Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əs-Səff Surəsinin Ayələrinə Qayıt →
Əs-Səff Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Sǝff surəsi, 1-4-cü ayələr

Sǝff surəsi, 1-4-cü ayələr



بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيمِ


سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ .١


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ .٢


كَبُرَ مَقْتًا عِنْدَ اللَّهِ أَنْ تَقُولُوا مَا لَا تَفْعَلُونَ .٣


إِنَّ اللَّهَ يُحِبُّ الَّذِينَ يُقَاتِلُونَ فِي سَبِيلِهِ صَفًّا كَأَنَّهُمْ بُنْيَانٌ مَرْصُوصٌ .٤


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, yenilməz qüdrət sahibidir, müdrikdir.

2\. Ey iman gətirənlər! Nə üçün əməl etmədiyiniz şeyləri danışırsınız?

3\. Əməl etmədiyiniz şeylərdən danışmağınız Allah dərgahında qazaba sabab olur.

4\. Allah Onun yolunda dəmir bina kimi dayanıb döyüşənləri sevir.

Ayələrin nazilolma səbəbi



Təfsirçilər “nə üçün əməl etmədiyiniz şeyləri danışırsınız” ayəsi ilə bağlı müxtəlif nazilolma səbəbləri qeyd etmişler ki, bir-birindən bir o qədər də fərqlənmir. Bu səbəblərdən bir neçəsinə nəzər salaq:

1\. Bəzi möminlər deyirdilər ki, bundan sonra düşmənlə qarşılaşsaq, əsla arxa çevirməyəcək və qaçmayacağıq. Amma sözlərinə sadiq qalmadılar. Ühüd döyüşündə qaçdılar. Belə ki Peyğəmbərin (s) alnı yaralandı və dişi sındı.

2\. Allah Bədr döyüşü şəhidlərinin savabını açıqladıqda bəzi səhabələr dedilər: "İndi ki belədir, biz gələcək döyüşlərdə bütün gücümüzdən istifadə edəcəyik”. Amma Ühüd döyüşündə qoyub qaçdılar. Yuxarıdakı ayə nazil oldu və onları qınadı.

3\. Bəzi möminlər cihad hökmü nazil olmazdan öncə deyirdilər: "Kaş Allah bizə əməllərin ən yaxşısını göstərəydi, əməl edəydik”. Çox çəkmədi ki, Allah onlara: "Ən yaxşı əməl xalis iman və cihaddır”, - deyə bildirdi. Amma onların bundan xoşu gəlmədi və bəhanə gətir- dilər. Ayə nazil oldu və onları qınadı.

Ayələrin təfsiri



Dəmir sədd kimi döyüşçülər

Bu surənin əvvəlində Allahı mədh etmək haqqında söhbət açılır. Buna görə də onu “Musǝbbihat” (Allahın təsbihi – tərifi ilə başlayan surələrdən) hesab edirlər.

Buyurur: "Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir”.

سبْحَاللهمَافِيالسَّمَاوَاتِوَمَافِيالْأَرْضِ


Nə üçün də Onun şəninə təriflər deməsinlər, Onu təsbih etməsinlər, hər cür eyib və qüsurdan pak sanmasınlar? Halbuki "O, yenilməz qüdrət sahibidir, müdrikdir”.

Öncə də qeyd etdiyimiz kimi, bu surə iman, tövhid və bilik surəsidir. Varlıqların Allahın yaratdığı təyinat üzrə hərəkət etməsi və təbii dil ilə ümumi təsbih deməsi məsələsinə, yenilməz və hikmət sahibi bir Yaradıcının mövcudluğuna sübut kimi onlara hakim olan heyrətamiz sistemə diqqət çəkmək qəlblərdə iman təməllərini gücləndirir və cihad fərmanı üçün yolu möhkəm və davamlı edir.

Məcməül-bəyan, c. 9, səh. 278. Digər təfsirçilər də bu nazilolma səbəblərini müəyyən fərqlərlə qeyd etmişlər.

2 Dünya varlıqlarının ümumi təsbihi haqqında bu təfsirdə dəfələrlə söhbət açmışıq. Ətraflı məlumat üçün bax: Təfsiri-nümunə, c. 12, İsra surəsi, 44-cü ayənin təfsiri və c. 14, Nur surəsi, 41-ci ayənin təfsiri.

Sonra Allah-taala öz sözlərinə əməl etməyənləri qınayaraq buyurur: Təfsiri-nümunə, 24-cü cild “Ey iman gətirənlər! Nə üçün əməl etmədiyiniz şeyləri danışırsınız?”

(يَاأَيُّهَاالَّذِينَآمَنُوالِمَتَقُولُونَمَالَاتَفْعَلُونَ)


Nazilolma səbəbinə görə, bu ayələr cihad söhbətləri haqqında və daha sonra Ühüd müharibəsi zamanı döyüşdən yayınmaqla bağlı nazil olmuşdur. Amma nazilolma səbəbləri ayələrin mənasını heç də məh- dudlaşdırmır. Odur ki, hər cür əməlsiz söz qınanılır və pislənir. İstər cihad meydanında igidlik göstərməklə, istərsə də başqa hər növ müsbət və qurucu işlə bağlı olsun.

Bəzi təfsirçilər bu ayələrin zahirən mömin, əslində isə münafiq olanlara aid olduğunu bildirirlər. Halbuki (ey iman gətirənlər) müraciəti və sonrakı ayələrdə yer alan ifadələr göstərir ki, müraciət hələ kamil imana çatmamış və sözü ilə əməli düz gəlməyən möminlərə deyil, gerçək möminlərədir.

Daha sonra Quran həmin mövzunun davamı olaraq əlavə edir: “Əməl etmədiyiniz şeylərdən danışmağınız Allah dərgahında qəzəbə səbəb olur”.

كَبُرَمَقْتًاعِندَاللهأَنتَقُولُوامَالَاتَفْعَلُونَ


Üns məclislərində oturur, söhbət edirsiniz. Amma əməl meydanına gəldikdə, hər biriniz bir küncə qaçırsınız.

Həqiqi möminlərin mühüm nişanələrindən biri budur ki, danışıqları ilə sözləri yüz faiz bir-birini tamamlayır. İnsan bu prinsipdən nə qədər uzaq olsa, iman həqiqətindən bir o qədər uzaq olacaq.

(məqt) sözü əslində qəbahətli bir iş görənə münasibətdə şiddətli kin və qəzəb bəsləməkdir. Buna görə də cahiliyyət Ərəbistanında atasının arvadı olmuş qadını öz nikahına alanda bunu “Məqt nikahı” deyə yad edirdilər.

“kəburə məqtən" cümləsində (məqt) sözünün (kəburə) sözü ilə işlənməsi bu şiddəti daha da artırır və Allahın əməlsiz danışanlara olduqca qəzəbləndiyini göstərir.

Əllamə Təbatǝbai “Əl-Mizan”da deyir: "İnsanın etməyəcəyi şeyi deməsi ilə bir şeyi deyib etməməsi arasında fərq var. Birincisi münafiqlik, ikincisi isə iradə zəifliyi əlamətidir”.

Böyük ehtimalla, burada insanın öncədən etməyəcəyini qət etdiyi bir şeyi deməsi nəzərdə tutulur. Bu, bir növ, münafiqlikdir. Amma bəzən öncədən əməl etməkdə qərarlıdır, amma sonradan peşman olur. Bu isə iradəsinin zəif olduğunu göstərir.

Hər halda, yuxarıdakı ayə əhdi, peymanı, vədi, bəzilərinə görə isə, hətta nəziri pozmağa da şamil olur. Odur ki, İmam Əli (ə) Malik Əştərə fərmanında buyururdu:

# إياك


# ... أَنْتَعِدَهُمْفَتُتْبِعَمَوْعِدَكَبِخُلْفَكَ ... وَالْخُلْفَيوجِبُالْمَقْتَعِنْدَالله


# والناس،قالاللهتعالى: كَبُرَمَقْتاًعندَاللهأَنْتَقُولُوامالاتَفْعَلُونَ


“İnsanlara vədə verib, vəfa qılmamaqdan çəkin. Çünki bu, Allahın və camaatın şiddətli qəzəbinə səbəb olur. Necə ki Quranda oxuyuruq: "Əməl etmədiyiniz şeylərdən danışmağınız Allah dərgahında qəzəbə səbəb olur”.

( كَبُرَمَقْتًاعِندَاللهأَنتَقُولُوامَالَاتَفْعَلُونَ)


İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir:

# عِدَةُالْمُؤْمِنأَخاهُنَزْرٌلاكَفَّارَةَلَهُ،فَمَنْأَخْلَفَفَبخُلْفاللهبَدَأَوَلَمَقْتهتَعَرَّضَ،وذلِكَقَوْلُهُ: ياأَيُّهَاالَّذِينَآمَنُوالِمَتَقُولُونَمالاتَفْعَلُونَكَبُرَمَقْتًاعِنْدَاللَّهِأَنْتَقُولُوامالاتَفْعَلُونَ.


“Möminin qardaşına verdiyi vəd, bir növ, nəzirdir. Hərçənd ki, kəffarəsi yoxdur. Kim vədinə xilaf çıxsa, Allaha qarşı çıxmış, özünü Onun qəzəbinə tuş gətirmişdir. Bu, eynilə Quranda deyilən ifadədir: “Ey iman gətirənlər! Nə üçün əməl etmədiyiniz şeyləri danışırsınız?

Əməl etmədiyiniz şeylərdən danışmağınız Allah dərgahında qəzəbə səbəb olur".

Növbəti ayədə əsas məsələ olan cihad məsələsi önə çəkilir və buyurulur: “Allah Onun yolunda dəmir bina kimi dayanıb döyüşənləri sevir”.

إِنَّاللهَيُحِبُّالَّذِينَيُقَاتِلُونَفِيسَبِيلِهِصَفًّاكَأَنَّهُمبُنِيَانٌمَّرْصُوصٌ


Demək, müharibənin özündən söhbət getmir. Mühüm olan onun Allah yolunda, həm də polad sədd kimi yekdilliklə və tam ittifaqla aparılmasıdır.

(sǝff) əslində məsdər formasındadır və bir şeyi hamar xətdə yerləşdirməyə deyilir. Amma burada indiki zaman feli sifəti mənasında işlənmişdir.

(mərsus) sözü qurğuşun mənasını ifadə edən (rǝsas) sözündəndir. Bəzən binaların möhkəm olması üçün qurğuşunu əridir, tikintidə istifadə olunan materialların arasına tökürdülər. Bu baxımdan hər bir möhkəm binaya (mərsus) deyilir.

Burada demək istənilən budur ki, düşmənə qarşı döyüşən haqq yolu döyüşçüləri yekdil, bir və möhkəm olsunlar. Sanki hamısı bir- birinə birləşmiş bir bütövdür. Aralarında heç bir boşluq yoxdur.

Odur ki, Əli ibn İbrahimin təfsirində bu ayə izah edilərkən deyilir: "Allah yolunun doyüşçüləri heç zaman viran qalmayacaq bir bina kimi səf bağlayarlar”.

Bir hədisdə oxuyuruq:

İmam Əli (ə) Siffeyn meydanında döyüşçülərini müharibəyə hazırlayarkən buyurdu: “Allah-taala sizi bu missiyaya yönəltmiş və buyurmuşdur: "Allah Onun yolunda dəmir bina kimi dayanıb döyüşənləri sevir”.

إِنَّاللهَيُحِبُّالَّذِينَيُقَاتِلُونَفِيسَبِيلِهِصَفًّاكَأَنَّهُمبُنيَانٌمَّرْصُوص


Odur ki sıralarınızı sarsılmaz bir bina kimi möhkəmləndirin. Zirehlilər öndə dayansınlar. Zirehsizlər onların arxasında yer alsınlar. Dişlərinizi möhkəm sıxın. Nizələrdən yayının. Düşmən yığınına diqqətlə baxın ki, qəlbiniz möhkəm və ruhunuz aram olsun. Az danışın ki, süstlüyü sizdən uzaq tutsun və bu, sizin vüqarınıza daha uyğundur. Bayraqlarınızı əyməyin. Onları yerindən tərpətməyin. Yalnız şücaətli insanlara tapşırın”.

İncəliklər:



1\. Sıraların vəhdətinin zərurəti

Düşmənə qarşı ən mühüm qələbə amillərindən biri müharibə mey- danında sıraların vəhdəti və yekdilliyidir. Nəinki hərbi döyüşlərdə, hətta siyasi və iqtisadi döyüşlərdə də vəhdət olmadan bir iş görmək olmaz. Əslində, Quran düşmənləri dağıdıcı selə bənzədir. Onların qarşısını yalnız dəmir sədlərlə almaq olar. "Bunyənun mərsus" ifadəsi bu haqda mövcud olan ən maraqlı ifadədir. Böyük bir bina və ya səddin hər bir parçası bir rol oynayır. Amma bu rol o halda təsirli olur ki, onların arasında heç bir boşluq və ayrılıq olmasın. Sanki bir bütövmüş kimi bir olsun. Hamısı böyük və möhkəm bir yumruğa çevrilərək, düşmənin tağını parçalayıb dağıtsın.

Əfsus ki, İslamın bu böyük təlimi bu gün unudulmuşdur. Böyük İslam ümməti nəinki möhkəm bir bina şəklini almamış, əksinə, dağınıq sıralara çevrilmiş, bir-birinə qarşı dayanmışdır və hər biri başında bir özgə hava, ürəyində bir başqa həvəs gəzdirməkdədir.

Qeyd etmək lazımdır ki, sıraların vəhdəti şüar və sözlə əldə olunmur. Hədəfin və əqidənin vəhdətinə ehtiyac var. Bu, xalis niyyət, gerçək bilik, düzgün İslam tərbiyəsi və Quran mədəniyyətinin canlanması olmadan mümkün deyildir.

Əgər Allah möhkəm bir bina kimi birləşən mücahidləri sevirsə, demək, pərakəndə və bir-birindən ayrı düşmüş insanları sevməz. Hal- hazırda ilahi qəzəb əlamətlərini bir neçə milyonluq cəmiyyətdə öz gözümüzlə görürük. Bunun bir nümunəsi sionist adlanan kiçik bir qrupun İslam torpaqlarına hökmranlıq etməsidir.

İlahi, bizə agahlıq, oyanış, Quran və onun həyatbəxş təlimləri ilə tanışlıq lütf et!

2\. Əməlsiz danışıq

Dil ürəyi ifadə edir. Əgər bu ikisinin yolu bir-birindən ayrı olsa, münafiqlik əlamətidir. Bilirik ki, münafiq insan sağlam fikir və ruha malik deyil.

Bir cəmiyyətin başına gələ biləcək ən pis bəla etibarsızlıq bəlasıdır. Onun əsas amili sözün əməldən fərqli olmasıdır. Danışan, amma əməl etməyən insanlar bir-birilərinə etibar edə, problemlərə qarşı yekdil ola bilməzlər. Onların arasında qardaşlıq və səmimiyyət əsla hökm sürə bilməz. Heç zaman dəyərli ola bilməzlər. Heç bir düşmən onlardan çəkinməz.

Qarətçi Şam ordusu İraq sərhədlərinə hücum etdikdə İmam Əliyə (ə) xəbər çatdı. Həzrət (ə) çox narahat oldu və xütbə oxudu. İmam (ə) ürəyinin yanğısından xəbər verən bu xütbədə buyurur:

# أَيهَاالنَّاسُالْمُجْتَمَعَةُأَبْدانُهُمْالْمُخْتَلَفَةُأَهْوَاؤُهُمْ،كَلامُكُمْيوهِيالصُّمَّالصَّلابَ،وَفِعْلُكُمْيطْمِعُفِيكُمُالْأَعْداءَ،تَقُولُونَفِيالْمَجالِسِكَيتَوَكَيْتَ،فَإِذَاجَاءَالْقِتَالُقُلْتُمْ


# حيديحياد!


"Ey camaat! Bədənləriniz bir yerdə, könülləriniz və düşüncələriniz isə ayrıdır. Sizin qızğın sözləriniz möhkəm daşları darmadağın edir. Amma süst əməlləriniz düşmənlərinizi cəsarətləndirir. Məclislərdə, toplantılarda ağız dolusu danışırsınız. Amma döyüşə gəldikdə: “Ey müharibə, bizdən uzaq ol!" - deyirsiniz”.

İmam Sadiqdən (ə) nəql olunan bir hədsidə oxuyuruq:

# يعْنِيبِالْعُلَماءِمَنْصَدَّقَفَعْلُهُقَوْلَهُ،وَمَنْلَمْيُصَدِّقُفِعْلُهُقَوْلَهُفَلَيسَبِعَالِم


“Alim əməli sözünü təsdiq edən kəsdir. Kimin əməli sözünü təsdiq etməsə, alim deyil".?