Səbə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Səbə surəsi, 1-2-ci ayələr.
Səbə surəsi, 1-2-ci ayələr.
بسماللهالرَّحْمَنِالرَّحيم
الْحَمْدُ لِلَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَلَهُ الْحَمْدُ فِي الْآخِرَةِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ .١
يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا وَهُوَ الرَّحِيمُ الْغَفُورُ .٢
Ayələrin tərcüməsi.
Rəhman və Rəhim Allahın adı ilə
1\. Həmd göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha məxsusdur. Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir, xəbərdardır.
2\. O, yerə girəni, oradan çıxanı da, göydən düşəni, oraya qalxanı da bilir. O, rəhmlidir, bağışlayandır.
Ayələrin təfsiri.
O, hər şeyin sahibi və hər şeydən xəbərdardır.
Qurani-Kərimin beş surəsi Allaha həmd ilə başlayır. Onların üçündə (“Səbə”, “Fatir”, “Ənam” surələrində) həmd və sitayişin səbəbi göy, yer, eləcə də digər varlıqların yaradılmasıdır.
Bir surədə (“Kəhf” surəsində) bu həmdin səbəbi Quranın Həzrəti- Peyğəmbərin (s) pak qəlbinə nazil olmasıdır.
"Həmd” surəsində isə bunların hamısını ehtiva edən geniş ifadə işlədilib:
(الْحَمْدُاللهرَبِّالْعَالَمينَ)
“Həmd aləmlərin Rəbbi Allaha məxsusdur“
Hər halda, "Səbə" surəsinin əvvəlində dünya və axirətə hakim olduğu üçün həmdin Allaha məxsus olması qeyd edilib. Ayədə buyurulur: "Həmd göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha məxsusdur”.
(الْحَمْدُللهِالَّذِيلَهُمَافِيالسَّمَاوَاتِوَمَافِيالْأَرْضِ)
“Axirətdə də həmd Ona məxsusdur."
Beləliklə, hər iki dünyanın həm hakim, həm də sahibi Odur. Bütün nemət, bəxşiş, xeyir və bərəkətlər, mütənasib, habelə heyrətamiz yaradılışlar Onun pak zatına məxsusdur. Buna görə də əslində, həqiqəti "könüllü yerinə yetirilən yaxşı işlərə görə mədh etmək”dən ibarət olan həmdlərin hamısı Ona qayıdır. Əgər hansısa bir varlıq həmdə, tərifə layiq olursa, o da Onun vücudunun bir şüası, Onun iş və sifətlərinin bir işartısıdır.
Buna görə də bu dünyada kim bir şeyi mədh və tərif edirsə, bu həmd ilə tərif sonda Onun pak zatına qayıdır. Şairin dili ilə desək:
# بهجهانخرمازآنمکهجهانخرمازاوست
# عاشقمبرهمهعالمکههمهعالمازاوست
Dünyanın şadlığı Ondandır, - deyə şadam hər an Aşiqəm bütün aləmə, çün bu aləm Ondan.
Ayənin sonunda buyurulur: "O, hikmət sahibidir, xəbərdardır."
(وَهُوَالْحَكِيمُالْخَبِيرُ)
Dünyaya bu heyrətamiz quruluşun hakim olmasının səbəbi Onun kamil hikmətidir. Hər şeyin öz yerində qərar tutmasının və hər bir varlığın ehtiyacı olan şeylə təmin edilməsinin səbəbi Onun elmi, eləcə də hər şeydən xəbərdar olmasıdır.
Təfsirçilər "axirətdə həmd" deyəndə nəyin nəzərdə tutulması barədə müxtəlif nəzərlər irəli sürüblər.
Bəzi təfsirçilər deyirlər ki, axirət evi mükəlləfiyyət evi olmasa da, Allah bəndələri Ona orada da eşqlə həmd və mədh edir, Ona həmd etməkdən həzz alırlar.
Bəziləri də qeyd edirlər ki, Cənnət əhli Ona lütf və bəxşişinə, Cəhənnəm əhli isə ədalətinə görə həmd edəcək.
Bəzi din alimləri isə bildirirlər ki, bu dünyada insanların qəlb və düşüncəsi müxtəlif pərdələrlə örtüldüyü üçün onlar xalis həmd etmirlər. Amma Qiyamətdə bütün pərdələr kənara çəkiləcək və " "O gün hökm və hakimlik yalnız Allaha məxsusdur." ayəsinin həqiqəti hamıya məlum olacaq, hamı kamil ixlasla Ona həmd edəcəkdir.
\- "الملكيومئذلله
Həmçinin ola bilər ki, bu dünyada insanlar bəzi şeylərdən qafil olaraq, bəzi varlıqların Allahın zatından müstəqil olduğunu düşünüb, onlara həmd etsinlər. Lakin hamının Onun pak zatından asılılığının gün kimi aydın olacağı həmin gün heç kəs Ondan başqasına həmd etməyəcək.
Bundan əlavə, Quran dəfələrlə Cənnət əhlinin orada Allaha həmd etdiyini buyurmuşdur:
وَآخِرُدَعْوَاهُمْأَنِالْحَمْدُللهرَبِّالْعَالَمِينَ
"Və onların sözlərinin sonu: "Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur." olacaq.
Başqa bir yerdə buyurulur ki, möminlər əbədi Cənnət bağlarına daxil olan zaman belə deyəcəklər:
وَقَالُواالْحَمْدُللهِالَّذِيأَذْهَبَعَنَّاالْحَزَنَ
"Həmd qəm-qüssəni bizdən uzaq edən Allah üçündür!"
Bu həmd sadəcə insan və mələklərin dilində səslənmir. Eyni zamanda varlıq aləminin bütün zərrəcikləri Allaha həmd edərək Onu pak sifətlərlə öyür. Allaha həmd etməyən və Onu pak sifətlərlə öyməyən varlıq yoxdur.
Əvvəlki ayədə isə Allah-taalanın "hikmət sahibi və xəbərdar" olmaq sifətləri vəsf edilmişdi. Sonrakı ayədə Allahın əvvəlki ayədə qeyd edilən həmin sonsuz elmi izah edilərək belə buyurulur: “O, yerə girəni, oradan çıxanı da, göydən düşəni, oraya qalxanı da bilir."
مِنْهَاوَمَايَنزِلُمِنَالسَّمَاءِوَمَايَعْرُجُفِيهَا
Bəli, O, bütün yağış damcılarından, yerə hopub torpağın su süzməyən qatına çatan və orada toplanıb insanlar üçün ehtiyat kimi saxlanılan sel sularından xəbərdardır.
O, külək və ya həşəratlar vasitəsi ilə yer üzünə səpələnərək torpağa qarışan, bir gün yamyaşıl ağaca, habelə bitkiyə çevrilən bitki toxumlarından xəbərdardır.
Həmçinin O, su və qida əldə etmək üçün torpağın dərinliklərinə doğru hərəkət edən ağac köklərindən xəbərdardır.
O, yerin qatına daxil olan elektrik dalğalarından, müxtəlif qaz ilə hava molekullarından, eləcə də torpağın altına girib ona həyat verən canlılardan, həmçinin yeraltı xəzinələrdən, dəfinələrdən, bu geniş yer üzündə torpağa tapşırılan insan və qeyri-insan cəsədlərindən bir sözlə, hər şeydən xəbərdardır.
Allah torpaqdan çıxan bitkilərdən, ondan yaranmış insanlardan, qaynayan çeşmələrdən, qazlardan, torpaqdan püskürən vulkanlardan, orada yuva qurmuş və ondan baş qaldıran həşəratlardan, xülasə, yerdən çıxan bizim bilib-bilmədiyimiz bütün varlıqlardan da xəbərdardır. Bəli, Allah onların hamısından xəbərdardır.
Eləcə də göydən düşən yağış damcılarından, günəşin həyat mənbəyi olan şüalarından, güclü vəhy dalğalarından, səma dinlərindən, ilahi tapşırıqları çatdırmaq və ya digər tapşırıqları yerinə yetirmək üçün yerə nazil olan mələklərdən, həmçinin atmosferdən kənarda yerə düşən kosmik şüalardan, meteorlardan, yerə cəzb olunan göy cisimlərindən – bir sözlə, bunların hamısından xəbərdardır.
Həmçinin Allah bəndələrin göyə qalxan əməllərindən, ilahi tapşı- rıqları yerinə yetirəndən sonra göyə qalxan mələklərdən, göydə mələkləri dinləmək üçün ora qalxan şeytanlardan, başı göyə ucalan ağac budaqlarından, dənizlərdən qalxıb göydə bulud yaradan buxarlardan, hansısa bir məzlumun ürəyindən göyə qalxan ahdan da xəbərdardır.
Bütün bu sadalananlardan Ondan başqa xəbərdar olan varmı? Dünyada olan alimlər bu məlumatların bir hissəsini də olsa bilirlərmi?! Ayənin sonunda buyurulur: "O, rəhmlidir, bağışlayandır."
(وَهُوَالرَّحِيمُالْغَفُورُ)
Allahın burada bu iki sifətlə tövsif edilməsi barədə bir neçə ehtimal var. Bir ehtimala görə göyə qalxan şeylərin arasında bəndələrin əməlləri və ruhları da var. Belə ki Allah Öz rəhmət və əfvini onlara şamil edir.
Digər bir ehtimal isə budur ki, göydən bərəkət və nemətlərin nazil olması Onun rəhmətindən qaynaqlanır. Onun əfvi bəndələrin (və saleh əməli ucaldır.) ayəsinə əsasən, göyə qalxan saleh əməllərinə şamil olur.
الصَّالِحُيَرْفَعُهُ
İrəli sürülən başqa bir ehtimalda da bildirilir ki, rəhmət bu nemətlərin şükrünü yerinə yetirənlərə, əfv isə həddi aşmayan təqsirkarlara şamil olur.
Xülasə, sözügedən ayə bütün cəhətlərdən geniş məna ifadə edir və o, ancaq bir cəhətdə məhdudlaşdırılmamalıdır.