Əl-Mülk Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Mulk surəsi, 1-5-ci ayələr
Mulk surəsi, 1-5-ci ayələr
بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيمِ
تَبَارَكَ الَّذِي بِيَدِهِ الْمُلْكُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .١
الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَهُوَ الْعَزِيزُ الْغَفُورُ .٢
الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا مَا تَرَى فِي خَلْقِ الرَّحْمَنِ مِنْ تَفَاوُتٍ فَارْجِعِ الْبَصَرَ هَلْ تَرَى مِنْ فُطُورٍ .٣
ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَيْنِ يَنْقَلِبْ إِلَيْكَ الْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ .٤
وَلَقَدْ زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيَاطِينِ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ .٥
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Varlıq aləminin hökmranlığı əlində olan (şəxs) bərəkətli və tükənməzdir. O, hər şeyə qadirdir.
2\. Əməl baxımından hansınızın daha yaxşı olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməzdir, bağışlayandır.
3\. Yeddi göyü bir-birinin üzərində təbəqələr şəklində yaradan Odur. Sən rəhman olan Allahın yaratdığında heç bir ziddiyyət və qüsur görməzsən. Yenə diqqət yetir, heç onda bir çat görürsənmi?
4\. Sonra təkrar bax. Nəhayət, gözlərin yorğun və gücsüz halda özünə tərəf dönəcəkdir.
5\. Biz aşağı (yaxın) olan göyü parlayan çıraqlarla bəzədik və onları şeytanlara atılan atəşlər etdik. Biz onlar üçün yandırıb- yaxan od əzabı hazırlamışıq.
Ayələrin təfsiri
Varlıq aləmində heç bir qüsur görməzsən
Bu surə Allahın malik və hakim olması, Onun pak zatının əbədi olması məsələsi ilə başlayır və əslində, bu mövzu bu surədə yer alan mətləblərin açarıdır.
Buyurulur: “Varlıq aləminin hökmranlığı əlində olan (şəxs) bərəkətli və tükənməzdir. O, hər şeyə qadirdir”.
(təbarəkə) sözü (bərəkət) sözündən, o da əslində (bərk) sözündən götürülmüşdür və dəvə sinəsi deməkdir.(bǝrǝkǝl-bəir), yəni dəvə sinəsini yerə sürtdü. Sonradan bu söz davamlılıq, qalıcılıq, tükənməzlik mənasında işlənmişdir.
Yuxarıdakı ayə, əslində, Allahın pak zatının mübarək olmasının dəlili olaraq qeyd olunmuşdur və bu, Onun dünyaya malik və hakim olması, hər şeyə qadir olmasıdır. Buna görə də tükənməz və bərəkətli bir varlıqdır.
Növbəti ayədə Quran Allahın malik və hakim olmasına aid olan insanın olum və ölümünün yaranma məqsədinə toxunur və buyurur: “Əməl baxımından hansınızın daha yaxşı olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur”.
(الَّذِيخَلَقَالْمَوْتَوَالْحَيَاةَلِيَبْلُوَكُمْأَيُّكُمْأَحْسَنُعَمَلًا )
Ölüm yoxluq və heçlik mənası ifadə edirsə, onda məxluq – yaranan deyil. Çünki yaradılış mövcud olana, var olan məsələlərə aiddir. Amma bilirik ki, ölümün mahiyyəti bir dünyadan başqa bir dünyaya keçməkdir. Heç şübhəsiz, bu, varlıq məsələsidir və əlbəttə ki, məxluq ola bilər.
Burada ölüm həyatdan əvvəl qeyd olunmuşdur. Bu, ölümü nəzərə almağın insanın əməlinin yaxşılaşmasında dərin iz buraxması ilə əlaqə dardır. Baxmayaraq ki, həyat ölümdən qabaq gəlir.
Allahın imtahanı – öncə də qeyd etdiyimiz kimi – bir növ, yetişdirmədir. Yəni insanları əməl meydanına çəkir ki, sınansınlar, püxtələşsinlər, pak və pakizə, Allah dərgahına yaxınlaşmağa layiq olsunlar.
Qeyd edək ki, sınağın məqsədi olaraq əməlin çox olmasını yox, yaxşı olmasını göstərir. Bu sübut edir ki, İslam kəmiyyətə yox, keyfiyyətə üstünlük verir. Mühüm olan odur ki, əməl – az da olsa, çox da olsa - xalis və Allah üçün, faydalı və hərtərəfli olsun.
"Əhsənu əmələn" ifadəsi nə bildirir? İslam peyğəmbərindən (s) nəql olunan bəzi rəvayətlərdə oxuyuruq:
# أَنتُكُمْعَقْلاً،وَأَشَدُّكُمْلِلهِخَوْفًا،وَأَحْسَنُكُمْفيماأَمَرَاللهُبِهِوَنَهىعَنْهُنَظَراً،وَإِنْكَانَأَقَلُّكُمْتَطَوُّعاً
"Aşkara çıxması istənilir ki, sizdən hansınızın müstəhəb əməllərinin az olmasına baxmayaraq – ağıl və zəkası daha mükəmməl, Allahdan qorxusu daha artıq, Allah əmrləri və qadağaları haqqında məlumatı daha çoxdur."
Məlumdur ki, kamil zəka əməli daha pak, niyyəti daha xalis və savabı daha çox edir.
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir:
# لَيسَيَعْنِيأَكْثَرَعَمَلاً،وَلكِنْأَصْوَبُكُمْعَمَلاً،وَإِنَّمَاالْأَصَابَةُخَشْيةُاللهِوَالنِّيةُالصَّادِقَةُ،ثُمَّقَالَالْإِبْقاءُعَلَىالْعَمَلحَتَّىيخلُص،أَشَدُّمِنَالْعَمَلِ،وَالْعَمَلُالْخَالِصُ
# الصّالِحُالَّذِىلاتُرِيدُأَنْيُحْمَدَكَعَلَيْهِأَحَدٌإِلَّااللَّهُعَزَّوَجَلَّ
“Bilinməsi istənilən hansınızın daha çox əməl etməsi deyil. Əksinə, öyrənmək istənilir ki, hansınız daha düzgün əməl edirsiniz. Düzgün əməl o əməldir ki, Allaha pərəstiş və pak niyyətlə birlikdə olsun”. Sonra əlavə etdi: "Əməli günaha bulaşmaqdan saxlamaq əməlin özündən daha çətindir. Xalis və saleh əməl o əməldir ki, Allahdan başqa kimsənin səni ona görə tərifləməsini istəmirsən".!
İnsanın yaradılış qayəsi haqqında "Zariyat” surəsinin 56-cı ayəsinin təfsirində ətraflı söhbət açmışıq. Orada bu başlıca məqsədin Allaha ibadət etmək olduğu göstərilmişdir. Burada isə əməl baxımından kimin yaxşı olduğunun sınanması göstərilmişdir. Məlumdur ki, sınaq və imtahan məsələsi Allaha ibadət məsələsindən ayrı deyil. Necə ki yuxarıdakı hədislərdə keçən ağlın kamil olması, Allahdan qorxmaq və niyyətin səmimi olması da ibadətin ruhunu təşkil edir.
Beləliklə, aləm bütün insanlar üçün böyük bir sınaq meydanıdır. Ölüm və olum sınaq vasitəsi, bu böyük sınağın qayəsi də yaxşı əmələ nail olmaqdır. Yaxşı əməl dedikdə isə idrakın təkamülü, niyyətin səmimiliyi və hər cür xeyirli iş görmək nəzərdə tutulur.
Bəzi təfsirçilər burada "əhsənu əmələn" ifadəsini ölümü yad etmək, ölümə hazırlaşmaq və s. mənalarda izah etmişlər. Bunlar, əslində, bu ümumi mənanın sadəcə bariz nümunələridir.
İnsan bu böyük sınaq meydanında çox xətalara yol verir. Amma bu xətalar, büdrəmələr onu məyus etməməlidir. Özünü düzəltmək üçün çalışmaqdan saxlamamalıdır. Buna görə ayənin sonunda Allah-taala bəndələrinə kömək və bağışlanma vəd edir və deyir: “O, yenilməzdir, bağışlayandır”.
وَهُوَالْعَزِيزُالْغَفُورُ
Bəli, o, hər şeyə qadirdir və hər bir tövbəkarı bağışlayandır.
Ölüm və olum sistemini bəyan etdikdən sonra Quran dünyanın ümumi quruluşundan söhbət açır və insanı bütün varlıq aləmini öyrənməyə çağırır ki, bu yolla özünü sözügedən böyük sınağa hazırlasın. Buyurur: "Yeddi göyü bir-birinin üzərində təbəqələr şəklində yaradan Odur”.
الَّذِيخَلَقَسَبْعَسَمَاوَاتِطَبَاقًا
"Yeddi göy" haqqında "Talaq” surəsinin 12-ci ayəsini təfsir edərkən söhbət açdıq. Burada (tibaqən) sözü ilə əlaqədar əlavə edək ki, bu ifadəyə əsasən, yeddi göy hər biri digərinin üzərindədir. Çünki (mutabiqə) sözünün mənası, əslində, başqa bir şeyin üzərində yerləşən nəsnədir.
Əgər yeddi göy Günəş sisteminin adi gözlə görülə bilən yeddi planetinə işarədirsə, hər birinin Günəşlə müəyyən məsafəsi var və hər biri digərinin üzərindədir.
Əgər gördüyümüz sabit və səyyar ulduzların hamısını birinci səmaya aid etsək, məlum olacaq ki, daha yuxarı mərhələlərdə digər aləmlər də var və biri digərindən yuxarıdadır.
Onun ardınca Müqəddəs kitab əlavə edir: “Sən rəhman olan Allahın yaratdığında heç bir ziddiyyət və qüsur görməzsən”.
Varlıq aləmi bütün əzəmətinə rəğmən, büsbütün intizam, möhkəmlik, ahəngdarlıq, incədən incəyə hesablanmış quruluş və dəqiq qanunlardan ibarətdir. Əgər kainatın bircə küncündə nizamsızlıq baş versəydi, onu bütünlüklə məhv edərdi.
Bir atom zərrəciyinə, elektron və proton hissəciklərinə hökmran olan heyrətamiz nizamdan tutmuş, bütün Günəş sisteminə, digər sistemlərə və kəhkəşanlara hakim qanunlara qədər hamısına dəqiq qanunauyğunluqlar hökm edir. Belə ki onları xüsusi yolda irəli aparır. Xülasə, hər yerdə qanun və dəqiq hesablanma var. Hər yerdə nizam və proqram var.
Ayənin sonunda Allah-taala daha çox təkid edərək buyurur: “Yenə diqqət yetir, heç onda bir çat görürsənmi?”
(futur) sözü (fətr) kökündəndir və uzununa parçalamaq deməkdir. Sındırmaq (orucu pozmaq), pozuntu yaratmaq, fəsad törətmək mənalarında da işlənir. Haqqında danışdığımız ayədə də bu mənada işlənmişdir.
Demək istənilir ki, insan yaradılış dünyasına nə qədər diqqət etsə, onda heç bir pozuntu və uyğunsuzluq görə bilməz.
Buna görə də növbəti ayədə Quran təkid üçün əlavə edir: “Sonra təkrar bax. Nəhayət, gözlərin yorğun və gücsüz halda özünə tərəf dönəcəkdir”.
(ثُمَّارْجِعِالْبَصَرَكَرَّتَيْنِيَنقَلِبْإِلَيْكَالْبَصَرُخَاسِاًوَهُوَحَسِيرٌ)
(kərrətəyn) sözü (kərr) kökündəndir və bir şeyə diqqət etmək və ona qayımaq deməkdir. (kərrə) təkrar deməkdir. (kərrətəyn) isə onun təsniyəsidir (ikilik ifadə edir). Amma bəzi təfsirçilərə görə, burada (kərrətəyn) sözü təsniyə deyil və iki dəfə təkrarlamaq bildirmir. Əksinə, burada dəfələrlə, təkrar-təkrar, ardıcıl və çox sayda diqqət etmək nəzərdə tutulur.
Demək, Quran bu ayələrdə camaata göstəriş verir ki, varlıq aləminə ən azı üç dəfə baxsınlar və onun sirlərini öyrənsinlər. Başqa sözlə, dəfələrlə diqqət etsinlər. Bu heyrətamiz sistemdə bir qüsur tapa bilmədikdə onu yaradanı, bu dünyanın xaliqini, Onun sonsuz elm və qüdrətini tanısınlar.
(xasi) sözü (xəs) və (xusu) kökündəndir. Bu söz göz haqqında işləndikdə yorulmaq mənasını ifadə edir. İt haqqında işlənəndə isə onu uzaqlaşdırmaq mənasını daşıyır.
(həsir) sözü (həsr) kökündən olub, soyundurmaq deməkdir. İnsan yorularkən gücünü əldən verdiyi üçün sanki güclərini soyunur və görünür, buna görə də həmin söz yorgunluq və əldən düşmək mənasında işlənir. Demək, yuxarıdakı ayələrdə sözügedən (xasi) və (həsir) sözləri hər ikisi eyni mənada - gözün varlıq aləmində qüsur görməkdə aciz olmasına təkid etmək üçün işlənmişdir.
Bəziləri bu iki söz arasında belə bir fərq olduğunu bildirmişlər:
(xasi) nakam qalmaq, (həsir) isə acizlik mənasını ifadə edir.
Hər halda, bu ayələrdən iki mühüm nəticə almaq olar: Birincisi, Quran bütün haqq yolu yolçularına təkidlə tapşırır ki, varlıq aləmini, yaradılış aləminin qəribəliklərini bacardıqları qədər daha çox və diqqətlə öyrənsinlər. Bir dəfə, iki dəfə ilə kifayətlənməsinlər. Çox sirlər var ki, birinci və ikinci baxışda özünü göstərmir. Daha iti baxışlar lazımdır ki, bir neçə dəfə baxdıqdan sonra həmən onları görsün və anlasın.
İkincisi budur ki, insan bu nizama nə qədər dəqiq və incəliklə baxsa, onun ahəngdarlığını daha yaxşı dərk edəcək. O, hər cür qüsurdan, ǝyintidən uzaq bir ahəngdarlıqdır.
Əgər ilk və səthi baxış zamanı bu dünyanın bəzi hadisələri şər, bəla və fəlakət (zəlzələlər, sellər, xəstəliklər, xoşagəlməz hadisələr və s.) kimi görünürsə də, daha dəqiq araşdırdıqda onların da dürüst və mühüm sirr və hikməti olduğu aydın olur.
Bu ayələr teleoloji arqumentə aydın işarədir. Belə ki hər bir sistemdə nizam-intizamın olması onun arxasında elm və qüdrətin olmasını gös- tərir. Yoxsa, hesablanmamış təsadüfi hadisələr, kortəbii təsadüflər əsla nizam-intizamın mənşəyi ola bilməzlər. Necə ki Müfəzzəlin İmam Sadiqdən (ə) nəql elədiyi məşhur hədisdə deyilir:
# إِنَّالْإِهْمالَلايَأْتِيبِالصَّوابِ،وَالتَّصَادَلَايَأْتِيبِالنِّظامِ
“Məqsədsiz iş əsla düzgün nəticə vermir və təzad nizamın mənşəyi ola bilməz".
Haqqında danışdığımız son ayə səmaya nəzər salmış, parlaq və gözəl ulduzlardan söhbət açmışdır. Buyurur: "Biz aşağı (yaxın) olan göyü parlayan çıraqlarla bəzədik və onları şeytanlara atılan atəşlər etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq”.
السَّمَاءِالدُّنْيَابِمَصَابِيحَوَجَعَلْنَاهَارُجُومًالِّلشَّيَاطِينِوَأَعْتَدْنَالَهُمْعَذَابَالسَّعِيرِ
Qaranlıq və ulduzlu bir gecədə səmaya baxmaq, ucqar nağılvari aləmlərə diqqət etmək, onlara hakim olan qanunauyğunluqları təsəvvür etmək, onlara kölgə salan gözəlliyə, zərifliyə, əzəmətə, sirli və möhtəşəm səssizliyə diqqət etmək insanı irfan və Haqq nuru ilə dolu bir dünyaya daxil edir. Heç bir dillə vəsfə gəlməyən ilahi eşq ilə dolu aləmləri gəzdirir.
Bu ayə bir daha bu həqiqətə təkid edir ki, gördüyümüz bütün ulduzlar birinci göyün - yeddi göy arasında bizə ən yaxın olan göyün bir hissəsidir. Buna görə də “Aşağı (yaxın) olan göy” olaraq ifadə edilmişdir.
(rucum) – atəşlər ifadəsi meteorlara işarədir. Bir atəş kimi göyün bir tərəfindən digər tərəfinə atılır. Bilirik ki, meteor ulduzların qalığıdır və müəyyən proseslərdən keçərək bir-birindən qopub parçalanır. Odur ki, Quran: “Onları şeytanlara atılan atəşlər etdik”, – dedikdə sözügedən xüsusi daş parçalarına işarə edir.
Elə isə, şeytanlar göylərdə kiçik sərgərdan daş parçaları olan meteorlarla necə hədəfə alınır? Bu suala "Təfsiri-nümunə"də cavab vermişik.
İncəlik:
Yaradılış aləminin əzəməti
Quran geri qalmış ərəb cahiliyyət dövründə ortaya çıxmasına baxmayaraq, əksər hallarda təkid edir ki, müsəlmanlar əzəmətli varlıq aləminin sirləri haqqında düşünsünlər. Bu mətləb cahiliyyət dövründə bir anlam kəsb etmirdi. Bu özü Quranın başqa bir mənşədən gəldiyini göstərir və elm inkişaf etdikcə Quranın bu haqda təkidlərinin əzəməti daha da aydın olur.
Digər tərəfdən, məlumdur ki, bizim Günəş sistemi böyük bir kəh- kəşanın (qalaktika) tərkib hissəsidir və bu kəhkəşan Süd yolu adlanır.
Astronomların hesablamalarına görə, yalnız bizim qalaktikamızda təxminən (iki) yüz milyarda yaxın ulduz var ki, Günəş bütün əzəmətinə rəğmən, onun orta ulduzlarından biri sayılır.
Üçüncü tərəfdən, bu böyük dünyada o qədər qalaktika var ki, sayıb qurtarmaq mümkün deyil. Astronomik teleskoplar nə qədər böyüyür, get-gedə daha da dəqiq olursa, yeni qalaktikalar kəşf olunur.
أَلْعَظَمَةُللهِالْوَاحِدِالْقَهَّارِ
Bu böyük layihəni bu qədər dəqiq nizamla hazırlayan Allah çox böyükdür.