Əl-İnsan (Əd-Dəhr) Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
İnsan surəsi, 1-4-cü ayələr
İnsan surəsi, 1-4-cü ayələr
بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيمِ
هَلْأَتَىعَلَىالْإِنسَانِحِينٌمِنَالدَّهْرِلَمْيَكُنشَيْئًامَذْكُوراً.۱
اِنَّاخَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا .٢
إِنَّاهَدَيْنَاهُالسَّبِيلَإِمَّاشَاكرًاوَإِمَّاكَفُورًا.٣
إِنَّاأَعْتَدْنَالِلْكَافِرِينَسَلَاسِلَاوَأَغْلَالًاوَسَعِيرًا .٤
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. İnsanın elə bir dövrü olub keçmişdir ki, o, həmin dövrdə xatırlanası bir şey olmasın?!
2\. İnsanı qarışdırılmış nütfədən yaratdıq və onu sınaqdan keçirmək üçün eşidən və görən etdik.
3\. Biz yolu ona göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.
4\. Kafirlər üçün zəncirlər, buxovlar və yandırıcı şölələri olan od hazırlamışıq.
Ayələrin təfsiri
Biz dəyərsiz nütfədən insan yaratdıq
Bu surənin toxunduğu məsələlərin çoxu Qiyamət və Cənnət nemətləri haqda olsa da, onun əvvəlində insanın yaradılışından söz açılıb. Çünki diqqətin bu yaradılışa yönəldilməsi onun Qiyamətə yönəlməsinə də zəmin yaradır. Biz bu barədə “Qiyamət” surəsinin təfsirində də danışdıq.
Buyurulur: “İnsanın elə bir dövrü olub keçmişdir ki, o, həmin dövrdə xatırlanası bir şey olmasın”.¹³
ا ( هَلْأَتَىعَلَىالْإِنسَانِحِينٌمِّنَالدَّهْرِلَمْيَكُنشَيْئًامَّذْكُوراً)
Bəli, onun bədəninin zərrəciklərinin hərəsi bir tərəfdə – torpaqda, dənizdəki su damcılarında, havada yerləşmişdi. İnsanın vücudunu təşkil edən maddələrin hərəsi bu üç ünsürün birində pərakəndə şəkildə idi, o, həmin ünsürlərin arasında itib-batmışdı, əsla dilə gətiriləsi bir halda deyildi.
Görəsən, burada “insan” deyəndə növ olaraq bütün insanlar nəzərdə tutulur, yoxsa ancaq Həzrət Adəm (ə)?
Sonrakı ayədə insanın nütfədən yaradılması deyilir və bu, “insan” deyəndə növ olaraq bütün insanların nəzərdə tutulmasına dəlalət edir. Əlbəttə, bəziləri birinci ayədəki “insan” sözünün Həzrət Adəmə (ə), ikinci ayədəki "insan” sözünün isə Adəmin (ə) övladlarına işarə olduğunu deyiblər. Amma bu qısa ara ilə eyni sözün iki ayrı mənada işlədilməsi elə də inandırıcı görünmür.
"Xatırlanası bir şey olmasın" ifadəsi də müxtəlif cür təfsir edilib. Məsələn, deyiblər ki, insan nütfə və rüşeym halında olanda xatırlanası bir şey deyildi, amma təkamül mərhələlərini qət edəndən sonra xatir- lanası varlığa çevrildi.
İmam Baqir (ə) hədislərinin birində belə buyurub: "İnsan yaradılış aləmində xatırlanası bir şey olmasa da, Allahın elmində xatırlanırdı”.¹⁴
Bəzi təfsirlərəəsasən, burada “insan" deyəndə elm öyrənməmiş- dən qabaq xatırlanmayan, amma elm öyrənəndən sonra bütün insanların arasında, hətta ölümlərindən sonra hər yerdə xatırlanan alimlər nəzərdə tutulur.
Nəql ediblər ki, Ömər ibn Xəttab bir nəfərin bu ayəni oxuduğunu eşidəndə belə deyib: “Kaş insan elə xatırlanmadığı halda qalaydı, doğulmayaydı, övladları bəlaya düçar olmayaydı”.¹⁵
Bu, təəccüblü sözdür. Çünki əslində bu, yaradılış məsələsinə etirazdır.
Hər halda, həmən o mərhələdən sonra insanın yaradılış və xatırlanma mərhələsi gəlir. Allah-taala buyurur: "İnsanı qarışdırılmış nütfə- dən yaratdıq və onu sınaqdan keçirmək üçün eşidən və görən etdik”.
(إِنَّاخَلَقْنَاالْإِنسَانَمِننُّطْفَةأَمْشَاجِنَّبْتَلِيهِفَجَعَلْنَاهُسَمِيعًابَصِيراً)
(əmşac) sözü ("məşc", ya "məşǝc"), yaxud (məşic) sözünün cəmidir və onun mənası “qarışıq”dır.
Bəlkə də, “insanın qarışıq nütfədən yaradılması” deyəndə kişiyə məxsus reproduktiv hüceyrə “spermatozoid” ilə qadına məxsus repro- duktiv hüceyrə "ovosit”in qarışması nəzərdə tutulur. Buna ümumi şəkildə Əhli-beytdən (ə) nəql edilmiş hədislərdə də işarə edilib. Əlbəttə, o, nütfədə olan və genlər vasitəsi ilə insana keçən irsi xüsusiyyətlərə, ya nütfənin onlarla müxtəlif maddənin qarışığından yaranmasına və ya onların hamısının bir-birinə qarışmasına da işarə ola bilər. Son məna bunların hamısından geniş və münasibdir. Bu barədəki ehtimallardan biri də "qarışıq” sözünün nütfənin rüşeym dövründə keçdiyi müxtəlif təkamül mərhələlərini bildirməsidir.¹⁶-¹⁷
(nǝbtəlihi) sözü insanın mükəlləfiyyət, məsuliyyət, sınaq və imtahan mərhələsinə çatmasına işarədir. Allahın insanı mükəlləfiyyət və məsuliyyət daşımaq şərəfinə layiq bilməsi Onun insana ən böyük mərhəmətidir.
Sınaq və mükəlləfiyyətin elmsiz gerçəkləşdirilməsi mümkün deyil. Buna görə də ayənin sonunda insanın məlumat vasitələri, göz və qulaq nəzərdə tutularaq – insana belə vasitələr verilməsinə toxunulub.
Bəzilərinin fikrincə, burada "sınamaq" deyəndə rüşeymin nütfə mərhələsindən kamil insan mərhələsinə kimi keçdiyi inkişaf mərhələləri nəzərdə tutulur.
Amma “sınamaq” və “insan” sözlərini nəzərə alanda birinci təfsirin daha münasib olduğunu görürük.
Həmçinin bu ifadədən belə məlum olur ki, insanın dərk etdiyi şeylərin hamısının kökü fiziki idrakdır. Başqa sözlə desək, bütün ümumi əqli məfhumların anası hissdən qaynaqlanan məlumatlardır. Bu, İslam filosoflarının çoxunun görüşüdür. Yunan filosoflarından Aristotel də bu nəzərin tərəfdarı olub.
İnsanın mükəlləfiyyət və sınanması üçün elm və agahlıq vasitələrindən əlavə, başqa iki vasitə də lazımdır: hidayət (doğru yola istiqamətləndirmə) və ixtiyar (iradə azadlığı).
Sonrakı ayə buna işarə edərək buyurur: “Biz yolu ona göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun”.¹⁸
وَإِمَّاكَفُوراً
(hədəynahu) (doğru yola istiqamətləndirmək) sözünün mənası genişdir. Ayənin konteksti daha çox dini yönləndirmə ilə üst-üstə düşsə də, əslində, o, həm genetik, həm fitri, həm də dini yönləndirməyə şamil olunur.
Belə ki Allah-taala insanı sınamaq və kamala çatdırmaq üçün yarat- dığına görə onun vücudunda həmin məqsədə çatmaq üçün lazım olan zəminləri də yaradıb, ona lazım olan qüvvələri verib. Bu, genetik yönləndirmədir.
Sonra onun fitrətində bu yolu qət etmək sevgisi qoyub, fitri ilham ilə ona yolu göstərib və bu baxımdan onu fitri olaraq istiqamətləndirib. Digər tərəfdən, yolu göstərmək üçün ilahi rəhbər və böyük peyğəm- bərlər göndərib və onların əli ilə insanları dini baxımdan yönləndirib.
Əlbəttə, yönləndirmənin bu üç növünün hamısı ümumi xarakter daşıyır və insanların hamısına şamil olur.
Ümumilikdə bu ayə insanların həyatı ilə bağlı üç mühüm məsələyə işarə edir:
Onların biri mükəlləfiyyət, ikincisi yönləndirmə, üçüncüsü isə iradə azadlığı məsələsidir. Onların hamısı bir-biri ilə sıx bağlıdır və bir- birini təkmilləşdirir.
Qeyd etmək lazımdır ki, “Biz yolu ona göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun" ayəsi insanın iradə azadlığına malik olmadığını deyən “cəbr məktəbi”nin üstündən çalın-çarpaz xətt çəkir.
(şakirən - şükür edən) və (kəfurən - naşükür) sözləri burada işlədiləsi ən münasib sözlərdir. Çünki Allahın doğru yola isti- qamətləndirmə və düz yolu göstərmə kimi böyük neməti qarşısında təslim olub tabe olan, düz yola gələn şəxslər bu nemətin şükrünü yerinə yetirmiş, ona qarşı çıxanlar isə naşükürlük etmiş sayılırlar.
Allaha şükür etməyin öhdəsindən heç kəs layiqincə gələ bilmədiyi üçün ayənin ərəbcə orijinalında “şükür etmək” ifadəsi obyekt modelində ( şakir) gətirilib. Amma naşükürlük barəsində mübaliğə modelindən ( - kəfur) istifadə edilib. Çünki bu böyük nemətə göz yumanlar ən böyük naşükürlüyü etmiş olurlar. Ona görə ki, Allah onların ixtiyarına müxtəlif hidayət vasitələri verib və insanın bunların hamısına göz yumub səhv yolla getməsi ən böyük naşükürlükdür.
Qeyd etmək lazımdır ki, (kəfur) sözü həm “nemətə qarşı naşükür və nankor olmaq”, həm də etiqadi baxımdan küfr etmək, kafir olmaq barəsində işlənir. (Bunu “Müfrədat” kitabında Rağib də qeyd edib.)
Sözügedən ayələrin sonuncusunda küfr və nankorluq yolunu gedənlərin aqibətinə qısa və dolğun ifadə ilə işarə edərək buyurur: “Kafirlər üçün zəncirlər, buxovlar və yandırıcı şölələri olan od hazırlamışıq”.
(إناأَعْتَدْنَالِلْكَافِرِينَسَلَاسِلًاوَأَغْلَالًاوَسَعِيراً)
(ətədna - hazırlamışıq) sözü onların cəzasının qəti olmasına təkid xarakteri daşıyır. Düzdür, əvvəlcədən hazırlıq görmək məhdud imkana malik və ehtiyac yarananda imkan olmaması ehtimalını da nəzərə alan şəxslərə aid xüsusiyyətdir. Allah barəsində belə bir təsəv- vürün olması mümkünsüzdür. Çünki O, istədiyini bir “Ol!” əmri ilə gerçəkləşdirir. Amma burada Allah-taala kafirlərin cəzasının qəti olduğunu bəyan etmək üçün həmin cəza vasitələrinin indidən hazır vəziyyətə gətirildiyini buyurur.
(səlasil) sözü (silsilə) sözünün cəmidir və mənası zəncirdir. (əğlal) sözü (ğull) sözünün cəmidir, mənası isə "boyun", ya qollara keçirilən və sonra zəncirlə bağlanan halqalardır¹⁹
Hər halda, zəncir, buxov və onun da ardınca yandırıcı şölələri olan odun qeyd edilməsi bu dəstənin cəzasının böyük olmasından xəbər verir. Buna Quranın digər ayələrində də işarə edilib. Bu cəzada əzab iləəsarət bir yerə toplanıb.
Onların bu dünyada nəfsi istəklərinə tabeçilikdə azad olmaları burada əsarətdə olmalarına səbəb olur. Həmçinin onların bu dünyada yandırdıqları odlar orada təzahür edir və onların özlərini yandırır.
İncəlik:
Təlatümlü rüşeym aləmi
Bildiyimiz kimi, insan kişi ilə qadının müvafiq olaraq spermato- zoid və ovosit adlanan nütfəsindən yaranır. Nütfənin özü, tərkibi, rüşeym kimi keçdiyi müxtəlif mərhələlər yaradılış aləminin heyrətamiz işlərin- dəndir və embriologiya elminin inkişafı ilə gündən-günə onun daha çox sirləri üzə çıxır. Əlbəttə ki, bütün bunlara baxmayaraq, onun sirlərinin böyük hissəsi hələ də gizli qalmaqdadır.
Biz indi onun saysız-hesabsız heyrətamiz cəhətlərindən yalnızca bir neçəsinə işarə edəcəyik:
1\. Kişi spermatozoidi baş, gövdə və quyruq hissədən ibarət hərə- kət edən canlı varlıqdır. Maraqlıdır ki, kişilərdə hər eyakulyasiyada spermatozoidin sayı 2-500 milyon arası olur. Bu, bir neçə ölkənin əhalisinə bərabərdir. Amma bu saysız-hesabsız spermatozoidin yalnız bir neçəsi ovositlə mayalanır. Spermatozoidlərin sayının bu qədər çox olmasının səbəbi ovositə çatmaq və onunla mayalanmaq üçün çoxlu tələfat verməsidir. Əgər onun sayı bu qədər çox olmasaydı, bəlkə də, mayalanma çətin olardı.
2\. Uşaqlıq hamiləlikdən qabaq qoz boyda olur. Amma mayalanma baş verəndən və rüşeym formalaşandan sonra böyüyür. Onun divarı o qədər elastikdir ki, bu böyük həcm qarşısında tam müqavimət göstərir.
3\. Qan uşaqlığın divarında arteriya və damarlarda deyil, əzələlər arasından novdan şəklində axır. Çünki əgər orada damar olsaydı, şübhəsiz, uşaqlığın divarlarının dartılması qarşısında tab gətirə bilməzdi.
4\. Bəzi alimlərin nəzərincə, ovosit müsbət elektrik yükünə, spermatozoid isə mənfi elektrik yükünə malikdir və onların bir-birinə tərəf cəzb olunmasının səbəbi də budur. Amma spermatozoid ovositə daxil olandan sonra onun elektrik yükünü mənfi edir. Buna görə də onun ətrafında olan saysız-hesabsız spermatozoidlər oradan qovulurlar. Həmçinin bəziləri deyiblər ki, spermatozoidin ovositə daxil olması ilə xüsusi kimyəvi maddə ifraz olur və o, digər spermatozoidləri qovur.
5\. Rüşeym içi qatı su ilə dolu olan böyük amnion kisəsinin içində olur. Bu kisə qarına dəyən zərbələrə və ananın qəfil sərt hərəkətlərinə qarşı dözümlüdür. Bundan əlavə, o, rüşeymi eyni qaydada isti saxlayır və kənarda baş verən hərarət dəyişikliyi ona tez təsir edə bilmir. Bunların hamısından maraqlısı budur ki, o, rüşeymi çəkisizlik halında saxlayır və onun bədən üzvlərinin bir-birinin üstünə çıxıb təzyiq göstərməsinin və birinin digərinə xəsarət yetirməsinin qarşısını alır.
6\. Rüşeymin qidalanması cift və göbək ciyəsi ilə təmin edilir. Yəni ananın qida maddələri və oksigenlə zəngin qanı ciftə, sonra da göbək ciyəsi vasitəsi ilə təmizlənərək ürəyə daxil olur, oradan digər bədən üzvlərinə yayılır.
Maraqlıdır ki, rüşeymin ürəyinin sol və sağ mədəciyi bir-birinə bağlı olur. Çünki rüşeym nəfəs almadığı üçün orada ağciyər vasitəsi ilə təmizlənmə də baş vermir. Amma o, dünyaya gələn kimi yarıqlar bir-birindən ayrılır və tənəffüs orqanı işə düşür.²⁰