Nuh Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Nuh surəsi, 1-4-cü ayələr
Nuh surəsi, 1-4-cü ayələr
بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيمِ
إِنَّا أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ أَنْ أَنْذِرْ قَوْمَكَ مِنْ قَبْلِ أَنْ يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ .١
قَالَ يَا قَوْمِ إِنِّي لَكُمْ نَذِيرٌ مُبِينٌ .٢
أَنِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ وَأَطِيعُونِ .٣
يَغْفِرْ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَى أَجَلٍ مُسَمًّى إِنَّ أَجَلَ اللَّهِ إِذَا جَاءَ لَا يُؤَخَّرُ لَوْ كُنْتُمْ تَعْلَمُونَ .٤
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Biz Nuhu öz qövmünə göndərib dedik: “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməzdən əvvəl qorxut!"
2\. O dedi: “Ey qövmüm! Mən sizin üçün açıq-aşkar qorxudanam!
3\. Allaha ibadət edin, Ona qarşı çıxmaqdan qorxun və mənə itaat edin!
4\. Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək ömür verər. Çünki Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmayacaq. Kaş biləydiniz!”
Ayələrin təfsiri.
Nuhun ilk bildirişi.
Qeyd etdik ki, bu surə Həzrət Nuhun (ə) həyatının onun dəvəti ilə əlaqəli hissəsindən söz açıb və onda haqqa tərəf dəvət edən, xüsusilə inadkar qövmlər qarşısında dayanan şəxslər və Allah yolunun bütün yolçuları üçün maraqlı incəliklərə toxunulub.
Quran əvvəlcə onun Allah elçisi olaraq göndərilməsi barədə buyurur: "Biz Nuhu öz qövmünə göndərib dedik: “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməzdən əvvəl qorxut!”
أنْأَنذِرْقَوْمَكَمنقَبْلأَنيَأْتِيَهُمْعَذَابٌأَلِيمٌ
Bu ağrılı əzab dünya əzabı da ola bilər, axirət əzabı da. Daha münasib məna onların hər ikisinin nəzərdə tutulmasıdır. Hərçənd surənin son ayələrini nəzərə alanda söhbətin daha çox dünya əzabından getməsi məlum olur.
Peyğəmbərlərın vəzifəsi qorxutmaq və müjdə vermək olub. Amma buna baxmayaraq, ayədə “qorxutmaq" məsələsinin üzərində xüsusi dayanılır. Bunun səbəbi qorxutmağın daha güclü təsirə malik olmasıdır. Elə dünyanın da hər yerində qanunların icrasının zəmanəti qorxutmaq və cəzalandırmaqdır.
"Ülul-əmr" peyğəmbərlərdən və ilk cahanşümul ilahi şəriət sahibi olan Nuh (ə) bu ilahi tapşırığı aldıqdan sonra öz qövmünün yanına gələrək belə deyib: "O dedi: "Ey qövmüm! Mən sizin üçün açıq-aşkar qorxudanam!”
قَالَيَاقَوْمِإِنِّيلَكُمْنَذِيرٌمُّبِينٌ
أناعْبُدُوااللهَوَاتَّقُوهُوَأَطِيعُونِ
“Allaha ibadət edin, Ona qarşı çıxmaqdan qorxun və mənə itaət edin!”
Nuh (ə), əslində, öz dəvətinin məzmununu üç cümlədə xülasə edir: tək olan Allaha ibadət, təqvalı olmaq və onun Allah tərəfindən gətirdiyi əmr və göstərişlərə əməl etmək. Bunlar ümumilikdə əqayid, əxlaq və şəriət hökmlərini ehtiva edir.
Sonra onları həvəsləndirərək bu dəvətin qəbul edilməsinin mühüm nəticələrini iki qısa cümlə ilə belə bəyan edir: “Belə etsəniz, O sizin günahlarınızdan keçər”.²
يَغْفِرْلَكُممِّنذُنُوبِكُمْ
"İslam özündən qabaqkı dövrün üstünü örtür (və həmin vaxt baş verənləri bağışlayır)” qanunu əslində bütün ilahi və monoteist dinlərdə mövcud olmuş qanundur və tək İslama məxsus deyil.
Həmçinin buyurur: “Və sizə müəyyən vaxtadək ömür verər. Çünki Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmayacaq. Kaş biləydiniz.”
(وَيُؤَخِّرُكُمْإِلَىأَجَلٍمُّسَمًّىإِنْأَجَلَاللَّهِإِذَاجَاءلَايُوَخَّرُلَوْكُنتُمْتَعْلَمُونَ)
Bu ayədən belə məlum olur ki, insanın əcəli və ömür müddəti iki cürdür: “müəyyən edilmiş əcəl" və "son əcəl". Başqa sözlə desək, “yaxın əcəl” və “uzaq əcəl”, yaxud “şərtlənmiş əcəl” və “qəti əcəl”.
Onun birinci növü dəyişdirilməsi mümkün olan əcəldir. O, insanın yaramaz işləri nəticəsində tezləşə bilər. Həmin səbəblərdən biri də ilahi əzabdır. Həmçinin əksinə, ola bilər təqva və yaxşı işlər görmək nəticə- sində onun əcəli təxirə düşsün və ömrü uzansın.
Amma "son əcəl" heç cür dəyişdirilə bilməyən əcəldir. Bunu bir məsəllə daha yaxşı başa düşmək mümkündür. İnsan əbədi yaşamaq qabiliyyətinə malik deyil. Əgər onun bütün orqanları yaxşı işləsə belə, nəhayət, bir gün ürəyi çox işləyib sıradan çıxdığı üçün öz-özünə dayanacaq. Gigiyenik qaydalara riayət etmək və xəstəliklərin qarşısı- nın vaxtında alınması insanın ömrünü uzada, onlara riayət edilməməsi isə onu qısalda və qısa bir zamanda onun axırına çıxa bilər.³
İncəlik:
Ömrün uzanmasına və qısalmasına səbəb olan mənəvi amillər
Bu ayədən çıxan nəticələrdən biri də günahların ömrün qısalmasına səbəb olmasıdır. Çünki ayə buyurur ki, əgər iman gətirsəniz və təqvalı olsanız, Allah sizə uzun ömür verər, ölümünüzü təxirə salar. Günahlar insanın həm cisim, həm də ruhuna davamlı şəkildə qorxulu zərbələr vurduğu üçün bunu başa düşmək elə də çətin deyil.
Hədislərdə də bu mənaya çox təkid edilib. O cümlədən, İmam Sadiq (ə) dərin mənalı hədislərinin birində belə buyurub:
# مَنْيُموتُبِالذُّنُوبِأَكْثَرُمِمَّنْيَمُوتُبِالْآجَالِوَمَنْيَعِيشُبِالْإِحْسَانِأَكْثَرُمِمَّنْ
# يعِيشُبِالْأَعْمَارِ
"Günah nəticəsində ölənlərin sayı əcəl ilə ölənlərin sayından çox- dur. Həmçinin xeyirxah əməlləri ilə uzun ömür sürənlərin sayı təbii ömür ilə yaşayanlardan çoxdur".⁵