Əl-Ənam Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Ənam surəsi, 1 və 2-ci ayələr
Ənam surəsi, 1 və 2-ci ayələr
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الْحَمْدُ لِلَّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ ثُمَّ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ يَعْدِلُونَ .١
هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ طِينٍ ثُمَّ قَضَى أَجَلًا وَأَجَلٌ مُسَمًّى عِنْدَهُ ثُمَّ أَنْتُمْ تَمْتَرُونَ .٢
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə
1\. Həmd göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha məxsusdur! Lakin kafirlər öz Rəblərinə bənzər və şərik qoşurlar. (Halbuki dünya Onun təkliyini sübut edən dəlillərdə doludur).
2\. Sizi palçıqdan yaradan, sonra əcəl (bir müddət) təyin edən Odur. Allahın yanında qaçılmaz bir əcəl də vardır. Bütün bunlara baxmayaraq, siz yenə də şübhə edirsiniz!
Ayələrin təfsiri.
Yeri və göyləri xəlq edənə həmd etmək.
Bu surə Allaha həmd və sitayişlə başlayır. İlk olaraq “böyük aləmin” (yerin və göylərin) xilqəti və quruluşu vasitəsi ilə, ardınca isə "kiçik aləmin” (yəni insanın) xilqəti vasitəsi ilə tövhidin əsasına diqqəti yönəldərək buyurur: “Həmd göyləri və yeri xəlq edən Allaha məxsusdur”.
Dualistlərin (ikiallahlıların) etiqadının əksinə, hər şeyi xəlq edən Allah olduğunu bəyan edərək əlavə edir ki, “həmd zülmətləri və nuru yaradan Allaha məxsusdur”.
"Lakin müşrik və kafirlər xilqətin vahid quruluşundan tövhid dərsini öyrənmək əvəzinə Rəbbinə bənzər (oxşar) və şərik qoşurlar."
Müşriklərin etiqadını bəyan etmək üçün ərəb dilində “tədrici arıdıcıllıq" mənasını verən (summə) kəlməsi işlədilib. Bu isə onu göstərir ki, tövhid ilk başlanğıcda bütün bəşəriyyətin ümumi etiqadı olmuşdur. Şirk isə fitri kökdən azmaqla meydana çıxmışdır.
Ancaq nəyə görə “yerin və göylərin” xilqəti üçün “xələqə" feili, "nur və zülmətlər” üçün "" (cəələ) feilindən istifadə olunub? Təfsirçilər bu haqda müxtəlif fikir irəli sürmüş, lakin ağlabatan budur ki, “xilqət” bir şeyin əsl varlığı (vücudu) haqda, “cəələ” isə bir şeyin xilqətin ardınca meydana gələn xislətləri, keyfiyyəti təsirini əhatə edir. "Nur və zülmət" tabelik yönümünə malik olduqlarına görə (qərar verdi) ifadəsi işlənmişdir.
Bu ayənin təfsiri haqda Əmirəlmöminin Əlidən (ə) belə nəql olunur: "Bu ayədə, əslində, üç azğın qrupa cavab verilib. İlk olaraq xilqəti, yaradılışı inkar edib dünyanın əzəli olduğunu düşünən “materialistlǝrǝ", ikincisi nur və zülməti müstəqil başlanğıc hesab edən "ikiallahlılara”, üçüncüsü isə Allaha şərik və bənzər (oxşar) qoşan “ərəb müşriklərinə”?
Söylədiyimiz kimi, bu surə qəlblərdə tövhid və allahpərəstliyin dayaqlarını möhkəmlətmək üçün ilk olaraq diqqəti böyük aləmə, növbəti ayədə isə kiçik aləmə (insanın özünə) yönəldərək ən təəccüblü məsələyə, yəni onun torpaqdan xəlq edilməsinə işarə edib buyurur:
Sizi palçıqdan yaradan Odur.
Düzdür, biz torpaqdan deyil, ata-anamızın vasitəsi ilə dünyaya gəlmişik. Lakin ilk insan torpaqdan xəlq olunub və bizlərə də bu formada xitab olunmasına irad tutmaq olmaz.
Allah-taala ardınca insan ömrünün təkamülü mərhələlərinə işarə edərək buyurur: “Sonra əcəl (bir müddət) təyin edən Odur." Bu müddət ərzində insan yer üzü boya-başa çataraq inkişaf edir.
(əsəl) əslində “müəyyən müddət" mənasını verir. Ayədəki (qəza əcələn) isə müddətin təyin olunması və yaxud vaxtın sona çatmasını ifadə edir. Əksər hallarda sön fürsətə həmçinin (əcəl) deyilir. Məsələn: “اجل دين” dedikdə, yəni borcun son ödəmə vaxtıdır. Ölüm anı yetişdiyi vaxta ömrün son (zamanı) anı olduğuna görə (ǝcǝl) deyilir.
Allah-taala elə bu mövzunu tamamlayaraq buyurur: “Allahın yanında qaçılmaz bir əcəl də vardır.
Sonra isə belə buyurur: Siz müşriklər insanı dəyərsiz bir şeydən, yəni palçıqdan var edib heyrətləndirici mərhələlərdən keçirən bir Xaliq haqda yenə tərəddüd edirsinizmi?
Dəyəri olmayan varlıqları, yəni bütləri ona bərabər tutur və ya Qiyamət günü ölənləri dirildəcək Allahın qüdrətinə şübhə ilə yanaşırsınız? “Butun bunlara baxmayaraq, siz yenə də şübhə edirsiniz?"
İncəliklər:
1\. Görəsən zülmət xəlqolunmuşdurmu?
İlk ayədən belə aydın olur ki, "zülmət" də "nur" tək Allahın yaratdığı (xəlq etdiyi) bir varlıqdır. Filosof və təbiətşünasların məşhur nəzərinə görə “zülmət” “nurun yoxluğu”ndan başqa bir şey deyildir. Onu da bilirik ki, var olmayan bir şeyə məxluq adı vermək olmaz. Belə olan təqdirdə sözügedən ayədə zülmət necə olub ki, Allahın məxluqu kimi bəyan olunub? Bu sualın cavabı olaraq aşağıdakıları söyləmək olar:
Birincisi: Zülmət həmişə tam, mütləq qaranlıq mənasını vermir, zülmət bir çox halda olduqca nurlu bir şeyin əksi olan, olduqca zəif (işıq) nur mənasında da işlədilir. Məsələn, biz hamımız “qaranlıq gecə” ifadəsini işlətdiyimiz halda məqsədimiz mütləq zülmət deyil.
Gecənin qaranlığı daim ya ulduzların azacıq işığı, ya da digər nur mənbələri ilə qarışmış olur.
Bu əsasla ayənin məzmunu belədir: Allah sizin üçün parlaqlığı (nuru) iti olan aydın gündüz, nuru olduqca zəif olan bir gecə qaranlığı qərar vermişdir. Təbii ki, zülmət bu mənada Allahın məxluqu sayılar.
İkincisi: Doğrudur ki, mütləq zülmət var olmayan bir işdir (şeydir), lakin var olmayan bir şey xüsusi bir şəraitdə reallaşarsa, mütləq, mövcud olan bir şeydən qidalanmalıdır. Yəni mütləq zülməti müəyyən məqsəd naminə xüsusi şəraitdə var etmək istəyən, təbii ki, mövcud olan vasitələrdən istifadə etməklə reallaşdıra bilər. Məsələn, bir foto şəkli üzə çıxartmaq üçün müəyyən bir vaxta qədər qaranlıq otağa ehtiyac duyulduğuna görə işığın qarşısını almağa məcburuq. Belə bir zülmət (qaranlıq) məxluq sayılır.
Başqa sözlə desək, “mütləq yoxluq" məxluq sayılmasa da, “xüsusi yoxluq” var olmada bir paya ehtiyacı olduğu səbəbi ilə məxluq sayıla bilər.
2\. Nur vəhdət rəmzi, zülmət isə dağınıqlıq rəmzidir
Burada diqqəti cəlb edən məsələlərdən biri də budur ki, Quranın ayələrində “nur” tək halda, “zülmət” isə cəm halda (zülmətlər) qeyd olunmuşdur. Bu incə bir həqiqətə işarə də ola bilər: Zülmət (istər maddi olsun, istərsə də mənəvi) daim dağınıq, ayrılıq və uzaq düşmə mənbəyi olduğu halda, nur toplaşmaq və həmçinin vəhdət rəmzi olmuşdur.
Yay gecəsində həyətin ortasında və ya küçədə yanan çırağın başına (ətrafına) qısa müddət ərzində çoxlu sayda həşəratın toplaşdığını çox müşahidə etmişik. Bu, əslində, onların rəngarəng formada bir həyat toplantısını təşkil etdiyini göstərir. Ancaq işığı söndürdüyümüz anda onların hər biri üzünü bir tərəfə (istiqamətə) tutaraq dağılır. İctimai və mənəvi məsələlər də həmçinin bu qəbildəndir. Quran, iman və elm nuru birliyin (vəhdətin) əsası, zülmət, küfr, cəhalət və nifaqsa dağınıqlığın əsası və səbəbidir.
3\. Qaçılmaz əcəl nədir?
Ayədə həm qaçılmaz əcəl (əcəlun musəmma), həm də müəyyən edilmiş acǝl kəlməsinin işlədilməsi hər ikisinin ayrı məna verdiyini çatdırır. Bəzi alimlər hər ikisinin eyni məna verdiyini qəbul etsələr də, bu fikir (əcəl) kəlməsinin xüsusi (qaçılmaz) qeydi ilə ikinci dəfə təkrarlanması ilə heç cür uyğun gəlmir. Elə bu səbəbdən onların hər ikisinin fərqli olması haqda təfsirçilər mülahizələr yürütmüşlər.
Quranın digər ayələrindən, həmçinin Əhli-beytdən (ə) nəql olunan rəvayətlərdən əldə olunan qənaət budur ki, “əcəl” özü təklikdə labüd olmayan müddət, vaxt və ömür mənasını verir, (qaçılmaz əcəl) isə labüd ölümə, vaxta deyilir. Başqa təbirlə desək təbii ölüm, (əcəl) isə vaxtından əvvəl yetişən ölümə deyilir.
Bir çox canlılar təbii və zatı quruluşuna görə uzun müddət yaşamaq iqtidarında ola bilər, lakin bu müddət ərzində qarşıya çıxa bilən bir əngəl səbəbindən təbii ömrün son həddinə yetişə bilmirlər. Necə ki cansız olan neft lampası içərisindəki neft ehtiyatına görə (əsasən) iyirmi saat yana bildiyi halda, bərk külək əsməsi, yağışın yağması və ya nəzarət olunmadığı təqdirdə ömrü qısalaraq sönə bilər.
Əgər lampa heç bir maneə ilə üzləşməzsə, içindəki neftin son damlasına qədər yanıb sönərək özünün labüd əcəlinə (təyin olunmuş müddətinə) yetişəcək, yox əgər lampanın sönməsinə səbəb olacaq bir maneə yaranarsa, bu müddətə “qaçılmaz əcəl” deyiləcəkdir.
Bu vəziyyət həmçinin insana da aid edilir. Belə ki yaşam üçün tam şərait mövcud olduğu və can sağlığı cavab verdiyi təqdirdə uzun- ömürlü həyat yaşamaq mümkündür. Ancaq günaha dücar olub, pis adətlərə qurşanıb, düzgün qidalanmayıb və yaxud intihara cəhd edilərsə, ömür vaxtından olduqca tez sona çatar. Birinci halın ölümü təyin olunmuş labüd əcəl, ikinci hal isə qaçılmaz əcəl adlanır.
Başqa sözlə desək, “müəyyən olunmuş əcəl” vaxtı tam səbəblərə, “qaçılmaz əcəl" (bir şeydən asılı əcəl) zamanı isə yalnız labüd prosesi doğuran məsələlərə nəzər yetirmək lazımdır.
Bu iki növ əcələ diqqətlə nəzər saldıqda bir çox məsələlər aydınlaşar. Belə ki rəvayətlərdə qeyd olunduğuna görə, “sileyi rəhm” (ata-ana və yaxın qohumlara baş çəkmək) ömrü uzadar, əksi isə yəni "qohumluq əlaqəsini qırmaq” ömrü azaldar.' (Burada, insanın rəftarından asılı olan əcəl və ömür nəzərdə tutulmuşdur.)
Qurani-Kərimdə bir ayədə buyurulur:
“Beləliklə, müddətləri başa çatdıqda ondan nə bir saat gecikǝr və nə də qabağa keçərlər.
Ayədəki “əcəl” müəyyən olunmuş müddət və ya labüd ölümə işarədir.
Yuxarıdakı ayədə qeyd edilən əcəl vaxtından əvvəl çatan ölümə şamil deyil, yalnız insan ömrünün sonuna yetdiyi hallara aid edilir. Hər bir halda, nəzərə almaq lazımdır ki, hər iki əcəl Allah tərəfindən müəyyən olunur. Biri mütləq (hökmən) baş verən, digəri isə bir şeydən asılı və ya səbəblərə bağlı baş verən ölüm. Eynilə "bir lampa çırağının qeyd-şərtsiz iyirmi saatdan sonra sönəcəyini və yaxud: - bir külək əsməsi ilə iki saatdan sonra sönəcəkdir" -söyləməyimizə bənzəyir. İnsan, millət və xalqlar barəsində də belə söyləmək olar. Məsələn, deyə bilərik ki, Allahın iradəsinə görə, filan şəxs və ya millət müəyyən ömrü başa vurduqdan sonra ölməlidir. Həmçinin belə də deyə bilərik: “İnsan zülm edərsə, nifaq və təfriqə salarsa, səhlənkar və tənbəl olarsa, ömrünün üçdə birini yaşayaraq öləcəkdir." Hər iki əcəl Allah tərəfindəndir, biri tam (müəyyən olunmuş) əcəl, digəri isə bir şeydən asılı əcəl.
İmam Sadiq (ə) sözügedən ayə haqda belə buyurur:
“Ayədə iki növ əcəldən bəhs olunur, labüd (müəyyən edilmiş) əcəl və bir səbəbdən asılı əcǝl."
Bu mövzuya dair digər hədislərdə də aydın şəkildə qeyd olunmuşdur ki, qaçılmaz (bir şeydən asılı) əcəlin dəyişməsi (gecikməsi və ya qabağa düşməsi) mümkün, (təyin edilmiş) mütləq əcəl isə dəyişməzdir.