Muhəmməd (s)peyğəmbəri

təhqir edənlərə bu yolla öz etirazımızı bildiririk

İsa ibn Məryəm: Məndən sonra adı Əhməd (Muhəmməd peyğəmbərin digər adıdır) olan bir rəsulun gəlişini sizə müjdə verirəm. Quran, Səff sur.6

HZ Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır

Ey Peyğəmbər həqiqətən ,biz səni bir şahid , müjdəçi və qorxudan kimi göndərdik . Və həmçinin Allahın izni ilə Ona tərəf dəvət edən ,aydın və nurlu çıraq (olaraq göndərdik) “(Əhzab 45-46)

Allah təala özünün ən ali əsəri olan insanı yaratdı , ona ağıl verərək şərəfləndirdi. Ağılın kənarında ona ixtiyar , azdlıq və seçim hüququ verdi ki, təyin olunmuş hədəfinə doğru öz iradəsi ilə hərəkət etsin. (bax İnsan surəsinin ilk ayələrinə). Allah təala insanın, verilmiş bu imtiyazlarilə müstəqil şəkildə düzgün addımlaya bilməyəcəyini bildiyi üçün ona peyğəmbər göndərdi .Peyğəmbər, ağılı səhv və xətalardan qorumaq üçün koməkçi rulunu oynayır. Amma bəşər elə hesab edir ki , hədəfinə çatmaq üçün peyğəmbərə ehtiyacı yoxdur . O , xoşbəxtliyə çatmaqdan ötrü özü üçün qanunlar qəbul etmiş, idiologiya yaratmışdır .Bəşər tərəfindən yaradılmış idiologiya və qanunlar nəinki onu xoşbəxt edə bilməmiş ,əksinə onu elə bir bədbəxt və qorxunc uçuruma yuvarlamışdır ki , oradan xilas olmaq mümkünsüz görünür.

Bügün bəşər butun elmi və texnaloji müvəffəqiyyətlərdən sonra dərdli-dərdli inləyir. Nədən inləyir? Əskikliyi və çatışmazlıqları nədədir? Əskikliyi, insanlıq xüsusiyyətini itirməsinə görə deyilmi? Bü gün bəşər elmi cəhətdən o qədər irəliləmişdir ki, kosmosa səfər edir, lakin, ruh , xasiyyət, təbiət və mahiyyət baxımından o qədər geriləmişdir ki, “əlinə iti qılınc almış bir divanə sərxoş” – dan başqa bir şey deyildir.

Bəşərin qurtuluşu peyğəmbərlərin dəvətindədir. İndiki dünyanın bu pak dəvətə olan ehtiyacı əvvəlki əsrlərdən qat-qat çoxdur.

Bəşəri , yalnız, Allah təalaya olan iman , onun qoyduğu qanunlar həqiqi xoşbəxt edə bilər. Çünki, bəşəri Allah təala yaradıb və onun təbiətinə , psixiologiyasına uyğun gələn qanunun hansı olduğunu hər kəsdən daha yaxşı bilir. Xaliqinin qanunlarını kənara qoyub başqa qanunların vasitəsilə xoşbəxt olmaq istəyən şəxs, böyük quranşünas Möhsin Qəraətinin ifadəsi ilə desək “əlinə çomaq alıb təyyarəni idarə etmək istəyən çobana bənzəyir”.

Bəşərə düzgün istiqamət vermək Allah təalaya zati bir vacib olduğu üçün heç vaxt bəşəri, peyğəmbərlərin dəvətindən məhrum etməmişdir. Allah təala, bütün peyğəmbərlərin dəvətinin ən mükəmməl formasını peyğəmbərlərin sonuncusu olan Hz.Muhəmmədin (s) dəvətində yerləşdirmişdir. Hz. Muhəmməd (s) peyğəmbərin gətirdiyi sonuncu din olan İslam ən mukəmməl və cavan bir din olaraq müasir insanın suallarına və tələblərinə cavab verir. İslamın zühurundan on dörd əsr keçməsinə baxmayaraq dünya elə ilk gündə olduğu qədər ona möhtacdır. Bu ehtiyacların ümumiləşəcəyi gün bəşərin İslamın qoynuna sığınmaqdan başqa yolu qalmayacaqdır.

İndiki dünyada , İslam dininin və müsəlmanların əleyhinə olan maddi, mənəvi və hərbi hücumlara baxmayaraq dünya xalqları tərəfindən ən çox qəbul olunan din İslam dinidir. Böyük britaniyalı yazar Bernard Şou (1856-1950) demişkən: “Öncədən görürəm və indidən onun nişanələri görünməkdədir ki, Muhəmmədin(s) imanı sabahkı Avropa tərəfindən qəbul ediləcəkdir və mənim etiqadıma görə əgər onun kimi bir adam yeni dünyaya rəhbər olsa , dünya problemlərinin həllində elə müvəffəqiyyət qazanacaqdır ki, bəşərin arzusu, sülh və səadəti təmin olunacaqdır “. ( Mürtəza Mütəhhəri, Peyğəmbərin davranışlarına bir baxış , səhifə 12)

Bütün bunlara baxmayaraq dünyada bütun dinlərə qarşı laqeyidlik yaranmışdır. İslam da öz növbəsində bir növ böhran yaşayır . Əslində İslam dini bu böhranda kilsə səhvlərinin cəriməsini verir. Əgər intibah dövründə kilsə elm, mədəniyyət qarşısında məlum xoşagəlməz və çirkin dirənişi göstərməsəydi (Elm və mədəniyyət xadimlərinin həbs edilməsi ,yandırılması və s.) dinin heysiyyətinə bu qədər zərbə dəyməzdir . Amma, ən azı İsalam tarixini mütaliə etmiş hər bir kəs bilir ki , islam dininin kilsədən fərqi yer ilə göy qədərdir. İslam özü böyük bir mədəniyyətin əsasını qoymuş, özünün şanlı tarixində mədəniyyət ocağları yaratmış, bəşəriyyətə dahilər vermiş, elmə və mədəniyyətə böyük yardım etmişdir. İslamın gördüyü iş, kilsənin gördüyü işin tam ziddinədir. Kilsə nəinki müəyyən mədəniyyət yaratmadı, üstəlik əlinə keçən mədniyyəti də korladı. İslam isə parlaq bir mədəniyyət yaradıb dünyaya təqdim etdi. Təəssüflər olsun ki, müsəlmanlar bunu dəyərləndirə bilmədilər. Görkəmli Misir alimi Şeyx Muhəmməd Əbduhun dediyi kimi : ” Avropa öz dinini buraxdığı gündən irəlilədi, biz isə öz dinimizi buraxdığımız gündən geri qaldıq” (yenə həmin mənbə , səh.14)

Hz. Muhəmmədin (s) kamil proqramı və uğuru

İslam dini öncə kiçik bir dalğa kimi meydana çıxdı . Hz. Muhəmməd ibn Abdullah (s) daxili aləmi dəyişmiş, qeyb və mələkuti dənizə qovuşaraq, ilahi mərhəmətlə dolmuş bir halda “Hira” dağından enərək, “La ilahə illəllah” deyib nicat tapın – deyə çağırış etməklə bu dalğa başlandı. Dünyanın minlərlə hay-küylü, təntənəli dalğalarının əksinə olaraq ilk günlərdə İslam, yalnız üç nəfər – Muhəmməd (s) , Xədicə(s.ə) və Əli (ə) olan evin dörd divarından çölə çıxmırdı. Az vaxt ərzində bu dalğa Məkkənin digər evlərinə də yayıldı və təqribən on ildən sonra Məkkənin xaricinə, xüsusilə Mədinə şəhərinə çatdı. Az bir müddətdə Ərəbistan yarımadasının başqa nöqtələrinə də yayılan bu hərəkatın dalğaları yarım əsr keçməmiş o dövrki mədəni dünyanın hər yerini bürüdü və səsi bütün qulaqlara çatdı . Bu gün İslam Asiya, Afrika, Avropa, Amerika və dünyanın müxtəlif xalqları arasında ən çox mənsubu olan dindir. İslam çox qısa- yarım əsr ərzində dünyanın hər tərəfinə yayıldı, Xristianlıq isə Hz. İsadan (ə) neçə yüz il sonra müəyyən dərəcədə özünə yer tapdı .

İslamın sürətlə genişlənməsi məsələsi, dünyanın mühüm tarixi məsələlərindən biridir. Hətta, məşhur fıransız şairi Lamartin deyr: “üç şeyi nəzərə alsaq heç kim İslam peyğəmbərinə çatmaz. Birincisi, maddi vəsaitin olmaması. Bir şəxs zühur edir, dəvət edir, hal bu ki, heç bir güc və qüdrəti yoxdur. Hətta ən yaxın adamları və qohumları belə onunla düşmənlik edirlər. O tək-tənha zühur edir, heç bir əməkdaşı və köməkçisi yoxdur .Özündən başlayır, həyat yoldaşı ona iman gətirir və evində olan kiçik yaşlı əmisi oğlu Əli(ə). İkincisi, sürətlə irəliləməsi. Üçüncüsü isə hədəfin böyüklüyüdür.” (yenə həmin mənbə səh.159)

Hz. Muhəmməd (s)elə bir mühitdə dəvətə başladı ki, bu mühitin insanları son dərəcə cahil, nadan , mədəniyyətsiz, əxlaqsız, xüdpəsənd, millətçi və irqçi idilər. O cəmiyyətdə dövlət yox idi. Qəbilə qanunları, qisas- qanı ancaq qan yuyar pirinsipi, müharibələr, ədalətsizlik hökm sürürdü, qız uşaqlarını diri-diri torpağa göməcək qədər tənəzzül etmiş vəhşi xalq. Ən əsas məsələ isə bundan ibarət idi ki, onların dini Hz. Muhəmmədin (s) gətirdiyi “Tövhid” (təkallahlıq) dini ilə təmami ilə zidd olan bütpərəstlik idi.

Hz. Muhəmmdin (s) hədəfi o qədər böyük idi ki, heç kəs onun qədər böyük hədəfə malik ola bilməz. O (s), son dərəcə geridə qalmış bu xalqı dəyişdirməli, elm, mədəniyyət, əxlaq, ədalət, insanlıq və s. gətirməli, bunların hamısından çətin olan qəlblərinə nüfuz edib dinlərini dəyişdirməlidir.

Bəli, Hz. Muhəmməd (s) bu cür böyük və son dərəcə çətin olan bir hədəfə qısa müddətdə- 23 il ərzində nail oldu. Bu 23 ildə Həzrətin(s) dəvəti, ilk üç ili gizli şəkildə olmaqla, ümumilikdə 13 il Məkkədə, qalan 10 ili isə Mədinə şəhərində olmuşdur. Məkkə dövrü çox çətin və ağır idi, Mədinə dövrü isə çox səmərəli olmuşdur.Bu 10 il ərzində 83 müharibə baş vermişdir. Amma maraqlı cəhət bundan ibarətdir ki, bu müharibələrin heç birində Hz. Muhəmməd(s) müharibənin səbəbkarı olmamışdır. Həmişə ona(s) hücum olunub, o isə özünü müdafiə etmişdir. Burada belə bir sual yaranır : görəsən nə üçün İslam dini bu qədər sürətlə yayıldı və yayılmaqdadır? Bunun başlca səbəbi o Həzrətin(s) möcüzəsi sayılan Qurani-Kərim və O həzrətin (s) gözəl əxlaqıdır.(İnşaallah bu barədə növbəti məqalə yazılacaqdır)

Hacı Samir Ağayev “Ehlibeyt-AkA.com SonUmidTv Media Group”