Əl-Bələd Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Bələd surəsi, 1-7-ci ayələr
Bələd surəsi, 1-7-ci ayələr
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم
لَا أُقْسِمُ بِهَذَا الْبَلَدِ .١
وَأَنتَحَلٌّبِهَذَاالْبَلَد .٢
وَوَالِدٍوَمَاوَلَدَ .٣
لَقَدْخَلَقْنَاالْإِنسَانَفِيكَبَدٍ .٤
أَيَحْسَبُأَنْلَنيَقْدِرَعَلَيْهِأَحَدٌ .٥
يَقُولُأَهْلَكْتُمَالًاتُبَدًا .٦
أَيَحْسَبُ أَنْ لَمْ يَرَهُ أَحَدٌ .٧
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. And olsun bu müqəddəs şəhərə (Məkkəyə)!
2\. Sən sakini olduğun şəhərə.
3\. And olsun ataya və onun övladına!
4\. Biz insanı çətinlik içində xəlq etdik (həyatını çətinlik içində qərarlaşdırdıq).
5\. O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?
6\. O deyir: "Mən çoxlu var-dövlət sərf etmişəm!”
7\. O, heç kəsin onu görmədiyinimi zənn edir?
Ayələrin təfsiri
Bu müqəddəs şəhərə and olsun
Qurani-Kərimin qayda və üslubu budur ki, çox vaxt mühüm olan həqiqətləri çatdırmaq və elan etmək üçün mövzunun əvvəlini andla başlayır. Əlbəttə, həmin andlar mövzu ilə əlaqəli olmaqla yanaşı, həm də insan zəkasında, təfəkküründə və ağlında yeni düşüncənin formalaşmasına təkan verir.
Yuxarıdakı ayələrdə insan həyatının əziyyətli və keşməkeşli olmasından danışdığı üçün mövzuya yeni andlarla başlanır. Ayədə deyilir: “And olsun bu müqəddəs şəhərə (Məkkəyə)!”
“Sən sakini olduğun şəhərə.”
Ayədə "Məkkə” sözündən birbaşa istifadə olunmamasına baxma- yaraq, surənin Məkkə şəhərində nazili, eyni zamanda bu şəhərin qeyri- adi şəhər, yəni “Məkkə” şəhərinin olması aydın olur. Əlbəttə, ayədəki şəhərin Məkkə olması barəsində bütün təfsirçilərin rəyi eynidir.
Həmçinin bu şəhərin şərafət və fəziləti İlahinin bu şəhərə and içməsinə haqq qazandırır. Çünki bu şəhər ilk tövhid şəhəri olmaqla yanaşı, həm də ilk ibadət ocağı olmuşdur. Həmçinin ilk ibadət evi məhz bu şəhərdə tikilmiş və İlahinin əksər peyğəmbərləri bu evin başında təvaf etmişlər. - Amma “Sən sakini olduğun şəhərə” ayəsi yeni mətləblərdən xəbər verir. Ayədə Peyğəmbərin (s) yaşadığı şəhərin xüsusi vurğulanmasından belə başa düşülür ki, Məkkəyə Peyğəmbərin(s) mübarək vücüdunun sayəsində şərafət, fəzilət və bərəkət enmişdir. Buna baxmayaraq, belə bir əzəmətə sahib olduğu üçün and içilməyə layiq görülmüşdür.
Torpaqların dəyər və qiymətinin insanlar tərəfindən təyin edilməsi inkarolunmaz bir həqiqətdir. Əks-halda, Məkkə kafirləri belə düşünmə- sinlər ki, Quranda onların yaşadıqları şəhərə and içilir və bu da onların özlərinin, sitayiş etdikləri bütlərin müqəddəs olmasına dəlalət edir. Təbii ki, bu, belə deyil. Surənin ikinci ayəsi sübut edir ki, burada söhbət hazırda bu şəhərin yeganə dəyəri olan Muhəmməd Peyğəmbərin (s) burada yaşamasından gedir.
Yuxarıdakı iki ayə barəsində digər bir təfsir də belədir: “Mən bu şəhərə and içmirəm! Çünki onlar sənin hörmətini saxlamır, sənin malına, canına ziyan vurmağı özlərinə halal və icazəli bilirlər.”
Yuxarıdakı təfsir Qüreyş tayfasının kafirləri və Məkkə müşrikləri üçün şiddətli töhmətdir. Çünki onlar bundan öncə özlərini Kəbə evinin xadimi və qoruyucusu kimi düşünürdülər. Hətta atalarının qatilini kəbə evinin ətrafında görsəydilər, onun əmniyyətini təmin edərdilər. Deyilənlərə əsasən, hətta kimsə Kəbə evinin taxtasından soyub özünə bağlasaydı, amanda qalardı. Amma nə üçün bütün bu qayda-qanunlar Peyğəmbər (s) barəsində tətbiq olunmadı? Peyğəmbərə (s) gəldikdə, bacardıqları qədər o Həzrətə (s) əziyyət etdilər?! Nə üçün onun özünə və tərəfdarlarına olmazın zülm və əzab verdilər?! Hətta Peyğəmbərin (s) qanını tökməyi belə özlərinə halal bildilər?!
Yuxarıdakı təfsir İmam Sadiqdən də (ə) nəql olunmuşdur.
Ayənin davamında belə buyurulur:
"And olsun ataya və onun övladına!"
Ayədəki "ata” və “oğulun" kim olması barəsində müxtəlif fikirlər mövcuddur.
Birinci fikrə əsasən, ayədəki “valid” sözü İbrahim peyğəmbər (ə), “vələd” sözü isə İsmail Zəbihullaha aiddir. Öncəki ayədə Məkkə şəhərinə and içilməsi, o cümlədən Məkkə şəhərinin və Kəbə evinin İbrahim və İsmail peyğəmbər (ə) tərəfindən ilk dəfə əsasının qoyulması, ayənin belə təfsir olunmasına əsas verir. Ayənin bu şəkildə təfsir olunması onun ümumi mənasına daha münasibdir. Bunu da qeyd etməliyik ki, cahil ərəblər İbrahim peyğəmbər və övladı İsmailə olduqca böyük ehtiram bəsləyir, onlarla fəxr edir, fərəhlənir və hətta bəziləri öz nəsil- nəcabətlərinin o iki həzrətə çatdığını iddia edirdilər.
İkinci fikrə əsasən, “valid” və “vələd” sözündə Adəm (ə) və övladları nəzərdə tutulur.
Üçüncü fikirdə də Adəm və onun ailəsindən sayılan peyğəmbərlər olduğu bildirilir.
Dördüncü fikrə əsasən isə bütün ata və övladlar qeyd olunur. Çünki insanın doğulması, tarixin müxtəlif dövrlərində nəsillərin davam etməsi, yaradılışın heyrətə salacaq və fövqəladə işlərindəndir. Odur ki, Allah- taala xüsusi şəkildə, bu mühüm işi nəzərə alaraq onlara and içmişdir.
Yuxarıdakı dörd fikirdən birincisinin daha münasib olmasına baxmayaraq, digər üç fikir də ümumi mənadan kənar deyil.
Ayənin davamında yeni bir cümlənin gəlməsi öncəki andiçmələrin məqsədini açıqlayır: "Biz insanı çətinlik içində xəlq etdik, həyatını çətinlik içində qərarlaşdırdıq.”
(لَقَدْخَلَقْنَاالْإِنسَانَفِيكَبَدٍ)
(kəbəd) sözü mərhum Təbərsinin "Məcməül-bəyan" kitabında "qatı" mənasında işlədilmişdi. Həmçinin ərəb dili lüğətində südün qatıl- aşmasına “təkəbbədəl-ləbən” deyilir.
Amma Rağib İsfahaninin “Müfrədat” lüğət kitabında “kəbəd” sözü qara ciyərin üstündə olan kəskin ağrıya və bundan əlavə, bütün ağrı-acı növlərinə şamil edilir.
Bu sözün kökü və mənşəyinin nə olmasından asılı olmayaraq, ayədəki mənasının əziyyət və narahatlıq olması aydındır.
Bəli, insan həyatının ilk günündən, hətta ana bətninə düşən andan başlayaraq çox çətin, ağrılı-acılı yollar keçir, beləliklə də, dünyaya göz açır. Dünyaya göz açdıqdan sonra isə uşaqlıq həyatı başlayır. Daha sonra gənclik, davamında isə ən çətin dövr, yəni qocalıq dövrü başlayır. İnsan bütün bu həyat yolu boyunca ibtidadan sona qədər müxtəlif əzab- əziyyət, müxtəlif məşəqqətlərlə üzləşir. Dünyanın olacağı və təbiəti elə bundan ibarətdir. Bundan savayı dünyadan hər hansı bir fəziləti gözləmək özü olduqca səhv düşüncədir. Şair demişkən:
# طبعَتْعَلىكَدِروَأَنْتَتُرِيدُهاصَفْواًعَنِالْأَقْدَارِوَالْأَكْدَارِ؟
# مُتَطَلِّبٌفِيالْمَاءحَذْوَةَنار! وَمُكَلِّفُواالأَيَّامِضِدَّطِباعِها
"Cahanın xasiyyəti və təbiəti kin-küdurət üzərində qurulub, sən bütün küdurətdən və inciklikdən amanda qalmaq istəyirsən?"
Kim dünyanı onun təbiətinə zidd olaraq istəyərsə, sanki dəryanın dalğaları arasında alov axtarmış kimidir”.\[5\]
Həmçinin ilahi peyğəmbərlərin və övliyaların həyat tərzinə diqqət etdikdə onların da əzab-əziyyətdə, çətinlik və narahatlıqda yaşadıq- larının şahidi oluruq. Buradan belə nəticə alırıq ki, dünyanın ən gözəl insanlarının həyat tərzi belə keşməkeşli olubsa, artıq digərlərinin yaşa- yışını təsəvvür etmək o qədər də çətin olmur.
Uzaqdan hansısa toplum bizim üçün şad və firavan görünürsə, bu bizim onlar barəsində səthi məlumatımız əsasındadır. Sözün əsl məna- sında, yaxından tanış olduqda məsələnin heç də biz düşündüyümüz kimi olmadığının şahidi oluruq. Əlbəttə, hər kəsin həyatında müəyyən zaman çərçivəsində şadlanmaq istisnadır. Bu ümumi təbiətin qanununa xələl gətirmir.
Növbəti ayədə deyilir:
"O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?"\[6\]
يَقْدِرَعَلَيْهِأَحَدٌ
İnsan həyatının bu qədər əzab-əziyyətlərlə qarışması və insanın bütün bu çətinliklərə qatlaşması onun özünün xüsusi bir qüdrətinin olmamasına dəlildir.
Amma o (insan) təkəbbür və qürur atına minərək özünün heç vaxt cəzalanmayacağını düşünür, özünü bütün mühakimələrdən, o cümlədən Allah-taalanın bir gün onu cəzalandıracağından amanda zənn edir. Bu minvalla digərlərinin haqqına təcavüz edərək Allahın əmrlərindən asanlıqla çıxır. Bir az vəzifə və qüdrətə yiyələnən kimi, Allahın bütün qanunlarını ayaq altına qoyaraq digərlərinin haqqını görməzdən gəlir. Əlbəttə ki, belələri Allaha bəndə sayılmırlar. Amma görəsən, həqiqətən, onlar bir gün cəzalanmayacaqlarını düşünürlər? Yəni Allahın cəza günündən yayınacaqlarını təsəvvür edirlər? Çox böyük səhv edirlər!
Həmçinin ayə barəsində belə bir ehtimal da verilmişdir: “ Ayədə maddi baxımdan daha imkanlı olanlar nəzərdə tutulur. Onların düşüncə- sinə əsasən, kimsə onların sərvətini onlardan almaq qüdrətinə malik deyil.
Digər ehtimala əsasən isə ayənin məqsədi “kimsə onları əməllərinə görə sorğuya almayacaq" kimi düşüncələrə malik olanlardır. Ayənin, əhatəli olduğunu nəzərə alaraq, deyə bilərik ki, bütün yuxarıdakı ehtimallara şamil edilə bilər.
Bəzi təfsirçilərin fikrinə əsasən, ayə Cəmih qəbiləsindən olan Əbul Əsəd barəsində nazil olmuşdur. O, fiziki baxımdan olduqca qüdrətli və qüvvətli bir şəxs idi. Deyilənlərə görə o, bir dəri üzərində oturarmış və on nəfər kişi onu yerindən tərpətmək üçün dərini onun altından çəkərmişlər. Dəri parça-parça olsa da, onu yerindən tərpət- mək mümkün olmurmuş.\[7\]
Amma bunu da qeyd edək ki, ayənin belə şəxslərə aid edilməsi onun hökmünün ümumi insanlara şamil olunmasına mane deyildir. Daha sonra ayədə belə buyurulur:
"O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!” Ayə onlara: "Allah yolunda infaq və ehsan edin." dedikdə qürur və təkəbbürlə: “Biz bu yolda çox xərcləmişik." deyənlərə aiddir. Amma bunu da qeyd edək ki, onlar heç vaxt Allah yolunda öz mallarından xərcləmir, xərcləyəndə isə riyakarlıq, eləcə də başqalarına öz şəxsiy- yətlərini nümayiş etdirmək üçün xərcləyirlər.
Bəzi təfsirçilərin fikrinə əsasən, ayə İslam dininin əleyhinə, o cümlədən Peyğəmbərin (s) təbliğatının qarşısını almaq üçün düşmənçilik niyyəti ilə pul xərcləyən kəslər barəsində nazil olmuşdur. Hansı ki həmin şəxslər İslam dininin əleyhinə pul xərclədikdə xoşhal olurdular. Hədisdə də bu barədə belə yazılmışdır: “Xəndək döyüşü zamanı Əli (ə) Əmr ibn Əbdǝvidi İslam dininə dəvət etdikdə o, deyir:
# فَأَيْنَمَاأَنْفَقْتُفِيكُمْمَالاًلُبَداً
“Bəs mənim sizin əleyhinizə bu qədər xərclədiyim pullar necə olsun?!"\[8\]
Bəzi təfsirçilər isə yazırlar: Ayə Qüreyş qəbiləsinin bəzi başçıları barəsində nazil olmuşdur. O cümlədən, Qüreyş başçılarından olan Haris ibn Amir böyük günah işlətdikdən sonra Peyğəmbərin (s) hüzuruna gələrək günahın kəffarəsi kimi nicat yolu barəsində soruşur. İslam Peyğəmbəri (s) ona günahının kəffarəsi olaraq malından bir qədərini verməyi göstəriş verir. O isə cavabında: "Mən İslam dinini qəbul etdik- dən sonra mal-dövlətim kəffarə və nəfəqələrə xərclənərək məhv oldu!" deyərək etiraz edir.\[9\]
İlk deyilən təfsirin daha uyğun olmasına baxmayaraq, yuxarıda qeyd etdiyimiz təfsirlərin də heç bir iradı yoxdur.
"əhləktu" sözündən belə məlum olur ki, həmin şəxsin malı tamamı ilə məhv olaraq aradan getmiş və sahibi üçün heç bir faydası olmamışdır. Həmçinin ayənin sonundakı (lübədən) sözü çoxlu mal, mülk, eləcə də sərvət mənasındadır.
"O, heç kəsin onu görmədiyinimi zənn edir?"
O (günahkar şəxs), sözün əsl mənasında əsas bir məsələdən qafildir. O da bundan ibarətdir ki, Allah-taala nəinki onun zahiri əməllərini görür və bilir, hətta onun qəlbinin dərinliklərindən, eləcə də niyyətindən belə xəbərdardır. Məgər sonsuz qüdrətə malik olan, heç bir sərhədlə məhdudlaşmayan və bütün yaratdıqlarına əhatəsi olan Varlığın nəyisə görməməsi, nəyisə eşitməməsi mümkündürmü?! Bu cahil və nadanlar Allahın fövqəladə qüdrətindən xəbərsizdirlər. Odur ki, bu qəflət üzün- dən Allahın xüsusi lütf və inayətindən kənarda qalıblar.
Bəli, Allah-taala sizin bu malları haradan ələ gətirdiyinizi və hara, nə üçün xərclədiyinizi yaxşı bilir.
İbn Abbasdan olan hədisdə deyilir: “Allahın Peyğəmbəri (s) buyurdu:
# لاتَزُولُقَدَمَاالْعَبْدِحَتَّىيُسْأَلَعَنْأَرْبَعَةعَنْعُمْرِهِفِيمَاأَفْنَاهُ؟وَعَنْمَالِهِمِنْأَيْنَجَمَعَهُ،وَفِيمَاذَاأَنْفَقَهُ؟وَعَنْعَمَلِهِماذاعَمِلَبِهِ؟وَعَنْحُبِّنَاأَهْلَالْبَيْت.
"Qiyamət günü dörd şey barəsində soruşulmayınca heç kəs bir addım belə atmayacaq: Ömründən – nəyə sərf etdi, malından – necə qazandı və hara xərclədi, əməlindən nəyə əməl etdi və biz Əhli- beytin məhəbbətindən”.\[10\]
Qısası budur ki, özü daim çətinlik, əzab-əziyyət içində olan kimsə necə qüdrət və təkəbbürlük edə bilər? Allah-taalanın onun niyyətindən xəbəri olduğu halda, hər hansı bir şəxs öz malının hamısnı İslam yolunda sərf etdiyini necə iddia edə bilir? Allah-taala onun necǝ qazandığını və həmçinin riyakarlıqla xərclədiyini də bilir.