Əl-Əla Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Əla surəsi, 1-5-ci ayələr
Əla surəsi, 1-5-ci ayələr
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيم
سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى .١
الَّذِيخَلَقَفَسَوَّى .٢
وَالَّذِي أَخْرَجَ الْمَرْعَى .٣
وَالَّذِيأَخْرَجَالْمَرْعَى.٤
فَجَعَلَهُ غُثَاءً أَحْوَى .٥
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Uca Rəbbinin adına təriflər de!
2\. O Allah ki, yaradıb nizama saldı;
3\. O Allah ki, ölçü verib doğru yola yönəltdi,
4\. O Allah ki, otlağı cücərdib,
5\. sonra da qurudub qaraltdı.
Ayələrin təfsiri
Uca rəbbinin adına təriflər de!
Bu surə peyğəmbərlərin (ə) təbliğ və hədəflərinin əsası olan Rəbbin tərifi ilə başlayır. Birinci ayədə Həzrət Peyğəmbərə (s) xitab olunaraq deyilir;
( سَبِّحِاسْمَرَبِّكَالْأَعْلَى)
Uca Rəbbinin adına təriflər de.
Yəni uca Allahın adı bütlərin adı ilə eyni çəkilməsin, Onun pak Zatı bütün nöqsan və eyiblərdən, yaratdıqlarına xas olan, gözlə müşahidə edilən cismani sifətlərdən və hər bir məhdudiyyətlərdən pak və münəzzəhdir. (uca) sözü Allahın təsəvvür və güman edə biləcəyimiz canlı və cansızlardan, bütün gizlin və aşkar şirklərdən üstün olduğunu bəyan edir. (Rəbbikə) ifadəsi ilə bu həqiqətə işarə olunur: Ey Peyğəmbər, insanları dəvət etdiyin haqq dinin sahibi olan Allah, nəinki bütpərəstlərin düşündükləri rəbb. Allah “uca” və “rəbb” sifətləri ilə vəsf olunduqdan sonra növbəti ayələrdə daha beş sifətlə vəsf olunaraq deyilir: “O Allah ki, yaradıb nizama saldı”
(səvva) sözü (təsviyə) kökündən olub, mənası “nizama salmaq" deməkdir. Ayədə isə bu söz daha geniş mənada işlənmiş, bütün yaranmışların istər insan olsun, istərsə də göylərin və yerin, kəhkəşanların – nizamla yaranıb sistemli idarə olunmasına şamil olunur. Bəzi təfsir alimləri bu ayəni yalnız insanın xilqətindəki nizam-intizama aid ediblər. Amma əsl həqiqətdə sözügedən ayə daha geniş mənalara şamil olunur. Yəni dünyanın və aləmlərin yaranmasından tutmuş insanın barmaq izlərinə qədər olan incəlikləri əhatə edir. “Qiyamət” surəsində də bu həqiqətə işarə olunmuşdur:
بَلَىقَادِرِينَعَلَىأَنتُسَوِّيَبَنَانَهُ
"Biz onun barmaqlarının uclarını(n hətta xətlərini də) bərpa etməyə qadirik."⁸
Sözügedən ayə, qısaməzmunlu olmasına baxmayaraq, Allahın böyük qüdrətinin əzəmətini bəyan edir.
Xilqət və yaranışdakı nizam-intizam məsələsinə işarə olunduqdan sonra növbəti ayədə varlıqların hidayət olunması bəyan olunur:
( وَالَّذِيقَدَّرَفَهَدَى)
”O Allah ki, ölçü verib doğru yola yönəltdi”
(qəddərə) sözü ilə bütün yaranmışların onlar üçün müəyyən olunmuş və ölçülmüş hədəfə doğru hərəkət etmələrinə işarə olunur. (həda) feili isə burada fitri hidayət mənasında işlənmişdir. Misal üçün Allah-taala dünyaya yeni göz açmış körpənin qidasını ananın döşündəki süddə qərar verdi və eyni zamanda anada övladına qarşı atifə və mərhəmət hissini yaratdı. Digər bir tərəfdən, uşaqda ananın döşündəki südə meyillilik düşüncəsini yaratdı. Bu ikitərəfli cəzbetmə qüvvəsi (ananın övladına, övladın da anaya qarşı), demək olar ki, bütün canlılarda müşahidə olunur. Bir sözlə, hər bir canlının yarandığı gündən ömrünün sonuna kimi qət etdiyi yollar xüsusi nizam-intizamla biçilmiş- dir. Sanki hər bir canlını yönəldəcək bir qüvvə vardır. İnsana gəldikdə isə fitri yönəlmədən əlavə, digər bir hidayət və doğru yolu vardır. Bu isə peyğəmbərlər (ə) və vəhy vasitəsilə göndərilmiş hidayət yoludur. Məhz insan üçün müəyyən olunmuş fitri hidayət yolları təşrii hidayət ¹⁰ vasitəsilə gerçəkləşir. "Taha" surəsinin 49-50-ci ayələrində bu həqiqətə işarə olunmuşdur:
قَالَفَمَنرَّبِّكُمَايَامُوسَىقَالَرَبُّنَاالَّذِيأَعْطَىكُلَّشَيْءٍخَلْقَهُثُمَّهَدَى
"(Firon) dedi: "Rəbbiniz kimdir, ey Musa?" Dedi: "Rəbbimiz hər bir varlığa mövcud olması üçün lazım olan hər bir şeyi verib sonra da doğru yolu göstərəndir!"
Düzdür, əsrlər öncə Həzrət Musanın (ə) dövründə və yaxud Quran nazil olarkən bu həqiqətin incəlikləri tam surətdə kəşf olunmamışdır. Müasir dövrümüzdə elm, texnologiya inkişaf etdikcə yaranmışların, xüsusilə canlıların və bitkilərin fitri qanunlarla idarə olunduğu daha da bəlli olur. Xilqətin əsrarəngiz incəliklərinin kəşfinə dair minlərlə kitab yazılmasına baxmayaraq, yenə də bəşər üçün bəzi sirli məqamlar kəşf olunmayaraq qalmaqdadır.
Növbəti ayədə bitkilər aləminə, xüsusilə dördayaqlı heyvanların qidasına işarə olunaraq deyilir: “O Allah ki, otlağı cücərdib”
(əxrəcə) feili ilə sanki deyilir ki, bütün otlar və bitkilər yerin altında olub sonradan Allahın qüdrəti ilə aşkar olunmuşdur. Təbii ki, heyvanların ot-ələflə qidalanması insanın qidalanması üçün bir müqəd- dimədir. Çünki bütün bunların xeyrindən sonda insan bəhrələnir.
Növbəti ayədə deyilir: "Sonra da qurudub qaraltdı."
(ğüsa) sözünün mənası “qurumuş ot" deməkdir. Bu sözdən nəyinsə xarab olub aradan getməsini bildirmək üçün ironiya kimi istifadə olunur. Sözügedən ayədə isə ətrafa səpələnmiş qurumuş ot mənasında işlənmişdir. (əhva) sözünün mənası isə “tünd yaşıl” deməkdir. Bəzi hallarda bu söz "qara" mənasında işlənir. Eyni zamanda bu sözü hər iki mənaya şamil etmək olar. Çünki tünd yaşıl rəng, demək olar ki, qara rəngə çalır. Yəni yaşıl otlar getdikcə qaralır. Ayədə ilahi nemətlər bəyan olunarkən bu sözdən istifadə olunmasının səbəbi aşağıdakı üç səbəbdən biri ola bilər:
1- Dünyanın sonda fani olması yamyaşıl, təravətli otların bu hala düşməsinə bənzədilmişdir. İnsan bu dəyişkənlikdən ibrət götürməlidir. Bahar fəslində yaşıl otlar bir neçə ay keçdikdən sonra öz təravətini itirməklə qurumağa başlayır. Bu da eynilə dünyanın naz-nemətinin ötəri olub, sonda fənaya uğramasına işarədir.
2- Qurumuş otlar torpağa qarışmaqla torpaqda yeni bir canlanma yaradır və təzə bitkilərin, otların cücərməsinə səbəb olur.
3- Bəzi təfsir alimlərinin dediyinə görə, bu ayə yerin altında daş kömürlərin əmələ gəlməsini açıqlayır. Belə ki milyon illər öncə qur- umuş ağaclar və otlar zaman keçdikcə yerin altına hopub bərk cisim halına düşmüşdür. Daş kömürlərin iki yüz əlli milyon il öncə yerin üzərində yaranmış bitki örtüyünün sonradan torpağa qarışması nəticəsində əmələ gəldiyini bəzi alimlər də iddia etmişlər.
Əlbəttə, ayənin təfsirində deyilmiş sonuncu səbəb elə də məqbul hesab olunmur. Amma ayənin mənası geniş olduğundan hər üç səbəbə də şamil etmək olar. Hər halda, quruyub qaralmış otların, təbii ki, faydası da inkar olunmazdır. Belə ki həm qış fəslində heyvanların qidası hesab olunur, həm insanların od qalamaları üçün bir vasitədir, digər bir tərəfdən isə torpağa qarışmaqla torpaqda canlanma əmələ gətirir.
Sözügedən ayələrdə Allahın rübubiyyətinin uca məqamı yeddi sifətlə vəsf olunmuşdur. Bu ayələrin mənasını diqqətlə düşünmək insanın qəlbində iman nurunu daha da artırar, burada qeyd olunan nemətlərə qarşı insanda şüküretmə hissiyyatı daha da güclənər.
İncəlik:
Yaratdıqlarına müəyyən ölçü verib doğru yola yönəltməsi ilahi rübubiyyətin bariz nümunələrindən biridir. Bu, elə bir məsələdir ki, zaman keçdikcə, elm inkişaf edikcə xilqətin əsrarəngiz həqiqətləri daha da aşkar olur. Bəşər elmi kəşflər nəticəsində dünyanın heyrətamiz sirlərindən xəbərdar olur.
Bəzi təfsir alimləri məşhur alim Krisi Murisin “İnsan xilqətinin sirləri" kitabından nümunələr gətirərək heyvanlar haqqında müəyyən olunmuş ölçü və hüdudlardan nümunələr qeyd etmişlər. Bunlardan bir neçəsini burada qeyd edirik:
1- Quşlar: Köçəri quşlar fəsil dəyişdikdə on minlərlə kilometr məsafəni okeanların, meşələrin, səhraların üzərində qət edərək uzaq məsafələrə gedir. Amma bununla belə öz yerlərindəki yuvaların yerini heç vaxt itirmir. Bir müddətdən sonra yenə əvvəlki yuvalarına geri dönür. Bal arıları da eynilə belədir. Arılar pətəklərindən nə qədər uzaq məsafəyə getsələr belə, yenidən öz yuvalarına qayıdır. Halbuki insan uzaq məsafələrə getdikdə müəyyən yol nişanları, bələdçilər olmadan vətəninə qayıda bilməz.
2- Həşəratlar: Həşəratların çox iti görmə qabiliyyəti olan gözləri vardır. Belə ki həşəratlar mikroskop dəqiqliyi qədər ətrafdakı əşyaları müşahidə edə bilir.
3- İnsanlar: İnsan gecə vaxtı yolu tapması üçün işıqdan və yaxud fanardan istifadə etməlidir. Amma bəzi quşlar ultra bənövşəyi şüaların vasitəsilə gecənin qaranlıq zülmətində hərəkət edə bilir. Hətta bəzi quşlar radar və səsötürmə vasitəsilə gecə vaxtı hərəkət edir.
4- İtlər: İtlər fövqəladə iybilmə vasitəsilə getdikləri yolda hansı heyvanların olduğunu hiss edir.
5- Heyvanlar: Bütün heyvanlar insanın eşidə bilmədiyi ultra səs- ləri eşidə bilir. İnsan ən incə və uzaq səsləri eşitməsi üçün müəyyən cihazlar kəşf etdi. Amma Allah öz qüdrəti ilə insanla heyvan arasında fərq yaratdı. Belə ki insan öz vücudundakı zəiflikləri (dəqiq görmə, eşitmə, hissetmə və s.) müəyyən elmi kəşflərlə, cihazlar yaratmaqla aradan aparır. Amma heyvanlarda isə belə bir cihazlara ehtiyac duyulmur.
6- Balıqlar: Dənizlərdə və okeanlarda üzən bəzi kiçik balıqlar toxum qoymaq üçün yarandıqları çaylara, göllərə qayıda bilir. Bu kimi balıqlar və su heyvanları suyun sürətlə axınına qarşı hərəkət edib əsl vətənlərinə geri dönə bilir.