Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Qaf Surəsinin Ayələrinə Qayıt →
Qaf Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Qaf surəsi, 1-5-ci ayələr

Qaf surəsi, 1-5-ci ayələr



بسم الله الرَّحْمَنِ الرَّحِيم


ق وَالْقُرْآنِ الْمَجِيدِ .١


بَلْ عَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِنْهُمْ فَقَالَ الْكَافِرُونَ هَذَا شَيْءٌ عَجِيبٌ .٢


أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ذَلِكَ رَجْعٌ بَعِيدٌ .٣


قَدْ عَلِمْنَا مَا تَنْقُصُ الْأَرْضُ مِنْهُمْ وَعِنْدَنَا كِتَابٌ حَفِيظٌ .٤


بَلْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ فَهُمْ فِي أَمْرٍ مَرِيجٍ .٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Qaf. Şərafətli Qurana and olsun (ki, Qiyamət haqdır)!

2\. Onlar öz aralarından qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər dedilər: "Bu, çox qəribə bir şeydir.

3\. Məgər biz ölüb torpağa qarışdıqdan sonra (yenidən həyata qayıdacağıq)?! Bu, əlçatmaz bir qayıdışdır!"

4\. Ancaq Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə hər şeyin qorunub saxlandığı bir kitab vardır.

5\. Lakin həqiqət onlara gəldikdə onu yalan hesab etdilər. Buna görə də dağınıq işləri arasında çaşqın vəziyyətdədirlər.

Ayələrin təfsiri



İnadkar kafirlər öz işlərində çaşqın vəziyyətdədirlər Biz bu surənin dəəvvəlində müqəttəə hərflərindən biri – “Qaf” hərfi ilə qarşılaşırıq. Öncə də qeyd etdiyimiz kimi müqəttəə hərflərinin mühüm təfsirlərindən biri budur ki, Quran bütün əzəmətinə baxmaya- raq bu sadəəlifba hərflərindən təşkil olunub və bu, Qurani-məcidin müəllif və nazil edəninin sonsuz elm və qüdrət sahibi olmasından ya sonsuz elm və qüdrətə malik olduğu üçün də belə sadə “maddə”dən bu cür ülvi məhsul yarada bilməsindən xəbər verir.

Əlbəttə, müqəttəə hərflərinin başqa təfsirləri də var və siz onlarla "Bəqərə", "Ali-İmran", "Əraf" və "Fussilǝt" surələrinin təfsirinin əvvəlində tanış ola bilərsiniz.

Bəzi təfsirçilərin nəzərincə buradakı “Qaf” hərfi Allahın bəzi adlarına (“Qadir” və “Qəyyum” adına) işarədir.

Təfsirlərin çoxunda "Qaf”'ın yer üzünü əhatə edən əzəmətli bir dağ olması qeyd edilib. Bu kitab "yer kürəsini, ya bütün dünyanı əhatə edən həmin dağ hansı dağdır?”, “onda məqsəd nədir?” kimi suallara cavab verilməsi yeri deyil. Sadəcə burada qeyd edilməsi lazım olan məsələ budur ki, bu surədə "Qaf” deyiləndə "Qaf dağı”nın nəzərdə tutulması ehtimalı elə də inandırıcı ehtimal deyil. Çünki onunla bu surənun məzmunu arasında heç bir uyğunluq yoxdur. Buradakı "Qaf” hərfi Quranın digər surələrinin əvvəlində olan müqəttəə hərfləri kimidir. Bundan əlavə, əgər onda məqsəd "Qaf dağı" olsaydı, onun yanında (vət-tur) ayəsində və digər yerlərdə olduğu kimi ərəb dilində and mənası ifadə edən “vav” hərfi də olmalı idi. Yoxsa ki mübtəda və xəbərsiz, ya and mənası ifadə edən "vav"sız təkcə bir hərfin qeyd edilməsi heç bir məna ifadə etmir.

Bundan əlavə Quranın bütün yazılış formalarında "Qaf” hərfi kimi yazılıb, halbuki əgər məqsəd “Qaf dağı” olsaydı, o, kimi yazılmalı idi.

Bu hərfin Quranın əzəmətini bəyan edən müqəttəə hərflərindən olmasını göstərən dəlillərdən biri ondan sonra dərhal Qurani-məcidə and içilməsidir. Buyurur: “Şərafətli Qurana and olsun!"

Ayənin ərəbcə orijinalında işlənmiş (məcid) sözünün kökü “məcd” sözüdür və onun mənası “böyük şərafət”dir. Quran sonsuz əzəmət və şərafətə malik olduğu üçün hər cəhətdən “məcid” sözünə layiqdir. Onun zahiri gözəl, məzmunu əzəmətli, göstərişləri ülvi, təlimləri öyrədici və həyatvericidir.

Bu andın məqsədinin nə olması və nə üçün içilməsi barədə təfsirçilər müxtəlif ehtimallar veriblər. Amma sonrakı ayələri nəzərə alanda andın İslam Peyğəmbərinin (s) peyğəmbərliyi, ya insanların öləndən sonra dirilməsi məsələsi iləəlaqəli olması məlum olur.

Sonra kafir və müşrik ərəblərin bəzi əsassız iradlarına işarə edərək onlardan ikisinə toxunub.

Əvvəlcə buyurur: "Onlar öz aralarından qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər dedilər: “Bu, çox qəribə bir şeydir”.

بَلْعَجِبُواأَنجَاءهُمْمُنذِرٌمِّنْهُمْفَقَالَالْكَافِرُونَهَذَاشَيْءٍعَجِيبٌ)


Quran bu irada dəfələrlə cavab verib. Bu iradın Quranın müxtəlif ayələrində təkrar edilməsindən belə məlum olur ki, o, kafirlərin əsas iradlarından olub və onlar bunu daim təkrar ediblər. Onlar bu iradı təkcə İslam Peyğəmbərinə (s) deyil, digər peyğəmbərlərə də tutublar. Onlar bəzən belə deyirdilər:

# إِنْأَنتُمْإِلَّابَشَرٌمِّثْلُنَاتُرِيدُونَأَنتَصُدُّونَاعَمَّاكَانَيَعْبُدُآبَاؤُنَا


"Siz də bizim kimi insanlarsınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz”.

Bəzən belə deyirdilər:

# مَاهَذَاإِلَّابَشَرٌمِّثْلُكُمْيَأْكُلُمِمَّاتَأْكُلُونَمِنْهُوَيَشْرَبُمِمَّاتَشْرَبُونَ


"O, sizin kimi bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir".

Bəzən də belə deyirdilər:

# لَوْلَاأُنزِلَإِلَيْهِمَلَكٌفَيَكُونَمَعَهُنَذِيرًا


"Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edib qorxu gələn bir mələk göndərilmədi?”

Lakin bunların hamısı haqq qarşısında təslim olmamaq üçün gətirilən bəhanələr idi.

Quran sözü gedən ayələrdə bu irada cavab verməyib. Çünki ona dəfələrlə cavab verilib və buyurub ki, əgər Biz mələk göndərsəydik belə, onu yenə insan şəklində göndərərdik. Çünki insanın rəhbəri və bələdçisi yalnız insan olmalıdır ki, onun bütün dərdlərindən, ehtiyaclarından, istək və arzularından, həyat tərzindən xəbərdar olsun. Digər tərəfdən o, əməli baxımdan insanlara örnək olmalıdır. Əks təqdirdə insanlar "əgər o da bizim kimi insan olsaydı, heç vaxt pak-pakizǝ yaşaya bilməzdi” deyərdilər. Çünki şair demişkən:

Əgər qazı bizimlə həmnişin olsa, "əlimizi sıxar" (bizim xeyrimizə qərar çıxarar), əgər darğa özü şərab içsə, kefli adamı bağışlayar.

Onda onun proqramları insanların işinə deyil, ancaq öz işinə yarayar. Onlar həzrət Peyğəmbərin (s) peyğəmbərliyinə irad tutandan və onun insan cinsindən olmasına təəccüb bildirəndən sonra onun dəvə- tinin məzmununa irad tuturlar və onlar üçün olduqca təəccüblü görünən bir başqa məsələyə toxunaraq belə deyirlər: "Məgər biz ölüb torpağa qarışdıqdan sonra (yenidən həyata qayıdacağıq)?! Bu, əlçatmaz bir qayıdışdır”.

أَئِذَامِتْنَاوَكُنَّاتُرَابًاذَلِكَرَجُعٌبَعِيدٌ


Hər halda onlar yenidən həyata qayıtmağı ağıla zidd, hətta bəzən qeyri-mümkün, belə bir iddia etməyi isə dəlilik əlaməti hesab edirdilər. "Səbə" surəsinin 7 və 8-ci ayələrində belə buyurur:

وَقَالَالَّذِينَكَفَرُواهَلْنَدُلُكُمْعَلَىرَجُلٍيُنَبِّئُكُمْإِذَامُرِّقْتُمْكُلِّمُمَزَّقٍإِنَّكُمْلَفِيخَلْقٍجَدِيدأَفْتَرَىعَلَىاللهِكَذِبًاأَمبِهِجِنَّةٌ


“Kafirlər dedilər: “Çürüyüb parça-parça olduqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir kişini sizə göstərəkmi? O, Allaha iftira atır, ya dəli olub?"

Bu irad təkcə İslam Peyğəmbərinə (s) tutulmayıb. Onlar bunu dəfələrlə deyiblər, dəfələrlə də cavabını alıblar, amma inadkarlıq üzündən yenə təkrar edirlər.

Qurani-məcid burada onlara neçə yolla cavab verib:

Əvvəlcə Allahın sonsuz elminə işarə edərək buyurur: “Ancaq Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə hər şeyin qorunub saxlandığı bir kitab vardır”.

قَدْعَلِمْنَامَاتَنقُصُالْأَرْضُمِنْهُمْوَعِندَنَاكِتَابٌحَفِيظٌ


Əgər sizin iradınız insanın sümüyünün çürüməsinə, ətinin torpağa, onun zərrəciklərinin havada buxar və qaza çevrilməsinə görədirsə və belə bir vəziyyətdə onları kimin bir yerə toplaması və ümumiyyətlə, onların hansının harada olduğunu kimin bilməsi barədədirsə, cavab məlumdur: elmi hər şeyi əhatə etmiş, həmin zərrəciklərin hamısından xəbərdar olan, lazım olanda onların hamısını bir yerə toplayacaq Allah! İnsanın dağılmış bədən üzvlərinin bir yerə toplanması Allah üçün torpağın içinə dağılmış dəmir parçalarını maqnit ilə bir yerə toplamaqdan da asandır.

Əgər onların iradı insanların əməllərini Qiyamətə kimi kimin qoruyub saxlayacağı barədədirsə, cavab budur: onların hamısı "Lövhi- məhfuz"da qeyd edilir və bu dünyada heç nə itmir və hətta sizin əməlləriniz forması dəyişsə də, qorunur.

"Hər şeyin qorunub saxlandığı bir kitab" ifadəsinin mənası insanların və başqalarının əməllərinin qorunduğu kitabdır və burada "Lövhi-məhfuz" nəzərdə tutulur. Biz bu barədə bu kitabın onuncu cildində "Rǝd" surəsinin 39-cu ayəsinin təfsirində geniş izah vermişik. Sonra psixoloji xarakter daşıyan ikinci cavaba keçərək buyurur: "Lakin həqiqət onlara gəldikdə onu yalan hesab etdilər".

Yəni onlar haqqı bilə-bilə və şüurlu şəkildə inkar etdilər. Haqqın üstü örtülü deyildi. Sonrakı ayədə də qeyd ediləcəyi kimi onlar məad səhnəsini dünyada öz gözləri ilə dəfələrlə görürdülər və şəkk-şübhəyəəsla yer yox idi.

Buna görə də ayənin sonunda buyurur: "Buna görə də dağınıq işləri arasında çaşqın vəziyyətdədirlər”.

Peyğəmbəri (s) gah dəli, gah kahin, gah da şair adlandırırlar. Gah onun sözlərinin keçmişlərin əfsanəsi olduğunu, gah bir başqası tərəfindən öyrədildiyini, gah sehr təsirinə malik olduğunu deyirlər. Gah da onun bənzərini gətirmək qüdrətinə malik olduqlarını deyirdilər.

Onların bu dağınıq və bir-biri ilə uyuşmayan sözlərindən belə məlum olur ki, haqqı dərk ediblər, amma bəhanə axtarırlar. Buna görə də heç vaxt bir sözün üstündə dayanmırlar.

Ayənin ərəbcə orijinalında işlənmiş (məric) sözünün kökü (mərəc) sözüdür və onun mənası “qarışıq, xaotik və dolaşıq iş”dir. Buna görə dəərəblər çoxlu müxtəlif bitkilərin bitdiyi yerə (mərc) deyirlər.