“Nəhcül-bəlağə”nin İslam dünyasında rolu
Müsəlmanların sayının çox, İslam dünyasının geniş coğrafi əraziyə malik olduğu və müxtəlif əqidələrin və məktəblərin müsəlmanların təfəkkür və ruhlarına hakim kəsildiyi indiki dövrdə əgər biz ilk İslam mənbələrini yenidən dirildə bilsək, bu müxtəliflik üçün bir mehvər və mərkəz təyin etməyə kömək etmiş olarıq.
“Nəhcül-bəlağə”yə bu baxımdan nəzər salaq. Bu kitab hicrətdən əlli, altmış, yüz və ya 140 il sonra yaşamış filan səhabənin və ya tabeinin hədis kitabı ilə müqayisə edilə bilməz.
“Nəhcül-bəlağə” yalnız bizim ölkəyə məxsus deyil, o həm də bütün müsəlman dünyasınındır. İslam dünyası da bu gün İslamın yenidən oyanışına çatmaqdadır.
Bu gün İslam ölkələrində olan bəzi İslam iddiaçıları dinimizin ən aşkar və aydın həqiqətlərinə göz yumurlar. Bu gün şüarların vahid, lakin yönəlmələrin şiddətli dərəcədə bir-birindən fərqləndiyi o gündür. Bu günün şəraiti Əmirəl-möminin (ə) dövrünün şəraitidir. Deməli, dövran, “Nəhcül-bəlağə” dövranıdır. Bu gün İmam Əlinin (ə) dəqiq və cəlbedici baxışı ilə dünyanın və cəmiyyətlərin həqiqətlərinə nəzər salsaq, çoxlu həqiqətləri görmək, tanımaq və mövcud xəstəliklərə çarə tapmaq olar. Elə buna görə də zənnimcə, biz həmişəkindən daha çox “Nəhcül-bəlağə” möhtacıq.
«Nəhcül-Bəlağə» nədir?
«Nəhc» yol və üslub, «bəlağə» isə sözü çatdırmaq mə’nasındadır. Ədəbiyyat terminolagiyasında «bəlağət, fəsahətli sözün şəraitə uyğun olması» deməkdir. Yəni «dinləyicinin və ya oxucunun vəziyyətini onun idrak və məlumatının səviyyəsi baxımından nəzərə almaq, həmçinin söz və ya yazının dinləyici və ya oxucuya istənilən tə’siri göstərməsi üçün zaman, məkan və digər xüsusiyyətlərə riayət etməkdir.»
«Nəhcül-Bəlağə» İmam Əmirəl-mö’minin Əli əleyhis-salamın xütbə, moizə, məktub, hikmətli kəlamlar və öyüd-nəsihətləri külliyatı¬na onları toplamış böyük İslam alimi Seyyid Rəzi tərəfindən verilmiş addır. Bundan əvvəl dediyimiz müqəd¬di¬mə¬dən mə’lum olduğu kimi, «Nəhcül-Bəlağə»nin içindəkilər Əli əleyhis-salamın kəlam və sözləridir ki, sözlərin ən üstünüdür və Qur’ani-Kərim və Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) kəlamından sonra müqəddəs İslam dini maarifi və əqidəsinin ikinci mənbə və sənədidir.
«Nəhcül-Bəlağə» İslam mədəniyyətinin ensiklopediyasıdır ki, onda Allahı tanımaq, mələklər aləmi, dünyanın yaradılışı, insanın təbiəti, ümmətlərin sərgüzəştləri, saleh və ya zalım hökumətlər, dünyanın mahiyyəti, dünyatələblik, dünyatələbliyin aqibəti, Allah övliyalarının mə’nəvi hərəkət yolu, yaxşı əməl sahiblərinin davranış üsulu, zahidlik, iman və yüzlərlə digər mövzular barəsində söhbətlər açılır. Daha mühümü isə budur ki, həmin mövzular haqq, həqiqət, yəqinlik və inamın son həddinin dayaq nöqtəsi olan bir kəsin dilindən bəyan edilir. Buna görə də onun bəyan, nəzər və düşüncəsi həqiqət axtarışında olan sərgərdan şəxs üçün arxalanmalı yerdir. Amma əsas nöqtə budur ki, İmam əleyhis-salamın bütün bu sözlərdən məqsədi təbiətşünaslıq, zoologiya elmlərini tədris etmək və ya fəlsəfi, tarixi və digər məsələləri başa salmaq deyil. Əli əleyhis-salamın kəlamları bu cür məsələləri irəli sürməkdə Qur’ani-Kərim kimidir ki, dinləyicinin gözü önündə hiss olunan və ya ağıl ilə dərk edilən şeylərdən bir nümunə qoyur, sonra yavaş-yavaş onu çatmalı olduğu mənzil başına, yəni Allah dərgahına və tək olan Rəbbin hüzuruna aparır.
«Nəhcül-Bəlağə»nin mövzusu barəsində məsələnin qısa şəkildə bəyan edilməsi üçün bu müqəddəs kitabın müasir şərhçilərindən olan böyük əhli-sünnə alimlərindən biri, Misirin keçmiş müftisi Şeyx Məhəmməd Əbduhun sözlərinin bir hisəssini nəql etməklə kifayətlənirik. Şeyx öz müqəddiməsində deyir: “Mən “Nəhcül-Bəlağə”ni oxuyanda, bir ibarədən digər ibarəyə keçəndə düşüncə cövlangahı və bəsirət baxışının dəyişməsini görürdüm. Bə’zən özümü nurani və heyrətləndirici kəlmələrə bükülmüş halda pak ruhların ziyarətinə gələn və çirkinliklərdən təmizlənmiş qəlblərdə yurd salan çox yüksək mə’nalar aləmində hiss edirdim.….Cümlə və ibarələr bə’zən də belə olurdu ki, sanki qaşqabaqlı üzlər, bir-birinə qıcanmış dişlər və hücum etməyə hazırlanmış qəzəbli qartalllarla üz-üzəyəm. Bə’zən də öz cismani qəlibi ilə heç bir oxşarlığı olmayan nurani bir ağılı görürdüm ki, ilahi karvandan ayrılaraq insan ruhuna qoşulub və onu çirkinlik və vəsvəsələrdən təmizlədikdən sonra ona təbiət aləmindən gözəllik verib və daha sonra özü ilə uca mələklər aləminə aparıb, ilahi nurun saçdığı məkana kimi çatdırıb və Rəbbin müqəddəs dərgahında məskunlaşdırıb. Bə’zən də ümmətin valilərinə xitab edərək uca səslə onlara tə’lim verən, doğru və səhv yolu göstərən, ölkə idarəçiliyinin incəliklərini öyrədən və azğınlıq uçurumuna aparan yol ilə getməkdən çəkindirən bir xətib görürdüm”.
NƏHCÜL-BƏLAGƏ” NƏ KİTABDIR?
İlahi səfirlər iki cür möcüzəyə malik idilər. Əməli möcüzə və söz möcüzəsi. Əməli (fel) möcüzə, Allahın izni ilə insana xas olan təkvini vilayətin qüvvəsi sayəsində kainatı ram etmək və ona təsir göstərməkdir. Məsələn, Ayın yarılması (şəqqül-qəmər), dənizin yarılması, yerin yarılması, ağacın yerdən qopması, anadangəlmə kor və cüzam xəstəliyinə tutulanların sağaldılması, ölünün dirilməsi və mötəbər İslam mənbə¬lərində qeyd olunan digər möcüzələr kimi. Ayın yarılması və ağacın yerindən qopması möcüzələrinin hər ikisi böyük İslam Peyğəmbərinin (s) möcüzələrindəndir. Ayın yarılması möcüzəsi belə baş vermişdir: Müşriklər o Həzrəti cadugər adlandırır və deyirdilər: “O sehr edir”. Onlar Peyğəmbərdən (s) istəmişdilər ki, əgər o həzrət ayı iki yerə bölsə, onlar iman gətirəcəklər. Peyğəmbər (s) də mübarək əli ilə göyə tərəf işarə edərək ayı ikiyə bölmüşdür. Ağacın yerdən qopması isə belə baş vermişdir: Bir ağac Allahın Rəsulunun (s) əmri ilə öz yerindən qopub toyuq kimi qanad çalaraq o Həzrətə tərəf yürüdü və gəlib onun yanında durdu.
Dənizin və yerin yarılması möcüzələri isə Həzrət Musanın (ə) möcüzələrindəndir. Belə ki, dənizin yarılması Firon və onun qoşununun, yerin yarılması isə Qarun və onun tərəfdarlarının həlak edilməsi üçün Musa peyğəmbər (ə) tərəfindən həyata keçirilmişdir.
Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaltmaq və Allahın iznilə ölüləri diriltmək İsa peyğəmbərin (ə) möcüzələrindəndir.
Xeybər qalasının darvazasının Həzrət Əlinin (ə) mübarək əlləri ilə yerindən çıxardılması o Həzrətin əməli möcüzələrindən və onun həqiqi vilayət qüdrətindəndir. İmam Əli (ə) özü buyurub:
والله ما قلعت باب خیبر و قذفت به اربعین ذراعاً لم تحسّ به اعضائی بقوة جسدیة ولا حرکة غذائیة و لکن ایّدت بقوة ملکوتیة و نفس بنور ربّها مستضیتة
“Allaha and olsun ki, mən yerindən qopardıb uzağa tulladığım Xeybər qalasının darvazasını özümün cismani qüdrətimlə etmədim, bu işi özümdə hiss etdiyim mənəvi bir qüdrət və İlahi bir nur vasitəsilə yerinə yetirdim”.
Söz möcüzəsi mütəal Allahın uca və dolğun kəlamlarıdır ki, öz sevimli peyğəmbərlərinə nazil etmişdir. Zəmanəmizin böyük irfan alimlərində olan Həzrət Əllamə Həsənzadə Amolinin sözləri ilə desək, “Söz möcüzələri – vəhy əmanətçiləri olan mələklərdən peyğəmbərlərə nazil olan elm, maarif və həqiqətlərdir”. Söz möcüzələrinin başında Qurani-Kərim durur. İsmətli Əhli-Beytin (ə) buyurduğu kəlamlar, “Nəhcül-Bəlağə” və “Səhifeyi-Səccadiyyə” kimi kitablarda toplanan hikmətli sözlər və digər dualar hərçənd Quranın sirrini və batinini izah edirlər, amma onlar ikinci dərəcəli söz möcüzələri hesab olunurlar.
Əməli möcüzə ilə söz möcüzələrinin fərqlərini aşağıdakı kimi sadalamaq olar:
1. Əməli möcüzə müvəqqəti olub müəyyən zaman və məkan daxilindədir və ötüb keçəndir. Bu növ möcüzə baş verdikdən sonra yalnız tarixə və xəbərə çevrilir, söz möcüzəsi isə bunun əksinə olub bütün əsrlərdə möcüzə olaraq qalır.
2. Əməli möcüzə daha çox xarici (hissi) aləmlə tanış olan və onlara adət edən adi insanlar üçündür. Belə ki, avam insanlar yalnız hissi idrak¬la, xüsusən də gözləri ilə görməklə bir şeyə inanırlar. Belə insanlar mənəvi və ruhi ləzzəti dərk etməkdə acizdirlər, hətta onlar ibadətlərini də özlə¬ri¬nin naqis xəyallarına ümüdvar olduqları halda yerinə yetirirlər. Bu insanlar azad və arif insanların ibadətdən aldıqları zövqlərdən bəhrə¬sizdirlər. Onlar maddi həyatda kim olmaqlarına baxmayaraq avamdırlar.
Həzrət Əli (ə) buyurur: “Allaha ibadət edən bəndələr üç növdür: Bir dəstə Allaha Cənnət əldə etmək üçün ibadət edər, bu, tacirlərin ibadətidir. İkinci dəstə Cəhənnəm əzabından qorxduqları üçün Allaha ibadət edər , bu qulların ibadətidir. Üçüncü dəstə isə Allahın zati ləyaqətinə görə, Ona öz məhəbbətlərini bildirmək və İlahi lütfkarlığa təşəkkür etmək üçün ibadət edərlər. Belə ibadət isə azad insanların ibadətidir. Xüsusi insanlara (ki, bəşəriyyət şəhərinin mütəfəkkir hissəsidirlər) lazım olan elm və mərifətdir. Bu növ insanlar göy süfrəsi və ruhani ədəblər sayılan söz möcüzələri tələb edir, hər bir şeyi lazımınca qiymətləndiməyi bacarır, dərrakəli və müdrikdirlər. Onlar bilirlər ki, elm nədir və haradan gəlib. Əslində insan öz insaniyyətliyini hifz edərsə, elm və mərifətin, saleh əməl və yaxşı əxlaqın özüdür. Əgər belə olmasa, fani olan boş bir sərmayədir. Arif Haqqın gözəlliyində məhv olduğu kimi, aqil insan da sonsuz kəmalın həyatverici suyunun təşnəsidir.
Seyyid Rəzi kimdir?
Seyyid Rəzi və ya Şərif Rəzi ləqəbi ilə tanınan Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd alim, fəzilət sahibi və ədib şəxs¬lər¬dən, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəs¬linin ən yaxşı şairlərindən olub. O, on yaşından şer deməyə baş¬layıb və otuz yaşında çox az bir müddət ərzində Qur’anı əz¬bər¬ləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hə¬diyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yax¬şılıqlardan paya malik olub.
Seyyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alim¬lə¬rin-dən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nö’man bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məsci¬din¬də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyyid Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”. Şeyx ağlayır və öz yuxusunu o möhtərəm xanıma danışır. Bundan sonra Şeyx Müfid həmin iki uşağın tərbiyəsini öhdəsinə götürür.
Seyyid Rəzi 359 h.q. ilində Bağdadda dünyaya gəlib və 404 və ya 406 h.q. ilinin məhərrəm ayının altısı, bazar günü səhər tezdən dünyadan köçüb. Onun məzarı Bağdadın Kərx mələlləsində yerləşir və hamı tərəfindən ziyarət edilir. Seyyid Rəzinin «Nəhcül-Bəlağə»dən başqa əldə on üç kitabı var ki, «Təlxisul-bəyan ən məcazatil-Qur’an» da onlardan biridir.