Əl-Büruc Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Buruc surəsi, 1-9-cu ayələr
Buruc surəsi, 1-9-cu ayələr
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم
وَالسَّمَاءِذَاتِالْبُرُوحِ .١
وَالْيَوْمِالْمَوْعُودِ .٢
وَشَاهِدوَمَشْهُود .٣
قُتِلَأَصْحَابُالْأَخْدُودِ .٤
النَّارِذَاتِالْوَقُودِ .٥
إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ .٦
وَهُمْعَلَىمَايَفْعَلُونَبِالْمُؤْمِنِينَشُهُودٌ .٧
وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ .٨
الَّذِيلَهُمُلْكُالسَّمَاوَاتِوَالْأَرْضِوَاللَّهُعَلَىكُلِّشَيْءٍشَهِيدٌ .٩
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. And olsun bürclü göyə!
2\. And olsun vədə verilmiş günə!
3\. And olsun şahidlik edənə və edilənə!
4\. Ölüm olsun işgəncə verən xəndək (od xəndəyi) sahiblərinə!
5\. Böyük və şölələnən bir od!
6\. Onlar xəndəyin kənarında oturub,
7\. (soyuqqanlı və daşürəkliklə) möminlərə etdiklərinə tamaşa edirdilər.
8\. Onlardan yalnız qüdrətli, tərifəlayiq Allaha iman gətirdik- lərinə görə intiqam alırdılar.
9\. Halbuki göylərin və yerin hakimiyyəti Ona məxsusdur. Allah hər şeyə şahiddir.
Ayələrin təfsiri.
Möminlər alovlu kürələrin müqabilində.
İslam dini yeni zühur etdiyi dövrlərdə müsəlmanlar Məkkədə amansız işkəncələrə məruz qalıblar. Bu surə kafirlərə etdikləri aman- sız rəftarlarına görə xəbərdarlıq edir və onlara keçmiş zalımların acı sonluqlarını xatırladır. Digər bir tərəfdən, müsəlmanlara təsəlli olmaqla yanaşı, onlarda böyük ruh yüksəkliyi yaradır. Bu surə tarix boyu müsəlmanlara ibrət dərsi olmuşdur.
Surənin əvvəlində buyurulur: "And olsun bürclü göyə!”
ذَاتِالْبُرُوحِ
(buruc) sözünün mənası “qəsr-imarət” deməkdir. Bəziləri isə bir şeyin aşkarda görünməsinə də (buruc) deyiblər. Hündür mərtəbəli qəsr və imarətlər uzaqdan göründüyü üçün (buruc) adlanır. Qadın zinət əşyalarını aşkar etdikdə deyilir: (təbər-rəcətil mərǝtu)
Səma bürcləri dedikdə göydəki ulduzlar və yaxud ulduzlara bənzər planetlər nəzərdə tutulur. Bürclərin 12 olması da² buna görədir ki, Günəş il ərzində hər ay bu bürclərdən biri üzərində dayanır. (Qeyd etmək lazımdır ki, Günəş hərəkət etmir, Yer kürəsi Günəşin ətrafına fırlanır.)
Əgər ayədə yuxarıda deyilənlərdən birinə and içilirsə, deməli, həmin şeyin əzəmətini bildirir. Düzdür, ayə nazil olan zaman ərəblər and içilən şeyin əzəmətini dərk edə bilməzdilər. Amma müasir dövrdə göydəki ulduzların əsrarəngiz sirləri zaman keçdikcə kəşf olunmaqdadır.
Hədislərin birində belə rəvayət olunur:
"Həzrət Peyğəmbərdən (s) bu ayənin təfsirini soruşduqda buyurdu: “Buruc" ulduzlar deməkdir.”³
"And olsun vədə verilmiş günə!"
Bu, həmin gündür ki, bütün peyğəmbərlər (ə) və Quranın yüzlərlə ayəsi bu gün haqqında xəbər veriblər. İlk insandan tutmuş sonuncu insana kimi, bütün məxluqların hesab-kitab verəcəyi gün.
Üçüncü və dördüncü andlarda Uca və Əzəmətli Allah buyurur: “And olsun şahidlik edənə və edilənə!”
"Şahidlik edən və edilən" ayəsinin izahına 30-dan çox təfsir verilib. Biz onlardan ən əhəmiyyətli bir neçəsini qeyd edirik:
1- "Şahidlik edən” Həzrət Peyğəmbərin (s) özüdür. Qurani-Kərim bu haqda buyurur:
يَاأَيُّهَاالنَّبِيُّإِنَّاأَرْسَلْنَاكَشَاهِدًاوَمُبَشِّرًاوَنَذِيرًا
“Ey Peyğəmbər! Biz səni şahid, müjdəçi və qorxudan göndərdik.”⁴ Said "Şahidlik edilən" isə Qiyamət günüdür. Qurani-Kərim bu haqda buyurur:
ذَلكَيَوْمٌمَّجْمُوعٌلَّهُالنَّاسُوَذَلكَيَوْمٌمَّشْهُودٌ
"Bu, insanların bir yerə toplanacağı və hamının ona (Qiyamətə) şahid olacağı bir gündür."⁵
2- "Şahidlik edən” Qiyamət günü insanın əməllərinə şəhadət verən bədən üzvləridir:
يَوْمَتَشْهَدُعَلَيْهِمْأَلْسِنَتُهُمْوَأَيْدِيهِمْوَأَرْجُلُهُمبِمَاكَانُوايَعْمَلُونَ
"Həmin gün dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.”⁶
"Şahidlik edilən” isə insanlar və onların əməlləridir.
3- "Şahidlik edən” “Cümə” günüdür. Əhəmiyyətli bir gündə namaz üçün cəm olan müsəlmanlara şahidlik edir. “Şahidlik edilən” isə “Ərəfə” günüdür. Allah evinin zəvvarları belə bir günə şəhadət verəcəklər. Bu təfsir Həzrət Peyğəmbərdən (s), İmam Muhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqdən (ə) rəvayət olunmuşdur.⁷
4- "Şahidlik edən" "Qurban" bayramı, "Şahidlik edilən" isə “Ərəfə” günüdür.
Hədislərin birində belə rəvayət olunur:
Bir nəfər "Məscidün-nəbi"yə daxil oldu və bir nəfərin Həzrət Peyğəmbərdən (s) hədis söylədiyini gördü. Həmin adamdan bu ayənin (Buruc surəsi, 3-cü ayə) təfsirini soruşdu. O dedi ki, “şahidlik edən” cümə günü, “şahidlik edilən" isə Ərəfə günüdür.
Digər bir nəfərə rast gəldim, o da Həzrət Peyğəmbərdən (s) hədis nəql edirdi. Həmin adamdan bu ayənin təfsirini soruşdum. Cavabında dedi ki, “şahidlik edən” cümə günü, “şahidlik edilən" isə Qurban bay- ramıdır. Həmin adamdan ayrılıb gözəl simalı yeniyetməyə yaxınlaşdım. Həmin cavan da Həzrət Peyğəmbərdən (s) hədis nəql edirdi. Ondan da bu ayənin təfsirini soruşdum. Cavabında mənə dedi: "Şahidlik edən” Muhəmməd (s) Peyğəmbərdir, “şahidlik edilən” isə Qiyamət günüdür. Məgər eşitməmisənmi Allah buyurub:
يَاأَيُّهَاالنَّبِيُّإِنَّاأَرْسَلْنَاكَشَاهِدًاوَمُبَشِّرًاوَنَذِيرًا
“Ey Peyğəmbər! Biz səni şahid, müjdəçi və qorxudan göndərdik.”⁸
ذَلِكَيَوْمٌمَّجْمُوعٌلَّهُالنَّاسُوَذَلكَيَوْمٌمَّشْهُودٌ
“Bu, insanların bir yerə toplanacağı və hamının ona (Qiyamətə) şahid olacağı bir gündür.”⁹ Sonra mənə birinci soruşduğum adamın İbn Abbas, ikinci soruşduğum adamın Abdullah ibn Ömər, üçüncü soruşduğum adamın isə Həsən ibn Əli (ə) olduğunu söylədilər.¹⁰
5- “Şahidlik edən” gecə və gündüzdür. “Şahidlik edilən” ise bəşər övladıdır. Yəni bütün insanların əməllərinə gecə və gündüz şəhadət verəcəkdir. İmam Zeynülabidindən (ə) rəvayət olunmuş duada belə oxuyuruq:
هذايوْمٌحَادِثُحَدِيدٌ،وَهُوَعَلَيناشَاهِدٌعَتِيدٌ،إِنْأَحْسَنَاوَدَّعَنَابِحَمْدِ،وَإِنْأَسأَنَا
فارقنابذنب
"Bu, bizim əməllərimizə şahid olan yeni bir gündür, əgər yaxşılıq etsək, həmd və səna ilə bizi yola salacaq, əgər pislik etsək, məzəmmət edərək bizdən ayrılacaq.” ¹¹
6- "Şahidlik edən” mələklər, “şahidlik edilən” isə Qurandır.
7- "Şahidlik edən” Həcərül-əsvəd (qara daş), “şahidlik edilən” isə “qara daş”ı ziyarət edən hacılardır.
8- “Şahidik edən” xalq, “şahidlik edilən” isə Haqdır.
9- "Şahidlik edən” İslam ümmətidir, “şahidlik edilən” isə digər ümmətlərdir. “Bəqərə” surəsinin 143-cü ayəsində Allah buyurur:
لِّتَكُونُواشُهَدَاءعَلَىالنَّاسِ
"İnsanlara şahid olasınız"
10- "Şahidlik edən” İslam Peyğəmbəridir (s), “şahidlik edilən” isə digər peyğəmbərlərdir (ə). “Nisa” surəsinin 41-ci ayəsində Allah buyurur:
وَجئْنَابِكَعَلَىهَؤُلاءشَهِيدًا
“Səni də onlara şahid təyin edəcəyimiz zaman”
11- "Şahidlik edən” İslam Peyğəmbəridir (s), “şahidlik edilən” isə Həzrət Əlidir (ə).
Əlbəttə, bir məsələni də qeyd etmək lazımdır ki, sözügedən ayənin özündən əvvəlki ayələrlə məna və məfhum baxımından uyğunluğunu nəzərə alsaq, bütün bu sadalananlardan bəzisi ilə (Peyğəmbərlər, mələklər, gecə-gündüz, bədən üzvləri və s.) yanaşı “şahidlik edən” Qiyamət günü, “şahidlik edilən" isə insanlar və yaxud əməlləri olmalıdır. Bununla da verilən təfsirlərdən bir çoxunu bir məna altında cəmləşdirmək olar.
Baxmayaraq ki, “cümə günü”, “ərəfə günü” və “Qurban bayramı” insanların əməllərinə şahid olduqları üçün Qiyamət günündə şəhadət verəcəklər, amma bu təfsirləri yuxarıdakı mənaya aid etmək olmaz. Hətta insan izdihamı ilə dolu olan bu günlər dünyada Qiyamət gününün kiçik bir səhnəsini xatırladır.
Hər-halda, yuxarıda deyilən bütün bu təfsirlər arasında heç bir ziddiyyət yoxdur, çünki “şahidlik edən” və “şahidlik edilən” ifadələri geniş və əhatəli mənaya aid olduqları üçün təfsirləri özündə cəməlşdirə bilir. Bu da öz növbəsində bir daha Qurani-Kərimin əzəmət və ecaz- karlığını çatdırır. Ayədə “şahidlik edən” və “şahidlik edilən” ifadələri bütün mənaları əhatə etməsi üçün qeyri-müəyyənlikdə işlənmişdir.
Növbəti dörd ayə arasında incə bir bağlılıq vardır. Digər bir tərəfdən, bu mətləbin fövqəladə əhəmiyyətə malik olması üçün başlan- ğıcda andların içilməsi diqqəti cəlb edən məsələdir. Ulduzlar, bürclü göylər – bütün bunlar xilqətin nizam-intizam nümunəsi, “vədə verilmiş gün" Qiyamət gününün bariz nümunəsi, “şahidlik edən və edilən” isə Qiyamət günü bütün əməllərin hesabının dəqiqlik nümunəsidir. Surənin əvvəlindəki andlar işkəncə verən zalımlara ciddi xəbərdarlıq mənasını daşıyır. Onların bütün kiçik və böyük əməlləri “vədə verilmiş gün” üçün qeyd olunur: Ətrafınızı mələklər, bədən üzvləriniz, gecə və gün- düzlərdən ibarət işlərinizə nəzarət edən və Qiyamət günü gördüyünüz əməllərə şəhadət verən şahidlər əhatə etmişdir.
“Ölüm olsun işgəncə verən xəndək (od xəndəyi) sahiblərinə!”
أَصْحَابُالْأَحْدُود
“Böyük və şölələnən bir od!”
(إِذْهُمْعَلَيْهَاقُعُودٌ )
“Onlar xəndəyin kənarında oturub“
(وَهُمْعَلَىمَايَفْعَلُونَبِالْمُؤْمِنِينَشُهُودٌ)
-“(Soyuqqanlıq və daşürəkliklə) möminlərə etdiklərinə tamaşa edirdilər”
(uxdud) sözü, Rağibin “Müfrədat” əsərində yazdığına görə, "dərin və geniş dəlik” deməkdir. Bu söz “dərin qazılmış quyu” mənasında da işlədilir. Bu söz, əslində, insan burnunun iki tərəfində yerləşən çökək mənasını bildirən (xədd) sözündən götürülmüşdür. Ayəyə gəldikdə isə “işkəncə verənlər” kimlər idi? Hansı zamanda yaşayırdılar? Tarix və təfsir alimləri bu suallara müxtəlif cavablar veriblər ki, izahı sözügedən ayənin təfsirində veriləcək. Amma bəlli olan budur ki, onlar möminləri imandan üz döndərməyə məcbur edirdilər, tabe olmayanları isə alov dolu böyük xəndəklərə atıb yandırırdılar. (vəqud) sözünün mənası “odu alovlandıran vasitə” deməkdir. (məs: odun) Təbii ki, hər bir alov odun vasitəsi ilə yanır. Ayədəki ifadəsi od-alovun həddən artıq şölələnib yanmasına işarədir. Yəni elə bir alov ki, yandırıcı istisindən yaxın durmaq mümkün deyil. Bəzi təfsir alimləri bu sözü “şölənənən od" mənasına, bəziləri isə iki ayrı-ayrı – “odun” və “şölə” mənalarında təfsir ediblər.
Sonrakı ayənin izahı çatdırır ki, bir dəstə soyuqqanlı halda bu işkəncə səhnəsinə tamaşa etməkdən həzz alırdı. Bu hal isə onların qəlblərinin hədsiz qǝsavət bağlamasından xəbər verirdi.
Bəzi təfsir alimləri belə hesab edirlər ki, həmin bu dəstə möminləri imanlarından dönməyə məcbur edirdi. Bəziləri bu dəstədən olanları iki hissəyə bölüblər:
1- İşkəncə verənlər.
2- Tamaşa edənlər.
Tamaşaçıları da işkəncə verənlərin əməllərinə narazı olub etiraz etmədikləri üçün işkəncə verənlər dəstəsinə aid etmişlər. Həmişə belə hadisələrdə bir dəstə icraçı olursa, digər bir dəstə tamaşaçı olur. Hətta bəziləri işkəncə verənlərin əmrləri icra etmələrinə nəzarət etmişdir. Sonra isə öz padşahlarına işkəncənin layiqincə yerinə yetirildiyini məruzə etmişlər. Ola da bilər ki, “xəndək sahibləri” adlanan bu cəmiyyət yuxarıda sadalanan müxtəlif dəstələrdən ibarət olub. Odur ki, sözü- gedən ayənin izahına bütün təfsirləri aid etmək olar.
(edirdilər) feili davamlı indiki zamanı bildirir. Yəni bu işkəncə halı uzun müddət davam edib.
"Onlardan yalnız qüdrətli, tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar”
(وَمَانَقَمُوامِنْهُمْإِلَّاأَنيُؤْمِنُوابِاللَّهِالْعَزِيزِالْحَمِيدِ )
Bəli, onların (müşrik və kafirlərin nəzərində) günahları bir olan Allaha iman gətirib ibadət etmələri olub. O Allaha ki, mütləq qüdrət Sahibidir və ibadətə layiqdir. Məgər Allaha iman gətirmək günah hesab olunur? Olmaya heç bir şüuru və dərrakəsi olmayan bütlərə ibadət etmək düzgün sayılır?
(nəqəmu) feili (nəqəm) məsdərindən alınıb, mənası isə "eybə görə cəzalandırmaq" deməkdir.
Böyük və aşkar bir günaha görə intiqam almaq mümkündür, amma Allaha iman gətirib ibadət edən kimsələrə qarşı işkəncə verilməsi azğın- lıq və vəhşilik hesab olunur. Deməli, həmin qövm nə qədər böyük azğınlığa düçar olub ki, fəxr olunası əməlləri ən böyük cinayət hesab edirdi.
Bu hadisənin bənzərinə “Əraf” surəsinin 126-cı ayəsində rast gəlmək olar. Sehrbazlar Həzrət Musaya (ə) iman gətirdikdən sonra Fironun təhdidi ilə üzləşdilər və ona cavab olaraq dedilər:
وَمَاتَنقَمُمِنَّاإِلَّاأَنْآمَنَّابِآيَاتِرَبِّنَا
"Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin ayələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir.”
Ayədə Allah (qüdrətli) və (həmd olunan) sifətləri ilə vəsf olunmuşdur. Bu isə işkəncə verənlərə tutarlı bir cavab mənasını bildirir. Yəni belə bir Allaha ibadət etmək, iman gətirmək günahmı sayılır? Digər bir tərəfdən isə kafirlərə xəbərdarlıq və təhdid mənasını bildirir. Yəni gec-tez qüdrətli Allahın əzabı sizi yaxalayacaq.
Növbəti ayədə isə əzəmətli Allah digər iki sifətlə vəsf olunur: "Halbuki göylərin və yerin hakimiyyəti Ona məxsusdur. Allah hər şeyə şahiddir”
الذيلَهُمُلْكُالسَّمَاوَاتِوَالْأَرْضِوَاللهُعَلَىكُلِّشَيْءٍشَهِيدٌ
Həqiqətdə bu dörd sifət Allahın ibadət olunmağa layiq olduğu məqamı bəyan edir: Qüdrət, hər bir cəhətdən kamil olması, göylərin və yerin Maliki və hər bir şeydən xəbərdar olması. Allahın hər bir şeyə şahid və xəbərdar olması möminlərə müjdə verir. Allah möminlərin iman yolunda səbirli, dözümlü və fədakar olmalarına şahiddir. Təbii ki, bu da möminlərdə böyük ruh yüksəkliyi yaradır.
Digər bir tərəfdən isə kafirlər xəbərdar və təhdid olunurlar. Əgər Allah onların işlərinə mane olmursa, o demək deyildir ki, Allahın qüdrəti və gücü yoxdur, əksinə, onlar da etdikləri əməllərə görə imtahan olu- nurlar. Nəhayət, bir gün Allahın şiddətli əzabı yaxalarından tutacaq.
İncəliklər:
1\. - “Xəndək sahibləri” kimlərdir?
Qeyd etdiyimiz kimi, "" (uxdud) dərin qazılmış xəndəyə deyilir. Ayədə isə alov ilə əhatələnmiş quyulara iman gətirənlərin atılıb yandırılmalarından bəhs olunur.
Bu hadisə hansı qəbilədə və nə vaxt baş verib? Bu hadisə tarixdə yalnız bir dəfə baş verib, yoxsa buna oxşar hadisələr dünyanın müxtəlif yerlərində də baş verib? Bu haqda təfsir və tarix alimləri müxtəlif nəzəriyyələr söyləyiblər. Ən məşhur nəzəriyyə bundan ibarətdir ki, bu hadisə Yəməndə yerləşən Himyər qəbiləsinin sonuncu padşahı Zunəvasın vaxtında baş verib. Himyər qəbiləsinin sonuncu padşahı Zunəvas yəhudi dinini qəbul edir və qəbiləsi də bu yolda ona itaət etməyə başlayır. O, adını dəyişib “Yusif” qoyur. Bir müddət sonra ona xəbər verirlər ki, Nəcran diyarında (Yəmənin şimalında) bir dəstə hələ də məsihi dininə qulluq edir. Zunəvasın ətrafındakılar onu təhrik edirlər ki, Nəcran əhlini yəhudiliyi qəbul etməyə məcbur etsin. O, Nǝcrana doğru hərəkət edib oranın camaatına yəhudi dinini qəbul etməyi israrla təkid edir. Nəcran əhli Zunəvasın bu təklifindən boyun qaçırır, ölməyə razı olurlar, amma dinlərini dəyişməyə razı olmurlar. Zunəvas göstəriş verir ki, böyük bir xəndək qazıb od qalasınlar və onun təklifini qəbul etməyənləri diri-diri oda atıb yandırsınlar. Bəzilərini isə qılıncla öldürüb tikə-tikə doğrayır. Beləliklə, ölənlərin və yananların sayı iyirmi minə yaxın idi.¹² Bu hadisə baş verdikdə Nəcran əhlindən bir dəstəsi qaçıb Rum padşahı Qeysərə Zunəvasdan şikayət edir. Qeysər deyir: “Sizin şəhəriniz buradan çox uzaqdır, amma mən Həbəşə padşahına məktub göndərərəm. O həm məsihidir, həm də sizin qonşunuzdur. Mən ondan sizə kömək etməsini istəyərəm.” Rum padşahı Qeysər məktubda Həbəşə padşahından Nəcran əhlinin qisasını Zunəvasdan almağı istəyir. Nəcranlı kişi Həbəşə padşahı Nəcaşinin yanına gəlir və onu da bu hadisədən xəbərdar edir. Nəcaşi bu dəhşətli xəbəri eşitdikdə bərk narahat olur və şəhidlərin intiqamını almaq qərarına gəlir. Həbəşə ordusu Yəmənə doğru hərəkət edir və tez bir zamanda Zunəvasın ordusunu məğlub edir və bununla da Yəmən Nəcaşinin nəzarəti altına keçir.¹³
Təfsir alimlərinin dediyinə görə, Zunəvasın qazdırdığı xəndəyin uzunluğu qırx zira ¹⁴ eni isə on iki zira idi. Bəzilərinin dediyinə görə, həmin ölçüdə yeddi quyu qazdırmışdır. ¹⁵
Bu hadisə tarix və təfsir kitablarında müxtəlif fərziyyələrlə nəql olunub. O cümlədən “Məcməül-bəyan”, “Təfsiri-Razi”, “Təfsiri-kəbir”, "Təfsiri-Alusi”, “Ruhul-məani”, “Təfsiri-Qurtubi” və “Sireyi-ibn Hişam" kitablarında bu hadisə nəql olunub.
Nəhayət, bu qəddar qövm Allahın əzabına giriftar oldu, tökdükləri qanların qisası elə bu dünyada da onlardan alındı və Qiyamətin də əzablı od-alovu onları ağuşuna aldı. Çox ehtimal ki, ilk dəfə insanları yandırmaq üçün icad olunan kürələr yəhudi Zunəvasın vaxtına təsadüf edir. Amma zaman keçdikcə özləri bu bəlalara düçar oldular və yanaraq məhv oldular. Zunəvas özü də şər əməllərinin cəzasına məhkum oldu və məhv olub aradan getdi.
"Xəndək sahibləri” haqqında söylənilən hadisə əksəriyyət tərəfindən qəbul edilmiş əhvalatdır. Amma bəzi rəvayətlərdən də bəlli olur ki, bu hadisə təkcə Yəməndə, Zunəvas tərəfindən baş verməyib. Təfsir alimləri “xəndək sahibləri” haqqında ondan çox müxtəlif hadisələr nəql ediblər.
Həzrət Əmirəlmöminin Əlidən (ə) rəvayət olmuş hədisdə belə deyilir:
"Kitab əhlindən olan məcusilər öz kitablarına əməl edirdilər. Onların padşahlarından biri öz bacısı ilə evlənir. Bacısı padşahdan istəyir ki, bacı ilə evlənməyi rəsmi surətdə icazəli etsin. Amma məcusilərin bəziləri bu rəzil təklifi qəbul etmir və padşah onları xəndəkdə oda atıb yandırır.¹⁶
Şamda da buna oxşar hadisə baş verib. Belə ki Antiyaxus adlı padşah iman gətirənləri xəndəyə atıb yandırıb. ¹⁷ Bəziləri isə bu hadisəni Bəni-İsrail peyğəmbərlərindən olmuş Danyal peyğəmbərə (ə) iman gətirən- lərə qarşı törədildiyini bəyan etmişlər. Tövrat və Danyalın kitabında da bu hadisəyə işarə olunub.¹⁸
Amma “xəndək sahibləri" hadisəsini bu deyilənlərin hamısına aid etmək məntiqə uyğun deyil. Ən doğrusu və həqiqətə yaxın olanı elə Yəməndə Zunəvasın vaxtında baş vermiş hadisədir.
2\. İmanı qorumaq üçün səbir və dözümlülük
İmanı qoruyub hifz etmək üçün səbir nümayiş etdirib fədakarlıq göstərməyin özünəməxsus özəllikləri vardır. Tarix boyu bu qəbildən olan mömin insanlar aşiqanə bəla şərbətini içmişlər. Dar ağaclarına, iti qılınclara və od-alova qucaq açaraq sinə gəlmişlər. Belələrinin adları tarixin silinməz yaddaşına həkk olunmuşdur. Məsələn, Fironun xanımı Asiyə Həzrət Musaya iman gətirdiyi üçün işkəncələrə məruz qalmış və nəhayət, canını bu yolda əsirgəməmişdir.
Hədislərin birində Həzrət Əli (ə) buyurmuşdur: “Allah Həbəşə əhlinə özlərindən bir nəfəri peyğəmbər göndərdi. Onlar həmin peyğəm- bəri inkar etdilər və aralarında mübahisələr yarandı və peyğəmbərə iman gətirənlərdən bir dəstəni öldürdülər və qalan dəstəni də peyğəmbərlə birlikdə əsir aldılar. Sonra bir yerdə böyük od qalayıb camaatı ora dəvət etdilər və dedilər: "Kim bizim dinimizdədirsə, kənara çəkilsin və kim bu peyğəmbərə iman gətiribsə, özünü oda atsın.” Peyğəmbərə iman gətirənlər gördülər ki, başqa çıxış yolları yoxdur, böyük iman ruhu ilə özlərini oda atdılar. Bu əsnada bir qadın da qucağındakı bir aylıq uşağı ilə oda yaxınlaşdı və özünü oda atmaq istədikdə analıq atifəsi qarşısını aldı. Südəmər uşaq dil açıb anasına dedi: “Anacan qorxma! Həm özünü, həm də məni oda at. And olsun Allaha, bu, Allah yolunda kiçik bir işdir
\- "انهذاواللهفياللهقليل“
- Beşikdə dil açıb danışanlardan biridə bu uşaq olub."¹⁹
Bu rəvayətdən bəlli olur ki, "xəndək sahibləri” hadisəsinin dör- düncüsü Həbəşədə baş verib.
Əmmar Yasirin ata-anasının və digər şəxslərin fədakarlıqlarını misal gətirmək olar. Bunlardan ən üstünü isə misal olaraq İmam Hüseynin (ə) və Əshabının Kərbəlada şəhadət şərbəti içərək unudulmaz iman fədakarlıqlarını göstərmək olar.
Müasir dövrümüzdə də bu fədakarlıqların bir çoxunun eşidib- görməklə şahidi olmuşuq. Qocasından, cavanından asılı olmayaraq din və iman yolunda canlarını əllərinə alıb eşqlə şəhadət zirvəsinə ucalıblar. Keçmişdə və bu gün də bu fədakarlıqlar olmadan dinin yaşaması qeyri-mümkündür.