Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Ənfal Surəsinin Ayələrinə Qayıt →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Ənfal surəsi, 1-ci ayə

Ənfal surəsi, 1-ci ayə



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


يَسْأَلُونَكَ عَنِ الْأَنْفَالِ قُلِ الْأَنْفَالُ لِلَّهِ وَالرَّسُولِ فَاتَّقُوا اللَّهَ وَأَصْلِحُوا ذَاتَ بَيْنِكُمْ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ .١


Ayənin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Səndən ǝnfal (qənimətlər, sahibi bəlli olmayan istənilən mal) haqqında soruşarlar. De: "Qənimətlər Allah və Peyğəmbərə məxsusdur. Buna görə də əgər imanınız varsa, Allahdan (Onun əmrindən çıxmaqdan) qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Peyğəmbərinə itaət edin!

Ayənin nazilolma səbəbi.



İbn Abbasdan belə nəql olunmuşdur: "Peyğəmbər (s) Bədr döyüşü günü döyüşçüləri təşviq etmək (ruhlandırmaq) üçün mükafatlar təyin etmişdi. Məsələn, buyurmuşdur ki, kim filankəsi əsir tutub mənim yanıma gətirərsə, filan mükafatı ona verəcəyəm. Bu ruhlandırma (onların canında alovlanan iman və cihad ruhundan əlavə) gənc əsgər- lərin sürətlə məqsədə doğru irəliləmələrinə səbəb oldu. Yaşlılar isə bayraqların altında dayanıb gözlədilər. Döyüş sona çatdıqdan sonra gənc döyüşçülər öz mükafatlarını almaq üçün Peyğəmbərin (s) yanına gəldilər. Bu zaman yaşlı döyüşçülər əldə olunmuş qənimətlərdə onların da paylarının olduğunu bildirib dedilər: “Çünki biz sizi dəstəkləyir və sizə ürək-dirək verirdik. İşiniz çətinliyə düşüb geri çəkilmək məcburiyyətində qalsaydınız, şübhəsiz, bizə doğru gələcəkdiniz." Bu zaman ǝnsardan olan iki nəfər arasında dartışma oldu və müharibə qənimətinin bölünməsi üstündə biri-biri ilə deyişdilər. Beləliklə, yuxarıda qeyd etdiyimiz (“Ənfal” surəsinin 1-ci ayəsi) ayə nazil oldu və açıq-aşkar (aydın bir şəkildə) qənimətin Peyğəmbərə məxsus olduğunu və onunla istədiyi kimi rəftar edə biləcəyini elan etdi.

Peyğəmbər döyüşdən əldə olunmuş bütün qənimətləri döyüşçülərin arasında bərabər şəkildə böldü və din qardaşlarının arasında münasibətlərin bərpa olunmasına əmr etdi.

Ayənin təfsiri.



İnsanlar arasında sülh yaratmaq.

Ayənin nazil olma səbəbində (şəni-nüzulunda) qeyd etdiyimiz kimi, ayə Bədr döyüşündən sonra nazil olmuş və müharibə qənimətləri haqqında söz açır. Ayə, ümümi qanun şəklində, İslamın geniş bir hök- münü bəyan edərək Peyğəmbərə buyurur: "Səndən ənfal (qənimətlər) haqqında soruşarlar”.

( يَسْأَلُونَكَ عَنِ الأَنفَالِ)


"De: “Qənimətlər Allah və Peyğəmbərə məxsusdur." "Allahdan (Onun əmrindən çıxmaqdan) qorxun, aranızdakı münasibətləri düzəldin və bir-biri ilə dalaşan din qardaşları barışsınlar."

"Buna görə də əgər imanınız varsa, Allaha və Peyğəmbərinə itaət edin!”

فَاتَّقُوا اللَّهَ وَأَصْلِحُوا ذَاتَ بِيْنِكُمْ


وَأَطِيعُواْ اللّهَ وَرَسُولَهُ إِن كُنتُم مُّؤْمِنِينَ


Yəni iman təkcə dildə deyildir, həqiqi iman bütün məsələlərdə Allah və Peyğəmbərin əmrinə qeyd-şərtsiz təslim olmaqdır. Yalnız müharibə qənimətlərində deyil, hər yerdə onların əmrinə hazır və göstərişinə tabe olmaq lazımdır.

İncəliklər.



1\. Ənfal nədir?

(ənfal) kəlməsi (nəfl) sözündən götürülmüş, mənası "çoxluq; artıqlıq” deməkdir. Müstəhəb namazlara da ona görə “nafilə” deyilir ki, onlar vacib namazlara əlavə edilir. Nəvəyə nafilə deyilməsinin səbəbi onun övladlara əlavə edilməsi ilə bağlıdır. (Naufǝl) daha çox bəxşiş verən adama deyilir. Döyüş qənimətlərinə "ənfal" deyilməsi döyüşdən sonra müəyyən əşyaların və malların sahibsiz qalaraq qalib gələn döyüşçülərin əlinə keçməsi ilə bağlıdır.

2\. Ümumi sərvətlər.

Bu ayə döyüş qənimətləri haqqında nazil olsa da, onun məzmunu ümumi bir hökmü ehtiva edir, bütün əlavə (sahibi bəlli olmayan) mallara şamil olunur. Bu səbəbdən də Əhli-beyt (ə) imamları tərəfindən bizə çatmış hədislərdə "ənfal"ın çox geniş məzmun ifadə etməsi ilə bağlı məlumat verildiyinə rast gəlirik

İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunmuş mötəbər rəvayətdə oxuyuruq:

# إِنّها ما أُخِذَ مِنْ دارِ الْحَرْبِ مِنْ غَيْرِ قتال كالّذِي انْجَلِي عَنْهَا أَهْلُها وَ هُوَ الْمُسَمِّي فَيْئاً وَ مِيراثُ مَنْ لا وارِثَ لَهُ وَ قَطَائِعُ الْمُلُوكِ إِذا لَمْ تَكُنْ مَغْضُوبَةٌ وَ الاجامُ وَ بُطُونُ لأَوْدِيَةِ وَ الْمَوَاتُ فَإِنَّهَا لِلهِ وَلِرَسُولِهِ وَ بَعْدَهُ لِمَنْ قامَ مَقامَهُ يَصْرِفُهُ حَيْثُ يَشَاءُ مِنْ مَصالِهِ و مصالح عياله


"Ənfal" döyüş meydanında savaşsız əldə olunan əşya və mala deyilir. Həmçinin əhalisi köçərək tərk edilmiş torpaqlar da “fǝy" adlanır. Miras vərəsəsi olmayan şəxsdir. Padşahların bağışladığı sahə, əmlak, meşəliklər, dərələr və xam torpaqların hamısı (qəsbi olmadığı və sahibi bilinmədiyi təqdirdə) ənfaldır. Ənfal Allaha, Onun Peyğəmbərinə (s) və Peyğəmbərdən (s) sonra onu əvəzləyəcək şəxsə məxsusdur və özünün məsləhət bildiyi kimi, idarə etdiyi insanların ehtiyacı olan yerdə istifadə edə bilər."

Yuxarıdakı hədis bütün qənimətlərə şamil olunmasa da, İmam Sadiqdən (ə) nəql olunmuş digər rəvayətdə oxuyuruq:

# إِنْ غَنَائِمَ بَدْرٍ كَانَتْ لِلنَّبِيِّ خاصةً فَقَسَمَها بَيْنَهُمْ تَفَضَّلاً مِنْهُ


“Bədr döyüşünün qənimətləri Peyğəmbərə məxsus idi. Lakin onu bəxşiş olaraq döyüşçülərin arasında (bərabər şəkildə) böldü.”

Qeyd olunanlardan belə aydın olur ki, "ǝnfal"ın əsas məfhumu təkcə müharibə qənimətlərini deyil, həm də müəyyən maliki (sahibi) olmayan bütün əmlakı (mal və əşyaları) əhatə edir və onların hamısı Allaha, Peyğəmbərə və onun canişininə məxsusdur. Başqa sözlə desək, onların hamısı İslam hakimiyyətinə aiddir və müsəlmanların umumi işlərində istifadə olunmalıdır. Lakin müharibə qənimətləri və döyüş nəticəsində əsgərlərin əlinə keçən daşınan əmlakın, İslam qanununa əsasən, beşdə dördü döyüşçüləri ruhlandırmaq və onların müəyyən çətinliklərinin aradan qaldırılması məqsədi ilə döyüşçülərin arasında bölünür və yalnız beşdə bir hissəsi xüms ünvanında "Ənfal” surəsinin 41-ci ayəsinin təfsirində deyiləcək yerlərdə istifadə olunmalıdır.

Beləliklə, qənimət də ənfalın ümumi məfhumunda yer almışdır və əslində, İslam hakimiyyətinin mülkü hesab olunur. Onun beşdə dördünün döyüşçülər arasında bölünməsi bir növ bəxşişdir.

3\. Bu ayə xüms ayəsi ilə ziddiyyət təşkil etmir.

Belə bir təsəvvür yarana bilər ki, yuxarıdakı ayə (döyüş qənimətlərini də əhatə etdiyinə görə) “Ənfal" surəsinin 41-ci ayəsi ilə ziddiyyət təşkil edir. Çünki həmin ayənin də məfhumuna əsasən, qənimətin beşdə dördü döyüşçülər arasında bölünməlidir. Lakin yuxarıda qeyd olunanları nəzərə aldıqda aydın olur ki, döyüş qənimətləri, əslində, Allaha və Peyğəmbərə (s) məxsusdur. Əgər onun beşdə dördü döyüşçülər arasında bölünürsə, bəxşiş olaraq bölünür.

4\. İxtilafın kökünü kəsmək.

Ayənin nazilolma səbəbində oxuduğumuz kimi, Bədr döyüşündən sonra qənimətlərin bölüşdürülməsi müsəlmanlar arasında mübahisəyə səbəb olmuşdur. Müsəlmanların arasında yaranmış bu mübahisənin kökü qənimət olduğundan, əvvəlcə “qənimət" məsələsinə aydınlıq gətirildi və bildirildi ki, əldə olunmuş qənimət Allah və peyğəmbərinə aid olduğundan onun bölgüsü də Allahın və Peyğəmbərin (s) əlindədir. Daha sonra müsəlmanların və bir-biri ilə mübahisə edənlərin barışmasına əmr edilmişdir. Sülh, bir-biri ilə anlaşma, kin-küdurəti aradan qaldırmaq, düşmənçilikləri dostluqlarla əvəz etmək İslamın ən mühüm proqramlarından biridir.

(Zat) hər bir şeyin xilqət, təməl və əsasına deyilir. (beynə) iki şəxsin, yaxud iki şeyin arasında bağlılığa deyilir. Deməli, (islahu zatul-beyn) dedikdə, əlaqələrin kökünün düzəldilməsi, gücləndirilməsi, möhkəmləndirilməsi və ixtilaf amillərinin aradan qaldırılması nəzərdə tutulur. İslam təlimlərində bu mövzuya ən yüksək ibadətlərdən sayılacaq qədər böyük əhəmiyyət verilmişdir. Möminlərin əmiri İmam Əli (ə) şəhadət yatağında son vəsiyyətlərini edərkən övladlarına belə buyurmuşdur:

# إِنِّي سَمِعْتُ جَدَكُما رَسُولَ اللَّهِ يَقُولُ إِصلاحُ ذَاتِ الْبَيْنِ


# أَفْضَلُ مِنْ عَامَّةِ الصَّلوةِ وَ الصّيامِ


Babanız Peyğəmbər buyururdu: "İnsanlar arasındakı münasibətləri düzəltmək, bütün (müstəhəb) namaz və oruclardan üstündür”. “Kafi” kitabında İmam Sadiqdən (ə) nəql olunmuşdur:

# صَدَقَةٌ يُحِبّها اللهُ إِصْلاحَ بَيْنَ النَّاسِ إِذا تَفاسَدُوا وَ تَقارُبٌ إِذا تَباعَدُوا


“İnsanların arasındakı pozulmuş münasibəti düzəltmək və bir-birindən uzaqlaşmış (ayrılmış) insanları yaxınlaşdırmaq (barışdırmaq) Allahın ən çox sevdiyi sədəqədir.

Yenə də "Kafi” kitabında nəql olunmuşdur ki, İmam Sadiq (ə) Müfəzzələ buyurdu:

# إِذا رَأَيْتَ بَيْنَ اثْنَيْنِ مِنْ شِيعَتِنا مُنازَعَةً فَافْتَدِها مِنْ مالي


“Bizim şiələrimizdən ikisinin arasında (maliyyə məsələsinə görə) mübahisə yarandığını gördükdə mənim pulumdan onlara ödə (və barışdır.)"

Bir gün Müfəzzəl irs (miras) məsələsinə görə iki nəfərin bir-biri ilə mübahisə etdiyini gördü. Müfəzzəl onları öz evinə dəvət edib aralarında münaqişəyə səbəb olan dörd yüz dirhəmi ödədi və mübahisəyə son qoyub dedi: "Bilməlisiniz ki, bu pul mənim şəxsi büdcəmdən deyil. İmam Sadiq (ə) bu kimi ixtilaflı məsələlərin həlli üçün özünün məndə olan vəsaitindən istifadə edib dostları arasında sülh və barışıq yaratmağıma göstəriş verib.