11 il oxuyursan, 3 saatlıq imtahana hazır olmaq üçün,
Bir ömür yaşayırıq, bir gün torpağa qovuşmaq üçün.
Nə mal, nə mülk, nə şöhrət qalır,
Sonda hər şey – 7 metr ağ kəfən olur.

Uca Allah buyurur:
“Siz harada olursunuzsa olun, hətta uca qalalarda olsanız belə, ölüm sizi haqlayacaqdır…” (Nisa, 78).

Dünyanın nemətləri əlimizdən axıb gedir,
Zamanı saxlamaq mümkünsüzdür,
Həyat bir göz qırpımı qədər qısadır,
Əbədilik isə – özünlə apardığın əməllərdədir.

Unutma: hər bir addım, hər bir an sənin üçün sınaqdı.
Ömrünü mənasız xərcləmə,
Çünki bu yolun sonu – 7 metr ağ kəfəndir.