Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ət-Tur Surəsinin Ayələrinə Qayıt →
Ət-Tur Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Tur surəsi, 1-8-ci ayələr

Tur surəsi, 1-8-ci ayələr



بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم


وَالطُّورِ .١


وَكِتَابٍ مَسْطُورٍ .٢


فِي رَقٍّ مَنْشُورٍ .٣


وَالْبَيْتِ الْمَعْمُورِ .٤


وَالسَّقْفِ الْمَرْفُوعِ .٥


وَالْبَحْرِ الْمَسْجُورِ .٦


إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ .٧


مَا لَهُ مِنْ دَافِعٍ .٨


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. And olsun Tur dağına!

2\. And olsun yazılmış kitaba –

3\. açılmış bir səhifə üzərində (olan kitaba)!

4\. And olsun Beytül-məmura (abad evǝ)!

5\. And olsun yüksəlmiş tavana!

6\. And olsun dolu və alovlanan dənizə!

7\. Rəbbinin əzabı, mütləq, olacaqdır.

8\. Heç nə onun qarşısını ala bilməyəcək.

Ayələrin təfsiri



And olsun alovlanan dənizə!

Bu surə də Quranın andla başlayan surələrindəndir. Bu andlar mühüm bir həqiqətin, yəni Qiyamət, məad, ölümdən sonrakı həyat və insanların əməllərinin hesablanması məsələsinin bəyan edilməsi üçün içilən andlardır.

Bu məsələ o qədər mühümdür ki, Allah-taala həmin günün əzəmətini və baş verməsinin qətiliyini bəyan etmək üçün Quranın müxtəlif ayələrində müqəddəs şeylərin bir hissəsinə and içib.

Bu surənin əvvəlində olan beş andda bir sıra üstüörtülü və insanın düşünməsinə səbəb olan mənalar var və təfsirçilər onları təfsir etmək üçün çox səy göstəriblər.

Buyurur: "And olsun Tur dağına!"

And olsun yazılmış kitaba“

“açılmış bir səhifə üzərində (olan kitaba)!”

"And olsun Beytül-məmura (abad evǝ)!"

And olsun yüksəlmiş tavana“

“And olsun dolu və alovlanan dənizə!”

“Rəbbinin əzabı, mütləq, olacaqdır".

He na onun qarşısını ala bilmayacak“

“tur” sözünün lüğəvi mənası “dağ”dır. Amma bu sözün Qurani-Məciddə 10 dəfə işlədilməsini və onun 9 dəfəsində həzrət Musaya (ə) vəhyin nazil olan Turi-Sinadan söz açılmasını nəzərə alanda sözü gedən ayədə də (xüsusilə, onda olan "əlif və lam" hərf- lərinin "əhd ǝlif-lamı” olmasını nəzərə alaraq) məqsədin həmin məna olduğunu demək olar.

Beləliklə Allah-taala ilk mərhələdə yer üzünün ilahi vəhyin nazil olduğu müqəddəs məkanlarından birinə and içir.

"Yazılmış kitab" ifadəsi barədə də müxtəlif ehtimallar verilib:

Bəziləri onun "Lövhi-məhfuz'a, bəziləri Qurani-məcidə, bəziləri insanın əməl dəftərinə, bəziləri isə Tövrata işarə olduğunu deyib.

Amma ondan əvvəlki andla daha münasib olan nəzər onun Tövrata, ya da bütün səma kitablarina işarə olmasıdır.

(rəqq) sözünün kökü (riqqət) sözüdür və onun mənası "nazik və zəriflik”dir. Bu söz üstündə yazı yazılan kağız və dəri barəsində də işlədilir. (mənşur) sözünün mənası "sərilmiş, açılmış, yayılmış”dır. (Bəzilərinin nəzərincə bu söz “parlaq” mənası da verir.) Buna görə də burada ən yaxşı səhifədə yazılmış, eyni zamanda bükülü deyil, açıq olan kitaba and içilib.

(Beytül-məmur) ifadəsi də müxtəlif cür təfsir edilib.

Bəziləri onu göydə Kəbənin üstündə yerləşən və mələklərin ibadət etməsi ilə abad olan evə işarə hesab ediblər. Bu mənaya müxtəlif islami mənbələrdə nəql edilmiş hədislərdə də rast gəlmək mümkündür.'

Hədislərin birinə əsasən hər gün yetmiş min mələk onun ziyarətinə gəlir, sonra bir daha ona tərəf qayıtmır.

Bəziləri onu daim zəvvar və hacılarla abad olan Kəbə və Allahın yer üzündəki evi mənasında təfsir ediblər. Bildiyimiz kimi Kəbə yer üzündə ibadət üçün tikilmiş ilk evdir.

Bəziləri deyiblər ki, burada möminin iman və ilahi zikr ilə abad olan qəlb evi nəzərdə tutulur.

Lakin ayənin zahiri ilk iki mənadan biri ilə düz gəlir. Quranda Kəbə barədə işlədilmiş (beyt) sözünü nəzərə alanda ikinci məna onların hamısından daha münasib görünür.

(yüksəlmiş tavan) ifadəsində məqsəd göydür. Çünki "Ənbiya” surəsinin 32-ci ayəsində buyurur:

وَجَعَلْنَاالسَّمَاءِسَقْفًامَّحْفُوظًا


"Göyü mühafizə olunan bir tavan etdik".

Həmçinin "Naziat" surəsinin 27-ci ayəsində buyurur:

أَأَنتُمْأَشَدُّخَلْقًاأَمِالسَّمَاءِبَنَاهَا


"Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu inşa etdi”. səqf" (tavan) sözünün işlədilməsinin səbəbi bəlkə də ulduz və planetlərin göy üzünü bütünlüklə örtməsi və onun tavana bənzəməsidir. Ola da bilər o, atmosferə işarə olsun. Sıx hava kütləsi möhkəm tavan kimi yer kürəsini əhatə edib və onu meteoritlərin hücumundan və zərərli kosmik şüalardan qoruyur.

Lüğət kitablarında (məscur) sözünün iki mənası qeyd edilib. Onların biri "alovlanan", digəri isə "dolu"dur. Rağib "Müfrədať” kitabında belə yazıb: (səcr) sözünün mənası "odu alovlandırmaq"dır”. O, sözü gedən ayəni də həmin mənaya yozub, amma ikinci mənaya toxunmayıb. Amma mərhum Təbərsi "Məcməül-bəyan"da birinci məna kimi onu qeyd edib. Ona bəzi lüğət kitablarında da işarə edilib.

Birinci mənanı Quranın digər ayələri də təsdiqləyir. “Ğafir” surəsinin 71-72-ci ayəsində buyurur:

يُسْحَبُونَفِيالْحَمِيمِ. ثُمَّفِيالنَّارِيُسْجَرُونَ.


"Qaynar suya tərəf sürüklənəcəklər, sonra Cəhənnəm odunda yandırılacaqlar".

Əmirəl-möminin Əli (ə) “qızdırılmış dəmir” hadisəsində qardaşı Əqilə belə buyurub:

# أَتَئِنُّمِنْحَدِيدَةأَحْمَاهَاإِنْسَانُهَالِلَعِبِهِوَتَجُرُّنِىإِلَىنَارِسَجَرَهَاجَبَّارُهَالِغَضَبِهِ


“İnsanın oyuncaq kimi qızdırdığı dəmir parçasından nalə edirsən, amma məni Allahın Öz qəzəbi ilə alovlandırdığı oda tərəf sürükləyirsən?!"l

Bu "alovlanan dəniz”in harada olmasına gəldikdə, bəziləri onun yer kürəsində olan okeanlar olduğunu və Qiyamət astanasında alovlanacağını və sonra partlayacağını deyiblər. "Təkvir" surəsinin 6-c1 ayəsində buyurur:

"Dənizlərin alovlanacağı zaman".

Həmçinin “İnfitar” surəsinin 3-cü ayəsində buyurur:

وَإِذَاالْبِحَارُفُجِّرَتْ


"Dənizlərin bir-birinə qarışacağı zaman".

Amma bəziləri onu yer kürəsinin daxilində olan lavalar mənasında təfsir ediblər. “Təfsiri-Əyyaşi”də İmam Baqirdən (ə) nəql edilmiş hədis də bu mənaya dəlalət edir. Həmin hədisdə Qaruna "alovlanan dəniz”də əzab veriləcəyi qeyd edilib.' Halbuki bildiyimiz kimi Qurani-məcid buyurur:

فَخَسَفْنَابِهِوَبَدَارِهِالْأَرْضَ


"Biz onu evi ilə birlikdə (yerə) batırdıq”.

Hədisin davamında deyilir ki, Yunis (ə) də dənizin dərinliyinə getdi və “alovlanan dəniz”ə çatdı. Bəlkə də bu, bəzən dənizin dərinliklərində baş verən və lavaları çölə tökülən vulkanlara işarədir.

Bu iki təfsir bir-biri ilə ziddiyyət təşkil etmir və ayə onların hər ikisinə işarə ola bilər. Çünki onların hər ikisi Allahın nişanələrindən və bu dünyanın böyük möcüzələrindəndir.

Təfsirçilər bu beş andın bir-biri ilə əlaqəsi barədə elə də çox danışmayıblar. Amma zahirən ilk üç and arasında sıx bağlılıq var. Çünki onların hamısı vəhydən və onun xüsusiyyətlərindən danışır. "Tur dağı" vəhyin nazil olduğu yer, "yazılmış kitab” səma kitabı - istər Tövrat olsun, istərsə də bütün səma kitabları - "Beytül-məmur" mələklərin, Allahın vəhy mələyinin get-gəl yeridir.

Amma digər iki ayədə (“təşrii” nişanələrdən danışan ilk üç anddan fərqli olaraq) “təkvini” nişanələrdən danışılıb. Bu iki andın biri tövhidin ən mühüm nişanəsinə, yəni əzəmətli göyə, digəri isə məadın Qiyamət astanasında baş verəcək mühüm nişanələrindən birinə işarədir.

Deməli bu beş andda tövhid, nübuvvət və məad bir yerə toplanıb.

Bu ayələrin hamısını həzrət Musaya (ə) və onun hekayətinə işarə hesab edən bəziləri ayələr arasındakı bağlılığı belə izah ediblər: Tur həzrət Musaya (ə) vəhyin nazil olduğu dağdır. “Yazılmış kitab” Tövratdır. "Beytül-məmur" vəhy mələyinin get-gǝl etdiyi mərkəz (ehtimal ki, “Beytül-müqəddəs”)dir. “Yüksəlmiş tavan" isə İsrail oğullarının hekayətində qeyd edilən şeydir:

وَإِذنَتَقْنَاالْجَبَلَفَوْقَهُمْكَأَنَّهُظُلَّةٌ


"(Xatırlayın) dağı onların başı üstünə kölgəlik kimi qaldırdığımız zaman..."

“Alovlanan dəniz” Qarunun həzrət Musanın (ə) dininə qarşı çıxdığı üçün içində cəzalandırılacağı alovlu dənizdir.

Amma bu təfsir elə də inandırıcı görünmür. O, islami mənbələrdə nəql edilmiş hədislərlə də uyğun gəlmir. Öncə də qeyd etdiyimiz kimi Quranın digər ayələrinə və hədislərə əsasən “yüksəlmiş tavan” ifadəsi göyə işarədir.

Burada qeyd edilməsi lazım olan son məsələ bu andların bir-biri ilə əlaqəsi və haqqında and içilən məsələnin nədən ibarət olmasıdır.

Yuxarıda qeyd edilən məsələləri nəzərə alanda bu sualın cavabı aydın olur. Belə ki, Allahın "təkvin" və "təşri" aləmindəki qüdrəti ətrafında dövr edən bu andlar Onun ölüləri yenidən həyata qaytarmağa və Qiyaməti bərqərar etməyə qadir olduğunu bəyan edir. Andların içilməsinin səbəbi budur. Biz bunu son ayələrdə də oxuduq:

إِنَّعَذَابَرَبِّكَلَواقِعمالَهُمِنْدافع.


“Rəbbinin əzabı, mütləq, olacaqdır. Heç nə onun qarşısını ala bilməyəcək".