Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Mücadilə Surəsinin Ayələrinə Qayıt →
Əl-Mücadilə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Mucadilə surəsi, 1-4-cü ayələr

Mucadilə surəsi, 1-4-cü ayələr



بِسْمِاللهِالرَّحْمنِالرَّحِيمِ


قَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّتِي تُجَادِلُكَ فِي زَوْجِهَا وَتَشْتَكِي إِلَى اللَّهِ وَاللَّهُ يَسْمَعُ تَحَاوُرَكُمَا إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ .١


الَّذِينَ يُظَاهِرُونَ مِنْكُمْ مِنْ نِسَائِهِمْ مَا هُنَّ أُمَّهَاتِهِمْ إِنْ أُمَّهَاتُهُمْ إِلَّا اللَّائِي وَلَدْنَهُمْ وَإِنَّهُمْ لَيَقُولُونَ مُنْكَرًا مِنَ الْقَوْلِ وَزُورًا وَإِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ .٢


وَالَّذِينَ يُظَاهِرُونَ مِنْ نِسَائِهِمْ ثُمَّ يَعُودُونَ لِمَا قَالُوا فَتَحْرِيرُ رَقَبَةٍ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا ذَلِكُمْ تُوعَظُونَ بِهِ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ .٣


فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا فَمَنْ لَمْ يَسْتَطِعْ فَإِطْعَامُ سِتِّينَ مِسْكِينًا ذَلِكَ لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَتِلْكَ حُدُودُ اللَّهِ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ .٤


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Əri ilə bağlı sənə müraciət və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Allah eşidəndir, görəndir.

2\. Sizlərdən öz qadınlarını (anaya bənzədərək) özlərinə haram edənlərin zövcələri onların anaları deyillər. Anaları yalnız onları dünyaya gətirmiş qadınlardır. Onlar yaramaz və yanlış söz danışırlar. Allah əfv edəndir, bağışlayandır.

3\. Qadınlarını (anaya bənzədərək) özlərinə haram edib, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir köla azad etməlidirlər. Bu, sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır.

4\. (Buna) imkanı olmayan şəxs qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna da gücü çatmayan şəxs altmış yoxsulu yedirtməlidir. Bu, sizin Allaha və Onun elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Ona qarşı çıxanları isə ağrılı-acılı bir əzab gözləyir.

Ayələrin nazilolma səbəbləri



Təfsir alimlərinin əksəriyyəti bu surənin başlanğıc ayələri üçün bir neçə nazilolma səbəbləri açıqlayıblar. Deyilən səbəblər arasında azacıq fərq olmasına baxmayaraq ümumi məna baxımından hamısı eynidir. Sözügedən ayələrin nazil olmasına əsas səbəb bundan ibarətdir:

"Xəzrəc" qəbiləsindən və ənsardan olan Xulǝ' adlı qadının Ovs ibn Sabit adlı həyat yoldaşı var idi. Ovs tez özündən çıxıb qəzəblənən və tünd xasiyyətli adam idi. Günlərin birində Ovs qəzəblənib Xulədən ayrılmaq qərarına gəlir və ona deyir: (Sən mənə anam kimisən).

# أَنْتِعَلَىكَظَهْرِأُمِّي


Bu ifadə tərzi cahiliyyət dövründə boşanmaq üçün istifadə edilən cümlələrdən biri hesab olunurdu. Əlbəttə, boşanmanın ən pis növü sayılırdı. Belə ki həmin qadını yenidən nə öz əri ala bilərdi, nə də ki, başqasına ərə getməsi üçün azad hesab olunurdu.

Bir müddət keçdikdən sonra Ovs etdiyi əmələ görə peşman olur və Xulǝyǝ deyir: "Mən belə düşünürəm ki, sən mənə əbədi haram olmusan."

Xulə deyir: “Sən Allahın Rəsulunun (s) hüzuruna get və bu məsə lənin hökmünü ondan soruş.

Ovs deyir: “Mən gedib soruşmağa xəcalət çəkirəm." Xulə deyir:

"Onda icazə ver mən gedim.”

Ovs deyir: “İcazə verirəm.”

Qadın Peyğəmbərin (s) hüzuruna gəlib deyir: "Ey Allahın Rəsulu (s) Həyat yoldaşım Ovs ibn Sabit mənimlə ailə quranda cavan və var- dövlətli bir xanım idim. Var-dövlətimi xərclədi, cavanlığım əldən gedib, yaşım çoxalıb. Həyat yoldaşım “zihar” edərək mənə talaq verib və sonradan peşman olub. Bizim yenidən ailə qurub bir yerdə yaşama- ğımız üçün bir çıxış yolu vardırmı?”

Peyğəmbər (s) buyurur: "Sən ona haram olmusan.”

Xulə deyir: "Ey Allahın Rəsulu (s)! Ovs mənim uşaqlarımın atasıdır, digər bir tərəfdən o, talaq əqdi oxumayıb və mən hələ də onu sevirəm."

Həzrət (s) buyurur: "Sən ona haram olmusan və sənə başqa bir çıxış yolu deyə bilmərəm."

Qadın dayanmadan israr edir və həzrət Peyğəmbərdən (s) bu məsələnin həlli üçün yardım istəyirdi və nəhayət, Allaha yalvararaq deyir:

# أَشْكُوإلىاللهفاقتیو،حاجتيوشدَّةَ،حالىاللَّهُمَّفَأَنْزِلْعَلىلساننَبِيكَ


(İlahi! Mən düşdüyüm çıxılmaz vəziyyətdən və hacətimdən Sənə şikayət edirəm! İlahi! Peyğəmbərinə yeni bir hökm nazil etməklə mənə müşkülümü həll etməkdə kömək elə.)

Digər bir rəvayətdə isə qadının Allaha belə yalvardığı qeyd olunur:

(İlahi! Sən mənim halımdan xəbərdarsan, mənə rəhm et. Uşaqlarım çox balacadır, yoldaşımın öhdəsində qalsalar, (anasız) məhv olarlar, mənim öhdəmdə qalsalar, (atasız) ac qalacaqlar.)

Elə bu zaman "Mucadilə" surəsinin başlanğıc ayələri həzrət Peyğəmbərə (s) nazil olur və məsələnin həll yolu bəyan olunur. Həzrət Peyğəmbər (s) həmin qadına buyurur: “Həyat yoldaşına xəbər elə mənim yanıma gəlsin." Ovs Peyğəmbərin (s) hüzuruna gəlir. Həzrət Peyğəm- bər (s) “zihar” ayələrini ona oxuyur və buyurur:

“Zihar”ın kəffarəsi olaraq bir qul azad edə bilərsənmi?”

Ovs deyir: "Əgər bir qul azad etməli olsam, bütün var-dövlətim əlimdən çıxacaq və heç nə qalmayacaq."

Həzrət (s) buyurur: "İki ay ardıcıl oruc tuta bilərsənmi?”

Ovs deyir: "Ya Peyğəmbər! Gün ərzində yeməyim üç dəfə təxirə düşsə, dərhal zəifləyirəm, (gözlərim qaralır) qorxuram kor olam." Həzrət (s) buyurur: "Altmış miskinə (yoxsula bir doyumluq) yemək verə bilərsənmi?”

Ovs deyir: "Ey Allahın Rəsulu! Əgər siz mənə kömək etsəniz, mən bu işi görərəm."

Həzrət (s) buyurur: “Mən sənə kömək edərəm.' Həzrət (s) kəffarənin ödənilməsində Ovsa 15 sa miqdarında köməklik edir və Ovs yenidən ailəsinə qovuşur.

Qeyd olunan nazilolma səbəbi “Qurtubi", "Ruhul-bəyan", "Ruhul- məani”, “Əl-Mizan", "Fəxr Razi”, “Fi zilalil-Quran”, “Əbülfütuh Razi” və “Kənzül-ürfan” təfsirlərində azacıq fərqlərlə qeyd olunmuşdur.

Ayələrin təfsiri



"Zihar" - cahil ərəblərin ən pis adət-ənənəsi

Bəhs etdiyimiz surənin birinci ayəsində deyilir: “Əri ilə bağlı sənə müraciət və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir”.

(tucadil) feilinin mənası "ipi dartmaq", "çəkmək” deməkdir. Biri digərini israrla razı salmağa çalışan iki nəfərin danışığına "mücadilə" deyilir. Yəni hər bir kəs söhbəti öz xeyrinə tərəf yönəltmək istəyir.

Ayənin sonunda deyilir: "Allah eşidəndir, görəndir." Call Allah hər bir yerdə vardır, görür və eşidir, qəlblərdən keçənlərdən xəbərdardır.

Növbəti ayədə “zihar" məsələsinin hökmünə işarə olunur. Əvvəlcə bu pis adət-ənənə, yəni qadınını (həyat yoldaşını) anasına bənzədənlər sərt tənqid olunaraq deyilir: "Sizlərdən öz qadınlarını (anaya bənzədərək) özlərinə haram edənlərin zövcələri onların anaları deyillər. Anaları yalnız onları dünyaya gətirmiş qadınlardır”.

Ana və övlad nisbəti sözlə gerçəkləşən bir məsələ deyil. Bir kişi yüz dəfə də xanımına: "sən mənim anama bənzəyirsən" - cümləsini işlətsə, onun həyat yoldaşı ana hökmündə olmur. Və bu, bəyənilməyən, hərzə deyilən bir sözdür.

Ayənin davamında deyilir: "Onlar yaramaz və yanlış söz danışırlar.”

(وَإِنَّهُمْلَيَقُولُونَمُنكَرًامِّنَالْقَوْلِوَزُورًا)


Cahiliyyət dövründə ərəblər “zihar” məsələsindən boşanmaq üçün istifadə edirdilər. Amma “zihar” cümləsinin heç bir əsası yoxdur. Eynilə buna bənzəyir ki, cahiliyyət dövründə ərəblər oğlan uşaqlarını oğulluğa götürməklə onları oğul hökmündə bilirdilər. Qurani-Kərimdə bu məsələ də sərt çəkildə məhkum olunur:

وَمَاجَعَلَأَدْعِيَاءكُمْأَبْنَاءكُمْذَلِكُمْقَوْلُكُمبِأَفْوَاهِكُمْ


"...oğul deyə çağırdıqlarınızı da oğullarınız etməmişdir. Bunlar sizin dilinizə gətirdiyiniz (əsassız) sözlərdir.”

Sözügedən ayəyə əsasən, “zihar” haram və qadağan olunmuş bir əməldir. Nazil olmuş ilahi hökmlər keçmiş əməllərə şamil olunmadığı və nazil olduğu gündən qüvvədə olduğu üçün ayənin sonunda deyilir: "Allah əfv edəndir, bağışlayandır."

Deməli, hökm (ayə) nazil olmazdan öncə bu əmələ mürtəkib olan müsəlman nigaran olmamalıdır, çünki Allah onu bağışlayıb. Bəzi fəqih və təfsir alimlərinin fikrinə əsasən, indinin özündə də “zihar" kiçik günahlar kimi bağışlanası bir günahdır. Böyük günahlar tərk olunduqda Allah bu qəbildən olan günahların bağışlanmasına vədə verib. Amma deyilən bu fikrə, heç bir dəlil sübutumuz olmadığı üçün, əsaslana bilmərik. Bununla yanaşı, bu günahın kəffarə hökmü olduğu kimi qüvvəsində qalır. Bu həqiqətin bənzərinə “Əhzab” surəsinin 5-ci ayǝ- sində də rast gəlmək olar:

وَلَيْسَعَلَيْكُمْجُنَاحٌفِيمَاأَخْطَأْتُمبِهِوَلَكِنمَّاتَعَمَّدَتْقُلُوبُكُمْوَكَانَاللَّهُغَفُورًارَّحِيمًا


"Yol verdiyiniz səhvlərdə sizə heç bir günah yoxdur. Lakin qəsdən dediklərinizə görə (sorğu-sual olunacaqsınız). Allah bağışlayandır, rəhmlidir."

(əfuvv) (əfv edəndir) və (Ğəfur) (bağışlayandır) ifaələri arasında nə kimi fərq var? Bəzi alimlərin dediklərinə əsasən, (əfuvv) (əfv edəndir) ifadəsi günahların bağışlanmasına, (Ğəfur) (bağışlayandır) ifadəsi isə günahların örtülməsinə (faş olmamasına) işarədir. Çünki ola bilər ki, günah bağışlansın, amma eyni zamanda faş olsun. Amma Uca Allah günahı həm bağışlayır, həm də faş etmir. Bəzi alimlər isə (Ğəfur) (bağışlayandır) ifadəsini əzabdan qorunmaq mənasına təfsir ediblər.

Bu bəyənilməyən pis iş İslam dini nöqteyi-nəzərindən də bəyənilməyib və günah hesab olunur. Bu günaha - cəmiyyətdə təkrarlanmasın deyə ağır kəffarələr təyin olunub. Elə kəffarənin bir növü də növbəti ayədə bəyan olunur: “Qadınlarını (anaya bənzədərək) özlərinə haram edib, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər.”

(sonra sözlərini geri götürənlər) cümləsinə müxtəlif təfsirlər verilib. Fazil Miqdad "Kənzül-ümmal” kitabında bu cümləyə altı cür təfsir gətirib. Ən doğru təfsir isə bundan ibarətdir ki, insan etdiyindən peşman olaraq ailəsinə qovuşub yaşamaq istəyir. Əhli- beytdən (ə) rəvayət olunan hədislərdə də bu təfsirə işarə olunub. Digər təfsirlər isə ayənin mənası ilə elə də uyğun gəlmir.

(rəqəbə) sözünün mənası “boyun" deməkdir, ayədə bu söz işarə olaraq insan mənasına işlənib. Çünki "boyun" bədənin ən həssas üzvü hesab olunduğundan bəzi yerlərdə (rǝqəbə) sözü “insan" mənasında işlədilir.

Ayənin davamında deyilir: "Bu, sizə verilən öyüd-nəsihətdir.” “Zihar” günahının müqabilində təyin olunmuş kəffarəni ağır və qeyri-adi hesab etməyin. Əksinə, belə bir kəffarə sizin nəfsinizi islah etmək və sizi qəflətdən oyatmaqdan ötəridir. Çünki insan özünü islah etmədikcə günahdan çəkinə bilməz.

Təbii ki, bütün kəffarələrin islahedici cəhətləri vardır. Hətta maddi cəhətdən nəzərdə tutulmuş kəffarələrin təsiri digər kəffarələrdən daha üstündür.

Ola bilər ki, bəziləri kəffarə ödəməkdən boyun qaçırmaqla bu ilahi hökmə səthi yanaşsınlar. Odur ki, ayənin sonunda buyurulur: “Allah nə etdiklərinizdən xəbərdardır."

Allah insanın həm etdiyi günahdan (zihardan), həm kəffarədən yayınmasından, həm də niyyətindən xəbərdardır.

Ola bilsin ki, kölə azad etməyə hər bir kəsin maddi imkanı çatmaya. Necə ki sözügedən ayələrin nazilolma səbəbində Ovs ibn Samitin belə bir kəffarəni ödəməyə qadir olmadığı qeyd olunmuşdur. Hətta ola bilsin ki, maddi cəhətdən çətinlik olmaya, amma azad etmək üçün kölə tapılmaya. Elə biri misal olaraq, bizim yaşadığımız müasir dövr. Artıq köləlik və quldarlıq dövrü geridə qalmışdır. Belə olan təqdirdə kölə azad etmək kəffarəsi üçün digər əvəzedici kəffarə müəyyən olunur. İslam dininin bütün zamanlara uyğun və ümumbəşəri din olması da buradan bəlli olur. Buna görə də növbəti ayədə deyilir: "(Buna) imkanı olmayan şəxs qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır."

(فَمَنلَّمْيَجِدْفَصِيَامُشَهْرَيْنِمُتَتَابِعَيْنِمِنقَبْلِأَنيَتَمَاسَّا )


Kəffarənin bu növü də böyük və olduqca təsiredici əhəmiyyətə malikdir. Çünki oruc tutmağın ən başlıca faydası ruhu və nəfsi islah etməkdir. Ayənin zahirindən belə bəlli olur ki, iki ay adıcıl oruc tutulmalıdır. Əhli-sünnə fəqihləri iki ay ardıcıl oruc tutmağa dair fətva veriblər. Amma Əhli-beytdən (ə) rəvayət olunmuş hədislərə əsasən, ikinci ayın bir neçə gününü, hətta bir gününü birinci aya calamaqla iki ay ardıcıl sayılır. Belə bir hökm oruc tutanın işini nisbətən asanlaşdırır. (Ətraflı məlumat üçün fiqh kitablarında "oruc", "zihar" fəsillərinə müraciət edə bilərsiniz.)

(imkanı olmayan) ifadəsi sırf yoxsul olmaq mənasında deyil. Yəni yaşayışının gündəlik və zəruri tələblərini ödədikdən sonra artıq məvacibi olmadıqda belə bir şəxs kölə azad etmək əvəzinə oruc tutmalıdır. Hətta bəzi insanlar da vardır ki, oruc tutmaq iqtidarında deyildilər. Bunu əvəz edəcək digər bir hökm qüvvəyə minir: “Buna da gücü çatmayan şəxs altmış yoxsulu yedirtməlidir”.

Ayənin zahirindən başa düşülən budur ki, yoxsulu bir dəfə yemək verməklə doyuzdurmaq lazımdır. Rəvayət olunmuş hədislərdə bu yemə- yin miqdarı 750 qram təyin olunub. Bəzi fəqihlər bu yeməyin miqdarını 1500 qram təyin ediblər.

Ayənin davamında yenidən kəffarənin faydası bəyan olunaraq deyilir: “Bu, sizin Allaha və Onun elçisinə iman gətirməniz üçündür.”

(ذَلِكَلِتُؤْمِنُوابِاللَّهِوَرَسُولِهِ)


Kəffarələrin vasitəsilə günahlardan pak olmaq imanı möhkəmləndirir və insanda ilahi qanunlara qarşı məsuliyyət hissi yaradır. Ayənin sonunda müsəlmanlara təyin olunmuş ilahi hökmlərə ciddi yanaşm- alarına xəbərdarlıq edilir: "Bunlar Allahın hüdudlarıdır. Ona qarşı çıxanları isə ağrılı-acılı bir əzab gözləyir.”

Bildiyimiz kimi, “küfr” sözünün müxtəlif mənaları vardır, bunlardan biri də “günah”, “həddi aşmaq” deməkdir. Sözügedən ayədə də "küfr" sözü “günah", "həddi aşmaq" mənasında işlənib. Necə ki “Ali- İmran” surəsinin 97-ci ayəsində həcc ziyarətini yerinə yetirməyənlər haqqında deyilir:

وَاللَّهِعَلَىالنَّاسِحجالبيتمَنِاسْتَطَاعَإِلَيْهِسَبِيلاًوَمَنكَفَرَفَإِنَّاللَّهَغَنِيٌّعَنِالْعَالَمِينَ


“Getməyə imkanı çatan hər bir kəsə Allah üçün Onun evinə getməsi vacibdir. Kim imtina etsə (həcci tərk etsə, özünü ziyana salmışdır). Allah heç kəsə möhtac deyil!"

(hədd) sözünün mənası iki şey arasında maneə yaratmaq deməkdir. Elə buna görə də ölkələr arasındakı sərhədlərə (hüdud) deyilir. İlahi qanunlara ona görə “hüdud” deyilir ki, bu qanunları pozmaq və yaxud həddi aşmaq qadağandır. Bu haqda daha ətraflı məlumat "Bəqərə” surəsinin 187-ci ayəsinin təfsirində məlumat verilib (1-ci cild)

"Zihar" günahının bəzi hökmləri

1) "Zihar" məsələsinə Qurani-Kərimin iki yerində (sözügedən ayə və “Əhzab" surəsinin 4-cü ayəsi) işarə olunub. "Zihar" cahiliyyət dövrünün ən pis əməllərindən biri hesab olunurdu. Kişi öz həyat yoldaşına qəzəbləndikdə və ona mənəvi əzab verməkdən ötəri “zihar” edarak deyardi أَنْتِعَلَيَّكَظَهْرِأُمِّى“ (Sən mənə anam kimisən).

Bu sözü dedikdən sonra qadın ərinə həmişəlik haram olurdu, hətta başqasına da ərə gedə bilməzdi. Və demək olar ki, qadın ömrünün sonuna kimi sərgərdan qalmalı idi. İslam dini bu məsələni məhkum edərək günahın pak olması üçün kəffarələr müəyyən etdi. Çünki “zihar” İslam dini nöqteyi-nəzərindən bəyənilməyən, günah əməl hesab olunur. Demək, İslam dininə görə ərlə-arvad arasında “zihar” baş veribsə, qadın kişidən boşana və yaxud yenidən ailə münasibətləri davam edə bilər. Amma hər iki hal müəyyən şərtlər əsasında həyata keçirilməlidir:

\- “Zihar” baş verdiyi halda qadın ərinə haram olur və həmin qadının talağı oxunur. İddə çıxdıqdan sonra qadın tam azaddır.

\- "Zihar" baş veridiyi halda boşanmaq istəməyib ər-arvad müna- sibətlərini davam etdirmək istəyirlərsə, bunun üçün gərək kəffarə ödənilsin. Kəffarə isə bunlardan ibarətdir:

1\. Kölə azad etmək.

2\. İki ay ardıcıl oruc tutmaq.

3\. Altmış yoxsula (bir doyumluq) yemək vermək.

Qeyd olunan kəffarələr ixtiyar üzündən deyil, sıra tərtibinə görə müəyyən olunur. Yəni şəxs hansı kəffarəyə gücü çatmırsa, növbəti kəffarəni yerinə yetirməlidir.

2) İslam dinində "zihar" böyük günah hesab olunur. Bəziləri bu günahın kiçik günah olduğunu və kəffarəsiz tövbə etməklə bağışlandığını iddia etmişlər. Amma bu fikir tamamilə yanlışdır.

3) Kəffarələrdən heç birini ödəməyə imkan olmadıqda tövbə etməklə kifayətlənmək olarmı? Sualın cavabına fəqihlər fərqli cavablar veriblər:

Digər günahların kəffarəsinə imkan olmadıqda tövbə etməklə kifayətlənmək olar. Amma "zihar" günahının kəffarəsinə imkan olma- dıqda, İmam Cəfər Sadiqdən (ə) rəvayət olunmuş hədisə əsasən, tövbə ilə kifayətlənmək olmaz. Belə olan təqdirdə gərək talaq oxunmaqla qadın ərindən ayrılsın.

\- Bəzi fəqihlər də, yenə İmam Cəfər Sadiqdən (ə) rəvayət olunmuş hədisə əsasən, kəffarəyə imkan olmadıqda tövbənin yetərli olduğunu deyiblər.

\- İmkan olduğu təqdirdə heç olmasa on səkkiz gün oruc tutulmalıdır.

Rəvayət olunmuş hədislərin toplumuna əsasən, kəffarəyə imkan olmadıqda tövbə ilə kifayətlənib ər-arvad münasibətini davam etdirmək olar. Baxmayaraq ki, hədislərin birində tövbənin kifayət etmədiyi, digərində isə tövbənin kifayət etdiyi nəql olunub və müxtəlif hökmlərdə də bu qəbildən olan hədislərə tez-tez rast gəlmək olur. Belə olan təqdirdə kişinin həyat yoldaşından ayrılması müstəhəbdir.

4) "Zihar" günahı eyni məclisdə, eyni gündə və eyni zamanda bir neçə dəfə ciddi niyyətlə təkrar olunsa, gǝrǝk bir o qədər də kəffarənin ödənilməsi təkrar olunsun. Amma əgər təkid mənası üçün təkrar edilsə, bir kəffarə kifayət edir.

5) Kəffarə vermədən öncə kişi öz həyat yoldaşı ilə yaxınlıq etsə, iki kəffarə verməlidir. Biri "zihar" kəffarəsi, digəri "zihar" kəffarəsi yerinə yetirmədən qadını ilə yaxınlıq etdiyinə görə. Əhli-beytdən (ə) rəvayət olunmuş hədislərdə bu məsələyə işarə olunmuşdur.

6) İslam dini qadının hüququna şəhvətpərəst kişilər tərəfindən təcavüz olunmasın deyə "zıhar" məsələsinə qarşı sərt qanunlar tətbiq etmişdir. Hətta cəmiyyətə hakim olmuş cahil adət-ənənələri məhkum edərək aradan aparmışdır.

7) Kölə azad etmək "zihar" günahının birinci kəffarəsi hesab olunur. İslam dini bu hökmlə cəmiyyətdə hakim olmuş quldarlıq sinfi- nin yox olmasını və zaman keçdikcə bütün qulların azad olaraq müstəqil yaşamasını təmin edir. Çünki digər günahların, o cümlədən "səhvən qətl törətmək", "Ramazan ayının orucunu bilərəkdən pozmaq", "andı pozmaq”, “nəzri pozmaq" və sairin də kəffarəsi olaraq kölə azad etmək qeyd olunmuşdur. Bu isə insan hüququna verilən azadlığın bariz nümunəsidir!