Ən-Naziat Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Naziat surəsi, 1-5-ci ayələr
Naziat surəsi, 1-5-ci ayələr
بسم الله الرحمن الرحيم
وَالنَّازِعَاتِغَرْقًا .١
وَالنَّاشِطَاتنَشْطًا .٢
وَالسَّابِحَاتِ سَبْحًا .٣
فَالسَّابِقَاتِ سَبْقًا .٤
فَالْمُدَبِّرَاتأَمْرًا .٥
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə!
2\. And olsun (möminlərin canını) rahatlıqla, xoşluqla alan mələklərə!
3\. And olsun (Allahın əmrini icra etmək üçün) sürətlə hərəkət edən,
4\. Bir-biri ilə ötüşən,
5\. İşləri idarə edənlərə (mələklərə!)
Ayələrin təfsiri
Mələklərə and içmək
Bu ayələrdə beş əhəmiyyətli mövzuya görə and içilib və bu andlar Qiyamət gününün haqq olması və gerçəkdən baş verəcəyindən ötrü içilib. Bəhs etdiyimiz ayənin əvvəlində buyurulur: “And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə!"
"And olsun (möminlərin canını) rahatlıqla, xoşluqla alan mələklǝrǝ!"
(وَالنَّاشِطَاتنَشْطًا)
(وَالسَّابِحَاتِسَبْحًا)
"And olsun (Allahın əmrini icra etmək üçün) sürətlə hərəkət edən”
"Bir-biri ilə ötüşən”
“İşləri idarə edən mələklərə!”
Ayələrin təfsirinə varmazdan öncə ayədəki sözlərin lüğəvi mənasına diqqət yetirmək lazımdır.
(naziat) feili (nəzəə) sözündən alınmışdır, mənası isə "yerindən qopartmaq” və “çəkmək” deməkdir. Məsələn, yayı çəkib oxu atmaq. Bəzi hallarda bu feil mənəvi misallarda da işlənir, məsələn, kin-küdurətin və yaxud məhəbbətin qəlbdən qoparılıb atılması və s.³
(ğərəqə) feili lüğət alimlərindən əksəriyyətinin dediyinə görə, suda boğulmaq mənasındadır. Bəzi vaxt hansısa bir hadisə və bəlada çətinlik ilə üzləşmək mənasında da işlənir. (ğərq) ismi isə, "Lisanul-ǝrǝb" kitabının müəllifi İbn Mənzurun dediyinə görə, ismi- məsdərdir və (ǝğraq) mənasında işlənib. (əğraq) lüğətdə oxu uzağa atmaq üçün kamanın ipini sona qədər çəkməyə deyilir. Həmçinin hər bir işdə mübaliğə mənasında da işlənib. Bu izahdan belə bəlli olur ki, ayədə işlənən (ğərq) sözü boğulmaq mənasında deyil, əksinə, bir işi son mümkün həddinə qədər görməyə deyilir.⁴ (naşitat) feili" (nəşt) məsdərindən alınıb vəəslində, bu sözün mənası "asanlıqla açılan düyünlər" deməkdir. Çox da dərin olmayan, asanlıqla, bir hərəkətlə su çəkmək mümkün olan quyulara (ənşat) deyilir. Bir işarə ilə hərəkət edən dəvələrə (nəşitə) deyilir. Ümumilikdə isə hər bir asan görülən işlər üçün bu sözdən istifadə olunur. "Sabihat" feili (səbh) məsdərindən alınıb, mənası isə “suda və yaxud havada sürətli hərəkət etmək” deməkdir. Suda cəld üzməyə və yaxud hansısa cǝld bir hərəkətə "" (sǝbh) deyilir. (təsbih) sözünün özü də (səbh) məsdərindən alınıb və mənası “Allahı bütün eyiblərdən pak bilmək” deməkdir. Sanki, kim Allahı təsbih (zikr) edirsə, sürətlə Allaha doğru hərəkət edir. (sabiqat) feili "" (sibqət) məsdərindən alınıb və mənası “ötüşmək” deməkdir. Sürətli hərəkət olmadan ötüb keçmək mümkün olmadığı üçün bu sözü “sürət” mənasında da işlədiblər. (müdəbbirat) feili (tədbir) məsdərindən alınıb və mənası “bir işin sonunu düşünmək, fikirləşmək” deməkdir. Hər bir işin sonunu düşünməklə, doğru addım ataraq əldə olunan müsbət nəti- cəyə (tədbir) deyilir.
Ayədəki sözlərin lüğəvi mənaları bəlli oldu, indi isə ayələrin izahına və təfsirinə başlayırıq. İlk olaraq bu beş and insanı dərin fikirlərə qərq edərək düşünməyə vadar edir ki, görəsən, kimlərə və yaxud nələrə bu andlar içilib?
Təfsir alimləri bu ayələrin izahında müxtəlif fikirlər söyləmişlər vəəsasən, daha çox bu üç təfsirin üzərində dayanmışlar:
1\. Bu ayələrdə mələklərə and içilir. Həmin mələklər kafirlərəəzab verərək canlarını və ruhlarını bədənlərindən çəkib çıxartmağa məmur olunublar. Çünki bu canlar və ruhlar bir vaxtlar Haqqa təslim olmadılar. Həmin mələklər möminlərin canlarını rahatlıqla və xoşluqla almağa məmur olunublar.
Həmin mələklər ilahi əmrin icrasında cəld və sürətlə hərəkət edirlər. Həmin mələklər ilahi əmrin icrasında bir-biri ilə ötüşürlər. Nəhayət, həmin mələklərdir ki, Allahın əmri ilə dünyanın işlərini idarə edirlər.
2\. Bu ayələrdə bir üfüqdən digər üfüqə hərəkətdə olan göydəki ulduzlara and içilir.
Bu ulduzlardan bəziləri yavaş, bəziləri isə sürətlə hərəkətdədirlər. Hərəkətdə olan ulduzlar bir-biri ilə ötüşür.
Hərəkətdə olan ulduzlar (Yer kürəsinin fırlanması ilə, Ay və Günəşin dövr etməsilə) Allahın əmrilə dünyanın işlərini idarə edirlər. 3. Bu ayələrdə Allah yolunda evlərindən, vətənlərindən çıxan mücahidlərə və yaxud mücahidlərin atlarına and içilir.
Sonra aram və xoş əhval ruhiyyə ilə döyüş meydanlarında irəlilə- yirlər. Döyüş meydanlarında bir-biri ilə ötüşürlər. Döyüş işlərini idarə edirlər.
Bəzi təfsir alimləri bu ayələrin izahında müxtəlif təfsirlərdən isti- fadə etmişlər. Amma yuxarıda qeyd olunan üç təfsir ayələrin izahına daha yaxındır.⁵
Qeyd olunmuş üç təfsirin arasında heç bir ziddiyyət yoxdur və bu ayələri eyni zamanda hər üç təfsirə aid etmək olar. Ümumilikdə isə birinci təfsir aşağıda qeyd edəcəyimiz səbəblərə görə digərlərindən daha münasibdir:
a) Surənin ümumi məzmunu Qiyamət günündən bəhs edir.
b) Surənin başlanğıc ayələri ölümdən sonrakı həyat və Qiyamət mövzusu ilə üst-üstə düşür.
c) Surənin (işləri idarə edənlərə) ayəsinin mələklərə aid olması daha uyğundur. Çünki məhz mələklərdir ki, Allahın iznilə dünyanı idarə edirlər və bir an ilahi əmrin icrasında qəflətə varmırlar:
لَايَسْقُونَهُبِالْقَوْلِوَهُمبِأَمْرِهِيَعْمَلُونَ
"Ondan qabaq danışmazlar; (hər zaman) Onun əmrini yerinə yetirərlər."⁶
Xüsusilə ayədə “işlərin idarə olunması" heç bir qeyd-şərt olmadan açıq tərzdə bəyan olunub.
Həmçinin, Həzrət Peyğəmbərdən (s) və məsum imamlardan (ə) rəvayət olunmuş hədislər birinci təfsirin mənası ilə üst-üstə düşür.
Həzrət Əli (ə) "vənnaziati ğərqa" ayəsinin təfsirində belə buyurmuşdur: "Necə ki oxatanlar kamanın yayını şiddətlə sona qədər çəkərlər, mələklər də kafirlərin canlarını onlara əzab verərək şiddətlə alarlar.”⁷
Buna oxşar digar rəvayət وَالسَّابحات“ ”وَالنَّاشِطَات vəفَالْمُدَبِّرَات ayələrinin təfsirində Həzrət Peyğəmbərdən (s) nəql edilmişdir.
Ayənin təfsirini daha geniş mənada təsəvvür etmək olar, belə ki möminlərin və kafirlərin canlarının alinması bu mənanın bir hissəsi hesab olunur. Demək, ayələrdə içilən andlar mələklərə aiddir və ilahi əmrlərin mələklər tərəfindən icra olunması beş mərhələdə həyata keçirilir:
1-Düşünülmüş qəti qərara gəlmək
2- Aramla hərəkət etmək
3-Sürətlə hərəkət etmək
4- İşlərin icrasında bir-biri ilə ötüşmək
5-İşlərin idarə olunması
Möminlərin və kafirlərin canlarının alınması ilahi əmrlərdən biri hesab olunur və surənin sonrakı ayələri məadla bağlı olduğu üçün baş- lanğıcda bu mövzuya (canların alınması) işarə olunmuşdur.