Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Münafiqun Surəsinin Ayələrinə Qayıt →
Əl-Münafiqun Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Munafiqun surəsi, 1-4-cü ayələr

Munafiqun surəsi, 1-4-cü ayələr



بِسْمِاللهِالرَّحْمنِالرَّحِيمِ


إِذَا جَاءَكَ الْمُنَافِقُونَ قَالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللَّهِ وَاللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُ وَاللَّهُ يَشْهَدُ إِنَّ الْمُنَافِقِينَ لَكَاذِبُونَ .١


اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ .٢


ذَلِكَ بِأَنَّهُمْ آمَنُوا ثُمَّ كَفَرُوا فَطُبِعَ عَلَى قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ .٣


وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ وَإِنْ يَقُولُوا تَسْمَعْ لِقَوْلِهِمْ كَأَنَّهُمْ خُشُبٌ مُسَنَّدَةٌ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ هُمُ الْعَدُوُّ فَاحْذَرْهُمْ قَاتَلَهُمُ اللَّهُ أَنَّى يُؤْفَكُونَ .٤


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Münafiqlər sənin yanına gəldikləri zaman: "Biz şəhadət veririk ki, sən həqiqətən Allahın elçisisən!" - deyirlər. Allah bilir ki, sən Onun elçisisən. Ancaq Allah şahiddir ki, münafiqlər yalançıdırlar.

2\. Onlar insanları Allah yolundan döndərmək üçün andlarını sipər ediblər. Çox pis işlərlə məşğuldurlar!

3\. Bu, ona görədir ki, onlar öncə iman gətirib sonra kafir oldular. Buna görə də onların qəlbinə möhür vuruldu, onlar həqiqəti dərk etmirlər.

4\. Sən onlara baxdıqda zahiri görünüşləri səni heyrətləndirir, danışanda dediklərinə qulaq asırsan. Halbuki onlar divara söykədilmiş quru odunlar kimidirlər. Hər bir səs-küyün onlara qarşı olduğunu sanırlar. Onlar sənin əsl düşmənlərindir. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər!

Ayələrin təfsiri



Münafiqliyin mənşəyi və münafiqlərin əlamətləri

Bu ayələrin təfsirinə başlamazdan öncə bir müqəddiməni qeyd etməyi lazım bilirik. İslamda münafiqlik və münafiqlər məsələsi Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən, İslamın təməlləri möhkəmləndikdən və qələbəsi aşkar olduqdan sonra ortaya çıxdı. Yoxsa, Məkkədə, demək olar ki, münafiq yox idi. Çünki güclü müxaliflər İslam əleyhinə istədiklərini aşkar şəkildə edirdilər. Kimsədən qorxmurdular və münafiqcə davranışlara ehtiyac yox idi.

Amma Mədinədə İslamın nüfuzunun artması və genişlənməsi düşmənləri zəif və aciz olmağa vadar etdi. Artıq İslama aşkar şəkildə qarşı çıxmaq çətin, bəzənsə qeyri-mümkün idi. Buna görə də məğlubiyyətə uğramış düşmənlər təxribatçı proqramlarını davam etdirmək üçün öz metodlarını dəyişmiş, zahirdə müsəlmanların sıralarına qatılır, gizlində isə öz əməllərini davam etdirirdilər.

Prinsipcə, hər bir inqilabın təbiəti belədir. Böyük qələbədən sonra münafiq sıraları ilə qarşılaşır. Dünənin qatı düşmənləri bu gün dost libasında casus kimi ortaya çıxır. Buna görə də münafiqlərə aid bütün bu ayələrin niyə Məkkədə yox, Mədinədə nazil olmasının səbəbini anlayırıq.

Bunu da qeyd etmək lazımdır ki, münafiqlik və münafiqlər məsələsi ancaq Peyğəmbər (s) çağına məxsus deyil. Əksinə, hər bir cəmiyyət, xüsusilə inqilabi cəmiyyətlər hər zaman onunla qarşı-qarşıyadır. Buna görə də Quranın bu məsələyə baxışını və təhlillərini tarixi bir məsələ kimi yox, hazırda da ehtiyac duyulan real bir məsələ kimi dəqiq öyrənmək və ondan bugünkü İslam cəmiyyətlərində münafiqlik ruhu və münafiqlərin xətti ilə mübarizə üçün ilham almaq lazımdır. Həmçinin, onların Quranın geniş şəkildə bəyan etdiyi nişanələrini dəqiq bilmək və bu nişanələr vasitəsilə onların xətt vəəlamətlərini anlamaq lazımdır.

Digər bir mühüm məqam isə budur ki, hər bir cəmiyyət üçün münafiqlərin təhlükəsi başqa hər hansı düşmənin təhlükəsindən daha çoxdur. Çünki bir tərəfdən, adətən onları tanımaq asan olmur. Digər tərəfdən isə, daxili düşmənlərdirlər və bəzən cəmiyyətə o qədər nüfuz edirlər ki, onları ayırmaq və seçmək çox çətin olur. Üçüncü tərəfdən isə, cəmiyyətin digər üzvləri ilə müxtəlif münasibətləri onlarla mübarizəni çətinləşdirir.

Buna görə də İslam tarix boyu ən çox zərbəni münafiqlərdən almışdır. Odur ki, Quran ən kəskin hücumları münafiqlərə yönəldir və onları heç bir düşməni vurmadığı qədər vurur.

Bu müqəddimədən hərəkət edərək ayələrin təfsirinə başlayırıq: Quranın burada münafiqlər haqqında söhbət açdığı ilk mətləb onların özlərini yalandan imanlı kimi göstərməsidir və bu, münafiqliyin əsasını təşkil edir. Buyurur: “Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən həqiqətən Allahın elçisisən!” – deyirlər”.

Sonra buyurur: “Allah bilir ki, sən Onun elçisisən. Ancaq Allah şahiddir ki, münafiqlər yalançıdırlar”.

Buradan münafiqliyin ilk əlaməti aydın olur və bu, zahir və batinin fərqli olmasıdır. Belə ki dildə təkidlə imanını ifadə edir, ürəyində isə imandan əsla xəbər-ətər yoxdur. Bu yalan danışma, içəri ilə bayırın bir-birinə uyğun olmaması münafiqliyin əsasını təşkil edir.

Qeyd edək ki, doğru və yalan iki cürdür: məlumatın özünün yalan və doğru olması, onun məlumatı verənə nisbətdə yalan və doğru olması.

Birinci qisimdə meyar həqiqətə uyğun olub-olmamaqdır. İkinci qisimdə isəəqidəyə uyğun olub-olmamaqdan söhbət gedir. Belə ki əgər insanın məlumat verdiyi məsələ həqiqətə uyğun, amma onun öz əqidəsinə ziddirsə, onu məlumat verənə nisbətdə yalan adlandırırıq. Yox, əgər onun əqidəsinə uyğundursa, məlumat verənə nisbətdə doğru adlandırırıq.

Bu baxımdan münafiqlərin İslam peyğəmbərinin (s) Allahın elçisi olmasına şəhadət verməsi yalan deyildi. Bu, bir həqiqət idi. Amma məlumat verənin, danışanın özünün əqidəsinə zidd idi və bu səbəbdən də yalan sayılırdı. Buna görə də Quran buyurur ki, sən, əlbəttə, Allahın elçisisən, amma bunlar yalan deyirlər. Başqa sözlə, münafiqlər Pey- ğəmbərin (s) Allahın elçisi olması haqqında söz demək istəmirdilər. Əksinə, onun Allah elçisi olmasına inandıqlarını bildirmək istəyirdilər və bu məsələdə, heç şübhəsiz, yalan danışırdılar.

Bunu da qeyd etmək lazımdır ki, onlar öz şəhadətlərində cürbəcür təkidli sözlər işlədirdilər. Allah da həmin qətiyyətlə, həmin intonasiya ilə onları təkzib edir. Yəni o cür qətiyyətin qarşısında məhz belə qətiyyət lazımdır.

Qeyd edək ki, (munafiq) sözü əslində (nəfəq) kökündəndir və nüfuz etmək, irəliləmək mənasını ifadə edir. (nəfəq) gizlənmək və ya qaçmaq üçün çəkilən yeraltı kanallara deyilir.

Bəzi təfsirçilər bildirmişlər ki, əksər heyvanlar, məsələn, çöl muşu, tülkü və kərtənkələ öz yuvaları üçün iki dəlik qoyurlar. Biri girib- çıxdıqları aşkar, digəri isə təhlükə hiss etdikdə qaçdıqları gizli dəlik. Bu gizli dəliyə (nafiqa) deyirlər.

Beləliklə, münafiq o kəsdir ki, gizli fəaliyyətlə cəmiyyətə nüfuz etmək və təhlükə hiss etdikdə qaçmaq üçün məxfi və sirli yol seçmişdir. Növbəti ayədə Quran onların ikinci nişanəsini bəyan edir və belə deyir: “Onlar insanları Allah yolundan döndərmək üçün andlarını sipər ediblər”.

(اتَّخَذُواأَيْمَانَهُمْجُنَّةًفَصَدُّواعَنسَبِيلِاللَّهِ)


(إِنَّهُمْسَاءمَاكَانُوايَعْمَلُونَ)


“Çox pis işlərlə məşğuldurlar“

Nə üçün zahirdə imanlı olduqlarını ifadə edir, daxildə isə küfr edirlər? Nə üçün insanların haqq dinə yönəlməsinə mane olurlar? Bundan pis və çirkin əməl varmı?

(cunnə) sözü (cənn) kökündəndir vəəslində bir şeyi hissdən gizlətmək deməkdir. (cinn) sözü də buradan götürülmüşdür.

Çünki o, naməlum varlıqdır. Qalxan insanı düşmən silahının zərbələrindən gizlətdiyi üçün ərəb dilində ona (cunnǝ) deyilir. Çox ağaclı bağlara da yeri örtdüyü üçün (cənnət) deyilir.

Hər halda, münafiqliyin əlamətlərindən biri özünü Allahın müqəddəs adının, təkidli andların altında gizlətmək, öz gerçək simasını bəlli etməmək, insanları özünə cəlb etmək və bu yolla onları aldatmaq, Allah yolundan yayındırmaqdır.

Bu ibarə, eyni zamanda, göstərir ki, onlar daim möminlərlə döyüş və müharibə halındadırlar. Heç vaxt bu zahiri görüntülərə və yağlı dilə aldanmaq olmaz. Axı qalxan döyüş meydanlarına məxsusdur.

Doğrudur ki, bəzi hallarda insanın and içməkdən başqa çıxış yolu qalmır. Yaxud bəzən and içmək mövzunun əhəmiyyətini ifadə edir. Amma yalandan and içmək, hər şey üçün və hər iş üçün and içmək qəti şəkildə olmaz ki, bu, münafiqlərin üslubudur.

“Tövbə” surəsinin 74-cü ayəsində oxuyuruq:

يَحْلِفُونَباللهمَاقَالُواوَلَقَدْقَالُواكَلمَةَالْكُفْر


"Allaha and içirlər ki, (Peyğəmbərin arxasınca nalayiq sözlər) deməyiblər. Halbuki onlar küfr söz danışmışlar”.

Təfsirçilər “saddu ən səbilillah” cümləsini iki şəkildə izah etmişlər: Birincisi Allah yolundan yayınmaq, ikincisi isə digərlərini Allah yolundan yayındırmaqdır. Hər iki təfsiri bir yerə cəmləmək mümkün olsa da, yalan andlara əl atmaqlarına baxılarsa, ikinci məna daha uyğun görünür. Çünki bu andları içməkdə məqsəd başqalarını aldatmaq idi. Bir yerdə Zirar məscidi tikirlər. Onlardan: "Məqsədiniz nədir?" soruşduqda niyyətlərinin xoş olduğuna and içirlər. Başqa bir yerdə yaxın məsafəli və qənimət ehtimalı çox olan döyüşlərdə iştirak etməyə hazır olduqlarını bildirir, amma Təbuk döyüşü kimi çətinlikləri çox olan bir müharibəyə getməmək üçün bəhanələr uydurur və and içir- dilər ki, əgər imkanımız olsaydı, sizinlə birlikdə gələrdik.

Onlar yalnız camaat üçün yalandan and içmirlər. Əksinə, “Mucadələ” surəsinin 18-ci ayəsində deyildiyi kimi, məhşər günü Allah dərgahında da yalan anda sığınacaqlar. Bu göstərir ki, bu əməl onların vücud toxumasının tərkib hissəsidir. Belə ki hətta məhşərdə və Allahın önündə də ondan əl çəkmirlər.

Növbəti ayə bu cür yaramaz işlərin əsl səbəbinə toxunur: “Bu, ona görədir ki, onlar öncə iman gətirib sonra kafir oldular. Buna görə də onların qəlbinə möhür vuruldu, onlar həqiqəti dərk etmirlər”.

بِأَنَّهُمْآمَنُواثُمَّكَفَرُوافَطُبِعَعَلَىقُلُوبِهِمْفَهُمْلَايَفْقَهُونَ


Bəzi təfsirçilərə görə, burada iman dedikdə zahiri iman nəzərdə tutulur. Halbuki onlar daxilən kafir idilər.

Amma ayənin zahiri göstərir ki, onlar əvvəldə həqiqətən iman gətirmişdilər. İmanı daddıqdan, İslam və Quranın haqq olması nişanə- lərini gördükdən sonra küfr yolunu tutdular. Amma bu küfr aşkar və aydın deyildi, münafiqliklə müşayiət olunurdu. Məhz bu, Allahın onlardan ayırd etmək hissini almasına və həqiqətləri dərk etməkdən məhrum olmalarına səbəb oldu. Çünki əgər əvvəldən ayırd edə bilməsəydilər, üzürlü olardılar. Amma haqqı ayırd etdikdən və iman gətirdikdən sonra ona arxa çevirib, onu rədd etdikdə Allah bu imkanı onlardan alır.

Əslində, münafiqlər iki dəstədirlər. Birinci dəstənin imanı formal və zahiri, digər dəstənin imanı isə həqiqi olmuşdur. Sonradan dindən çıxmış və münafiqlik yolunu tutmuşlar. Haqqında danışdığımız ayənin zahiri ikinci dəstə haqqında danışır.

Əslində, bu ayə “Tövbə” surəsinin 74-cü ayəsinə bənzəyir. Orada oxuyuruq:

كَفَرُوابعدإسلامهم


"İslamı qəbul etdikdən sonra kafir oldular”.

Hər halda, bu, onların üçüncü əlamətidir. Onlar aydın həqiqətləri dərk etməkdən məhrumdurlar və məlumdur ki, bu, əsla zərurətə (cəbrə) səbəb olmur. Çünki onun müqəddimələrini onlar özləri hazırlamışlar.

Sonra Quran onlar haqqında daha çox nişanələr qeyd edir və deyir: “Sən onlara baxdıqda zahiri görünüşləri səni heyrətləndirir".

Səliqəli və maraqlı görünüşlari var.

Bundan başqa, o qədər şirin və maraqlı danışırlar ki, “danışanda dediklərinə qulaq asırsan”.

(وَإِنيَقُولُواتَسْمَعْلِقَوْلِهِمْ)


Peyğəmbər (s) onların sözlərinin cazibəsi altına düşdüyü bir halda, başqalarının vəziyyəti məlumdur.

Bu, zahir və görünüş baxımından idi. Batinə gəlincə, “halbuki onlar divara söykədilmiş quru odunlar kimidirlər”.

( كَأَنَّهُمْخُشُبٌمُسَنَدَةٌ)


Ruhsuz cisimlərə, mənasız surətlərə və boş formalara malikdirlər. Nə müstəqildirlər, nə daxilən nurani və safdırlar, nə də möhkəm iradə, qərar və iman sahibidirlər. Tam olaraq divara söykənmiş quru odunlar kimidirlər.

Bəzi təfsirçilər nəql edirlər ki, münafiqlərin başçısı Abdullah ibn Übəy cüssəli, yaraşıqlı, gözəl danışan və şirindil bir kişi idi. Öz ətrafı ilə Peyğəmbərin (s) məclisinə daxil olanda səhabələr onun görünüşünə heyrət edir, sözlərinə qulaq asırdılar. (Amma onlar qürurlu olduqları üçün) divar tərəfə gedir, ona söykənir və məclisi öz görkəm və söz- lərinin təsiri altına alırdılar. Ayə onların əhvalını bəyan edir.

Əlavə edir: "Hər bir səs-küyün onlara qarşı olduğunu sanırlar”.

يَحْسَبُونَكُلِّصَيْحَةعَلَيْهِمْ


Onların qəlbində və ruhunda qəribə bir qorxu və vahimə hökm sürür. Bütün ruhlarını üzücü bir bədbinlik bürümüşdür. “Xain xoflu olar” prinsipinəəsasən, hər şeydən, hətta öz kölgələrindən də qorxurlar. Münafiqlərin əlamətlərindən biri də məhz budur.

Ayənin sonunda Allah-taala Peyğəmbərə (s) xəbərdarlıq edir: “Onlar sənin əsl düşmənlərindir”.

Sonra deyir: "Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər”.

(قَاتَلَهُمُاللهُأَنَّىيُؤْفَكُونَ)


Məlumdur ki, bu cümlə xəbər deyil, əksinə, nifrindir. Bu qrupu məzəmmət etmək, qınamaq və alçaltmaq üçün qeyd olunmuşdur. İnsanların adi danışıqda bir-biriləri haqqında işlətdiyi ifadələrdir ki, Quran onlarla onların öz dilində danışır.

Beləliklə, haqqında danışdığımız ayədə münafiqlərin bir başqa əlamətləri haqqında söhbət açılmışdır. Bu əlamətlər aldadıcı görünüşə və boş daxilə malik olmaq, həmçinin hər şeyə və hər hadisəyə nisbətdə qorxu, vahimə və bədbinlik içində olmaqdır.