Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ən-Nur Surəsinin Ayələrinə Qayıt →
Ən-Nur Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Nur surəsi, 1-3-cü ayələr

Nur surəsi, 1-3-cü ayələr



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


سُورَةٌ أَنْزَلْنَاهَا وَفَرَضْنَاهَا وَأَنْزَلْنَا فِيهَا آيَاتٍ بَيِّنَاتٍ لَعَلَّكُمْ تَذَكَّرُونَ .١


الزَّانِيَةُ وَالزَّانِي فَاجْلِدُوا كُلَّ وَاحِدٍ مِنْهُمَا مِائَةَ جَلْدَةٍ وَلَا تَأْخُذْكُمْ بِهِمَا رَأْفَةٌ فِي دِينِ اللَّهِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَلْيَشْهَدْ عَذَابَهُمَا طَائِفَةٌ مِنَ الْمُؤْمِنِينَ .٢


الزَّانِي لَا يَنْكِحُ إِلَّا زَانِيَةً أَوْ مُشْرِكَةً وَالزَّانِيَةُ لَا يَنْكِحُهَا إِلَّا زَانٍ أَوْ مُشْرِكٌ وَحُرِّمَ ذَلِكَ عَلَى الْمُؤْمِنِينَ .٣


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. (Bu,) Bizim nazil edib (əməl edilməsini sizə) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə düşünüb ibrət alasınız.

2\. Zinakar qadının və zinakar kişinin hər birinə yüz şallaq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, o ikisinə qarşı şəfqətiniz Allahın hökmünü icra etməyinizə mane olmasın. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun.

3\. Zinakar kişi yalnız zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir.

Ayələrin təfsiri.



Zinakar qadın və kişinin cəzası.

Bilirik ki, bu surənin adı "Nur” surəsidir. Buna səbəb surədə yer alan "Nur" ayəsidir. Bu ayə ən çox nəzərə çarpan ayədir. Bundan başqa, surənin məzmunu da xüsusi nuraniliyə malikdir. İnsanlara, ailələrə, kişi və qadına iffət və ismət bəxş edir. Dillərə və sözlərə təqva və doğruluq nuru, qəlblərə və könüllərə tövhid, Allaha pərəstiş, məad və Peyğəmbərin (s) dəvətinə təslim olmaq nuru verir.

Bu surənin ilk ayəsi, əslində, surənin ehtiva etdiyi mətləblərə ümumi şəkildə toxunur və deyir: “(Bu,) Bizim nazil edib (əməl edilməsini sizə) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə düşünüb ibrət alasınız”.

(surǝ) sözü (səur) kökündən olub, binanın uca və hündür olmasını bildirir. Sonradan keçmişdə düşmən hücumlarından qorunmaq üçün şəhərləri əhatə edən hündür hasarlara (səur) deyilmişdir. Bu hasarlar şəhəri bütün bölgədən ayırdığı üçün tədricən bu söz bir hissə və bir parça mənasında işlənmişdir. ("Surǝ" Quranın bir hissəsini digər hissələrdən ayırmışdır.)

Bəzi lüğətçilərə görə, gözəl və uca binalara və bir binanın müxtəlif hissələrinə də (surǝ) deyilir. Buna uyğun olaraq Quranın bir- birindən ayrılan müxtəlif hissələri də (surə) adlanır.

Hər halda, bu ifadə, əslində, bir həqiqətə işarədir. Həqiqət bundan ibarətdir ki, bu surənin bütün mətləbləri və hökmləri - istər etiqadi, istər etik məsələlər, istərsə də göstərişlər - hamısı son dərəcə əhəmiyyətli, uca və gözəldir. Çünki hamısı Allah tərəfindən nazil olmuşdur. Xüsusilə “vacib buyurduq” cümləsi də – nəzərə alsaq ki, (fərz) sözü qətilik ifadə edir - bu mənaya təkid edir.

(ayatin bəyyinat) ifadəsi onda bəyan olunan tövhid, yaranış, axirət və peyğəmbərliklə bağlı həqiqətlərə işarədir. Bunun müqabilində də “vacib buyurduq" cümləsi yer alır ki, bu surədə bəyan olunan hökm və göstərişlərə aiddir. Başqa sözlə, biri əqidələri, digəri isə hökmləri nişan verir.

Bu ehtimal da var ki, (ayatin bəyyinat) ifadəsində bu surədə vacib görülən hökmlərin dəlilləri qəsd edilir.

“Bəlkə xatırlayasınız" cümləsi bir daha bu həqiqəti hayqırır ki, İslamın bütün həqiqi əqidələrinin və əməli proqramlarının kökü insanların fitrətində gizlənmişdir. Buna əsasən, onların izah olunması, bir növ, xatırlatmadır.

Bu ümumi açıqlamadan sonra Allah-taala zinakar kişi və qadın haqqında ilk qəti və kəskin hökmü bəyan edir və buyurur: "Zinakar qadının və zinakar kişinin hər birinə yüz şallaq vurun".

كُلَّوَاحِدٍمِّنْهُمَامِئَةَجَلْدَة


Sonra təkid məqsədilə əlavə edir: "Əgər Allaha və axirət gününə inanırsınızsa, o ikisinə qarşı şəfqətiniz Allahın hökmünü icra etməyinizə mane olmasın”.

(وَلَاتَأْخُذْكُمبِهِمَارَأْفَةٌفِيدِينِاللهِإِنكُنتُمْتُؤْمِنُونَبِاللَّهِوَالْيَوْمِالْآخِرِ)


Və nəhayət, ayənin sonunda bu ilahi cəzanı təkmilləşdirmək və ondan nəticə alınması üçün başqa bir məqama toxunur və deyir: "Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun".

Əslində bu ayə üç göstərişi ehtiva edir:

1-Pozğunluğa bulaşmış kişi və qadın hökmən cəzalanmalıdır! (Zina - kişinin onun həyat yoldaşı olmayan bir qadınla qeyri-qanuni intim münasibətidir.)

2-İlahi cəzanın icrası zamanı yersiz hisslərə qapılmaq olmaz! O şəfqət, mərhəmət və başqa hisslər ki, bu məqamda fəsada və cəmiyyətin pozulmasına səbəb olmaqdan başqa bir nəticə vermir. Quran bu cür hisslərin səbəblərini neytrallaşdırmaq üçün Allaha və axirət dünyasına inamı önə çəkir. Çünki Allaha və axirətə inam Allahın fərmanına mütləq şəkildə təslim olmaq əlamətidir. Bilici və hikmət sahibi olan Allaha inam insanın hər bir hökmün ilahi hikməti olduğunu və səbəbsiz verilmədiyini bilməsinə səbəb olur. Axirətə inam isə insanın günahlar qarşısında məsuliyyət hiss etməsinə gətirib çıxarır.

Burada Peyğəmbərdən (s) maraqlı bir hədis nəql olunmuşdur ki, ona diqqət etmək lazımdır.

# يُؤتىبوَالنَقَصَمِنَالْحَدِّسَوْطاًفَيُقالُلَهُ: لَمَفَعَلْتَذَاكَ؟فَيَقُولُ: رَحْمَةٌلعِبَادَكَ،فَيُقَالُلَهُأَنْتَأَرْحَمُبِهِمْمِنِّى؟! فَيُؤْمَرُبِهِإِلَىالنَّارِ،وَيُؤْتَىبِمَنْزَادَسَوْطاً،فَيُقالُلَهُ: لِمَفَعَلْتَذَاكَ؟فَيَقُولُلِيَنْتَهُواعَنْمَعَاصِيكَ! فَيَقُولُ: أَنْتَأَحْكُمُبِهِمِنِّى؟! فَيُؤْمَرُبِهِإِلَىالنَّارِ !


"Qiyamət günü ilahi cəzanı bir qamçı azaldan hakimi məhşərə gətirər və ondan soruşarlar: "Nə üçün belə etdin?"

O deyər: "Sənin bəndələrinə mərhəmət göstərim deyə!" Allah ona söyləyər: "Sən onlara qarşı məndən daha mehribanmı idin?” Onu Cəhənnəm oduna atmaq əmr olunar.

Bu dəfə ilahi cəzanı bir qamçı çoxaldan başqa birini gətirərlər. Ondan soruşarlar: "Nə üçün belə etdin?" O cavab verǝr: "Bəndələrin Sənə asi olmaqdan çəkinsinlər deyə!" Allah buyurar: "Sən məndən yaxşımı bilirdin?" Sonra əmr olunar ki, onu Cəhənnəmə atsınlar".

3-Bir qrup mömin mütləq cəza yerində olmalı və prosesi müşahidə etməlidir! Çünki məqsəd yalnız günahkarın ibrət alması deyil. Əksinə, məqsəd günahkarın cəzalanmasının başqalarının ibrət almasına səbəb olmasıdır.

Başqa sözlə, bəşəriyyətin ictimai nizamı elə qurulmuşdur ki, əxlaqi azmalar bir fərdlə məhdudlaşmır və cəmiyyətə də sirayət edir. Onu aradan qaldırmaq üçün günahın aşkara çıxarılması vacib olduğu kimi cəzanın da aşkar verilməsi lazımdır.

Beləliklə, “Nə üçün İslam bir insanın cəmiyyət arasında rüsvay olmasına izin verir?” sualının cavabı aydın olur. Çünki nə qədər ki günah aşkara çıxmayıb, İslam məhkəməsinə getməyib, "Allah eyibləri örtəndir” və günahın üstünün açılmasına razı deyil. Amma günah sübut olunduqdan, sirr olmaqdan çıxdıqdan, cəmiyyət çirkləndikdən və günahın böyüklüyü cəmiyyətin nəzərində kiçildikdən sonra cəza elə icra olunmalıdır ki, günahın mənfi təsirləri aradan qalxsın və günahın böyüklüyü camaatın gözündə özünün əvvəlki yerini tutsun.

Prinsipcə, sağlam bir cəmiyyətdə qanunu pozmaq az əhəmiyyətli məsələ hesab olunmamalıdır. Şübhəsiz, pozuntu təkrar olunarsa, onun əhəmiyyəti də sınmış olur. Qanuna hörməti yalnız onu pozanı aşkar şəkildə cəzalandırmaq bərpa edə bilər.

Bu həqiqəti də nəzərdən qaçırmaq lazım deyil ki, bir çox insanlar öz abır və heysiyyətlərini qorumağa (ehtimal olunan) fiziki tənbehlərdən daha çox əhəmiyyət verirlər. Cəzanın aşkarda olması onların inadkar ehtirasları qarşısında olduqca güclü maneədir.

Haqqında danışdığımız ayə zinakar kişi və qadından bəhs etdiyi üçün belə bir sual yaranır ki, belə qadınlarla qanuni nikahın hökmü nədir?

Üçüncü ayə bu suala belə cavab verir: “Zinakar kişi yalnız zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər”.

"Möminlərə isə bu, haram edilmişdir".

Bu ayǝ ilahi hökm bəyan edir, yoxsa real və təbii bir hadisədən xəbər verir? Bu sualın cavabı təfsirçilər arasında mübahisəlidir.

Bəzilərinə görə, ayə sadəcə obyektiv bir gerçəyi bəyan edir ki, cinsi günahlara bulaşmış insanlar yalnız öz taylarını, yəni özləri kimi pozğun insanları tapırlar. Eyni sinfə aid quşlar birgə uçurlar. Amma pak və imanlı insanlar belə bir pozğunluqla əsla razılaşmır, özlərinə pozğun həyat yoldaşı seçmirlər. Bunu özlərinə haram bilir və qadağan edirlər. Bu təfsirin dəlili ayənin zahirinin “xəbər cümləsi” şəklində bəyan olunmasıdır.

Bəzilərinin fikrincə isə, bu cümlə ilahi buyruğu və şəriət hökmünü bəyan edir. Xüsusilə müsəlmanlardan zinakar insanlarla ailə qurmamağı tələb edir. Çünki əxlaqi xəstəliklər cismani xəstəliklər kimi bir çox hallarda yoluxucu olur.

Bundan başqa, bu, pak insanlar üçün, bir növ, ar və eyib hesab olunur. Üstəgəl bu cür ləkəli və ya şübhəli ağuşda boya-başa çatacaq uşaqların gələcəyi də qaranlıqdır. Bütün bunları nəzərə alaraq İslam bu işi qadağan etmişdir.

Bu təfsirin dəlili isə "وَحُرِّمَ ذَلكَ عَلَى الْمُؤْمِنينَ،" cümləsidir ki, orada "haram edilmək” ifadəsi işlənmişdir.

Digər dəlil isə İslam peyğəmbərindən (s) və digər məsum rəhbərlərdən (ə) nəql olunan və onu bir hökm kimi təfsir edən çoxsaylı hədislərdir.

Hətta bəzi təfsirçilər ayənin nazilolma səbəbi ilə bağlı yazırlar: "Müsəlmanlardan biri Peyğəmbərdən (s) cahiliyyət dövrünün pozğunluqda ad çıxarmış, hətta pozğun kimi tanınmaq üçün qapısına bayraq asan Ümmü-Məhzul ilə ailə qurmaq üçün icazə istədi. Yuxarıdakı ayə endirildi və onlara cavab verdi".

İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunan başqa bir hədisdə oxuyuruq: "Bu ayə peyğəmbər (s) zamanında zinaya bulaşmış kişi və qadınlar haqqında nazil olmuşdur. Allah müsəlmanlara onlarla ailə qurmağı yasaq edir. Bu hökm indi də camaata şamil olur. Kim bu əməllə məşhur olsa, ona ilahi cəza verilsə, nə qədər ki tövbə etməyib, onunla ailə qurmaq olmaz".?

Bunu da qeyd etmək lazımdır ki, əksər hökmlər "xəbər cümləsi" şəklində bəyan olunmuşdur. İlahi hökmlərin həmişə əmr və ya qadağa şəklində bəyan olunması zəruri deyil.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, “muşriklər”in “zinakarlar”la əlaqələndirilməsi, əslində, məsələnin əhəmiyyətini bəyan etmək üçündür. Yəni zina günahı şirklə eyni səviyyədədir. Çünki bəzi rəvayətlərdə də zinakar şəxsin bu günahı işlədiyi andan imandan çıxdığı bildirilir. Peyğəmbər (s) buyurur:

# لايزْنِيالزَّانِيحِينَيَزْنِيوَهُوَمُؤْمِنٌوَلايَسْرِقُالسَّارِقُحِينَيَسْرِقُوَهُوَمُؤْمِنٌ


# فَإِنَّهُإِذَافَعَلَذَلِكَخُلِعَعَنْهُالْإِمَانُكَخَلْعِالْقَمِيصِ


"Zinakar şəxs bu işi tutduğu andan mömin deyil. Həmçinin oğru oğurluq etdiyi andan imansızdır. Çünki bu əməli işlədiyi an köynəyi əyindən çıxardıqları kimi imanı ondan çıxarırlar”.

İncəliklər:



1\. Zinanın cəzası edam olan hallar.

Yuxarıdakı ayədə zinanın cəzası haqqında qeyd olunanlar ümumi bir hökmdür. Bunun istisna halları da var. Məsələn, "muhsən və muhsənə zinası" - ailəli kişi və ya qadının zina etməsi bu qəbildəndir. Bunun cəzası bəzi şərtlər mövcud olduqda edamdır.

(muhsən) evli və həyat yoldaşı yanında olan kişidir. (muhsənə) isə ailəli və əri yanında olan qadındır.

Kimsə belə bir qanuni yolu olduğu halda, yenə də zina etsə, onun cəzası edamdır. Bu hökmün icra şərtləri fiqh kitablarında geniş izah edilmişdir.

Həmçinin öz məhrəmləri ilə zina etməyin də cəzası edamdır. Təcavüz də bu hökmə daxildir.

Əlbəttə, bəzi hallarda qamçıdan əlavə, sürgün və bir sıra başqa cəzalar da nəzərdə tutulur ki, geniş izahını fiqh kitablarında oxuya bilərsiniz.

2\. Nə üçün zina edən qadın birinci qeyd edilmişdir?

Heç şübhəsiz, bu iffətə, ismət və namusa zidd olan əməl hər kəs üçün qəbahətdir. Amma qadınların bu işi tutması daha qəbahətlidir. Çünki onlar daha artıq həyaya malikdirlər. Onu aşmaq daha böyük itaətsizlik əlamətidir.

Bundan başqa, bu işin ağır nəticələri zinakarların hər ikisinə aid olsa da, qadın üçün daha acınacaqlıdır.

Bir ehtimal da var ki, bu işin vəsvəsə mənbəyi daha çox qadınlardır. Əksər hallarda əsas təhrikedici amil onlar hesab olunurlar.

Bütün bu yönlər azğın qadının azğın kişidən əvvəldə qeyd olunmasına səbəb olmuşdur.

Amma namuslu qadın və kişilər bu məsələlərdən uzaqdırlar.

3\. Nə üçün cəza cəmiyyət qarşısında verilir?

Əmr formasında enən yuxarıdakı ayə bir qrup möminin zina cəzası verilən zaman orada olmasını vacib buyurur. Hərçənd onu da qeyd edək ki, Quran bu hökmün mütləq ümumilikdə cəmiyyətin gözü önündə icra edilməsi şərtini qoymur. Əksinə, məsələ şəraitə və məsləhətə uyğun olaraq dəyişə bilər. Üç nəfərin və ya daha çox insanın orada olması kifayətdir. Mühüm olan odur ki, hakim nə qədər insanın orada olmasının zəruri olduğunu müəyyən etsin.

Bu hökmün fəlsəfəsi də aydındır. Çünki qeyd etdiyimiz kimi, birincisi, hamı üçün ibrət dərsidir və cəmiyyətin saflaşmasına səbəb olur. İkincisi, caninin utanması onun gələcəkdə də cinayət işləməsinə mane olur. Üçüncüsü, cəza başqalarının hüzurunda verildikdə hakim və cəzanı icra edənlər sazişdə, rüşvət almaqda, ayrı-seçkilik etməkdə və ya işgəncə verməkdə ittiham oluna bilməzlər. Dördüncüsü, camaatın iştirak etməsi cəzasının icra olunmasında ifrata varmağa mane olur. Beşincisi, ola bilər ki, cinayətkar cəza icra olunduqdan sonra hakim və cəzanı icra edənlər haqqında şayiələr yaysın, ittihamlar irəli sürsün. Camaatın iştirak etməsi vəziyyəti aydınlaşdırır və gələcəkdə baş verə biləcək təxribat xarakterli fəaliyyətlərin qarşısını alır və s.

4\. Öncə zinakarın cəzası nə idi?

"Nisa" surəsinin 15-16-cı ayəsindən məlum olur ki, "Nur" surəsindəki hökm nazil olmazdan qabaq zinakar və pozğun qadınlara ailəli olduğu təqdirdə əbədi həbs cəzası tətbiq olunurdu. "Həmin qadınları ölənə qədər evlərdə həbs edin”.

فَأَمْسِكُوهُنَّفِيالْبُيُوتحَتَّىيَتَوَفَّاهُنَّ


b) Subay olduqda isə cəzaları onlara əziyyət verilməsi olmuşdur. “İçərinizdən belə (çirkin) iş görən (subay) qadın və kişilərə əziyyət verin”. “وَاللَّذَانِ يَأْتِيَانِهَا مِنْكُمْ فَآذُوهُمَا” Amma bu əziyyətin miqdarı təyin olunmamışdır. Haqqında danışdığımız ayə isə əziyyətin miqdarını yüz qamçı olaraq müəyyən edir.

Beləliklə, ayədə evli qadın haqqında edam hökmü əbədi həbsin yerini tutur və əziyyət hökmünün yüz qamçılıq həddi müəyyən edilir.

5\. Cəzanın icrasında ifrat və təfrit qadağandır.

Şübhəsiz, insani və emosional məsələlər tələb edir ki, heç bir günahsız insan cəza çəkməsin. Həmçinin nə qədər ki ilahi hökmlər əfv və bağışlamağa imkan verir, əfv olunsun.

Amma cinayət sübut olunduqdan və cəza kəsildikdən sonra qətiyyət göstərmək və cəmiyyətin nizamı üçün ziyanlı olan aldadıcı hisslərdən çəkinmək lazımdır.

Məxsusən haqqında danışdığımız ayədə "fi dinilləhi" ifadəsi keçir. Bu o deməkdir ki, hökm Allahındır və kimsə Rəhman və Rəhim Allahdan önə keçə bilməz.

Burada şəfqətli hisslərə qapılmaq yasaq edilmişdir. Çünki insanların əksəriyyəti bu xislətdədirlər və şəfqətli hisslərin onları üstələməsi ehtimalı çoxdur. Amma inkar etmək olmaz ki, həmçinin daha çox sərtlikdən yana olan azsaylı bir qisim var. Bu qisim də öncə də qeyd etdiyimiz kimi ilahi hökm yolundan azmışlar. Onlar öz hisslərinə nəzarət etməli və Allahdan önə keçməməlidirlər ki, onun da cəzası şiddətlidir.

6\. Zinakarla nikaha girməyin haramlıq şərtləri.

Qeyd etdik ki, yuxarıdakı ayələr zinakar kişi və qadınla nikaha girməyi qadağan edir. Əlbəttə, bu hökm İslam rəvayətlərində o kişi və qadınlara aid edilmişdir ki, bu əməllə ad çıxarmış və tövbə etməmişlər. Odur ki, əgər bu əməllə məşhur olmasalar, yaxud keçmiş əməllərindən uzaqlaşsalar, iffətli olmağı qət etsələr və öz tövbələrini əməldə göstərsələr, şəriət baxımından onlarla nikaha girməyin eybi yoxdur.

Birinci halda onlara zinakar kişi və qadın demək olmaz, çünki bu hal artıq aradan qalxmışdır. İkinci hala gəldikdə isə, bu qeyd İslam rəvayətlərindən bəlli olur və ayənin nazilolma səbəbi ilə təsdiq olunur. İmam Sadiqdən (ə) nəql olunan mötəbər bir hədisdə oxuyuruq ki, məşhur fəqih Zürarə o Həzrətdən (ə) soruşdu: “ayəsinin təfsiri nədir?

İmam (ə) buyurdu:

# نِسَاءمَشْهُورَاتٌبِالزِّنَاوَرِجَالٌمَشْهُورُونَبالزِّنَا،قَدْشُهِرُواوَعُرِفُوابِهِ،وَالنَّاسُهُنَّالْيَوْمَبِذَلِكَالْمَنْزِلِ،فَمَنْأُقِيمَعَلَيْهِحَدُّالزِّنَا،أَوْشُهِرَبِالزِّنَا،لَمْيَنْبَغِلِأَحَدٍأَنْيَنَاكِحَهُ


# حَتَّىيَعْرَفَمِنْهُتَوْبَتُهُ


"Bu ayə zinada ad çıxarmış və bu çirkin əməllə tanınan qadın və kişilərə işarədir. Bu gün də belədir. Kimə zina cəzası kəsilsə və ya bu çirkin əməllə məşhur olsa, nə qədər ki tövbə etməyib, kimsəyə onunla evlənmək yaraşmaz”.

7\. Zinanın haram edilməsinin hikməti.

Bu çirkin əməl nəticəsində fərd və cəmiyyətin düçar olduğu vəziyyətin kimsəyə sirr olduğunu düşünmürük. Amma bu barədə qısa izaha ehtiyac var. Bu çirkin əməlin meydana gəlməsi və geniş yayılması, heç şübhəsiz, ailə nizamını darmadağın edir. Ata və övlad münasibətlərini qaranlıq dalana salır. Kimliyi bəlli olmayan uşaqlar, təcrübədən göründüyü kimi, təhlükəli cinayətkarlara çevrilir və cəmiyyətdə çoxalırlar.

Bu rüsvayçı əməl şəhvətpərəstlər arasında çəkişməyə və dava- dalaşa səbəb olur.

Bundan başqa, ondan törənən cinsi və psixi xəstəliklər kimsəyə sirr deyil.

Uşaqları öldürmək, abort etdirmək və s. bu kimi cinayətlər bu əməlin acı nəticələrindəndir.