Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Hədid Surəsinin Ayələrinə Qayıt →
Əl-Hədid Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Hədid surəsi, 1-3-cü ayələr

Hədid surəsi, 1-3-cü ayələr



بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيمِ


سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ .١


لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ يُحْيِي وَيُمِيتُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .٢


هُوَ الْأَوَّلُ وَالْآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ .٣


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, yenilməz qüdrət sahibi, müdrikdir.

2\. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, dirildir və öldürür. O, hər şeyə qadirdir.

3\. Əvvəl, axır, aşkar və gizli Odur. O, hər şeyi bilir.

Ayələrin təfsiri



Qeyd etdiyimiz kimi, bu surədə tövhid movzusunda Allahın iyirmiyədək sifətləri bəyan olunmuşdur. Bu sifətləri tanımaq insanda Allahı tanıma etiqad prinsiplərini möhkəmləndirir. Bu sifətlərin hər biri Allahın camal və cəlal sifətlərini açıqlayır. Bu sifətlər haqqında ağıl sahibləri mütaliə edib düşündükcə hər dəfəsində yeni həqiqətləri kəşf etmiş olurlar.

İmam Əli ibn Hüseyndən (ə) tövhid barəsində soruşduqda belə buyurmuşdur:

# إِنَّاللَّهَعَزَّوَجَلَّعَلِمَأَنَّهُيَكُونُفِيآخِرِالزَّمَانِأَقْوَامٌمُتَعَمِّقُونَفَأَنْزَلَاللَّهُتَعَالَى: «قُلْهُوَاللَّهُأَحَدٌ»وَالْآيَاتِمِنْسُورَةِالْحَدِيدِ،إِلَىقَوْلِهِ: «عَلِيمٌبِذَاتِالصُّدُورِ»فَمَنْ


# رَامَوَرَاءَذلكَفَقَدْهَلَكَ


"Allah bilirdi ki, axirǝzzamanda gələn insanlar bütün məsələlərə diqqətlə yanaşacaqlar. Bu üzdən "Qul huvəllahu əhəd" və "Hədid" surəsinin (1-6-cı) ayələrini nazil etdi. Bundan daha artığını tələb edən məhvə düçar olar.

Bu hədisdən açıq-aşkar bəlli olur ki, sözügedən ayələr insana Allahı tanıma etiqadında yetərincə kifayət edir.

"Hədid" surəsinin birinci ayəsi Allahı bütün nöqsan və eyiblərdən pak bilməklə başlayır:

"Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir." og glands to all ) Bundan əvvəlki surə Allahı bütün nöqsan və eyiblərdən pak bilməklə sona yetmişdi. Bu surə isə Allahı təsbih etməklə başlayır.

Ümumiyyətlə, "Müsəbbəhat” surələrinə diqqət yetirsək, görərik ki, bu surələr Allahı təsbih etməklə başlayır və yalnız üç surədə (Hədid, Həşr və Səff) təsbih etmək keçmiş zamanda (səbbəhə) feili ilə, digər iki surədə (Cümə və Təğabun) isə indiki zamanda (yusǝb- bihu) feili ilə gəlmişdir. Ola bilsin ki, zaman fərqliliyi bütün yaranmış- ların keçmişdə və indiki zamanda Allaha təsbih etməsinə işarədir. Sanki, bütün məxluqlar Allahın pak Zatının hər bir eyib və nöqsandan pak olduğunu hər zaman etiraf edirlər. Və yaxud varlıq aləmindəki nizam- intizam, əsrarəngiz hadisələr hikmət və qüdrət üzündən elə dəqiqliyi ilə ölçülüb-biçilmişdir ki, hamılıqla Allaha təsbih və həmd-səna edərək deyirlər: "Bizim rəbbimizin qüdrəti və hikməti sonsuzdur.” Elə buna görə də ayənin sonunda deyilir: "O, yenilməz qüdrət sahibi, müdrikdir."

(وَهُوَالْعَزِيزُالْحَكِيمُ)


Dünyada olan bütün yaranmışlar dərk və şüur qabiliyyətinə malikdir və bunların hər biri öz qabiliyyət və ləyaqətinə görə Allaha təsbih edir. Bunu da qeyd etmək lazımdır ki, biz insanların bu məsələnin həqiqə- tindən məlumatı olduqca məhduddur. Varlıq aləmindəki məxluqların Allaha təsbih və həmd-səna etmələri barəsində "İsra" surəsinin 44-cü ayəsinin təfsirində ətraflı məlumat verilmişdir.

Qeyd etmək lazımdır ki səbbəhə lillahi ma fis-səmavati vəl-ərz - göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir) cümləsindəki (ma) sözünün mənası genişdir və o, dünyada olan varlıqların istər ağıl sahibi olan varlıqlar olsun, istər ağla malik olmayanlar, istər canlı varlıqlar olsun, istər cansız varlıqlar - hamısına şamil olunur.

Allah-taalanın pak zatının iki sifəti, yəni Onun "yenilməz qüdrət sahibi” və “müdrik" olması qeyd ediləndən sonra Qurani-Kərim yenilməz qüdrət və müdrikliyin tələbinə – Onun varlıq aləminin hakim və idarə edəni olmasına işarə edərək buyurur: "Göylərin və yerin hökmranlığı Ona məxsusdur”.

لَهُمُلْكُالسَّمَاوَاتِوَالْأَرْضِ


“Dirildir və öldürür".

(وَهُوَعَلَىكُلِّشَيْءٍقَدِيرٌ)


“O, hər şeyə qadirdir”

Allahın varlıq aləminə hökmranlığı şərti və hüquqi deyil, həqiqi və zatidir. Yəni O, hər şeyi əhatə edib və bütün varlıq aləmi Onun qüdrət əlindədir, Onun istək və əmrinə tabedir. Buna görə də onun ardınca diriltmək və öldürməkdən, hər şeyə qadir olmaqdan söz açılıb.

Bura kimi bu iki ayədə Allahın altı sifəti qeyd edilib.

"Yenilməz qüdrət sahibi" sifəti ilə "qadir" sifəti arasında hansı fərqin olmasına gəldikdə “yenilməz qüdrət sahibi" sifətində diqqət daha çox qarşı tərəfi məğlub etməyə, "qadir" sifətində isə səbəblərin yaradıl- masına yönəlib. Buna görə də həmin sifətlər qüdrətə malik olma baxi- mından eyni olsalar da, tövsif baxımından ayrı-ayrı sifətlər sayılırlar. (Diqqət edin!)

Diriltmək və öldürmək məsələsinə Qurani-Kərimin çox ayələrində işarə edilib. Əslində, bu iki məsələ sirri heç kəsə məlum olmayan mürəkkəb məsələlərdəndir. Həyat və ölümün həqiqətinin nədən ibarət olduğunu heç kəs bilmir. Biz bu iki şeyin yalnız nişanələri barədə məlumatlıyıq. Maraqlıdır ki, həyatımız bizə ən yaxın şey olsa da, biz onun həqiqət və sirləri barədə ən az məlumata malikik və o, bizim üçün ən qaranlıq məsələlərdəndir.

Qeyd etmək lazımdır ki, (yuhyi - dirildir) və (yumitu öldürür) feillərinin ərəb dili qrammatikası baxımından indiki-gələcək zaman modelində işlənməsi həyat və ölümün bütün zamanlarda davam etməsinə dəlalət edir. Bu sözlərin ümumi və qeyd-şərtsiz işlədilməsi onların həm insanın, həm də bütün digər varlıqların - mələklərin, digər canlı varlıqların, heyvanların, bitkilərin – həyat və ölümünə, eləcə də onların Bərzəx və Qiyamət həyatına şamil olunmasına dəlalət edir. Bəli, həyat və ölümün bütün formaları Onun qüdrət əlindədir.

Qurani-Kərim sonra Allah-taalanın daha beş sifətinə işarə edərək buyurur: “Əvvəl, axır, aşkar və gizli Odur. O, hər şeyi bilir”.

وَالظَّاهِرُوَالْبَاطِنُوَهُوَبِكُلِّشَيْءٍعَلِيمٌ


"Əvvəl" və "axır" ifadəsi Allahın əzəli və əbədi olması barədə işlədilmiş incə ifadələrdəndir. Çünki bildiyimiz kimi, O, sonsuz, vücudu vacib olan varlıqdır. Yəni Onun mövcudluğu kənardan deyil, Öz zatından qaynaqlanır və buna görə də nə sonu var, nə də başlanğıcı. O, əzəldən olub, əbədiyyətə kimi də olacaq.

O, varlıq aləminin əvvəli və başlanğıcıdır və dünyanın məhv olmasından sonra da mövcud olacaq. Buna görə də “əvvəl” və “axır" ifadələri əsla hansısa zaman çərçivəsində məhdudlaşmır və hansısa müəyyən müddətə işarə deyil.

“Aşkar” və “gizli” ifadələri də Onun vücudunun hər şeyi əhatə etməsindən xəbər verir. O, hər şeydən aşkardır. Çünki Onun nişanələri hər yeri əhatə edib. Həmçinin O, hər şeydən gizlidir. Çünki zatı heç kəsə məlum deyil.

Bəzi təfsirçilər burada belə bir ifadə işlədiblər:

الأَوَّلُبِلاإِبْتِداء،والآخِرُبلاإنتهاء،وَالظَّاهِرُبِلَااقْتِرابِ،وَالْبَاطِنُبِلَااحْتِجَاب


“O, başlanğıcı olmayan əvvəl, sonu olmayan axır, yaxın olmayan aşkar, örtülü olmayan gizlidir"”.

Başqa bir dəstə belə deyib:

“O, yaxşılıqlarda əvvəl, əfv və bağışlama ilə axıra çatdırandır; əgər itaǝt etsən, yaxşılıq və uğur nəsib etməsi ilə sənə aşkar olar, əgər itaətindən çıxsan, pərdə ilə onun üstünü örtər”.

Xülasə, O, hər şeyi əhatə edib və varlıq aləminin əvvəl, axır, aşkar və gizlini Odur.

Bəzi təfsirçilər ayənin ərəbcə orijinalında işlənmiş (zahir) sözünü “üstün” mənasında təfsir ediblər (və kökünün (zuhur) sözü olduğunu deyiblər). "Nəhcül-bəlağə"nin bəzi xütbələrində bu mənaya dəlalət edən nişanələr var. Belə ki o Həzrət (ə) yerin yaradılışı barədə belə buyurub:

# هُوَالظَّاهِرُعَلَيْهَابِسُلْطَانِهِوَعَظَمَتِهِوَهُوَالْبَاطِنُلَهَابِعِلْمِهِوَمَعْرِفَتِهِ


“O, Öz hökmranlıq və əzəməti ilə onu üstələyib, Öz elm və maarifi ilə onun batinindən xəbərdardır".

Bu iki təfsiri bir-biri ilə uzlaşdırmaq da olar.

Hər halda bunların nəticəsi ayənin sonunda qeyd edilən kimidir:

وَهُوَبِكُلِّشَيْءٍعَلِيمٍ


"O, hər şeyi bilir”. Çünki əvvəldən olub sona kimi qalan, dünyanın zahir və batinində olan kəs şübhəsiz, hər şeydən xəbərdar olmalıdır.

İncəlik:



Allahın sifətlərində əkslərin (zidlərin) bir araya gəlməsi

Bir Çox sifətlər bir-biri ilə ziddiyyət təşkil etdiyi üçün onların biz insanlarda və başqa varlıqlarda bir araya gəlməsi mümkün deyil. Məsə- lən, əgər mən bir toplumun arasında birinci adam olsam, şübhəsiz, sonuncu olmayacağam, əgər aşkar olsam, gizlin və əgər gizlin olsam, aşkar olmayacağam. Bunların hamısının səbəbi bizim vücudumuzun məhdud olmasıdır. Məhdud vücudun bundan başqa cür olması mümkün deyil. Amma söhbət Allahın sifətlərindən gedəndə onlar dəyişir, başqa cür olur. Orada aşkarla gizli, əvvəl ilə axır bir araya gələ bilir. Onun zatının sonsuz olduğunu nəzərə alanda burada təəccüblənəsi bir şey yoxdur.

Əziz İslam Peyğəmbərindən (s) və məsum imamlardan (ə) nəql edilmiş hədislərdə bu barədə maraqlı izahlar verilib və onlar dolğun mənalı bu ayələrin başa düşülməsində bizə kömək edə bilər. Məsələn, "Səhihi-Müslim"də nəql edilmiş hədisdə həzrət Peyğəmbərin (s) belə buyurması qeyd edilib: "İlahi, Sən ondan qabaq bir şeyin olmadığı əvvəl, ondan sonra bir şey olmayan axırsan. Elə aşkar və üstünsən ki, Səndən üstün heç nə yoxdur; elə gizlinsən ki, Səndən kənar bir şey təsəvvür edilmir".

Əmirəlmöminin Əli (ə) buyurub: "Onun əvvəl olmasının başlanğıcı, əzəliliyinin sonu yoxdur. O, həmişə olmuş əvvəl, sonu olmayan əbədi- dir. O, elə aşkardır ki, barəsində: “nədən yaranıb?” – demək olmur; elə gizlidir ki, haqqında: “haradadır?” – demək mümkün deyil”.

İmam Həsən Müctəba (ə) xütbələrinin birində belə buyurub: "Həmd nə məlum əvvəli, nə də məhdud sonu olan Allaha məxsusdur. Ağıl, düşüncə, fikir və fəhmlər heç vaxt Onun sifətlərini dərk edə, heç vaxt Onun nə vaxtdan olduğunu, nədən başladığını, nə ilə aşkar olduğunu və nədə gizləndiyini deyə bilməz”.

Ey filosof, nə vaxta kimi ağlın ilə öyünəcəksən? Bu yolu ağıl ilə qət etmək mümkün deyil; nə vaxt saman çöpü dənizin dibinə çatsa, onda ağıl da Onun zatının həqqətini dərk edər.

Hətta, bəlkə də, belə demək lazımdır:

Ağıl Onun zatının həqqətini dərk edə bilməz, hətta saman çöpü dənizin dibinə çatsa belə!