Əl-Ənkəbut Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Ənkəbut surəsi, 1-3-cü ayələr
Ənkəbut surəsi, 1-3-cü ayələr
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الم .١
أَحَسِبَ النَّاسُ أَنْ يُتْرَكُوا أَنْ يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ .٢
وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِنْ قَبْلِهِمْ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ .٣
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Əlif, Lam, Mim.
2\. İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – deyən kimi, onlardan əl çəkiləcək və imtahan edilməyəcəklər?
3\. Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Allahın doğru və yalan danışanlarla bağlı elmi aşkara çıxmalıdır.
Ayələrin nazilolma səbəbi.
Bəzi təfsirçilərin nəql etdiyi hədisə əsasən, bu surənin ilk on bir ayəsi Mədinədə nazil olmuşdur. Bu ayələr Məkkədə qalmış, İslamı qəbul etmiş, amma Mədinəyə hicrət etmək istəməyən müsəlmanlar barəsindədir. Onlar Mədinədə olan müsəlman qardaşlarından bir məktub alırlar. Həmin məktubda belə yazıldığını görürlər: "Siz hicrət edib bizim yanımıza gəlməyincə Allah sizin dildə iman gətirməyinizi qəbul etmə- yəcək”. Buna görə də Məkkədəki həmin müsəlmanlar hicrət etmək qərarına gəlir və oranı tərk edirlər. Müşriklərdən ibarət bir dəstə onları təqib edərək onlarla vuruşur. Həmin müsəlmamlardan bəzisi öldürülür, bəzisi canını qurtara bilir. (Ehtimal ki, bəzisi də təslim olub Məkkəyə dönür.)
Amma bəzi təfsirçilərin nəzərincə, sözügedən ayələrdən ikincisi iman gətirdikdən sonra düşmən tərəfindən ağır işgəncələrə məruz qalan Əmmar Yasir və ilk müsəlmanlardan ibarət bir dəstə barəsində nazil olmuşdur.
Bəzilərinin isə fikrincə, səkkizinci ayə Səd ibn Əbu Vəqqas barǝsində nazil olmuşdur.
Amma bu ayələri araşdıranda görürük ki, həmin ayələrlə hicrət arasında heç bir əlaqə yoxdur və sadəcə olaraq bu ayələrdə həmin vaxt möminlərə düşmənlər, hətta bəzən müşrik ata və anaları tərəfindən göstərilən təzyiqlərə toxunulub.
Bu ayələr müsəlmanları düşmənin təzyiqləri qarşısında müqavi- mət göstərməyə təşviq edir. Ayələrdə qeyd edilən cihad da zahirən silahlı və kütləvi cihad deyil - onun hökmü Mədinədə nazil olub – bu istiqamətdə (düşmənin təzyiqləri qarşısında) olan cihaddır.
Həmçinin sözügedən ayələrdə münafiqlərdən söz açılmış və "münafiqlər" deyərkən Məkkədə müsəlmanlar arasında olan imanı zəif şəxslər nəzərdə tutulmuşdur. Onlar gah müsəlmanlarla, gah da müşriklərlə birgə olar, “tərəzi”nin hansı gözü ağır gəlsəydi, o tərəfə əyilərdilər.
Hər halda, bu surənin ayələri arasındakı uyğunluq və onların bir- birinə bağlılığı bizim onların hamısını Məkkə ayəsi hesab etməyimizi tələb edir. Bir-biri ilə düz gəlməyən həmin hədislər bu bağlılığı poza bilməz.
Ayələrin təfsiri.
İlahi sınaq - əbədi ilahi ənənədir.
Bu surənin də əvvəlində müqəttəə hərfləri (Əlif, Lam, Mim) var. Biz öncə də onların barəsində müxtəlif təfsir və izahlarla tanış olmuşuq.
Müqəttəə hərflərindən sonra insan həyatının ən mühüm məsə- lələrindən birinə - çətinlik, təzyiq və ilahi sınaqlar məsələsinə işarə edilmişdir.
Əvvəl belə buyurulur: "İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – deyən kimi onlardan əl çəkiləcək və imtahan edilməyəcəklər?”
(أَحَسبَ النَّاسُ أَن يُتْرَكُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ)
Sonra dərhal sınağın daim mövcud olmuş ilahi ənənə olması həqiqəti bəyan edilir və bildirilir ki, bu, təkcə siz müsəlmanlara aid deyil, keçmiş ümmətlərin hamısında mövcud olmuşdur. Allah-taala buyurur: “Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik”.
Onları da çətin sınaq "təndir"lərinə atmışıq, onlar da sizin kimi rəhmsiz, nadan, xəbərsiz, təəssübkeş və inadkar düşmənin təzyiqlərinə məruz qalmışlar. Sınaq meydanı həmişə açıq olub və bu meydanda həmişə bir dəstə sınağa çəkilib.
Əslində, bu, belə də olmalıdır. Çünki dildə hamı ən yaxşı mömin, ən yaxşı mücahid, ən fədakar insan olduğunu iddia edə bilər. Bu iddia- ların dəyəri sınaqla müəyyənləşdirilməli, niyyətlərin, mənəvi hazırlığın dildə deyilənlərlə nə qədər düz gəlib-gəlməməsi üzə çıxmalıdır.
Bəli, "Allahın doğru və yalan danışanlarla bağlı elmi aşkara çıxmalıdır”.
( فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ)
Şübhəsiz, Allah bunların hamısını, hətta insanların yaradılışından qabaq bilir. Buna görə də burada “elmin aşkara çıxması" deyildikdə məsələlərin həqiqətinin üzə çıxması nəzərdə tutulur. Yəni Allahın həmin dəstə barəsindəki elmi özünü reallıqda əməli şəkildə göstərməli, doğrultmalı, hamı öz içində olanı büruzə verməlidir. Bu kimi yerlərdə Allah barəsində işlədilən "elm" sözünün mənası məhz budur.
Bunun səbəbi də aydındır. Çünki niyyət və batini sifətlər insanın əməlində gerçəkləşməyincə və reallığa çevrilməyincə savab, mükafat və cəzadan danışmaq mənasızdır.
Sınaq niyyət və batini sifətləri gerçəkləşdirmək üçündür.
Başqa sözlə desək, bu dünya universitet və tarla kimidir. (Bu bənzətmələr hədislərdə də qeyd edilmişdir.) Universitetdə istedadlar çiçəklənməli, ləyaqətlər yaranmalı, potensial qüvvə gerçəkliyə çevrilməlidir.
Tarlada isə toxumların təbiəti aşkar olmalı, onların içindən cücərtilər baş qaldırıb torpaqdan çıxmalı, böyüməli, kiçik zoğ əmələ gətirməli, sonda möhkəm və məhsuldar ağaca çevrilməlidir. Bunlar sınaqsız mümkün deyil.
Buradan da başa düşürük ki, ilahi sınaqlar fərdləri tanımaq üçün deyil, onların istedadlarının çiçəkləndirilməsi üçündür.
Biz birini sınayanda niyyətimiz bilmədiyimiz şeyi bilmək olur. Amma Allahın sınağı hansısa bilinməyən şeyi bilmək məqsədi daşımır. Onun elmi hər şeyi əhatə edib. Bu səbəbdən də Allahın sınağı istedadların formalaşdırılması və potensial qüvvənin gerçəkləşdirilməsi üçündür.
İncəliklər:
Rəngarəng sınaqlar.
İlahi sınağın bütün qövm və cəmiyyətlərə aid olmasının qeyd edilməsi həmin vaxt azlıqda olan Məkkə möminlərinə çox böyük təsir göstərirdi və onların bu nüansa diqqət etməsi düşmən müqabilindəki müqavimətlərini artırırdı. Amma bu, təkcə Məkkə möminlərinə aid deyil. Bu ilahi ənənədə bütün dəstə və cəmiyyətlər müəyyən mənada şərikdirlər və onlar rəngarəng ilahi sınaqlardan keçirlər.
Bəziləri hər cəhətdən çirkab içində olan və hər tərəfdən fəsad vəsvəsələri ilə əhatə olunmuş cəmiyyətə düşürlər. Onların böyük imtahanı həmin mühitdə cəmiyyətin rənginə düşməmək və öz paklıqlarını qorumaqdır.
Bəziləri məhrumiyyət sıxıntısı içində olaraq görürlər ki, əgər öz vücudlarının əsas sərmayəsini "satmaq" istəsələr, bir andaca yoxsulluq və məhrumiyyətlə vidalaşa bilərlər, lakin bu, onlara iman, təqva, azadlıq, izzət və şərəflərini itirmək bahasına başa gələcək. Bu da onların sınağıdır.
Digər bir dəstə isə öncə qeyd edilənlərin əksinə olaraq nemətə qərq olur, bütün maddi imkana malik olur. Amma görəsən, onlar nemətə görə şükür edir, yoxsa qəflət, lovğalıq, eqoistlik, xudbinlik, ləzzət, nəfsi istəklər və həm cəmiyyətə, həm də özlərinə yadlaşma dəryasına qərq olurlar?
Bəziləri – bizim qərbpərəst və şərqpərəstlər kimi – görürlər ki, bir sıra ölkələr Allah, fəzilət və əxlaqdan uzaq düşməsinə baxmayaraq, gözqamaşdırıcı maddi mədəniyyətə, sosial rifaha malikdirlər. Bu səhnəni görəndən sonra böyük sirli güc onları həmin həyata doğru çəkir. Beləliklə də, onlar etiqad bəslədikləri bütün prinsipləri ayaq altına atmaq, xarlıq və asılılıq xaltasını boyunlarına keçirmək bahasına olsa belə, özləri və cəmiyyətləri üçün o cür həyat qurmaq istəyirlər. Bu da bir növ sınaqdır.
Bəlalar, ağrı-acılar, müharibə və çəkişmələr, qıtlıq, bahalıq, inflyasiya, insanları özlərinə əsir etmək istəyən və öz batil proqramlarına təslim olmağa çağıran azğın hökumətlər və nəhayət, güclü nəfsi istək və şəhvət dalğaları - bunların hər biri Allah bəndələrinin yolu üzərində olan sınaq vasitəsidir və insanların iman, şəxsiyyət, təqva, paklıq, əmanətdarlıq və azadlığı məhz bu səhnələrdə üzə çıxır.
Amma bu çətin sınaqlardan başıuca çıxmaq üçün davamlı səy göstərməkdən, çalışmaqdan və Allahın lütfünə arxalanmaqdan başqa bir yol yoxdur.
Maraqlıdır ki, "Üsuli-kafi” kitabında bəzi məsumlardan "İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!" - deyən kimi onlardan əl çəkiləcək və imtahan edilməyəcəklər?” ayəsinin təfsirində nəql edilmiş hədisdə belə buyurulub: “Qızıl kürədə yoxlandığı kimi, yoxlanılarlar, od qızılın xalis olmayan qatqılarını sıradan çıxarıb saflaşdırdığı kimi, saflaşdırılarlar".
Hər halda, özlərini zəhmətə salmaq istəməyən, zahirdə iman gətirən kimi möminlərin sırasına daxil olub Cənnətin ən yüksək mərtəbəsində peyğəmbərlər, doğruçular və şəhidlərlə həmnişin olacaqlarını güman edənlər bərk yanılırlar.
Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”də belə buyurmuşdur:
# مرنگ
# وَ الَّذِي بَعَثَهُ بِالْحَقِّ لَبَلْبَلُنَّ بَلْبَلَةً وَ لَتُغَرْبَلُنَّ غَرْبَلَةً وَ لَتُساطُنَّ سُوْطَ الْقِدْرِ، حَتَّى يَعُودَ
# أَسفلُكُمْ أَعْلَاكُمْ وَ أَعْلَاكُمْ أَسْفَلَكُمْ.
"And olsun Peyğəmbəri (s) haqq olaraq göndərən Allaha, bərk sınanacaq, “ələnəcək”, qaynayan qazanın içindəkilər kimi, alt-üst olacaqsınız, alt tərəfdə olanınız üstə gələcək, üstdəkilər alta düşəcək".! O Həzrət (ə) bu sözü camaat onunla təzə beyət etdiyi və beytül- mal və vəzifə bölgüsünü necə – ayrı-seçkilik üzərində qurulmuş əvvəlki meyarlarla, yoxsa acı da olsa, Muhəmmədin (s) ədalət meyarı ilə – aparacağını gözlədiyi bir vaxtda demişdir.