Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Haqqə Surəsinin Ayələrinə Qayıt →
Əl-Haqqə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Haqqǝ surəsi, 1-8-ci ayələr

Haqqǝ surəsi, 1-8-ci ayələr



بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم


الْحَاقَّةُ .١


مَا الْحَاقَّةُ .٢


وَمَا أَدْرَاكَ مَا الْحَاقَّةُ .٣


كَذَّبَتْ ثَمُودُ وَعَادٌ بِالْقَارِعَةِ .٤


فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا بِالطَّاغِيَةِ .٥


وَأَمَّا عَادٌ فَأُهْلِكُوا بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ.٦


سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى الْقَوْمَ فِيهَا صَرْعَى كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ .٧


فَهَلْ تَرَى لَهُمْ مِنْ بَاقِيَةٍ .٨


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. (Qiyamət günü) mütləq gerçəkləşəcək bir gündür!

2\. Necə də gerçəkləşəcək bir gün!

3\. Sən nə bilirsən gerçəkləşəcək həmin gün nədir?!

4\. Sǝmud və Ad qövmləri Allahın əzici əzabını inkar etdilər (acı nəticəsini də gördülər).

5\. Səmud qövmü qarşısıalınmaz bir əzabla məhv edildi.

6\. Ad qövmü isə hədsiz soyuq, şiddətli və qarşısıalınmaz bir küləklə həlak edildi.

7\. Allah bu dağıdıcı tufanı yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. (Sən orada olsaydın,) həmin tayfanın o tufanın içində içiboş və çürümüş xurma ağacları kimi yerə düşüb həlak olduğunu görərdin.

8\. Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?

Ayələrin təfsiri



Üsyankar qövm üçün dinməz əzab

Bu surə Qiyamət məsələsindən, həm də yeni bir adla başlayır. Buyurur: "(Qiyamət günü) mütləq gerçəkləşəcək bir gündür!"

"Necə də gerçəkləşəcək bir gün!"³

“Sən nə bilirsən gerçəkləşəcək həmin gün nədir?!" Təqribən bütün təfsirçilər (haqqə) sözünü “Vaqiə” surəsində oxuduğumuz (vaqiə) sözü kimi Qiyamət mənasında izah etmişlər. Çünki mütləq gerçəkləşəcək bir gündür. Eyni ifadə bu surənin 16-cı ayəsində də yer almışdır. Bütün bunlar hamısı o böyük günün mütləq baş verəcəyindən xəbər verir.

“Məl həqqah” ifadəsi o günün əzəmətini bəyan edir. Məsələn, adi danışıqda deyirik: Filankəs insandır, necə bir insan?! Yəni onun insanlığının vəsfi üçün sərhəd yoxdur.

”وَمَا أَدْرَاكَ مَا الْحَاقَّةُ “- ifadəsi yenə də o böyük günün hadisələrinin azəmətinə daha artıq təkid etmək üçündür. Belə ki hətta Peyğəmbərə (s) müraciət edərək: “Sən o günün nə gün olduğunu bilmirsən”, – deyir. Həqiqət də belədir. Qiyamət hadisələrini bizim həbs olunanların anlaması mümkün deyil. Necə ki dünya ilə bağlı dünya zindanında məsələləri ana bətnindəki uşağın anlaması əsla mümkün deyil.“⁴

Bu ayələrin təfsiri ilə bağlı digər bir ehtimal isə - baxmayaraq ki, bunu qəbul edən çox az təfsirçi var – budur ki, (haqqə) bu dünyada inadcıl günahkarları və xudbin üsyankarları qəfil yaxalayacaq əzabdır. Necə ki növbəti ayədə keçən (qariə) sözünü də bəzi təfsirçilər bu mənada təfsir etmişlər. Yeri gəlmişkən, bu təfsir gələcək ayələrdə söhbət açılacaq Ad, Sǝmud, Firon və Lut qövmünə göndərilən sarsıdıcı əzaba daha çox uyğundur.

Əli ibn İbrahimin təfsirində oxuyuruq:

“Firon nəslini isə dəhşətli əzab bürüdü.”⁵

Sonra Quran Qiyamətin baş verəcəyini (və ya əzab nazil olacağını) danan xalqlar haqqında söhbət açır və buyurur: “Səmud və Ad qövmləri Allahın əzici əzabını inkar etdilər (acı nəticəsini də gördülər)”.

(كَذَّبَتْ ثَمُودُ وَعَادٌ بِالْقَارِعَةِ)


(فَأَهْلَكُوا بالطاغية


“Səmud qövmü qarşısıalınmaz bir əzabla məhv edildi”.

Sǝmud qövmü Hicaz və Şam arasındakı dağlıq bir regionda yaşayırdı. Həzrət Saleh (ə) onlara göndərilmişdi. Amma onlar heç vaxt iman gətirmədilər və onunla mübarizəyə qalxdılar. Hətta ondan istədilər ki, doğru deyirsə, vəd etdiyi əzab nazil olsun. Bu zaman dağıdıcı ildırım onların başının üstünü aldı. Bir anda möhkəm saraylarına, evlərinə şaxıdı. Hamısını darmadağın etdi. Haqqı yalan sayanların cansız bədənləri yerə düşdü.

Maraqlı burasıdır ki, Quran bu həddini aşan qövmün məhv olmasının səbəbini həddindən böyük (coşan) əzab hesab edir. (tağiyə) və bu coşğun əzab “Əraf” surəsinin 78-ci ayəsində (rəcfə) kimi qeyd olunmuşdur. “Fussilət” surəsinin 13-cü ayəsində (saiqə), “Hud” surəsinin 67-ci ayəsində isə (səyhə) olduğu bildirilmişdir. Əslində isə hamısı bir mənaya gedib çıxır. Çünki ildırım həmişə böyük səslə müşayiət olunur, vurduğu yeri titrədir və tüğyan edən bir əzabdır.⁶

Sonra Müqəddəs kitab Ad qövmünün başına gələnlərə toxunur. Bu qövm Əhqaf diyarında (Ərəbistan yarımadasında və ya Yəməndə) yaşayırdı. Uca boylu, güclü bədənli idilər. Şəhərləri abad, torpaq sahələri yaşıllıq, bağları təravətli idi. Onların peyğəmbəri Hud (ə) idi. Onlar da haqqa asi düşdülər. İşi o yerə çatdırdılar ki, bu ayələrdə deyilən üzücü əzabla həyatları alt-üst oldu.

Öncə buyurulur: “Ad qövmü isə hədsiz soyuq, şiddətli və qarşısıalınmaz bir küləklə həlak edildi”.

(وَأَمَّا عَادٌ فَأُهْلِكُوا بِرِيح صَرْصَرٍ عَاتِية)


(sərsər) ya soyuq, ya səs-küylü, ya da zəhərli küləklərə deyilir. Təfsirçilər onun təfsiri ilə bağlı hər üç mənanı qeyd etmişlər. Onları bir yerə toplamaq da mümkündür.

(atiyə) sözü (utuv) kökündən olub, asi deməkdir. Amma burada Allah fərmanına asi olan yox, adi küləklərin meyarına (sürətinə və s.) asi (ǝks) olan mənasını daşıyır.

Sonra Quran bu dağıdıcı qasırğanı başqa şəkildə vəsf edir: “Allah bu dağıdıcı tufanı yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi”.

(سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا)


(husum) sözü (həsm) kökündəndir və bir şeyin izlərini, təsirini aradan qaldırmaq mənasını daşıyır. Qılınca da bu səbəbdən (hisam) deyilir. Bəzən yaranın kökünü yandırmaq üçün dağlamağa da (həsm) deyilir. Burada demək istənilən odur ki, o yeddi gecə-gündüz ardıcıl olaraq bu qövmün xoş güzəranını pozub darmada- ğın etdi və kökünü kəsdi.⁷

Nəticə isə belə oldu: "(Sən orada olsaydın,) həmin tayfanın o tufanın içində içiboş və çürümüş xurma ağacları kimi yerə düşüb həlak olduğunu görərdin”.

(فَتَرَى الْقَوْمَ فِيهَا صَرْعَى كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَة)


Çox maraqlı bənzətmədir. Həm onların qamətinin böyüklüyünü, həm köklərinin kəsilməsini, həm də ilahi əzablar qarşısında içiboş olduqlarını bildirir. Belə ki tufan onları yerdən üzüb asanlıqla bir yerdən başqa yerə aparırdı.

(xaviyə) sözü (xəva) kökündəndir və əslində boşalmaq deməkdir. Bu ifadə ac qarınlar, (cahiliyyət ərəblərinin əqidəsinə görə) yağışsız ulduzlar və çürük qoz haqqında da işlənir.

Son ayədə Allah-taala soruşur: “Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?”⁸

(فَهَلْ تَرَى لَهُم مِّن بَاقِيَة)


Bəli, bu gün nəinki Ad qövmündən əsər-əlamət yoxdur, hətta abad şəhərlərinin, əzəmətli imarətlərinin və yaşıl əkin sahələrinin xarabalıqları da qalmamışdır.

Ad qövmünün əhvalatı haqqında ətraflı məlumat üçün bax: Təfsiri- nümunə, c. 9, səh. 140-148, Hud, 58-60; c. 233-241