Əl-Cin Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Cinn surəsi, 1-6-cı ayələr
Cinn surəsi, 1-6-cı ayələr
بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيم
قُلْأُوحِيَإِلَيَّأَنَّهُاسْتَمَعَنَفَرٌمِّنَالْجِنِّفَقَالُواإِنَّاسَمِعْنَاقُرْآنًاعَجَبًا.١
يَهْدِيإِلَىالرُّشْدِفَآمَنَّابِهِوَلَنتُشْرِكَبِرَبِّنَاأَحَدًا.۲
وَأَنَّهُتَعَالَىجَدُّرَبِّنَامَااتَّخَذَصَاحِبَةًوَلَاوَلَدًا.٣
وَأَنَّهُكَانَيَقُولُسَفِيهُنَاعَلَىاللَّهُشَطَطًا .٤
وَأَنَّاظَنَنَّاأَنلَنتَقُولَالْإِنسُوَالْجِنُّعَلَىاللَّهُكَذِبًا .٥
وَأَنَّهُكَانَرِجَالٌمِّنَالْإِنسِيَعُوذُونَبِرِجَالٍمِّنَالْجِنِّفَزَادُوهُمْرَهَقًا .٦
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. De: "Mənə vəhy olunub ki, cinlərdən bir dəstə sözlərimi dinlədikdən sonra deyib: “Biz heyrətamiz bir Quran dinlədik!
2\. O, doğru yola yönəldir. Biz ona iman gətirmişik və əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.
3\. Rəbbimizin əzəmətli məqamı çox ucadır. O, nə zövcə, nə də övlad seçməyib.
4\. Bizim səfehimiz (İblis) Allah haqqında xoşagəlməz sözlər danışırdı.
5\. Biz güman edirdik ki, insanlar da, cinlər də Allaha əsla iftira atmazlar.
6\. İnsanlardan bəzi kişilər cinlərdən bəzi kişilərə sığınırdılar. Bunlar da onların azğınlığının artmasına səbəb olurdular.
Ayələrin nazilolma səbəbi
"Əhqaf" surəsinin 29-33-cü ayələrinin təfsirində bəzi nazilolma səbəbləri nəql edilmişdi. Onlar sözügedən surədə ("Cinn" surəsində) qeyd edilənlərlə də tam uyğun gəlir və onlardan belə məlum olur ki, hər ikisi eyni hadisəyə aiddir. Həmin nazilolma səbəblərinin xülasəsi belədir:
1\. Həzrət Peyğəmbər (s) Məkkədən Taifdəki Ukaz bazarına gedərdi ki, orada toplaşmış çoxsaylı insanları İslama dəvət etsin. Peyğəmbər (s) oradan qayıdanda “Cin vadisi” adlanan yerə çatdı və gecəni orada qaldı. O Həzrət (s) orada Quran oxuyanda cinlərin bir dəstəsi Quranı eşidib iman gətirdi və təbliğat aparmaq üçün öz tayfasının arasına qayıtdı.³
2\. İbn Abbas deyir: "Həzrət Peyğəmbər (s) sübh namazını qılmaqla məşğul idi və namazda Quran oxuyurdu. Göydən onlara gələn xəbərlərin kəsilməsinin səbəbini bilmək istəyən cinlər Muhəmmədin (s) Quran sədasını eşidib dedilər: "Göydən bizə gələn xəbərlərin kəsilməsinin səbəbi budur”. Onlar öz tayfalarının yanına qayıtdılar və onları İslama dəvət etdilər".⁴
3\. Əbutalib vəfat edəndən sonra Həzrət Peyğəmbərin (s) işi çətin- ləşdi. O Həzrət (s) Taifə getdi ki, orada özünə yoldaş tapsın. Taifin böyükləri Peyğəmbəri (s) qətiyyətlə təkzib etdilər və o Həzrətə arxadan o qədər daş atdılar ki, mübarək ayağı qanadı; o, narahat halda bir bağın kənarına gəldi. Sonda həmin bağın sahibinin Ədas adlı qulu o Həzrətə iman gətirdi.
Həzrət Peyğəmbər (s) oradan Məkkəyə qayıdanda gecə bir xurma ağacının yanına çatdı və namaz qılmağa başladı. Həmin vaxt Nəsibeyn, ya Yəmən cinlərinin bir dəstəsi oradan keçirdi. Onlar Həzrət Peyğəm- bərin (s) sübh namazında oxuduğu Quran sədasını eşidib iman gətirdilər. Buna bənzər nazilolma səbəblərini təfsirçilər "Cinn" surəsinin təfsirinin əvvəlində nəql ediblər.⁵
Amma başqa bir nazilolma səbəbi də nəql edilib ki, o, digər nazilolma səbəblərindən fərqlidir. Həmin nazilolma səbəbi belədir: “Abdullah ibn Məsuddan soruşdular: “Cin gecəsi” hadisələrində siz səhabələrdən kimsə Həzrət Peyğəmbərin (s) yanında olubmu?"
O dedi: “Bizdən heç kəs olmayıb. Biz bir gecə Həzrət Peyğəmbəri (s) Məkkədə tapmadıq. Nə qədər axtardıqsa, o Həzrətdən bir nişanə görmədik. Qorxduq ki, birdən Peyğəmbəri (s) öldürərlər. Biz o Həzrəti axtarmaq üçün Məkkə dərələrinə üz tutduq. Bir də gördük ki, Peyğəm- bər (s) Hira dağından gəlir. Biz o Həzrətə (s) dedik: “Ya Peyğəmbər, harada idiniz, çox narahat olduq. Ötən gecə bizim həyatımızın ən pis gecəsi oldu". O Həzrət (s) buyurdu: “Cinlər tərəfindən yanıma bir nəfər gəlib məni dəvət etdi, mən də gedib onlar üçün Quran oxudum”.⁶
Ayələrin təfsiri
Biz heyrətamiz bir Quran dinləmişik!
İndi deyilənləri nəzərə alaraq ayələrin təfsirinə keçək.
Birinci ayədə buyurulur: "De: "Mənə vəhy olunub ki, cinlərdən bir dəstə sözlərimi dinlədikdən sonra deyib: "Biz heyrətamiz bir Quran dinlədik”.⁷
( قُلْأُوحِيَإِلَيَّأَنَّهُاسْتَمَعَنَفَرٌمِّنَالْجِنِّفَقَالُواإِنَّاسَمِعْنَاقُرْآنًاعَجَباً)
“Mənə vəhy olunub” ifadəsindən belə məlum olur ki, Həzrət Pey- ğəmbər (s) cinləri şəxsən özü görməyib və onların Quranı dinləmələrini vəhy yolu ilə bilib.
Həmçinin bu ayədən belə məlum olur ki, cinlər ağıl, şüur və idraka malikdirlər, dini mükəlləfiyyət və məsuliyyət daşıyırlar, dil bilirlər, heyrətamiz sözü başqasından seçə bilirlər, eləcə də özlərini haqqı təbliğ etməyə borclu sayırlar və Quranın xitabları onlara da aiddir.
Bunlar bu gözəgörünməz varlıqların sözügedən ayədən məlum olan bəzi xüsusiyyətləridir. Onların başqa xüsusiyyətləri də var. Biz, Allahın istəyi ilə, bu bəhsin sonunda onlara toxunacağıq.
Cinlər Quranı heyrətamiz hesab etməkdə haqlı idilər. Çünki Quranın həm bəyan tərzi heyrətamizdir, həm təsir və cazibədarlığı, həm məzmunu, həm də onu gətirənin dərs oxumamış və savadsız insanların arasından çıxması.
O, həm zahir, həm də batini heyrətamiz olan və bütün sözlərdən fərqli bir kəlamdır. Buna görə də cinlər Quranın möcüzə olduğunu etiraf edirlər.
Onlar bunun ardınca öz qövmlərinə başqa sözlər də deyiblər. Quran sonrakı ayələrdə onların sözlərini on iki cümlədə bəyan edib. Həmin cümlələrin hamısı (ənnə) ilə başlayır və bu, təkid əlamətidir.⁸
Əvvəlcə belə buyurulur: “O (Quran), (hamını) doğru yola yönəldir. (Buna görə də) biz ona iman gətirmişik və əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq”.
(يَهْدِيإِلَىالرُّشْدِفَآمَنَّابِهِوَلَنتُشْرِكَبِرَبِّنَاأَحَداً
(ruşd- doğru yol) sözünün mənası çox genişdir və o, bütün üstünlük və imtiyazları ehtiva edir. Yəni o, düz, heç bir əyriliyi olmayan, aydın və aşkar bir yoldur və öz müsafirlərini xoşbəxtlik və kamal mənzilinə çatdırır.
Onlar iman gətirəndən və şirkin bütün növlərini inkar edəndən sonra Allahı belə vəsf edirlər: "Rəbbimizin əzəmətli məqamı çox ucadır. O, nə zövcə, nə də övlad seçməyib”. Ayənin ərəbcə orijinalında işlənmiş (cədd) sözünün leksik baxımdan müxtəlif mənaları o cümlədən, əzəmət, fövqəladə, cidd- cǝhd, pay, yenilənmək və sairə var. Lakin Rağibin "Müfrədat" kitabında qeyd etdiyi kimi, onun əsl mənası “kəsib ayırmaq"dır. Hər bir əzəmətli varlıq digər varlıqlardan seçilıb ayrıldığı üçün bu söz əzəmət mənasında işlədilir.
Onun digər mənalarında da bu uyğunluğu görmək olar. Ərəb dilində babaya “cədd” deyilməsinin səbəbi məhz onun mənəvi məqam və ya yaş baxımından böyük olmasıdır.
Bəzi təfsirçilər buradakı "cǝdd" sözünü daha məhdud mənada bəziləri "sifətlər", bəziləri “qüdrət", bəziləri "hökmranlıq", bəziləri "nemət", bəziləri isə “ad" mənasında - yozublar. “Əzəmət” mənası bunların hamısını özündə ehtiva edir.
Buna baxmayaraq, bu söz zehinlərdə daha çox özünün məşhur "baba" mənasını canlandırır. Buna görə də bəzi hədislərdə belə deyilib: "Cin tayfası nadanlıq üzündən belə namünasib bir ifadə işlədib”. Yəni siz Allah barəsində heç vaxt belə ifadə işlətməyin.⁹
Ola bilər, bu hədis həmin sözün zehinlərdə qeyd edilən həmən mənanı canlandırdığı yerlərə aiddir. Çünki Quran cinlərin sözünü burada razılıqla və düzlüyünü təsdiqləyərək nəql edir. Bundan əlavə, həmin ifadə "Nəhcül-bəlağə”nin bəzi xütbələrində də işlədilib. Məsələn, “Nəhcül-bəlağə”nin 191-ci xütbəsində buyurulur:
# الْحَمْدُللهالْفَاشِيفِيالْخَلْقِحَمْدُهُوَالْغالبجُنْدُهُوَالْمُتَعَالِيجَدهُ
"Həmd həmd-sənası hər yeri bürümüş, ordusu hər yerdə qalib olan, əzəməti uca olan Allaha məxsusdur".
Bəzi hədislərdə Ənəs ibn Malikin belə deməsi nəql edilib:
# كانَالرَّجُلُاذاقَرَأَسُورَةَالْبَقَرَةِجَدَّفِيأَعْيننا
"Bəqərə" surəsini öyrənən və oxuyan kəs bizim gözümüzdə böyüyərdi”.¹⁰
Hər halda, bu sözün “əzəmət” mənasında işlədilməsi həm lüğət kitabları, həm də onun işlənmə yerləri ilə düz gəlir.
Diqqətçəkən məqamlardan biri cinlərin burada Allahın zövcə və övladının olmamasını xüsusi vurğulamasıdır. Ehtimal ki, bu ifadə ərəblər arasında mövcud olan xurafatı inkar etmək məqsədi daşıyır. Çünki onlar belə deyirdilər: “Mələklər Allahın cin zövcəsindən olan qızıdır".
Bu məna ehtimal kimi "Saffat" surəsinin 158-ci ayəsinin təfsirində də qeyd edilib:
# وَجَعَلُوابَيْنَهُوَبَيْنَالْجَنَّةِنَسَبًا
"Onlar onunla (Allahla) cinlər arasında qohumluq əlaqəsinin olduğunu uydurdular".
Sonra cinlər belə dedilər: “Bizim səfehimiz (İblis) Allah haqqında xoşagəlməz və həqiqətdən uzaq sözlır danışırdı”.
(səfih - səfeh) sözü burada cins və cəm mənasında ola bilər. Yəni bizim səfehlərimiz Allahın zövcə və övladının olduğuna inanır, Ona bənzər və şərik qoşur, haqq yoldan çıxıb, əsassız sözlər danışırdılar.
Təfsirçilərin çoxunun ehtimalına görə, burada işlənmiş “səfeh” sözü fərdi məna verir və İblisə işarədir. İblis Allahın əmrindən çıxan- dan sonra Onun müqəddəs zatı barədə Ona yaraşmayan şeylər dedi, hətta Allahın Adəmə səcdə etmək əmrinə qarşı çıxdı, onu hikmətə zidd hesab etdi, özünü Adəmdən üstün zənn etdi.
İblis cin olduğu üçün mömin cinlər ona nifrət izhar edir, onun sözlərini puç və mənasız adlandırırdılar. O, zahirdə alim və abid olsa da, əməlsiz idi. Azğın alim, eqoist abid, həmçinin lovğa və azğın şəxslər "sǝfeh"in bariz nümunələrindəndir.
(şətət) sözünün mənası “mötədillikdən çıxmaq və uzaq düşmək”dir. Buna görə də haqdan uzaq sözlərə “şətət” deyirlər. Həmçinin bu səbəbdən böyük çayların su ilə məsafəsi çox və divarları hündür olan sahillərinə (şətt) deyirlər.
Daha sonra cinlər belə deyir: “Biz güman edirdik ki, insanlar da, cinlər də Allaha əsla iftira atmazlar”.
(وَأَنَّاظَنَنَّاأَنلَّنتَقُولَالْإِنسُوَالْجِنُّعَلَىاللهكذباً)
Bəlkə də, bu cümlə onların əvvəllər kor-koranə başqalarına tabe olmalarına və Allahın şərik və bənzərinin, zövcə və övladının olmasını demələrinə işarədir. Yəni bizim başqalarının bu barədəki sözlərini dəlil-sübutsuz qəbul etməyimizin səbəbi sadəlövhlüyümüz olub. Çünki biz insan və cinlərin cürət edib Allaha böyük yalanlar isnad etməsi ehtimalını vermirdik. Amma indi araşdırma aparmış, həqiqəti dərk etmiş və ona iman gətirmişik. İndi həmən o kor-koranə təqlidçiliyin yanlış olduğunu başa düşür, öz səhvimizi və cinlərdən olan müşriklərin azğın olduğunu etiraf edirik.
Və nəhayət, belə deyirlər: "İnsanlardan bəzi kişilər cinlərdən bəzi kişilərə sığınırdılar. Bunlar da onların azğınlığının artmasına səbəb olurdular”.
(وَأَنَّهُكَانَرِجَالٌمِّنَالْإِنسِيَعُوذُونَبِرِجَالٍمِّنَالْجِنِّفَزَادُوهُمْرَهَقاً)
(rəhəq) sözünün əsl mənası “bir şeyin üstünü zorla örtmək”- dir. Azğınlıq, günah, həddi aşmaq və qorxu insanın qəlb və ruhuna hakim olub onu bürüdüyü üçün o, bu mənada təfsir edilib.
Bəzi təfsirçilər bu cümləni cahiliyyət dövründə mövcud olmuş başqa bir xurafata işarə hesab ediblər. Belə ki bəzi ərəb qəbilələri gecə hər hansı bir dərəyə daxil olanda belə deyirdilər:
# أَعُوذُبِعَزِيزِهَذَاالْوَادِيمِنْشَرِّسُفَهَاءِقَوْمِهِ!
"Qövmünün səfəhlərindən bu diyarın böyüyünə sığınırıq”. Onlar düşünürdülər ki, bu cümləni deməklə cinlərin böyüyü onları səfeh cinlərdən qoruyacaq.¹¹
Xurafat intellektual tənəzzül, qorxu və azğınlığın artmasına səbəb olduğu üçün ayənin sonunda buyurulur: "Bunlar da onların azğınlığının artmasına səbəb olurdular".
Bu ayədən o da məlum olur ki, cinlərin də qadın və kişisi var. Çünki ayədə (cinlərdən bəzi kişilər) ifadəsi işlədilib.¹²
Hər halda, ayənin mənası genişdir və o, insanların cinlərə sığınmasının bütün formalarını ehtiva edir. Öncə qeyd edilən xurafat sadəcə onun nümunələrindən biridir. Bildiyimiz kimi, ərəblər arasında çoxlu kahinlər olub və onlar həmin kahinlərin cinlər vasitəsi ilə bir çox prob- lemləri həll etməyə və gələcəkdən xəbər verməyə qadir olmalarına etiqad bəsləyiblər.