Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əd-Duha Surəsinin Ayələrinə Qayıt →
Əd-Duha Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Zuha surəsi, 1-5-ci ayələr

Zuha surəsi, 1-5-ci ayələr



بسم الله الرَّحْمنِ الرَّحِيم


وَالضُّحَى .١


وَاللَّيْلِإِذَاسَجَى .٢


مَاوَدَّعَكَرَبُّكَوَمَاقَلَى .٣


وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَى .٤


وَلَسَوْفَيُعْطِيكَرَبُّكَفَتَرْضَى .٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. And olsun səhərə!

2\. And olsun sakitləşməkdə olan gecǝyǝ!

3\. Rəbbin səni əsla tərk etməmiş və sənə acığı tutmamışdı.

4\. Həqiqətən, axirət sənə dünyadan daha yaxşıdır.

5\. Tezliklə Rəbbin sənə o qədər (nemət) bəxş edəcək ki, razı qalacaqsan.

Ayələrin nazilolma səbəbi



Bu surənin nazilolma səbəbi barəsində çox sayda rəvayətlər qeyd olunmuşdur. Amma biz aşağıda onların daha aydın olanını qeyd edəcəyik:

İbn Abbas deyir: Peyğəmbərə (s) on beş gün vəhy nazil olmadığını eşidən müşriklər dedilər: "Muhəmmədin Rəbbi onu tərk edib, ona qəzəbi tutmuşdur. Əgər o, doğrudan da, Allah tərəfindən göndərilibsə, vəhy əlaqəsi heç zaman kəsilməməli idi.”

Bu surə nazil olur və müşriklərə cavab verir. Allah Peyğəmbərə (s) onu tərk etmədiyini, ona razı qalacağı qədər rəhmət göstərəcəyini müjdə verir, Peyğəmbərin (s) keçmişini xatırlayaraq hər zaman onu necə himayə etdiyini xatırladır. Buna görə də verilən nemətlərin şükrünü etməsi üçün ona yetimlərə və yoxsullara mehribanlıq göstərməsini, Allahın nemətini xatırlamasını göstəriş verir. Hədisə əsasən, Cəbrail mələk vəhyi gətirən zaman Peyğəmbər (s) ona deyir:

\-Niyə gecikmisən, mən artıq vəhyin gəlməsinə səbirsizləşmişdim. Cəbrail deyir:

\- Mən isə daha çox səni görmək üçün səbirsizləşmiş və darıxmışdım. Amma bildiyin kimi, mən məmuriyyət mələyiyəm. Allahın əmri olmadan enə bilmərəm.

Digər bir hədisdə isə belə nəql olunmuşdur: Yəhudilərdən bir dəstə Peyğəmbərin (s) hüzuruna gəlib o Həzrətdən “Zülqərneyn”, “Əshabi kəhf” və "ruh" barəsində sual edirlər. Peyğəmbər (s) isə onlara” inşallah sözündən istifadə etmədən: “Sabah gələrsiniz deyərəm.” demişdi. Vəhyin bir müddət nazil olmamasına səbəb bu hadisə olmuşdur. Təbii ki, bu hadisədən az keçməmiş İslam düşmənlərinin söz-söhbəti artıq işə düşmüşdü. Bu səbəbdən Peyğəmbər (s) narahat olaraq qəmlənmişdi. Amma surənin nazil olması ilə Peyğəmbərin (s) qəlbinə təskinlik verilmiş və onu bu narahatçılıqdan qurtarmışdır. Amma bu nazilolma səbəbi həqiqətdən bir qədər uzaqdır. Çünki Peyğəmbərlə (s) yəhudilərin bu şəkildə görüşü yalnız Mədinə şəhərinə hicrət etdikdən sonra olmuşdur. Məkkədəki vəziyyət isə tam başqa idi.

Həmçinin bəzi hədislərdə digər nazilolma səbəbi də qeyd olunmuşdur: Müsəlmanlardan bir dəstəsi dedi:

\- Ey Allahın Rəsulu, nə üçün sənə vəhy nazil olmur?

Cavabında (Peyğəmbər (s) dedi):

# وَكَيْفَيَنْزِلُعَلَىالْوَحْىوَأَنْتُمْلاتُنَقُونَبَراحِمَكُمْوَلاتَظْلِمُونَأَظْفَارَكُمْ


\- "Mənə necə vəhy nazil olsun ki, siz barmaqlarınızın arasını yumur, dırnaqlarınızı tutmursunuz?

Amma vəhyin fasiləsinin neçə gün olması barəsində müxtəlif hədislər nəql olunmuşdur. Hədislərə əsasən, on iki gün, on beş gün, iyirmi beş gün, qırx gün və bəzi hədislərdə isə iki-üç gecə-gündüzün olması qeyd olunmuşdur.

Ayələrin təfsiri



Surənin girişindəki ilk iki ayədə Allahın andı ilə qarşılaşırıq. Allah-taala burada nura və zülmətə and içərək buyurur:

“And olsun səhərə!”

"And olsun sakitləşməkdə olan gecəyə!"

(zuha) sözü günün ilk başlayan çağına deyilir. Yəni şərq tərəfdən Günəş boylanaraq ətrafı işıqlandırmağa başlayan an artıq "zuha” sayılır. Günün bu çağı ən gözəl vaxt sayılır. Bəzi izahlarda bu anlara günün cavan fəsli deyilir. Çünki yay fəslində havanın istiləşməyən, qış vaxtında isə əksinə olaraq, istiləşməkdə olan zamanı olduğu üçün insana pozitiv əhval-ruhiyyə bağışlayır. Odur ki, bu anlarda insanın hər bir iş üçün enerjisi tam yerində olur.

İkinci ayədəki (səca) kəlməsi (səcv) sözündən alınmış və "sakitlik", "aramlıq" mənalarındadır. Digər izahlarda “örtmək”, "qaranlıq olmaq" mənalarında da işlənmişdir. Bu səbəbdən də meyiti kəfənə bükdükdə ona “müsəcca" deyilir. Amma burada lüğətdə qeyd edilən kimi tərcümə olunur. Yəni “sakitlik”, “aramlıq” mənasındadır. Həmçinin gecə külək əsməyən zamana ərəb dilində “ləylətun-saciyə” (aram və sakit gecə), eləcə də tufanı olmayan sakit və dalğasız dənizə "bǝhrun-sac" (aram dəniz) deyilir.

Hər halda, mühüm olan gecənin sakit və aram olmasıdır. Gecənin aramlığı bir növ insanın ruhunu oxşayır və eyni zamanda insanı da aramlaşdırır. Belə olan halda, insanın əsəbləri də sakit olur. Əsəblər sakit olduqda isə insanın ruhu dincəlir. Bəli, məhz belə gecələrin sayǝsində insan sabah və növbəti sabahlar barəsində aramlıqla düşünə bilir, növbəti həyat fəaliyyətinin davamiyyəti üçün özünü hazırlayır. Bu baxımdan gecə olduqca böyük nemətdir. Buna əsasən, gecə çağı and içilməyə layiqdir.

Bu iki andın məzmunu arasında ciddi oxşarlıq və yaxın əlaqə vardır. Ayədəki “səhər” sözü vəhyin Peyğəmbərə (s) nazil olması ilə qəlbinin aramlaşması, “gecə” sözünün mənası isə vəhyin müvəqqəti və məsləhət olan zamana kimi dayanmasıdır.

Bu iki böyük andın davamında andın məqsədi açıqlanaraq buyurulur:

"Rəbbin səni əsla tərk etməmiş və sənə acığı tutmamışdı.”

رَبُّكَوَمَاقَلَى


Ayədəki (vəddəə) sözü (tǝvdi') sözündən alınmış “tərk etmək”, “vidalaşmaq” mənasındadır.

Ayənin sonundakı (qələ) sözünün əsli (qǝla) (qǝlv) söz kökündən götürülərək “ədavət”, “düşmənçilik” mənasındadır. Bu söz bəzən atmaq və tullamaq mənalarında da işlənir.

Rağib İsfahaninin dediklərinə istinadən, hər iki söz bir mənaya əsaslanır. Çünki əgər bir nəfər digərinə qarşı ədavət və düşmənçilik bəsləyirsə, deməli, onu qəlbindən atmış və qəlbində ona yer saxlamamışdır.

Bu cümlə Peyğəmbərin (s) qəlbini ovutmaq və aramlaşdırmaq üçündür. Peyğəmbər (s) bilsin ki, Allah-taala onu heç vaxt tək buraxmayacaq. Vəhyin gecikməsi ilahi məsləhət əsasındadır. Amma vəhy gecikməsi heç vaxt düşmənlərin gətirdikləri əsasda deyil. Yəni Allah- taala Peyğəmbərə (s) qəzəbləndiyi və Ondan üz çevirdiyi üçün vəhyi gecikdirmir. O, daim Allahın lütf və inayəti sayəsində olub, olacaqdır. Daha sonra ayənin davamında deyilir:

“Həqiqətən, axirət sənə dünyadan daha yaxşıdır.”

Bu dünyada Allahın lütf və mərhəməti səninlədir. Amma axirət dünyasında bu lütf və mərhəmət daha geniş olacaqdır. Orada Allahın nə kiçik, nə də uzun müddətli əzabına düçar olacaqsan. Xülasə budur ki, "sən dünya və axirətdə əzizsən. Dünyada əziz, axırətdə isə ən əzizsən.”

Bəzi təfsirçilər ayədəki (axirət) və (ulə) sözləri ilə Peyğəmbərin (s) ömrünün başlanğıc və sonuna işarə olunmasını qeyd edərək deyirlər:

"Ayədə əks olunan fikir belədir: Sən gələcəkdə daha müvəffəq və qalib olacaqsan. Yəni İslam dini vüsət tapacaq, düşmənlərinə qələbə çalacaq, müsəlmanlar kafirlərin üzərində zəfər çalacaq, tövhid bayrağı ucalacaq, şirkin və bütpərəstliyin kökü kəsiləcəkdir.”

Bunu da qeyd edək ki, bura kimi deyilən hər iki təfsir düz və təxminən eyni məzmundadır.

Sonuncu ayədə ən üstün müjdə verilərək buyurulur:

"Tezliklə Rəbbin sənə o qədər nemət bəxş edəcək ki, razı qalacaqsan.

(وَلَسَوْفَيُعْطِيكَرَبُّكَفَتَرْضَى)


Allahın: "Tezliklə Rəbbin sənə o qədər nemət bəxş edəcək ki, razı qalacaqsan." - deyə buyurması Onun Peyğəmbərə (s) qarşı olan böyük hörmət və ehtiramının göstəricisidir. Dünyada düşmənlərinə qalib gələcəyi, dininin bütün dünyaya yayılacağı, axirətdə də Allahın üstün nemət- lərinə layiq görüləcəyi xəbəri Peyğəmbəri (s) razı salacaq müjdələr olmuşdur. Həzrəti Muhəmməd (s) peyğəmbərlərin sonuncusu və dünyanın rəhbəri olduğu üçün onun razılığı təkcə özünün xilasında deyil. O, o zaman razı qalar ki, ümməti ilə bağlı şəfaəti qəbul edilsin. Buna görə də hədislərdə sözügedən ayənin Qurandakı ən ümidverici, eyni zamanda şəfaəti sübuta yetirən ayələrdən olduğu qeyd edilmişdir. Hədislərdə Quran ayələrinin arasında ən çox ümidbəxş edən ayənin məhz bu ayə olduğu bildirilir. Həmçinin Peyğəmbərin (s) şəfaətinin qəbul olunmasına dəlildir.

İmam Baqirin (ə) atası İmam Səccaddan (ə), İmam Səccadın (ə) əmisi Məhəmməd Hənəfiyyədən, onun da atası Əmirəlmöminindən (ə) nəql etdiyi hədisdə deyilir: Rəsulallah (s) buyurdu: Qiyamət günündə şəfaət yolunun üzərində əyləşib günahkarlara o qədər şəfaət edərəm ki, sonda Allah-taala buyurar:

أَرَضِيْتَيامُحَمَّدُ؟!


\- Ey Muhəmməd! Razı qaldın?

رَضِيتُ،رَضِيتُ


Mən də cavabında: Razı qaldım! Razı qaldım! - deyǝrǝm. Bundan sonra Əmirəlmöminin (ə) üzünü Kufə camaatına tutaraq əlavə edir:

\- Siz elə düşünürsünüz ki, Quranın ən ümidbəxş edən ayəsi “Zumər” surəsinin 53-cü ayəsidir?

رَّحْمَةِاللَّهِإِنَّاللَّهَيَغْفِرُيَاعِبَادِيَالَّذِينَأَسْرَفُواعَلَىأَنفُسِهِمْلَاتَقْنَطُوا


الذُّنُوبَجَمِيعًاإِنَّهُهُوَالْغَفُورُالرَّحِيمُ


من


"De: "Ey Mənim özlərinə qarşı həddi aşmış və zülm edən bəndələrim! Allahın rəhmətindən ümidinizi üzməyin. Allah bütün günahları bağışlayır. O, bağışlayandır, rəhmlidir!"

Deyirlər:

\- Bəli, biz belə bilirik.

Əli (ə) buyurur:

\- Amma biz Əhli-beyt (ə) daha çox ümidbəxş edən ayənin bu ayə olduğunu deyirik:

"Tezliklə Rəbbin sənə o qədər nemət bəxş edəcək ki, razı qalacaqsan.

(وَلَسَوْفَيُعْطِيكَرَبُّكَفَتَرْضَى)


Əlbəttə, məlum məsələdir ki, Peyğəmbərin şəfaəti hər kəsə nəsib olmayacaq. Çünki şəfaətin özünə aid olan xüsusi şərtləri vardır. Odur ki, bütün günahkarların yersiz gözləntisi olmasın.

İmam Sadiqdən (ə) nəql olunan digər bir hədisdə deyilir: Allahın Rəsulu (s) Fatimənin evinə daxil olarkən Fatimə əynində dəvə yunundan toxunmuş qalın paltarda, bir əlində daş dəyirmanı, o biri əlində isə uşağa süd verirdi. Peyğəmbərin gözləri yaşla dolmuş halda dedi:

“Qızım, dünyanın acılığına, axirətin şirinliyinə xatir səbir et! Çünki Allah-taala mənə nazil etdiyi ayədə belə deyir: “Rəbbin sənə qədər nemət bəxş edəcək ki, razı qalacaqsan.

İncəliklər:



Vəhyin fasiləsinin hikməti .

Yuxarıdakı izahların və ayələrin məzmunundan məlum olur ki, peyğəmbərlik mövzusunda Rəsulallahın (s) bütün varı məhz Allah- taaladandır. Hətta ayələrin nə zaman nazil olacağından belə xəbərsizdir. Yəni bu işdə heç bir ixtiyar sahibi deyil. Allah-taala istədiyi vaxt vəhy nazil olur və ya istədiyi zaman vəhyə uzun fasilə verir. Vəhyin bu şəkildə bir müddət fasiləli nazil olması, bəlkə də, Peyğəmbərdən (s) yersiz möcüzələr istəyənlərə, eləcə də: “Bu ayələrin yerlərini dəyiş” və ya bu ayələri sil yenisini yaz." - deyənlərə ibrətdir. Çünki onlar bilməlidirlər ki, Allahın Rəsulu (s) yalnız Allahın sözünü deyir və onun əmrlərini yerinə yetirir. (Necə ki “Yusuf” surəsinin 15-ci ayəsində gəlmişdir.)