Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ət-Təhrim Surəsinin Ayələrinə Qayıt →
Ət-Təhrim Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Təhrim surəsi, 1-5-ci ayələr

Təhrim surəsi, 1-5-ci ayələr



بسماللهالرَّحْمنِالرَّحِيمِ


يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ .١


قَدْ فَرَضَ اللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَانِكُمْ وَاللَّهُ مَوْلَاكُمْ وَهُوَ الْعَلِيمُ الْحَكِيمُ .٢


وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَنْ بَعْضٍ فَلَمَّا نَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنْبَأَكَ هَذَا قَالَ نَبَّأَنِيَ الْعَلِيمُ الْخَبِيرُ .٣


إِنْ تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا وَإِنْ تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ وَالْمَلَائِكَةُ بَعْدَ ذَلِكَ ظَهِيرٌ .٤


عَسَى رَبُّهُ إِنْ طَلَّقَكُنَّ أَنْ يُبْدِلَهُ أَزْوَاجًا خَيْرًا مِنْكُنَّ مُسْلِمَاتٍ مُؤْمِنَاتٍ قَانِتَاتٍ تَائِبَاتٍ عَابِدَاتٍ سَائِحَاتٍ ثَيِّبَاتٍ وَأَبْكَارًا .٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Ey Peyğəmbər! Zövcələrini razı salmaq üçün Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah bağışlayandır, rəhmlidir.

2\. Allah (bu cür hallarda) andlarınızdan xilas olmağın yolunu sizə aydınlaşdırmışdır. Allah sizin rəhbərinizdir. O, biləndir, müdrikdir.

3\. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə bir sirr verdi. Ancaq o, həmin sirri yaydıqda Allah Peyğəmbərinə bunu xəbər verdi. O da bunun bir qismini zövcəsinə bildirib, digər qismini saxladı. Peyğəmbər bunu ona bildirdikdə (zövcəsi) dedi: “Bunu sənə kim xəbər verdi?” O buyurdu: “Bilən və xəbərdar olan Allah xəbər verdi!"

4\. (Ey Peyğəmbərin iki zövcəsi,) əgər Allaha tövbə etsəniz, (sizin xeyrinizə olar, çünki) hər ikinizin qəlbi haqdan sapmışdır. Əgər Ona qarşı bir-birinizə dəstək versəniz, (bilin ki, heç nə edə bilməzsiniz). Çünki Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçılarıdır. Bunlardan başqa, mələklər də onun yardımçılarıdır.

5\. Əgər o, sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, hicrət edən dul qadınlar və bakirə qızlar verə bilər.

Ayələrin nazilolma səbəbi



Yuxarıdakı ayələrin nazilolma səbəbi haqqında təfsir, hədis, şiə və əhli-sünnə tarix kitablarında çox sayda rəvayətlər nəql olunmuşdur ki, biz onların arasından ən məşhur və ən uyğun olanını seçmişik. Məsələ bundan ibarətdir:

Peyğəmbər (s) (zövcələrindən biri) Zeynəb bint Cəhşin yanına getdikdə Zeynəb onu saxlayır və onun üçün hazırladığı baldan gətirirdi. Bu söz Aişənin qulağına çatır və ona ağır gəlir. O deyir: “Biz Həfsə (Peyğəmbərin (s) başqa bir zövcəsi) ilə qərara aldıq ki, Peyğəmbər (s) bizdən birinin yanına gələndə dərhal deyək: "Məğafir qatranımı yemi- sən?" (Məğafir Hicazda bitən Urfut ağacının qatranı idi və xoş olmayan kəskin iy verirdi.) Peyğəmbər (s) ağzından və ya paltarından xoş olma- yan iy gəlməməsi məsələsində çox diqqətli idi. Hətta hər zaman xoş ətirli olmaqda israrlı idi.

Beləliklə, bir gün Həzrət (s) Həfsənin yanına gəldi. O, Peyğəm- bǝrǝ (s) bu iradı tutdu. Həzrət (s) buyurdu: “Məğafir qatranı yeməmişəm.

Zeynəbin yanında bal yemişəm. And içirəm ki, bir daha o baldan yeməyəcəyəm. (Bəlkə də, o balın arısı namünasib bir bitki, böyük ehtimalla, məğafır üzərinə qonmuşdur.) Amma bu sözü kimsəyə demə. (Camaatın qulağına çatar, deyərlər ki, Peyğəmbər (s) nə üçün halal qidanı özünə haram etmişdir? Və ya Peyğəmbərin (s) bu və buna bənzər işlərindən örnək alarlar. Yaxud Zeynəbin qulağına çatar, qəlbi sınar.)

Amma nəhayət, o, bu sirri ifşa etdi. Sonradan məlum oldu ki, bu, fitnə imiş. Peyğəmbər (s) çox narahat oldu. Yuxarıdakı ayələr nazil oldu və hadisəni elə sona yetirdi ki, kimsə Peyğəmbərin (s) evinin içində belə işləri təkrar etməsin.

Bəzi rəvayətlərdə isə deyilir ki, Peyğəmbər (s) bu hadisədən sonra bir ay zövcələrindən kənar gəzdi. Hətta şayiə yayıldı ki, Həzrət (s) onları boşamaq istəyir. Belə ki qorxuya düşdülər və tutduqları işdən peşman oldular.

Ayələrin təfsiri



Peyğəmbərin (s) bəzi zövcələrinin kəskin qınanması

Şübhəsiz, Peyğəmbər (s) kimi böyük bir insan yalnız özünə yox, bütün İslam cəmiyyətinə və insanlıq aləminə aiddir. Buna görə də onun evinin içində ona qarşı zahirən kiçik və əhəmiyyətsiz fitnələrin olması, üzərindən asanlıqla keçiləcək məsələ deyil. Onun heysiyyəti onun-bunun əl oyuncağına çevrilməməlidir. Belə bir problem yaşandıqda konkret ölçü götürülməlidir.

Yuxarıdakı ayələr, əslində, Allahın belə bir hadisəyə Peyğəmbərin (s) heysiyyətini qorumaq məqsədi daşıyan kəskin münasibətidir.

Öncə Peyğəmbərə (s) müraciət edərək deyir: "Ey Peyğəmbər! Zövcələrini razı salmaq üçün Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən?”

(يَاأَيُّهَاالنَّبِيُّلِمَتُحَرِّمُمَاأَحَلَّاللهُلَكَتَبْتَغِيمَرْضَاتَأَزْوَاجِكَ)


Məlumdur ki, bu haram etmə şəriət qadağası deyildi. Əksinə, ayələrdən göründüyünə görə, Peyğəmbər (s) and içmişdi və bilirik ki, bəzi mübah işləri tərk etmək üçün and içmək günah deyil. Buna görə də “Nə üçün özünə qadağan edirsən?” cümləsi qınaq və məzəm- mət xarakteri daşımır. Əksinə, bir növ, canyandırma və şəfqətdir. Bu, ona bənzəyir ki, bir nəfər qazanc əldə etmək üçün çox zəhmət çəkir, amma özü o qazancdan lazımınca faydalanmır. Ona deyirik ki, nə üçün özünə bu qədər zəhmət verirsən, amma bu zəhmətin nəticəsindən faydalanmırsan?

Ayənin sonunda əlavə edir: “Allah bağışlayandır, rəhmlidir”.

Bu bağışlama və mərhəmət o zövcələrə aiddir ki, bu hadisəyə səbəb olmuşlar. Əgər həqiqətən tövbə etsələr, əfv və mərhəmət onlara şamil olacaq. Yaxud buna işarədir ki, Peyğəmbərin (s) and içməməsi daha yaxşı olardı. Çünki bu addım, böyük ehtimalla, o Həzrətin (s) bəzi zövcələrinin cəsarətlənməsinə səbəb olurdu.

Növbəti ayədə Quran əlavə edir: “Allah (bu cür hallarda) andlarınızdan xilas olmağın yolunu sizə aydınlaşdırmışdlr”.

(قَدْفَرَضَاللَّهُلَكُمْتَحلَّةَأَيْمَانِكُمْ)


Belə ki kəffarə ödəyin və özünüzü (bu mükəlləfiyyətdən) azad edin.

Qeyd edək ki, əgər and tərk olunması yaxşı olan bir iş haqqında olsa, ona əməl etmək lazımdır. Bu halda onu pozmaq günahdır və kəffarəsi var. Amma tərk olunması yaxşı olmayan (bu ayədəki kimi) bir iş haqqında olduqda onu pozmaq icazəlidir. Lakin andın hörmətini qorumaq üçün, yaxşı olar ki, kəffarə ödənilsin.

Sonra əlavə edir: “Allah sizin rəhbərinizdir. O, biləndir, müdrikdir”.

(وَاللَّهُمَوْلَاكُمْوَهُوَالْعَلِيمُالْحَكِيمُ)


Buna görə də bu cür andlardan xilas olmağın yolunu sizə göstərmiş, elm və hikmətinə uyğun olaraq problemi sizin üçün həll etmişdir. Rəvayətlərdən aydın olur ki, Peyğəmbər (s) bu ayə nazil olduqdan sonra bir kölə azad etdi və and vasitəsilə özünə haram etdiyi qidanı halal etdi.

Növbəti ayədə Müqəddəs kitab bu hadisə haqqında daha ətraflı məlumat verir və buyurur: "Bir zaman Peyğəmbər öz zövcələrindən birinə bir sirr verdi. Ancaq o, həmin sirri yaydıqda Allah Peyğəmbərinə bunu xəbər verdi. O da bunun bir qismini zövcəsinə bildirib, digər qismini saxladı”.

وَإِذْأَسَرَّالنَّبِيُّإِلَىبَعْضٍأَزْوَاجِهِحَدِيثًافَلَمَّانَبَّأَتْبِهِوَأَظْهَرَهُاللَّهُعَلَيْهِعَرَّفَبَعْضَهُ ) ."(وَأَعْرَضَعَنبَعْضٍ


Bu hansı sirr idi ki, Peyğəmbər (s) bəzi zövcələrinə dedi və onlar sirri saxlamadılar? Nazilolma səbəbinə əsasən, bu sirr iki şeydən ibarət idi. Biri Zeynəb bint Cəhşin yanında bal yeməsi, digəri isə gələcəkdə onu yeməyi özünə haram etməsi. Ayədə sirr saxlamayan dedikdə isə Həfsə nəzərdə tutulur. Çünki o, bu sözü eşitdi və Aişəyə danışdı.

Peyğəmbər (s) sirrin faş edilməsindən vəhy yolu ilə xəbərdar olduğu üçün onun bir hissəsini Həfsəyə danışdı. O utanmasın deyə digər hissəsini deməkdən çəkindi. (Ola bilər ki, birinci hissə balı yeməsi, ikinci hissə isə onu özünə haram etməsi idi.)

Hər halda, "Peyğəmbər bunu ona bildirdikdə (zövcəsi) dedi: “Bunu sənə kim xəbər verdi?”

(فَلَمَّانَبَّأَهَابِهِقَالَتْمَنْأَنْبَأَكَهَذَا )


O buyurdu: “Bilən və xəbərdar olan Allah xəbər verdi!"

Bu ayədən aydın olur ki, Peyğəmbərin (s) bəzi zövcələri nəinki onu öz sözləri ilə narahat edirdilər, hətta vəfalı zövcənin ən mühüm şərti olan sirdaşlıq xüsusiyyətinə də malik deyildilər. Amma bütün bunlara baxmayaraq, Peyğəmbərin (s) onlarla davranışı o qədər alicənab şəkildə idi ki, hətta açdıqları sirri də tam olaraq üzlərinə vurmadı. Yalnız bir hissəsinə toxundu. Buna görə də İmam Əlidən (ə) nəql olunan bir hədisdə deyilir: “Nəcib və alicənab insanlar öz hüquqlarını bərpa edərkən heç vaxt son mərhələyə qədər irəli getmirlər. Çünki Allah burada Peyğəmbər (s) haqqında buyurur: "O da bunun bir qismini zövcəsinə bildirib, digər qismini saxladı"

Daha sonra Quran sözügedən fitnədə əli olan bu iki zövcəyə müraciət edərək deyir: "(Ey Peyğəmbərin iki zövcəsi,) əgər Allaha tövbə etsəniz, (sizin xeyrinizə olar, çünki) hər ikinizin qəlbi haqdan sapmışdır”.

إنتَتُوبَاإِلَىاللهِفَقَدْصَغَتْقُلُوبُكُمَا


Burada həmən o iki nəfər, şiə və sünni təfsirçilərin yekdil rəyinə görə, Həfsə və Aişədir. Həfsə Ömərin qızı, Aişə isə Əbu Bəkrin qızı idi. (səğət) sözü (səğv) kökündən olub, bir şeyə meyilli olmaq deməkdir. Məsələn, deyirlər: yəni ulduzlar qərbə yönəldilər. Buna görə də (isğa) sözü başqasının sözünə qulaq asmaq mənasını daşıyır.

Haqqında danışdığımız ayədə “səğət qulubukuma” ifadəsində demək istənilən onların qəlblərinin haqdan günaha doğru yönəlməsidir.

Sonra əlavə edir: "Əgər Ona qarşı bir-birinizə dəstək versəniz, (bilin ki, heç nə edə bilməzsiniz). Çünki Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçılarıdır. Bunlardan başqa, mələklər də onun yardımçılarıdır”.

Bu ifadə göstərir ki, məlum hadisə Peyğəmbərin (s) pak qəlbinə və böyük ruhuna nə qədər mənfi təsir göstərmişdir. Belə ki Allah onu müdafiəyə qalxır və Öz qüdrətinin hər baxımdan kifayət olmasına rəğmən, Cəbrailin, əməlisaleh möminlərin və digər mələklərin də ona arxa çıxdıqlarını bildirir.

Qeyd edək ki, “Səhihi-Buxari”də İbn Abbasdan nəql olunur: Ömərdən soruşdum: “Peyğəmbərin (s) zövcələrindən ona qarşı əl-ələ verən o iki nəfər kimlər idi?” Ömər dedi: “Həfsə və Aişə idi”. Sonra əlavə etdi: “Allaha and olsun ki, biz cahiliyyət dövründə qadınlara dəyər vermirdik. O vaxta qədər ki, Allah qadınlar haqqında ayələr nazil etdi və onlara hüquqlar verdi (onları cəsarətləndirdi)”.

"Əd-Durrul-mənsur" təfsirində də həmin məzmun İbn Abbasdan nəql olunan geniş bir hədisdə yer almışdır. Hədisə görə, Ömər deyir: "Bu hadisədən sonra mənə xəbər çatdı ki, Peyğəmbər (s) bütün zövcələrindən uzaqlaşmış, Məşrəbəti-Ümmi-İbrahim adlanan yerdə məskunlaşmışdır. Yanına getdim və soruşdum: "Ey Allahın Rəsulu! Zövcələrini boşamısanmı?" Buyurdu: “Xeyr!" Dedim: “Allahu- əkbər! Biz Qüreyş camaatı qadınlarımıza hakim idik. Amma Mədinəyə gəldikdə zövcələri onlara hakim olan bir cəmiyyətlə qarşılaşdıq”. Bizim qadınlarımız da onlara baxıb öyrəndilər. Bir gün zövcəmin mənimlə mübahisə etdiyini gördüm. Bu, məni heyrətə saldı. Dedi: “Nə üçün təəccüblənirsən?” Dedim: “Allaha and olsun ki, Peyğəmbərin (s) zövcələri də onunla belə davranırlar. Hətta bəzən ondan küsürlər. Mən qızım Həfsəyə tapşırmışam ki, əsla belə etməsin. Ona dedim: "Əgər qonşun (yəni Aişə) belə etsə də, sən etmə. Çünki onun şəraiti səninkindən fərqlidir”.

“Əməlisaleh möminlər” haqqında bəzi məsələlər var ki, “İncəliklər” bölməsində danışacağıq.

Haqqında danışdığımız son ayədə Allah Peyğəmbərin (s) bütün zövcələrinə müraciət edərək, bir az da təhdid ifadə edən ləhnlə buyurur: "Əgər o, sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, hicrət edən dul qadınlar və bakirə qızlar verə bilər”.

Beləliklə, onlara xəbərdarlıq edir ki, Peyğəmbərin (s) onları heç zaman boşamayacağını təsəvvür etməsinlər. Həmçinin fikirləşməsinlər ki, onları boşasa, onlardan daha yaxşısını ala bilməyəcək. Fitnə və çəkişmədən əl çəksinlər, yoxsa, Peyğəmbərin (s) zövcəsi olmaq iftixarından məhrum olacaqlar və daha yaxşı, daha fəzilətli qadınlar onların yerini tutacaq.

İncəliklər:



1\. Layiqli həyat yoldaşlarının xüsusiyyətləri

Burada Quran yaxşı həyat yoldaşının altı xüsusiyyətini saymışdır ki, bütün müsəlmanlar üçün həyat yoldaşı seçərkən örnək ola bilər.

Onda öncə İslam, sonra iman, yəni insan qəlbinin dərinliyinə nüfuz edən etiqad olmalıdır. Sonra "qunut" halında, yəni təvazökar olmalı və ərinə itaətkarlıq göstərməlidir. Ondan sonra “tövbə” gəlir. Yəni yanlış iş tutduqda öz səhvində israr göstərməməli, üzrxahlıq etməlidir. Daha sonra Allaha ibadət vurğulanır. Elə bir ibadət ki, onun ruh və canını islah etsin, paklasın. Sonra Allah əmrinə itaət və hər cür günahdan çəkinməkdən söhbət açılır.

Qeyd edək ki, (saihat) sözünü (saih) sözünün cəmidir) əksər təfsirçilər (saim) – oruc tutan mənasında izah etmişlər.

Hərçənd Rağibin "Müfrədat”da dediyinə görə, oruc iki növdür. Biri yemək-içməyi və cinsi münasibəti tərk etmək mənasını daşıyan "həqiqi oruc", digəri isə bədən üzvlərini günahlardan qorumaq mənasını daşıyan "hökmi oruc”dur. Burada ikinci məna nəzərdə tutulur. (Rağibin bu sözü yerinə görə maraqlıdır. Amma qeyd etmək lazımdır ki, (saih) sözünü Allaha itaət yolunu gedən şəxs mənasında da izah etmişlər.)

Həmçinin onu da qeyd etmək lazımdır ki, Quran qadının bakirə və ya qeyri-bakirə olması üzərində dayanmamış və ona əhəmiyyət verməmişdir. Çünki qeyd olunan mənəvi sifətlər qarşısında bu məsələnin bir o qədər də əhəmiyyəti yoxdur.

2\. “Əməlisaleh möminlər” kimdir?

Şübhəsiz, “əməlisaleh möminlər” ifadəsi geniş məna daşıyır və bütün əməlisaleh, təqvalı və mükəmməl iman sahiblərinə şamil olur. (salih) sözü burada tək şəkildə işlənsə də, cins mənası ifadə etdiyi üçün ümumi məna daşıyır.

Amma burada əməlisaleh möminlərin ən kamil nümunəsi kimdir? Çoxsaylı rəvayətlərdən aydın olur ki, o, İmam Əlidir (ə).

İmam Baqirdən (ə) nəql olunan bir hədisdə oxuyuruq:

# لَقَدْعَرَّفَرَسُولُالله (صلىاللهعليهوآله) عليا (عليهالسلام) أَصْحابَهُمَرَّتَين : أَمامَرَّةًفَحَيثُقَالَ: «مَنْكُنْتُمَوْلاهُفَعَلىمَولاهُوَأَمَّاالثَّانِيَةُفَحَيثُنَزَلَتْهذهالآيةُ: «فَإِنَّاللهَهُوَمَوْلاهُوَجِبْرِيلُوَصالِحُالْمُؤْمِنِينَ...» أَخَذَرَسُولُاللهِ (صلىاللهعليهوآله) بيدِعلى (عليهالسلام) فَقالَ: أَيهَاالنَّاسُهذاصالِحُالْمُؤْمِنِينَ !


"Peyğəmbər (s) iki dəfə İmam Əlini (ə) (açıq şəkildə) səhabələrinə təqdim etmişdir. Bir dəfə Qədir-Xumda "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” – deyərkən, ikinci dəfə isə "innəllahə huvə movla” ayəsi nazil olarkən. Bu zaman Peyğəmbər (s) Əlinin (ə) əlini tutdu və buyurdu: "Ey camaat, bu, möminlərin əməlisalehidir”.

Bu məzmunu bir çox əhli-sünnə alimi öz kitabında nəql etmişdir. Onlardan Əllamə Sələbinin, Əllamə Gəncinin (Kifayətut-talib), Əbu Həyyan Əndəlusi, Sibt ibn Covzi və başqalarının adını çəkmək olar.

Bəzi təfsirçilər o cümlədən Suyuti "Əd-Durrul-mənsur"da, Qurtubi öz təfsirində, Alusi "Ruhul-məani”də məlum ayəni izah edərkən bu hədisi nəql etmişdir.

"Ruhul-bəyan”ın müəllifi isə bu hədisi Mücahiddən nəql etdikdən sonra deyir: “Bu hədisi təsdiq edən başqa məşhur bir hədis “Mənzilət” hədisidir ki, Peyğəmbər (s) buyurur:

# منموأَنْتَمِنِّيبِمَنْزِلَةِهَارُونَ


"Ey Əli, "Sən mənim üçün Harun Musa üçün olduğu kimisən”. Çünki "salehlər" ifadəsi Quran ayələrində peyğəmbərlər haqqında işlənmişdir. Məsələn, “Ənbiya” surəsinin 72 və “Yusuf” surəsinin 101-ci ayələri, bu qəbildəndir". (Birincisində "saleh" ifadəsi bir qrup peyğəmbər haqqında, ikincisində isə Həzrət Yusuf (ə) haqqında işlənmişdir.) Əli (ə) Harunun məqamındadırsa, demək, o da salehlərdəndir (diqqət edin).

Xülasə, bu sahədə hədislər çoxdur. Məşhur təfsirçi Mühəddis Bəhrani “Bürhan”da bu barədə bir rəvayət nəql etdikdən sonra bu hədisi İbn Abbasdan' nəql edir. O, bu haqda şiə və əhli-sünnə yolu ilə nəql olunan 52 hədis toplamış və sonra onun bir hissəsini nəql etmişdir.

3\. Peyğəmbərin (s) bəzi zövcələrindən narazı qalması Tarix boyu zövcələri özlərinə uyğun olmayan və lazımi şərtləri özündə toplamayan çox böyük şəxsiyyətlər olmuşdur. Belə ki Quran da peyğəmbərlərin arasından onların nümunələrini qeyd etmişdir.

Yuxarıdakı ayələr göstərir ki, İslam peyğəmbərinin də (s) bəzi zövcələri belə idi. Onlar aralarındakı rəqabətə görə bəzən Peyğəmbərin (s) pak ruhunu incidirdilər. Bəzən ona etiraz edir və ya sirrini açırdılar. Belə ki Allah onları qınayır və Peyğəmbəri (s) müdafiəyə qalxır. Quran bu haqda ən təkidli sözlərlə çıxış edir və hətta onları boşanma ilə hədələyir. Gördüyümüz kimi, Peyğəmbər (s) bu ayələrdən sonra təqribən bir ay zövcələrindən küsmüşdü ki, bəlkə özlərini düzəltsinlər.

Prinsipcə, o Həzrətin (s) həyat tarixi yaxşı göstərir ki, Peyğəmbərin (s) bəzi zövcələri nəinki nübüvvət məqamını lazımınca tanımırdılar, hətta bəzən Muhəmmədi sıradan bir fərd kimi sorğu-suala tutur, ona hörmətsizlik edirdilər. Odur ki, onların hamısının layiqli və mükəmməl insanlar olmasına israr etmək, xüsusilə yuxarıdakı ayələr bu qədər aydın olduğu halda, əsassızdır.

Peyğəmbərin (s) zövcələri ilə bağlı İslam tarixi, xüsusilə Cəməl döyüşü də göstərdi ki, bu hal nəinki o Həzrətin (s) öz dövründə, hətta o, dünyasını dəyişdikdən sonra da canişinlərinə qarşı təkrar olunmuş- dur ki, bura bütün bu məsələləri izah etməyin yeri deyil.

Əsas etibarilə, yuxarıdakı ayələr deyir: "Peyğəmbər (s) sizi boşasa, Allah ona sizdən daha yaxşı və sözügedən altı şərti özündə toplayan zövcələr verəcəkdir". Bu göstərir ki, ən azı o Həzrətin (s) bəzi zövcə- ləri bu şərtlərə malik deyildi.

“Əhzab” surəsinin Peyğəmbərin (s) zövcələri ilə bağlı ayələrinə baxdıqda da onların sözügedən nəzəri təsdiq etdiyini görürük.

4\. Sirri açmaq

Sirr saxlamaq tək həqiqi möminlərə məxsus sifətlərdən deyil. Əksinə, hər bir şəxsiyyətli insan sirr saxlamağı bacarmalıdır. Bu, yaxın dostlar və həyat yoldaşı ilə bağlı olduqda daha mühümdür. Yuxarıdakı ayələrdə Allahın Peyğəmbərin (s) bəzi zövcələrini sirr saxlamadıq- larına görə kəskin şəkildə pislədiyini və qınadığını oxuduq.

Əli (ə) bir hədisdə buyurur:

# جُمِعَخَيْرُالدُّنْياوَالْآخِرَةِفِيكثمانِالسِّرِّوَمُصادَقَةِالْأَخْيَارِ،وَجُمِعَالشَّرُّفِيالْإِدَاعَةِوَمُؤاخاةالْأَشْرَارِ


“Bütün dünya və axirət xeyri bu iki şeydə gizlənmişdir: sirr saxlamaq və yaxşı insanlarla yoldaşlıq etmək. Bütün şər bu iki şeydə gizlənmişdir: sirri açmaq və pis insanlarla dostluq etmək”.

5\. Allahın halalını özünüzə haram etməyin

Allah tərəfindən halal və ya haram olunan məsələlər hamısı dəqiq xeyir və məsləhətlərə dayanır. Buna görə də insanın bir halalı özünə haram və ya bir haramı özünə halal etməsi yersizdir. Hətta buna and içsə də, yuxarıdakı ayələrdə deyildiyi kimi, andını poza bilər.

Bəli, əgər tərk etməyə and içdiyi əməl məkruh əməl olsa və ya müəyyən baxımdan onu tərk etmək daha yaxşı olsa, bu halda andına sadiq qalmalıdır.