Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ət-Təkvir Surəsinin Ayələrinə Qayıt →
Ət-Təkvir Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Təkvir surəsi, 1-9-cu ayələr

Təkvir surəsi, 1-9-cu ayələr



بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحيم


إِذَاالشَّمْسُكُوِّرَت.۱


وَإِذَاالنُّجُومُانكَدَرَتْ. ۲


وَإِذَاالْجِبَالُسُيِّرَت ٣


وَإِذَاالْعِشَارُعُطَّلَتْ.


وَإِذَاالْوُحُوسُحُشِرَتْ. ٥


وَإِذَاالْبِحَارُسُجِّرَتْ . ٦


وَإِذَاالنُّفُوسُزُوِّجَتْ. ۷


وَإِذَاالْمَوْوُودَةُسُلَتْ.۸


بِأَيِّذَنبٍقُتِلَتْ.


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Günəşin büküləcəyi zaman,

2\. Ulduzların sönəcəyi zaman,

3\. Dağların hərəkətə gətiriləcəyi zaman,

4\. Ən qiymətli malların unudulacağı zaman,

5\. Vəhşi heyvanların bir yerə toplanılacağı zaman,

6\. Dənizlərin alovlanacağı zaman,

7\. Hər kəsin öz tayına qovuşdurulacağı zaman,

8\. Diri-diri basdırılmış qız uşağı haqqında soruşulacağı zaman -

9\. Hansı günaha görə öldürülmüşdür?!

Ayələrin təfsiri



Kainat dəftərinin bağlandığı gün

Bu surənin başlanğıcında qeyd etdiyimiz kimi, dünyanın sonu yaxınlaşarkən baş verəcək həyəcanlı və qorxulu hadisələrdən bəhs olu- nur. Qiyamət gününün başlanğıcı ilə insanı heyrətəngiz hadisələrdən xəbərdar edir. Ümumilikdə bu hadisələrdən səkkizi bu surədə qeyd olunub.

إذَاالشَّمْسُكُوِّرَتْ


Günəşin büküləcəyi zaman“

(kuvvirət) feili (təkvir) məsdərindən alınıb, mənası isə "bükmək" deməkdir. Bəzi lüğət kitablarında bu sözü “qaranlıq olma” mənasında da işlədiblər. Hər iki məna ayənin məfhumu ilə uyğun gəlir. Yəni Günəş nurunun bükülməsi ilə dünyanın qaranlığa qərq olmasına işarə olunur. Günəşin kürə şəklində və təsəvvürolunmaz dərəcədə qızmar və isti olması hamıya bəllidir. Günəşdəki maddələr sıxılmış qaz halına düşərək hündürlüyü yüz min km-lərlə məsafədə alov şəklində yanır. Əgər Yer kürəsi Günəşə yaxın məsafədə qərar tutsaydı, bir anda yanıb kül olmaqla qaz halına düşərdi. Amma Qiyamət günü baş verdikdə Günəşin istiliyi azalacaq, şüaları sönəcək, həcmi kiçiləcək və nur saçması aradan gedəcək. Bütün bu mərhələlərə (təkvir) deyilir. Günəş nurunun getdikcə azalmasını bugünkü elmlər də artıq sübut etməkdədir.

“Lisanul-ərəb” kitabında “Günəşin bükülməsi” belə izah olunub:

# كُوِّرَتِالشَّمْسُجُمِعَضَوْءُهاوَلُنَّكَمَاتُلَفُالْعِمامَةُ


"Çalma (əmmamə) büküldüyü kimi, Günəşin də nuru yığılaraq büküləcək."

Sonra isə buyurulur: “Ulduzların sönəcəyi zaman”

(inkədərət) feili (inkidar) məsdərindən alınıb, mənası isə "pərakəndə olmaq”, “sönmək”, “süqut etmək” deməkdir. Sözün əsl kökü isə (kudurət) məsdəridir və mənası “zülmət”, “qaranlıq" deməkdir. Ayənin təfsirində hər iki mənadan istifadə etmək olar. Çünki Qiyamət baş verdikdə ulduzlar həm nurunu itirməklə qaranlığa qərq olacaq, həm də səpələnib töküləcək. “İnfitar” surəsinin 2-ci ayəsində oxuyuruq:

وَإِذَاالْكَوَاكِبُانتَثَرَتْ


"Ulduzların səpələnib töküləcəyi zaman” "Mursǝlat" surəsinin 8-ci ayəsində buyurulur:

فَإِذَاالنُّجُومُطُمسَتْ


“Ulduzlar sönəcəyi zaman”

Qiyamətin üçüncü əlaməti haqqında buyurulur: "Dağların hərəkətaə gətiriləcəyi zaman”

(وَإِذَاالْجِبَالُسُيِّرَتْ)


Keçən bəhslərdə qeyd etmişdik və Quranın da ayələrindən bəlli olduğu kimi, Qiyamət baş verərkən dağlar müxtəlif dəyişkənliklərə məruz qalacaq. İlkin mərhələdə dağlar yerindən tərpənəcək, sonuncu mərhələdə isə dağlar ələnərək toz halına düşəcək.⁶

Qiyamətin dördüncü əlaməti budur: "Ən qiymətli malların unudulacağı zaman”

(وَإِذَاالْعِشَارُعُطَّلت)


(işar) sözü (işra) kökündən alınıb, sözün əsl mənasına gəldikdə isə balasını dünyaya gətirməyə hazırlaşan on aylıq hamilə dəvəyə (işar) deyilir. Bu ayə nazil olan zaman ərəblər arasında belə bir dəvə ən qiymətli sərvət hesab olunurdu.

(uttilǝt) feili “تعطيل” məsdərindən alınıb, mənası isə “sürünün çobansız başsız buraxılması” deməkdir. Ayənin təfsiri bundan ibarətdir ki, Qiyamətin dəhşətindən hər bir insan öz nəfis və qiymətli mal-dövlətini unudacaq.

Mərhum Təbərsi “Məcməül-bəyan” təfsirində yazır: Bəzi alimlər (işar) sözünü “bulud”, (uttilət) feilini isə “yağış” mənasına təfsir ediblər. Yəni elə bir gündə buludlar göy üzündə görünəcək, amma yağış yağmayacaq.” (Ola bilər ki, dağların toz halına düşməsi nəticəsində belə buludlar əmələ gəlmiş olsun.)

Təbərsi deyir: (işar) sözünün “bulud" mənasında işlənməsinə ərəb dilində və lüğətində rast gəlinməyib."

Turǝyhi "Məcməül-bəhreyn" kitabında (işar) sözünün mənasında belə deyir: "Hamilə dəvələrə (işar) deyilir. Ümumiyyətlə, dolu olan hər bir şeyə (işar) deyilir. Ola bilsin ki, buludlara da yağışla dolu olduğu üçün (işar) deyilir. Amma ola da bilər ki, Qiyamət günü buludlar dolu olmasın, yəni yağışsız olsun.”

Bəzi alimlər də (işar) sözünü “evlər”, “əkin sahələri” mənasına təfsir ediblər. Qiyamət günü bütün evlər və əkin sahələri öz sahiblərini itirəcəkdir.

Birinci təfsir ayənin mənası ilə daha uyğun gəlir.

Bu ayədə isə Qiyamətin beşinci əlamətinə işarə olunur: “Vəhşi heyvanların bir yerə toplanılacağı zaman”

(وَإِذَاالْوُحُوسُحُشِرَتْ)


Adi halda heyvanlar meşələrdə və səhralarda bir-birindən uzaq gəzir. Hətta vəhşi hevanlar bir-birindən qorxub qaçır. Amma Qiyamətin baş verəcəyi o dəhşətli anlarda vəhşi heyvanlar da bir yerə toplanacaq və aralarındakı qorxu-hürkünü unudacaqlar. Başqa bir təbirlə desək, yəni Qiyamətin dəhşətli səhnələri vəhşi heyvanlardan onlara xas olan xüsusiyyəti alacaqsa, gör insanlar nə hala düşəcəklər?! Təfsir alimlərin- dən bəziləri isə ayənin təfsirində belə demişlər: Qiyamət günü hey- vanlar da məhşərə gələcək. Çünki heyvanlar aləmində də heyvanlara məxsus qayda-qanunlar və məsuliyyətlər var. Zülm edən heyvanlardan qisas alınacaq. Uca və əzəmətli Allah “Ənam” surəsinin 38-ci ayəsində buyurur:

وَمَامن


دَابَّةٍفِيالأَرْضِوَلاَطَائِرٍيَطِيرُبِجَنَاحَيْهِإِلَّاأُمَمٌأَمْثَالُكُممَّافَرَّطْنَافِي


الكتابِمِنشَيْءٍثُمَّإِلَىرَبِّهِمْيُحْشَرُونَ


"Yerdə gəzən elə bir canlı, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar Rəblərinin hüzuruna toplanacaqlar."

Heyvanların Qiyamət günü məhşərə gəlməsi barəsində “Ənam” surəsi 38-ci ayənin təfsirində ətraflı bəhs olunub.

Sözügedən ayələrdə dünyanın vahiməli sonu və axirətin başlanğıcından bəhs olunduğu üçün birinci təfsir bəhsimizin məzmunu ilə daha münasibdir.

Qiyamətin altıncı əlaməti bundan ibarətdir: “Dənizlərin alovlanacağı zaman”

(وَإِذَاالْبحَارُسُجِّرَتْ)


(succirət) feili (təscir) feilindən alınıb, mənası “odu alovlandırmaq" deməkdir. Əgər keçmişdə bu ayənin təfsiri alimlərdə təəccüb hissi yaradırdısa, müasir zamanda təəccüblənməyə əsas yoxdur. Çünki hamıya bəllidir ki, suyun tərkib hissəsi hidrogen və oksigen elementləridir. Hər iki element alovlanma xüsusiyyətinə malikdir. Ola bilsin ki, Qiyamət baş verən anlarda dənizlərin suları yaranmış sıxlıq nəticəsində alovlansın. Bəzi alimlər (succirət) feilini “dolmaq” mənasına təfsir ediblər. Məsələn, ərəb dilində od-alov dolu təndirə (musəccər) deyilir. Yəni Qiyamətin başlanğıcında dağlar ovulub daş- torpaq halında və yaxud göydən yağan daşlar dənizlərə töküləcək və dəniz sularının daşması nəticəsində hər yer suya qərq olacaq.

Qiyamətin yeddinci əlaməti haqqında belə buyurulur: “Hər kəsin öz tayına qovuşdurulacağı zaman,”

Mömin kəs möminlə, kafir kəs kafirlə, yaxşı yaxşı ilə, pis pis ilə qovuşacaq. Bu məsələ bu dünyada isə tam fərqlidir. Belə ki mömin kəsin qonşusu kafirdir, əməli-saleh insanın həyat yoldaşı fasiq ola bilər. Qiyamət isə ayrılıq günüdür, yaxşılar pislərdən, möminlər qeyri- möminlərdən ayrılacaq. Bu ayənin təfsirində digər bir nəzəriyyə də qeyd ediblər: Ruhlar bədənlərinə qayıdacaq və yaxud Behişt əhli hurilərə, Cəhənnəm əhli isə şeytanlara qovuşacaq. Hər bir insan öz dostuna və yaxud hər bir insan öz əməllərinə qovuşacaq. Amma birinci təfsir ayənin məna və məfhumu ilə daha uyğun gəlir və “Vaqiə” surəsinin 7- 11-ci ayələri bu fikri təsdiq edir:

وَكُنتُمْأَزْوَاجًاثَلَاثَةٌ. فَأَصْحَابُالْمَيْمَنَةِمَاأَصْحَابُالْمَيْمَنَةِ. وَأَصْحَابُالْمَسْأَمَةِمَا


أَصْحَابُالْمَسْأَمَةِ. وَالسَّابِقُونَالسَّابِقُونَ. أُوْلَئِكَالْمُقَرَّبُونَ.


"Siz üç dəstəyə ayrılacaqsınız. (Birinci dəstə:) Xöşbəxtlər. Onlar necə də xoşbəxtdirlər! (İkinci dəstə:) Bədbəxtlər. Onlar necə də bədbəxtdirlər! (Üçüncü dəstə:) Öndə gedənlər, öndədirlər! Onlar (Allaha) yaxın olanlar"

Qiyamətin altı əlaməti bəyan olduqdan sonra, yeddinci əlamətində insanların öz taylarına qovuşması bəyan olunur.

Qiyamətin səkkizinci əlaməti isə bundan ibarətdir: “Diri-diri basdırılmış qız uşağı haqqında soruşulacağı zaman

(وَإِذَاالْمَوْؤُودَةُسُئِلَتْ)


“Hansı günaha görə öldürülmüşdür?!”

(məvudə) sözü (vəd) məsdərindən alınıb, mənası "diri-diri torpağa dəfn olunmuş qız” deməkdir. Bəzi alimlər bu sözün "ağırlıq" mənasında olduğunu demişlər. Yəni cahiliyyət dövründə qız uşaqları diri-diri torpağa basdırıldıqda torpağın ağırlığı nəticəsində canlarını tapşırırdılar. Bəzi hədislərdə ayənin təfsirinə “qohumluq əlaqə- lərini kəsmək”, “Əhli-beytə (ə) qarşı məhəbbəti kəsmək” kimi izahlar da verilmişdir. İmam Muhəmməd Baqir (ə) sözügedən ayənin izahında buyurmuşdur:

# مَنْقُتِلَفِيمَوَدَّتِنا


"(Bu ayə) bizlərə olan dostluq və məhəbbətlərinə görə öldürülən şəxslərə aiddir."⁷

Digər bir hədisdə isə buyurmuşdur:

"Bu ayəni təsdiq və bəyan edən digər bir ayə “qurba” ayəsidir:

قُللَّاأَسْأَلُكُمْعَلَيْهِأَجْرًاإِلَّاالْمَوَدَّةَفِيالْقُرْبَى


"De: "Mən sizdən peyğəmbərliyimin əvəzində qohumlarıma (Əhli- beytimə) sevgidən başqa bir mükafat istəmirəm”⁸-⁹

İncəliklər:



1.Qız uşaqlarını diri-diri torpağa basdırmaq



Ərəblərin cahiliyyət dövründə ən vəhşi və qəddar əməllərindən biri də qız uşaqlarını diri-diri torpağa basdırmaq idi. Qurani-Kərimin ayələrində də dəfələrlə bu məsələyə işarə olunub. Bəzilərinə görə, bu cinayət ərəb qəbilələrinin hamısında icra olunmayıb, yalnız “Kində” qəbiləsində (və bəzi qəbilələrdə) qız uşaqlarını diri-diri torpağa basdı- rırdılar. Bununla belə, nadir hallarda təsadüf ediləsi məsələ deyil, əks təqdirdə Qurani-Kərimdə dəfələrlə təkidlə bu məsələyə işarə olunmazdı. Digər bir tərəfdən, bu əməl o qədər amansız və qorxulu bir cinayətdir ki, nadir hallarda baş versə belə, qarşısı alınmalı bir məsələdir.

Təfsir alimləri yazırlar: İslamdan öncə cahiliyyət dövründə ərəb kişilər hamilə qadınlarının doğuş əsnasında quyu qazıb hazır vəziyyətdə dayanardılar. Dünyaya gələn uşaq qız olsaydı, dərhal onu quyuya atıb basdırardılar, əgər oğlan uşağı olsaydı, saxlayardılar. Cahiliyyət dövrünün şairlərindən biri fəxr edərək öz şeirində belə demişdir:

# وَالْقَبْرُصَهْرٌضَامِنٌذَمِيْتُسَمَّيْتُهاإِذاوُلِدَتْتَمُوتُ


"Yeni doğulmuş qız uşağını “Təmut” (ölü) adlandırdım, qəbrini (uşağı qucağına aldığı üçün) yeznəm adlandırdım.”¹⁰

Cahiliyyət dövrünün ərəbləri bir neçə səbəbə görə bu cinayətə əl atmışlar:

\- Qadınlara insan kimi dəyər vermirdilər.

\- Cəmiyyətdə hökm sürən fəqir və yoxsulluq. Xüsusilə o dövrdə qız uşaqları oğlan uşaqları kimi yol kəsib qarət etməklə gəlir gətirə bilmirdi.

\- Qız uşaqlarının qəbilələrarası baş verən döyüşlərdə əsir alınaraq namuslarına ləkə gəlməsindən ehtiyat edirdilər.

Bəli, bir neçə əsassız və məntiqsiz səbəblərə görə qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Əfsuslar olsun ki, o dövrün cahiliyyət əməlləri müasir dövrümüzdə də davam etməkdədir. Bir çox ölkələrdə hamilə qadınları abort etdirməklə bu cinayətə mürtəkib olurlar. Əgər o dövrün cahil ərəbi uşağı doğulduqdan sonra məhv edirdisə, indi ana bətnində, doğulmamış uşağı məhv edirlər.

Bu haqda daha ətraflı 11-cilddə “Nəhl” surəsinin 59-cu ayəsində məlumat verilmişdir.

2\. Qurani-Kərimdə bu məsələ bəyənilməyərək, olduqca çox tənqid edilmişdir. Hətta bu cinayət sözügedən surədə “Qiyamətdə insanların əməl dəftərləri” məsələsindən öncə bəyan olunmuşdur. Bu isə İslam dininin insana, xüsusilə günahsız insanlara hədsiz ehtiramla yanaşma- sının bariz nümunəsidir. Həmçinin İslam dininin qadına verdiyi dəyər və hörmətin bəyanıdır.

3\. Ayədən də bəlli olduğu kimi, bu cinayətin qatillərindən sual olunmur. Sanki qətlə yetirilmiş qız uşaqlarından hansı günaha görə öldürüldükləri sual olunur. Cinayətkar qatillərdən sual soruşmağa belə ləyaqətləri yoxdur. Qətlə yetirilmiş günahsızların şəhadət vermələri yetərlidir.