Əl-Hucurat Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Hucurat surəsi, 1-5-ci ayələr
Hucurat surəsi, 1-5-ci ayələr
بسماللهالرَّحْمَنِالرَّحِيمِ
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُقَدِّمُوا بَيْنَ يَدَيِ اللَّهِ وَرَسُولِهِ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ .١
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَنْ تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنْتُمْ لَا تَشْعُرُونَ .٢
إِنَّ الَّذِينَ يَغُضُّونَ أَصْوَاتَهُمْ عِنْدَ رَسُولِ اللَّهِ أُولَئِكَ الَّذِينَ امْتَحَنَ اللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَى لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ .٣
إِنَّ الَّذِينَ يُنَادُونَكَ مِنْ وَرَاءِ الْحُجُرَاتِ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ .٤
وَلَوْ أَنَّهُمْ صَبَرُوا حَتَّى تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَهُمْ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ .٥
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Ey iman gətirənlər! (Heç bir şeydə) Allahı və Onun elçisini qabaqlamayın. Allahdan qorxun! Allah eşidəndir, biləndir.
2\. Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizin yanında olduğu kimi, onun da yanında uca səslə danışmayın (hay-küy salmayın). Yoxsa, özünüz də hiss etmədən əməlləriniz puç olar.
3\. Allahın elçisinin yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün xalis etmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir.
4\. Səni otaqların arxasından uca səslə səsləyənlərin əksəriyyəti anlamır.
5\. Sən onların yanına gedənədək səbir etsəydilər, əlbəttə, bu, onlar üçün daha yaxşı olardı. Allah bağışlayandır, rəhmlidir.
Ayələrin nazilolma səbəbi
Təfsirçilər həm birinci, həm də sonrakı ayələr barədə müxtəlif nazilolma səbəbləri nəql ediblər.
Birinci ayə üçün nəql edilmiş nazilolma səbəblərindən biri belədir: Həzrət Peyğəmbər (s) Xeybərə getmək istəyəndə bir nəfəri Mədinədə öz yerinə canişin təyin etmək istəyirdi. Amma Ömər başqa bir şəxsi təklif etdi. Bu vaxt sözügedən ayə nazil oldu və göstəriş verdi ki, işlərdə Allah və Peyğəmbəri (s) qabaqlamayın.
Başqa bir dəstənin nəzərincə bəzi müsəlmanlar ara-sıra "əgər bizim barəmizdə filan şey nazil olsaydı, daha yaxşı olardı" deyirdilər və sözü gedən ayə nazil oldu və Allah və Peyğəmbəri (s) qabaqlamamaq gös- tərişi verdi.
Digər bir dəstənin nəzərincə sözügedən ayə ibadətlərinin bir hissəsini vaxtından qabaq yerinə yetirən bəzi müsəlmanlara işarədir. Həmin ayə nazil oldu və onları bu cür işlərdən çəkindirdi.
İkinci ayə barədə isə belə deyiblər: Bəni-Təmim qəbiləsinin böyüklərindən və üzvlərindən ibarət bir dəstə Mədinəyə gəldi. Onlar Peyğəmbər (s) məscidinə daxil olub Peyğəmbərin (s) evi olan otaqların arxasından "ey Muhəmməd, çölə çıx!” deyə qışqırmağa başladılar. Bu səs-küy və ədəbsiz danışıq Peyğəmbərin (s) narahatlığına səbəb oldu. Həzrət Peyğəmbər (s) onların yanına gələndə dedilər: “Bura səninlə öyünmə yarışına girməyə gəlmişik. İcazə ver bizim şair və xətibimiz Bəni-Təmim qəbiləsinin nailiyyətlərini saysın". Həzrət Peyğəmbər (s) icazə verdi. Əvvəlcə onların xətibi ayağa qalxdı və Bəni-Təmim qəbi- ləsinin utopik fəzilətlərindən xeyli söhbət etdi.
Peyğəmbər (s) Sabit ibn Qeysə onların cavabını vermək göstərişi verdi. Sabit ayağa qalxaraq onların cavabında dolğun bir xütbə oxudu və Bəni-Təmim xətibinin xütbəsini puç etdi.
Sonra onların şairi ayağa qalxdı və bu qəbilənin mədhində şeirlər oxudu. Məşhur müsəlman şair Həssan ibn Sabit də ayağa qalxaraq həmin şairə tutarlı cavab verdi.
Bu vaxt həmin qəbilənin zadəganlarından olan Əqrə adlı bir şəxs dedi: "Bu şəxsin xətibi bizim xətibdən güclü, şairi bizim şairdən ləya- qətlidir. Onların səs tonu da bizimkindən üstündür”.
Peyğəmbər (s) onların könlünü almaq üçün onlara yaxşı hədiyyələr verilməsi göstərişi verdi. Onlar baş verən bütün bu hadisələrdən təsir- lənərək həzrət Peyğəmbərin (s) peyğəmbərliyini qəbul etdilər.
Sözügedən ayələr onların həzrət Peyğəmbərin (s) evinin arxasında etdiyi səs-küyə işarədir.
Nəql edilmiş başqa bir nazilolma səbəbi həm birinci, həm də ikinci ayəyə aiddir. Həmin nazilolma səbəbi belədir: Hicrətin "amul-vüfud" adlandırılan doqquzuncu ilində Bəni-Təmim qəbiləsinin nümayəndələri həzrət Peyğəmbərin (s) yanına gələndə Əbu Bəkr Peyğəmbərə (s) həmin qəbilənin böyüklərindən olan Qǝ'qa adlı şəxsin onlara əmir təyin etməsini təklif etdi. Ömər isə həmin qəbilədən olan Əqrə ibn Habis adlı başqa bir şəxsin əmir təyin edilməsi təklifini verdi. Bu vaxt Əbu Bəkr Ömǝrǝ dedi: "Sən mənə qarşı çıxmaq istəyirsən?" Ömər dedi: "Mənim əsla sənə qarşı çıxmaq niyyətim olmayıb". Bu vaxt onlar Peyğəmbərin (s) hüzurunda səslərini ucaltdılar, sözü gedən ayələr nazil oldu və buyurdu ki, işlərdə Peyğəmbərdən (s) nə qabağa keçin, nə də o Həzrətin (s) evinin yanında səs-küy qaldırın.
Ayələrin təfsiri
Həzrət Peyğəmbərin (s) hüzurunda riayət edilməli olan ədəb qaydaları.
Surənin ümumi məzmunundan danışanda da qeyd etdiyimiz kimi bu surədə bir sıra əxlaqi məsələlərə, nizam-intizam qaydalarına işarə edilib ki, ona "əxlaq surəsi" də demək olar. Surənin başlanğıcı olan sözügedən ayələrdə həmin göstərişlərin iki qisminə işarə edilib.
Onlardan biri Allah və Peyğəmbəri (s) qabaqlamamaq, ikincisi isə Peyğəmbərin (s) hüzurunda səs-küy qaldırmamaqdır.
Buyurur: "Ey iman gətirənlər! (Heç bir şeydə) Allahı və Onun elçisini qabaqlamayın. Allahdan qorxun! Allah eşidəndir, biləndir".
(يَاأَيُّهَاالَّذِينَآمَنُوالَاتُقَدِّمُوابَيْنَيَدَيِاللهِوَرَسُولِهِوَاتَّقُوااللَّهَإِنَّاللَّهَسَمِيعٌعَلِيمٌ)
Burada "qabaqlamamaq" deyəndə işlərdə Allah və Peyğəmbərdən (s) qabağa keçməmək, Allah və Peyğəmbərin (s) göstərişləri qarşısında tələsməmək nəzərdə tutulur.
Bəzi təfsirçilər ayənin mənasını məhdudlaşdırmaq və onu ancaq ibadətin vaxtından qabaq yerinə yetirilməsinə, ya Peyğəmbərdən (s) qabaq danışmağa və bu kimi yerlərə aid etmək istəyiblər. Lakin gördüyümüz kimi ayənin mənası genişdir və o, Allah və Peyğəmbəri (s) qabaqlamağın bütün növlərinə aiddir.
Rəhbər, özü də böyük ilahi rəhbər qarşısında nizam-intizam məsuliyyəti heç bir işdə, heç bir sözdə və heç bir proqramın həyata keçirilməsində onun qabaqlanmamasını, tələsməməyi tələb edir.
Əlbəttə, bunun mənası onların hər hansı bir təklif və ya məsləhət olanda bunu ilahi rəhbərə deməmələri deyil. Məqsəd ilahi rəhbərdən qabağa düşmək, onun təsdiqi olmadan qərar qəbul edib həyata keçirməkdir. Hətta məsələlər barəsində həddindən artıq sual soruşmaq və danışmaq da olmaz. Gözləmək lazımdır ki, rəhbər özü məsləhət bildiyi vaxt onları irəli sürsün. Çünki o, məsum rəhbərdir və heç nəyi unutmaz. Həmçinin əgər kimsə ondan bir şey soruşursa, başqaları ondan qabağa düşüb tələsik cavab verməməlidir. Əslində ayə bu mənaların hamısını ehtiva edir.
Sonrakı ayədə ikinci göstərişə işarə edərək buyurur: "Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir- birinizin yanında olduğu kimi, onun da yanında uca səslə danışmayın (hay-küy salmayın). Yoxsa, özünüz də hiss etmədən əməlləriniz puç olar”.
يَاأَيُّهَاالَّذِينَآمَنُوالَاتَرْفَعُواأَصْوَاتَكُمْفَوْقَصَوْتِالنَّبِيِّوَلَاتَجْهَرُوالَهُبِالْقَوْلِكَجَهْرِبَعْضِكُمْ) لِبَعْضأَنتَحْبَطَأَعْمَالُكُمْوَأَنتُمْلَاتَشْعُرُونَ
“səsinizi yüksəyə qaldırmayın” deyəndə həzrət Peyğəmbərdən (s) bərk danışmaq nəzərdə tutulur. Səsin Peyğəmbərin (s) səsindən yüksəyə qaldırılması o Həzrətin (s) hüzurunda bir növ ədəbsizlikdir. Nəinki Peyğəmbər (s), bu işin ata, ana, ustad və müəllimin yanında edilməsi də hörmətsizlik və ədəbsizlikdir.
“onun yanında uca səslə danışmayın” ifadəsi həm əvvəl deyilən məsələyə təkid xarakteri daşıya bilər, həm də yeni məsələyə həzrət Peyğəmbərə (s) “ey Muhəmməd" deyə xitab edilməməsi və onun "ey Allahın elçisi" ifadəsi ilə əvəz edilməsinə işarə ola bilər.
Amma bəzi təfsirçilər bu iki cümlə arasındakı fərq barədə belə deyiblər: birinci cümlə insanların Peyğəmbərlə (s) söhbət etdiyi vaxtlara aiddir. Onlar həmin vaxt səslərini o Həzrətin (s) səsindən yüksəyə qaldırmamalıdırlar. İkinci isə həzrət Peyğəmbərin (s) sakit oturduğu və insanların o Həzrətin (s) hüzurunda söhbət etdiyi vaxta aiddir. Bu halda da səs çox yüksəyə qaldırılmamalıdır.
Bu məna ilə əvvəlki mənanı bir-biri ilə uzlaşdırmaq da olar. O, ayənin nazilolma səbəbi ilə də düz gəlir. Hər halda ayənin zahiri onun iki fərqli məsələni bəyan etməsinə daha çox dəlalət edir.
Şübhəsiz, əgər bu iş müqəddəs peyğəmbərlik məqamına hörmətsizlik məqsədi daşısa, küfrdür. Amma əgər belə bir niyyət olmasa, günahdır. Birincidə əməllərin puç olmasının səbəbi aydındır. Çünki küfr əməllərin pul olmasına (və yaxşı işlərin savabının itməsinə) səbəb olur.
Bu çirkin əməl ikinci halda da bir çox əməllərin savabının məhv olmasına səbəb ola bilər. Biz öncə əməllərin puç olmasından danışanda qeyd etdik ki, bəzi günahlara görə bəzi əməllərin savabı itə bilər. Bunun müqabilində bəzi yaxşı işlərə görə bəzi günahların mənfi nəticələrinin itməsi də inkaredilmzdir. Quran ayələri və hədislərdə bu mənaya dəlalət edən çoxsaylı dəlillər var. Düzdür, bu, bütün yaxşı və pis işlər barədə ümumi qanun şəklində deyil, amma bəzi mühüm yaxşı və pis işlər barəsində dini mətnlərdə tutarlı dəlillər var. Bunu ağıl da inkar etmir."
Hədislərin birində belə nəql edilib: Sözügedən ayə nazil olanda uca səsə malik Sabit ibn Qeys (həzrət Peyğəmbərin (s) xətibi) dedi: "Səsini Peyğəmbərin (s) səsindən yüksəyə qaldıran və o Həzrətin (s) hüzurunda ucadan danışan mən idim. Mənim əməllərim puç oldu, mən Cəhənnəm əhliyəm!"
Bu xəbər Peyğəmbərə (s) çatanda o Həzrət (s) buyurdu: “Elə deyil, o, Cənnət əhlidir! (Çünki o bu işi möminlərə, yaxud düşmən qarşısında xütbə oxuyanda boynuna düşən islami vəzifəni yerinə yetirəndə edib.)"
Məsələn, Abbas ibn Əbdülmüttəlib də Hüneyn müharibəsində həzrət Peyğəmbərin (s) göstərişi ilə uca səslə fərariləri geri qayıtmağa çağırıb.
Sonrakı ayə bu məsələyə daha çox təkid etmək üçün bu ilahi göstərişə əməl edən və Peyğəmbərin (s) hüzurunda ədəb qaydalarını gözləyən şəxslərin mükafatını belə təsvir edir: "Allahın elçisinin yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün xalis etmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir”.
Ayənin ərəbcə orijinalında işlənmiş (yəğuzzunə) sözünün kökü (ğəzz) sözüdür və onun mənası "baxış və ya səsin azaldılması"dır. Onun əksi gözü zilləmək və səsin ucaldılmasıdır.
Həmçinin (imtəhənə) sözü (imtihan) sözündən düzəlib və onun mənası “qızıl və ya gümüşü əritmək və onun aşqarını təmizləmək”dir. O, bəzən “dərini genişləndirmək” mənasında işlədilir. Amma sonradan bu söz “sınamaq” mənasında işlədilib. Sözügedən ayədə də o bu mənada işlənib və onun nəticəsi qəlbin xalisləşməsi, təqvanı qəbul etmək üçün genişlənməsidir.
Qeyd etmək lazımdır ki, əvvəlki ayədə “nəbiyy", burada isə "rəsulullah" sözü işlədilmişdir. Sanki Allah-taala bu iki sözlə Pey-o ğəmbərin (s) özündən heç nəyə malik olmamasına, onun Allahın elçisi olmasına, ona qarşı ədəbsizliyin Allaha qarşı ədəbsizlik olmasına, onunla münasibətdə ədəb qaydalarına riayət edilməsinin Allaha qarşı ədəbli olmaq sayılmasına işarə etmək istəyir.
Həmçinin ayənin ərəbcə orijinalında (məğfirət) (bağışlanma) sözünün qeyri-müəyyənlik halda işlədilməsi onun əzəmət və əhəmiyyətini ifadə etmək üçündür. Yəni Allah onlara böyük və kamil bir bağışlanma nəsib edəcək və günahlardan təmizlənəndən sonra onlara böyük mükafat verəcək. Çünki əvvəl günahın yuyulması, daha sonra böyük ilahi mükafatdan bəhrələnmək gəlir.
Sonrakı ayədə daha çox təkid etmək üçün bu ilahi göstərişə əməl etməyənlərin nadanlığına işarə edərək buyurur: "Səni otaqların arxasından uca səslə səsləyənlərin əksəriyyəti anlamır”.
Ağlı olan adam Allahın ən böyük elçisi qarşısında ədəbsizlik edə, Bəni-Təmim ərəbləri kimi uca səslə, ədəbsizcəsinə Peyğəmbərin (s) evinin arxasında dayanıb "ey Muhəmməd, ey Muhəmməd, çölə çıx!" deyə və bu yolla Allahın o mərhəmət və məhəbbət mənbəyini narahat edǝ, incidə bilərmi?!
Ümumiyyətlə, insanın ağıl və zəkası artdıqca ədəbi də artır. Çünki o, nəyin dəyərli, nəyin dəyərsiz olduğunu daha yaxşı dərk edir. Buna görə də ədəbsizlik həmişə ağılsızlığın nişanəsidir. Başqa sözlə desək, ədəbsizlik heyvana, ədəb isə insana xas xüsusiyyətdir.
“əksəriyyəti anlamır” ifadəsinə gəldikdə, ərəblər bəzən (əksər) sözünü "hamı" mənasında işlədirlər. (Amma ümumilikdə onun mənası "əksəriyyət”dir) və burada onun işlədilməsinin bir səbəbi ehtiyat və ədəb qaydalarına riayət etmək ola bilər. Çünki əgər onların arasında istisna olaraq bir nəfər də elə olmayan şəxs olsa, onun haqqı tapdanmamalıdır. Sanki Allah-taala bu ifadə ilə bizə bunu demək istəyir ki, Mən sizin Rəbbinizəm, hər şeyi bilirəm, amma buna baxmayaraq danışanda ədəb qaydalarına riayət edirəm. Bəs siz nə üçün riayət etmirsiniz?
Ola da bilər bu ifadənin işlədilməsinin səbəbi onların arasında həqiqətən ağıllı adamların olması, sadəcə diqqətsizlikdən, ya adət üzündən səslərini ucaltması olsun. Quran bu yolla onlara xəbərdarlıq edir ki, öz ağıl və düşüncələrindən istifadə etsinlər və ədəb qaydalarını yaddan çıxarmasınlar.
Ayənin ərəbcə orijinalında işlənmiş (hucurat) sözü (hucrə) sözünün cəmidir. Burada (hucurat) deyəndə Peyğəm bər (s) məscidinin yanında o Həzrətin (s) zövcələri üçün tikilmiş otaqlar nəzərdə tutulur. Onun kökü (həcr) sözüdür və onun mənası “mane olmaq"dır. Çünki (hucrə) (otaq) başqalarının insanın şəxsi həyatına müdaxiləsinin qarşısını alır. (vǝra) sözü burada "çöl" mənasında işlənib və onun otağın hansı tərəfi olmasının elə də fərqi yoxdur. Çünki Peyğəmbərin (s) otaqlarının qapısı məscidə açılırdı və nadan və səbirsiz şəxslər bəzən otağın qapısının ağzına gələr və o Həzrəti (s) uca səslə “ey Muhəmməd” deyib çağırardılar. Quran onları bu işdən çəkindirir.
Sözügedən ayələrin sonuncusunda bu mənanı təkmilləşdirmək üçün belə buyurur: "Sən onların yanına gedənədək səbir etsəydilər, əlbəttə, bu, onlar üçün daha yaxşı olardı".
Düzdür, bəzən tələskənlik insanın öz məqsədinə tez çatmasına səbəb olur. Lakin bu kimi hallarda səbirli olmaq mərhəmət, bağışlanma və böyük mükafat əldə edilməsinə səbəb olur və şübhəsiz, bunlar məqsədə tez çatmaqdan daha üstündür.
Bəziləri bilməyərəkdən belə bir iş gördükləri üçün bu ilahi göstəriş nazil olandan sonra qorxuya düşürdülər. Quran onlara da müjdə verir ki, əgər tövbə etsələr, Allahın mərhəməti onlara da şamil olar. Buna görə də ayənin sonunda buyurur: “Allah bağışlayandır, rəhmlidir”.
(وَاللَّهُغَفُورٌرَّحِيمٌ)
İncəliklər:
1\. Ədəb ən böyük sərmayədir.
İslamda ədəb qaydalarına riayət edilməsinə böyük əhəmiyyət verilib və hamı ilə hörmət və ədəblə davranmaq tövsiyə edilib. Biz burada nümunə üçün bir neçə hədisə işarə edəcəyik:
İmam Əli (ə) buyurub:
# الآدَابُحُلَلٌمُجَدَّدَةٌ
"Ədəb qaydalarına riayət etmək çox qiymətli, gözəl və təzə paltar kimidir"
O Həzrət (ə) başqa bir kəlamında belə buyurub:
# الأَدَبُيُغْنِيعَنِالْحَسَبِ
"Ədəb insanı ata-baba ilə öyünməkdən ehtiyacsız edir".
İmam Sadiq (ə) buyurub:
# خَمْسٌمَنْلَمْتَكُنْفِيهِلَمْيَكُنْفِيهِكَثِيرٌمُسْتَمْتَعاقيْلَوَمَاهُنَّيَاابْنَرَسُولِاللَّهِ؟قالَ: الدّينوالعقلوالحياءوحُسْنُالْخُلْقِوَحُسْنُالأدب.
وَ
"Kimdə beş şey olmasa, mühüm sifət və imtiyaza malik olmaz". Soruşdular: "Ey Peyğəmbər (s) balası, onlar hansılardır?” Buyurdu: "Din, ağıl, həya, gözəl xasiyyət və gözəl ədəb”.
İmam Sadiq (ə) digər bir kəlamında belə buyurub:
# لايَطْمَعَنَّذُوالْكَبْرِفِىالثَّناءِالْحَسَنِ،وَلاَالْخَبُّفِيكَثْرَةِالصَّدِيقِ،وَلاَالسَّيِّءُ
# الادبفِيالشَّرَفِ.
"Təkəbbürlü adamlar əsla camaatın onları xoş xatırlamasını, hiyləgər adamlar çoxlu dostlar(ının olmasını) və ədəbsiz adamlar şərəf və abır(larının qorunmasını) gözləməməlidirlər”.
Buna görə də biz İslamın əzəmətli rəhbərlərinin həyatına nəzər salanda onların hətta kiçiklərlə münasibətdə ən incə ədəb qaydalarına riayət etmələrinin şahidi oluruq.
Ümumiyyətlə, din ədəb qaydaları toplusudur: Allah qarşısında ədəb, Peyğəmbər (s) qarşısında ədəb, məsum imamlar (ə) qarşısında adab, ustad, muallim, ata, ana va alim qarşısında adab.
Hətta Quran ayələrinə diqqət edəndə görürük ki, Allah-taala bütün əzəmətinə baxmayaraq Öz bəndələri ilə danışanda ədəb qaydalarına tam riayət edir. Əgər Allah belə edirsə, insanların Allah və Peyğəmbər (s) qarşısındakı vəzifəsi barədə danışmağa ehtiyac yoxdur.
Hədislərin birində belə nəql edilib: "Muminun" surəsinin ilk ayələri nazil oldu və bir sıra göstərişlər verdi. Onlardan biri də namazda mütilik və təvazökarlıq idi. Həmin ayə nazil olandan sonra namazda bəzən göyə baxan İslam Peyğəmbəri (s) daha heç vaxt başını qaldırmaz və daim yerə baxardı".
Peyğəmbər (s) barəsində ədəb qaydalarına riayət edilməsi o qədər mühümdür ki, Quran sözü gedən ayələrdə aydın şəkildə səsin Peyğəmbərin (s) səsindən çox qaldırılmasının, o həzrətin qarşısında hay-küy salmağın əməllərin puç olmasına, savabının itməsinə səbəb olduğunu buyurur.
Təbii ki, həzrət Peyğəmbərin (s) qarşısında təkcə bu nüansa diqqət etmək də yetərli deyil və o həzrətin hüzurunda ədəbsizlik olmaq baxı- mından səsin ucaldılması və hay-küy salmaq kimi olan başqa işlərdən də çəkinmək lazımdır. Fiqhi dillə desək, hökmün verilməsində əsas rol oynamayan xüsusiyyətləri kənara qoyub hökmün əsas səbəbini tapmaq və bu hökmü bənzər hallara da aid etmək lazımdır.
Nur surəsinin 63-cü ayəsində buyurur:
لاتَجْعَلُوادُعَاءالرَّسُولِبَيْنَكُمْكَدُعَاءبَعْضِكُمبَعْضًا
"Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın", ədəb və ehtiramla çağırın.
Maraqlıdır ki, Quran sözü gedən ayələrdə Peyğəmbərin (s) qarşısında ədəb qaydalarına riayət etməyi qəlbin paklığının və təqvanı qəbul etməyə hazır olmasının nişanəsi hesab edib, onun günahların bağışlan- masına və böyük mükafata səbəb olduğunu deyib, amma ədəbsizləri ağılsız heyvana bənzədib.
Hətta bəzi təfsirçilər sözü gedən ayənin əhatə dairəsini bir az da genişləndiriblər və onun aşağı həddinin alimlərə, mütəfəkkirlərə, insanlara düşüncə və əxlaq baxımından yol göstərən rəhbərlərə də şamil olduğunu, müsəlmanların onların qarşısında ədəb qaydalarına riayət etmək məsuliyyəti daşıdığını deyiblər.
Əlbəttə məsələnin məsum imamlara (ə) aid hissəsi daha aydındır. Hətta Əhli-beyt (ə) vasitəsi ilə nəql edilmiş hədislərdə belə deyilir: "İmamın (ə) səhabələrindən biri boynunda cənabət qüsulu olan halda o həzrətin yanına gəldi. İmam (ə) dərhal belə buyurdu:
# أماتَعْلَمُأَنَّهُلايَنْبَغِىلِلْجُنُبِأَنْيَدْخُلَبُيُوتَالْأَنْبياء؟!
"Məgər bilmirsən cənabətli halda peyğəmbərlərin evinə daxil olmaq yaxşı iş deyil?"
Başqa bir hədisdə buyurulub:
# انبُيُوتَالأَنْبِياءِوَأَوْلادِالْأَنْبِياءِلَايَدْخُلُهَاالْجُنُبُ
“Peyğəmbərlərin və onların övladlarının evinə cənabətli şəxs daxil ola bilməz."
Xülasə, həm kiçik, həm də böyüklərlə münasibətdə ədəb qaydalarına riayət etmək islami göstərişlərin mühüm hissəsini ehtiva edir. Əgər biz onların hamısını araşdırmaq istəsək, təfsir mövzusundan çıxarıq. Bu bəhsi İmam Səccad Əli ibn Hüseyndən (ə) "Hüquq risaləsində” ustad və müəllim qarşısında ədəb qaydalarına riayət etmək barədə nəql edilmiş bir hədislə sona çatdırırıq. O həzrət (ə) buyurub:
"Sənə təlim-tərbiyə verən şəxsin haqqı ona böyük ehtiram göstərməyin, məclisinə hörmətlə yanaşmağın, sözlərinə tam diqqətlə yanaşmağın, onunla üz-üzə oturmağın, səsini ondan yuxarı qaldırmamağın, kimsə ondan bir sual soruşanda qabağa düşüb ondan tez cavab verməməyin, onun yanında heç kəslə danışmamağın, onun yanında heç kəsin qeybətini etməməyin, kimsə onun arxasınca danışanda onu müdafiə etməyin, onun eyiblərini gizlətməyin, onun fəzilətlərini aşkar etməyin, onun düşmənləri ilə həmnişin, dostları ilə düşmən olmamağındır. Əgər belə etsən, mələklər sənin ona üz tutmağına və camaata görə deyil, Allaha xatir ondan elm öyrənməyinə şahidlik edər".
2\. Həzrət Peyğəmbərin (s) qəbrinin yanında səsin qaldırılması Bəzi alim və təfsirçilər deyiblər ki, sözü gedən ayələr Peyğəm- bərin (s) sağlığında yanında səsin ucaldılmasını qadağan etdiyi kimi vəfatından sonra qəbrinin yanında səsin ucaldılmasına da şamil olur.
Əgər bu nəzər sahibləri ayədəki ibarənin bu mənanı ehtiva etdiyini demək istəyirlərsə, zahirən ayə həzrət Peyğəmbərin (s) sağlığına aiddir. Çünki ayə buyurur: "Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldır- mayın”. Bunun mənası həzrət Peyğəmbərin (s) fiziki cəhətdən həyatda olması və danışmasıdır.
Amma əgər onlar bu hökmün meyar və fəlsəfəsini nəzərdə tuturlarsa, məsələ aydındır. Belə ki, ürf-adət hökmün verilməsində elə də əsas rol oynamayan xüsusiyyətləri kənara atır, onun əhatə dairəsini genişləndirir və bu, elə də mümkünsüz görünmür. Çünki şübhəsiz, burada məqsəd həzrət Peyğəmbərə (s) hörmət və ədəb qaydalarına riayət etməkdir. Buna görə də əgər Peyğəmbərin (s) qəbrinin yanında səsin ucaldılması bir növ hörmətslzik sayılsa, şübhəsiz, bu, caiz deyil. Əlbəttə uca səsin azan, ya Quran tilavəti ya xütbə oxunması və bu kimi şeylər olması istisnadır və onlar nə Peyğəmbərin (s) sağlığında qadağan idi, nə də ölümündən sonra.
“Üsuli-kafi” kitabında İmam Baqirdən (ə) belə nəql edilib ki, İmam Həsən Müctəbanın (ə) dəfn mərasimində Aişə o Həzrətin (ə) Peyğəmbərin (s) yanında dəfn edilməsinə mane olanda və bunun üstündə sas-küy yarananda İmam Hüseyn (ə) (يَاأَيُّهَاالَّذِينَآمَنُوالاتَرْفَعُواأَصْوَاتَكُمْفَوْقَصَوْتِالنَّبِيِّ ...)) "Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın..." ayəsinə istinad edərək Peyğəmbərdən (s) belə bir cümlə nəql edib:
# إنَّاللهَحَرَّمَمِنَالْمُؤْمِنِينَأَمْوَاتاًمَاحَرَّمَمِنْهُمْأَحْيَاء
“Allah-taala möminlərin barəsində sağlıqlarında haram etdiyi şeyi onların ölümündən sonra da haram edib"."
Bu hədis də ayənin mənasının ümumi olmasının dəlillərindəndir.
3\. Hər yerdə və hər şeydə İslam intizamı.
Nizam-intizama riayət etmədən idarəçilik və rəhbərlikdən söhbət gedə bilməz. Əgər hər hansı bir müdir və rəhbərin tabeçiliyində olanlar özbaşına hərəkət etsələr, müdir və rəhbər hər nə qədər ləyaqətli və bacarıqlı adam olsa da işlərin intizamı pozular.
Cəmiyyət, dəstə və orduların düçar olduğu məğlubiyyət və uğursuzluqların çoxu buradan qaynaqlanır və bu göstərişdən boyun qaçırmağın acı nəticəsini müsəlmanlar da dəfələrlə həm Peyğəmbərin (s) sağlığında, həm də o Həzrətdən (s) sonra – dadıblar. Onun ən bariz nümunələrindən biri Ühüd müharibəsindəki məğlubiyyətdir. Bu məğlubiyyətin səbəbi bir neçə döyüşçünün intizamsızlığı olub.
Qurani-məcid olduqca əhəmiyyət daşıyan bu məsələ ni sözü gedən ayələrdə qısa və dolğun ifadə ilə belə bəyan edib:
ياأَيُّهَاالَّذِينَآمَنُوالاتُقَدِّمُوابَيْنَيَدَىاللهِوَرَسُوله
"Ey iman gətirənlər! (Heç bir şeydə) Allahı və Onun elçisini qabaqlamayın".
Öncə də qeyd etdiyimiz kimi ayənin mənası o qədər genişdir ki, o, özbaşına və rəhbərin icazəsindən kənar bütün addımları - istər qabağa keçmək olsun, istər dala qalmaq, istər sözdə olsun, istər əməldə – ehtiva edir.
Buna baxmayaraq biz həzrət Peyğəmbərin (s) həyat tarixinə baxanda bəzilərinin o Həzrətin (s) əmrini qabaqlamasının, ya ondan geri qalmasının, itaətdən boyun qaçırmasının və nəticədə kəskin tənqid və məzəmmətə məruz qalmasının çoxsaylı nümunələrinə rast gəlirik, o cümlədən:
1\. Həzrət Peyğəmbər (s) Məkkəni fəth etməyə gedəndə (hicrətin səkkizinci ilinin) mübarək Ramazan ayı idi. Bu səfərdə o Həzrəti (s) süvari və piyadalardan ibarət böyük kütlə müşayiət edirdi. Peyğəmbər (s) "Kəraul-ğəmim" deyilən yerə çatanda göstəriş verdi ki, bir qab su gətirsinlər. Su gətirdilər və o Həzrət (s) orucunu açdı. Peyğəmbərin (s) yanında olanlar da oruclarını açdılar. Amma bəziləri Peyğəmbərdən (s) "qabağa keçdilər" və oruclarını açmayıb davam etdirdilər. Həzrət Peyğəmbər (s) onları “günahkar toplu" adlandırdı.
2\. Onun digər bir nümunəsi hicrətin onuncu ilində "vida həcci"ndə baş verib. Peyğəmbər (s) göstəriş verdi ki, carçı belə car çəksin: "Kim özü ilə qurbanlıq gətirməyibsə, əvvəl ümrə ziyarəti etsin və ehramdan çıxsın, sonra həcc mərasimini yerinə yetirsin. Amma özü ilə qurbanlıq gətirən (və həcləri "ifrad" həcci olan şəxs)lər ehramda qalsınlar". O Həzrət (s) daha sonra buyurdu: “Əgər mən özümlə qurbanlıq dəvə gətirməsəydim, ümrəni yerinə yetirib qurtarandan sonra ehramdan çıxardım".
Amma bəziləri o Həzrətin (s) bu göstərişinə qarşı çıxaraq dedilər: "Necə ola bilər ki, Peyğəmbər (s) ehramda qalsın, amma biz ehramdan çıxaq? Bizim ümrəni yerinə yetirəndən sonra başımızdan qüsul (cənabət qüsulu) suyu damcılaya-damcılaya həcc mərasiminə getməyimiz ayıb deyilmi?!"
Peyğəmbər (s) onların bu itaətsizlik və intizamsızlığından bərk narahat oldu və onları kəskin məzəmmət etdi.
3\. Məşhur hadisələrdən biri də həzrət Peyğəmbərin (s) vəfatı ərəfəsində Üsamənin qoşunundan yayınma hadisəsidir. Həzrət Peyğəm- bər (s) müsəlmanlara göstəriş verdi ki, Üsamə ibn Zeydin komandanlığı altında bizanslılarla müharibəyə hazırlaşsınlar. O Həzrət (s) mühacirlərə və ənsara həmin qoşunla hərəkət etmək göstərişi verdi.
Bəlkə də Peyğəmbər (s) vəfat edəndən sonra xilafət məsələsində baş verən hadisələrin baş verməsini istəmirdi. O Həzrət (s) hətta Üsamənin qoşunundan yayınanları lənətlədi. Amma buna baxmayaraq bir dəstə adam həmin qoşunla getməkdən boyun qaçırdı və "bu vəziyyətdə Peyğəmbəri (s) yalqız buraxmarıq” bəhanəsi ilə Mədinədə qaldı.
4\. Həzrət Peyğəmbərin (s) ömrünün son saatlarında baş verən üzücü “qələm və mürəkkəb” hadisəsi də məşhur hadisədir. Yaxşı olar ki, biz burada onu "Səhihi-Müslim" kitabından eyni ilə necə var elə nəql edək:
"Həzrət Peyğəmbərin (s) vəfat anları yaxınlaşanda o həzrətin yanında bir dəstə adam var idi. Ömər ibn Xəttab da onların arasında idi. Peyğəmbər (s) buyurdu: “Gəlin (kağız gətirin) sizə bir şey yazım ki, məndən sonra əsla azmayasınız". Ömər dedi: "Xəstəlik Peyğəm- bərə qalib gəlib (uyğunsuz sözlər danışır). Quran sizin yanınızdadır. Bizə Allahın bu kitabı kifayətdir". Bu vaxt evdəkilər arasında fikir ayrılığı yarandı. Bəziləri dedilər: "Gətirin Peyğəmbər istədiyi məktubu yazsın ki, heç vaxt yolunuzu azmayasınız". Amma bəziləri Ömərin sözünü təkrar edirdilər. Mənasız və ziddiyyətli söz-söhbətlər güclənəndə Peyğəmbər (s) buyurdu: "Durun mənim yanımdan uzaqlaşın!"
Qeyd etmək lazımdır ki, bu hədisi cüzi fərqlə Buxari də özünün “Səhih” kitabında nəql edib.
Bu, İslam tarixinin böyük təhlilə ehtiyacı olan mühüm hadisələrindəndir. Sadəcə bura onun yeri deyil. Hər halda o, həzrət Peyğəmbərin (s) əmrindən və يا أَيُّهَا الَّذِينَ آمَنُوا لا تُقَدِّمُوا بَيْنَ يَدَى اللهِ وَ رَسُولِه “ey iman gətirənlər! (Heç bir şeydə) Allahı və Onun elçisini qabaqlamayın" ayəsinə qarşı çıxmağın bariz nümunələrindəndir.
Əsas məsələ budur ki, bu ilahi və islami intizama riayət etmək üçün rəhbərə tam təslim olmaq və onun rəhbərliyinin həyatın bütün sahələrində qəbul edilməsi ruhu, rəhbərin məqamına möhkəm iman lazımdır.