🔥 Günahın Odu Yaxşı Əməlləri Necə Məhv Edir?

🔥 Günahın Odu Yaxşı Əməlləri Necə Məhv Edir?

İmam Baqir (ə) Rəsulullahın (s) belə buyurduğunu nəql edir:

“Allah-taala ‘Sübhənallah’, ‘Əlhəmdulillah’, ‘Lə ilahə illəllah’‘Allahu Əkbər’ deyən hər kəs üçün bu zikrlərin müqabilində Cənnətdə bir ağac əkir.”

Bu sözləri eşidən Qüreyşli bir kişi soruşur: — “Ey Allahın Rəsulu! Onda Cənnətdə bizim çoxlu ağaclarımız olacaq!”

Allahın Rəsulu (s) belə cavab verir: — “Bəli, amma ora od göndərib o ağacları yandırmağınızdan qorxun!”

📖 Qurani-Kərim bu haqda buyurur:

“Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!” (Məhəmməd surəsi, 33)


💡 Qısa Nəticə:

Yaxşı əməl etmək qədər, həmin əməli günah işləyərək “yandırmamaq” və qoruyub saxlamaq da mühümdür. Hər bir günah, Cənnət bağçamızda əkdiyimiz fidanlar üçün bir təhlükədir.

📌 Mənbə: Nurussəqəleyn təfsiri, c.5, s.45.

#İslam #Hədis #Quran #Mənəviyyat #Cənnət

Bir cavab yazın 0

Your email address will not be published. Required fields are marked *