Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Fəcr Surəsinin Ayələrinə Qayıt →
Əl-Fəcr Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Fəcr surasi, 1-5-ci ayələr

Fəcr surasi, 1-5-ci ayələr



بِسْمِاللهِالرَّحْمنِالرَّحِيمِ


وَالْفَجْرِ .۱


وَلَيَالٍعَشْرٍ .۲


وَالشَّفْعِ وَالْوَتْرِ ٣٠


وَاللَّيْلِ إِذَا يَسْرِ .٤


هَلْفِيذَلِكَقَسَمٌلَّذِيحِجْرِ .٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. And olsun dan yerinə!

2\. And olsun on gecǝyǝ!

3\. And olsun cütə və təkə!

4\. And olsun (gündüzün aydınlığına doğru) hərəkət edən gecəyə (ki, sənin Rəbbin zalımların pusqusundadır)!

5\. Bu deyilənlərdə ağıl sahibi üçün mühüm bir and yoxdurmu?

Ayələrin təfsiri



And olsun dan yerinə!

Surənin başlanğıcında beş and qeyd olunmuşdur: İlk olaraq deyilir:

(وَالْفَجْرِ)

“And olsun dan yerinə“

(وَلَيَالٍعَشْرِ)

“And olsun on gecəyə“

(fəcr) sözünün lüğətdə mənası “böyük yarıq” deməkdir. Sübh nın işığı gecənin qaranlığını yardığı üçün dan yerinə “fəcr” deyilir.

Bu da bəllidir ki, iki cür fǝcr var: "fǝcri-kazib" (yalançı fǝcr), "fǝcri- sadiq" (doğru fǝcr)

Fǝcri-kazib: səmada zahir olan və bir tərəfi gecənin qaranlığına qovuşan uzun ağ xətdir.

Fǝcri-sadiq: gündoğan tərəfdən zahir olmağa başlayan və getdikcə bütün göy üzünü əhatə edən işıqlı ağartıdır. Bu fəcrin zahir olması ilə artıq gecənin sona yetdiyi və bir müddət sonra Günəşin doğacağı xəbər verilir. Oruc tutanlar fǝcrin bu vaxtında imsak etməlidirlər.

Bəzi təfsir alimləri “fəcr” sözünü ümumilikdə sübh çağının işıq- lanması mənasında təfsir ediblər. Hər halda, dan yerinin sökülməsi ilahi qüdrətin böyük nişanələrindən biridir. İnsanın, bütün canlıların həyata yenidən dönüşü və oyanışı deməkdir. Qaranlıq zülmətin sona yetməsi, işıqlı nurun başlanğıcı deməkdir. Bütün canlıların hərəkətə gəlməsi, yuxunun və aləmə çökmüş sükutun sona yetməsi dan yerinin sökülməsi ilə başlanır. Məhz surənin əvvəlində də həyatın ən əsas dönüş nöqtə- sinə and içilmişdir. Təfsir alimlərindən bəziləri sözügedən ayəni hicri- qəməri təqviminin başlanğıcı olan Məhərrəm ayının birinci on günlüyü mənasında təfsir etmişlər. Bəzi təfsirçilərə görə isə bu ayə həcc mərasiminin mühüm günü olan “Qurban" bayramına (Zilhiccə ayının onuncu gününə) işarədir. Bəziləri də sözügedən ayənin mübarək Ramazan ayının sübh çağlarına və yaxud cümə günlərinin sübh vaxtına aid olduğunu demişlər.

Hər halda, ayəni bir çox geniş mənalarda təfsir etmək olar. Hətta bəziləri qaranlıqdan doğan işıqlı nur mənasında təfsir ediblər. Məhz bu təfsirə əsasən, cahiliyyət dövrünün qaranlıq zülmətində Həzrət Muhəmməd peyğəmbərin (s) nübüvvət nurunun zahir olmasını “fǝcr” mənasına aid etmək olar. Hətta bəşərin zülm və fəsad zülmətinə qərq olduğu bur vaxda Həzrət İmam Məhdinin (ə.c) zühur etməsi də fəcrin mənalarından biri hesab olunur. Bir az da daha geniş mənalara varsaq, Kərbəlada İmam Hüseynin (ə) öz pak qanı ilə lənətlənmiş Üməyyə nəslinin zülmünə son qoyması fəcrin bariz nümunələrindən biri hesab olunur. Ümumilikdə isə belə qənaətə gəlmək olar ki, zülmə, cəhalətə, küfrə qarşı hər bir dönüş nöqtəsi “fəcr” adlanır. Hətta günahkarın tövbə edib Allaha dönüşü, onun həyatının fəcri adlanır. Deyilən bütün izahları ayənin batini mənasına şamil etmək olar. Amma ayənin zahiri mənası isə tərcümədə qeyd olunduğu kimi, "dan yerinin sökülməsi”ndən ibarətdir.

(And olsun on gecəyə!) ayəsinin təfsirində isə alimlərin bir çoxu bu gecələrin Zilhiccə ayının birinci on gecəsinə təsadüf etdiyini qeyd etmişlər. Belə ki Zilhiccə ayının birinci on gecəsi İslam dünyasında müsəlmanların ən yadda qalan ictimai ibadət və bayram günləri ilə, yəni böyük Həcc ziyarəti ilə tarixə həkk olunmuşdur. Bu təfsir Cabir ibn Abdullahin Həzrət Peyğəmbərdən (s) rəvayət etdiyi hədisdə öz əksini tapmışdır.\[3\]

Bəzi təfsir alimləri bu on gecənin Ramazan ayının axırıncı on gecəsinə, bəziləri isə Məhərrəm ayının birinci on gecəsinə təsadüf etdiyini qeyd ediblər. Hər üç təfsiri sözügedən ayənin izahına şamil etmək olar.

Ayənin batini mənasına gəldikdə isə hədislərdə “fəcr” sözünün Həzrət İmam Məhdinin (ə.c) mübarək vücuduna, “on gecə”nin o Həz- rətdən (ə.c) əvvəlki on məsum imama (ə), növbəti ayədə gələn (cüt) sözünün isə Həzrət İmam Əli (ə) və Həzrət Xanım Zəhraya (s.ə) aid olduğu qeyd olunmuşdur.

Sözügedən ayədəki andı hər hansı bir təfsirə aid etsək belə, mühüm bir xəbərə aid olduğunu bəyan edir. Çünki adətən mühüm və fövqəladə xəbərlərin ciddiliyinə andlar içilir.

Növbəti ayədə andın davamı olaraq deyilir: (And olsun cütə və tǝkǝ!)

Ayədəki "cüt” və “tək”in nədən ibarət olduğuna dair təfsir alim- ləri müxtəlif izahlar vermişlər. Hətta iyirmiyə \[4\] yaxın, bəzi yerlərdə isə otuz altıya \[5\] yaxın müxtəlif izahlar verilmişdir. O, cümlədən:

1- Cüt və tək ədədlərə işarə olunub. Mütəal Allah sözügedən ayədə varlıq aləmindəki bütün yaranmışların saylarının ədədlərinə and içmişdir.

Çünki varlıq aləmindəki sayların və ədədlərin mahiyyəti nizam-intizamın gerçəkliyindən xəbər verir. Və bütün bu ədədlərin sayı yalnız Uca Allaha bəllidir. Hətta insan həyatının nizam-intizamında da ədədlərin və hesabların inkarolunmaz müstəsna rolu vardır.

2- (cüt) ifadəsilə canlı varlıqlara işarə olunmuşdur. Çünki bütün canlı varlıqlar cüt olaraq xəlq olunmuşdur. (tək) ifadəsi ilə isə yalnız Allahın pak Zatına işarə olunmuşdur. Çünki Allah təkdir, heç bir şəriki və bənzəri yoxdur. Bundan əlavə, hər bir yaranmış məxluq iki hissədən vücud və mahiyyətdən ibarətdir. Fəlsəfə elmində bu anlam "cüt tərkib" termini ilə ifadə olunur.

3- Bütün canlı və cansız məxluqlar nəzərdə tutulur. Belə ki bunlar- dan bəziləri cüt, bəziləri isə tək (məs: nəbatat və s.) olaraq yaranmışdır.

4- Cüt rükətli və tək rükətli namazlara işarə olunmuşdur (məsum imamlardan (ə) rəvayət olunan hədislərə əsasən.)\[6\] Həmçinin gecə namazının “şəf” və “vətr” namazlarına işarə olunmuşdur.

5- (cüt) ifadəsi ilə Zilhiccə ayının “tərviyyə” \[7\] günlərinə, (tək) ifadəsi ilə “ərəfə” gününə işarə olunmuşdur. Bəzi yerlərdə (cüt) ifadəsi ilə “Qurban” bayramına da işarə olunmuşdur.

Ən əsası isə bundan ibarətdir ki, ayəsindəki hər iki ifadənin (əlif-lam) artiklini ümumilik kəsb edən mənada götürsək, deyilən bütün təfsirləri sözügedən ayənin mənasına şamil etmək olar. Amma (ǝlif-lam) artikli xüsusilik kəsb edən mənada götürülsə, onda sözügedən ayənin mənası bu iki təfsirdən birinə şamil olunur:

\- “Ərəfə" və "Qurban bayramı” günləri. Çünki bu günlər əvvəlki ayədə qeyd olunan "on gecə" ifadəsinin Zilhiccə ayının birinci on gününə də təsadüf olunur.

\-(and olsun dan yerinə) ayəsi ilə əsasən namazlara, xüsusilə sübh namazına işarə olunmuşdur.

Sonuncu hər iki təfsir hədislərdə məsum imamlardan (ə) rəvayət olunmuşdur.

Nəhayət, sonuncu andda deyilir: (And olsun (gündüzün aydınlığına doğru) hərəkət edən gecǝyǝ!)

Bu ayədə hərəkət etmək gecənin özünə aid edilmişdir. Sanki “gecə” canlı bir varlıqdır və qaranlıq bir gecədə səhərin işıqlığına doğru hərəkət edir. Əgər gecənin qaranlıq zülməti sabit olaraq dəyişməz qalsaydı, təbii ki, dəhşətli bir hal əmələ gələrdi. Amma nura doğru hərəkət edən gecənin özündə belə, bir dəyər vardır. Və elə təbiətin bu əsrarəngiz dəyərinə də and içilmişdir. Sözügedən ayədəki gecənin bütün gecələrə və yaxud məxsus bir gecəyə aid olmasına dair müxtəlif fikirlər söylənilmişdir. Bu ayədə də əvvəlki ayədə olduğu kimi, əgər (əlif-lam) artiklini ümumilik kəsb edən mənada götürsək, bütün gecələr nəzərdə tutulur. Amma (əlif-lam) artikli xüsusilik kəsb edən mənada götürülsə, onda əvvəlki ayələrin təfsirinə münasib olaraq "Qurban bayramı”nın gecəsinə işarə olunmuşdur. Məhz həmin gecə hacılar Ərəfatdan Müzdəlifəyə doğru hərəkət edirlər. Müzdəlifədə gecəni qalıb sübh vaxtı (dan yeri söküləndə) Minaya doğru hərəkət edirlər. \[8\] Həcc mərasimində bu səhnəni müşahidə edənlər hacıların izdihamlı hərəkətinin şahidi olublar.\[9\] Sanki “gecə” də hacılarla birlikdə hərəkət edir. Sanki yer-göy, bütün kainat bu izdihamlı hərəkətə qoşulmuşdur.

"Gecǝ" ümumi və yaxud xüsusi mənada təfsir olunmasından asılı olmayaraq, Allahın böyük qüdrət nişanələrindəndir.

Sözügedən ayələrdəki andlar zikr olunduqdan sonra mühüm bir xəbərin müqəddiməsi bəyan olunur

هَلْفِيذَلِكَقَسَمٌلَّذِيحِجْرٍ


(Bu deyilənlərdə ağıl sahibi üçün mühüm bir and yoxdurmu?)

(hicr) sözü ayədə “ağıl” mənasında işlənmişdir. Amma əslində, bu sözün mənası “qadağan etmək” deməkdir. Məsələn, əgər deyilsə ki, hakim bir nəfəri “hier" etdi, yəni hakim bir nəfəri öz malından istifadə etməyi qadağan etdi. Otağa ona görə “hücrə” deyilir ki, kənar şəxslərin icazəsiz girişi qadağan olunmuşdur. Ağıla da insana pis işləri qadağan etdiyi üçün "hicr" deyilir.

Bəs görəsən, hansı mühüm xəbərə görə bu qədər and içilmişdir? Suala iki cür cavab verilmişdir:

\- Qeyd olunan andlar (Həqiqətən də, sənin Rəbbin nəzarət edir (zalımların pusqusundadır) xəbərini bəyan edir.

\- Qeyd olunan andlar bir neçə ayə sonra bəyan olunan zalımlara veriləcək əzab xəbərini açıqlayır. Sanki ayənin mənası belə olur: “And olsun deyilənlərə, biz zalımlara və kafirlərə, şübhəsiz, əzab verəcəyik.”