Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Fatir Surəsinin Ayələrinə Qayıt →
Fatir Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Fatir surəsi, 1-3-cü ayələr.

Fatir surəsi, 1-3-cü ayələr.



بسماللهالرَّحْمَنِالرَّحيم


الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَثْنَى وَثُلَاثَ وَرُبَاعَ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاءُ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .١


مَا يَفْتَحِ اللَّهُ لِلنَّاسِ مِنْ رَحْمَةٍ فَلَا مُمْسِكَ لَهَا وَمَا يُمْسِكْ فَلَا مُرْسِلَ لَهُ مِنْ بَعْدِهِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ .٢


يَا أَيُّهَا النَّاسُ اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ هَلْ مِنْ خَالِقٍ غَيْرُ اللَّهِ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ لَا إِلَهَ إِلَّا هُوَ فَأَنَّى تُؤْفَكُونَ .٣


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Həmd göyləri və yeri yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha məxsusdur. O, yaradılışda istədiyini artırır. O, hər şeyə qadirdir.

2\. Allah insanların üzünə hansı rəhməti açsa, heç kəs onun qarşısını ala bilməz. Nəyi də saxlasa, Ondan başqa heç kəs onu göndərə bilməz. O, yenilməz qüdrət və hikmət sahibidir.

3\. Ey insanlar! Allahın sizə verdiyi neməti xatırlayın. Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir xaliqmi var? Ondan başqa heç bir məbud yoxdur. Bununla belə, batilə doğru necə azırsınız?

Ayələrin təfsiri.



Bağlı qapıları açan Odur.

"Fatihə", "Səbə" və "Kəhf" surəsi kimi bu surənin də əvvəli həmdin Allaha məxsus olmasının bəyan edilməsi ilə başlayır. Bu geniş varlıq aləmini yaratdığı üçün həmd Ona məxsusdur. Ayədə buyurulur: "Həmd göyləri və yeri yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha məxsusdur”.

Ayənin ərəbcə orijinalında işlənmiş – (fatir) sözünün kökü (futur) sözüdür. Onun mənası “bir şeyi uzununa yarmaq” deməkdir. Varlıqların yaradılması yoxluq zülmətinin yarılmasından və varlıq nurunun zahir olmasından ibarət olduğu üçün yaradılış barəsində belə bir ifadə işlədilmişdir. Xüsusilə də müasir elmin varlıq aləminin yaradılışın əvvəlində toplu şəklində olması, tədricən parçalanması, eləcə də hissələrə ayrılması barədə dediklərini nəzərə alanda, "fatir" sözünün Allahın pak zatı barədə işlədilməsi yeni və daha aydın məna ifadə edir.

Bəli, yaradan olduğu üçün Ona həmd-səna edirik. Çünki hər nə varsa, Onun tərəfindəndir. Ondan başqa heç kəs özündən bir şeyə malik deyil.

Bu aləm səbəblər aləmi olduğu üçün Allah-taala bu aləmin işlərinin idarə edilməsini mələklərinin öhdəsinə qoyub. Buna görə də dərhal onların yaradılışından və Allahın onların ixtiyarında qoyduğu böyük gücdən söz açıb: "...mələkləri iki, üç və dörd qanadlı elçilər edən..."

جَاعِلِالْمَلَائِكَةِرُسُلًاأُولِيأَجْنِحَةٍمَّثْنَىوَثُلَاثَوَرُبَاعَ)


يَزِيدُفِيالْخَلْقِمَايَشَاءإِنَّاللَّهَعَلَىكُلِّشَيْءٍقَدِيرٌ)


Daha sonra buyurulur: "O, yaradılışda istədiyini artırır. O, hər şeyə qadirdir”.

Burada qarşıya üç sual çıxır:

Birinci sual budur ki, sözügedən ayədə işarə edilən mələklərin missiyası nədən ibarətdir? Görəsən, onların missiyası “təşrii”, yəni onların vəzifəsi ilahi tapşırıqların peyğəmbərlərə çatdırılmasından ibarətdir? Yoxsa “incəliklər” başlığı altında qeyd edəcəyimiz kimi, “təkvini” missiyaya malikdirlər, yəni yaradılış aləmində müxtəlif tapşırıqların yerinə yetirilməsini öhdələrinə götürüblər? Ya onların missiyası bu cəhətlərin hər ikisinə aiddir?

Əvvəlki ayələrdə göylərin və yerin yaradılmasını, sözügedən ayədə isə mələklərin qüdrət nişanəsi olan çoxsaylı qanadlarından söz açılmasını, həmçinin bu missiyanın bütün mələklərə aid edilməsini nəzərə alanda belə məlum olur ki, missiya burada geniş mənada işlənib və o, həm “təşrii”, həm də “təkvini" missiyaya şamil olur. Məlumat üçün bildiririk ki, ayənin ərəbcə orijinalında işlənmiş (əl-məalikə) sözü "mələk" sözünün cəmidir. Onun əvvəlinə "əlif və lam" artikli artırılıb və ümumi məna ifadə edir.

Quranda mələklərin missiyasının "təşrii” missiya və peyğəmbərlərə vəhyin çatdırılmasından ibarət olması barədə çox danışılıb, amma o, "tǝkvini" missiya barədə də az işlədilməyib.

Belə ki "Yunus" surəsinin 21-ci ayəsində buyurulur:

إنرُسُلَنَايَكْتُبُونَمَاتَمْكُرُونَإِنَّ


“Elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar.” Həmçinin "Ənam" surəsinin 61-ci ayəsində qeyd edilir:

مریکی


حَتَّىإِذَاجَاءأَحَدَكُمُالْمَوْتُتَوَفَّتْهُرُسُلُنَا


"Nəhayət, birinizin əcəli gəlib çatdıqda, onun canını elçilərimiz alır.” "Ənkəbut” surəsinin 31-ci ayəsində Lut qövmünü məhv etmək missiyası daşıyan mələklər barədə belə buyurulub:

"Elçilərimiz İbrahimə övladının olacağı ilə bağlı müjdə gətirdikləri zaman dedilər: “Biz Lutun ezam olunduğu bu şəhərin sakinlərini məhv edəcəyik. Çünki oranın sakinləri zalımdırlar.”

Biz Quranın digər ayələrində də mələklərin öhdəsinə müxtəlif məsuliyyətlərin qoyulmasının şahidi oluruq. Onlar da mələklərin missiyası sayılır. Buna görə də onların missiyası genişdir.

İkinci sual mələklərin qanadları barədədir. Görəsən, onların iki, üç və dörd qanadının olması deyiləndə nə nəzərdə tutulur?

Ehtimalǝn burada qanad deyiləndə onların cövlan etmək qüdrəti, fəaliyyət imkanları nəzərdə tutulur və belə məlum olur ki, onların bəzisi ilə müqayisədə daha güclüdür.

Buna görə də onların bəzisinin dörd ( (məsna) sözünün mənası "iki-iki”dir), bəzisinin altı, bəzisinin səkkiz qanadı var.

Ayənin ərəbcə orijinalında işlənmiş (əcnihət) sözü (cǝnah) sözünün cəmidir. Onun mənası “quşların qanadı"dır. Qanad quşların hərəkət, fəaliyyət və yerdəyişmə vasitəsi olduğu üçün həm ərəb dilində, həm də digər dillərdə bəzən məcazi olaraq hərəkət etmək, güclülük, eləcə də müəyyən imkana malik olmaq mənasında işlədilir. Məsələn: Kiminsə barəsində "onun qol-qanadı qırılıb” ifadəsi işlədilir ki, bunun da məcazi mənası həmin şəxsin hərəkət və fəaliyyət imkanının məhdudlaşmasıdır. "Qanadının altına almaq", yaxud da “insan elm və əməl qanadı ilə pərvaz etməlidir." Buna bənzər ifadələr bir çox yerdə işlədilir ki, bunların hamısı bu sözün məcazi mənasını ifadə edir.

Quranın başqa yerlərində “ərş, kürsi, lövhə və qələm” kimi sözlər işlədilib. Həmin sözlərdə də onların maddi deyil, mənəvi mənası nəzərdə tutulur.

Əlbəttə, Quranda işlənmiş sözləri hər hansı bir əsas olmadan zahiri mənasından başqa mənaya yozmaq olmaz. Amma əgər ortada aydın dəlil varsa, onların zahiri mənadan başqa mənaya yozulması problemsizdir.

Bəzi hədislərdə Allahın vəhy mələyi olan Cəbrailin altı yüz qanadının olması və onun həmin vəziyyətdə İslam Peyğəmbəri (s) ilə görüşəndə yerlə göyün arasını tam tutması qeyd edilib.

Yaxud hədislərdə nəql edilib ki, Allahın mələklərindən birinin mərcəyi ilə gözü arasında (iti uçan quşun uçuşu ilə) beş yüz illik məsafə var.

Yaxud "Nəhcül-bəlağə”də Allahın mələklərinin əzəmətindən danışanda buyurulur:

# وَمِنْهُمُالثَّابِتَةُفِىالْأَرَضِينَالسُّفْلَىأَقْدامُهُمْوَالْمارِقَةُمِنَالسَّمَاءِالْعُلْياأَعْناقُهُمْوَ


# الْخارِجَةُمِنَالأَقْطارِأَركائهُمْوَالْمُناسبةلقوائمالْعَرْشِأَكْنَافُهُمْ.


"Mələklərin bəzisi elə əzəmətlidir ki, ayaqları yerin ən alt təbəqələrində sabitdir, boyunları ən yüksək səmaları ötüb, əzaları cahanın hüdudlarından kənara çıxıb və onların çiyinləri ərşin dayaqlarıyla bərabərdir."

Bildiyimiz kimi, bu cür ifadələri fiziki və maddi mənaya yozmaq mümkün deyil. Onlar mələklərin mənəvi gücünü və qüdrətinin miqyasını bəyan edir.

Ümumiyyətlə, bildiyimiz kimi, qanad ancaq atmosferdə hərəkət etmək üçündür. Çünki yer kürəsinin ətrafı hava sıxlığı ilə əhatə edilib. və quşlar öz qanadları vasitəsi ilə hava dalğaları üzərində hərəkət edir, yuxarı qalxa, aşağı düşə bilirlər. Amma atmosferdən çıxandan sonra hava olmadığı üçün qanadın hərəkət etmək üçün azacıq da təsiri yoxdur və o, bu baxımdan digər üzvlər kimidir.

Bundan əlavə, ayaqları yerin dərinliklərində, başı göyün ən üst qatlarında olan mələyin fiziki baxımdan uçmağa ehtiyacı yoxdur.

Mələyin lətif cisimə malik olması, yoxsa mücərrəd olması da, bir başqa mövzudur. Biz Allahın istəyi ilə "incəliklər” bölümündə bu barədə danışacağıq. Burada təkcə bunu bilməymiz kifayətdir ki, onların qanadı fəaliyyət, hərəkət və qüdrət vasitəsidir. Bunu öncə qeyd edilən əlamət- lər də təsdiqləyir. “Ərş” və “kürsi”dən danışanda da qeyd etdiyimiz kimi, bu sözün mənası uzun və ya qısa ayaqlı taxt olsa da, əsas olaraq Allahın qüdrətinin bəyan edilməsi nəzərdə tutulur.

İmam Sadiq (ə) hədislərinin birində belə buyurub:

# الملائكةلايَأْكُلُونَوَلايَشْرَبُونَوَلايَنكِحُونَ،وَإِنَّمايَعِيْشُونَبنَسيمِالْعَرْ


“Mələklər nə yemək yeyir, nə su içir, nə evlənirlər, onlar ancaq ərşdən əsən meh ilə yaşayırlar."

Üçüncü sual budur ki, görəsən, “O, yaradılışda istədiyini artırır." cümləsi bəzi təfsirçilərin də qeyd etdiyi kimi, mələklərin qanadlarının artırılmasına işarədir, yoxsa daha geniş mənaya malikdir və həm ona şamil olur, həm də varlıqların yaradılışında həyata keçən digər artımlara?

Həm bu cümlənin qeyd-şərtsiz bəyan edilməsindən, həm də sözügedən ayənin təfsiri barədə nəql edilmiş hədislərdən belə məlum olur ki, ikinci məna daha münasibdir.

O cümlədən hədislərin birində Peyğəmbərin (s) bu ayənin təfsirində belə buyurması nəql edilib: "Məqsəd gözəl üz, gözəl saç və gözəl səsdir"

Həzrəti-Peyğəmbərdən (s) nəql edilmiş digər bir hədisdə belə oxuyuruq:

# يَزِيدُفِيحَسَنُواالْقُرْآنَبِأَصْواتِكُمْفَإِنَّالصَّوْتَالْحَسَنَيَزِيدُالْقُرْآنَحُسْناًوَقَرَأَ


# الْخَلْقِمَايَشَاءُ


"Quranı xoş avazla oxuyaraq zinətləndirin. Çünki gözəl səs Quranın gözəlliyini daha da artırır." Sonra o Həzrət (s) bu ayəni oxudu: "O, yaradılışda istədiyini artırır."

Allahın yaradan olması və ilahi feyz vasitəsi olan mələklərin missiyası bəyan edildikdən sonra, Onun bütün varlıq aləminin təməli olan mərhəmətindən söz açılaraq buyurulur: "Allah insanların üzünə hansı rəhməti açsa, heç kəs onun qarşısını ala bilməz. Nəyi də saxlasa, Ondan başqa heç kəs onu göndərə bilməz. O, yenilməz qüdrət və hikmət sahibidir”.

(مَايَفْتَحِاللَّهُلِلنَّاسِمِنرَّحْمَةٍفَلَامُمْسِكَلَهَاوَمَايُمْسِكْفَلَامُرْسِلَلَهُمِنبَعْدِهِوَهُوَالْعَزِيزُالْحَكِيمُ)


Bir sözlə, bütün rəhmət xəzinələri Onun yanındadır və O, Öz mərhəmətini layiq bildiyi kəsə şamil edər, lazım bildiyi yerdə hikmət qapılarını açar. Əgər bütün dünya əl-ələ verib Onun açdığı qapını bağlamaq, ya da Onun bağladığı qapını açmaq istəsə, bunu bacara bilməz. Əslində, bu, tövhidin mühüm qollarındandır və onun özü də şaxələrə bölünür. (Diqqət edin!)

Bunun bənzəri Quranın digər ayələrində də mövcuddur. Məsələn: Allah-taala bir yerdə belə buyurur:

وَإِنيَمْسَسْكَاللهُبِضُرٍّفَلَاكَاشِفَلَهُإِلاهُوَوَإِنيُرِدْكَبِخَيْرٍفَلَارَادَّلِفَضْلِهِ


يُصِيبُبِهِمَنيَشَاءمِنْعِبَادِهِوَهُوَالْغَفُورُالرَّحِيمُ


"Əgər Allah sənə sınamaq üçün və ya günahın kəffarəsi olaraq bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir vermək istəsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, bağışlayandır, rəhimlidir."

Burada bir neçə məsələyə diqqət etmək lazımdır:

Ayənin ərəbcə orijinalında işlənmiş (yəftəh) sözünün kökü (fǝth) sözüdür. Onun mənası “açmaq" deməkdir. O, Allahın Quranın digər ayələrində də qeyd edilmiş rəhmət xəzinələrinə işarədir. Bu xəzinələrin qapısı açılanda onlar varlıqlara tərəf “axmağa” başlayır və daha başqa şeyə ehtiyac qalmır. Heç kəs ona mane ola bilməz.

Rəhmət qapılarının açılmasının onun əsirgənilməsindən qabaq qeyd edilməsinin səbəbi Allahın rəhmətinin həmişə qəzəbini qabaqlamasıdır.

2\. "Rəhmət" sözünün mənası genişdir və o, dünyanın bütün nemətlərini ehtiva edir, bəzən mənəvi, bəzən də maddi xarakter daşıyır. Buna görə də bəzən insan bütün zahiri qapıları öz üzünə bağlı görsə də, Allahın rəhmətinin onun qəlb və ruhuna cari olduğunu hiss edir. Bu səbəbdən, hətta həbsxanada sıxıntıda olsa belə, şad və məmnun, sakit, eləcə də xatircəm olur.

Bəzən də bunun əksinə, bütün zahiri qapıları üzünə açıq görsə də, ilahi rəhmət qapısının bağlı olduğunu, özünü sıxıntıda, dünyanı bütün genişliyinə baxmayaraq, sanki həbsxana, zülmət və qorxulu bir yer kimi hiss edir.

3\. "Yenilməz qüdrət, həmçinin hikmət sahibi" sifətləri Onun rəhmət qapılarını açmaq və bağlamaq qüdrətinə malik olmasına işarədir. Həmçinin onlar rəhmət qapısının açılmasının və bağlanmasının hikmətə əsaslandığını bəyan edir. Çünki Onun qüdrəti hikmətlə müşayiət edilir.

Hər halda, bu ayənin məzmununun nəzərə alınması mömin şəxs elə rahatlıq bəxş edir ki, o, bütün hadisələr qarşısında müqavimət göstərir, heç bir çətinlikdən qorxmur, heç bir zəfərə görə qürrələnmir." Sonrakı ayədə yaradılış və ruzi verməkdə tövhid məsələsinə əsaslanaraq, ibadətdə tövhid məsələsinə işarə edilərək buyurulur:

\-"Ey insanlar! Allahın sizə verdiyi neməti xatırlayın. Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir xaliqmi var?".

اذْكُرُوانِعْمَتَاللهِعَلَيْكُمْهَلْمِنْخَالِقٍغَيْرُاللَّهِيَرْزُقُكُممِّنَالسَّمَاءِوَالْأَرْضِ


Bir diqqətlə fikirləşib düşünün, görün ixtiyarınızda olan, eləcə də qərq olduğunuz bu qədər nemətin, bu qədər bərəkətin, həyat əhəmiyyətli imkanların əsas mənbə və qaynağı kimdir?

Sizə göydən günəşin həyat bəxş edən nurunu, yağışın dirilik mənbəyi olan damcılarını, küləyin ruhu oxşayan dalğalarını kim verir? Yeraltı sərvət və təbii ehtiyatları, qidaları, müxtəlif bitkiləri, meyvələri və sairəni yerdən sizin üçün kim çıxarır?

İndi ki bu bərəkətlərin hamısının mənbəyinin Allah olduğunu bilirsiniz, onda bunu da bilin ki, "Ondan başqa heç bir məbud yoxdur. Bununla belə, batilə doğru necə azırsınız?" Allahı qoyub bütlərə necə səcdə edirsiniz?”. “لَا إِلَهَ إِلَّا هُوَ فَأَنَّى تُؤْفَكُون”

Ayənin ərəbcə orijinalında işlənmiş (tu’fǝkun) sözünün kökü (ifk) sözüdür. Öncə də qeyd etdiyimiz kimi, onun mənası “həqiqi siması dəyişmiş şey"dir. Buna görə də haqdan sapmış sözə (ifk) deyirlər. Onun yalan və böhtan mənasında işlənməsi də bu baxımdandır. Lakin bəziləri deyiblər ki, bu söz böyük yalan və böhtanlar barəsində işlədilir.

İncəliklər:



Mələklər Qurani-Kərimdə.

Qurani-Kərimdə mələklərdən çox danışılıb. Quranda mələklərin sifətləri, xüsusiyyətləri, missiyaları, vəzifələri barədə çox danışlıb, hətta Quran mələklərə iman bəsləməyi Allaha, peyğəmbərlərə və səma kitablarına iman sırasında qeyd edib. Bu da bu məsələnin əhəmiyyətinin göstəricisidir:

آمَنَالرَّسُولُبِمَاأُنزِلَإِلَيْهمنرَّبِّهِوَالْمُؤْمِنُونَكُلٌّآمَنَبِاللهوَمَلَائِكَتِهِوَكُتُبهوَرُسُله


"Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirdi. Möminlər də hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər.

Şübhəsiz, mələklər mövzusu qeybə aid məsələlərdəndir və onun bu sifət, eləcə də xüsusiyyətlərinin sübut edilməsinin yeganə yolu nəql edilən dəlillərdir. Onları qeybə iman yolu ilə qəbul etmək lazımdır. Quran ümumilikdə onların xüsusiyyətini belə bəyan edir:

1\. Mələklər ağıl və şüuru olan varlıqlar və

"Onun layiqli qullardır."

2\. “لَا يَسْقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُونَ” Ondan qabaq danışmazlar; Hər zaman Onun əmrini yerinə yetirərlər.

3\. Allah onların öhdəsinə müxtəlif mühüm vəzifələr qoyub: Onların bəzisi ərşi daşıyırlar.

Bəzisi işləri idarə edirlər.

Bəzisi can almaqla məşğuldur.

Bəzisi insanların əməlinə nəzarət edir."

Bəzisi isə insanı təhlükə və hadisələrdən qoruyur.?

Bəzisinin missiyası itaətsiz və azğın qövmlərə cəza, eləcə də əzab verməkdir.

Bəziləri müharibələrdə Allah tərəfindən möminlərə kömək edirlər."

Bəziləri də vəhy daşıyıcıları və səma kitablarını peyğəmbərlərə nazil edəndir. Əgər biz onların missiya və vəzifələrini bir-bir saysaq, söhbət uzun çəkər.

4\. Onlar davamlı şəkildə Allahı pak sifətlərlə öyür, Ona sitayiş edir. “Şura” surəsinin 5-ci ayəsində belə oxuyuruq:

وَالْمَلَائِكَةُيُسَبِّحُونَبِحَمْدِرَبِّهِمْوَيَسْتَغْفِرُونَلِمَنفِيالْأَرْضِ


"Mələklər davamlı olaraq Rəblərinə həmd və təriflər deyir, yerdəkilər üçün bağışlanma diləyirlər.”

5\. Buna baxmayaraq, insan təkamül istedadına malik olduğu üçün onlardan üstündür. Çünki istisnasız olaraq, bütün mələklər Adəmin yaradılışına görə səcdə ediblər və Adəm onların müəllimi olub.

6\. Onlar bəzən insan şəklinə düşür, peyğəmbərlərin, hətta peyğəmbər olmayanların gözünə görünürlər. Bu barədə "Məryəm” surəsində belə buyurulur:

فَأَرْسَلْنَاإِلَيْهَارُوحَنَافَتَمَثَّلَلَهَابَشَرًاسَوِيّاً


“Bu zaman Biz Öz Ruhumuzu onun yanına göndərdik. O, Məryəmin qarşısında eyibsiz və nöqsansız insan surətində peyda oldu."

Onlar başqa bir yerdə İbrahim (ə) və Lutun (ə) gözünə insan kimi görünüblər.

Hətta ayələrdən belə məlum olur ki, Lutun (ə) qövmü də onları mütənasib bədən qurluşuna malik insan şəklində görüblər.

Görəsən, onların insan şəklində zahir olması obyektiv reallıq olub, yoxsa onlar insanların idrak qüvvəsinə təsir edərək onlarda belə bir təəsvvür yaradıblar? Bəzi təfsirçilər ikinci mənanı seçsələr də, Quran ayələrinin zahiri birinci mənaya dəlalət edir.

7\. Hədislərə əsasən, onların sayı insanla müqayisə edilməyəcək qədər çoxdur. Hədislərin birində belə nəql edilib: İmam Sadiqdən (ə) soruşdular ki, mələklərin sayı çoxdur ya insanların? O Həzrət (ə) buyurdu:

"And olsun canım əlində olan Allaha, göydəki mələklərin sayı yerdəki torpaq zərrəciklərinin sayından çoxdur. Göydə ayaq basmağa elə bir yer yoxdur ki, orada bir mələk Allahı pak sifətlərlə öyǝrǝk Ona sitayiş etməsin."

8\. Onlar nə yemək yeyir, nə su içir, nə də evlənirlər. İmam Sadiq (ə) hədislərin birində belə buyurur:

# الملائكةلايَأْكُلُونَوَلايَشْرَبُونَوَلايَنْكِحُونَ،وَإِنَّمَايَعِيْشُونَبِنَسِيمِالْعَرْشِ.


"Mələklər yemək yemir, su içmir, evlənmirlər, Allahın ərşindən əsən meh ilə yaşayırlar.

9\. Onlar nə yatar, nə süstlük və qəflətə düçar olarlar. İmam Əli (ə) hədislərin birində deyir:

# فَلَيْسَفِيْهِمْفَتْرَةٌ،وَلاعِنْدَهُمْغَفْلَةٌ،وَلافِيْهِمْمَعْصِيَةٌ... لايَغْشَاهُمْنَوْمُالْعُيُونِوَ


# لاسَهْوُالْعُقُولِ،وَلافَتْرَةُالأَبْدانِ،لَمْيَسْكُنُواالْأَصْلابَوَلَمْتَضُمُّهُمُالْأَرْحَامُ.


"Onlarda nə süstlük var, nə qəflət, nə də itaətsizlik... Onları yuxu tutmur, ağılları səhv və unutqanlığa məruz qalmır, bədənləri süstləşmir, atanın beli və ananın bətnində olmurlar."

10\. Onların məqam və dərəcələri fərqlidir, bəzisi həmişə rüku halında, bəzisi səcdədə olur:

وَمَامِنَّاإِلَّالَهُمَقَامٌمَّعْلُومٌوَإِنَّالَنَحْنُالصَّافُونَوَإِنَّالَنَحْنُالْمُسَبِّحُونَ.


"Bizlərdən hər birimizin müəyyən bir yeri vardır. Biz sıraya düzülmüşük. Biz hamımız Ona təriflər deyirik."

İmam Sadiq (ə) buyurur:

# وَإِنَّلِلَّهِمَلائِكَةٌرُكَّعاًإِلىيَوْمِالْقِيَامَةِوَإِنَّلِلَّهِمَلائِكَةٌسُجَّداًإِلىيَوْمِالْقِيَامَةِ.


"Allahın Qiyamətə kimi rükuda və Qiyamətə kimi səcdədə olan mələkləri var.

Görəsən, xüsusiyyətləri qeyd edilən bu mələklər mücərrəd varlıqlardır yoxsa maddi?

Şübhəsiz, onlar bu xüsusiyyətlə çirkin ünsür maddələrindən ola bilməzlər. Amma onların bizim tanış olduğumuz maddənin fövqündə dayanan lətif cisimdən yaradılması mümkündür.

Mələklərin, hətta zaman, məkan və hissələrdən mücərrəd olmasının isbat edilməsi asan iş deyil. Bu barədə araşdırma aparmağın elə də faydası yoxdur. Əsas məsələ bizim mələkləri Quranın və səhih hədislərin təsvir etdiyi xüsusiyyətlərlə tanımağımız, onların bəndəlik məqamından başqa məqama malik olmamasına etiqad bəsləmək, yaradılış, habelə ibadətdə Allaha şərik qoşmadan ülvi, eləcə də əzəmətli varlıqlar hesab etməyimizdir.

Mələklər barədə bu izahla kifayətlənir və daha geniş izahı xüsusi olaraq, bu mövzuda yazılmış kitablara həvalə edirik.

Tövratın bir çox yerlərində mələklər barəsində “tanrılar” ifadəsi işlədilmişdir. Bu ifadə Allaha şərik qoşmaqdır və mövcud Tövratın təhrif edilməsinin nişanələrindəndir. Lakin Quran bu cür ifadələrdən pakdır. Çünki Quran mələklərin Allahın bəndəsi olmasını, Ona ibadət etməsini və Allahın əmrlərin yerinə yetirməsini buyurur. Hətta Quranın bəzi ayələrindən belə məlum olur ki, kamil insan mələklərdən daha üstündür.