Əl-Bəyyinə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Bəyyinə surəsi, 1-5-ci ayələr
Bəyyinə surəsi, 1-5-ci ayələr
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
لَمْيَكُنِالَّذِينَكَفَرُوامِنْأَهْلِالْكِتَابِوَالْمُشْرِكِينَمُنْفَكِّينَحَتَّىتَأْتِيَهُمُالْبَيِّنَة .١
رَسُولٌ مِنَ اللَّهِ يَتْلُو صُحُفًا مُّطَهَّرَةٌ .٢
فِيهَا كُتُبٌ قَيِّمَةٌ .٣
وَمَا تَفَرَّقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِن بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَةُ .٤
وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ .٥
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Kitab əhlindən və müşriklərdən inkar edənlər deyirdilər: onlara açıq-aydın dəlil gəlməyincə, öz dinlərindən əl çəkməyəcəklər.
2\. Allah tərəfindən onlara pak səhifələri oxuyan bir peyğəmbər gəlsin
3\. və onda doğru və dəyərli yazılar olsun.
4\. Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra ayrıldılar.
5\. Halbuki onlara dinlərini məhz Allah üçün xalis edərək və şirkdən tövhidə qayıdaraq, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru və davamlı din də elə budur!
Ayələrin təfsiri.
Budur əbədi din.
Surənin əvvəlində kitab əhlindən sayılan ərəb müşriklərinin İslam dinindən öncəki iddialarına işarə edilərək buyurulur:
"Kitab əhlindən və müşriklərdən inkar edənlər deyirdilər: Onlara açıq-aydın dəlil gəlməyincə, öz dinlərindən əl çəkməyəcəklər.”
(الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ مُنفَكِّينَ حَتَّى تَأْتِيَهُمُ الْبَيِّنَةُ
"Allah tərəfindən onlara pak səhifələri oxuyan bir peyğəmbər gəlsin” رَسُولٌ مِّنَ الله يَتْلُو صُحُفًا مُّطَهَّرَةٌ)
"və onda doğru və dəyərli yazılar olsun."
Bəli, İslam dininin zühurundan öncə kitab əhlindən sayılan yəhudi və xristianların belə bir iddiaları olsa da, İslam dini zühur etdikdən və açıq-aşkar dəlillər gəldikdən sonra öz iddialarından geri dönərək ilahi dində ixtilaf saldılar.
“Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra ayrıldılar”
(وَمَا تَفَرَّقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَةُ)
Yuxarıdakı ayələr kitab əhlinin yersiz iddialarını araşdırır. Onlar öncə açıq-aşkar İlahi dəlillərlə gələcək peyğəmbərə iman gətirəcəklərini israr etsələr də, sonradan sözlərinə dönük çıxdılar. Bu, bəs deyilmiş kimi (imanlı şəxslər istisna olmaqla) onunla müharibəyə qalxaraq haqq dinindən əl çəkməsini istədilər. Yuxarıdakı ayə “Bəqərə” surəsinin 89-cu ayəsində qeyd olunan mətləblərə oxşarlıqla onların halından xəbər verir:
وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِنْ عند الله مُصَدِّقٌ لِمَا مَعَهُمْ وَكَانُوا مِنْ قَبْلُ يَسْتَفْتحُونَ عَلَى الَّذِينَ كَفَرُوا فَلَمَّا جَاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِهِ فَلَعْنَةُ اللَّهِ عَلَى الْكَافِرِينَ
“Onlara Allah tərəfindən özlərində (kitablarında) olan nişanələrə uyğun bir kitab göndərildiyi, bundan qabaq özlərinə kafirlər üzərində qələbə (onun köməyi ilə kafirlərə qalib gələcəkləri) müjdəsi verdikləri, həmçinin onu öncədən də tanıdıqları halda, (kitab və peyğəmbər) gəldiyi zaman ona küfr etdilər. Allah kafirlərə lənət eləsin!”
Bildiyimiz kimi, kitab əhli sonuncu Peyğəmbərin (s) intizarını çəkən səmavi din ardıcıllarından idi. Həmçinin kitab əhlini özlərindən daha alim və bilikli sayan müşriklər də intizar mövzusunda onlarla həmfikir idilər. Amma gözləntiləri baş tutduqdan sonra, yəni Allahın Rəsulu (s) peyğəmbərliyini elan etdikdən sonra yollarını dəyişərək tam müxalif cəbhədə yer aldılar.
Təfsirçilərin çoxu yuxarıdakı ayələr barəsində digər açıqlama vermişlər. Həmin açıqlama bundan ibarətdir ki, həqiqətən də, onlar tutarlı dəlillər əsasında iman gətirəcəkdilər. Yəni öz gözləntilərində sadiq idilər. Həmçinin İslam dini zühur etdikdən sonra yenə də öz etiqadlarında qalaraq Peyğəmbərə (s) iman gətirdilər. Amma onların hamısı deyil, az bir dəstəsi imanlarında sadiq qalaraq müsəlman oldular.
Amma ayədən onların bir dəstəsinin iman gətirməsi başa düşülmür və ya ayə özü bu məsələyə birbaşa toxunmur. Buna əsasən də, bu təfsir o qədər də münasib və doğru deyil. Bəlkə də, buna görə Fəxr Razi surənin birinci ayəsini “ən çətin izah olanacaq ayə” kimi öz təfsirində qeyd edir. Əlbəttə, Fəxr Razi ikinci ayəni əsas götürərək birinci ayəni belə adlandırmışdır. Daha sonra isə çətinliyi aradan qaldırmaq üçün yol təklif etmişdir ki, biz onun ən uyğun olanını yuxarıda qeyd etdik.
Burada üçüncü təfsir də mümkündür. O da bundan ibarətdir ki, Allah-taala yəhudi və xristianlara açıq-aşkar dəlil göndərməyincə onları özbaşına buraxmır. Aydın dəlillər göndərir, o cümlədən İslam Peyğəmbəri (s) onların doğru yola yönəlməsi üçün göndərilir və nəhayət, onlar bu hidayətdən boyun qaçırıb yayınırlar.
Sözün əsl mənasında Allahın bu mərhəməti kəlam elminin termi- ninə əsasən, "lütf qaydası"dır. Lütf qaydasına əsasən, Allah-taala bütün millətlərin doğru yola yönəlməsi üçün açıq-aydın dəlillər yollamışdır.
Hər halda burada "bəyyinə" sözü açıq-aydın dəlillər deməkdir. Həmin dəlillərin bariz nümunəsi ikinci ayədə qeyd olunan İslam Peyğəmbərinin (s) gəlişidir ki, o Həzrət onlar üçün Quran da oxuyurdu. (Yəni Qurandan dəlillər gətirirdi).
Ayədəki (suhuf) sözü səhifə sözünün cəm formasıdır. Azərbaycan dilində üzərinə yazılar yazılmış və ya yazıla biləcək vərəqdeməkdir. Ayədə bu söz vərəqlərin məzmunudur. Yəni vərəqlərdə yazılmış ayələr nəzərdə tutulur. Bildiyimiz kimi, Peyğəmbər (s) əlində vərəq tutaraq üzündən heç nə oxumamışdır.
Bu sözün ardınca gələn (mutəhhərətən) sözü isə həmin vərəqlərin (Quranın ayələrinin) şirkdən, yalandan, batil sözlərdən, cinin və şeytanın dəxalət etməsindən pak, eləcə də münəzzəh olması deməkdir. Yəni bu vərəqlərdə insanları azdıracaq heç bir əsas yoxdur. Necə ki "Fussilǝt" surəsinin 42-ci ayəsində Allah-taala buyurmuşdur:
لَا يَأْتِيهِ الْبَاطِلُ مِنْ بَيْنِ يَدَيْهِ
"Nə öndən, nə də arxadan batil ona nüfuz edə bilməz."
"(və onda doğru və dəyərli yazılar olsun.) ayəsi göstərir ki, bu səmavi Kitab təhrifdən uzaq olmaqla yanaşı, insanları bütün ixtilaf və azğınlıqdan qoruyan mətləblərlə zəngindir. Ayədəki “kitab” sözü Allah tərəfindən təyin olunmuş yazılı əhkam və şəriət mənasın- dadır. Çünki bəzi ayələrdə “kitab” sözü yazılı əhkam ünvanında işlən- mişdir. Məsələn: “Bəqərə” surəsinin 183-cü ayəsində deyilir:
كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
"Oruc, sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, təqvalı olasınız.”
Ayədəki (qəyyimə) sözünün bir neçə mənası var. O cümlədən bu söz düz, doğru, möhkəm, fundamental, dəyərli, çox qiymətli kimi mənalarda işlənir. “Qəyyimə” sözünün ayədə bu şəkildə işlənməsi Quranın digər səmavi kitabların təkmili və tamamlayıcı olmasına işarədir. Çünki Qurana keçmiş kitabların "qǝyyimə"si (daha möhkəm və fundamentalı) də deyilir.
Surədə bir məsələyə də diqqət etmək lazımdır ki, birinci ayədə “kitab əhli” sözü “müşriklər” sözündən öncə gəlmişdir. Dördüncü ayədə isə söhbət ancaq kitab əhlindən gedir və müşriklərdən danışılmır. Ayələrin ümumi məzmunundan iki nəticəyə gəlmək olar. Birincisi bundan ibarətdir ki, kitab əhli bütün bu işlərdə müşriklərə başçılıq edir və müşriklər onların göstərişi əsasında Peyğəmbərlə (s) müxalifətçilikedirlər.
İkinci nəticə isə bundan ibarətdir ki, kitab əhli müxalif olmaqda müşriklərdən daha fəal olmuşdur. Çünki onların müşriklərdən fərqli olaraq alim və bilikli şəxsiyyətləri olduqca çox idi. Buna əsasən də, daim müşriklərdən daha geniş səlahiyyətlərə malik idilər. Odur ki, kitab əhlinin etdiyi islamafob əməlləri daha iyrənc və daha məzəmmətə layiqdir.
Daha sonra isə Allah-taala kitab əhlini və müşrikləri danlaq atəşinə tutaraq onların nə üçün yeni bir dində ixtilafa düşdüklərini önə çəkib deyir:
Bəziləri mömin oldular, bəziləri isə kafir: “Halbuki onlara dinlərini məhz Allah üçün xalis edərək və şirkdən tövhidə qayıdaraq, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru və davamlı din də elə budur!
(وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاء وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ)
Ayənin əvvəlindəki (əmr olunmuşdu) ifadəsi barəsində çox sayda təfsirlər var:
\- Kitab əhlinin dinlərində tövhid, namaz, zəkat və sair dini gös- tərişlərin olmasına baxmayaraq, onlar, hətta bu kimi isbat olunmuş məsələlərdə belə, yenə də vəfadar olmamış və ixtilaf salmışlar.
Bundan əlavə, o zamanda İslam dini də tövhiddən, namazdan, orucdan və sair müştərək hökmlərdən xaric deyildi. Yəni bütün səmavi kitablar bu cəhətdən müştərəkdir. Bəs belə bir aşkar dəlillərlə nə üçün müxalif olmalı idilər? Ayənin daha uyğun təfsiri bundan ibarətdir: “Öncəki ayələrdə onların arasında İslam dininin qəbul olunması barə- sində ciddi ixtilaf yaranmışdı. Ayənin önünə gələn “umiru” sözü də diqqəti məhz bu mövzuya yönəldir. Yəni “ey kitab əhli, sizdən yeni bir şey tələb olunmur. İslam dininin bütün tələblərini öncəki peyğəm- bərlər də sizdən istəmişdir."
Bundan əlavə, birinci məna yalnız kitab-əhli üçün nəzərdə tutul- muşdur. Amma ikinci məna hər iki dəstəyə (müşrik və kitab əhlinə) aid edilmişdir.
Ayədə Allah üçün xalis edilən "din" sözünü bəzi təfsirçilər "ibadət" mənasında təfsir etmişlər. Həmçinin ondan öncə gələn “illa liyəbullah” cümləsi də həmin mənanı təsdiq edir. Amma digər ehtimala əsasən, “din” deyərkən ümumi şəriət toplusu və din maarifi nəzərdə tutulur. Yəni onların vəzifəsi Allaha ibadət və öz dinlərinin bütün göstərişlərinə ixlasla əməl etməkdir. Bu izah din (din sözünün geniş mənasına əsasən) sözünə uyğun olaraq daha geniş məna kəsb edir. Həmçinin növbəti cümlədə “din” sözünün geniş mənada qeyd olunması bir daha bunu təsdiq edir.
Ayədəki (hunəfə) sözü (hənif) sözünün cəm formasında və “kənif” vəznindədir. Rağib İsfahaninin “Müfrədat” lüğətinə istinadən bu sözün mənası “azğınlıqdan düz yola meyillənmə”dir. Həmçinin ərəb dilində həcc əməlini yerinə yetirən və ya uşağın sünnət olması əməlinə də “hənif” deyirlər. Bundan əlavə, onlar İbrahim peyğəmbərin (ə) dinində idilər. “Əhnəf” isə ayağı əyri olan şəxsə deyilir. Əlbəttə, digər lüğət kitablarında bu söz, əslində, “inhiraf" (düz yoldan sapma), düz yoldan əyri yola keçmə mənalarında işlənir. Amma Quran və hədis kitablarında bu söz şirk və azğınlıqdan tövhidə tərəf hidayət olmaq mənasında işlənmişdir.
Bu sözün seçilməsindən məqsəd bu ola bilər: O zamanın ictimaiyyəti dini mühitdən ibarət idi. Yəni hamının birmənalı olaraq başa düşdüyü pak din bütpərəstlik ayini idi. Hər kəs bu yoldan dönüb tövhidə tərəf hidayət olardısa, ona “hənif", yəni düz yoldan sapmış deyirdilər. Zaman keçdikdə bu söz bütün tövhidçilər barəsində deyilməyə başladı. Yuxarıda qeyd etdiyimiz kimi, bu sözün əsl mənası hidayətdən zəlalətə tərəf olmasına baxmayaraq, burada tam əksinə istifadə olunmağa başlamışdır. Həmin mühitdə bu sözün kiminsə barəsində deyilməsi onun əsl tövhid yolunu tutmasına dəlalət edirdi. Kimsə ifrat-təfritdən orta yola, azğınlıqdan düz yola və çirkinlikdən xalisliyə tərəf üz tutardısa, ona "hǝnif" deyilirdi.
Ayanin sonundakı "وَذَلكَ دِينُ الْقَيِّمَةِ cümləsi tövhid dininin xalis ibadətdən, o cümlədən namazdan (yəni xaliqlə rabitədən), zəkatdan (xalqla rabitədən), fundamental əqidə üsullarından ibarət olmasından xəbər verir. Bütün səmavi dinlərin əsas və bünövrəsi məhz budur. Çünki insanın daxili istəyi, yəni fitrəti, ağıl və məntiqinin tələbi birmənalı olaraq tövhiddən savayı bir şey deyildir. İnsanın fitrəti, daxili istəkləri onu nemətlərin müqabilində şükür etməyə, onu verəni tanımağa və onun barəsində məlumat toplamağa sövq edir. Digər tərəfdən, insanın ictimai yaradılması, xalqla əlaqə mədəniyyəti onu insanlarla əlaqə qurmağa, və məhrumlara yardım etməyə sövq edir.
Demək ki, dinin bütün göstərişlərinin əsas bazası və özülü bizim fitrətimizdə yaradılışın ilk anından qoyulmuşdur. Fitrət və daxili istək- lər insandan ayrı yaradılmamış, əksinə, insanın yaradılışı onlarla birgə olmuşdur. Həmçinin ilahi peyğəmbərlərin hamısının təlimat kitablarında yazılanlar bunlardan xaric deyildir.