üzvləri başqalarının içindən ayrılıb bir-birinə birləşir və yenidən həyata qayıdır. Bu hadisə həmin səhnənin Qiyamətdə daha geniş şəkildə baş verəcəyini Həzrət İbrahimə (ə) başa salır.
Bəziləri ayənin ərəbcə orijinalında işlənmiş (səyən) sözündən belə məna çıxarıblar ki, quşlar dirildikdən sonra Həzrət İbrahimin yanına uçaraq deyil, ayaqları ilə qaça-qaça gəliblər. Çünki ərəb dilində “səy” sözü “sürətlə yol getmək” mənası verir. Məşhur ərəb ədibi Xəlil ibn Əhməddən də belə nəql edilib: "İbrahim (ə) yol gedirdi və quşlar onun yanına həmin vaxt gəldilər (yəni "səyən” sözü quşlar üçün deyil, Həzrət İbrahim (ə) üçün tərzi-hərəkət zərfliyidir).
Lakin əlamətlərdən belə məlum olur ki, (sǝyǝn) sözü burada quşların sürətlə uçması barədə məcazdır.
İncəliklər:
1\. Qeyri-adi bir iş
Şübhəsiz, Qiyamət və insanların dirildilməsi qeyri-adi bir iş olduğu kimi, quşlar barəsində baş vermiş bu hadisə də qeyri-adi bir işdir. Allah-taala təbiət qanunlarına tabe deyil, onlara hakimdir. Buna görə də Onun belə qeyri-adi işlər görməsi elə də çətin deyil. Bundan öncə də qeyd etdiyimiz kimi, bəzi “ziyalı” təfsirçilərin burada məşhur təfsiri kənara qoyub israrla “əsla nə quşların başı kəsilib, nə də onlar parça-parça doğranıb, sadəcə, məqsəd quşları özünə öyrəşdirmək, sonra onların çağırılması və gəlmələridir" deməsi olduqca zəif nəzər və əsassız iddiadır. O nə mǝad məsələsi ilə, nə də Həzrət İbrahimin (ə) hekayəti onun dəniz kənarında leş görməsi və sonra Qiyamət səhnəsini əyani müşahidə etmək istəyi ilə uyğun gəlir.
Fəxr Razinin sözlərinə əsasən, bu ayənin qeyd edilən məşhur təfsiri barədə bütün təfsirçilər arasında yekdillik var və onu ancaq Əbu Müslim inkar edib.
2\. Dörd fərqli quş.
Şübhəsiz, sözügedən dörd quş bir-birindən fərqli quşlar olub. Əgər belə olmasaydı, Həzrət İbrahimin (ə) məqsədi, yəni onların bədəninin hissələrinin öz yerinə qayıtması təmin edilməyəcəkdi. Bəzi məşhur hədislərə əsasən, həmin quşlar müxtəlif cəhətlərdən bir-birindən çox fərqlənən quşlar tovuzquşu, xoruz, göyərçin və qarğa olub. Bəziləri həmin quşları insanların müxtəlif ruhiyyə və sifətlərinin təcəssümü hesab ediblər.
Tovuzquşu lovğalıq, gözəllik və təkəbbür, xoruz güclü cinsi istək, göyərçin bihudə, boş və mənasız işlər, qarğa isə uzun-uzadı arzular simvoludur.
3\. Dağların sayı.
Həzrət İbrahimin (ə) quşların bədən üzvlərinin hissələrini neçə dağın başına qoyması Quranda aydın şəkildə qeyd edilməyib. Lakin Əhli-beytdən (ə) nəql edilmiş hədislərdə onların sayının on olması qeyd edilir. Buna görə də hədislərdə deyilir ki, əgər kimsə malının bir hissəsinin hansısa bir işə sərf edilməsini vəsiyyət etsə, lakin onun miqdarını müəyyənləşdirməsə, malın onda birinin sərf edilməsi yetərlidir.
4\. Hadisənin baş vermə vaxtı.
Görəsən, bu hadisə nə vaxt baş verib? Həzrət İbrahim (ə) Babildǝ olanda, yoxsa Şama gəldikdən sonra?
Çox ehtimal ki, bu hadisə o, Şama gəldikdən sonra baş verib. Çünki Babildə dağ yoxdur.
5\. Məadın cismani olması.
Qurani-Kərimdə Qiyamət barəsindəki ayələrin çoxu mǝadın cismani olmasının izah və şərhidir. Ümumiyyətlə, məad ayələri ilə tanışlığı olan şəxslər onun Quranda yalnız cismani şəkildə təqdim edildiyini bilirlər. Yəni Qiyamətdə həm bədən, həm də ruh qaytarılacaq. Buna görə də Quranda onun barəsində “ölülərin dirildilməsi” ifadəsi işlədilib. Əgər Qiyamət yalnız ruha aid olsaydı, onda "diriltmək" ifadəsinin işlədilməsi mənasız olardı.
Sözügedən ayədə də aydın şəkildə bədənin hissələrinin geri qaytarı- lmasından danışılır və Həzrət İbrahim (ə) onun bariz nümunəsini görür.
6\. "Yeyən və yeyilən” müəmması.
Həzrət İbrahimin (ə) ölülərin dirilməsini əyani müşahidə etmək istəyini irəli sürməsinə səbəb olan hadisə (heyvan leşinin dəniz kənarına düşməsi və həm dəniz, həm də quru heyvanlarının onu yeməsi) barədə verilən izahdan belə məlum olur ki, onun belə bir istək irəli sürməsinə zehnində yaranan "bədəni başqa heyvanların bədəninə çevrilən heyvan əvvəlki halına necə qayıdacaq?" sualı olub. Bu məsələ ǝqaid elmində "yeyən və yeyilən müəmması" adlanır.
Yəni Allah-taala Qiyamətdə insanı həmin bu maddi bədən il dirildəcək və onun həm cismi, həm də ruhu əvvəlki halına qayıdacaq.
Belə olan halda, qarşıya bu sual çıxır ki, əgər insanın bədəni torpağa, sonra ağacların kökü vasitəsi ilə sovrulub ağacın bir hissəsinə və ya meyvəyə çevrilsə, bir başqa insan həmin meyvəni yesə və o, həmin insanın bədəninin bir parçasına çevrilsə, yaxud aclıq dövründə bir insan başqa bir insanın ətini yesǝ, Qiyamət günü yeyilmiş həmin hissə onların hansının bədəninin bir parçası olaraq qayıdacaq?
Əgər o, birincinin bədəninin bir hissəsi olsa, ikincinin bədəni naqis qalacaq və əgər ikincinin bədəninin bir hissəsi olaraq qalsa, birincinin bədəni naqis qalacaq və ya məhv olacaq.
Filosof və ǝqaid alimləri tərəfindən bu irada müxtəlif cavablar verilib və burada onların hamısı barədə danışmağa lüzum yoxdur.
Bu irada qaneedici cavab tapa bilməyən bəzi alimlər məadın cismani olması barəsindəki ayələri başqa cür yozublar və insanın şəxsiyyətinin yalnız ruh və mənəvi sifətlərdən ibarət olduğunu deyiblər. Halbuki nə insanın şəxsiyyəti onun ruhundan asılıdır, nə də məadın cismani olması barəsindəki ayələri başqa cür yozmaq mümkündür. Öncə də qeyd etdiyimiz kimi, ayələr açıq-aydın məadın cismani olmasına dəlalət edirlər.
Bəziləri də zahirdə cismani, lakin məadın ruhi olmasından elə də fərqlənməyən bir məad forması fikirləşiblər. Halbuki Quran ayələrini nəzərə aldıqda ortaya müasir elm ilə də tam uyğun gələn aydın bir yol çıxır. Onu izah etmək üçün bir neçə müqəddiməyə ehtiyac var:
1-İnsanın bədən üzvləri doğulandan ölənə kimi dəfələrlə dəyişir və hətta beyin hüceyrələri say baxımından dəyişməsə də, hissələri baxımından dəyişir. Çünki onlar bir tərəfdən qidalanır, digər tərəfdən də enerji sərf edir və bu, onların zaman keçdikcə tədricən tam dəyişməsinə səbəb olur. Bir sözlə, on ildən az bir müddət ərzində insan bədəninin əvvəlki zərrəciklərindən, demək olar ki, heç biri qalmır.
Lakin əvvəlki zərrəciklər məhv olmaq astanasında olarkən özlərinin bütün xüsusiyyətlərini yeni hüceyrələrə ötürürlər. Buna görə də insanın rǝng, görkəm, qiyafə və digər fiziki xüsusiyyətləri zamanın keçməsinə baxmayaraq, sabit qalır. Bunun səbəbi həmin xüsusiyyətlərin yeni hüceyrələrə ötürülməsidir. (Diqqət edin!)
Buna görə də öldükdən sonra torpağa çevrilən hər bir insanın son bədən üzvləri onun ömür boyu qazandığı xüsusiyyətlərin hamısına malik olur və o, insan cisminin canlı tarixidir.
2-İnsanın əsas şəxsiyyəti ruhdan ibarət olsa da, ruh cisimlə birlikdə inkişaf edərək kamilləşir və onların hər ikisi bir-birinə qarşılıqlı təsir göstərir. İki cisim bir-birinin tam oxşarı olmadığı kimi, iki ruh da bir-birinin tam oxşarı deyil.
Bu səbəbdən heç bir ruh birlikdə olub inkişaf etdiyi və kamilləşdiyi cisimsiz tam və geniş fəaliyyət göstərə bilməz. Buna görə də Qiyamət günü insanın əvvəlki cismi qayıtmalıdır ki, ruh ona birləşərək yenidən daha yüksək mərhələdə öz faliyyətini davam etdirsin və gördüyü işlərin nəticəsindən bəhrələnsin.
3-İnsan bədəninin hər bir zərrəciyi onun bütün fiziki xüsusiyyətlərinə malik olur. Yəni biz bədəndə olan hüceyrələrdən hər hansı birini kamil insan şəklinə düşəcək şəkildə yetişdirə bilsək, həmin insan bu hüceyrənin götürüldüyü şəxsin bütün xüsusiyyətlərinə malik olacaq. (Diqqət edin!)
Məgər insan yaradıldığı ilk gün onun hüceyrəsinin sayı birdən artıq olub?! Əvvəldə sperma hüceyrəsi onun bütün xüsusiyyətlərini ehtiva edib və o, tədricən bölünərək iki hüceyrəyə, iki hüceyrə dörd hüceyrəyə çevrilib və beləcə, insan bədəninin bütün hüceyrələri yaranıb. Buna görə də insan bədənində olan hüceyrələrin hər biri həmin ilk hüceyrənin bir qoludur. Əgər onun bənzərini yetişdirmək mümkün olsa, bütün cəhətlərdən ona bənzər və onun bütün sifətlərinə malik bir insan yaranacaq.
İndi qeyd edilən üç müqəddiməni nəzərə alıb həmin irada cavab verǝk:
Quran ayələri Qiyamət günü insanın öləndə bədənində olan son zərrəciklərlə gələcəyini aydın şəkildə bəyan edir. Buna görə də başqa insan onunla qidalanmış olsa belə, həmin hissələr qidalanmış şəxsin bədənindən çıxardılıb əsl sahibinə qaytarılacaq. Sadəcə, burada bir məsələ var və o, ikinci bədəndə naqisliyin yaranmasıdır. Daha dəqiq desək, onda naqislik deyil, kiçilmə yaranacaq. Çünki birincinin bədəninin hissələri ikincinin bədənində yayılmışdı və həmin hissələr ondan alındıqda ikinci bədən həmin qədər kiçiləcək. Məsələn, altmış kiloqramlıq bir şəxs çəkisinin başqasına məxsus qırx kiloqramını itirəcək və onun bir uşaq bədəni qədər bədəni qalacaq.
Görəsən, burada hər hansı bir problem yarana bilərmi? Şübhəsiz, xeyr! Çünki bu kiçik bədən ikinci şəxsin istisnasız bütün xüsusiyyətlərinə malik olacaq, Qiyamət günü əvvəl kiçik olub sonra böyüyən uşaq kimi böyüyəcək və Məhşərə kamil insan kimi gələcək. Qiyamətdə belə bir inkişafın baş verməsinin mümkünlüyünü nə dini mətnlər, nə də ağıl inkar edir.
Görəsən, Qiyamətdə bu inkişaf tədrici baş verəcək, yoxsa qəfildən? Əslində, bu bizə məlum olmayan məsələdir. Lakin onların hansının olmasından asılı olmayaraq, heç bir problem yaranmır və məsələ öz həllini tapır.
Burada yalnız bir sual qalır: Əgər bir insanın bədəni bütünlüklə başqa insanın bədənindən ibarət olsa, onda necə olacaq?
Bu sualın da cavabı aydındır. Çünki belə bir şeyin baş verməsi qeyri-mümkündür. Çünki "yeyən və yeyilən müəmması”nda fərziyyə əvvəl bir bədənin mövcud olub sonra başqasından qidalanması və inkişaf etməsi üzərində qurulub. Belə olan halda, ikinci bədənin bütünlüklə birinci bədəndən ibarət olması necə baş verə bilər?! Gərək, əvvəl bir bədən fərz edilsin, sonra onun başqasının bədənindən qidalanması deyilsin. Buna görə də başqasının bədəni onun bədəninin hamısı deyil, yalnız bir hissəsi ola bilər. (Diqqət edin!)
Deyilənlərdən bu nəticəyə gəlirik ki, məadın cismani baş verməsinin heç bir eybi yoxdur və aşkar şəkildə buna dəlalət edən ayələrin başqa cür yozulmasına ehtiyac qalmır.
Bəqərə surəsi, 261-ci ayə
مَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ وَاللَّهُ يُضَاعِفُ لِمَنْ يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ .٢٦١
Ayənin tərcüməsi
261\. Mallarını Allah yolunda sərf edənlər yeddi sünbül bitirən və hər sünbülündə yüz dən olan toxum kimidirlər. Allah onu istədiyi (layiq olan) kimsə üçün qat-qat artırar. Allah (qüdrət və rəhməti ilə) genişdir, (hər şeyi) biləndir.
Ayənin təfsiri.
Allah yolunda mal xərcləmək haqqındakı ayələrin başlanğıcı.
Allah yolunda mal xərcləmək insanın inkişaf amilidir Allah yolunda mal xərcləmək İslamın təkid etdiyi mühüm məsələlərdəndir. Quran bu məsələyə çox təkid edib. Sözügedən ayə "Bəqərə” surəsində Allah yolunda mal xərcləməkdən bəhs edən ayələr toplusunun birincisidir. Bəlkə də, onların mǝad barəsindəki ayənin davamında gəlməsinin səbəbi Qiyamətdə insanın qurtuluşuna səbəb olan ən mühüm işlərdən birinin Allah yolunda mal xərcləmək və başqalarına əl tutmaq olmasıdır.
Bəziləri də bu ayələrin bu surənin mǝad və tövhid ayələrindən əvvəlki cihad və cihad yolunda mal xərcləmək ayələri ilə əlaqəli olduğunu deyiblər.
Əvvəlcə buyurur: "Mallarını Allah yolunda sərf edənlər yeddi sünbül bitirən və hər sünbülündə yüz dən olan toxum kimidirlər".
Beləcə, ümumilikdə hər bir toxumdan yeddi yüz toxum çıxır.
Onların mükafatı bununla da məhdudlaşmır: "Allah onu istədiyi kimsə (layiq olan, niyyət, ixlas, kəmiyyət və keyfiyyət baxımından düz olan kəs) üçün qat-qat artırar”.
Allah tərəfindən bu qədər mükafatın verilməsi təəccüblü deyil, çünki “Allah (qüdrət və rəhməti ilə) genişdir, (hər şeyi) biləndir”.
Bəzi təfsirçilər sözügedən ayədə Allah yolunda mal xərcləməyin yalnız cihad yolunda mal xərcləməyə aid olduğunu, yəni onun İbrahim və Talutun hekayətindən əvvəlki ayələrdə sözügedən məsələyə Üzeyir, təkid xarakteri daşıdığını deyiblər. Əslində, ayənin mənası genişdir və hətta əvvəlki ayələrlə əlaqəsi olsa belə, bu, sözügedən ayə və ondan sonrakı ayələrin mənasını məhdudlaşdırmır. Çünki “Allah yolunda" ifadəsi istənilən xeyir işə şamil olunur.
Bundan əlavə, növbəti ayələrdən Allah yolunda mal xərcləmək məsələsinin müstəqil mövzu kimi davam etdirildiyi məlum olur. Ayənin mənasının ümumi olmasına hədislərdə də işarə edilib."
Maraqlıdır ki, bu ayədə Allah yolunda mal xərcləyən şəxslər münbit torpaqda əkilmiş məhsuldar toxuma bənzədiliblər, halbuki onların özü deyil, əməlləri həmin toxuma bənzədilməli idi. Buna görə də təfsirçilərin çoxu ayədə atılmış sözün - (əlləzinə) sözündən əvvəl (sədəqati) və ya (həbbətin) sözündən əvvəl (bazir) sözünün olduğunu deyiblər.
Lakin ayədə atılmış və ya xəyali sözün olmasına heç bir dəlil yoxdur və Allah yolunda mal xərcləyən şəxslərin bərəkətli və məhsuldar toxumlara bənzədilməsi maraqlı və dolğun bənzətmədir. Sanki Quran burada hər bir insanın əməlinin onun vücudunun şüası olmasını demək istəyir. Əməlin genişlənməsi, əslində, onun vücudunun genişlənməsidir.
Başqa sözlə desək, Quran insanın əməlini onun vücudundan kənar hesab etmir və onların hər ikisini bir həqiqətin müxtəlif formaları hesab edir. Buna görə də həmin cümlədə atılmış və ya xəyali söz yoxdur, sadəcə, o, xeyriyyəçilik edən insanın gördüyü xeyir iş sayəsində mənəvi inkişaf və təkamül əldə etdiyinə işarə edir. Həmin şəxslər kökü və qol- budağı hər tərəfi bürüyən məhsuldar toxum kimidirlər.
Xülasə, hər bir bənzətmədə bənzətmə qoşmasından əlavə, bənzəyən tərəf, bənzədilən tərəf və bənzətmə əlaməti də olmalıdır. Burada bənzəyən tərəf malını Allah yolunda xərcləyən şəxs, bənzədilən tərəf məhsuldar toxum, bənzətmə əlaməti isə onun inkişaf və artımıdır. Bizim etiqadımıza əsasən, malını Allah yolunda xərcləyən şəxs böyük mənəvi və ictimai inkişafa nail olur və buna görə də cümlədə əlavə söz fərz etməyə ehtiyac yoxdur.
Buna bənzər məna bu surənin 265-ci ayəsində də var.
Təfsirçilər arasında müzakirə obyekti olan məsələlərdən biri də "hər sünbülündə yüz dən olan toxum" ifadəsinin gerçəklikdə mövcud olmayan fərzi bir bənzətmə, yoxsa həqiqət - məsələn, onun qarğıdalı dənəsi və ya darı olmasıdır. (Çünki adətən bir buğda toxumundan yeddi yüz dən çıxmır.)
Lakin bir neçə il bundan əvvəl yağışlı il oldu və qəzetlərdə cənub şəhərlərində bəzi tarlalarda buğdaların gövdəsinin çox hündür, sünbüllərinin sayının çox olması, hətta bəzən bir gövdədə dörd min dənə buğda olması barədə xəbərlər yer almışdı. Buradan da qeyd edilən bənzətmənin xəyali deyil, tamamilə gerçək olduğu məlum olur.
Ayənin ərəbcə orijinalında işlənmiş (yuzaifu) feilinin kökü (zif) sözüdür və onun mənası “bir şeyin iki və ya neçə qatı"dır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq neçə min dən verən toxum tapmağın mümkünlüyünü və bu ifadənin həqiqi bənzətmə olduğunu demək olar.
İncəlik:
Allah yolunda ianə vermək ictimai təbəqələşmə probleminin ən mühüm həll yoludur.
İnsanın əldə etdiyi bütün texnoloji və maddi inkişafına baxmayaraq, bu gün də davam edən böyük ictimai problemlərdən biri ictimai təbəqələşmə bir tərəfdə yoxsulluq və səfillik, digər tərəfdə isə sərvətin üst-üstə yığılması problemidir.
Bəziləri o qədər mal toplayır ki, onun hesabını belə itirir, bəziləri isə yoxsulluq və kasıblıqdan əziyyət çəkir, hətta yemək, yaşayış yeri və paltar kimi zəruri həyat ehtiyaclarını təmin edə bilmirlər.
Şübhəsiz, bir hissəsi zənginlik, digər böyük hissəsi isə yoxsulluq üzərində qurulan cəmiyyət heç vaxt həqiqi xoşbəxtlik əldə edə bilməz. Belə bir cəmiyyətdə təşviş, iztirab, nigaranlıq, bədbinlik, düşmənçilik və müharibənin baş verməsi labüddür.
buovİctimai təbəqələşmə keçmiş insan cəmiyyətlərində də olub. Lakin təəssüf ki, yaşadığımız dövrdə ictimai təbəqələşmə daha təhlükəli şəkil alıb. Çünki insanlara yardım göstərilməsi və bir-birinə əl tutmaq qapıları bağlanıb, onların üzünə ictimai təbəqələşmənin yaranmasının böyük səbəblərindən olan rəngarəng sələmçilik qapıları açılıb.
Kommunizm və sairənin yaranması, son əsrdə baş verən və dünyanın müxtəlif yerlərində hələ də davam edən, əksər hallarda iqtisadi səbəblərdən doğan və insan cəmiyyətində çoxluq təşkil edən məhrum kütlələrin əksüləməli olan böyük və kiçik müharibə və toqquşmalar bu həqiqətdən xəbər verir.
Alimlər və dünyanın iqtisadiyyat məktəbləri bu böyük ictimai problemin həllinə çalışırlar. Bu istiqamətdə onların hərəsi bir həll yolu seçib. Kommunizm fərdi mülkiyyətçiliyi ləğv etmək, kapitalizm isə ağır vergi almaq və (ictimai təbəqələşmənin həll edilməsindən çox formal xarakter daşıyan) ümumi xeyriyyə təşkilatları yaratmaq yolunu seçib. Onların hər biri onunla mübarizə apardığını güman edir. Lakin əslində, onların heç biri bu istiqamətdə təsirli bir addım ata bilməyib.
Çünki dünyaya hakim olan materialist ruh ilə bu problemi həll etmək mümkün deyil.
Quran ayələrinə diqqət etdikdə belə məlum olur ki, İslamın hədəflərindən biri ictimai ədalətsizlik nəticəsində zəngin təbəqə ilə kasıb təbəqə arasında yaranmış ədalətsiz fasiləni aradan qaldırmaq və başqalarının köməyi olmadan öz ehtiyaclarını təmin etməyə gücü çatmayan şəxslərin yaşayış səviyyəsini yaxşılaşdırmaqdır.
İslam bu məqsədinə çatmaq üçün geniş proqram hazırlayıb. Belə ki sələmçiliyi birmənalı şəkildə qadağan edib, zəkat, xüms, sədəqə və sairə maliyyə vergilərinin ödənilməsini vacib edib, insanları ianə və faizsiz borc verməyə, vəqf etməyə, digər maddi yardımlara təşviq edib. Bunlar İslamın həmin təlimlərinin bir hissəsidir. Onların hamısından da mühümü müsəlmanlar arasında iman və insani qardaşlıq ruhunun gücləndirilməsidir.
Bəqərə surəsi, 262-ci ayə
الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ ثُمَّ لَا يُتْبِعُونَ مَا أَنْفَقُوا مَنًّا وَلَا أَذًى لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ .٢٦٢
Ayənin tərcüməsi
262\. Mallarını Allah yolunda (imkansızlara əl tutmağa) sərf edən, sonra verdikləri malın ardınca minnət qoymayan və əziyyət verməyən kəslərin Rəbləri yanında mükafatı var. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
Ayənin təfsiri.
Hansı ianə daha dəyərlidir?
Əvvəlki ayədə ümumilikdə Allah yolunda mal xərcləməyin əhəmiyyətindən danışıldı. Lakin bu ayədə onun bəzi şərtləri qeyd edilib. (Həmçinin bu ayədə işlədilmiş ifadələrdən aydın görünür ki, məqs yalnız cihad yolunda mal xərcləmək deyil.)
Buyurur: "Mallarını Allah yolunda (imkansızlara əl tutmağa) sərf edən, sonra verdikləri malın ardınca minnət qoymayan və əziyyət verməyən kəslərin Rəbləri yanında mükafatı var”.
Sonra buyurur: "Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər”.
Bu ayədən Allah yolunda xərclənən malın arxasınca minnət qoyulmadığı, ehtiyaclıları incidəcək və narahat edəcək bir iş baş vermədiyi təqdirdə qəbul olunacağı məlum olur. Allah yolunda mal xərcləyib sonra minnət qoyan və ya qarşı tərəfin inciməsinə, narahat olmasına səbəb olan bir iş görən şəxslər, əslində, öz mükafatlarını zay edirlər.
Bu ayədə diqqəti çəkən məqamlardan biri Quranın insanın həyatının həqiqi sərmayəsini onun maddi sərmayəsi hesab etməməsi, mənəvi və ictimai sərmayələri də onun sərmayələrindən hesab etməsidir.
Birinə bir şey verib sonra minnət qoyan və ya hansısa bir hərəkəti ilə onu incidən şəxs, əslində, ona bir şey vermiş sayılmır. Çünki o, verdiyi şeyin əvəzində ondan başqa bir şey alıb və hətta, ola bilər ki, onun təhqiri və vurduğu mənəvi və psixoloji zərbə verdiyi maldan daha çox olsun.
Buna görə də həmin şəxslərə heç bir savab və mükafatın verilmə məsi təbii və ədalətlidir. Hətta onlar bir çox hallarda nəinki bir imtiyaza malik olmurlar, əksinə borclu qalırlar. Çünki insanın abır və heysiyyəti sərvət və maldan qat-qat üstündür.
Ayədə minnət qoymaq və qarşı tərəfi incitmək ifadəsi adətən iki hadisə arasında fasilə olmasını ifadə edən (summǝ) (sonra) sözü ilə qeyd edilib. Buna görə də ayənin mənası belə olur: "Mallarını Allah yolunda (imkansızlara əl tutmağa) sərf edən, sonra verdikləri malın ardınca minnət qoymayan və əziyyət verməyən kəslərin Rəbləri yanında mükafatı var".
Buradan da Quranın məqsədinin bu işin yalnız kömək edilən zaman ədəblə görülməsi, hörmətlə yerinə yetirilməsi və minnətdən uzaq olması deyil, sonradan da yada salınmaması və yardımı qəbul etmiş şəxsə bu yolla minnət qoyulmaması olduğu məlum olur. Bu, İslamın səmimi insani xidmətlərə son dərəcə diqqət yetirməsindən xəbər verir.
Allah yolunda görülən işin qəbul edilməməsinə səbəb olan minnət və əziyyət yalnız yoxsullara edilən ianələrə aid deyil, bu məqama ümumi ictimai işlərdə, məsələn, Allah yolunda edilən cihadda, mal xercle məsinə səbəb olan xeyriyyə işlərində də diqqət etmək lazımdır.
"Rəbləri yanında mükafatı var" cümləsi ianə verənlərə Allah yanında mükafatlarının olması barədə xatircəmlik verir. Çünki Allah yanında olan şeyin nə məhv olmaq qorxusu var, nə də onda hansısa eybin yaranması təhlükəsi. Bəlkə də, “Rəbləri” sözünün işlədilməsi Allahın həmin malı daha da artırmasına işarədir.
"Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər” cümləsi onların heç bir narahatçılığının olmamasına işarədir. Çünki "qorxu” gələcək işlər barəsində, “qəm-qüssə" isə keçmiş işlərə görə olur. İanə verənlərin mükafatının Allah yanında qorunmasını nəzərə aldıqda belə nəticəyə gəlirik ki, onların nə Qiyamətdəki gələcəklərindən qorxuları var, nə də Allah yolunda xərclədiklərinə görə qəlblərində qəm-qüssə var.
Bəziləri deyiblər ki, onların nə yoxsulluq, kin-küdurət, xəsislik və ziyana uğramaqdan qorxuları, nə də xərclədiklərinə görə qəm-qüssələri var.
Həzrət Peyğəmbər (s) hədislərinin birində belə buyurub:
“Kim imanlı bir şəxsə yaxşılıq etsə, sonra onu sözlə incitsə və ya ona minnət qoysa, Allah onun ianəsini (xərclədiyi malın savabını) puç edər”.
Lakin bunu etməyənlərin ianələrinin puç olmasından qorxusu olmaz. İslam bu məsələyə o qədər önəm verib ki, bəzi alimlər hətta belə deyiblər: "Əgər birinə ianə versən, sonra ona salam verməyinin ona ağır gəldiyini və sənin ona etdiyin bəxşişi onun yadına saldığını bilsən, ona salam vermə".
Bəqərə surəsi, 263-cü ayə
قَوْلٌ مَعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِنْ صَدَقَةٍ يَتْبَعُهَا أَذًى وَاللَّهُ غَنِيٌّ حَلِيمٌ .٢٦٣
Ayənin tərcüməsi
263\. (Ehtiyacı olanlara deyilmiş) xoş bir söz və (onların kobud davranışlarını) bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir.
Ayənin təfsiri.
Xoş rəftar minnətli ianədən daha yaxşıdır.
Bu ayə əvvəlki ayədə minnətin və ianə verilən zaman qarşı tərəfi incidəcək hərəkətə yol verməyin tərk edilməsi göstərişinin davamıdır. Buyurur: "(Ehtiyacı olanlara deyilmiş) xoş bir söz və (onların kobud davranışlarını) bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır”.
Bunu da bilin ki, Allah yolunda verdiyiniz ianəni qurtuluşunuz üçün ehtiyat yığırsınız: "Allah (ondan) ehtiyacsız və (sizin kobudluq və nankorluğunuz qarşısında) həlimdir".
İncəliklər:
1\. İnsanların ictimai dǝyǝri.
Bu ayə İslamın insanların ictimai dəyər və heysiyyəti barəsindəki məntiqini bəyan edir və bu insani dəyərlərin qorunması üçün çalışan, ehtiyacı olanlara xoş söz deyən, bəzən onlara lazımi və faydalı məsləhətlər verən və heç vaxt da onların sirlərini faş etməyən şəxslərin əməlini kiçik bir kömək edib sonra da dil yarası vuran və onların şəxsiyyətini alçaldan eqoist və dar düşüncəli şəxslərin bəxşişlərindən üstün və artıq hesab edir.
Əslində, bu cür şəxslər xeyir verməkdən çox ziyan vururlar. Əgər birinə bir sərmayə verirlərsə də, əvəzində bir çox sərmayələri almış olurlar.
Ayənin ərəbcə orijinalında işlənmiş (xoş bir söz) ifadəsinin mənası genişdir və o, xoş söz, təskinlik vermək, könül almaq və yol göstərməyin bütün formalarını ehtiva edir. Bəziləri onda məqsədin “yaxşı işlərə dəvət etmək” olduğunu deyiblər. Lakin bu ehtimal elə də münasib nəzər hesab edilmir.
Ayənin ərəbcə orijinalında işlənmiş (məğfirət) sözünün mənası ehtiyaclıların kobudluqlarını “əfv etmək və bağışlamaq"dır. Çətinliklər onların səbrini tükəndirə bilər və bəzən istəməyərəkdən dillərinə kobud söz gətirə bilərlər.
Əslində, onlar bu yolla zalım cəmiyyətdən intiqam almaq istəyirlər. Buna görə də cəmiyyətin və imkanlı şəxslərin onların məhrumiyyətləri qarşısında görə biləcəyi minimum iş onların içindəki alovun qığılcımı olan o sözlərə təmkinlə qulaq asmaq və həmin alovu mülayimliklə söndürməkdir.
Şübhəsiz, onların kobudluqlarına dözümlə yanaşmaq və xoşagəlməz davranışlarını bağışlamaq onların daxili kininin azalmasına səbəb olur.
Bəziləri burada (məğfirət) sözünü onun kök mənasında "bir şeyin üstünü örtmək” götürüblər və onun möhtac şəxslərin sirlərinin üstünün örtülməsinə işarə olduğunu deyiblər..!
Lakin bu təfsir öncə qeyd edilən təfsirlə ziddiyyət təşkil etmir. Çünki (məğfirət) sözü geniş mənada təfsir edilsə, həm əfv edib bağışlamağı, həm də ehtiyacı olan şəxslərin sirlərinin üstünün örtülüb qorunmasını ehtiva edəcək.
“Məcməül-bəyan” təfsirində Həzrət Peyğəmbərdən (s) nəql edilmiş hədisdə Allah yolunda mal xərcləməyin bəzi qaydalarına aydınlıq gətirilib. O Həzrət (s) belə buyurub:
“Ehtiyacı olan şəxs sizdən bir şey istədikdə onun sözünü kəsməyin, qoyun məqsədini tam açıqlasın, sonra təmkin, ədəb və mülayimliklə ona cavab verin: ona ya imkanınız çatan şeyi təqdim edin, ya da gözəl şəkildə onu geri qaytarın. Çünki, ola bilər ki, bir şey istəyən şəxs sizi sınamaq üçün göndərilmiş və sizin Allahın verdiyi nemətlər müqabilində necə davranmağınızı müşahidə etməyə gəlmiş mələk olsun".
2\. Son cümlələrin ayənin məzmunu ilə əlaqəsi.
Adətən ayələrin sonunda qeyd edilən və Allahın sifətlərini bəyan edən qısa cümlələrin ayənin məzmunu ilə bağlılığı olur. Bunu nəzərə alaraq "Allah ehtiyacsız və həlimdir" cümləsinin mənasının belə olduğunu demək olar: İnsan təbiətcə həddini aşan olduğu üçün bir məqam və sərvət əldə etdikdə özünü ehtiyacsız zənn edir. Bu, bəzən onun məhrum və möhtac insanlara qarşı kobudluq etməsinə və acı söz deməsinə səbəb olur. Buna görə də ayə buyurur ki, ehtiyacsız olan yalnız Allahdır və əslində, heç nəyə ehtiyacı olmayan Odur. İnsanın ehtiyacsızlığı isə ilğımdan başqa bir şey deyil və bu güman onun qürrələnməsinə, həddini aşmasına və yoxsullara etinasızlığına səbəb olmamalıdır.
Bundan əlavə, Allah-taala insanların nankorluğu qarşısında həlimdir və imanı olan şəxslər də belə olmalıdırlar.
Ola da bilər ki, qeyd edilən cümlənin mənası bu olsun: Allahın sizin ianələrinizə ehtiyacı yoxdur və etdiyiniz yardımlar sizin öz xeyrinizədir. Buna görə də heç kəsə minnət qoymayın. Həmçinin O, sizin kobudluqlarınız qarşısında həlimdir, sizi cəzalandırmağa tələsmir ki, bəlkə, qəflət yuxusundan ayılıb özünüzü düzəldəsiniz.
Bəqərə surəsi, 264-265-ci ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى كَالَّذِي يُنْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لَا يَقْدِرُونَ عَلَى شَيْءٍ مِمَّا كَسَبُوا وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ .٢٦٤
وَمَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَتَثْبِيتًا مِنْ أَنْفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِنْ لَمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ .٢٦٥
Ayələrin tərcüməsi
264\. Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslər üzərində (toxum səpilmiş nazik) torpaq (qatı) olan, gur yağış yağdıqda çılpaqlaşan daş parçasına bənzəyirlər. Onlar gördükləri işlərdən heç nə əldə etməzlər. Şübhəsiz ki, Allah kafirləri haqq yola yönəltməz!
265\. Mallarını Allahın razılığını qazanmaq və ruhlarını gücləndirmək (insani vərdişləri ruhda möhkəmlətmək) yolunda sərf edənlər yüksəklikdə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış (təmiz hava və yetərli dərəcədə Günəş işığı) onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, narın yağış (da ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi görəndir!
Ayələrin təfsiri.
Malın xərclənməsi barədə iki maraqlı misal.
Qeyd edilən bu iki ayədə əvvəlcə imanı olan şəxslərin Allah yolunda xərclədikləri mali minnət qoymaq və əziyyət verməklə puça çıxarmamaları həqiqətinə işarə edilir. Sonra minnət, əziyyət, riyakarlıq və özünü göstərmək üçün verilən ianələrlə ixlas, dini və insani hisslər- dən qaynaqlanan ianələr barəsində iki misal çəkir.
Bu ayənin ərəbcə quruluşunun hərfi tərcüməsi belədir: "Ey iman gətirənlər! Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın”.
Sonra bu əməli riyakarlıq və özünü göstərmək məqsədi daşıyan ianələrə bənzədərək buyurur: “Malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi”.
Daha sonra buyurur: “Belə şəxslər üzərində (toxum səpilmiş nazik) torpaq (qatı) olan, gur yağış yağdıqda çılpaqlaşan daş parçasına bənzəyirlər. Onlar gördükləri işlərdən heç nə əldə etməzlər”.
Necə də incə və dolğun ifadədir! Təsəvvür edin ki, möhkəm bir daşın üstünü nazik torpaq qatı örtüb və həmin torpağa məhsuldar toxum səpilib. O, açıq havada və Günəş şüası altındadır. Sonra onun üstünə dolu yağır və həmin toxumun inkişafına lazım olan bütün şəraitin olmasına baxmayaraq, bircə şeyin çatışmazlığına görə hər şey məhv olur. Həmin dolu bu nazik torpaq qatını toxumlarla birlikdə yuyub aparır və üstündə heç nə bitməyən o bərk və hamar daş “sərt üz”ünü göstərir. Həmin toxumlar münasib olmayan yerdə əkilmişdi. Onun zahiri bəzəkli, içi isə sərt və keçilməz idi. Onun üstünü sadəcə, nazik torpaq qatı örtmüşdü, halbuki bitki və ağacın yetişdirilməsi üçün dərin torpaq qatı lazımdır ki, bitkinin kökünü qəbul edə, su ehtiyatı yığa və bitkini qidalandıra bilsin.
Riyakarlıqla yerinə yetirilən işlər, minnət və əziyyətlə müşayiət edilən ianələr də belədir. Onlar da daş ürəklərdən qaynaqlanır, sahibləri onlardan heç bir xeyir görmür və onların bütün zəhmətləri hədər gedir.
Ayənin sonunda buyurur: “Şübhəsiz ki, Allah kafirləri haqq yola yönəltməz”.
Bu cümlə doğru yola istiqamətlənmək uğurunun onlardan alınmasına işarədir. Çünki onlar küfr, riyakarlıq, minnət və başqalarını incitmək yolunu seçdikləri üçün hidayət olunmağa layiq deyildirlər. Beləliklə, riyakarlıqla verilən ianələrlə minnət və əziyyət verməklə müşayiət edilən ianələr eyni sırada dayanır.
Sonrakı ayədə həmin dəstənin müqabilində dayanan başqa bir dəstə barəsində gözəl bir misal çəkilir. Onlar Allah yolunda iman və ixlasla ianə verən kəslərdir. Buyurur: "Mallarını Allahın razılığını qazanmaq və ruhlarını gücləndirmək (insani vərdişləri ruhda möhkəmlətmək) yolunda sərf edənlər yüksəklikdə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış (təmiz hava və yetərli dərəcədə Günəş işığı) onun meyvələrini ikiqat artırar”.
Daha sonra buyurur: “Əgər bol yağış yağmasa, narın yağış (da ona kifayət edər)”.
Ayənin sonunda buyurur: “Həqiqətən, Allah nə etdiyinizi görəndir!”
O, verilən ianənin Allah yolunda sevgi və ehtiramla, yoxsa riyakarlıq, minnət və əziyyət verməklə müşayiət olunduğunu bilir.
İncəliklər:
1\. “Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın” cümləsindən bəzi əməllərin yaxşı işlərin nəticəsini puç etdiyi məlum olur. Bu, sözügedən surənin 217-ci ayəsində izah verdiyimiz "ihbat" məsələsidir.
2\. Riyakarlıqla görülən işin üstü nazik torpaq qatı ilə örtülmüş daşa bənzədilməsi çox dolğun ifadədir. Çünki riyakar insanlar öz sərt və faydasız batinlərini xeyriyyəçilik və yaxşılıq maskası ilə örtür, vücudlarında sabit kökü olmayan işlər görürlər. Lakin həyatda baş verən müxtəlif hadisələr onların batinlərini ifşa edir.
3\. “Allahın razılığını qazanmaq və ruhlarını gücləndirmək yolunda" ifadəsi ilahi məqsəd daşıyan ianənin xüsusiyyətlərini bəyan edir. Onlar Allahın razılığını qazanmaq və iman ruhunu gücləndirərək qəlb və ruhda rahatlıq yaratmaqdır.
Bu cümlədən həqiqi ianə verənlərin mallarını yalnız Allahın razılığını qazanmaq, insani dəyərlərin möhkəmlənməsi, həmçinin imkansızlar qarşısında vicdanlarında hiss etdikləri məsuliyyətdən doğan narahatlıq və iztiraba son qoymaq məqsədi ilə xərcləyənlər olduğu məlum olur. (Buna görə də ayənin ərəbcə orijinalında işlənmiş (min) önqoşması (fi) önqoşması mənasındadır.)
4\. İkinci ayənin sonundakı "Həqiqətən, Allah nə etdiyinizi görəndir!” cümləsi bütün yaxşı iş görmək istəyənlərə bir xəbərdarlıqdır. Onlar diqqətli olmalı, niyyət və davranış baxımından kiçicik xətaya yol verməməlidirlər. Çünki Allah-taala onların əməllərinə nəzarət edir.
Bəqərə surəsi, 266-cı ayə
أَيَوَدُّ أَحَدُكُمْ أَنْ تَكُونَ لَهُ جَنَّةٌ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ لَهُ فِيهَا مِنْ كُلِّ الثَّمَرَاتِ وَأَصَابَهُ الْكِبَرُ وَلَهُ ذُرِّيَّةٌ ضُعَفَاءُ فَأَصَابَهَا إِعْصَارٌ فِيهِ نَارٌ فَاحْتَرَقَتْ كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ .٢٦٦
Ayənin tərcüməsi
266\. "Məgər sizdən biriniz istərmi ki, ağacları altından çaylar axan, rəngarəng meyvələri olan xurma və üzüm bağı olsun, zəif uşaqları olduğu halda, ona qocalıq üz versin, həmin vaxtda da oray odlu bir qasırğa düşsün və o bağ od tutub yansın?! (Öz mallarını riyakarlıqla, minnət və əziyyət verərək xərcləyənlərin vəziyyəti belədir.) Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, bəlkə, düşünəsiniz”.
Ayənin təfsiri.
İxlassız ianələr barəsində daha bir maraqlı misal.
Bu ayədə riyakarlıq, minnət və qarşı tərəfin incidilməsi ilə müşayiət edilən ianələr və qeyd edilən xoşagəlməz işlərin həmin ianənin xeyirlərini necə puç etməsi barədə başqa bir dolğun misal çəkilib. Buyurur: “Məgər sizdən biriniz istərmi ki, ağacları altından çaylar axan, rəngarəng meyvələri olan xurma və üzüm bağı olsun, zəif uşaqları olduğu halda, ona qocalıq üz versin, həmin vaxtda da oraya odlu bir qasırğa düşsün və o bağ od tutub yansın”.
Bu misal riyakarlıq, minnət və əziyyət verməklə Allah yolunda verdikləri ianənin üstündən xətt çəkən şəxsləri gözəl təsvir edir. Burada ətrafında azyaşlı və zəif uşaqları olan qoca bir kişi təsvir edilir. Onların həm indiki, həm də gələcək dolanışıq mənbəyi xurma, üzüm və digər meyvə ağacları olan yamyaşıl bir bağdır. Həmin bağdan daim su axır və ağacları suvarmaq üçün əziyyət çəkməyə ehtiyac yoxdur. Birdən odlu bir qasırğa gəlir və həmin bağı külə döndərir. Belə bir vəziyyətdə həmin şəxs necə həsrət və qəm-qüssəyə düçar olar? Yaxşı iş görüb sonra riyakarlıq, minnət və incitməklə onu puç edən kəslərin vəziyyəti də belədir. Çoxlu zəhmət çəkiblər, lakin səmərəsinə ehtiyacları olan gün hər şeyin külə döndüyünü görürlər. Çünki odlu riyakarlıq, minnət və incitmək qasırğası həmin yaxşı əməlləri yandırıb külə döndərib.
Ayənin sonunda bu dolğun misalın davamı olaraq buyurur: “Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, bəlkə, düşünəsiniz” və haqq ilə batil yolu bir-birindən ayırd edəsiniz.
İnsanın bədbəxtliklərinin, xüsusilə minnət qoymaq və riyakarlıq kimi xeyri az, ziyanı çox olan mənasız işlərinin səbəbi düşünmək və təfəkkürü tərk etməkdir. Buna görə də Allah-taala hamını düşünməyə dəvət edir.
İncəliklər:
1\. Bir-birinin ardınca çəkilən bu incə və dolğun misalların hamısı kənd təsərrüfatı ilə əlaqədardır. Çünki o, yalnız bu ayələrin nazil olduğu və əhalisi kənd təsərrüfatı ilə məşğul olan Mədinə əhalisi üçün deyil, həyatının bir hissəsi kənd təsərrüfatı işlərindən ibarət olan bütün dünya əhalisi üçün ibrətamiz olub və bu gün də belədir.
2\. “Zəif uşaqları olduğu halda, ona qocalıq üz versin" ifadəsindən belə məlum olur ki, Allah yolunda ianə vermək və ehtiyacı olanlara kömək etmək məhsulundan insanın həm özünün, həm də övladlarının bəhrələndiyi bağ misalında olduğu kimi, riyakarlıq, minnət və incitmək də insanın həm özünün, həm də onun yaxşı əməllərinin bərəkətindən bəhrələnməli olan gələcək nəsillərinin o bərəkətlərdən məhrum olmasına səbəb olur. Bu, gələcək nəsillərin keçmiş nəsillərin yaxşı əməllərinin nəticələrinə şərik olmalarına dəlalət edir.
Məsələ ictimai baxımdan da belədir. Çünki ataların gördüyü yaxşı iş nəticəsində qazandığı sevgi və etimad onların övladları üçün ictimai fikirdə böyük sərmayədir.
3\. "Odlu bir qasırğa" ifadəsi səmum küləklərindən yaranan isti və quru qasırğalara, yaxud yanan tonqal üzərindən keçərkən onu özü ilə götürüb başqa bir yerə aparan qasırğaya – adətən qasırğa yolu üzərində olan şeylərin hamısını özü ilə aparır – yaxud ildırımla müşayiət edilib bir yeri vuran və hər şeyi külə döndərən qasırğaya işarə ola bilər. Hər halda, o, həmin bağın tez və bütünlüklə məhv olmasına işarədir.
Bəqərə surəsi, 267-ci ayə
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِنْ طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُمْ مِنَ الْأَرْضِ وَلَا تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنْفِقُونَ وَلَسْتُمْ بِآخِذِيهِ إِلَّا أَنْ تُغْمِضُوا فِيهِ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ .٢٦٧
Ayənin tərcüməsi
267\. Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan çıxardığımız şeylərin (mədənlər, ağac və bitkilərin) yaxşılarından (Allah yolunda) sərf edin! Allah yolunda vermək üçün özünüzün ancaq göz yumaraq və ikrahla qəbul etdiyiniz pis, yaramaz şeylərə üz tutmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur və O, şükür (tərif) ediləndir!
Ayənin nazilolma səbəbi.
İmam Sadiqdən (ə) nəql edilmiş hədisə əsasən, bu ayə cahiliyyət dövründə sələmçiliklə sərvət toplamış və onu Allah yolunda xərcləyən bir dəstə barəsində nazil olub. Allah-taala onları bu işdən çəkindirərək Onun yolunda pak və halal maldan xərcləmələrini buyurub.
"Məcməül-bəyan" kitabında bu hədisdən sonra İmam Əlidən (ə) belə nəql edilib: "Bu ayə Allah yolunda bir şey verərkən yaxşı xurmalara quru, əti az və keyfiyyətsiz xurmaları qarışdırıb verən kəslər barəsində nazil olub və onları həmin işdən çəkindirib".
Bu iki nazilolma səbəbi arasında heç bir ziddiyyət yoxdur. Ola bilər ki, o, həmin dəstələrin hər ikisi barəsində nazil olub və onların birində mənəvi paklıq, digərində isə maddi və zahiri keyfiyyət nəzərdə tutulur.
"Bəqərə" surəsinin 275-ci ayəsinə əsasən, cahiliyyət dövründə sələmçiliklə mal qazanmış və ayə nazil olduqdan sonra sələm yeməkdən çəkinən şəxslərə əvvəl qazandıqları mallar haram olmayıb. Yani həmin hökm keçmişə şamil edilməyib. Lakin bu mal halal olsa da, başqa mallardan fərqlidir və bəyənilməyən yollarla əldə edilən mallara bənzəyir.
Ayənin təfsiri.
Allah yolunda hansı maldan verilməlidir?
Əvvəlki ayələrdə Allah yolunda mal xərcləməyin faydaları, mal xərcləyən şəxslərin xüsusiyyətləri, bu insani əməlin “çirklənməsinə” və onun mükafatının puç olmasına səbəb olan əməllər barədə məlumat verildi. Həmin silsilənin yeddinci ayəsi olan bu ayədə Allah yolunda verilməli olan malın necə olmasından danışılır.
Əvvəlcə buyurur: "Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan çıxardığımız şeylərin (mədənlər, ağac və bitkilərin) yaxşılarından (Allah yolunda) sərf edin!"
"Qazandığınız” sözü ticarət yolu ilə əldə edilən gəlirlərə, “sizin üçün torpaqdan çıxardığımız şeylər” ifadəsi isə kənd təsərrüfatı və əkinçilik, həmçinin yeraltı sərvətlərdən əldə edilən qazanclara işarədir. Buna görə də o, müxtəlif gəlir növlərinə şamil olur. Çünki insanın malik olduğu malın qaynağı torpaq və onda olan digər mənbələrdir, hətta sənaye, heyvandarlıq və sairə də torpaqdan qaynaqlanır.
Onların mənbələrini sizin ixtiyarınıza Allah qoyub və buna görə də onların yaxşı və seçmələrindən Allah yolunda xərcləyərkən xəsislik etməməlisiniz.
Sonra daha çox təkid edərək buyurur: “Allah yolunda vermək üçün özünüzün ancaq göz yumaraq və ikrahla qəbul etdiyiniz pis, yaramaz şeylərə üz tutmayın!”
Bəzi şəxslər Allah yolunda dəyərsiz və öz istifadələrinə yaramayan şeylərdən ianə verirlər. Bu cür ianələrin yoxsullara elə də xeyri olmur. Bu həm də yoxsullara qarşı bir növ təhqir və hörmətsizlikdir və onu verən şəxsin mənəvi tərbiyə və ruhi yetkinliyinə də səbəb olmur. Bu cümlə aydın şəkildə insanları bu işdən çəkindirir və onu incə bir dəlil ilə əsaslandırır. Buyurur ki, siz özünüz o cür malları qəbul etməyə razı olmur, onları ikrahla və naçarlıqdan qəbul edirsiniz. Belə olan halda, nə üçün öz müsəlman qardaşınız, hətta yolunda ianə verdiyiniz və hər şeyinizin mənbəyi olan Allah barəsində belə işə razı olursunuz?!
Əslində, ayə Allah yolunda verilən ianənin tərəflərindən birinin ehtiyacı olan möminlər, digərinin isə Allah olduğuna işarə edir. Buna görə də vermək üçün dəyərsiz mal seçilərsə, bu, bir tərəfdən möhtac möminlərə qarşı təhqir – çünki ola bilər onlar kasıb olsalar da, iman və insanlıq baxımından yüksək məqam sahibi olsunlar və bundan incisinlər - digər tərəfdən Allahın uca məqamına qarşı ədəbsizlikdir.
"Fikrinə düşməyin" ifadəsi bu məqama işarə ola bilər ki, əgər Allah yolunda verdiyiniz malın içində özünüz də bilmədən keyfiyyətsiz şey olarsa, bunun eybi yoxdur və ayə ona aid deyil. Ayənin məqsədi həmin işin qəsdən görüldüyü hallardır.
Ayədəki "paklarından" sözü həm zahiri paklığa və istifadəyə yararlı olan şeylərə, həm də mənəvi cəhətdən pak – şübhəli və haram olmayan mallara şamil olur. Çünki imanlı şəxslər bunların hamısını qəbul etməkdən imtina edir. "Ancaq göz yumaraq və ikrahla" ifadəsi onların hamısına şamil olur. Bəzi təfsirçilərin onu bu iki şeyin ancaq birində məhdudlaşdırması elə də düz görünmür.
Buna bənzər məna "Ali-İmran" surəsinin 92-ci ayəsində də qeyd edilib. Orada belə buyurulur:
"Sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə xeyrǝ çatmazsınız".
Bu ayə daha çox Allah yolunda mal sərf etməyin mənəvi cəhətlǝrini nəzərdə tutur.
Ayənin sonunda buyurur: “Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur və O, şükür (tərif) ediləndir”.
Yəni Allahın sizin Onun yolunda mal xərcləməyinizə nəinki ehtiyacı yoxdur, əksinə O, hər cəhətdən ehtiyacsızdır, bütün nemətləri sizin ixtiyarınıza verən Odur. Buna görə də O, şükür və tərifə layiqdir. Bəziləri ayənin ərəbcə orijinalında işlənmiş (həmid) sözünün qrammatik cəhətdən “məchul növ feili sifət” (şükür və tərif edilən) deyil, "məlum növ feli sifət" (şükür və tərif edən) mənasında olduğunu deyiblər. Yəni O, sizin Onun yolunda mal xərcləməyinizdən ehtiyacsız olsa da, xərclədiyiniz pak mallara görə sizi tərifləyir.
İncəlik:
Allaha yaxşı mallarla yaxınlaşmaq.
Moka Allah yolunda verilən ianə, şübhəsiz, Ona yaxınlaşmaq məqsədi daşıyır. İnsanlar hökmdar və böyük şəxsiyyətlərə yaxınlaşmaq istədikdə onlara hədiyyə olaraq ən yaxşı mallarını aparırlar. Halbuki onlar da həmin insanların özü kimi zəif şəxslərdir.
Belə olan halda, insan dəyərsiz və istifadəyə yararsız mallarla bütün varlıq aləminin sahibi olan əzəmətli Allaha necə yaxınlaşa bilər?! Vacib zəkat və qurbanlıqda keyfiyyətsiz və nöqsanı olan maldan istifadə etməyin qadağan edilməsi də bu cəhətdəndir. Gərək müsəlmanlar arasında Quranın bu təlimi geniş yayılsın və onlar Allah yolunda ianə verərkən ən yaxşı maldan istifadə etsinlər.
Bəqərə surəsi, 268-ci ayə
الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُمْ بِالْفَحْشَاءِ وَاللَّهُ يَعِدُكُمْ مَغْفِرَةً مِنْهُ وَفَضْلًا وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ .٢٦٨
Ayənin tərcüməsi
268\. Şeytan (xərcləyərkən) sizi yoxsulluqla qorxudur və sizə çirkin işləri əmr edir. Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vǝdi verir. Allah geniş (qüdrət sahibi) və (hər şeyi) biləndir.
Ayənin təfsiri.
Allah yolunda mal xərcləməyə mane olan amillərlə mübarizə.
Allah yolunda mal xərcləmək ayələrinin davamı olaraq bu ayədə həmin işə mane olan şeytanın vəsvəsələrinə işarə edilib. Belə ki şeytan insanı Allah yolunda mal, xüsusilə yaxşı və istifadəyə yararlı malını xərcləyəcəyi təqdirdə, yoxsullaşacağı ilə qorxudur. Bəzən bu vəsvəsələr Allah yolunda müstəhəb, hətta xüms və zəkat kimi vacib olan malın xərclənməsinə mane olur.
Allah-taala buyurur: "Şeytan (xərcləyərkən) sizi yoxsulluqla qorxudur") və deyir ki, özünüzün və uşaqlarınızın gələcək təminatını unutmayın, sabahı düşünün, əgər bir şey sənin özünə lazımdırsa, onu başqasına vermək düz deyil. Yəni o, Allah yolunda mal xərclənməsinə mane olmaq üçün bu cür vəsvəsələrdən istifadə edir. Bundan əlavə, o, “sizə çirkin işləri (günah və itaətsizliyi) əmr edir”.
Ayənin ərəbcə orijinalında işlənmiş (fəhşa) sözünün mənası “çirkin, çox qəbahətli iş”dir. Burada o, bir növ günah və itaətsizlik olan xəsislik, Allah yolunda mal xərcləməyin tərk edilməsi mənasında işlədilmişdir. (Hərçənd ki (fǝhşa) sözü bəzən də ismətsizlik mənasında işlədilir, lakin burada həmin məna elə də münasib deyil.) Hətta bəzi təfsirçilər ərəblərin xəsis adama (fahiş) dediyini qeyd ediblər.
Burada (fəhşa) sözünün mənasının “ianə üçün istifadəyə yararsız malın seçilməsi" olması ehtimalı da vardır.
Həmçinin onda məqsədin istənilən günah olmasını da deyiblər. Çünki şeytan insanı yoxsulluq qorxusu ilə müxtəlif qeyri-qanuni yollarla mal qazanmağa sövq edir.
Şeytanın əmr etməsi dedikdə onun vəsvəsələri nəzərdə tutulur. Ümumiyyətlə, bütün mənfi, xeyir işə mane olan və dar düşüncələr şeytanın vəsvəsələrinə tabe olmaqdan qaynaqlanır. Həmçinin əksinə, istənilən müsbət, qurucu və ülvi fikirlər ilahi ilham və pak ilahi fitrətdən qaynaqlanır.
Belə ki ilk baxışda ianə vermək və mal xərcləmək malın azalma- sıdır. Lakin bu, dar şeytani düşüncədir. Məsələyə bir az diqqətlə və geniş aspektdən yanaşdıqda görürük ki, Allah yolunda ianə vermək cəmiyyət həyatının davam etməsinə, ictimai ədalətin möhkəmlənməsinə, təbəqələşmənin azalmasına və ümumi inkişafa səbəb olur. Şübhəsiz, cəmiyyətin tərəqqisi həmin cəmiyyətdə yaşayan insanların da rifah və asayişinə səbəb olur. Bu, həmin obyektiv ilahi nəzərdir.
Quran bu yolla müsəlmanları başa salır ki, ianə zahirdə sizin malınızı azaltsa da, əslində, sərmayənizi həm mənəvi, həm də maddi baxımdan artırır.
Təbəqələşmənin mənfi nəticə və təsirlərinin, sərvətin qeyri-bərabər bölünməsinin fəsadlarının aydın müşahidə edildiyi müasir dünyamızda sözügedən ayənin mənasını başa düşmək elə də çətin deyil. candles Həmçinin buradan Allah yolunda mal xərcləməyin tərk edilməsi ilə ayənin ərəbcə orijinalında işlənmiş (fǝhşa) (çirkin işlər) sözü arasında bir növ əlaqə və bağlılığın olması məlum olur.
Əgər (fǝhşa)nı “xəsislik" mənasında götürsək, onlar arasındakı əlaqə belə olacaq: Allah yolunda mal xərcləmək va iana verməyin tərk edilməsi insanda ən pis xislətlərdən olan xəsislik xüsusiyyətinin yaranmasına səbəb olur. Lakin (fǝhşa)nı "günah", yaxud "cinsi günah" mənasında götürsək, onunla Allah yolunda mal xərcləmək arasında yenə də əlaqə olacaq. Çünki əksər günahların, ismətsizliklərin, pozğunluqların kökü yoxsulluqdur. Bundan əlavə, Allah yolunda mal xərcləməyin bir sıra inkaredilməz mənəvi təsir və bərəkətləri vardır.
Sonra buyurur: “Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədi verir”.
"Məcməül-bəyan" təfsirində İmam Sadiqdən (ə) belə nəql edilib: "Allah yolunda mal xərcləyərkən iki şey Allah, iki şey də şeytan tərəfindən olur. Allah tərəfindən olanlar “günahların bağışlanması" və "malın bərəkətlənib artması", şeytan tərəfindən olanlar isə "yoxsulluq vədi" və "çirkin işlərə əmr etmək”dir."
Deməli, ayənin ərəbcə orijinalında işlənmiş (məğfirət) sözündə məqsəd "günahların bağışlanması", (fəzl) sözündə məqsəd isə İbn Abbasdan nəql edildiyi kimi, Allah yolunda verilən ianə nəticəsində malın artmasıdır.
Əmirəl-möminin Əlidən (ə) belə nəql edilib: “Çətinlik və yoxsulluğa düçar olduğunuz zaman ianə verməklə Allahla alver edin". (Yəni yoxsulluqdan xilas olmaq üçün Allah yolunda ianə verin.)
Ayənin sonunda buyurur: “Allah geniş (qüdrət sahibi) və (hər şeyi) biləndir”.
Bu cümlə Allahın geniş qüdrətə və sonsuz elmə malik olduğu üçün Öz vədinə əməl etməsinin mümkünlüyünə işarə edir. Buna görə də Onun vədinə ürək qızdırmaq olar. İnsanı günaha sövq edən hiyləgər və yalançı şeytanın vədi isə belə deyil. Çünki şeytan gələcəkdən xəbərdar və gücə malik olmadığı üçün onun vədi sapdırma və nadanlığa təşviqdən başqa bir şey olmayacaq.
Bəqərə surəsi, 269-cu ayə
يُؤْتِي الْحِكْمَةَ مَنْ يَشَاءُ وَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ .٢٦٩
Ayənin tərcüməsi
269\. (Allah) istədiyi (layiq gördüyü) şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edir. Hikmət bəxş edilmiş şəxsə çoxlu xeyir bəxş edilmişdir. Bunu yalnız ağıl sahibləri anar!
Ayənin təfsiri.
Ən üstün ilahi nemətlər.
Əvvəlki ayələrdə Allah yolunda mal xərcləyərkən şeytanın yoxsulluq barəsindəki vəsvəsələrinin insanı bir tərəfə, Allahın bağışlanma və bərəkət vədinin isə başqa tərəfə çəkməsindən danışıldıqdan sonra sözügedən ayədə hikmət, idrak və elmdən söz açılır. Çünki bu ilahi və şeytani cazibələri bir-birindən ancaq hikmət fərqləndirə, insanı Allahın bağışlanma və bərəkət meydanına sövq edə, yoxsulluqdan qorxma vəsvəsələrindən xilas edə bilər.
Başqa ifadə ilə desək, Allah-taala bəzi insanlara paklıqlarına və nəfsləri ilə mübarizə apardıqlarına görə elm və bəsirət verir və o, həmin elm və bəsirət sayəsində ilahi itaətin xeyir və müsbət təsirlərini, o cümlədən Allah yolunda mal xərcləməyin cəmiyyətdəki həyati rolunu dərk edir, onunla şeytani vəsvəsələr arasında fərq qoyur.
Buyurur: “(Allah) istədiyi (layiq gördüyü) şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edir".
“Hikmət”in mənası barədə "varlıq aləminin sirlərinin dərk edilməsi”, "Quran həqiqətlərini bilmək", "həm söz, həm də əməldə həqiqətə qovuşmaq", "Allahı tanımaq və dərk etmək”, “şeytani vəsvəsələri ilahi ilhamlardan ayıran ilahi nur" və sairə kimi çoxlu nəzərlər irəli sürülüb. Lakin hikmətin mənası daha genişdir və o, qeyd edilən mənaların hamısını, hətta nübuvvəti də ehtiva edir. O, bir növ elm və agahlıqdır. Əslində (hikmət) sözünün kökü (həkm) sözüdür və onun mənası “mane olmaq, qadağan etməkdir. Elm, bilik və tədbirlilik insanın səhv işlər görməsinə mane olduğu üçün o, "hikmət" adlandırılıb.
"İstədiyi şəxsə" ifadəsində məqsəd Allahın heç bir səbəb olmadan elm və hikməti kiməsə verməsi deyil. Allahın istəyi də hər yerdə insanların ləyaqəti ilə müşayiət edilir. Yəni Allah kimi layiq görsə, onu insana həyat bəxş edən bu saf çeşmədən sirab edir. Daha sonra buyurur: “Hikmət bəxş edilmiş şəxsə çoxlu xeyir bəxş edilmişdir".
Müdrik şəxslərdən birinin dediyi kimi: “Ağıl verdiyin kəsə nə verməmisən?! Ağıl vermədiyin kəsə nə vermisən?!"
Hikməti verən Allah olsa da, ayənin orijinalında Onun adı çəkilməyib, sadəcə, belə buyurub: "Hikmət bəxş edilmiş şəxsə çoxlu xeyir bəxş edilmişdir". Sanki bu ifadə elm və hikmətin zatən yaxşı olmasına, haradan və kim tərəfindən olmasının onun yaxşılığına təsir etməməsinə işarədir.
Ayədə hikmət verilmiş şəxsə "mütləq xeyir" deyil, “çoxlu xeyir” verilməsi qeyd edilib. Çünki mütləq xoşbəxtlik və xeyir yalnız elmdə deyil, elm onun mühüm amillərindən yalnız biridir.
Ayənin sonunda buyurur: "Bunu yalnız ağıl sahibləri anar!”.
Ayənin ərəbcə orijinalında işlənmiş (təzəkkür) sözünün mənası “anmaq”, elm və məlumatları ruhda qoruyub saxlamaqdır. (ǝlbab) sözü (lubb) sözünün cəmidir və onun mənası “beyin”dir. Hər bir şeyin beyni onun ən yaxşı və əsas hissəsi olduğu üçün “ağıl”a "lubb" deyirlər.
Bu cümlənin mənası belə olur: Bu həqiqətləri yalnız ağıl sahibləri qoruyar, yada salar və ondan bəhrələnər. Dəlilərdən başqa insanların hamısının ağlının olmasına baxmayaraq, onların hamısına "ağıl sahibləri" deyilmir. Onda məqsəd ağlını işlədən və bu nurlu çırağın işığında həyat və xoşbəxtlik yolunu tapanlardır.
Bu bəhsi müsəlman alimlərdən birinin sözü ilə yekunlaşdırırıq (ehtimala görə, o da bunu Həzrət Peyğəmbərdən (s) eşidib): "Bəzən Allah-taala yer üzü əhalisinə əzab vermək və onları cəzalandırmaq istəyir, lakin bir müəllimin uşaqlara hikmət öyrətdiyini eşitdikdə bu əmələ görə əzabı onlardan uzaqlaşdırır"."
Bəqərə surəsi, 270-271-ci ayələr
وَمَا أَنْفَقْتُمْ مِنْ نَفَقَةٍ أَوْ نَذَرْتُمْ مِنْ نَذْرٍ فَإِنَّ اللَّهَ يَعْلَمُهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ .٢٧٠
إِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ .٢٧١
Ayələrin tərcüməsi
270\. Allah (Onun yolunda) xərclədiyiniz və ya (Onun yolunda xərclənilməsini) nəzir etdiyiniz hər şeyi bilir və zülm edənlərin heç bir köməkçisi yoxdur!
271\. Əgər sədəqələri aşkarda versəniz, yaxşıdır. Amma onu yoxsullara gizlində verməyiniz sizin üçün daha yaxşıdır və günahlarınızın bir qismini örtər. (Allah yolunda bağışladığınıza görə bağışlanacaqsınız.) Allah tutduğunuz hər bir işdən xəbərdardır!
Ayələrin təfsiri.
Allah yolunda mal xərcləməyin formaları.
Allah yolunda mal xərcləmək və bağışlamaqdan, bu iş üçün ən yaxşı malın seçilməsindən və həmin vaxt ədəb və ixlas qaydalarına riayət edilməsindən bəhs edən əvvəlki ayələrin davamı olaraq bu iki ayədə həmin ianələrin necəliyi və Allahın ondan xəbərdar olmasından danışılır.
Birinci ayədə buyurur: "Allah (Onun yolunda) xərclədiyiniz və ya (Onun yolunda xərclənilməsini) nəzir etdiyiniz hər şeyi bilir”.
İstər az olsun, istər çox, istər yaxşı olsun, istər pis, istər halal yolla əldə edilmiş olsun, istər haram, istər ixlasla yerinə yetirilmiş olsun, istər riyakarlıqla, istər minnət və incitməklə müşayiət olunsun, istər minnətsiz və narahatlıq olmadan, istər Allahın Onun yolunda xərclənməsi göstərişi verdiyi mallardan olsun, istər şəxsin nəzir vasitəsi ilə özünə vacib etdiklərindən, xülasə, necə olmasından asılı olmayaraq, Allah- taala onun bütün xırdalıqlarından xəbərdardır və hər birinin özünə uyğun əvəzini verəcək.
Ayənin sonunda buyurur: “Və zülm edənlərin heç bir köməkçisi yoxdur”.
Buradakı “zülm edənlər” ifadəsi xəsis sərvət sahiblərinə, riyakar ianə verənlərə, minnət qoyanlara və camaatı incidənlərə işarədir. Allah onlara kömək etməyəcək, ianələri nə dünyada, nə də axirətdə onların dadına çatacaq. Və ya onda məqsəd imkansız və yoxsullara kömək etməyi tərk etməklə həm yoxsullara, həm cəmiyyətə, həm də özlərinə zülm edənlərdir. Yaxud da məqsəd ianələri lazımi və düzgün yerə sərf etməyənlərdir. Çünki zülm geniş mənada hər hansı bir işin öz yerində yerinə yetirilməməsindən ibarətdir. Bu üç məna arasında ziddiyyət olmadığı üçün ayənin mənası onların üçünü də ehtiva edə bilər.
Onların nə dünyada köməkçi və yardımçıları, nə də Qiyamətdə şəfaətçiləri vardır. Bu, zülmün bütün formalarının xüsusiyyətidir.
Həmçinin bu ayədən nəzirin dini baxımdan qanuni olması və ona əməl etməyin zəruriliyi məlum olur. O, İslamdan əvvəl də mövcud olmuş əməllərdəndir və İslam onu təsdiqləyib.
İkinci ayədə Allah yolunda mal xərcləmək və sədəqənin aşkar və gizlilik baxımından necə olması barədə danışılıb. Buyurur: “Əgər sədəqələri aşkarda versəniz, yaxşıdır. Amma onu yoxsullara gizlində verməyiniz sizin üçün daha yaxşıdır və günahlarınızın bir qismini örtər (onun sayəsində bağışlanacaqsınız). Allah tutduğunuz hər bir işdən xəbərdardır”.
İncəliklər:
1\. Aşkar və gizli sədəqə.
Allah yolunda verilən aşkar və gizli sədəqənin hər birinin öz xeyri və müsbət cəhəti var. Çünki insanın sədəqəni aşkar şəkildə verməsi insanları bu cür xeyir işlərə təşviq etməkdən əlavə, onun vacib vəzifəni yerinə yetirməməsi barəsindəki ittihamları da aradan qaldırır.
Əgər həmin sədəqə müstəhəb olarsa, bir növ əməli təbliğat sayılır və insanları xeyir işlərə, imkansızlara dəstək olmağa, ictimai xeyriyyəçilik işlərinə həvəsləndirir.
Əgər Allah yolunda verilən mal gizli olarsa, şübhəsiz, onun riyakarlıq və özünü göstərmək təhlükəsi az, ixlası daha çox olar. Xüsusən də, əgər o, imkansızlara yardımdırsa, onların abır-həyasının qorunmasına səbəb olur. Buna görə də sözügedən ayədə onların hər ikisinin öz yerində gözəl olması buyurulur.
Bəzi təfsirçilər bu göstərişin yalnız müstəhəb sədəqələrə aid olduğunu, zəkat və sair vacib sədəqələrin isə aşkar verilməsinin daha yaxşı olduğunu qeyd ediblər.
Lakin bu iki göstərişin (sədəqənin gizli və ya aşkar verilməsi göstərişlərinin) heç biri ümumi xarakter daşımır və yerindən asılı olaraq dəyişir. Belə ki onun təşviqat təsirinin çox olduğu və ixlasa ziyan vurmadığı hallarda aşkar yerinə yetirilməsi daha yaxşıdır. Lakin qarşı tərəfin hörmətli şəxs olduğu və onun abırının qorunması vacib olduğu hallarda həmin kömək gizli yerinə yetirilməlidir. Həmçinin riyakarlıq və ixlasın itirilməsi təhlükəsi olduğu halda onun gizli verilməsi daha yaxşıdır.
Hədislərin bəzisində vacib sədəqələrin aşkar, müstəhəb sədəqələrin isə gizli verilməsinin daha yaxşı olması qeyd edilib.
İmam Sadiqdən (ə) belə nəql edilib: “Vacib zəkatı maldan aşkar şəkildə ayırın və aşkar şəkildə verin. Amma müstəhəb ianələrin gizli olması daha yaxşıdır”.
Bu hədislər yuxarıda qeyd etdiklərimizlə ziddiyyət təşkil etmir. Çünki vacib əməllərin riyakarlıqla yerinə yetirilməsi az təsadüf olunan haldır. Çünki vacib hər kəsin yerinə yetirmək məcburiyyətində olduğu vəzifədir. O, bir növ hamının ödəmək məsuliyyəti daşıdığı vergi kimidir. Buna görə də onun aşkar yerinə yetirilməsi daha yaxşıdır. Amma müstəhəb sədəqələr vacib olmadığı üçün onun aşkar yerinə yetirilməsi ixlasa ziyan vura bilər və onun gizli yerinə yetirilməsi daha münasibdir.
2\. Sədəqə və günahların bağışlanması.
“Və günahlarınızın bir qismini örtər” cümləsindən Allah yolunda sədəqə verməyin günahların bağışlanmasına böyük təsiri olduğu məlum olur. Çünki ayədə sədəqə vermək göstərişindən sonra buyurur: "Və günahlarınızın bir qismini örtər".
Əlbəttə, bu cümlənin mənası kiçik bir sədəqəyə görə bütün günahların bağışlanması deyil. Ayənin ərəbcə orijinalında hər hansı bir şeyin bir hissəsi mənası ifadə edən (min) önqoşmasının işlədilməsindən belə məlum olur ki, sədəqə günahların bir hissəsinin üstünü örtür. Və həmin bir hissənin nə qədər olması sədəqənin miqdarından və şəxsin ixlasından asılıdır.
Sədəqənin günahın bağışlanmasına səbəb olması barədə həm Əhli-beytdən (ə), həm də əhli-sünnədən çoxlu hədislər nəql edilib. O cümlədən hədislərin birində belə deyilir: “Gizli sədəqə su odu söndürdüyü kimi, insanın günahını yox edər və Allahın qəzəbini yatırar”.
"Allah-taala Onun kölgəsindən başqa bir kölgənin olmayacağı gün yeddi nəfəri Öz kölgəsinə daxil edər:
Ədalətli başçını;
Rəbbinə bəndəliklə böyüyüb boya-başa çatan gənci;
Qəlbi məscidə bağlı olan – yenidən ora qayıtmaq istəyən şəxsi;
Bir-birini Allaha xatir sevən məhəbbətlə bir yerə toplaşan və bir-birindən məhəbbətlə ayrılan kəsləri;
Gözəl və yüksək məqam sahibi olan qadının günaha dəvət etdiyi, lakin həmin dəvətə “mən Allahdan qorxuram” deyən şəxsi;
Gizli sədəqə verən - sağ əlinin verdiyindən sol əli xəbərdar olmayan şaxsi;
Təklikdə Allahı yada salan və gözündən bir damcı yaş axıdan şəxsi;
3\. Sədəqə və niyyətin paklığı.
Ayənin sonundakı “Allah tutduğunuz hər bir işdən xəbərdardır!" cümləsinin mənası budur ki, Allah sədəqələrinizdən – istər gizli olsun, istər aşkar xəbərdardır. Həmçinin O, sizin niyyətlərinizi – sədəqəni hansı məqsədlə aşkar və hansı məqsədlə gizli verdiyinizi də bilir.
Hər bir halda, Allah yolunda mal xərcləmək və sədəqə verməkdə mühüm olan şey niyyətin pak və əməlin ixlaslı olmasıdır. İnsanların onu bilib-bilməməsinin əhəmiyyəti yoxdur. Əsas məsələ Allahın bilməsidir. Çünki insanın əməlinin qarşılığını O verəcək və O həm gizlini, həm də aşkarı bilir.
Bəqərə surəsi, 272-ci ayə
لَيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَكِنَّ اللَّهَ يَهْدِي مَنْ يَشَاءُ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَلِأَنْفُسِكُمْ وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ .٢٧٢
Ayənin tərcüməsi
272\. Onları doğru yola (məcburi şəkildə) yönəltmək sənin borcun deyil. (Buna görə də çıxılmaz vəziyyətdə qalıb İslamı qəbul etmələri üçün qeyri-müsəlmanlara edilən yaxşılığı tərk etmək düzgün deyil.) Allah kimi istərsə (layiq görərsə), onu doğru yola yönəldər. Allah yolunda sərf etdyiniz malın mənfəəti və etdiyiniz yaxşılıqlar özünüz üçündür. Malınızı yalnız Allahın razılığını qazanmaq üçün sərf edin. Allah yolunda etdiyiniz hər bir yaxşılığın mükafatı sizə tam şəkildə veriləcək və sizə əsla zülm edilməyəcək!
Ayənin nazilolma səbəbi.
"Məcməül-bəyan" təfsirində İbn Abbasdan belə nəql edilib: "Müsəlmanlar qeyri-müsəlmanlara ianə vermək istəmirdilər. Sözügedən ayə nazil oldu və onlara lazım olan zaman bu işi görmək icazəsi verdi".
Bu ayə barəsində birinci nazilolma səbəbinə bənzəyən başqa bir nazilolma səbəbi də nəql edilib. Onda belə deyilir: “Qəza ümrəsində Həzrət Peyğəmbərin (s) yanında Əsma adlı müsəlman bir qadın var idi. Həmin qadının ana və nənəsi onun yanına gəlib ondan kömək istədi. Onlar müşrik və bütpərəst olduqları üçün Əsma onlara kömək etməkdən imtina edərək belə dedi: “Gərək Həzrət Peyğəmbərdən (s) icazə alım. Çünki siz mənim dinimdə deyilsiniz”. Sonra o, Həzrət Peyğəmbərin (s) yanına gəlib icazə istədi və sözügedən ayə nazil oldu"!
Ayənin təfsiri.
Qeyri-müsəlmanlara ianə və insani yardım.
Əvvəlki ayələrdə Allah yolunda ianə vermək və mal xərcləmək barədə geniş danışıldı. Bu ayədə isə qeyri-müsəlmanlara ianə verməyin caiz olmasından danışılır. Yəni sıxıntı keçirib məcburiyyət qarşısında İslamı qəbul etmələri və doğru yola gəlmələri üçün qeyri-müsəlman yoxsullara ianə verilməsini tərk etmək olmaz.
Buyurur: "Onları doğru yola (məcburi şəkildə) yönəltmək sənin borcun deyil”.
Buna görə də İslamı qəbul etməyə məcbur etmək üçün qeyri- müsəlmanlara ianə verilməsini tərk etmək düzgün deyil. Bu söz Həzrət Peyğəmbərə (s) ünvanlansa da, bütün müsəlmanlara aiddir.
Sonra buyurur: "Allah kimi istərsə (layiq görərsə), onu doğru yola yönəldər”.
Bu xatırlamadan sonra Allah yolunda verilən ianələrin faydası barəsindəki mövzunu davam etdirərək buyurur: "Allah yolunda sərf etdyiniz malın mənfəəti və etdiyiniz yaxşılıqlar özünüz üçündür”.
"Malınızı yalnız Allahın razılığını qazanmaq üçün sərf edin".
Bu, zahirdə xəbər cümləsi olan “və ma tunfiqunə” cümləsini inkar mənasında götürdükdə olur. Yəni sizin Allah yolunda mal xərcləməyiniz yalnız Allaha xatir yerinə yetirildikdə faydalıdır.
Bu cümlənin xəbər mənasında olması ehtimalı da var. Yəni siz müsəlmanlar malınızı yalnız Allaha xatir və Onun razılığını qazanmaq üçün sərf edirsiniz.
Son cümlədə yenə də təkid edərək buyurur: "Allah yolunda etdiyiniz hər bir yaxşılığın mükafatı sizə tam şəkildə veriləcək və sizə əsla zülm edilməyəcək”.
Yəni ianələrinizdən az xeyir görəcəyinizi güman etməyin. Verdiyiniz ianələrin hamısı ona böyük ehtiyacınızın olduğu gün kamil şəkildə özünüzə qaytarılacaq. Buna görə də Allah yolunda mal xərcləyərkən səxavətli olun.
Həmçinin ayənin zahirində verilən ianənin savabının deyil, onun özünün qaytarılacağı deyilir. Bu da əməllərin təcəssümü üçün dəlil ola bilər. Biz öz yerində bu barədə geniş danışacağıq."
İncəliklər:
1\. İanə insani yardımdır.
Sözügedən ayə buyurur ki, Allahın bu dünyadakı bəxşiş və nemətləri (əqidə və dinindən asılı olmayaraq) bütün insanlara şamil olduğu kimi, möminlər də müstəhəb sədəqə və ianələr verərkən və yoxsulların ehtiyacını aradan qaldırarkən qeyri-müsəlmanların da vəziyyətini nəzərə almalıdırlar.
Əlbəttə, bu, qeyri-müsəlmanlara edilən kömək və yardımın sırf insani xarakter daşıdığı, küfrün güclənməsinə səbəb olmadığı, düşmənlərin planlarının həyata keçməsinə daha münasib şərait yaratmadığı, əksinə, onları İslamın humanist ruhu ilə tanış etdiyi hala aiddir.
2\. Hidayətin növləri.
İnsanların hidayət edilməsinin peyğəmbərə vacib olmamasının mənası onun insanları doğru yola dəvət etməməsi və təbliğat aparmaq məsuliyyəti daşımaması deyil. Çünki insanlara doğru yol göstərmək və təbliğat aparmaq peyğəmbərlərin ən əsas vəzifələrindəndir. Həmin cümlədə məqsəd onun insanlara təzyiq göstərmək və onları məcbur şəkildə doğru yola yönəltmək məsuliyyəti daşımamasıdır.
Görəsən, burada hidayət dedikdə "təkvini hidayət", yoxsa "təşri hidayət nəzərdə tutulur?" Çünki hidayətin müxtəlif növləri var:
a) Tǝkvini hidayət: "Təkvini hidayət" dedikdə Allahın dünyanın müxtəlif varlıqlarında – həm insanlarda və digər canlılarda, həm də cansız varlıqlarda onları təkamülə aparan bir sıra inkişaf və təkamül amilləri yaratması nəzərdə tutulur.
Rüşeymin ana bətnində inkişaf etməsi, bitki toxumlarının torpağın altında cücərməsi, Günəş sisteminə daxil olan müxtəlif planetlərin öz orbitində dövr etməsi və sairə "təkvini hidayət"in nümunələrindəndir. Bu hidayət Allaha məxsusdur və onun vasitəsi təbii və metafizik amillərdir.
Qurani-Kərim buyurur:
“Rəbbimiz hər bir varlığa mövcud olması üçün lazım olan hər bir şeyi verən, sonra da doğru yolu göstərəndir".
b) Təşrii hidayət: “Təşrii hidayət” deyildikdə insanların təlim- tərbiyə, faydalı qanunlar, ədalətli hökumət, öyüd-nəsihət və moizə ilə hidayət edilməsi nəzərdə tutulur.
Hidayətin bu növü peyğəmbərlər, imamlar, əməlisaleh bəndələr və ürəyiyanan tərbiyəçilər vasitəsi ilə həyata keçirilir və Quranda buna dəfələrlə işarə edilmişdir.
Qurani-Kərim buyurur:
“Bu, heç bir şəkk-şübhə olmayan, təqvalılara doğru yol göstərən əzəmətli bir kitabdır".
c) Vasitələrin tədarük görülməsi mənasında olan hidayət: Bəzən “Allahın müvəffəqiyyət əta etməsi" adlanan bu hidayət növü lazımı vasitələrin insanların ixtiyarında qoyulmasından ibarətdir ki, öz istəkləri ilə onlardan inkişaf etmək istiqamətində istifadə etsinlər. Məsələn, məktəb, məscid və təlim-tərbiyə mərkəzi tikmək, lazımi kitabların hazırlanması, ləyaqətli təbliğatçı və müəllimlərin yetişdirilməsi hidayətin bu növünə aiddir. Əslində, hidayətin bu növü təkvini hidayət ilə təşrii hidayət arasında yerləşir.
Quran buyurur:
"Yolumuzda (ixlasla) cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik".
d) Nemət və mükafatlara doğru hidayət: Hidayətin bu növündə məqsəd ləyaqətli şəxsləri axirətdə yaxşı əməllərinin nəticələrindən bəhrələndirməkdir. Bu növ hidayət imanlı və dürüst insanlara aiddir. Qurani-Kərim Allah yolunda şəhid olmuş şəxslərin fədakarlıqlarını qeyd etdikdən sonra buyurur:
"Tezliklə onları doğru yola yönəldib vəziyyətlərini yaxşılaşdıracaq”.
Şübhəsiz, hidayətin bu növü onların axirətdə əməllərinin yaxşı nəticələrindən bəhrələnməsinə aiddir.
Əslində, hidayətin bu dörd növü bir həqiqətin bir-birinin ardınca gələn müxtəlif mərhələləridir. Çünki əvvəlcə insana “təkvini hidayət” üz tutur və Allah ağıl, düşüncə və digər qüvvələri onun ixtiyarında qoyur. (Tǝkvini hidayət).
Ondan sonra peyğəmbərlərin hidayət və yol göstərməsi gəlir və onlar insanları doğru yola dəvət edirlər. (Yol göstərmək və təbliğat mənasında olan hidayət.)
Daha sonra əməl mərhələsinə daxil olduqda Allahın əta etdiyi müvəffəqiyyət onun halına şamil olur və yollar onun üçün “hamarlaşdırılır". O, hidayətin üçüncü mərhələsini də belə qət edir. (Müvəffəqiyyət ǝta etmək mənasında olan hidayət.)
Sonda onlar axirətdə öz əməllərinin nəticəsindən bəhrələnirlər.
(Mükafatlara doğru hidayət və istiqamətləndirmə.)
Bu dörd növ hidayətin bir növü (yol göstərmək və təbliğat) peyğəmbər və imamların vacib vazifasidir. Onun "yolun haramlaş dırılması"ndan ibarət digər bir növü peyğəmbərlərin və imamların ilahi hökumət proqramlarının tərkib hissəsidir. Yerdə qalan digər növlər isə Allahın zatına məxsudur.
Buna görə də Quranda sözügedən ayədə olduğu kimi, harada peyğəmbərlərin hidayət etməsi inkar edilibsə, məqsəd hidayətin bu iki növü (yol göstərmək və təbliğat hidayəti ilə “yolun hamarlaşdırılması" və zəmin yaradılması hidayəti) deyil.
“Allah kimi istərsə (layiq görərsə), onu doğru yola yönəldər” cümləsində bu məsələ Allahın istəyi ilə şərtləndirilsə də, əslində, Allahın hidayəti əsassız və hikmətsiz deyil. Yəni Allah əbəs yerə birini hidayət edib digərini hidayətdən məhrum etmir. İnsanlar ondan bəhrələnə bilmək üçün əvvəlcə özləri hidayət olunmaq ləyaqəti əldə etməlidirlər. Sözügedən ayədən başqa bir həqiqət də aydın olur: Əgər riyadan, minnət qoymaqdan və qarşı tərəfi icitməkdən çəkinmək barəsindəki bu qədər təkiddən sonra yenə kimlərsə öz ianələrini bu çirkin şeylərlə kirlətsə, narahat olma, çünki sənin vəzifən yalnız hökmləri bəyan etmək və sağlam ictimai mühit yaratmaqdır; sən əsla onları bu işə məcbur etmək məsuliyyəti daşımırsan.
Bu təfsir öncə qeyd edilən təfsirlə də heç bir ziddiyyət təşkil etmir və ayədən bu mənaların hər ikisini çıxarmaq mümkündür.
3\. Allah yolunda ianə verməyin ianə verənlərin həyatına təsiri “Allah yolunda sərf etdyiniz malın mənfəəti və etdiyiniz yaxşılıqlar özünüz üçündür” cümləsinin mənası Allah yolunda xərclədiyiniz malın xeyrinin sizin özünüzə qayıtmasıdır. Bu cümlə ianə verənləri bu insani əmələ təşviq edir. İnsan gördüyü işin xeyrinin onun özünə qayıtdığını biləndə həmin işə daha çox maraq göstərir.
Verilən ianənin xeyrinin ianə verənə qayıtması dedikdə ilk baxışda ağıla onun axirət mükafatı və xeyri gəlir. Bu məna düz olsa da, verilən ianənin xeyrinin ancaq axirətə aid olmasını fikirləşmək düz deyil. Onun dünya xeyri də həm maddi, həm də mənəvi cəhətdən onlara qayıdır.
Mənəvi cəhətdən o, ianə verən şəxsdə bağışlama, bəxşiş, fədakarlıq və insanpərvərlik ruhu formalaşdırır, onun mənəvi təkamülünə və şəxsiyyətinin formalaşmasına səbəb olur.
Maddi xeyrə gəldikdə isə cəmiyyətdə yoxsul və imkansız insan- ların mövcudluğu təhlükəli ictimai partlayışların – bəzən mülkiyyət hüququnu kökündən alt-üst edən və bütün sərvətləri “udub” məhv edən partlayışların baş verməsinə səbəb ola bilər.
İanə təbəqələr arasındakı fərqi azaldır və cəmiyyəti gözləyən təhlükələri dəf edir. İanə məhrum təbəqələrin qəzəb alovunu söndürür, onların intiqam və kinlərini yox edir. Buna görə də ianə vermək ictimai asayiş, iqtisadiyyatın sağlamlığı və digər maddi və mənəvi cəhətlərdən də onu verənlərin xeyrinədir.
4\. Ayədəki (vəchullah) ifadəsinin mənası nədir? Ayənin ərəbcə orijinalında işlənmiş (vəch) sözünün mənası “üz”dür və o, bəzən "zat" mənasında da işlədilir. Buna görə də (vəchullah) ifadəsinin mənası “Allahın zatı"dır. Gərək ianə verənlərin nəzəri Allahın pak zatında olsun. Deməli, bu və buna bənzər ayələrdə
(vəch) sözü bir növ təkid xarakteri daşıyır. Çünki “Allahın zatı üçün" deyildikdə o, daha çox "Allah üçün" mənasına təkid edir. Yəni niyyətiniz başqası üçün deyil, məhz Allah üçün olsun.
Bundan əlavə, insanın üzü onun zahirinin ən şərəfli yeridir. Çünki görmə və danışma orqanları onda yerləşir. Buna görə də (vəch) sözünün işlədilməsi məsələnin şərafət və əhəmiyyətini ifadə edir və burada da Allah barəsində məcazi olaraq işlədilib. Əslində, ondan bir növ ehtiram və əhəmiyyətlilik mənası başa düşülür. Yoxsa ki Allah nə cisimdir, nə də Onun üzü var.
Bəqərə surəsi, 273-cü ayə
لِلْفُقَرَاءِ الَّذِينَ أُحْصِرُوا فِي سَبِيلِ اللَّهِ لَا يَسْتَطِيعُونَ ضَرْبًا فِي الْأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاءَ مِنَ التَّعَفُّفِ تَعْرِفُهُمْ بِسِيمَاهُمْ لَا يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ .٢٧٣
Ayənin tərcüməsi
273\. (Allah yolunda etdiyiniz yaxşılıqların ünvanı) Allah yolunda məhdudiyyətlə qarşılaşmış (və dolanışıqlarını təmin etmək üçün qazanc və ticarətlə məşğul ola bilməyən) – (sərmayə əldə etmək üçün) səfərə çıxa bilməyən, həyalı olduqları üçün məlumatsız insanların ehtiyacsız sandıqları ehtiyaclılar olmalıdır. Sən onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Allah Onun yolunda etdiyiniz hər bir yaxşılıqdan xəbərdardır!
Ayənin nazilolma səbəbi.
İmam Baqirdən (ə) belə nəql edilib: “Bu ayə “süffə əhli” barəsində nazil olub. ("Süffə əhli" Məkkədən və Mədinənin ətraf bölgələrinin müsəlmanlarından ibarət dörd yüz nəfərlik bir dəstənin adı idi. Onların Mədinədə nə evi, nə də evinə gedib qalacaqları qohum-əqrəbası olub. Buna görə də onlar Peyğəmbər (s) məscidində məskunlaşmışdılar və cihada hazır olduqlarını elan etmişdilər.)
Lakin onların məsciddə yaşaması məscidin statusuna uyğun deyildi. Buna görə də onların məscidin kənarındakı “süffə”yə (böyük və geniş səkiyə) köçməsi göstərişi verildi. Bu zaman sözügedən ayə nazil oldu və müsəlmanlara həmin müsəlman qardaşlarına kömək etmək göstərişini verdi. Müsəlmanlar da həmin göstərişə əməl etdilər.
Bəziləri onların Həzrət Peyğəmbərin (s) mühafiz və olduğunu qeyd ediblər.
Ayənin təfsiri.
İanənin ən yaxşı ünvanı keşikçiləri.
Bu ayədə də Allah yolunda mal xərcləmək və ianə vermək möv. zusu davam etdirilib və ianə verməyin ən yaxşı ünvanının ayədə qeyd edilən üç sifətə malik olan şəxslər olmasına işarə edilib.
Ayə onların ilk sifətini belə bəyan edir: “(Allah yolunda etdiyiniz yaxşılıqların əsas ünvanı) Allah yolunda məhdudiyyətlə qarşılaşmış” kəslər olmalıdır. Yəni Allah yolunda cihad etmək, düşmənlə vuruşmaq, döyüş taktikası öyrənmək və ya başqa elmlərin öyrənilməsi ilə məşğul olduqlarına görə dolanışıq xərclərini təmin etmək üçün çalışmaq imkanı olmayan kəslər olmalıdır. Onların bariz nümunələrindən biri Həzrət Peyğəmbərin (s) zamanındakı "süffə əhli" olub.
Sonra təkid etmək üçün buyurur: “(Sərmayə əldə etmək üçün) səfərə çıxa bilməyən”.
Yəni səfərə gedə və sərmayə əldə edə bilməyən şəxslər.
Ayənin ərəbcə orijinalında “səfərə çıxmaq" barəsində hərfi mənası “ayağı yerə döymək" olan "zərbən fil ərz" ifadəsinin işlədilməsinin səbəbi mühüm məqsədlə piyada səfərə gedən şəxslərin ayaqlarını yerə döyə- döyə irəliləməsidir.
Öz dolanışığını təmin etmək imkanı olanlar səfərin çətinliklərinə qatlaşaraq öz zəhmətləri ilə dolanmalıdırlar. Lakin Allah yolunda cihad etmək, yaxud vacib elmlərin öyrənilməsi kimi mühüm işlərin səfərə getmələrinə mane olduğu kəslər bu qaydadan istisnadır.
Həmin şəxslərin ikinci sifətini belə qeyd edir: "Həyalı olduqları üçün məlumatsız insanların ehtiyacsız sandıqları”.
Lakin bunun mənası həmin möhtac insanların heç tanınmaması deyil. Buna görə də buyurur: “Sən onları üzlərindən tanıyırsan”.
Ayənin ərəbcə orijinalında işlənmiş (sima) sözünün mənası “əlamət və nişanə”dir. Müasir fars dilində onun “üz və çöhrə” mənasında işlədilməsi yenidir. Çünki onun ərəb dilindəki mənaları arasında belə bir məna qeyd edilməyib. Hər halda, həmin şəxslər öz vəziyyətləri barədə bir söz deməsələr də, üzlərində daxili əzablarından xəbər verən nişanələr var və başa düşənlər bunu sezə bilirlər. Üzün rəngi insanın daxili sirrindən xəbər verir.
Onların üçüncü sifəti barədə belə buyurur: “Onlar (o qədər alicənabdırlar ki,) heç kəsdən israrla bir şey istəməzlər"?
Onlar nəinki israrla, heç israrsız da camaatdan bir şey istəməzlər. Başqa sözlə desək, ehtiyacı olan adi insanlar bir şey istədikdə israrla istəyərlər, amma bunlar adi möhtaclardan fərqlidirlər. Buna görə də Quranın "onlar heç kəsdən israrla bir şey istəməzlər" ifadəsinin mənası onların israr etmədən istəmələri deyil. Həmin cümlənin mənası budur ki, onlar adətən bir şey istədikdə israr edən adi yoxsullardan olmadıqları üçün heç nə istəməzlər. Ayənin mənasının belə olmasının dəlili onların istəmələrindən deyil, üzlərindəki nişanələrdən tanınmalı olmasının qeyd edilməsidir. Əgər onun mənası belə olmasaydı, həyalı olduqları üçün məlumatsız insanların onları ehtiyacsız sanmalarının qeyd edilməsi mənasız olardı.
Bu #### Ayənin təfsiri barədə başqa bir ehtimal da verilib: Həmin şəxslər adi halda əsla bir şey istəməzlər, hansısa böyük çətinlik onları şey istəməyə məcbur etdikdə də israr etməzlər.
Bəzilərinə görə də həmin cümlənin mənası onların bir şeyi istəməyi tərk etməkdə israrlı olmalarıdır. (Lakin bu ehtimal ayənin zahiri ilə uyğun gəlmir.)
Ayənin sonunda yenə hamını ianə verməyə təşviq edərək buyurur: "Allah Onun yolunda etdiyiniz hər bir yaxşılıqdan xəbərdardır!"
Bu cümlənin məqsədi ianə verənləri şəxsiyyətli insanlara iana verməyə təşviq etməkdir. Bu kimi hallarda məqsəd ianə olsa da, başqa adlar altında da onlara bəxşişlər verilə bilər. Bu zaman onlar narahat olmasınlar. Şübhəsiz, Allah bu gizli niyyətlərdən xəbərdardır və hər kəsə niyyəti və zəhməti müqabilində qarşılıq verəcək.
İncəlik:
Ehtiyac olmadan bir şey istəmək haramdır.
Böyük günahlardan biri də dilənçilik və ehtiyac olmadan insanlardan bir şey istəməkdir. Çoxsaylı hədislərdə bu iş məzəmmət edilib. Həzrət Peyğəmbər (s) hədislərin birində belə buyurub:
"Sədəqə ehtiyacı olmayan şəxslərə haramdır”.
O Həzrətdən (s) başqa bir hədisdə belə nəql edilib:
“Əlində özünə bəs edəcək qədər mal olduğu halda, başqasından bir şey istəyən şəxs özü üçün Cəhənnəm odunu artırır".
Həmçinin hədislərdə belə qeyd edilib: "Əl açıb dilənçilik edən şəxsin şahidliyi qəbul deyil".
Bəqərə surəsi, 274-cü ayə
الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ .٢٧٤
Ayənin tərcüməsi
274\. Mallarını gecə və gündüz, gizli və aşkar sərf edənlərin mükafatı Rəbləri yanındadır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
Ayənin nazilolma səbəbi.
Çoxsaylı hədislərdə bu ayənin İmam Əli (ə) barəsində nazil olması qeyd edilmişdir. Nəql edilənlərə əsasən, o Həzrətin (ə) dörd dirhəmi olub və onun bir dirhəmini gecə, bir dirhəmini gündüz, bir dirhəmini aşkar və bir dirhəmini də gizli Allah yolunda sərf edib və sonra bu ayə nazil olub.
Lakin ayənin hansısa bir hadisə barəsində nazil olması onun mənasını məhdudlaşdırmır və onun hökmünün başqalarına şamil olmasına mane olmur.
Ayənin təfsiri.
İanənin bütün formaları bəyəniləndir.
Bu ayədə Allah yolunda verilən ianənin müxtəlif növlərinə işarə edilib. Buyurur: “Mallarını gecə və gündüz, gizli və aşkar sərf edənlərin mükafatı Rəbləri yanındadır”.
Qeyd etmək lazımdır ki, Allah yolunda ianə verilməsi üçün müxtəlif üsulların seçilməsi daha yaxşı şəraitin seçilməsi məqsədi daşıyır. İanə verənlər bu işi görərkən əxlaqi və ictimai şəraiti nəzərə almalıdırlar. Yəni əgər ianə verilən zaman onun aşkar verilməsinə lüzum yoxdursa, bu işi gizli etsinlər ki, həm ianəni qəbul edənlərin abırı qorunsun, həm də verənlər daha çox ixlasa malik olsunlar.
Lakin ortada dini ayinlərin təbliği, başqalarının bu işə təşviq edilməsi və həvəsləndirilməsi kimi səbəblər varsa, ianə vermək şəxsi xarakter daşımırsa (məsələn, cihad yolunda, ümumi mənafeyi olan xeyriyyə mərkəzinin tikilməsi və sairə kimi işlərə yönəlibsə), heç kəsin şəxsiyyətinin alçalmasına səbəb olmayacaqsa və ixlasla da ziddiyyət təşkil etmirsə, bu halda onu aşkar etsinlər.
Bəlkə də, ayədə “gecə”nin “gündüz”dən və “gizli"nin "aşkar"dan əvvəl qeyd edilməsi onun gizli olmasının daha yaxşı olmasına işarədir. Əlbəttə, onun aşkar edilməsinə əsaslı səbəbin olduğu hal istisnadır. Lakin vəziyyət və növündən asılı olmayaraq, ianə verilməsi tərk edilməməlidir.
Şübhəsiz, Allahın yanında olan şey (xüsusilə Onun Rǝbb - yetişdirən və inkişaf etdirən sifəti nəzərə alınaraq) az və dəyərsiz olmaz, Onun lütf və mərhəmətinə uyğun olacaq, həm dünyanın bərəkətlərini, həm də axirətin gözəlliyini və Allahın dərgahına yaxınlığı ehtiva edəcək.
Daha sonra buyurur: "Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər”.
İnsanın öz həyatını davam etdirməsi üçün mal və sərvətə ehtiyacı var. Buna görə də o, malını əldən çıxaranda kədərlənir və öz gələcəyindən narahat olur. Çünki o, gələcəyinin necə olacağını bilmir. Bu, bir çox hallarda onun Allah yolunda ianə verməsinə mane olur. Amma Allahın vədlərinə imanı olanlar və ianənin ictimai nəticələrini dərk edənlər istisnadır. Onlar Allah yolunda mal xərcləmək və ianə verməkdən qorxmur, gələcəkdən nigaran olmur, malları əllərindən çıxdığına görə kədərlənmirlər. Çünki əllərindən çıxan şeyin əvəzində həm bu dünyada, həm də axirətdə, həm Allahın lütfündən, həm də ianənin fərdi, ictimai və əxlaqi faydalarından neçə qat artıq bəhrələnəcəklərini bilirlər.
Bəqərə surəsi, 275-277-ci ayələr
الَّذِينَ يَأْكُلُونَ الرِّبَا لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطَانُ مِنَ الْمَسِّ ذَلِكَ بِأَنَّهُمْ قَالُوا إِنَّمَا الْبَيْعُ مِثْلُ الرِّبَا وَأَحَلَّ اللَّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا فَمَنْ جَاءَهُ مَوْعِظَةٌ مِنْ رَبِّهِ فَانْتَهَى فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللَّهِ وَمَنْ عَادَ فَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ .٢٧٥
يَمْحَقُ اللَّهُ الرِّبَا وَيُرْبِي الصَّدَقَاتِ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ .٢٧٦
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ .٢٧٧
Ayələrin tərcüməsi
275\. Sələm yeyənlər (Qiyamət günü) yalnız şeytan toxunmuş kimi qalxarlar (müvazinətlərini saxlaya bilməz, gah yıxılıb, gah durarlar). Bunların belə olmaları: "Alış-veriş də sələm kimi bir şeydir (bu ikisi arasında heç bir fərq yoxdur)!" - dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir (çünki bu ikisi arasında çox böyük fərq var). Əgər kimsə Rəbbi tərəfindən gələn nəsihəti qəbul edərək (sələm yeməkdən) çəkinsə, keçmişdə (haram hökmü gəlməzdən) əldə etdiyi mənfəətlər onundur. Onun işi Allaha həvalə edilir. (Allah onun keçmişini bağışlayacaq.) Amma qayıdanlar (bu günahı yenidən davam etdirənlər) Cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!
276\. Allah sələmi məhv edər, sədəqələri artırar. Allah heç bir nankoru, günahkarı sevməz!
277\. İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin mükafatı Rəbləri yanındadır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
Ayələrin təfsiri.
Sələm ianənin əksidir.
Allah yolunda ianə vermək və mal bəxşişi ilə ehtiyacı olanları himayə etmək mövzusunun ardınca bu ayələrdə ianənin əksi olan sələmdən bəhs edilir. Əslində, bu ayələr əvvəlki ayələrin məqsədini təkmilləşdirir. Çünki sələmçilik cəmiyyətdə yoxsulluğun artmasına, sərvətin məhdud bir dəstənin əlində toplanmasına, cəmiyyətin əksər üzvlərinin məhrumiyyət içində yaşamasına, xəsislik, kin-küdurət və nifrətin artmasına səbəb olur.
Allah yolunda ianə qəlblərin təmizlik, ruhların paklıq və cəmiyyətin asayiş amilidir.
Bu ayələrdə sələmin qadağan olması hökmü tam qətiyyətlə bəyan edilir. Lakin ayənin bəyan tərzindən sələm barədə əvvəl də danışıldığı məlum olur. Quran surələrinin nazilolma tarixinə nəzər saldıqda məsələnin qeyd edildiyi kimi olmasının şahidi oluruq. Çünki Quranın nazilolma sıralığı baxımından Məkkədə nazil olmuş otuzuncu surəsində "Rum” surəsində sələmdən danışılıb. Biz Məkkədə nazil olmuş surələrin heç birində ("Rum” surəsindən başqa) sələm barəsində bir şeyə rast gəlmirik. Həmin surədə sələm məsələsinə əxlaqi öyüd- nəsihət kimi toxunulub. Buyurur:
"İnsanlara var-dövlətlərinin artması üçün sələm niyyəti ilə ödədiyiniz heç bir şey Allah yanında artmaz”.
Dar düşüncəli insanların fikrincə, sərvət sələmlə arta bilər. Lakin Allah yanında onunla heç nə artmır.
Həzrət Peyğəmbərin (s) hicrətindən sonra Mədinədə nazil olmuş surələrin üçündə sələm məsələsinə toxunulub. Onlar "Bəqərə”, Ali-İmran" və "Nisa” surələridir.
"Bəqərə” surəsi "Ali-İmran" surəsindən əvvəl nazil olsa da, çox ehtimal ki, “Ali-İmran" surəsinin sələmi aşkar şəkildə haram buyuran 130-cu ayəsi "Bəqərə" surəsindən və sözügedən ayələrdən əvvəl nazil olub.
Bu ayə və sələm barəsindəki digər ayələr sələmçiliyin Məkkə, Mədinə və Ərəbistan yarımadasında geniş yayıldığı, təbəqələşmənin mühüm amillərindən biri olduğu, zəhmətkeşlərin aciz hala düşməsinə səbəb olduğu və zadəganların tüğyan etdiyi bir vaxtda nazil olub. Buna görə də Quranın sələm ilə mübarizəsi İslamın ictimai mübarizəsinin mühüm hissəsini təşkil edir.
Qeyd edilənləri nəzərə alaraq #### Ayələrin təfsirinə başlayaq.
Əvvəlcə aydın və dolğun bir bənzətmə ilə sələm yeyənlərin halını təsvir edərək buyurur: "Sələm yeyənlər (Qiyamət günü) yalnız şeytan toxunmuş kimi qalxarlar (müvazinətlərini saxlaya bilməz, gah yıxılıb, gah durarlar”.
Bu cümlədə sələm yeyən şəxs yol gedərkən müvazinətini qoruyub saxlaya və düzgün yol gedə bilməyən özündəngetmə (epilepsiya) və ya dəlilik xəstəliyi olan şəxsə bənzədilib. Görəsən, bu ifadədə məqsəd onların Qiyamətdəki halını və Məhşər səhnəsinə daxil olarkən vəziyyətlərini təsvir etməkdir? Yəni onlar Məhşər səhnəsinə daxil olarkən dəlilər və özündəngetmə xəstəliyi olan şəxslər kimi olacaqlar?
Təfsirçilərin çoxu bu ehtimalı qəbul edib. Lakin bəzi təfsirçilər ayənin sələm yeyənlərin bu dünya həyatındakı halını təsvir etdiyini deyiblər. Çünki onların əməli dəlilərin əməlinə bənzəyir. Onlar düzgün ictimai təfəkkürə malik deyillər və hətta öz mənafelərini fikirləşə bilmirlər. Onlar üçün birinə kömək etmək, birinin dərdinə şərik olmaq, insani hisslər və insanpərvərlik kimi məsələlər mənasızdır. Mal düşkünlüyü onların gözünü elə kor edib ki, aşağı təbəqələrin istismar və əməyinin qarət edilməsinin qəlblərə düşmənçlik toxumu səpməsini, mülkiyyət hüququnu məhv edəcək inqilab və ictimai partlayışlarla nəticələnəcəyini və həmin cəmiyyətdə təhlükəsizlik və asayişin mövcud olmayacağını dərk etmirlər. Belə olan halda, sələm verən şəxs həmin cəmiyyətdə rahat yaşaya bilməyəcək. Deməli, onun davranışı, əslində, dəlinin davranışı kimidir.
İnsanın axirətdəki vəziyyəti onun bu dünyadakı əməllərinin təcəssümü olduğu üçün ayənin hər iki mənaya işarə olması ehtimalı da var. Bu dünyadakı hərəkətləri məntiqsiz, ağıla zidd və dəlicəsinə sərvət toplamaq olan sələmçilər axirətdə Məhşər səhnəsinə dəlilər kimi gələcəklər.
Məsumlardan (ə) nəql edilmiş hədislərdə bu cəhətlərin hər ikisinə işarə edilib. Bu #### Ayənin təfsiri barəsində İmam Sadiq (ə) belə buyurmuşdur: "Sələm yeyən şəxs dünyadan köçməmişdən əvvəl mütləq bir növ dəliliyə düçar olar".
Həzrət Peyğəmbərdən (s) nəql edilmiş digər bir hədisdə yalnız öz mənafeyini düşünən və sərvətləri onlar üçün əzaba çevriləcək qarınqulu sələmçilərin vəziyyəti belə təsvir edilib: "Meraca gedəndə orda bir dəstə gördüm. Onların qarnı o qədər yekə idi ki, nə qədər çalışıb ayağa qalxmaq və yol getmək istəsələr də, bacarmırdılar və yerə yıxılırdılar. Cəbraildən onların kim olduğunu və günahlarının nə olduğunu soruşdum. Cəbrail onların sələm yeyənlər olduğunu dedi".
Birinci hədis insanın bu dünyadakı qeyri-sabit halını, ikinci hədis isə sələm yeyənlərin Qiyamət səhnəsindəki vəziyyətini təsvir edir. Onların hər ikisi bir həqiqətə aiddir. Çox yeyən qarınqulu adamlar eybəcər və anormal kökəldikləri kimi, sələm yeməklə şişən sərvət sahibləri də qeyri-sağlam iqtisadi həyata malikdirlər və o, onların boynunda ağır yükdür.
Görəsən, dəliliyin səbəbkarı şeytandırmı?
Burada qarşıya belə bir sual çıxır: Görəsən, dəlilik və özündən- getmə xəstəliyinin səbəbkarı şeytandırmı ki, ayədə ona işarə edilib? Halbuki epilepsiya və dəlilik ruhi xəstəliklərdəndir və əksər hallarda yaranma səbəbləri də məlumdur.
Cavab:
Bəzilərinin nəzərincə, “şeytanın toxunması" ifadəsi ruhi xəstəlik və dəlilik barəsində məcazdır və ərəblər arasında belə bir ifadənin işlədilməsi ənənəsi olub. Yoxsa ki onda məqsəd şeytanın həqiqətən insanın ruhuna təsir etməsi deyil.
Lakin bəzi şeytani işlərin və səhv hərəkətlərin şeytani dəliliyə səbəb olması mümkün ehtimaldır. Yəni həmin əməllərdən sonra şeytan insana təsir edir və onun ruhi tarazlığını pozur. Bundan əlavə, şeytani və səhv işlərin çoxalmasının nəticəsi insanın məntiqi düşünmək qabiliyyətini əldən verməsidir.
Sonra sələmçilərin düşüncə tərzindən bir nümunəyə işarə edərək buyurur: "Bunların belə olmaları: "Alış-veriş də sələm kimi bir şeydir (bu ikisi arasında heç bir fərq yoxdur)!" - dedikləri üzündəndir".
Onların məqsədi sələm ilə alverin hər ikisinin tərəflərin razılığı ilə baş verən mübadilə olması idi. Lakin Quran onlara cavab verir ki, onların hər ikisi necə eyni ola bilər, "halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir".
Onların arasındakı fərq dəlil və hikmətə əsaslanır və hikmət sahibi olan Allah da həmin hikmətə əsaslanaraq belə hökm verib. Quran bu barədə bundan artıq izah vermir. Bəlkə də, bunun səbəbi məsələnin aydın olmasıdır. Çünki birincisi, adi alqı-satqıda tərəflərin hər ikisi xeyir və ziyana uğramaq baxımından bərabər vəziyyətdədir. Bəzən onların hər ikisi qazanc əldə edir, bəzən hər ikisi ziyana məruz qalır, bəzən də biri xeyir, digəri ziyan edir. Lakin sələm əməliyyatlarında sələmçi heç vaxt ziyana uğramır və bütün ehtimal olunan ziyanlar qarşı tərəfin üzərinə düşür. Buna görə də sələm təşkilatları gündən-günə genişlənir, sərmayələri çoxalır və zəif təbəqələrin məhv olması sayəsində onların sərvətinin həcmi durmadan artır.
İkincisi, adi ticarət və alqı-satqıda tərəflər istehsal və istehlak yolu ilə hərəkət edirlər, halbuki sələmçilər bu istiqamətdə heç bir müsbət addım atmırlar.
Üçüncüsü, sələmçiliyin yayılması ilə sərmayələr qeyri-sağlam istiqamətə ünvanlanır və cəmiyyətin əsası sayılan iqtisadiyyatın sütunları zəifləyir. Halbuki düzgün ticarət sərvətin sağlam dövriyyəsinə səbəb olur.
Dördüncüsü, sələmçilik sinfi düşmənçilik və qarşıdurmaların yaranmasına səbəb olur. Halbuki sağlam ticarət belə deyil, o, cəmiyyəti təbəqələşməyə və ondan doğan qarşıdurmalara sövq etmir. in Ayənin davamında tövbə qapısı açaraq buyurur: "Əgər kimsə Rəbbi tərəfindən gələn nəsihəti qəbul edərək (sələm yeməkdən) çəkinsə, keçmişdə (haram hökmü gəlməzdən) əldə etdiyi mənfəətlər onundur. Onun işi Allaha həvalə edilir. (Allah onun keçmişini bağışlayacaq”.
"Amma qayıdanlar (bu günahı yenidən davam etdirənlər) Cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!"
Əvvəlki cümlədə bu qanunun da bütün qanunlar kimi keçmişə şamil olmadığı qeyd edilir. Çünki qanun əvvəlki vaxtlara da şamil olarsa, insanların həyatında çoxsaylı problemlər yaradar. Buna görə də qanunlar həmişə rəsmi şəkil aldıqdan sonra icra edilirlər.
Bunun mənası sələmçilərin ayə nazil olduqdan sonra insanlardan alacaqlarının (insanların onlara olan sələm borclarının) halal olması deyil. Məqsəd onların ayə nazil olmamışdan əvvəl aldıqları faizlərdir.
"Onun işi Allaha həvalə edilir" cümləsinin zahiri həmin şəxslərin əfv edilmək və ya cəzalandırılmaq baxımından vəziyyətinin məlum olmamasına və Allahın lütfündən asılı olmasına dəlalət etsə də, ondan əvvəlki "keçmişdə (haram hökmü gəlməzdən) əldə etdiyi mənfəətlər onundur" ifadəsindən məqsədin onların bağışlanması olduğu məlum olur. Ayə nazil olmamışdan əvvəl sələmçiliklə məşğul olanların bağışlanması hökmünün tam aşkar elan edilməməsinin səbəbi, bəlkə də, sələmin günahının böyük olmasıdır.
Bu cümlənin mənası barədə başqa ehtimallar da verilib. Lakin onlar ayənin zahiri ilə ziddiyyət təşkil etdiyi üçün biz onları nəql etmirik.
Ayənin sonunda əbədi əzaba işarə edilib, halbuki belə əzablar günah etmiş iman əhlinə deyil, kafirlərə məxsusdur. Bəlkə də, həmin ifadə sələm yeməkdə israrlı olan şəxslərin imanının düzgün olmamasına işarədir. Çünki həmin şəxs Allahın bu aydın qanununa – pozulması Allaha qarşı müharibə elan etmək sayılan qanuna qarşı çıxır.
Yaxud da ola bilər ki, daim sələm yemək həmin şəxslərin dünyadan imansız getmələrinə, aqibətlərinin qaranlıq və zülmət olmasına səbəb olur.
Bir ehtimal da var ki, burada qeyd edilən əbədilik "Nisa” surəsinin günahsız insanları qətlə yetirənlərin həmişəlik əzaba düçar olmaları qeyd edilən 93-cü ayəsində olduğu kimi əbədi və həmişəlik deyil, uzunmüddətli əzab mənasında olsun.
Sonrakı ayədə sələm ilə Allah yolunda verilən sədəqəni müqayisə edərək buyurur: "Allah sələmi məhv edər, sədəqələri artırar”.
Sonra buyurur: "Allah heç bir nankoru, günahkarı (sədəqənin o qədər savabını unudub sələmçilik alovuna tərəf gedən şəxsi) sevməz!"
Ayənin ərəbcə orijinalında işlənmiş (məhq) sözünün mənası “tədrici naqislik və məhv olma"dır. (riba) sözünün mənası isə "tədrici artım və inkişaf”dır.
Sələmçi sərvəti vasitəsi ilə zəhmətkeş təbəqənin qazancını öz əlinə keçirir və bəzən bu yolla onların həyatına son qoyur və ya onların qəlbində elə düşmənçilik və kin-küdurət toxumu səpir ki, onlar tədricən sələmçinin mal və canını məhv etməyə hazır olurlar.
Quran buyurur: “Allah sələmi məhv edər". Sələmçiləri gözləyən bu tədrici məhv olma sələmçi cəmiyyət üçün də var.
Onların müqabilində cəmiyyətdə insani hisslərlə yaşayan insanlar durur. Onlar əllərində olan maldan sədəqə verir, insanların ehtiyacını aradan qaldırmağa çalışır, sevgi və məhəbbətlə qarşılanırlar. Onların sərmayəsini heç bir təhlükə təhdid etmir, əksinə, ümumi əməkdaşlıq nəticəsində o, öz təbii artım yolunu davam etdirir. Buna görə də Quran buyurur: "Sədəqələri artırar”.
Bu hökm həm fərd, həm də cəmiyyətə aiddir. Ümumi ehtiyacların nəzərə alındığı cəmiyyətdə cəmiyyətin əsas hissəsini təşkil edən zəhmətkeş və fəhlə sinfinin zehni və fiziki gücü işə düşür, onun ardınca ümumi əməkdaşlıq və ümumi bəhrələnmə modelinə əsaslanan sağlam iqtisadi sistem yaranır.
Ayənin ərəbcə orijinalında işlənmiş (kəffar) sözünün kökü (kufur) sözüdür və onun mənası "çox nankor və naşükür şəxs"dir. (əsim) sözünün mənası “çox günah edən şəxs”dir.
Sələm yeyənlər Allah yolunda ianə və faizsiz borc verməyi, eləcə də ümumi xeyriyyə məqsədli işlərə pul xərcləməyi tərk etməklə Allahın onlara verdiyi nemətin şükrünü yerinə yetirməməkdən əlavə, həmin nemətləri zülm, sitəm, günah və fəsad vasitəsi edirlər. Allah belə şəxsləri sevmir.
Sözügedən ayələrin sonuncusunda sələm yeyənlərə tam əks mövqedə dayanmış şəxslərə işarə edərək buyurur: "İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin mükafatı Rəbləri yanındadır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!"
Nankor və günahkar sələm yeyənlərin müqabilində iman sayəsində eqoizmi tərk edən, öz fitri hisslərini oyadan, Rəbləri ilə ünsiyyətdə olmaq və namaz qılmaqdan əlavə, ehtiyacı olanların köməyinə tələsən və bu yolla sərvətin bir əldə toplanmasının və təbəqələşmənin, onun da ardınca min cür cinayətin qarşısını alan kəslər öz Rəblərindən mükafatlarını alacaqlar və hər iki dünyada öz əməllərinin nəticəsindən bəhrələnəcəklər.
Onlar müftəxor sərmayə sahibləri kimi iztirab və təşviş keçirməyəcək, arxalarınca lənət və nifrin gəlməyəcək.
Nəhayət, onlar kamil xatircəmlik və asayişə malik olacaqlar və heç bir iztirab və qəm-qüssələri olmayacaq: “Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!”
Bəqərə surəsi, 278-281-ci ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَذَرُوا مَا بَقِيَ مِنَ الرِّبَا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ .٢٧٨
فَإِنْ لَمْ تَفْعَلُوا فَأْذَنُوا بِحَرْبٍ مِنَ اللَّهِ وَرَسُولِهِ وَإِنْ تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَالِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ .٢٧٩
وَإِنْ كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَى مَيْسَرَةٍ وَأَنْ تَصَدَّقُوا خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ .٢٨٠
وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللَّهِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ .٢٨١
Ayələrin tərcüməsi
278\. Ey iman gətirənlər! Əgər möminsinizsə, Allahdan qorxun və sələmdən qalan məbləğdən imtina edin!
279\. Əgər belə etməsəniz, bilin ki, Allah və Rəsulu sizinlə müharibə aparacaq. Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!
280\. Əgər sizə borcu olan şəxsin borcunu ödəməyə imkanı çatmazsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! (Əgər həqiqətən ödəməyə imkanı çatmırsa,) əgər (bu işin xeyrini) bilsəniz, Allaha görə bağışlamağınız daha yaxşıdır!”
281\. Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi kamil şəkildə veriləcək və heç kəsə qarşı haqsızlıq edilməyəcək. (Çünki qarşılarına çıxanlar əməllərinin nəticələri olacaq.)
Ayələrin nazilolma səbəbi.
Əli İbn İbrahimin təfsirində belə nəql edilib: Sələm ayələri nazil olduqdan sonra Xalid ibn Valid adlı bir şəxs Həzrət Peyğəmbərin (s) yanına gələrək dedi: "Atamın Səqif tayfası ilə sələmli alveri olub və onlardan alacaqlarını almayıb. Vəsiyyət edib ki, onun malının hələ alınmamış xeyrinin bir hissəsini mən təhvil alım. Mən bu işi görə bilərəmmi?"
Həmin vaxt sözügedən ayələr nazil oldu və insanları qətiyyətlə bu işdən çəkindirdi.
Digər bir hədisdə Həzrət Peyğəmbərin (s) bu ayə nazil olduqdan sonra belə buyurması nəql edilib:
"Bilin! Cahiliyyət dövrünə aid bütün sələm alacaqlar unudulmalıdır. Mən ilk olaraq Abbas ibn Əbdülmüttəlibin sələm alacaqlarını yaddan çıxarıram".
Bu cümlədən Həzrət Peyğəmbərin (s) cahiliyyət dövrünə aid sələm alacaqlarını ləğv edərkən ilk olaraq öz qohumlarından başladığı aydın olur. O Həzrət (s) hamıdan əvvəl sələm çirkabına bulaşmış zəngin qohumlarından Abbas və onun kimi cahiliyyət dövrünün digər zənginlərinin sələm alacağını ləğv edib.
Həmçinin hədislərdə qeyd edilir ki, Həzrət Peyğəmbər (s) bu ayələr nazil olduqdan sonra Məkkə valisinə məşhur sələmçilərdən olan Ali-Müğeyrə tayfasının bu işdən əl çəkməyəcəyi təqdirdə, onlarla müharibə etməsi göstərişi verib.
Ayələrin təfsiri.
Sələm olduqca böyük günahdır!
Birinci ayədə Allah-taala imanlı şəxslərə xitab edərək sələmin haram olması məsələsinə daha çox təkid etmək üçün buyurur: “Ey iman gətirənlər! Əgər möminsinizsə, Allahdan qorxun və sələmdən qalan məbləğdən imtina edin!”
Maraqlıdır ki, bu ayə də Allaha iman məsələsi ilə başlayır və iman məsələsi ilə sona çatır. Əslində, bu, sələm yeməyin iman ruhu ilə ziddiyyət təşkil etməsinə təkiddir. Yəni onlar təqvalı olduqları və sələmdən olan alacaqlarından imtina etdikləri zaman iman əldə edirlər.
Burada məqsəd xəvaricin böyük günahlar barəsindəki nəzərində qeyd edildiyi kimi, sələm yeyənlərin kafir olması deyil. Sadəcə olaraq, sələm möhkəm və faydalı imanla bir araya sığmır.
Sonrakı ayədə bəyan tərzi dəyişir və əvvəlki ayələrdə olan nəsihətlərin ardınca sələm yeyənlərə qarşı sərt xəbərdarlıq edilir ki, əgər öz işinizi davam etdirsəniz və haqq-ədalət qarşısında təslim olmasanız, Peyğəmbər (s) müharibəyə əl atmaqla sizin qarşınızı almaq məcburiyyətində qalacaq. Buyurur: “Əgər belə etməsəniz, bilin ki, Allah və Rəsulu sizinlə müharibə aparacaq”.
Bu, “təcavüzkar dəstə ilə o, Allahın əmrinə qayıdanadək vuruşun” ayəsində qeyd edilən hökmə əsaslanan müharibədir.
Hədislərin birində belə nəql edilib: “İmam Sadiq (ə) bir şəxsin həyasızlıqla sələm yediyini və onu adını “liba” (bulama) qoymasını eşitdikdə belə buyurur: “Əgər əlim çatsa, onu öldürərəm”.
Əlbəttə, bu hədisdən qətl hökmünün sələmin haram olmasını inkar edənlərə aid edilməsi məlum olur.
Ayənin ərəbcə orijinalında işlənmiş (fəzənu) sözünün kökü (izn) sözüdür. Əgər o, (lam) hərfi ilə təsirli feil edilsə, onun mənası "icazə vermək", (ba) hərfi ilə təsirli feil olsa, mənası “bilmək” olur. Buna görə də “fə’zənu bihərbin minəllahi və rəsulihi" ifadəsinin mənası “bilin ki, Allah və Rəsulu sizinlə müharibə aparacaq"dır. Yəni bu cümlə Allah və Peyğəmbər tərəfindən sələm yeyən bu özbaşına dəstəyə qarşı müharibə xəbərdarlığıdır. Buna görə də bəzilərinin onu "Allaha qarşı müharibə elan edin" kimi tərcümə etmələri düz deyil.
Qeyd edilən ayədən belə məlum olur ki, İslam hökuməti zor tətbiq edərək sələmçiliyin qarşısını ala bilər. (Həmçinin ayənin ərəbcə orijinalında (hərb) sözünün qeyri-müəyyənlik halda gətirilməsi müharibənin əhəmiyyətinə dəlalət edir.)
Sonra buyurur: "Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!"
Yəni tövbə edib sələm yeməkdən əl çəksəniz, camaatın əlində olan sərmayələrinizi (qazancınızı yox) geri ala bilərsiniz. Bu, tam ədalətli bir qanundur. Çünki bu qanun həm sizin başqalarına zülm etməyinizin, həm də başqalarının sizə qarşı zülm etməsinin qarşısını alır. Belə olan halda, siz nə zalım, nə də məzlum olacaqsınız!
"Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar" cümləsi sələm yeyənlər barədə olsa da, əslində, o, İslamın geniş mənalı şüarlarındandır. İslam bununla demək istəyir ki, müsəlmanlar zülm etməkdən çəkindikləri kimi, zülmə boyun əyməkdən də çəkinməlidirlər. Zülmə boyun əyən olmasa, zalıma çox az rast gəlmək olar. Əgər müsəlmanlar öz hüquqlarını müdafiə etmək üçün lazımi hazırlığa malik olsalar, heç kəs onlara zülm edə bilməz. Biz zalıma "zülm etmə!" deməmişdən əvvəl məzluma “zülmə boyun əymə” deməliyik.
Sonrakı ayədə buyurur: “Əgər sizə borcu olan şəxsin borcunu ödəməyə imkanı çatmazsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin!"
Bu ayə borclu şəxslərin hüquqlarından birini bəyan edir. Əgər onlar öz borclarının (artığını deyil) əslini qaytara bilməsələr, cahiliyyət dövründə olduğu kimi, daha artıq borc yükləmək və təzyiq göstərmək əvəzinə onlara möhlət vermək lazımdır. Bu, bütün borclular barəsində ümumi bir qanundur.
Hətta İslam hüququnda qeyd edilib ki, insanların borclarına görə evlərini və zəruri məişət əşyalarını müsadirə etmək və əllərindən almaq olmaz. Alacağı olan şəxslər borcludan yalnız qeyd edilənlərdən əlavə şeyləri almaq haqqına malikdirlər. Bu, cəmiyyətin imkansız təbəqələrinin aşkar himayə edilməsidir.
Ayənin sonunda buyurur: “(Əgər həqiqətən ödəməyə imkanı çatmırsa,) əgər (bu işin xeyrini) bilsəniz, Allaha görə bağışlamağınız daha yaxşıdır”.
Bu, hüquq çərçivəsindən xaric, öncə qeyd edilən hüquqi bəhsi təkmilləşdirən əxlaqi və insani bir məsələdir. Quran buyurur ki, əgər borclu şəxslərin sıxıntı içində olduğu bu kimi hallarda borclarını bağışlasanız, bu, sizin üçün hər cəhətdən xeyirdir. O, kin və intiqam hissini səmimiyyətə çevirir və cəmiyyətin zəif üzvlərini yeni fəaliyyətə sövq edir. Bundan əlavə, o, Allah yolunda verilmiş sədəqə, ianə və axirət azuqəsi hesab olunur.
Sözügedən ayələrin sonuncusunda sərt bir xəbərdarlıqla sələm mövzusunu sona çatdıraraq buyurur: "Allaha tərəf qaytarılacağınız gündən qorxun!”
"(O gün) hər kəsə gördüyü əməlin əvəzi kamil şəkildə veriləcək".
“Və heç kəsə qarşı haqsızlıq edilməyəcək”.
Çünki onların qarşılarına çıxanlar öz əməllərinin nəticəsidir. Quran adətən İslamın hökmlərini və hökmlərin xırdalıqlarını bəyan etdikdən sonra deyilənlərə təkid üçün ümumi xəbərdarlıq edir ki, əvvəl qeyd edilən hökm və təlimlər onların beyninə və ruhuna nüfuz etsin.
Sözügedən ayə də insanların diqqətini Qiyamətə və pis əməl sahiblərinin cəzasına yönəldərək belə xəbərdarlıq edir: Qarşıda insanın bütün əməllərinin tam dəqiqliklə ona təqdim ediləcəyi bir gün var. Varlıq aləminin “arxiv”ində saxlanılan əməllərinin hamısı həmin gün ona təqdim ediləcək. Bu zaman o, həmin əməllərinin acı nəticəsindən vahiməyə düşəcək. O, onların özlərinin əkdiyi məhsuldur və onlara əsla zülm olunmayıb, özləri özlərinə zülm ediblər: “Heç kəsə qarşı haqsızlıq edilməyəcək”.
Həmçinin bu ayə insanın əməllərinin axirətdə təcəssüm etməsinin dəlillərindən biridir.
İncəliklər:
1\. Son nazil olan ayə.
“Əd-Durrul-mənsur" təfsirində bu ayənin İslam Peyğəmbərinə (s) nazil olmuş son ayə olması bir neçə yolla nəql edilib. Onun mənasını nəzərə aldıqda bu, mümkün ola bilər. "Bəqərə” surəsinin Həzrət Peyğəmbərə (s) nazil olan son surə olmaması bununla ziddiyyət təşkil etmir. Çünki bəzən sonradan nazil olan ayələr Həzrət Peyğəmbərin (s) göstərişi ilə əvvəl nazil olmuş surələrdə yerləşdiriliblər.
2\. Sələmçiliyin ziyanları.
a) Sələmçilik cəmiyyətdə iqtisadi tarazlığı pozur və sərvətin cəmiyyətin bir hissəsində toplanmasına səbəb olur. Çünki onun sayəsində bir dəstə yalnız qazanc əldə edir, bütün iqtisadi ziyanlar isə başqa bir dəstənin üzərinə düşür. Əgər biz zəngin ölkələrlə yoxsul ölkələr arasındakı fasilənin gündən-günə artdığını eşidiriksə, bunun səbəblərindən biri budur və o, sonda qanlı müharibələrlə nəticələnir.
b) Sələmçilik qeyri-sağlam iqtisadi mübadilədir. O, insanlar arasındakı qarşılıqlı sevgi və əlaqələri süstləşdirir, qəlblərə kin və düşmənçilik toxumu səpir. Əslində, sələmçilik bu prinsip üzərində qurulub və sələm verən şəxs yalnız öz qazancını düşünür, borclunun zərər-ziyana uğramasını əsla nəzərə almır.
Həmin vaxt borclu şəxs sələm verən şəxsin pulu onu və başqalarını bədbəxt etmək üçün vasitəyə çevirdiyini başa düşür.
c) Sələm götürən şəxs ehtiyac üzündən sələmə razı olsa da, bu ədalətsizliyi heç vaxt unutmur, sələm verən şəxs tərəfindən daha çox təzyiqə məruz qaldıqda isə sələmçiyə lənət və nifrin edir, onun qanına susayır. O, canı bahasına əldə etdiyi qazancın sələmçinin cibinə "axmasının” şahidi olur və bu vaxt çoxsaylı cinayətlər baş verir. Borclu şəxs ya intihar edir, ya da sıxıntısı artdığı üçün sələm verəni faciəli şəkildə qətlə yetirir. Bəzən də bu, özünü ictimai böhran və inqilab şəklində büruzə verir.
Qarşılıqlı əməkdaşlıq və yardım bağlarının qırılması sələm verən və sələm alan xalq və ölkələr arasında da aydın müşahidə olunur. Öz sərvətlərinin sələm şəklində başqa xalqların cibinə “axdığını” görən xalqlar onlara kin, qəzəb və nifrətlə baxır, borc almağa məcbur olsalar da, münasib reaksiya verə biləcəkləri günü gözləyirlər.
Sələmçilik əxlaqi baxımdan borc alan şəxsin ruhuna olduqca mənfi təsir göstərir. O, qarşı tərəfə kin bəsləyir. Sələm fərd və xalqlar arasında ictimai əməkdaşlıq və yardım bağlarını süstləşdirir.
d) Hədislərdə qısa və dolğun bir cümlə ilə sələmin mənfi əxlaqi təsirinə işarə edilib. “Vəsailüş-şiə” kitabında Hişam ibn Salim sələmin haram olması barədə İmam Sadiqin belə buyurduğunu nəql edib:
"Allah insanlar yaxşı işdən imtina etməsinlər deyə sələmi haram edib”.
Bəqərə surəsi, 282-ci ayə
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَدَايَنْتُمْ بِدَيْنٍ إِلَى أَجَلٍ مُسَمًّى فَاكْتُبُوهُ وَلْيَكْتُبْ بَيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ وَلَا يَأْبَ كَاتِبٌ أَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللَّهُ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ وَلْيَتَّقِ اللَّهَ رَبَّهُ وَلَا يَبْخَسْ مِنْهُ شَيْئًا فَإِنْ كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لَا يَسْتَطِيعُ أَنْ يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِ وَاسْتَشْهِدُوا شَهِيدَيْنِ مِنْ رِجَالِكُمْ فَإِنْ لَمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ مِمَّنْ تَرْضَوْنَ مِنَ الشُّهَدَاءِ أَنْ تَضِلَّ إِحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الْأُخْرَى وَلَا يَأْبَ الشُّهَدَاءُ إِذَا مَا دُعُوا وَلَا تَسْأَمُوا أَنْ تَكْتُبُوهُ صَغِيرًا أَوْ كَبِيرًا إِلَى أَجَلِهِ ذَلِكُمْ أَقْسَطُ عِنْدَ اللَّهِ وَأَقْوَمُ لِلشَّهَادَةِ وَأَدْنَى أَلَّا تَرْتَابُوا إِلَّا أَنْ تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلَّا تَكْتُبُوهَا وَأَشْهِدُوا إِذَا تَبَايَعْتُمْ وَلَا يُضَارَّ كَاتِبٌ وَلَا شَهِيدٌ وَإِنْ تَفْعَلُوا فَإِنَّهُ فُسُوقٌ بِكُمْ وَاتَّقُوا اللَّهَ وَيُعَلِّمُكُمُ اللَّهُ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ .٢٨٢
Ayənin tərcüməsi
282\. Ey iman gətirənlər! Müəyyən müddətədək bir-birinizə borc verdikdə onu yazın. (Həmin sənədi) aranızdan bir nəfər katib ədalətlə yazmalıdır. Yazmağı bacaran şəxs Allahın öyrətdiyi şəkildə yazmaqdan boyun qaçırmamalıdır. O yazmalı, üzərində haqq olan yazdırmalı, Rəbbi olan Allahdan çəkinməli və heç nəyi ötürməməlidir. Əgər borc alan ağıldan kəm və ya ruhi xəstədirsə və yaxud (lal olduğu üçün) özü deyib yazdıra bilmirsə, (əvəzində) qəyyumu ədalətlə yazdırmalıdır. Aranızdan iki (adil) kişini (bu həqiqətə) şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz və etibar etdiyiniz bir kişi və iki qadın seçin (bu iki qadın birlikdə şahidlik etsin) ki, biri yayındıqda o birisi ona xatırlatsın. Şahidlər (şahidlik etməyə) çağırıldıqda boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq, (borcunuzu) yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə (mübahisəyə) düşməməyiniz üçün daha yaxşıdır. Lakin aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız sizin üçün günah deyildir. (Nağd) alqı-satqı etdikdə şahid tutun. Katibə və şahidə (doğrunu söylədiyi üçün) zərər verilməməlidir (təzyiq göstərilməməlidir). Əgər belə etsəniz, Allahın əmrindən çıxmış olarsınız. Allahdan qorxun. Allah sizə öyrədir və Allah hər şeyi biləndir.
Ayənin təfsiri.
Quranın ən uzun ayəsində ticarət sənədinin tənzimlənməsi.
Allah yolunda ianə vermək və sələmdən bəhs edilən ayələrin ardınca Quranın ən uzun ayəsi olan bu ayədə ticari-iqtisadi məsələlər barəsində dəqiq hökm və qanunlar bəyan edilib ki, sərmayələr daha çox təbii inkişaf etsin və insanlar arasında mübahisə, ixtilaf və çəkişmələr baş verməsin.
Bu ayədə maliyyə əməliyyatları barədə on doqquz mühüm göstəriş verilib.
1\. Birinci hökmdə belə buyurur: "Ey iman gətirənlər! Müəyyən müddətədək bir-birinizə borc verdikdə onu yazın".
Bu ifadədən həm borc almağın caiz olması, həm də borc üçün müddət təyin edilməsinin gərəkliliyi hökmü çıxır.
Ayənin ərəbcəsində (qǝrz) deyil, (dəyn) sözündən istifadə edilib. Çünki (qərz) sözündən bir-birinə bənzəyən iki şeyin mübadiləsi zamanı istifadə edilir. Məsələn, şəxs birindən bir şey borc alır, sonra onun bənzərini qaytarır. Lakin (dəyn) sözü borcun bütün növlərinə – istər borc almaqla yaranmış olsun, istərsə də tərəflərdən birinin öhdəlik götürdüyü digər əməliyyatlar, məsələn, icarə, sülh və alqı-satqı vasitəsi ilə şamil olur.
Buna görə də sözügedən ayə eyni cinsli borclara şamil olmaqla yanaşı, sələf və nisyə alqı-satqıda mövcud olan bütün borcları ehtiva edir.
Bəziləri onu yalnız sələf alqı-satqıya aid ediblər. Lakin bu, tam əsassızdır. Hərçənd ki ola bilər onun nazilolma səbəbi sələf alqı-satqı barəsində olsun.
2,3. Daha Çox xatircəmlik yaranması və müqavilənin ehtimal olunan müdaxilələrdən amanda qalması üçün buyurur: “(Həmin sənədi) aranızdan bir nəfər katib ədalətlə yazmalıdır”.
Deməli, həmin müqavilə üçüncü şəxs tərəfindən tənzimlənməli və həmin şəxs ədalətli adam olmalıdır.
Bu və bundan əvvəlki cümlənin zahiri bu müqavilənin yazılmasının vacib olması təsiri bağışlayır. Çünki bir hökmün əmr formasında deyilməsi onun vacib olmasına dəlalət edir. Buna görə də bəzi əhli- sünnə alimləri bunu vacib hesab ediblər.
Lakin böyük şiə və əhli-sünnə alimləri başqa dəlillərə əsaslanaraq onun müstəhəb olması qənaətinə gəliblər. (Ola bilər ki, hökmün əmr formasında gətirilməsi mübahisə və qarşıdurma yaranmasının qarşısını almaq üçün yol göstərmə və tövsiyə xarakteri daşıyır.) “Əgər bir- birinizə etibar edirsinizsə, etibar olunmuş şəxs (ortada yazı olmasa da,) borcunu geri qaytarsın” buyurulan sonrakı ayədən bu hökmün ortada inam olmayan və mübahisə yaranması ehtimalı olan yerə aid olduğu məlum olur.
Diqqət çəkən məqamlardan biri də "ədalət" sifətinin yazıya aid olmasıdır. Çünki yazan ədalətli olmalıdır ki, ədalətlə də yazsın.
4\. "Yazmağı bacaran şəxs Allahın öyrətdiyi şəkildə yazmaqdan boyun qaçırmamalıdır.”
Yəni o, Allahın ona verdiyi nemətin əvəzi olaraq müqavilə yazmaqdan boyun qaçırmamalı, bu işdə alqı-satqı tərəflərinə (xüsusilə ayənin nazil olduğu və savadlı adamların çox az olduğu mühitdə) kömək etməlidir.
Yuxarıdakı təfsirə əsasən, “Allahın öyrətdiyi şəkildə” ifadəsi daha çox təkid və təşviq xarakteri daşıyır. Lakin, ola bilər ki, o, bir başqa hökmǝ - yazmaqda son dərəcə əmanətdarlığa riayət edilməsinə işarə olsun. Yəni o, sənədi Allahın ona öyrətdiyi kimi tənzimləməlidir.
Görəsən, həmin şəxsin yazmaq dəvətini qəbul etməsi "vacibi- eyni"dirmi? Şübhəsiz, bu sualın cavabı mənfidir. Çünki onu kimsə yerinə yetirsə, hökm başqalarının boynundan götürülür. Buna görə də bəzi alimlər onun "vacibi-kifayi" olması hökmünü veriblər.
Lakin alimlərin çoxu bu işin də müstəhəb və bir növ "yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbirlik” olduğunu deyiblər. Bu ayənin sonrakı cümlələrindən onun müstəhəb olmasına dair dəlillər tapmaq mümkündür. Əgər ictimai vəziyyət tələb edirsə, vacib, başqa hallarda isə müstəhəbdir.
Görəsən, katib zəhmət haqqı ala bilərmi? Həmçinin mürəkkəb, qələm və kağızın xərci kimin öhdəsindədir?
Bəziləri bunların katibin öhdəsində olduğunu və onun zəhmət haqqı almaq haqqına malik olmadığını güman edirlər. Lakin bu, düz deyil. Çünki bu qəbildən olan vaciblər üçün zəhmət haqqı almağın eybi yoxdur. Onun xərcləri də iş sahibinin öhdəsindədir.
5\. “O yazmalı, üzərində haqq olan yazdırmalıdır”.
Alqı-satqı tərəflərindən biri müqavilənin formasını diktə etməlidir ki, katib yazsın. Lakin bunu tərəflərdən hansı etməlidir?
Ayə buyurur ki, üzərində haqq olan diktə etməlidir. Ümumiyyətlə, sənədlərdə əsas imza borclu şəxsin imzası sayılır və sənəd onun diktəsi ilə hazırlananda istənilən inkarın qarşısı alınır.
6\. "Rəbbi olan Allahdan çəkinməli və heç nəyi ötürməməlidir”.
7\. "Əgər borc alan ağıldan kəm və ya ruhi xəstədirsə və yaxud (lal olduğu üçün) özü deyib yazdıra bilmirsə, (əvəzində) qəyyumu ədalətlə yazdırmalıdır”.
Deməli, üç dəstənin əvəzinə onun qəyyumu diktə etməlidir:
Birincisi, ağıldan kəm səfəhlərin – (dəli olmasalar da,) öz xeyir- ziyanını və maliyyə məsələlərini tənzimləyə bilməyən şəxslərin;
İkincisi, düçüncə qabiliyyəti zəif olanların, azyaşlı uşaqların, əldən düşmüş və yaddaşı zəifləmiş qocaların və ya dəli və lalların; Üçüncüsü, lal olmasalar belə, diktə etmək qabiliyyəti olmayan kəslərin.
Bu cümlədən dolayısı ilə başqa bir hökm – səfeh və ağıldan kəm olanların öz mallarını sərf etmələrinin qadağan olunması və qəyyumun onların bu kimi işlərinə müdaxilə etməsi hökmü də çıxır.
8\. Qǝyyum da himayəsində olan şəxslərin borclarının diktə və etiraf edilməsində ədalətə riayət etməlidir: "...ədalətlə..."
Nə onların haqqından artıq bir şey deməlidir, nə də onların ziyanına iş görməlidir.
9\. Sonra buyurur: "Aranızdan iki (adil) kişini (bu həqiqətə) şahid tutun.
10,11. Həmin iki şahid kişi olmalıdır: “...iki kişini..."
Onlar həm həddi-büluğa çatmış olmalıdır, həm də müsəlman (Ayənin ərəbcə orijinalında işlənmiş (rical) (kişi) sözü həddi-büluğ mənasını və onun (kum) (sizin) bitişik əvəzliyi ilə izafat tərkibinə girməsi onların müsəlman olmasını ifadə edir. Çünki burada xitab müsəlmanlaradır.)
12,13. "Əgər iki kişi olmazsa, razı olduğunuz və etibar etdiyiniz bir kişi və iki qadın seçin”.
Yəni şahidlər inanılmış və ədalətli şəxslər olmalıdırlar. Bu məsələyə hədislərdə də geniş şəkildə toxunulub. Həmçinin şahid mübahisə yaranmış məsələdə maraqlı tərəf olmamalıdır.
14\. Əgər şahidlərin hər ikisi kişi olsa, onların hər biri ayrı- ayrılıqda şahidlik edə bilər. Lakin şahid bir kişi və iki qadından ibarət olsa, həmin iki qadın birlikdə şahidlik etməlidir "ki, biri yayındıqda o birisi ona xatırlatsın”.
Çünki qadınlar emosional olduqları üçün təsir altına düşə və şahidlik edərkən unutqanlıq və ya başqa səbəbdən düz yoldan çıxa bilərlər. Əgər belə bir şey baş verərsə, gərək onlardan biri digərinə xatırlatsın. Əlbəttə, bu ehtimal kişilər barəsində də var, lakin bu, az və zəifdir.
15\. Bu məsələnin hökmlərindən biri də budur ki, "şahidlər (şahidlik etməyə) çağırıldıqda boyun qaçırmamalıdırlar". Yəni şahidlik etmək üçün çağırıldıqda şahidlərin şahidlik etməsi vacibdir.
Bir ehtimal da var ki, həm işin baş verməsi üçün dəvət ediləndə, həm də sonradan şəhadət vermək üçün getmək vacibdir.
16\. Borc az və ya çox olmasından asılı olmayaraq, yazılmalıdır.
Çünki sağlam iqtisadi əlaqələr kiçik borclar üçün də müqavilənin yazılmasını tələb edir. Buna görə də sonrakı cümlədə buyurur: "Az və ya çox olmasından asılı olmayaraq, (borcunuzu) yazmaqdan usanmayın".
Sonra buyurur: "Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə (mübahisəyə) düşməməyiniz üçün daha yaxşıdır”.
Əslində, bu cümlə alqı-satqı sənədlərinin yazılması barəsində qeyd edilən hökmlərin fəlsəfəsinə işarə edir. Həmin sənədlərin diqqətlə tənzimlənməsi bir tərəfdən ədalətin icrasını təmin edir, bir tərəfdən şahidlərin şəhadətini gücləndirir, digər tərəfdən də cəmiyyət üzvləri arasında bədbinliyin yaranmasının qarşısını alır.
Tənzimlənmiş sənədlər şahid və sənəd-sübut kimi hakimlər tərəfindən mötəbər hesab edilə bilər. Hərçənd ki bəzi fəqihlər ona elə də etina etmirlər.
17\. Sonra bu hökmdən bir məsələni istisna edərək buyurur: "Lakin aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız sizin üçün günah deyildir”.
Ayənin ərəbcə orijinalında işlənmiş “ticarətən hazirəh” ifadəsinin mənası "nağd ticarət”dir və "tudirunəhə bəynəkum" (hərfi tərcüməsi “aranızda əlbəəl dövr etdirdiyiniz"dir) ifadəsi ticarətin nağd olmasına təkid məqsədi daşıyır.
Həmçinin "fə ləysə ələykum cunəhun" "eybi yoxdur" ifadəsindən nağd ticarətdə sənəd tənzimlənməsinin yaxşı iş olduğu məlum olur. Çünki bir çox hallarda nağd ticarətdə də pulun ödənilməsi, malın miqdarı, yaxud tərəflərin hüquqları barədə mübahisə yaranır. Əgər yazılı sənəd tənzimlənsə, həmin mübahisələrə son qoyular.
18\. Nağd ticarətdə sənəd tənzimlənməsi və yazılması vacib olmasa da, şahid tutmaq daha yaxşıdır. Çünki bu, gələcəkdə yarana biləcək ixtilafların qarşısını alar. Buna görə də buyurur: "(Nağd) alqı-satqı etdikdə şahid tutun”.
Burada məqsədin nağd və nisyə olmasından asılı olmayaraq, bütün alqı-satqılara aid edilməsi ehtimalı da var. Buna görə də həm şiə, həm də əhli-sünnə alimləri – az bir qismi istisna olmaqla bu göstərişi vacib deyil, müstəhəb hesab ediblər. Sonrakı ayədə də buna dəlalət edən dəlil var.
Şübhəsiz, o, (çörək, yemək və sairə kimi) gündəlik baş verən kiçik alqı-satqılara aid deyil.
19\. Bu ayədə qeyd edilən son hökmdə buyurur: “Katibə və şahidə (doğrunu söylədiyi üçün) zərər verilməməlidir (təzyiq göstərilməməlidir). Əgər belə etsəniz, Allahın əmrindən çıxmış olarsınız".
Beləcə, Quran katib və şahidlərə toxunulmazlıq hüququ verir və təkidlə haqq-ədaləti bərqərar edən həmin şəxslərə toxunmamağı tapşırır. Deyilənlərdən ayənin ərəbcə orijinalında işlənmiş (la yuzarrǝ) feilinin "təhrif edib incitməsinlər” mənası verən məlum feil deyil, "onlara zərər verilməməlidir" mənasında olan məchul feil olması məlum olur.
Bütün hökmlər bəyan edildikdən sonra ayənin sonunda insanları təqvalı olmağa, Allahın əmrlərinə itaət etməyə dəvət edərək buyurur: "Allahdan qorxun!"
Sonra "Allah sizə öyrədir" deyə buyuraraq Allahın insanlara maddi və mənəvi həyatda ehtiyacları olan hər şeyi öyrətdiyini yada salır.
Həmçinin buyurur: "Və Allah hər şeyi biləndir”.
Yəni O, insanların xeyir və ziyanına olan şeyləri bilir və ona uyğun qanunlar müəyyənləşdirir.
İncəliklər:
1\. Müsəlmanların intizamlı olmasına və iqtisadi məsələlərinə diqqət.
Qurani-Kərimin ən uzun ayəsində ticarət və digər əməliyyatlarda sənəd tənzimlənməsi barədə qeyd edilən bu dəqiq hökmlər və onların bütün mərhələlərdə tam xırdalığı ilə izah edilməsi Quranın müsəlmanların iqtisadi məsələlərinə və işlərinin nizam-intizama əsaslanmasına nə qədər çox diqqət və əhəmiyyət verməsinin göstəricisidir. Bu kitabın yazıb-oxumaq bilənlərin sayının az olduğu bir cəmiyyətdə nazil olması, onun dərs oxumamış və məktəbə getməmiş bir şəxs tərəfindən gətirilməsi bir tərəfdən Quranın əzəmətinə, digər tərəfdən isə müsəlmanların iqtisadi sisteminin əhəmiyyətinə dəlalət edir.
Əli ibn İbrahim özünün məşhur təfsirində belə yazır: “Hədislərdə “Bəqərə” surəsində İslamın beş yüz hökmünün mövcud olması qeyd edilib. Təkcə bu ayədə on beş hökm bəyan edilib".!
Bu ayədə bəyan edilən hökmlərin sayı on doqquza çatır və əgər bir hökmün içində olan digər hökmləri də nəzərə alsaq, onların sayı bundan daha çox olacaq. Hətta Fazil Miqdad "Kənzül-ümmal” kitabında ondan birbaşa iyirmi bir və bir neçə dolayı hökm çıxarıb. Bu ayədə on beş hökmün olmasını deyənlər hökmlərin bəzisini bəzisi ilə birləşdiriblər.
2\. Elm ilə təqvanın bir-birinə bağlılığı.
"Allahdan qorxun" və "Allah sizə öyrədir" cümlələri bir-birinə bağlanmış müstəqil cümlələr olsalar da, onların bir-birinin yanında qeyd edilməsi aralarında bir əlaqə və bağlılığın olmasının nişanəsidir. Yəni təqva, pəhrizkarlıq və Allaha ibadətin insanın agahlıq və bəsirətinə, elm və biliyinin artmasına təsiri böyükdür. İnsanın qəlbi təqva ilə cilalananda o, həqiqətləri güzgü kimi əks etdirir. Bu, tam məntiqi bir məsələdir. Çünki pis xüsusiyyət və əməllər pərdə kimi insanın düşüncəsinin üstünü örtür və onun həqiqətin simasını olduğu kimi görməsinə mane olur. Təqva vasitəsi ilə pərdələr kənara çəkildikdən sonra haqqın siması aşkar olur.
Yəni: Həqiqət gözəl bir məkan, nəfsi istəklər isə toz-torpaq kimidir. Məgər görmürsən ki, toz-torpaq qalxanda adamın gözü sağlam olsa da, o, heç yeri görmür?
Lakin bəzi nadan sufilər bundan sui-istifadə edərək onu rəsmi təhsil almağı tərk etmək üçün əllərində bəhanə ediblər. Halbuki bu, Quranın bir çox ayələri və çoxsaylı hədislərlə ziddiyyət təşkil edir.
Həqiqətdə elmlərin bir qismi rəsmi təlim yolu ilə öyrənilməli, ilahi elmlər olan digər bir qismi isə qəlbin paklığı, onun təqva ilə yuyulması və Allahı tanımaq vasitəsi ilə əldə edilməlidir. Bu, Allahın istədiyi və layiq bildiyi hər bir kəsin qəlbinə qoyduğu elmdir.
"Elm bir nurdur ki, Allah onu istədiyi şəxsin qəlbinə qoyur".
Bəqərə surəsi, 283-cü ayə
وَإِنْ كُنْتُمْ عَلَى سَفَرٍ وَلَمْ تَجِدُوا كَاتِبًا فَرِهَانٌ مَقْبُوضَةٌ فَإِنْ أَمِنَ بَعْضُكُمْ بَعْضًا فَلْيُؤَدِّ الَّذِي اؤْتُمِنَ أَمَانَتَهُ وَلْيَتَّقِ اللَّهَ رَبَّهُ وَلَا تَكْتُمُوا الشَّهَادَةَ وَمَنْ يَكْتُمْهَا فَإِنَّهُ آثِمٌ قَلْبُهُ وَاللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ .٢٨٣
Ayənin tərcüməsi
283\. Əgər səfərdə olsanız və katib tapmasanız, girov alın. (Borc yiyəsinə girov verilsin.) Əgər bir-birinizə (tam) etibar edirsinizsə, (girov lazım deyil və) etibar olunmuş şəxs əmanətini (və borcunu təyin olunan vaxtda) geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiklərinizi bilir.
Ayənin təfsiri.
Ticarət sənədinin tənzimlənməsi bəhsinin davamı.
Bu ayə ticarət sənədinin tənzimlənməsi barədə bir neçə hökmü bəyan edərək əvvəlki ayənin mövzusunu daha da təkmilləşdirir. Həmin hökmlər bunlardır:
1\. "Əgər səfərdə olsanız və (sənədi yazıb tənzimləmək üçün) katib tapmasanız, girov alın”.
İlk baxışda ayənin zahirindən “girov qoymaq” qanununun ancaq səfərə aid edilməsi başa düşülə bilər. Lakin “və (sənədi yazıb tənzimləmək üçün) katib tapmasanız" ifadəsindən məqsədin sənədi tənzimləyəcək adam tapılmayan bütün hallara aid edildiyi məlum olur.
Buna görə də şəxs öz vətənində olarkən də sənədi tənzimləyəcək adam tapa bilməsə, girovla kifayətlənə bilər. Məqsəd alqı-satqı və digər Əməliyyatların möhkəm təməl üzərində qurulmasıdır. Bu xatircəmliyin sənədin tənzimlənməsi və şahid tutmaqla, yaxud girov qoymaqla hasil olmasının fərqi yoxdur.
Bu həqiqətə Əhli-beytdən (ə) nəql edilmiş hədislərdə də işarə edilib. O cümlədən məşhur şiə və əhli-sünnə mənbələrində Həzrət Peyğəmbərin (s) Mədinədə öz zirehini qeyri-müsəlmanın yanında girov qoyaraq ondan müəyyən məbləğdə borc aldığı nəql edilib.
Həmin dövrdə yazıb-oxumaq savadı olan adamların sayı olduqca az olduğu üçün bəzən karvanda bir nəfər də olsun savadlı adam tapmaq mümkün olmurdu.
2\. Girov mütləq təhvil alınmalı və borc verən şəxsin ixtiyarında olmalıdır ki, xatircəmlik yarada bilsin. Buna görə də buyurur: "Girov alın”.
“Təfsiri-Əyyaşi"də İmam Sadiqdən (ə) belə nəql edilib: "Alacağı olan şəxs mütləq girovu təhvil almalıdır".
3\. Sonra həmin hökmə istisna olaraq buyurur: "Əgər bir-birinizə (tam) etibar edirsinizsə, (girov lazım deyil və) etibar olunmuş şəxs əmanətini (və borcunu təyin olunan vaxtda) geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun”.
Borc vermiş şəxs ona etimad etdiyi kimi, o da həmin etimadı doğrultmalı, onun haqqını gecikdirmədən qaytarmalı və təqvanı unutmamalıdır.
Burada borc vermiş şəxsin qarşı tərəfdən alacağı "əmanət" adlandırılıb və bildiyimiz kimi, əmanətə xəyanət etmək böyük günahdır.
4\. Sonra hamıya xitab edərək şəhadət barəsində geniş bir hökm bəyan edir: “Şahidliyi gizlətməyin”
Başqalarının haqq və hüquqları barədə məlumatı olanlar şəhadət insanların haqqı barədə hətta dəvətsiz belə şəhadət vermək lazımdır. verməyə çağırıldıqda bildiklərini gizlətməməlidirlər. Çoxlarının nəzərincə,
Şəhadət vermək "vacibi-kifayi”dir. Yəni başqaları şəhadət versə və haqq sübut olunsa, bu məsuliyyət digərlərinin boynundan götürülür. Şəhadətin gizlədilməsi qəlb və ruh ilə baş verdiyi üçün o, qəlbin günahı kimi təqdim edilib. Buyurur: "Onu gizlədən şəxsin qəlbi günahkardır”.
Ayənin sonunda yenə əmanətin qorunması və qarşılıqlı hüquqlara riayət edilməsinə təkid etmək üçün buyurur: “Allah etdiklərinizi bilir”.
Ola bilər ki, kimin şəhadət verməyə qadir olub kimin qadir olmadığını insanlar bilməsin. Həmçinin, ola bilər ki, insanlar sənəd və girov olmadığı üçün kimin kimə borclu olduğundan xəbərsiz olsun. Lakin Allah bunların hamısını bilir və hər bir kəsə əməlinə görə qarşılıq verəcək.
Bəqərə surəsi, 284-cü ayə
لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَإِنْ تُبْدُوا مَا فِي أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللَّهُ فَيَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .٢٨٤
Ayənin tərcüməsi
284\. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. (Buna görə) ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah sizi ona uyğun hesaba çəkəcək. İstədiyini (layiq olanı) bağışlayar, istədiyinə (layiq olana) da əzab verər. Allah hər şeyə qadirdir.
Ayənin təfsiri.
Hər şey Ona məxsusdur!
Bu ayə əvvəlki ayənin son cümləsini təkmilləşdirərək buyurur: “Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. (Buna görə) ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah sizi ona uyğun hesaba çəkəcək”.
"İstədiyini (layiq olanı) bağışlayar, istədiyinə (layiq olana) da əzab verər”.
Yəni şəhadətin gizlədilməsi kimi əməllər və digər qəlb günahları Ona gizli qalmır. Varlıq aləminin, yer və göyün sahibinə heç nə gizli qalmaz. Allahın gizli günahlara görə də cəza verəcəyini eşidəndə təəccüblənməyin.
Sözügedən ayənin əvvəlki ayələrdə qeyd edilmiş bütün hökmlərə - xalis niyyətlə verilən ianələr, riya, minnət və qarşı tərəfin incidilməsi ilə qarışmış ianələr, namaz, oruc və digər hökmlər, həmçinin əqaid məsələlərinə aid olması ehtimalı da var.
Ayənin sonunda buyurur: "Allah hər şeyə qadirdir".
شَيْءٍقَدِيرٌ
O həm bu dünyada olanların hamısından xəbərdardır, həm ləyaqətləri müəyyənləşdirməyə qadirdir, həm də əmrdən çıxanları cəzalandıracaq.
İncəliklər:
1\. Bəziləri bu ayənin “günahın niyyəti günah deyil” mənası ifadə edən çoxsaylı hədislərlə ziddiyyət təşkil etdiyini düşünür.
Lakin onun cavabı aydındır. Çünki həmin hədislər əməldə xarici nümunəsi olan və niyyətin onun müqəddiməsi rolunu oynadığı zülm, yalan, başqalarının haqqının qəsb edilməsi kimi günahlara aiddir, (şirk, riyakarlıq, şəhadətin verilməməsi kimi) zatən batini xarakter daşıyan və qəlbin işi olan günahlara yox.
Bu ayənin başqa bir təfsiri də var və o, hər hansı əməlin müxtəlif cür yerinə yetirilməsidir. Məsələn, Allah yolunda verilən ianə bəzən Allaha xatir, bəzən riyakarlıq, bəzən də şöhrətpərəstlik üçün olur. Ayə buyurur ki, öz niyyətlərinizi aşkar etsəniz də, gizlətsəniz də Allah ondan xəbərdardır və sizə ona uyğun əvəz verəcək. Yəni o, "hər bir əməl yalnız niyyətdən ibarətdir” hədisində də deyilən mənaya işarə edir.
2\. "İstədiyini bağışlayar, istədiyinə da əzab verər" ifadəsinin mənası Allahın istəyinin səbəbsiz olması deyil. Onun bağışlamasının da öz dəlili var və o, bağışlanan şəxsin bağışlanmağa, digərinin isə cəzaya layiq olmasıdır.
Bəqərə surəsi, 285-ci ayə
آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ .٢٨٥
Ayənin tərcüməsi
285\. Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirdi. Möminlər də hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər (və dedilər:) “Biz Onun elçiləri arasında fərq qoymuruq (hamısına inanırıq)". Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanmaq diləyirik və dönüş(ümüz) yalnız Sənədir".
Ayənin təfsiri.
İmanın qayda-qanunu.
"Bəqərə” surəsi İslam təlimləri və etiqadi məsələlərin bəyan edilməsi ilə başladı və həmin mənanı ifadə edən sözügedən və ondan sonrakı ayə ilə də sona çatır. Beləcə, onun əvvəli ilə sonu bir-biri ilə tam uzlaşır.
Bəzi təsfirçilər bu ayənin nazilolma səbəbini belə nəql ediblər: “Ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah sizi ona uyğun hesaba çəkəcək” buyuran əvvəlki ayə nazil olduqda səhabələrin bir qismi qorxuya düşdü. (Onlar Həzrət Peyğəmbərə (s) dedilər: "Bizim hamımızın batinində vəsvəsələr olur, qəlbimizdən müəyyən şeylər keçir".) Həmin vaxt sözügedən ayə nazil oldu və onlara imanın qayda-qanununu, Allah dərgahında raz-niyaz etməyin, Ona itaət və təslim olmağın yolunu öyrətdi."
Əvvəlcə buyurur: "Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirdi”.
Öz hədəf və məktəbinə möhkəm iman bəsləmək və etiqadda heç bir süstlüyə yol verməmək Allah elçilərinin imtiyazlarındandır. Onlar hamıdan əvvəl mömin olublar və çətinliklərə hamıdan çox müqavimət göstəriblər.
“Əraf” surəsinin 158-ci ayəsində bu, İslam Peyğəmbərinin (s) özəl xüsusiyyətlərindən biri hesab edilmişdir. Buyurur:
“Allaha, eləcə də Onun Allaha və Allahın sözlərinə inanan və təhsil görməmiş peyğəmbəri olan elçisinə iman gətirin".
Sonra buyurur: "Möminlər də hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər (və dedilər:) "Biz Onun elçiləri arasında fərq qoymuruq (hamısına inanırıq)".
Möminlər “Allahı və peyğəmbərlərini inkar edənlər, Allah və peyğəmbərləri arasında fərq qoyanlar, "biz (peyğəmbərlərin) bəzisinə inanır, bəzisinə isə inanmırıq" deyənlər”dən fərqli olaraq, Allahın elçiləri arasında heç bir fərq qoymur, onların hamısının Allah tərəfindən göndərilməsinə etiqad bəsləyir və hamısına hörmət edirlər.
Bu, əvvəlki dinlərin sonrakı dinlər vasitəsi ilə nəsx (ləğv) edilməsi ilə ziddiyyət təşkil etmir. Çünki peyğəmbərlərin təlimləri təhsilin ibtidai, orta və ali kimi müxtəlif mərhələlərinə bənzəyir. Onların kökü eyni olsa da, tətbiq edilmə mərhələləri fərqlidir, yuxarı mərhələyə qalxdıqdan sonra əvvəlki təlimlər kənarda qalır, lakin bununla belə, onların hamısı ehtirama layiqdir.
Sonra buyurur: Möminlər bu möhkəm və hərtərəfli imandan əlavə, əməl məqamında da “eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanmaq diləyirik və dönüş(ümüz) yalnız Sənədir" deyərlər.
Ayənin ərəbcə orijinalında işlənmiş (sǝmina) sözü bəzi yerlərdə "başa düşdük və təsdiq etdik" mənasında işlənir və həmin yerlərdən biri də buradır. Yəni biz Sənin peyğəmbərlərinin dəvətini bütün vücudumuzla qəbul etdik və onlara itaət etmək və tabe olmaq məqamındayıq. Lakin bəzən nəfsi istəklər bizə qalib gəlir, "büdrəyirik", Səndən bizi bağışlamağını umuruq, bilirik ki, son dönüş yeri Sənə tərəfdir.
Beləliklə, yaradılışın başlanğıcına, məada və Allah elçilərinə iman Allahın bütün göstərişlərinə əməli bağlılıqla müşayiət olunur.
Bəqərə surəsi, 286-cı ayə
لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ .٢٨٦
Ayənin tərcüməsi
286\. Allah hər kəsin üzərinə yalnız gücü yetdiyi qədər məsuliyyət qoyur. (İnsanın) gördüyü (yaxşı) iş öz xeyrinə, (pis) iş isə öz əleyhinədir. (Möminlər deyirlər:) "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərin üzərinə (günah etdikləri üçün) qoyduğun ağır məsuliyyəti bizim üzərimizə qoyma! Ey Rəbbimiz, bizi gücümüz çatmayan şeyi daşımağa vadar etmə! Günahın nəticələrini bizdən uzaq et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövla və rəhbərimizsən. Kafirlər üzərində (qələbə çalmaqda) bizə kömək et!”
Ayənin təfsiri.
Bir neçə mühüm istək.
Əvvəlki #### Ayənin təfsirində qeyd edildiyi kimi, bu iki ayə “ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah sizi ona uyğun hesaba çəkəcək” ayəsi nazil olduqdan sonra narahat olub "bizim hamımızın batinində vəsvəsələr olur, qəlbimizdən müəyyən şeylər keçir” deyən kəslər barəsində nazil olub.
Ayə buyurur: "Allah hər kəsin üzərinə yalnız gücü yetdiyi qədər məsuliyyət qoyur”.
Ayənin ərəbcə orijinalında işlənmiş (vus) sözünün mənası "genişlik və qüdrət"dir. Bu ayə ilahi vəzifələrin insanların güc va bacarığından artıq olmaması barəsindəki əqli həqiqəti təsdiq edir. Buna görə də bütün hökmlərin bu ayə ilə təfsir edilib şərtləndiyini və onların insanın gücünün çatdığı hallarda məhdudlaşdığını demək olar.
Hikmət sahibi olan ədalətli qanunvericinin qanunu bundan başqa cür ola bilməz. Sözügedən cümlə şəriət hökmlərinin ağılın hökmündən kənar olmamasını və onların (ağıl ilə şəriətin) bütün mərhələlərdə yanaşı addımladığını təsdiqləyir.
Daha sonra buyurur: “(İnsanın) gördüyü (yaxşı) iş öz xeyrinə, (pis) iş isə öz əleyhinədir.
Hər bir kəs öz pis və ya yaxşı əməlinin “məhsulunu yığacaq”, həm bu dünyada, həm də axirətdə onun nəticələrini görəcək.
Sözügedən ayə insanlara məsuliyyət daşıdıqlarını başa salır, onları əməllərinin sonu barədə düşünməyə sövq edir və bəzilərinin özlərinə haqq qazandırmaq üçün uydurduğu məcburiyyət, bəxt, tale və başqa uydurma inancları inkar edir.
Bu ayədə yaxşı əməllər barəsində (kəsəbət), pis əməllər barəsində isə (iktəsəbət) sözündən istifadə edilib. Bəlkə də, insanın qazandığı yaxşı və pis əməllər barəsində belə fərqli ifadənin işlədilməsinin səbəbi (kəsəbə) sözünün insanın öz içindən gələn istəklə, heç bir məcburiyyət olmadan yerinə yetirilən və fitrəti ilə düz gələn işlərə, (iktəsəbət) sözünün isə insan fitrətinə və təbiətinə zidd olan işlərə aid olmasıdır. Buradan da yaxşı işlərin insanın fitrətinə uyğun, şər işlərin isə insanın fitrətinə zidd olması məlum olur.
Rağib "Müfrǝdat" kitabında bu iki ifadə arasında başqa bir fərqin olduğunu qeyd edib. O yazır ki, (kəsəbə) sözü faydası ancaq insanın özünə aid olmayan və başqalarına da şamil olan işlər barəsində işlədilir. (Buna xeyir işləri misal göstərmək olar ki, onların nəticəsi yalnız yerinə yetirənə deyil, bəzən qohumlara, yaxınlara, dostlara da şamil olur.) Halbuki (iktəsəbət) sözü işin nəticəsi ancaq insanın özünə aid olduğu hallarda işlədilir və o, günahlara aiddir. (Bu fərq (kəsəbə) və (iktəsəbət) sözlərinin bir-birinin qarşısında işlədildiyi hala aiddir.)
Bu iki prinsipin (hər bir insanın boynuna onun gücü çatan vəzifə qoyulması və hər bir kəsin öz əməlinə görə məsuliyyət daşıması prinsiplərinin) ardınca möminlərin dilindən Allah dərgahından yeddi dilək istənilir ki, əslində, bu, hamı üçün nə demək və istəmək barəsində bir təlimdir.
Əvvəlcə belə buyurur: "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma”.
Onlar öz əməllərinə görə məsuliyyət daşıdıqlarını bildikləri üçün Allah dərgahına ixlasla dua edərək Allahı "Rəbb" - onları xüsusi lütf və mərhəmətlə yetişdirib tərbiyən edən adlandırırlar ve belə deyirlər: İlahi, həyat unutqanlıq və səhvsiz deyil, biz günah etməməyə çalışırıq, lakin sən bizim səhv və xətalarımızı bağışla.
Məgər Allah-taala kimisə unutqanlıq və ya diqqətsizlikdən doğan səhvinə görə cəzalandıra bilərmi ki, belə bir istəyə ehtiyac olsun?
Bəzən unutqanlıq insanın səhlənkarlığının nəticəsi olur. Şübhəsiz, bu cür unutqanlıqlar insanın məsuliyyətini azaltmır. Məsələn, Quran belə buyurur:
“Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın (Cəhənnəm əzabını)!”
Buna görə də səhlənkarlıqdan doğan unutqanlıqlar cəzaya layiqdir. Digər bir məsələ unutqanlıqla xəta arasında aydın fərqin olmasıdır. Adətən "xəta" qəflət və diqqətsizlik üzündən baş verən işlər barəsində işlədilir. Məsələn, bir şəxs ov zamanı bir güllə atır və həmin güllə atanın istəyi olmadan başqa bir şəxsə dəyir və onu yaralayır. “Unutqanlıq” isə insanın hər işdə diqqətli olduğu, lakin hadisənin xırdalıqlarını unutduğu zaman işlədilir. Məsələn, bir şəxs həqiqi günahkarın xüsusiyyətlərini unutduğu üçün başqa bir şəxsi günahkar adı ilə cəzalandırır.
Sonra ayə onların ikinci istəyini bəyan edərək buyurur: “Ey Rǝb- bimiz, bizdən əvvəlkilərin üzərinə (günah etdikləri üçün) qoyduğun ağır məsuliyyəti bizim üzərimizə qoyma!”
Ayənin ərəbcə orijinalında işlənmiş (isr) sözünün mənası "bir şeyi qorumaq, həbs etmək”dir və o, insanın fəaliyyətinə mane olan hər bir iş barəsində, həmçinin insanın hərəkətini məhdudlaşdıran ǝhd-peymanlar barəsində də işlədilir.
Buna görə cəzaya da (isr) deyirlər. Möminlər Allah-taaladan bəzilərinin Allaha itaətdən boyun qaçırmalarına səbəb olan ağır məsuliyyətləri onların boynundan götürməsini istəyirlər. Bu məna Həzrət Peyğəmbərdən (s) də nəql edilib. O Həzrət (s) buyurub: “Mən əməl edilməsi hamıya yüngül və asan olan bir din ilə göndərilmişəm”. Əgər din və şəriətin asan olması yaxşıdırsa, bəs nə üçün əvvəlki qövmlərin din və şəriəti asan olmayıb?
Əvvəlki ümmətlərin boynuna düşən çətin vəzifələr, əslində, onların şəriəti deyil, itaətsizliklərindən sonra onlara verilən cəza olub. Məsələn, İsrail oğulları davamlı günah etdikləri üçün bəzi halal ətləri yeməkdən məhrum olublar.
Möminlər üçüncü istəklərində belə deyirlər: "Ey Rəbbimiz, bizi gücümüz çatmayan şeyi daşımağa vadar etmə”.
Ola bilər ki, bu cümlə dünya və axirətin ağır sınaqlarına və ağır cəzalarına və ya onların hər ikisinə işarə olsun. Bəlkə də, əvvəlki ayədə (la təhmil), bu cümlədə isə (la tuhəmmil) ifadələrinin işlədilməsinin də səbəbi budur. Çünki birinci ifadə çətin məsələlərə, ikinci ifadə isə insanı taqətdən salan işlərə işarədir.
Onların sonrakı istəyi belədir: “Günahın nəticələrini bizdən uzaq et, bizi bağışla və bizə rəhm et!”
Ayənin ərəbcə orijinalında işlənmiş (əfv) sözünün mənası "bir şeyin nəticələrini məhv etmək”dir və adətən günahın nəticələrinin məhv edilməsi barəsində işlədilir. O, günahın həm təbii nəticələrinə, həm də cəzalarına şamil olur.
Lakin (məğfirət) sözünün mənası “günahın üstünün örtülməsi”dir.
Buna görə də möminlər Allahdan həm günahlarının üstünü örtməsini, həm günahlarının onların ruhuna göstərdiyi təbii və zati təsirləri aradan qaldırmasını, həm də onları onun günahından azad etməsini istəyirlər. Daha sonra Allahın hər şeyi əhatə edən mərhəmətinin onlara da şamil olmasını diləyirlər.
Və nəhayət, sonuncu istəkləri olan yeddinci istəkdə belə deyirlər: "Sən bizim mövla və rəhbərimizsən. Kafirlər üzərində (qələbə çalmaqda) bizə kömək et”.
Beləliklə də, onların istəkləri həm dünya və axirəti, həm fərdi və ictimai uğur və qələbəni, həm də əfv, bağışlanma və ilahi mərhəməti əhatə edir. Bu, çox dolğun və geniş bir istəkdir.
İncəliklər:
1\. Qəlb ilə dilin uzlaşması Bu iki ayədə "Bəqərə" surəsinin ümumi məzmununun xülasəsi bir yerə toplanıb və bizə dünyanın yaradanı qarşısında necə təslim olmaq öyrədilib. Əgər möminlər Allahdan günahlarının bağışlanmasını və düşmənlər qarşısında onlara qələbə nəsib etməsini istəyirlərsə, gərək "eşitdik və itaət etdik” təlimini həyata keçirsinlər və "biz ilahi carçıların çağırışını cani-dildən eşitdik və ona tabe olmaq niyyətindəyik” desinlər və bu yolda çalışmaqdan yorulmasınlar. Bundan sonra Allahdan maneə və düşmənlərə qalib gəlməkdə onlara kömək etməsini istəsinlər.
Allah-taalaya bir neçə dəfə "ey Rəbbimiz" deyə xitab edilməsi bu həqiqəti daha da təkmilləşdirir.
Buna görə də çoxsaylı hədislərdə müsəlmanlar bu iki ayəni oxumağa təşviq edilib və bunun üçün müxtəlif savablar qeyd edilib. Əgər bu ayələri oxuyarkən dil ilə qəlb uzlaşsa və bu, insanın həyat proqramına çevrilsə, bu iki ayənin oxunması qəlb evini varlıq aləminin yaradanına qovuşdurar, ruhu saflaşdırar və insanın fəaliyyət amili ola bilər.
2\. Taqətdən artıq məsuliyyət.
Nə İslamda, nə də digər dinlərdə insanın taqəti çatmayan vəzifə və məsuliyyəti yoxdur və əsas prinsip insanın iradə azadlığıdır. Çünki Quran buyurur ki, hər bir kəs öz yaxşı və pis əməlinin girovudur, yaxşı iş görərsə, öz xeyrinə, pis iş görərsə, öz ziyanınadır. Əfv, bağışlanma və mərhəmət diləyi də bu iddiaya dəlalət edir.
Bu məsələ həm məntiq, həm də “əməllərin yaxşı və pisliyinin zatı olub-olmaması" məsələsi ilə də uyğun gəlir. Çünki hikmət sahibi olan Allah heç vaxt belə iş görməz. Bu, insanların öz əməllərində məcbur olması etiqadını inkar edir. Necə ola bilər ki, Allah-taala bir tərəfdən insanları günaha məcbur etsin, digər tərəfdən günahdan çəkindirsin?!
Əlbəttə, çətin və məşəqqətli vəzifələrin yerinə yetirilməsi qeyri- mümkün də deyil. Buna İsrail oğulları barəsindəki çətin və məşəqqətli vəzifələri misal göstərmək olar. Onlar da İsrail oğullarının öz əməllərinin nəticəsi və özbaşınalıqlarının cəzası olub.
"Bəqərə” surəsinin sonu.