Əl-Ələq Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Ələq surəsi, 1-5-ci ayələr
Ələq surəsi, 1-5-ci ayələr
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم
اقْرَأْبِاسْمِرَبِّكَالَّذِيخَلَقَ.١
خَلَقَالْإِنسَانَمِنْعَلَقٍ .٢
اقْرَأْوَرَبُّكَالْأَكْرَمُ .٣
الَّذِيعَلَّمَبِالْقَلَمِ .٤
عَلَّمَالْإِنسَانَمَالَمْيَعْلَمْ .٥
Ayələnin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Yaradan Rəbbinin adı ilə oxu!
2\. O, insanı qan laxtasından yaratdı.
3\. Oxu! Sənin Rəbbin çox əzəmətlidir.
4\. O, qələmlə (yazmağı) öyrətdi.
5\. İnsana bilmədiyini öyrətdi.
Ayənin nazilolma səbəbi
Surənin ümumi məzmunu haqqında məlumat verdiyimiz kimi, bir daha xatırladırıq ki, “Ələq” surəsi, təfsirçilərin çoxunun rəyinə əsasən, Peyğəmbərə (s) ilk nazil olan surədir. Bəzi təfsirçilər isə ümumiyyətlə, yuxarıdakı beş ayənin ilk vəhy olmasının bütün təfsirçilər tərəfindən təsdiq olmasını qeyd edirlər. Həmçinin bu ayələrin məzmunu da bunu təsdiq edir.
Hədislərə əsasən, İslam Peyğəmbəri (s) Hira dağına getmişdi. Bu zaman Cəbrail mələk (ə) nazil olaraq Ona oxumağı əmr edir. Peyğəm- bər (s) isə cavabında: "Mən oxuyan deyiləm." - deyir. Cəbrail mələk (ə) onu qucağına alıb möhkəm sıxaraq bir daha təkrar edir:
\- Oxu!
Amma Peyğəmbər (s) yenə də həmin cavabı təkrarlayır. Cəbrail mələk (ə) isə yenidən həmin işi yerinə yetirir, amma yenə də öncəki cavabı eşidir.
# اقْرَأْبِاسْمِرَبِّكَالذيخَلَقَ
Üçüncü dəfədə yenə da təkidlə deyir və növbəti ayələri oxuyur. Bu sözləri dedikdən sonra Peyğəmbərin (s) gözündən qeyb olur.
Allahın Rəsulu (s) vəhyin ilk təsirindən olduqca yorğunlaşır və evə tərəf dönür. Xədicəni (s.ə) gördükdə: “Üstümü qalın bir şeylə ört.” – deyir.
Həmçinin Təbərsi "Məcməül-bəyan" kitabında nəql edir: Peyğəmbər Xədicəyə tək olduğu zaman nida eşitdiyini və bundan narahat olduğunu söyləyir.
Xədicə cavabında: “Allah-taala Sənə xeyir işdən savayı digər işlər rəva görməyəcəkdir. Çünki and olsun Allaha, Sən əmanətlərə əmanətdarlıq edir, qohumlara baş çəkir və düz danışırsan." - deyir.
Bu hadisədən sonra o, Vǝrǝqət ibn Nofəlin yanına gedir. (Vərəqət ibn Nofəl Xədicənin əmisi idi və ərəblərin arasında ziyalı sayılırdı). Rəsulallah bütün gördüklərini Vərəqət ibn Nofəl üçün danışır. Vərəqət deyir:
\- Eşitdiyin səslərə daha da diqqət et. Onların nə olduğunu başa düşməyə çalış. Sonra onları mənim üçün danış.
Peyğəmbər yenə də tənhalıqda olduqda səs eşitməyə başlayır və diqqət etdikdə bu sözləri eşidir:
الْحَمْدُللهِرَبِّالْعالمين .... ولاالضالينالرَّحْمنِالرَّحيمِالْحَمْدُلِلَّهِرَبِّالْعالَمينبِسْمِالله
لاإِلَهَإِلاالله
Daha sonra isə (bunları): "Ey Muhəmməd! de: Mike Peyğəmbər Vərəqətin yanına gələrək bu eşitdiklərini ona deyir.
Vǝrǝqət deyir:
\- Gözlərin aydın! Yenə də gözlərin aydın! Mən sənin İsa ibn Məryəmin barəsində müjdə verdiyi şəxs olduğun haqqında şəhadət verirəm. Sən Musa kimi şəriət sahibisən. Sən göndərilmiş peyğəmbərsən! Bu günlərdən sonra tez bir zamanda cihad əmri verəcəksən. Əgər mən o günləri dərk etsəm, yəni o zamana qədər yaşasam, sənin kənarında, cihad meydanında vuruşacağam!
Vərəqət dünyadan köçən zaman Peyğəmbər buyurur:
Mən bu ruhanini behiştdə gördüm. Onun əynində ipəkdən paltar var idi. Çünki o mənə iman gətirmiş və məni təsdiq etmişdir!
Əlbəttə, bəzi təfsirçilərin qələmində, tarix kitablarında və bəzi tarixə istinad edilən mənbələrdə Peyğəmbərin (s) həyatının bu illəri barəsində düzgün araşdırılmamış cümlələrə rast gəlirik. Təbii ki, bu hədislərin heç bir tarixi əsası yoxdur və tarixin “israiliyyat” bölümünə daxildir. O cümlədən: "Peyğəmbər (s) vəhyin ilk sədalarını eşitdikdən sonra bunun şeytanın səsi olmasından qorxdu və bərk narahat oldu."; "Vəhyin bu səslərindən narahat oldu və özünü neçə dəfə dağdan atmaq istədi!" Bu kimi tarixi sayıqlamalardan yenə də nümunə gətirmək olar. Amma bura kimi kifayətlənirik. Bütün bu qeyd etdiklərimiz, təbii ki, nə peyğəmbərlik məqamına, nə də fövqəladə idarəçilik sistemini bilən, nəfsinə hakim olan və bəşəriyyətin hidayət çırağı olan İslam Peyğəm- bərinə (s) yaraşan iş deyil.
Bəzi tarixi görüşlər, o cümlədən Peyğəmbərin (s) Xədicənin (s.ə) evinə gedərək gördüklərini izhar etməsi, Vərəqət ibn Nofəl hadisəsi və bu kimi nümunələr düz ola bilməz. Çünki Peyğəmbərin (s) uşaqlıq zamanında, cavanlığında baş vermiş bəzi hadisələr, o cümlədən Əbdül- müttəlibin himayəsində qalması, daha sonra Əbutalibin himayəsinə keçməsi, Xədicənin (s.ə) məhz Peyğəmbərdə (s) olan özəl xüsusiyyətlərə görə onu özünə həyat yoldaşı seçməsi, Allahın əzəmətli mələkləri tərəfindən Peyğəmbərin (s) təlim görməsi və bu kimi sair dəlillər əsasında deyə bilərik ki, o, sıradan bir şəxs deyildi və öz risalətindən cavanlıq dövründən xəbərdar idi. Bu məsələyə İmam Əli (ə) “Qasiǝ” xütbəsində də işarə etmişdir. Odur ki, onun gördüklərini Xədicəyə (s.ə) və ya Vǝrǝqət ibn Nofələ deməsinə heç bir lüzum yox idi.
Məlum məsələdir ki, bu kimi cəfəngiyyatların heç bir tarixi əsası yoxdur və bunların hamısı İslam düşmənlərinin İslama zərbə vurmaq üçün etdikləri xəbislikdən savayı bir şey deyil. Bura kimi dediklərimizə xitam verib ayələrin təfsirinə keçirik.
Ayələrin təfsiri.
Allahın adı ilə oxu.
İlk ayə Peyğəmbərə (s) xitab edərək buyurur: “Yaradan Rəbbinin adı ilə oxu!"
Bəzi təfsirçilərin dediklərinə əsasən, cümlədə tamamlıq yazılmasa da, başa düşülür. Əgər cümlədə yazılmayan, amma zehinlərdə başa düşülən tamamlığı yerinə qoyaraq cümləni yenidən tərcümə etsək, məna belə olacaq: “Yaradan Rəbbinin adı ilə Quranı oxu!” Bəziləri bu səbəbdən surələrin əvvəlində gələn "bismillah”ları həmin surələrin ayələrindən saymışlar.
Hətta bəzi təfsirçilər (b) ədatının artıq olduğunu iddia edərək "Allahının adını oxu" kimi tərcümə etmişlər. Amma bu, əsassız və həqiqətdən kənardır. Çünki belə olan halda, "Allahının adını yad et" tərcüməsi daha uyğundur.
Ayədə hər şeydən öncə daha diqqət çəkən məqam Allahın mütləq Rəbb və Pərvərdigar olmasıdır. Yəni Allah-taala bizim mütləq şəkildə yaradanımız, sahibimiz və malikimizdir. O, bizə bizdən yaxın və daha malik olduğu üçün bizim tərbiyə, eləcə də islah proqramımız onun vasitəsi ilədir. Yalnız O, insanın necə, hansı qaydada tərbiyələnəcəyini təlim və təsdiq edə bilər.
Buna əsasən, Allah-taalanın mütləq maliklik hüququnu isbat etmək üçün cahanın yaradılışına istinad edilmişdir. Çünki bu üslub Allah- taalanın mütləq maliklik hüququnu sübut etmək üçün ən yaxın vasitə- dir. Bütün yaradılışın nizam proqramını verən məhz onun Yaradanıdır.
Bu üslub, yaradanın Allah, amma yaşam proqramını bütlərin verməsinə inanc bəsləyən müşrik ərəblərə ən gözəl cavabdır. Bundan əlavə, Allah-taalanın mütləq sahibliyi, habelə dünyanın yaşam və nizam proqramını verməsi, Onun Öz müqəddəs zatının isbatı üçün də tutarlı dəlildir.
Daha sonra isə Qurani-Kərim yaradılış dünyasının ən mühüm xilqəti, yaranmışların ən üstünü – bir sözlə, yaranmışların gözü olan insanın yaranmasına işarə edərək buyurur:
“O, insanı qan laxtasından yaratdı.”
Ayədəki (ələq) sözünün əsl mənası “nəyəsə yapışmaq”dır. Laxta və bərkimiş qanın zəli kimi bədənə yapışaraq ondan qan sovurma prosesinə “ələq" deyilir. Çünki ana bətninə düşən nütfə ilkin mərhələni keçdikdən sonra laxta qan şəklinə düşərək rəhmə yapışıq halda qalır. İnsanın yaradılış mərhələsinin bu forması ən dəyərsiz formadır. Ayə insanın həmin ilkin yaradılış formasına işarə edərək onun özü-özlüyündə dəyərsiz olmasını çatdırır. İnsanın yaradılışını bu şəkildə çatdırmaqda əsas məqsəd Allahın qüdrətinin əzəmətinə dəlildir. Çünki Allah-taala dəyərsiz və özü-özlüyündə heç nəyə gərək olmayan nütfədən olduqca dəyərli insan yaradır.
Bəzi təfsirçilər ayədəki (ələq) sözünü Adəmin (ə) ilkin yaradılışına aid edirlər. Onların dediklərinə əsasən, Allah-taala Adəmi (ə) yapışqan gildən yaratmışıdır..
Bəzən də bu sözün insanın ictimai varlıq olmasına işarə olduğunu qeyd edirlər. Yəni "ələqə" insanların zatən bir-biri ilə əlaqə və rabitəyə meyilli olmasını çatdırır. Bu da sözün əsl mənasında bəşəriyyətin inki- şaf və tərəqqisinin sütunlarını təşkil edir. Çünki insan ictimai varlıq olmasa və ya ictimaiyyətə rəğbətsiz olarsa, heç bir inkişafdan və təkamüldən danışmağa dəyməz.
Digərləri isə (ələq) sözünün kişi spermasına aid olduğunu deyirlər. Bildiyimiz kimi, embriologiya elminin mütəxəssisləri laboratoriya şəraitində spermanın tərkibinə mikroskop altında baxdıqda onun bütün hüceyrələrinin zəli şəklində nəyəsə doğru üzdüyünü müşahidə edirlər. Amma həqiqətdə onların hərəkət istiqaməti nəyəsə doğru deyil, məhz insan nəslinin artımı üçün ana rəhminə sarıdır. Ana rəhminə çatdıqda isə ona yapışaraq qalır və nəticədə, oğlan və ya qız uşaqları dünyaya gəlir.
Etiraf etməliyik ki, o dövrdə bütün bunları sübut etmək üçün heç bir laborator şərait olmadığı halda, Quran bu sirlərin üzərindən pərdə götürmüşdür. Bu və digər elmi açıqlamalar Quranın möcüzə olduğunu bir daha sübuta yetirən dəlillərdəndir.
Yuxarıda qeyd etdiyimiz dörd nəzəriyyədən birincisi daha aydın və münasibdir. Amma bunu da qeyd etməliyik ki, digər nəzərləri də qəbul etməyin və ya onları toplayaraq ortaq məxrəcə gəlməyin heç bir müşkülü yoxdur. Bura kimi dediklərimizdən aldığımız nəticəyə əsasən, təfsirlərin birində “ələq” sözü Həzrəti-Adəmə (ə), digər üç təfsirdə isə insanlara şamil edilir.
Ayə davamında bir daha təkid edərək buyurur:
"Oxu! Sənin Allahın bütün kərimlərdən daha Kərim, bütün böyüklərdən daha böyükdür.
اقْرَأْوَرَبُّكَالْأَكْرَمُ
Bəzilərinin rəyinə əsasən, ayədəki (iqrə) əmr feili birinci ayədəki sözünə davam və təkiddir.
Bəzilərinin rəyinə əsasən isə birinci (iqrə) sözü Peyğəmbərin (s) özünə, ikinci (iqrə‘) sözü isə ümumi camaat üçündür. Yəni birinci dəfə özü üçün, ikinci dəfə isə camaat üçün oxuyacaq. Amma birinci rǝy daha münasibdir. Yəni təkid üçün deyilməsi ayənin məzmununa daha uyğundur. Çünki ikinci nəzəriyyə üçün əlimizdə heç bir tarixi və digər dəlillər yoxdur.
Hər halda, bu ayələr Peyğəmbərin (s) Cəbrailə (ə) "mən oxuya bilmirəm" deməsinin cavabıdır. Ayədəki cavablardan da belə nəticə çıxır: "Sən Kərim olan Allahın fövqəladə qüvvət və qüdrəti sayəsində oxumaq bacarığına maliksən.”
Ayə davamında kərimlərin ən Kərimi olan Allahın xüsusiyyətlərindən birinə işarə edərək buyurur:
“O, qələmlə (yazmağı) öyrətdi."
عَلَّمَالْإِنسَانَمَالَمْيَعْلَمْ
“insana bilmədiyini öyrətdi”
Bu ayələr Peyğəmbərin (s) Cəbrail mələyə (ə) “mən oxuya bilmirəm" deməsindən sonra o Həzrətə (s) cavab olaraq nazil olmuşdur.
Yəni: Qələmin vasitəsi ilə insanlara təlim verən, onlara bilmədiklərini öyrədən Allah heç vaxt dərs oxumayan sənin kimi bəndəsinə oxumağı öyrətməyə qadirdir.
“insana bilmədiyini öyrətdi” ayəsinin iki mənası vardır
عَلْمَالْإِنسَانَمَالَمْيَعْلَمُ
Onlardan birincisi bundan ibarətdir:
Allah-taala yazıb-oxumağı insana öyrədərək böyük inkişaf və tərəqqi qüdrətini onun vasitəsi ilə proqramlaşdırdı.
Bəşər övladının yaranma tarixinin ilk günlərindən başlayaraq insan yazıb-oxumağı bacarmışdır. Məhz bu mexanizm işə düşdükdən sonra insan bütün elm və biliklərə vaqif olmuşdur.
İkincisi bundan ibarətdir ki, yazıb-oxumaq olmadan heç bir inkişaf və ictimai təkamüldən danışmağa dəyməz. Odur ki, Allah-taala bütün elmləri və kəşfləri yazıb-oxumaq vasitəsi ilə insanlara öyrətmişdir.
Xülasə: birinci təfsirə əsasən, söhbət yazmağı öyrətmək, ikinci təfsirə əsasən isə yazıb oxumağın vasitəsi ilə insanın nail olduğu elmlərdən gedir. Hər halda, vəhyin ilkin ayələri belə bir həssas dəqiqələrdə bu bir necə cümlənin vasitəsi ilə özündə dərin mənaları əks etdirmişdir.
İncəliklər:
Vəhyin nazil olması ilə yanaşı, elmin inkişaf xəttinin hərəkətə gəlməsi.
Əvvəldə də qeyd etdiyimiz kimi, bu ayələr bir çox və ya bütün təfsirçilərin rəyinə əsasən, Peyğəmbərin (s) mübarək qəlbinə nazil olan ilk ayələrdir. Vəhyin ilk şölələrinin saçması nəticəsində bəşəriyyət tarixində yeni fəsil başlandı. İlahi dinlərin ən kamili və sonuncusu olan bu kitab ilahi dinlərin son və ümumdünya şəriəti oldu. Bu, Allahın bəşəriyyətə din olaraq son lütfü idi. Və Allah-taala dinin bütün etiqad əsaslarını və şəriətini nazil etdikdən sonra “Maidə” surəsinin 3-cü ayəsində buyurur:
الْيَوْمَأَكْمَلْتُلَكُمْدِينَكُمْوَأَتْمَمْتُعَلَيْكُمْنِعْمَتِيوَرَضِيتُلَكُمُالإِسْلَامَدِينًا
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün əbədi din olaraq İslamı qəbul etdim.”
Mövzunun daha təəccüblü yeri burasındadır ki, bütün bu tapşırıqlar heç bir yerdə təhsil almamış, Quran dili ilə desək, “ummi” olan Peyğəmbərin (s) öhdəsində qoyulmuşdur. Bundan əlavə, savadsızlıq və nadanlıq ağuşunda can verməkdə olan Hicaz torpağına nazil edilən ilk vəhy kəlamı “elm və qələm”dən danışır. Yuxarıda da qeyd etdiyi- miz kimi, ilk ayələrdə yaradılışın əzəmətinə işarə edən kimi, bilafasilə elm və qələmdən danışılır.
Quranın ilk ayələrinə diqqət yetirdikdə bir həqiqətin də şahidi oluruq ki, Allah-taala ilkin mərhələdə insanın olduqca dəyərsiz bir “ələq”ədən, yəni laxta qandan yarandığını elan edir. İkinci mərhələdə isə elm və təlimin nəticəsində təkamülə yetişən ruhdan danışılır.
Həmin ayələrin nazil olduğu zamanda nəinki cahillik və nadanlıq ağuşunda can verən və qələmin dəyər-qiymətindən xəbəri olmayan Hicaz torpaqlarında, hətta inkişaf etməkdə olan dünyanın da nəzərində qələmin dəyəri o qədər də deyildi. Amma bu gün bütün dünyanın inki- şafı, bəşər övladının hər gün sürətlə inkişaf etməkdə olan texnologiyası, tibbi və digər sahələri qələmin ətrafında dövr edir. Bəşəriyyətin bütün elmi naliyyətləri və qazancı yalnız qələmin vasitəsi ilədir. Həqiqətən də, alimin mürəkkəbinin şəhidin qanından üstün olması özünü göstər- məkdədir. Çünki şəhidin qanının əsasını qoyan və ona arxa olan alimlərin mürəkkəbləridir. Həqiqətən, insan ictimaiyyətinin gələcəyi birinci növbədə onun qələminə bağlıdır.
Hər bir ictimaiyyətin islahı, təlim və tərbiyəsi həmin ictimaiyyətin imanlı aliminin qələmindən süzülən proqramlar əsasındadır. Əlbəttə, bunun əksi də belədir. Hər bir insan cəmiyyətinin fitnə-fəsada tərəf çəkilməsinin səbəbi onun fasid aliminin və ziyalısının qələmindən qaynaqlanır. Səbəbsiz yerə deyildir ki, Allah-taala Quranda qələmə və qələmin yazdığına and içərək deyir:
"Nun. And olsun qələmə və yazdıqlarına!" -
Bildiyimiz kimi, insan yaşayışını iki dövrə bölürlər:
1\. Tarix dövranı
2\. Tarixdən öncəki dövran
Tarix dövranı dedikdə insanın yazıb-oxumaq dövranı nəzərdə tutulur. İnsan bu dövrdə öz həyatını və gələcək nəsillər üçün faydalı olacaq ibrətləri qələmə alır. Buna baxmayaraq, deyə bilərik ki, bəşəriyyətin tarixi onun yazmağı bacardığı tarixdən başlayır. Yəni insanın dünyada tapılma tarixi onun qələminin tarixi ilə eynidir. Qələmin insan həyatında ecazkar rolunu “Təfsiri-Nümunə” kitabının 24-cü cildində, "Qələm” surəsinin təfsirində geniş surətdə izah etmişik.
Qələmin qüdrətinin vasitəsi ilə İslam dininin sütunları möhkəmləndi, elmin bütün bağlarını savad və sivilizasiya baxımından olduqca geridə qalmış bir məntəqədən bütün dünyaya açdı. Bunu təkcə biz deyil, bizi sevən və sevməyənlər də etiraf edərək kitablarında yazırlar. Avropa tarixçiləri belə qeyd edirlər: “Orta əsrlərdə səmasını cahilliyin qara buludu ilə qaraltmış Avropaya İslam dini nur saçdı və onları sivilizasiya əsrinə qədəm qoymağa təşviq etdi.” Hətta onlar bu barədə “İslamın inkişaf əsri”, “İslamın mirası” və bu kimi kitablar qələmə alaraq öz etiraflarını bildirmişlər.
Amma nə qədər ağırdır ki, belə bir dini olan ümmət bu gün elm və tərəqqi baxımından onlardan geri qalmış və hətta bəzi məsələlərdə onlara möhtacdır.
Allahı hər bir halda zikr etmək
Böyük İslam Peyğəmbərinin (s) ilk dəvəti Allahın adı ilə başladı
اقْرَأْبِاسْمِرَبِّكَالَّذِيخَلَقَ
Peyğəmbərin (s) uğurdolu həyatı Allahın zikri ilə qarışıqdır. Yəni Peyğəmbər (s) bir an da olsun, Onun zikrindən xəbərsiz olmamışdır. O Həzrət (s) demək olar ki, hər nəfəs aldıqda, o cümlədən oturduqda, qalx- dıqda, uzandıqda, yatdıqda, yol getdikdə, miniyə mindikdə, minikdən düşdükdə və dayandıqda daim Allahı zikr edərək, Onun adını çəkərdi. Yuxudan oyanan zaman deyərdi:
# الْحَمْدُللهالذيأَحْيانابَعْدَمَاأَمَاتَناوَإِلَيْهِالنُّشُورُ
İbn Abbas Peyğəmbərdən (s) belə nəql edir: Bir gün onlarda qal- dim. Yuxudan oyandı və “Ali-İmran" surəsinin son on ayəsini oxudu:
إِنَّفِيخَلْقِالسَّمَاوَاتِوَالْأَرْضِوَاخْتِلَافِاللَّيْلِوَالنَّهَارِلَآيَاتِلِأُولِيالْأَلْبَابِ... اللَّهُمَّلَكَالْحَمْدُأَنْتَنُورُالسَّمواتِوَالْأَرْضِوَمَنْفِيْهِنَّ... اللَّهُمَّلَكَأَسْلَمْتُویکآمَنْتُوَعَلَيْكَتَوَكَّلْتُوَإِلَيْكَأَثْبَتُ...
اللهم
Evdən bayıra çıxdıqda bu duanı oxuyardı:
# بِسْمِاللهِ،تَوَكَّلْتُعَلَىاللهِ،اللهُمَّإِنِّىأَعُوذُبِكَأَنْأَضِلَّ،أَوْأُضِلَّ،أَوْأَزِلَّ،أَوْ
# أَظْلِمَ،أَوْأُظْلِمَ،أَوْأَجْهَلَأَوْيُجْهِلَعَلَيَّ
Məscidə daxil olarkən bu duanı oxuyardı:
# أعُوذُبِاللهِالْعَظِيْمِوَبِوَجْهِهِالْكَرِيمِوَسُلْطانِهِالْقَدِيمِمِنَالشَّيْطَانِالرَّحِيمِ
Təzə paltar geyinərkən bu duanı oxuyardı:
# أَللهُمَّلَكَالْحَمْدُأَنْتَكَسَوْتَنِيْهِأَسْتَلْكَخَيْرَهُوَخَيْرَمَاصُنِعَلَهُوَأَعُوذُبِكَمِنْ
# شَرِّهِوَشَرٌّمَاصُنِعَلَهُ
Evə qayıdan zaman bu duanı oxuyardı:
# أَلْحَمْدُلِلَّهِالَّذِيكَفَانِيوَآوانِىوَالْحَمْدُلِلَّهِالَّذِيأَطْعَمَنِيوَسَقَانِي
Peyğəmbərin (s) tamam həyatı ilahi zikr və dualarla əhatələnmişdi. Mütəmadi olaraq Allahı zikr edər və Allahdan lütfünün çoxalmasını diləyərdi.