Ət-Təlaq Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Təlaq surəsi, 1-ci ayə
Təlaq surəsi, 1-ci ayə
بِسْمِاللهِالرَّحْمنِالرَّحِيمِ
يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحْصُوا الْعِدَّةَ وَاتَّقُوا اللَّهَ رَبَّكُمْ لَا تُخْرِجُوهُنَّ مِنْ بُيُوتِهِنَّ وَلَا يَخْرُجْنَ إِلَّا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ وَتِلْكَ حُدُودُ اللَّهِ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ لَا تَدْرِي لَعَلَّ اللَّهَ يُحْدِثُ بَعْدَ ذَلِكَ أَمْرًا .١
Ayənin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində (aylıq adətlərindən təmizlənib həyat yoldaşları ilə yaxınlıq etmədikləri vaxt) boşayın, gözləmə müddətinin hesabını qoruyun və Rəbbiniz olan Allahdan qorxun. Açıq-aşkar çirkin iş görmədikləri təqdirdə, onları evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (qanunlarıdır). Allahın qoyduğu hədləri (qanunları) pozan şəxs özünə zülm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin.
Ayənin təfsiri
Təlaq və ayrılmağın şərtləri
Qeyd etdik ki, bu surənin ən mühüm mövzusu talaq məsələsidir və ilk ayə onunla başlayır. Allah-taala müsəlmanların böyük rəhbəri olaraq İslam peyğəmbərinə (s) müraciət edir və daha sonra cəm şəkildə ümumi bir hökmü bəyan edir. Buyurur: "Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində (aylıq adətlərindən təmizlənib həyat yoldaşları ilə yaxınlıq etmədikləri vaxt) boşayın".
(يَاأَيُّهَاالنَّبِيُّإِذَاطَلَّقْتُمُالنِّسَاءِفَطَلَقُوهُنَّلِعَدَّتهنَّ)
Bu, ayədə yer alan beş hökmdən ilkidir. Təfsirçilərin fikrincə, bu ayəyə görə, talaq qadınların aylıq adətdən təmizləndiyi və həyat yoldaşı ilə yaxınlıq etmədiyi vaxt icra olunmalıdır. Çünki “Bəqərə” surəsinin 228-ci ayəsinə görə talağın gözləmə müddəti (iddə) aylıq adətdən üç dəfə təmizlənənə qədərdir. Burada isə təkid edir ki, talaq gözləmə müddətinin başlanması ilə birgə olmalıdır. Bu yalnız o halda ola bilər ki, qadın aylıq adətdən təmizlənsin və bundan sonra həyat yoldaşı ilə yaxınlıq etməsin. Çünki təlaq aylıq adət zamanı baş versə, gözləmə müddətinin başlanması talağın başlanmasından fərqli vaxta təsadüf edir və gözləmə müddəti təmizlənmədən sonra başlayır.
Həmçinin, təmizlənmə halında olsa, amma həyat yoldaşı ilə yaxınlıq etsə, yenə talaqla gözləmə müddəti ayrı olacaq. Çünki yaxınlıq olduğu üçün belə bir təmizlənmə uşaqlıqda sperma olmadığına sübut deyil (diqqət edin).
İstənilən halda bu, talağın ilk şərtidir.
İslam peyğəmbərindən (s) nəql olunan çoxsaylı rəvayətlərdə deyilir: "Kim arvadını aylıq adəti zamanı boşasa, o boşanma keçərsizdir. Geri dönməli və qadının təmizlənmə müddətini gözləməlidir. Sonra istəsə, onu boşamalıdır”.'
Eyni məzmun Əhli-beyt (ə) rəvayətlərində də dəfələrlə öz əksini tapmış, hətta ayənin təfsiri kimi verilmişdir.
Sonra Quran ikinci hökmü – gözləmə müddətinin hesabını qorumaq məsələsini bəyan edir və buyurur: “Gözləmə müddətinin hesabını qoruyun”.
(وَأَحْصُواالْعِدَّةَ)
Dəqiq hesablayın. Qadın üç dəfə təmizlənmə müddətini başa vurub aylıq adətini görsün. Üçüncü təmizlik dövrü başa çatdıqda və üçüncü aylıq adətinə daxil olduqda gözləmə müddəti sona yetir.
Əgər buna diqqət edilməsə, gözləmə müddəti lazımi miqdardan çox hesablana və bu səbəblə qadına ziyan toxuna bilər. Çünki bu onun yeni bir evliliyinə mane olur. Əgər az olsa, əsas məqsəd – birinci evliliyin hörmətinin qorunması və nütfə bağlanmaması məsələsinə riayət olunmayacaq.
(əhsu) feili (ihsa) sözündəndir və saymaq mənasını ifadə edir. Əslində isə çınqıl mənasını ifadə edən (həssiy) kökündən götürülmüşdür. Çünki keçmişdə əksər insanlar yazıb-oxumaq bilmədiyindən hasablama aparmaq üçün çınqıllardan istifadə edirdilər.
Qeyd edək ki, gözləmə müddətini hesablamaq üçün müraciət kişilərədir. Çünki mənzil və zəruri məişət xərcləri onların öhdəsinə düşür. Həmçinin qayıtmaq hüququ da onlara məxsusdur. Yoxsa, qadınlar da vəzifələrinin müəyyən olması üçün gözləmə müddətini dəqiq hesablamalıdırlar.
Bu göstərişdən sonra Quran bütün camaatı təqva və pəhrizkarlığa dəvət edərək buyurur: “Və Rəbbiniz olan Allahdan qorxun”.
O, sizin Pərvərdigarınız və Rəbbinizdir. Təlimləri xoşbəxtliyinizin zəmanətidir. Odur ki, fərmanlarına əməl edin. Ona asi olmaqdan çəkinin. Xüsusilə talaq və iddə saxlamaq məsələsində diqqətli olun.
Daha sonra Müqəddəs kitab biri ərlərə, digəri isə qadınlara aid olan üçüncü və dördüncü hökmə toxunur və buyurur: "Onları evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar".
بُيُوتِهِنَّوَلَايَخْرُجْنَ
Əksər məlumatsızlar talaq zamanı bu İslam hökmünə əməl etmirlər. Təlaq verilən kimi həm kişi özünə qadını evdən çıxarmaq ixtiyarı verir, həm də qadın özünü azad sanıb ər evindən çıxır və ata evinə dönür. Amma bu İslam hökmünün çox mühüm hikməti var. Çünki bu hökm qadının hörmətinin qorunmasından başqa, əksər hallarda kişinin talaqdan dönməsinə və ailə bağlarının möhkəmlənməsinə şərait yaradır.
Quranın mətnində yer alan bu mühüm İslam hökmünün tapdan- ması bir çox talaqların daimi ayrılma ilə bitməsinə səbəb olur. Halbuki bu hökm icra olunsa, əksər hallarda barışıq və talaqdan dönməklə nəticələnər.
Amma bəzən elə şərait yaranır ki, talaqdan sonra qadını evdə sax- lamaq çətin olur. Buna görə də beşinci hökmdə Quran istisna hal olaraq əlavə edir: “Açıq-aşkar çirkin iş görmədikləri təqdirdə”.
Məsələn, qadın o qədər yanlış addımlar atır, həyat yoldaşına və onun qohumlarına qarşı pis davranır və pis danışır ki, artıq onun o evdə qalması daha çox problemlər yaradır.
Bu məna Əhli-beytdən (ə) gətirilən çoxsaylı rəvayətlərdə də nəql olunmuşdur.
Əlbəttə, məqsəd cüzi anlaşmazlıqlar deyil. Çünki (fahişə) sözündə mühüm çirkin iş mənası yatır, məxsusən də (mubəyyinə) – açıq-aşkar sifəti ilə vəsf olunmuşdur.
Bir ehtimal da var ki, (fahişə) dedikdə iffətə zidd əməl nəzərdə tutulur. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətə görə, burada "evdən çıxarmaq" dedikdə evdən çıxarıb cəza tədbirinin icra olunması və sonra evə qaytarılması nəzərdə tutulur.
Amma bu iki mənanı bir yerə cəmləmək da olar.
Quran bu hökmlərin ardınca bir daha təkid edir: "Bu, Allahın hədləridir (qanunlarıdır). Allahın qoyduğu hədləri (qanunları) pozan şəxs özünə zülm etmiş olar”.
وَتِلْكَحُدُودُاللهِوَمَنيَتَعَدَّحُدُودَاللهِفَقَدْظَلَمَنَفْسَهُ
Çünki bu ilahi qanun-qaydalar mükəlləflərin öz xeyirlərinə zəmanətdir. Onu aşmaq kişi və ya qadın tərəfindən olmasından asılı olmayaraq, onların səadətinə ziyan vurur.
Ayənin sonunda Allah-taala iddənin, qadınların evdən çıxmama- sının hikmətinə incə bir işarə ilə buyurur: “Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin”.
لَاتَدْرِيلَعَلَّاللَّهَيُحْدِثُبَعْدَذَلِكَأَمْرًا
Zaman keçdikcə əksər hallarda talaq və boşanmaqla bağlı qəfil qərarlara səbəb olan qəzəb tufanı sakitləşir. Qadının iddə müddətində evdə daim kişinin yanında olması, talağın acı nəticələrini xatırlaması, xüsusilə də övladları düşünmələri, birinin digərinə rəğbət göstərməsi qayıtmağa (talaqdan dönməyə) şərait yaradır. Əksər hallarda qara kin- küdurət buludları onların həyat səmasından uzaqlaşır.
Maraqlıdır ki, İmam Baqirdən (s) nəql olunan bir hədisdə oxuyuruq:
# الْمُطَلَّقَةُتَكتَحلُوَتَخْتَضبُوَتُطَيبُوَتَلْبَسُماشاءَتْمِنَالنّياب،لأَنَّاللَّهَ
# عَزَّوَجَلٌيَقُولُلَعَلَّاللَّهَيُحْدِثُبَعْدَذلِكَأَمْراًلَعَلَّهَاأَنْتَقَعَفِينَفْسِهِفَيراجعها
“Təlağı verilmiş qadın gözləmə müddətində süslənə, sürmə çəkə, saçını boyaya, ətirlənə, sevdiyi paltarı geyinə bilər. Çünki Allah buyurur: “Ola bilsin ki, Allah bu hadisədən sonra yeni bir vəziyyət yaratsın və bununla da qadın yenidən kişinin ürəyini fəth etsin və kişi talaqdan dönsün".
Qeyd etdiyimiz kimi, ayrılmaq və talaq qərarı əksər hallarda keçici hiss və həyəcanların təsiri altında baş verir. Zaman keçdikcə, kişi və qadın davamlı olaraq nisbətən uzun müddətdə (gözləmə müddəti) münasibətdə olduqda və işin sonunu düşündükdə vəziyyət tamamilə dəyişir. Əksər ayrılıqlar barışıqla nəticələnir. Amma bir şərtlə ki, yuxarıda göstərilən İslam təlimlərinə, yəni qadının gözləmə müddətində keçmiş ərinin evində qalmasına dəqiq əməl olunsun.
Allahın izni ilə sonradan görəcəyik ki, bütün bunlar "rici" talağa aiddir.
İncəliklər:
1\. Təlaq - ən mənfur halal
Şübhəsiz, evlilik müqaviləsi pozulması mümkün olan müqavilə- lərdən olmalıdır. Çünki bəzən ortaya elə səbəblər çıxır ki, kişi və qadının birlikdə yaşamasını qeyri-mümkün və ya dözülməz edir və əks təsirlərlə müşayiət olunur. Əgər müqavilənin əbədi olaraq qüvvədə qalmasına israr etsək, çoxlu problemlər yaşanacaq. Buna görə də İslam boşanmağa - təlağa razılıq vermişdir. Hazırda xristian cəmiyyətlərdə talağın tam mənada qadağan olmasının nəticəsini aşkar görürük. Belə ki çox sayda qadın və kişilər təhrif olunmuş xristian dini qanununa görə, təlağı yasaq hesab edirlər. Qanunla ər-arvaddırlar. Amma əməldə bir-birilərindən ayrı yaşayırlar. Hətta hər biri özünə qeyri-rəsmi həyat yoldaşı da tapır.
Odur ki, təlağın özü bir tələbatdır. Amma bu tələbat minimum həddə çatdırılmalı, evliliyi davam etdirmək mümkün olduğu müddətcə kimsə boşanmağa meyil etməməli, talağa üz tutmamalıdır.
Buna görə də İslam rəvayətlərində talaq şiddətlə pislənmiş və ən mənfur halal kimi yad edilmişdir. Necə ki Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə oxuyuruq:
# الطلاق
# مامِنْشَيْءٍأَبْغَضُإِلَىاللَّهِعَزَّوَجَلَّمِنْبَيْتيَخْرُبُفِيالْإِسْلَامِبِالْفُرْقَةِ
“İslama görə, Allah yanında bir evin talaqla viran qalmasından daha mənfur bir əməl yoxdur”.
İmam Sadiqdən (ə) nəql olunan başqa bir hədisdə deyilir:
# مامِنْشَيْءمِمّاأَحَلَّهُاللَّهُأَبْغَضَإِلَيْهِمِنَالطَّلاقِ
"Allah yanında talaqdan mənfur halal yoxdur”.
Yenə də İslam peyğəmbərindən (s) nəql olunan bir hədisdə buyurulur;
# تَزَوَّجُواوَلَاتُطَلِّقُوافَإِنَّالطَّلَاقَيَهْتَرُّمِنْهُالْعَرْشُ!
"Ailə qurun və boşanmayın. Çünki boşanmaq Allahın ərşini lərzəyə salır"
Niyə də belə olmasın? Çünki təlaq ailələr, qadınlar, kişilər, xüsusilə övladlar üçün çoxlu problemlər törədir. Bu problemləri əsasən üç hissədə xülasə etmək olar:
1-Duyğu problemləri;
Şübhəsiz, illərlə və ya aylarla birlikdə yaşayan və sonra ayrılan kişi və qadın duyğu, hissiyyat baxımından zədələnirlər. Gələcək evlilikdə keçmiş evliliyin xatirəsi onları daim narahat edir. Hətta gələcək həyat yoldaşına, bir növ, bədbinlik və bədgümanlıqla baxırlar. Bu məsələnin ziyanlı təsirləri kimsəyə sirr deyil. Buna görə də belə kişi və qadınların bir daha evlənmək qərarından birdəfəlik vaz keçdiklərinə çox rast gəlirik.
2-İctimai problemlər;
Əksər qadınlar təlaqdan sonra yenidən ailə qurmaq, həm də layiqli və istədikləri şəkildə ailə qurmaq şansını itirir və bu baxımdan ciddi ziyana uğrayırlar. Hətta kişilərin də talaqdan sonra, xüsusilə əgər övladları varsa, arzuolunan evlilik şansları azalır. Buna görə də elə bir evliliyə razı olmağa məcbur qalırlar ki, onların əsl baxış və istəyini təmin etmir. Bu baxımdan da öz ömürlərinin sonuna qədər əzab çəkirlər.
3-Övladların problemləri.
Bunların hamısından daha mühüm problem övladların problem- ləridir. Ögey anaların uşaqlara doğma ana kimi can yandırmasına, sevgi dolu ana qucağından qoparılan övladların emosional boşluqlarını doldurmasına çox az rast gəlinmişdir. Əgər uşaqları qadın özü ilə aparsa, bütün bunlar ögey ata haqqında da keçərlidir. Əlbəttə, ögey övladlara sevgi və qayğı göstərən, onlara ürəkdən bağlanan qadın və kişilər də var. Amma şübhəsiz, onların sayı çox azdır. Buna görə də talaqdan sonra ən böyük ziyana məhz uşaqlar uğrayırlar. Hətta onların əksəriyyəti öz psixi sağlamlığını əldən verir və ömrünün sonuna qədər bərpa edə bilmir.
Bu nəinki hər ailə, hətta hər bir cəmiyyət üçün itki və ziyandır. Çünki ata-ana sevgisindən məhrum olan belə uşaqlar bəzən təhlükəli insanlara çevrilirlər. Nəzarətdən çıxdıqda intiqam hissinin təsiri altına düşür və qisaslarını bütün cəmiyyətdən alırlar.
İslamın talağa münasibətdə bu qədər ciddi və tələbkar olmasının səbəbi də onun müxtəlif yönlərdə törətdiyi fəsadlardır.
Həmçinin, Quran aydın göstəriş verir ki, kişi və qadın arasında mübahisə düşdükdə hər iki tərəfin qohumları onları barışdırmağa çalış- sınlar. Ailə sülh və barışıq məhkəməsi yolu ilə ər və arvadın qanun məhkəməsinə üz tutmasının və ya talaq və ayrılığa sürüklənməsinin qarşısı alınsın.
Yenə də bu səbəbdən qadın və kişinin nikbinliyinə, ailə münasibətlərinin möhkəmlənməsinə kömək edən hər şey, İslama görə, arzuolunan, onu sarsıdan hər şey isə mənfurdur.
2\. Təlağın səbəbi
Tǝlağın da digər bütün ictimai hadisələr kimi müxtəlif kökləri var ki, onları dəqiq öyrənmədən və onlarla mübarizə aparmadan belə bir hadisənin qarşısını almaq çətindir. Buna görə də hər şeydən öncə talağın talağa gətirib çıxaran amilləri araşdırmalı, cəmiyyətdə onun köklərini qurutmalıyıq.
Bu amillər olduqca çoxdur. Aşağıdakılar bu amillərin ən mühüm olanlarıdır:
a) Qadın və kişinin qeyri-məhdud tələbləri və gözləntiləri ayrılığın ən mühüm amillərindən biridir. Əgər onlardan biri öz gözləntilərini qıssa, röya aləmindən çıxsa, qarşı tərəfi anlasa və təvəqqelərini mümkün həddə endirsə, əksər talaqların qarşısı alınmış olacaq.
b) Ailələrə dəbdəbə və israf ruhunun hakim olması başqa mühüm bir amildir. Bu, xüsusilə qadınları daim narazı bir əhvalda saxlayır. Müxtəlif bəhanələrlə talaq və ayrılma yolunu hamarlaşdırır.
c) Qohumların, tanışların ər və arvadın şəxsi həyatına, xüsusilə onlar arasındakı mübahisələrə yersiz müdaxilələri başqa bir mühüm amil sayılır.
Təcrübə göstərir ki, əgər ər-arvad arasında mübahisə yarandıqda qarışan, ikisindən birinin tərəfini tutaraq ixtilaf alovunu qızışdıran olmasa, qalxan alov tez bir zamanda azalar və sönər. Amma hər iki tərəfin qohumlarının adətən təəssüb və tərəfkeşlik dolu müdaxiləsi işi hər keçən gün daha da çətinləşdirir və mürəkkəbləşdirir.
Əlbəttə, bu heç də o demək deyil ki, yaxınlar özlərini bu mübahisələrdən tamamilə kənarda saxlamalıdırlar. Əksinə, demək istənilir ki, cüzi mübahisələrə qarışmasınlar. Amma köklü mübahisə və ixtilaf yaranarsa, tərəflərin maraqlarını nəzərə alaraq, hər cür təəssüb və bir- tərəfli mövqedən uzaq şəkildə müdaxilə etmək və barışıq üçün şərait yaratmaq lazımdır.
d) Kişi və qadının bir-birinin xüsusilə cinsi və emosional məsə- lələrlə bağlı istəklərinə etinasızlıq göstərməsi də bu amillərdən biridir. Məsələn, hər bir kişi zövcəsinin təmiz və cazibədar görünməsini istəyir. Eləcə də hər bir qadın ərindən bunu gözləyir. Amma bunlar elə məsə- lələrdir ki, adətən bunları dilə gətirmirlər. Məhz bu zaman qarşı tərəfin etinasızlığı, özünə baxmaması, süslənməməsi, çirkinləşməsi həyat yoldaşını onunla evli olmaqdan doyurur. Xüsusilə, onların yaşadığı mühitdə bu məsələlərə riayət edən insanlar olduqda və onlar bunun yanından etinasızlıqla keçəndə məsələ daha da qəlizləşir.
Odur ki, İslam rəvayətlərində bu məsələyə çox əhəmiyyət veril- mişdir. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Qadının əri üçün bəzənməyi tərk etməsi yaxşı iş deyil”.
İmam Sadiqdən (ə) nəql olunan başqa bir hədisdə deyilir:
# وَلَقَدْخَرَجْنَنِسَاءٌمِنَالْعِفَافِإِلَىالْفُجُورِماأَخْرَجَهُنَّإِلَّاقِلَّةُتَهْيِّئَةِأَزْواجِهِنَّ!
"Bəzi qadınların iffət yolundan çıxmasına yeganə səbəb ərlərinin özlərinə baxmaması idi”.
e) Ailə mədəniyyətinin, kişi və qadının psixologiyasının üst-üstə düşməməsi də mühüm talaq amillərindəndir. Bu elə bir məsələdir ki, həyat yoldaşı seçmədən öncə dəqiq nəzərə alınmalıdır. Ər-arvad dini baxımdan bir-birinə uyğun, yəni müsəlman olmaqdan başqa, ürf, adət və xasiyyət baxımından da bir-birinə uyğun olmalıdır. Yəni onların arasında müxtəlif cəhətlərdən uyğunluğa riayət olunmalıdır. Əks təqdirdə belə evliliklərin pozulmasına təəccüblənmək lazım deyil.
3\. İddə saxlamağın hikməti
Şübhəsiz, iddənin iki əsas hikməti var ki, Quranda və İslam rəvayətlərində onlara toxunulmuşdur:
Birincisi nəsli qorumaq, qadının vəziyyətinin hamilə olub-olmamaq baxımından müəyyən olunması, ikincisi isə ilk nikaha geri dönmək üçün bir vasitə rolunu oynaması və boşanma amillərini aradan qaldırmasıdır. Elə yuxarıdakı ayədə buna incə bir işarə vurulmuşdu. Xüsusən, İslam təkid edir ki, qadınlar iddə zamanı ər evində qalsınlar. Belə olduqda, təbii ki, bir neçə ay davamlı ünsiyyətdə olurlar və bu, onlara ayrılma məsələsini keçici həyəcanlardan uzaq bir şəkildə yenidən araşdırmaq imkanı verir.
Məxsusən "rici təlaq”da' nikaha geri dönmək üçün heç bir təşrifata, əlahiddə ayinə ehtiyac yoxdur. Kişinin geri dönməyi ifadə edən hər bir hərəkəti və sözü boşanma fikrindən dönməsi hesab olunur. Hətta əgər əlini istər ehtirasla, istər ehtirassız qadının bədəninə vursa, ayrılma fikrindən dönmək fikri olmasa belə, dönmək hesab olunur.
Beləliklə, əgər bu müddət yuxarıda deyilən şərtlərlə keçsə, ər- arvad barışmasa, məlum olacaq ki, həqiqətən müştərək həyatı davam etdirməyə hazır deyillər və ayrılmaqları məsləhətdir.
Bu haqda "Təfsiri-nümunə”nin 2-ci cildində “Bəqərə” surəsinin 228-ci ayəsinin təfsirində ətralı məlumat vermişik.
Qeyd; (”Rici təlaq” – o talaqdır ki, birinci və ya ikinci dəfə baş verir və boşanma qərarı kişi tərəfindən verilir. Belə ki qadın da başqa malı yox, öz mehriyyəsini bağışlayır.)