Əz-Zuxruf Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Zuxruf surasi, 1-8-ci ayalar
Zuxruf surasi, 1-8-ci ayalar
بسْمِاللهِالرَّحْمنِالرَّحِيمِ
حم .١
وَالْكِتَابِ الْمُبِينِ .٢
إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ .٣
وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ .٤
أَفَنَضْرِبُ عَنْكُمُ الذِّكْرَ صَفْحًا أَنْ كُنْتُمْ قَوْمًا مُسْرِفِينَ .٥
وَكَمْ أَرْسَلْنَا مِنْ نَبِيٍّ فِي الْأَوَّلِينَ .٦
وَمَا يَأْتِيهِمْ مِنْ نَبِيٍّ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ .٧
فَأَهْلَكْنَا أَشَدَّ مِنْهُمْ بَطْشًا وَمَضَى مَثَلُ الْأَوَّلِينَ .٨
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Ha. Mim!
2\. Aydınlaşdıran kitaba and olsun!
3\. Biz onu ərəbcə və fəsih bir Quran etdik ki, bəlkə, siz dərk edəsiniz.
4\. O yanımızdakı “ana kitabda” (Lövhi-Məhfuzda) ucadır, möhkamdir.
5\. Siz həddi aşan adamlar olduğunuza görə Biz bu zikri sizə çatdırmaqdan imtina etməliyik?
6\. Əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbərlər göndərdik.
7\. Ancaq onlara belə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar.
8\. Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin əhvalatına da son qoyuldu.
Ayələrin təfsiri.
Sizin günahınız bizim rəhmətimizə mane olmur.
(ha-mim)
Bu surənin əvvəlində yenə də müqəttəə hərflər olan (ha-mim) ifadəsi ilə üzləşirik. (ha-mim) ilə başlayan dördüncü surə bu surədir. Əlavə olaraq, üç surə də bu iki hərflə başlanır və cəmi yeddi surə "Ha-mim” ailəsini təşkil edir. Bunlar "Mömin", "Fussilət”, “Şura”, "Zuxruf", "Duxan", "Casiyə" və “Əhqaf” surələridir.
Müqəttəə hərflər barəsində geniş şəkildə bəhs etmişik. (“Bəqərə” surəsinin başlanğıcı, 1-ci cild, "Ali-İmran" surəsi, 2-ci cild, "Oraf” surəsinin başlanğıcı, 4-cü cild və "Fussilət” surəsinin başlanğıcı, 20-ci cilddə "Hamim" barəsində məlumat ala bilərsiniz.)
İkinci ayədə Qurani-Kərimə and içilərək buyurulur: "And olsun aşkar və mubin kitaba." -
And olsun həqiqətləri aşkar, mənaları aydın, dəlilləri zahir, hidayət yolları işıqlı və aydın olan bu kitaba.
“Biz onu fəsahətli və ərəb dilində olan bir Quran olaraq qərar verdik. Bəlkə, siz (onu) dərk edəsiniz."
Quranın ərəbcə olması məsələsi iki məsələyə görə ola bilər: Birincisi: Məqsəd onun ərəb dilində nazil olmasıdır. Ərəb dili həqiqətləri bəyan etmək baxımından dünyanın ən zəngin və geniş imkanlı dillərindəndir. Bu dil ən incə mətləbləri belə bütün çalarlarına və dərinliklərinə qədər əks etdirmək qüdrətinə malikdir.
İkincisi: Burada Quranın fəsahəti nəzərdə tutulur. (Çünki “ərəbi” sözünün mənalarından biri fǝsih deməkdir.) Yəni Quranı son dərəcə fəsahətli qərar verdik. Bunu etdik ki, onun sözləri və cümlələri arasından həqiqətlər özlərini aydın şəkildə göstərə bilsin, hər kəs də onları gözəl şəkildə dərk etmiş olsun.
Maraqlıdır ki, burada and və andın cavabı eyni şeydir. Yəni Quranı hamı başa düşsün, deyə ərəb dilində göndərilməsini elə Quranın özünə and içilərək bildirilir. Beləliklə də, göstərilir ki, and içə biləcə yimiz Qurandan önəmli nəsə yoxdur. Başqa ifadə ilə desək, Qurandan da yüksək olan elə Quranın özüdür. Çünki Quran Allah kəlamıdır və Allah kəlamı onun pak zatını bəyan edir.
(ləəllə) ifadəsi (bəlkə, bu ümidlə...) o demək deyil ki, Allah Quranın təsir göstərməsinə şübhə ilə yanaşır. Həmçinin burada mənanı nail olunması çətin olan bir arzuya ümid etmək kimi də düşünmək, yozmaq olmaz. Bu ifadə Quran ayələrini dinləyənlərin düşüncə və əxlaqındakı münbitliyin müxtəlifliyinə işarə etmir. Sadəcə vurğulanır ki, Quranın kiməsə təsir göstərməsi üçün müəyyən şəraitə ehtiyac duyulur və burada bircə kəlmə ilə həmin məsələyə üstüörtülü şəkildə toxunulur. (Geniş məlumat üçün kitabın 3-cü cildinə, yəni “Ali-İmran” surəsinin 200-cü ayəsinə müraciət edin.)
Ayənin davamında bu səmavi kitabın növbəti üç sifəti açıqlanaraq buyurulur: "Və o əsas kitabda (Lövhi-Məhfuzda) Bizim yanımızda uca və möhkəmdir”.
(وَإِنَّهُفِيأُمِّالْكِتَابِلَدَيْنَالَعَلِيٌّحَكيمٌ)
Bu ilk vəsfdə Quranın Ümmül kitab və Allah yanında nəqş olunduğunu vurğulayır. "Buruc" surəsinin 21 və 22-ci ayələrində bu barədə oxuyuruq:
بلْهُوَقُرْآنٌمَّجِيدٌفِيلَوْحٍمَّحْفُوظٍ
“Əksinə, o əzəmətli bir Qurandır və Lövhi-Məhfuzda yerləşmişdir." İndi isə gəlin görək, Ümmül kitab və ya "Lövhi-Məhfuz” dedikdə nə nəzərdə tutulur?
(umm) sözü lüğətdə istənilən şeyin əsli və kökü deməkdir. Ərəblərin anaya (umm) deməsinin də səbəbi odur ki, ana ailənin kökü və övladların sığınacaq yeridir. Deməli, (ummul-kitab – ana kitab) bütün səmavi kitabların əsası və kökü anlamını verir. Bu, həmin lövhdür ki, Allah yanındadır və heç bir dəyişikliyə, təhrifə məruz qalmır. Başqa sözlə desək, bu, Allahın Öz yanındakı ilahi elmidir.
Keçmiş və gələcəkdəki bütün hadisələr, kainatdakı bütün həqiqətlər, eləcə də bütün səmavi kitablar bu elmdə dərc olunmuşdur. Allahın açıqlamaq istədiklərindən başqa heç kəsin ona yolu yoxdur.
Bu, Qurani-Kərim üçün çox dolğun böyük bir tərifdir və Quran Allahın intǝhasız elm bulağından əsli və kökü Allah yanında olan bir mənbədən qaynaqlanmışdır.
Odur ki, ikinci tərifdə deyir: “Bu, çox uca məqamlı bir kitabdır." Üçüncü vəsfdə isə deyir: "Möhkəmdir."
Allahın sonsuz elm mənbəyindən qaynaqlanan bir kitab bu təriflərə layiqdir.
Bəzi alimlər Quranın ucalığı dedikdə onun bütün səmavi kitablardan öndə olması, bütün kitabları nəsx etməsi və ecazkarlığın son nöqtəsində olması ilə əlaqələndirirlər. Elə müfəssirlər də vardır ki, Quranın ucalığını bəşər təfəkkürünün yetə bilmədiyi ucalıqda olan həqiqətləri ehtiva etməsində görürlər. Söhbət hamının Quranın zahirindən anladığı həqiqətlərdən getmir.
Bu iki təfsirin bir-biri ilə ziddiyyəti yoxdur və (əliyyun uca məqamlı) ifadəsinin məfhumunda elə hər iki təfsirin məzmunu mövcuddur. Əhəmiyyətli bir məsələ odur ki, (həkim) sözü, adətən, kitaba deyil, insana aid edilir. Lakin bu səmavi kitab hikmət öyrədən böyük bir müəllim olduğu üçün sözügedən ifadəni onun üçün söyləmək çox yerində işlədilmiş bir ifadədir. Əlbəttə, “həkim” sözü möhkəm və nüfuzolunmaz anlamında da işlədilmişdir. Yəni bütün bu məfhumlar bu sözün daxilində vardır. Elə Qurani-Kərim barəsində də bütün bu məfhumlar öz əksini tapır. Çünki Qurani-Kərim bu mənaların hamısını özündə birləşdirən həkimanə bir kitabdır.
Növbəti ayədə Quranı inkar edib, ondan üz döndərənlərə xitabən deyilir: “Bir qövm israfçıdır, – deyə bu zikri sizdən əsirgəyəkmi?!”
(أَفَتَضْرِبُعَنكُمُالذِّكْرَصَفْحًاأَنكُنتُمْقَوْمًامُّسْرِفِينَ)
Doğrudur, siz haqqa qarşı müxalifət və düşmənçilikdə əlinizdən gələni əsirgəməmisiniz. Öz müxalifətinizi ekstremizm və israf həddinə çatdırmısınız. Lakin Allahın lütfü və rəhməti o qədər genişdir ki, bunları maneə kimi görmür və bu oyanış yaradan səmavi kitabı həyat verən ayələri ilə birlikdə ardıcıl olaraq, sizə nazil edir. Allah-taala bunu edir ki, azacıq hazırlığa malik qəlblər silkələnib yola gəlsinlər. Bu, ümumi rəhmət məqamıdır və Allahın rəhmaniyyətidir. Bu rəhmət dosta da düşmənə də şamil olur.
“أَفَنَضْرِبُ عَنكُم” cümləsi “أَفَنَصْرِفُ عَنكُم” -(sizdən çevirək vı döndərəkmi?) anlamında işlədilmişdir. Çünki bir süvari atını yoldan döndərəndə ona qamçı vurur. (zərb) ifadəsi belə məqamlarda məhz bu səbəbdən (sərf)-(döndərmək və geri çevirmək) anlamında işlədilmişdir. (səfhǝn) sözü, əslində, bir şeyin tərəfi deməkdir. Bəzən isə bir şeyin eni və genişliyi anlamını verir. Sözügedən ayədə isə ilk anlamda işlədilmişdir. Yəni Biz xatırlatmağa səbəb olan bu Quranı sizdən çevirib başqa yönəmi meyilləndirək?
(musrif) sözü (israf) kökündən olub, həddi aşmaq mənasını verir. Burada deyilir ki, Peyğəmbərin (s) düşmənləri və müşriklər müxalifət, eləcə də ədavətdə heç bir sərhəd tanımırdılar.
Həm bu deyilənlərə sübut, həm də Peyğəmbərə (s) ürək-dirək vermək, eləcə də inadkar inkarçılara bir növ təhdid olması üçün qısa və möhkəm bir ifadə də deyilir. “Nə çox peyğəmbərlər ki, (hidayət üçün) keçmiş qövmlərə göndərdik”.
“Lakin istehza etmədikləri heç bir peyğəmbər qalmadı.” (Yəni gələn bütün peyğəmbərlərə iztehza etdilər)
Bu müxalifət və istehzalar ilahi lütfə əsla mane ola bilmədi. Peyğəmbərlik ilə hidayət əzəli və əbədi olaraq davam edən bir feyzdir. Bu, Allahın bütün bəndələrinə göstərdiyi səxavətdir. Ümumiyyətlə, Allah bütün bəndələri məhz rəhmət üçün yaratmışdır”.
Odur ki, sizin üz çevirməyiniz və inadkarlığınız onun lütfünə əsla mane olmayacaq. Həm Peyğəmbər (s), həm də həqiqi möminlər qətiyyən ruhdan düşməməlidirlər. Çünki bir sıra şəxslərin haqdan dönməsi və öz şəhvətlərinə, həvəsbazlıqlarına, eləcə də ehtiraslarına tabe olması yeni bir şey deyil. Bu, həmişə belə olmuşdur!
Lakin Allahın sonsuz lütfünün sonda onların cəzalandırılmasına mane olacağını düşünməsinlər, - deyə (çünki cəzalandırılmaq da ilahi hikmətin tələbidir) növbəti ayədə deyilir: "Ancaq Biz onlardan daha güclüsünü həlak etmişik”.
(فَأَهْلَكْنَاأَشَدَّمِنْهُمبَطْشًا )
“Və qədimkilərin əhvalatı keçdi.”
Əvvəlcə sənə nazil etdiyimiz ayələrdə bu azğın tayfalardan çoxlu nümunələr göstərmişik və vəhy vasitəsilə onların tarixçəsini təhrif etmədən nazil etmişik. Onların arasında ərəb müşriklərindən çox-çox qüdrətli olan xalqlar var idi. Onlar çoxlu imkan, sərvət, qoşun və istedada malik idilər. Firon və fironçular, eləcə də Ad və Səmud qövmü kimi azğınlar var idi. Lakin indi gedib onların şəhərlərinin viranələrini görə bilərsiniz. Gedin onların tarixlərini oxuyun. Hamısından önəmli isə Quranda onlar barəsində nazil olunmuş mövzuları araşdırın və bilin ki, siz tüğyançı, inadkar insanlar Allahın ağrıdıcı əzabından əsla amanda deyilsiniz.
(bətş) sözü haqqında Rağib "Müfrǝdat"da belə deyir: “Bu söz bir şeyi qüvvətlə almaq deməkdir. Bu ayədə isə daha çox qüvvət və qüdrət anlamını verməsi üçün (əşədd) kəlməsi ilə birgə işlədilmişdir.
(minhum) ifadəsindəki əvəzlik qabaqkı ayələrdə xitab olunan ərəb müşriklərinə aiddir. Lakin bu ayədə onlardan qaib şəxs kimi, yəni III şəxs kimi söz açılır. Çünki onlar Allah tərəfindən xitabın davamına layiq deyillər.
Bəzi böyük müfəssirlər “وَمَضَى مَثَلُ الْأَوَّلِينَ - (Ötən qövmlərin işinin sonu qabaqca keçdi) cümləsini əvvəlki surədə bəzi dəstələr barəsində deyilmiş mövzulara işarə kimi qəbul edirlər. Lakin ayəni bu qədər məhdud çərçivəyə salmaq üçün əlimizdə heç bir əsas yoxdur. Xüsusilə nəzərə almalıyıq ki, "Şura” surəsində qədim xalqlara çox az şəkildə toxunulmuşdur. Halbuki Quranın digər surələrində onlarla əlaqədar geniş şəkildə açıqlama verilmişdir.
Bu ayə "Qəsəs” surəsinin 78-ci ayəsinə bənzəyir. Orada deyilir:
أَوَلَمْيَعْلَمْأَنَّاللَّهَقَدْأَهْلَكَمِنقَبْلِهِمِنَالقُرُونِمَنْهُوَأَشَدُّمِنْهُقُوَّةًوَأَكْثَرُجَمْعًا
"Qarun bilmirdimi ki, Allah-taala ondan əvvəl, ondan daha çox qüdrətli və varlı olan xalqarı məhv etmişdir?”
Digər bənzər ayə “Mömin” surəsinin 21-ci ayəsidir. Bu ayədə ərəb müşriklərinə belə xəbərdarlıq edilir:
\- "Onlar yer üzərində seyr etmədilərmi ki, onlardan qabaq olanların aqibətinin necəliyini görsünlər?! Onlar qüdrət və yer üzündə mühüm izlər qoymaq baxımından bunlardan daha yüksəkdə dururdu- lar. Lakin Allah onları günahlarına görə tutdu. Onların Allahın əzabı qarşısında heç bir müdafiəçisi olmadı."