Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Müzəmmil Surəsinin Ayələrinə Qayıt →
Əl-Müzəmmil Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Muzzəmmil surəsi, 1-5-ci ayələr

Muzzəmmil surəsi, 1-5-ci ayələr



بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيمِ


يَاأَيُّهَاالْمُزَّمِّلُ .¹


قُمِاللَّيْلَإِلَّاقَلِيلاً.٢


نصْفَهُأَوانقُصْمِنْهُقَلِيلاً.٣


أَوْزِدْعَلَيْهِوَرَتِّلِالْقُرْآنَتَرْتِيلاً .⁴


إِنَّاسَنُلْقِيعَلَيْكَقَوْلًاثَقِيلاً.٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Ey paltara bürünmüş!

2\. Gecəni az bir hissəsi istisna olmaqla dur!

3\. Gecənin yarısını, yaxud ondan bir az əskilt,

4\. və ya onun yarısına artır. Quranı diqqətlə və düşünərək oxu!

5\. Biz tezliklə sənə ağır bir söz vəhy edəcəyik.

Ayələrin təfsiri



Ey paltara bürünmüş, ayağa qalx!

Surənin ilk ayələrinin bəyan tərzindən də məlum olduğu kimi, o, Peyğəmbəri (s) möhkəm dayanmağa, böyük və ağır bir yükün altına girməyə hazırlaşmağa çağıran səmavi dəvətdir. Əvvəlcədən hazırlıq görmədən bu işin həyata keçirilməsi mümkün deyil. Buyurulur:

“Ey paltara bürünmüş!”⁶

“Gecəni – az bir hissəsi istisna olmaqla - dur!"

“Gecənin yarısını, yaxud ondan bir az əskilt...” “...və ya onun yarısına artır. Quranı diqqətlə və düşünərək oxu!”

(أَوْزِدْعَلَيْهِوَرَتِّلِالْقُرْآنَتَرْتِيلاً)


Maraqlıdır ki, bu ayələr Həzrət Peyğəmbərə (s) ünvanlanıb, amma onlarda “ey Peyğəmbər “, “ey Allah elçisi” deyil, “ey paltara bürünmüş!” ifadəsindən istifadə edilib.

Allah-taala bu ifadə ilə demək istəyir ki, paltara bürünmək və güşənişinlik vaxtı deyil, ayağa qalxmaq, özünü islah etmək, böyük vəzifənin yerinə yetirilməsinə hazırlaşmaq zamanıdır.

Bu iş üçün gecənin seçilməsinin bir neçə səbəbi ola bilər: Birincisi, həmin vaxt düşmənin göz və qulağı yuxuda olur.

İkincisi, həmin vaxt insan gündəlik işlərdən azad və asudə olduğu üçün düşünmək, təfəkkür və özünü islah etməyə daha hazırlıqlı olur. Həmçinin bu proqramın əsas mətni kimi Quranın seçilməsinin səbəbi onun bu barədə lazım olan bütün dərslərə malik olması, iman, səbatlılıq və təqvanın gücləndirilməsi, nəfsin islah edilməsi üçün ən yaxşı vasitə olmasıdır.

Əslində “tənzimləmək, ahəngdar tərtibə salmaq” mənasında olan “(tərtil) sözünün buradakı mənası Quran ayələrinin aram-aram, lazımi qayda ilə, hərfləri düzgün tələffüz edərək, sözləri tam və aydın oxuyaraq, mənalarına diqqət edərək və onların özü və nəticəsi barədə düşünərək oxumaqdır.

Şübhəsiz, Quranın bu qayda ilə oxunması insana mənəvi yüksəliş, əxlaqi şücaət, təqva və pəhrizkarlıq verə bilər. Bəzi təfsirçilər onu namaz qılmaq mənasında təfsir ediblər. Bunun səbəbi namazın mühüm hissə- lərindən birinin Quran oxumaq olmasıdır.

"Gecəni dur" deyəndə ancaq ayaq üstə durmaq deyil, yatmaq müqabilindəki durmaq nəzərdə tutulur.

Bu ayələrdə gecəni oyaq qalmaq barədə müxtəlif ifadələr işlədilib ki, bu da insanın seçim ixtiyarına malik olması üçündür. Belə ki ayə Peyğəmbərə (s) gecənin yarısı, ya ondan bir az çox və ya az miqdarı oyaq qalmaq, Quran oxumaq arasında seçim ixtiyarı verir. Əvvəl gecənin az hissəsini çıxmaq şərti ilə hamısını deyir, sonra bir az yüngülləşdirərək gecənin yarısına çatdırır, sonra yarısından da aza düşür.

Bəziləri deyiblər ki, seçim ixtiyarı gecənin üçdə iki, yarı və üçdə biri arasında edilməlidir və ayənin demək istədiyi də budur. Çünki elə bu surənin sonunda Quran buyurur:

إِنَّرَبَّكَيَعْلَمُأَنَّكَتَقُومُأَدْنىمِنْثُلُثَىاللَّيْلِوَنِصْفَهُوَثُلُثَهُ


"Rəbbin bilir ki, sən ya gecənin üçdə ikisindən az, ya yarısını, ya da üçdə birini durursan”.

Surənin sonuncu ayəsindən həm də belə məlum olur ki, Peyğəmbər (s) bu gecə ibadətində tək olmayıb, bu özünüislah, nəfsi təmizləmə, tərbiyə və hazırlıq proqramında möminlərin bir dəstəsi də o Həzrətlə birlikdə olub. Onlar Həzrət Peyğəmbəri (s) örnək götürmüş şəxslər olublar.

Bəzi təfsirçilır deyiblər ki اللَّيْلَ إِلا قليل gecəni - az bir hissəsi istisna olmaqla - dur!" cümləsinin mənası “bəzi gecələri çıxmaqla bütün gecələri dur”dur. Yəni istisna gecənin bir hissəsinə deyil, gecələrin bəzilərinə aiddir. Amma ayədə “gecə” sözü təkdə işlədildiyi, eləcə də onun yarı və az bir hissəsi qeyd edildiyi üçün bu təfsir elə də münasib görünmür.

Sonra Qurani-məcid bu çətin və mühüm göstərişdə son məqsədin nə olduğunu bəyan edərək buyurur: “Biz tezliklə sənə ağır bir söz vəhy edəcəyik”.

(إِنَّاسَنُلْقِيعَلَيْكَقَوْلًاثَقِيلاً)


Təfsirçilər "ağır bir söz” ifadəsini müxtəlif cür izah ediblər və onların hər biri məsələnin yalnız bir cəhətinə diqqət yetiriblər. Lakin şübhəsiz, Quranı nəzərdə tutan bu sözün ağırlığı müxtəlif cəhətlərdən ola bilər.

Ola bilər ki, onun ağırlığı məna və məzmun baxımından olsun. Ola bilər, onun ağırlığı qəlblərin dözümlülüyü baxımından olsun. Quran özü başqa bir ayədə bu barədə belə buyurur:

لَوْأَنزَلْنَاهَذَاالْقُرْآنَعَلَىجَبَلٍلَّرَأَيْتَهُخَاشِعًامُّتَصَدِّعًامِّنْخَشْيَةِاللَّهِ


“Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxu- sundan boyun əyib parça-parça olduğunu görərdin".⁷

Ola bilər, onun ağırlığı vəd, təhdid və məsuliyyətlərin bəyan edilməsi baxımından olsun.

Yaxud ola bilər ki, onun ağırlığı əməl tərəzisində və Qiyamətdə ağırlıq baxımından olsun.

Və nəhayət, ola bilər, onun ağırlığı proqramın hazırlanması və tam həyata keçirilməsi baxımından olsun.

Bəli, Quranı oxumaq asan, rahat, gözəl və ürəyəyatan olsa da, onun məzmununun gerçəkləşdirilməsi bir o qədər çətindir. Xüsusilə Həzrət Peyğəmbərin (s) dəvətinin başlanğıcında Məkkə mühitini nadanlıq, bütpərəstlik və xurafatın qara buludları zülmətə boyamışdı, təəssübkeş, inadkar və rəhmsiz düşmənlər əl-ələ verib yolu kəsmişdilər. Amma Həzrət Peyğəmbər (s) və o Həzrətin sayı az olan səhabələri Qurani- məcidin tərbiyə üslubundan, gecə namazı və Allaha yaxınlıq vasitələrindən istifadə edərək bu çətinliklərin hamısına qalib gələ, bu ağır yükü çiyinlərində daşıya və mənzil başına çatdıra bildilər.

İncəliklər:



1\. Quran oxumaq və dua etmək üçün gecə yuxudan durmaq Öncə də qeyd etdiyimiz kimi, bu ayələr Həzrət Peyğəmbərə (s) ünvanlanıb. Amma surənin davamından da məlum olduğu kimi, bu işdə möminlər də o Həzrətlə (s) birgə addımlayıblar.

Burada qarşıya belə bir sual çıxır ki, görəsən, bu “durmaq” və gecə ibadəti ilə məşğul olmaq Həzrət Peyğəmbərin (s) dəvətinin ilk illərində hamıya vacib olub, yoxsa yox?

Bəzi təfsirçilərin nəzərincə, bu iş vacib olub, amma sonradan surə- nin son ayəsi onu nəsx edib və onun vacib edilməsi ilə nəsx edilməsi arasında təxminən 1 il fasilə olub.

Hətta bəzilərinin fikrincə, bu hökm gündəlik namazların vacib edilməsindən qabaqkı dövrə aid olub və gündəlik namazlar vacib buyurulandan sonra bu hökm nəsx edilib.

Mərhum Təbərsinin "Məcməül-bəyan"da qeyd etdiyi kimi, bu surənin ayələrinin zahirində nəsxə dəlalət edən bir şey yoxdur. Buna görə də gecə durub ibadətlə məşğul olmaq hökmünün müstəhəb və təkid edilmiş sünnə olduğunu və heç vaxt vacib olmadığını demək daha yaxşı olar. Əlbəttə, şəxsən Peyğəmbərin (s) özü istisnadır və Quranın bəzi ayələrinə əsasən, o Həzrətə (s) gecə namazı qılmaq vacib olub. Onun Peyğəmbərə (s) vacib, müsəlmanlara isə müstəhəb olmasında bir problem yoxdur.

Bundan əlavə, sözügedən ayələrdə ancaq gecə namazından söhbət getmir. Çünki gecə namazı gecənin yarısı, ya üçdə ikisi və ya hətta üçdə biri qədər vaxt aparmır. Ayədə söhbət Quran oxumaq üçün durmaqdan gedir.

Buna görə də işin əvvəlində bu hökm təkid edilmiş müstəhəb şəklində olub, sonra bir az yüngülləşdirilib. Həmişə hər bir işin, xüsusilə hər bir böyük inqilabın əvvəlində daha çox güc və qüvvə tələb olunur. Buna görə də Həzrət Peyğəmbərə (s) və müsəlmanlara belə qeyri-adi göstərişin - gecənin böyük hissəsini oyaq qalıb yeni inqilabi proqram və təlimin məzmunu ilə tanış olmaları, tanış olmaqdan əlavə, özlərini psixoloji cəhətdən onu həyata keçirməyə hazırlamaq göstərişi- nin verilməsi elə də təəccüblü deyil.

2\. "Tərtil"in mənası

Əslində, sözügedən ayələrdə Quranın oxunmasına deyil, "tərtil” məsələsinə təkid edilib.

"Tərtil" sözünün mənası barədə məsumlardan (ə) müxtəlif hədislər nəql edilib və onların hər biri məsələnin bir cəhətinə toxunur. Əmirəlmöminin Əli (ə) hədislərin birində belə buyurub:

# بَينَهُبَياناًوَلاتَهُدهُهَذاالشّعر،وَلاتَشْكُرُهُنَفرَالرَّمْلِ،وَلَكِنْأَقْرِعْبِهِالْقُلُوبَالْقَاسِيةَ،ولايَكُونَنَّهَمُأَحَدِكُمْآخِرَالسُّورَةِ


“Onu aydın şəkildə bəyan et, nə şeir kimi sürətlə və dalbadal oxu, nə də qum dənələri kimi ətrafa səpələ! Elə oxu ki, onunla sərt qəlbləri döyüb ayıldasan. Heç vaxt hədəfiniz surənin sonuna çatmaq olmasın"⁸ (Əsas məsələ ayələrin mənasını dərk etmək olmalıdır.)

Başqa bir hədisdə İmam Sadiq (ə) “tərtil"i belə izah edib:

# إذَامَرَرْتَبآيةفِيهَاذكرُالْجَنَّةِفَاسْأَلِاللَّهَالْجَنَّةَ،وَإِذَامَرَرْتَبِآيةفِيهَاذَكْرُالنَّارِفَتَعَوَّذُبِاللهمِنَالنَّارِ


"Cənnətin xatırlandığı ayə oxuyanda dayan və Allahdan Cənnət istə (özünü ona hazırla), Cəhənnəmin adı çəkilən ayə oxuyanda ondan Allaha sığın (özünü ondan uzaqlaşdır)”.⁹

İmam Sadiq (ə) başqa bir hədisində “tərtil” barədə belə buyurub:

# هُوَأَنْتَتَمَكَّتفيهوَتُحَسِّنَبهصَوْتِكَ


“Tərtil” ayə üzərində dayanmağın və onu gözəl səslə oxumağındır”.¹⁰ O Həzrət (ə) başqa bir hədisdə belə söyləyib:

# إنَّالْقُرْآنَلايَقْرَأُهَدْرَمَةٌ،وَلَكنْيرتَّلُتَرْتِيلاً،فَإِذَامَرَرْتَبِآيةفيهاذكرُالنَّارِوقفتعندَهاوَتَعَوَّذْتَبِاللَّهِمِنَالنَّارِ


"Quran sürətlə və tez oxunmamalıdır, “tərtil" ilə oxunmalıdır. Belə ki Cəhənnəmdən söz açılan ayə oxuyanda dayanır və Cəhənnəm odundan Allaha sığınırsan"¹¹

Həzrət Peyğəmbərin (s) barəsində nəql edilmiş hədislərdə deyilir ki, o Həzrət (s) ayələri bir-birindən ayırar və səsini uzadardı.¹²

"Üsuli-kafi", "Nurus-səqəleyn”, “Əd-Durrul-mənsur” və başqa hədis və təfsir kitablarında nəql edilmiş bu və başqa hədislərdən belə məlum olur ki, Quran məna və məzmunsuz quru söz yığını kimi oxunmamalı, onun oxuyana və dinləyiciyə dərin təsir bağışlayan bütün cəhətlərinə diqqət yetirilməlidir. Unutmaq olmaz ki, o, ilahi ismarışdır və onun nazil edilməsində əsas məqsəd insanların onun məzmununa əməl etmələridir.

Amma təəssüf ki, bu gün müsəlmanların çoxu bu həqiqətdən uzaq düşüb və Quranın yalnız quru sözləri ilə kifayətlənir. Onlar ancaq Quranın surə və ayələrini oxuyub sona çatdırmağa çalışır, nə üçün nazil olduğuna, nəyi çatdırmaq istədiyinə diqqət etmirlər. Düzdür, Quranın sözləri də müqəddəsdir, onları oxumaq savabdır, amma unutmaq olmaz ki, bu sözlər və oxunuş onun məzmununun bəyan edilməsi üçün yalnızca müqəddimədir.

3\. Gecə namazının fəziləti

Bu ayələrdə bir daha qafillərin yuxuda olduğu vaxt, yəni gecələr oyaq qalmaq, gecə namazı qılmaq və Quran oxumaq məsələsinə təkid edilib. Öncə də qeyd etdiyimiz kimi, gecə, xüsusilə səhərə və dan yeri sökülənə yaxın ibadət etmək ruhun paklığına, nəfsin təmizlənməsinə, insanın mənəvi tərbiyəsinə, qəlbin saflığına, iman və iradənin güclən- məsinə, qəlb və ruhda təqvanın sütunlarının möhkəmlənməsinə olduqca böyük təsir göstərir və insan hətta bir dəfə sınaqdan keçirməklə onun təsirini hiss edir.

Buna görə də ona Quran ayələrindən əlavə, hədislərdə də çox təkid edilib. Məsələn, İmam Sadiq (ə) hədislərin birində belə buyurub:

"Üç şey Allahın xüsusi mərhəmətindəndir: gecə ibadəti (gecə namazı), oruc tutanlara iftar vermək və müsəlman qardaşlarla görüşmək”.¹³

# انمنروحاللهتعالىثَلاثَةٌ : التَّهَحُدُبِاللَّيلِوَإِفْطَارُالصَّائِمِ،وَلِقَاءُالْإِخْوانِإِنَّمِنْرَوْحِ


O Həzrət (ə) - انَّالْحَسَنَاتِيُذْهِبْنَالسَّيِّئات -“Yaxşı işlər pis əməlləri yuyub aparır” ayəsinin təfsirində buyurub

# ِصَلاةُ اللَّيلِ تَذْهَبُ بِذُنُوبِ النَّهَار


"Gecə namazı gündüz baş verən günahları yuyub aparır".¹⁴

Biz "İsra" surəsinin 79-cu ayəsinin təfsirində də bu barədə geniş danışmış və orada gecə namazının əhəmiyyəti barədə on maraqlı hədis nəql etmişik.