Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Mürsəlat Surəsinin Ayələrinə Qayıt →
Əl-Mürsəlat Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Mursəlat surasi, 1-15-ci ayələr

Mursəlat surasi, 1-15-ci ayələr



بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيم


وَالْمُرْسَلَاتِعُرْفاً .۱


فَالْعَاصِفَاتِعَصْفاً.٢


وَالنَّاشِرَاتنَشْرًا .٣


فَالْفَارِقَاتِفَرْقاً .٤


فَالْمُلْقِيَاتذكراً .٥


عُذْرًاأَوْنُذراً .٦


إِنَّمَاتُوعَدُونَلَوَاقِعٌ.۷


فَإِذَاالنُّجُومُطُمسَتْ .٨


وَإِذَاالسَّمَاءِفُرِجَتْ.۹


وَإِذَاالْجِبَالُنُسفَتْ.١٠


وَإِذَاالرُّسُلُأُقّتَتْ .١١


لِأَيِّيَوْمٍأُجَّلَتْ .١٢


لِيَوْمِالْفَصْلِ.١٣


وَمَاأَدْرَاكَمَايَوْمُالْفَصْلِ.١٤


وَيْلٌيَوْمَئِذٍلِلْمُكَذِّبِينَ.١٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. And olsun dalbadal göndərilən mələklərə

2\. və iti külək kimi hərəkət edənlərə!

3\. And olsun (buludları) yayanlara,

4\. ayıranlara!

5\. And olsun ayıldıcı ayələri çatdıranlara –

6\. son xəbərdarlığı etmək və ya qorxutmaq üçün.

7\. Sizə (Qiyamət barədə) vəd edilən şey mütləq vaqe olacaqdır.

8\. Ulduzlar sönəcəyi zaman;

9\. Göy yarılacağı (planetlər bir-birindən uzaqlaşacağı) zaman;

10\. Dağlar yerindən qopduğu zaman;

11\. Peyğəmbərlərə (şahidlik etmək üçün) vaxt təyin olunacağı zaman—

12\. (deyiləcəkdir): “Verilmiş möhlət hansı günə qədərdir?”

13\. (Deyiləcəkdir): “(Haqqın batildən) ayırd ediləcəyi günədək!”

14\. Ayırd etmə gününün nə olduğunu sən haradan biləsən?

15\. Yalan sayanların o gün vay halina!

Ayələrin təfsiri



Allahın vədləri haqdır, onu yalan sayanların vay halına! Bu surənin əvvəlində beş ayədə beş and içilib və onların təfsiri barədə çox söz demək olar:

“And olsun dalbadal göndərilən mələklərə...”

“...və iti külək kimi hərəkət edənlərə!”

"And olsun (buludları) yayanlara..."

ayıranlara...

"And olsun ayıldıcı ayələri çatdıranlara...”

...son xəbərdarlığı etmək və ya qorxutmaq üçün”.

İndi görək mühüm məsələlərdən xəbər verən bu müxtəsər andların mənası nədir?

Burada üç məşhur təfsir var:

1\. Bu andların hamısı təbiət aləmində mühüm rol oynayan külək və tufanlara işarədir. Buna görə də ayələrin mənası belə olur:

And olsun dalbadal əsən küləklərə!

Vǝ and olsun şiddətlə hərəkət edən tufanlara!

And olsun buludları yayanlara və həyat mənbəyi olan yağış damcılarını buludların arasından quraqlıq olan ərazilərə yönləndirənlərə! And olsun buludları yağış yağandan sonra dağıdanlara!

And olsun bu işləri həyata keçirməklə insanların yadına Allahı salan küləklərə!

(Bəziləri (fǝl-asifati əsfa) ayəsini həyat mənbəyi olan küləklərin əksi olan əzab tufanlarına işarə hesab ediblər. Öz növ- bəsində o da bir xatırlama və ayılma amilidir.)

2\. Bu andların hamısı göydə olan mələklərə, yəni bir-birinin ardınca peyğəmbərlərə (və ya bəlli və məlum iş üçün) göndərilən mələklərə aiddir.

And olsun tufan kimi böyük sürətlə ona tapşırılan vəzifəni yerinə yetirməyə gedənlǝrǝ!

And olsun səma kitablarının ayələrini peyğəmbərlər qarşısında açıb-yayanlara!

Və bu əməli ilə haqqı batildən ayıranlara!

Və haqqın ayıldıcı ayə və göstərişlərini peyğəmbərlərə təlqin edənlərəǝ!

3\. Bir və ikinci andlar külək və tufanlara, üç, dörd və beşinci andlar isə haqqın ayələrinin mələklər vasitəsi ilə yayılmasına, haqqın batildən ayırd edilməsinə, son xəbərdarlığı etmək və ya qorxutmaq üçün Allahın ayıldıcı ayə və göstərişlərinin peyğəmbərlərə çatdırılmasına işarədir.

Üçüncü təfsiri bir neçə dəlil də təsdiqləyir:

Birincisi, bu iki qisim andlar ayənin ərəbcə orijinalında bir-birin- dən “vav” hərfi ilə ayrılıb, halbuki digər andlar bir-birinə “fa” hərfi ilə bağlanıb ki, bu da onların bir-birinə bağlı olmasının nişanəsidir.

İkincisi, bu andların hamısı yeddinci ayədə qeyd edilən məsələyə görə, yəni Qiyamət və məadın haqq olmasını bəyan etmək üçün içilib. Bildiyimiz kimi, Qiyamət astanasında aləmdə böyük dəyişiklik – güclü tufan və zəlzələlər, sarsıdıcı hadisələr baş verəcək. Digər tərəfdən, ilahi ədalət məhkəməsi qurulacaq. Orada mələklər insanların əməl dəftərlərini açıb ortaya qoyacaqlar və möminlərlə kafirlər bir-birindən ayrılacaq; mələklər Allahın bu barədəki hökmünü çatdıracaqlar.

Əgər qeyd edilən beş and bu təfsirlə izah edilsə, barəsində and içilən şeylə də uzlaşacaq. Sonuncu təfsir bu cəhətdən digər təfsirlərdən üstündür.

(fəl-mulqiyati zikra - ayıldıcı ayələri çatdıranlara) ifadəsindəki (zikr - ayıldıcı ayə) sözü ya peyğəmbərlərə təlqin edilən elmlərə, ya da onlara nazil olan ayələrə işarədir. Bildiyimiz kimi, Quran ayələrində Quranın özü barəsində “zikr” sözü işlədilib. “Hicr” surəsinin 6-cı ayəsində buyurulur:

وَقَالُوايَاأَيُّهَاالَّذِينُزِّلَعَلَيْهِالذِّكْرُإِنَّكَلَمَجْنُونٌ


"Dedilər: "Ey zikr nazil edilən şəxs! Həqiqətən, sən dəlisən”.

(əl-mulqiyat çatdıranlar) sözü cəmdədir, halbuki bildiyimiz kimi, vəhy mələyi, yəni Cəbrail təkdir. Bunun səbəbi, bəzi hədislərdə də qeyd edildiyi kimi, bəzən Quran ayələrini nazil edəndə Cəbraili mələklərdən ibarət böyük bir dəstənin müşayiət etməsidir. “Əbəsə" surəsinin 15-ci ayəsində buyurulur:

"Səfirlərin əlləri ilə".

بِأَيْدِيسَفَرَةٍ


Yəni Quran ayələri İslam Peyğəmbərinə (s) səfirlərin əlləri ilə nazil olub.

İndi görək bu andların içilmə səbəbi nədir? Sonrakı ayədə Qurani- məcid bu məsələyə aydınlıq gətirərək buyurur: “Sizə (Qiyamət barədə) vəd edilən şey mütləq vaqe olacaqdır”

(إِنَّمَاتُوعَدُونَلَوَاقِع)


Dirilmə, qəbirdən qaldırılma, savab, əzab, sorğu-sual və əməllərin qarşılığının verilməsi haqdır və onda əsla səkk-şübhə yoxdur.

Bəziləri də onu Allahın bütün vədlərinə – həm dünya, həm də axirətdə həm yaxşı, həm də pislərə verilmiş vədlərin hamısına işarə hesab ediblər. Amma sonrakı ayələrdən belə məlum olur ki, burada ancaq Qiyamət vədi nəzərdə tutulur.⁴

Düzdür, bu ayədə Qiyamət barəsində dəlil gətirilməyib və ancaq iddia ilə kifayətlənilib. Amma əvvəlki andlarda məadın dəlillərindən olan məsələyə toxunulub. Buna misal olaraq ölü torpağın yağış yağması ilə dirilməsini göstərmək olar. Bu, məad səhnəsini göz önündə canlandıran nümunələrdəndir.

Digər tərəfdən, peyğəmbərlərin göndərilməsi və onlara dini hökmlərin nazil edilməsi də məadın dəlillərindəndir. Çünki məad olmasa, onların heç bir mənası olmur. Bütün bunlar Qiyamət vədinin qəti olmasından xəbər verir.

Bunun bənzəri “Zariyat” surəsinin 23-cü ayəsində də var. Allah- taala buyurur:

فَوَرَبِّالسَّمَاءِوَالْأَرْضِإِنَّهُلَحَقٌّ


"Göyün və yerin Rəbbinə and olsun ki, bu, həqiqətdir”. Allahın yaradılış aləmini idarə etməsinə işarə olan “Rəbb” sifətinə and içilməsi Onun bəndələrini ruzisiz qoymamasını tələb edir.

Sonra Müqəddəs kitab vəd edilən həmin günün nişanələrinə işarə edərək buyurur: “Ulduzlar sönəcəyi zaman...”

“Göy yarılacağı (planetlər bir-birindən uzaqlaşacağı) zaman...

(وَإِذَاالسَّمَاءِفُرِجَتْ)


“Dağlar yerindən qopduğu zaman...”

(tumisǝt) sözünün kökü (təms) sözüdür və onun mənası hər hansı bir şeyin "nişanələrinin məhv və yox edilməsi”dir. Burada o, ulduzların nurunun yox olmasına və ya onların məhv olma- sına işarə ola bilər. Amma birinci təfsir daha münasibdir. "Tǝkvir" surəsinin 2-ci ayəsində Allah-taala buyurur:

وَإِذَاالنُّجُومُالكَدَرَتْ


"Ulduzların sönəcəyi zaman”.

(nusifət) sözünün kökü (nəsf) sözüdür və onun mənası hər hansı bir "dənli bitkini xəlbirə tökmək və qabığının ayrılması üçün silkələmək”dir. Burada o, dağların parçalanması və sonra küləyə sovrulması mənasındadır.

Ümumiyyətlə, Quran ayələrindən belə məlum olur ki, bu dünyanın sonunda bir sıra qorxulu hadisələr baş verəcək və onun quruluşu tam pozulacaq, onun yerini yeni quruluşlu axirət dünyası tutacaq.

Bu hadisələr o qədər heyrətamiz və qorxuludur ki, onları dil ilə heç cür təsvir etmək mümkün deyil. Məgər dağları yerindən qoparıb bir-birinə vuraraq toza, didilmiş yuna çevirən hadisələri dil ilə təsvir etmək olar?!

Təfsirçilərdən birinin dili ilə desək, bu hadisələr o qədər böyük olacaq ki, insanın şahidi olduğu ən böyük zəlzələ onun yanında uşaqların oynayanda partlatdığı fitilin atom bomasının yanında partlaması kimi olacaq.

Hər halda, Quranın işlətdiyi bu ifadələr axirət aləminin quruluşu ilə dünyanın quruluşu arasında böyük fərqin olmasından xəbər verir. Sonra Quran Qiyamət səhnəsinə işarə edir: "Peyğəmbərlərə (şahidlik etmək üçün) vaxt təyin olunacağı zaman...⁶

(وَإِذَاالرُّسُلُأُقْتَت)


فَلَنَسْأَلَنَّالَّذِينَأُرْسِلَإِلَيْهِمْوَلَنَسْأَلَنَّالْمُرْسَلِينَ


Həmçinin “Əraf” surəsinin 6-cı ayəsində buyurulur:

"Şübhəsiz ki, (həm) peyğəmbər göndərilən ümmətləri, (həm də) peyğəmbərlərin (özlərini) sorğu-suala çəkəcəyik”.

Daha sonra Müqəddəs kitab buyurur: “...(deyiləcəkdir): “Verilmiş möhlət hansı günə qədərdir?” ⁷

“(Deyiləcəkdir): “(Haqqın batildən) ayırd ediləcəyi günədək!”

(لِيَوْمِالْفَصْل)


Haqqın batildən, möminlərin kafirlərdən, yaxşı əməl sahiblərinin pis əməl sahiblərindən ayrılacağı və Allahın onların hamısı barəsində hökm çıxaracağı günə kimi!

Bu sual-cavab o böyük günün əzəmətini bəyan etmək məqsədi daşıyır. Həmin gün barəsindəki bu ifadə həqiqətən necə də dolğun ifadədir: "Ayırd etmə günü!"

Sonra Quran həmin günün əzəmətini bəyan etmək üçün buyurur: “Ayırd etmə gününün nə olduğunu sən haradan biləsən?”

Əgər Peyğəmbər (s) geniş elm və qeyb sirlərini müşahidə edəcək bəsirətə malik olmasına baxmayaraq, həmin günün əzəmətini tam dəqiqliyi ilə bilmirsə, başqalarından danışmağa dəyməz. Öncə də dəfələrlə qeyd etdiyimiz kimi, dünya qəfəsində həbs edilmiş bizlərin Qiyamətin bütün əzəmətli sirlərini dərk etməyimiz mümkün deyil; biz onun yalnız qaraltısını görür və ona iman gətiririk.

Sözügedən ayələrin sonuncusunda həmin günü yalan sayanlar ciddi təhdid edilirlər. Allah-taala buyurur: "Yalan sayanların o gün vay halına!”

(وَيْلٌيَوْمَئِذٍلِّلْمُكَذِّبِينَ)


(vəyl) sözünü bəziləri “məhv olmaq”, bəziləri “müxtəlif əzablar", bəziləri isə “Cəhənnəmin əzab dolu vadisi” mənasında təfsir ediblər. Bu söz adətən təəssüfləndirici hadisələr zamanı işlənir və burada Qiyaməti yalan sayanların həmin gündəki ağrılı əzabından xəbər verir.'

Burada "yalan sayanlar" deyəndə Qiyaməti yalan sayanlar nəzərdə tutulur. Bildiyimiz kimi, Qiyamətə, Allahın ədalət məhkəməsinə, hesab və cəzaya imanı olmayan şəxs rahatlıqla istədiyi günah, zülm və fəsadı edir. Amma həmin günə iman insana məsuliyyət, intizam, təqva və pəhrizkarlıq verir.

İncəlik:



Bu andların məzmunu

Sözügedən ayələrdə əvvəlcə külək və tufanlara and içilib. Bunun səbəbi onların yaradılış aləmində mühüm rol oynamasıdır. Onlar buludları hərəkətə gətirir, sonra onları quru və ölü ərazilərin üzərinə aparır, yağış yağandan sonra onları dağıdır.

Həmçinin onlar bitkilərin toxumlarını bir yerdən başqa bir yerə aparır, meşə və otlaqların yaranmasına səbəb olur, gül və meyvələrin çoxunu mayalandırır, isti və soyuq hava kütlələrini bir yerdən başqa bir yerə aparır, havanı tarazlaşdırır.

Onlar təmiz və oksigenli havanı əkin sahələri və səhralardan şəhərlərə, çirkli havanı təmizlənməsi üçün səhralara aparır; dənizlərin sularını təlatümə gətirir, onlarda yaşayan canlı varlıqlar üçün oksigenlə zənginləşdirir. Bəli, küləklərin dünyadakı rolu böyük və həyat əhəmiy- yətlidir.

Bu andların başqa bir hissəsində vəhyin mələklər vasitəsi ilə nazil olmasından danışılır. Vəhyin nazil olması məna aləmində maddi aləmdə küləyin əsməsinə bənzəyir. Mələklər vəhyin sözlərini yağış damcıları kimi peyğəmbərlərin qəlbinə endirir, qəlblərdə ilahi maarif çiçəkləri və meyvələri bitirirlər. Allah bu minvalla həm maddi aləmin, həm də məna aləminin tərbiyəçilərinə and içib.

Bu andların hamısı həmin səy və çalışqanlıqların bar verəcəyi günün - ayırd etmə günü olan Qiyamət gününün həqiqətlərini bəyan etmək üçündür.