8 nəfər bizi axtarır…
İmam Zeynülabidin Əli ibn Hüseyndən (ə) soruşdular:
Ey Allah Rəsulunun (s) balası, səhəri neçə açdın?
İmam (ə) buyurdu: Səkkiz şey məni tələb edən halda səhəri açdım:
1). Allah-Taala məndən vacib əməlləri istəyir.
2). Peyğəmbər (s) məndən sünnəsinə əməl etməyimi istəyir.
3). Ailəm məndən ruzi tələb edir.
4). Nəfsim məndən şəhvət (və dünyaya bağlılıq) tələb edir.
5). Şeytan məndən ona tabe olmağımı istəyir.
6). Əməllərimi yazan iki mələk məndən əməldə sadiq və saleh olmağı istəyir.
7). Əzrayıl ruhumun dalıncadır.
8). Qəbir də cəsədimin intizarındadır.
Və mən bu tələbkarların arasında giriftaram”.
Şeyx Tusi, “əl-Əmali”, s.641, hədis: 16/1330.
وَ قِيلَ لِعَلِيِ بْنِ الْحُسَيْنِ (عَلَيْهِمَا السَّلَامُ): كَيْفَ أَصْبَحْتَ، يَا ابْنَ رَسُولِ اللَّهِ قَالَ: أَصْبَحْتُ مَطْلُوباً بِثَمَانٍ: اللَّهُ (تَعَالَى) يَطْلُبُنِي بِالْفَرَائِضِ، وَ النَّبِيُّ (عَلَيْهِ السَّلَامُ) بِالسُّنَّةِ، وَ الْعِيَالُ بِالْقُوتِ، وَ النَّفْسُ بِالشَّهْوَةِ، وَ الشَّيْطَانُ بِاتِّبَاعِهِ، وَ الْحَافِظَانِ بِصِدْقِ الْعَمَلِ، وَ مَلَكُ الْمَوْتِ بِالرُّوحِ، وَ الْقَبْرُ بِالْجَسَدِ، فَأَنَا بَيْنَ هَذِهِ الْخِصَالِ مَطْلُوبٌ. (الأمالي (للطوسي) ؛ النص ؛ ص641، 1330- 16).