Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Qədr Surəsinin Ayələrinə Qayıt →
Əl-Qədr Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Qədr surəsi, 1-5-ci ayələr

Qədr surəsi, 1-5-ci ayələr



بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيم


إِنَّاأَنزَلْنَاهُفِيلَيْلَةِالْقَدْرِ .١


وَمَاأَدْرَاكَمَالَيْلَةُالْقَدْرِ .٢


لَيْلَةُالْقَدْرِخَيْرٌمِّنْأَلْفِشَهْرٍ .٣


تَنَزَّلُالْمَلَائِكَةُوَالرُّوحُفِيهَابِإِذْنِرَبِّهِممِّنكُلِّأَمْرٍ .٤


سَلَامٌهِيَحَتَّىمَطْلَعِالْفَجْرِ .٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!

2\. Sən haradan biləsən, Qədr gecəsi nədir?

3\. Qadr gecasi min aydan xeyirlidir.

4\. O gecə Rəbbinin izni ilə mələklər və Ruh hər bir işə görə (hər bir işi öncədən təyin etmək üçün yerə) enirlər.

5\. Sübh açılanadək əmin-amanlıq (bərəkət və rəhmət dolu) olan bir gecədir.

Ayələrin təfsiri.



Qədr gecəsi Quran nazil olub!

Qurani-Kərimin ayələrindən də məlum olur ki, bu kitab mübarək Ramazan ayında nazil olmuşdur. Allah-taala Qurani-Kərimin “Bəqərə” surəsinin 185-ci ayəsində buyurur:

شَهْرُرَمَضَانَالَّذِيأُنْزِلَفِيهِالْقُرْآنُهُدًىلِلنَّاسِوَبَيِّنَاتِمِنَالْهُدَىوَالْفُرْقَانِ


"O, Quranın insanları doğru yola yönəldən, hidayət nişanələri və haqqı batildən ayıran olaraq nazil edildiyi aydır."

Ayənin ümumi məzmunu Quranın bütövlükdə bu ayda nazil olmasını çatdırır.

"Qədr” surəsinin birinci ayəsində deyilir:

“Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!"

Ayədə birbaşa Quranın adının çəkilməməsinə baxmayaraq, (inna ənzəlnahu) başlanğıcının işarə əvəzliklərinin Qurana aid edilməsi aydındır. Həmçinin Quranın adının birbaşa çəkilməməsinin səbəbi onun əzəmətinin və əhəmiyyətinin göstəricisidir.

Həmçinin (inna ənzəlnahu - biz onu nazil etdik) cümləsində Quranın əzəmətindən danışılması ilə yanaşı, digər incəlik də bundan ibarətdir ki, Allah-taala Quranın müəllifinin birbaşa özü olduğunu elan edir. Bundan əlavə, ayədə: “Mən endirdim” deyil, “Biz endirdik" – deyilir.

Qədr gecəsi insanların taleyüklü gecəsidir. O gecə insanların ümumi olaraq maddi və mənəvi ruzisi təyin edilir. Qədr gecəsinin taleyüklü olmasına digər səbəb isə böyük ilahi bir möcüzənin, Quranın o gecədə nazil olmasıdır.

Bu və yuxarıda qeyd etdiyimiz "Bəqərə" surəsinin ayəsinə diqqət yetirdikdə belə nəticə alırıq ki, Quran mübarək Ramazan ayında və Qədr gecəsində nazil olmuşdur. Amma hansı gecədə nazil olması barəsində Quranın özündə də heç bir məlumat verilməyib. Hədislərdə isə bu mövzuda olduqca geniş surətdə müzakirələr olunmuşdur. Həmin hədislər və digər məsələlər barəsində surənin təfsirinin sonunda Allahın izni ilə qeyd edəcəyik.

Yuxarıda qeyd etdiyimiz qısa açıqlamaya əsasən, belə bir ciddi sual yaranır ki, bütün tarixi məlumatlara və eyni zamanda Quranın öz məzmununa əsasən, ayələrin 23 il ərzində Peyğəmbərə (s) nazil olması məlumdur. Yəni Quranın 23 il ərzində tədricən, müəyyən zaman çər- çivəsində nazil olması barəsində heç kəsin şəkk-şübhəsi yoxdur. Bəs bu məsələ “Quran Qədr gecəsində nazil olub.” cümləsi ilə nə dərəcədə uyğundur? Həmçinin “Bəqərə” surəsinin ayəsində belə Quranın Ramazan ayında nazil olması açıq-aşkar bəyan olunur.

Bir çox araşdırmaçı və tədqiqatçıların fikirlərinə əsasən, cavabı bundan ibarətdir ki, Quran yer üzünə iki dəfə nazil olmuşdur. sualın Dəfi-nazil - yəni birdəfəlik nazil olma; birdəfəlik Peyğəmbərin (s) qəlbinə, Beytül-məmura və ya dünya səmasındakı Beytül-izzətə nazil olma;

Tədrici nazil Cəbrail (ə) vasitəsi ilə 23 il ərzində tədricən, ayə və surələrdən ibarət parçalar şəklində nazil olma;

Bəzi təfsirçilər qeyd edirlər ki, “Quran Qədr gecəsində nazil olmamışdır. Amma Quranın nazil olması qədr gecəsindən başlanmışdır.” Bu fikir yuxarıda mövzu ilə əlaqədar olan ayələrin tam əksidir. Çünki o ayələrdə: “Biz Quranı qədr gecəsində nazil etdik." - deyilir. (Yəni cümlənin qrammatik quruluşu keçmiş zaman feilinə aiddir.

Bir məsələyə də diqqət etmək lazımdır ki, Quranın nazil olmasın- dan danışan ayələrin feilləri iki növdür. Ayələrin bəzisində "inzal”, bəzisində isə “tənzil” kəlmələrindən istifadə olunmuşdur. "“Tənzil” feili bir şeyin tədricən, müəyyən zaman çərçivəsində enməsinə deyilir. Amma "inzal" sözü tənzildən bir qədər daha geniş məna kəsb edir. “İnzal” sözü dəfi-nazil olma mənasını da ehtiva edir.

Sözlərin məna fərqlərinə əsasən, Quranın iki dəfə nazil olmasına işarə olunur.

Növbəti ayədə Qədr gecəsinin əzəməti və böyüklüyü barəsində buyurulur:

“Sən haradan biləsən, Qədr gecəsi nədir?” Ardınca bilafasilə suala cavab olaraq:

لَيْلَةُالْقَدْرِخَيْرٌمِّنْأَلْفِشَهر .


Qədr gecəsi min aydan xeyirlidir

Ayənin ahəngindən belə məlum olur ki, Qədr gecəsinin əzəməti o qədər genişdir ki, hətta ayə bunu izah etməyincə bütün elmlərə vaqif olan Peyğəmbər (s) belə bundan xəbərsiz imiş.

Bildiyimiz kimi, min ay səksən ildən çoxdur. Əgər burada sırf rəqəmin özünü əsas götürərək izah gətirsək, yenə də gözəl və bərəkətli bir ömrün şahidi olarıq. Yəni Qədr gecəsinin fəziləti səksən il xeyirli ömür sürmüş bir insanın ömründən belə üstündür.

Bəzi təfsirlərdən belə nəql olunur: "Peyğəmbər buyurdu: Bǝni- İsraildən olan bir sərkərdə döyüş paltarını min ay əynindən çıxarmamış və Allah yolunda döyüşə hazır olmuşdur.” Səhabələr qibtə edərək belə bir səadətin onlara da nəsib olmasını arzu edirlər. Yuxarıdakı ayə nazil olaraq buyurulur: "Qədr gecəsi min aydan xeyirlidir."

Həmçinin digər hədisdə belə buyurulmuşdur: “Allah Rəsulu səhabələri üçün Bəni-İsraildən olan dörd abidin ibadətindən danışır. Həmin dörd abid səksən il heç bir etiraz etmədən Allaha ibadət etmişdi. Peyğəmbər (s) bunu söyləyərkən səhabələr Bəni-İsraildən olan belə şəxslərə qibtə edərək “kaş ki bizə də belə bir səadət nəsib olaydı” – deyirlər. Bu zaman yuxarıdakı ayə nazil olur."

Sual: Ayədəki “min” rəqəmi ədədin özünə dəlalət edir, yoxsa çoxluq əlamətidir? Bu barədə fərqli fikirlər mövcuddur. Bəzilərinin rəyinə əsasən, burada əsas məqsəd çoxluğa işarədir. Yəni Qədr gecəsinin fəzilət və bərəkəti min aydan da üstündür. Amma yuxarıdakı hədislərə əsasən, burada əsas fikir rəqəmin sayıdır. Adətən, rəqəm sayın özünə dəlalət edir. Əgər məlum olmayan azlıq və ya çoxluq bildirmək üçün istifadə olunacaqsa, burada artıq buna dəlalət edən digər mövzularla əhatələnməlidir. Yəni oxucunun zehninə ilk gələn rəqəmin özü deyil, azlıq və ya çoxluq bildirən kəmiyyət olmalıdır.

Ayənin davamında bu gecəni vəsf edən digər mətləblərə toxunularaq buyurulur:

"O gecə Rəbbinin izni ilə mələklər və Ruh hər bir işə görə (hər bir işi öncədən təyin etmək üçün yerə enirlər.

Ayədəki (tənəzzəlu) sözü indiki zaman feilinə dəlalət etməklə yanaşı, həm də hadisənin davamlı olmasına işarədir. (sözün əsli, (tətənəzzəlu) indiki zaman feilidir). Ayədən belə başa düşülür ki, Qədr gecəsi yalnız Peyğəmbərin (s) zamanı və Quranın nazil olması ilə məhdudlaşmamış, əksinə dünyanın sonuna qədər hər il Ramazan ayında davam edəcəkdir.

Ayədəki (ruh) sözü nəyi ifadə edir?

Bəzilərinin rəyinə əsasən, bu, Cəbrail (ə) mələkdir. Bəzən ona "Ruhul-Əmin” də deyirlər.

Bəzi təfsirçilər isə bu sözü “Şura” surəsinin 52-ci ayəsinə əsasən “vəhy” kimi təfsir edirlər. Ayədə deyilir:

وَكَذَلِكَأَوْحَيْنَاإِلَيْكَرُوحًامِنْأَمْرِنَا


“Həmin qaydada (əvvəlki peyğəmbərlərə vəhy göndərdiyimiz kimi) Biz sənə ruhu Öz əmrimizlə vəhy etdik.”

Buna əsasən, ayənin məzmunu bu şəkildə izah olunacaqdır: “Allahın mələkləri o gecə Onun vəhyi ilə yer üzünə enərək onların müqəddəratını təyin edəcəklər.”

Burada daha uyğun və münasib nəzərə çarpan üçüncü təfsir də mövcuddur. O da bundan ibarətdir ki, "ruh", hətta mələklərdən belə üstün yaradılışdır. Necə ki İmam Sadiqdən (ə) nəql olunan hədisdə oxuyuruq: “Bir nəfər İmamdan (ə) ayədəki "ruh" sözünün səbəbinin Cəbrail mələk olduğunu soruşur. İmam (ə) ona deyir:

# جَبْرَئِيلُمِنَالْمَلائِكَةِ،وَالرُّوحُأَعْظَمُمِنَالْمَلائِكَةِ،أَلَيْسَأَنَّاللَّهَعَزَّوَجَلَّيَقُولُ:


# تَنَزَّلُالْمَلائِكَةُوَالرُّوحُ :


"Cəbrail mələkdir. Ruh isə mələkdən üstündür. Məgər ayə özü demir ki, "mələklər və ruh nazil olur?”

Cümlədəki iki fərqli sözdən başa düşdüyümüz nəticəyə əsasən, ruh və mələk fərqli yaradılışdır. Əlbəttə, bu barədə digər təfsirlər də mövcuddur. Amma tutarlı dəlilləri olmadığı üçün onların hamısını burada qeyd etməkdən daşınırıq.

Ayədəki (min kulli əmr) ifadəsindən belə nəticə alırıq ki, yerə enən mələk və ruh insanların taleyüklü məsələlərini həll etməklə yanaşı, həm də onlar üçün bol xeyir və bərəkət təqdir edirlər. Yəni onların Yer üzünə enməsi yalnız insanların taleyi ilə bağlı olan məsələ- dir. İnsanların barəsində bütün xeyir və bəyənilənləri özləri ilə gətirirlər.

Bəzilərinin fikrinə əsasən, ümumi olaraq məna bundan ibarətdir ki, onlar Allahın əmri ilə yer üzünə enirlər. Amma yuxarıdakı təfsir daha uyğun və münasibdir.

Həmçinin ayədəki (rəbbihim) sözünün işlənməsi Yerə enən mələklərin işi ilə sıx əlaqəlidir. Çünki bu söz Allahın mütləq Pərvər- digar və bütün yaradılışın Sahibi olmasını bildirir. Yerə enən mələklər və ruh Allahın əmri ilə enir və bir daha məhz bütün xeyir ilə bərəkətin Ondan olduğunu çatdırır.

Sonuncu ayədə buyurulur:

"Sübh açılanadək əmin-amanlıq (bərəkət və rəhmət dolu) olan bir gecədir.

O gecə Quran nazil edilmiş, insanların ibadət və əhyaları min ilin ibadətindən daha fəzilətli sayılmış, Allahın bütün xeyir və bərəkəti bu gecədə insanların üzərinə enmiş, həm Allahın xüsusi rəhməti bəndələrə şamil olunmuş, həm də mələklər və ruh o gecə Yerə enmişdir.

Belə bir müqəddəs gecə, təbii ki, bütün bəşəriyyət üçün əvvəldən sona kimi əmin-amanlıq olacaqdır. Hətta bəzi hədislərə əsasən, şeytan o gecə zəncirlənmiş olduğu üçün, o gecə hamı üçün əmin-amanlıq gecəsi sayılır.

İslam dini sağlamlıq (maddi və əsasən mənəvi) sözünə sinonimdir. Yəni eyni mənalarda işlənə bilirlər. Amma ayədə “salam” sözünün işlənməsi bu sağlamlığın, yəni İslamın daha da vurğulanmasının gös- təricisidir. Necə ki bəzən biz cümlədə belə bir ifadə işlədirik: "Filankəs eyni ilə ədalətin özüdür.” Bu söz həmin şəxsin daha ədalətli olmasına dəlalət edir.

Bəziləri isə bunu fərqli yanaşma ilə izah edirlər: Mələklər və möminlər o gecə bir-birinə daha çox salam verirlər. Və ya mələklər Peyğəmbərin (s) və onun haqq canişini olana bir-bir salam verirlər. Əlbəttə, hər iki təfsiri birlikdə qəbul etmək mümkündür.

Hər halda, o gecə bənzəri olmayan bərəkətli, şəfqətli, xeyirli, səadətli və nurdolu bir gecədir.

Hədisdə buyurulur: İmam Baqirdən (ə) soruşurlar: - Siz bilirsiniz Qədr gecəsi hansıdır?

İmam:

\- Necə bilməyim? O gecə mələklər bizim ətrafımızda dövrə vururlar.

İbrahim peyğəmbərin (s) əhvalatında belə nəql olunur:

Bir neçə mələk onun yanına gələrək övladı olacağı barədə xəbər verirlər. Deyilənlərə əsasən, hər bir mələyin İbrahimə verdiyi salamın ləzzətinin misli bütün dünyada yoxdur. İndi təsəvvür edək ki, o gecə mələklər dəstə-dəstə gəlib möminlərə salam verirlərsə, gör, bunun nə qədər səadət və bərəkəti var?!

İbrahim peyğəmbəri (ə) Nəmrudun oduna atdıqda mələklər gəlib ona salam verdilər. Bundan sonra od gülüstana çevrildi. Məgər mələk- lərin Qədr gecəsində möminlərə verdikləri salamların nəticəsində Cəhənnəm atəşi sərin və əmin olmazmı?

Bəli. Bu Muhəmməd ümmətinin bərəkətinin sayəsindədir. O hadi- sədə Xəlilə (İbrahim) nazil olurlar, burada isə Muhəmməd ümmətinə.

İncəliklər:



1\. Qədr gecəsində həll olan taleyüklü məsələ nədir? ths Bu gecənin "Qədr gecəsi" adlanmasının səbəbləri və izahı olduqca genişdir. Qədr gecəsində bütün bəndələrin tale və qədərləri aydınlaş- dığı, mələklər tərəfindən təyin olduğu üçün bu gecəyə “Qədr gecəsi" deyilir. Bu sözümüzə “Duxan” surəsinin 3-4-cü ayələrini dəlil olaraq qeyd edirik:

"Biz onu bərəkətli bir gecədə nazil etdik. Biz hər zaman qorxu- dan olmuşuq. O gecədə hər bir iş hikmət üzrə ayırd edilir.”

Bu bəyan müxtəlif hədislərlə də uyğundur. "O gecə hər bir insanın bir illik taleyi və qədəri təyin olunur. İnsanların bütün maddi və mənəvi ruzisi o mübarək olan gecədə aydınlaşır."

Çoxsaylı hədislərdə Qədr gecəsində insanların bir illik müqəddəratlarının, ruzilərinin, əcəlin və sair işlərinin təyin edildiyi buyurulmuşdur. Əlbəttə, bu məsələ insanın iradə azadlığı və ixtiyar sahibi olması ilə təzad təşkil etmir. Çünki Allahın təyin etdiyi müqəddərat insanların ləyaqətinə, iman dərəcəsinə, təqvalarına, niyyətlərinin paklığına və əməllərinin yaxşılığına əsaslanır. Allah-taala hər kəsə layiq olduğunu təyin edir, başqa sözlə desək, onun üçün imkan və zəminlər yaradır. Bu da ixtiyarla təzad təşkil etmir, əksinə, onu təsdiq edir. Həmin gecənin "Qədr gecəsi” adlanmasının digər izahı bundan ibarətdir ki, o gecədə mükəmməl dəyər və şərafət olduğu üçün həmin gecənin adı "Qədr"dir. "Hǝcc" surəsinin 74-cü ayəsi buna şamil edilir:

"Onlar Allahı lazımınca tanımadılar."

Bəzi təfsirlərə əsasən isə Quran bütün əzəmət, dəyər və məqamı ilə birlikdə mələklər vasitəsi ilə bu xüsusiyyətli şəxsə nazil olub.

Quranın o gecə nazil olması təqdir olduğu, o gecəni əhya saxlayaraq oyaq qalanlar uca məqam və mərtəbəyə yüksəldiyi üçün həmin gecəyə "Qədr gecəsi” deyilir.

O gecə bütün asimanın mələkləri Yer üzünə gəldikləri üçün Yer üzündə onların yeri dar olacaqdır. Qədr sözünün bir mənası da yerin dar olmasıdır. Məsələn: "Təlaq" surəsinin 7-ci ayəsi:

"İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin." Bütün bu təfsirlərin ümumi məzmununa vararaq Qədr gecəsini daha geniş mənada izah edən bəndlər nisbətən məqbuldur. Yəni Qədr gecəsi rəhmət və bərəkət gecəsidir. Amma daha münasib birinci təfsirdir.

2\. Qədr gecəsi hansıdır?

Qədr gecəsinin mübarək Ramazan ayında olmasında heç bir şəkk və tərəddüd yoxdur. Çünki Quranın bu mövzuda olan ayələri bunu təsdiq edir.

Quran özü: “Quran Ramazan ayında nazil olmuşdur.” – deyir. Digər tərəfdən isə Qədr gecəsində nazil olduğunu elan edir. Əsas məsələ odur ki, Ramazan ayının hansı gecəsində bu böyük hadisə baş vermişdir? Artıq burada fikirlər çoxalır. Bu barədə bir çox təfsirlər irəli sürülmüşdür. O cümlədən bu gecənin Ramazan ayının birinci, on yeddinci, on doqquzuncu, iyirmi birinci, iyirmi üçüncü, iyirmi yed- dinci və iyirmi doqquzuncu gecələrinə təsadüf etdiyini yazanlar da vardır.

Amma bir çox hədislərə istinadən, Ramazan ayının son ongün- lüyü, iyirmi birinci və iyirmi üçüncü gecələrinin Qədr gecəsi olması daha məşhurdur. O cümlədən hədislərin birindən oxuyuruq: Ramazan ayının son on günlüyündə Allahın Rəsulu (s) gecələri oyaq qalaraq ibadətlə məşğul olurdu.

İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir: “Qədr gecəsi Ramazan ayının iyirmi biri, ya iyirmi üçüncü gecəsidir."

Ravi israrla bu iki gecədən hansının olduğunu soruşduqda İmam (ə) yenə də eyni cavabı verir. Ravi: “Əgər mən bu iki gecəni oyaq qala bilməsəm, hansını seçməliyəm?” – deyə sual verdikdə, İmam (ə) yenə də gecəni təyin etmədən cavabında buyurur:

“İki gecəni oyaq qalmaq asan işdir. Əlbəttə, əgər istəsən.

Amma Əhli-beytdən (ə) nəql olunan digər hədislərdə, əsasən, iyirmi üçüncü gecə təkid olunmuşdur. Əhli-sünnə mənbələrində isə Qədr gecəsinin, əsasən, Ramazan ayının iyirmi yeddisi olduğu bildirilir.

İmam Sadiqdən (ə) olan digər bir hədisdə buyurulur:

"On doqquzuncu gecədə müqəddərat yazılır, iyirmi birinci gecədə hökmü çıxarılır, iyirmi üçüncü gecədə isə imzası vurulur."

Amma bütün bunlara baxmayaraq, Qədr gecəsinin məhz hansı gecə olması barəsində dəqiqlik yoxdur. Əlbəttə, bunun səbəbləri barəsində növbəti mövzuda danışılacaq.

3\. Nə üçün Qədr gecəsinin dəqiq vaxtı məxfi saxlanılıb? Bir çox din alimlərinin fikrinə əsasən, Qədr gecəsinin Ramazan ayının gecələri arasında məxfi qalmasının əsas səbəbi insanların bu gecəyə daha çox üstünlük və əhəmiyyət vermələrinə görədir. Həmçinin insanlar bütün gecələrə Qədr gecəsi ehtimalı ilə əhəmiyyət verib daha çox minacat edərək daha çox savab qazanırlar. Necə ki Allah-taala öz razılığını bütün itaətlərin arasında gizlin saxlamışdır ki, insanlar bütün əməllərə diqqət edib hamısını əhəmiyyətli saysınlar. Qəzəbini günahların arasında gizlin saxlamışdır ki, insanlar bütün günahlardan çəkinsinlər. Öz dostlarını insanların arasında məxfi saxlamışdır ki, insanlar hamıya ehtiramla yanaşsınlar. İcabətini dualar arasında məxfi saxlamışdır ki, insanlar bütün dualara üz tutsunlar. Adlarının ən böyüyünü adları sırasında məxfi saxlamışdır ki, bütün adlarını böyük bilsinlər. Ölüm zamanını məxfi saxlamışdır ki, insanlar daim ona hazır olsunlar.

Bütün bu sadaladıqlarımız daha münasib və yaxın olan səbəbdir. O cümlədən Qədr gecəsinin gizlin qalması fəlsəfəsi də bu qəbildəndir.

4\. Qədr gecəsi keçmiş ümmətlərdə də olmuşdurmu? Qədr surəsinin ayələrindən gəldiyimiz qənaətə əsasən, bu gecə xüsusi olaraq Quranın nazil olmasına və ya İslam Peyğəmbərinin (s) zamanına məxsus deyildir, əksinə, bütün illərə aid olmaqla yanaşı, həm də Qiyamət gününə qədər davam edəcəkdir.

“Tənəzzəlul məlaikətəhu” ayəsindəki indiki zaman və davamlı olacaq işi bildirən feilə, həmçinin "sələmun hiyə hətta" isim cümləsinə əsasən, bu gecənin gələcəkdə də davamlı olacağı başa düşülür.

Həmçinin yuxarıda fikri təsdiq edəcək təvatür həddinə yetişmiş hədislər vardır.

Amma "keçmiş ümmətlərdə də olması barəsində hədis varmı?” sualını bir qədər araşdırmaq lazımdır.

Hədislərdən birbaşa anladığımız mətləb bundan ibarətdir ki, bu, yalnız Peyğəmbər (s) ümməti üçün nəzərdə tutulmuş Allahın xüsusi məhəbbətidir. Çünki Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir:

"Allah-taala Qədr gecəsini mənim ümmətimə bağışlamışdır. Keç- miş ümmətlərdən kimsə bu ilahi səadətə nail olmamışdır.”

Hazırkı surənin və bəzi hədislərin təfsirindən də bu mətləb başa düşülür. Yəni Qədr gecəsinin yalnız İslam ümmətinə aid olmasına dəlalət edəcək hədislər mövcuddur.

5\. Qədr gecəsi digər aylardan necə üstündür?

Bu gecənin min aydan üstün olması həmin gecədə yatmayıb edilən ibadətlə bağlıdır. Qədr gecəsi və həmin gecədə edilən ibadətlərin üstün- lüyünü ifadə edən sünni və şiə hədisləri də bu faktı təsdiq edir. Bundan başqa, Quranın və Allahın rəhmət və bərəkətinin bu gecədə nazil olması onun min aydan üstün olmasına səbəb olmuşdur. Hədislərdə Allahın bu gecəni İslam ümmətinə bəxş etdiyi nemətlərdən olduğu, onun keçmiş ümmətlərə aid olmadığı qeyd edilmişdir.

İmam Sadiq (ə) nəql olunan hədisdə Əli ibn Əbu Həmzə Somaliyə buyurur:

Qədir gecəsinin fəzilətini Ramazan ayının iyirmi birinci və iyirmi üçüncü gecəsində axtar. Bu gecələrin hər birində yüz rükətlik namaz qıl. Əgər bacarsan, hər iki gecədə qüsl edərək dan yeri sökülüb gün çıxana qədər oyaq qal.

Ravi:

\- Əgər o gecə yüz rükətin hamısını ayaq üstə qıla bilməsəm, nə edim?

İmam:

\- Oturaq halda qıl.

\- Əgər oturaq halda qılmağı da bacarmasam necə?

\- Yataqda qıl. Eybi yoxdur. Gecənin əvvəlini bir qədər yat. Daha sonra səhərə qədər ibadətlə məşğul ol. Ramazan ayının gecələrində Allahın rəhmət səmasının qapısı açılar, şeytan zəncirə vurular və möminlərin əməlləri qəbul olar. Necə də gözəl aydır Ramazan ayı?!"

6\. Nə üçün Quran Qədr gecəsi nazil olmuşdur?

Öncədən qeyd etdiymiz kimi, Qədr gecəsində insanların bir illik müqəddəratlarının, ruzilərinin, əcəlin və sair işlərinin təyin edildiyi buyurulmuşdur. Həmçinin qeyd etdik ki, təyin edilən müqəddərat insanların ləyaqətinə, iman dərəcəsinə, təqvalarına, niyyətlərinin paklığına və əməllərinin yaxşılığına əsaslanır. Odur ki, o gecə insanlar dan yeri sökülənə qədər gərək oyaq qalsın, tövbə etsin, günahları barəsində düşünsün, nəfslərinin paklanması barəsində qərara gəlsin, bu və digər məsələlər üçün ilahi dərgaha əl açıb dua etsinlər. Bundan əlavə, ən başlıcası ilahi rəhmətin insanların həyatlarına şamil olunması üçün çalışmalı, ilahi dərgaha yaxınlaşmalı və bunun üçün özlərində ləyaqət tapmalıdırlar.

Bəli, bizim müqəddəratımız təyin olunan gecəni biz gərək yat- mayaq. Necə ola bilər ki, bizim illik taleyimiz həll olunsun, amma biz o zaman yuxuda olaq? Belə bir vəziyyətə biz yuxuda olsaq, sanki hər şeydən xəbərsiz olaraq yeni bir taleyüklü ilə qədəm qoyuruq. Bunun da təbii ki, acı və xoşagəlməz nəticələri olacaqdır.

Ən başlıcası, Quran bəşəriyyətin taleyüklü qanunlarını özündə toplamış ilahi kitabdır. O bütün bəşəriyyətə səadət yolunu göstərən, onların həyat xətlərini izah edən, doğru yol göstərən və onların xoşbəxtliyini təzmin edən Kitabdır. Odur ki, insanların müqəddəratının təyin olunduğu bir gecədə nazil olmalıdır. Qədr gecəsi ilə Quranın arasında sıx əlaqənin olması necə də gözəldir? Necə də mənadoludur bu iki ilahi nemətin sıxlığı?

7\. Görəsən, Qədr gecəsi bütün coğrafi ərazilərdə eynidirmi? Bildiyimiz kimi, ay təqvimi ilə bütün coğrafi məntəqələrin gün- lərinin eyni olması mümkün deyil. Məsələn, əgər bu gün bizim ərazidə ayın biridirsə, digər məntəqədə ayın ikisi olması mümkündür. Buna əsasən, Qədr gecəsinin bütün dünyada eyni gündə və ya eyni gecədə olması mümkün deyil. O cümlədən məsələn, Məkkə şəhərində Ramazan ayının iyirmi biri, Azərbaycanda, İranda və ya İraqda ayın iyirmisi olması mümkündür. Buna görə də hər ölkənin təqviminə əsasən Qədr gecəsi olmalıdır.

Bəs görəsən, bu dediklərimiz ayə və hədislərin məzmunu ilə uyğun- durmu?! Axı biz dedik ki, Qədr gecəsi "bir təyin olunmuş gecədir."

Sualın cavabı bir əsas məsələyə diqqət etməklə aydınlaşacaqdır: O gecə Yerin yarımkürəsinin kölgəsi digər yarımkürənin üzərinə düş- müşdür. Bildiyimiz kimi, bu kölgə Yerin hərəkətdə olması ilə bərabər hərəkət edir. Onun kamil sürətdə dövr etməsi 24 saat ərzindədir. Qədr gecəsinin bir kamil dövrə müddətində Yer kürəsində olması mümkün- dür. Belə olan halda, bu hadisə, iyirmi dörd saat ərzində dünyanın hər iki üzündə baş verəcəkdir. Məlum məsələdir ki, dünyanın bir yarım- kürəsində gündüz olduqda digər yarımkürəsində gecədir. Amma bu proses 24 saat ərzində baş verərək yerlərini dəyişir. Buna baxmayaraq, Qədr gecəsi dünyanın bir yarımkürəsində başlayaraq digər yarımkürə- sində bitir.

Qədr surəsinin sonu.