Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ət-Tariq Surəsinin Ayələrinə Qayıt →
Ət-Tariq Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Tariq surəsi, 1-10-cu ayələr

Tariq surəsi, 1-10-cu ayələr



بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم


وَالسَّمَاءِوَالطَّارِق .١


وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ .٢


النَّجْمُ الثَّاقِبُ .٣


إِنْ كُلُّ نَفْسٍ لَمَّا عَلَيْهَا حَافِظٌ .٤


فَلْيَنظُرِالْإِنسَانُمِمَّخُلِقَ .٥


خُلقَمِنمَّاءدافق .٦


يَخْرُجُمِنبَيْنِالصُّلْبِوَالتَّرَائِب .٧


إِنَّهُ عَلَى رَجْعِهِ لَقَادِرٌ .٨


يَوْمَتُبْلَىالسَّرَائِرُ .٩


فَمَا لَهُ مِنْ قُوَّةٍ وَلَا نَاصِرٍ .١٠


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. And olsun səmaya və gecədöyənə!

2\. Sən haradan biləsən gecədöyən nədir?

3\. O, qaranlıqları yarıb keçən parlaq ulduzdur.

4\. Hər kəsin güdükçüsü və qoruyucusu vardır!

5\. İnsan nədən yaradıldığına baxsın!

6\. Sıçrayan bir sudan yaradılmışdır.

7\. Bu (su) bel və köks sümükləri arasından xaric olur.

8\. Şübhəsiz ki, (bu qüdrətə malik olan Allah) onu qaytarmağa qadirdir.

9\. Sirlərin aşkara çıxacağı gün,

10\. Onun nə bir qüvvəsi, nə də bir köməkçisi olacaq.

Ayələrin təfsiri



Ey insan, bax, gör nədən yaradılmısan?

Bu surə də Quranın 30-cu cüzünün surələri kimi dərin mənalı andlarla başlayır. Bu andların hər biri böyük həqiqətlərin və hadisə- lərin bəyan olunması üçün müqəddimədir.

“And olsun səmaya və gecədöyənə!”

“Sən haradan biləsən gecədöyən nədir?”

“O, qaranlıqları yarıb keçən parlaq ulduzdur.”

(tariq) sözü (təriq) məsdərindən alınmışdır, mənası isə “döymək” deməkdir. Yola ona görə (təriq) deyirlər ki, piyadaların ayaqları altında döyülür. Gecələr evlərin qapıları bağlı olduğundan evə daxil olmaq istəyən qapını döyməlidir ki, açılsın. Gecə vaxtı evə daxil olan şəxsə (tariq) deyilir. Münafiqlərdən olan Əşəs ibn Qeys gecə vaxtı bir qab halva ilə Həzrət Əlinin (ə) qapısına gəlir. Niyyəti bu idi ki Həzrətin ürəyini özünə cəlb etsin və lazım gəldikdə o Həzrətdən öz xeyrinə hökm ala bilsin. Həzrət Əli (ə) bu haqda belə buyurur:

# وَأَعْجَبُمِنْذلِكَطَارِقٌطَرَقَنَابِمَلْفُوفَةفِيوِعَائِهَا


"Gecə vaxtı qapını döyüb içəri daxil olan şəxsə təəccüb edirəm. Özü ilə bir qab dolu halva da gətirmişdir."

Qurani-Kərimdə isə (tariq) sözü sonrakı ayələrin vasitəsilə təfsir olunmuşdur: “Həmin gecə müsafiri göylərdə parıldayan ulduzdur. Hündürlüyü o qədərdir ki, sanki göyün səqfini yaracaq. Nuru isə gecə- lərin zülmətini yarıb gözləri qamaşdıracaq qədər işıqlıdır."

(saqib) sözünün mənası “yarmaq" deməkdir. Burada belə bir sual yaranır ki, (tariq) hansı ulduza şamil olunur? “Sürəyya” ulduzu göyün ən uca zirvəsində yerləşən ulduzdur. "“Zühəl”, “Zöhrə” və “Şəhb” ulduzu isə daha çox işıqlı və parlaq oduğuna görə digər ulduzlardan fərqlənir. Bu ulduzlardan hansına aid edilir və yaxud bunların hamısına aid etmək olarmı? Sualın cavabına müxtəlif təfsirlər verilib. Amma sonrakı “O, qaranlıqları yarıb keçən parlaq ulduzdur.” ayəsindən bəlli olur ki, hər ulduza şamil olunmur. Gecənin zülmət pərdəsini yaran və göz qamaşdıran ulduzlar nəzərdə tutulur.

Bəzi təfsirlərdə bu ulduzun “Zühəl” olduğu qeyd olunmuşdur. Və bu təfsiri İmam Cəfər Sadiqdən (ə) rəvayət olunmuş hədisə əsaslandır- mışlar. Münəccimlərdən biri İmamdan (ə) (saqib) sözünün hansı ulduz olduğu haqda soruşmuşdur. İmam (ə) isə cavabında bu ulduzun "Zühəl” olduğunu və göyün yeddinci qatından nur saçdığını buyurmuşdur. Bu ulduzun nuru göyün birinci qatına qədər olan zülmətləri yarıb keçir.

Günəşdən ən uzaq məsafədə yerləşən ulduz da məhz “Zühəl” ulduzudur. Bu ulduzu heç bir cihaz olmadan, adi gözlə müşahidə etmək olar. Bu ulduza bəzi özəlliklərinə görə and içilmişdir. Digər bir tərəfdən isə Yer kürəsindən gözlə müşahidə olunan ən hündür və parlaq ulduzdur. Hətta ərəb ədəbiyyatında hündürlüyə misal gətirərkən bu ulduzun adından istifadə edirlər. Bəzi yerlərdə bu ulduzu “Ulduzların şeyxi" adlandırıblar. “Zühəl” ulduzu fars dilində “keyvan" adlanır. Bu ulduzun ətrafını halqalar əhatə etmişdir. Bəzi alimlərə görə, bu halqaların sayı səkkiz, bəzilərinə görə isə ondur. Bu halqaların səkkizini adi cihazla müşahidə etmək mümkündür. Yerdə qalan iki halqanı isə yalnız rəsədxana cihazları ilə görmək mümkündür.³ Əlbəttə, bunu demək lazımdır ki, bu elmi kəşflər on dörd əsr öncə Quran nazil olarkən kiməsə bəlli deyildi. Hər halda, ayədəki “” (parlaq ulduz) ifadəsini “Zühəl” ulduzuna aid etməyin heç bir ziddiyyəti yoxdur.

Ola da bilər ki, başqa ulduzlar nəzərdə tutulmuş olsun. Dediyimizin həqiqəti bir çox hədislərdə öz əksini tapmışdır.

“Saffat” surəsinin 10-cu ayəsində oxuyuruq:

مَنْخَطفَالْخَطْفَةَفَأَتْبَعَهُشَهَابٌثَاقِبٌإِلَّا


“Lakin onlar gizlicə qulaq asmaq üçün bir anlıq yaxınlaşarlarsa, onları yandırıb-yaxan parlaq bir səma cismi təqib edər.”

Bu ayədə də parlaq səma cismi (saqib) sözü ilə vəsf olunub. Bu səma cismi yaradılış aləminin qəribəliklərindən hesab olunur. Ola da bilsin ki, bu ayə sözügedən bəhsimizin izahı olsun. Bəzi təfsir kitablarında hər iki ayənin nazilolma səbəbi eyni göstərilmişdir.⁴

İndi görək bu andlar nə üçündür?

Sonrakı ayədə buyurulur: “Hər kəsin güdükçüsü və qoruyucusu vardır!”

إنكُلُّنَفْسٍلَّمَّاعَلَيْهَاحَافِظٌ


Bütün əməllər yazılır və hesab günü üçün qorunub saxlanır. “İnfitar” surəsinin 10-12-ci ayələrində oxuyuruq:

وَإِنْعَلَيْكُمْلَحَافِظِينَ. كَرَامًاكَاتِبِينَيَعْلَمُونَمَاتَفْعَلُونَ


"Sizin üstünüzdə nəzarətçilər qoyulub. Çox möhtərəm, (yaxşı və pis əməlləri) yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər."

Hər bir halda heç kəs heç zaman tənha deyil, harada olmağından asılı olmayaraq ilahi məmurların nəzarəti altındadır. İnsanın həyatı boyu bu məsələyə diqqət yetirməsi onun islah olması üçün əsas amillərdən biridir.

Digər bir məsələ isə bundan ibarətdir ki, qoruyucunun kim olması ayədə bəyan olunmayıb. Və yaxud hansı işləri qorumasından da danışılmayıb. Amma digər ayələrdə bu məsələ tam dəqiqliyi ilə açıqlanır. Yəni qoruyucuların mələklər, qoruduqlarının isə əməllər olduğu bəyan olunur. Verilən ehtimallardan biri də budur ki, insanları bədbəxt hadisələrdən qoruyurlar. Təbii ki bu belədir. Əgər Allahın nəzəri bəndənin üzərində olmasa, çox az insan təbii ölüm ilə dünyasını dəyişər. Çünki günümüzdə baş verən hadisələr o qədər saysız-hesabsızdır ki, bu hadisələrdən canını qurtara bilən çox az adam tapılar. Xüsusilə uşaqlar özlərini qoruma iqtidarında olmadığından kütləvi şəkildə baş verən hadisələr nəticəsində ölümə məhkum olarlar.

Digər bir ehtimal isə bundan ibarətdir ki, insanları şeytani vəsvəsələrin fəsadından qoruyurlar. Əgər Allahın nəzəri olmasa, şeytan və cinlərin vəsvəsələrindən insanlar tez bir zamanda ölümə məhkum olarlar.

Sonrakı ayələrdə məad və Qiyamət mövzusundan bəhs olunduğu üçün birinci təfsir daha məqsədə uyğundur. Əlbəttə, hər üç təfsiri də eyni zamanda ayənin izahına şamil etmək olar. Əvvəldə qeyd olunan andlar və mələklərin əməlləri qoruması arasında canlı bağlılıq vardır. Çünki Yer üzü xəlq olandan göylər, ulduzlar, qalaktikalar hərəkətdə- dirlər və bu da dünyanın nizam-intizamla hesab və dəqiqliyinin bariz nümunəsidir. Belə olan halda necə ola bilər ki, insan nəzarətsiz qalsın və onların əməllərinə diqqət yetirilməsin?

Bu ayədə isə Qiyamətə şübhə ilə yanaşıb inkar edənlərə tutarlı cavab verilir: “İnsan nədən yaradıldığına baxsın!"

Beləliklə, Quran bütün insanların əlindən tutaraq kiçik bir sual cümləsinin vasitəsilə onlara ilkin yaradılışı xatırladır: “İnsan nədən yaradıldığına diqqət yetirirmi?!" Sualın cavabını gözləmədən özü dərhal cavab verərək buyurur: "Sıçrayan bir sudan yaradılmışdır."

مِنمَّاءدَافِقٍ


Bu ifadə kişinin spermasının tərkibində olan və çıxarkən sıçrayışla çıxan nütfədən danışır. Daha sonra onun barəsində belə buyurur: “Bu (su) bel və köks sümükləri arasından xaric olur"

Ayənin ərəbcə mətnində işlədilmiş (sülb) sözü “bel”, (təraib) sözü isə (təribə) sözünün cəmi olub, əksər dilçilərin fikrincə, “köks sümükləri” mənasını bildirir. İbn Mənzurun “Lisanul- ərəb” lüğətində yazdığına görə (tǝraib) boyunbağının qaldığı yerdir. Bununla yanaşı, onun digər mənalarını da qeyd etmişdir. O cümlədən, “insanın ön tərəfi”, “əllər, ayaqlar və gözlər”, “sinə sümükləri”, “həm sağ, həm də sol tərəfdən olmaqla hərəsindən dörd qabırğa" və s. Sözügedən ayədə (sülb) və (təraib) sözlərində hansı mənanın nəzərdə tutulması barədə təfsirçilər arasında fikir ayrılığı vardır. Bu barədə aşağıdakı müxtəlif təfsirlər var:

1) (sülb) dedikdə kişilər, (tǝraib) dedikdə isə qadınlar nəzərdə tutulur. Çünki kişilər güc və qüvvət, qadınlar isə incəlik və zəriflik simvoludurlar. Buna görə də ayədə insanın nütfəsinin kişi ilə qadının nütfəsinin, tibbi terminlə desək, spermatozoid və yumurta hüceyrəsinin sintezindən yaradıldığına işarə edilmişdir.

2) (sülb) dedikdə kişinin beli, (tǝraib) dedikdə isə qadının sinə və ön tərəfi nəzərdə tutulur. Bu baxımdan ayədə qarın nahiyəsi ilə bel və ön tərəfin arasından çıxan nütfəyə işarə edilmişdir.

3) Ayədə körpənin qadının beli ilə ön nahiyəsinin arasında yerləşən uşaqlıqdan çıxması nəzərdə tutulmuşdur.

4) Bəzi tədqiqatçılara görə, bu ayə Quranın nazil olduğu dövrdə hələ məlum olmayan, yalnız son elmi kəşflərin üzə çıxardığı bir elmi həqiqətə işarə edir. Elmi araşdırmalar göstərir ki, nütfə kişinin xayaları ilə qadının yumurtalığından hasil olur. Araşdırmalar nəticəsində onların dölün formalaşmağa başladığı ilk vaxtlarda böyrəyə yaxın – təxminən fəqərə sümükləri ilə paralel, köks sümükləri ilə aşağı son qabırğanın arasında qərar tutduğu məlum olur. Zaman keçdikcə və bu iki üzv inkişaf etdikcə nisbətən aşağıya doğru düşür və hər biri hazırkı yerini tutur. İnsanın yaradılışı kişi ilə qadının nütfəsinin (spermatozoidlə yumurta hüceyrəsinin) birləşməsi nəticəsində formalaşdığına görə yaradılışın ilk çağlarında bu iki üzv bel ilə köks sümüklərinin arasında qərar tutur. Quran məhz bu ifadəni işlətmişdir. Təbii ki, Quranın nazil olduğu dövr insanı üçün bunu başa düşmək mümkün deyildi. Lakin müasir elmi nailiyyətlər bu həqiqəti üzə çıxarmışdır. Başqa sözlə desək, dölün formalaşmağa başladığı ilk vaxtda kişinin xayaları və qadının yumurtalığı bədənin arxa nahiyəsində, təxminən onurğa fəqərələri ilə paralel vəziyyətdə qərar tutmuşdur. Hətta deyə bilərik ki, o vaxt həm kişinin xayaları, həm də qadının yumurtalığı bel ilə köks sümüklərinin arasında olmuşdur. Lakin döl ana bətnində inkişaf edib böyüdükcə öz mövqeyindən aralanıb aşağıya doğru – hazırki mövqeyinə gəlir. Doğuluş zamanı artıq kişinin xayaları qarın nahiyəsindən kənarda, cinsiyyət orqanının alt hissəsində, qadının yumurtalığı isə qarnında, analığın yanında qərar tutur.

Bu təfsirə tutula biləcək irad odur ki, sözügedən ayədə sıçrayan bir suyun bel ilə köks sümüklərinin arasından çıxdığı bildirilir. Belə ki nütfə xaric olarkən bu ikisinin arasından çıxır. Bu təfsirə görə isə vəziyyət tamamilə fərqlənir. Üstəlik, (tǝraib) sözünün “son aşağı qabırğa” mənasında izah edilməsi də mübahisəli məsələlərdəndir.

5) Ayə onu demək istəyir ki, nütfə insanın bütün bədənindən xaric olur. Buna görə də çölə çıxarkən insanın bütün bədəni sanki təlatümə gəlir. Çölə çıxdıqdan sonra isə demək olar bütün bədən süstləşir. Bu baxımdanصُلب“-(sülb) dedikdə insanın bütünlüklə arxa hissasi ترائب -(tǝraib) dedikdə isə bütünlüklə ön hissəsi nəzərdə tutulur.

6) Bəzi tədqiqatçıların fikrincə, nütfənin yaranmasında əsas amil onurğa sümüyünün içərisindəki ilikdir. Bel nahiyəsində yerləşən bu ilik daha sonra ürək və ciyər nahiyəsindən qaynaqlanır ki, onlardan biri köks sümüyünün altında, digəri isə bu ikisinin arasında yerləşir. Buna görə də ayədə məhz “bel və köks sümükləri arasından xaric olur" cümləsi işlədilmişdir. Lakin hər şeydən öncə onu nəzərə almaq lazımdır ki, yuxarıdakı ayələrdə söhbət yalnız kişinin nütfəsindən gedir. Çünki (sıçrayan bir su) ifadəsi qadının nütfəsinə deyil, yalnız kişinin nütfəsinə şamil olunur. Növbəti ayədə (çıxır) feilinin kişi cinsində verilməsi də məhz bununla əlaqədardır. Bütün bunları nəzərə aldıqda qadının nütfəsini də ayəyə şamil etmək bir o qədər uyğun görünmür. Buna görə də ən yaxşısı odur ki, ayədə nütfənin iki tərkib hissəsindən birinə – kişinin nütfəsinə işarə edilməsini qəbul edək. Deməli, (sülb) və (tǝraib) dedikdə insanın arxa və ön hissəsi nəzərdə tutulur. Kişinin nütfəsi də məhz bu iki nahiyənin arasından xaric olur.

Bu təfsir (sülb) və (təraib) sözlərinin mənası barədə lüğətdə deyilənlərlə də tamamilə uyğun gəlir. Bu ayədə bugünkü elmin hələ kəşf edə bilmədiyi digər həqiqətlərin də nəzərdə tutulduğu istisna edilmir. Ümid edirik ki, gələcək elmi nailiyyətlər bu həqiqətləri də ortaya çıxaracaq.

Əvvəlki ayədən nəticə alınaraq sonrakı ayədə deyilir: “Şübhəsiz ki, (bu qudrate malik olan Allah) onu qaytarmaga qadirdir”

إِنَّهُعَلَىرَجْعِه القادرِ


Əvvəldə torpaq, sonradan nütfə halına gəlib daha sonra müxtəlif mərhələlərdən keçərək kamil insan surətində xəlq olan insanın yenidən dirilməsi Allah üçün çətin bir iş deyil, O, buna qadirdir. Sözügedən ayənin bənzərinə digər surələrdə də rast gəlmək olar. "Həcc” surəsinin 5-ci ayəsində buyurulur:

يَاأَيُّهَاالنَّاسُإِنكُنتُمْفِيرَيْبٍمِّنَالْبَعْثِفَإِنَّاخَلَقْنَاكُممِّنتُرَابٍثُمَّمِننُّطْفَةٍثُمَّ


مِنْعَلَقَةٍثُمَّمِنمُّضْغَةٍمُّخَلَّقَةٍوَغَيْرِمُخَلَّقَةٍلِّنُبَيِّنَلَكُمْوَنُقِرُّفِيالْأَرْحَامِمَانَشَاءإِلَىأَجَلٍثُمَّنُخْرِجُكُمْطِفْلًاثُمَّلتَبْلُغُواأَشُدَّكُمْوَمِنكُممَّنيُتَوَفَّىوَمِنكُممَّنيُرَدُّإِلَىأَرْذَلِ


الْعُمُرِلِكَيْلَايَعْلَمَمِنبَعْدِعِلْمٍشَيْئًاوَتَرَىالْأَرْضَهَامِدَةًفَإِذَاأَنزَلْنَاعَلَيْهَاالْمَاءِاهْتَزَّتْوَرَبَتْوَأَنبَتَتْمِنكُلِّزَوْجٍبَهِيجٍ


"Ey insanlar! Əgər dirilmə barəsində şübhəniz varsa, (yaddan çıxartmayın ki,) Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça çeynənmiş ətdən yaratdıq. (Bütün bunları ona görə dedik ki, hər şeyə qadir olduğumuzu) sizə bəyan edək. İstədiyimizi bətnlərdə müəyyən bir vaxta qədər saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq. Məqsəd sizin yetkinlik yaşına çatmağınızdır. Sizlərdən bəzisi vəfat edir, bəzisi də o qədər ömür sürür ki, ömrünün ən pis mərhələsinə çatır, bildiklərini unudur. Sən yer üzünü quru və cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib göyərir və cürbəcür gözəl bitkilər bitirir."

Həmçinin "Məryəm” surəsinin 67-ci ayəsində deyilir:

أَوَلَايَذْكُرُالْإِنسَانُأَنَّاخَلَقْنَاهُمِنقَبْلُوَلَمْيَكُشَيْئًا


Təfsiri-nümunə, 26-cı cild "Məgər insan bundan əvvəl heç bir şey deyilkǝn onu yaratdığımızı xatırlamırmı?"

Növbəti ayədə Qiyamət günü təsvir olunaraq deyilir: "Sirlərin aşkara çixacağı gün
(يَوْمَتُبْلَىالسَّرَائِرُ)


(tubla) feilinin məsdəri (bəlva) olub, mənası isə “imtahan”, “sınaq” deməkdir. İmtahan və sınaq zamanı hər bir şeyin həqiqəti aşkar olduğu üçün (tubla) sözü “aşkar”, “zahir olmaq” mənasında işlənir. (sərair) sözü (sərirə) sözünün cəmi olub “gizlin niyyətlər” mənasını bildirir. Qiyamət günü bütün gizlin olanların aşkara çıxdığı bir gündür. Həmin gün imanın, küfrün, nifaqın, xeyir və pis niyyətlərin, riya və ixlasın bəlli və aşkar olacağı bir gündür. Məhz belə bir gün möminlərə başucalığı, günahkarlara və zalımlara isə rəzillik və zəlillik gətirəcəkdir. Bir ömür cəmiyyətdə pisliklərini gizlədərək abır-həya ilə camaat arasında yaşayan şəxs, sonda bütün pis əməlləri aşkar olub, insanlar arasında rüsvay olacaq. Həqiqətən, bu hal əzabverici səhnələrdən biridir. Hətta bu əzabın ağrı-acısı Cəhənnəmin odundan da ağırdır.

"Ər-Rəhman" surəsinin 41-ci ayəsində deyilir:

“Günahkarlar simalarından tanınacaq”

يُعْرَفُالْمُجْرِمُونَبِسِيمَاهُمْ


وُجُوهٌيَوْمَئِذٍمُّسْفَرَةٌضَاحِكَةٌمُّسْتَبْشِرَةٌوَوُجُوهٌيَوْمَئِذٍعَلَيْهَاغَبَرَةٌتَرْهَقُهَاقَتَرَةٌ


Digər bir ayədə deyilir:

“O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcək. O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq, onları qaranlıq bir tüstü bürüyəcək.”⁵

Ulduzlar gecənin qaranlığını yarıb aşkar olduğu kimi, bizim əməllərimizi yazıb qoruyan mələklər də Qiyamət günü kiçikdən-böyüyə bütün əməllərimizi aşkar edəcəklər.

Hədislərin birində Məaz ibn Cǝbəl deyir:

“Sirlərin aşkara çıxacağı gün" ayəsinin təfsirində hansı sirli və gizlin əməllərin aşkar olacağını Həzrət Peyğəmbərdən (s) soruşdum. O Həzrət (s) buyurdu:

# سَرائِرُكُمْهِيَأَعْمَالُكُمْمِنَالصَّلاةِوالصِّيامِوَالزَّكَاةِوَالْوُضُوءِوَالْغُسْلِمِنَ


# الْجَنابَةوَكُلُّمَفْرُوضَ،لأَنَّالْأَعْمالَكُلَّهاسَرَائِرُخَفِيةٌ،فَإِنْشَاءَالرَّجُلُقَالَصَلَّيتُوَلَمْ


# يصَلِّ،وَإِنْشاءَقَالَتَوَضَّأْتُوَلَمْيَتَوَضَّأُ،فَذَلِكَقَوْلُهُيَوْمَتُبْلَىالسَّرَائِرُ


"Sizin sirləriniz elə sizin əməllərinizdir. (Məsələn) namaz, oruc, zəkat, dəstəmaz, cənabət qüslü və hər bir vacib əməl. Həqiqətdə, bütün əməllər gizlindir. Əgər insan istəsə, deyə bilər ki, “namaz qıldım”, halbuki namaz qılmayıb; "dəstəmaz almışam” – halbuki dəstəmaz almayıb. Allah kəlamının da təfsiri məhz budur. "⁶

Qiyamət gününün ən mühüm çətinliklərindən biri də budur: “Onun nə bir qüvvəsi, nə də bir köməkçisi olacaq.”

Qiyamət günündə əməlləri örtəcək nə bir qüvvəsi olacaq, nə də ki insanı əzabdan qurtara biləcək köməkçisi olacaq. Qurani-Kərimin bir çox ayələrində bu həqiqətə işarə olunub. Qiyamət günü günahkarın harayına, imdadına gələcək nə bir dostu, kömək edəni olacaq, nə də ki həmin gün ondan hansısa bir əvəzedici əməl qəbul olunacaq. Nə qaç- mağa yol var, nə də geri qayıtmağa. O böyük gündə insana nicat verəcək yeganə vasitə iman və xeyir əməldir. Vəssəlam!!!